Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1111/2021 17.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri: X11, X15, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokurormetodisti Dövlət ittihamçısı, müdafiəçi: fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1972-ci ildə Gürcüstan Respublikasının Marneuli şəhərində anada olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, 29 iyul 2014-cü il tarixdən - 27 iyun 2018-ci il tarixədək Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri, 27 iyun 2018-ci il tarixdən – 09 may 2020-ci il tarixədək Mədəniyyət Nazirinin müavini vəzifələrində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri və Mədəniyyət nazirinin müavini vəzifələrində işləyərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində birbaşa, şəxsən və vasitəçidən istifadə edib pul vəsaitləri qismində maddi nemətləri istəyərək qəbul etməklə təkrar və külli miqdarda rüşvət almışdır. Belə ki, o, Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsində işlərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında "xxxx" MMC-nin rəhbəri Şahid18 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində müqavilə bağlanması, elektron mobil tətbiqlərin yaradılması, reklam çarxlarının çəkilməsi və onların yayımlanması işlərinin yerinə yetirilməsi ilə bağlı MMC-nin Mədəniyyət və Turizm Nazirliyində gördüyü işlərə görə 2016-cı ildə ayrı-ayrı vaxtlarda ümumilikdə vahid qəsdlə 52400 manat maddi nemət olan külli miqdarda pulu birbaşa yolla rüşvət qismində şəxsən istəyərək Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan əlavə o, Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri və Mədəniyyət nazirinin müavini vəzifələrində işlərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Ağcabədi Regional Mədəniyyət idarəsinin rəisi X29 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində 2017-ci ilin əvvəlində aylıq 10000 manat maddi nemət olan külli miqdarda pulu istəyərək 2018-ci ilin sentyabr ayından etibarən 2020-ci ilin mart ayınadək olan müddətdə 16 ay ərzində hər ay 8000 manat olmaqla ümumilikdə vahid niyyətlə 128000 manat maddi nemət olan külli miqdarda pulu onun göstərişlərini icra edən Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsinin müdiri vəzifəsində işləyən Şahid17 vasitəsi ilə təkrarən rüşvət qismində sonuncunun vasitəsi ilə Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan başqa o, Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri və Mədəniyyət nazirinin müavini vəzifələrində işlərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Xaçmaz Regional Mədəniyyət idarəsinin rəisi Şahid8 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində 2017-ci ilin fevral ayında aylıq 2000 manat maddi nemət olan külli miqdarda pul vəsaitini istəyərək 2017-ci ilin aprel ayından etibarən 2020-ci ilin fevral ayınadək olan müddətdə ümumilikdə vahid niyyətlə 48650 manat maddi nemət olan külli miqdarda pulu birbaşa yolla təkrarən rüşvət qismində şəxsən Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan əlavə o, Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsində işləyərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında "xxxx" MMC-nin rəhbəri Şahid18 oğlundan xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində müqavilə bağlanması, mobil əlavələrin yaradılması, tərcümə işləri, turizm xidmətlərinin göstərilməsi, Şəki şəhəri üçün informasiya proqramının hazırlanması və xidmətlərin göstərilməsi işlərinin yerinə yetirilməsi ilə bağlı MMC-nin Mədəniyyət və Turizm Nazirliyində gördüyü işlərə görə 2017-cı ildə, ayrı-ayrı vaxtlarda ümumilikdə vahid qəsdlə 90700 manat məbləğində maddi nemət olan külli miqdarda pul vəsaitini birbaşa yolla təkrarən rüşvət qismində şəxsən istəyərək Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan başqa o, Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsində işlərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Masallı Regional Mədəniyyət idarəsinin rəisi Şahid12 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində 2017-ci ildə 500 manat məbləğində maddi nemət olan xeyli miqdarda pul vəsaitini birbaşa yolla təkrarən rüşvət qismində şəxsən Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan əlavə o, Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri və Mədəniyyət nazirinin müavini vəzifələrində işlərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Kürdəmir Regional Mədəniyyət idarəsinin rəisi Şahid10 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində 2017-ci ilin aprel ayından etibarən 2020-ci ilin yanvar ayınadək olan müddətdə ümumilikdə vahid niyyətlə 243000 manat məbləğində maddi nemət olan külli miqdarda pul vəsaitlərini birbaşa yolla təkrarən rüşvət qismində şəxsən istəyərək Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan başqa o, Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri və Mədəniyyət nazirinin müavini vəzifələrində işləyərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şəmkir Regional Mədəniyyət idarəsinin rəisi Şahid16 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində 2017-ci ilin iyun ayından etibarən 2020-ci ilin mart ayınadək olan müddətdə ümumilikdə vahid niyyətlə 258000 manat məbləğində maddi nemət olan külli miqdarda pul vəsaitlərini birbaşa yolla təkrarən rüşvət qismində şəxsən istəyərək Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almış, həmçinin 2020-ci ildə Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında 23000 manat məbləğində maddi nemət olan pul vəsaitini birbaşa yolla təkrarən rüşvət qismində istəmişdir. Bundan əlavə o, Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri və Mədəniyyət nazirinin müavini vəzifələrində işlərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Gəncə Regional Mədəniyyət idarəsinin rəisi Şahid6 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində 2017-ci ilin sentyabr ayından etibarən 2020-ci ilin fevral ayınadək olan müddətdə 25 ay ərzində hər ay 9000 manat olmaqla ümumilikdə vahid niyyətlə 225000 manat məbləğində maddi nemət olan külli miqdarda pul vəsaitlərini birbaşa yolla təkrarən rüşvət qismində şəxsən istəyərək Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan başqa o, Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri və Mədəniyyət nazirinin müavini vəzifələrində işlərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında İsmayıllı Regional Mədəniyyət idarəsinin rəisi Şahid9 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində 2017-ci ilin oktyabr ayından etibarən 2020-ci ilin fevral ayınadək olan müddətdə ümumilikdə vahid niyyətlə 31500 manat məbləğində maddi nemət olan külli miqdarda pul vəsaitlərini birbaşa yolla təkrarən rüşvət qismində şəxsən istəyərək Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan əlavə o, Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri və Mədəniyyət nazirinin müavini vəzifələrində işlərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şəki Regional Mədəniyyət idarəsinin rəisi Şahid15 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində 2017-2019-cu illər ərzində hər il 8000 manat, 2020-ci ilin yanvar və fevral aylarında 4000 manat olmaqla, ümumilikdə vahid niyyətlə 28000 manat məbləğində maddi nemət olan külli miqdarda pul vəsaitlərini birbaşa yolla təkrarən rüşvət qismində şəxsən istəyərək Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan başqa o, Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri və Mədəniyyət nazirinin müavini vəzifələrində işlərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Sabirabad Regional Mədəniyyət idarəsinin rəisi Şahid13 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində 2017-2019-cu illər ərzində hər il 5000 manat, 2020-ci ilin yanvar ayında 1000 manat olmaqla, ümumilikdə vahid niyyətlə 16000 manat məbləğində maddi nemət olan külli miqdarda pul vəsaitlərini birbaşa yolla təkrarən rüşvət qismində şəxsən istəyərək Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan əlavə o, Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsində işlərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında "xxxx" MMC-nin rəhbəri Şahid18 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində müqavilə bağlanması, müxtəlif informasiya texnologiyaları vasitəsilə mədəniyyət və turizm sahələrinin təbliğat işlərinin görülməsi işlərinin yerinə yetirilməsi ilə bağlı MMC-nin Mədəniyyət və Turizm Nazirliyində gördüyü işlərə görə 2018-ci ildə, ayrı-ayrı vaxtlarda ümumilikdə vahid qəsdlə 20640 manat məbləğində maddi nemət olan külli miqdarda pul vəsaitini birbaşa yolla təkrarən rüşvət qismində şəxsən istəyərək Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan başqa o, Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsində işlərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Masallı Regional Mədəniyyət idarəsinin rəisi Şahid12 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində 2018-ci ildə 500 manat məbləğində maddi nemət olan xeyli miqdarda pul vəsaitini birbaşa yolla təkrarən rüşvət qismində şəxsən Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan əlavə o, Mədəniyyət nazirinin müavini vəzifəsində işlərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Gəncə Regional Mədəniyyət idarəsinin baş məsləhətçisi Şahid7 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində 2018-ci ilin sentyabr ayından etibarən 2019-cu ilin dekabr ayınadək olan müddətdə 12 ay ərzində ümumilikdə vahid niyyətlə 20850 manat məbləğində maddi nemət olan külli miqdarda pul vəsaitlərini onun göstərişlərini icra edən Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsinin müdiri vəzifəsində işləyən Şahid17 vasitəsi ilə təkrarən rüşvət qismində şəxsən istəyərək sonuncunun vasitəsi ilə Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan başqa o, Mədəniyyət nazirinin müavini vəzifəsində işlərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Lənkəran Regional Mədəniyyət idarəsinin rəisi Şahid11 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində 2018-2019-cu tədris ilində 9 ay, 2019-2020-ci tədris ilində isə 5 ay ərzində hər ay 500 manat olmaqla, ümumilikdə vahid niyyətlə 7000 manat məbləğində maddi nemət olan külli miqdarda pul vəsaitlərini birbaşa yolla təkrarən rüşvət qismində şəxsən istəyərək Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan əlavə o, Mədəniyyət nazirinin müavini vəzifəsində işlərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Şahid14 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində 2018-ci ilin sonlarında aylıq 10000-12000 manat məbləğində maddi nemət olan külli miqdarda pul vəsaitini istəyərək 2019-cu ilin fevral, mart, iyun, sentyabr, oktyabr, noyabr və dekabr aylarında hər ay 10.000 manat, aprel və may aylarında isə hər ay 6.500 manat, 2020-ci ilin fevral ayında 12000 manat olmaqla, ümumilikdə vahid niyyətlə 95000 manat məbləğində maddi nemət olan külli miqdarda pul vəsaitlərini birbaşa yolla təkrarən rüşvət qismində şəxsən Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan başqa o, Mədəniyyət nazirinin müavini vəzifəsində işlərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bərdə Regional Mədəniyyət idarəsinin rəisi Şahid4 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində 2019-cu ilin yanvar ayından etibarən 2020-ci ilin mart ayınadək olan müddətdə ümumilikdə vahid niyyətlə 45000 manat məbləğində maddi nemət olan külli miqdarda pul vəsaitlərini birbaşa yolla təkrarən rüşvət qismində şəxsən istəyərək Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan əlavə o, Mədəniyyət nazirinin müavini vəzifəsində işlərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında "xxxx" MMC-nin rəhbəri Şahid18 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində müqavilə bağlanması, müxtəlif informasiya texnologiyaları vasitəsilə mədəniyyət və turizm sahələrinin təbliğat işləri, marketinq və təbliğat işləri, festival, bayramların keçirilməsi işlərinin yerinə yetirilməsi ilə bağlı MMC-nin Mədəniyyət Nazirliyində gördüyü işlərə görə 2019-cu ildə, ayrı-ayrı vaxtlarda ümumilikdə vahid qəsdlə 127600 manat məbləğində maddi nemət olan külli miqdarda pul vəsaitini birbaşa yolla təkrarən rüşvət qismində şəxsən istəyərək Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan başqa o, Mədəniyyət nazirinin müavini vəzifəsində işlərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Masallı Regional Mədəniyyət idarəsinin rəisi Şahid12 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində 2019-cu ildə 500 manat məbləğində maddi nemət olan xeyli miqdarda pul vəsaitini birbaşa yolla təkrarən rüşvət qismində şəxsən Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan əlavə o, Mədəniyyət nazirinin müavini vəzifəsində işlərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında “Xumar 98” firmasının rəhbəri Şahid23 oğlundan xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində müqavilə bağlanması, Kürdəmir, Gəncə, Ağdaş, Bərdə və Biləsuvar regional mədəniyyət idarələrində cari və əsaslı təmir işlərinin yerinə yetirilməsi ilə bağlı firmanın Mədəniyyət Nazirliyində gördüyü işlərə görə 2019-cu ildə, ayrı-ayrı vaxtlarda ümumilikdə vahid qəsdlə 60000 manat məbləğində maddi nemət olan külli miqdarda pul vəsaitini Şahid22 vasitəsi ilə təkrarən rüşvət qismində istəyərək Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan başqa o, Mədəniyyət nazirinin müavini vəzifəsində işlərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında X4, X5, X6, X32, X39, X25 və X33 Mədəniyyət Nazirliyində gördüyü işlərə görə faktiki rəhbərliyi həyata keçirən Şahid20 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində müqavilə bağlanması, Sumqayıt, Şəki, Şəmkir, Ağcabədi, Sabirabad, Lənkəran və Masallı regional idarələrində cari və əsaslı təmir işlərinin yerinə yetirilməsi ilə bağlı 2019-cu ildə, ayrı-ayrı vaxtlarda ümumilikdə vahid qəsdlə 191890 manat məbləğində maddi nemət olan külli miqdarda pul vəsaitini birbaşa yolla təkrarən rüşvət qismində şəxsən istəyərək Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan əlavə o, Mədəniyyət nazirinin müavini vəzifəsində işlərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Biləsuvar Regional Mədəniyyət idarəsinin rəisi Şahid5 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində 2019-cu ilin yanvar ayından etibarən 2020-ci ilin may ayınadək olan müddətdə ümumilikdə vahid niyyətlə 27800 manat məbləğində maddi nemət olan külli miqdarda pul vəsaitlərini birbaşa yolla təkrarən rüşvət qismində şəxsən istəyərək Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan başqa o, Mədəniyyət nazirinin müavini vəzifəsində işlərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında "xxxx" MMC-yə faktiki rəhbərliyi həyata keçirən Şahid19 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində müqavilə bağlanması, “Baku Guide - Culture Guide” jurnalının çap edilməsi işlərinin yerinə yetirilməsi ilə bağlı MMC-nin Mədəniyyət Nazirliyində gördüyü işlərə görə 2019-cu ildə 11 ay ərzində hər ay 2500 manat olmaqla, ümumilikdə vahid qəsdlə 27500 manat məbləğində maddi nemət olan külli miqdarda pul vəsaitini birbaşa yolla təkrarən rüşvət qismində şəxsən istəyərək Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan əlavə o, Mədəniyyət nazirinin müavini vəzifəsində işlərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Ağstafa Regional Mədəniyyət idarəsinin rəisi Şahid3 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində 2019-cu ilin mart ayından etibarən həmin ilin oktyabr ayınadək olan müddətdə 6 ay ərzində hər ay 2000 manat olmaqla ümumilikdə vahid niyyətlə 12000 manat məbləğində maddi nemət olan külli miqdarda pul vəsaitlərini birbaşa yolla təkrarən rüşvət qismində şəxsən istəyərək Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan başqa o, Mədəniyyət nazirinin müavini vəzifəsində işlərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Ağdaş Regional Mədəniyyət idarəsinin rəisi Şahid2 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, xidmət üzrə ümumi himayədarlıq müqabilində 2019-cu ilin son üç ayında hər ay 2000 manat olmaqla ümumilikdə vahid niyyətlə 6000 manat məbləğində maddi nemət olan külli miqdarda pul vəsaitlərini birbaşa yolla təkrarən rüşvət qismində şəxsən istəyərək Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan əlavə o, Mədəniyyət nazirinin müavini vəzifəsində işlərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında "xxxx" MMC-nin rəhbəri Şahid18 oğlundan xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində müqavilə bağlanması, informasiya texnologiyaları vasitəsilə mədəniyyət və turizm sahələrinin təbliğat işlərinin yerinə yetirilməsi ilə bağlı MMC-nin Mədəniyyət Nazirliyində gördüyü işlərə görə 21660 manat məbləğində maddi nemət olan külli miqdarda pul vəsaitini birbaşa yolla təkrarən rüşvət qismində şəxsən istəyərək 06 may 2020-ci il tarixdə Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, gənc vaxtlarından etibarən gənclər hərəkatının fəal üzvü olmuş, “Uşaq və Gənclərin tərəqqi mərkəzi” ictimai birliyi təxminən 2002-2003-cü ildə onun təşəbbüsü əsasında yaradılmış və gənclərin dövlətçilik prinsipləri ətrafında birləşməsi məqsədilə yaranmış və 2010-cu ilədək aktiv fəaliyyət göstərmiş, həmin ictimai birlyin bir neçə təsisçisi olmuş, həmin vaxtdan etibarən həmin ictimai birliyin möhürü və sənədləri onda qalmış, nazirlikdə məsul vəzifəyə keçdiyindən qeyd edilən hüquqi şəxsin və ictimai birliyin fəaliyyəti dayandırılmışdır. 1995-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmiş, 1995-1997-ci Milli Qvardiyada müddətli həqiqi hərbi xidmətdə olmuş, bu illər ərzində Universitetdə laborant, Bakı şəhər Nizami rayonunun Gənclər və idman idarəsində təlimatçı, Bakı şəhər icra hakimiyyətində ictimai-siyasi şöbəsini referenti, Gənclər, idman və turizm Nazirliyində baş məsləhətçi, həmin Nazirlikdə nazir köməkçisi, Mədəniyyət və Turizm Nazirliyində nazir köməkçisi, aparat rəhbəri vəzifələrində işləmiş, 2018-ci ilin iyul ayından həbs olunanadək Mədəniyyət nazirinin müavini vəzifəsində çalışmışdır. Mədəniyyət nazirinin əmri ilə vəzifə səlahiyyətlərinə xalq yaradıcılığı və mədəni marşrutlarla bağlı işlərin aparılması, koordinasiyası, nazirliyin informasiya və ictimai əlaqələr şöbəsinin fəaliyyətinin tənzimlənməsi, yeni yaradılmış regional mədəniyyət idarələrinin fəaliyyətinə nəzarət daxil olmuşdur. 2018-ci ildə Mədəniyyət və turizm nazirliyinin bazasında iki dövlət qurumu-Mədəniyyət Nazirliyi və Turizm Nazirliyi yaradılmış, 2017-ci ilin yanvar ayından etibarən rayon icra hakimiyyətləri nəzdində olan mədəniyyət şöbələri Mədəniyyət və Turizm Nazirliyinin (daha sonra isə Mədəniyyət Nazirliyinin) tabeliyinə verilmiş, bu vaxtdan etibarən rayon mədəniyyət şöbələri ləğv edilmiş, onların nəzdində ölkə üzrə (Naxçıvan MR istisna olunmaqla) 16 regional idarəsi yaradılmış, həmin idarələrin tabeliyində rayonda yerləşən kitabxana, klub, muzey, mədəniyyət evi, mədəniyyət mərkəzi, qalereya, musiqi məktəbləri kimi mədəniyyət müəssisələri olmuşdur. Rayonlarda yerləşən mədəniyyət müəssisələrində çoxsaylı «ölü can»ların olması, bu səbəbdən bir hissəsinin faktiki fəaliyyət göstərməməsi, qeyri-ixtisaslı şəxslərin çalışması səbəbindən 2018-2019-cu illərdə rayonlarda yerləşən təxminən 400 mədəniyyət müəssisəsi ləğv edilmiş, onların təxminən 1.500 nəfərədək olan «işçi heyəti» ixtisar edilmiş, bununla da «ölü can»lara ayrılan büdcə vəsaiti qorunmuşdur. Hazırda rayonlarda (Naxçıvan MR istisna olunmaqla) ümumilikdə təxminən 4.500 mədəniyyət müəssisəsi fəaliyyət göstərir, bunlardan təxminən 2.000 klub, mədəniyyət evi və mədəniyyət mərkəzi, 2.200 kitabxana və kitabxana filialı, 178 uşaq musiqi məktəbidir, qalan hissəsi isə sair mədəniyyət müəssisələrinə aid olmuş, həmin mədəniyyət müəssisələrinə işə qəbul edilməsi yerli rayon mədəniyyət idarələrinin müdirlərinin səlahiyyətlərində olmuş, yalnız 178 uşaq musiqi məktəblərində çalışan personalın əmək haqlarının az olması, onların fəaliyyətinin təmin edilməsi zəruriliyi, müəllimlərin axınının qarşısının alınması səbəbindən bu istiqamətdə müəyyən qanunsuzluqlara yol vermişdir. Belə ki, 2018-ci ilin sonlarında mədəniyyət naziri Əbülfəs Qarayevlə razılaşdırmaqla tərəfindən regional idarələrin müdirlərinə musiqi məktəblərində çalışan müəllimlərin dərs saatlarının süni şəkildə artırılması və yaranan fərqin nağdlaşdırılaraq pul şəkilində ona verilməsinə icazə verilmiş, həmin vaxtdan etibarən regional idarə müdirləri musiqi məktəblərinin direktorları vasitəsilə mütəmadi olaraq hər ay musiqi məktəblərində çalışan müəllimlərin dərs saatlarının süni şəkildə artırmış və yaranan fərqi nağdlaşdırılaraq pul şəkilində ona şəxsən və ya şöbə müdiri Pərvin İsgəndərli vasitəsilə veilmiş, hər rayonun bu mənbədən ona ödədiyi məbləğ region ərazisində yerləşən musiqi məktəblərinin sayı və orada işləyən müəllimlərin sayından asılı olmuş, belə ki, bu mənbədən əldə etdikləri qazancdan Sumqayıt regional idarəsinin rəisi ayda təxminən 10.000 – 12.000 manat, Xaçmaz regional idarəsinin rəisi ayda təxminən 4.000 manat, İsmayıllı regional idarəsinin rəisi ayda təxminən 15.000 manat, Kürdəmir regional idarəsinin rəisi ayda təxminən 7.000 – 9.500 manat, Ağstafa regional idarəsinin rəisi ayda təxminən 2.000 manat, Şəmkir regional idarəsinin rəisi ayda təxminən 10.000 – 13.000 manat, Gəncə regional idarəsinin rəisi ayda təxminən 12.000 manat, Ağdaş regional idarəsinin rəisi ayda təxminən 2.000 manat, Biləsuvar regional idarəsinin rəisi ayda təxminən 1.000 – 2.000 manat, Masallı, Sabirabad və Lənkəran regional idarələrinin rəisləri ayda təxminən 500 manat, Ağcabədi regional idarəsinin rəisi ayda təxminən 8.000 manat, Bərdə regional idarəsinin rəisi ayda təxminən 5.000 manat, Şəki regional idarəsinin rəisi ayda təxminən 2.000 ona şəxsən və ya Şahid17 vasitəsilə nağd şəkildə verilmiş, hər ay üzrə bu vəsait cəmi təxminən 60.000 – 65.000 manat təşkil etmiş, yanvar, iyul və avqust aylarında tətil olduğundan bu vəsait yalnız həmin aylar üçün alınmamış, 2019-cu ildə o, şəxsən və ya Şahid17 vasitəsilə regional idarə rəislərindən yuxarıda qeyd olunan mənbədən əldə olunan pul vəsaitindən hissə-hissə cəmi il ərzində təxminən 550.000 – 600.000 manat məbləğində pul vəsaiti almış, həmin vəsaiti il ərzində hissə-hissə mədəniyyət naziri Əbülfəz Qarayevə vermiş, Əbülfəz Qarayev bu vəsaitin 15-20 faiz hissəsini ona nağd şəkildə qaytarmış, həmin vəsaitin bir qismini o, hər ay mükafat şəkilində öz əməkdaşlarına paylamış, 2020-ci il ərzində yuxarıda qeyd olunan yolla musiqi məktəblərindən əldə olunmuş vəsaiti yalnız fevral ayı üçün almış, həmin vəsait ümumilikdə 63.000 manat təşkil etmiş, bunu baxış zamanı çantasından çıxan vərəqdəki qeydlər də təsdiq edə bilmiş, həmin vəsaitin bir qismini mükafat şəkilində öz əməkdaşlarına paylamışdır. 2020-ci ilin fevral ayında bu cür neqativ halların qarşısının alınması üçün tərəfindən region idarələrinə göstəriş verilmiş, son üç ayda belə hallar mövcud olmamış, yalnız Biləsuvar regional idarəsinin rəisi Şahid5 mart ayında da bu mənbədən 1.000 manat pulu şəxsən almış, 08 may 2020-ci ildə saat təxminən 11 radələrində Şəmkir regional idarəsinin rəisi Höcət Əsədullayev onun nazirlikdəki iş otağına gəlmiş, söhbət əsnasında ona pul şəkilində «hörmət» vermək istəmiş, məbləğin nə qədər olduğunu bilməmiş, pulu almaqdan imtina etdikdə Höccət heç olmazsa həmin pulu sürücüsünə vermək üçün ondan icazə istəmiş, uzun söz-söhbətdən sonra o, pulun sürücüyə verilməsinə etiraz etməmiş, daha sonra Höcət onun sürücüsünə pulu verib-vermədiyini, verilmiş vəsaitin məbləğini bilməmiş, Höcət otağından çıxan kimi oraya Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları gələrək xidməti otağına baxış keçirmişdir. Bundan əlavə, regionlarda yerləşən mədəniyyət müəssisələrində cari təmir işlərinin aparılması üçün region idarələrinin büdcələrində müəyyən vəsaitlər olmuş, bu vəsaitlərin düzgün və təyinatı üzrə xərclənməsi üçün tərəflərindən nəzarətin həyata keçirilməsi tapşırılmış, idarə rəislərinə bu işlərin görülməsi üçün yalnız peşəkar şirkətlərlə işləməyi tövsiyə etmiş, regional idarə rəisləri rəsmi tender elan edərək, həmin tenderdə qalib gələn şirkətə görüləcək işlərə görə regional idarələr tərəfindən köçürülmüş vəsaitin ƏDV çıxılmaqla 10% məbləğində hissəsi nağd şəkildə şirkət rəhbəri tərəfindən regional idarənin rəisinə verilmiş, əlavə 10% hissəsi isə özünə region rəhbəri tərəfindən və ya tenderdə qalib gəlmiş tanıdığı şirkət rəhbəri tərəfindən şəxsən çatdırılmış, bu üsulla yalnız 2019-cu il üçün köçürülmüş vəsaitin 10%-ni «otkat» şəkilində almış, 2019-cu ildə regionlarda mədəniyyət müəssisələrində aparılacaq təmir işlərinə 1.500.000 manat ayrılmış, həmin vəsaitdən bu üsulla ona cəmi 150.000 manat «otkat» şəkilində verilmiş, həmin vəsaiti il ərzində hissə-hissə mədəniyyət naziri Əbülfəz Qarayevə vermiş, Əbülfəz Qarayev bu vəsaitin 15-20 faiz hissəsini ona nağd şəkildə qaytarmışdır. Vəsaitin bir qismini o, mükafat şəkilində öz əməkdaşlarına hər ay paylamış, 2020-ci ildə regionlarda yerləşən mədəniyyət obyektlərinin cari və əsaslı təmiri üçün Nazirlik tərəfindən 2.305.175 manat vəsaitin ayrılması nəzərdə tutulmuş, lakin karantin səbəbindən bu il ərzində tender keçirilməmiş, şirkətlərə ödəniş edilməmiş, bu səbəbdən də «otkat» alınmamışdır. Nazirlikdə kurasiya etdiyi nazirliyin informasiya və ictimai əlaqələr şöbəsinin fəaliyyətinin tənzimlənməsi sahəsində nazirliyin saytlarının, reyestrlərinin, portal və sosial şəbəkələrin saxlanılması və marketinq işlərinin aparılması üçün nazirlik tərəfindən 2019-cu ildə 400.000 manat ayrılmış, həmin işlərin görülməsi üçün sədrliyi ilə tenderlər elan edilmiş, tenderdə qalib gələn "xxxx" MMC və digər şirkətlərə yuxarıda qeyd olunan işlərin görülməsi üçün təxminən 290.000 manat köçürülmüş, bu məbləğdən ümumilikdə təxminən 30.000 manat «otkat» şəkilində şirkət rəhbəri tərəfindən ona şəxsən verilmiş, həmin vəsaitin bir qismini mükafat şəkilində öz əməkdaşlarına hər ay paylamış, nazirliyin informasiya və ictimai əlaqələr şöbəsinin fəaliyyətinin tənzimlənməsi sahəsində nazirliyin saytlarının, reyestrlərinin, portal və sosial şəbəkələrin saxlanılması və marketinq işlərinin aparılması üçün nazirlik tərəfindən 2020-ci ildə yenidən 400.000 manat ayrılmış, həmin işlərin görülməsi üçün sədrliyi ilə tenderlər elan edilmiş, tenderdə qalib gələn "xxxx" MMC-yə yuxarıda qeyd olunan işlərin görülməsi üçün ilkin olaraq 50.000 manat köçürülmüş, bu məbləğdən ümumilikdə təxminən 21.300 manat «otkat» şəkilində şirkət rəhbəri Şahid18 tərəfindən 06 may 2020-ci ildə şəxsən xidməti otağında ona verilmiş, həmin vəsait digər pul vəsaitləri arasında xidməti otağına baxış zamanı seyfindən aşkar edilmişdir. 2015-ci ildə Mədəniyyət və Turizm Nazirliyində aparat rəhbəri vəzifəsində işlərkən Nazirliyin informasiya və ictimai əlaqələr şöbəsinin fəaliyyətinin tənzimlənməsi sahəsində nazirliyin saytlarının, reyestrlərinin, portal və sosial şəbəkələrin saxlanılması və marketinq işlərinin aparılması üçün Şahid18 şirkətinə köçürülmüş vəsaitin bir hissəsi, yəni 31.000 manatı ona şəxsən «otkat» şəklində verilmiş, 2017-ci ildə həmin işlərə görə Şahid18 şirkətinə köçürülmüş 89.000 manat vəsaitin 14.666 manatı şəxsən «otkat» şəklində verilmiş, 2018-ci ildə həmin işlərə görə Şahid18 şirkətinə köçürülmüş 296.000 manat vəsaitin təxminən 10% şəxsən «otkat» şəkilində verilmiş, yalnız 2018-ci ildə və sonrakı illərdə ona verilən vəsaiti o, nazir Əbülfəs Qarayevə verib ona çatası hissəsini almışdır. 2019-cu ilin fevral ayından 2020-ci ilin mart ayınadək Mədəniyyət Nazirliyinin vəsaiti hesabına «Baku Guide – Culture Guide» jurnalının nəşri həyata keçirilmiş, həmin jurnalın ayda 1 dəfə olmaqla ildə 12 buraxılışı olmuş, nazirlik tərəfindən jurnalın nəşrinə illik təxminən 200.000 manat vəsait ayrılmış, onun tapşırığı ilə jurnalın nəşri və satışının təşkili ilə nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Həmbətov məşğul olmuş, bu layihənin həyata keçirilməsi zamanı marketinq və satışdan əldə olunan gəlirdən Şahid19 ona təşəkkür kimi adətən 2.000 – 2.500 manat vermişdir. İbtidai istintaq zamanı ona nümayiş etdirilmiş video materiallarla bağlı bildirir ki, video materialda olan iş otağı onun Mədəniyyət Nazirinin müavini vəzifəsində olarkən işlədiyi iş otağıdır və həmin otaqda ağ uzun qol köynəkdə masanın arxasında əyləşən şəxs odur, yanına işlə bağlı hər gün müxtəlif şəxslər gəlmiş və bu videoda 1-ci dəqiqənin 30-cu saniyəsində otağa gələn əynində ağ rəngli uzun qol köynək olan şəxs də onun tabeliyində olan “İnformasiya və ictimaiyyətlə əlaqələr” şöbəsinin müdiri Şahid19dur, onunla bu videoda həmin şöbə tərəfindən 2020-ci ildə görüləcək işlərin müzakirəsini aparmış, bu müzakirədə bu şöbə vasitəsilə həyata keçiriləcək layihələrin və yeniliklərin təşkilati işlərini planlaşdırmış, bu tədbirlərin il ərzində təşkili ilə bağlı keçiriləcək tenderdə iştirak edən şirkətlərə verəcəkləri təklifləri müzakirə etmiş, bu şöbənin fəaliyyəti ilə bağlı işləri 2019-cu ildə keçirilmiş tenderdə qalib gəlmiş "xxxx" şirkəti həyata keçirmiş, bu videonun 14-cü dəqiqəsinin 46-cı saniyəsində otağa qapını döyərək içəri daxil olan şəxs Biləsuvar regional mədəniyyət idarəsinin rəisi Şahid5dur, görüşləri o tutulmamışdan 3 gün əvvəl 5 may 2020-ci il tarixdə təxminən nahara qədər olan saatlarda baş vermiş, bu görüş Elçinin təşəbbüsü ilə baş vermiş, belə ki, onun məqsədi regional idarənin cari təmir maddəsinin hesabına əsaslı təmir maddəsinin büdcəsinin artırılması olmuş, o, 2020-ci ildə regional idarənin müəssisələri üçün əsaslı təmirə ayrılmış 250.000 manat pul vəsaitinin az olduğunu və Ramazanın rəhbəri olduğu şirkətin bu işləri həmin vəsait hesabına yekunlaşdıra bilməyəcəyini əsas gətirərək, ya başqa regional idarələrin büdcələrindən ona əlavə pul ayrılmasını və ya ona ayrılmış cari təmir üçün büdcədən əsaslı təmirə pul transfer eləməyi xahiş etmiş, o isə bunun mümkün olmayacağını cari təmir üçün ayrılmış pul vəsaitinin əsaslı təmir maddəsinə keçirilməsinin səlahiyyətlərində olmadığını, bunun ancaq Maliyyə Nazirliyinin səlahiyyətində olduğunu deyərək bu maddələrin dəyişdirilməsinin qeyri mümkünlüyünü ona izah etmiş, bu videoda cibindən çıxardaraq ona verdiyi zərfdə olan pul olmuş, hazırda həmin pulun məbləği yadında olmamış, həmin pulu onun novruz bayramını təbrik eləmək üçün gətirmiş, novruz bayramında onun yanında olmadığı üçün və sonra da pandemiya ilə əlaqədar Bakıya gələ bilmədiyi üçün bu görüşündə bayram pulu gətirmiş, həmin puldan bir qədərini özünə, bir hissəsini isə regional siyasət şöbəsinin rəisinə verməyi planlaşdırmış, regional idarələrin rəislərinə 2020-ci ilin fevral ayından bu tərəfə məktəblərin direktorlarından pul yığılmasının dayandırılması barədə göstəriş vermiş, Elçinin may ayında onun bu göstərişindən sonra gətirmiş olduğu pulu onun haradan əldə etdiyini dəqiq bilməmiş, videodan da görünür ki, ondan pul yığıb-yığmamağı barədə soruşur və hətta ona pulun yığılmasını dayandırmağı bir daha tapşırır, yadında qalanı odur ki, o, bu görüşdə deyir ki, o, pulu öz tərəfindən həll etmiş, pulun məbləği barədə isə əgər Şahid5 2600 manat deyirsə ola bilsin ki, o qədər məbləğ olmuş, hazırda dəqiq xatırlamır, 2-ci videoda olan iş otağı onun Mədəniyyət Nazirinin müavini vəzifəsində olarkən işlədiyi iş otağıdır və həmin otaqda arxasında ağ uzun qol köynəkdə masanın arxasında əyləşən şəxs odur, videonun 10-cu dəqiqəsinə qədər yanına gələrək onunla söhbət etmiş ağ saçlı, arıq bədən quruluşlu, ağzında maska olan şəxs tabeliyində olan “İnformasiya və ictimaiyyətlə əlaqələr” şöbəsinin müdir müavini Qabil Abbasovdur, pandemiya dövründə artıq onlayn fəaliyyət çox aktual olmuş, bu istiqamətin canlandırılması üçün nazirlikdə mövcud ştatlar çərçivəsində müəyyən yerdəyişmələrlə müstəqil şöbənin yaradılması zərurəti yaranmış, bu videoda nazirliyin çərçivəsində qeyd elədiyi struktur islahatlarının aparılması istiqamətində yeni şöbənin yaradılması ilə bağlı müzakirə aparmış, yeni yaradılacaq şöbəyə müdir təyin olunmaq niyyətini həm ona həm də nazirə bildirmiş, lakin bu struktur dəyişikliyi tutulana qədər baş tutmamış, videonun 10-cu dəqiqəsinin 48-ci saniyəsində onun otağına daxil olan şəxs "xxxx" MMC-nin direktoru Samir olmuş, o bu barədə əvvəl verdiyi ifadəsini təsdiq edərək bir daha Samirin rəhbərlik elədiyi şirkət Mədəniyyət Nazirliyinin İnformasiya və müasir texnologiyaların istifadəsi ilə bağlı nazirliyin 2019-cu ildəki sifarişlərini həyata keçirdiyini bildirmiş, onun qəbuluna gəlməsinin səbəbi də işlərlə bağlı hesabatı, həmçinin yadında qalan qədəri ilə 2019-cu il üzrə görülmüş işlərdən nazirliyə “otkat” şəklində verəcəyi məbləği təxminən 21660 manatı təqdim etməsidir, bu görüşü o biləni 6 may 2020-ci il tarixdə baş tutmuş, həmin pulu nazirə verdikdən sonra o puldan ona nazir 10 faiz, yəni 2160 manat özünə vermişdir. "xxxx" MMC-nin ona təqdim etdiyi pulları yalnız şirkətin direktoru Şahid18la görüşərək şəxsən ondan almış, Şahid19 2018-ci ilin sonlarında şöbə müdiri keçdikdən sonra təklifi əsasında əvvəllər "xxxx" adı ilə çap edilən jurnalın yenidən “Baku Culture” adı ilə çapına icazə verilmişdi və Şahid19 tender və çap məsələləri ilə özü məşğul olmuş və 2019-cu ilin əvvəlindən etibarən jurnal çap edilməyə başlamış, lakin, dəqiq olaraq jurnalın nə qədər nüsxədə buraxıldığından məlumatı olmamış, bu işlərlə İntiqam özü məşğul olmuş, sadəcə olaraq İntiqam öz təşəbbüsü ilə ona 2019-cu ildə 11 ay 2500 manat olmaqla, ümumilikdə 27500 manat pul vermiş, həmin pulu tələb kimi qoymamış, sadəcə olaraq İntiqam bunu öz təşəbbüsü ilə etmiş, jurnalın çap işləri və nüsxəsindən məlumatlı olmamış, xidməti otağında keçirilmiş baxış zamanı 46.410 manat və 900 ABŞ dolları aşkar edilərək götürülmüş, həmin pul vəsaitlərindən 900 ABŞ dollar özünə məxsus olmuş, 46.410 manatın təxminən 21.000 manatı "xxxx" şirkəti tərəfindən sonuncu dəfə ona nağdılaşdırılaraq verilmiş pul olmuş, qalan hissəsi isə müxtəlif vaxtlarda ifadələrində qeyd etdiyi kimi nazir müavini kimi əldə etdiyi pullar və əmək haqqından yığdığı pullar olmuş, həmin pulu ABŞ dollarına konvertasiya edib gələcəkdə həyat yoldaşının müalicəsi üçün xərcələmək məqsədilə saxlamış, həyat yoldaşı 2019-cu ilin yaz aylarında öz adına “Respublika Bank”ın baş ofisində saxlanc qutusu kirayə etmiş, valideynlərinin özlərinə məxsus evi sataraq verdiyi bir qədər pulu, habelə 70.000 ABŞ dolları dəyərindəki avtomobili olan “X50” və həyat yoldaşına məxsus “Hyundai Tucson” markalı avtomobilləri sataraq həmin pulu ABŞ dollarına konvertasiya edərək həyat yoldaşının müalicəsinə sərf etmək məqsədilə saxlanc qutusuna qoymuşlar, həmin saxlanc qutusunda müəyyən edilmiş 250.000 ABŞ dolları məhz həmin pullar olmuşdur. Yaşadığı ünvan 3 ünvanındakı evə keçirilmiş baxış zamanı seyfdən 1.900 evro, 110.000 manat, 40.000 ABŞ dolları aşkar edilərək götürülmüş pulla əlaqədar özü və həyat yoldaşı illərdir işləmiş və qazanclarını evlərindəki seyfdə saxlamışdır. Nazirliyin aparat rəhbəri və nazir müavini işlədiyi zaman regional idarələrdən və keçirilmiş tenderlər vasitəsilə əldə etdiyi illər ərzində pulları evdə saxlamış, həmçinin həyat yoldaşı da işlədiyi illər ərzində qazancını toplamış, evdən tapılmış 1900 avro və 40.000 ABŞ dollarını həyat yoldaşının müalicəsi üçün xarici valyutaya kovertasiya edib saxlamış, ümumilikdə bütün pulları illər ərzində yığdiqları pullardır. DTX əməkdaşları tərəfindən xidməti otağında keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş üzərində Mədəniyyət Nazirliyinin Regional idarələrinin və həmin idarələrin müdirlərinin adları, habelə qarşısında müxtəlif məbləğlər qeyd olunmuş vərəqin hər iki üzündəki üzərində göy ədəd rəqəmlə edilmiş qeydlər onun tərəfindən icra edilmiş, təqdim edilmiş vərəqin şərti olararaq birinci səhifəsində Mədəndiyyət Nazirliyinin regional mədəniyyət idarələrinin hər birinin rayonlar üzrə adları qeyd olunmuş siyahı tərtib edilmiş, o da regional idarə rəislərinin adlarının qarşısında həmin idarə rəislərinin 2020-ci ilin fevral ayında təqdim edilmiş pullar olmuş, belə ki, idarə rəisləri Sumqayıt, Şəmkir, Gəncə, Xacmaz rayonlarının regional idarə rəisləri bir başa olaraq onun yanına gələrək siyahıda göstərdiyi rəqəmdə pulları, habelə əvvəllər verdikləri pulları şəxsən ona təqdim etmiş, qalan regional idarə müdirləri isə aylıq təqdim etdikləri pulları Mədəniyyət Nazirliyinin regionlarla iş şöbəsinin müdiri Şahid17 yanına gəlmiş, Pərviz də həmin pulları ona təqdim etmiş, o da hər ay regionlardan yığılmış pullardan müəyyən miqdarını Pərviz və şöbəsinin əməkdaşları üçün vermişdir. 2020-ci ilin fevral ayında təqdim edilmiş vərəqdə qeyd etdiyi kimi 63.000 manat pul yığılmış, 2020-ci ilin fevral ayı üçün yığılan pul 66.000 nəzərdə tutulsa da real olaraq 63.000 manat pul yığılmış, vərəqin 1-ci səhifəsinin aşağısında regional idarələrinin adları qeyd olunmuş və 2020-ci il ərzində həyata keçirilməsi planlaşdırılan cari təmir işlərindən regional idarələr üzrə ayrılmış maliyyə vəsaitinin nağdlaşdırılaraq ona çatdırılmalı olan hissəsini göy qələmlə qeyd etmiş, bununla yanaşı regional idarələrin qarşısında büdcə maddələrini qeyd edərək həmin planların qarşısında nağdlaşdırılaraq geri qaytarılacaq məbləğin faizini qeyd etmiş, həmin cari təmir işləri 2020-ci il üçün nəzərdə tutulmuş və həyata keçirilməmiş, nəticə etibarı ilə həmin məbləğlər də ona təqdim edilməmiş, təqdim edilmiş vərəqin 2-ci səhifəsində regional idarələrin adları və müdirlərin adları qeyd olunmuş, həmin sıyahı üzrə 2020-ci il ərzində planlarşdırılan cari təmir işləri üçün ayrılmış vəsait qeyd olunmuş, o da göy qələmlə həmin regionlar üzrə cari təmir üçün ayrılmış vəsaitdən qeyd elədiyi faizlər üzrə nazirliyə çadırılması nəzərdə tutulan məbləği yazmış, regional idarələr üzrə əsasən cari təmir işlərini hazırda adlarını xatırlamadığı şirkətlərin rəhbərləri Ramin və Ramazan adlı şəxslər həyata keçirmiş, bir sıra hallarda regional idarələr müstəqil surətdə özləri tenderlər keçirib başqa şirkətlər vasitəsilə həyata keçirmiş, o da regional idarələr üzrə cari təmir işlərini hansı rayonlar üzrə Ramin və ya Ramazan adlı şəxslərin həyata keçirəcəyini göy qələmlə qeyd etmiş, bu qeydlər hələ həyata keçirilməmiş və planlaşdırılmışdır. 2018-ci ilin ortalarında sabiq Mədəniyyət naziri Əbülfəz Qarayevin rəhbərliyi ilə keçirilən iclasda digər gündəlikdə duran məsələlərlə yanaşı sonda nazir idarə rəislərinə musiqi məktəblərinin maliyyəsi ilə bağlı xüsusi göstərişin olduğunu və bununla bağlı ona müraciət etmələrini tapşırmış, 2018-ci ilin ortalarında həmin tapşırığın icrası ilə əlaqədar bütün regional idarə rəisləri onun qəbuluna ayrı-ayrı vaxtlarda gəlmiş, Əbülfəs Qarayev bundan əvvəl onu yanına çağıraraq nazirliyin işçilərinə maliyyə dəstəyi göstərmək, həmçinin texniki xərcləri ödəmək üçün Bakı baş Mədəniyyət idarəsi istisna olmaqla regional mədəniyyət idarələrinə tabe olan musiqi məktəblərində ödənişli əsaslarla təhsil alan şagirdlərin və artırılmış dərs saatları hesabına müəllimlərin əmək haqqından əldə olunmuş vəsaitdən aylıq olaraq müəyyən vəsaitin alınaraq ona çatdırılması barədə göstəriş vermiş, bundan sonra digər idarə rəisləri kimi Ağcabədi Regional Mədəniyyət idarəsinin rəisi X45 da onun qəbulumda olanda Əbülfəs Qarayevin tapşırığına istinad edərək nazirliyə kömək üçün müəyyən pul vəsatinin ona və yaxud Regional siyasət şöbəsinin müdiri Şahid17 çatdırılmasını demiş, bununla da Ağcabədi Regional Mədəniyyət idarəsinin rəisi X45 2018-ci ilin sentyabr ayından 2020-ci ilin fevral ayı da daxil olmaqla 16 ay ərzində hər ay 8000 manat olmaqla ümumilikdə 128000 manat pul vəsaitini Nazirliyin Regional siyasət şöbəsinin müdiri Şahid17, sonuncu isə öz növbəsində ona vermiş, o isə həmin pul vəsaitinin hamısını nazir Əbülfəs Qarayevə onun xidməti otağında şəxsən çatdırmış, o isə həmin puldan hər ay bütün regional idarələrin pulları toplandıqda ona 15% əmək haqqına əlavə kimi nağd şəkildə vermiş, konkret olaraq hər regional idarə üzrə qeyd etdiyi faizi deyil, ümumilikdə aylıq toplanmış məbləğdən 15%-i əlavə əmək haqqı kimi vermiş, qeyd etdiyi kimi nazirin ümumi tapşırığına əsasən Ağdaş Regional Mədəniyyət idarəsinin rəisi Şahid2 qəbulunda olmuş, 2019-cu ilin son 3 ayında hər ay 2000 manat olmaqla ümumilikdə 6000 manat pul vəsaitini ona vermiş, o isə həmin pulu digər regional idarələrindən toplanmış pullarla birlikdə Əbülfəs Qarayevə vermiş, Ə.Qarayev isə həmin puldan hər ay bütün regional idarələrin pulları toplandıqda özü ona 15% əmək haqqına əlavə kimi nağd şəkildə vermiş, nazirin ümumi tapşırığına əsasən Ağstafa Regional Mədəniyyət idarəsinin rəisi Şahid3 qəbulunda olmuş, 2019cu ilin mart ayından oktyabr ayınadək olan müddətdə 6 ay ərzində hər ay 2000 manat olmaqla ümumilikdə 12000 manat pul vəsaitini ona vermiş, o isə həmin pulu digər regional idarələrindən toplanmış pullarla birlikdə Əbülfəs Qarayevə vermiş, Ə.Qarayev isə həmin puldan hər ay bütün regional idarələrin pulları toplandıqda özü ona 15% əmək haqqına əlavə kimi nağd şəkildə vermiş, Bərdə Regional Mədəniyyət idarəsinin rəisi Şahid4 qəbulunda olmuş, 2019-cu ilin yanvar ayından 2020-ci ilin fevral ayına qədər hər ayda müxtəlif məbləğlər olmaqla ümumilikdə 45000 manat pul vəsaitini ona vermiş, o isə həmin pulu digər regional idarələrindən toplanmış pullarla birlikdə Əbülfəs Qarayevə vermiş, Ə.Qarayev isə həmin puldan hər ay bütün regional idarələrin pulları toplandıqda özü ona 15% əmək haqqına əlavə kimi nağd şəkildə vermiş, qeyd etdiyi kimi nazirin ümumi tapşırığına əsasən Biləsuvar Regional Mədəniyyət idarəsinin rəisi Şahid5 qəbulunda olmuş, 2019-cu ilin yanvar ayından 2020-ci ilin aprel ayına qədər olan müddətdə ümumilikdə 27800 manat pul vəsaitini ona vermiş, o isə həmin pulu digər regional idarələrindən toplanmış pullarla birlikdə Əbülfəs Qarayevə vermiş, Ə.Qarayev isə həmin puldan hər ay bütün regional idarələrin pulları toplandıqda özü ona 15% əmək haqqına əlavə kimi nağd şəkildə vermiş, 2017-ci ildə nazirliyin Aparat rəhbəri olduğu zaman nazir eyni qaydada ona tapşırıq vermiş, həmin tapşırığa əsasən Gəncə Regional Mədəniyyət idarəsinin rəisi Şahid6 qəbulunda olmuş, 2017-ci ilin sentyabr ayından 2020-ci ilin yanvar ayı da daxil olmaqla ötən müddət ərzində hər tədris ilinin iki ay yay tətillərini çıxmaqla 25 ay ərzində hər ay 9000 manat olmaqla ümumilikdə 225000 manat pul vəsaitini ona vermiş, o isə həmin pulu digər regional idarələrindən toplanmış pullarla birlikdə Əbülfəs Qarayevə vermiş, Ə.Qarayev isə həmin puldan hər ay bütün regional idarələrin pulları toplandıqda özü ona 15% əmək haqqına əlavə kimi nağd şəkildə vermiş, nazirin ümumi tapşırığına əsasən Gəncə Regional Mədəniyyət idarəsinin Goranboy rayonu üzrə nümayəndəsi Şahid7 qəbulunda olmuş, 2018-ci ilin sentyabr ayından 2019-cu ilin dekabr ayına qədər ötən dövr ərzində yay tətilinin iki ayını və 2019-cu ilin dekabr ayını çıxmaqla ümumilikdə 20850 manat Nazirliyin Regional siyasət şöbəsinin müdiri Şahid17 vermiş, Şahid17 də həmin pul vəsaitini ona vermiş, o isə həmin pulu digər regional idarələrindən toplanmış pullarla birlikdə Əbülfəs Qarayevə vermiş, Ə.Qarayev isə həmin puldan hər ay bütün regional idarələrin pulları toplandıqda özü ona 15% əmək haqqına əlavə kimi nağd şəkildə vermiş, Xaçmaz Regional Mədəniyyət idarəsinin rəisi Şahid8 qəbulunda olmuş, 2017-ci ilin aprel ayından 2020-ci ilin yanvar ayına qədər hər ilin yay tətillərini çıxmaq şərti ilə hər ay 2000 manat olmaqla, ümumilikdə 48650 manat pulu vəsaitini ona vermiş, o isə həmin pulu digər regional idarələrindən toplanmış pullarla birlikdə Əbülfəs Qarayevə vermiş, Ə.Qarayev həmin puldan hər ay bütün regional idarələrin pulları toplandıqda özü ona 15% əmək haqqına əlavə kimi nağd şəkildə vermiş, nazirin ümumi tapşırığına əsasən İsmayıllı Regional Mədəniyyət idarəsinin rəisi Şahid9 qəbulunda olmuş, 2017-ci ilin oktyabr ayından başlayaraq yay tətillərini çıxmaq şərti ilə 2019-cu ilin dekabr ayı da daxil olmaqla 3-4 aydan bir hər dəfə 1500 manat olmaqla, ümumilikdə 31500 manat pul vəsaitini ona vermiş, o isə həmin pulu digər regional idarələrindən toplanmış pullarla birlikdə Əbülfəs Qarayevə vermiş, Ə.Qarayev həmin puldan hər ay bütün regional idarələrin pulları toplandıqda özü ona 15% əmək haqqına əlavə kimi nağd şəkildə vermiş, Lənkəran Regional Mədəniyyət idarəsinin rəisi Şahid11 qəbulunda olmuş, 2018-2019-cu tədris ilində 9 ay hər ayda 500 manat olmaqla, cəmi 4500 manat, 2019-2020-ci tədris ilində isə 5 ay hər ayda cəmi 2500 manat, ümumilikdə 7000 manat pul vəsaitini ona vermiş, o isə həmin pulu digər regional idarələrindən toplanmış pullarla birlikdə Əbülfəs Qarayevə vermiş, Ə.Qarayev isə həmin puldan hər ay bütün regional idarələrin pulları toplandıqda özü ona 15% əmək haqqına əlavə kimi nağd şəkildə vermiş, nazirin ümumi tapşırığına əsasən Sabirabad Regional Mədəniyyət idarəsinin rəisi Şahid13 qəbulunda olmuş, 2017-2019-cu illər ərzində hər il 5000 manat, 2020-ci ildə isə yanvar ayında 1000 manat olmaqla, ümumilikdə 16000 manat pul vəsaitini ona vermiş, o isə həmin pulu digər regional idarələrindən toplanmış pullarla birlikdə Əbülfəs Qarayevə vermiş, Ə.Qarayev isə həmin puldan hər ay bütün regional idarələrin pulları toplandıqda özü ona 15% əmək haqqına əlavə kimi nağd şəkildə vermiş, nazirin ümumi tapşırığına əsasən Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Şahid14 qəbulunda olmuş, 2019-cu ilin fevral, mart, iyun, sentyabr, oktyabr, noyabr və dekabr aylarında hər ay 10.000 manat olmaqla, aprel və may aylarında isə hər ay 6.500 manat olmaqla ümumilikdə 2019-cu il ərzində 83.000 manat, 2020-ci ilin fevral ayında isə yanvar və fevral ayları üçün birlikdə 12.000 manat, ümumilikdə 95.000 manat pul vəsaitini ona vermiş, o isə həmin pulu digər regional idarələrindən toplanmış pullarla birlikdə Əbülfəs Qarayevə vermiş, Ə.Qarayev isə həmin puldan hər ay bütün regional idarələrin pulları toplandıqda özü ona 15% əmək haqqına əlavə kimi nağd şəkildə vermiş, Kürdəmir Regional Mədəniyyət idarəsinin rəisi Şahid10 qəbulunda olmuş, 2017-ci ilin prel ayından 2019-cu ilin dekabr ayına qədər hər ay 9000 manat olmaqla, ümumilikdə 243000 manat pul vəsaitini ona vermiş, o isə həmin pulu digər regional idarələrindən toplanmış pullarla birlikdə Əbülfəs Qarayevə vermiş, Ə.Qarayev isə həmin puldan hər ay bütün regional idarələrin pulları toplandıqda özü ona 15% əmək haqqına əlavə kimi nağd şəkildə vermiş, Şəki Regional Mədəniyyət idarəsinin rəisi Şahid15 qəbulunda olmuş, 2017-ci il, 2018-ci il və 2019-cu ildə hər il 8000 manat, 2020-ci ilin yanvar və fevral aylarında isə 4000 manat olmaqla, ümumuilikə 28000 manat pul vəsaitini ona vermiş, o isə həmin pulu digər regional idarələrindən toplanmış pullarla birlikdə Əbülfəs Qarayevə vermiş, Ə.Qarayev isə həmin puldan hər ay bütün regional idarələrin pulları toplandıqda özü ona 15% əmək haqqına əlavə kimi nağd şəkildə vermiş, nazirin ümumi tapşırığına əsasən Şəmkir Regional Mədəniyyət idarəsinin rəisi Şahid16 qəbulunda olmuş, 2017-ci ilin iyun ayından 2019-cu ilin oktyabr ayınadək olan müddətdə 22 ay müddətində hər ay 9000 manat olmaqla, cəmi 198000 manat, 2019-cu ilin oktyabr ayından 2020-ci ilin mart ayına qədər 5 ay müddətində ayda 12000 manat olmaqla cəmi 60000 manat, ümumilikdə 258000 manat pul vəsaitini ona vermiş, o isə həmin pulu digər regional idarələrindən toplanmış pullarla birlikdə Əbülfəs Qarayevə vermiş, Ə.Qarayev isə həmin puldan hər ay bütün regional idarələrin pulları toplandıqda özü ona 15% əmək haqqına əlavə kimi nağd şəkildə vermiş, eləcədə 08 may 2020-ci il tarixdə Şahid16 növbəti dəfə 2 ayın pulunu vermək üçün gətirdiyi 14500 manat və 5000 ABŞ dolları vəsaiti onun iş otağına gətirmiş, həmin pulu sürücüsünə verməyi göstəriş vermiş, Masallı Regional Mədəniyyət idarəsinin rəisi Şahid12 qəbulunda olmuş, 2017-ci ildən 2020-ci ilədək 3 dəfə olmaqla hər birində 500 manat, ümumilikdə 1500 manat pul vəsaitini ona vermiş, o isə həmin pulu digər regional idarələrindən toplanmış pullarla birlikdə Əbülfəs Qarayevə vermiş, Ə.Qarayev isə həmin puldan hər ay bütün regional idarələrin pulları toplandıqda özü ona 15% əmək haqqına əlavə kimi nağd şəkildə vermiş, Kürdəmir, Gəncə, Ağdaş, Bərdə və Biləsuvar Regional idarələrinin büdcəsində nəzərdə tutulmuş cari və əsaslı təmir işlərinin görülməsi üçün nazir Əbülfəs Qarayevin tapşırığı ilə təmir işlərini görəcək şirkətlərdən müqavilə dəyərinin 10%-i nazirə qaytarılmalı olmuş, buna görə 2019-cu il ərzində “Xumar-98” firması ilə bağlanmış müqaviləyə əsasən cari təmir və əsaslı təmir işləri həyata keçirilmiş, 60000 manat pul vəsaitini əvvəldən tanıdığı Şahid22 alaraq Əbülfəs Qarayevə vermiş, “Xumar-98” firmasının rəhbərini tanımır, əslində işi şifahi razılaşmaya əsasən Anara vermiş, Əbülfəs Qarayev 60000 manat puldan 10 %, yəni 6000 manat ona vermiş, Sumqayıt, Şəki, Şəmkir, Ağcabədi, Sabirabad, Lənkəran və Masallı Regional idarələrinin büdcəsində nəzərdə tutulmuş cari və əsaslı təmir işlərinin görülməsi üçün nazir Əbülfəs Qarayevin tapşırığı ilə təmir işlərini görəcək şirkətlərdən müqavilə dəyərinin 10%-i nazirə qaytarılmalı olmuş, buna görə 2019-cu il ərzində əvvəldən tanışı Şahid20 vasitəsi ilə müxtəlif fiziki şəxslərlə bağlanmış müqaviləyə əsasən cari və əsaslı təmir işləri həyata keçirilmiş, 191890 manat pul vəsaitini əvvədən tanıdığı Şahid20 alaraq Əbülfəs Qarayevə vermiş, fiziki şəxsləri tanımır, əslində işi şifahi razılaşmaya əsasən Raminə vermiş, Əbülfəs Qarayev 191890 manat puldan 10 %, yəni 19000 manat pulu ona vermiş, 2015-ci ildən "xxxx" MMC mütəmadi olaraq nazirliyin digər şöbələri ilə yanaşı İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi ilə müəyyən layihələrin həyata keçirilməsi üçün birgə fəaliyyət göstərirdilər, 2016-cı ildə bağlanmış müqaviləyə görə işin "xxxx" MMC-yə verildiyindən 52400 manat pulu vəsaiti tərəfindən əvvəlcədən əldə olunmuş razılığa əsasən MMC-nin direktoru Şahid18 alınaraq Əbülfəs Qarayevə verilmiş, o isə həmin vəsaitdən 20 %, yəni 10400 manat ona əmək haqqına əlavə kimi vermiş, həmin puldan 3000 manat İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşlarına əmək haqqına əlavə kimi vermiş, həmin pulu Şahid18 il ərzində bir neçə dəfə olmaqla ayrı-ayrı vaxtlarda almış, saxlanılarkən həyəcanlı olduğundan "xxxx" MMC-dən alınmış pul vəsaitlərindən yalnız 2018-ci ildən başlayaraq Əbülfəs Qarayevə verdiyini ifadəsində göstərmiş, lakin ilkin dövrlərdən həmin pulları Əbülfəs Qarayevə vermiş, nazirin ümumi tapşırığına əsasən 2017-ci ildə bağlanmış müqaviləyə görə işin "xxxx" MMC-yə verildiyindən 90700 manat pulu əvvəlcədən əldə olunmuş razılığa əsasən MMC-nin direktoru Şahid18 alınaraq Əbülfəs Qarayevə vermiş, o isə həmin vəsaitdən 20 %, yəni 18000 manat ona əmək haqqına əlavə kimi vermiş, həmin puldan 3000 manat İnfo rmasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşlarına əmək haqqına əlavə kimi vermiş, həmin pulu Şahid18 il ərzində bir neçə dəfə olmaqla ayrı-ayrı vaxtlarda almış, nazirin ümumi tapşırığına əsasən 2018-ci ildə bağlanmış müqaviləyə görə işin "xxxx" MMC-yə verildiyindən 20640 manat pulu əvvəlcədən əldə olunmuş razılığa əsasən MMC-nin direktoru Şahid18 alınaraq Əbülfəs Qarayevə vermiş, həmin vəsaitdən 20 %, yəni 4000 manat ona əmək haqqına əlavə kimi vermiş, həmin pulu Şahid18 il ərzində bir neçə dəfə olmaqla ayrı-ayrı vaxtlarda almış, nazirin ümumi tapşırığına əsasən 2019-cu ildə bağlanmış müqaviləyə görə işin "xxxx" MMC-yə verildiyindən 127600 manat pulu əvvəlcədən əldə olunmuş razılığa əsasən MMC-nin direktoru Şahid18 alaraq Əbülfəs Qarayevə vermiş, həmin vəsaitdən 20 %, yəni 25000 manat əmək haqqına əlavə kimi vermiş, həmin puldan 12000 manat İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşlarına əmək haqqına əlavə kimi vermiş, həmin pulu Şahid18 il ərzində bir neçə dəfə olmaqla ayrı-ayrı vaxtlarda almış, nazirin ümumi tapşırığına əsasən 2020-ci ildə bağlanmış müqaviləyə görə işin "xxxx" MMC-yə verildiyindən 21660 manat pulu əvvəlcədən əldə olunmuş razılığa əsasən MMC-nin direktoru Şahid18 alaraq Əbülfəs Qarayevə vermiş, həmin vəsaitdən 20%, yəni 4300 manat ona əmək haqqına əlavə kimi vermiş, ittiham edildiyi cinayətin mahiyyəti ona aydındır, elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir, vəzifə səlahiyyətlərini yerinə yetirərkən müəyyən dərəcədə diqqətsizliyə və səhvlərə yol verdiyinə görə əməlindən peşmandır, bilavasitə tabeçiliyində olduğu şəxsin tapşırıqlarını icra etmiş, eyni zamanda o, heç vaxt heç bir rüşvət və mənimsəmə əməlinin təşəbbüskarı olmamış və şəxsən özü üçün rüşvət və maliyyə vəsaitləri qəbul etməmiş, istintaq dövründə verdiyi ifadələri təsdiq edir və bildirir ki, rüşvətin və maliyyə vəsaitinin toplanması rəhbərin tapşırığı olmuş, məqsəd nazirliyin fəaliyyətinə, habelə əməkdaşlara əlavə vəsaitlərin verilməsi olmuş, toplanmış vəsait rəhbərə çatdırıldıqdan sonra ona da digər əməkdaşlarla bərabər əlavə əmək haqqı verilmişdir. Qeyd etdiyi qanun pozuntularını ağır xərçəng xəstəsi olan həyat yoldaşı Gülşən Bayramovanın xaricdə bahalı müalicəsinin təmin edilməsi üçün etmiş, təkcə 2019-cu ildə o, hər ay Almaniyada kimya və radio terapiyası keçmiş, bir dəfə cərrahiyyə əməliyyatı keçirmiş, əməlindən səmimi olaraq peşimandır, xahiş edir ki, himayəsində üç azyaşlı övladının olmasını və həyat yoldaşı Gülşən Bayramovanın ağır xərçəng xəstəsi olması nəzərə alınsın. Təqsirləndirilən şəxsin törətiyi cinayət əməli iş üzrə olan aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X45 ifadəsində göstərdi ki, 2017-ci ildən hal hazırkı dövrədək isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Ağcabədi regional idarəsinin rəisi vəzifəsində işləyir, həmin idarə Ağcabədi, Laçın və Ağdam rayonlarının mədəniyyət müəssisələrinə təyin edilmiş nümayəndələr vasitəsi ilə nəzarət edir, rəisi olduğu idarəyə 3 rayon üzrə təxminən 2600 nəfər işçi var. Mədəniyyət Nazirliyində regional idarələrin işlərinə nəzarəti nazir müavini Təqsirləndirilən şəxs etmişdir. 2018-ci ilin təxminən ortalarında Mədəniyyət Nazirinin müavini Təqsirləndirilən şəxs zəng edərək onu yanına çağırıb ona hər ay müəyyən məbləğdə pul vermək lazım olduğunu demiş və nə qədər verə biləcəyini soruşmuş, əmək haqqından başqa aylıq gəliri olmadığına görə bu məsələyə bir az tərəddüd etmiş, lakin işini itirməmək üçün məcbur olub hər ay çalışıb 8000 manat verə bicəyini bildirmişdir. Təqsirləndirilən şəxs da həmin pulları Mədəniyyət Nazirliyinin Regional Siyasət şöbəsinin müdiri Şahid17 verməyi tapşırmış, həmin vaxtdan başlayaraq 2020-ci ilin yanvar ayınadək hər ayın sonu Bakı şəhərinə gələrək Şahid17 ilə onun xidməti otağında görüşüb 8000 manatı zərfin içərisində ona vermişdir. Rəisi olduğu idarənin tabeliyində olan musiqi və incəsənət məktəblərinin direktorları hər ay ona 300-500 manat arası aylıq vermiş, qalan pulu isə o, öz maaşından düzəldərək vermiş, həmin pulları Şahid17 vasitəsi ilə Təqsirləndirilən şəxs vermiş, rəisi olduğu regional idarənin balansında olan hər hansı bir mədəniyyət obyektinin təmirə ehtiyacı olan vaxt Təqsirləndirilən şəxs müraciət etmiş və ondan razılıq aldıqdan sonra rəhbəri olduğu idarənin adından görüləcək təmir işlərinin tenderini elan etmiş, elan olunan tenderləri tender komissiyasında qazanan şirkətlərlə əvvəlcədən hər hansı bir sövdələşməsi olmamış, bu şirkətlər tenderdə qalib gəldikdən sonra bu şirkətin nümayəndəsi ilə rəisi olduğu idarənin adından müqavilə bağlamış və idarənin hesabından təmir üçün göstərilmiş məbləği şirkətin hesabına köçürmüşdür. Bundan sonra həmin şirkət işə başlamış, təmiri həyata keçirən şirkətlərin tenderi hansı qaydada udmaları, eləcə də Təqsirləndirilən şəxs və yaxud digər başqa şəxsə hər hansı məbləğdə pul vermələrindən onun məlumatı olmamış, regional idarənin balansında olan müəssisələrin təmiri zamanı şirkət tərəfindən görülmüş işləri çox məsuliyyətlə yoxlayaraq təhvil aldıqdan sonra bununla bağlı olan sənədlərə imzalamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2019-cu ilin yanvar ayından Ağstafa regional idarəsinin rəisi işləmiş, 2019-cu il 22 yanvar tarixindən indiyə qədər Ağdaş regional idarəsinin rəisi işləyir. Təqsirləndirilən şəxs 2019-cu ilin təxminən yay aylarında yanına çağıraraq ona işləyən adam olduğuna görə Ağstafada işlədiyi müddətdə ondan aylıq pul istəməmiş, lakin artıq Ağdaşda işlədiyi müddətdə tədris ilinin aylarında ona ayda gücü çatan qədəri ilə aylıq pul verməli olduğunu demiş, o isə bu pulu haradan və necə əldə edəcəyini soruşduqda o, musiqi məktəblərinin direktorlarından bu məbləği yığa biləcəyini ona demiş, həmçinin onun bu tapşırığını icra etməzdisə idarə rəisi kimi fəaliyyətinə əlində olan səlahiyyətlərdən istifadə edərək maneələr törədəcəyini, hətta idarəyə yoxlama da göndərəcəyini demişdir. O da nazir müavininin bu tapşırığını icra etməli olduğunu düşünmüş və 2019-cu il ilin son üç ayında hərəsində 2000 manat olmaqla ümumilikdə 6000 manat pulu Rafiq müəllimə vermiş, həmin məbləği aylıq maaşından toplayaraq, qalan hissəsini də ailə üzvlərindən alaraq düzəldib Rafiq müəllimə onun iş otağında vermişdir. 2020-ci ildə isə Təqsirləndirilən şəxs pul verməmiş, çünki aylıq pul verməyə maddi imkanı olmamış, bundan sonra onun Rafiqlə əlaqəsi tam kəsilmişdir. Təqsirləndirilən şəxs xidməti otağında keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş üzərində Mədəniyyət Nazirliyinin Regional idarələrinin və həmin idarələrin müdirlərinin adları, habelə qarşısında müxtəlif məbləğlər qeyd olunmuş bir ədəd vərəqdə olan “Ağdaş 2000” qeydi ilə əlaqədar bildirir ki, ola bilsin ki, bu qeyd Təqsirləndirilən şəxs ondan 2019-cu ilin dekabr ayında aylıq şəklində aldığı 2000 manat pul barədə yazdığı qeyddir, burdakı qeyddən görünür ki, cədvəldə onun adının qarşısındakı sonrakı qrafa boşdur Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2019-cu ilin yanvar ayında Ağstafa Rayonu Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunmuş, həmin idarə Qazax, Tovuz və Ağstafa rayonları üzrə Mədəniyyət Nazirliyinin fəaliyyətini tənzimləyir. Ağstafa rayon regional Mədəniyyət İdarəsinin nəzdində Tovuz rayonunda 3 ədəd, Qazax rayonun 2 ədəd, Ağstafa rayonunda isə 1 ədəd musiqi məktəbi fəaliyyət göstərir, Tovuz rayonunda olan 3 musiqi məktəbində şagirdlərin dərsə zəif olduğundan həmin siniflərin bağlanmamağı üçün Təqsirləndirilən şəxs tələbi ilə o, bu məktəblərin direktorlarından ümumilikdə hər ay üzrə 2000 manat pul istəmiş, həmin direktorlar da məktəblərinin normal fəaliyyətinə maneə törədilməməyi üçün istədiyi pulu yığıb ona vermiş, o da hər ay yığdığı 2000 manatı nazir müavini Təqsirləndirilən şəxs vermişdir Hər ay Tovuz şəhəri “X58” adına musiqi məktəbinin direktorundan 800 manat, Qovlar şəhər musiqi məktəbinin direktorundan 700 manat və Düzqırxlı kənd uşaq musiqi məktəbinin direktorundan isə 500 manat olmaqla ümumilikdə 2000 manat pulu alaraq Təqsirləndirilən şəxs vermiş, bu proses 2019-cu ilin mart ayından oktyabr ayına qədər davam etmiş və beləliklə həmin qeyd elədiyi məktəblərin direktorlarından cəmi 12000 manat pul toplayıb 6 ay ərzində, hər ay 2000 manat olmaqla Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs xidməti otağında keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş üzərində Mədəniyyət Nazirliyinin Regional idarələrinin və həmin idarələrin müdirlərinin adları, habelə qarşısında müxtəlif məbləğlər qeyd olunmuş bir ədəd vərəqdə olan “Ağstafa 2000” qeydi ola bilsin ki, Təqsirləndirilən şəxs ona 2019-cu ilin oktyabrına qədər aylıq şəklində sonuncu dəfə vermiş olduğu 2000 manat barədə olan qeyddir. Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 155-157 və 6-cı cildinin 126-127-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, 2016-cı ildən Bərdə regional Mədəniyyət idarəsinin rəisi vəzifəsində işləyir. Bərdə regional Mədəniyyət İdarəsi Bərdə, Tərtər, Mingəçevir və Yevlax rayonlarını əhatə edir, ümumilikdə regional idarənin təxminən 2500 nəfərə yaxın işçisi var, Mədəniyyət Nazirliyində regional idarələrin işlərinə nəzarəti nazir müavini Təqsirləndirilən şəxs edir. 2019-cu ilin yanvar ayında nazir müavini Təqsirləndirilən şəxs yanında olan zaman Rafiq müəllim ona nazirliyin müəyyən problemlərinin həlli üçün aylıq pul verməli olduğunu bildirmiş, həmin məbləğin nə qədər olmasını soruşduqda ona nə nə bacarırsa onu etməyi demiş, o, Təqsirləndirilən şəxs bu barədə öz razılığını vermiş, bundan sonra isə hər ay olmaqla bəzi aylarda 3000, 5000,4000 manat məbləğində pul vermiş, elə ay olub ki, 1000 manat pul vermiş, hətta elə ayıb olub ki, ümumiyyətlə pul verməmişdir. Sonuncu dəfə 2020-ci ilin fevral ayında 5000 manat pul vermiş, həmişə qeyd olunan məbləği Rafiq müəllimlə görüşlərində onun iş otağında iş masasına kağız paketdə qoymuşdur. 2019-cu ilin yanvar ayından 2020-ci ilin fevral ayına qədər Təqsirləndirilən şəxs ümumilikdə 45.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs verdiyi pul vəsaitlərini işini itirməmək üçün məcburiyyət qarşısında qalaraq vermişdir. Məktəb direktorlarından konkret məbləğdə aylıq pul tələb eləməmiş, onlardan pulu istəyəndə də nazirliyə çatdırmaq adı ilə istəməmiş, bunu özünə ayıb bilmiş, səmimi olaraq 8-10 yox, 1-2 məktəb direktorundan gələn qonaqları yola salmaq, qonaqlıq vermək, mehmanxanada yerləşdirmək və yaxud rayondakı mədəni tədbirlərin təşkili adı altında 300-500 manat pul istəmiş, onlar da bu məbləği könüllü şəkildə vermiş, pulları həmişə çalışıb özü maaşından və il ərzində idarənin büdcəsinə ayrılan digər xərclərdən payına düşən 10 faiz gəlirdən düzəldərək Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs xidməti otağında keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş üzərində Mədəniyyət Nazirliyinin Regional idarələrinin və həmin idarələrin müdirlərinin adları, habelə qarşısında müxtəlif məbləğlər qeyd olunmuş bir ədəd vərəqdə “Bərdə 5000” qeydi ola bilsin ki, Təqsirləndirilən şəxs 2020-ci ilin fevral ayında aylıq şəklində sonuncu dəfə verdiyi 5000 manat barədə olan qeyddir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2017-ci ilin yanvar ayından hal-hazıradək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi işləyir, həmin idarə Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonlarının mədəniyyət müəssisələrinə təyin edilmiş nümayəndələr vasitəsi ilə nəzarət edir, rəisi olduğu idarəyə 4 rayon üzrə 1360 nəfər işçi daxildir. 2019-cu ilin yanvar ayında Mədəniyyət Nazirinin müavini Təqsirləndirilən şəxs ona zəng edərək yanına çağıraraq ona hər ay müəyyən məbləğdə pul vermək lazım olduğunu demiş və nə qədər verə biləcəyini soruşmuş, o da işini itirməmək üçün məcbur olub hər ay çalışıb 2000 manat verə bicəyini bildirmiş, həmin vaxtdan başlayaraq 2020-ci ilin yanvar ayınadək hər ayın sonu Bakı şəhərinə gələrək Təqsirləndirilən şəxsla onun xidməti otağında görüşüb vermişdir. 2020-ci ilin yanvar ayında yenə aylıq vermək üçün Bakı şəhərinə Təqsirləndirilən şəxs yanına gəlmiş, verdiyi 2000 manatı götürdükdən sonra bu ildən pulu artırmaq lazım olduğunu demiş və nə qədər artıq verəcəyini soruşmuş, o da 2600 manat verə biləcəyini demiş, həmin vaxtdan başlayaraq hər ayın sonu Təqsirləndirilən şəxs 2600 manat pul vermiş, sonuncu dəfə 05 may 2020ci il tarixdə Təqsirləndirilən şəxs xidməti otağında onunla görüşmüş, otağa daxil olan kimi özü ilə gətirdiyi içərisində 2600 manat olan ağ rəngli zərfi həmişəki kimi masanın üzərinə qoymuş və aprel ayının aylığı olduğunu demiş, aprel ayında Bakı şəhərinə gələ bilmədiyi üçün həmin ayın aylığını çatdıra bilməmiş, bundan sonra onunla cari məsələlərdən danışmış və getmişdir. İbtidai istintaqda ona göstərilən video materiallarda olan 30 dəqiqəlik videonun 14-cü dəqiqənin 46-cı saniyəsində otağa qapını döyərək içəri daxil olan şəxs odur, otaqdakı digər şəxs isə Təqsirləndirilən şəxsdur. Videoda 15-ci dəqiqəsinin 24-cü saniyəsində cibindən çıxardaraq Təqsirləndirilən şəxs iş masasının üstündəki kağızları altına qoyduğu zərfdə isə ona hər ay musiqi məktəblərinin direktorlarından yığmalı olduğu aylıq 2600 manat olmuşdur. Təqsirləndirilən şəxs 2019-cu ilin yanvar ayından 2020-ci ilin aprel ayına qədər olan müddətdə ümumilikdə 27800 manat pul vermişdur. Şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 158-160 və 6-cı cildinin 71-75-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, 2011-ci ildən Gəncə musiqi regional idarəsinin rəisi vəzifəsində işləyir, regional idarəyə 2011-ci ildə tək Gəncə şəhəri daxil olmuş, 2017-ci ilin yanvar ayında regional idarənin səlahiyyətləri artırılmış və Mədəniyyət Nazirliyi nəzdində Naftalan şəhəri, Samux rayonu, Xocalı rayonu, Kəlbəcər rayonu və Goranboy rayonunda fəaliyyət göstərən musiqi məktəbləri rəhbərlik etdiyi idarənin tabeçiliyinə keçmişdir. 2017-ci ilin sentyabr ayında Mədəniyyət Nazirliyinin aparat rəhbəri olan Təqsirləndirilən şəxs onu yanına çağırmış, musiqi məktəblərində işləyən müəllimlərin artıq dərs saatlarından əldə olunan pullardan direktorlardan aylıq 9.000 manat pul yığaraq hər ay verməli olduğunu, kimsə onun verdiyi bu tapşırığı icra etməzsə, yəni onun tələb elədiyi pulu ona verməzsə o, əlində olan inzibati səlahiyyətdən istifadə edərək bu regional idarənin müəssisələrində yoxlamalar təyin edərək keçirdəcək və nöqsanlar aşkar edərək işçilərə töhmət verdirəcəyini, hətta işdən də çıxartdıracağını demiş, bundan sonra o, məcbur olaraq Təqsirləndirilən şəxs bu tələbi ilə razılaşmışdır. Regional idarənin tabeçiliyində olan Xocalı rayonu üzrə 3 məktəbdən, Naftalan rayonu üzrə 1 məktəbdən və Kəlbəcər rayonu üzrə 1 məktəbdən pul almamış, Rafiqə həmin məktəblər düşmənlə sərhəd ərazidə yerləşdiyi üçün yaşayışları elə də ürəkaçan olmadığını demiş, bu səbəbdən həmin məktəblərdən pul yığılmamış, digər direktorların hamısı ilə ayrılıqda görüşmüş, onlara nazirlikdə Təqsirləndirilən şəxs tərəfindən belə bir tələb irəli sürüldüyünü, hər bir məktəb direktoru ayda regional idarə rəisinə Təqsirləndirilən şəxs çatdırmaq üçün müəyyən edilmiş məbləğdə pul yığıb verməli olduğunu çatdırmış, həmçinin onlara əgər kimsə nazirliyin gözə görünməyən müəyyən xərcləri adı altında Təqsirləndirilən şəxs tərəfindən yığılan bu aylığı verməzsə onun fəaliyyətinin yenidən yoxlanacağını, yeri gələrsə ona töhmət və ya xəbərdarlıq ediləcəyini, hətta işdən də çıxardılmasının mümkün olacağını demiş, direktorlar da buna görə bu tapşırığın nazirlikdə yuxarı instansiyadan gəldiyinə inandılarından buna etiraz etməmişlər. Gəncə şəhəri üzrə 6, Goranboy rayonu üzrə 7, Samux rayonu üzrə 3, Xocalı rayonu üzrə isə 3, Kəlbəcər rayonu üzrə 1 və Naftalan şəhəri üzrə 1 musiqi məktəbi vardır, Goranboy rayonu üzrə pulları regional idarənin baş məsləhətçisi Şahid7 yığmışdır. 2017-ci ilin sonlarında o, Şahid7 qəbuluna çağıraraq Təqsirləndirilən şəxs tapşırığı əsasında tabeçiliyində olan musiqi məktəblərindən aylıq şəklində pul yığmalı olduğunu demiş, o isə etiraz eləmiş, bu barədə rəhbərliyə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs tapşırığı ilə Goranboy rayonu ərazisində fəaliyyət göstərən məktəblərdən pulların yığılması barədə Şahid7lə özləri danışıb razılığa gəlmiş və Şahid7 özü bu məktəblərdən bildiyinə görə 2018-ci ildən başlayaraq pulları yığaraq nazirliyə çatdırmışdır. Gündüz hər ay 6.000 manat pul yığıb Rafiqə aparmış, idarə rəisi kimi onun Goranboy rayonunda yığılan pullara qarışacağı olmamış, Təqsirləndirilən şəxs tapşırığı ilə hər il Gəncə regional idarəsi üçün tender elan edilmiş, bu məqsədlə regional idarəyə lazım olan yumşaq avadanlıq (milli paltarlar), musiqi alətləri və mebel dəstləri alınmış qeyd etdiyi əşyaların hər birini ayrı-ayrı şirkətlər almış, tenderdə qalib gələn şirkətlərin bu tenderdə iştirakına onun idarə rəisi olaraq heç bir qarışacağı olmamış, həmin şirkətlərin verdikləri malların sayına və ya təmir tikinti ilə bağlı isə gördükləri işin kəmiyyət və keyfiyyətinə nəzarət etmiş, bütün işlər qaydasında olduğuna əmin olduqdan sonra lazımi sənədlərlə işləri təhvil almış, bu şirkətlərin nazirlikdəki rəhbər vəzifəli şəxslərə, o cümlədən Təqsirləndirilən şəxsla aralarında olan razılaşma barəsində isə onun məlumatı yoxdur. 2017-ci ilin sentyabr ayından 2020-ci ilin yanvar ayı da daxil olmaqla ötən müddət ərzində hər tədris ilinin iki ay yay tətillərini çıxmaqla 25 ay ərzində Təqsirləndirilən şəxs tələbi ilə ona hər ay 9000 manat olmaqla ümumilikdə 225.000 manat pul vermişdir. Mədəniyyət Nazirinin keçmiş müavini Təqsirləndirilən şəxs xidməti otağında keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş vərəqdə “Gəncə 8500 3500 9000” qeydindəki “9000” qeydi Təqsirləndirilən şəxs ona 2020-ci ildə yanvar ayında aylıq şəklində sonuncu dəfə vermiş olduğu 9000 manat məbləğ barədə olan qeyddir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 2006-cı ildən 2016-cı ilə qədər Goranboy rayon mədəniyyət və turizm şöbəsinin müdiri vəzifəsində işləmiş, 2017-ci ilin yanvar ayında nazirliyin tərkibindəki şöbələr ləğv edilərək 15 regional idarə yaradılmış ki, onun da rəhbəri olduğu şöbə Gəncə regional idarəsinə aid olmuş və idarənin rəisi Şahid6 olmuş, o da həmin idarədə baş məsləhətçi kimi Goranboy rayonu üzrə nümayəndə olmuşdur Nnümayəndəsi olduğu rayonda 7 musiqi məktəbi, 33 mədəniyyət evi, 26 klub, 2 muzey, 1 rəsm qalereyası, 1 X42, 43 kitabxana, ümumilikdə 113 müəssisə vardır, vəzifəsi həmin müəssisələrin fəaliyyətinə ümumi nəzarət etmək, bu müəssislərin fəaliyyətini kordinasiya etmək, mədəni-kütləvi tədbirlərin keçirilməsini təşkil etmək, dövlətin mədəniyyət sahəsindəki siyasətini rayon ərazisində həyata keçirməkdən ibarətdir, Şahid17 tapşırığı ilə tabeçiliyimdə olan 7 musiqi məktəbinin direktorlarından onların gücü çatan qədər ayda pul yığaraq Şahid17 vermişdir. 2017-ci ilin sonlarında Şahid6 onu yanına çağıraraq Goranboy rayonunda olan musiqi məktəblərindən Mədəniyyət Nazirliyinin tapşırığı ilə aylıq pul yığmalı və həmin pulu aparıb ona çatdırmalı olduğunu demiş, o, bundan imtina edərək məktəblərdən pul yığa bilməyəcəyini demiş, pul da yığmamışdır. 2018-ci ilin sentyabr ayında Şahid17 onu yanına çağıraraq Goranboy rayonunda olan musiqi məktəblərindən Mədəniyyət Nazirliyinin keçirdiyi tədbirlər üçün rəhbərliyin tapşırığı ilə pul yığmalı olduğunu, Sənan müəllimin məktəblərdən pul yığılmasına qarışmayacağını demiş, bir qədər tərəddüd eləsə də ümumi rəhbərliyin tapşırığı olduğu üçün bununla razılaşmış, Pərviz müəllimlə ayda ona 2000-2500 manat arası yığa bildiyi qədər pul yığıb aparıb verəcəyə ilə razılaşmış, bundan sonra rayona gələrək məktəb direktorlarını yığıb olan vəziyyəti onlara demiş, Şahid17 tapşırığı ilə hər ay məktəb direktorlarından gücləri çatan qədəri ilə pul yığılıb nazirliyə verilməli olmuş, onlara direktorlardan kimsə tələb olunan aylıq pulu verməzsə nazirlikdən yoxlama gələcəyini və işdən azad olunacağını demişdir. Beləliklə hər məktəb təxminən 2018-ci ilin sentyabr ayından başlayaraq 200-300 manat arası pul verməyə başlamış, o da həmin pulları yığıb nazirlikdə Şahid17 çatdırmış, tədris ilində yay tətillərində həmin pulu yığmamışdır. 2018-ci ilin sentyabr ayından 2019-cu ilin dekabr ayına qədər Səfikürd musiqi məktəbindən ayda 250 manat, Xanqərvənd məktəbindən ayda 250 manat, Düzqışlaq kənd musiqi məktəbindən 250 manat, Borsunlu musiqi məktəbindən 300 manat, Dəliməmmədli şəhər musiqi məktəbindən 300 manat, Qızılhacılı qəsəbə musiqi məktəbindən ayda 200 manat, Goranboy şəhər incəsənət məktəbindən ayda orta hesabla 250 manat pul alaraq Pərvizə çatdırmış, beləliklə ümumilikdə məktəb direktorlarından 21600 manat pul yığaraq Şahid17 vermişdir. 2018-ci ilin sentyabr ayından 2019-cu ilin dekabr ayına qədər ötən dövr ərzində yay tətilinin iki ayını və 2019-cu ilin dekabr ayını çıxmaqla olan 12 ay ərzində direktorlardan ümumi olaraq Təqsirləndirilən şəxs tapşırığına əsasın ümumilikdə 20850 manat pul yığaraq həmin məbləğin hamısını Təqsirləndirilən şəxs çatdırmaq üçün Şahid17 vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, 2002-ci ildən 2017-ci ilədək Xaçmaz rayonu Mədəniyyət və Turizm şöbəsinin müdiri, 01 yanvar 2017-ci il tarixdən hazırkı dövrədək Xaçmaz Regional Mədəniyyət idarəsinin rəisi vəzifəsində işləyir, idarənin tabeçiliyində 8 musiqi məktəbi, 5 X42, 4 tarixşünaslıq muzeyi və 3 filialı, 5 mərkəzləşdirilmiş kitabxana, 2 rəsm qalereyası, 5 Mədəniyyət Mərkəzi və onların tabeçiliyində kənd mədəniyyət evləri mövcuddur, 01 yanvar 2017-ci ildə Regional Mədəniyyət İdarələri yarandıqda əvvəl Mədəniyyət Nazirliyinin Aparat rəhbəri və sonradan nazir müavini işləmiş Təqsirləndirilən şəxs tapşırığı əsasında mütəmadi olaraq iyun, iyul, avqust ayları istisna olaraq hər ay 2000-4000 manat məbləğində pul vermiş, onun tapşırığı ilə Regional idarənin tabeçiliyində olan 8 musiqi məktəbinin direktorundan hər ay 200-500 manat arası pul alaraq həmin pulları Təqsirləndirilən şəxs şəxsən onun xidməti otağında vermişdir. Həmin pulları Təqsirləndirilən şəxs nazir müavini təyin edildikdən sonra 2018-ci ilin iyul ayından etibarən vermiş, sonuncu dəfə 2020-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs 4000 manat pul vermişdir. Təqsirləndirilən şəxs ondan 2017-ci ilin fevral ayında aylıq tələb eləməyə başlasa da həmin aylığı ona yalnız 2017-ci ilin aprel ayından başlayaraq verməyə başlamış, çünki əvvəlki iki ayda bunu verməkdən imtina eləsə də Təqsirləndirilən şəxs ona bir neçə dəfə bununla bağlı dedikdən sonra məcbur olaraq 2017-ci ilin aprel ayından başlayaraq musiqi məktəblərinin direktorlarından bu məqsədlə pul yığmağa başlamış, lakin ilkin aylarda o, bütün direktorlardan bununla bağlı pul yığa bilməmiş, onların bəzisinin imkanları olmadığı üçün bu məbləği verə bilmədiklərini demiş, lakin sonradan yavaş-yavaş bu pulları demək olar ki, bütün direktorlardan yığmış, əgər pulun üstü düzəlmirdisə qalanını özündən qoyub vermişdir. 2020-ci ildə ancaq yanvar ayında Təqsirləndirilən şəxs pul vermiş, fevral ayı üçün ona əvvəllər də dediyi kimi artıq direktorların narazılıq elədiyini və bunun ölkə rəhbərliyinin qarşıda qoyduğu tələblərə zidd olduğunu əsas gətirərək pul verməyəcəyini demiş və verməmişdir. Musiqi məktəblərinin direktorlarından yığdığı pulların ümumi məbləği 48650 manat olsa da Təqsirləndirilən şəxs ötən müddət ərzində onun tələbi ilə verdiyim aylıq dövrü haqqın məbləği heç vaxt 2000 manatdan az olmamış, bu pulun da əksər hissəsini direktorlardan qalan hissəsini isə öz maaşından və ya şəxsi təsərrüfatından əldə elədiyi qazancından düzəldərək Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs xidməti otağında keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş vərəqdə “Xaçmaz 4000” qeydləri barədə dəqiq bir şey deyə bilməsə də hesab edir ki, bu rəqəmin 2020-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs vermək üçün müəllimlərdən yığdığı pulun məbləği kimi Təqsirləndirilən şəxs özündə qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, 2017-ci ildən indiyə qədər Mədəniyyət Nazirliyi İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində işləyir, rəhbəri olduğu regional idarənin tabeçiliyində 250 dən çox müəssisə və təşkilat fəaliyyət göstərir və İsmayıllı, Qəbələ, Ağsu, Şamaxı və Qobustan rayonlarını əhatə edir, 2017-ci ilin sonlarında Təqsirləndirilən şəxs hələ aparat rəhbəri olarkən idarənin tabeliyində olan musiqi və rəssamlıq məktəblərinin müəllimlərinin faktiki artıq dərs saatlarından əldə olunan vəsaiti direktorlardan yığaraq ona çatdırmağı tapşırmış, əvvəlcə bununla razılaşmamış və ona məktəblərdə artıq dərs saatlarının olmadığını bildirmiş, Təqsirləndirilən şəxs isə onun dediklərinə məhəl qoymayaraq, hansı yolla olursa olsun ona hər məktəbdən aylıq 500 manat çatdırmalı olduğunu bildirmiş, əgər onun tələb elədiyi məbləği çatdırmazsa barəsində nüfuzdansalıcı məlumatları toplayaraq nazirə məruzə edəcəyini və bu yollarla onu işdən qovacağını bilirmiş, buna görə də əlacsız olaraq Təqsirləndirilən şəxsla razılaşaraq ona aylıq pul verməyə başlamışdır. Təqsirləndirilən şəxs bu hərəkətinə qarşı ona etiraz edərək, direktorlardan pul yığmağın düzgün olmadığını ona demiş, ona görə də Təqsirləndirilən şəxs ümumilikdə ondan narazı olmuş, hətta 2020-ci il 7 may tarixində nazirlikdə regional siyasət şöbəsinin müdiri Şahid17 ona zəng edərək Təqsirləndirilən şəxs tapşırığı ilə yerini dəyişəcəklərini bildirmiş, artıq bu adamların onunla işləmək fikirlərinin olmadığını hiss eləmiş və 8 may 2020-ci il tarixdə işdən çıxmaq barədə ərizə ilə Mədəniyyət Nazirliyinə gəlmiş, lakin Bakı şəhərinə çatandan sonra DTX-nın nazirliyikdə əməliyyat keçirdiyini və Təqsirləndirilən şəxs və digərlərinin saxlanıldığını eşitdiyinə görə həmin gün nazirliyə getməmiş və ərizəni təqdim eləməmişdir. Təqsirləndirilən şəxs göstərişinə əsasən 2017-ci ilin təxminən oktyabr ayından başlayaraq yay tətillərini çıxmaq şərti ilə 2019-cu ilin dekabr ayı da daxil olmaqla keçən müddətdə ayda ümumilikdə 1500 manat pulu məktəb direktorlarından alaraq, bəzən də direktorlardan almasa da öz maaşından düzəldərək, Təqsirləndirilən şəxs təxminən 3-4 aydan bir aparıb otağında şəxsən özünə vermiş, ümumilikdə ötən müddət ərzində Təqsirləndirilən şəxs 31500 manat pul vermişdir. Təqsirləndirilən şəxs xidməti otağındakı seyfdən aşkar edilərək götürülmüş üzərində Mədəniyyət Nazirliyinin Regional idarələrinin və həmin idarələrin müdirlərinin adları, habelə qarşısında müxtəlif məbləğlər qeyd olunmuş bir ədəd vərəqin özünə aid olan hissəsindəki “İsmayıllı 1500” qeydi Təqsirləndirilən şəxs ondan 2019-cu ilin dekabr ayında aylıq şəklində aldığı 1500 manat pul barədədir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, 2016-cı ildən Kürdəmir Regional Mədəniyyət idarəsinin rəisi vəzifədə işləyir, rəisi olduğu Kürdəmir regional idarəsi birbaşa Mədəniyyət Nazirliyinə tabedir, regional idarənin təxminən 2300 nəfər işçisi vardır, regional idarənin tərkibində Heydər Əliyev mərkəzləri, muzeylər, kitabxanalar, mədəniuyyət mərkəzləri, musiqi məktəbləri, dövlət rəsm qalereyaları daxildir. Mədəniyyət nazirinin keçmiş müavini Təqsirləndirilən şəxs xidməti otağında keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş vərəqin özünə aid olan hissəsindəki “Kürdəmir 9000” qeydlə əklaqədar bildirir ki, ola bilsin ki, bu qeyd 2020-ci ilin fevral ayında Təqsirləndirilən şəxs aylıq şəklində vermiş olduğu məbləğdir. Rafiq müəllim 2017-ci ilin aprel ayında olan tapşırığı ilə işini itirməmək üçün məcbur qalıb direktorlardan hər ay ümumilikdə 9000 manat toplayıb Rafiq müəllimə vermiş, yalnız yay tətili zamanı, yəni 2 ay qeyd edilən vəsait verilməmişdir. Ümumilikdə 2017-ci ilin aprel ayından 2019-cu ilin dekabr ayına qədər Rafiq müəllimə 243000 manat pul vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, 2017-ci ildən Lənkəran regional idarənin rəisi vəzifəsində işləyir, rəhbəri olduğu regional idarəni tabeçiliyində 300-dən çox müəssisə və təşkilat fəaliyyət göstərir. 2017-ci ildə regional idarələr yarandıqdan sonra 2017-ci ilin sonlarında nazir müavini Təqsirləndirilən şəxs idarənin tabeliyində olan musiqi və rəssamlı məktəblərinin müəllimlərinin faktiki dərs saatlarını artıraraq orada yaranan artıq aylıq maaşları yığıb ona çatdırmağı tapşırıq vermiş, da razılaşmışdır. Təqsirləndirilən şəxs tərəfindən verilmiş bu tapşırığın icrası məktəblərin şagird və müəllim sayı az olduğu üçün bir qədər çətin olduğuna görə 2017-2018-ci tədris ilində bu tapşırığı icra etməmiş və artıq dərs saatı yazmamış, lakin bu barədə Təqsirləndirilən şəxs yeni tədris ilində bir daha tapşırıq verəndən sonra 2018-2019-cu il tədris ilində müəllimlərin saat hesabını artıq yazmağı tabeçiliyində olan məktəblərin direktorlarına tapşırmış, tapşırığı yalnız Lənkəran şəhər 1 nömrəli musiqi məktəbinin direktoru X34 və Lerik rayon uşaq incəsənət məktəbinin direktoru X30 icra etmiş və bu iki məktəbdə yazılan artıq dərs saatlarından ümumilikdə hər ayda yığılan 500 manatı həmin direktorlar ona vermiş və o da həmin 500 manatı 2018-ci ilin sentyabr ayından başlayaraq 2020-ci ilin fevral ayı da daxil olmaqla aparıb Təqsirləndirilən şəxs vermiş, lakin yay tətili dövrlərində məktəblərdən bu pullar yığılmadığına görə bu aylarda Rafiq müəllimə heç bir vəsait verməmişdir. 2018-2019-cu tədris ilində 9 ay hər ayda 500 manat olmaqla cəmi 4500 manat, 2019-2020-ci tədris ilində isə 5 ayda cəmi 2500 manat – hər iki tədris ili üst-üstə gəldikdə ümumilikdə 7000 manat Təqsirləndirilən şəxs pul vermişdir. Hər il ərzində idarəyə əmək haqqı fondundan əlavə olaraq müxtəlif maddələr üzrə təxminən 350000 (üç yüz əlli min) manat civarında büdcə vəsaiti ayrılmış, həmin vəsaitə inventar avadanlıqlar, dəftərxana və təsərrüfat malları, cari təmirə vəsaitlər ayrılmış, bu illər ərzində idarənin ərazisində əsaslı təmirə vəsait ayrılmamış, ancaq mədəniyyət müəssisələrinin cari təmirinə vəsait ayrılmış, həmin cari təmirlə ancaq nazirliyin ayırdığı xüsusi şirkətlər məşğul olmuş, qanuna uyğun şəkildə tender elan etsələr də son nəticə bu şirkətlərin tenderi qazanması təmin edilmiş, bu şirkətlərin adlarını əzbər bilməmiş, 2019-cu ildən başlayaraq hər il cari təmirə ayrılan pul vəsaitini həmin şirkətlərin büdcəsinə ödədikdən sonra bu şirkətlər ödədiyi vəsaitin ƏDV çıxıldıqdan sonra qalan məbləğin o biləni 10 faizini “otkad” şəklində Təqsirləndirilən şəxs geri qaytarmış, Təqsirləndirilən şəxs çatan həmin pulu ona Bakı şəhərində şirkətin nümayəndələri çatdırmışdır. Təqsirləndirilən şəxs xidməti otağındakı seyfdən aşkar edilərək götürülmüş üzərində Mədəniyyət Nazirliyinin Regional idarələrinin və həmin idarələrin müdirlərinin adları, habelə qarşısında müxtəlif məbləğlər qeyd olunmuş bir ədəd vərəqdə “Lənkəran 500” qeydi barədə bu rəqəm ola bilsin onun Rafiq müəllimə aylıq verdiyi 500 manat barədə edilmiş qeyddir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, 2017-ci ilin yanvar ayından Mədəniyyət Nazirliyinin Masallı Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində işləyir, həmin idarənin tabeliyində Masallı, Cəlilabad və Yardımlı rayonlarının mədəniyyət müəssisələri vardır, rəisi olduğu idarəyə 3 rayon üzrə 254 müəssisə və 856 nəfər işçi daxildir, Mədəniyyət Nazirliyində regional idarələrin işlərinə nəzarəti nazir müavini Təqsirləndirilən şəxs etrmişdir. 2017-ci ildən hazıradək 3 dəfə, bayram ərəfələrində nazir müavini Təqsirləndirilən şəxs yanına gedərək onun bayramlarını təbrik etmiş, ona hər dəfə 500 manat pul vermiş, həmin pulları Rafiq müəllim ondan istəməmiş, özü onun bayramı üçün vermiş, Rafiq müəllim üçün hər dəfə 500 manat olmaqla verdiyi ümumilikdə 1500 manat pulu öz əməkhaqqından yığaraq vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, 01 yanvar 2017-ci il tarixdən hazırkı dövrədək Sabirabad Regional Mədəniyyət idarəsinin rəisi vəzifəsində işləyir, idarənin tabeçiliyində 4 musiqi məktəbi, 4 X42, 4 tarixşünaslıq muzeyi, 2 rəsm qalereyası, 4 Mədəniyyət Mərkəzi və onların tabeçiliyində kənd mədəniyyət evləri və kitabxanalar mövcuddur. 01 yanvar 2017-ci ildə Regional Mədəniyyət İdarələri yarandıqda əvvəl Mədəniyyət Nazirliyinin Aparat rəhbəri və sonradan nazir müavini işləmiş Təqsirləndirilən şəxs tapşırığı əsasında demək olar ki, hər ay ümumilikdə il ərzində 8 ay olmaqla dövri olaraq sonuncuya ***-**** manat olmaqla pul vermişdir. 2017-2019-cu illər ərzində hər il ümumilikdə Təqsirləndirilən şəxs 5000 manat pul vermiş, 2020-ci ildə isə yalnız yanvar ayında Təqsirləndirilən şəxs 1000 manat pul vermiş, beləliklə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi olduğu müddətdə Təqsirləndirilən şəxs 16000 manat pul vermiş, həmin pullar musiqi məktəblərinin direktorları tərəfindən ona verilmiş pullar olmuşdur. Təqsirləndirilən şəxs xidməti otağında keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş vərəqdəki “Sabirabad 500” qeydi Təqsirləndirilən şəxs ondan 2020-ci ildə aylıq şəklində sonuncu dəfə almış olduğu 1000 manat pulun yarısıdır. Şahid qismində dindirilmiş Şahid14 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 122-125-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, 2017-ci ilin yanvar ayından Mədəniyyət Nazirliyinin Sumqayıt Regional Mədəniyyət idarənin rəisi vəzifəsində işləyir, həmin idarə Sumqayıt, Şuşa şəhərləri, Abşeron, Xızı, Zəngilan və Qubadlı rayonlarının mədəniyyət müəssisələrinə təyin edilmiş nümayəndələr vasitəsi ilə nəzarət edir, rəisi olduğu idarəyə 2 şəhər və 4 rayon üzrə 2300 nəfər işçi daxildir. 2018-ci ilin sonlarında Mədəniyyət Nazirinin müavini Təqsirləndirilən şəxs ona zəng edərək xidməti otağına çağırmış, o da xidməti otağında onunla görüşmüş, Təqsirləndirilən şəxs hər ay müəyyən məbləğdə pul vermək lazım olduğunu demiş və nə qədər verə biləcəyini soruşmuş, onun əmək haqqından başqa aylıq gəliri olmadığına görə bu məsələyə bir az tərəddüd etmiş və ona verəcək pulunun olmadığını, aylıq əməkhaqqı ilə ailəsini güclə dolandırdığını bildirmişdir. Təqsirləndirilən şəxs isə ona rəhbərlik etdiyi idarənin tərkibində olan müəssisələrin müdirlərindən onun tapşırığı əsasında müəllimlərə artıq dərs saatı yazılmaqla təxminən aylıq 10000-12000 manat pul toplamağını və həmin pulu ona çatdırmağını istəmiş, o da işini itirməmək üçün məcbur olub onun tapşırığı ilə razılaşmış, bundan sonra rəhbərlik etdiyi idarənin tərkibində olan müəssisələrin rəhbərləri ilə, yəni Sumqayıt Regional Mədəniyyət İdarəsinin Şuşa şəhəri, Abşeron, Xızı, Zəngilan və Qubadlı rayonlarında fəaliyyət göstərən baş məsləhətçilərilə danışıb nazir müavini Təqsirləndirilən şəxs bu tələbini onlara çatdırmış və onlardan hər ay müəyyən məbləğdə pul yığaraq aparıb Rafiq müəllimin özünə verəcəyini bildirmişdir. 2019-cu ilin yanvar ayında Sumqayıt Regional Mədəniyyət İdarəsinin Şuşa şəhəri, Abşeron, Zəngilan və Qubadlı rayonlarında fəaliyyət göstərən baş məsləhətçilərindən musiqi məktəblərinin direktorlarından hər birindən müəyyən məbləğlər toplayaraq ona müvafiq olaraq Abşeron rayonu üzrə 5 musiqi məktəbindən ümumilikdə təxminən 2500-3000 manat, Zəngilan rayonu üzrə 3 musiqi məktəbindən ümumilikdə təxminən 1000 manat, Qubadlı rayonu üzrə 2 musiqi məktəbindən ümumilikdə təxminən 500 manat, Şuşa şəhəri üzrə 8 musiqi məktəbindən ümumilikdə təxminən 2500-3000 manat, Xızı rayonunda fəaliyyət göstərən 1 musiqi məktəbi olduğundan həmin məktəbin direktoru təxminən 500 manat və Sumqayıt şəhəri üzrə fəaliyyət göstərən 5 musiqi məktəbinin direktorları hər biri təxminən 500 manatdan olmaqla ümumilikdə təxminən 10000 manat pulu aparıb Təqsirləndirilən şəxs öz xidməti otağında onun özünə şəxsən vermişdir. 2019-cu ilin fevral, mart, iyun, sentyabr, oktyabr, noyabr, dekabr və 2020-ci ilin fevral ayı üzrə davam etmiş, 2019-cu ilin aprel və may aylarında isə idarənin tabeliyində olan musiqi məktəblərində həmin pul tam yığılmadığından həmin aylar üzrə hər ay, yəni aprel ayı 6500 manat və may ayı 6500 manat pulu aparıb Rafiq müəllimə vermiş, 2019-cu ilin iyul və avqust ayları isə məktəb müəllimləri məzuniyyətdə olduqları üçün, 2020-ci ilin yanvar ayı isə həmin pulu yığmaq olmadığından Rafiq müəllimə həmin aylarda heç bir məbləğdə pul verməmişdir. Təqsirləndirilən şəxs xidməti otağında özü ilə gətirdiyi içərisində 12000 manat olan zərfi ona şəxsən vermiş, bundan sonra onunla cari məsələlərdən danışmış və getmiş, bəzən Təqsirləndirilən şəxs aparıb verməli olduğu pul tam düzəlmirdi deyə məcbur qalıb öz əməkhaqqının bir qismini həmin pulun üzərin qoyaraq Təqsirləndirilən şəxs vermiş, rəisi olduğu regional idarənin balansında olan hər hansı bir mədəniyyət obyektinin təmirə ehtiyacı olan vaxt o, Təqsirləndirilən şəxs müraciət etmiş və ondan razılıq aldıqdan sonra rəhbəri olduğu idarənin adından görüləcək təmir işlərinin tenderini elan etmiş, həmin vaxt yəni 2017-ci ildən 2018-ci ilin sonunadək bu məsələlərə Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov nəzarət etmiş, 2019-cu ildən isə həmin nəzarəti nazir müavini Təqsirləndirilən şəxs etmiş, tender elan edəndən sonra tenderdə qalib gələn şirkətlə rəisi olduğu idarənin adından müqavilə bağlamış və idarənin hesabından təmir üçün göstərilmiş məbləğ şirkətin və yaxud fiziki şəxs olardısa fiziki şəxsin hesabına köçürülmüş, bundan sonra həmin şirkət işə başlamış, iş görüldükcə işin təhvil verilməsi ilə bağlı müvafiq sənədlər tərtib olunmuş və işin tam görüldüyünə əmin olandan sonra həmin sənədləri imzalamış, adətən işi görən fiziki və hüquqi şəxslərin gördükləri işlərdən razı qalmayanda bu barədə əvvəllər Zakir Sultanova, sonralar isə Təqsirləndirilən şəxs şikayət etmiş, həmin şikayətlərdən sonra bu şirkətlər onları razı salmaq üçün natamam olan təmir işlərini də tamamlamış, həmin şirkətlər ona köçürdükləri puldan heç nə verməmiş, onlardan ancaq iş tələb eləmiş, bu şirkətlərin Zakir Sultanov və ya Təqsirləndirilən şəxs arasında pul alışverişinin olması barədə isə məlumatı yoxdur. Ümumilikdə ötən dövr ərzində Təqsirləndirilən şəxs 95.000 manat pul vermiş, bu məbləğin yarısından bir qədər çoxunu tabeliyindəki musiqi məktəblərindən, qalan hissəsini isə öz maaşından toplayaraq Təqsirləndirilən şəxs vermiş, Mədəniyyət Nazirinin keçmiş müavini Təqsirləndirilən şəxs xidməti otağında keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş üzərində Mədəniyyət Nazirliyinin Regional idarələrinin və həmin idarələrin müdirlərinin adları, habelə qarşısında müxtəlif məbləğlər qeyd olunmuş bir ədəd vərəqin özünə aid olan hissəsindəki qeydlərlə tanış olmuş, “Sumqayıt 12.000” qeydi ola bilsin ki 2020-ci ilin fevral ayında Təqsirləndirilən şəxs aylıq şəklində vermiş olduğu məbləğdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, 2017-ci ilin yanvar ayından hazıradək Mədəniyyət Nazirliyinin Şəki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində işləyir, həmin idarə Şəki şəhəri, Zaqatala, Balakən, Qax və Oğuz rayonlarının mədəniyyət müəssisələrinə təyin edilmiş nümayəndələr vasitəsi ilə nəzarət edir, rəisi olduğu idarəyə 1 şəhər və 4 rayon üzrə 2700 nəfər işçi daxildir. 2017-ci ilin ortalarında Mədəniyyət Nazirinin müavini Təqsirləndirilən şəxs onu öz xidməti otağına çağırib rəhbərlik etdiyi regional idarənin rəisi kimi onun hər ay pul verməli olduğunu bildirmişdir. O da rəhbərlik etdiyi idarənin nəzdində olan Şəki şəhəri üzrə 5, Balakən rayonu üzrə 2, Zaqatala rayonu üzrə 1, Qax rayonu üzrə 1 və Oğuz rayonu üzrə olan 1 musiqi məktəblərinin direktorları ilə təklikdə söhbət edərək onların hər birinin özünün nazir müavini Təqsirləndirilən şəxs çatdırmağı üçün müəyyən məbləğdə pul verməyinə köməklik etmələrini tapşırmış, həmin vaxt hər bir musiqi məktəbinin direktoru hər ay olmasa da bir neçə aydan bir 150-200 manat pul verəcəklərinə razılıq vermiş, bundan sonra o, həmin musiqi məktəblərinin direktorlarından Təqsirləndirilən şəxs tapşırığı əsasında aldığı pullar hesabına ümumilikdə 2017-ci il də daxil olmaqla 2020-ci ilədək hər dəfə 2.000 manat olmaqla Təqsirləndirilən şəxs xidməti otağında onun özünə şəxsən 8.000 manat pulu vermiş, 2020-ci ilin yanvar və fevral aylarında isə hər ay Təqsirləndirilən şəxs özünə xidməti iş otağında şəxsən 2.000 manat pul vermiş, 2020-ci ilin mart və aprel aylarında isə pandemiya səbəbindən heç bir musiqi məktəbinin direktoru pul vermədiyindən o da Təqsirləndirilən şəxs hər hansı məbləğdə pul verməmişdir. Onun bildiyinə görə 2019-cu ildə cari təmirlə bağlı tenderləri Təqsirləndirilən şəxs bağlı olan şəxslər qazanmış və o, müqaviləni bu şəxslərin nümayəndəsi ilə bağlamış, lakin bu şəxslərlə Təqsirləndirilən şəxs arasındakı razılaşmanın detalları barədə məlumatı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərdi ki, 2017-ci ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəmkir regional idarəsinin rəisi vəzifəsində işləyir, rəhbərlik etdiyi regional idarəyə Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl rayonlarında olan və Mədəniyyət Nazirliyinin nəzdində gedən musiqi məktəbləri daxildir, 2017-ci ilin iyun ayında Mədəniyyət Nazirliyinin aparat rəhbəri olan Təqsirləndirilən şəxs onu yanına çağırib musiqi məktəblərində işləyən müəllimlərə artıq saat yazılmalı olduğunu, sonradan müəllimlər həmin artıq saat hesabı yazılan pulları öz kartlarından çıxardaraq gətirib məktəbin direktoruna verməli olduqlarını, direktorlar isə aylıq yığılan pulları Təqsirləndirilən şəxs çatdırılmalı olduğunu demişdir. Bu işə rəhbərliyin göstərişi olduğu üçün razılıq vermiş, region üzrə Gədəbəy rayonunun Düz Rəsullu kəndi düşmənlə sərhəd ərazidə yerləşdiyi üçün Rafiqə həmin kəndin yaşayışının çox kasıb olduğunu demiş, bu səbəbdən həmin məktəbdən pul yığılmamış, digər direktorların hamısı ilə ayrılıqda görüşmüş, nazirlikdən belə bir tələb irəli sürüldüyünü bildirmiş, direktorlar buna etiraz etməmiş, Şəmkir rayonu üzrə 1, Gədəbəy rayonu üzrə 5, Daşkəsən rayonu üzrə 1, Göygöl rayonu üzrə isə 2 musiqi məktəbi olmuş, ümumilikdə 8 məktəbdən bu pullar yığılmış, Şəmkir musiqi məktəbinin direktoru Rizvan hər ay 1.500 manat, Gədəbəy rayon Slavyanka kənd musiqi məktəbinin direktoru Vaqif hər ay 2.000 manat, Gədəbəy rayon musiqi-incəsənət mərkəzinin direktoru Anjella hər ay 3.000 manat, Gədəbəy aşıqlar məktəbinin direktoru Etibar hər ay 2.000 manat, Daşkəsən musiqi məktəbinin direktoru Elxan hər ay 2.000 manat, X55 musiqi məktəbinin direktoru Nuranə hər ay 1.500 manat, Göygöl musiqi məktəbinin direktoru İradə hər ay 3.000 manat pul vermişdir. Direktorlar müəllimlərin onlara verdikləri pulları hər ayın sonu iş yerində ona təhvil vermişlər, özü isə növbəti ayın əvvəli nazirliyə gedərək region üzrə yığdığı 9.000 manat pulu Təqsirləndirilən şəxs xidməti otağında təhvil vermişdir. 2018-ci ilin iyun ayının sonlarında Təqsirləndirilən şəxs Mədəniyyət Nazirinin müavini təyin edilmiş, o, nazir müavini təyin edildikdən sonra da musiqi məktəblərindən hər ay pulları yığıb gətirib Rafiqə vermiş, 2019-cu ilin sentyabr ayında musiqi məktəblərində fəaliyyət göstərən müəllimlərin maaşları artırılmış, beləliklə Rafiq onu yanına çağıraraq bundan sonra maaşların qalxması ilə əlaqədar hər ay region üzrə 12.000 manat pul yığılmalı olduğunu bildirmişdir. O da Şəmkirə qayıtdıqdan sonra direktorlarla bir-bir görüşmüş, onlara vəziyyət barədə məlumat vermiş, Şəmkir musiqi məktəbinin direktoru Rizvan hər ay 1.500 manat, Gədəbəy rayon Slavyanka kənd musiqi məktəbinin direktoru Vaqif hər ay 2.000 manat, Gədəbəy rayon musiqi-incəsənət mərkəzinin direktoru Anjella hər ay 3.000 manat, Gədəbəy aşıqlar məktəbinin direktoru Etibar hər ay 2.000 manat, Daşkəsən musiqi məktəbinin direktoru Elxan hər ay 2.000 manat, X55 musiqi məktəbinin direktoru Nuranə hər ay 1.500 manat, Göygöl musiqi məktəbinin direktoru İradə hər ay 3.000 manat pul vermiş, həmin pulların hamısını Rafiqə vermiş, 08 may 2020-ci il tarixdə özünə məxsus avtomobilə keçirilmiş baxış zamanı 14.500 manat və 5.000 ABŞ dolları məbləğində pulu Təqsirləndirilən şəxs gətirmiş, 08 may 2020-ci il tarixdə Rafiqin yanında olmuş, ümumilikdə 23.000 manat pul gətirmiş, bu pullar 2020-ci ilin mart-aprel ayları üzrə musiqi məktəblərindən yığılmış pullar olmuş, lakin pulları özü ilə götürməmiş, Rafiqə kiminsə onları çəkəcəyindən qorxduğunu demişdir. Rafiq qorxursa onda pulları sürücü Əbdülə verməsini dediyindən nazirlikdən çıxıb maşına əyləşən zaman DTX əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra maşına baxış keçirəcəklərini bildirmiş, baxış zamanı rayondan özü ilə gətirdiyi pullar maşının ön saxlanc yerindən aşkar edilərək götürülmüşdir. Təqsirləndirilən şəxs tapşırığı ilə hər il tender elan edilmiş, bu məqsədlə regional idarəyə lazım olan yumşaq avadanlıq (milli paltarlar), musiqi alətləri və mebel dəstləri alınmış, Rafiq tenderdə iştirak edən şirkətlərə ümumi məbləğin, yəni ƏDV çıxıldıqdan sonra qalan məbləğin 10%-i həmin şirkətlər ona verilməli olduğunu demiş, tenderdə iştirak edən şirkətləri Rafiq müəyyən etmiş, onlar sonradan aralarında qalan məbləği necə bölmələri barədə məlumatı olmamış, tenderdə iştirak edən şirkətlər üzərilərinə düşən vəzifələri yerinə yetirərək regional idarəyə lazım olan avadanlıqları çatdırmışdır. Təqsirləndirilən şəxs tapşırığı əsasında 2017-ci ilin iyun ayından 2019-cu ilin oktyabr ayınadək (iyul, avqust ayları çıxılmaqla) 22 ay müddətində hər ay 9000 manat olmaqla, cəmi 198000 manat, 2019-cu ilin oktyabr ayından 2020-ci ilin mart ayına qədər 5 ay müddətində ayda 12000 manat olmaqla-cəmi 60000 manat vermişdir. Təqsirləndirilən şəxs xidməti otağında keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş vərqədəki “Şəmkir 10000 13000” qeydləri ilə əlaqədar güman edir ki, müəllimlərin maaşı qalxmamışdan əvvəl Təqsirləndirilən şəxs vermək üçün müəllimlərdən yığdığı pulun məbləği kimi Təqsirləndirilən şəxs özündə “10000” qeydini, maaşlar qalxandan sonra isə özündə “13000” qeydini etmişdir. “Şəmkir 28300, 221100, 221500, 221900, 222910, 15%” qeydləri 2020-ci ildə regional idarəyə müəyyən maddələr üzrə ayrılmış pul vəsaitləri barədə qeydlərə bənzəyir. Vərəqdəki Şəmkir qrafasının qarşısında qeyd olunan “181465 Ramin” qeydlərinin 2020-ci ildə cari təmirə ayrılacaq pul vəsaitinin məbləği ola biləcəyini güman edir. Ramin adı i bu cari təmiri icra edən şəxsin adıdır, bu şəxs Təqsirləndirilən şəxs tanışı olmuş, Təqsirləndirilən şəxs 2019-cu ildə bu şəxsin aid olduğu müəssisə ilə cari təmiri həyata keçirməyi tapşırmış, 2019-cu ildə də tenderi bizim regional idarədə bu şəxs qazanmış, bu şəxsləri Təqsirləndirilən şəxs tanışları kimi tanımış, çünki onları Rafiq müəllim istiqamətləndirmiş, Ramin və Azər adlı şəxslə cəmi bir il – 2019-cu ildə işləmiş, faktiki işin icraçısı bu şəxslər olmasına baxmayaraq regional idarənin adından müqaviləni bu şəxslərin ona təqdim etdikləri fiziki şəxs X25 ilə bağlamış, amma işin icraçısı Azər olmuş, adları çəkilən şəxslərin heç birindən hər hansı məbləğdə pul tələb etməmiş və almamış, tabeçiliyində olan müəssisələrin cari təmirinə ciddi nəzarət eləmiş və müəssisələrinin təmiri tam olaraq Azər tərəfindən icra olunduqdan sonra həmin müəssisələrin təmirini müvafiq sənədlər əsasında imzalayaraq təhvil almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərdi ki, 2016-cı ildən hal-hazırkı dövrədək Regional siyasət şöbəsinin müdiri vəzifəsində işləyir, müdiri işlədiyi şöbənin bir başa olaraq Mədəniyyət Nazirinin müavinin Təqsirləndirilən şəxs tabedir. Mədəniyyət Nazirliyinin Regionlarla iş şöbəsinin müdiri kimi vəzifə səlahiyyətlərinə Mədəniyyət Nazirliyinin regional idarələrinin fəaliyyətinin istiqamətləndirilməsi və koordinasiyası, regionlarda dövlət mədəniyyət siyasətinin icrasına nəzarət, dövlət mədəniyyət siyasəti sahəsində qəbul edilmiş sərəncam, fərman, qərar və dövlət proqramlarının icrasına nəzarət, regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin optimallaşdırılması istiqamətində təkliflərin hazırlanması, regionlardan daxil olan ərizə, şikayət və müraciətlərə baxılması, regionlar arası təcrübə mübadiləsi sahəsində layihələrin icrası, bölgələrdə müxtəlif tədbirlərin keçirilməsi, respublika üzrə uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətinə metodiki nəzarət və sair daxildir. 2018-ci ilin ortalarında Təqsirləndirilən şəxs ona zəng edərək bundan sonra Mədəniyyət Nazirliyinin Ağcabədi Regional Mədəniyyət idarəsinin rəisi Rza Quliyev və Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Şahid12 hər ay onunla görüşüb zərf verəcəklərini və həmin zərfləri götürüb ona çatdırmağı tapşırmışdır. Həmin dövrdən başlayaraq Rza Quliyev və Şahid12 onun qəbulunda olub zərf vermiş, Rza Quliyevin verdiyi zərflərdə hər dəfə 8000 manat pul, Şahid12 verdiyi zərflərdə isə 1000, bəzən isə 1500 manat pul olmuş, zərfləri qəbul etdiyi gün də Təqsirləndirilən şəxs çatdırmış, Təqsirləndirilən şəxs da həmin zərfləri aldıqdan sonra üzərinə rayonun adını yazıb masasının rəfinə qoymuşdur. 2020-ci ilin fevral ayının əvvəllərində Təqsirləndirilən şəxsla söhbət edərkən bundan sonra heç kimlə görüşməməyi və heç bir zərf və pul almamağı tapşırmış, həmin vaxtdan sonra bir daha Rza Quliyev və Şahid12 ilə görüşməmişdir. Rafiq müəllimin tapşırığına uyğun olaraq 2018-ci ilin sentyabr ayında Şahid7 qəbulunda olarkən Goranboy rayonu üzrə mədəniyyət müəssisələrinin bütün fəaliyyətinə nəzarətin onun özündə olması barədə Rafiq müəllimin fikirləri ilə yanaşı nazirliyin digər gözə görünməyən xərclərinə digər regional idarələr kimi onun da kömək etməyinin vacib olduğunu demiş, o, da razılaşaraq Goranboy rayonu üzrə nazirliyin xərclərinə gücü çatdığı qədəri ilə özü kömək edəcəyinə söz vermiş, Təqsirləndirilən şəxs ondan aylıq şəklində pul tələbini icra etməyə razı olmuş, amma onunla arasında konkret olaraq aylıq şəklində ödəyəcəyi məbləğ müzakirə edilməmiş, gücü çatan qədəri ilə ayda zərfdə Rafiq müəllimə vermək üçün ona pul göndərəcəyini demişdir. 2018-ci ilin sentyabr ayından 2019-cu ilin dekabr ayına qədər demək olar ki, mütəmadi şəkildə o, zərfdə miqdarını bilmədiyi qədər pul göndərmiş, o da içərisində pul olan zərfi hər dəfə Təqsirləndirilən şəxs çatdırmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərdi ki, hazırda "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2012-ci ildə təsis olunmuş, Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və direktoru özüdür, Bakı şəhəri, ünvan 4 ünvanıdır, "xxxx" müvafiq lisenziya əsasında reklam və sərgi qurğularının hazırlanması, dizayn tərtibat işləri, internet resursları üzərindən təbliğat (reklam) işlərinin görülməsi, kontent və tərcümə işləri, müxtəlif növ çap işləri ilə məşğul olur, MMC-nin 16 nəfərdən ibarət işçiləri vardır, baş direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin hesablaşma hesabı "xxxx" ASC-nin Səbail filalında və "xxxx" ASC-nin baş ofisində açılmışdır, cəmiyyət əsasən hüquqi və fiziki şəxslərə xidmət göstərir, belə ki, hüquqi və fiziki şəxslərdən aldıqları sifariş əsasında reklam və sərgi qurğularının hazırlanması, dizayn tərtibat işləri, internet resursları üzərindən təbliğat (reklam) işlərinin görülməsi, kontent və tərcümə işləri, müxtəlif növ çap işləri həyata keçirir, sifarişi aldıqları hüquqi və fiziki şəxslərlə arada olan qarşılıqlı razılaşmaya əsasən görülən işlərin qiymətinə müvafiq olaraq qiymətləndirmə protokolu tərtib olunur, hər iki tərəf həmin protokolu imzaladıqdan sonra görülən işin dəyəri yazılır, bundan sonra sifariş aldığımız hüquqi və fiziki şəxslər tərəfindən hesab protokoluna uyğun olaraq cəmiyyətin hesabına pul köçürülür, cəmiyyətin illik dövriyyəsi orta hesabla təxminən ƏDV daxil bir milyon – bir milyon beş yüz min civarında dəyişir, şirkəti hüquqi şəxs olaraq əsasən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin qeyd etdiyi sahələr üzrə sifarişlərini həyata keçiir. Belə ki, Mədəniyyət nazirinin müavini Təqsirləndirilən şəxsla şəxsi əlaqələrindən istifadə edərək, onun himayədarlığı altında Mədəniyyət Nazirliyi tərəfindən keçirilən tenderlərdə şirkət olaraq iştirak etmiş və əksər hallarda qalib olmuş, nazir müavini Təqsirləndirilən şəxsla aralarında olan razılaşmaya əsasən görülən işlərin dəyərinin 20 faizi hesaba pul köçürüldükdən sonra geri, yəni ona qaytarılırmış, bəzi hallarda isə aldıqları sifarişin dəyərinə uyğun ƏDV və digər xərclər çıxılır yerdə qalan bütün pullar nazir müavini Təqsirləndirilən şəxs qaytarılmışdır. Qqeyd etdiyi pulları şəxsən xidməti otağında Təqsirləndirilən şəxs vermişdir. Direktoru olduğu şirkət 2014-cü ildən bu günə qədər Mədəniyyət Nazirliyinin bayraqların hazırlanması, quraşdırılması, dəyişdirilməsi və demonatjı işlərinin satın alınmasına görə 2014-cü ildə bağlanmış müqaviləyə əsasən işin dəyəri ƏDV daxil 49560 manat təşkil etmiş, müqaviləyə əsasən “Sifarişçi” qarşısında götürdükləri öhdəlik tam yerinə yetirilmiş, bu sifarişə görə heç kimə, o cümlədən Təqsirləndirilən şəxs hər hansı vəsait ödənilməmiş, yeni il məhsullarının hazırlanması və alınması işlərinin satın alınmasına görə 2014-cü ildə bağlanmış müqaviləyə əsasən işin dəyəri ƏDV daxil 48970 manat təşkil etmiş, müqaviləyə əsasən “Sifarişçi” qarşısında götürdükləri öhdəlik tam yerinə yetirilmiş, bu sifarişə görə heç kimə, o cümlədən Təqsirləndirilən şəxs hər hansı vəsait ödənilməmiş, vinillərin hazırlanması işlərinin satın alınmasına görə 2014-cü ildə bağlanmış müqaviləyə əsasən işin dəyəri ƏDV daxil 9912 manat təşkil etmiş, müqaviləyə əsasən “Sifarişçi” qarşısında götürdüyü öhdəlik tam yerinə yetirilmiş, bu sifarişə görə heç kimə, o cümlədən Təqsirləndirilən şəxs hər hansı vəsait ödənilməmiş, stendin hazırlanması və quraşdırılması alınması işlərinin satın alınmasına görə 2014-cü ildə bağlanmış müqaviləyə əsasən işin dəyəri ƏDV daxil 49206 manat təşkil etmiş, müqaviləyə əsasən “Sifarişçi” qarşısında götürdükləri öhdəlik tam yerinə yetirilmiş, sifarişə görə heç kimə, o cümlədən Təqsirləndirilən şəxs hər hansı vəsait ödənilməmiş, nayraqların hazırlanması və tərtibatı işlərinin satın alınmasına görə 2014-cü ildə bağlanmış müqaviləyə əsasən işin dəyəri ƏDV daxil 42480 manat təşkil etmiş, müqaviləyə əsasən “Sifarişçi” qarşısında götürdükləri öhdəlik tam yerinə yetirilmiş, bu sifarişə görə heç kimə, o cümlədən Təqsirləndirilən şəxs hər hansı vəsait ödənilməmiş, “X43” avtobusları üzərində vinilin çapı, demonatjı və montajı, avtobus dayanacağı lövhələrinin hazırlanması və quraşdırılması işlərinin satın alınmasına görə 2015-ci ildə bağlanmış müqaviləyə əsasən işin dəyəri ƏDV daxil 49855 manat təşkil etmiş, müqaviləyə əsasən “Sifarişçi” qarşısında götürdükləri öhdəlik tam yerinə yetirilmiş, bu sifarişə görə heç kimə, o cümlədən Təqsirləndirilən şəxs hər hansı vəsait ödənilməmişdir. Kütləvi informasiya vasitələrində və elektron resurslarda tədbirin işıqlandırılması üçün fəaliyyətinin aparılması xidmətlərinin sayının alınması işlərinin satın alınmasına görə 2015-ci ildə bağlanmış müqaviləyə əsasən işin dəyəri ƏDV daxil 49600 manat təşkil etmiş, bu işə görə şirkət olaraq reallıqda heç bir iş görülməmiş, bütün sənədləşmələrdə işin tam olaraq yerinə yetirildiyi göstərilmiş, işin dəyəri ƏDV xaric 40487 manat təşkil etmiş, həmin məbləğin 24 faizi, yəni 8928 manatı şirkətin xərcləri (işçi pulu və sair) tutulmuş, yerdə qalan məbləğ, yəni 31000 manatın onun tərəfindən xidməti otağında şəxsən Təqsirləndirilən şəxs verilmişdir. Şəhadətnamələrin hazırlanması və çapı işlərinin satın alınmasına görə 2015-ci ildə bağlanmış müqaviləyə əsasən işin dəyəri ƏDV daxil 44273.6 manat təşkil etmiş, müqaviləyə əsasən “Sifarişçi” qarşısında götürdükləri öhdəlik tam yerinə yetirilmiş, bu sifarişə görə heç kimə, o cümlədən Təqsirləndirilən şəxs hər hansı vəsait ödənilməmişdir. Promo məhsulların satın alınmasına görə 2016-cı ildə bağlanmış müqaviləyə əsasən işin dəyəri ƏDV daxil 32836 manat təşkil etmiş, müqaviləyə əsasən “Sifarişçi” qarşısında götürdükləri öhdəlik tam yerinə yetirildiyindən bu sifarişə görə heç kimə, o cümlədən Təqsirləndirilən şəxs hər hansı vəsait ödənilməmiş, çap materiallarının satın alınmasına görə 2016-cı ildə bağlanmış müqaviləyə əsasən işin dəyəri ƏDV daxil 39859 manat təşkil etmiş, müqaviləyə əsasən “Sifarişçi” qarşısında götürdükləri öhdəlik tam yerinə yetirildiyindən bu sifarişə görə heç kimə, o cümlədən Təqsirləndirilən şəxs hər hansı vəsait ödənilməmiş, bayraqların hazırlanması, Bakı şəhərində yerləşən mədəniyyət obyektlərində quraşdırılması və demontajı işlərinin işlərinin satın alınmasına görə 2017ci ildə bağlanmış müqaviləyə əsasən işin dəyəri ƏDV daxil 48144 manat təşkil etmiş, müqaviləyə əsasən “Sifarişçi” qarşısında götürdükləri öhdəlik tam yerinə yetirildiyindən bu sifarişə görə heç kimə, o cümlədən Təqsirləndirilən şəxs hər hansı vəsait ödənilməmişi, promo məhsulların satın alınmasına görə 2017-ci ildə bağlanmış müqaviləyə əsasən işin dəyəri ƏDV daxil 48446.43 manat təşkil etmiş, müqaviləyə əsasən “Sifarişçi” qarşısında götürdükləri öhdəlik tam yerinə yetirildiyindən bu sifarişə görə heç kimə, o cümlədən Təqsirləndirilən şəxs hər hansı vəsait ödənilməmiş, çap xidmətinin və təşviqat məhsullarının satın alınmasına görə 2017-ci ildə bağlanmış müqaviləyə əsasən işin dəyəri ƏDV daxil 89435.98 manat təşkil etmiş, bu işə görə şirkət olaraq sifariş verilən iş tam olaraq yerinə yetirilsə də bu layihədə işin dəyəri əvvəlcədən 20 faiz Təqsirləndirilən şəxs göstərişi ilə sonradan ona qaytarılması üçün şişirdilmiş, işin dəyəri ƏDV xaric 73337 manat təşkil etmiş, həmin məbləğinin 20 faizi, yəni 14667 manatının tərəfindən xidməti otağında şəxsən Təqsirləndirilən şəxs verilmişdir. Müxtəlif informasiya texnologiyalarından istifadə etməklə mədəniyyət və turizm sahələrinin təbliğatının satın alınmasına görə 2017-ci ildə bağlanmış müqaviləyə əsasən işin dəyəri ƏDV daxil 294000 manat təşkil etmiş, bu işə görə şirkət olaraq sifariş verilən iş müəyyən qədər yerinə yetirilmiş, bu işə görə 107000 manat tərəfindən xidməti otağında şəxsən Təqsirləndirilən şəxs verilmiş, promo məhsulların satın alınmasına görə 2018-ci ildə bağlanmış müqaviləyə əsasən işin dəyəri ƏDV daxil 45520.86 manat təşkil etmiş, müqaviləyə əsasən “Sifarişçi” qarşısında götürdükləri öhdəliyi tam yerinə yetirildiyindən bu sifarişə görə heç kimə, o cümlədən Təqsirləndirilən şəxs hər hansı vəsait ödənilməmiş, müxtəlif informasiya texnologiyalarından istifadə etməklə mədəniyyət və turizm sahələrinin təbliğatının satın alınmasına görə 2018-ci ildə bağlanmış müqaviləyə əsasən işin dəyəri ƏDV daxil 296000 manat təşkil etmiş, bu işə görə şirkət olaraq sifariş verilən iş müəyyən qədər yerinə yetirildiyindən bu işə görə 110000 manat tərəfindən xidməti otağında şəxsən Təqsirləndirilən şəxs verilmiş, promo məhsulların satın alınmasına görə 2018-ci ildə bağlanmış müqaviləyə əsasən işin dəyəri ƏDV daxil 32106 manat təşkil etmiş, müqaviləyə əsasən “Sifarişçi” qarşısında götürdükləri öhdəlik tam yerinə yetirildiyindən bu sifarişə görə heç kimə, o cümlədən Təqsirləndirilən şəxs hər hansı vəsait ödənilməmiş, promo məhsulların satın alınmasına görə 2018-ci ildə bağlanmış müqaviləyə əsasən işin dəyərinin ƏDV daxil 13414.24 manat təşkil etmiş, müqaviləyə əsasən “Sifarişçi” qarşısında götürdükləri öhdəlik tam yerinə yetirildiyindən bu sifarişə görə heç kimə, o cümlədən Təqsirləndirilən şəxs hər hansı vəsait ödənilməmiş, promo məhsulların satın alınmasına görə 2019-cu ildə bağlanmış müqaviləyə əsasən işin dəyəri ƏDV daxil 39567.76 manat təşkil etmiş, müqaviləyə əsasən “Sifarişçi” qarşısında götürdükləri öhdəliyi tam yerinə yetirdiyindən bu sifarişə görə heç kimə, o cümlədən Təqsirləndirilən şəxs hər hansı vəsait ödənilməmiş, Mədəniyyət Nazirliyinin müxtəlif informasiya texnologiyaları və digər müasir vasitələrdən istifadə etməklə Nazirliyin informasiya siyasətinin həyata keçirilməsi üzrə təbliğat işlərinin satın alınmasına görə 2020-ci ildə bağlanmış müqaviləyə əsasən işin dəyəri ƏDV daxil 295999.31 manat təşkil etmiş, müqaviləyə əsasən “Sifarişçi” qarşısında götürdükləri öhdəliyi müqavilə yeni bağlandığı üçün işlərə görə davam etdirilmiş, həmin işə görə hazırkı vaxta qədər şirkətin hesabına ilkin olaraq 50000 manat vəsait ödənilmiş, həmin vəsaitin 50 faizi digər ədv və xərclər çıxldıqdan sonra 21660 manatı 06 may 2020-ci il tarixdə saat 16 radələrində onun tərəfindən Təqsirləndirilən şəxs xidməti otağında verilmişdir. Ümumilikdə 2014-cü ildən hazırkı vaxta qədər Təqsirləndirilən şəxs himayədarlığı altında qalib gəldikləri tenderlərə görə ona xidməti otağında 313000 (üç yüz on ün min) manat pul verilmişdir. İbtidai istintaq zamanı ona təqdim edilmiş videoda olan iş otağı Mədəniyyət Nazirinin sabiq müavini Təqsirləndirilən şəxs iş otağıdır və bu videonun 10-cu dəqiqəsinin 48-ci saniyəsində Təqsirləndirilən şəxs iş otağına daxil olan və sifəti kadra düşməyən tünd rəngli pencəkdə olan şəxs özüdür, videodakı görüşləri də işləri ilə bağlı hesabat xarakteri daşımış, həmçinin 2019 və 2020-ci illərdə görülmüş işlərə görə ödənilmiş vəsaitdən nazirliyə “otkat” şəklində verməli olduğu pulu həmin görüşdə ona gətirmiş, 6 may 2020ci il tarixdə baş tutmuş bu görüşdə o, Təqsirləndirilən şəxs “otkad” kimi 21660 manat pul vermiş, ona pul verməyi videonun 11-ci dəqiqəsinin 23-cü saniyəsində görünmüşdür. 2016-cı ildə elektron mobil tətbiqlərin yaradılması, reklam çarxlarının çəkilməsi və onların yayımlanması lotları üzrə köçürülmüş məbləğin müqabilində Təqsirləndirilən şəxs 52400 manat pul qaytarmış, 2017-ci ildə mobil əlavələrin yaradılması, tərcümə işləri, turizm xidmətlərinin göstərilməsi və Şəki şəhəri üçün informasiya proqramının hazırlanması və xidmətlərin göstərilməsi lotları üzrə köçürülmüş məbləğin müqabilində Təqsirləndirilən şəxs 90700 manat pul qaytarmış, 2018-ci ildə müxtəlif informasiya texnologiyaları vasitəsilə mədəniyyət və turizm sahələrinin təbliğat işləri lotu üzrə köçürülmüş məbləğin müqabilində Təqsirləndirilən şəxs 20640 manat pul qaytarmış, 2019-cu ildə müxtəlif informasiya texnologiyaları vasitəsilə mədəniyyət və turizm sahələrinin təbliğat işləri və marketinq və təbliğat işləri və festival, bayramların keçirilməsi lotları üzrə bizə köçürülmüş məbləğin müqabilində Təqsirləndirilən şəxs 127600 manat pul qaytarmış, 2020-ci ildə informasiya texnologiyaları vasitəsilə mədəniyyət və turizm sahələrinin təbliğat işləri lotu üzrə köçürülmüş məbləğin müqabilində Təqsirləndirilən şəxs 6 may 2020-ci il tarixdə 21660 manat pul qaytarmış, ümumilikdə bu rəqəmləri topladıqda o, Təqsirləndirilən şəxs 313000 (üç yüz on ün min) manat pul vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərdi ki, Mədəniyyət nazirinin müavini Təqsirləndirilən şəxs 2006-cı ilin fevral ayından Mədəniyyət və Turizm nazirliyi yaradılan vaxtdan tanımış, həmin vaxt o, nazirin köməkçisi vəzifəsində işləmiş, aralarında işgüzar münasibətlər olmuş, nazirə çatdırılmalı gündəlik mətbuat xülasəsini Təqsirləndirilən şəxs təqdim etmiş, o isə öz növbəsində həmin xülasəni nazirə çatdırmış, Təqsirləndirilən şəxs 2015-ci ilədək köməkçi vəzifəsində işləmiş, 2015-ci ildən Təqsirləndirilən şəxs Mədəniyyət və Turizm nazirliyinin aparat rəhbəri təyin olunmuş, həmin vaxt nazirlikdə İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsi yaradılmış və o, həmin şöbənin sektor müdiri təyin edilmiş, həmin şöbə aparat rəhbərinin kurasiyasında olmuş, Təqsirləndirilən şəxs 2015-ci ilin əvvəlindən 2018-ci ilin aprel ayına kimi sektor müdiri kimi ona şöbə müdiri Vüqar Şıxməmmədovun vasitəsilə ildə 3-4 dəfə 800, 1000, 1200 manat qeyri-rəsmi pul mükafatları vermiş, şöbənin digər işçilərinə isə ildə 3-4 dəfə yenə Vüqar Şıxməmmədovun vasitəsilə 300-500 manat arası qeyri rəsmi pul mükafatları vermişdir. 2018-ci ilin avqust ayında o, Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, həmin vaxt nazir müavini işləyən Təqsirləndirilən şəxs müdiri olduğu şöbəni kurasiya etmiş, onun kurasiyasında müdiri olduğu şöbədən başqa iki şöbə - Regional Siyasət şöbəsi və Xalq Yaradıcılığı və Mədəni marşrutların inkişafı şöbəsi olmuşdur. Mədəniyyət Nazirliyi tərəfindən İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsi üzrə ildə bir dəfə tender keçirilirmiş və bunun üçün təxminən 300.000 manatı keçməmək şərtilə 290.000 manatdan artıq vəsait nəzərdə tutulmuş, tenderin içində sayt yaradılması, mədəniyyətin təbliği ilə bağlı müxtəlif videoçarxların hazırlanması, sosial şəbəkələrdə reklam aksiyalarının təşkili, foto və video postların hazırlanması, nazirliyin saytı və sosial şəbəkələr üçün tərcümə işlərinin aparılması və sair bölmələr olmuş, tender 2018-ci ilin əvvəlində keçirilmiş və direktoru Şahid18 olan "xxxx" MMC əvvəlcədən Təqsirləndirilən şəxsla razılaşdırılmaqla qalib elan edilmişdir. Tək həmin şöbənin deyil, nazirliyin digər şöbələrinin bəzilərinin də tenderlərinin qalibi Set-Line” MMC olmuş, MMC-nin direktoru Şahid18 Təqsirləndirilən şəxs şəxsən tanımış və neçə ildir ki, həmin şirkət nazirliyin keçiridiyi bəzi tenderlərin qalib elan edilmiş, "xxxx" MMC ilə əldə olunmuş razılığa əsasən tenderdə qoyulan bölmələr üzrə işlərin 20-30 faizi həmin MMC tərəfindən görülmüş, MMC tərəfindən görülməmiş qalan işlərin pulu isə nağd qaydada Şahid18 tərəfindən Təqsirləndirilən şəxs çatdırılmış, hər dəfə Təqsirləndirilən şəxs onu yanına çağıraraq öz yanına Şahid18 gəldiyi barədə məlumat vermiş və nağdlaşdırılmış vəsait üzrə görüləcək işləri soruşmuş, nağdlaşdırılmış vəsait üzrə görülməmiş işləri nisbətən ucuz qiymətə kənardan mütəxəssislər taparaq görmüşdür. Təqsirləndirilən şəxs ona 2018-ci ildə şöbə müdiri olduğu üçün iki dəfə - bir dəfə 2000 manat, bir dəfə 3000 manat, 2019-cu ildə də 3-4 dəfə olmaqla 2000, 3000, 5000 məbləğində manat pul vermiş, bundan başqa şöbənin işçilərinə verməyi üçün hər dəfə 3000-4000 manat olmaqla 4 dəfə pul vermiş, o isə işçilərin vəzifəsindən, gördükləri işdən asılı olaraq onlara ***-**** manat arası pul vermişdir. Hər bir işçiyə verəcəyi pulu isə əvvəlcədən Təqsirləndirilən şəxs bildirmiş, Cəfərov 2019-cu ilin ikinci yarısında Təqsirləndirilən şəxsla növbəti dəfə görüşə bilmədiyi üçün Təqsirləndirilən şəxs çatdırmağı üçün 20-25.000 manat arası pul vermişdir. Şahid18 pulu verən zaman ona Təqsirləndirilən şəxsla telefon vasitəsilə əlaqə saxlayıb Təqsirləndirilən şəxs “İntiqamla görüş” sözünü dediyini bildirmiş, bu səbəbdən Samir həmin məbləği ona vermiş, o da Təqsirləndirilən şəxs işə gəldikdən sonra sonuncunun xidməti otağında ona çatdırmışdır. “Bakı bələdcisi” mənasını verən "xxxx" jurnalı təxminən 2014-cü ildən nəşr olunur, həmin jurnal Mədəniyyət və Turizm nazirliyi tərəfindən nazirliyin rəhbərliyinin tövsiyyəsi ilə “Mədəniyyət” qəzetinin əlavəsi kimi nəşr olunur, jurnal “CBS” nəşriyyatında çap edilmiş, respublikanın bütün hotellərinə, böyük ticarət mərkəzlərinə, teatr-konsert müəssisələrinə təmənnasız olaraq paylanır, 2016-2017-ci illərdə qanunvericikdə baş vermiş dəyişikliklərdən dolayı nazirlik jurnalın maliyyələşməsi üçün “Mədəniyyət” qəzetinə birbaşa maliyyə verə bilmədiyi üçün və “Mədəniyyət” qəzeti nazirliyin strukturu olduğuna görə jurnal çap edilməsi üçün nazirlik tərəfindən ona vəsait ödənilə bilməməsi səbəbindən "xxxx" MMC-ni açaraq həmin MMC vasitəsilə jurnalın nəşrinin davam etdirilməsi təklifi ilə çıxış etmiş, bundan sonra nazirliyin rəhbərliyi tərəfindən MMC açmağına etiraz olunmamış və 2016 və ya 2017-ci ildə "xxxx" MMC-ni qaynı X18 adına təsis etmiş, direktoru isə tanışı Əflatun Dərziyevi təyin edilmiş, Elgün Bayramov həmin MMC-nin təsisçisi olsa da faktiki fəaliyyətində heç bir iştirakı olmamışdır. Əflatun Dərziyev ixtisasca mühasib olduğuna görə MMC-nin bütün fəaliyyətinə nəzarət etmiş, "xxxx" jurnalı üçün əmtəə nişanını Strandartlaşdırma və Patent üzrə Dövlət Komitəsindən alınmış, Mədəniyyət və Turizm Nazirliyi 2016-cı ildən 2018-ci ilin aprel ayınadək, yəni nazirlik ləğv edilənədək hər ay 11000-12000 manat vəsaiti həmin jurnalın çapı üçün ayırmış, jurnalın çap mərhələsinədək bütün işləri MMCnin dizaynerləri tərəfindən hazırlanmış, bəzi materiallar Mədəniyyət qəzetinin əməkdaşlar tərəfindən verilmiş və buna görə müqavilə əsasında rəsmi olaraq gördükləri işə görə ödənişlər edilmiş, jurnalın çapı üçün “CBS” nəşriyyatına müraciət edilmiş, rəsmi müqavilə olmuş, ilk əvvəllər ödənişləri nağd qaydada ödəyərək buna görə müvafiq kassa-mədaxil orderi və digər ödəniş sənədləri alınmış, nağd pul köçürmələri 2017-ci ildən məhdudlaşdırıldıqdan sonra isə həmin çap müəssisəsi çap xərcinə əlavə olaraq ƏDV istədiyi üçün həmin ƏDV məhsulun çap xərclərinə əlavə edilməsin və jurnalın çapı baha başa gəlməsin deyə, həmçinin jurnal çapının qanunvericiliklə ƏDV-dən azad edildiyini nəzərə alaraq ƏDV ödəyicisi olmayan şikətlərlə MMC-nin mühasibi müqavilə bağlamış və müvafiq ödənişlər həmin şirkətlərə edilərək köçürülən vəsait nağdlaşdırılmış və nağd qaydada qeyri-rəsmi formada nəşriyyata ödənilmiş, pulun köçürüldüyü şirkət isə işin görülməsi barədə müvafiq aktlar və elektron qaimə vermişdir. 2018-ci ilin aprel ayında Mədəniyyət və Turizm Nazirliyi ləğv ediləndən sonra "xxxx" jurnalının nəşri dayanmış, buna səbəb isə həmin jurnalın daha çox turizm təbliği yönümlü olması olmuş, turizm sektoru isə yeni yaradılmış X28 verilmişdir. 2019-cu ildə həmin jurnalın adını dəyişərək “Bakı bələdçisi-Mədəniyyət bələdçisi” mənasını verən “Baku Guide - Culture Guide” adı ilə fevral ayından çap edilmiş və 11 nömrəsi buraxılmış, həmin jurnal ayda bir dəfə çap edilmiş, Mədəniyyət Nazirliyi tərəfindən həmin jurnalın çapı üçün aylıq 13000-14000 manat vəsait ayrılmış, vəsaitin 14000 manat civarında ayrılması təklifini Təqsirləndirilən şəxs o, bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxsla həmin jurnalın nəşrinin davam etdirilməsi barədə razılığa gəlməklə yanaşı iş prosesində jurnalın çapının maliyyə tərəfini də nəzərlərində saxlamış, Təqsirləndirilən şəxs “Baku Guide - Culture Guide” jurnalının ilk nəşrini həyata keçirib xərclərə baxmağı, yerdə qalan pulu hesablayıb ona məlumat verəcəyi barədə demiş, jurnal çap edilməyə başlandıqdan sonra bütün xərcləri hesablayıb Təqsirləndirilən şəxs hər ay 2500 manat verə biləcəyini və beləcə 11 ay ərzində ona həmin jurnalın çapından hər ay 2500 manat pulu onun xidməti otağında vermiş, özünə isə bütün xərclər çıxıldıqdan sonra hər ay 1000-1500 manat pul qalmış, həmin jurnalın sonuncu buraxılışı 2020-ci ilin mart ayında olmuş, həmin buraxılışı “Şərq-Qərb” mətbəəsində dediyi qaydada çap etdirmiş, sonra isə pandemiya ilə əlaqədar jurnalın nəşri müvəqqəti dayandırılmışdır. Mədəniyyət və Turizm Nazirliyi dövründə “Baku Guide - Culture Guide” jurnalının maliyyə vəsaitinin ayrılmasına Təqsirləndirilən şəxs icazə verdiyi üçün hər ay ona 2500 manat pul vermiş, həmin jurnalın çapı üçün 2800 nüsxə sənəddə qeyd edilsə də faktiki olaraq 1500 nüsxəsi çap edilmiş, əldə olunan qazanc çap edilməyən jurnallar üçün ayrılmış maliyyə vəsaiti hesabına olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərdi ki, 2019-cu ildə o, Mədəniyyət nazirliyinin 7 regional idarəsinin müəssisələrinin cari təmirini dostu Azərlə birlikdə həyata keçirmiş, Mədəniyyət Nazirinin əvvəlki müavini və özünün şəxsi tanışı olan Təqsirləndirilən şəxs 2018-ci ilin sonlarında onların tabeliyində olan müəssisələrin 2019-cu ildə cari təmirini həyata keçirmək üçün regional idarələrin elan elədiyi tenderdə iştirak etməyi və qalib olarsa bu müəssisələrin cari təmirini həyata keçirməyi təklif etmiş, bu barədə tikintidə müəyyən qədər təcrübəsi olan dostu Şahid21 ilə məsləhətləşmiş və belə bir təklif gəldiyini demişdir. Azərlə qərarlaşmış ki, bu tenderi qazansalar Azər özü təmir işlərinin başında duracaqdır. Təqsirləndirilən şəxsla 2018-ci ilin sonlarında görüşərək onun təklifini qəbul etdiyini bildirmiş, bundan sonra tenderdə iştirak edib tenderi udmuş, sonra da regional idarələrin hər biri ilə müqavilə bağlamamışdan əvvəl Rafiq onu yanına dəvət edərək onlarla işləməyin şərtlərini daha açıq şəkildə ona demiş, ona əgər qalibi olduğu bu tender nəticəsində regional idarələrlə müqavilə bağlayaraq təmiri həyata keçirmək istəyirsə təmir üçün onlara ödəniləcək vəsaitin ümumilikdə 21 faizini “otkad” şəklində ona verməli olduğunu, əks təqdirdə bu sahədə fəaliyyətinə süni maneə törədəcəyini və regional idarələrin müqavilə imzalamayacaqlarını demişdir. Bu işi dostu Azərlə birlikdə gördüyünə görə bu barədə Azəri məlumatlandırmış və Azərlə birlikdə Rafiqin qəbulunda olmuş, Rafiq ona dediyi sözləri həmçinin Azərə də deyərək və bildirmişdir ki, 21 faizin 15 faizi nazir Əbülfəz Qarayevin, 6 faizi özünün payıdır, ümumilikdə ümumi məbləğin 21 faizinin çox böyük məbləğ olduğunu deyib etiraz etsələr də o, əgər işləmək istəyirlərsə bu qayda ilə işləməli olduqlarını bildirmişdir. Razılaşmış, bundan sonra bütün sənədləşmə işləri ilə və regional idarələrdə həyata keçirilən təmir işləri ilə Azər özü məşğul olmuş, Azər regional idarələrdə təmir işlərini həyata keçirdən özünün bir neçə etibar etdiyi tanışının adına VÖEN açaraq sadələşmiş vergi ödəyicisi olaraq fiziki şəxs kimi regional idarələrlə müqavilə bağlamış, bundan sonra regional idarələrin hesablarından bu fiziki şəxslərin adına ödənilən cari təmir üçün ümumi məbləğlərin vergi çıxılmamış hissəsindən Rafiqin sözlərinə görə nazirə çatası 15 faizi və Rafiqin özünə çatası 6 faizi o özü Təqsirləndirilən şəxs Bakı şəhərində onun iş yerinin yaxınlığında vermişdir. 7 regional idarənin müəssisələrinin cari təmiri üçün ümumilikdə 913766 (doqquz yüz on üç min yeddi yüz altmış altı) manat pul ayrılmışdır ki, bu pulun 21 faizini, yəni 191890 manatını özü əlbəəl Təqsirləndirilən şəxs vermişdir. 2019-cu ildə cari təmirini həyata keçirdikləri müəssisələr Sumqayıt, Şəki, Şəmkir, Ağcabədi, Sabirabad, Lənkəran və Masallı regional idarələrinə aid müəssisələr olmuşdur. Şahid qismində dindirilmiş Şahid21 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən, cinayət işinin 4-cü cildinin 81-84-cü vərəqlərində olan ifadəsindən görünür ki, o da Şahid20 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid22 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən, cinayət işinin 4-cü cildinin 69-72 və 143-144-cü vərəqlərində olan ifadəsindən göstərmişdir ki, "xxxx" MMC-nin icraçı direktorudur, şirkət gömrük brokeri xidmətlərini həyata keçirir, 2019-cu ildə “Xumar-98” firması ilə birlikdə Mədəniyyət Nazirliyinin regional idarələri tərəfindən elan edilmiş əsaslı və cari təmir lotları üzrə tenderdə iştirak edib 5 regional idarədə cari və əsaslı təmir işlərini görmüş, bu idarələr Kürdəmir, Gəncə, Ağdaş, Bərdə və Biləsuvar regional idarələri olmuş, bunlardan yalnız Bərdə və Biləsuvarda hərəsində bir musiqi məktəbinin əsaslı təmiri olmuş, qalan regional idarələrdə isə hamısı cari təmir olmuş, bu idarələrin yalnız 2019-cu ildə müəssisələrinin cari təmirini və iki musiqi məktəbinin əsaslı təmirini tam olaraq həyat keçirib nazirliyə təhvil vermişdir. Görülən bu işlər üzrə təxminən hesablarına ƏDV çıxıldıqdan sonra 600000 manat pul köçürülmüş, “Xumar-98” firmasının rəsmi direktoru onun Nizami Abdullayev adlı tanışıdır, onunla təxminən 10 ilə yaxındır ki, işgüzar münasibətləri vardır, şirkətin faktiki sahibi odur. Mədəniyyət Nazirliyinin müəssisələrinin cari və əsaslı təmirindəki tenderdə iştirakında nazirin əvvəlki müavini olmuş Təqsirləndirilən şəxsla tanışlıq münasibətləri rol oynamış, belə ki, onunla razılaşandan sonra bu tenderdə “Xumar - 98” firması ilə iştirak etmiş, Təqsirləndirilən şəxsla olan razılaşmaya görə firmaya bu işlərə görə ödənilən pulun ƏDV çıxıldıqdan sonra qalan məbləğinin 10 faizi məbləğində Təqsirləndirilən şəxs onun istəyi “otkad” vermişdir. Mədəniyyət Nazirliyi ilə ancaq bir il, yəni 2019-cu ildə işləmiş və bu dövr ərzində o, ƏDV çıxıldıqdan sonra qalan məbləğin 10 faizini Təqsirləndirilən şəxs özünə müxtəlif vaxtlarda, yəni pulun hissələri hesaba keçdikdən sonra Bakı şəhərində Dəniz kənarı Milli Parkın ətrafında avtomobildə vermişdir. Təqsirləndirilən şəxs ümumilikdə 2019-cu il ərzində 60.000 manat pul vermiş, regional idarə rəislərinə heç bir məbləğ ödəməmiş, bu puldan ancaq Təqsirləndirilən şəxs dediyi faizi vermişdir. Regional idarələrlə bağladıqları müqavilələrdəki ümumi məbləğlə hesaba köçürülmüş ümumi məbləğ arasında təxminən 15000-20000 manat məbləğində fərq yaranmışdır ki, bu fərqin də yaranmasına səbəb müqavilə üzrə görülmüş faktiki işlərin həcminin müqavilədəki işlərdən təxminən 15000-20000 manat məbləğində az olmasıdır. Ona görə də müqavilələrlə yanaşı regional idarənin hər birində gördükləri işlərə görə “Xumar 98” firmasının hesabına köçürülmüş məbləğlərə dair şirkətin şəxsi bank hesabından çıxarışlar təqdim edilmiş, “Xumar 98” firmasının şəxsi bank hesabından çıxarışlardan görünür ki, Gəncə Regional mədəniyyət idarəsində cari təmirin satınalınması üzrə müqaviləyə əsasən görülmüş işlərə görə ƏDV çıxıldıqdan sonra hesaba ödənilmiş məbləğ 113686,14 manat, Ağdaş Regional mədəniyyət idarəsində cari təmirin satınalınması üzrə müqaviləyə əsasən görülmüş işlərə görə ƏDV çıxıldıqdan sonra hesaba ödənilmiş məbləğ 94619,13 manat, Bərdə Regional mədəniyyət idarəsində cari və əsaslı təmirin satınalınması üzrə müqavilələrə əsasən görülmüş işlərə görə ƏDV çıxıldıqdan sonra hesaba ödənilmiş ümumi məbləğ 149387,13 manat, Biləsuvar Regional mədəniyyət idarəsində cari və əsaslı təmirin satınalınması üzrə müqavilələrə əsasən görülmüş işlərə görə ƏDV çıxıldıqdan sonra hesaba ödənilmiş ümumi məbləğ 158229,24 manat, Kürdəmir Regional mədəniyyət idarəsində cari təmirin satınalınması üzrə müqaviləyə əsasən görülmüş işlərə görə ƏDV çıxıldıqdan sonra hesaba ödənilmiş məbləğ 78549,87 manat olmuş, Gəncə Regional mədəniyyət idarəsindən hesaba ƏDV çıxıldıqdan sonra ödənilmiş məbləğin 10 faizini, yəni 11500 manatı, Ağdaş Regional mədəniyyət idarəsindən hesaba ƏDV çıxıldıqdan sonra ödənilmiş məbləğin 10 faizini, yəni 9500 manatı, Bərdə Regional mədəniyyət idarəsindən hesaba ƏDV çıxıldıqdan sonra ödənilmiş məbləğin 10 faizini, yəni 15000 manatı, Biləsuvar Regional mədəniyyət idarəsindən hesaba ƏDV çıxıldıqdan sonra ödənilmiş məbləğin 10 faizini, yəni 16000 manatı və Kürdəmir Regional mədəniyyət idarəsindən hesaba ƏDV çıxıldıqdan sonra ödənilmiş məbləğin 10 faizini, yəni 8000 manatı, ümumilikdə 60000 manat məbləğində pulu Şahid23 alaraq 2019-cu il ərzində Təqsirləndirilən şəxs sonuncunun iş yerinin yaxınlığında Bakı şəhərində Dəniz kənarı Milli park ərazisində avtomaşında görüşərək vermişdir. Şahid qismində dindirilmiş Şahid23 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən, cinayət işinin 4-cü cildinin 90-93-cü vərəqlərində olan ifadəsindən görünür ki, o da Şahid22 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid28 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 122-123-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, 08 may 2020-ci il tarixdə iş yoldaşı Şahid24la birlikdə xidməti ərazidə olan zaman iki nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olduğunu demiş və onlar tərəfindən keçiriləcək baxışda hal şahidi qismində iştirak etmələrini xahiş etmişlər. Onlar buna razı olmuş və DTX əməkdaşları ilə birlikdə Hökümət Evinin yaxınlığında olan Şahid16 adlı şəxsin istifadəsində olan **-RP-*** dövlət qeydiyyat nişanlı “Nissan X- Trail” markalı avtomaşına yaxınlaşmışlar. Avtomaşının sahibi Şahid16 də orada olmuşdur. Bundan sonra, DTX əməkdaşı tərəfindən onlara hal şahidi kimi hüquqları izah edilmiş və bununla da avtomaşında baxış aparılmağa başlanmışdır. Baxış zamanı avtomaşının ön sağ tərəfindəki saxlanc yerindən 14.500 manat və 5.000 ABŞ dolları aşkar edilmiş, habelə. avtomaşının arxa oturacağının üzərində olan göy rəngli qeyd dəftərçəsi aşkar edilərək götürülmüşdür. Bundan sonra, baxış keçirilməsinə dair DTX əməkdaşı tərəfindən protokol tərtib edilmiş, o və baxışda iştirak etmiş digər şəxslər protokolu oxumuş və düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Şahid qismində dindirilmiş Şahid24 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən, cinayət işinin 6-cı cildinin 120-121-ciü vərəqlərində olan ifadəsindən görünür ki, o da Şahid28 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid26 ifadəsində göstərdi ki, 08 may 2020-ci il işi ilə bağlı xidməti ərazidə olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olduqlarını qeyd etmiş və onlar tərəfindən keçiriləcək baxışda hal şahidi qismində iştirak etməsini ondan xahiş etmişlər. O, buna razı olmuş və DTX əməkdaşları ilə birlikdə Mədəniyyət Nazirliyinə daxil olmuşdur. Nazirliyə daxil olduqda orada onun kimi digər hal şahidi Şahid25 da olduğunu görmüşdür. Bundan sonra, onlar DTX əməkdaşları ilə birlikdə Mədəniyyət Nazirinin müavini Təqsirləndirilən şəxs xidməti otağına getmişlər. Təqsirləndirilən şəxs məxsus xidməti otağa daxil olduqdan sonra DTX əməkdaşı tərəfindən onlara hal şahidi kimi hüquqları izah edilmiş və bununla da baxış aparılmağa başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs xidməti otağından çox sayda yaddaş kartları, Təqsirləndirilən şəxs və Gülşən Bayramovaya məxsus plastik bank kartları, Təqsirləndirilən şəxs məxsus şəxiyyət vəsiqəsi, ona məxsus 3 ədəd mobil telefon, X13 adına olan torpaq sahəsinə dair sənədlər, X7 adına olan torpaq sahəsinə dair sənədlər, Mədəniyyət Nazirliyinin fəaliyyətinə dair müxtəlif sənədlər, X12 adına olan "xxxx" MTK ilə bağlanmış müqavilə, Quba rayon icra hakimiyyəti başçısının sərəncamı, Təqsirləndirilən şəxs məxsus təxminən 10 ədəd qeyd dəftərçəsi, habelə xidməti otaqdakı seyfin içərisindən üzərində müxtəlif rayonların və şəxslərin, eləcədə qarşısında müxtəlif rəqəmlər adları yazılmış bir ədəd vərəq, eyni zamanda 46.410 manat və 900 ABŞ dolları aşkar edilərək götürülmüşdür. Eyni zamanda, baxış prosesi video qeydə alınmışdır. Bundan sonra, baxışın keçirilməsinə dair müvafiq protokol tərtib edilmiş, o və digər hal şahidi, eləcə də Təqsirləndirilən şəxs protokolu oxumuş və düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Şahid qismində dindirilmiş Şahid25 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən, cinayət işinin 6-cı cildinin 115-116-ci vərəqlərində olan ifadəsindən görünür ki, o da Şahid26 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid27 ifadəsində göstərdi ki, 08 may 2020-ci il tarixdə xidməti ərazidə olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olduğunu demiş və onlar tərəfindən keçiriləcək baxışda hal şahidi qismində iştirak etməsini xahiş etmişlər. O da buna razı olmuş və DTX əməkdaşları ilə birlikdə ünvan 5 ünvanına gəltmişdir. Həmin ünvanda 3 mərtəbəli fərdi yaşayış evi olmuşdur. O, həmin ünvanın qarşısına gəldikdə orada onunla birlikdə baxışda hal şahidi qismində iştirak etmək üçün İlham adlı şəxsind də gəldiyini görmüşdür. Bundan sonra onlar DTX əməkdaşları ilə birlikdə ünvanına daxil olmuşlar. Ünvanda ev sahibi kimi onları Gülşən adlı qadın qarşılamışdır. DTX əməkdaşı tərəfindən onlara hal şahidi kimi hüquqları izah edilmiş və bununla da evdə baxış aparılmağa başlanmışdır. Baxış aparılan ev Mədəniyyət Nazirinin müavini Təqsirləndirilən şəxs məxsus olmuşdur. Baxış zamanı evin ikinci mərtəbəsində olan seyfin içərisindən 1.900 evro, 110.000 manat, 40.000 ABŞ dolları, 1 ədəd 1.00 karatlıq, 1 ədəd 1.07 karatlıq, 1 ədəd 2.00 karatlıq və 1 ədəd 2.15 karatlıq almaz daşları, 1 ədəd "xxxx" MMC və 1 ədəd “Uşaq və Gənclərin tərəqqi mərkəzi” ictimai birliyinə məxsus möhür, Təqsirləndirilən şəxs məxsus pasport, 3 ədəd yaddaş qurğusu və 2 ədəd yaddaş sistem bloku aşkar edilərək götürülmüşdür. Bundan sonra, DTX əməkdaşı tərəfindən baxışın keçirilməsinə dair protokol tərtib edilmiş, o və baxışda iştirak etmiş digər şəxslər protokolu oxuyaraq və düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Şahid qismində dindirilmiş Şahid29 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən, cinayət işinin 6-cı cildinin 193-194-cü vərəqlərində olan ifadəsindən görünür ki, o da Şahid27 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Cinayət işinin 6-cı cildinin 220-227-ci vərəqlərində olan sənədlərdən görünür ki, Mədəniyyət və Turizm nazirinin 29 iyul 2014-cü il tarixli əmri ilə Təqsirləndirilən şəxs Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri vəzifəsinə keçirilmiş, Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2018-ci il tarixli sərəncamı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini təyin edilmiş və 09 may 2020-ci il tarixli sərəncamla həmin vəzifəsindən azad edilmişdir. Cinayət işinin 1-ci cildinin 26-30-cu vərəqlərində olan protokoldan görünür ki, aşkar edilmiş digər əşya və sənədlərlə yanaşı Təqsirləndirilən şəxs məxsus 46410 (qırx altı min dörd yüz on) manat, 900 (doqquz yüz) ABŞ dolları və “Sumqayıt-Şahid14-167.565” yazıları ilə başlayıb “Şəki-Şahid15-141.465” yazıları ilə bitən, “Sumqayıt 12000 yazıları ilə başlayıb və Ağdaş” yazıları ilə bitən hər iki üzündə qeydlər olan A4 formatlı kağız qablaşdırılaraq möhür ilə möhürlənib götürülərək protokola əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 32-35-ci vərəqlərində olan protokoldan görünür ki, aşkar edilmiş digər əşya və sənədlərlə yanaşı qarderob otağında olan seyfdən 4 (dörd) ədəd müvafiq olaraq 1.00, 1.07, 2.00 və 2.15 karatlıq daşlar, 1900 (min doqquz yüz) avro, 110000 (yüz on min) manat və 40.000 (qırx min) ABŞ dolları qablaşıdırılaraq möhür ilə möhürlənib götürülərək protokola əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 84-86-cı vərəqlərində olan avtomobilə keçirilmiş baxış protokolundan görünür ki, avtomobilin qabaq sağ panelinə quraşdırılmış saxlanc yerində 14500 (on dörd min beş yüz) manat və 5000 (beş min) ABŞ dolları aşkar edilərək götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 172-174-cü vərəqlərində olan protokoldan görünür ki, 30 dəqiqəlik 1-ci videoda iş otağında iş masasının arxasında ağ uzun qol köynəkdə arıq bədən quruluşlu şəxs əyləşmişdir ( şərti olaraq «K1»). 1-ci dəqiqənin 30-cu saniyəsində həmin şəxsin olduğu otağa bir nəfər əynində ağ rəngli uzun qol köynək olan şəxs (şərti olaraq «K2») daxil olur və iş masasının qarşısında qoyulmuş stulların birində əyləşərək iş masasının başında əyləşən «K1» -lə 11-ci dəqiqəsinin 15-ci saniyəsinə qədər iş üçün əhəmiyyət kəsb etməyən söhbət edirlər. Otağa sonradan daxil olmuş «K2» otağı tərk edəndən sonra «K1» iş masasının arxasına keçir, sonra istirahət otağına keçir və yenidən iş masasının arxasına qayıdır. 14-cü dəqiqənin 46-cı saniyəsində otağa qapını döyərək saçının arxası tökülmüş, orta boylu, sifəti kameraya düşməyən şəxs (şərti olaraq «K3»r) daxil olur və otaqda olan «K1»-lə əl verib görüşdükdən sonra əyləşərək söhbət etməyə başlayırlar. Söhbətin əvvəli pandemiya şəraitində insanların psixoloji durumu barədə olur və hazırkı iş üzrə əhəmiyyət kəsb eləmir. Videonun 15-ci dəqiqəsinin 24-cü saniyəsində «K3» sol əli ilə «K1»-in masasının üstündəki kağızları qaldırır və sağ əlində videoya düşməyən əşyanı həmin kağızların altına qoyur. Söhbət əsasən Bərdə, Biləsuvar və Xaçmaz regional idarələrin hər birinə ayrılmış 250.000 manat vəsait barədə gedir. «K3» əsaslı təmir üçün ayrılmış vəsaitin çatışmazlığından gileylənir. «K1» isə həmin vəsaitlə əsaslı təmiri başa çatdırmağın vacib olduğunu vurğulayır və əlavə pulun ayrılmasının qeyri mümkünlüyünü deyir. Videonun 20-ci dəqiqəsinin 45 – ci saniyəsindən başlayaraq «K3» sağ əlini əyləşdiyi oturacağın kənarında yerdən qoyduğu çantaya uzadaraq həmin çantanı qucağına qoyur və söhbət edə-edə masanın üzərində olan sənədlərini çantaya yığmağa başlayır. Bu zaman «K1» ayağa qalxaraq əlini ağzına apararaq susmaq işarəsi edib qarşısındakı şəxsə ehtiyatlı və çox ehtiyatlı olmağı tapşırır. Videonun 21-ci dəqiqəsinin 20-ci saniyəsində «K3» otağı tərk edir. «K3» otağı tərk etdikdən sonra 21-ci dəqiqənin 21-ci saniyəsində «K3»-ün bir qədər əvvəl masadakı kağızların altına qoyduğu əşyanı (bu zaman «K1»-in əlində bir anlıq kadra düşən həmin əşya ağ rəngli zərfə bənzəyir) «K1» həmin yerdən götürərək arxa otağa gedir və sonra iş masasının arxasına geri qayıdaraq kompüterdə video konfransa qoşulur. Video konfransda bir nəfər kişi səsli şəxs hazırkı iş üçün əhəmiyyətli olmayan çıxış edir. Bununla da video sona çatır. 30 dəqiqəlik digər videodakı (2) məkan əvvəlki video materialdakı məkanla eynidir. Videodan görünür ki, çəkiliş aparılan otaqdakı masanın başında yenə də əvvəlki videodakı şərti olaraq «K1» kimi işarələnmiş kişi əyləşmiş və onun qəbuluna müxtəlif şəxslər gəlirlər. Bu videonun 10-cu dəqiqəsinə qədər bu otaqda «K1»-in qəbuluna bir nəfər ağ saçlı, arıq bədən quruluşlu, ağzında maska olan şəxslə «K1» in iş üçün əhəmiyyət kəsb etməyən söhbətləri vardır. Bu söhbətdən görünür ki, bu şəxslər nazirlikdə yeni şöbənin yaradılması barədə müzakirə edirlər. Videonun 10-cu dəqiqəsinin 48-ci saniyəsində danışıqlardan adı Samir olduğu görünən şəxs (bu videonun baxışında şərti olaraq «K4» kimi işarələnir) «K1»-in dəvəti ilə otağa daxil olur və «K1»-in iş masasının qarşısındakı kadra düşməyən oturacaqda əyləşir. Onların arasında söhbət başlayır. Söhbət əsnasında «K1» həmin şəxslə üzbəüz əyləşir və videonun 11-ci dəqiqəsinin 23-cü saniyəsində «K1» həmin şəxsdən ağ rəngli bağlama alır və aparıb masasının siyirməsinə qoyur. Bundan sonra onlar arasında yenidən qarşılıqlı fəaliyyətləri ilə bağlı söhbətlər gedir. Videonun 19-cu dəqiqəsinin 6-cı saniyəsində «K4» «K1»-lə xudahafizləşərək otağı tərk edir. Videonun 19-cu dəqiqəsinin 40-cı saniyəsində «K1» iş masasına yaxınlaşır və masanın siyirməsindən təxminən 10 dəqiqə əvvəl «K4»-dən aldığı görünən ağ rəngli bağlamanı götürərək arxa otağa keçir. Cinayət işinin 6-cı cildinin 34-44-cü vərəqlərində olan 30 oktyabr 2020-ci il tarixli 4/807 nömrəli məhkəmə-fonoskopik ekspertizası rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Sair.D.K” markalı yaddaş kartında olan mübahisəli fonoqramların məzmunu tədqiqi hissədə verilmiş mətnlərdən ibarətdir. Ekspertizaya təqdim edilmiş 1 ədəd yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi – Təqsirləndirilən şəxs, «K3» kimi işarə olunmuş diktorun səsi – Şahid5, «K4» kimi işarə olunmuş diktorun səsi – Şahid18 məxsusdur. Cinayət işinin 6-cı cildinin 130-157-ci vərəqlərində olan 30 oktyabr 2020-ci il tarixli 3/1210 nömrəli məhkəmə-portret ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “salR.D.K.” və s. yazıları olan fleş-kartdakı videogörüntülərdən çıxarılmış fotoşəkillərdə 1, 7, 8 rəqəmləri ilə işarələnmiş kişi cinsli şəxslərlə müvafiq olaraq Təqsirləndirilən şəxs eksperimental fotoşəkillərində kişi cinsinə mənsub eyni bir şəxs əks olunmuşdur. Cinayət işinin 1-ci cildinin 209-210-cu vərəqlərində olan protokoldan görünür ki, Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini vəzifəsində işləyən Təqsirləndirilən şəxs xidməti iş otağından aşkar edilərək götürülmüş nağd pul vəsaitləri 4 ədəd 200-lük, 445 ədəd 100-lük, 13 ədəd 50-lik, 5 ədəd 10luq və 2 ədəd 5-lik olmaqla ümumilikdə 46.410 (qırx altı min dörd yüz on) Azərbaycan manatı, 9 ədəd 100lük olmaqla ümumilikdə 900 (doqquz yüz) ABŞ dollarıdır. Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanında yerləşən evdən aşkar edilərək götürülmüş nağd pul vəsaitləri 100 ədəd 200-lük və 900 ədəd 100-lük olmaqla ümumilikdə 110.000 (bir yüz on min) Azərbaycan manatı, 400 ədəd 100-lük olmaqla ümumilikdə 40.000 (qırx min) ABŞ dolları, 8 ədəd 10-lük və 22 ədəd 50-lik olmaqla ümumilikdə 1900 (bir min doqquz yüz) Avrodur. Həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Şəmkir Regional Mədəniyyət idarəsinin rəisi vəzifəsində işləyən Şahid16 idarə etdiyi **-RP-*** dövlət qeydiyyat nişanlı, “Nissan X-Trail” markalı minik avtomobilindən aşkar edilərək götürülmüş nağd pul vəsaitləri 145 ədəd 100-lük olmaqla ümumilikdə 14.500 (on dörd min beş yüz) Azərbaycan manatı və 50 ədəd 100-lük olmaqla ümumilikdə 5.000 (beş min) ABŞ dollarıdır. Cinayət işinin 1-ci cildinin 214-cü vərəqində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs xidməti iş otağında aşkar edilərək götürülmüş 46.410 (qırx altı min dörd yüz on) Azərbaycan manatı və 900 ABŞ dolları, habelə Təqsirləndirilən şəxs ünvan 7 ünvanında yerləşən evində aşkar edilərək götürülmüş 110.000 (bir yüz on min) Azərbaycan manatı, 40.000 (qırx min) ABŞ dolları və 1900 (bir min doqquz yüz) Avro və Şahid16 idarə etdiyi **-RP-*** dövlət qeydiyyat nişanlı, “Nissan X-Trail” markalı minik avtomobilində aşkar edilərək götürülmüş 14500 (on dörd min beş yüz) Azərbaycan manatı və 5.000 (beş min) ABŞ dolları müvafiq qərar qəbul edilənədək məsul saxlanılması üçün dövlət bankına təhvil verilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə İdarəsinə göndərilmişdir. Cinayət işinin 1-ci cildinin 190-192-ci vərəqlərində olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs arvadı 04 mart 1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 5 ünvanında qeydiyyatda olan X8 adına "xxxx" ASC-də açılmış bank hesablarına və depozit qusutuna həbs qoyulmuş, ibtidai istintaq orqanının 13 may 2020-ci il tarixli əmlak üzərinə həbs qoyulması haqqında protokola əsasən X8 adına "xxxx" ASC-də olan depozit qusutunda 250000 (iki yüz əlli min) ABŞ dolları siyahıya alınmışdır. Cinayət işinin 2-ci cildinin 247-ci vərəqində olan 30 iyun 2020-ci il tarixli qərara əsasən Az **-RP-*** dövlət qeydiyyat nişanlı, “Nissan X-Trail” markalı minik avtomobilindən aşkar edilərək götürülmüş 145 ədəd 100-lük olmaqla, ümumilikdə 14.500 (on dörd min beş yüz) Azərbaycan manatı və 50 ədəd 100-lük olmaqla, ümumilikdə 5.000 (beş min) ABŞ dolları məbləğində nağd pul vəsaitləri hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işinin 3-cü cildinin 181-185-ci vərəqlərində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xidməti otağından aşkar olunaraq götürülmüş üzərində Mədəniyyət Nazirliyinin Regional idarələrinin və həmin idarələrin müdirlərinin adları, habelə qarşısında müxtəlif məbləğlər qeyd olunmuş bir ədəd vərəqdə; - Sumqayıt (Şahid14) yazısının qarşısında – 167505, Ramin; - Xaçmaz (Şahid8) yazısının qarşısında – 69400, 137165, 27.432, 250500, 42.000; - İsmayıllı (Şahid9) yazsının qarşısında - 126165, 15%, 16.000; - Kürdəmir (Şahid10) yazısının qarşısında – 167265, Ramin; - Ağstafa (Şahid3) yazsının qaşısında – 166965, 10%, 16.000; - Şəmkir (Şahid16) yazsının qarşısında – 181465, Ramin; - Gəncə (Şahid6) yazısının qarşısında – 158465, Ramin; - Ağdaş (Şahid2) yazsının qarşısında – 116965, Ramin; - Biləsuvar (Şahid5) yazsının qarşısında – 115965, Ramazan, 250500; - Masallı (Şahid12) yazsının qarşısında – 116165, Ramin; - Lənkəran (Şahid11) yazısının qarşısında – 116065, Ramin; - Sabirabad (Şahid13) yazsının qarşısında – 216565, Ramazan; - Ağcabədi (Rza Quliyev) yazsının qarşısında – 201965, Ramin; - Bərdə (Şahid4) yazsının qarşısında – 174965, Anar, 250500, 16%, 68.000; - Şəki (Şahid15) yazısının qarşısında – 141465, Ramin; - Cəmi – 2305175, 750000, Ramin(24%,təm) 1.367.385, 15% N =205.100, 6% R =82040 qeyləri yazılmışdır. Qeyd edilən vərəqin digər üzündə - Sumqayıt – 10.000, 12.000; - Xaçmaz – 4000; - İsmayıllı – 1500; - Kürdəmir – 7000, 9500; - Ağstafa – 2000, 2000; - Şəmkir – 10.000, 13.000; - Gəncə - 8500, 3500, 9000; - Ağdaş – 2000; - Biləsuvar – 1000, 1000, 1000; - Masallı – 500, 500; - Lənkəran – 500, 500; - Sabirabad – 500, 500; - Ağcabədi – 8000, 8000; - Bərdə - 5000, 5000; - Şəki – 2000, 2000; - 66.000, 63.000; - Sumqayıt – 12.000; - Xacmaz – 36.200, 221100 (10), 221200 (10), 221500 (15), 222920 (10), 311900 (10); - İsmayıllı – 61.000, 221100 (10%), 221200 (10%), 221150 (10%), 222150, (15%), 222920 (10%), 311150 (15%), 314000 (10%); - Kürdəmir – 32000; - Ağstafa – 12.900, 221100, 221200, 222920, 222930, 10%; - Şəmkir – 28.300, 221100, 221900, 221500, 222920, 15%; - Gəncə - 14.000; - Biləsuvar – 27.000; - Masallı – 21.000; - Lənkəran – 36.355, 221500, 311150, 222920, 221100, 15%; - Sabirabad – 40000; - Ağcabədi – 20.000; - Şəki – 12.000, +2000 sözləri qeyd olunmuşdur. Cinayət işinin 4-cü cildinin 53-60-cı vərəqlərində olan 08 oktyabr 2020-ci il tarixli 4/701 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs otağında 08 may 2020-ci il tarixdə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş 1 ədəd A4 formatlı vərəqdəki əlyazmalar Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Cinayət işinin 6-cı cildinin 69-70-ci vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs xidməti otağına keçirilmiş baxış zamanı üzərində müxtəlif adlar və rəqəmlə məbləğlər yazılmış 1 ədəd A4 formatlı vərəq onun törətdiyi cinayət əməllərini sübut etdiyi üçün cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 6-cı cildinin 47-48-ci vərəqlərində olan protokoldan görünür ki, 24.01.2018-ci il tarixli sərəncama əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "xxxx" bələdçi kataloqunun 2018-ci il üçün hər buraxılışından 1200 nüsxə alınması və 34080 manat vəsaitinin "xxxx" MMCnin hesabına köçürülməsinin təmin edilməsi tapşırılmış, 19.01.2018-ci il tarixli Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə "xxxx" MMC tərəfindən "xxxx" bələdçi katoloqunun 2018-ci il ərzində 124080 manat dəyərində çap işləri təmin ediləcəkdir. 19.04.2018-ci il tarixli 4 ədəd elektron qaimədən görünür ki, Mədəniyyət Nazirliyi tərəfindən "xxxx" MMC-yə ümumilikdə 42120 manat vəsait köçürülmüş, 14.03.2019-cu il tarixli Sərəncamdan görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “Culture Guide” (Baku Guide) bələdçi katoloqunun 2019-cu il üçün hər buraxılışından 2800 nüsxə alınması və 145600 manat vəsaitinin "xxxx" MMC-nin hesabına köçürülməsinin təmin edilməsi tapşırılmış, 28.02.2019-cu il tarixli Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə "xxxx" MMC arasında bağlanmış müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən “Culture Guide” (Baku Guide) bələdçi katoloqunun 2019-cu il ərzində 145600 manat dəyərində çap işləri təmin ediləcəkdir. 2019-cu il tarixli 9 ədəd elektron qaimədən görünür ki, Mədəniyyət Nazirliyi tərəfindən "xxxx" MMC-yə ümumilikdə 145600 manat vəsait köçürülmüşdür. 17 yanvar 2020-ci il tarixli Sərəncamdan görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən "xxxx" bələdçi kataloqunun 2020-ci il üçün hər buraxılışından 2800 nüsxə alınması və 174720 manat vəsaitin "xxxx" MMC-nin hesabına köçürülməsinin təmin edilməsi tapşırılmışdır. 07.01.2020-ci il tarixli Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə "xxxx" MMC arasında bağlanmış müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" bələdçi kataloqunun 2020-ci il ərzində 174720 manat dəyərində çap işləri təmin ediləcəkdir. 2020-ci il tarixli 2 ədəd elektron qaimədən görünür ki, Mədəniyyət Nazirliyi tərəfindən "xxxx" MMCyə ümumilikdə 29120 manat vəsait köçürülmüşdür. Cinayət işinin 6-cı cildinin 229-230-cu vərəqlərində olan protokoldan görünür ki, Sumqayıt regional Mədəniyyət İdarəsinin rəisi Şahid14 ilə fiziki şəxs X9 arasında 137325,60 manat məbləğ həcmində cari təmir işlərinin satın alınması barədə 08.05.2019-cu il tarixdə müqavilə bağlanmış, Sumqayıt regional Mədəniyyət İdarəsinin rəisi və fiziki şəxs X1 möhürü və imzası ilə təsdiq edilmiş 08.05.2019-cu il tarixli müqavilə əsasında Sumqayıt regional mədəniyyət idarəsinə aid olan müəssisələrdə cari təmir işlərinin həyata keçirilməsi ilə bağlı 2019-cu ildə tərtib edilmiş № 3 və № 2 formalara əsasən ötən müddət ərzində müqavilədə nəzərdə tutulmuş görülmüş bütün işlərin cəminə görə regional idarədən fiziki şəxsin bank hesabına ümumilikdə 137310,88 manat həcmində pul köçürülmüş, Şəmkir regional Mədəniyyət İdarəsinin rəisi Şahid16 ilə fiziki şəxs X25 arasında 124566,60 manat məbləğ həcmində cari təmir işlərinin satın alınması barədə 17.05.2019-cu il tarixdə müqavilə bağlanmış, Şəmkir regional Mədəniyyət İdarəsinin rəisi və fiziki şəxs X14 möhürü və imzası ilə təsdiq edilmiş 17.05.2019-cu il tarixli müqavilə əsasında Şəmkir regional mədəniyyət idarəsinə aid olan müəssisələrdə cari təmir işlərinin həyata keçirilməsi ilə bağlı 2019-cu ildə tərtib edilmiş № 3 və № 2 formalara əsasən ötən müddət ərzində müqavilədə nəzərdə tutulmuş görülmüş bütün işlərin cəminə görə regional idarədən fiziki şəxsin bank hesabına ümumilikdə 124015,91 manat həcmində pul köçürülmüş, Lənkəran regional Mədəniyyət İdarəsinin rəisi Şahid11 ilə fiziki şəxs X10 arasında 102340,40 manat məbləğ həcmində cari təmir işlərinin satın alınması barədə 10.05.2019-cu il tarixdə müqavilə bağlanmış, Lənkəran regional Mədəniyyət İdarəsinin rəisi və fiziki şəxs X2 möhürü və imzası ilə təsdiq edilmiş 10.05.2019-cu il tarixli müqavilə əsasında Lənkəran regional mədəniyyət idarəsinə aid olan müəssisələrdə cari təmir işlərinin həyata keçirilməsi ilə bağlı 2019-cu ildə tərtib edilmiş № 3 və № 2 formalara əsasən ötən müddət ərzində müqavilədə nəzərdə tutulmuş görülmüş bütün işlərin cəminə görə regional idarədən fiziki şəxsin bank hesabına ümumilikdə 102304,40 manat həcmində pul köçürülmüş, Masallı regional Mədəniyyət İdarəsinin rəisi Şahid12 ilə fiziki şəxs X46 arasında 119475,40 manat məbləğ həcmində cari təmir işlərinin satın alınması barədə 14.05.2019-cu il tarixdə müqavilə bağlanmış, Masallı regional Mədəniyyət İdarəsinin rəisi və fiziki şəxs X33 möhürü və imzası ilə təsdiq edilmiş 14.05.2019-cu il tarixli müqavilə əsasında Masallı regional mədəniyyət idarəsinə aid olan müəssisələrdə cari təmir işlərinin həyata keçirilməsi ilə bağlı 2019-cu ildə tərtib edilmiş № 3 və № 2 formalara əsasən ötən müddət ərzində müqavilədə nəzərdə tutulmuş görülmüş bütün işlərin cəminə görə regional idarədən fiziki şəxsin bank hesabına ümumilikdə 117472,51 manat həcmində pul köçürülmüş, Sabirabad regional Mədəniyyət İdarəsinin rəisi Şahid13 ilə fiziki şəxs X39 arasında 128445,60 manat məbləğ həcmində cari təmir işlərinin satın alınması barədə 10.05.2019-cu il tarixdə müqavilə bağlanmış, Sabirabad regional Mədəniyyət İdarəsinin rəisi və fiziki şəxs X26 möhürü və imzası ilə təsdiq edilmiş 10.05.2019-cu il tarixli müqavilə əsasında Sabirabad regional mədəniyyət idarəsinə aid olan müəssisələrdə cari təmir işlərinin həyata keçirilməsi ilə bağlı 2019-cu ildə tərtib edilmiş № 3 və № 2 formalara əsasən ötən müddət ərzində müqavilədə nəzərdə tutulmuş görülmüş bütün işlərin cəminə görə regional idarədən fiziki şəxsin bank hesabına ümumilikdə 128444,07 manat həcmində pul köçürülmüş, Şəki regional Mədəniyyət İdarəsinin rəisi Şahid15 ilə fiziki şəxs X4 arasında 177473,50 manat məbləğ həcmində cari təmir işlərinin satın alınması barədə 17.05.2019-cu il tarixdə müqavilə bağlanmış, Şəki regional Mədəniyyət İdarəsinin rəisi və fiziki şəxs X3 möhürü və imzası ilə təsdiq edilmiş 17.05.2019-cu il tarixli müqavilə əsasında Şəki regional mədəniyyət idarəsinə aid olan müəssisələrdə cari təmir işlərinin həyata keçirilməsi ilə bağlı 2019-cu ildə tərtib edilmiş № 3 və № 2 formalara əsasən ötən müddət ərzində müqavilədə nəzərdə tutulmuş görülmüş bütün işlərin cəminə görə regional idarədən fiziki şəxsin bank hesabına ümumilikdə 177472,96 manat həcmində pul köçürülmüş, Ağcabədi regional Mədəniyyət İdarəsinin rəisi X45 ilə fiziki şəxs X35 arasında 124175,30 manat məbləğ həcmində cari təmir işlərinin satın alınması barədə 17.05.2019-cu il tarixdə müqavilə bağlanmış, Ağcabədi regional Mədəniyyət İdarəsinin rəisi və fiziki şəxs X19 möhürü və imzası ilə təsdiq edilmiş 17.05.2019-cu il tarixli müqavilə əsasında Ağcabədi regional mədəniyyət idarəsinə aid olan müəssisələrdə cari təmir işlərinin həyata keçirilməsi ilə bağlı 2019-cu ildə tərtib edilmiş № 3 və № 2 formalara əsasən ötən müddət ərzində müqavilədə nəzərdə tutulmuş görülmüş bütün işlərin cəminə görə regional idarədən fiziki şəxsin bank hesabına ümumilikdə 122472,42 manat həcmində pul köçürülmüşdür. Cinayət işinin 4-cü cildinin 209-211-ci vərəqlərində olan protokoldan görünür ki, Bərdə regional Mədəniyyət İdarəsinin rəisi Şahid4 ilə “Xumar 98” firmasının direktoru Şahid23 arasında 49850 manat (ƏDV çıxıldıqdan sonra 42240 manat) məbləğ həcmində əsaslı təmir işlərinin satın alınması barədə 31.07.2019-cu il tarixdə müqavilə bağlanmış, Bərdə regional Mədəniyyət İdarəsinin rəisi və “Xumar 98” firmasının direktorunun möhürü və imzası ilə təsdiq edilmiş 31.07.2019-cu il tarixli müqavilə əsasında Bərdə rayon 4 saylı uşaq incəsənət məktəbinin əsaslı təmir işlərinin həyata keçirilməsi ilə bağlı iyul ayında tərtib edilmiş № 3 və № 2 formalara əsasən ötən müddət ərzində müqavilədə nəzərdə tutulmuş işlərə görə ƏDV daxil 6447,28 manat (5463,80 manat – ƏDV xaric) həcmində iş görülmüş, 31.07.2019-cu il tarixli müqavilə əsasında Bərdə rayon 4 saylı uşaq incəsənət məktəbinin əsaslı təmir işlərinin həyata keçirilməsi ilə bağlı sentyabr ayında tərtib edilmiş № 3 və № 2 formalara əsasən iyul ayından sentyabr ayına qədər ötən müddət ərzində müqavilədə nəzərdə tutulmuş işlərə görə ƏDV daxil 43402,72 manat (36781,96 manat – ƏDV xaric) həcmində, ümumilikdə isə müqavilə məbləğinin tam dəyəri həcmində, yəni 49850 manat məbləğində (ƏDV çıxıldıqdan sonra 42,247 manat) əsaslı təmir işləri görülüb təhvil verilmiş, Bərdə regional Mədəniyyət İdarəsinin rəisi Şahid4 ilə “Xumar 98” firmasının direktoru Şahid23 arasında 126850 manat (ƏDV çıxıldıqdan sonra 107505 manat) həcmində cari təmir işlərinin satın alınması barədə 31.07.2019-cu il tarixdə müqavilə bağlanmış, Bərdə regional Mədəniyyət İdarəsinin rəisi və “Xumar 98” firmasının direktorunun möhürü və imzası ilə təsdiq edilmiş 31.07.2019-cu il tarixli müqavilə əsasında Bərdə regional mədəniyyət idarəsinə aid olan obyektlərdə cari təmir işlərinin həyata keçirilməsi ilə bağlı iyul ayında tərtib edilmiş № 3 və № 2 formalara əsasən ötən müddət ərzində müqavilədə nəzərdə tutulmuş işlərə görə ƏDV daxil 44881,30 manat (38035 manat – ƏDV xaric) həcmində iş görülmüş, Bərdə regional Mədəniyyət İdarəsinin rəisi və “Xumar 98” firmasının direktorunun möhürü və imzası ilə təsdiq edilmiş 31.07.2019-cu il tarixli müqavilə əsasında Bərdə regional mədəniyyət idarəsinə aid olan obyektlərdə cari təmir işlərinin həyata keçirilməsi ilə bağlı sentyabr ayında tərtib edilmiş № 3 və № 2 formalara əsasən iyul ayından sentyabr ayına qədər ötən müddət ərzində müqavilədə nəzərdə tutulmuş işlərə görə ƏDV daxil 81545,67 manat (69106,50 manat – ƏDV xaric) həcmində, ümumilikdə isə 126426,97 manat (ƏDV çıxıldıqdan sonra 107141,50 manat) həcmində cari təmir işləri görülüb təhvil verilmiş, Bərdə regional idarəsinə aid müəssisələrin əsaslı və cari təmirinin müqavilələr üzrə məbləği (49850+126850) ümumilikdə 176700 manat (ƏDV çıxıldıqdan sonra 149752 manat ) olmuş və görülərək təhvil verilmiş işlərə görə forma 3 və forma 2 sənədləri əsasında ümumilikdə Bərdə regional idarəsindən “Xumar 98” firmasına ƏDV çıxıldıqda 149387,26 manat (ƏDV daxil məbləğ - 176276,97 manat) məbləğində pul köçürülmüşdür. Kürdəmir regional Mədəniyyət İdarəsinin rəisi Şahid10 ilə “Xumar 98” firmasının direktoru Şahid23 arasında 93380 manat (ƏDV çıxıldıqdan sonra 79140 manat) həcmində cari təmir işlərinin satın alınması barədə 22.07.2019-cu il tarixdə müqavilə bağlanmış, Kürdəmir regional Mədəniyyət İdarəsinin rəisi və “Xumar 98” firmasının direktorunun möhürü və imzası ilə təsdiq edilmiş 22.07.2019-cu il tarixli müqavilə əsasında Kürdəmir regional mədəniyyət idarəsinə aid olan obyektlərdə cari təmir işlərinin həyata keçirilməsi ilə bağlı tərtib edilmiş № 3 və № 2 formalara əsasən ötən müddət ərzində müqavilədə nəzərdə tutulmuş işlərə görə ƏDV daxil 93322,07 manat (79086,50 manat – ƏDV xaric) həcmində iş görülmüş, Kürdəmir regional idarəsinə aid müəssisələrin cari təmirinin müqavilə üzrə məbləği 93380 manat (ƏDV çıxıldıqdan sonra 79140 manat ) olmuş və görülərək təhvil verilmiş işlərə görə forma 3 və forma 2 sənədləri əsasında ümumilikdə Kürdəmir regional idarəsindən “Xumar 98” firmasına ƏDV çıxıldıqdan sonra 79086,50 manat (ƏDV daxil məbləğ – 93322,07 manat) məbləğində pul köçürülmüşdür. Gəncə regional Mədəniyyət İdarəsinin rəisi Şahid6 ilə “Xumar 98” firmasının direktoru Şahid23 arasında 134850 manat (ƏDV çıxıldıqdan sonra 114279,66 manat) həcmində cari təmir işlərinin satın alınması barədə 14.06.2019-cu il tarixdə müqavilə bağlanmış, Gəncə regional Mədəniyyət İdarəsinin rəisi və “Xumar 98” firmasının direktorunun möhürü və imzası ilə təsdiq edilmiş 14.06.2019-cu il tarixli müqavilə əsasında Gəncə regional mədəniyyət idarəsinə aid olan obyektlərdə cari təmir işlərinin həyata keçirilməsi ilə bağlı tərtib edilmiş № 3 və № 2 formalara əsasən ötən müddət ərzində müqavilədə nəzərdə tutulmuş işlərə görə ƏDV daxil 134850 manat (114279,66 manat – ƏDV xaric) həcmində iş görülmüş, Gəncə regional idarəsinə aid müəssisələrin cari təmirinin müqavilə üzrə məbləği 134850 manat (ƏDV çıxıldıqdan sonra 114279,66 manat ) olmuş və görülərək təhvil verilmiş işlərə görə forma 3 və forma 2 sənədləri əsasında ümumilikdə Gəncə regional idarəsindən “Xumar 98” firmasına ƏDV çıxıldıqdan sonra 114279,66 manat (ƏDV daxil məbləğ – 134850 manat) məbləğində pul köçürülmüşdür. Ağdaş regional Mədəniyyət İdarəsinin rəisi Şahid2 ilə “Xumar 98” firmasının direktoru Şahid23 arasında 129850 manat (ƏDV çıxıldıqdan sonra 110000 manat) həcmində cari təmir işlərinin satın alınması barədə 10.06.2019-cu il tarixdə müqavilə bağlanmış, Ağdaş regional Mədəniyyət İdarəsinin rəisi, həmin idarənin müəssisələrinin rəhbərlərinin və “Xumar 98” firmasının direktorunun möhürü və imzası ilə təsdiq edilmiş 10.06.2019-cu il tarixli müqavilə əsasında Ağdaş regional mədəniyyət idarəsinə aid olan obyektlərdə cari təmir işlərinin həyata keçirilməsi ilə bağlı tərtib edilmiş № 3 və № 2 formalara əsasən ötən müddət ərzində müqavilədə nəzərdə tutulmuş işlərə görə ƏDV daxil 111650,56 manat (94619,13 manat – ƏDV xaric) həcmində iş görülmüş, Ağdaş regional idarəsinə aid müəssisələrin cari təmirinin müqavilə üzrə məbləği 129850 manat (ƏDV çıxıldıqdan sonra 110000 manat) olmuş və görülərək təhvil verilmiş işlərə görə forma 3 və forma 2 sənədləri əsasında ümumilikdə Ağdaş regional idarəsindən “Xumar 98” firmasına ƏDV çıxıldıqdan sonra 94619,13 manat (ƏDV daxil məbləğ – 111650,56 manat) məbləğində pul köçürülmüşdür. Biləsuvar regional Mədəniyyət İdarəsinin rəisi Şahid5la “Xumar 98” firmasının direktoru Şahid23 arasında 98640 manat (ƏDV çıxıldıqdan sonra 83593,22 manat) həcmində əsaslı təmir işlərinin satın alınması barədə 15 noyabr 2019-cu il tarixdə müqavilə bağlanmış, Biləsuvar regional Mədəniyyət İdarəsinin rəisi və “Xumar 98” firmasının direktorunun möhürü və imzası ilə təsdiq edilmiş 15.11.2019-cu il tarixli müqavilə əsasında Biləsuvar regional mədəniyyət idarəsinə aid olan Salyan rayon uşaq incəsənət məktəbinin əsaslı təmir işlərinin həyata keçirilməsi ilə bağlı tərtib edilmiş № 3 və № 2 formalara əsasən ötən müddət ərzində müqavilədə nəzərdə tutulmuş işlərə görə ƏDV daxil 98640 manat (83593,22 manat – ƏDV xaric) həcmində iş görülmüş, Biləsuvar regional Mədəniyyət İdarəsinin rəisi Şahid5la “Xumar 98” firmasının direktoru Şahid23 arasında 88413 manat (ƏDV çıxıldıqdan sonra 74930 manat) həcmində cari təmir işlərinin satın alınması barədə 15 noyabr 2019-cu il tarixdə müqavilə bağlanmış, Biləsuvar regional Mədəniyyət İdarəsinin rəisi və “Xumar 98” firmasının direktorunun möhürü və imzası ilə təsdiq edilmiş 15.11.2019-cu il tarixli müqavilə əsasında Biləsuvar regional mədəniyyət idarəsinə aid obyektlərdə cari təmir işlərinin həyata keçirilməsi ilə bağlı tərtib edilmiş № 3 və № 2 formalara əsasən ötən müddət ərzində müqavilədə nəzərdə tutulmuş işlərə görə ƏDV daxil 88237,49 manat (74777,54 manat – ƏDV xaric) həcmində iş görülmüş, Biləsuvar regional idarəsinə aid müəssisələrin cari və əsaslı təmir üzrə müqavilələrin cəmi məbləği 187053 manat olmuş və görülərək təhvil verilmiş işlərə görə forma 3 və forma 2 sənədləri əsasında ümumilikdə Biləsuvar regional idarəsindən “Xumar 98” firmasına ƏDV çıxıldıqdan sonra 158370,76 manat (ƏDV daxil məbləğ – 186877,4 manat) məbləğində pul köçürülmüşdür. “Xumar-98” firmasının 01.01.2019-31.12.2019-cu il ərzində olan müddətdə Mədəniyyət nazirliyinin regional idarələri ilə gördüyü işlərlə bağlı şəxsi hesabdan çıxarışdan görünür ki, “Xumar-98” firmasına qeyd olunan müddətdə regional idarələrdən ümumilikdə ƏDV xaric 594471,47 manat vəsait daxil olmuşdur. Cinayət işinin 1-ci cildinin 1-5-ci vərəqlərində olan 14.04.2021-ci il tarixli qərardan görünür ki, hazırki cinayət işi Təqsirləndirilən şəxsla birlikdə bu cinayətin törədilməsində iştirak edən şəxslər barəsində olan ********* saylı cinayət işindən ayrılmışdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadələrinin özünü təqsirli bilməməsinə dair hissələri şahid ifadələri ilə ziddiyyət təşkil etdiyi və iş üzrə məhkəmədə müəyyən olunan hallara uyğun olmadığına görə ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. İttiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi iş üzrə olan şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları, eləcə də məhkəmə ekspertiza rəyləri, sənədlər, maddi sübutlar, videogörüntülər və işin digər faktiki halları ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Buna görə də, məhkəmə, şərh olunan ifadələri, protokolları və ekspertiza rəylərini, sənədləri iş üzrə irəli sürülmüş ittihamın həlli üçün mötəbər sübut növləri kimi qəbul edir. Beləliklə, cinayət işi üzrə məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxs və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, sənədləri tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş və Təqsirləndirilən şəxs CM-nin 311.3.1, 311.3.2 və 311.3.3.-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 64-65 və 148-151-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 08 may 2020-ci ildə şübhəli şəxs qismində tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-ci cildinin 1-ci vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 3-ci cildinin 3-5-ci vərəqlərində olan arayış, şəxsiyyət vəsiqələri və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağı vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2018-ci ildə isə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” medalı ilə təltif edilmişdir. Cinayət işinin 2-ci cildinin 145-ci vərəqində olan Münhen Texniki Universitetinin 20.05. 2020-ci il tarixli arayışından görünür ki, təqsirləndirilən şəxsin arvadı X16 ağır onkoloji xəstəlikdən əziyyət çəkir, 19.06.2019-cu ildə cərrahiyyə əməliyyatı olunmuşdur, müalicəsinin davam etdirilməsi və onkoloji terapiyanın aparılması üçün xəstənin 2024-cü ilə qədər klinikaya gəlməsi vacibdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 03.06.2021-ci il tarixli arayişı və ona əlavə olunmuş 20.05.2021-cil tarixli 000125 nömrəli, 27.05.2021-ci il tarixli 000127 nömrəli və 02.07.2021-ci il tarixli 000129 nömrəli qəzlərlə müəyyən olunur ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş törədilmiş cinayət əməlləri ilə rüşvət qismində alınmış 1.178.000 (bir milyon yüz yüz yetmiş səkkiz min) manat pul vəsaiti Təqsirləndirilən şəxs atası X31 tərəfindən dövlət nəfinə ödənilməsinin təmin edilməsi məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinin maliyyə idarəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən himayəsində 3 nəfər azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əvvəllər məhkum olmaması, dövlət medalları ilə təltif edilməsi, arvadının ağır xəstəlikdən əziyyət çəkməsi və cinayət nəticəsində əldə etdiyi bütün pulları dövlət büdcəsinə geri qaytarması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində deyilir ki, Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndiriyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsində deyilir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ittiham olunduğu əməllər maliyyə vəsaitlərinin talanması ilə əlaqədar olduğundan Təqsirləndirilən şəxs barəsində də CM-nin 46.2-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi - məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəza növü əlavə cəza kimi təyin edilməlidir. «İnsan Hüquqlarının və X17 Haqqında» Konvensiyanın 5-ci maddəsinin(3, 4 və 5-ci bəndlərinin) tələblərinə əsasən «tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin(və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxsin) yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırılması(və ya məhkəməyə qədər azad edilmək) hüququna malikdir. Tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna malikdir. Bu maddənin müddəalarının pozulması ilə tutulma və ya həbsə alınmaya məruz qalan hər kəsin iddia ilə təmin olunan kompensasiya hüquq var». Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikası CPM-nin 158.2. və 158.6-cı maddəsində də birbaşa göstərilir ki, «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhəkəmələrində aparılmış icraaat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır və təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət bütövlükdə təyin ediləcək cəzaya daxil olmaqla cəza çəkməsinin başlanğıcı 08 may 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə məsrəfini təşkil edən məhkəmə ekspertizalarının keçirilməsinə sərf edilmiş 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Eksperiza Mərkəzinin hesabına köçürülməldir. Azərrbaycan Respublikası CM-nin 99-1.1.2-ci maddəsinə müvafiq olaraq CM-nin 99-1.1.2-ci maddəsinə müvafiq olaraq DTX Maliyyə idarəsində saxlanılan - Təqsirləndirilən şəxs xidməti otağında aşkar edilərək götürülmüş 46410 (qırx altı min dörd yüz on) manat, 900 (doqquz yüz) ABŞ dolları, yaşadığı ünvanda aşkar edilərək götürülmüş 1900 (bir min doqquz yüz) avro, 110000 (bir yüz on min) manat və 40.000 (qırx min) ABŞ dolları, Az **-RP-*** dövlət qeydiyyat nişanlı, “Nissan X-Trail” markalı minik avtomobilindən aşkar edilərək götürülmüş ümumilikdə 14.500 (on dörd min beş yüz) Azərbaycan manat və ümumilikdə 5.000 (beş min) ABŞ dolları məbləğində nağd pul vəsaitləri, X8 adına "xxxx" ASC-də depozit qutsunda siyahıya alınmış 250000 (iki yüz əlli min) ABŞ dolları üzərinə qoyulmuş həbs xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə ləğv edilməli DTX Maliyyə idarəsində depozit hesabda saxlanılan 1.178.000 (bir milyon yüz yüz yetmiş səkkiz min) manat xüsusi müsadirə olunmalıdır. Cinayət işinin 1-ci cildinin 187-188-ci vərəqlərində olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli qərarlarından görünür ki, və 04 mart 1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 5 ünvanında qeydiyyatda olan X8 adına "xxxx" ASC-də açılmış bank hesablarına və depozit qusutularına həbs qoyulmuşdur. Gülşən Bayramovanın "xxxx" ASC-dəki depozit qutslarında olan pul vəsaitləri siyahıya alınsa da, Təqsirləndirilən şəxs və Gülşən Bayramovanın "xxxx" ASC-də açılmış bank hesabları və depozit qusutularında olan vəsaitlər siyahıya alınmamışdır. Yuxarıda sadalanan müsadirə ediləcək əmlakların ümumi məbləği ilə Təqsirləndirilən şəxs rüşvət qismində aldığı ümumi məbləği tam ödənir. Eyni zamanda, təqsirləndirilən şəxsin həyat yoldaşı məhkəməyə ərizə ilə müraciət edərək bildirir ki, özü ankoloji xəstə olmaqla himayəsində 3 nəfər körpə uşağı var, ailədə işləyən, evə qazanc gətirən yoxdur, maddi vəziyyəti ağırdır. Xahiş edir ki, "xxxx" ASC-də açılmış bank hesabları və depozit qusutuna qoyulmuş həbsin götürülməsi barədə qərar qəbul edilsin. Məhkəmə hesab edir ki iş üzrə xüsusi müsadirə ediləcək əmlaklar vasitəsilə Təqsirləndirilən şəxs rüşvət qismində aldığı ümumi məbləğ tam ödənildiyindən X8 və Təqsirləndirilən şəxs oğlunun adına "xxxx" ASC-də açılmış bank hesablarına və depozit qusutularına qoyulmuş həbs ləğv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351- 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 03 il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı cəzasınım əvvəli 8 may 2020-ci il tarixdən hesablansın. Maddi sübut - üzərində “DTSWİVL 4GB” qeydləri olan “KİNGSTON” markalı yaddaş qurğusu, üzərində müxtəlif adlar və rəqəmlə məbləğlər yazılmış 1 ədəd A4 formatlı vərəq cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfini təşkil edən 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Eksperiza Mərkəzinin hesabına köçürülsün. CM-nin 99-1.1.2-ci maddəsinə müvafiq olaraq DTX Maliyyə idarəsində saxlanılan Təqsirləndirilən şəxs xidməti otağında aşkar edilərək götürülmüş 46410 (qırx altı min dörd yüz on) manat, 900 (doqquz yüz) ABŞ dolları, yaşadığı ünvanda aşkar edilərək götürülmüş 1900 (bir min doqquz yüz) avro, 110000 (bir yüz on min) manat və 40.000 (qırx min) ABŞ dolları, Az **-RP-*** dövlət qeydiyyat nişanlı, “Nissan X-Trail” markalı minik avtomobilindən aşkar edilərək götürülmüş ümumilikdə 14.500 (on dörd min beş yüz) Azərbaycan manat və ümumilikdə 5.000 (beş min) ABŞ dolları məbləğində nağd pul vəsaitləri, X8 adına "xxxx" ASC-də depozit qutsunda siyahıya alınmış 250000 (iki yüz əlli min) ABŞ dolları üzərinə qoyulmuş həbs ləğv edilərək xüsusi müsadirə olunsun və DTX Maliyyə idarəsində depozit hesabda saxlanılan 1.178.000 (bir milyon yüz yüz yetmiş səkkiz min) manat xüsusi müsadirə olunsun. xx xxxxxx 1972-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunda doğulmuş, ünvan 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs oğlunun adına "xxxx" ASC-də açılmış bank hesablarına və depozit qutularına və 04 mart 1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 5 ünvanında qeydiyyatda olan X8 adına "xxxx" ASC-də açılmış bank hesablarına və depozit qusutularına qoyulmuş həbs ləğv edilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1111/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1111/2021
17.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver