Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1111/2023 26.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Pro Bono” vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi X1, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 18 noyabr 2022-ci il tarixdə saat 01:30 radələrində Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs onun qohumu Şahid1 spirtli içki içmədiyinə görə nalayiq ifadələr işlətməsi, evdə olan qonağın yanında Şahid1lə kobud rəftar etməsi və daha sonra evdən qovması səbəbindən aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı, əvvəlcə qonaq otağında olan masanın üzərindən götürdüyü şüşə stəkanla Zərərçəkmiş şəxs vurub ona sol göz yuvasının bayır bucağının əzilmiş-cırılmış yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən zərər, daha sonra qonaq otağında olan masanın üzərindən götürdüyü zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən bir dəfə Zərərçəkmiş şəxs vuraraq sonuncuya qanitirmə şoku ilə müşayiət olunan qarının ön divarının periton və peritonarxası sahəyə nüfuz edən alumbalisin (bel arteriyasının), nazik və yoğun bağırsağın zədələnməsinə səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa Ağır zərər vurmuşdur. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona qarşı elan olunmuş ittihamda özünü tam təqsirli bilir. O, Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 5 saylı peşə məktəbində oxuyur. Hadisə 17 noyabr 2022-ci il tarixdən 18 noyabr 2022-ci il tarixə keçən gecə təxminən saat 01:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsində yerləşən Zərərçəkmiş şəxs evində baş vermişdir.Zərərçəkmiş şəxs usta işləyir və onlar evdə də təmir işləri aparırmış. İndiyə kimi dəfələrlə Aqil Musaev onu Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsində yerləşən evlərinə aparmış, hətta bir neçə dəfə Aqil dayının evində qonaq qalmışdır. 16 noyabr 2022-ci il tarixdə səhər Aqil dayı onların evində təmir işlərini gördükdən sonra axşam təxminən saat 20 radələrində işini yekunlaşdırmışdır. Həmin gün Aqil dayı anasından icazə alaraq onu və Mahiri evinə qonaq aparmış, onlar orada üçü də araq içmişlər. 17 noyabr 2022-ci il tarixdə axşam Aqil dayı yenə də anasından icazə alıb onları evinə aparmışdır. Sonra Aqil dayı Mahirə araq alması üçün pul vermiş, həmin gün axşam onlar arağı içib qurtarmışlar. Bundan sonra Aqil dayı yenidən Mahiri araq alması üçün göndərmişdir. Onlar ikinci arağı da içmişlər. Həmin vaxt Aqil dayıya zəng gəlmiş və sonra Aqil dayı üç nəfər tanışının gələcəyini demişdir. Biraz sonra tanımadığı üç nəfər şəxs əllərində bir ədəd 1 litrlik araq ilə Aqil dayıgilə gəlmişdir. Biraz yeyib-içdikdən sonra həmin adamlardan ikisi durub getmiş, bir nəfər qalmışdır. Mahir həmin şəxslərin gətirdikləri araqdan bir dəfə içdikdən sonra artıq araq içmək istəmədiyini, onların da içməməyini demişdir. Aqil dayı da Mahirə lağ edib onun spirtli içki içə bilmədiyini demişdir. O, Aqil dayıya Mahiri araq içməyə məcbur etməməyini deyəndə, Aqil dayı onu və Mahiri nalayiq sözlərlə təhqir edib, onları söyüb evindən qovmuşdur. Bu zaman o əsəbləşərək masanın üstündə olan stəkanı götürüb Aqil dayının baş nahiyəsinə vurmuşdur. Həmin stəkan gedib Aqil dayının qaşının üstündən dəymiş və qan axmışdır. Mahir və orada olan digər şəxs onu sakitləşdirmişlər və qapının ağzına çıxarmışlar. Aqil dayı bir daha Mahirə lağ edib, onları söymüş, evi tərk etmələrini demişdir. Artıq bu sözü eşitdikdən sonra o bərk əsəbiləşmiş və masanın üzərində olan bıçağı götürüb Aqil dayının qarın hissəsinə bir dəfə vurmuşdur. Bıçaq Aqil dayının qarnına girmişdir. O, bıçağı geri çəkdikdən sonra yerə atmışdır. Bundan sonra Mahir onu zorla evdən çıxarmış və onlar Mahirlə birlikdə öz evinə getmişlər. Evdə hadisə barədə heç kimə heç nə deməmişdir. Bir qədər sonra polis əməkdaşları onun yaşadığı evə gəlmişlər və şifahi sorğu zamanı o etdiyi əməli səmimi olaraq etiraf etmişdir. Əməlindən peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, bıçaqla vurarkən həm spirtli içkinin təsirindən, həm də Aqil dayının lağ etməsi və söyüş söyməsi səbəbindən özündə deyilmiş. O, tez-tez spirtli içki qəbul etmir. Ailədə 3 uşaqdırlar, ondan balaca yaşda olan 2 qardaşı var. Zərərçəkən şəxsi xəstəxanaya evdəkilər aparmışdır. Zərərçəkmiş şəxsin müalicə xərclərini ödəmişlər. Zərərçəkən şəxslə barışmışdır. Bıçağı axıra qədər vurmamış, çox az hissəsini Aqil dayının qarnına vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 4 ildir ki, Əlinin ailəsini yaxından tanıyır, Əligil onun qonşusudur və o onların evində usta kimi işləmişdir. O, tikinti işləri ilə məşğuldur. O, tək yaşadığı üçün 17 noyabr 2022-ci ildə Əli və Mahiri evinə söhbət üçün qonaq çağırmışdır. Onlar yemək yeyib araq içmişlər. Sonra o artıq araq içmək istəmədiyini, Əli və Mahirin də artıq içməməsini və işdən gəldiyini, yorğun olduğu üçün evindən getmələrini demişdir. Bu söz Əlinin xətrinə dəymiş və Əli onun baş nahiyəsinə stəkan atarq gözünün kənarını qanatmışdır. O, qanaxmanı dayandırıb, üzünü yumaq istəyərkən Əli bıçaqla qarın nahiyəsindən vurmuşdur. O, əməliyyat olduğuna görə hələ də işləyə bilmir. Həkim əməliyyat olunduğuna görə bir müddət işə çıxmamağını bildirmişdir. Hadisə zamanı evdə Mahir, Əli və Rəhim olmuşdur. Onun Əlidən heç bir şikayəti və tələbi yoxdur, Əli ilə barışıq əldə etmişlər, Əlini bağışlayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Aqil dayı Əligilin evində təmir işləri görürmüş. Təqsirləndirilən şəxs xalasının baldızı oğludur. 16 noyabr 2022-ci il tarixdə o və Əli Aqil dayıgilə qonaq getmiş və axşam orda çörək yeyib, araq içmişlər. 17 noyabr 2022-ci il tarixdə axşam Aqil dayı yenə də Əlinin anası Lamiyə xalaya Əli ilə onu evinə aparmaq istədiyini demiş və onları evinə aparmışdır. Aqil dayı marketdən araq almağı üçün ona pul vermişdir. Onlar həmin arağı içib qurtardıdan sonra Aqil dayı yenidən onu marketdən araq almağa göndərmiş və onlar ikinci arağı da içmişlər. Həmin vaxt Aqil dayının evinə tanımadığı üç nəfər şəxs əllərində bir litirlik araqla gəlmişlər. Biraz yeyib içdikdən sonra həmin şəxslərdən ikisi durub çıxıb getmiş, bir nəfər isə evdə qalmışdır. O, Aqil dayıya artıq araq içmək istəmədiyini dedikdə, Aqil dayı ona yenə içməyi təkidlə bildirmiş, o, bir stəkan da araq içib artıq içməyəcəyini demişdir. Aqil dayı ona demişdir ki, əgər içməyi bacarmırsa, heç içməsin. Aqil dayı onu utandırmağa davam etmişdir. Bu sözlər Əlinin xətrinə dəymiş və Əli əsəbiləşib qəfildən masanın üstündə olan stəkanı götürüb Aqil dayının baş nahiyəsinə atmışdır. Stəkan Aqil dayının qaşının üstünə dəyib qaşını qanatmışdır. Aqil dayı sonra ona bir daha içki içmədiyinə görə lağ edib onu evdən qovmuşdur. Aqil dayının onları evdən qovması Əlinin xətrinə dəymişdir. Əli qəflətən masanın üzərində olan bıçağı götürüb bıçaqla bir dəfə Aqil dayının qarın nahiyəsinə vurmuşdur. Sonra isə Əli ilə evə gəlmişlər. Az sonra polis əməkdaşları Əlinin yaşadığı evə gəlmişlər. Aqil dayı doğru danışmır. Aqil dayı onlara içmək istəmədiyini deməmiş, əksinə Aqil dayı ona araq içmək istəmədiyi üçün lağ etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Aqili təqribən 2 il olar ki, tanıyır. xx.xx.2022-ci il tarixdə xalası oğlu Orxan və tanışları Rəhimlə Aqilə zəng etdikdən sona Aqilin yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsində yerləşən evinə getmişlər. Onlar Aqilin evinə axşam çatmışlar. Evə daxil olanda evdə Aqilin və iki gəncin olduğunu görmüşlər. Rəhim özü ilə araq da gətirmişdir. O və Orxan içki içmədiklərindən, süfrə isə içki məclisi olduğundan 5-10 dəqiqə oturub bir tikə yemək yeyib evdə olan şəxslərlə sağollaşaraq evdən çıxıb qohumlarının evinə getmişlər. Bir neçə saat sonra Aqilin evində qonaq olan Əli tərəfindən bıçaqlandığını öyrənmişdir. O, Aqilin evinə gəlmiş və təcili tibbi yardım maşını gəlmiş, Aqili maşına qoyub, xəstəxanaya aparmışlar. Aqili xəstəxanaya o aparmamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid3 ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə yaşayır. Musayev Aqiİ Bahadur oğlunu uzun müddətdir ki, tanıyır. xx.xx.2022-ci il tarixdə o, tanışı Elnurla və Elnurun xalası oğlu Orxanla gecə saat 23 radələrində Aqilin yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsində yerləşən evinə gəlmişdir. Evə daxil olan zaman evdə Aqil və sonradan adı ona məlum olan Əli və Mahirin olduğunu görmüşdür. Aqilin evinə gələrkən o, mağazadan bir şüşə araq alıb Aqilin evinə gətirmişdir. Elnur və Orxan yemək yeyib çıxıb getmişlər. Onlar baş vermiş hadisənin şahidi olmamışlar. Evdə o, Aqil, Əli və Mahir qalmışdır. Aqil Mahirə araq içməsini dedikdə Mahir bir daha araq içəməyəcini Aqilə deyəndə Aqil Mahiri araq içməyə məcbur etdiyi üçün X13 araq içməyə məcbur etməməsini demişdir. Bundan sonra Aqil Mahiri lağa qoyub Mahiri onların yanında utandırmış və Mahiri yenidən araq içməyə məcbur edəndə X13 araq içməyə məcbur etməməyini deyəndə Aqil Əli ilə Mahiri nalayiq sözlərlə təhqir etmiş və onların hər ikisini söyüb evindən qovduqda bu zaman Əli Aqilin baş nahiyəsinə stəkan atmışdır. X10 evdən çıxıb getmədiklərini görüb onları söymüş və bu zaman Əli yenidən Aqilin yanına gedib masanın üzərində olan bıçağı götürüb Aqilin qarın nahiyyəsindən bir dəfə bıçaqla vurmuşdur. Bundan sonra Mahir və o Əlini evdən çıxarıb aparmışlar. Aqili isə təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar. Əlinin Aqili bıçaqla vurmasına səbəb Aqilin Əli ilə Mahiri təhqir etməyi, Mahiri spirtli içki içməyə məcbur etməyi və onların hər ikisini evindən qovmağı olmuşdur. Hadisə zamanı orada Mahir, Əli, Aqil və o olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 31-ci PB-nin məsul növbətçisi, polis mayoru R.Musayevin raportundan görünür ki, 18 noyabr 2022-ci ildə, saat 02:00-da X8 tibb bacısı Əfəndiyeva zəng edərək, Zərərçəkmiş şəxs qarının ön divarının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya daxil olduğunu bildirmişdir. Cinayət işinin 7-11-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 noyabr 2022-ci il tarixli baxış aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evidir. Baxış zamanı mənzilin qonaq otağındakı döşəmənin üzərindən 01 ədəd mətbəx bıçağı aşkar edilərək götürülmüşdür. Cinayət işinin 123-125-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsinin 14 yanvar 2023-cü il tarixli, 24 №-li canlı şəxsin ekspertizasının rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs qanitirmə şoku ilə müşayiət olunan qarının ön divarının periton və peritonarxası sahəyə nüfuz edən a.lumbalisin (bel arteriyasının), nazik və yoğun bağırsağın zədələnmələrinə səbəb olan bir ədəd deşilmişkəsilmiş yarası, sol göz yuvasının bayır bucağının əzilmiş-cırılmış yarası müəyyən edilmişdir. Xəsarətlərdən deşilmiş-kəsilmiş yara deşici-kəsici alətin təsirindən törənmişdir, bıçaqla yetirilə bilər. Digər xəsarət isə küt əşyanın təsirindən törənmişdir. Yuxarıda qeyd edilən xəsarətlər qərarda və tibbi sənəddə göstərilmiş xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə qanitirmə şoku ilə müşayiət olunan qarının ön divarının periton və peritonarxası sahəyə nüfuz edən a.lumbalisin (bel arteriyasının), nazik və yoğun bağırsağın zədələnməsinə səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, digər xəsarət isə sağlamlığın qısa müddətə pouzlmasma səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Cinayət işinin 127-128-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-trasoloji ekspertizasının 09 fevral 2023-cü İl tarixli, 3/70 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Cinayət işinin 144-147-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 20 fevral 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Cinayət işinin 157-160-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 fevral 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs qanuni nümayəndəsi X1 iştirakı ilə istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, baş vermiş hadisəni əyani surətdə göstərmişdir. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək, zərərçəkmiş şəxsi vurduğunu etiraf etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs özünün etirafını, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmuş, o həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 87-88-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 24 noyabr 2022-ci il tarixli tələbnamədən və cinayət işinin 148-156-cı vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 1(008)-399/2022 saylı hökmünün kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 89-91-ci vərəqələrində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 7(010)-1058/2022 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin, azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsinə dair Bakı şəhər Probasiya İdarəsinin icra məmuru Vəsilə Əliyevanın təqdimatı təmin edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsindən daxil olmuş 14 aprel 2023-cü il tarixli, 21-1/73314/17 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının 03 (üç) ay 07 (yeddi) gün hissəsi çəkilmiş, 08 (səkkiz) ay 23 (iyirmi üç) gün hissəsi çəkilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-ci maddəsində qeyd edilmişdir ki, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə residiv nəzərə alınmır. Bununla yanaşı, Təqsirləndirilən şəxs törətdiyi cinayəti azadlığın məhdudlaşdırılması növündə cəzasını çəkərkən törətdiyindən, onun Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası CM-nin 67.1ci maddəsinə müvafiq olaraq hazırki hökmlə təyin ediləcək cəza ilə birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" qərarında göstərilmişdir ki, başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulur. Belə ki, cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsindən daxil olmuş 14 aprel 2023-cü il tarixli, 21- 1/73314/17 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının 03 (üç) ay 07 (yeddi) gün hissəsi çəkilmiş, 08 (səkkiz) ay 23 (iyirmi üç) gün hissəsi çəkilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 01 (bir) il azadlığın məhdudlaşdırılması cəzasının 08 (səkkiz) ay 23 (iyirmi üç) gün hissəsi çəkilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 08 (səkkiz) ay 23 (iyirmi üç) gün müddəti, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla hesablandıqda 04 (dörd) ay 11 (on bir) gün edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs 01 (bir) il azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 08 (səkkiz) ay 23 (iyirmi üç) gün müddəti, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla hesablanaraq 04 (dörd) ay 11 (on bir) gün müddət Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə ona qəti cəza təyin edilməlidir. Cinayət işinin 162-165-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizanın 21 fevral 2023-cü il tarixli, 486 nömrəli rəyindən görünür ki, X5 hər hansı bir xroniki psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Onda üzvi emosional-İəbil pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilmiş qeyri psixotik pozuntular o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs bu iş üzrə ifadə vermək iqtidarındadır, yəni öz psixi vəziyyətinə görə iş üzrə prosessual fəaliyyət qabiliyyətlidir. Təqsirləndirilən şəxs inadkarlıq, hövsələsizlik, emosionallıq, söz götürməmək, tənqid və təhqirə qarşı həssaslıq, emosional reaksiyalara meyillilik, qıcığa qarşı həssaslıq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Belə nəticəyə gəlmək mümkündür ki, qərarın təsviri hissəsində qeyd olunan cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında qıcığa qarşı həssaslıq, əsəbilik, emosional reaksiyalara meyiİlilik əmələ gəlmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin 192-ci vərəqəsində olan Suraxanı RİHB-nin Bülbülə qəsəbəsi İnzibati Dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. Cinayət işinin 129-cu vərəqəsində olan Zərərçəkmiş şəxs 13 fevral 2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq ona dəymiş maddi və mənəvi ziyan ödənildiyi üçün, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur, gələcəkdə də heç bir tələbi və iddiası olmayacaq. Həmçinin, məhkəmə iclasında Zərərçəkmiş şəxs 12 aprel 2023-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxslə barışdığını, ondan şikayətçi olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə, müsbət səciyyələndirilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət işində olan Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinə əsasən müəyyən olunur ki, o, xx xxxxxx 2006-cı il təvəllüdlü olmaqla, hadisəni törətdiyi xx.xx.2022-ci il tarixdə yetkinlik yaşına çatmamış, hal-hazırda da yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84-cü maddəsi 14 yaşından 18 yaşına kimi olan şəxsləri yetkinlik yaşına çatmayanlar qrupuna aid edərkən, onların kifayət qədər əqli yetkinliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Buna görə də, qanunvericilik yetkinlik yaşına çatmayanın törətdiyi cinayətə görə əməlinin tövsifində, məsuliyyətinin həllində və cəza təyinində onların əqli və iradəvi xüsusiyyətlərinin məhkəmələr tərəfindən nəzərə alınmasını məcburi sayır. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımı cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, həm onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. ...Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5-ci maddəsində insan hüquqlarının müdafiəsinin mühüm elementi yer almışdır. Şəxsi azadlıq elə bir əsas şərtdir ki, hamı ondan istifadə etmək imkanına malik olmalıdır. Bu azadlıqdan məhrum edilmə bir çox digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərə bilər. Hakimlər hər zaman yadda saxlamalıdırlar ki, azadlıq hüququna verilən təminatın hər hansı məna kəsb etməsi üçün istənilən azadlıqdan məhrum edilmə həmişə müstəsna tədbir olmalı, obyektiv əsaslandırılmalı və mütləq zərurət tələb etdiyi müddətdən artıq davam etməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Amyur Fransaya qarşı işində” (25 iyun 1996-cı il) qeyd etmişdir ki, 5-ci maddənin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; Məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq azadlıqdan məhrum edilməməsini təmin etməkdir. Digər tərəfdən, bu sadəcə hərəkət azadlığının məhdudlaşdırılmasına aid prinsip deyil, belə məhdudiyyətlər 4 saylı Protokolun 2-ci maddəsi ilə tənzimlənir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin (azadlıqdan məhrum etmənin) növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin mühüm prinsiplərindən biri–humanizm prinsipidir (CM-nin 9-cu maddəsi). Humanizm prinsipi cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işkəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Yəni cinayət törədən şəxs barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmasını nəzərdə tutur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ olan xx.xx.1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayətə görə ancaq azadlıqdan məhrum etmə cəzasının tətbiq olunması nəzərdə tutulur. İttiham tərəfi belə bir cəzanın tətbiq olunmasını və real olaraq icraya yönəldilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə azadlıqdan məhrum etmə cəzasının sərt xəbərdaredici, islahedici rolunun məhkuma təsirini nəzərə alaraq ittiham tərəfinin mövqeyi ilə razılaşır. Lakin, məhkəmə Təqsirləndirilən şəxs barəsində yüngülləşdirici halları, nəzərə alaraq, təyin olunacaq cəzanı çəkmədən cəzanın məqsədinə nail olmağı mümkün sayır. Azərbaycan Respublikası CM-nin 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən, məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü müəyyənləşdirərkən, Təqsirləndirilən şəxs elə cəza təyin edilməlidir ki, həmin cəza onun hal-hazırda aldığı təhsilinə , ailə vəziyyətinə, fiziki və mənəvi inkişafına təsir edib onun cəmiyyətə inteqrasiyasına mane olmasın. Məhkəmə cinayət işi üzrə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin heç bir şikayəti və tələbinin olmamasını, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və cəzanın real olaraq icraya yönəldilməsi onun özünün və ailəsinin həyat şəraitinin mənfi istiqamətə yönəlməsinə gətirib çıxara və cəzanın ədalətlilik prinsipinə xələl gətirmiş olar. Məhkəmə təqsirləndirilən şəxsi səciyyələndirən halları tam və hərtərəfli təhlil edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs onun barəsində təyin ediləcək cəzanı real olaraq çəkmədən islah oluna bilər. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri seçilməlidir. Belə ki, cinayət işinin 38-ci vərəqəsində olan 18 noyabr 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 73-78-ci vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 noyabr 2022-ci il tarixli, 4(010)-657/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 18 noyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 138-139-cu vərəqələrində olan Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudovun 14 fevral 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasına dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. Cinayət işinin 140-141-ci vərəqələrində olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis kapitanı X2 18 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimakn tədbiri seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında qərarının 2.21-cü bəndində qeyd edilmişdir ki, “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm cıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan hadisə zamanı istifadə edilən bir ədəd bıçaq məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur və istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 01 il azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 08 (səkkiz) ay 23 (iyirmi üç) gün hissəsi, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 04 (dörd) ay 11 (on bir) gün müddət Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə əsas cəzası şərti hesab edilsin. Ona 03 (üç) il sınaq müddəti təyin edilsin. Sınaq müddəti ərzində üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, davranışına nəzarəti həyata keçirən orqanın çağırışına vaxtında gəlmək və öz davranışı ilə islah olunmasını sübut etmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan hadisə zamanı istifadə edilən bir ədəd bıçaq məhv edilsin. İş üzrə ekspertiza xərci olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1111/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1111/2023
26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver