Məhkəmə qərarları › İş №1(101)-1112/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1112/2025

23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1112/2025 23.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X5 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Zəfər» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, nömrəsiz fərdi tikilmiş evdə yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 17:35-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışını təşkil etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan “Бehбуд” (Behbud) adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında əldə edilmiş razılığa əsasən müəyyən ünvanlara çatdırmaq üçün həmin şəxsin +**********89 nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə göndərilən fotoşəkillərə uyğun Bakı şəhəri ərazisində müvafiq yerlərə qoyulmuş bir ədəd torbada külli miqdarda təmiz çəkisi 5405,0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı əldə edib üzərində daşımaqla saxlamış, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş məlumat əsasında Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən 28 noyabr 2024cü il tarixdə saat 23:50-də keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılıb videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən üzərində ***-***-**-** nömrə olan bir ədəd “Samsung” markalı mobil telefon, sağ əlində olan bir ədəd qara rəngli sellofan torbada küllü miqdarda təmiz çəkisi 5405,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 2.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, özü narkotik vasitə “kakos” istifadəçisi olmuş, lakin saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Təxminən saat 9, 10-a işləmiş 3-4 nəfər 35-ci polis bölməsinin işçiləri tərəfindən Elman Şükürov ünvanında saxlanılaraq bölməyə aparılmışdır. Narkotiki “Cəmşid Naxçıvanski adına Hərbi lisey”in həyətinin yaxınlığında darvazanın yanında olan dayanacaqdan götürməli olmuş, onu həmin yerdən götürüb Elvin Şükürov küçəsinə gətirmişlər. X4 zavodun həyətində keçirilmiş və videoçəkilişdə polislərin dediklərini qəbul etmişdir. Onun faktiki tutulduğu yerlə Elvin Şükürov küçəsi arasında olan məsafə 10 dəqiqəlik yol olmuşdur. Onu birinci həmin küçəyə apararaq “yadında saxla ki, səni burada tutmuşuq” demişlər və oradan da bölməyə aparmışlar. Onu saxlayan polislərin rəhbəri Rəşid adlı şəxs olmuş, digərlərinin isə təzə işə başladıqları, çox cavan olduqları, hələ video çəkməyi də bacarmadıqları hiss olunmuşdur. Çəkilişə Rəşid göstərişlər vermiş və cavanlar da çəkmişlər. Rəşid adlı şəxs bölmədə ona xəsarət yetirmişdir. Ona “bu torba sənindir” demişlər və 234.1-1-ci maddə ilə razılığa gəlmişlər. Çəkilişdən əvvəl ona xəsarətlər yetirilmiş, bununla bağlı həkim rəyi verilmiş və rentgen çıxarışları edilmiş, onun ayağında xəsarətlər olmuş, topuğu sındırıldığından şişmiş və təcridxana onu bir ayaqla qəbul etmişdir. Onu şantaj edəndən sonra razılaşmışdır. Əvvəlcə ona qandal veriləcəyini demişlər, lakin həmin çəkidə narkotikə qandal düşmədiyini bilmişdir. Getdiyi “konum”da məqsədi narkotiki öz istifadəsi üçün götürmək olmuş və onun telefonunda qram barəsində danışıq olmuşdur. Danışdığı şəxs İran vətəndaşı olmuş, iranlı onun üçün narkotik vasitə göndərməmiş, onun iranlıdan istədiyi başqa narkotik olmuş və aşkar edilən isə başqası olmuşdur. İranlı ona “kakos”u götürmək üçün iki yer atmış, birinci ünvana gedib tapa bilməyərək harada olduğunu soruşmuş, iranlı ona “biraz içəriyə get oradadır” demiş, betonun yanında olan qara sellofana yaxınlaşmış, üç qram üçün balaca bağlama olacağını düşünmüş və otluqda qoyulmuş sellofanı dartanda ardı gələrək bir torba çıxmışdır. Bundan sonra da gizlənən polislər gəlmişlər. Bu danışdıqları polislərin ona öyrətdiyi variantdır. Əslində isə başqa cür olmuş, polislər onu “Cəmşid Naxçıvanski adına Hərbi lisey”in yaxınlığında iri şahmatların yanında saxlayaraq orada nə etdiyini soruşmuşlar. O, danışıqlarında ümumiyyətlə çətənədən danışmamış, ancaq heroin üçün getmişdir. Ümumilikdə üç qram heroin üçün 180 manat pul vermiş, 20 manat da sonra verəcəkdi. O, tutulan zaman onda narkotik vasitə olmamış və heç kimə narkotik satmamışdır. İttiham aktında göstərilən nömrə onda olmuş, nömrəni qonşusu Səfərzadə Surxaydan almış, lakin saxlanılan vaxt bir ay olar ki, həmin nömrəni istifadə etməmişdir. O, saxlanılan zaman telefon nömrəsi üzərində olmamışdır. 3.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi 30 noyabr 2024-cü il tarixli ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, uzun illərdir narkotik vasitələrdən və pisoxotrop maddələrdən istifadə edir. Dəfələrlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2021-ci ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2014-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Dəqiq xatırlamadığı tanışlarının vasitəsi ilə “whatsapp” ani mesajlaşma sistemindən +**********89 mobil nömrə istifadəçisi İran İslam Respublikasının vətəndaşı “Behbud” adlı şəxslə əlaqə saxlayaraq şəxsi istifadəsi üçün nisyə olaraq 200 manat dəyərində kakos və ot kimi tanıdığı narkotik vasitə göndərməsini istəməmişdir. 28 noyabr 2024-cü il tarixdə təxminən saat 21 radələrində “Behbud” onun istifadəsində olan “whatsapp" ani mesajlaşma sistemində qeydiyyatdan keçdiyi ***-***-**-** mobil nömrəsinə narkotik vasitənin olduğu yerin şəklini və xəritəsini göndərmişdir. Göndərilən şəkil və xəritəyə uyğun olaraq bağlamanı Xətai rayonu, E.Şükürlü küçəsində aşkar edərək götürmüşdür. 28 noyabr 2024cü il tarixdə saat 23:50-də mülki geyimli polis əməkdaşları yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərinə videoçəkilişlə baxış keçirdikdə sağ əlində saxladığı bir ədəd qara rəngli sellofan torbanı təqdim edərək içərisində “çətənəmarixuana” kimi tanıdığı narkotik vasitə olmasını bildirmişdir. Həmin torbanı saxlanıldığı yerin yaxınlığında İran vətəndaşının göndərdiyi xəritə və şəkilə uyğun olaraq götürdüyünü bildirmişdir. İran vətəndaşından az miqdarda narkotik vasitə istəməsinə baxmayaraq iri torba göndərməsini bildirmişdir. Aşkar edilmiş bir ədəd qara rəngli sellofan torba qablaşdırılıb üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Üzərinə keçirilən axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sol yan cibindən üzərində ***-***-**-** mobil nömrə olan bir ədəd “Sasmsung” markalı mobil telefon, əynindəki qırmızı rəngli gödəkcənin sağ yan cibindən bir ədəd alışqan və bir ədəd siqaret qutusu aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları onu Xətai rayonu, G.Şıxlinski küçəsi 49 ünvanında yerləşən Xətai RPİ-nin 35-ci PB-nə dəvət edərək gətirmişlər. Polis bölməsinə hüquqlarını müdafiə etməsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutub Xətai RPİ-nin X11 təhvil verilmişdir (İ cild, səh. 75-77). 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi 10 yanvar 2025-ci il tarixli ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, ilkin verdiyi ifadələrini təsdiq edir. Dəqiq xatırlamadığı tanışlarının vasitəsi ilə “whatsapp” ani mesajlaşma sistemindən +**********89 mobil nömrə istifadəçisi İran İslam Respublikasının vətəndaşı “Behbud” adlı şəxslə əlaqə saxlayaraq şəxsi istifadəsi üçün nisyə olaraq 200 manat dəyərində kakos və ot kimi tanıdğı narkotik vasitə göndərməsini xahiş etmişdir. 28 noyabr 2024-cü il tarixdə təxminən saat 21 radələrində “Behbud” onun istifadəsində “whatsapp" ani mesajlaşma sistemində qeydiyyatdan keçdiyi ***-***-**-** mobil nömrəsinə narkotik vasitənin olduğu yerin şəklini və xəritəsini göndərmişdir. Göndərilən şəkil və xəritəyə uyğun olaraq bağlamanı Xətai rayonu, E.Şükürlü küçəsində aşkar edərək götürmüşdür (İ cild, səh. 156-157). 5.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, yəni həm satış və daşıma, həm də istifadə barədə ona əməliyyat məlumatı daxil olmuş, əməliyyat tədbirində üç nəfər iştirkak etmişlər. Əməliyyat məlumatı əsasında gecə saat 12 radələrində E.Şükürlü küçəsi döngə 1 ünvanında Vüqar adlı şəxsi saxlamışlar. Saxlanılan zaman üzərində qanunla qadağan olunmuş nə varsa təqdim etməsi təklif edilmiş, bu zaman şəxs əlində olan qara bağlamanı təqdim etmiş və marixuanaya bənzər qurudulmuş ot kültəsi aşkar olunmuşdur. Hadisə yerində videoçəkiliş aparılmışdır. Necə əldə etməsi soruşulduqda iranlının vasitəsilə özünün istifadəsi üçün götürdüyünü bildirmişdir. Sonra aşkar edilmiş kütlə qablaşdırılıb 35ci Polis Bölməsinə gətirilərək təhqiqata təhvil verilmişdir. Onların Rəşid adlı əməkdaşları yoxdur və əməliyyatda belə bir şəxs iştirak etməmişdir. Təqsirləndirilən şəxsin başqa yerdə saxlanılaraq hadisə yerinə aparılması mümkün deyil. Saxlanılan zaman şəxsə qarşı zor və təzyiq olmamışdır. Təqsirləndirilən şəxsin döyülməsi halı mümkün deyil, bu barədə yalan ifadə verir. Şəxsi onlar saxlamışlar və daim şəxsin yanında olmuşdur. O, nə şəxsi saxlayarkən, nə növbətçi hissəyə təhvil verərkən, nə də ki, X11 təhvil verərkən şəxsin üzərində hansısa xəsarət izini görməmişdir. Onun təqsirləndirilən şəxsin ayağında hansısa zədənin olması barədə məlumatı olmamış və ayağının üzərinə stulun qoyulması halı olmamışdır. Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 6.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, ünvan 6 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi nömrəsiz fərdi tikilmiş evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 28 noyabr 2024-cü il tarixdə, saat 23:50-də Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri polis kapitanı Şahid2 və polis leytenantı Şahid3 ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs, ünvan 8 ünvanın qarşısında əlində bir ədəd qara rəngli torba ilə saxlayıb videoçəkilişdən istifadə etməklə özlərini təqdim edib saxlama səbəbini izah edib üzərinə şəxsi axtarış keçirmişlər. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı qara rəngli sellofan torbanı yerə qoyaraq təqdim etmişdir. Təqdim edilmiş qara rəngli sellofan torbaya baxış keçirildikdə içərisində üzəri yapışqanla bağlanmış bir ədəd torbanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin sellofan bükümü İran İslam Respublikasının vətəndaşının bildirdiyi yerdən şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdə əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən özünə məxsus olduğunu bildirdiyi bir ədəd “Samsung” markalı mobil telefon, əynindəki qırmızı rəngli gödəkcənin sağ yan cibindən bir ədəd siqaret qutusu və bir ədəd alışqan əskar edilərək gütürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs və ondan aşkar edilmiş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan torba ilə birlikdə ünvan 9 ünvanında yerləşən Xətai RPİ-nin 35-ci PB-nə dəvət edərək gətirib bölmənin baş təhqiqatçısı polis mayoru X3 təqdim etmişlər. Polis bölməsinə dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bükümün içərisində olan kütləyə baxış keçirilmiş və elektron tərəzidə çəkildikdə büküm ilə birlikdə 5.650 qram olması müəyyən edilərək təkrar qablaşdırılıb üzəri möhürlənmişdir (İ cild, səh. 124-126). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, noyabr ayının 28-də Şahid1 əməliyyat məlumatı daxil olmuş, o, Şahid1 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Xətai rayonu, E.Şükürlü ünvanının yaxınlığında mövqelərini tutmuşlar və əlamətləri Vüqara uyğun gələn əlində torba olan şəxsi saxlayaraq özlərini təqdim etmişlər. Şəxsin üzərinə hadisə yerində videoçəkilişlə baxış keçirilmiş, üzərindən siqaret, telefon, alışqan və sağ əlində saxladığı qara torba aşkar edilmişdir. Daha sonra isə sənədləşmə ilə bağlı polisə dəvət edilmiş və sonda təhqiqat orqanına təhvil verilmişdir. Rəşid adlı polis əməkdaşı əməliyyatda iştirak etməmişdir. Saxlanılan zaman üzərində heç bir narkotikin olmaması barədə təqsirləndirilən şəxsin ifadəsi məsuliyyətdən yayınma üçündür. Saxlanılan zaman və idarədə təqsirləndirilən şəxsə qarşı heç bir zor olmamışdır. Təqsirləndirilən şəxsin fiziki zorakılığa məruz qalması barədə dedikləri əsassız və yalandır. Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 8.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 128-130). 9.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq daşması barədə Şahid1 əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında 28 noyabr 2024-cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyat tədbiri nəticəsində gecə saat 12 radələrində Elvin Şükürlü küçəsi, döngə 1-də saxlanılmışdır. Şəxsin saxlanılmasında üç nəfər iştirak etmişlər. Saxlanıldığı zaman üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif edilmiş, bundan sonra əlində olan torbanı təqdim etmiş və narkotik vasitələr aşkar edilmişdir. Daha sonra sənədləşdirmə işlərinin aparılması üçün 35-ci polis bölməsinə aparılmışdır. Videoçəkiliş hadisə yerində keçirilmiş və daha sonra qablaşdırılmışdır. Aşkar edilən narkotik vasitələr torbada olmuşdur. Saxlanılan zaman narkotik təqsirləndirilən şəxsin üzərində olmuşdur. “Cəmşid Naxçıvanski adına Hərbi lisey”in arxa darvazası ilə Elman Şükürlü küçəsi üzbəüz küçələrdir. Narkotik vasitələrin götürülməsi zamanı şəxsə qarşı heç bir təsir göstərilməmişdir. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülərək, üzərinə narkotik qoyulması halları olmamışdır. Nə götürülmə zamanı, nə də götürülmədən sonra şəxsə heç bir təzyiq olmamış və təqsirləndirilən şəxsin ayağının əzilməsi halının şahidi olmamışdır. Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 10.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 132-134). 11.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2024-cü il tarixli, 7/1943 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 5405,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır (İ cild, səh. 46-49). 12.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X1 02 dekabr 2024-cü il tarixli 7588 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 121-122). 13.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10-Hüquqi şəxsi kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 09 yanvar 2025- ci il tarixli, 38 nömrəli rəyindən görünür ki, Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədilən anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci mədəsinin təsiri altına düşmür. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda əqli-intellektual imkanlarında hər hansı dəyişiklik yaranmamışdır. Hadisə zamanı baş verənləri düzgün qavramaq, dərk etmək və öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik, fərdi-psixi xüsusiyyətlərində eqosentrizm, inadkarlıq aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Onda özündən uydurmağa ve başqalarının təsiri altında hərəkət etməyə aşkar olunmadı. Təqsirləndirilən şəxs baş verənləri düzgün qavrayıb təsvir etmək və ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs hadisə zamanı şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixiemosional vəziyyətdə olmamışdır (İ cild, səh. 176-180). 14.«Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və üzərinə baxış keçirilməsinə dair» 28 noyabr 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən diskdən görünür ki, Xətai Rayon Polis İdarəsinin NMB-yə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 28 noyabr 2024-cü il tarixdə, saat 23:50 dəqiqədə ünvan 11 ünvanın qarşısında piyada hərəkətdə olan zaman saxlanılmış, ona hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində olan qara rəngli sellofan paketi, içərisində bitki tərkibli narkotik vasitə hesab olunan marixuanaya bənzər bitkilər olan bükümü və əynindəki şalvarın sağ yan cibindən özünə məxsus olduğunu bildirdiyi “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi paketin içərisindəki narkotik vasitə olan marixuanadır, həmin marixuananı iran vətəndaşı vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 23:40 radələrində E.Şükürlü küçəsində döngə 1 ünvanda götürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə qablaşdırılmışdır. Üstünü yoxlama ünvan 11 ünvanında keçirilmiş və video çəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır (İ cild, səh. 10-11). 15.«Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında» 29 noyabr 2024cü il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin NMB-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 29 noyabr 2024-cü il tarixdə, saat 23:50 dəqiqədə ünvan 11 ünvanın qarşısında piyada hərəkətdə oan zaman saxlanılaraq üstü yoxlanılmış, sağ əlində içərisində yaşıl rəngli bitki tərkibli marixuanaya bənzər naddələr olan 01 ədəd qara rəngli sellofan torba aşkar olunaraq götürülmüş və qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasına gətirilmişdir. Əməliyyat-axtarış tədbirlərinin gedişatına dair Qanunvericiliyin tələblərinə uyğun olaraq protokol tərtib olunmuş və videoçəkiliş “DVD” formatlı diskə köçürülmüşdür. Təqdim olunan 01 ədəd qara rəngli sellofan torbaya və 01 ədəd DVD formatlı diskə baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd qablaşdırılmış qara rəngli torbanın içərisində yaşıl rəngli bitki tərkibli maddələr aşkar olunmuşdur. Təqdim olunmuş bir ədəd sellofan torba tərəzi ilə çəkildikdə qablaşdırma ilə birlikdə 5.650 qram olması müəyyən edilib yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 01 ədəd DVD formatlı diskə baxış keçirilmişdir. DVD formatlı diskdə olan görüntülərdə təhqiqata təqdim olunan içərisində yaşıl rəngli, bitki tərkibli maddələr olan 01 ədəd qara sellofan torbanın aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması baradə bildirməsi əksini tapmışdır (İ cild, səh. 21-22). 16.«Mobil telefona baxış keçirilməsi haqqında» 10 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus üzərində ***-***-**-** mobil nömrə olan 01 ədəd “Samsung” markalı mobil telefona aparatına baxış keçirilmişdir. İş masası üzərində yerləşən “Галерея” bölməsinə daxil olduqda orada ümumilikdə 10 ədəd foto şəklin olması aşkar olunmuşdur. Mobil telefonun “Сообщения” və “Галерея” bölmələrinə daxil olduqda iş üçün sübut əhəmiyyətinə malik heç bir məlumat aşkar edilməmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ona məxsus “Samsung” markalı mobil telefonun iş masası üzərində yerləşən “WhatsApp” proqramında ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmişdir. “WhatsApp” ani mesailaşma sisteminə daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən +**********89 mobil nömrə istifadəçisi “Бehбуд” adı qeyd olunmuş istifadəçiyə “səsli mesajlar-nədən ay behzad baş açmadın? aydında tanıyıram oranı hardadısa tanıyıram oranı hardadısa konum atsan gedib götürərəm, baxım haradı bura qaqaş 10 dəqiqəyə çatıram səbirli ol, nə rəngdədi behraz özdəki iki dənə yer atıb e bu şəkil birincidədi ikincidə”, +**********89 mobil nömrə istifadəçisi “Бehбуд” adı ilə qeyd olunmuş istifadəçi Təqsirləndirilən şəxs “ok, iki ədəd yer bildirən şəkil və xəritə, səsli mesajlar-getdin qada alaram sənin, yaxşıda gözdüyürəm qada alım, klokun içindədi otduğun içində gəz klokun içindədi qada alım, yazılı mesaj-qara klok, səsli mesaj-finiş verdiyin ver yəni dönüb içəriyədə dönüb içərilikdədi get bax ora qara klokun içərisindədi tapdın?, səsli zəng” məzmunlu ismarıc göndərilmişdir (İ cild, səh. 148- 149). 17.«Cinayət iş üzrə sübutların qiymətləndirilməsi haqqında» 14 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 5405,0 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və qalıq çəkisi 5404,95 qram olan narkotik vasitə qurudulmuş marixuana saxlanış üçün Xətai Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş «Samsung» markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinin görüntüsü olan iki ədəd DVD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. "xxxx" MMC-nin 25 dekabr 2024cü il tarixli AZF/LGL-9919/24 nömrəli məktubuna əlavə edilmiş CD disk sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmişdir (İ cild, səh. 209-217). 18.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsin 03 dekabr 2024-cü il tarixli, 14759 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (İ cild, səh. 102). 19.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, sol topuq və ayaq pəncəsinin üzərində yumşaq toxumaların şişkinliyi, hər iki yuxarı ətrafda və hər iki qasıq bükümündə postineksion döyənək aşkar edilmişdir. 20.«Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 07 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə əlaqədar məlumata əsasən toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (İ cild, səh. 173-175). 21.«Şübhəli şəxsin tutulması haqqında» 29 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və azadlığının məhdudlaşdırıldığı 28 noyabr 2024-cü il tarixdən tutulmuş hesab edilmişdir (İ cild, səh. 32- 33). 22.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 noyabr 2024-cü il tarixli, 4(011)- 724/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 29 noyabr 2024cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 84-88). 23.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər: 1.Quba Rayon Məhkəməsinin 11 iyun 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 mart 2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. 2.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 fevral 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 avqust 2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (İ cild, səh. 112- 115). Tətbiq edilən qanunvericilik normaları və məhkəmənin mövqeyi: 24.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 25.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 26.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 27.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 maddəsinin xaric olunmasını əsaslı sayır. 28.Belə ki, Təqsirləndirilən şəxs verilmiş ittihamda cinayət əməlinin məhz qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi aparılan hərtərəfli məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. 29.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. 30.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin hər hansı iştirakçıları ilə aralarında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edilməmiş, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olması, həmçinin həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hər hansı şəxslə qabaqcadan əlbirliyi, yəni əvvəlcədən razılıq, əlbirlik nəticəsində əldə olunan və ya əldə olunacaq mənfəətin bölünməsi ilə bağlı sövdələşmə müəyyən olunmamışdır. 31.İstintaq orqanı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışını təşkil etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan “Бehбуд” (Behbud) adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməsini... qeyd etmiş, lakin məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış iş materiallarında Təqsirləndirilən şəxs hər hansı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında istinad edilən cinayət əməlini törətməsi müəyyən edilməmişdir. 32.“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. İrəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. 33.İstintaq orqanı Təqsirləndirilən şəxs hərəkətlərini satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşımaqla saxlama ilə bərabər həm də, bu əməlin predmetini təşkil edən narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan adı “Бehбуд” (Behbud) olması ehtimal olunan şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs şəxs təşkil etmə kimi qiymətləndirib onun əməlini əlavə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif etmişdir. 34.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımasına dair digər şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməsində iştirakını təsdiq edən sübut müəyyən olunmamışdır. 35.Məhkəmənin bu qənaəti əməlin obyektiv tərəfinə aid hərəkət və hərkətsizliyi, subyektiv tərəfinə aid olan qəsdə aid əqli iştirakçılığını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə aid cinayət əməlinin törədilməsinin vaxtı, yeri və şəraitini təsdiq edən sübut müəyyən olunmaması baxımından da əsaslıdır. Çünki bu əlamətlər olmadan şəxsin əməlində cinayət olmasını ehtimal etmək hüquqi baxımdan istisna olunur. 36.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsində qeyd olunur ki, Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. 37.Məhkəmə, yuxarıda göstərilən halları və işin faktiki hallarını nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibi istisna olunur. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin xaric olunmasını əsaslı sayır. 38.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 39.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 40.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 41.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 42.Qanunun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 43.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 44.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 45.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 109.1-ci bəndinə görə 500 qram və yuxarı həddə narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar hesab hesab edilir. 46.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında təqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 47.Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmaması barədə ifadəsinə münasibətdə isə onu qeyd edir ki, Təqsirləndirilən şəxs məxsus olmaqla istifadəsində olmuş “Samsung” markalı mobil telefon cihazında olan “WhatsApp” ani mesajlaşma tətbiqinə daxil olan və göndərilən sms mətnlərinə dair məlumatların əks olunduğu elektron məlumat daşıyıcılarına baxış zamanı jarqon terminlərdə ifadə olunan, əslində isə dövriyyəsi qadağan olunmuş narkotik vasitənin satışı ilə bağlı kifayət qədər sms yazışmalarının olması təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini tam sübuta yetirir. 48.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, sol topuq və ayaq pəncəsinin üzərində yumşaq toxumaların şişkinliyi, hər iki yuxarı ətrafda və hər iki qasıq bükümündə postineksion döyənək aşkar edilmişdir. Eyni zamanda, «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 07 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə əlaqədar məlumata əsasən toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. 49.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X6rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 50.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsinə dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 51.Məhkəmə təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişin həqiqəti əks etdirməməsi məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, «Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və üzərinə baxış keçirilməsinə dair» 28 noyabr 2024-cü il tarixli protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 52.Təqsirləndirilən şəxsin tədqiq edilmiş videoçəkilişin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. 53.Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ğlunun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. 54.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 55.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirli olmasının ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 56.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 57.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 59.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 60.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 61.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 62.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 63.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 64.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. 65.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. 66.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə görə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 67.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 68.Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər məhkum edildiyi cinayət əməllərinə münasibətdə məhkumluğu ödənilmişdir. 69.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 70.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 71.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 72.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 73.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 74.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığı - 28 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. 75.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 76.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi . 77.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 78.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5404,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD formatlı diskin və "xxxx" MMC-nin 25 dekabr 2024-cü il tarixli AZF/LGL-9919/24 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd CD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung» markalı mobil telefon aparatı onun özünə (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılmalıdır. 79.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 80.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 81.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 82.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 83.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri «Zəfər» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Zəfər» Vəkil Bürosunun hesabına ödənilməlidir. 84.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 28 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri «Zəfər» Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 5404,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd CD formatlı və 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın, bir ədəd «Samsung» markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Elmin Rüstəmov

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar