Məhkəmə qərarları › İş №1(101)-1111/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1111/2022

20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1111/2022 20.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri-X7 və X9, dövlət ittihamçıları-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X12, X14 və Dövlət ittihamçısı, müdafiəçilər-Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Zərərçəkmiş şəxs və tərcüməçi X6 iştirakları ilə, 10 avqust 1990-cı il tarixdə Zaqatala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Zaqatala rayonu, Əliabad kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə xx xxxxxx 1991-ci il tarixdə Zaqatala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işsiz, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2, 228.4, 232.1-ci maddələri ilə təqsirli bilinərək 10 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Qaradağ rayon məhkəməsinin 22 fevral 2018-ci il tarixli qərarı ilə onun əməli Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsindən həmin məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə tövsüf edilərək Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona 06 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad olunmuş, məhkumluğu ödənilməmiş, Zaqatala rayonu, Əliabad kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi, ev 175-də kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını gizli talama məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə törətdikləri cinayətdə iştiraklarına və rollarına dair əvvəlcədən razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında 01 yanvar 2022-ci tarixdən 02 yanvar 2022-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs məxsus, ünvan 1 ünvanında yerləşən üç mərtəbəli fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla düşərək birlikdə evin yarımzirzəmi hissəsində yerləşən istixana otağının pəncərəsinin üzərindəki qoruyucu dəmir barmaqlığı divara bərkidildiyi hissələrdən qoparıb və plastik pəncərənin kilidini sındıraraq açıb evin içərisinə birlikdə qanunsuz daxil olaraq evin birinci mərtəbəsindəki mətbəxinin divarından asılan monitorun arxasına yerləşdirilmiş, evin videomüşahidə kameralarının bir ədəd 1000 (bir min) manat dəyərində qeydiyyat qurğusunu, ikinci mərtəbəsində olan böyük yataq otağındakı paltar dolabının rəflərindən bir ədəd 3000 manat dəyərində «Dolce Gabbana» markalı, bir ədəd 1700 manat dəyərində “Longines” markalı, hər birinin dəyəri 2500 manat olmaqla ümumi dəyəri 5000 manat olan iki ədəd «Versace» markalı, bir ədəd 2000 manat dəyərində «Diesel» markalı, bir ədəd 4500 manat dəyərində «Omeqa» markalı, bir ədəd 2000 manat dəyərində «X16» markalı və bir ədəd 3000 manat dəyərində «Svarovski» markalı kişi qol saatlarını, bir ədəd 3500 manat dəyərində «Thomas Sabo» markalı və bir ədəd 2000 manat dəyərində «Cerruti» markalı qadın qol saatlarını, bir ədəd 800 manat dəyərində «Şeyx» markalı və bir ədəd 400 manat dəyərində «Egeblue» markalı ətirləri, kiçik yataq otağından içərisində 10.000 (on min) manat məbləğində nağd pul və üzərində üç ədədi iri, digərləri isə xırda ölçüdə briliyant qaşları olan, ağ qızıldan hazırlanmış gül bağlaması formalı 7000 manat dəyərində qadın qolbağı; boyunbağı və sırğa cütündən ibarət gül formalı 10000 manat dəyərində briliyant dəst; bənövşəyi rəngli qaşlarla bəzədilmiş 5000 manat dəyərində bir cüt briliyant sırğa; cəhrəyi qaşlı armud formalı 3000 manat dəyərində bir cüt qızıl sırğa; boyunbağı, sırğa cütü, qolbaq və üzükdən ibarət saçaq formalı 10000 manat dəyərində qızıl dəst; qolbaq, sırğa cütü, boyunbağından ibarət ürək formalı 5000 manat dəyərində qızıl dəst; ağ və göy rəngli briliyant qaşlarla bəzədilmiş, ağ qızıldan hazırlanmış gül naxışlı 20000 manat dəyərində boyunbağı; sallama qızıl kulonlu 5000 manat dəyərində qızıl boyunbağı; üzərində “Allah” yazısı həkk olunmuş yumru formalı kulonlu 3500 manat dəyərində qızıl boyunbağı; boyunbağı, sırğa cütü, üzükdən ibarət bəbir bəzəkli 4200 manat dəyərində qızıl dəst; hər tayının üzərində yeddi cüt briliyant qaşlı halqa formalı 10000 manat dəyərində qızıl sırğa cütü; ağ qızıldan hazırlanmış 3500 manat dəyərində sırğa cütü; çoxsaylı briliyant qaşlarla bəzədilmiş 7500 manat dəyərində ağ qızıl üzük; qolbaq və üzükdən ibarət rəngli qaşlarla bəzədilmiş ürək və gül formalı 3400 manat dəyərində qızıl dəst; briliyant qaşlarla bəzədilmiş 3700 manat dəyərində qızıl qolbaq; briliyant qaşlı gül formalı kulonlu 3300 manat dəyərində qızıl boyunbağı; üzəri qaşlarla bəzədilmiş gül formalı 5000 manat dəyərində qızıl kulon; briliyant qaşlarla bəzədilmiş göz şəkilli 2400 manat dəyərində qızıl kulon; briliyant qaşlarla bəzədilmiş şar formalı 2100 manat dəyərində ağ qızıl kulon; kəpənək formalı 2800 manat dəyərində qızıl üzük; halqa formalı 2500 manat dəyərində ağ qızıl üzük; briliyant qaşlı 7200 manat dəyərində ağ qızıl üzük; iri və xırda briliyant qaşlarla bəzədilmiş 7000 manat dəyərində ağ qızıl üzük; bir ədəd iri briliyant qaşlı gül formalı 7000 manat dəyərində qızıl üzük; ağ qızıldan hazırlanmış və çoxsaylı briliyant qaşlarla bəzədilmiş hörümçək toru formalı 12000 manat dəyərində qolbaq; boyunbağı və sırğa cütündən ibarət sallama formalı 6700 manat dəyərində qızıl dəst; toxunma formalı 7500 manat dəyərində qızıl boyunbağı; göy rəngli iri firuzə qaşlı və xırda briliyant qaşlı ağ və sarı qızılın qarışığından hazırlanmış 10000 manat dəyərində üzük; bir ədəd 10000 manat dəyərində “Geneva” markalı qızıl qol saatı; bir ədəd 8000 manat dəyərində “Geneva” markalı qızıl qol saatı; çoxsaylı bahalı briliyant qaşlarla bəzədilmiş ağ qızıldan olan 20000 manat dəyərində qol saatı; 1000 manat dəyərində ağ mirvari boyunbağı; bənövşəyi rəngli iri qaşlı 1200 manat dəyərində boyunbağı; çobanyastığı çiçəyi formalı 1200 manat dəyərində qızıl sırğa cütü; iri narıncı qaşlı və şəffaf xırda qaşlı 1400 manat dəyərində qızıl qolbaq; 1800 manat dəyərində halqavari qızıl sırğa cütü; iri mirvari qaşlı, romb formalı kulonu olan 1500 manat dəyərində muncuqlu qızıl boyunbağı; şəffaf rəngli xırda qaşlarla bəzədilmiş ümumi dəyəri 1200 manat olan 02 ədəd qızıl qolbaqlar; kişi köynəyinin qolları üçün 200 manat dəyərində gümüş düymə cütü; bənövşəyi rəngli iri qaşlı 1000 manat dəyərində ağ qızıl üzük; üzərində 02 ədəd ürək formalı qaşları və 01 ədəd sonsuzluq işarəsi sallanan 300 manat dəyərində qızıl sancaq; üzərində sallama buta, ulduz və halqa işarəsi olan xırda şəffaf qaşlarla bəzədilmiş 300 manat dəyərində qızıl açar halqası; iri yarpaq formalı şəffaf qaşlarla bəzədilmiş kulonlu və yaşıl rəngli yaqut qaşlı zəncir formalı 1500 manat dəyərində qızıl boyunbağı; qara və şəffaf qaşlı zəncir formalı 800 manat dəyərində qızıl boyunbağı; mirvari qaşlı 400 manat dəyərində qolbaq; xırda şəffaf qaşlı ulduz və aypara formalı 1000 manat dəyərində qızıl sırğa cütü; bənövşəyi muncuqlu 900 manat dəyərində qızıl qolbaq; balaca ayı formalı 500 manat dəyərində gümüş sırğa cütü; şəffaf qaşlı 1500 manat dəyərində 12 gümüş sırğa cütü; gül formalı 500 manat dəyərində gümüş sırğa cütü; X22 Əliyevin siması və imzası əks olunan 1800 manat dəyərində qızıl döş nişanı; bənövşəyi iri qaşlı 800 manat dəyərində qolbaq; 1000 manat dəyərində gümüş sırğa cütü; hər birinin dəyəri 1000 manat olmaqla ümumi dəyəri 5000 manat təşkil edən 05 ədəd “Nikolay”-ın onluq qızıl pulu; dəyəri 1000 manat olan “Atatatürk”-in bir ədəd onluq qızıl pulu saxlanılan və buna görə də saxlanc yeri hesab edilən bir ədəd 1000 (bir min) manat dəyərində dəmir seyfi gizli talayıb ev sahibinə ümumilikdə 282000 (iki yüz səksən iki min) manat məbləğində külli miqdarda maddi zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını gizli talama məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə törətdikləri cinayətdə iştiraklarına və rollarına dair əvvəlcədən razılığa gələrək qabaqcadan əlbir olmaqla bir qrup şəxs halında birləşib 01 yanvar 2022-ci tarixdən 02 yanvar 2022-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs məxsus, ünvan 1 ünvanında yerləşən üç mərtəbəli fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla düşərək birlikdə evin yarımzirzəmi hissəsində yerləşən istixana otağının pəncərəsinin üzərindəki qoruyucu dəmir barmaqlığı divara bərkidildiyi hissələrdən qoparıb və plastik pəncərənin kilidini sındıraraq açıb evin içərisinə birlikdə qanunsuz daxil olaraq evin birinci mərtəbəsindəki mətbəxinin divarından asılan monitorun arxasına yerləşdirilmiş, evin videomüşahidə kameralarının bir ədəd 1000 (bir min) manat dəyərində qeydiyyat qurğusunu, ikinci mərtəbəsində olan böyük yataq otağındakı paltar dolabının rəflərindən bir ədəd 3000 manat dəyərində «Dolce Gabbana» markalı, bir ədəd 1700 manat dəyərində “Longines” markalı, hər birinin dəyəri 2500 manat olmaqla ümumi dəyəri 5000 manat olan iki ədəd «Versace» markalı, bir ədəd 2000 manat dəyərində «Diesel» markalı, bir ədəd 4500 manat dəyərində «Omeqa» markalı, bir ədəd 2000 manat dəyərində «X16» markalı və bir ədəd 3000 manat dəyərində «Svarovski» markalı kişi qol saatlarını, bir ədəd 3500 manat dəyərində «Thomas Sabo» markalı və bir ədəd 2000 manat dəyərində «Cerruti» markalı qadın qol saatlarını, bir ədəd 800 manat dəyərində «Şeyx» markalı və bir ədəd 400 manat dəyərində «Egeblue» markalı ətirləri, kiçik yataq otağından içərisində 10000 (on min) manat məbləğində nağd pul və üzərində üç ədədi in, digərləri isə xırda ölçüdə briliyant qaşları olan, ağ qızıldan hazırlanmış gül bağlaması formalı 7000 manat dəyərində qadın qolbağı; boyunbağı və sırğa cütündən ibarət gül formalı 10000 manat dəyərində briliyant dəst; bənövşəyi rəngli qaşlarla bəzədilmiş 5000 manat dəyərində bir cüt briliyant sırğa; cəhrayi qaşlı armud formalı 3000 manat dəyərində bir cüt qızıl sırğa; boyunbağı, sırğa cütü, qolbaq və üzükdən ibarət saçaq formalı 10000 manat dəyərində qızıl dəst; qolbaq, sırğa cütü, boyunbağından ibarət ürək formalı 5000 manat dəyərində qızıl dəst; ağ və göy rəngli briliyant qaşlarla bəzədilmiş, ağ qızıldan hazırlanmış gül naxışlı 20000 manat dəyərində boyunbağı; sallama qızıl kulonlu 5000 manat dəyərində qızıl boyunbağı; üzərində “Allah” yazısı həkk olunmuş yumru formalı kulonlu 3500 manat dəyərində qızıl boyunbağı; boyunbağı, sırğa cütü, üzükdən ibarət bəbir bəzəkli 4200 manat dəyərində qızıl dəst; hər tayının üzərində yeddi cüt briliyant qaşlı halqa formalı 10000 manat dəyərində qızıl sırğa cütü; ağ qızıldan hazırlanmış 3500 manat dəyərində sırğa cütü; çoxsaylı briliyant qaşlarla bəzədilmiş 7500 manat dəyərində ağ qızıl üzük; qolbaq və üzükdən ibarət rəngli qaşlarla bəzədilmiş ürək və gül formalı 3400 manat dəyərində qızıl dəst; briliyant qaşlarla bəzədilmiş 3700 manat dəyərində qızıl qolbaq; briliyant qaşlı gül formalı kulonlu 3300 manat dəyərində qızıl boyunbağı; üzəri qaşlarla bəzədilmiş gül formalı 5000 manat dəyərində qızıl kulon; briliyant qaşlarla bəzədilmiş göz şəkilli 2400 manat dəyərində qızıl kulon; briliyant qaşlarla bəzədilmiş şar formalı 2100 manat dəyərində ağ qızıl kulon; kəpənək formalı 2800 manat dəyərində qızıl üzük; halqa formalı 2500 manat dəyərində ağ qızıl üzük; briliyant qaşlı 7200 manat dəyərində ağ qızıl üzük; iri və xırda briliyant qaşlarla bəzədilmiş 7000 manat dəyərində ağ qızıl üzük; bir ədəd iri briliyant qaşlı gül formalı 7000 manat dəyərində qızıl üzük; ağ qızıldan hazırlanmış və çoxsaylı briliyant qaşlarla bəzədilmiş hörümçək toru formalı 12000 manat dəyərində qolbaq; boyunbağı və sırğa cütündən ibarət sallama formalı 6700 manat dəyərində qızıl dəst; toxunma formalı 7500 manat dəyərində qızıl boyunbağı; göy rəngli iri firuzə qaşlı və xırda briliyant qaşlı ağ və sarı qızılın qarışığından hazırlanmış 10000 manat dəyərində üzük; bir ədəd 10000 manat dəyərində “Geneva” markalı qızıl qol saatı; bir ədəd 8000 manat dəyərində “Geneva” markalı qızıl qol saatı; çoxsaylı bahalı briliyant qaşlarla bəzədilmiş ağ qızıldan olan 20000 manat dəyərində qol saatı; 1000 manat dəyərində ağ mirvari boyunbağı; bənövşəyi rəngli iri qaşlı 1200 manat dəyərində boyunbağı; çobanyastığı çiçəyi formalı 1200 manat dəyərində qızıl sırğa cütü; iri narıncı qaşlı və şəffaf xırda qaşlı 1400 manat dəyərində qızıl qolbaq; 1800 manat dəyərində halqavari qızıl sırğa cütü; iri mirvari qaşlı, romb formalı kulonu olan 1500 manat dəyərində muncuqlu qızıl boyunbağı; şəffaf rəngli xırda qaşlarla bəzədilmiş ümumi dəyəri 1200 manat olan 02 ədəd qızıl qolbaqlar; kişi köynəyinin qolları üçün 200 manat dəyərində gümüş düymə cütü; bənövşəyi rəngli iri qaşlı 1000 manat dəyərində ağ qızıl üzük; üzərində 02 ədəd ürək formalı qaşları və 01 ədəd sonsuzluq işarəsi sallanan 300 manat dəyərində qızıl sancaq; üzərində sallama buta, ulduz və halqa işarəsi olan xırda şəffaf qaşlarla bəzədilmiş 300 manat dəyərində qızıl açar halqası; iri yarpaq formalı şəffaf qaşlarla bəzədilmiş kulonlu və yaşıl rəngli yaqut qaşlı zəncir formalı 1500 manat dəyərində qızıl boyunbağı; qara və şəffaf qaşlı zəncir formalı 800 manat dəyərində qızıl boyunbağı; mirvari qaşlı 400 manat dəyərində qolbaq; xırda şəffaf qaşlı ulduz və aypara formalı 1000 manat dəyərində qızıl sırğa cütü; bənövşəyi muncuqlu 900 manat dəyərində qızıl qolbaq; balaca ayı formalı 500 manat dəyərində gümüş sırğa cütü; şəffaf qaşlı 1500 manat dəyərində gümüş sırğa cütü; gül formalı 500 manat dəyərində gümüş sırğa cütü; X22 Əliyevin siması və imzası əks olunan 1800 manat dəyərində qızıl döş nişanı; bənövşəyi iri qaşlı 800 manat dəyərində qolbaq; 1000 manat dəyərində gümüş sırğa cütü; hər birinin dəyəri 1000 manat olmaqla ümumi dəyəri 5000 manat təşkil edən 05 ədəd “Nikolay”-ın onluq qızıl pulu; dəyəri 1000 manat olan “Atatatürk”-in bir ədəd onluq qızıl pulu saxlanılan və buna görə də saxlanc yeri hesab edilən bir ədəd 1000 (bir min) manat dəyərində dəmir seyfi gizli talayıb ev sahibinə ümumilikdə 282000 (iki yüz səksən iki min) manat məbləğində külli miqdarda maddi zərər vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə baş verən vaxt həbsdən təzə çıxmışdır. Həmkəndlisi Təqsirləndirilən şəxs2 yeyibiçən biri olduğu üçün ona araq alıb içizdirmişdir. Bundan sonra işi olduğunu və ona köməy lazım olduğunu bildirərək Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisinə gələrək orada olan fərdi həyət evlərini nəzərdən keçirmişdir. Belə ki, orada yerləşən bahalı evlərdən birini gözü tutmuş, lakin tək girə bilməyəcəyini yəqin etdikdən sonra geriyə qayıdaraq Uveysi köməyə çağırmışdır. O isə “Tutularıq, hər yer kameradır, problem olar” deişdir. Lakin ona arxayn olmağını, kameraların blokunu götürəcəyini bildirmişdir. Uveys həm sərxoş olmuş, eyni zamanda da tərəddüd etmişdir. Evin qapısı içəridən avtomat, bayırdan isə cəftəli olmuşdur. Belə ki, qapını açaraq Uveysi içəri salmışdır. Bundan sonra təxminən 70-80 kiloqramlıq seyfi götürmüş, öz avtomobilinə qoyaraq aparmışdır. Uveys həmin vaxtı çox sərxoş vəziyyətdə maşında yatmışdır. Həmin seyfdə 8500 manat pul olmuş, həmin puldan 8000 manatını xərcləmiş, 300 manat isə Uveysə vermişdir. Birdə otaqlardan qol saatı götürmüşdür. Bjuteriya, qızıl-zinət əşyaları, qol saatlarının dəqiq miqdarını bilmir, saymamışdır. Təxminən 5-6 dənə bahalı kolya, 5-6 ədəd bahalı saat, 2 ədəd qızıl onluq olmuşdur. Üzərində Atatürkün və Nikolayın şəkili olan qızıl onluqların ikisini də polislərə təhvil vermiş. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Muradla eyni məktəbdə oxumuşlar, dostdurlar. Məlum hadisə baş verən vaxt ona zəng edərək araq almış, yeyib-içdikdən sonra ona kömək lazım olduğunu bildirmişdir. Murad ona evə girməyi təklif etdikdə Murada “Tutularıq, hər yer kameradır, problem olar” demişdir. Lakin, Murad arxayın olmasını, kameraların blokunu götürəcəyini bildirmişdir. Evin qapısını açaraq onu içəri salmış, özü isə evi axtarmışdır. Bu zaman o, kiminsə gəlibgəlmədiyini yoxlamaq üçün monitor vasitəsi ilə videomüşahidə kameralarının görüntülərini izləmək üçün mətbəxdə olmuşdur. Bir qədər sonra Murad ağır seyfi gətirmiş və onlar onu birlikdə maşına qədər daşımışlar. Murad ona iki dəfə olmaqla hər dəfə 400 manat məbləğində pul verib. Əgər o, içkili olmasaydı, bu hərəkəti heç vaxt etməzdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları cinayət əməlini törətmələri məhkəmə iclasında dindirilmiş zərərçəkmişin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, 15 ildir ki, ailəsi ilə birgə ünvan 2 ünvanında yerləşən üç mərtəbəli fərdi həyət evində yaşayır. Həyət dörd bir tərəfdən daş hasarla əhatə olunmuş, hər mərtəbənin pəncərələri üzərində qoruyucu dəmir barmaqlıqlar, arxa və ön tərəfdən dəmir darvazaları və giriş qapıları olmuş, bayır və daxili hissələrdə daima müşahidə və qeydiyyat aparan təhlükəsizlik kameraları quraşdırılmış, hər bir dörd tərəfdən qonşuların fərdi evləri ilə əhatə olunmuşdur. 31 dekabr 2021-ci il tarixdə günorta saatlarından 02 yanvar 2022-ci il tarixdə günorta saatlarınadək olan müddət ərzində yeni il bayramı münasibəti ilə ailəsi ilə birlikdə istirahətə getmişlər, evdə heç kim qalmamışdır. Evə gəldikdə isə evin ikinci mərtəbəsindəki otaqların əşyalarının dağınıq vəziyyətdə olduğunu görmüşlər. Evdən oğurluq baş verməsini anlayaraq Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng vuraraq məlumat vermişlər. Çağırışa gələn Binəqədi rayon Polis İdarəsinin əməkdaşları ilə birlikdə evə baxış keçirilərkən müəyyən olunmuşdur ki, evdə olmadıqları müddətdə naməlum şəxslər yaşayış olmayan hasar qonşusunun həyətindən keçməklə onun həyətinə düşmüşlər, həyətdən götürdükləri dəmir parçası - «lom» aləti ilə mənfi birinci mərtəbədəki istixana otağının pəncərəsi üzərində olan qoruyucu dəmir barmaqlığı yerindən çıxarıb plastik pəncərəni açaraq evin içərisinə daxil olmuşlar, oradan pilləkənlə birinci mərtəbəyə qalxaraq mətbəxdə divara quraşdırılmış televizorun arxa hissəsinə yerləşdirilmiş, müşahidə kameralarının dəyəri təxminən 1000 manat olan yaddaş qurğusunu naqillərdən ayıraraq oğurlamışlar, ikinci mərtəbədəki böyük yataq otağındakı paltar dolabının rəflərində saxlanılan ümumi dəyəri təxminən 15000 manat olan 07 ədəd müxtəlif markalı kişi və qadın qol saatlarını, kiçik yataq otağından içərisində 10000 manat məbləğində nağd pul və 150000 ABŞ dolları dəyərində müxtəlif çeşiddə qızıl-zinət əşyaları olan 01 ədəd dəyəri 1000 manat olan dəmir seyfi oğurlamışlar, nəticədə ona ümumilikdə təxminən 282000 manat məbləğində maddi zərər vurmşlar. Əməliyyat nəticəsində təqsirləndirilən şəxslər saxlanıldıqdan sonra əşyaları qaytarılmış, lakin 50000 manat civarında əşyası qaytarılmamışdır. Hazırda ona dəyən ziyanı tələb edir. 05 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilə özünün və anası X3 icazəsi və iştirakı ilə keçirilmiş baxış, axtarış və götürmə istintaq hərəkəti zamanı mənzildən: - üzərində üç ədədi iri, digərləri isə xırda ölçüdə briliyant qaşları olan, ağ qızıldan hazırlanmış gül bağlaması formalı bir ədəd qadın qolbağı; - bir ədəd boyunbağı və bir cüt sırğadan ibarət gül formalı briliyant dəst;bənövşəyi rəngli qaşlarla bəzədilmiş bir cüt briliyant sırğa;- cəhrayi rəngli qaşları olan armud formalı bir cüt qızıl sırğa; - bir ədəd boyunbağıdan, bir cüt sırğadan, bir ədəd qolbağıdan, bir ədəd üzükdən ibarət saçaq formalı qızıl bəzək dəsti; - bir cüt sırğadan, bir ədəd qolbağından, bir ədəd boyunbağıdan ibarət şişmə ürək formalı qızıl bəzək dəsti; - ağ və göy rəngli briliyant qaşlarla bəzədilmiş, ağ qızıldan hazırlanmış bir ədəd gül naxışlı boyunbağı; - üzərində bir ədəd sallama qızıl kulonu olan bir ədəd qızıl boyunbağı;üzərində “Allah” yazısı həkk olunmuş yumru formalı kulonu olan bir ədəd qızıl boyunbağı; bir ədəd boyunbağıdan, bir cüt sırğadan, bir ədəd üzükdən ibarət bəbir bəzəkli bir ədəd qızıl dəst; - hər tayının üzərində yeddi cüt briliyant qaşları olan bir cüt halqa formalı qızıl sırğa; - bir cüt ağ qızıldan hazırlanmış sadə formalı sırğa;- çoxsaylı briliyant qaşlarla bəzədilmiş ağ qızıldan olan bir ədəd üzük; - bir ədəd qolbaqdan və bir ədəd üzükdən ibarət rəngli qaşlarla bəzədilmiş ürək və gül formalı bir ədəd qızıl dəst; - briliyant qaşlarla bəzədilmiş bir ədəd qızıl qolbaq; - üzərində bir ədəd briliyant qaşlı gül formalı kulon olan bir ədəd nazik qızıl boyunbağı; - üzəri qaşlarla bəzədilmiş gül formalı bir ədəd tək kulon; briliyant qaşlarla bəzədilmiş göz şəkilli bir ədəd qızıl kulon; - briliyant qaşlarla bəzədilmiş şar formalı ağ qızıldan hazırlanmış bir ədəd qızıl kulon; - kəpənək formalı bir ədəd qızıl üzük; - bir ədəd halqa formalı ağ qızıldan hazırlanmış üzük; - bir ədəd briliyant qaşlı ağ qızıldan hazırlanmış bir ədəd üzük; - iri və xırda briliyant qaşlarla bəzədilmiş bir ədəd ağ qızıldan hazırlanmış üzük; - üzərində iri qaşı olan bir ədəd gül formalı qızıl üzük; - çoxsaylı briliyant qaşlarla bəzədilmiş hörümçək formalı ağ qızıldan hazırlanmış bir ədəd qolbağı; bir ədəd boyunbağı və bir cüt sırğadan ibarət sallama formalı bir ədəd qızıl dəst; - bir ədəd toxunma formalı qızıl boyunbağı; - üzərində göy rəngli iri qaşı və xırda briliyant qaşları olan, ağ və san qızılın qarışığından hazırlanmış bir ədəd kişi üzüyü;- bir ədəd “Geneva” markalı qızıl qol saatı; - bir ədəd “Geneva” markalı qızıl qol saatı; - X22 Əliyevin siması və imzası əks olunan bir ədəd qızıl döş nişanı; - bir ədəd Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini polis general-leytenantı Əsgər Ələkbərovun adına tərtib olunmuş vizit kartı aşkar olunaraq götürülmüşdür. 05 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi tutularkən üzərində olan bir ədəd «Dolce Gabbana» markalı gümüşü korpuslu qara rəngli dəri kəmərli kişi qol saatını təqdim edərək taladıqları əmlakın bir hissəsi olmasını bildirmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 yeznəsi X13 tərəfindən istintaq orqanına 01 ədəd “Longines” markalı, 02 ədəd «Versace» markalı, 01 ədəd «Diesel» markalı, 01 ədəd «Omeqa», 01 ədəd «X16» markalı və 01 ədəd «Svarovski» markalı kişi qol saatlarını, 01 ədəd «Thomas Sabo» markalı və 01 ədəd «Cerruti» markalı qadın qol saatlarını, 01 ədəd ağ rəngli mirvari daşlarından boyunbağını, bənövşəyi rəngli iri qaşlarla bəzədilmiş 01 ədəd boyunbağını, bənövşəyi rəngli iri qaşlarla bəzədilmiş 01 ədəd qolbağını, 01 cüt gümüşü rəngli sırğaları, 01 cüt çobanyastığı çiçəyi formalı qızı rəngli sırğaları, narıncı rəngli iri qaşlar və şəffaf rəngli xırda qaşlarla bəzədilmiş 01 ədəd qızılı rəngli qolbağını, 01 cüt halqavari qızılı rəngli sırğaları, iri mirvari qaşlarla bəzədilmiş 01 ədəd romb formalı klonu olan 01 ədəd qızılı rəngli muncuqlu boyunbağını, şəffaf rəngli xırda qaşlarla bəzədilmiş 02 ədəd qızılı rəngli qolbağlarını, 01 cüt gümüşü rəngli kişi düymələrini («zapinka»), bənövşəyi rəngli iri qaşla bəzədilmiş 01 ədəd gümüşü rəngli üzüyü, üzərində 02 ədəd ürək formalı qaşlar və 01 ədəd sonsuzluq işarəsi sallanan qızılı rəngli 01 ədəd iri sancağı, 06 ədəd halqası olan xırda şəffaf qaşlarla bəzədilmiş 01 ədəd qızılı rəngli sırğanı, üzərində sallama buta, ulduz və halqa işarəsi olan xırda şəffaf qaşlarla bəzədilmiş 01 ədəd açar halqasını, üzərində 01 ədəd iri yarpaq formalı şəffaf qaşlarla bəzədilmiş kulonu və 01 ədəd yaşıl rəngli qaşı olan zəncir formalı qızılı rəngli boyunbağını, üzərində qara və şəffaf rəngli qaşlar olan 01 ədəd zəncir formalı qızılı rəngli boyunbağını, üzərində mirvari qaşlar olan 01 ədəd qolbağını, üzərində xırda şəffaf qaşlar olan ulduz və aypara formalı 01 cüt sırğaları, üzərində bənövşəyi rəngli muncuqlar olan qızılı rəngli qolbağını, 01 ədəd gümüşü rəngli balaca ayı formalı sırğa tayını, 01 ədəd şəffaf qaşlarla bəzədilmiş gümüşü rəngli sırğa tayını, 01 ədəd gül formalı gümüşü rəngli sırğa tayını, 01 ədəd «Şeyx» markalı və 01 ədəd «Egeblue» markalı yarımçıq boş olan ətir flakonlarını təqdim edərək bildirmişdir ki, həmin əşyaları həbsdə olan qaynı Təqsirləndirilən şəxs2 sözü ilə onun həbsdən əvvəl kirayə yaşadığı evdən taparaq istintaqa təqdim etmişdir. İstintaq zamanı təqsirləndirilən şəxslərin yaşadıqları ünvandan götürülmüş, özləri və qohumları tərəfindən istintaq orqanına təqdim edilmiş qızıl-zinət məmulatları və digər əşyalar cinayət işi üzrə Zərərçəkmiş şəxs tanınmaya təqdim edildikdən və sonuncu tərəfindən tanınaraq özünə məxsus əmlak olması təsdiq edildikdən sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün əmlak sahibi Zərərçəkmiş şəxs özünə təhvil verilmişlər. İstintaq zamanı verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 011-149-1222 saylı 07 yanvar 2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, 02 yanvar 2022-ci il tarixdə ünvan 4 ünvanında, Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerindən götürülmüş əl izləri DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin AİDS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədinin, AİDS-in məlumat bankına Zaqatala RPŞ-dən daxil olmuş məlumata əsasən xx xxxxxx 1991-ci ildə Zaqatala rayonunda anadan olmuş X1 əlinin böyük barmağı ilə eynilik müəyyən edilmişdir. Qeyd olunan məktuba əlavə edilmiş, 01 ədəd möhürlənmiş zərfin içərisində olan əl izləri iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İstintaq zamanı verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 011-1377-1222 saylı 05 fevral 2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, 02 yanvar 2022-cı il tarixdə ünvan 4 ünvanında, Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerindən götürülmüş qan nümunələri üzərində aparılmış müqayisəli molekulyar-genetik identifikasıya tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, təqdim edilmiş qan nümunələri 10 avqust 1990-cı ildə Zaqatala rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2 məxsusdur. Təqdim edilmiş qan nümunələri tədqiqat zamanı sərf edilmişlər. Cinayət işi üzrə təqsirləndirilən şəxslərin ifadələri yerində yoxlanılarkən Bakı-Quba Yolunun 60-cı kilometrində yerləşən Yaşma qəsəbəsi ərazisində yoldan kənardakı su kanalında aşkar edilərək götürülmüş bir ədəd cəhrayi rəngli mələfəyə yarı bükülmüş, kilidi sınmış vəziyyətdə olan dəmir seyf və ətrafında aşkar olunaraq götürülmüş seyfin sınmış hissələri və qıfılı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişlər. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-əmtəəşünashq ekspertizasının 29 aprel 2022-ci il tarixli 6/2453-9/3102 saylı rəyinə əsasən ekspertiza tədqiqatlarına təqdim edilmiş saatların 2022-ci il tarixə olan orta bazar qiyməti aşağıdakı kimi müəyyən edilir: 01 ədəd istifadə olunmuş İsveçrə istehsalı “Versace” markalı VQC **********94 serialı dəri kəmərli qol saatı - 1000 manat, 01 ədəd istifadə olunmuş İsveçrə istehsalı “Dolce Gabbana” markalı 010189 serialı rezin kəmərli qol saatı - 2500 manat, 01 ədəd istifadə olunmuş İsveçrə istehsalı “Versace” markalı K1191715 serialı rezin kəmərli qol saatı - 1000 manat, 01 ədəd istifadə olunmuş İsveçrə istehsalı “Cerutti 1881” markalı metal kəmərli qol saatı - 500 manat, 01 ədəd istifadə olunmuş “Longines” markalı L4766 4 serialı metal kəmərli qol saatı - 1000 manat, 01 ədəd istifadə olunmuş İsveçrə istehsalı “Omega” markalı metal kəmərli qol saatı - 3500 manat, 01 ədəd istifadə olunmuş İsveçrə istehsalı “Golden Concept” markalı metal kəmərli qol saatı - 1200 manat, 01 ədəd sarı rəngli metaldan(qolbaq və korpusu), içərisində “GENEVE”, korpusunun arxa hissəsi “SWİSS MOVT SHOWER PROOF İTALY" yazısı həkk olunmuş, “750” əyarlı ümumi çəkisi 71,42 qram olan qol saatı - 7500 manat, 01 ədəd sarı rəngli metaldan(qolbaq və korpusu), içərisində “GENEVE”, korpusunun arxa hissəsi “SWİSS MOVT İTALY” yazısı həkk olunmuş, “750” əyarlı ümumi çəkisi 62,12 qram olan qol saatı - 6000 manat. İş üzrə maddi sübut kimi tanınaraq istintaq materiallarına əlavə olunmuş, Binəqədi rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qərarı əsasında "xxxx" MMC-dən AZF/LGL- 5275/22 saylı xx.xx.2022-ci il tarixli məktubla daxil olmuş, telefon danışıqlarına dair məlumatlar əks olunmuş 01 ədəd CD-yə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, cinayət hadisəsinin baş verdiyi 01 yanvar 2022-ci il tarixdən 02 yanvar 2022-ci il tarixədək olan müddət ərzində iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 077-511- 86-35 nömrəli telefon ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***- **-** nömrəli telefon arasında gecə saatlarında çoxsaylı qısa müddətli danışıqlar baş vermiş, həmin danışıqlar zamanı onlar eyni anten dairəsində olmuşlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmədə vermiş olduqları ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onlar gizli taladıları əmlakın hamısını könüllü olaraq zərərçəkmiş şəxsə qaytarılması üçün polis əməkdaşlarına təhvil verilməsini, zərərçəkmişə dəymiş ziyanın hamısını ödəmələri barədə ifadə verməkdə yalnız məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşlər. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından onlar, təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə cinayət əməlinin tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə tövsüf edilmiş və onlar, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun əməllərində onların məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2, 228.4, 232.1-ci maddələri ilə təqsirli bilinərək 10 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Qaradağ Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli qərarı ilə onun əməli Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsindən həmin məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə tövsüf edilərək Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona 06 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir və yenidən qəsdən cinayət törətdiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.5, 65.2-ci maddələrinin tələblərinə əsasən cinayətlərin residivinə görə daha sərt cəza təyin edilir, yəni ona təqsirli bilindiyi maddənin sanksiyasının son həddinin yarısından aşağı cəza təyin edilə bilməz. Ona görə məhkəmə, cəza təyini zamanı bu halları, həmçinin onun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Odur ki, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi olduğundan, ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 05 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmışlar. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli onların şübhəli şəxs qismində saxlanıldıqları 05 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, ona dəymiş ziyan qismən ödənilmiş, 50000 manat civarında ödənilməmiş maddi ziyanı qalmışdır. Lakin, istintaq mateiallarından görünür ki, iş üzrə maddi zərərin məbləği ümumilikdə 282000 (iki yüz səksən iki min) manatdır, həmin zərərdən 270000 (iki yüz yetmiş min) manat məbləğində olan hissəsi istintaq zamanı ödənilmişdir. Belə olan halda iş üzrə zərərəkmiş şəxs Zərərçəkmiş şəxs ödənilməmiş zərərin məbləqi 12000 manat təşkil edir. Odur ki, Zərərçəkmiş şəxs dəymiş ziyanın qalan 12000 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında bölünərək 6000 (altı min) manat Təqsirləndirilən şəxs1, 6000 (altı min) manat Təqsirləndirilən şəxs2 tutulmaqla Zərərçəkmiş şəxs ödənilməlidir. İş üzrə maddi sübut olan və Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilə xx.xx.2022-ci il tarixdə özünün və anası X3 icazəsi və iştirakı ilə keçirilmiş baxış, axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar olunaraq götürülmüş, üzərində üç ədədi iri, digərləri isə xırda ölçüdə briliyant qaşları olan, ağ qızıldan hazırlanmış gül bağlaması formalı bir ədəd qadın qolbağı; bir ədəd boyunbağı və bir cüt sırğadan ibarət gül formalı briliyant dəst; bənövşəyi rəngli qaşlarla bəzədilmiş bir cüt briliyant sırğa; cəhrayi rəngli qaşları olan armud formalı bir cüt qızıl sırğa; bir ədəd boyunbağıdan, bir cüt sırğadan, bir ədəd qolbağıdan, bir ədəd üzükdən ibarət saçaq formalı qızıl bəzək dəsti; bir cüt sırğadan, bir ədəd qolbağından, bir ədəd boyunbağıdan ibarət şişmə ürək formalı qızıl bəzək dəsti; ağ və göy rəngli briliyant qaşlarla bəzədilmiş, ağ qızıldan hazırlanmış bir ədəd gül naxışlı boyunbağı; üzərində bir ədəd sallama qızıl kulonu olan bir ədəd qızıl boyunbağı; üzərində “Allah” yazısı həkk olunmuş yumru formalı kulonu olan bir ədəd qızıl boyunbağı; bir ədəd boyunbağıdan, bir cüt sırğadan, bir ədəd üzükdən ibarət bəbir bəzəkli bir ədəd qızıl dəst; hər tayının üzərində yeddi cüt briliyant qaşları olan bir cüt halqa formalı qızıl sırğa; bir cüt ağ qızıldan hazırlanmış sadə formalı sırğa; çoxsaylı briliyant qaşlarla bəzədilmiş ağ qızıldan olan bir ədəd üzük; bir ədəd qolbaqdan və bir ədəd üzükdən ibarət rəngli qaşlarla bəzədilmiş ürək və gül formalı bir ədəd qızıl dəst; briliyant qaşlarla bəzədilmiş bir ədəd qızıl qolbaq; üzərində bir ədəd briliyant qaşlı gül formalı kulon olan bir ədəd nazik qızıl boyunbağı; üzəri qaşlarla bəzədilmiş gül formalı bir ədəd tək kulon; briliyant qaşlarla bəzədilmiş göz şəkilli bir ədəd qızıl kulon; briliyant qaşlarla bəzədilmiş şar formalı ağ qızıldan hazırlanmış bir ədəd qızıl kulon; kəpənək formalı bir ədəd qızıl üzük; bir ədəd halqa formalı ağ qızıldan hazırlanmış üzük; bir ədəd briliyant qaşlı ağ qızıldan hazırlanmış bir ədəd üzük; iri və xırda briliyant qaşlarla bəzədilmiş bir ədəd ağ qızıldan hazırlanmış üzük; üzərində iri qaşı olan bir ədəd gül formalı qızıl üzük; çoxsaylı briliyant qaşlarla bəzədilmiş hörümçək formalı ağ qızıldan hazırlanmış bir ədəd qolbağı; bir ədəd boyunbağı və bir cüt sırğadan ibarət sallama formalı bir ədəd qızıl dəst; bir ədəd toxunma formalı qızıl boyunbağı; üzərində göy rəngli iri qaşı və xırda briliyant qaşları olan, ağ və sarı qızılın qarışığından hazırlanmış bir ədəd kişi üzüyü; bir ədəd “Geneva” markalı qızıl qol saatı; bir ədəd “Geneva” markalı qızıl qo! saatı; X22 Əliyevin siması və imzası əks olunan bir ədəd qızıl döş nişanı; bir ədəd Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini polis general-leytenantı Əsgər Ələkbərovun adına tərtib olunmuş vizit kartı; Təqsirləndirilən şəxs2 tərəfindən, xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə şübhəli şəxs kimi tutularkən taladıqları əmlakın bir hissəsi olmasını bildirməklə istintaq orqanına təqdim edilmiş, həmin vaxt üzərində olan bir ədəd «Dolce Gabbana» markalı gümüşü korpuslu qara rəngli dəri kəmərli kişi qol saatı; sonuncunun yeznəsi X13 tərəfindən, həbsdə olan qaynı Təqsirləndirilən şəxs2 sözü ilə onun həbsdən əvvəl kirayə yaşadığı evdən taparaq gətirməsini bildirərək istintaq orqanına təqdim etdiyi 01 ədəd “Longines” markalı, 02 ədəd «Versace» markalı, 01 ədəd «Diesel» markalı, 01 ədəd «Omeqa», 01 ədəd «X16» markalı və 01 ədəd «Svarovski» markalı kişi qol saatları, 01 ədəd «Thomas Sabo» markalı və 01 ədəd «Cerruti» markalı qadın qol saatları, 01 ədəd ağ rəngli mirvari daşlarından boyunbağı, bənövşəyi rəngli iri qaşlarla bəzədilmiş 01 ədəd boyunbağı, bənövşəyi rəngli iri qaşlarla bəzədilmiş 01 ədəd qolbağı, 01 cüt gümüşü rəngli sırğalar, 01 cüt çobanyastığı çiçəyi formalı qızı rəngli sırğalar, narıncı rəngli iri qaşlar və şəffaf rəngli xırda qaşlarla bəzədilmiş 01 ədəd qızılı rəngli qolbağı, 01 cüt halqavari qızılı rəngli sırğalar, iri mirvari qaşlarla bəzədilmiş 01 ədəd romb formalı klonu olan 01 ədəd qızılı rəngli muncuqlu boyunbağı, şəffaf rəngli xırda qaşlarla bəzədilmiş 02 ədəd qızılı rəngli qolbağları, 01 cüt gümüşü rəngli kişi düymələri («zapinka»), bənövşəyi rəngli iri qaşla bəzədilmiş 01 ədəd gümüşü rəngli üzük, üzərində 02 ədəd ürək formalı qaşlar və 01 ədəd sonsuzluq işarəsi sallanan qızılı rəngli 01 ədəd iri sancaq, 06 ədəd halqası olan xırda şəffaf qaşlarla bəzədilmiş 01 ədəd qızılı rəngli sırğa, üzərində sallama buta, ulduz və halqa işarəsi olan xırda şəffaf qaşlarla bəzədilmiş 01 ədəd açar halqası, üzərində 01 ədəd iri yarpaq formalı şəffaf qaşlarla bəzədilmiş kulon və 01 ədəd yaşıl rəngli qaşı olan zəncir formalı qızılı rəngli boyunbağı, üzərində qara və şəffaf rəngli qaşlar olan 01 ədəd zəncir formalı qızılı rəngli boyunbağı, üzərində mirvari qaşlar olan 01 ədəd qolbağı, üzərində xırda şəffaf qaşlar olan ulduz və aypara formalı 01 cüt sırğalar, üzərində bənövşəyi rəngli muncuqlar olan qızılı rəngli qolbağı, 01 ədəd gümüşü rəngli balaca ayı formalı sırğa tayı, 01 ədəd şəffaf qaşlarla bəzədilmiş gümüşü rəngli sırğa tayı, 01 ədəd gül formalı gümüşü rəngli sırğa tayı, 01 ədəd «Şeyx» markalı və 01 ədəd «Egeblue» markalı yarımçıq boş olan ətir flakonlarının Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 011-149-1222 saylı xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş, 01 ədəd möhürlənmiş zərfin içərisindəki əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Binəqədi rayon Polis İdarəsində saxlanılan, iş üzrə təqsirləndirilən şəxslərin ifadələri yerində yoxlanılarkən Bakı-Quba Yolunun 60-cı kilometrində yerləşən Yaşma qəsəbəsi ərazisində yoldan kənardakı su kanalında aşkar edilərək götürülmüş bir ədəd cəhrayi rəngli mələfəyə yan bükülmüş, kilidi sınmış vəziyyətdə olan dəmir seyf və ətrafında aşkar olunaraq götürülmüş seyfin sınmış hissələri və qıfılı məhv edilməlidir. İş üzrə ekspertiza xərcləri 150 (yüz əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında bölünərək 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs1, 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs2 tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 180 (yüz səksən) manat və Müdafiəçi2 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1, ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 05 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2, ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 05 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Zərərçəkmiş şəxs dəymiş ziyandan ödənilməmiş 12000 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında bölünərək 6000 (altı min) manat Təqsirləndirilən şəxs1, 6000 (altı min) manat Təqsirləndirilən şəxs2 tutulmaqla Zərərçəkmiş şəxs ödənilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 180 (yüz səksən) manat və Müdafiəçi2 180 (yüz səksən) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan və Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilə xx.xx.2022-ci il tarixdə özünün və anası X3 icazəsi və iştirakı ilə keçirilmiş baxış, axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar olunaraq götürülmüş, üzərində üç ədədi iri, digərləri isə xırda ölçüdə briliyant qaşları olan, ağ qızıldan hazırlanmış gül bağlaması formalı bir ədəd qadın qolbağı; bir ədəd boyunbağı və bir cüt sırğadan ibarət gül formalı briliyant dəst; bənövşəyi rəngli qaşlarla bəzədilmiş bir cüt briliyant sırğa; cəhrayi rəngli qaşları olan armud formalı bir cüt qızıl sırğa; bir ədəd boyunbağıdan, bir cüt sırğadan, bir ədəd qolbağıdan, bir ədəd üzükdən ibarət saçaq formalı qızıl bəzək dəsti; bir cüt sırğadan, bir ədəd qolbağından, bir ədəd boyunbağıdan ibarət şişmə ürək formalı qızıl bəzək dəsti; ağ və göy rəngli briliyant qaşlarla bəzədilmiş, ağ qızıldan hazırlanmış bir ədəd gül naxışlı boyunbağı; üzərində bir ədəd sallama qızıl kulonu olan bir ədəd qızıl boyunbağı; üzərində “Allah” yazısı həkk olunmuş yumru formalı kulonu olan bir ədəd qızıl boyunbağı; bir ədəd boyunbağıdan, bir cüt sırğadan, bir ədəd üzükdən ibarət bəbir bəzəkli bir ədəd qızıl dəst; hər tayının üzərində yeddi cüt briliyant qaşları olan bir cüt halqa formalı qızıl sırğa; bir cüt ağ qızıldan hazırlanmış sadə formalı sırğa; çoxsaylı briliyant qaşlarla bəzədilmiş ağ qızıldan olan bir ədəd üzük; bir ədəd qolbaqdan və bir ədəd üzükdən ibarət rəngli qaşlarla bəzədilmiş ürək və gül formalı bir ədəd qızıl dəst; briliyant qaşlarla bəzədilmiş bir ədəd qızıl qolbaq; üzərində bir ədəd briliyant qaşlı gül formalı kulon olan bir ədəd nazik qızıl boyunbağı; üzəri qaşlarla bəzədilmiş gül formalı bir ədəd tək kulon; briliyant qaşlarla bəzədilmiş göz şəkilli bir ədəd qızıl kulon; briliyant qaşlarla bəzədilmiş şar formalı ağ qızıldan hazırlanmış bir ədəd qızıl kulon; kəpənək formalı bir ədəd qızıl üzük; bir ədəd halqa formalı ağ qızıldan hazırlanmış üzük; bir ədəd briliyant qaşlı ağ qızıldan hazırlanmış bir ədəd üzük; iri və xırda briliyant qaşlarla bəzədilmiş bir ədəd ağ qızıldan hazırlanmış üzük; üzərində iri qaşı olan bir ədəd gül formalı qızıl üzük; çoxsaylı briliyant qaşlarla bəzədilmiş hörümçək formalı ağ qızıldan hazırlanmış bir ədəd qolbağı; bir ədəd boyunbağı və bir cüt sırğadan ibarət sallama formalı bir ədəd qızıl dəst; bir ədəd toxunma formalı qızıl boyunbağı; üzərində göy rəngli iri qaşı və xırda briliyant qaşları olan, ağ və sarı qızılın qarışığından hazırlanmış bir ədəd kişi üzüyü; bir ədəd “Geneva” markalı qızıl qol saatı; bir ədəd “Geneva” markalı qızıl qo! saatı; X22 Əliyevin siması və imzası əks olunan bir ədəd qızıl döş nişanı; bir ədəd Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini polis general-leytenantı Əsgər Ələkbərovun adına tərtib olunmuş vizit kartı; Təqsirləndirilən şəxs2 tərəfindən, xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə şübhəli şəxs kimi tutularkən taladıqları əmlakın bir hissəsi olmasını bildirməklə istintaq orqanına təqdim edilmiş, həmin vaxt üzərində olan bir ədəd «Dolce Gabbana» markalı gümüşü korpuslu qara rəngli dəri kəmərli kişi qol saatı; sonuncunun yeznəsi X13 tərəfindən, həbsdə olan qaynı Təqsirləndirilən şəxs2 sözü ilə onun həbsdən əvvəl kirayə yaşadığı evdən taparaq gətirməsini bildirərək istintaq orqanına təqdim etdiyi 01 ədəd “Longines” markalı, 02 ədəd «Versace» markalı, 01 ədəd «Diesel» markalı, 01 ədəd «Omeqa», 01 ədəd «X16» markalı və 01 ədəd «Svarovski» markalı kişi qol saatları, 01 ədəd «Thomas Sabo» markalı və 01 ədəd «Cerruti» markalı qadın qol saatları, 01 ədəd ağ rəngli mirvari daşlarından boyunbağı, bənövşəyi rəngli iri qaşlarla bəzədilmiş 01 ədəd boyunbağı, bənövşəyi rəngli iri qaşlarla bəzədilmiş 01 ədəd qolbağı, 01 cüt gümüşü rəngli sırğalar, 01 cüt çobanyastığı çiçəyi formalı qızı rəngli sırğalar, narıncı rəngli iri qaşlar və şəffaf rəngli xırda qaşlarla bəzədilmiş 01 ədəd qızılı rəngli qolbağı, 01 cüt halqavari qızılı rəngli sırğalar, iri mirvari qaşlarla bəzədilmiş 01 ədəd romb formalı klonu olan 01 ədəd qızılı rəngli muncuqlu boyunbağı, şəffaf rəngli xırda qaşlarla bəzədilmiş 02 ədəd qızılı rəngli qolbağları, 01 cüt gümüşü rəngli kişi düymələri («zapinka»), bənövşəyi rəngli iri qaşla bəzədilmiş 01 ədəd gümüşü rəngli üzük, üzərində 02 ədəd ürək formalı qaşlar və 01 ədəd sonsuzluq işarəsi sallanan qızılı rəngli 01 ədəd iri sancaq, 06 ədəd halqası olan xırda şəffaf qaşlarla bəzədilmiş 01 ədəd qızılı rəngli sırğa, üzərində sallama buta, ulduz və halqa işarəsi olan xırda şəffaf qaşlarla bəzədilmiş 01 ədəd açar halqası, üzərində 01 ədəd iri yarpaq formalı şəffaf qaşlarla bəzədilmiş kulon və 01 ədəd yaşıl rəngli qaşı olan zəncir formalı qızılı rəngli boyunbağı, üzərində qara və şəffaf rəngli qaşlar olan 01 ədəd zəncir formalı qızılı rəngli boyunbağı, üzərində mirvari qaşlar olan 01 ədəd qolbağı, üzərində xırda şəffaf qaşlar olan ulduz və aypara formalı 01 cüt sırğalar, üzərində bənövşəyi rəngli muncuqlar olan qızılı rəngli qolbağı, 01 ədəd gümüşü rəngli balaca ayı formalı sırğa tayı, 01 ədəd şəffaf qaşlarla bəzədilmiş gümüşü rəngli sırğa tayı, 01 ədəd gül formalı gümüşü rəngli sırğa tayı, 01 ədəd «Şeyx» markalı və 01 ədəd «Egeblue» markalı yarımçıq boş olan ətir flakonlarının Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 011-149-1222 saylı xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş, 01 ədəd möhürlənmiş zərfin içərisindəki əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan və Binəqədi rayon Polis İdarəsində saxlanılan, iş üzrə təqsirləndirilən şəxslərin ifadələri yerində yoxlanılarkən Bakı-Quba Yolunun 60-cı kilometrində yerləşən Yaşma qəsəbəsi ərazisində yoldan kənardakı su kanalında aşkar edilərək götürülmüş bir ədəd cəhrayi rəngli mələfəyə yan bükülmüş, kilidi sınmış vəziyyətdə olan dəmir seyf və ətrafında aşkar olunaraq götürülmüş seyfin sınmış hissələri və qıfılı məhv edilsin. İş üzrə ekspertiza xərcləri 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında bölünərək 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs1, 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs2 tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar