Məhkəmə qərarları › İş №1(101)-1112/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1112/2022

25.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1112/2022 25.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı2, müdafiəçi - Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və təqsirləndirilən şəxs Roıal İusubovun iştirakları ilə, 17 iyul 1986-cı ildə Gürcüstan Respublikası, Marneuli rayonunda anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, orta təhsilli, subay, həbs olunanadək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, Gürcüstan Respublikası, Marneuli rayonu, Aşağı Saral kəndində qeydiyyatda olan, həbs olunanadək Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni yaşayış sahəsində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Roıal İusubovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Roıal İusubov təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Roıal İusubov şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olması ehtimal olunan «Qəhrəman» adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr əldə etmə, saxlama və daşıma barədə razılığa gəlib, həmin cinayətin həyata keçirilməsi üçün üzərinə düşən öhdəliyinə əsasən «Qəhrəman» adlı şəxsin «WhatsApp» ani mesajlaşma tətbiqi vasitəsi ilə və həmin proqramla telefon danışığı zamanı bildirdiyi istintaqa məlum olmayan tarixdə, ünvandan və şəxsdən külli miqdarda 1 (bir) ədəd ağ rəngli sintetik torbada təmiz çəkisi 3100 qram (3 kiloqram 100 qram) olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixauana və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 515 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, digər istintaqa məlum olmayan şəxsə çatdırmaq məqsədilə üzərində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı, R.Göyüşov küçəsinə qədər daşımış və xx.xx.2022-ci il tarixdə, saat 05:09-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı, R.Göyüşov küçəsində piyada hərəkət edən zaman saxlanılaraq 15-ci Polis bölməsinə gətirilmiş, inzibati binada videoçəkilişlə onun üzərində şəxsi axtarış və götürmə hərəkətləri keçirilən zaman əlində olan 1 (bir) ədəd ağ rəngli sintetik torbada təmiz çəkisi 3100 qram (3 kiloqram 100 qram) olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixauana və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 515 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Roial İusubov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Gürcüstan Respublikasının Marneuli rayonunun Saral kəndində anadan olmuşdur və Gürcüstan Respublikasının vətəndaşıdır. Lakin onlar ailəliklə Azərbaycan Respublikasına gəldikdən sonra o, Gəncə şəhərində məktəbə getmiş, onun doqquz illik təhsili var və Gəncədəki məktəbdə azərbaycan dilində təhsil almışdır. Hadisə ilə əlaqədar o, bildirmişdir ki, şəxsi sosial «İnstagram» səhifəsində «X13» səhifəsi üzərindən türkçülüyü təbliğ etmiş, canlı yayım açaraq hər kəslə həmsöhbət olmuş və fikirlərini bölüşmüşdür. O, bir gün canlı yayım açan zamanı özünü İran İslam Respublikasının vətəndaşı, Qəhrəman adı ilə tanıdan bir nəfər şəxs canlı yayıma daxil olaraq onunla danışmaq istəmişdir. O, həmin şəxsə fars dilini bilmədiyini, bu dil barədə heç bir anlayışı olmadığını demişdir. Sonra Qəhrəman ona sosial şəbəkədə mesaj yazmış və sonra onlar mesaj səhifəsində danışmağa başlamışlar. Danışıqlarında heç bir narkotik vasitənin adı çəkilməmiş, eləcə də onlar narkotik vasitələr barədə danışmamışlar. Onlar ünsiyyətdə olduqları vaxt o, sadəcə buradakı yaşayış və dolanışıq barədə, yolların nə vaxt açılmağı, karantin vəziyyəti və hətta 44 günlük müharibə barədə həmsöhbət olmuşlar. Danışıq əsnasında o, Qəhrəmanın sualına cavab olaraq inşaatda işlədiyini demiş, bu söhbətdən 15-20 gün sonra həmin şəxs ondan köməklik etməyi xahiş edərək demişdir ki, «yollar bağlı olduğundan siz tərəfə keçə bilmirəm, orada siz tərəfdə mənim bir paketim var, həmin paketi alıb mənə göndər». O, Qəhrəmandan «həmin paket nədir?» deyə soruşduqda, Qəhrəman cavabında «qara bir paketdir, içərisində mexaniki elektron var, şəxsi əşyadır» demişdir. O, paketin içərisində olan əşyanın təhlükəli predmet və ya əşya olub-olmadığını soruşduqda, Qəhrəman cavabında paketdə təhlükəli əşya olmadığını, həmin əraziyə gedəndə əşyanın nə olduğunu görəcəyini bildirmişdir. Qəhrəman ona bundan başqa bir yerdə pulunun olduğunu, həmin pulu gedib götürüb əşyanı götürəcəyi adama verməli olduğunu, pulun yerini dəqiqliklə öyrənib ona məlumat verəcəyini bildirmişdir. Xeyli müddətdən sonra Qəhrəman ona zəng edərək «Vişnyovka adlı bir yer taniyirsanmı?» deyə soruşmuşdur. O da həmin yeri tanıdığını dedikdən sonra Qəhrəman ona səhər ora getməyi, «Albalı» adlı marketin yaxınlığında olan başqa bir marketə pul qoyduracağını, həmin yerə çatanda ona zəng etməsini, yerin dəqiq ünvanını ona deyəcəyini bildirmişdir. Əvvəlcə o, «Koroğlu» metrosuna, oradan da 107 nömrəli avtobusla «Albalı» marketin yaxınlığına gedib Qəhrəmana mobil telefonla zəng edərək Qəhrəmanın dediyi yerdə olduğunu demişdir. Qəhrəman da ona bir az qabağa getməyi, orada balaca marketin yanında tikinti materialları satılan mağazanın olduğunu, həmin mağazaya girməyi, orada Qəhrəmanın adını deməyi və sonra pulu götürməyi bildirmişdir. O da həmin mağazaya girib Qəhrəmanın adını demiş, mağazadakı şəxs onun öz adını soruşduqdan sonra ona bir konvert vermişdir. Sonra o, çölə çıxıb Qəhrəmana zəng edərək pulu götürdüyünü və oradan iş yeri yaxın olduğu üçün işə gedəcəyini demişdir. Həmin ərəfədə o, Mərdəkanda iş götürmüş və orada işləmişdir. Qəhrəman ona bir qədər gözləməyi, az sonra zəng edərək həmin pulu hara aparacağını ona demişdir. Sonra Qəhrəman dediyi kimi bir qədər sonra ona zəng vuraraq həmin pulu Zabrat-2 qəsəbəsinə aparmalı olduğunu bildirmişdir. O, Qəhrəmana pulu axşam işdən çıxdıqdan sonra dediyi yerə apara biləcəyini demiş, Qəhrəman da necə uyğun olacaqsa elə etməyi, lakin pulu çatdırdıqdan sonra məlumat verməyi ona demişdir. Qəhrəman bunu ona dedikdən sonra götürdüyü pulun açıq səkildə şəklini çəkib göndərməyi xahiş etmişdir. Bundan başqa, Qəhrəman pulun seriya nömrələrini və işdən saat neçədə çıxacağını ondan soruşmuşdur. O da Qəhrəmana işdən təxminən saat 19:00-20:00 arası çixacağını demişdir. O, işdən çıxdıqdan sonra Qəhrəmana bu barədə məlumat vermiş, sonra «Koroğludan» taksiyə minərək Zabrata getmişdir. Təxminən saat 22:00-22:10-da Qəhrəman ona zəng etdikdə o, Qəhrəmana artıq Zabratda olduğunu bildirmişdir. Qəhrəman ona orada gözləməyi demişdir. Xeyli müddət keçdikdən sonra o, Qəhrəmana zəng edərək «nə oldu, həmin şəxs nəyə görə gəlmədi?» deyə soruşmuş, Qəhrəman da ona 15-20 dəqiqə gözləməyi, birazdan xəbər edəcəyini, həmin şəxsə zəng vurduğunu, sonuncunun mobil telefonu açmadığını ona bildirmişdir. Bir az vaxt keçdikdən sonra o, yenidən Qəhrəmana zəng edərək saat 00:10 olduğunu deyib həmin şəxsin nə üçün gəlmədiyini Qəhrəmandan soruşmuşdur. Qəhrəman da ona həmin şəxslə danışdığını, 25 dəqiqəyə ora gələcəyini, bir daha gözləməyi, həmin şəxs gəlib əşyanı götürdükdə 3.900 (üç min doqquz yüz) ABŞ dolları məbləğində pulu sayaraq sonuncuya verməyi, əşyanı götürdükdən sonra isə ona bir nömrə verəcəyini, həmin əşyanı həmin nömrənin sahibinə verməli olduğunu demişdir. Həmin vaxt artıq saat 01:20 radələri olmuşdur. Bir müddətdən sonra o, yenidən Qəhrəmana zəng vuraraq həmin şəxsin nə vaxt gələcəyini soruşmuş, Qəhrəman da 15 dəqiqə də gözləməyi ona deyərək onu gözlətdiyi üçün üzr istəmişdir. Lakin həmin şəxs gəlmədiyi üçün o, Qəhrəmana «nömrəni ver, özüm yığım danışım» deyib həmin şəxsin nömrəsini Qəhrəmandan tələb etmiş, Qəhrəman da nömrəni «WhatsApp»la ona göndərmişdir. O, həmin mobil nömrəyə zəng vurub nömrəni Qəhrəmandan aldığını və bayaqdan burada həmin şəxsi gozlədiyini, gəlirsə-gəlsin, gəlmirsə bu barədə ona bir söz deməyi bildirmişdir. Həmin şəxs də onu üzürlü saymağı, bir az gecikdiyini, lakin gələcəyini demişdir. O, həmin şəxsə demişdir ki, «əgər gec olacaqsa, mən çıxım gedim», həmin şəxs də «xahiş edirəm gözlə, yola çıxmışam, Neftçilərdəyəm və 15 dəqiqəyə çatıram» demişdir. Bir az sonra o, yenidən həmin şəxsə zəng vuraraq harada olduğunu soruşmuş, həmin şəxs də «Zabratdayam, «Rahat» marketin yanında, beş dəqiqəyə sənin olduğun yerə çatıram» demişdir. O da həmin şəxsə «bir az tez gəlin» demişdir. Az sonra həmin şəxs ona zəng vuraraq çatdığını bildirmişdir. Sonra həmin şəxs göy rəngli «Opel» markalı avtomobil ilə gəlmişdir. O, həmin maşına yaxınlaşdıqda dövlət nömrə nişanının 260-la bitdiyini, gözlədiyi şəxsin isə arıq bir oğlan olduğunu görmüşdür. Həmin şəxs təxminən 25-30 yaşlarında olmuş, üzərində qırmızı forma və başında «kapşonka» papaq olmuşdur. O, həmin şəxsdən paketin harada olduğunu soruşmuş, həmin şəxs də paketin özündə olduğunu, lakin başqa yerə getdiyindən paketi evdə qoyduğunu demiş və ondan piyada, yaxud da maşınla olduğunu soruşmuşdur. O da maşınsız olduğunu və evə taksi ilə gədəcəyini bildirmişdir. Bundan sonra həmin şəxs ona taksi tutub arxasınca getməyi bildirmişdir. O da taksi ilə danışıb həmin şəxsin sürdüyü «Opel» markalı avtomobilin arxasınca getmişdir. Sonra o, Qəhrəmanın dediyi 3.900 (üç min doqquz yüz) ABŞ dollarını sayaraq həmin şəxsə vermiş, həmin şəxs də ona bir meşok (çuval) verib demişdir ki, «Qəhrəmanın dediyi paket elə budur». O, həmin meşokun (çuvalın) içərisinə baxanda yüngül çəkisi olan bir əşya görmüşdür. O, həmin şəxsə bunun paket deyil, «ağ meşok» olduğunu dedikdə, sonuncu Qəhrəmanın dediyi paketin elə həmin «meşok» olduğunu bildirib maşını sürərək oradan qaçmışdır. Həmin vaxt onun içində qorxu hissi yaranmışdır. Buna görə də o, «meşoku» açıb içərisinə yenidən baxmış və görmüşdür ki, orada çör-çöp ağacları və 1 (bir) büküm ot var. O, həmin otun nə olduğunu bilməmişdir. O, belə işlər görmədiyi üçün bu iş ona çox müəmmalı gəlmişdir. Elə bu zaman, saat 01:00 radələrində anidən onunla üzbəüz olan bir evin içərisindən 4-5 polis əməkdaşı çıxıb onun qolunu sıxmışlar, sonra onu vurmuşlar, ünvanına ağır təhqiredici sözlər işlədərək və güc tətbiq edərək avtomobilə otuzdurub 15-ci Polis bölməsinə aparmışlar. Bölmənin inzibati binasında onu bir otağı salaraq döymüşlər, ona qarşı təhqiredici sözlərdən istifadə edərək sorğu-sual etmişlər. Həmin vaxt onun əlində olan «meşoka» polislər baxış keçirib «bilirsən bu nədir?» deyə soruşmuşlar. O da cavabında «vallah bilmirəm» demişdir. O, təqdim edilmiş sənədləri oxumadan imzalamışdır. O, təqdim edilən sənədləri ona görə imzalamışdır ki, həmin vaxt döyülmüş və polis əməkdaşları ona «bizə kömək elə, səni buraxacayıq» deyib onu aldatmışlar. O da polislərə inanaraq bütün sənədləri imzalamışdır. Narkotik vasitələrin ona heç bir aidiyyəti yoxdur. Bundan sonra onu Sabunçu rayon prokurorluğuna aparıb orada qısa səkildə danışdırdıqdan sonra müvəqqəti saxlama yerinə aparmışlar. Sonra vəkil və müstəntiq gələrək onun işi ilə tanış olduqdan sonra ona suallar verməyə başlamışlar. O da başına gələn hadisəni vəkilə və müstəntiqə danışmışdır. Ertəsi gün onu Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişlər və hakimə onun barəsində olan iş haqqında məlumat vermişlər. O, Gürcüstan vətəndaşı olduğu üçün hakim onun işinə baxmaq istəməmiş və konsulluğa xəbər verilməsini tələb etmişdir. Müstəntiq isə hakimə bildirmişdir ki, “Azərbaycan Respublikasının Konstitusiyasında belə bir maddə var ki, «konsulluğa bildirmədən də işə baxıla bilər”. Müstəntiq bunu dedikdən sonra onun işinə baxmış və sonra bildirmişdir ki, «hər bir halda konsulluğa məlumat verin». Sonra isə hakim ona üç ay iyirmi gün sanksiya müddəti təyin etmişdir. Daha sonra o, Sabunçu rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə aparılmışdır. Səhəri gün Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onun yanına gələrək demişlər ki, «bizə hər şeyi düz danış və biz sənə köməklik edəcəyik, sənə söz veririk ki, səni məhkəmədən buraxacaqlar». O da hadisə necə baş veribsə, hamısını həmin polis əməkdaşlarına danışmış, hətta həmin polislərlə birlikdə çəkilişə də getmiş və pulu haradan, necə götürdüyünü göstərmişdir. Amma təəssüf ki, onun işinə düzgün baxılmamış, bəzi şeylərə göz yumulmuş, ona kömək edilməmiş, yəni onu aldadaraq Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına göndərmişlər. İstintaq zamanı ona vəkil təqdim olunmamışdır. Polis bölməsində ona qarşı təzyiq göstərilməsi barədə o, heç bir orqana müraciət etməmişdir. Ona təzyiq göstərilməsinə baxmayaraq, o, İstintaq Təcridxanasına daxil olarkən üzərində xəsarət aşkar olunmamışdır. O, «Samsunq J-5» markalı mobil telefon işlətmişdir. Mobil telefonunun qeydiyyat hissəsində «İlyas», «Fərzad», «Rəşad-Elxan İV» adlı İran vətəndaşlarının adları olmuşdur. «Fərzad» adlı şəxs mobil telefon ticarəti ilə məşğul olmuş, «Rəşad-Elxan İV» adlı şəxslə isə o, «WhatsApp» vasitəsilə yazışmışdır. O, tutulandan sonra onu xəbərlərdə siyasi bloger kimi təqdim etmişlər. O, ona qarşı nəyə görə bələ edildiyini bilmir, xalqa nə üçün bələ təqdim edildiyini başa düşmür. Məgər türkçülüyü təbliğ etmək günahdır? O, heç vaxt dövlət əleyhinə heç nə danışmamış, özünün sosial şəbəkə profillərində heç nə paylaşmamışdır. O, sadəcə türkçülüyü və milliyətçiliyi hər zaman üstün tutmuş, xalqını, millətini sevmişdir. Xalqını sevən şəxs heç vaxt xalqını zəhərləməz, əksinə zəhərləyənlərə qarşı çıxar, qarşısını alar. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, heç kəsə narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs Roıal İusubov ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona irəli sürülmüş ititham üzrə bəraət verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs Roıal İusubovun ibtidai istintaq zamanı vermiş olduğu ifadələri ilə məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi arasında kifayət qədər ziddiyət olduğundan məhkəmə istintaqında onun ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilmişdir. O, ibtidai istintaq zamanı vermiş olduğu ifadələrində göstərmişdir ki, o, Gürcüstan Respublikasının vətəndaşı olsa da, milliyətcə azərbaycanlıdır. O, orta məktəbi Gəncə şəhərində yerləşən Vaqif Əliyev adına 12 saylı orta məktəbdə, eləcə də Gürcüstan Respublikasının Marneuli rayonunda yerləşən Aşağı Saral kənd orta məktəbində azərbaycan dilində və azərbaycan bölməsində oxumuşdur. Bu səbəbdən o, azərbaycan dilində latın qrafikası ilə sərbəst yazıb-oxumağı bacarır, tərcüməçi və ya mütəxəssisin köməyinə ehtiyacı yoxdur. O, əvvəllər heç bir cinayət məsuliyyətinə cəlb edilməmişdir. «İnstagram» sosial şəbəkəsində «turanbirliyi_boz_kurtlar» adlı hesabı vardır. Həmin «İnstagram» sosial şəbəkəsində olan hesabı vasitəsi ilə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən Qəhrəman adlı şəxslə tanış olmuşdur. O, Qəhrəman adlı şəxslə «İnstagram» sosial şəbəkəsində olan hesabında videogörüntü ilə danışmışdır. O, videogörüntü ilə Qəhrəman adlı şəxslə söhbət etdiyi zaman Qəhrəman ona demişdir ki, «mən sərhədi Azərbaycan tərəfə doğru keçə bilmirəm, Azərbaycanda mənim bir torba dolusu əşyam var, onu götürmək lazımdır, əgər sən bu tapşırığı yerinə yetirsən sənə 100 manat pul verəcəm». O da Qəhrəmanın bu təklifi ilə razılaşmışdır. Bundan sonra Qəhrəman ona demişdir ki, «sənə bir ünvan deyəcəm, həmin ünvana yaxınlaşaraq içərisində pul olan zərfi götürəcəksən». O, Qəhrəmana sual etmişdir ki, «zərfin içərisində nə qədər pul var?». Qəhrəman demişdir ki, «hazırda pulun miqdarını bilmirəm, sən Bakı şəhəri, Xəzər rayonunda yerləşən Albalılıq yaşayış sahəsində olan ərzaq dükanına get, içərisində pul olan zərfi götür». Bundan sonra o, xx.xx.2022-ci il tarixdə, saat 09:00 radələrində tək Bakı şəhəri, Xəzər rayonunda yerləşən Albalılıq yaşayış sahəsinə getmişdir. O, Bakı şəhəri, Xəzər rayonunda yerləşən Albalılıq yaşayış sahəsində olduğu zaman Qəhrəmana artıq «WhatsApp» sosial şəbəkəsində zəng etmişdir. O, Qəhrəmanın göstərişi ilə təsvir etdiyi ərzaq dükanını tapmışdır. O, Ərzaq dükanının içərisinə daxil olduqda bir yaşlı kişi satıcını görmüşdür. O, həmin şəxsə sual vermişdir ki, «ağsaqqal, bu ərzaq dükanına zərf qoyulmuşdur?». Həmin yaşlı kişi də ona cavab olaraq demişdir ki, «sənin adın nədir?». O da demişdir ki, «mənim adım Royaldır». Bundan sonra həmin yaşlı kişi demişdir ki, «bəli, ərzaq dükanına qoyulmuş zərfin üzərində Röyala çatacaq sözlər var». Daha sonra həmin yaşlı kişi zərfi ona təqdim etmiş, o da həmin zərfi götürərək ərzaq dükanından çıxmışdır. O, ərzaq dükanından çıxdıqdan dərhal sonra Qəhrəmana zəng edərək demişdir ki, «zərf məndədir». Qəhrəman cavab olaraq demişdir ki, «səndə olan zərfin içərisində 3.900 (üç min doqquz yüz) ABŞ dolları pul var, həmin pul bir nəfərlə görüşərək ona verəcəksən və bir torba əşyanı götürəcəksən». O da soruşmuşdur ki, «oldu bunu edəcəm, kimə, harada bu pulu verərək bir torba əşyanı götürəcəm?». Bundan sonra Qəhrəman ona demişdir ki, «Bakı şəhərində yerləşən Zabrat dairəsi deyilən yerə gedəcəksən, orada bir nəfər şəxs səni qarşılayaraq pulu səndən götürüb bir torba əşyanı sənə verəcək». O, Qəhrəman ilə razılaşaraq zərfin içərisində olan pulları saymış və görmüşdür ki, zərfin içərisində 3.900 (üç min doqquz yüz) ABŞ dolları pul var, həmin pulların arxa və ön hissədən şəkillərini çəkərək «WhatsApp» sosial şəbəkəsində şəkilləri Qəhrəmana göndərmişdir. xx.xx.2022-ci il tarixdə, saat 02:00 radələrində o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən «Zabrat dairəsi» deyilən yerə gedərək oradan Qəhrəmana zəng edib demişdir ki, «mən burdayam». Qəhrəman da cavab olaraq demişdir ki, «sən orada gözlə bir nəfər sənə yaxınlaşacaq». İki saatdan artıq o, Qəhrəmanın dediyi bir nəfər şəxsi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən «Zabrat dairəsi» deyilən yerin yaxınlığında gözləmişdir. Artıq xx.xx.2022-ci il tarixdə, saat 04:00 radələrində göy rəngli «Opel Astra» markalı, dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobil ona yaxınlaşmışdır. Həmin şəxsin sifətində qara rəngli maska olduğu üçün o, həmin şəxsin sifət cizgilərini seçə bilməmişdir. O, həmin şəxsə yaxınlaşmaq istədikdə, həmin şəxs ona demişdir ki, «mənə yaxınlaşma, uzaq məsafədən mənim ilə söhbət et, sənə çatacaq torba məndə deyil, hazırda olduğumuz yerdən iki yüz metr uzaq məsafədədir, pulu qoy maşına, sonra get torbanı götür». O da cavab olaraq demişdir ki, «torbanı götürmədən pulu sənə verməyəcəm». Həmin şəxs ona demişdir ki, «mənim avtomobilimə əyləşmə, yoldan bir taksi tut və mənim arxamca gəl». O da həmin şəxslə razılaşaraq yolda olan tanımadığı ağ rəngli «VAZ 2107» markalı, dövlət qeydiyyat nömrəsini bilmədiyi avtomobilə əl hərəkəti edərək saxlatdırıb demişdir ki, «Opel markalı avtomobili təqib et». Bundan sonra onlar olduqları yerdən iki yüz metr məsafədə yerləşən dar məhəlləarası küçəyə daxil olmuşlar. O, taksi sürücüsünə demişdir ki, «məni gözlə, bir şey götürüb gəlirəm, elə sən məni yaşadığım evə apararsan». Həmin taksi sürücüsü də ona demişdir ki, «sən işində ol, mən burda səni gözləyirəm». Bundan sonra o, «Opel Astra» markalı avtomobilə yaxınlaşaraq avtomobilin sürücüsünə demişdir ki, «qardaş torba hardadır?» Həmin şəxs də cavab olaraq əl işarəsi ilə yaxınlıqda olan ağ rəngli torbanı göstərərək demişdir ki, «bax o ağ torbadır, pulu ver mənə və get torbanı götür». O da bütün pulu, yəni 3.900 (üç min doqquz yüz) ABŞ dollarını zərfin içərisində həmin şəxsə verərək torbaya yaxınlaşıb həmin torbanı əlinə almışdır. Torba onun əlində olduğu zaman 2 (iki) nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və onu yaxınlıqda olan Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinə dəvət etmişlər. O da polis əməkdaşlarına heç bir etiraz etmədən həmin polislərlə birlikdə 15-ci Polis bölməsinə getmişdir. O, Polis bölməsində inzibati otaqların birində videoçəkilişlə onun üzərinə baxış keçirilmişdir. Onun üzərinə baxış keçirilən zaman polis əməkdaşları ona demişlər ki, «üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşya varsa könüllü təqdim et». Bu təklifdən sonra o, könüllü olaraq əlində olan ağ rəngli torbanı polis əməkdaşlarına təqdim edərək demişdir ki, «əlimdə olan ağ rəngli torbanı İran İslam Respublikasının vətəndaşı olduğunu bildiyim Qəhrəman adlı şəxsin sifarişi əsasında başqa bir şəxsə verərək pul əldə edəcəkdim». Bundan sonra onun təqdim etdiyi ağ rəngli torbanın içərisindən adını «nəşə» və «kakos» kimi bildiyi marixuana və heroin qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilərək onun özü və orada iştirak edən digər şəxslər tərəfindən həmin protokol imzalanmışdır. Baş vermiş proseslər videogörüntü ilə qeydiyyata alınmışdır. Şübhəli şəxs qismində tutulduğu zaman ona vəkil təqdim edilmişdir. Sadəcə olaraq əlində içərisi adını “kakos” və “nəşə” kimi bildiyi narkotik vasitə heroin və marixuana dolu torba olduğu üçün o, istəməmişdir ki, vəkil bunu gözü ilə görsün (iş vərəqi 71-75, 184-186). Təqsirləndirilən şəxs Roıal İusubov ibtidai istintaq zamanı vermiş olduğu ifadələri məhkəmə istintaqında təsdiq etməyərək, məhkəmə istintaqında vermiş olduğu ifadəsinin həqiqət olmasını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 12 yanvar 2022-ci il tarixdə onun işlədiyi Polis bölməsinə Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni yaşayış sahəsində yaşayan Roıal lusubovun narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması, satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı alındıqdan dərhal sonra bu haqda rəhbərliyə məruzə edilmiş və Roıal lusubovun saxlanılması məqsədilə əməliyyat qrupu təşkil edilmişdir. Əməliyyat məlumatı ona daxil olmuşdur. Təşkil edilmiş əməliyyat qrupuna o və Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 daxil olmuşdur. Onlar birlikdə Roıal lusubovun cinayət əməlini ifşa etmək məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı, R.Göyüşov küçəsinə getmişlər. Onlar piyada hərəkət etmişlər. Roıal lusubovun xüsusi əlamətləri daxil olmuş əməliyyat məlumatında ətraflı qeyd edildiyi üçün onlar dərhal Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı, R.Göyüşov küçəsində olan şəxsin Roıal olduğunu müəyyən edərək həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini təqdim etmişlər və polis əməkdaşı olduqlarını demişlər. Roıal İusubov ayıq vəziyyətdə, küçə ilə hərəkət etmişdir. X15 narkotik vasitələrin əldə edilməsi, satışı, saxlanılması və daşınmasında şübhəli olduğunu bildirərək 15-ci Polis bölməsinə dəvət etmişlər. Həmin vaxt Roıal İusubovun əlində böyük ağ rəngli torba (meşok) olmuşdur. Roıal İusubov onlara etiraz etməmiş və onlarla birlikdə 15-ci Polis bölməsinə getmişdir. 15-ci Polis bölməsinin inzibati otaqların birində Roıal lusubova hüquq və vəzifələri izah edilmiş, müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla üzərində saxlanılması qadağan olunan əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Roıal lusubov könüllü olaraq əlində olan ağ rəngli torbanı göstərərək bildirmişdir ki, torbanın içərisində narkotik vasitələr var. X12 narkotik vasitələri haradan əldə etdiyi soruşmuşlar, həmin şəxs də cavabında həmin narkotik vasitələri xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən «Zabrat dairəsi» adlanan yerin yaxınlığında İran İslam Respublikası vətəndaşının dediyi şəxsdən aldığını və ya qoyduğu yerdən götürdüyünü, eləcə də satışını təşkil etdiyini bildirmişdir. Bundan sonra Roıal lusubovun əlindəki ağ rəngli torbanın içərisində olan narkotik vasitələrə oxşar maddələr iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək qablaşdırılmışdır. Sonra bu barədə protokol tərtib edilmiş və həmin protokol baxışda iştirak edən bütün iştirakçılar tərəfindən imzalanmışdır. X11rşı hər hansı bir zorakılıq etməmişlər, habelə Roıal İusubov tərtib edilmiş protokola dair heç bir etiraz etməmişdir. Şahid1 ona ünvanlanan suallara cavab olaraq 3.900 (üç min doqquz yüz) ABŞ dolları, habelə ***-***-**-** mobil nömrəsi barədə hər hansı bir məlumatının olmadığını bildirmişdir. Bundan başqa, o, Roıal İusubovu saxladıqları vaxt sonuncuya hər hansı bir xəsarət yetirmədiklərini və döymədiklərini bildirmişdir. əgər onlar Roıal İusubovu döymüş olsaydılar, sonuncu İstintaq Təcridxanasına qəbul edilərkən bu barədə qeydiyyat aparılmış olardı. Halbuki, belə bir qeydiyyat yoxdur. Bütün təqsirləndirilən şəxslər əməllərini istintaqda etiraf edirlər, məhkəməyə gələndə isə polislərin üstünə ləkə salaraq başqa ifadələr verərərk məsuliyyətdən yayınmaq istəyirələr. Şahid bir polis əməkdaşı kimi tam səmimi şəkildə bildirmişdir ki, Roıal İusubov yalan deyir, onlar Roıal İusubovu döyməmişlər. X16 Polis bölməsində səmimi etiraf edərək bildirmişdir ki, bir neçə iranlı şəxslə əməkdaşlıq edərək sonuncuların narkotik vasitələrini Bakı şəhərində satır. Roıal İusubov onlara şər atır və ona görə də dedikləri tamamilə yalandır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxs Roıal İusubovun atasıdır. O, əvvəllər Gəncə şəhərində yerləşən Azərbaycan Respublikası Texnologiya İnstitutunda işləmiş, hazırda isə təqaüdçüdür. O, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni yaşayış sahəsində nömrəsiz evdə yaşayır. Onun Roıalın narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumatı yoxdur. O, oğlu Roıalın narkotik vasitələrdən istifadə etməsinin, kiməsə narkotik vasitələr satmasının şahidi olmamışdır. Roıal polis əməkdaşları tərəfindən tutulduqdan sonra onların yaşadığı evdə polislər tərəfindən axtarış keçirilmişdir. O da həmin vaxt axtarış prosesində iştirak etmişdir. Onun iştirakı ilə yaşadığı evdə axtarış aparılarkən evdən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya, həmçinin narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Çünki, onun yaşadığı evdə heç vaxt narkotik vasitə və ya psixotrop maddə, həmçinin qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin 12 yanvar 2022-ci il tarixli raportundan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda 17 iyul 1986-cı ildə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikası, Marneuli rayonu, Aşağı Saral kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni yaşayış sahəsində yaşayan Roıal İusubovun qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və Zabrat qəsəbəsi ərazisində alqı-satqısı ilə məşğul olması göstərilmişdir (iş vərəqi 04). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin 12 yanvar 2022-ci il tarixli qərarı və protokolundan görünür ki, Roıal İusubovun ətrafında təxirəsalınmaz əməliyyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmış və həmin tədbir keçirilmişdir (iş vərəqi 05-07). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin 12 yanvar 2022-ci il tarixli raportundan görünür ki, Roıal İusubov həmin tarixdə, saat 05:09-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı, R. Göyüşov küçəsində saxlanılaraq 15-ci Polis bölməsinə aparılmışdır (iş vərəqi 08). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin 12 yanvar 2022-ci il tarixli protokolundan görünür ki, Roıal İusubov həmin tarixdə, saat 05:46-da şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 18). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin 12 yanvar 2022-ci il tarixli qərarı və protokolundan görünür ki, həmin tarixdə, saat 06:03-06:24 aralığında Roıal İusubovun üzərinə şəxsi axtarış keçirilən zaman onun əlində olan 1 (bir) ədəd ağ rəngli sintetik torbadan təmiz çəkisi 3100 qram (3 kiloqram 100 qram) olan narkotik vasitə qurudulmuş marixuanaya və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 515 qram olan narkotik vasitə heroinə oxşar maddələr, bundan başqa, «Samsung Galaxy J5» markalı, **********40632 və **********40630 İMEİ kodlu mobil telefon aşkar edilərək götürülmüş və həmin görüntüləri özündə əks etdirən üzərində «Röyal» yazısı olan «CD» disk sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqi 27-28). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X17 Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında 12 yanvar 2022-ci il tarixli, 141 nömrəli aktından görünür ki, Roıal İusubovda sərxoşluq halları aşkar edilməmişdir (iş vərəqi 36). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2022-ci il tarixli, 6/198 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «vət. X1 aşkar edilmiş heroinə bənzər narkotik vasitə» yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 515 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (iş vərəqi 39-44). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2022-ci il tarixli, 7/34 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «vət. X5 ...» yazısı və imzalar olan ağ rəngli sintetik torbadakı 1 (bir) ədəd ağ rəngli sintetik torbada təmiz çəkisi - 3100 qram (3 kiloqram 100 qram) olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat 82 (səksən iki) qəpik müəyyən edilmişdir (iş vərəqi 45-48). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən şəxs Roıal İusubovun Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinə ünvanladığı 12 yanvar 2022-ci il tarixli ərizəsindən görünür ki, o, Gürcüstan Respublikasının vətəndaşı olsa da, milliyyətcə azərbaycanlıdır, latın əlifbası ilə sərbəst yazıb-oxumağı bacarır və bu səbəbdən də tərcüməçi və ya mütəxəssisin köməyinə ehtiyacı yoxdur, orta məktəbi azərbaycan məktəbində və azərbaycan dilində oxumuşdur (iş vərəqi 56). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsinin 13 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Roıal İusubov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (iş vərəqi 63-64). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-37/2022 nömrəli 13 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Roıal İusubovun barəsində həbs etmənin əvvəli 12 yanvar 2022-ci il tarixdən hesablanmaqla 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 83-86). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 5(008)-32/2022 nömrəli 13 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsi tərəfindən Roıal İusubov barəsində qəbul edilmiş «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» 12 yanvar 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir (iş vərəqi 87-88). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Sabunçu rayon Polis İdarəsinin 14 yanvar 2022-ci il tarixli, ***-**** nömrəli əməliyyat tapşırığından görünür ki, Roıal İusubovun ifadəsində göstərdiyi şəxsiyyəti istintaqa məlum olmayan şəxslərin şəxsiyyəti, olduqları yer, həmçinin «Opel-Astra» markalı və «VAZ2107» markalı avtomobillərin dövlət qeydiyyat nömrə nişanları və sürücülərinin müəyyən edilməs, bundan başqa, göstərilənlərin və gedişat zamanı ortaya çıxa biləcək digər zəruri əməliyyat tədbirlərinin keçirilməsi və nəticəsi barədə İstintaq şöbəsinə məlumat verilməsi barədə tapşırıqlar verilmişdir (iş vərəqi 89-90). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsinin 17 yanvar 2022-ci il tarixli protokolundan görünür ki, 15-ci Polis bölməsinin təhqiqatçısı və əməliyyat müvəkkilləri tərəfindən 12 yanvar 2022-ci il tarixdə bölmənin inzibati binasında Roıal İusubovun üzərinə şəxsi axtarış və götürülmə aparılarkən aparılmış videoçəkilişin görüntüsünü özündə əks etdirən diskə baxış keçirilmişdir (iş vərəqi 95). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsinin 17 yanvar 2022-ci il tarixli qərarından görünür ki, 12 yanvar 2022-ci il tarixdə 15-ci Polis bölməsinin inzibati binasında Roıal İusubovun üzərinə şəxsi axtarış və götürülmə aparılarkən aparılmış videoçəkilişin görüntüsünü özündə əks etdirən, üzərində «Röyal» yazısı olan «CD» disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur (iş vərəqi 96). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 5(008)-87/2022 nömrəli 26 yanvar 2022-ci il tarixli qərarı və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsinin həmin tarixli protokolundan görünür ki, Roıal İusubovun yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni yaşayış sahəsində nömrəsiz evdə aparılmış axtarış zamanı qanunla dövriyyəsi qadağan olunmuş, həmçinin üzərində cinayət izləri daşıyan əşya və ya predmet aşkar olunmamışdır, həyata keçirilmiş prosessual hərəkətlə bağlı fotocədvəllər protokola əlavə olunmuşdur (iş vərəqi 114-125). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsinin 09 fevral 2022-ci il tarixli protokolundan görünür ki, Roıal İusubovdan götürülmüş «Samsung Galaxy J5» markalı, **********40632 və **********40630 İMEİ kodlu mobil telefona baxış keçirilən zaman müəyyən edilmişdir ki, «Whatsapp» sosial şəbəkə bölməsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsə məxsus +99***-***-**-** saylı mobil nömrə ilə «X24» adla qeydiyyatda olan hesab ilə iş üzrə sübut əhəmiyyəti kəsb edən 07 avqust 2021-ci il tarixdə, saat 18:32-də Roıal İusubova məxsus «WhatsApp» sosial şəbəkəsi hesabına +99***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatda olan hesabdan göndərilən mesajda yazılır: «Heleki 10 Pt 100kola», 07 avqust 2021-ci il tarixdə, saat 18:33-də Roıal İusubova məxsus «WhatsApp» sosial şəbəkəsi hesabından +99***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatda olan hesaba göndərilən mesajda yazılır: «Qaqa men sene 300 qram patı SOO qram kakos ama yarsini vermelisen Brat», 07 avqust 2021-ci il tarixdə, saat 18:33-də Roıal İusubova məxsus «WhatsApp» sosial şəbəkəsi hesabına +99***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatda olan hesabdan göndərilən mesajda yazılır: «Yo brat Mende Alınmır 100 qr», 07 avqust 2021-ci il tarixdə, saat 18:33-də Roıal İusubova məxsus «WhatsApp» sosial şəbəkəsi hesabından +99***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatda olan hesaba göndərilən mesajda yazılır: «Kolani patını neceden Dedi», 07 avqust 2021-ci il tarixdə, saat 18:33-də Roıal İusubova məxsus «WhatsApp» sosial şəbəkəsi hesabına +994 55-461-02-59 saylı mobil nömrə ilə qeydiyyatda olan hesabdan göndərilən mesajda yazılır: «Sata billem», 07 avqust 2021-ci il tarixdə, saat 18:33-də Roıal İusubova məxsus «WhatsApp» sosial şəbəkəsi hesabından +99***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatda olan hesaba göndərilən mesajda yazılır: «Elxan», 07 avqust 2021-ci il tarixdə, saat 18:34-də Roıal İusubova məxsus «WhatsApp» sosial şəbəkəsi hesabına +99***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatda olan hesabdan göndərilən mesajda yazılır: «15 17», 07 avqust 2021-ci il tarixdə, saat 18:34-də Roıal İusubova məxsus «WhatsApp» sosial şəbəkəsi hesabından +99***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatda olan hesaba göndərilən mesajda yazılır: «Qiymetimi», 07 avqust 2021-ci il tarixdə, saat 18:35-dən 18:39-dək Roıal İusubova məxsus «WhatsApp» sosial şəbəkəsi hesabına +99***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatda olan hesabdan göndərilən mesajda yazılır: «15 Kola 17pt X23 Soz de Bray T Vere bilsen Ya yox Bele elxan ozu meni yaxsı taniyir», 07 avqust 2021-ci il tarixdə, saat 18:53-dən 19:08-dək Roıal İusubova məxsus «Whatsapp» sosial şəbəkəsi hesabından +99***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatda olan hesaba göndərilən mesajda yazılır: «X20 X22 Mal Ver SOOOmin X21 De Qardaş 100 qram 100qram deyirsən 3200 pul Edir Qaqarasiya nomresi X25» kimi yazılı mesajlar aşkar edilmişdir, fotocədvəllər protokola əlavə olunmuşdur (iş vərəqi 133-142). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Sabunçu rayon Polis İdarəsinin 10 fevral 2022-ci il tarixli, ***-**** nömrəli əməliyyat tapşırığından görünür ki, Roıal İusubovun barəsində olan cinayət işi üzrə «WhatsApp» sosial şəbəkə bölməsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsə məxsus +99***-***-**-** saylı mobil nömrə ilə «X24» adla qeydiyyatda olan hesabdan narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair yazı mesajları yazmış şəxsin müəyyən edilərək, bundan başqa, göstərilənlərin və gedişat zamanı ortaya çıxa biləcək digər zəruri əməliyyat tədbirlərinin keçirilməsi və nəticəsi barədə İstintaq şöbəsinə məlumat verilməsi barədə tapşırıq verilmişdir (iş vərəqi 143-144). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 19 fevral 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Roıal İusubov əvvəllər məhkum olunmamışdır (iş vərəqi 147-148). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin 21 fevral 2022-ci il tarixli, ***-**** nömrəli məktubundan görünür ki, əməliyyat tapşırığına əsasən «Roıal İusubovun istifadəsində olan mobil nömrəyə «sms» mətnləri göndərmiş şəxsin müəyyən edilərək istintaqa təqdim edilməsi üçün aparılmış əməliyyat-axtarış tədbirləri üzrə heç bir müsbət nəticə əldə olunmamışdır (iş vərəqi 149). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X17 21 aprel 2022-ci il tarixli 3411 nömrəli rəyindən görünür ki, Roıal İusubov arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır (iş vərəqi 151). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsin Ambulator X2 11 aprel 2022-ci il tarixli, 1725 nömrəli rəyindən görünür ki, hal-hazırda Roıal İusubovda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 152-153). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhər Təhsil İdarəsi Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbin 229 nömrəli, 27 aprel 2022-ci il tarixli məktubundan görünür ki, Roıal İusubov həqiqətən 10 oktyabr 1995-ci il tarixdə həmin məktəbin dördüncü sinfinə qəbul olunmuş və azərbaycan bölməsində təhsil almışdır (iş vərəqi 154). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsinin cinayət işi üzrə əməlin tövsüf edilməsi və toplanmış sübutların qiymətləndirilməsi haqqında 28 aprel 2022-ci il tarixli qərarından görünür ki, Roıal İusubova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsinin nəzərə alınması, Roıal İusubovdan aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 514,8 qram təşkil edən narkotik vasitə heroinin və qalıq çəkisi 3099,8 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananın, «Samsung Galaxy J5» markalı **********40632 və **********40630 İMEİ kodlu mobil telefonun maddi sübut kimi tanınaraq, saxlanılması üçün Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilməsi, üzərində «Röyal» yazısı olan «CD» diskin iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunması, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin adı və soyadının Roıal İusubov kimi oxunması, Roıal İusubovun əldə etdiyi narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi məqsədilə cinayət işinin materiallarından naməlum mənbəyə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılması və icraata qəbul edilməklə istintaqının aparılması qərara alınmışdır (iş vərəqi 155-163). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsinin 03 may 2022-ci il tarixli qərarından görünür ki, Roıal İusubov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yeni məzmunda ittiham elan olunmuşdur (iş vərəqi 176-177). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-370/2022 nömrəli 07 may 2022-ci il tarixli qərarından görünür ki, Roıal İusubovun həbsdə saxlama müddəti 17 (on yeddi) gün uzadılmışdır (iş vərəqi 207-209). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «X4 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olfevralaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olfevralaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olfevralaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5 və 12-ci bəndlərinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və təmiz halda 500 (beş yüz) qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Roıal İusubovun əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. İlk növbədə məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında vermiş olduğu ifadəsində göstərdiyi dəlillərə, yəni şəxsi axtarış keçirilən zaman əlində olan torbadaki narkotik vasitə qurudulmuş marixuanaya və narkotik vasitə heorinə aidiyyətinin olmaması, başqa şəxslərlə cinayət əlaqəsinə girməməsi, tutularkən və Polis bölməsində polis əməkdaşlarının təzyiqinə məruz qalaraq etirafedici ifadə verməsi məsələlərinə aydınlıq gətirilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqında qeyd edilən məsələlərlə bağlı hissədə iddia etdiyi halları yoxlamaq və təsdiq edildiyi halda lazımi hüquqi qiymət vermək məqsədi ilə onun saxlanıldığı İstintaq Təcridxanasına məhkəmə tərəfindən sorğu edilərək şəxsi (tibbi kitabça ilə birlikdə) işi tələb olunmuş və həmin şəxsi iş məhkəmə tərəfindən əldə edilərək məhkəmə istintaqında tədqiq edilmişdir. Təqsirləndirilən şəxsin şəxsi işinə baxış keçirilən zaman onun İstintaq Təcridxanasına qəbul edilərkən tibbi müayinədən keçirilməsi müəyyən edilsə də, həmin vaxt onun bədənində hər hansı bir xəsarətin olması faktı öz təsdiqini tapmamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutularkən və Polis bölməsində fiziki işgəncəyə məruz qalaraq döyülməsini iddia etsə də, cinayət işinə əlavə edilmiş, habelə məhkəmə tərəfindən əldə edilib tədqiq edilmiş şəxsi işin materialları və tibbi kitabça əsasında təqsirləndirilən şəxsin göstərdiyi dəlillərin həqiqət olmasını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, təqsirləndirilən şəxs tutularkən və Polis bölməsində saxlanılarkən polis əməkdaşları tərəfindən döyülməsini və sair formada fiziki işgəncəyə məruz qalmasını məhkəmə istintaqında iddia etsə də, istinad və iddia edən halları təsdiq edə biləcək heç bir sübutu məhkəməyə təqdim etməmiş, habelə bununla bağlı hər hansı sübutu təqdim etmək niyyətində olduğunu nümayiş etdirməmişdir. Tədqiq edilmiş şəxsi işə əlavə olunmuş sənədlər və tibbi kitabça əsasında təqsirləndirilən şəxsin üzərində xəsarət aşkar edilmədiyindən, ancaq təqsirləndirilən şəxsin ifadəsinə istinad etməklə onun tutularkən və tutulduqdan sonra polis əməkdaşlarının təzyiqinə məruz qalması, döyülməsi və sair formada fiziki işgəncəyə məruz qalması nəticəsinə gəlmək əsassız olmaqla yanaşı, həmçinin ağlabat və mümkün deyil. Bundan başqa, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından da görünür ki, məhkəmə nəzarəti qaydasında təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiq tərəfindən verilmiş vəsatətə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılarkən o, polis əməkdaşları tərəfindən döyülməsini və fiziki işgəncəyə məruz qalmasını vəsatəti həll edən hakimə bildirməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında yuxarıda qeyd edilən hissədə ifadə verərkən səmimi olmamış, əksinə törətdiyi əməlləri öz xeyrinə təhrif edərək yalan ifadə vermişdir. Odur ki, qeyd edilən hissədə məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında vermiş olduğu ifadəsini mötəbər sübut hesab etmir. Bundan başqa, təqsirləndirilən şəxs məhkəmə istintaqında qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında dövriyyəsi qadağan edilmiş narkotik vasitələrlə bağlı cinayət törətmədiyini iddia etsə də, elə onun məhkəmə istintaqında vermiş olduğu ifadəsi ilə təsdiq olunmuşdur ki, o, iranlı şəxsdən, yəni Qəhrəman kimi tanıdığı şəxsdən 3.900 ABŞ dolları məbləğində pulun başqa şəxslərdən götürülməsi, sonra başqa şəxsə həmin pulu təqdim etməklə torbanı əldə etməsi ilə əlaqədar Qəhrəman kimi tanıdığı şəxslə müxtəlif rabitə vasitələri ilə əlaqə saxlamaqla sonuncudan birbaşa göstərişlər alaraq həmin göstərişləri birbaşa və şəxsən icra etmişdir. Başqa sözlə, onun şübhəli şəxs qismində tutulduğu vaxt və şərait, icra etdiyi fəal hərəkətlərin mahiyyəti (pulun Qəhrəmanın dediyi şəxsdən alması, qeyd edilən pulu aldıqdan sonra Qəhrəmanın dediyi şəxsə çatdırılması, bunun müqabilində torbanı əldə etməsi, torbaya baxış keçirməsi və sair hərəkətlər), o cümlədən ona məxsus mobil telefonda qeydiyyata alınmış “Votsap” sosial şəbəkəsi vasitəsi ilə həyata keçirdiyi danışıqlar və yazışmalar birbaşa ona dəlalət edir ki, o, saxlanıldığı əraziyə Qəhrəman kimi tanıdığı şəxsin tapşırığı və göstərişi əsasında gedərək əvvəlcədən özünə məxsus olmayan (əslində isə Qəhrəman kimi tanıdığı şəxsə məxsus olan) 3.900 ABŞ dolları məbləğində pulu Qəhrəman kimi tanıdığı şəxsin “adamına” təqdim etməklə sonuncudan Qəhrəman kimi tanıdığı şəxsə məxsus əşyanı, yəni torbanı əldə etməmişdən əvvəl, əldə edərkən və əldə etdikdən sonra həmin torbanın içərisində dövriyyəsi qadağan edilmiş müxtəlif növdə külli miqdarda narkotik vasitələrin olduğunu bilmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilmədi. Yuxarıda izahı verilmiş hallar, həmçinin məhkəmə istintaqında dindirilmiş şahid ifadələri ilə tam şəkildə təsdiq olunmuşdur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı düzgün olaraq Roıal İusubova Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərlə bağlı ittiham irəli sürmüşdür. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tam şəkildə tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Roıal İusubovun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini və külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi ilə əldə etməklə üzərində saxlaması və daşıması tam şəkildə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Roıal İusubovun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə təqsirləndirilən şəxs Roıal İusubovun törətmiş olduğu əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Roıal İusubov cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Roıal İusubovun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Roıal İusubov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə vahid cəza ilə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Roıal İusubova cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Roıal İusubov cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Roıal İusubovun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran digər hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Roıal İusubovun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Roıal İusubova Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X9 Respublikasının vətəndaşı olsa da, onun valideynləri daimi əsaslarla Azərbaycan Respublikasında yaşadıqlarından ona əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması cəzası təyin edilməməlidir. Bundan başqa, təqsirləndirilən şəxs Roıal İusubovun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Roıal İusubov ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 12 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin rəyindən görünür ki, Roıal İusibovda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkdiyi dövrdə narkomaniya xəstəliyindən müalicə almasına zərurət yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 514,8 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 3099,8 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Roıal İusubovun üzərinə axtarış keçirilən zaman aşkar edilərək götürülmüş «Samsung Galaxy J5» markalı **********40632 və **********40630 İMEİ kodlu mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, üzərində «Röyal» yazısı olan «CD» disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 192 (bir yüz doxsan iki) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 192 (bir yüz doxsan iki) manat 82 (səksən iki) qəpik məhkəmə məsrəfi təqsirləndirilən şəxs Roıal İusubovdan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Roıal İusubov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr üzrə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Roıal İusubovun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 12 yanvar 2022-ci il tarixdən hesablansın. Roıal İusubov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Roıal İusubovun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 514,8 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 3099,8 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, Roıal İusubovun üzərinə axtarış keçirilən zaman aşkar edilərək götürülmüş «Samsung Galaxy J5» markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, üzərində «Röyal» yazısı olan «CD» disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 192 (bir yüz doxsan iki) manat 82 (səksən iki) qəpik məbləğində pul vəsaiti Roıal İusubovdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Roıal İusubova isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar