Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1112/2021 07.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X19 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı2 və Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Vəkillər Kollegiyasının Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakı ilə, xx xxxx 1990-cı ildə Bərdə rayonunun Xanərəb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Bərdə rayonunun Xanərəb kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qetimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4, 181.2.5, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə, 31 avqust 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qetimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4, 181.2.5, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, silah qismində əşya tətbiq etməklə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq və qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor tətbiq etməklə özgənin əmlakını tələb etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə 9 oktyabr 2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs1 idarə etdiyi 1999-cu il buraxılışlı ban nömrəsi WBAGG41060DN63317 olan tünd göy metalik rəngli “BMV 735” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə sərnişin qismində Yardımlı rayonundan Abşeron rayonu, Masazır qəsəbəsi, Masazır dairəsinə gələrək orada avtomobili saxlatdırdıqdan sonra avtomobilin içərisində Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 hədə-qorxu gələrək 10.000 manat pul tələb etməklə sonuncunu döyüb ona sağ gözün ağlı qişasına total qansızma ilə müşayiət olunan sağ göz orbitasının hematoması, sağ qulaq seyvanının, döş qəfəsinin sol yarısının iç səthinin, sağ bazunun, sol bel nahiyəsinin və qarnın ön divarının qançırlarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül bədən xəsarətləri yetirərək bıçaqdan silah qismində istifadə edib həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıq tədbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək əlində olan bıçağı Zərərçəkmiş şəxs2 böyrünə dirəmiş, o isə öz növbəsində Zərərçəkmiş şəxs1 bıçaqdan silah qismində istifadə edib həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıq tədbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək əlində olan bıçaqla hədə-qorxu gəlib 10.000 manat pul tələb edərək bıçağın dəstəyinin arxası ilə sonuncunun başına 1 dəfə vuraraq ona təpə nahiyəsinin hematomasından ibarət dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirdikdən sonra onlardan pul ala bilmədikləri üçün Təqsirləndirilən şəxs1la birlikdə avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 1999-cu il buraxılışlı ban nömrəsi WBAGG41060DN63317 olan tünd göy metalik rəngli “BMV 735” markalı ** KK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən zorla düşürərək quldurluq və hədə-qorxu yolu ilə tələb etdikləri pulun əvəzinə avtombili onlardan alıb hadisə yerindən uzaqlaşmaqla zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 9.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla hədə-qorxu ilə əmlak xarakteri daşıyan tələb etmə və quldurluq cinayətini, digər Zərərçəkmiş şəxs2 qarşı isə hədə-qorxu ilə əmlakı tələb etmə və quldurluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4, 181.2.5, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Xanərəb kəndində ailəsi ilə birlikdə yaşamışdır. Lakin arada bir Bakı şəhərinə gələrək orada da yaşamışdır. Zərərçəkmiş şəxs2 təxminən 6 il müddətdir ki, tanımışdır. Nəzakətlə qeyri-rəsmi münasibəti olmuşdur. Təxminən 2020-ci ilin sentyabr ayının axırlarında Nəzakətin yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, bina 57, mənzil 45-də aralarında bir az söz-söhbət olmuş, həmin zaman Nəzakəti vurmuş və Nəzakət də onun barəsində Bakı şəhəri, Nəsimi rayonu Polis İdarəsinin 19-cu Polis Bölməsinə şikayət etmişdir. Daha sonra Nəzakət onunla barışmış və Nəzakətin şikayəti üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Bir müddət Nəzakətlə əlaqəsi olmamışdır. 7 oktyabr 2020-ci il tarixdə Nəzakət mobil telefonuna zəng vuraraq 8 oktyabr 2020-ci il tarixdə Yardımlı rayonunda yerləşən ziyarətə onunla getmək istədiyini bildirmişdir. Nəzakətin bu istəyini qəbul etmiş və Nəzakət Yardımlı rayonuna tanışı Zübalənin oğlu Zərərçəkmiş şəxs1 avtomobili ilə gedəcəklərini bildirmişdir. O da tanışı Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlamış və Ayazın əsli Yardımlı rayonundan olduğu üçün həmin rayonu Ayazın yaxşı tanımasına görə Ayaza onunla Yardımlı rayonuna getməsini demişdir. Ayaz da onun istəyini qəbul etmiş və gedə biləcəyini bildirmişdir. X1 birlikdə gedəcəyini deməmişdir. 8 oktyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 idarə etdiyi “BMV 735” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Şamaxinka adlanan əraziyə gəlmiş və Ayazla onu götürmüşdür. X6 kim olduğunu soruşduqda o, Ayazın tanışı olduğunu və Yardımlı rayonundan olduğu üçün Ayazı həmin rayonu yaxşı tanımasına görə apardığını demişdir. Nəzakət və Baba da Ayazın onlarla birlikdə getməsinə heç bir şey deməmişlər. Onlar Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobil ilə Yardımlı rayonu, Permber kəndində olan ziyarətə getmişlər. Nəzakətin oğlu Aqşinin psixoloji xəstələyi olduğu üçün Nəzakət həmin ziyarətə nəzir qoymaq üçün getmişdir. Onlar ziyarətə baş çəkdikdən sonra Bakı şəhərinə qayıtmaq istəyərkən həmin vaxt Babanın idarə etdiyi avtomobili o idarə etmiş və həmin vaxt Yardımlı rayon X18 Patrul Xidmətinin əməkdaşları idarə etdiyi avtomobili saxlamışlar. Onun həmin avtomobilə etibarnaməsi olmadığı üçün Yardımlı rayon Polis Şöbəsinin əməkdaşları onu şöbəyə dəvət etmişlər. Polis Şöbəsində onun, Ayazın, Nəzakətin və Babanın izahatlarını almış və sonra avtomobili cərimə meydançasına yerləşdirmişlər. Bundan sonra onlar birlikdə Ayazın Abşeron rayonu, Permbel kəndində olan qohumlarıgilə qonaq getmişlər. Onlar bir gün orada qaldıqdan sonra, yəni 9 oktyabr 2020-ci il tarixdə Yardımlı rayon Polis Şöbəsinə getmişlər. Polis Şöbəsində barəsində inzibati protokol tərtib edilmişdir. Həmin cəriməni ödəmək üçün Babanın anası Bakı şəhərindən Yardımlı rayonu Mərkəzi Poçta miqdarını bilmədiyi məbləğdə pul göndərmiş və Baba həmin cəriməni ödədikdən sonra avtomobili cərimə meydançasından azad etmişlər. Bundan sonra Baba avtomobili idarə edərək Bakı şəhəri istiqamətində getmişdir. Onlar Yardımlı rayonu ərazisində olarkən Nəzakət söhbət zamanı onu hirsləndirdiyi üçün şillə ilə Nəzakətin sifətindən vurmuşdur. Bundan sonra Masallı rayonunda yerləşən kafelərin birində çay içmək üçün düşmüşlər. Həmin vaxt Ayazın tanışı onları həmin kafeyə aparmışdır. Kafedə kabinetlərin birində oturmuşlar. Bu zaman Nəzakət yenə də onu təhqir etdiyi üçün Nəzakəti şillə ilə vurmuşdur. Bundan sonra Nəzakət həmin yerdə səs-küy salmış və onu kafedə olan şəxslər oradan uzaqlaşdırmışlar. Daha sonra yenidən avtomobilə əyləşmiş və Bakı şəhəri istiqamətində gəlmişlər. Bakı şəhərinə çatdıqda Babaya avtomobili Abşeron rayonu, Masazır dairəsinə sürməsini bildirmişdir. Həmin vaxt arxada Nəzakət ilə oturmuş, Ayaz isə avtomobilin qabaq oturacağında əyləşmişdir. Abşeron rayonu, Masazır dairəsinə çatdıqda Babaya avtomobili saxlamasını demişdir. Yardımlı rayonuna getdikdə o və Ayaz özləri ilə bıçaq götürmüşlər. Abşeron rayonu, Masazır dairəsində Ayaza avtomobildən düşməsini və Babaya Nəzakəti özü ilə evlərinə aparmasını demişdir. Həmin vaxt Baba avtomobildən düşmüş, Nəzakəti qolundan tutmuş və o da Abşeron rayonu, Masazır dairəsində olan taksilərdən xahiş etmişdir ki, Nəzakəti və Babanı evlərinə aparsın. Həmin vaxt ölkə üzrə komendat saatı tətbiq edildiyindən və Babanın da avtomobilə etibarnaməsi olmadığından o, Babadan avtomobili almış və sabah qaytarcağını demişdir. Baba da razılaşmışdır. O, “BMW 735” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobili sürmüş və həmin vaxt Ayaz da onunla birlikdə avtomobildə olmuşdur. O, Babanın idarə etdiyi avtomobili Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Heydər Əliyev” parkının yaxınlığındakı ara küçələrin birində saxlamış və Xırdalan şəhərində yaşayan dayısı X2 evinə getmişdir. Ayaz isə həmin vaxt Xırdalan şəhərində düşərək yaşadığı evə getmişdir. Səhəri günü, yəni 10 oktyabr 2020-ci il tarixdə bütün gün dayısı Rizvangildə olmuş və gün boyu yatmışdır. 11 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri 7-ci mikrorayonda yaşayan Leyla adlı xanımla görüşüb onlarda qalmışdır. Həmin vaxt Babadan aldığı avtomobil Xırdalan şəhərində saxladığı yerdə olmuşdur. 12 oktyabr 2020-ci il tarixdə Babanın yaşadığı mənzilə getmiş və avtomobili Babaya qaytarmaq istəmişdir. Lakin həmin vaxt Baba evdə olmadığı üçün həmin axşam, yəni 12 oktyabr 2020-ci il tarixdə yenidən avtomobillə Babanın evinə getmişdir. Bu zaman həmin yerdə dörd nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib onu Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Üzərində bıçaq gəzdirməyinin heç bir məqsədi olmamışdır. Nəzakət ilə qısqanclığa görə mübahisəsi olmuşdur. O, Nəzakətin göz nahiyəsinə şillə ilə vurmuşdur. Baba ilə heç bir ədavəti olmamışdır. Cəriməni Baba ödəmişdir. O, Babadan və Nəzakətdən heç bir məbləğdə pul tələb etməmişdir. Babanın avtomobilini qaytarmaq şərti ilə Babanın razılığı ilə götürmüşdür. Onun həmin maşına dair etibarnaməsi olmamışdır. Ayazla Bakıya gəldikdən sonra sabahsı gün danışmışdır. Zərərçəkmiş şəxslərin şikayət etdiyini bilmişdir. Polis əməkdaşları onu Babanın evində tutmuşlar. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4, 181.2.5, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, ev 48-də ailəsi ilə birlikdə yaşamışdır. Təqsirləndirilən şəxs1 təxminən 5 il müddətdir ki, tanımışdır. Lakin Şahinlə elə də çox səmimi münasibəti olmamışdır. O və dostları Şahini çox vaxt Fərid olaraq çağırmışlar. 7 oktyabr 2020-ci il tarixdə Fərid (Şahin) mobil telefonuna zəng vuraraq sabah, yəni 8 oktyabr 2020-ci il tarixdə tanışları ilə Yardımlı rayonu, Permbel kəndində olan ziyarətə gedəcəyini və onun da ana tərəfi həmin kənddən olduğu üçün Şahingillə birlikdə Yardımlı rayonuna getməyini istəmişdir. O da Şahinlə razılaşmış və gedə biləcəyini demişdir. 8 oktyabr 2020-ci il tarixdə təxminən saat 9 radələrində Fəridlə Bakı şəhəri, Şamaxinka deyilən ərazidə görüşmüş və daha sonra Zərərçəkmiş şəxs1 adlı şəxs idarə etdiyi “BMW 735” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu və Fəridi Bakı şəhəri, Şamaxinka adlanan ərazidən götürmüşdür. O, avtomobilə əyləşdikdə avtomobildə bir qadının olduğunu görmüş və Fəriddən həmin qadının kim olduğunu soruşduqda Fərid həmin qadının adının Nəzakət olduğunu və Nəzakətlə qeyri-rəsmi yaşadığını, Yardımlı rayonuna da Nəzakətin oğlunun psixi xəstəlikdən əziyyət çəkdiyi üçün ziyarətgaha nəzir qoyub dua yazdıracağı üçün getdiklərini demişdir. Onlar Babanın idarə etdiyi avtomobil ilə Yardımlı rayonuna çatdıqda rayonda yollar biraz çətin olduğuna görə Baba avtomobili sürməyə qorxmuş və buna görə də avtomobili idarə etmək üçün Fəridə vermişdir. Fərid də avtomobili sürərkən Yardımlı rayonunda həmin vaxt Yardımlı rayon X18 Patrul Xidmətinin əməkdaşları avtomobili saxlamışlar. Fəridin həmin avtomobilə etibarnaməsi olmadığı üçün Yardımlı rayon Polis Şöbəsinin əməkdaşları onları şöbəyə dəvət etmişlər. Polis Şöbəsində onun, Fəridin, Nəzakətin və Babanın izahatlarını almış və avtomobili cərimə meydançasına yerləşdirmişlər. Bundan sonra birlikdə taksi ilə Permbel kəndində olan qohumlarıgilə qonaq getmişlər. Onlar həmin gecəni qohumu Ələddingildə keçirmişlər. Səhərsi, yəni 9 oktyabr 2020-ci il tarixdə Nəzakət qohumu Ələddinin arvadı ilə Permbel kəndində olan ziyarətə gedib evə qayıtmışdır. Daha sonra qohumu Ələddin taksi ilə onları Yardımlı şəhərinə yola salmışdır. X15 getdikdə orada cərimənin ödənəcəyi təqdirdə avtomobili çıxara biləcəklərini demişlər. Babanın və onların üzərində pul olmadığı üçün Babanın anası Bakı şəhərindən Yardımlı rayonu Mərkəzi Poçta miqdarını bilmədikləri məbləğdə pul göndərmişdir. Bu zaman Baba avtomobili Polis Şöbəsindən çıxaran zaman onlar Polis Şöbəsindən biraz aralıda meşəlik ərazidə çayxanada çay içmişlər. Baba avtomobili çıxartdıqdan sonra gəlib onları götürmüş və yola çıxmışlar. O da yolda olarkən Masallı rayonunda tanışına zəng vurmuş, Masallı rayonunda onları qarşılamağını və orda oturub çay içəcəklərini demişdir. Onlar Masallı rayonuna çatdıqda tanışı onları qarşılamış və Masallı rayonunda olan çayxanaların birinə aparmışdır. Həmin çayxanada bağlı otaqların birində oturmuşlar. Kafedə olarkən Fərid anidən Nəzakəti vurmağa başlamış və Nəzakət yerə düşdükdə o, tez Nəzakəti yerdən qaldırmışdır. Bu zaman şillə ilə dostcasına Babanın başından vurmuşdur ki, Nəzakətə kömək etsin. Kafedə səs-küy olduğuna görə kafenin sahibi otağa gəlmiş və sakit olmalarını demişdir. O da Nəzakəti gətirib avtomobilə otuzdurmuşdur. Bundan sonra onlar avtomobilə əyləşmiş və Bakı istiqamətində yola çıxmışlar. Yolda gedərkən avtomobili saxlatdırmış və Nəzakətə içməsi üçün su alıb vermişdir. Onlar Bakı şəhərinə çatdıqda Fərid Babaya avtomobili Abşeron rayonu, Masazır dairəsinə sürməyini bildirmişdir. O, yolda gələrkən Babaya vurduğu şilləyə görə üzr də istəmişdir. Həmin vaxt Fərid arxada Nəzakət ilə oturmuş, o isə avtomobilin qabaq oturacağında əyləşmişdir. Abşeron rayonu, Masazır dairəsinə çatdıqda Fərid Babaya avtomobili saxlamasını demişdir. Yardımlı rayonuna getdikdə o və Fərid özləri ilə bıçaq götürmüşlər. Daha sonra Fərid Abşeron rayonu, Masazır dairəsində ona avtomobildən düşməyini və Babaya Nəzakəti özü ilə evlərinə aparmasını demişdir. Həmin vaxt Baba avtomobildən düşmüş, Nəzakəti qolundan tutmuş və taksi ilə getmişlər. Həmin vaxt ölkə üzrə komendat saatı tətbiq edildiyindən və Babanın da avtomobilə etibarnaməsi olmadığı üçün Fərid Babadan avtomobili almış və sabah qaytarcağını demişdir. Baba da Fəridlə razılaşmışdır. Fərid “BMW 735” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobili sürmüş və həmin vaxtı o da avtomobildə olmuşdur. Fərid avtomobili Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Heydər Əliyev” parkının yaxınlığındakı ara küçələrin birində saxlamış və Xırdalan şəhərində yaşayan dayısıgilin evinə getmişdir. O isə həmin vaxt Xırdalan şəhərində düşərək yaşadığı evə getmişdir. Bundan sonra dəfələrlə Fəridə avtomobili Babaya qaytarmasını demişdir. Bir müddət keçdikdən sonra eşitmişdir ki, Fəridi Abşeron rayon Polis İdarəsinin əməkdaşları tutaraq həbs etmişlər. 20 yanvar 2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində olarkən mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Üzərində bıçaq gəzdirməyinin heç bir məqsədi olmamışdır. Astaraya gedəndə üzərində olan bıçağı yolda tullamışdır. Nəzakəti və Ayazı hadisəyə qədər tanımamışdır. Axtarışda olduğunu 2 ay sonra bilmişdir. O, Babanı vurduğu üçün onun özündən üzr istəmişdir. O, Nəzakət xanımdan və Babadan pul tələb etməmişdir. Hadisədən sonra Şahinə zəng etmişdir. Cəriməni Baba ödəmişdir. Şahin Babadan avtomobili götürən zaman sabaha qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4, 181.2.5, 182.2.1, 182.2.3 və 182.2.4cü maddələri ilə nəzərdə cinayət əməllərini törətməkdə təqsirli olmaları özlərinin qismən etirafedici ifadələri ilə yanaşı cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu ərazisində qızı ilə birlikdə yaşayır. O, Fərid adlı şəxslə 6 il qeyri-rəsmi münasibətdə olmuşdur. Fəridin əsl adı Təqsirləndirilən şəxs1dur. 7 oktyabr 2020-ci il tarixdə tanışı Zübaləyə zəng edərək Yardımlı rayonunda yerləşən pirə gedəcəyini və buna görə də oğlu Babanın idarə etdiyi avtomobil ilə getmək istədiyini bildirmişdir. Zübalə də ona oğlu Babanın onu Yardımlı rayonuna apara biləcəyini demişdir. Daha sonra söhbət zamanı Fərid adlı bir oğlanın da onunla birlikdə Yardımlı rayonuna gedəcəyini demişdir. Daha X7 onu Yardımlı rayonuna ziyarətgaha aparmasını deyib və Baba da onu apara biləcəyinə razılıq vermişdir. Səhərsi, yəni 8 oktyabr 2020-ci il tarixdə Baba idarə etdiyi avtomobil ilə Bakı şəhəri, 3-cü mikrorayon dairəsinin yaxınlığında onu götürmüşdür. Daha sonra Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Şamaxinka adlanan yerdə Fəridi və yanında bir nəfər adını sonradan bildiyi Ayazı da götürmüşdür. X3 kim olduğunu soruşduqda X13 rayonundan olduğunu və rayonu yaxşı tanıdığına görə Ayazı da apardığını bildirmişdir. Bundan sonra o, Ayaz, Fərid Babanın idarə etdiyi avtomobillə Yardımlı rayonuna getmişlər. Onlar Yardımlı rayonunun Permbel kəndində yerləşən ziyarətə baş çəkdikdən sonra Bakı şəhərinə qayıtmaq istəyərkən Yardımlı rayonunda yol polisi əməkdaşları Babanın avtomobilini həmin vaxt idarə edən Şahini saxlamışlar. Bu zaman Şahinin həmin avtomobilə etibarnaməsi olmadığına görə onu, Ayazı, Fəridi və Babanı Yardımlı rayon Polis Şöbəsinə aparmışlar. Daha sonra rayon Polis Şöbəsində izahatlarını almışlar. Lakin avtomobilin 1 gün Polis Şöbəsində qalacağını demişlər. Ona görə də həmin gün Ayazın Perimbel kəndində yaşayan qohumlarının evinə getmişlər və bir gün həmin evdə qalmışlar. Onlar səhərsi, yəni 9 oktyabr 2020-ci il tarixdə Yardımlı rayon Polis Şöbəsinə gələrək orada cəriməni ödəyib Babanın idarə etdiyi avtomobili götürüb Bakı şəhərinə yola çıxmışlar. Həmin cərimənin pulunu da Babanın anası Zübalə Bakı şəhərindən poçt vasitəsi ilə Yardımlı rayon Mərkəzi Poçtuna göndərmişdir. Baba avtomobili idarə etdikdə Ayaz Babanın yanında, o və Şahin isə arxa oturacaqda əyləşmişlər. Onlar Yardımlı rayonu ərazisində olarkən Ayaz və Şahin yolun kənarında olan meşəliyə getmişlər. Bundan sonra Ayaz və Şahin avtomobilə əyləşmişlər. Yolda Ayaz və X16 rayonu ərazisində bir kafedə saxlamasını bildirmişlər. Baba Masallı rayonu ərazisində avtomobili saxlamış, bir nəfər tanımadığı şəxs avtomobilə əyləşmiş və Ayazla görüşmüşdür. Bundan sonra həmin şəxs onları Masallı rayonu ərazisində kafeyə aparmışdır. Onlar birlikdə kafeyə gedib kafenin içərisində olan otaqların birində oturmuşlar. Həmin vaxt Şahin ilə qısqanclığa görə aralarında mübahisə baş vermiş və Şahin onun göz nahiyəsinə yumruqla vurmuşdur. Bakı şəhərinə çatdıqda Ayaz və Şahin Babaya avtomobili Masazır dairəsinə sürməyini bildirmişlər. Baba da avtomobili Abşeron rayonu, Masazır dairəsinə sürüb orada saxlamışdır. Bundan sonra Şahin Babaya maşından düşməsini və taksi tutub onu evə aparmasını, maşını isə sabah Babanın özünə qaytaracağını bildirmişdir. Bundan sonra Baba taksi tutmuş və onu evinə aparmışdır. Polisə şikayəti qızı etmişdir. Polisə şikayət ərizəsini o özü yazmışdır. O həmin şikayət ərizəsini əsəbi olduğu üçün yazmışdır. Təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı həmin ifadəni əsəbi oluğu üçün vermişdir. Məhkəmə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiə məqsədilə uydurulmuş, qeyrisəmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Zərərçəkmiş şəxs2 məhkəmədə elan olunmuş ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu ərazisində qızı ilə birlikdə yaşayır. Qızı Şahid4 Azərbaycan Respublikası DİN-nin “102” mərkəzi-zəng xidmətinə verdiyi məlumatla bağlı bildirmişdir ki, o, Fərid adlı şəxslə 6 il qeyri-rəsmi münasibətdə yaşamışdır. Fəridin əsl adı Təqsirləndirilən şəxs1dur. 7 oktyabr 2020-ci il tarixdə o, tanışı Zübaləyə zəng edərək Yardımlı rayonunda yerləşən pirə gedəcəyini və ona görə də oğlu Babanın idarə etdiyi avtomobil ilə getmək istədiyini bildirmişdir. Zübalə də ona oğlu Babanın onu Yardımlı rayonuna apara biləcəyini demişdir. Daha sonra söhbət zamanı o, Fərid adlı bir oğlanın da onunla birlikdə Yardımlı rayonuna gedəcəyini demişdir. Daha X7 onu Yardımlı rayonuna ziyarətgaha aparmasını deyib və Baba da onu apara biləcəyinə razılıq vermişdir. Səhərsi, yəni 8 oktyabr 2020-ci il tarixdə Baba idarə etdiyi avtomobil ilə Bakı şəhəri, 3-cü mikrorayon dairəsinin yaxınlığında onu götürmüşdür. Daha sonra Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Şamaxinka adlanan yerdə Fəridi və yanında bir nəfər adını sonradan bildiyi Ayazı da götürmüşdür. O, X3 kim olduğunu soruşduqda X13 rayonundan olduğunu və rayonu yaxşı tanıdığına görə Ayazı da apardığını bildirmişdir. Bundan sonra onlar Babanın idarə etdiyi avtomobillə Yardımlı rayonuna getmişlər. Onlar Yardımlı rayonunun Permbel kəndində yerləşən ziyarətə baş çəkdikdən sonra Bakı şəhərinə qayıtmaq istəyərkən Yardımlı rayonunda dövlət yol polisi əməkdaşları Babanın avtomobilini həmin vaxtı idarə edən Şahini saxlamışlar. Bu zaman Şahinin həmin avtomobilə etibarnaməsi olmadığına görə onları Yardımlı rayon Polis Şöbəsinə aparmışlar. Daha sonra rayon Polis Şöbəsində onların izahatlarını almışlar. Lakin avtomobilin 1 gün Polis Şöbəsində qalacağını demişlər. Ona görə də onlar həmin günü Ayazın Permbel kəndində yaşayan qohumlarının evinə getmişlər və bir gün həmin evdə qalmışlar. Onlar səhərsi, yəni 9 oktyabr 2020-ci il tarixdə Yardımlı rayon Polis Şöbəsinə gələrək orada cəriməni ödəyib Babanın idarə etdiyi avtomobili götürüb Bakı şəhərinə yola çıxmışlar. Həmin cərimənin pulunu da Babanın anası Zübalə Bakı şəhərindən poçt vasitəsi ilə Yardımlı rayon Mərkəzi Poçtuna göndərmişdir. Baba avtomobili idarə etdikdə Ayaz Babanın yanında, o və Şahin isə arxa oturacaqda əyləşmişlər. Onlar Yardımlı rayonu ərazisində olarkən Ayaz və Şahin yolun kənarında olan meşəliyə getmişlər, bundan sonra isə avtomobilə əyləşmişlər. Ayaz və Şahin avtomobilə əyləşdikdən sonra onların vəziyyəti bir başqa cür olmuşdur. Yardımlı rayonu ərazisində Şahingil onu və Babanı avtomobilin içərisində yumruqla vurmağa başlamışlar. Onu Şahin döymüş, Babanı isə Ayaz döymüşdür. O və Baba onları niyə döydükərini soruşduqda Ayaz və Şahin Babaya anasının yenə də pul göndərməsini və Babanın həmin pulu onlara verməsini demişlər. Daha sonra Ayaz və X16 rayonu ərazisində bir kafedə saxlamasını bildirmişlər. Baba Masallı rayonu ərazisində avtomobili saxlamış, bir nəfər tanımadığı şəxs avtomobilə əyləşmiş və Ayazla görüşmüşdür. Bundan sonra həmin şəxs onları Masallı rayonu ərazisində kafeyə aparmışdır. Onlar birlikdə kafeyə getmiş və kafenin içərisində olan otaqların birində oturmuşlar. Həmin vaxt Şahin yenə də onun üzərinə cumaraq onu vurub yerə yıxmış və yerdə onun böyründən təpikləməyə başlamışdır. Həmin vaxt Baba onu müdafiə etmək istəmiş, lakin Ayaz da həmin vaxt Babanın sifətindən şillə ilə vuraraq Babanı yerə yıxmışdır. Şahin onu yerdə təpikləyərkən o, kafedə olan şəxsləri səsləmişdir ki, ona kömək etsinlər. Lakin heç kəs ona kömək etməmişdir. Onun səs-küyündən sonra Ayaz onu yerdə sürüyə-sürüyə avtomobilə aparmışdır. Onu avtomobilə əyləşdirdikdən sonra onlar yenidən Bakı şəhəri istiqamətində gəlmişlər. Yolda Şahin və Ayaz yenə də Babadan pul tələb etməyə başlamışlar. Baba da hər dəfə pulunun olmadığını bildirmişdir. Lakin buna baxmayaraq Ayaz avtomobildə Babanı, Şahin isə onu vurmağa davam etmişdir. Onlar Bakı şəhərinə çatdıqda Ayaz və Şahin Babaya avtomobili Masazır dairəsinə sürməyini bildirmişlər. Baba da avtomobili Abşeron rayonu, Masazır dairəsinə sürüb orada saxlamışdır. Bundan sonra Babanın yanında oturan Təqsirləndirilən şəxs2 belinin arxasında olan şalvarın arasından bıçağı çıxararaq Babadan dərhal anasına zəng vurmasını və 10.000 manat pul gətirməsini bildirmişdir. Bu zaman Şahin də əlində olan bıçağı onun böyrünə dirəyərək ondan da 10.000 manat pul tələb etmiş, vermədiyi təqdirdə onun başını kəsəcəyini demişdir. Baba 10.000 manat pulunun olmadığını Ayaza bildirdikdə Ayaz əlində olan bıçağın arxası ilə Babanın başından vurmağa başlamışdır. Ayaz Babanı vuran zaman Şahin də onun yumruqlarla sifətindən, qolundan böyründən və bədənin müxtəlif yerlərindən vurmağa başlamış, Şahin əli ilə onun başından tutaraq səsinin çıxmaması üçün ayaqlarının arasına almış və həmin vaxt yumruqlarla kürəyindən vurduqda qulağında olan qızılı rəngli sırğanın hər iki tayı qulağından düşmüşdür. Daha sonra Ayaz və Şahin Babanın üzərinə qışqıraraq avtomobildən düşmələrini və onlar 20.000 manat pul gətirəcəkləri təqdirdə avtomobili verəcəklərini demişlər. Daha sonra Ayaz onu avtomobildən sürükləyərək yerə yıxmış və həmin vaxt Şahin Babanın üzərinə qışqırmışdır ki, avtomobildən yerə düşsün. Baba da bıçaqdan qorxaraq avtomobildən düşmüşdür. Bundan sonra Şahin avtomobilin sükanına əyləşmiş və Ayazla birlikdə həmin yerdən uzaqlaşaraq avtomobili aparmışlar. O sürünəsürünə orada olan taksiyə minmiş və Baba da taksidə başlarına gələnləri mobil telefon vasitəsi ilə anası Zübaləyə danışmışdır. Ayaz və Şahin onları hadisələri əgər kiməsə və yaxud da polisə deyəcəkləri təqdirdə ailələrini öldürəcəkləri ilə hədələmişlər. Daha sonra o qorxduğundan heç kəsə heç nə bildirməmişdir. Evə çatdıqda qızı Gülşən onun xəsarətlərini görüb kimin onu bu günə qoyduğunu soruşduqda o, Ayaz və Şahinin hədələrindən qorxaraq Gülşənə yalandan Yardımlı rayonunda yıxıldığını demişdir. Lakin səhərsi, yəni 10 oktyabr 2020-ci il tarixdə qızı Gülşən israrla onun bu vəziyyətə necə gəlməsini soruşduqda o baş verənləri Gülşənə danışmışdır. Bundan sonra Gülşən də ağlayaraq Azərbaycan Respublikası DİN-nin “102” mərkəzi-zəng xidmətinə onun Ayaz və Fərid, yəni Şahin tərəfindən döyülməsini bildirmişdir (cild 1, iş vərəqə 29-32). Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, dalan 2, ev 2-də ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs2 anası Şahid3 ilə yaxın dost olmuşdur. 7 oktyabr 2020-ci il tarixdə Nəzakət anasına zəng edərək Yardımlı rayonunda yerləşən pirə gedəcəyini və ona görə də onun idarə etdiyi avtomobil ilə getmək istədiyini bildirmişdir. Anası da Nəzakətə onun Nəzakəti Yardımlı rayonuna apara biləcəyini demişdir. Daha sonra söhbət zamanı Nəzakət Fərid adlı bir oğlanın da Nəzakətlə birlikdə Yardımlı rayonuna gedəcəyini demişdir. Anası telefonla danışıb qurtardıqdan sonra ondan sabah Nəzakəti Fərid adlı oğlanla birlikdə idarə etdiyi “BMW 735” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yardımlı rayonuna aparmağını xahiş etmişdir. O da anası ilə razılaşmışdır. Səhərsi, yəni 8 oktyabr 2020-ci il tarixdə idarə etdiyi avtomobillə Bakı şəhəri, 3-cü mikrorayon dairəsinin yaxınlığında əvvəlcə Zərərçəkmiş şəxs2, sonra isə Bakı şəhəri, Şamaxinka adlanan yerdə Fəridi və yanında bir nəfər adını sonradan bildiyi Ayazı da götürmüşdür. Fərid idarə etdiyi avtomobilə əyləşdikdə Nəzakət Ayazın kim olduğunu soruşmuş, Fərid isə Ayazın Yardımlı rayonundan olduğunu və rayonu yaxşı tanıdığına görə Ayazı da apardığını bildirmişdir. Bundan sonra Nəzakət, Fərid və Ayaz ilə idarə etdiyi avtomobillə Yardımlı rayonuna getmişlər. Onlar Yardımlı rayonunun Permbel kəndində yerləşən ziyarətə baş çəkdikdən sonra Bakı şəhərinə qayıtmaq istəyərkən Yardımlı rayonunda dövlət yol polisi əməkdaşları avtomobilini həmin vaxt idarə edən Ayazı saxlamışlar. Bu zaman Ayazın həmin avtomobilə etibarnaməsi olmadığına görə Nəzakəti, onu, Fəridi və Ayazı Yardımlı rayon Polis Şöbəsinə aparmışlar. O, Yardımlı rayon X8 əsl adının Təqsirləndirilən şəxs1 olduğunu bilmişdir. Daha sonra rayon Polis Şöbəsində onların hamısının izahatlarını almışlar və avtomobilin 1 gün Polis Şöbəsində qalacağını demişlər. Ona görə də həmin gün Ayazın Permbel kəndində yaşayan qohumlarının evinə getmişlər və bir gün həmin evdə qalmışlar. Səhərsi, yəni 9 oktyabr 2020-ci il tarixdə Yardımlı rayon Polis Şöbəsinə gələrək orada cəriməni ödəyib idarə etdiyi avtomobili götürüb Bakı şəhərinə yola çıxmışlar. Həmin cərimənin pulunu da anası Bakı şəhərindən poçt vasitəsi ilə Yardımlı rayon Mərkəzi Poçtuna göndərmişdir. O, avtomobili idarə etdikdə Ayaz yanında, Nəzakət və Şahin isə arxa oturacaqda əyləşmişlər. Avtomobillə yol gələrkən Şahin və Ayaz Yardımlı rayon ərazisində olarkən avtomobildən düşərək yolun kənarında narkotik vasitə olan şüşədən, yəni metafetamindən istifadə etmişlər və bundan sonra avtomobilə əyləşmişlər. Ayaz və Şahin avtomobilə əyləşdikdən sonra onların vəziyyəti bir başqa cür olmuşdur. Yardımlı rayonu ərazisində Ayazla Şahin onu və Nəzakəti yumruqla vurmağa başlamışlar. O və Nəzakət niyə belə etdiklərini soruşduqda Ayazla Şahin onlara pul vermələrini və Nəzakətin Şahinə 13.000 manat borcu olduğunu demişlər. O Masallı rayonu ərazisində avtomobili idarə edən zaman Şahin yenə də borcunu qaytarması üçün Nəzakəti vurmağa başlamışdır. O da Nəzakətə kömək etmək istədikdə Şahin şillə ilə onun sifətindən vurmuşdur. Bundan sonra Nəzakət “məni vurmasınlar” deyərək ağlamışdır. O, yenidən avtomobili idarə etmiş və Bakı şəhərinə gəlmişlər. Bakı şəhərinə gəldikdə Ayaz və Şahin ona avtomobili Abşeron rayonu, Masazır qəsəbəsi, Masazır dairəsinə sürməyini bildirmişlər. O da avtomobili Masazır dairəsinə sürüb saxlamışdır. Bundan sonra yanında oturan Təqsirləndirilən şəxs2 belinin arxasında olan şalvarın arasından bıçağı çıxararaq ondan 10.000 manat pul tələb etmiş və həmin vaxt arxaya döndükdə Şahinin də əlində olan bıçağı Nəzakətin böyrünə dirəyərək Nəzakətdən 10.000 manat pul tələb etdiyini görmüşdür. O, 10.000 manat pulunun olmadığını Ayaza bildirdikdə Ayaz əlində olan bıçağın arxası ilə onun başına vurmağa başlamışdır. Ayaz onu vuran zaman Şahin də Nəzakəti yumruqlarla sifətindən, qolundan böyründən və bədənin müxtəlif yerlərindən vurmağa başlamışdır. Daha sonra Ayaz böyründən tapançanı çıxararaq onun və Nəzakətin avtomobildən düşməsini bildirmiş və onlara 20.000 manat pul gətirəcəkləri təqdirdə avtomobili verəcəyini demişdir. Həmin vaxt Şahin də Ayazın dediklərini təkrarlamışdır. O və Nəzakət qorxudan avtomobildən düşmüşlər. Bu zaman Şahin ətrafda olan müşahidə kamerasını gördükdə tez Nəzakətin qolundan tutaraq taksiyə əyləşdirmişdir. O da qorxusundan tez anasına zəng vurmuş və Şahinlə Ayazın onu və Nəzakəti döyərək avtomobilini zorla əlindən aldıqlarını demişdir. Bundan sonra taksi birinci Nəzakəti evə aparmış, sonra da onu evə aparmaq istəyərkən komendat saatı olduğundan onu Bakı şəhəri, 3-cü mikrorayon dairəsində düşürtmüşdür. Ayazda bıçaq olmuşdur. Təqsirləndirilən şəxslər ondan 10.000 manat pul tələb etmişlər. Şahin və Ayaz hadisə barədə polisə xəbər verəcəkləri təqdirdə onları öldürəcəklərini bildirmişlər. Avtomobilini 3 gün sonra geri qaytarmışlar. Təqsirləndirilən şəxslərlə barışmış və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, oğlu Babanın “BMW 735” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. 7 oktyabr 2020-ci il tarixdə rəfiqəsi Nəzakət ona zəng edərək Yardımlı rayonunda yerləşən pirə gedəcəyini və ona görə də onun oğlu Babanın idarə etdiyi avtomobillə getmək istədiyini bildirmişdir. O da Nəzakətə etiraz etməyib bu barədə oğlu Babaya demişdir. Baba da Nəzakətin fikri ilə razılaşdıqdan sonra 8 oktyabr 2020-ci il tarixdə idarə etdiyi avtomobillə Bakı şəhəri, 3 mikrorayon dairəsinin yaxınlığında Nəzakəti götürərək Yardımlı rayonuna aparmışdır. 9 oktyabr 2020-ci il tarixdə Yardımlı rayonunda olan zaman Baba ona zəng edərək 250 manat pul lazım olduğunu bildirmişdir. O da Babaya poçt vasitəsi ilə 250 manat pul göndərmişdir. O həmin gün Babanın Yardımlı rayonundan evə gəldikdə narahat vəziyyətdə olduğunu görüb ondan nə baş verdiyini soruşmuşdur. Baba əvvəlcə ona heçnə deməsə də, bir gün sonra Yardımlı rayonuna yalnız Nəzakətlə deyil, Şahin və Ayaz adlı şəxslərlə də getdiyini, Bakıya qayıdan zaman yolda Şahinlə Nəzakət arasında mübahisə yarandığını, Şahinin Nəzakəti vurduğunu demişdir. Babadan niyə avtomobilsiz gəldiyini soruşduqda isə Bakı şəhərinə çatdıqda Ayaz və Şahinin ona avtomobili Masazır dairəsinə sürməsini, onun da avtomobili Abşeron rayonu, Masazır dairəsinə sürdüyünü, orada saxladıqda isə Şahinin ona maşından düşməsini və taksi tutub Nəzakəti evə aparmasını, maşını isə sabah özünə qaytarılacağını bildirdiklərini demişdir. Oğlu özünə məxsus avtomobili Şahinə tez-tez vermişdir. X20 və Ayazın onlardan pul tələb etməsi ilə bağlı ona heç nə deməmişdir. Oğlu Şahinin avtomobili sabaha qaytaracağını bildirdiyini demişdir. Ona qarşı heç kəs tərəfindən hər hansı bir təzyiq olmamışdır. İbtidai istintaq zamanı yazılan ifadəyə oxumadan imza etmişdir. Məhkəmə şahid qismində dindirilmiş Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Şahid3 məhkəmədə elan olunmuş ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, o, ailəsi ilə bir yerdə Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, dalan 2, ev 2-də yaşayır. Zərərçəkmiş şəxs1 onun oğludur. Oğlu Babanın “BMW 735” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Zərərçəkmiş şəxs2 onun rəfiqəsidir. Nəzakətlə aralarında olan münasibətləri hər zaman yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 7 oktyabr 2020-ci il tarixdə rəfiqəsi Nəzakət ona zəng edərək Yardımlı rayonunda yerləşən pirə gedəcəyini və ona görə də oğlu Babanın idarə etdiyi avtomobillə getmək istədiyini bildirmişdir. O da Nəzakətə etiraz etməyib oğlu Babaya bu barədə demişdir. Baba da Nəzakətin fikrinə etiraz etməmişdir. 8 oktyabr 2020-ci il tarixdə oğlu Baba idarə etdiyi avtomobillə Bakı şəhəri, 3-cü mikrorayon dairəsinin yaxınlığında Nəzakəti götürərək Yardımlı rayonuna aparmışdır. Baba Yardımlı rayonunda olan zaman 9 oktyabr 2020-ci il tarixdə ona zəng edərək 250 manat pulun lazım olduğunu bildirmişdir. O da Babaya poçt vasitəsi ilə 250 manat pul göndərmişdir. 9 oktyabr 2020-ci il tarixdə oğlu Baba Yardımlı rayonundan evə gəldikdə Babanın narahat vəziyyətdə və avtomobilsiz gəldiyini görüb Babadan nə baş verdiyini soruşduqda Baba əvvəlcə ona heç bir söz deməmişdir. Həmin söhbətdən bir gün sonra Baba ona bildirmişdir ki, Nəzakətlə bir yerdə Yardımlı rayonuna gedən Şahin və Ayaz adlı şəxslər Yardımlı rayonundan evə qayıtdıqda Abşeron rayonu, Masazır qəsəbəsi, Masazır dairəsində Şahin adlı şəxs Nəzakəti döyərək Nəzakətdən 10.000 manat pul tələb etmiş, Ayaz adlı şəxsdə onu döyərək 10.000 manat pul tələb etmiş sonra Şahinlə Ayaz bir yerdə onun idarə etdiyi “BMW 735” markalı **-KK- *** dövlət qeydiyyat nişanlı avtomobili əlindən alıb Nəzakətlə Babanın bir yerdə 20.000 manat pulu vermədikləri halda avtomobili verməyəcəklərini, polisə şikayət etdikləri halda isə onları öldürəcəkləri ilə hədələmişlər. Baba sonra bildirmişdir ki, bununla bağlı Nəzakətin qızı Gülşən DİN-nin “102” xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonra Baba ilə Nazakət Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişlər. O, rəfiqəsi Nəzakətlə əlaqə saxlayıb bu barədə soruşduqda Nəzakət oğlu Babanın dediklərini təsdiqləyərək başlarına gəldiklərini ona ətraflı danışmışdır. Bundan sonra bilmişdir ki, Nəzakətin tanışları olan Şahin və Ayaz adlı şəxslər Nəzakətlə Baba Yardımlı rayonundan geri qayıdan zaman onlara qarşı hədə-qorxu gələrək pul tələb etməklə oğlu Babanın idarə etdiyi “BMW 735” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobili əlindən alıb onlara qarşı quldurluq etmişlər (cild 1, iş vərəqə 155-157). Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadələrini mötəbər hesab edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin Cinayət-Axtarışı Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 10 oktyabr 2020-ci il tarixdə işdə növbədə olduğu zaman Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, bina 66 mənzil 45-də yaşayan Zərərçəkmiş şəxs2 Abşeron rayon Polis İdarəsinə gəlib ərizə ilə müraciət edərək 9 oktyabr 2020-ci il tarixdə saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə rəfiqəsinin oğlu Zərərçəkmiş şəxs1 idarə etdiyi “BMV 735” markalı ** KK *** dövlət qeydiyyat nişanlı avtomobillə bir yerdə Yardımlı rayonundan Abşeron rayonu, Masazır qəsəbəsi, Masazır dairəsinə gələrkən Masazır dairəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avotomobili saxlatdırıb ona və Zərərçəkmiş şəxs1 qarşı bıçaqdan silah kimi istifadə etməklə, şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıq tədbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək onlardan 10.000 manat pul tələb etmələrini və Zərərçəkmiş şəxs1 idarə etdiyi “BMW 735” markalı ** KK *** dövlət qeydiyyat nişanlı avtomobili onun əlindən alıb onlara qarşı quldurluq etmələrini bildirmişdir. Həmin şəxsin müraciəti ilə bağlı idarə rəhbərliyi onlara Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yerinin müəyyən edilərək tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair göstəriş vermişdir. Bununla bağlı Abşeron RPİ-nin CAŞ-nın əməliyyat müvəkkili Şahid1 və ondan ibarət əməliyyat qrupu yaradılmış və onlar əməliyyat-axtarış tədbirlərini keçirməyə başlamışlar. Keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 tərəflərindən Zərərçəkmiş şəxs1 məxsus “BMW 735” markalı ** KK *** dövlət qeydiyyat nişanlı avtomobillə bir yerdə saxlanılaraq Abşeron rayon Polis İdarəsinə dəvət olunmuşdur. Həmin şəxs onlarla bir yerdə Abşeron rayon Polis İdarəsinə gəlmişdir. Götürülmüş Zərərçəkmiş şəxs1 məxsus “BMW 735” markalı ** KK *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılan Təqsirləndirilən şəxs1 özü ilə birlikdə istintaq orqanına təhvil verilmişdir. Təqsirləndirilən şəxs2 qaçaraq istintaq orqanından yayındığı üçün barəsində istintaq orqanı tərəfindən axtarış elan olunmuş və keçirlən əməliyyataxtarış tədbirləri nəticəsində tərəflərindən saxlanılaraq istintaq orqanına təhvil verilmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı quldurluq edilməsi və hədə-qorxu ilə pul tələb edilməsi ilə bağlı idarəyə müraciət daxil olmuşdur. Şahinin Babanın evinə nəyə görə gəldiyini xatırlamamışdır. Ayazı Yasamal rayonunun ərazisində tutmuşlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, anası ilə bir yerdə Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, bina 66, mənzil 45-də yaşayır. Zərərçəkmiş şəxs2 onun anasıdır. Zərərçəkmiş şəxs1 tanıyır, Baba ilə münasibəti hər zaman yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 10 oktyabr 2020-ci il tarixdə DİN-nin “102” xidmətinə o, zəng etmiş və bununla bağlı bildirmişdir ki, anası Zərərçəkmiş şəxs2 Fərid adlı şəxslə 6 il qeyri-rəsmi münasibətdə yaşamışlar. Fəridin əsl adı Təqsirləndirilən şəxs1dur. 7 oktyabr 2020-ci il tarixdə anası Nəzakət tanışı Zübaləyə zəng edərək Yardımlı rayonunda yerləşən pirə gedəcəyini və ona görə də oğlu Babanın idarə etdiyi avtomobil ilə getmək istədiyini bildirmişdir. Zübalədə anasına oğlu Babanın anasını Yardımlı rayonuna apara biləcəyini demişdir. X7 anasını Yardımlı rayonuna ziyarətgaha aparmasını demiş və Baba da anasını apara biləcəyinə razılıq vermişdir. Səhərsi, yəni 8 oktyabr 2020-ci il tarixdə Baba idarə etdiyi avtomobillə Bakı şəhəri, 3-cü mikrorayon dairəsinin yaxınlığında anasını götürərək Yardımlı rayonuna aparmışdır. Sonradan bilmişdir ki, anası ilə bir yerdə Yardımlı rayonuna Təqsirləndirilən şəxs1 və Şahinin tanışı Təqsirləndirilən şəxs2 da getmişdir. 9 oktyabr 2020-ci il tarixdə anası Nəzakət Yardımlı rayonundan evə gəldikdə anasının sifətinin əzilmiş vəziyyətdə olduğunu görüb anasından nə baş verdiyini soruşduqda anası ona yalandan yolda avtoqəzaya düşərək əzildiyini bildirmişdir. Lakin o, anasının yalan danışmasına əmin olduğundan dəfələrlə bu barədə soruşanda anası ona heçbir söz deməmişdir. O, 10 oktyabr 2020-ci il tarixdə axşam saatlarında anasından hadisəni qətiyyətlə soruşduqda anası ona demişdir ki, “Biz Yardımlı rayonunun Perimbel kəndində yerləşən ziyarətə baş çəkdikdən sonra Bakı şəhərinə qayıtmaq istəyərkən Yardımlı rayonunda dövlət yol polisi əməkdaşları Babanın avtomobilini həmin vaxtı idarə edən Şahini saxladılar. Bu zaman Şahinin həmin avtomobilə etibarnaməsi olmadığına görə bizi Yardımlı rayon Polis Şöbəsinə apardılar. Daha sonra rayon Polis Şöbəsində bizim hamımızdan izahat aldılar. Lakin avtomobilin 1 gün Polis Şöbəsində qalacağını dedilər. Ona görə də biz həmin günü Ayazın Permbel kəndində yaşayan qonaqlarının evinə getdik və bir gün həmin evdə qaldıq. Biz səhərsi, yəni 9 oktyabr 2020-ci il tarixdə Yardımlı rayon Polis Şöbəsinə gəlib orada cəriməni ödəyərək Babanın idarə etdiyi avtomobili götürüb Bakı şəhərinə çıxdıq. Həmin cərimənin pulunu da Babanın anası Zübalə Bakı şəhərindən poçt vasitəsi ilə Yardımlı rayon Mərkəzi Poçtuna göndərmişdi. Baba avtomobili idarə etdikdə Ayaz Babanın yanında, mən və Şahin isə arxa oturacaqda əyləşmişdik. Biz Yardımlı rayonu ərazisində olarkən Ayaz və Şahin yolun kənarında olan meşəliyə getdilər. Bundan sonra Ayaz və Şahin avtomobilə əyləşdilər. Ayaz və Şahin avtomobilə əyləşdikdən sonra onların vəziyyəti bir başqa cür idi. Yardımlı rayonu ərazisində onlar məni və Babanı avtomobilin içərisində yumruqla vurmağa başladılar. Belə ki, məni Şahin, Babanı isə Ayaz döydü. Mən və Baba bizi niyə döydükərini soruşduqda Ayaz və Şahin Babaya anasını ona yenə də pul göndərməsini və onlara verməsini dedilər. Daha sonra Ayaz və X16 rayonu ərazisində bir kafedə saxlamasını bildirdi. Baba Masallı rayonu ərazisində avtomobili saxladı və bir nəfər tanımadığım şəxs avtomobilə əyləşdi və Ayazla görüşdü. Bundan sonra həmin şəxs bizə Masallı rayonu, ərazisində kafeyə apardı. Biz hamılıqla birlikdə kafeyə getdik. Kafenin içərisində olan otaqların birində hamımız oturduq. Həmin vaxt Şahin yenə də mənim üzərimə cumaraq məni təpiklə vurub yerə yıxdı və yerdə məni böyrümdən təpikləməyə başladı. Həmin vaxtı Baba məni müdafiə etmək istədi, lakin Ayaz da həmin vaxtı Babanın sifətindən sillə ilə vuraraq onu yerə yıxdı. Şahin məni yerdə təpikləyərkən mən kafedə olan səsləndim ki, mənə kömək etsinlər. Lakin heç kəs mənə kömək etmədi. Mənim səsə küyümdən sonra Ayaz məni yerdə sürüyə-sürüyə avtomobilə apardı. Məni avtomobilə əyləşdirdikdən sonra biz yenidən Bakı şəhəri istiqamətində gəldik. Yolda Şahin və Ayaz yenə də Babadan pul tələb etməyə başladılar. Baba da hər dəfə onun pulu olmadığını bildirirdi. Lakin buna baxmayaraq Ayaz avtomobildə yenə də Babanı Şahin isə məni vurmağa başladılar. Biz Bakı şəhərinə çatdıqda Ayaz və Şahin Babaya avtomobili Masazır dairəsinə sürməyini bildirdilər. Baba da avtomobili Abşeron rayonu, Masazır dairəsinə sürüb orada saxladı. Bundan sonra Babanın yanında oturan Təqsirləndirilən şəxs2 belinin arxasında olan şalvarın arasından bıçağı çıxardaraq Babadan dərhal anasına zəng vurmağını və 10.000 manat pul gətirmnəsini bildirdi, belə ki, bu zaman Şahində əlində olan bıçağı mənim böyrümə dirəyərək məndən də 10.000 manat pul tələb etdi,təqdirdə mənim başımı kəsəcəyini dedi. Baba da onun 10.000 manat pulu olmadığını Ayaza bildirdikdə Ayaz əlində olan bıçağın arxası ilə Babanın başından vurmağa başladı. Ayaz Babanı vuran zaman Şahin də məni yumruqlarla sifətimdən, qolumdan böyründən və bədənin müxtəlif yerlərindən vurmağa başladı və həmin vaxtı Şahin əli ilə mənim başımdan tutaraq səsimin çıxmaması üçün ayaqlarının arasına aldı və həmin vaxtı yumruqlarla kürəyimdən vurduqda qulağımda olan qızılı rəngli sırğanın hər iki tayı qulağımdan düşdü. Daha sonra Ayaz və Şahin Babanın üzərinə qışqıraraq avtomobildən düşməyimizi və nə vaxt bizim 20.000 manat pul gətirəcəyimiz təqdirdə avtomobili verəcəklərini dedilər. Daha sonra Ayaz məni avtomobildən sürükləyərək yerə yıxdı və həmin vaxtı da Şahin Babanın üzərinə qızşqırdı ki, avtomobildən yerə düşsün. Baba da həmin vaxtı bıçaqdan qorxaraq avtomobildən düşdü. Şahin bu zaman avtomobilin sükanına əyləşdi və Ayazla birlikdə həmin yerdən uzaqlaşaraq avtomobili apardılar. Bundan sora mən sürünə-sürünə orada olan taksiyə mindim və həmin vaxt Baba da taksidə başımıza gələnləri mobil telefon vasitəsi ilə anası Zübaləyə danışdı. Ayaz və Şahin həmin vaxt olan hadisələri əgər kiməsə və yaxud da polisə desək ailəmizi də öldürəcəkləri ilə hədələdilər.”. O, bunları anasından eşitdikdən sonra özünə məxsus mobil telefonu vasitəsi ilə DİN-nin “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir (cild 1, iş vərəqə 41-43). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** cin nömrəsinə 01.07.2020-ci il tarixdən 16.10.2020-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zəngləri müəyyən etmək məqsədi ilə "xxxx" MMC-dən daxil olmuş bir ədəd qırmızı rəngli üzərində “Bakcel 2474/2020” sözləri yazılmış CD farmatlı kompakt diskə Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirilən zaman həmin diskdə göstərilmiş **********, **********, **********, **********, **********, **********, **********, ********** mobil nömrələrindən onun istifadəsində olan ***-***-**-** cin nömrəsinə 01.07.2020-ci il tarixdən 16.10.2020-ci il tarixədək olan müddət ərzində zənglər daxil olmuş və o, nömrələrin sahibləri ilə danışmasını Təqsirləndirilən şəxs1 soruşduqda Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ********** cin nömrə Təqsirləndirilən şəxs2 aiddir. Ayazla münasibəti olduğundan telefonda əlaqə saxlayıb hal əhval soruşmuşdur. 11.10.2020-ci il tarixdə saat 22:45:28 Ayazın istifadəsində olan ********** cin nömrəsinə zəng edərək Ayazdan haləhval soruşduğunu bidirmişdir. Qalan **********, **********, **********, **********, **********, ********** və ********** cin mobil nömrələrindən olan zənglər onun qohumlarına aid olan zənglərdir və zəng edərək ondan hal-əhval soruşmuşlar (cild 2, iş vərəqə 54-55). Cinayət işinin materiallarından görünür ki, həmçinin Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** cin nömrəsinə 01.07.2020-ci il tarixdən 16.10.2020-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zəngləri müəyyən etmək məqsədi ilə "xxxx" MMC-dən daxil olmuş bir ədəd qırmızı rəngli üzərində “Bakcel 2474/2020” sözləri yazılmış CD farmatlı kompakt diskə Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirilən zaman həmin diskdə göstərilmiş **********, **********, **********, **********, **********, **********, **********, ********** mobil nömrələrindən onun istifadəsində olan ***-***-**-** cin nömrəsinə 01.07.2020-ci il tarixdən 16.10.2020-ci il tarixədək olan müddət ərzində zənglər daxil olmuş və o, nömrələrin sahibləri ilə danışmasını Təqsirləndirilən şəxs1 soruşduqda Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ***-***-**-** cin nömrə Zərərçəkmiş şəxs2, ********** cin nömrə isə Təqsirləndirilən şəxs2 aiddir. Nəzakət və Ayazla münasibəti olduğundan telefonla əlaqə saxlayıb hal-əhval soruşmuşdur. 07.10.2020-ci il tarixdə saat 21:13:40-da Nəzakətin ona ***-***-**-** cin nömrə ilə zəng edərək Yardımlı rayonuna getməsini, o da Yardımlı rayonunu yaxşı tanımadığı üçün Ayazın istifadəsində olan ********** cin nömrəsinə zəng edərək onunla bir yerdə Yardımlı rayonuna getməsini xahiş etmişdir. Qalan **********, **********, **********, **********, ********** və ********** cin mobil nömrələrindən olan zənglər onun qohumlarına aid olan zənglərdir və zəng edərək ondan hal-əhval soruşmuşlar (cild 2, iş vərəqə 56-57). Cinayət işinin materiallarından görünür ki, həmçinin Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** cin nömrəsinə 01.07.2020-ci il tarixdən 16.10.2020-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zəngləri müəyyən etmək məqəsidi ilə "xxxx" MMC-dən daxil olmuş bir ədəd qırmızı rəngli üzərində “Bakcel 2474/2020” sözləri yazılmış CD farmatlı kompakt diskə Təqsirləndirilən şəxs2 iştirakı ilə baxış keçirilən zaman həmin diskdə göstərilmiş **********, **********, **********, **********0, **********, **********, **********, **********, ********** və ********** mobil nömrələrindən onun istifadəsində olan ***- ***-**-** cin nömrəsinə 01.07.2020-ci il tarixdən 16.10.2020-ci il tarixədək olan müddət ərzində zənglər daxil olmuş və o, nömrələrin sahibləri ilə danışmasını Təqsirləndirilən şəxs2 soruşduqda Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ***-***-**-** cin nömrə Təqsirləndirilən şəxs1 aiddir. Onun Şahinlə münasibəti olduğundan telefonla əlaqə saxlayıb hal-əhval soruşmuşdur. 08.10.2020-ci il tarixdə saat 08:26:38-də Şahin onun mobil telefonuna ***-***-**-** cin nömrə ilə zəng edərək Nəzakət adlı tanışı ilə Yardımlı rayonuna getməsini, lakin Yardımlı rayonunu yaxşı tanımadığı üçün onun da Şahingillə bir yerdə getməsini xahiş etmişdir. Qalan **********, **********, **********0, **********, **********, **********, **********, ********** və ********** cin mobil nömrələrindən olan zənglər onun qohumlarına aid olan zənglərdir və zəng edərək ondan hal-əhval soruşmuşlar (cild 2, iş vərəqə 58-59). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 məxsus ağ rəngli “Nokia E5-00” markalı 355949/04/994868/9 imey kodlu mobil telefonuna Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, həmin telefonun mesaj (SMS) bölməsində 27-ci sırada olan +**********22 cin mobil nömrəsindən gələn mesajda “Qaqa bunlar bizi belə tutsa razboy kimi sroka göndərəcəklər, 8-den 12-yə iş düşür, İntiqamın nə vecinə yalandan danışır elə biz özümüz yoluna qoymalıyıq. Nazıynan danış zəng elə bişir onu, götüzdürəcəksən sən sən dilin bilirsən onların, məni tutsalar başqa statiyalarda gələcək üstünə” sözləri yazılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirdi ki, ona məxsus olan ağ rəngli “Nokia” markalı mobil telefonun mesaj bölümündə 27-ci sırada olan mesajı +**********22 cin mobil nömrəsindən tanışı Təqsirləndirilən şəxs2 ona göndərmişdir (cild 2, iş vərəqə 62-63). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 iştirakı ilə Təqsirləndirilən şəxs1 məxsus ağ rəngli “Nokia E5-00” markalı 355949/04/994868/9 imey kodlu mobil telefonuna baxış keçirilən zaman müəyyən olunmuşdur ki, həmin telefonun mesaj (SMS) bölməsində 27-ci sırada olan +**********22 cin mobil nömrəsindən gələn mesajda “Qaqa bunlar bizi belə tutsa razboy kimi sroka göndərəcəklər, 8-den 12-yə iş düşür, İntiqamın nə vecinə yalannan danışır elə biz özümüz yoluna qoymalıyıq. Nazıynan danış zəng elə bişir onu, götüzdürəcəksən sən sən dilin bilirsən onların, məni tutsalar başqa statiyalarda gələcək üstünə”sözləri yazılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 nəxsus olan ağ rəngli “Nokia” markalı mobil telefonun mesaj bölümündə 27-ci sırada olan mesajı o özünün istifadəsində olan +**********22 cin mobil nömrəsindən tanışı Təqsirləndirilən şəxs1 göndərmişdir (cild 2, iş vərəqə 64-65). Cinayət işinin materiallarında olan baxış və götürmə protokollarından görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 məxsus “BMW 735” markalı ** KK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqə 52-56). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamələrdən görünür ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar (cild 1, iş vərəqə 152-153). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və Tədris Birliyinin 16.10.2021-ci il tarixli 2170 saylı rəyindən müəyyən edilir ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət - təpə nahiyəsinin hematoması bərk-küt əşya təsirindən törənmiş, zərəçəkmiş şəxsin göstərdiyi müddətdə və şəraitdə, yəni 09.10.2020-ci il tarixdə döyülmə nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmamışdır (cild 2, iş vərəqə 5). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və Tədris Birliyinin 16.10.2021-ci il tarixli 2169 saylı rəyindən müəyyən edilir ki, 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər -sağ gözün ağlı qişasına total qansızma ilə müşayiət olunan sağ göz orbitasının hematoması, sağ qulaq seyvanının, döş qəfəsinin sol yarısının iş səthinin, sağ bazunun, sol bel nahiyəsinin və qarnın ön divarının qançırları bərk-küt əşyanın (əşyalar) təsirindən törənmiş, zərəçəkmiş şəxsin göstərdiyi müddətdə və şəraitdə, yəni 09.10.2020-ci il tarixdə qeyd olunan nahiyələrə əl və yumruqla vurulma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (cild 2, iş vərəqə 6-7). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 yanvar 2021-ci il tarixli 58 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təyin olunan 1 ədəd 1999-cu il buraxılışlı ban nömrəsi WBAGG41060DN63317 olan tünd göy metalik rəngli “BMW 735” markalı ** KK *** dövlət qeydiyyat nişanlı avtomobilin 2020-ci ilin oktyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 9.000 manat müəyyən olunmuşdur (cild 2, iş vərəqə 8-10). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 27.03.2021-ci il tarixli 509 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşməmişdir. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir (cild 2, iş vərəqə 12-13). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 01.04.2021-ci il tarixli 508 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşməmişdir. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir (cild 2, iş vərəqə 14-16). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş 1999-cu il buraxılışlı ban nömrəsi WBAGG41060DN63317 olan tünd göy metalik rəngli “BMW 735” markalı ** KK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ekspertizadan sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs1 təhvil verilmişdir (cild 1, iş vərəqə 52-56, cild 2, iş vərəqə 73-94). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4, 181.2.5, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onlar həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddələrlə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış və onlara qarşı heç bir şikayət və tələbləri yoxdur (cild 3). Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onların cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4, 181.2.5, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə tövsif etməklə yanaşı, onların həmin maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalarını məqsədəuyğun hesab edir. İş materiallarında olan Abşeron rayon məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 12 oktyabr 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 123-126). İş materiallarında olan Abşeron rayon məhkəməsinin 22 yanvar 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 20 yanvar 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 206-209). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 12 oktyabr 2020-ci il tarixdən, Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 20 yanvar 2021-ci il tarixdən hesablanmalı, təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxslərə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 300 manata görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 150 manat tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş 1999cu il buraxılışlı ban nömrəsi WBAGG41060DN63317 olan tünd göy metalik rəngli ““BMW 735” markalı **-KK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4, 181.2.5, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4 və 181.2.5-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 12 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4, 181.2.5, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4 və 181.2.5-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 20 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 300 manata görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 150 manat tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş 1999cu il buraxılışlı ban nömrəsi WBAGG41060DN63317 olan tünd göy metalik rəngli “BMW 735” markalı **-KK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.