Məhkəmə qərarları › İş №1(101)-1111/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1111/2024

28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1111/2024 28.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X17 ibarət tərkibdə, Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi: X6 iştirakı ilə, xx xxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, “Abşeronneft” NQÇİ-nin 2 saylı Neft və Qaz çıxarma sahəsinin Neft və Qaz hasilatı üzrə operatoru işləyən, ünvan 1 ünvanında qeydiyyatda olub, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, “Abşeronneft” NQÇİ-nin ərazisində yerləşən ünvansız fərdi tikilidə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İttihama görə, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 01 radələrində yaşadığı Pirallahı rayonu, Pirallahı qəsəbəsi, “Abşeronneft” NQÇİ-nin ərazisində yerləşən fərdi tikilidə qısqanclıq zəmnində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gələrək əvvəlcədən həmin fərdi tikilinin həyətində olan hovuzun üst hissəsində olan məişət təyinatlı soyuq silah hesab edilməyən ümumi uzunluğu 213 mm, tiyəsinin uzunluğu 94 mm, dəstəyinin uzunluğu 119 mm olan qatlanan tipli bıçağını götürüb həmin bıçaqla həmin fərdi tikilidə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vuraraq ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid plevra boşluğuna nüfuz edən, sol ağ ciyərin yuxarı payının Ön səthini zədələyən döş qəfəsinin ön səthinin, sağ arxa onurğayanı xətt üzrə Vİ-Vİİ qabırğaarası sahədən plevra boşluğuna nüfuz edən, sağ ağ ciyərin aşağı payının arxa səthini zədələyən döş qəfəsinin arxa səthinin sağ yarısına, sağlamlığa yüngül zərərvurmaya aid başın sol alın-gicgah nahiyəsinə, boyunun aşağı 1/3-nin ön-sol yarısına, sağ çiyin qurşağının ön səthinə, qarının ön divarının sol yan səthinə, sol bazunun orta 1/3nin ön- bayır səthinə, sol budun yuxarı 1/3-nin ön səthinə, sağ və sol bel nahiyələrinə kəsilmiş və deşilmiş-kəsilmiş yaraları və dərəcələri təyin edilməyən sağ və sol bel nahiyələrinə sıyrıq xəsarətlərini yetirərək onu qəsdən öldürmüş, yəni Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, arvadı Mələklə mərhum zərərçəkmiş Muradın münasibətinin olmasını əvvəlcə Muradın qızına şəkillər göndərməsi ilə öyrənmiş, şəkillərdən sonra anası məhəllədə Muradla onun arvadı Mələyi söhbət edərkən görmüşdür. Anası bunu ona dedikdən sonra zəng edib arvadından bu barədə soruşmuş, arvadı da Muradla münasibətinin olmasını inkar etmiş, danışılanların yalan olduğunu demiş və ona evdə olduğuna dair şəkillər atmışdır. O, arvadına bir daha belə bir şey olsa ondan ayrılacağını demişdir. O, uşaqlarının gələcəyini fikirləşərək, onların anasının barəsində əxlaqsız olması ilə bağlı söz-söhbət yaranmasın deyə, arvadından boşanmaq istəməmişdir. Anası onlarla qonşuluqda yaşayır. Anası o, işə gedəndən sonra arvadı Mələklə Muradı birlikdə gördüyünü dedikdən sonra o, dənizdən şəhərə qayıtmışdır. X11 küçəsində yerləşən evdə qalmışlar. O, işdən gəlib maşınını götürmək istəyəndə evin qapısının bağlı olduğunu görmüş, lakin içəridən səs gəldiyini eşitmişdir. Ailəsi o, işdə olduğu müddətdə həmin evdə yaşamamışlar. Adətən o, işdən gəldikdən sonra oraya gəlmişlər. O, uşaqlarının həmin evdə olduqlarını bilməmişdir. Həmin vaxt təxminən gecə saat 02 radələri olmuşdur. Onun Muradı öldürmək fikri olmamış, belə bir fikri olsa, Muradı evdən buraxmazdı. O, evə gələndən sonra Murad qışqırdı ki, “Hökümə pəncərəni aç, qaçaq”. Bundan sonra o, başa düşmüşdür ki, artıq təhlükə yoxdur, bundan sonra ondan aralanmış, Murad da qaçmışdır. Əvvəlcə Murad onu boğmuş, onlar əlbəyaxa olmuşlar. O, bıçağı çıxartmış, Murad bıçağı onun əlindən almaq istəmiş, qapını açıb koridora çıxmışdır. Onlar orada da əlbəyaxa olmuşlar. Həmin vaxt bıçağın Muradın harasından dəydiyini bilmir. Bu zaman Murad Höküməyə qışqıraraq qapını açmasını demişdir. O, Muradın qaçmaq istədiyini görüb, təhlükənin sovuşduğunu düşünmüş və qaçması üçün ona vaxt vermişdir. Murad qaçdıqdan sonra o, Muradın dalınca qaçmamışdır. Onun Muradı öldürmək niyyəti olmamışdır. Murad isə onun evinə girib, arvadı ilə cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, əvvəllər Muradı tanımamış, həmçinin Muradı öldürmək fikri olmamışdır. O, işi ilə əlaqədar 15-20 gün dənizdə olur. O, işdən qayıdanda arvadının ona soyuq münasibət göstərdiyini görmüş, gecə növbəsində olduğunu, bir gün yatıb dincəlməsini, arvadına uşaqlarla birlikdə o bir evə getməsini təklif etmişdir. Ailəsinin digər evə getdiyi günün səhəri arvadı Muradla şəhərə qaçmış və ondan boşanmaq istədiyini demişdir. O, arvadından boşanmaq istəməsinin səbəbini soruşduqda, hamının boşandığını, onun da boşanmaq istədiyini demişdir. Arvadı Mələk onsuz da onu görmədiyini, çox vaxt dənizdə olduğunu demişdir. Hadisə günü o, hadisənin baş verdiyi evə maşınını götürmək məqsədi ilə getmiş, onların həmin evdə olmasından xəbəri olmamış, qapıya çatanda içəridən kişi səsinin gəldiyini eşitmişdir. O, kiminsə pəncərədən içəri girdiyini düşünmüş, buna görə də hovuzun üstündə balıq təmizləmək üçün istifadə etdiyi bıçağı ehtiyat üçün cibinə qoyub içəri girmişdir. İçəridəki şəxsin Murad olması onun ağlına belə gəlməmişdir. O, ailəsinin həmin evdə olmasından ümumiyyətlə xəbərsiz olmuşdur. Belə ki, anası ona arvadı ilə X15 küçəsində yerləşən evdə gördüyünü demişdir. O, pəncərədən içəri girmiş, yataq otağının qapısına çatanda Muradın qızı Höküməni qucaqlayıb öpdüyünü görmüşdür. Həmin an qışqırmaq istəmiş, Hökümə qaçmış və onun çiyninə dəymişdir. O, Höküməyə heç nə etməmiş, həmin vaxt arvadı Mələk hamamda olmuşdur. Hökümə qaçıb anasına onun gəldiyini xəbər vermiş, Hökümə qaçdıqdan sonra Murad onun üstünə hücum etmiş, boğazından tutmuş və onu boğmağa başlamışdır. O, həmin vaxt bıçağı çıxartmamışdır. O, Muradla əlbəyaxa olmuş, həmin vaxt əlini salıb bıçağı cibindən çıxartmışdır. Bıçaq qatlanan bıçaq olmuşdur. Murad onun əlindən tutmuş, o, bıçağı düz vura bilməmişdir. Onlar ayaq üstə boğuşduqları üçün zərbə yetirmək istəsə də düz vura bilməmişdir. Bir-iki dəfə bıçaq Murada dəymiş, bundan sonra onlar koridora çıxmış və orda da əlbəyaxa olmuşlar. Orada Murad qışqırıb Höküməyə “pəncərəni açın qaçaq” demişdir. Pəncədən qaçanda Muradın arxasınca getməmiş, o, Murada arxadan zərbələr endirməmişdir. Murad qaçdıqdan sonra qapını açıb çölə çıxmış, çöldə 102 xidmətinə zəng edərək belə bir hadisə törətdiyini, həmin şəxsin yaralı halda qaçdığını, lakin hansı istiqamətdə qaçdığını bilmədiyini, yaralı olduğu üçün ölmək ehtimalının olduğunu bildirmişdir. Onun zəngindən sonra polis əməkdaşları gələrək, gecə qaranlıq olduğu üçün Muradı axtarmış və onun meytini tapmışdır. Daha sonra isə onu tutaraq aparmışlar. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, onun Muradı öldürmək fikri olsa, onu tikə-tikə doğrayar, onun şəxsiyyətinə toxunardı. O, Muradı neçə dəfə vurduğunu bilmir, lakin o, Murada düz zərbə vurmamışdır. Boğuşma zamanı Murad onun əlindən tutmuş, bıçaq zərbəsi Muradın çiyninə dəymişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadələrindən başqa, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun kiçik oğludur. Murad 2003-cü il təvəllüdlüdür. O, X19 İşləri Trestində xadimə işləyir. Ayın 15 günü dənizdə, 15 günü isə evdə olur. Murad əsgərlikdən qayıtdıqdan sonra Xəzər rayonu, Qala qəsəbəsində yerləşən “Kəhriz” təmiz su şirkətində qablaşdırıcı kimi işə düzəlib işləmiş, davamiyyəti pozduğuna görə işdən azad edilmişdir. Sonradan onlara məlum olmuşdur ki, işdən çıxdıqdan sonra Murad onlarla eyni qəsəbədə yaşayan Mələk adlı qadınla yaxın münasibətdə olmağa başlamışdır. Bu barədə ona qaynı Tacir məlumat vermişdir. Tacirin ona dedikləri barədə o, Muraddan soruşduqda, Murad bunu inkar etmiş və Mələklə sadəcə dost olduqlarını demişdir. Buna baxmayaraq Muradla Mələyin münasibətləri barədə qəsəbədə sözsöhbətlər danışılmışdır. Hadisə baş verən gün o, işdə olmuş, gecə saat 12 radələrində Murada zəng gəlmiş, Ramilin arvadı və qızı Muradı çağırıb dəniz kənarına aparmışlar. Saat 1 radələrində ona Muradın öldürülməsi ilə bağlı məlumat vermişlər. Ona oğlunu evdə öldürdüyünü demişlər, lakin bu, yalandır. Belə ki, həmin şəxslər Muradı Neft şirkətinin ərazisinə aparıb bir otağa salıb qapını bağlayıb qəddarcasına oğluna 20-dən çox bıçaq zərbəsi vuraraq öldürmüşlər. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 ona verilən suallara cavab olaraq bildirmişdir ki, bu hadisəyə qədər nə təqsirləndirilən şəxsi, nə də onun ailə üzvlərini tanımamışdır. Ona sonradan məlum olmuşdur ki, oğlunun Ramilin arvadı ilə əlaqəsi var. Dəfələrlə atası, əmisi və o özü, oğlu ilə danışmışlar ki, həmin qadından uzaqlaşsın. Lakin onlar uşaqları ilə bacara bilməmişlər. Ramilin arvadının 40 yaşı, onun oğlunun isə 19 yaşı olmuşdur. Hadisə günü o, işdə olmuş, gecə saat 01 radələrində uşağının ölməsi xəbərini almışdır. Ramil oğluna 25 bıçaq zərbəsi vurmuş, onu doğram-doğram etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 həmçinin məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu bildirmiş və ona ən ağır cəzanın verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun qardaşı oğludur. O, Muradla oturub yemək yeyərkən Ramil Murada zəng etmiş, o, Muraddan nə məsələ olduğunu soruşmuş, daha sonra telefonu alıb Ramil ilə özü danışmışdır. O, Ramilə arvadını yığışdırmasını, arvadının Muraddan əl çəkmədiyini demişdir. Bundan sonra Ramil arvadı ilə qardaşı oğlu Muradın birlikdə şəkillərini ona göndərmişdir. O, Ramilə məsələni aydınlaşdırıb ona zəng edəcəyini demişdir. Bundan sonra Ramil ona səs yazısı göndərmişdir. Səs yazısında burada qan töküləcəyini demişdir. O, yenə də Ramilə arvadını yığışırmasını tapşırmışdır. Bundan sonra Ramilin arvadı Mələyə də Muradın cavan uşaq olduğunu demiş, ondan aralanmasını tapşırmışdır. Bu söhbətdən 10-12 gün sonra Muradı mağazanın qabağında tutub sıxışdırmış, bundan xəbər tutandan sonra Ramili axtarmış, lakin tapa bilməmiş, qardaşına zəng etmişdir. Qardaşı da istəyirsə Ramili döyüb-söyməsini demişdir. Bu məsələdən 10 gün sonra gecə saat 01-02 radələrində ona zəng edib Muradı bıçaqladıqlarını demişlər. O, Ramilin dəniz kənarında balıqçılıqla məşğul olduğu yerə getmiş, orada polislərin olduğunu görmüşdür. X16 vurduğunu, lakin Muradın qaçdığını və onu axtardıqlarını demişlər. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid4 bildirmişdir ki, Muradın Ramilin arvadı Mələklə münasibəti olmuşdur. O, Murada həmin qadından uzaqlaşmasını demiş, lakin Murad ona qulaq asmamışdır. Muradın Ramilin qızı ilə nə münasibəti olduğunu bilmir. Hadisə Ramilin balıqçılıqla məşğul olduğu yerdə, evinin içində baş vermişdir. Ramil Muradı evin içində vurmuş, sonra çıxarıb evdən 50-100 metr kənara atmışdır. Məhkəmə iclasında könüllü olaraq şahid qismində ifadə vermiş təqsirləndirilən şəxsin arvadı Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, o, əri Təqsirləndirilən şəxs ayrılmış və uşaqları ilə birlikdə şəhərdə qalmışdır. Daha sonra ona məktəbdən zəng edib uşaqlarını məktəbə çağırdıqları üçün o, uşaqlarını məktəbə göndərmiş, həmin ərəfədə uşaqlar ataları ilə qalmış, onun uşaqları ilə əlaqəsi kəsilmiş, buna görə də məcbur qalıb evə qayıtmışdır. İki-üç gün sonra o, qızı Zəhradan öyrənmişdir ki, Ramil Höküməni bıçaqlamışdır. Hökümənin yaraları çox dərin olmuş, o, bu barədə Ramilin anasına da demişdir. Daha sonra həmin hadisə ilə bağlı gedib polisə ərizə vermiş və şikayətini bildirmişdir. Polisə də Ramilin ondan şikayət etdiyi bildiyi halda onları öldürəcəyini demişdir. Şikayət edib evə gələndən sonra polisə zəng edib nə tədbir gördüklərini soruşmuş, çünki Ramil onu şikayət etdiyini öyrənmiş və onun evə gəlmə ehtimalı olmuşdur. Axşam qızı Hökümə ilə dəniz qırağında yerləşən evə gedib sənədləri götürmək istəmiş, bu zaman Muradı görmüş, Murad onlara “tək getməyin, birdən Ramil gələr, gedək mən sizə kömək edim” demişdir. Onlar birlikdə dəniz kənarındakı evə getmiş, Hökümə ilə Ramil evə girmiş, o isə hamama girmişdir. Bir qədər sonra Hökümə gəlib qapını döymüş və atasının gəldiyini, Muradı bıçaqladığını demişdir. O, bayırdakı gözətçiləri köməyə çağırmaq üçün pəncərədən Hökümə ilə birlikdə çıxmışdır. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq şahid Qanuni nümayəndə bildirmişdir ki, o, Ramildən ayrılmış və onlar ayrı yaşamışlar. O, şəhərdə qalanda Murad yanına gəlib-getmişdir. Muradı məhəllədən tanımış, qonşu olmuşlar. Muradla aralarında yaxın münasibət olmuşdur. Hadisə baş verdiyi ərəfədə isə Muradla yaxın münasibətləri olmamışdır. Muradla qızı Hökümənin heç bir əlaqəsi olmamış, uşaqları Muradı qonşu kimi tanımışlar. Muradla bir yerdə şəkil çəkdirmişlər və Murad həmin şəkilləri “İnstagram” sosial şəbəkəsindəki hesabında paylaşmışdır. Ramil Muradla onun birlikdə çəkilmiş şəkillərini gördükdən sonra onların münasibətlərindən xəbər tutmuşdur. O, əri ilə birlikdə yaşamamışdır. Hadisə günü dəniz kənarındakı evə sənədləri götürmək məqsədilə getmiş, sənədləri götürüb şəhərə getməyi planlaşdırmışdır. O, getməyə tələsmədiyi üçün hamama girmişdir. Onun Ramildən ayrılmaq niyyəti həmişə olmuş, lakin Ramil ondan ayrılmamışdır. Ramil ifadəsində Muradla Hökümənin qucaqlaşıb öpüşdüklərini gördüyünü desə də, o, buna inanmır. Hökümədən də bu barədə soruşmuş, qızı da elə bir halın olmadığını demişdir. Hadisə evin içində baş vermiş, o, hamamdan bir başa bayıra çıxmış, kömək çağırmışdır. O, hadisənin necə baş verdiyini görməmişdir. Onun dörd uşağı var, böyük uşağının 14 yaşı var. Murad onların ailələrindən biri kimi olmuş, o, Murada inandığı üçün qızını onun yanında qoyub hamama girmişdir. Məhkəmə iclasında könüllü olaraq qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində ifadə vermiş təqsirləndirilən şəxsin qızı Şahid2 ifadəsində göstərmişdir ki, Muradı Novruz bayramı ərəfəsində tonqal vaxtı tanımış, belə ki, hər kəs tonqal ətrafına toplaşandan Murad da oraya gəlmişdir. Orada Muradla ünsiyyətləri yaranmışdır. Murad hərdən məhəlləyə gəlmiş, onlar görüşüb söhbət etmişlər. Murad nə vaxtsa onların evinə gəlib qalmamış, lakin anası müəyyən bir müddət evdən çıxıb getmişdir. Axırıncı dəfə atası içib özündə olmamış, onlara gedib digər evdə qalmalarını demişdir. Onlar digər evə gedərək beş-altı gün orada qalmış, həmin müddətdə atalarından xəbərləri olmamışdır. Həmişə atası ayılandan sonra zəng edib onları evə çağırmış, lakin bu dəfə atasından səs çıxmadığına görə atasının özünə nəsə etməsindən qorxmuşlar, buna görə də Murad gedib evə baxmış, evin işıqlarının yanmadığını, evdən səs gəlmədiyini demişdir. Səhəri gün o, nənəsi ilə birlikdə gedib baxmış, atası evdə olmuşdur. Atası evə qayıdıbqayıtmayacaqlarını soruşmuş, o da anasının ondan boşanacağını demişdir. O, atasının tək qalmasını istəmədiyi üçün onunla qalmış, anası isə Zəhra, Fatimə və Bəylərlə birlikdə şəhərdəki evdə qalmışdır. Atası anasına zəng edib onları evə geri çağırmış, ailələrinin dağılmasını istəmədiyini demişdir. Anası da ona həmişə belə etdiyini, onu geri çağırıb düzələcəyini desə də, düzəlmədiyini demişdir. Belə ki, atası həmişə içmiş, səhərə kimi yatmamış, oyaq qalmış, davamlı olaraq 102 xidmətinə zəng edib narahat etmişdir. Bununla belə atası içəndə onlarla işi olmamış, nə anasını, nə də onları döyməmişdir. Atasının zəngindən sonra bacısı Zəhra da onların yanına qayıtmış, lakin anası ilə digər bacısı və qardaşı qayıtmamışdır. Gecə saat 2 radələrində o, oyanaraq atasının bıçaqla Zəhranı qorxutmaq istədiyini görmüş, o, oyandığı üçün bıçaq onun ayağından və sinəsindən dəymişdir. O, atasından nə etdiyini soruşmuş, atası da ağlayaraq səhv etdiyini, analarının hirsini onlardan çıxdığını demişdir. Səhəri gün yaralarına dərman vurduqdan sonra anasını axtarmaq üçün şəhərdəki evə getmiş, lakin analarını tapa bilməmişlər. Anası 10 gün sonra gəlmiş, həmin vaxt onun yaraları artıq sağalmaq üzrə olmuşdur. Anası onun yaralarını görüb, kimin etdiyini soruşmuş, o da atasının ona hirslənib, hirsini onlardan çıxartdığını demişdir. Atası işə getdikdən sonra anası ilə birlikdə gedib atasından şikayət etmişlər. Polis bölməsinə gedəndə Murad da onlarla birlikdə getmişdir. Şikayət etdikdən sonra atasına zəng edib ondan şikayət etdikləri barədə məlumat vermişlər. Atası da əsəbləşmiş və anasına onları öldürəcəyini demişdir. Şikayət edərkən polis onlardan şəxsiyyət vəsiqələrini istəmiş, onların şəxsiyyət vəsiqələri dəniz kənarındakı evdə olmuş, buna görə də sənədləri götürmək üçün gedərkən Murad gəlib onlardan hara getdiklərini soruşmuşdur. Murada dəniz qırağındakı evə getdiklərini demişlər. Murad da onlarla birlikdə gəlməyi təklif etmiş, belə ki, Murad atasının gəlib onlara nə isə edəcəyindən ehtiyat etmişdir. Birlikdə dəniz kənarı evə getmişlər. Digər evdə su kəsildiyi üçün anası həmin evdə hamama girmiş, o isə Muradla birlikdə sənədləri götürmək məqsədilə evə girmişlər. Onlar mətbəxtdə bir az söhbət etmiş, daha sonra sənədləri tapmaq üçün yataq otağına keçmişlər. Bu zaman mətbəxin pəncərəsindən tappıltı səsi gəlmiş, o, gedib baxanda atasının gəldiyini görmüşdür. Atası ona heç nə deməmiş, yataq otağına keçib Muradı görmüşdür. Heç kim səsini çıxartmamış, hər kəs bir-birinə baxmış, atası cibindən bıçağı çıxardıb Muradın üstünə getmişdir. O, atasının gəlib Muradı öldürmək istədiyi barədə gedib anasına xabər vermiş, anası ilə birlikdə kömək çağırmağa getmişlər. Polislər gəldikdən sonra qayıdıb evin boş olduğunu, polislərin isə atasını tutduğunu görmüşlər. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, o, atasını Muradı vurarkən görməmiş, lakin Muradın üstünə getdiyini görmüşdür. O, 186 nömrəli məktəbdə 8-ci sinifdə oxuyur. Anasının Muradla gəzib, yaşadığını bilməmişdir. Murad ona onu istədiyini demiş, lakin o, bunu qəbul etməmişdir. Hadisə günü atası gələndə Muradın onu qucaqlaması, öpməsi kimi hallar olmamış, atasının hansı səbəbdən belə ifadə verməsini bilmir. O, anasına Muradın onu istəməsini deməsi barədə məlumat verməmiş, lakin anası sonradan bu barədə bilmişdir. Məhkəmə iclasında könüllü olaraq şahid qismində ifadə vermiş təqsirləndirilən şəxsin qardaşı Şahid5 Adışirin oğlu ifadəsində göstərmişdir ki, o, hadisə günü evdə uşağı ilə birlikdə olmuşdur. O, anası ilə qonşu evdə yaşayır. Hadisə günü gecə saatlarında Ramilin uşaqları Zəhra və Hökümə ağlaya-ağlaya gəlib, Ramilin anaları Mələyi öldürəcəyini demişlər. Uşaqlar Ramilin onları da öldürəcəyindən qorxduqlarını dedikləri üçün o, DİN-in 102 xidmətinə zəng edərək Post Patrul Xidmətinin göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid5 Adışirin oğlu bildirmişdir ki, Ramil onun ögey qardaşıdır. Buna baxmayaraq münasibətləri həmişə yaxşı olmuşdur. Qardaşı yaxşı adam olmuş, ailəsi ilə də münasibəti yaxşı olmuşdur. O, hadisəni Ramilin uşaqlarından öyrənmiş, sonradan eşitdiyinə görə Murad evdə olmuş, hadisə də orada baş vermişdir. O, Muradın niyə orada olduğunu bilmir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə atası Ramilin işi başladığı üçün dənizə getmiş, atası işə getdikdən sonra bacısı Hökümə anası Mələyə atasının bıçaqla gecə vaxtı ona xəsarət yetirməsini demiş, daha sonra bibisi Aygünün ondan nə üçün qəribə davrandığını və halsız olduğunu soruşduqda atası Ramilin ona qarşı əxlaqsız hərəkətlər etdiyini demişdir. Bundan sonra anası Mələk onunla söhbət edib DİN-in 102 xidmətinə zəng vuraraq olanlar barədə məlumat vermiş, bundan sonra anası Mələk Hökümə ilə birlikdə Pirallahı RPİ-yə gedərək orada ərizə ilə Ramil barəsində şikayət etmişlər. Pirallahı RPİ-dən səhəri gün şəxsiyyətlərini təsdiq edən sənədlərlə birlikdə yaxınlaşmalarını demişlər, daha sonra anası Mələk istifadəsində olan mobil telefonun “whatsapp”-ı vasitəsi ilə atası Ramilə səs ataraq onu və bacısı Höküməni bıçaqlaması, həmçinin ona qarşı əxlaqsız hərəkətlər etməsinə görə cavab verməli olduğunu demiş, atası Ramil isə cavabında ona qarşı hər hansı əxlaqsız hərəkət etmədiyini və Mələyin onu şərlədiyini demişdir. Sonra evə qayıtmışlar, əslində atası Ramil həqiqətən də ona qarşı hər hansı əxlaqsız hərəkət etməmiş, sadəcə olaraq mütəmadi olaraq atası anası Mələklə söz mübahisəsi etmiş, onu təhqir etmiş və döymüş, o və digər bacıları artıq bundan bezmiş, buna görə də atasının həbs edilməsi üçün onun barəsində belə bir yalan məlumat vermişlər. Daha sonra düz hərəkət etmədiyini anladığı üçün həmin gün axşam Hökümə anası Mələklə birlikdə evdə olan zibilləri zibil qutusuna atmaq üçün, həmçinin dəniz qırağındakı evlərinə gedib oradan şəxsiyyət vəsiqələrini götürüb yuyunduqdan sonra geri qayıdacaqlarını demişlər. Daha sonra bacısı Fatimə və qardaşı Bəylərlə birlikdə nənəsi Şahid6gildə qalmışdır. Həmin gecə təxminən saat 01 radələrində atası Ramil istifadəsində olan mobil telefonla nənəsi Şahid6 istifadəsində olan mobil telefona zəng vurub işdən gələrək dəniz qırağında yerləşən evlərində Muradla bacısı Höküməni tutmasını və Muradı öldürməsini demiş, daha sonra anası Mələk də nənəsi Şahid6 zəng edərək hadisə barəsində məlumat verib DİN-in 102 xidmətinə müraciət etməsini demişdir. (cild İ, i/v: 206-212) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid6 ifadəsində göstərmişdir ki, oğlu Şahid5 ilə birlikdə yaşayır. 1978-ci ildə Vaqif Niftəliyev ilə ailə həyatı qurmuş, bu evlilikdən 1 övladı-Təqsirləndirilən şəxs dünyaya gəlmiş, ilk həyat yoldaşı Vaqif Niftəliyevlə bir neçə il evli qaldıqdan sonra boşanmış, daha sonra Adişirin Əliquliyev ilə ailə həyatı qurmuş, bu evlilikdən 3 övladı - Elnur Əliquliyev, Şahid5 və Aygün Əliquliyeva dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs təbiətcə səmimi insan olmuş, bununla belə Ramil spirtli içki içən şəxs olmuşdur. Ramil uzun müddətdir ki, Qanuni nümayəndə ilə ailə həyatı qurmuş, onların 4 övladı - Hökümə, Zəhra, Fatimə Nifətliyeva və Bəylər Niftəliyev doğulmuşdur. Gəlini Qanuni nümayəndə Novruz bayramı ərəfəsindən Zərərçəkmiş şəxs ilə münasibətinin olduğunu onun hərəkətlərindən hiss etmiş, bu barədə həmişə Mələyə düzgün yol göstərmiş, Mələyə ailəsini dağıtmamağı tövsiyə etmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs adını xatırlamadığı bibisi gələrək gəlini Mələyin Muradla birlikdə yaşadığını və qeyri-əxlaqi hərəkətlər etdiyini demiş, bundan sonra artıq Muradla Mələyin münasibətinin necə olduğunu dəqiqləşdirmişdir. Hadisə vaxtı hadisə yerində olmamış, bu barədə yalnız qəsəbə sakinlərindən eşitmiş, hadisənin necə baş verdiyini dəqiq bilmir, həmin vaxt özü də şokda olmuş, Ramilin belə hərəkət etməsinin heç vaxt ağlından keçirməmişdir (cild İİ, i/v: 141-144) Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - «Hadisə yerinə baxış keçirilməsi haqqında» 15 iyun 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, “Abşeronneft” NQÇİ-nin ərazisində yerləşən ünvansız fərdi qaydada tikilmiş evdir, yol torpaq örtüklüdür, üzərində asfalt yoxdur. Qeyd edilən evin giriş hissəsində darvaza vardır. Darvaza dəmir çərçivədən ibarət olub, orta hissəsi taxta materialındandır. Darvazanın çərçivə hissələri paslanmışdır, orta taxta hissəsi isə açıq bej rənglidir. Darvazanın qarşısında ağ rəngli motosiklet dayanmışdır. Darvaza yarı açıq vəziyyətdədir. Darvazadan evin həyətinə daxil olduqda, sağ tərəfdə üzəri açıq, mişar daşından tikilmiş köməkçi sahə vardır. Həmin hissədən qabağa irəlilədikdə həyətin sağ tərəfində mişar daşından tikilmiş hovuz vardır. Hovuzun sol tərəfində qeyd olunan ev yerləşir. Evin giriş qapısı göy rəngli üzəri paslanmış dəmir darvazadır. Darvazadan evə daxil olduqda ilkin olaraq qaraj sahəsinə keçilir. Qaraj sahəsindən isə evə daxil olmaq üçün dəhliz başlayır. Dəhlizin giriş hissəsində göy rəngli dəmir qapı vardır. Qapı açıq vəziyyətdədir. Qapıdan içəri daxil olduqda sola uzun dəhliz açılır. Dəhlizin divarları mişar daşmdandır, tavan hissəsi boz rəngli şifer ilə üzlənmişdir. Dəhlizin döşəməsi betondur. Dəhlizin orta hissəsində yuxarıdan paltar asmaq üçün ip quraşdırılmışdır. İpin üzərində çoxlu paltarlar asılmışdır. Dəhlizlə irəli gəldikdə sağ tərəfdə göy rəngli taxta qapı vardır. Qapı açıq vəziyyətdədir. Qapıdan içəri daxil olduqda otağın içərisində rəflər olduğu, rəflərin üzərində müxtəlif növ məişət əşyalarının olduğu görünür. Geri qayıdıb dəhlizlə irəlilədikdə sol tərəfdə ağ rəngli plastik qapının olduğu görünür. Qapı bağlıdır. Qapıdan içəri daxil olduqda otağın mətbəx otağı olduğu görünür. Mətbəx otağında ev əşyaları, soyuducu və digər məişət avadanlıqları vardır. Mətbəx otağının giriş qapısı ilə üzbəüz divarında yuxarıda pəncərə vardır. Pəncərə 0.60x0.70 m ölçüdədir. Qeyd olunan pəncərə yuxarıdan aşağıya doğru açıq vəziyyətdədir. Mətbəx otağında digər otağa ağ rəngli plastik qapı vardır. Həmin otağa daxil olduqda otağın yataq otağı olduğu görünür. Otaqda 03 ədəd çarpayı var. Çarpayılardan biri uşaq çarpayısıdır. Bundan başqa otağın sağ divarında yerdən təxminən 2 metr hündürlükdə qara rəngli televizor bərkidilmişdir. Otağın qapısı ilə üzbəüz əks divarında ağ rəngli plastik pəncərə vardır. Pəncərə bağlıdır. Pəncərə 0.40x0.60 m ölçüdədir. Qeyd olunan otaqlardan geriyə dəhlizə qayıtdıqda dəhlizdə olan mətbəx otağının qapısı ilə üzbəüz olan divara söykənmiş açıq sarı rəngli süpürgə və süpürgənin yanında çəhrayı rəngli plastik materialından xəkəndaz vardır. Xəkəndazdan 30 sm qarşıda dəhlizin döşəməsində damcı şəklində səpələnmiş qanabənzər ləkələr, qeyd olunan qanabənzər ləkələrdən 3.25 metr irəlidə sağ divarda olan hamam otağının qarşısında yerdə və qapının çərçivəsində tünd qırmızı rəngli qanabənzər ləkələr, qeyd olunan ağ rəngli plastik hamam qapısının tutacaq və çöl çərçivəsində tünd qırmız rəngli qanabənzər ləkələr, daha sonra hamam otağının giriş qapısı ilə üzbəüz divarda yerdən 40 sm hündürdə yerləşən 0.40x0.40 m ölçüdə olan ağ rəngli plastik pəncərənin çərçivəsinin müxtəlif yerində tünd qırmız rəngli qanabənzər ləkələr, mənzilin dəhlizinin qurtaracağındakı divarda yerdən 0.95 m hündürlükdə tünd qırmız rəngli qanabənzər ləkələr, sonra qeyd olunan mənzilin arxa hissəsinə gedilərək hamam otağının çölə açılan ağ rəngli plastik pəncərəsinin qarşısında yerdə məişət əşyalarının və torpağın üzərində tünd qırmızı rəngli qanabənzər ləkələr, daha sonra qeyd olunan hamam otağının çölə açılan ağ rəngli plastik pəncərəsinin qarşısında yerdə məişət əşyalarının yanında qanabənzər ləkələr olan 1 cüt qara rəngli tərlik, qeyd olunan yerdən 42 metr qarşıya irəlidədikdə torpaq qatının üzərində alt hissəsi ağ özü isə qara rəngli, üzərində qanabənzər ləkələr olan bir ədəd sol tay dəri materialından ayaqqabı, qeyd olunan ayaqqabıdan 4 metr qabaqda yerdə alt hissəsi ağ özü isə qara rəngli, üzərində qanabənzər ləkələr olan bir ədəd sağ tay dəri materialından ayaqqabı, sonuncu qeyd olunan üzərində qanabənzər ləkələr olan bir ədəd sağ tay dəri materialından ayaqqabıdan 7 metr sağ tərəfdə qarşıda yerdə laxta şəklində qanabənzər nümunələr və mərhum Zərərçəkmiş şəxs meyiti aşkar edilərək, meyitin yaxınlığındakı qan nümunələri aşkar edilərək götürülmüşdür. (cild İ, i/v: 3-20) - «Meyitə baxış keçirilməsi haqqında» 15 iyun 2023-cü il tarixli protokoldan görünür ki, meyitin əynində qara rəngli qısaqol mayka, mavi rəngli beli iplə bağlanan fınka, bozqara rəngli qısa alt kişi tumanı, boz rəngli bir cüt corab vardır. Paltarların əksər hissəsi tünd qırmızı rəngli qanabənzər maddə ilə çirklənmişdir. Maykanın ön səthində solda, boynunun sərbəst kənarından 4,0 sm, sol qoltuqaltı tikişdən 8,0 sm məsafədə 1,2 sm ölçüdə, boynunun sərbəst kənarından 5,5 sm, sol qoltuqaltı tikişdən 9,0 sm məsafədə 3,0 sm ölçüdə 2 (iki) ədəd; boynunun sərbəst kənarından 11 sm, sol qoltuqaltı tikişdən 15 sm məsafədə 3,0 sm ölçüdə 2(iki) ədəd; aşağı sərbəst kənardan 10 sm, sol yan tikişdən 6,0 sm məsafədə 3,0 sm ölçüdə 1 (bir) ədəd; sol qoltuqaltı nahiyədə 3 sm ölçüdə 1 (bir) ədəd, hamar kənarlı zədələr vardır. Finkanın belinin sərbəst kənardan 12 sm, sol yan tikişdən 2,0 sm məsafədə 2,0 sm ölçüdə 1 (bir) ədəd; belinin sərbəst kənardan 20 sm, sol yan tikişdən 3,0 sm məsafədə 1,5 sm ölçüdə 1 (bir) ədəd; belinin sərbəst kənardan 30 sm, sol yan tikişdən 5,0 sm məsafədə 4,0 sm ölçüdə 1 (bir) ədəd; hamar kənarlı zədələr vardır. Meyit kişi cinslidir, düzgün bədən qurluşlu, kafi köklükdədir. Meyitin boyunun uzunluğu 172 sm-dir. Əllə toxunduqda meyit soyumuşdur. Meyit qacıması müayinə olunan əzələ qruplarında yaxşı inkişaf etmişdir. Meyit ləkələri təyin edilmir. Başın tükləri qara rəngdədir, uzunluğu 3-5 sm-ə qədərdir. Əllə yoxladıqda kəllə tağı sümükləri tamdır. Gözləri yarımaçıq vəziyyətdədir, bəbəklər dairəvidir, diametrləri 0,5 sm-dir, ağlı qişalar tünd-qırmızı rəngli, nöktəvari qansızmalıdırlar. Qulaq seyvanları tamdırlar, xarici qulaq keçəcəkləri sərbəstirlər. Burun sümüklərini əllədikdə tamdır, burun dəlikləri ifrazatsızdırlar. Ağzı açıqdır, dili ağız boşluğundadır. Dişləri tam və təbii olmaqla yerindədir. Əllə yoxladıqda üz sklet sümükləri tamdırlar. Boynu gövdəyə uyğun inkişaf etmişdir, adi uzunluqda və köklükdədir, qaçıma hesabına hərəkətsizdir. Döş qəfəsi silindirik formadadır, simmetrikdir, əllə yoxladıqda qabırğaların pataloji hərəkətliliyi-sümük krepitasiya müəyyən edilmir. Qarnı qabırğalar qövsü səviyyəsindədir, simmetrikdir. Xarici cinsiyyət üzvləri kişi tiplidir, düzgün formalaşmışdır. Sünnət olunmuşdur, sidik kanalının xarici dəliyindən ifrazat yoxdur. Arxa keçəcək dəliyi qapalıdır, ətraf dərisi ifrazatsız və zədəsizdir.Yuxarı və aşağı ətraflar bədənə müvafiq inkişaf etmişdir, əllə yoxladıqda sümüklərin pataloji hərəkətliliyi-sümük krepitasiya müəyyən edilmir. Meyitin gövdəsinin ön və arxa səthinin əksər hissəsi tünd qırmızı rəngli qanabənzər maddə ilə bulaşmışdır. Meyitin bədən səthində aşağıdakı xəsarətlər: -Başın sol alın-gicgah nahiyəsində saat sfrblatının “11-5” rəqəmlərinə uyğun 6,0x0,2 sm ölçüdə 1 (bir) ədəd, kənarları hamar, bucaqları iti, dibində kəllə sümükləri görünən yara; -Boyunun aşağı 1/3-nin ön-sol yarısısnda saat sfrblatının “12-6” rəqəmlərinə uyğun 2,0x0,2 sm ölçüdə 1 (bir) ədəd, kənarları hamar, aşağı bucağı iti, digər bucağı küt yara; -Döş qəfəsinin ön səthində döş sümüyü proeksiyası üzrə İİİ-qabırğa səviyyəsində saat sfrblatının “11-5” rəqəmlərinə uyğun 2,2x0,2 sm ölçüdə 1 (bir) ədəd, kənarları hamar, yuxarı bucağı iti, digər bucağı küt, daxilə nüfuz edən yara; - Döş qəfəsinin ön səthinin sol yarısında ön körpücük proeksiyası üzrə İV-V qabırğa səviyyəsində saat sfrblatının “11-5” rəqəmlərinə uyğun 2,0x0,2 sm ölçüdə 1 (bir) ədəd, kənarları hamar, yuxarı bucağı iti, digər bucağı küt, daxilə nüfuz edən yara; - Sağ çiyin qurşağının ön səthində saat sfrblatının “11- 5” rəqəmlərinə uyğun 4,0x0,2 sm ölçüdə 1 (bir) ədəd, kənarları hamar, bucaqları iti yara; - Qarının ön divarının sol yan səthində saat sfrblatının “8-3” rəqəmlərinə uyğun 2,3x0,2 sm ölçüdə 1 (bir) ədəd, saat sfrblatının “7-1” rəqəmlərinə uyğun 1,7x0,2 sm ölçüdə 1 (bir) ədəd, (cəmi 2 (iki) ədəd) kənarları hamar, aşağı bucaqları iti, digər bucaqları küt yara; - Sol bazunun orta 1/3-nin ön-bayır səthində saat sfrblatının “9-3” rəqəmlərinə uyğun 5,0x0,2 sm ölçüdə 1 (bir) ədəd, kənarları hamar, bucaqları iti, yara; - Döş qəfəsinin arxa səthində onurğa proeksiyası üzrə Vİ-Vİİ qabırğa səviyyəsində saat sfrblatının “1-7” rəqəmlərinə uyğun !,7x0,2 sm ölçüdə 1 (bir) ədəd, kənarları hamar, yuxarı bucağı küt, digər bucağı iti, daxilə nüfuz edən yara; -Sol budun yuxarı 1/3-nin ön səthində saat sfrblatının “6-12” rəqəmlərinə uyğun 5,0x0,2 sm ölçüdə 1 (bir) ədəd, yuxarı bucağı iti, digər bucağı küt, yara; - Bel nahiyəsində sağda, saat sfrblatının “6-12” rəqəmlərinə uyğun 3,5x0,2 sm ölçüdə 1 (bir) ədəd, solda saat sfrblatının “5-11” rəqəmlərinə uyğun 1,8x0,2 sm ölçüdə 1 (bir) ədəd, kənarları hamar, bucaqları iti, səthi yara; - Bel nahiyəsində sağda 3,5x1,0 sm, 1,6x0,2 sm ölçüdə 2 (iki) ədəd, solda 2,2x0,8 sm, 1,5x1,0 sm ölçüdə 2 (iki) ədəd qeyri-müəyyən formalı və zolaq şəkilli, səthi ətraf dəri səviyyəsindən aşağı sıyrıq aşkar edildi. (cild İ, i/v: 21-27) - «Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» 15 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadəsi yerində yoxlanılmış, Təqsirləndirilən şəxs ifadəsini hadisə yerində bir daha təsdiq edərək hadisənin Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, “Abşeronneft” NQÇİ-nin ərazisində yerləşən ünvansız fərdi tikilinin mətbəx, yataq otağı və dəhlizində baş verdiyini qeyd etməklə əyani olaraq hadisə yerini göstərmişdir. (cild İ, i/v: 68-71) - «Şübhəli şəxsin könüllü təqdim etməsi və götürməsi», həmçinin «baxış keçirilməsi» haqqında 15 iyun 2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərində olmuş paltarlar aşağıdakılardır: 1) 01 ədəd çəhrayı rəngli köynək. Köynək qarışıq materialdan olmaqla qısaqolludur. Köynəyin ön səthində “Calvin Klein” sözləri yazılmışdır. Köynəyin sağ yan nahiyəsində düzbucaq formasında zədə olduğu görünür. Köynəyin üzərində gözlə görünən digər hər hansı zədə aşkar olunmadı. 2) 01 ədəd göy rəngli cins şalvar. Şalvar göy rəngli cins materialdan olmaqla iki yan, iki arxa cibi vardır. Şalvar öndən zəncirbənd və düymə ilə bağlanılır. Belində kəmər keçirmək üçün yerlər vardır. Bel etiketində “Big gastino denim” sözləri yazılmışdır. Üzərində gözlə görünən hər hansı əhəmiyyətli zədə yoxdur. (cild İ, i/v: 60-61; 62-65) - «Könüllü təqdim edilən əşyanın götürülməsi», həmçinin «baxış keçirilməsi» haqqında 15 iyun 2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə vaxtı cinayəti aləti kimi istifadə etdiyi açılıbqatlanan olmaqla, tiyə və dəstək hissəsindən ibarət 01 ədəd bıçağı könüllü təqdim etmiş və müəyyən olunmuşdur ki, həmin bıçaq tiyəsi və dəstəyi qara rəngli dəmir materialdandır. Tiyənin yuxarı sağ hissəsində 04 ədəd kəsik hissələr vardır, həmin hissənin altında uzunsov yarıq vardır. Bıçağın dəstəyində olan vintlər gümüşü rəngdədir. Bıçağın dəstəyinin üzərində dalğavari naxışlar vardır. Dəstəyin arxa tərəfində şalvara və kəmərə keçirmək üçün keçəcək mövcuddur. Tiyənin üzərində qanabənzər ləkələr vardır. Bıçağın ümumi uzunluğu 21.3 sm olub, tiyəsi 9.4 sm, dəstəyi isə 11.9 sm-dir. Bıçağın üzərində gözlə görünən hər hansı əhəmiyyətli zədə yoxdur. (cild İ, i/v: 75; 76-77) - «Könüllü təqdim edilən mobil telefonun götürülməsi» haqqında 15 iyun 2023-cü il tarixli, həmçinin «telefona baxış keçirilməsi» haqqında 19 iyun 2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus 01 ədəd “Fly” və 01 ədəd “Samsung Galaxy A10” markalı mobil telefonu təqdim etmiş, baxış zamanı ona məxsus “Samsung Galaxy A10” markalı mobil telefonun “Qalareya” bölməsində “whatsapp” adlı qovluqda 01 ədəd 08 saniyəlik video aşkar edilmiş, həmin video başqa bir mobil telefonda “İnstagram” sosial şəbəkəsində “Kafarovv55” adlı istifadəçinin profilində paylaşılmış 04 ədəd fotodan 03 fotonun ekran görüntüsündən ibarət olmuşdur. Təqsirləndirilən şəxs həyat yoldaşı Qanuni nümayəndə mərhum Zərərçəkmiş şəxs ilə birlikdə çəkilmiş 03 ədəd fotoşəklindən düzəldilmiş video görüntülərin fotoşəkli çəkilərək protokola əlavə edilmişdir. (cild İ, i/v: 80; 107-111) - «Könüllü təqdim edilən mobil telefonun götürülməsi» haqqında 26 iyun 2023-cü il tarixli və «telefona baxış keçirilməsi» haqqında 29 iyun 2023-cü il tarixli protokollardan görünür ki, Qanuni nümayəndə özünə məxsus 01 ədəd “Samsung Galaxy A32” markalı mobil telefonu təqdim etmiş, baxış zamanı həmin mobil telefonda olan “Google” adlı qovluqda “Fotoğraflar” adlı tətbiqdə Qanuni nümayəndə ilə mərhum Zərərçəkmiş şəxs 13 may 2023-cü il tarixli 03 ədəd fotoşəklinin olduğu müəyyən edilmiş və fotoşəkillər götürülərək protokola əlavə edilmişdir. (cild İ, i/v: 148; 151-154) - «Könüllü təqdim edilən paltarların götürməsi», həmçinin «baxış keçirilməsi» haqqında 03 iyul 2023-cü il tarixli protokollardan görünür ki, Mərhum Zərərçəkmiş şəxs məxsus geyim əşyaları götürülərək baxış keçirilmiş və beli qara rəngli rezinli, rezinin üzərində ağ rəngli hərflərlə “HLWZ UNDERWEAR” yazısı olan, tünd göy rəngli, ön-yan hissələri boz rəngdə olan, qarışıq materialdan olan 01 ədəd tumanın, boyun nahiyəsində “MEGA” yazısı olan, tünd-göy rəngli, qarışıq materialdan olan 01 ədəd köynəyin və mavi rəngli, cins materialdan olan, beli rezinli şalvarın üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik zədələr və qanabəzər ləkələr aşkar edilmişdir. (cild İ, i/v: 159; 160-165) - 15 iyun 2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı onda hər hansı bir sərxoşluq aşkar edilməmişdir. (cild İ, i/v: 34) - Məhkəmə-tibbi ekspertizasının 14 iyul 2023-cü il tarixli 14 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizasında aşkar olunmuş “plevra boşluğuna nüfuz edən, sol ağ ciyərin yuxarı payının ön səthini zədələyən döş qəfəsinin ön səthinin, sağ arxa onurğayanı xətt üzrə Vİ-Vİİ qabırğaarası sahədən plevra boşluğuna nüfuz edən, sağ ağ ciyərin aşağı payının arxa səthini zədələyən döş qəfəsinin arxa səthinin sağ yarısına, başın sol alın-gicgah nahiyəsinə, boyunun aşağı 1/3-nin ön-sol yarısına, sağ çiyin qurşağının ön səthinə, qarının ön divarının sol yan səthinə, sol bazunun orta 1/3-nin ön-bayır səthinə, sol budun yuxarı 1/3-nin ön səthinə, sağ və sol bel nahiyələrinə kəsilmiş və deşilmiş-kəsilmiş yaraları, sağ və sol bel nahiyələrinə sıyrıq xəsarətləri həyatidirlər, deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətin (alətlərin), kəsilmiş yaralar isə iti kənarlı alətin (alətlərin) təsirindən, sıyrıqlar isə küt əşya (əşyalar) təsirindən onun ölümündən az əvvəl əmələ gəlmişdir. Qeyd olunan deşilmiş-kəsilmiş və kəsilmiş yaralar deşici-kəsici alətin, ola bilsin ki, bıçağın iti ucu və iti kənara malik olan tiyəsinin deşici-kəsici və kəsici təsirindən əmələ gələ bilərdilər. Mərhum Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərdən döş qəfəsinin 3 (üç) ədəd plevra boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaraları istər birlikdə, istərsə də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın, digər yaralar istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa YÜNGÜL zərərvurmanın, sıyrıqlar isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlərin əlamətlərinə makikdirlər. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş deşilmiş-kəsilmiş yaralar kəsəri və küt tərəfi olan deşici-kəsici alətin təsirindən əmələ gəlmişdirlər. Bədən səthindəki yaraların ölçülərinə, yara kanalının dərinliyinə əsasən demək olar ki, deşici-kəsici alətin tiyəsinin eni 3,5 sm-dən çox olmamış, uzunluğu isə 12 sm-dən az olmamışdır. Beləliklə Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş deşilmiş-kəsilmiş və kəsilmiş yaraların ekspertizaya təqdim edilmiş bıçaqla yetrilməsi istisna olunmur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan 6-8 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb döş plevra boşluğuna nüfuz edən və hər iki ağ ciyərin zədələnməsi ilə nəticələnən deşilmişkəsilmiş yaralar səbəbindən baş vermiş kəskin qanitirmə olmuşdur. Mərhum Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər qısa müddət ərzində yetirildiyindən onların yetirilmə ardıcıllığı barədə fikir söyləmək mümkün deyil. Mərhum Zərərçəkmiş şəxs xəsarət yetirilərkən o, xəsarət yetirənlə müxtəlif qarşılıqlı vəziyyətlərdə (üzbəüz, arxası ona doğru, yan tərəfdə və s) ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs bədənində əllə, yumruqla və təpiklə vurulma nəticəsində törənməyə xarakterik bel nahiyəsinin sıyrıqları aşkar edildi. Mərhum Zərərçəkmiş şəxs arxa keçəcək dəliyində onunla qeyri-tibii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər (şüavari büküşlərin hamarlaşması, sfmktorun boşalması, qançır, sıyrıq, çat və s) aşkar edilmədi. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda etil spirti, narkotik maddələr, güclü təsiredicilər aşkar edilməmişdir. (cild İİ, i/v: 41-51) - Məhkəmə-tibbi ekspertizasının 23 iyun 2023-cü il tarixli 53 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində sol saidin sıyrıqları, sağ saidin qançırı aşkar edildi. Qeyd olunan xəsarət küt əşya (əşyalar) təsirindən müayinədən 3-5 gün əvvəl törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs (şəxslər) tərəfindən yetirilməsi istisna olunmur və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər əlçatan nahiyələrdə yerləşsə də, xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. (cild İ, i/v: 128-131) - Lifli materialların məhkəmə ekspertizasının 28 iyul 2023-cü il tarixli 3-16-16/2- 6/3831 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Həmin kənar lif mikrohissəciklərinin arasında, Zərərçəkmiş şəxs şalvarının üzərindən aşkar edilmiş göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər, Zərərçəkmiş şəxs şalvarının üzərindən aşkar edilmiş çəhrayı rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs köynəyinin tərkib liflərinə uyğun gəlirlər. (cild İİ, i/v: 53-58) - Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2434 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu müəyyən edilir; Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü və intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq aşkar olunur. Hövsələsizlik, emosional reaksiyalara meyillilik, inadkarlıq, tez özündən çıxmaq və eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir; Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur; Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur; Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir; Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik və qəzəb yaranmışdır; Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (affekt halında) olmamışdır. (cild İİ, i/v: 147- 151) - Məhkəmə tibbi-kriminalistik ekspertizasının 04 sentyabr 2023-cü il tarixli 321/2023- MTKŞ saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsində 07 ədəd, sol qoltuqaltı nahiyəsində 01 ədəd; tumanın ön hissəsinin sol nahiyəsində 01 ədəd; şalvarın sol ayağının ön-yuxarı nahiyəsində 01 ədəd deşilmişkəsilmiş zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Mərhum Zərərçəkmiş şəxs məxsus 01 cüt corab üzərində hər hansı əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. - Təqsirləndirilən şəxs məxsus köynəyin sağ yan nahiyəsində 01 ədəd məhdud cırılma aşkar olundu. Bu cırılma küt yaranma mexanizmə malikdir, köynəyin həmin nahiyəsinin gərilib-dartılması nəticəsində yaranmışdır. Təqsirləndirilən şəxs Niftəliyev Təqsirləndirilən şəxs məxsus şalvarın üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. - Təqsirləndirilən şəxs məxsus bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, deşici-kəsici xassəyə malik qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab edilmir, hazırki vəziyyətdə istifadəyə yararlıdır. (cild İİ, i/v: 153-158) - Məhkəmə tibbi bioloji ekspertizasının 11 avqust 2023-cü il tarixli 437/2023- MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu -O(İ), X2 qan qrupu -B(İİİ) (Təqdim olunan portalların çıxarılışının kserosurətinə əsasən) Ekspertizaya təqdim olunan 03 ədəd tənzif tampon, 04 ədəd çubuqlu pambıq tampon, 01 ədəd bıçaq, 01 cüt ayaqqabı, 01 cüt «vyetnamka» tipli yay başmağı, X3 məxsus cins şalvar, kofta, Zərərçəkmiş şəxs məxsus şalvar, kofta, trusik və 01 cüt corab üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «H» antigeni, əksər ləkələrdə həmçinin alfa və beta aqqlyutininləri alındı. Bu qan ləkələri Oalfabeta/İ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər. (cild İİ, i/v: 65-72) - Azərbaycan Respublikası TƏBİB «X13» X14 xx.xx.2023-cü il tarixli PHŞ-6-16/2- 290/2023 nömrəli və PHŞ-6-16/2-292/2023 nömrəli məktublarından görünür ki, Zərərçəkmiş şəxs tibb xidməti ərazisi üzrə ruhi-əsəb xəstələrinin siyahısında qeydiyyatda yoxdur, Təqsirləndirilən şəxs isə xx.xx.2005-ci il tarixdə X20 Dispanserində qeydiyyata götürülmüş, sonuncu dəfə xx.xx.2013-cü il tarixdə 2 saylı X1 “Şəxsiyyətin emosional davamsız pozuntusu, qarışıq tip, özünükəsmələrlə” diaqnozu ilə müayinədə olmuşdur. (cild İ, i/v: 257; 259) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X14 xx.xx.2023-cü il tarixli xx/xx-8775 və xx/xx-8787 nömrəli məktublarından görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs mərkəzdə narkoloji qeydiyyatda yoxdurlar. (cild İİ, i/v: 12; 14158) - İstintaq orqanının 15 noyabr 2023-cü il tarixli qərarı ilə mərhum Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynək, 01 ədəd şalvar, 01 ədəd tuman, 01 cüt corab, hadisə yerindən götürülmüş 01 cüt qara rəngli tərlik, 01 ədəd sol və 01 ədəd sağ tay qara rəngli ayaqqabı, 03 ədəd tənzif tampon və 04 ədəd çubuqlu pambıq tampon, Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynək və 01 ədəd şalvar, cinayətin aləti kimi istifadə olunmuş 01 ədəd bıçaq və Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A10” və “Fly” markalı mobil telefonlar, Qanuni nümayəndə məxsus “Samsung Galaxy A32” markalı mobil telefon və mərhum Zərərçəkmiş şəxs məxsus “Samsung Galaxy A21S” markalı mobil telefon maddi sübut qismində tanınmışdır. (cild İİ, i/v: 164-200) Məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı irəli sürülmüş ittihama dair öz dəlillərini gətirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilərək, hadisə zamanı zərərçəkmiş şəxsin onu boğmağa çalışması, o da özünü müdafiə etmək məqsədi ilə Zərərçəkmiş şəxs bıçaqla vurduğunu bildirməsi ilə bağlı ifadəsi ilə bağlı qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs barəsində təyin edilmiş məhkəmə tibbi ekspertizası zamanı onun üzərində sol saidin sıyrıqları, sağ saidin qançırı xəsarətləri aşkar edilsə də, onun üzərində boğmaya xaraktertik xəsarətlər aşkar edilməmişdir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu bıçaq zərbələrinin sayını da nəzərə alaraq onun özünü müdafiə etmək məqsədi ilə zərərçəkmiş şəxsi vurmasını inandırıcı və həqiqətə uyğun hesab etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Cinayət əməlinin tövsifi ilə bağlı məhkəmənin mövqeyi, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlməlidir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli araşdırma zamanı təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadəsi ilə, üzləşdirmə protokolları, ifadənin yerində yoxlanılması protokolu, eyni zamanda iş üzrə keçirilmiş ekspertizaların rəyləri və maddi sübutlarla təsdiq olunaraq, tam, hərtərəfli və obyektiv araşdırılmış və cinayət əməlinin onun tərəfindən törədilməsi məhkəmədə heç bir şübhə doğurmamışdır. Təqsirləndirilən şəxs qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə, Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmiş, onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusi ilə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə qüvvədən düşmüş əvvəlki Azərbaycan Respublikası CMnin 83-cü maddəsinin 4-cü hissəsi, 143-cü maddənin 4-cü hissəsi, 143-cü maddənin 3-cü hissəsi və 38-ci maddəsi ilə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2003-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (cild İİ, i/v: 35-36) Eyni zamanda Pirallahı RİHB-nın Pirallahı qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilən xasiyyətnamədən Təqsirləndirilən şəxs Pirallahı RPİ-də münaqişəli ailə kimi qeydiyyata alındığı göstərilmişdir. (cild İ, i/v: 251) Beləliklə məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən könüllü təqsirini boynuna almasını, 59.1.4-cü maddəsinə əsasən himayəsində 4 azyaşlı uşağının olmasını, 59.2-ci maddəsinə əsasən səmimi ifadələr verməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan 15 iyun 2023-cü il tarixli Raportdan görünür ki, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs DİN-in 102 ZM-nə zəng edərək həyat yoldaşı və 13 yaşlı qızı ilə münasibətdə olan Murad adlı şəxsi bıçaqlayaraq (20 ədəd bıçaq vurub) öldürməsi barədə məlumat vermişdir. (cild İ, i/v: 114-115) İş materiallarında olan Pirallahı RİHB-nın Pirallahı qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilən 24 iyul 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü Şahid2, xx.xx.2010-cu il təvəllüdlü Şahid3, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 adlı dörd övladı var. (cild İ, i/v: 249-250) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların mövcud olmamasını, həmçinin yuxarıda sadalanan yüngülləşdirici halların məcmusunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, i/v: 46-47) Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 15 iyun 2023cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. İş üzrə maddi sübutlar- Pirallahı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan mərhum Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynək, 01 ədəd şalvar, 01 ədəd tuman, 01 cüt corab, hadisə yerindən götürülmüş 01 cüt qara rəngli tərlik, 01 ədəd sol və 01 ədəd sağ tay qara rəngli ayaqqabı, 03 ədəd tənzif tampon və 04 ədəd çubuqlu pambıq tampon, Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynək və 01 ədəd şalvar, cinayətin aləti kimi istifadə olunmuş 01 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A10” və “Fly” markalı mobil telefonlar sahibinə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməli, mərhum Zərərçəkmiş şəxs məxsus “Samsung Galaxy A21S” markalı telefon isə onun hüquqi varisinə qaytarılmalı, Qanuni nümayəndə məxsus “Samsung Galaxy A32” markalı mobil telefonun sahibinə geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur (i/v: cild İİ, səh.54). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli olan əmlak, həmçinin mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 15 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilərək Pirallahı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan mərhum Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynək, 01 ədəd şalvar, 01 ədəd tuman, 01 cüt corab, hadisə yerindən götürülmüş 01 cüt qara rəngli tərlik, 01 ədəd sol və 01 ədəd sağ tay qara rəngli ayaqqabı, 03 ədəd tənzif tampon və 04 ədəd çubuqlu pambıq tampon, Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynək və 01 ədəd şalvar, cinayətin aləti kimi istifadə olunmuş 01 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A10” və “Fly” markalı mobil telefonlar sahibinə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin, mərhum Zərərçəkmiş şəxs məxsus “Samsung Galaxy A21S” markalı telefon zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın, Qanuni nümayəndə məxsus “Samsung Galaxy A32” markalı mobil telefon sahibinə qaytarılsın. İş üzrə məhkəmə məsrəfləri 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar