Məhkəmə qərarları › İş №1(101)-1112/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1112/2024

04.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1112/2024 04.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X11 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1987-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 yetkinlik yaşına çatmamış uşağı olan, fərdi əməklə məşğul olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-680/2015 saylı, 08 sentyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-107/2018 saylı, 18 yanvar 2018-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunu tətbiq edilərək əməli Azərbaycan Respublikası CM-in 178.2.2-ci və 178.2.4-cü maddəllərinə tövsif edilməklə cəzası 05 (beş) il müddətinə endirilmiş, Bakı Apellyasiya Məhkəməsinin 7(103)-169/2018 saylı, 03 aprel 2018-ci il tarixli qərarı ilə cəzası 04 (dörd) il 06 (altı) aya endirilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-181/2019 saylı, 30 aprel 2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 05 ay (beş) 28 (iyirmi səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-766/2024 saylı, 01 mart 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, kommersiya strukturlarında rəhbər və maddi məzul vəzifə tutmaq hüququndan məhrum ediməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Ağcabədi rayonunun Hacılar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, 08 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-878/2023 saylı, 09 iyun 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs sonuncunun tanışı X5 borclu olduğu 46.740 manat əvəzində 28.740 manat verib aralarında olan borc məsələsinə həll edəcəyinə dair yalan vəd verib aldatmaqla bu adla Zərərçəkmiş şəxs xx.xx.2018-ci il tarixdə ünvan 2 ünvanında yerləşən 7 saylı Cəzaçəkmə müəssisənin qarşısında istintaqa məlum olmayan Murad adlı şəxsin vasitəsi ilə 28.740 manat məbləğində pulu alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Rusiya Federasiyası və Qazaxıstan Respublikasından Azərbaycan Respublikasına buğda məhsullarını idxal etməklə alqı-satqısını həyata keçirib birgə qazanc əldə edəcəkləri barədə yalan vəd verib aldatmaqla bu adla Zərərçəkmiş şəxs 2020-ci ilin may ayının əvvəllərində Bakı şəhəri Binəqədİ rayonu Biləcəri qəsəbəsi A.Zeynallı küçəsində yerləşən 56 saylı evin qarşısında 25.000 manat, 2020-ci ilin iyun ayında eyni ünvanda 15.000 manat və 2020-ci ilin avqust ayında eyni ünvanda 10.000 manat olmaqla cəmi 50.000 manat məbləğində pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirləndirilərək məhkəməyə verilmişdir ondan ötrü ki, o, satış məqsədi ilə istintaqa məlum mənbədən külli miqdarda 5,613 qram çəkidə narkotik vasitə heroini istintaqa məlum olmayan tarix, vaxt və şəraitdə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Abşeron rayonu Fatmayı kəndi ərazisinə daşımış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 08 iyun 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 10:08-də qeyd olunan ünvanda saxlanılaraq ünvan 3İN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarının sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda 5,613 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, cəzaçəkmə müəssisəsində olduğu müddətdə “Kamal” adlı tanışı ona bildirmişdir ki, “Calal” adlı şəxs pulunu alıb, lakin qaytarmır. Bundan sonra o, sözügedən məsələni həll etmək üçün Calalla danışmış, sonuncu ona bildirmişdir ki, onunla görüşmək üçün cəzaçəkmə müəssisəsinə gələcək. Calal onun əmisi oğlu ilə birlikdə cəzaçəkmə müəssisəsinə gəldi və Kamala 18.000 manat məbləğində pul verməli olduğunu bildirdi. O, sonuncuya qarşı heç bir dələduzluq əməli törətməmişdir, aralarında mülki münasibətlər, yalnız taxıl və heyvan yem alqı-satqısına dair razılaşma olub, Camal ona pul verib, o isə qarşılığında mal satıb. Bundan başqa heç vaxt narkotik vasitələrdən istifadə etməmiş və satmamışdır. Şübhəli şəxs qismində tuutlduğu vaxt 4 nəfər polis əməkdaşı ona yaxınlaşaraq, birlikdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getməli olduqlarını bildirmiş, o da buna etiraz etməmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ailə üzvləri barədə təhdidlərə məruz qalmış, məruz qaldığı psixoloji təzyiqlərin nəticəsində polis əməkdaşları tərəfindən ona videoçəkilişdən əvvəlcə təqdim olunmuş narkotik vasitənin özünə məxsus olması barədə etirafedici ifadə verməyə məcbur olmuşdur. Halbuki şübhəli şəxs qismində tutulan zamanı üzərində heç bir qanunla qadağan edilmiş əşya və ya predmet olmamışdır. Sonda barəsində bəraət hökmünün elan edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə sonuncunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir, bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci və 178.2.2-ci, 178.2.4cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2018-ci ildən etibarən tanımışdır. O, həmin zaman quşçuluq fəaliyyəti ilə məşğul olmuş, “Kamal” adlı şəxs ona yaxınlaşaraq Neftçala yem zavodunun nümayəndəsi olmasını və həmin zavodun müxtəlif şəxslərə quş yemi satmasını təklif etmişdir. Kamal bir qədər öz zavodunu tərifləyərək ona yem satarsa buna cavabdeh olduğunu bildirmişdir. O, 2018-ci ilin yay aylarında Kamaldan ümumi dəyəri təxminən 75.000 manat olan yem məhsullarını almışdır. Lakin bir müddət keçdikdən sonra onun Ramana və Kürdəxanı qəsəbəsində yerləşən sexlərində olan quşların xəstəliyə tutulduğunu müşahidə etmişdir. Quşların çoxu isə bundan sonra tələf olmuşdur. Quşlar həmin zaman həkim rəyinə əsasən Kamalın verdiyi yemlərdən tələf olmuşdur. O, bu zamanadək Kamala 20.000 manat pul ödəniş etmişdir. Kamala 55.000 manat borcu qalmışdır. Bundan sonra Kamala narazı olduğunu bildirmişdir. Kamal da bu zərərin qarşılığında 1 yük maşını həcmində yemin pulunu ona güzəştə gedəcəyini demişdir. Həmin həcmdə olan yemin dəyəri 18.000 manat təşkil etmişdir. Lakin bundan sonra Kamal onu həmçinin təhdid etməyə və ondan 28.740 manat pulu ona tez bir zamanda verməyini istəməyə başlamışdır. Daha sonra Kamal onun üstünə idman cüssəli şəxsləri göndərməklə onu qorxutmağa çalışmışdır. Daha sonra isə ona 7 saylı X9 zəng gəlmişdir. Həmin şəxs özünü Kamalın şəriki olmasını və adının “Qulu Ağcabədinski” olmasını bildirmişdir. Daha sonra həmin şəxsə onu tanımadığını demişdir. Qulu isə ona internetdə barəsində kifayət qədər məlumat olmasını demişdir. Bundan sonra isə Qulu bu məsələni bağlamalı olmağını, eləcə də Kamala yox, ona 28.740 manat pulu gətirib verməli olduğunu bildirmişdir. 2018-ci ilin sonlarında o, 7 saylı CÇM-nə gedərək Qulu ilə görüşmüş, Qulu ona pul lazım olmasını, Kamalın da onun şəriki olmasını, pulun ona çatmalı olmasını demişdir. Bundan sonra Qulu konfrans üsulu ilə üçtərəfli olaraq Kamala zəng edib, 28.740 manat pulun ona çatacaq olmasını demişdir. Kamal da Qulu ilə razılaşmışdır. Bu hadisədən 2-3 gün sonra isə təxminın 32-34 yaşlarında olan “Murad” adlı şəxs onunla 7 saylı CÇM-nin yanında görüşmüşdür. O, həmin şəxsə Quluya çatdırması üçün 28.740 manat pulu həmin yerdə vermişdir. Həmin zaman yanlarında heç kim olmamışdır. Bu hadisədən sonra Kamal ondan Nizami Rayon Məhkəməsinə şikayət etmişdir. Kamal məhkəməyə şikayət edərək ondan 47.000 manat pul tələb etməyə başlamışdır. Məhkəmə də Kamalın leyhinə qərar qəbul etmişdir. O, həmin zaman sübut edə bilməmişdir ki, Quluya “Murad” adlı şəxs vasitəsilə verdiyi 28.740 manat pulu Kamala olan borcunun ödənməsi üçün Kamalın istəyi ilə vermişdir. Məhkəmə qərarından sonra bugünkü tarixədək Kamala 44.000 manat pul ödəmişdir. Onun bundan sonra Quluyla münasibəti yaranmışdı. O, Kamala olan borcunu ödədiyi zaman Qulu ona təklif etmişdir ki, azadlığa çıxdıqdan sonra onunla iş görsün, eləcə də verdiyi 28.740 manat pulu da bu cür qaytarsın. Qulu azadlığa çıxdıqdan sonra əlində kifayət qədər pul olmadığını, buğda alqı-satqısı işini görüb birgə qazanc əldə etmək üçün pul verməsini təklif etmişdir. O da razılaşmışdır. Daha sonra o, Quluya 2020-ci il ərzində hissə-hissə olaraq ümumilikdə 50.000 manat iş görməsi üçün vermişdir. Belə ki, ilk dəfə 2020-ci ilin may ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində Qulunun yaşadığı ünvanının qarşısında 25.000 manat, iyun ayında eyni ünvanda 15.000 manat və avqust ayında eyni ünvanda 10.000 manat pulu Qulu ondan alıb Rusiya Federasiyası və Qazaxıstan Respublikasından buğda məhsullarını idxal edəcəyinə söz vermişdir. O, pulu verib Türkiyəyə getmiş, orada olan zaman Quluya zəng edərək pulunu istəmiş, sonra başa düşmüşdür ki, sonuncu ona qarşı dələduzluq edib. Beləliklə, Qulu ondan 78.740 manat pul almışdır. Çünki Kamala çatdırması üçün Quluya göndərdiyi 28.740 manat pulu da Qulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Sonradan ona məlum olmuşdur ki, Qulu iş görmək adı ilə onu aldadaraq pullarını ələ keçirməklə ona qarşı dələduzluq etmişdir. Daha sonra Qulu ona verməli olan puldan müəyyən qədər ödəniş etmişdir. Qulu ona 15.000 manat dəyərində quş yemi vermiş, daha sonra isə 3.000 manat pul ödənişi etmişdir. Lakin Qulu bundan sonra ona qalıq qalan puldan ödəniş etməmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, pulu Quluya borc olaraq deyil, iş görmək üçün vermişdir. Sonuncu ona olan borcunun əvəzi olaraq 15.000 manat dəyərində quş yemi vermiş və 3.000 manat məbləğdə pulu bank kartına göndərmişdir. Təqsirləndirilən şəxs onun 3.000 manat məbləğində pulunu qaytarıb, geriyə 60.000 manat qalıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, işlədiyi Baş İdarəyə daxil olmuş məlumat əsasında 08 iyun 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:08- də Abşeron rayonu, Fatmayı kəndi ərazisində idarə etdiyi “Kia” markalı avtomobilin yanında olduğu zaman saxlanılaraq Baş İdarəyə şübhəli olaraq gətirilmişdir. 08 iyun 2023-cü il tarixli qərara əsasən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılarkən ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə narkotik vasitə olduğunu bildirib, əynində olan qara rəngli şalvarının sağ yan cibində olan 01 ədəd sellofan bükümü, şalvarının sağ arxa cibində olan 02 ədəd “Samsung” markalı mobil telefonları, şalvarının sağ yan cibində olan 01 ədəd siqaret qutusunu, 01 ədəd alışqanı və 01 ədəd avtomobil açarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilərkən bükümün içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik olan narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddəni 08 iyun 2023-cü il tarixdə Abşeron rayonu, Fatmayı kəndi ərazisindən tapdığını, narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etmədiyini, lakin həmin maddəni şəxsi istifadə məqsədi ilə üstündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman, eləcə də üzərində şəxsi axtarış aparılarkən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, onlara daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə olmayıb. Əməliyyat qrupunda o və digər 2 nəfər polis əməkdaşı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, şahidlər Şahid1 və Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etmişdir. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid1, Şahid3 və Şahid2 ifadələrini Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etmişlər. Cinayət işinin mateiallarında olan məhkəmə-kimyəvi ekspertizanın 08 iyun 2023-cü il tarixli 6/3254 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd selofan bükülüdə” sözlər və imzalar olan 1 ədəd zərfdəki 1 əddə bükümdə təmiz çəkisi 5,613 qram maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin mateiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 09 iyun 2023-cü il tarixli 3634 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərdən istifadə halı olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin mateiallarında olan məhkəmə-tibbi ekspertizasının 09 iyun 2023-cü il tarixli 231/MEŞ nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində sol yuxarı ətrafın gips sarğısı ilə immobilizasiya edilməsindən sonrakı vəziyyəti istisna olmaqla xəsarət aşkar edilməmişdir. Cinayət işinin mateiallarında olan məhkəmə-kimyəvi ekspertizanın 08 iyun 2023-cü il tarixli 6/3254 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkoloid aşkar edilmişdir. Cinayət işi materiallarında olan 08 iyun 2023-cü il tarixli “Şəxsi axtarış aparılması və götürülmə haqqında” protokoldan, cinayət işinin materiallarına əlavə edilmiş DVD diskdə yerləşən və məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun tətbiq edilərək əməli Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddəllərinə tövsif edilməklə cəzası 5 il müddətinə endirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 03 aprel 2018-ci il tarixli qərarı ilə cəzası 4 il 6 aya endirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli qərarı ilə 05 ay 28 gün vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən narkotik vasitə heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Amma Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitənin satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq niyyətinin olubolmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə olunmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: - 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. - 138.2-ci maddəsinə görə isə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin normanın mənasına görə təqsirləndirilən şəxs cinayətin törədilməsində özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. İttihamı, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsinin tərkibini yaradır. Həmin maddənin dispozisiyasında CM-nin 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkret göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onların müəyyən edilməsinin sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. Bunun üçün isə aşağıda qeyd olunan üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.1-1-ci maddəsinin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməli, yaxud da narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirməlidir; - şəxs belə əməlləri qanunsuz etməlidir; - narkotik vasitələr və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Məhkəmə ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı sübutları qiymətləndirərkən müvafiq qərarında Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin külli miqdarda olmasına diqqət çəkmişdir. Halbuki Təqsirləndirilən şəxs üstündə aşkar edilmiş narkotik vasitənin külli miqdarda olması digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir. Digər tərəfdən, artıq qanunvericilikdə edilmiş müvafiq dəyişikliklərdən sonra Cinayət Məcəlləsinin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər”ə dair XXVİ fəslinə daxil edilmiş satış məqsədi olmadan belə əməl törədilməsi ilə bağlı yeni cinayət tərkibində məhz “külli miqdar” dispozitiv əlamət kimi müəyyənləşdirilmişdir. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitənin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Bundan başqa ibtidai istintaq orqanının “Sübutların qiymətləndirilməsi haqqında” qərarını nəzərdən keçirən məhkəmə müəyyən edir ki, Təqsirləndirilən şəxs ifadəsini və şahidlərin ifadələrini də sübut növü kimi qiymətləndirilmişdir. Şahidlər Şahid3, Şahid1 ibtidai və məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı şahid qismində dindirilərkən vermiş olduqları ifadələrdə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair heç bir xüsusat bildirməmişlər. Eləcə də Şahid1 məhkəmə iclasında onlara daxil olmuş əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə olmadığını da bildirmişdir. Bundan əlavə ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini saxlamaqda məqsədinin məhz satış olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, təqsirkar şəxsin özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi halları da araşdırılmamışdır. Satılacaq narkotik vasitənin müqabilində Təqsirləndirilən şəxs hansı məbləğdə pul vəsaiti alması və həmin məbləği kimdən alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir. Halbuki bu hallar da təqsirləndirilən şəxsə elan olunmuş ittihamın sübuta yetirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. İş materiallarından göründüyü kimi təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün tələb olunan şərtlərdən yalnız iki şərt – narkotik vasitənin dövriyyəsi ilə bağlı təqsirləndirilən şəxsin qanunsuz hərəkətlər etməsi (narkotik vasitənin qanunsuz olaraq əldə etməsi və üstündə daşıması) və bu vasitənin külli miqdarda olması mübahisəsiz sübuta yetirilir, Təqsirləndirilən şəxs istinad olunan əməlləri satış məqsədilə törətməsi isə araşdırılmış sübutlarla təsdiq olunmur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş həmin narkotik vasitəni öz istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitənin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə həmin narkotik vasitənin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyildir. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol aça bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Məhkəmə şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə fizikikimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitən əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələri və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələri və psixotrop maddələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə narkotik vasitəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 124.2-ci maddəsinin tələbinə görə cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. - 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. - 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. - 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X16rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, polis əməkdaşları tərəfindən psixoloji təzyiqlərə məruz qalması, bu səbəbdən ilkin olaraq etirafedici ifadə verməsi, həmçinin ittiham olunduğu dələduzluq cinayətində özünü təqsirli bilməməsi, zərər çəkmiş şəxslə aralarında olan münasibətin mülki xarakterli olmasına dair Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini mötəbər sübut qismində qəbul edir və sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən də görünür ki, 08 iyun 2023-cü il tarixdə səhər vaxtlarında Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerdən bir bükümdə narkotik vasitə heroin tapıb gələcəkdə özü istifadə etmək məqsədi ilə cibinə qoyub gəzdirmişdir. O, əvvəllər heç bir vaxt narkotik vasitələrdən istifadə etməmiş, lakin marağı olduğundan dadına baxmaq istəmişdir. Beləliklə də narkotik vasitəni cibinə qoyub gəzirmişdir. 08 iyun 2023-cü il tarixdə saat 10:08-də Abşeron rayonu, Fatmayı kəndi ərazisində idarə etdiyi “Kia” markalı 99-RR- 809 qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə vardır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Ona üzərindən narkotik vasitə, psixotrop maddə varsa, təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan qara rəngli şalvarının sağ yan cibində olan 01 ədəd sellofan bükümü, şalvarının sağ arxa cibində olan 02 ədəd “Samsung” markalı mobil telefonları, şalvarının sağ yan cibində olan 01 ədəd siqaret qutusunu, 01 ədəd alışqanı və 01 ədəd avtomobil açarını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik olan narkotik vasitə heroin olması müşahidə edilmişdir. Bundan sonra üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən üstündən digər əşya və predmetlər aşkar edilməmişdir. Üstündən aşkar edilmiş “Samsung” markalı mobil telefonlar polis əməkdaşları tərəfindən götürülmüşdür. Eyni zamanda üstündən aşkar edilmiş 01 ədəd avtomobil açarı, 01 ədəd siqaret qutusu, və 01 ədəd alışqan özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı üstündən aşkar edilmiş narkotik vasitə heroini 08 iyun 2023-cü il tarixdə Abşeron rayonu, Fatmayı kəndi ərazisindən tapdığını, narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etmədiyini, lakin həmin maddəni şəxsi istifadə məqsədi ilə üstündə saxladığını, həmin maddədən keç kimə vermədiyini, keç kimə satmadığını, həmin maddənin üstündə olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Həmçinin şifahi sorğu zamanı hazırda idarə etdiyi “Kia” markalı, **-RR-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr saxlamadığını və avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra idarə etdiyi “Kia” markalı, **-RR-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı idarə etdiyi avtomobildən iş üzrə əhəmiyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan başqa “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1, 2, 3, 4 və 5-ci bəndlərində qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmçinin cinayət işinin materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli 2(007)-956/2019 nömrəli qətnaməsindən də görünür ki, iddiaçı X4 cavabdeh Zərərçəkmiş şəxs qarşı “Borcun ödənilməsi” tələbinə dair mülki işə baxılarkən Təqsirləndirilən şəxs məhkəmədə bildirmişdir ki, mülki iş üzrə iddiaçı X7 ilə yaxın münasibətləri olub. Kamal bu işlə bağlı ona bildirmişdir ki, o, zavoddan yemi alıb Zərərçəkmiş şəxs vermişdir. Hal-hazırda isə onun bununla bağlı 46.740 manat borcu vardır. Calal isə həmin borcu Kamala qaytarmır. O Kamala Cəlaldan həmin borcun alınmasında köməklik edəcəyini bildirmişdir. Kamal Calalın mobil telefon nömrəsini ona verərək həmin 46740 manat pulu Cəlaldan almasını xahiş etmişdir. O isə Calalla telefonla danışarkən Calal ona bildirmişdir ki, həmin borcdan 18.000 manat hissəsini zavod güzəşt etdiyindən onun Kamala cəmi 28.740 manat borcu qalmışdır. O isə Calala hədə-qorxu gəlmədən həmin 28.740 manat pulun ona çatacağını bildirmişdir. Calal həmin pulu 7 saylı Cəzaçəkmə Müəssisəsinin yaxınlığında ata tərəfdən uzaq qohumu Murad adlı şəxsə vermişdir. O da həmin pulu aldıqdan sonra maddi ehtiyacları olduğu üçün Kamala qaytarmamışdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş əməllərini qəsdən törətmişdir, həmin əməllər başa çatmış cinayətlərdir, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllər az ağır, həmin məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməl isə təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, himayəsində yetkinlik yaşına çatmamış uşaqlarının olduğunu, zərər çəkmiş şəxslə aralarında barışıq əldə olunmadığını, sonuncunun ona qarşı şikayətçi olduğunu, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs X6 ilə birgə nikahlarından 08 may 2008-ci il təvəllüdlü və 16 mart 2010-cu il təvəllüdlü iki nəfər yetkinlik yaşına çatmamış uşağı var. Məhkəmə qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsini cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-680/2015 saylı, 08 sentyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-107/2018 saylı, 18 yanvar 2018-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunu tətbiq edilərək əməli Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddəllərinə tövsif edilməklə cəzası 05 (beş) il müddətinə endirilmiş, Bakı Apellyasiya Məhkəməsinin 7(103)-169/2018 saylı, 03 aprel 2018-ci il tarixli qərarı ilə cəzası 04 (dörd) il 06 (altı) aya endirilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-181/2019 saylı, 30 aprel 2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 05 ay (beş) 28 (iyirmi səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə istinad edilən cinayət əməlini əvvəllər az ağır cinayət törətməyə görə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən 02 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Bundan başqa Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-766/2024 saylı, 01 mart 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, kommersiya strukturlarında rəhbər və maddi məzul vəzifə tutmaq hüququndan məhrum ediməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli 08 iyun 2023-cü il tarixdən hesablanmış və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilmişdir. Həmin Məcəllənin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-766/2024 saylı, 01 mart 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi qəti olaraq təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, kommersiya strukturlarında rəhbər və maddi məzul vəzifə tutmaq hüququndan məhrum ediməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddələrinə əsasən bu hökm üzrə təyin ediləcək cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 08 iyun 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 iyun 2023cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyana görə Təqsirləndirilən şəxs qarşı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məһkəmə һesab edir ki, iş üzrə müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. İş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 5,513 qram təşkil narkotik vasitə heroin məhv edilməlidir. Həmçinin iş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X8 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X8 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə 03 (üç) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-766/2024 saylı, 01 mart 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi qəti olaraq təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, kommersiya strukturlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum ediməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, kommersiya strukturlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyana görə Təqsirləndirilən şəxs qarşı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs oğlundan 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan qalıq çəkisi 5,513 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X8 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar