Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1113/2021 18.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlunun və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxxxx 1983-cü il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 310, 32.4, 312.2 və 320.1-ci maddələri, xx xxxxx 1964-cü il tarixdə İsmayıllı rayonunun, Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.1, 29,178.2.2, 29, 178.2.4, 178.2.1, 178.2.2, 178.2.4, 32.5, 310 və 32.4, 312.2-ci maddələri, xx xxx 1982-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsində baş məsləhətçi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanında qeydiyyatda olmaqla ünvan 6 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə təkrarən ələ keçirməyə cəhd etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli və küllü miqdarda ziyan vurmaqla təkrarən ələ keçirməklə dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə, habelə qeyrisinin köməkçiliyi ilə, hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış, qabaqcadan əlbir olan bir qrup şəxs qismində və bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəkləri hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2018-ci ildə ayrı-ayrı şəxslərə özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edib inam yaratmaq niyyəti ilə ünvan 7 ünvanında yaşadığı mənzildə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xidməti vəsiqəsini hazırlamaq üçün özünə məxsus “TOSHİBA” markalı kompyuterdən istifadə etməklə bir ədəd vərəqdə yuxarı hissədə “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti” yazılarını, həmin yazıdan aşağıda alt-alta olmaqla “Vəsiqə № 123”, “Adı: Pərviz”, “Soyadı: Bəbirov”, “Ata adı: Əli”, “İdarə: Təhqiqat İdarəsi”, “Vəzifəsi: İdarə rəisi” və “Verildiyi tarix: 18.02.2019” sözlərini yazaraq, həmçinin vərəqin orta hissəsində özünün hazırladığı relyef klişedən istifadə edərək Azərbaycan Respublikasının xəritəsini və xəritənin üzərində “DTX” hərflərini əks etdirən möhür nümunəsi əks etdirdikdən sonra həmin vərəqin üzərinə əvvəlcədən istintaqla müəyyən edilməyən atelyedən polkovnik-leytenant hərbi rütbəsi ilə əldə etdiyi həmin Xidmətin xidməti geyim forması ilə çəkdirdiyi 3x4 formatındakı fotoşəkili yapışdırıb həmin vərəqi dəftərxana ləvazimatları mağazasından əldə etdiyi vəsiqə qabının sol hissəsinə, vəsiqə qabının sağ hissəsinə isə yuxarısında “Vəsiqə № 123” sözləri, ardınca isə alt-alta olmaqla “Etibarlıdır 02.07.2019”, “Etibarlıdır 02.07.2020” və “Etibarlıdır 02.07.2021” sözləri, Xidmət rəisinin vəzifəsi və ad, soyadını qeyd edərək xəttin üzərində səlahiyyətli şəxs olan Xidmət rəisinin imzasının əvəzinə saxtalaşdırmaqla şəxsən imza çəkdikdən sonra həmin vərəqə sol hissədə olan vərəqlə eyni qaydada möhür nümunəsini əks etdirib yapışdırmaqla hüquq verən rəsmi sənəd olan xidməti vəsiqəni qanunsuz olaraq istifadə etmək məqsədilə hazırladıqdan sonra 2019-cu ilin noyabr ayında 1 saylı “Asan Xidmət” Mərkəzində baş məsləhətçi vəzifəsində işləyən tanışı X42 ilə görüşlərindən birində guya özünün Dövlət Təhlükəsizliyi Xidmətində işləməsi ilə əlaqədar yaxın münasibətlərindən istifadə edərək sonuncunun işlədiyi 1 saylı “Asan Xidmət” Mərkəzində vətəndaşların hüquqlarının təminatı sektorunda sektor müdiri vəzifəsinə onun təyin edilməsini təmin etdirmək imkanına malik olması barədə bilə-bilə yalandan Qalib Quliyevə vəd edib, bunun üçün həmin Xidmətdə işləyən səlahiyyətli vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar onun xeyrinə edəcəkləri hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib, Qalib Quliyevdə özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla sövdələşib, həmin adla 15.000 (on beş min) manat məbləğində pul vəsaitini 10 noyabr 2019-cu il tarixdə Qalib Quliyevdən ünvan 8 ünvanında yerləşən 1 saylı “Asan Xidmət” Mərkəzindəki notariat kontorunda cinayətkar əməlini pərdələmək və gələcəkdə məsələnin mülki xarakterli olması görüntüsü yaratmaq niyyəti ilə borc müqaviləsi bağlamaqla özgəyə, yəni Qalib Quliyevə məxsus 15.000 (on beş min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, etibardan sui-istifadə və aldatma yolu ilə sonuncuya məxsus əmlakı ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Qalib Quliyevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təhrik etmiş, hüquq verən rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırmaqla hazırlamış, özbaşına özünün vəzifəli şəxs qismində təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşının cəmiyyətdə qəbul edilən nüfuzuna xələl gətirməklə hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olaraq vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, o, təkrarən, özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edib inam yaradaraq təkrarən özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2020-ci ilin mart ayında Şirvan şəhər sakini olan tanışı Şahid1 ilə qeydiyyatda olduğu və atası X36 yaşadığı ünvan 9 ünvanında yerləşən evində görüşərək özünün Dövlət Təhlükəsizliyi Xidmətində işləməsi ilə əlaqədar yaxın münasibətlərindən istifadə edərək onu həmin Xidmətin Şirvan şəhər şöbəsinə texniki işçi kimi işə düzəldəcəyini biləbilə yalandan Şahid1 vəd edib, bunun üçün həmin Xidmətdə işləyən səlahiyyətli vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar onun xeyrinə edəcəkləri hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib, Şahid1 həmin məbləği verməyə maddi imkanının olmadığını bildirib, həmin məsələni 15.000 (on beş min) manat məbləğində pul vəsaiti qarşılığında həll etməyə dair özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla sövdələşib, 2020-ci ilin may ayında Bakı şəhəri, Nərimanov rayonu ərazisində Nərimanov metrostansiyasının yaxınlığında yerləşən “Baku Electronics” mağazasının qarşısındakı parkda Şahid1la görüşərək ondan həmin niyyətlə 10.000 (on min) manat məbləğində pul vəsaitini alıb, müəyyən müddət keçdikdən sonra Şahid1 mobil telefonu vasitəsilə zəng edərək həmin məbləğin kifayət etmədiyini, əvvəlcədən razılaşdıqları puldan qalan 5.000 (beş min) manat məbləğində pulu da verməsini bildirdiyi zaman, sonuncunun yalnız 1.500 (bir min beş yüz) manat məbləğində pul göndərməyə imkanının olmasını müəyyən etdikdən sonra qalan 3.500 (üç min beş yüz) manat miqdarında pulun sonradan verilməsini təmin etmək məqsədilə sonuncuya həmin 1.500 (bir min beş yüz) manat miqdarında pulu göndərməsini, qalan 3.500 (üç min beş yüz) manat miqdarında pulu isə guya özündən verəcəyini yalandan bildirməklə, cinayətdən xəbərsiz olan bacısı X19 adına olmaqla özündə saxladığı "xxxx" ASC tərəfindən verilmiş 4169 **** **** **72 nömrəli plastik kartın nömrələrini Şahid1 mobil telefon vasitəsilə göndərməklə sonuncu tərəfindən həmin kart hesabına qeyd edilən 1.500 (bir min beş yüz) manat pul vəsaitinin Şirvan şəhəri ərazisində olan “MilliÖn” terminalı vasitəsilə 23 noyabr 2020-ci il tarixdə göndərilməsinə nail olub, həmin pul vəsaitini Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən bankomatdan çıxarmaqla, ümumilikdə vahid niyyətlə 11.500 (on bir min beş yüz) manat məbləğində özgəyə, yəni Şahid1 məxsus pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək etibardan sui-istifadə və aldatma yolu ilə sonuncuya məxsus əmlakı vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təkrarən təhrik etmiş, özbaşına özünün vəzifəli şəxs qismində təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşının cəmiyyətdə qəbul edilən nüfuzuna xələl gətirməklə hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olaraq təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində istintaq olunan hazırkı cinayət işi üzrə 25 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulduğundan, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib Şahid1 həmin niyyətlə qalan pul vəsaitini almağa nail olmayaraq, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 15.000 (on beş min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən, özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edib inam yaradaraq təkrarən özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə cinayətdən xəbərsiz tanışı Şahid6 ilə 2020-ci ilin iyul ayında olan görüşləri zamanı sonuncunun tanışı Təqsirləndirilən şəxs3 cinayətdən xəbərsiz tanışı Şahid5 Bakı şəhər İcra Hakimiyyəti başçısının 20.04.2018-ci il tarixli, 249 nömrəli sərəncamı ilə icarə əsasında qeyri-yaşayış obyektinin tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə verilmiş, Bakı şəhəri, Nərimanov rayonu, N.Yusifbəyli küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən 0,0494 ha torpaq sahəsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daşınmaz əmlak üzərində hüquqa dair dövlət reyestrindən çıxarış alınmasında köməklik göstərilməsi məqsədilə cinayətdən xəbərsiz Şahid8 müraciət edən Şahid5 xahişi əsasında həmin məsələnin həllində sonuncuya köməklik edilməsini təşkil edəcəyini söz verən Təqsirləndirilən şəxs3 həmin çıxarışın alınmasını özünün yaxın münasibətdə olduğu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərinə xidməti vəzifələrinin icrası ilə əlaqədar həmin torpaq sahəsinin icarədarı olan "xxxx" MMCnin təsisçisi və direktoru olan Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 60.000 (altmış min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həll edə biləcəyinə inandırıb Təqsirləndirilən şəxs3 və qeyriləri vasitəsilə Şahid4 ilə razılaşmaqla sövdələşib, Şahid5 Şahid4 tərəfindən əvvəlcədən verilmiş ümumilikdə 103.000 (bir yüz üç min) manat məbləğində pul vəsaitindən Təqsirləndirilən şəxs3 verdiyi ümumilikdə 95.000 (doxsan beş min) manat pul vəsaitinin 60.000 (altmış min) manat məbləğində olan hissəsini həmin adla 18 iyun 2020-ci il tarixdə sonuncudan ünvan 10 ünvanında yerləşən 9 saylı notariat kontorunda cinayətkar əməlini pərdələmək və gələcəkdə məsələnin mülki xarakterli olması görüntüsü yaratmaq niyyəti ilə borc müqaviləsi bağlamaqla alıb şəxsi ehtiyaclarına sərf etdikdən sonra, guya çıxarışın gələcəkdə veriləcəyi görüntüsü yaratmaq niyyəti ilə ünvan 11 ünvanında yerləşən Bakı şəhər, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin inzibati binasının qarşısında Şahid6, eyni zamanda, Təqsirləndirilən şəxs3 və Şahid5 ilə görüşüb, sonuncu şəxs tərəfindən həmin torpaq sahəsinə aid sənədlərin qeydiyyata alınması üçün Xidmətə təhvil verilməsini təmin edərək, həmçinin bundan sonra istintaqa məlum olmayan zamanda müvafiq torpaq sahəsinin sənədlərində Bakı şəhər İcra Hakimiyyətinin rəyinin çatışmamasını Təqsirləndirilən şəxs3 bildirməklə ondan bu məsələnin həlli, yəni müvafiq rəyin verilməsi üçün özünün yaxın münasibətdə olduğu Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin lazım olduğunu yalandan vəd etməsindən sonra Təqsirləndirilən şəxs3 bu barədə Şahid5 deməsi nəticəsində sonuncunun Təqsirləndirilən şəxs3 Şahid4 aldığı ümumi puldan 8.000 (səkkiz min) manatın onda qaldığını və onun özündən 3.000 (üç min) manat əlavə edərək, ümumilikdə 11.000 (on bir min) manat pul verəcəyini bildirərək qalan 4.000 (dörd min) manat pulun Təqsirləndirilən şəxs3 özü tərəfindən verilməsini xahiş etməsindən sonra, həmin qaydada toplanmış ümumilikdə 15.000 (on beş min) manat məbləğində pul vəsaitini ondan almaqla etibardan sui-istifadə və aldatma yolu ilə Şahid4 məxsus ümumilikdə 68.000 (altmış səkkiz min) manat, Şahid5 məxsus ümumilikdə 3.000 (üç min) manat və Təqsirləndirilən şəxs3 məxsus 4.000 (dörd min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs3la bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu və Şahid5 təkrarən təhrik etmiş, özbaşına özünün vəzifəli şəxs qismində təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşının cəmiyyətdə qəbul edilən nüfuzuna xələl gətirməklə hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olaraq təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, o, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı cinayətkar niyyətə uyğun olaraq sonuncunun məlumatları və maneələri aradan qaldırmaqla etdiyi yardımda ifadə olunan köməkçiliyi ilə təkrarən özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim etməklə Təqsirləndirilən şəxs2 tanışı X20 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 14.08.2020-ci il tarixdə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 tərəfindən zəng edilərək Ataxan Əyyubova Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə işə qəbul edilməsini həmin vaxt yanında olan və guya həmin Xidmətdə işləyən özünün həll etmək iqtidarında olması ilə bağlı ümumi ilkin məlumat verilməsini təmin edib sonradan özü mobil telefon vasitəsilə danışmaqla Ataxan Əyyubova guya Dövlət Təhlükəsizliyi Xidmətində işləməsi ilə əlaqədar yaxın münasibətlərindən istifadə edərək onu həmin Xidmətə gizir hərbi rütbəsi ilə işçi kimi işə düzəldəcəyini bilə-bilə yalandan vəd edib, bunun üçün həmin Xidmətdə işləyən səlahiyyətli vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onun xeyrinə edəcəkləri hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 30.000 (otuz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib, Ataxan Əyyubovun razılığını almaqla onunla sövdələşdikdən sonra sonuncu tərəfindən özünə məxsus olan sənədlərin fotoşəkillərinin Təqsirləndirilən şəxs2 istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsinə “WhatsApp” proqramı vasitəsilə göndərilməsinə nail olduqdan sonra Ataxan Əyyubov şübhələndiyi üçün həmin pul vəsaitinin verilməsindən imtina edildiyindən bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib Ataxan Əyyubovdan həmin niyyətlə qeyd edilən pul vəsaitini almağa nail olmayaraq, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Ataxan Əyyubova məxsus 30.000 (otuz min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə təkrarən cəhd etmiş, Təqsirləndirilən şəxs2 köməkçiliyi ilə özbaşına özünün vəzifəli şəxs qismində təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşının cəmiyyətdə qəbul edilən nüfuzuna xələl gətirməklə hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olaraq təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Ataxan Əyyubovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa o, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı cinayətkar niyyətə uyğun olaraq sonuncunun məlumatları və maneələri aradan qaldırmaqla etdiyi yardımda ifadə olunan köməkliyi ilə təkrarən özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim etməklə Təqsirləndirilən şəxs2 vasitəsilə sonuncunun tanışı Beyləqan rayon sakini Şahid10 guya özünün Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində işləməsini və imkanlarından istifadə edərək istənilən məsələni həll etmək iqtidarında olması barədə ilkin və ümumi məlumat verilməsini təmin etdikdən sonra guya Dövlət Təhlükəsizlik Xidmətində işləməsi ilə əlaqədar yaxın münasibətlərindən istifadə edərək ona səhhətində olan problemlərlə bağlı İİ qrup əlilliyin təyin edilməsi işini özünün yaxın münasibətdə olduğu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli şəxslərinə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid10 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həll edə biləcəyinə aralarında olan telefon danışıqları zamanı inandırıb özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək sonuncu ilə razılaşmaqla sövdələşib, sonuncunun Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində işləyən cinayətdən xəbərsiz oğlu X37, Alı Ağayevin isə iş yerinin Bakı şəhəri olmaması ilə əlaqədar iş yoldaşı - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Daxili Təhlükəsizlik İdarəsinin zabiti vəzifəsində işləyən cinayətdən xəbərsiz X7 verdiyi 5.000 (beş min) manat məbləğində pul vəsaitini həmin niyyətlə 2 noyabr 2020-ci il tarixdə Təbriz Quliyevlə ünvan 13 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin inzibati binasının yaxınlığında görüşməklə özgəyə, yəni Şahid10 məxsus 5.000 (beş min) manat məbləğində pul vəsaitini ondan alıb qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə və aldatma yolu ilə Şahid10 məxsus əmlakı vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid10 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təkrarən təhrik etmiş, Təqsirləndirilən şəxs2 köməkliyi ilə özbaşına özünün vəzifəli şəxs qismində təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşının cəmiyyətdə qəbul edilən nüfuzuna xələl gətirməklə hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olaraq təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, bundan sonra, şəxsən, Təqsirləndirilən şəxs2 niyyəti ilə əhatə olunmadan, 2020-ci ilin noyabr ayının istintaqa məlum olmayan günündə Şahid10 guya işlədiyi Xidmətdə polkovnik hərbi rütbəsi almasını yalandan bildirib rəhbərliyə “şirinlik” qismində hansısa hərəkət etməli olmasını bildirməklə sonuncudan 5.000 (beş min) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə istəməsinə baxmayaraq, Şahid10 növbəti 5.000 (beş min) manat məbləğində pul vəsaitini verməyə maddi imkanı olmaması səbəbindən imtina etdiyinə görə bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib Şahid10 həmin niyyətlə 5.000 (beş min) manat məbləğində pul vəsaitini almağa nail olmayaraq, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid10 məxsus 5.000 (beş min) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməyə təkrarən cəhd etmişdir. Bundan başqa, o, təkrarən, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs2 cinayətdən xəbərsiz tanışı Şahid9 Təqsirləndirilən şəxs2 xahişi əsasında əvvəllər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X6 Xidmətinin rəis müavini vəzifəsində işləmiş və 2019-cu ilin əvvəllərində müvafiq tibbi yoxlamada qanın analizində psixiatrop maddələr aşkar olunması səbəbindən ədliyyə orqanlarından xaric edilmiş X21 və sonuncunun qohumu X24 yalandan Ceyhun Qurbanovun ədliyyə orqanlarına işə qaytarılmasını həll edə biləcəyini Bakı şəhəri, Nərimanov rayonu ərazisində Nərimanov metrostansiyasının yaxınlığında yerləşən “Baku Electronics” mağazasının qarşısındakı parkda 2020-ci ilin dekabr ayında görüşləri zamanı yalandan vəd verib, bunun üçün özünün yaxın münasibətdə olduğu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vəzifəli şəxslərinə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Ceyhun Qurbanovun xeyrinə edəcəkləri hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasına onları inandırmaqla Ceyhun Qurbanov və sonuncunun qohumu Seymur Paşayevlə razılaşmaqla sövdələşib, inandırmaq üçün qəsdən ümumi məbləğin 5.000 (beş min) manatını əvvəlcədən, qalan 5.000 (beş min) manatını isə iş həll olunduqdan sonra verilməli olması barədə məlumat verərək X45 Qurbanova verdiyi 5.000 (beş min) manat məbləğində pul vəsaitini sonuncudan 14.12.2020-ci il tarixdə ünvan 14 ünvanında yerləşən 21 saylı notariat kontorunda cinayətkar əməlini pərdələmək və gələcəkdə məsələnin mülki xarakterli olması görüntüsü yaratmaq niyyəti ilə borc müqaviləsi bağlamaqla alıb qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə və aldatma yolu ilə Seymur Paşayevə məxsus əmlakı ələ keçirməklə təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Ceyhun Qurbanovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu və X50 Babayeva ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən təhrik etmişdir. Təqsirləndirilən şəxs2 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs qismində xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə təkrarən cəhd etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs qismində xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə təkrarən ələ keçirmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmiş, qeyrisinin özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməsində təkrarən köməkçi qismində iştirak etmişdir. Belə ki, o, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı cinayətkar niyyətə uyğun olaraq sonuncunun özbaşına olaraq özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim etməsində məlumatları və maneələri aradan qaldırmaqla etdiyi yardımda ifadə olunan köməkçilik etməklə tanışı olan X20 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 14.08.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə zəng edərək Ataxan Əyyubova Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə işə qəbul edilməsini həmin vaxt yanında olan və həmin Xidmətdə işləyən Təqsirləndirilən şəxs1 həll etmək iqtidarında olması ilə bağlı ümumi ilkin məlumat verib sonradan Təqsirləndirilən şəxs1 Ataxan Əyyubovla mobil telefon vasitəsilə danışmaqla Ataxan Əyyubova guya Dövlət Təhlükəsizliyi Xidmətində işləməsi ilə əlaqədar yaxın münasibətlərindən istifadə edərək onu həmin Xidmətə gizir hərbi rütbəsi ilə işçi kimi işə düzəldəcəyini bilə-bilə yalandan vəd etməsinə nail olub, bunun üçün həmin Xidmətdə işləyən səlahiyyətli vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Ataxan Əyyubovun xeyrinə edəcəkləri hərəkətə görə Təqsirləndirilən şəxs1 tərəfindən özü vasitəsilə birbaşa yolla maddi nemət olan 30.000 (otuz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olması bildirilməklə Ataxan Əyyubovun razılığını alıb onunla sövdələşdikdən sonra sonuncu tərəfindən ona məxsus olan sənədlərin fotoşəkillərinin özünün istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “WhatsApp” proqramı vasitəsilə göndərilməsinə nail olduqdan sonra Ataxan Əyyubov şübhələndiyi üçün həmin pul vəsaitinin verilməsindən imtina edildiyindən bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib Ataxan Əyyubovdan həmin niyyətlə qeyd edilən pul vəsaitini almağa nail olmayaraq, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Ataxan Əyyubova məxsus 30.000 (otuz min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, Təqsirləndirilən şəxs1 özbaşına özünün vəzifəli şəxs qismində təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşının cəmiyyətdə qəbul edilən nüfuzuna xələl gətirməklə hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olaraq vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməsində köməkçi qismində iştirak etmiş, Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Ataxan Əyyubovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə özünü vəkillik fəaliyyəti ilə məşğul olan şəxs kimi təqdim edib inam yaradaraq 2020-ci ilin oktyabr ayının əvvəllərində tanışı Şahid11 ilə aralarında olan telefon danışıqları zamanı guya vəkillik fəaliyyəti ilə məşğul olması ilə əlaqədar yaxın münasibətlərindən istifadə edərək Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə barələrində həbs qətimkan tədbiri seçilmiş, Şahid11 yaxın dostları X58, X25 və X11 ev dustaqlığına buraxılmasını təmin edəcəyi barədə bilə-bilə yalandan Şahid11 vəd edib, bunun üçün məhkəmə orqanlarında işləyən səlahiyyətli vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar Amil Məmmədov, Rövşən Şirəliyev və Cavid Həsənovun xeyrinə edəcəkləri hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 20.000 (iyirmi min) manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirdikdən sonra Şahid11 əvvəlcə 18.000 (on səkkiz min) manatın, sonra isə qalan 2.000 (iki min) manatın verilməsi barədə təklifi ilə razılaşmaqla sövdələşib, 08.10.2020-ci il tarixdə Şahid11 istifadəsində olan ünvan 15 ünvanında yerləşən “Aylı Gecə” adlı kafedə olan və ofis kimi istifadə olunan otaqda sonuncu və cinayətdən xəbərsiz X2 ilə görüşərək 2.000 (iki min) manat məbləğində pul vəsaitinin sonradan özünə verilməsini təmin etmək məqsədilə Ruhiyya Şirəliyevada qalmasına nail olduqdan sonra Şahid11 18.000 (on səkkiz min) manat məbləğində özgəyə, yəni sonuncuya məxsus pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək etibardan sui-istifadə və aldatma yolu ilə sonuncuya məxsus əmlakı ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Amil Məmmədov, Rövşən Şirəliyev və Cavid Həsənovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid11 təkrarən təhrik etmiş, bir müddət sonra Ruhiyya Şirəliyevadan əvvəlcədən sonuncuda qalan 2.000 (iki min) manat məbləğində pul vəsaitini eyni niyyətlə tələb etməsinə baxmayaraq, sonuncu həmin pul vəsaitini təqdim etməkdən imtina etdiyindən bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib Ruhiyya Şirəliyevadan qalan pul vəsaitini almağa nail olmayaraq, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid11 məxsus 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı niyyətə uyğun olaraq sonuncunun özbaşına olaraq özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim etməsində məlumatları və maneələri aradan qaldırmaqla etdiyi yardımda ifadə olunan köməklik etməklə tanışı Şahid10 guya Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində işləməsini və imkanlarından istifadə edərək istənilən məsələni həll etmək iqtidarında olması barədə ilkin ümumi məlumat verdikdən sonra sonuncunun guya Dövlət Təhlükəsizliyi Xidmətində işləməsi ilə əlaqədar yaxın münasibətlərindən istifadə edərək ona səhhətində olan problemlərlə bağlı İİ qrup əlilliyin təyin edilməsi işini özünün yaxın münasibətdə olduğu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli şəxslərinə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid10 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həll edə biləcəyinə aralarında olan telefon danışıqları zamanı inandırmaqla Təqsirləndirilən şəxs1 özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək Şahid10lə razılaşmaqla sövdələşməsinə nail olub, sonuncunun Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində işləyən cinayətdən xəbərsiz oğlu X37, Alı Ağayevin isə iş yerinin Bakı şəhəri olmaması ilə əlaqədar iş yoldaşı - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Daxili Təhlükəsizlik İdarəsinin zabiti vəzifəsində işləyən cinayətdən xəbərsiz X7 verdiyi 5.000 (beş min) manat məbləğində pul vəsaitini həmin niyyətlə Təqsirləndirilən şəxs1 2 noyabr 2020-ci il tarixdə Təbriz Quliyevlə ünvan 13 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin inzibati binasının yaxınlığında görüşməklə özgəyə, yəni Şahid10 məxsus 5.000 (beş min) manat məbləğində pul vəsaitini ondan almasına nail olub, həmin pul vəsaitini Təqsirləndirilən şəxs1la aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə və aldatma yolu ilə Şahid10 məxsus həmin pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs1 özbaşına özünün vəzifəli şəxs qismində təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşının cəmiyyətdə qəbul edilən nüfuzuna xələl gətirməklə hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olaraq təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməsində köməkçi qismində iştirak etmiş, Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid10 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı niyyətə uyğun olaraq tanışı Şahid9 özünə etdiyi xahişi əsasında əvvəllər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X6 Xidmətinin rəis müavini vəzifəsində işləmiş və 2019cu ilin əvvəllərində müvafiq tibbi yoxlamada qanın analizində psixiatrop maddələr aşkar olunması səbəbindən ədliyyə orqanlarından xaric edilmiş, X21 və sonuncunun qohumu X24 Təqsirləndirilən şəxs1 tərəfindən yalandan Ceyhun Qurbanovun ədliyyə orqanlarına işə qaytarılmasını həll edə biləcəyi Bakı şəhəri, Nərimanov rayonu ərazisində Nərimanov metrostansiyasının yaxınlığında yerləşən “Baku Electronics” mağazasının qarşısındakı parkda 2020-ci ilin dekabr ayında görüşləri zamanı yalandan vəd verildikdən sonra, həmin məsələnin müsbət həlli üçün Təqsirləndirilən şəxs1 yaxın münasibətdə olduğu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vəzifəli şəxslərinə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Ceyhun Qurbanovun xeyrinə edəcəkləri hərəkətə görə birbaşa yolla onun özü vasitəsilə maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasına onları inandıraraq, Ceyhun Qurbanov və sonuncunun qohumu Seymur Paşayevlə razılaşmaqla sövdələşib, inandırmaq üçün qəsdən ümumi məbləğin 5.000 (beş min) manatını əvvəlcədən, qalan 5.000 (beş min) manatını isə iş həll olunduqdan sonra verilməli olması barədə Təqsirləndirilən şəxs1 vasitəsilə məlumat verərək X45 Qurbanova verdiyi 5.000 (beş min) manat məbləğində pul vəsaitini sonuncudan 14.12.2020-ci il tarixdə ünvan 14 ünvanında yerləşən 21 saylı notariat kontorunda cinayətkar əməlini pərdələmək və gələcəkdə məsələnin mülki xarakterli olması görüntüsü yaratmaq niyyəti ilə borc müqaviləsi bağlayıb Təqsirləndirilən şəxs1 vasitəsilə almaqla, həmin pul vəsaitini sonuncu ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə və aldatma yolu ilə Seymur Paşayevə məxsus 5.000 (beş min) manat məbləğində pul vəsaitini ələ keçirməklə təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Ceyhun Qurbanovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu və Seymur Paşayevi, Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən təhrik etmişdir. Təqsirləndirilən şəxs3 17 fevral 2017-ci il tarixdən Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyətinin Təsərrüfat Şöbəsində baş məsləhətçi vəzifəsində işləməsi ilə əlaqədar qulluq mövqeyindən istifadə edərək vətəndaşlar arasında yaranmış nüfuz və etibarından sui-istifadə edib aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Bakı şəhər İcra Hakimiyyəti başçısının 20.04.2018-ci il tarixli, 249 nömrəli sərəncamı ilə icarə əsasında qeyri-yaşayış obyektinin tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə verilmiş, Bakı şəhəri, Nərimanov rayonu, N. Yusifbəyli küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən 0,0494 ha torpaq sahəsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daşınmaz əmlak üzərində hüquqa dair dövlət reyestrindən çıxarış alınmasında köməklik göstərilməsi məqsədilə cinayətdən xəbərsiz tanışı Şahid8 müraciət edən Şahid5 xahişi əsasında həmin məsələnin həllində sonuncuya köməklik edilməsini təşkil edəcəyini 2020-ci ilin iyun ayının əvvəllərində söz verdikdən sonra digər cinayətdən xəbərsiz tanışı Şahid6 vasitəsilə Təqsirləndirilən şəxs1 ilə tanış olaraq ona həmin məsələdə köməklik göstərilməsi ilə bağlı bildirdiyi zaman sonuncunun yaxın münasibətdə olduğu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərinə xidməti vəzifələrinin icrası ilə əlaqədar həmin torpaq sahəsinin icarədarı olan "xxxx" MMC-nin təsisçisi və direktoru olan Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 60.000 (altmış min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edə biləcəyinə inandırmasından sonra, yəni Təqsirləndirilən şəxs1 60.000 (altmış min) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmək niyyətindən xəbəri olmadan, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək özü üçün əlavə pul vəsaiti əldə etmək məqsədilə Şahid5 vasitəsilə Şahid4 guya həmin məsələnin müsbət həlli üçün rüşvət qismində vermək üçün 95.000 (doxsan beş min) manat pul vəsaitinin verilməsinin zəruri olması barədə cinayətdən xəbərsiz Şahid8 mobil telefonla zəng edərək məlumat verməklə sonuncu vasitəsilə Şahid5 aldatmaqla bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, Şahid5 Şahid4 tərəfindən əvvəlcədən verilmiş ümumilikdə 103.000 (bir yüz üç min) manat məbləğində pul vəsaitindən, ümumilikdə 95.000 (doxsan beş min) manat pul vəsaitini çıxarışın alınmasının məhz həmin məbləğ qarşılığında həll ediləcəyini yalandan bildirərək Şahid5 2020-ci ilin iyun ayının istintaqa məlum olmayan günündə ünvan 16 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin 5 saylı filialının qarşısında görüşləri zamanı aldıqdan sonra həmin pul vəsaitindən 60.000 (altmış min) manat məbləğində olan hissəsini həmin niyyətlə 18 iyun 2020-ci il tarixdə ünvan 10 ünvanında yerləşən 9 saylı notariat kontorunda müqavilə bağlamaqla Təqsirləndirilən şəxs1 verməklə yerdə qalan 35.000 (otuz beş min) manat olan pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid4 məxsus ümumilikdə 35.000 (otuz beş min) manat məbləğində pul vəsaitini ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxs1la bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu və Şahid5 təhrik etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 178.3.2, 310, 32.4,312.2 və 320.1-ci maddələri ilə irəli sürülmüş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2000-ci il tarixdə Şirvan şəhəri, 11 nömrəli tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Beynəlxalq Universitetinin Neft və X29 və İşlənməsi fakültəsinə qəbul olmuş və 2004-cü il tarixdə həmin Universiteti bakalavr pilləsi üzrə bitirmişdir. 2004-2005-ci il tarixlərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Qoşunlarının N saylı Mühafizə Alayında həqiqi hərbi xidmətdə olmuşdur. 2005-ci il tarixdə hərbi xidmətdən qayıtdıqdan sonra 1 il müddətində Şirvan şəhər bələdiyyəsində kompyuter mütəxəssisi vəzifəsində, 2009-cu ilin may ayından 2011-ci ilin dekabr ayınadək Azərbaycan Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsində atıcı vəzifəsində işləmişdir. 2011-ci ildə sonuncu iş yerindən çıxdıqdan sonra heç bir yerdə rəsmi olaraq işləməmiş, müəyyən müddət fərdi qaydada ticarətlə məşğul olmuşdur. 2018-ci il tarixdə Balakən rayonu, Tülü kəndində ticarətlə məşğul olan zaman onunla qonşuluqda yerləşən dükanda işləyən X43 ondan Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə işə düzəlmək istəyib-istəmədiyini soruşmuş, o da Nəsib Yusifova müsbət cavab vermiş sonuncu ona həmin məsələni yaxın münasibəti olduğu Milli Məclisin deputatı olmuş Rəbiyət Aslanova vasitəsilə həll edəcəyini bildirərək bunun üçün 20.000 ABŞ dollar məbləğində pulun Rəbiyət Aslanovaya verilməli olduğunu bildirmişdir. O da faktiki olaraq işsiz olduğuna görə Şirvan şəhərində yerləşən "xxxx" ASCdən 20.000 ABŞ dolları miqdarında kredit götürüb Nəsib Yusifova vermiş, sonradan Nəsib Yusifov onun işini düzəltməmiş və krediti ödəyə bilmədiyinə görə maddi cəhətdən böyük çətinlikləri olmuşdur. Krediti götürməsindən atası X36 da məlumatı olmuş, Nəsib Yusifovun onu aldatması məlum olduqdan sonra atasının buna görə onu danlayacağını düşünüb özünə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin xidməti vəsiqəsini düzəltmişdir. Həmin vəsiqəni yaşadığı ünvan 7 ünvanında olan evdəki “TOSHİBA” markalı kompyuterdə hazırlamışdır. İlk olaraq DTX-nin inzibati binasının yaxınlığında yerləşən tekstil obyektindən DTX-nin xidməti formasını almışdır. Həmin formanın rütbə hissəsində polkovnik-leytenant rütbəsini alaraq tikmiş və həmin forma ilə 3x4 ölçüdə şəkil çəkdirmiş, sonra xidməti vəsiqənin içərisində olan vərəqləri hazırlamışdır. Həmin vərəqlərin birinin yuxarı hissəsində “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti” yazılarını, həmin yazının aşağısında “Vəsiqə № 123” yazısını, sonuncu yazıdan aşağıda alt-alta olmaqla “Adı: Pərviz”, “Soyadı: Bəbirov”, “Ata adı: Əli”, “İdarə: Təhqiqat idarəsi”, “Vəzifəsi: İdarə rəisi”, “Verildiyi tarix: 18.02.2019” sözlərini qeyd etmişdir. Həmin hissəni dəftərxana ləvazimatları dükanından aldığı qırmızı rəngli üzərində “Azərbaycan Respublikası” və “Vəsiqə” sözləri yazılmış, həmçinin Dövlət Gerbinin əks olunduğu vəsiqə qabının sol tərəfinə yapışdırmışdır. Həmçinin, həmin hissəyə əvvəlcədən DTX-nin xidməti formasında çəkdirdiyi 3x4 formatındakı fotoşəkili yapışdırmış, bundan sonra vəsiqənin sağ tərəfindəki vərəqi hazırlamağa başlamış, həmin hissədə yuxarıda “Vəsiqə № 123” sözünü, həmin sözdən aşağıda alt-alta olmaqla “Etibarlıdır 02.07.2019”, “Etibarlıdır 02.07.2020”, “Etibarlıdır 02.07.2021” yazılarını qeyd etmişdir. Həmin vərəqənin aşağı hissəsində “Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin adını və soy adını qeyd etmiş, həmin xəttin üzərinə isə özü fərqli bir imza çəkmişdir. Bundan sonra vəsiqənin hər iki tərəfində rezin materialdan olan və üzərində kiçik hərflər və dairə olan, elastik xətkeş vasitəsi ilə möhür çəkmiş, möhürün ortasında olan Azərbaycan Respublikasının xəritəsini və “DTX” sözlərini isə kompyuterdə olan “Corel Draw” proqramı vasitəsilə hazırlayıb əks etdirmişdir. İlk olaraq Şirvan şəhərində yaşayan Şahid1 2020-ci ilin təxminən may-iyul aylarında pul almış, anası X52 Zeynalovun anasına onun Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində işləməsi barədə məlumat vermişdir. Sonradan Şahid1 anası Şahid2 onun anasına öz oğlunun işə düzəldilməsi üçün ondan köməklik göstərməsini bildirmişdir. Bundan sonra təxminən 2020-ci ilin fevral ayında Şirvan şəhərində olan evinə gedən zaman Şahid1 yaşadığı evə gəlmiş, Şahid1 onu DTX-nə işə düzəldə biləcəyini soruşmuş, o, ilk olaraq Şahid1 bununla maraqlanacağını bildirmişdir. O, Bakı şəhərinə qayıtdıqdan sonra, Şahid1la aralarında olan danışıqdan təxminən 10 gün keçdikdə sonuncuya mobil telefonla zəng edərək onun işə düzəlməsinin mümkün olduğunu, DTX-nin akademiyasına qəbul olunması və sonradan zabit kimi işlə təmin olunması müqabilində ona 50.000 (əlli min) manat məbləğində pul verməli olduğunu bildirmişdir. Həmin vaxt Şahid1 50.000 (əlli min) manat dəyərindəki pulun Dövlət Təhlükəsizlik Xidmətində işləyən yüksək rütbəli əməkdaşlara veriləcəyini bildirmişdir. Lakin, Şahid1 həmin pulun çox olduğunu, gücünün çatmadığını həmçinin Şirvan şəhərində işləmək istədiyini bildirmişdir. O da həmin vaxt Şahid1 Şirvan şəhərində yerləşən DTX-nin şöbəsinə texniki işçi kimi düzəldə biləcəyini, bunun üçün 20.000 (iyirmi min) manat lazım olduğunu demişdir. Şahid1 həmin pulla da razılaşmadığını gördükdə həmin işi 15.000 (on beş min) manat qarşılığında həll edə biləcəyini bildirmiş, sonuncu həmin məbləğlə razılaşmış, bu zaman ondan şəxsiyyət vəsiqəsinin surəti, hərbi biletin surəti və yaşayış yerindən arayışı almış, təxminən 2020-ci ilin mart ayında Şahid1 zəng edərək işinin artıq düzəlmək mərhələsində olduğunu deyib pulu gətirməli olduğunu bildirmişdir. Həmin vaxt Şahid1 Bakı şəhərinə gəlmiş və onunla Bakı şəhəri, Nərimanov rayonu ərazisində, Nəriman Nərimanov metrostansiyasının yaxınlığında, “Baku Elektronics” mağazasının qarşısındakı parkda görüşmüş, həmin vaxt Şahid1 10.000 (on min) manat məbləğində pul gətirdiyini bildirmiş, o da sonuncudan həmin pulu almışdır. Həmin vaxt Şahid1 həmin məbləğdə olan pula işi həll etməyə çalışacağını demiş, çünki, sonuncu ilə əvvəldən 15.000 (on beş min) manata razılaşmışlar. Bir müddət sonra Şahid1 zəng edib ondan qalan 5.000 (beş min) manat məbləğində pulu da düzəltməsini bildirmiş, sonuncu imkanının olmadığını bildirərək sonradan ona yalnız 1.500 (min beş yüz) manat məbləğində pul verə biləcəyini demişdir. Şahid1 sonradan qalan 3.500 (üç min beş yüz) manat məbləğində pulu ona verməsini təmin etmək məqsədilə sonuncuya qalan 3.500 (üç min beş yüz) manat məbləğində pulu özünün məzuniyyət pulundan verəcəyini bildirmişdir. Şahid1 həmin 1.500 (min beş yüz) manat məbləğində pulu mobil telefon vasitəsilə fotoşəkilinin göndərdiyi "xxxx" ASC-yə məxsus bacısı X19 adına olan “4169 7332 2940 5472” nömrəli karta göndərmişdir. Həmin 1.500 (min beş yüz) manat məbləğində pulu Bakı şəhəri, Yasamal rayonu ərazisində, “Qurd Qapısı” restoranının yanında yerləşən bankomatdan çıxarmışdır. Şahid1 DTX-nə işə düzəldilməsi adı ilə, ümumilikdə 11.500 (on bir min beş yüz) manat məbləğində pulu guya vəzifəli şəxslərə rüşvət verəcəyi adı ilə almış, həmin pulu maddi sıxıntılarına görə Şahid1 alaraq borclarını və digər şəxsi ehtiyaclarını ödəmişdir. Bundan sonra təxminən 2020-ci ilin iyul-avqust aylarında Şahid6 və Şahid7 ona Təqsirləndirilən şəxs3 adlı tanışlarının dostu Şahid5 Bakı şəhəri, Azadlıq prospektində yerləşən 0.05 ha torpaq sahəsinə çıxarış düzəltmək istədiyini bildirmişlər. Şahid6 Əmlak Xidmətləri Məkanında, Təqsirləndirilən şəxs3 isə hazırda Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyətində işləmiş, bu zaman o, Şahid6 və Şahid7 maraqlanıb deyəcəyini bildirmişdir. Bundan sonra Bakı şəhərində yerləşən X30 psixiatr vəzifəsində işləyən Sevinc Zeynalovaya həmin torpaq sahəsini rəsmiləşdirmək üçün müraciət etmiş, Sevinc Zeynalova Bakı şəhərində onun qonşuluğunda yaşayır. Sonuncu ilə aralarında olan söhbətlər zamanı Sevinc Zeynalova ona Prezident Administrasiyasında olan yüksək vəzifəli şəxslə münasibətinin olmasını və torpaq məsələlərini həll edə biləcəyini bildirmiş, bundan sonra o, Sevinc Zeynalovaya müraciət etmişdir. Sonuncu həmin torpaq sahəsinə çıxarış alınması məsələsini həll etmək üçün 40.000 (qırx min) manat pul lazım olduğunu bildirmiş, ardınca, Şahid6 və Şahid7 həmin məsələnin həlli üçün rüşvət verilməsi məqsədilə 40.000 (qırx min) manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxt Şahid6 və Şahid7 ona Şahid5 60.000 (altmış min) manat pul verəcəyini və həmin puldan qalan 20.000 (iyirmi min) manatını aralarında böləcəklərini bildirmişlər. X40 həmin məsələni həll etmək üçün 39.000 (otuz doqquz min) manat pulun Prezident Administrasiyasında işləyən şəxsə veriləcəyini, 10.000 (on min) manat pulun isə Dövlət Xəritəçəkmə komitəsinin rəyi üçün lazım olduğunu demişdir. Bu barədə Şahid6 və Şahid7 bildirdikdən sonra onlar da razılaşmış və 11.000 (on bir min) manat pulu böləcəklərini bildirib Şahid6 və Şahid7 sonradan yadında qalan qədər 18 iyul 2020 tarixində onu Təqsirləndirilən şəxs3 və Şahid5la tanış etmişlər. Həmin vaxt danışıq zamanı Təqsirləndirilən şəxs3 və Şahid5 bir daha çıxarışın alınması müqabilində 60.000 (altmış min) manat pulun lazım olduğunu bildirmişdir. Bundan bir neçə gün sonra Sevinc Zeynalovanın tapşırığı ilə Əmlak Xidmətləri Məkanına Şahid5la birlikdə getmiş və sənədləri orada qəbul şöbəsinə təqdim etmişlər. Ardınca isə o, təxminən 18 iyul 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində, Ağa Nemətulla küçəsində yerləşən Notariusda Təqsirləndirilən şəxs3la borc müqaviləsi bağlayaraq 60.000 (altmış min) manat məbləğində pulu almışdır. Həmin puldan aralarında olan razılaşmaya əsasən Sevinc Zeynalovaya 49.000 (qırx doqquz min) manat məbləğində pul vermiş, qalan 11.000 (on bir min) manat məbləğində pulu o, Şahid6 və Şahid7 aralarında bölmüşlər. Həmin puldan ona 4.300 (dörd min üç yüz) manat, Şahid6 3.300 (üç min üç yüz) manat, Şahid7 isə 3.400 (üç min dörd yüz) manat məbləğində pul çatmışdır. Sonradan həmin məsələnin Sevinc Zeynalova tərəfindən həll edilmədiyini görəndə özü Şahid5 8.000 (səkkiz min) manatı geri qaytarmış, sonradan bildiyinə görə Təqsirləndirilən şəxs3 Şahid5 60.000 (altmış min) manat deyil, daha artıq pul almışdır. Lakin, həmin pulun miqdarını dəqiq bilməmiş, bundan başqa əvvəllər vəkillik fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs2 adlı şəxslə tanışı Şahid14 vasitəsilə tanış olmuş, lakin, Beyləqan rayon sakini Şahid10 ilə onu Təqsirləndirilən şəxs2 tanış etməmiş, o, Xankişini öz tanışları vasitəsilə tanımışdır. Şahid10 02.11.2020-ci il tarixdə ona zəng edərək əlillik dərəcəsinin Dövlət Sosial Müdafiə Fondu tərəfindən ləğv edildiyini, təqaüd almaq üçün hər il komissiyadan keçməli olduğunu, bu məsələnin bir dəfəlik həll etmək istədiyini bildirmişdir. Ardınca, o guya ki, DSMF-da köməkçi vəzifəsində işləyən şəxs vasitəsilə məsələni həll edəcəyini, bunun üçün vəzifəli şəxslərə rüşvət verilməsi məqsədilə 5.000 (beş min manat) məbləğində pul lazım olduğunu bildirmişdir. 03.11.2020-ci il tarixdə Şahid10 ona həmin pulu qohumu Təbriz Quliyev vasitəsilə göndərmiş, Təbriz Quliyevdən həmin pulu Bakı şəhəri, Səbail rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin inzibati binasının qarşısında almışdır. Həmin 5.000 (beş min) manat məbləğində pulu da borclarının ödənilməsinə və digər şəxsi ehtiyaclarına sərf etmiş, Təqsirləndirilən şəxs2 ümumiyyətlə ona rüşvət verməkdə təhrikçilik etməmişdir. Özünə saxta Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xidməti vəsiqəsini düzəltməkdə məqsədi özünü atasına DTX-nin işçisi kimi təqdim etmək olmuş, kredit götürərkən atasının yaşadığı evi girov qoyulmuş, həmin kredit atası X59 tərəfindən götürülmüş, Nəsib Yusifovun onu aldatmasını atasına deyə bilməmiş, xidməti vəsiqədən vətəndaşları aldatmaq üçün istifadə etməmiş, vətəndaşlara özünü vəzifəli şəxs kimi qələmə verməmişdir. Azadlıq prospektində yerləşən torpaq sahəsinə çıxarışın verilməsi üçün lazım olan Dövlət Xəritəçəkmə Komitəsinin rəyi üçün zəruri olan 10.000 (on min) manat məbləğində pulu Sevinc Zeynalovaya 60.000 (altmış min) manat məbləğində puldan verdiyini, Şahid6 3.300 (üç min üç yüz) manat məbləğində pul vəsaitini sonuncunun atasının müalicəsi üçün, Şahid7 verdiyi 3.400 (üç min dörd yüz) manat məbləğində pul vəsaitini isə sonuncunun özünün və arvadının müalicəsi üçün vermiş, həmin pul vəsaitlərini Təqsirləndirilən şəxs3 aldığı 60.000 (altmış min) manat məbləğində pul vəsaitindən vermiş, Təqsirləndirilən şəxs3 ondan pul vəsaitini tələb edən zaman Şahid6 və Şahid7 əvvəlcədən verdiyi pul vəsaitlərini tələb etsə də həmin şəxslər pulları qaytarmamış, Sevinc Zeynalova ilə qonşu kimi münasibəti olmuş, ona hissə-hissə olmaqla müxtəlif məbləğlərdə pul vəsaitlərini vermiş, Sevinc Zeynalovaya heç vaxt 49.000 (qırx doqquz min) manat məbləğində pul vəsaitini bütövlükdə verməmiş, borca düşməyinin səbəbi Sevinc Zeynalovaya hissə-hissə verdiyi pullar olmuş, bu onu maddi cəhətdən çökdürmüşdür. Qalib Quliyevdən 15.000 manat məbləğində pul vəsaitini onu işə düzəltmək adı ilə aldatmaq məqsədi ilə deyil, borc kimi almış və sonradan həmin pulu ona geri qaytarmış hazırda əməlindən peşmandır və onun əməlləri nəticəsində vurulmuş ziyanı qismən ödəmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 29,178.2.1, 29,178.2.2, 29,178.2.4, 178.2.1, 178.2.2, 178.2.4, 32.5,310 və 32.4,312.2-ci maddələri ilə irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hazırda fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və vergi ödəyicisidir. ünvan 17 ünvanında yerləşən paltar tikişi sexini işlədir. Həmin sexdə hüquq-mühafizə orqanlarının xidməti formalarının tikilişi ilə məşğul olur. Belə ki, həmin sexdə Prokurorluq, Daxili işlər orqanlarının, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Ədliyyə və digər hüquq mühafizə orqanlarının xidməti formalarının tikişi ilə məşğul olur, Təqsirləndirilən şəxs1 təxminən 2 ildir ki, tanıyır. Sonuncu ilə təsadüfən yaxın dostlarının təşkil etdiyi məclisdə tanış olmuş, Təqsirləndirilən şəxs1la tanış olan zaman sonuncu ona özünü hüquq-mühafizə orqanının işçisi kimi təqdim etmiş, ona həmin vaxt sonuncu, “paqonda işləyirəm” demişdir. Təqsirləndirilən şəxs1 ona faktiki işlədiyi hüquq mühafizə orqanının adını açıqlamamaş, həmçinin sonuncunun hərəkətləri, bəzi hallarda isə “təhlükəsizlikdə işləyirəm” deməsi onda təsəvvür yaratmışdır ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşıdır. Tanış olduqdan sonra müəyyən müddət Təqsirləndirilən şəxs1la heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs1 Şahid5 notariat kontoru vasitəsilə 60.000 (altmış min) manat məbləğində pul alması barədə, həmçinin, Təqsirləndirilən şəxs1 hüquq-mühafizə orqanlarında işçilərin yerdəyişmələrinə kömək etmək, həmin işi vəzifəli şəxslərə rüşvət qismində veriləcək müvafiq pul vəsaitləri qarşılığında həll etməsi, o cümlədən tanışı Şahid9 adını hazırda xatırlamadığı tanışının işinin həll edilməsi üçün Təqsirləndirilən şəxs1 pul verməsi barədə ümumiyyətlə məlumatı olmamış, eləcə də Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Milli Məclisində şöbə rəisi vəzifəsinə istənilən şəxsi təyin etdirə biləcəyi barədə heç bir söz deməmiş, X12 ədliyyə orqanlarına yenidən bərpa olunması üçün Təqsirləndirilən şəxs1la birlikdə hər hansı pulun verilməsi üçün razılaşmamış və ona hər hansı pul verilməmişdir. Onun uzaq qohumu Ağayev X39 Bəbirovun tutulması xəbərini eşitdikdən sonra ona zəng edərək Təqsirləndirilən şəxs1 borc qismində 5.000 manat məbləğində pul verdiyini demiş, lakin, həmin məsələdən əvvəldən məlumatı olmamış, Şahid12 isə təxminən 9 ildir ki, tanıyır. Əvvəllər məhkəmə proseslərində nümayəndə kimi iştirak etdiyindən həmin vaxtlarda Şahid12 bir hüquqi məsələdə köməklik etmişdir. Şahid11lə isə təxminən 3 il bundan qabaq Şahid12 doğum günü məclisində tanış olmuş, sonuncu ilə həmin vaxtlardan etibarən münasibəti vardır. Şahid11lə onun arasında torpaq məsələsinə görə mübahisə olmuş, Şahid11 təxminən 2019-cu ilin yay aylarında ona Badamdar qəsəbəsində anasına məxsus olan 0.02 ha torpaq sahəsini satmağa razılaşmışdır. İlkin razılığa əsasən 0.02 ha torpaq sahəsi üçün Şahid11 razılaşdıqları 40.000 (qırx min) manat pulu hissə-hissə verməli idi, belə olan halda ilk olaraq sonuncuya 3.000 (üç min) manat pul vermişdir. Bundan bir neçə gün sonra Şahid11 ona torpağa sənəd düzəltdiyini və əlavə 500 (beş yüz) manat məbləğində pul lazım olduğunu bildirdiyindən o, əlavə olaraq ona 500 manat da vermişdir. Bundan bir neçə ay sonra torpaqda sürüşmə olmuş və həmin yer yararsız hala düşmüş, ardınca isə o, Şahid11 torpaq sahəsini istəmədiyini və pulunu qaytarmasını bildirmiş, Şahid11 hər dəfəsində ona pulu qaytaracağını bildirsə də sonuncu pulu qaytarmamışdır. Ruhiyya Şirəliyeva ona Şahid11 yaxın 3 nəfər dostunun barəsində olan cinayət işi üzrə kömək göstərilməsi üçün pul vəsaiti verməmiş, o, həmin məbləği Ruhiyadan yaxın münasibətdə olduğu şəxs kimi borc müqabilində almış, daha sonra həmin pul ona geri qaytarmış və aralarında hər hansı ziddiyyət yaranmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə irəli sürülmüş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2005-ci ildən 2016-cı ilədək olan dövr ərzində Nizami rayonu H. Əliyev adına Park-bulvar İdarəsində baş mühasib vəzifəsində işləmişdir. 2016-cı ildən isə Nəsimi rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin baş məsləhətçisi vəzifəsində işləyir. 2020-ci ilin təxminən iyun ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nəsimi rayon şöbəsində işləyən və yaxın münasibəti olan Şahid8 onunla işinin olduğunu bildirərək görüşmək istədiyini demiş, görüş vaxtı Şahid8 yaxın tanışının çıxarış almaq istədiyini və bu məsələyə dair köməklik edə biləcəyini soruşmuşdur. O, Şahid8 sənədlərə baxandan sonra bu barədə fikrini bildirəcəyini demiş, təxminən 2-3 gün sonra Şahid8 ona sənədlərin surətini təqdim etmişdir. Sənədlərə baxan zaman həmin torpaq sahəsinin Bakı şəhəri, Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində yerləşdiyini, ümumi ölçüsünün 0.0494 ha olmasını, torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamının, ayrıc aktının olmasını müəyyən etmişdir. Bu zaman Şahid8 maraqlanıb xəbər edəcəyini bildirmiş, həmin vaxt ağlına Əmlak Xidmətləri Məkanında işləyən Şahid6 gəlmişdir. Belə ki, Şahid6 Əmlak Xidmətləri Məkanında mühafizəçi vəzifəsində işləmiş, o da işi ilə əlaqədar həmin İdarəyə gedib-gəldiyindən sonuncu ilə münasibəti yaranmışdır. Şahid6 zəng edərək belə bir işin olmasını ona demiş, həmin vaxt Şahid6 ona “bu iş mənim gücümdə olan iş deyil, amma adam var, öyrənib sənə deyərəm” demişdir. Təxminən 2 gün sonra Şahid6 ona tanıdığı Təqsirləndirilən şəxs1 həmin işi həll edə biləcəyini bildirmiş, Təqsirləndirilən şəxs1 hansı vəzifədə olduğunu bilməsə də, İlkin ona Pərvizin yüksək vəzifəli şəxs olduğunu, hətta sərt karantin rejimi ilə bağlı yaradılmış xüsusi postlardan çox asanlıqla keçərək, hərəkət etdiyini bildirmişdir. Onun özü icra hakimiyyəti işçisi olmasına baxmayaraq, həmin postlardan keçə bilmədiyindən bu söhbətlərdən sonra inanmışdır ki, Pərviz həqiqətən də yüksək vəzifədə işləyir. Bundan 1-2 gün sonra Şahid6lə birlikdə Təqsirləndirilən şəxs1la sonuncunun təklifi ilə “Nərimanov” metrostansiyasının yaxınlığında yerləşən parkda olan çayxanada görüşmüşdür. Söhbət zamanı Təqsirləndirilən şəxs1 torpaq sahəsinə dair sənədlərin surətlərini təqdim etmiş və sonuncu ona bu məsələ barədə maraqlanıb 3-5 gün ərzində məlumat verəcəyini demişdir. İlk görüş zamanı Təqsirləndirilən şəxs1 ona “mənim Əmlak Məsələləri Dövlət Xidmətində yüksək vəzifəli şəxslərlə tanışlığım var, həmin şəxslərlə bu xarakterdə çox işləri həll etmişəm” demişdir. İlk görüşdən təxminən 3-4 gün sonra Şahid6 ona zəng edərək Təqsirləndirilən şəxs1 onunla yenidən görüşmək istədiyini bildirmiş, İkinci görüş də eyni ünvanda olmuş, bu görüşlər təxminən 2020-ci ilin iyul ayının əvvəllərinə təsadüf edir. İkinci görüş zamanı Təqsirləndirilən şəxs1 ona vəzifəli şəxslərlə danışdığını, həmin torpaq sahəsinə dair rüsumun məbləğinin 60.000 (altmış min) manat olduğunu bildirmiş, sonuncunun ona deməsinə görə həmin 60.000 (altmış min) manat məbləğində olan puldan əlavə 35.000 (otuz beş min) manat məbləğində pul sonradan vəzifəli şəxslərə rüşvət qismində verilməsi üçün alınmalıydı. Təqsirləndirilən şəxs1 həmçinin iş həll olunduqdan sonra 35.000 (otuz beş min) manat məbləğində pul verilərkən ona da, eyni zamanda Şahid8 də həmin puldan əziyyətə görə hörmət edəcəyini bildirmiş, ümumilikdə, Təqsirləndirilən şəxs1 ona deməsinə görə məbləğ 95.000 (doxsan beş min) manat təşkil etmişdir. O, Təqsirləndirilən şəxs1 həmin sözləri yer sahibinə çatdıracağını, razılıq olacağı təqdirdə işə başlayacaqlarını demiş, bundan sonra bu barədə Şahid8 məlumat vermişdir. Şahid8 həmin işin sahibi ilə danışdıqdan sonra həmin şəxslə görüşməyi təklif etmiş, həmin vaxt Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nəsimi rayon şöbəsinin qarşısında Şahid8 və Şahid5la görüşmüş, həmin vaxt Şahid8 onu Şahid5la tanış etmişdir. Bu zaman Şahid5 məxsus “Wrangler” markalı avtomobildə əyləşmiş, həmin vaxt Şahid5 ona ümumilikdə 95.000 (doxsan beş min) manat məbləğində pulu vermişdir. Bunun ardınca o, Şahid6 sabahısı gün Təqsirləndirilən şəxs1la görüşmələrini bildirmiş, sabahısı gün, yadında qalan qədər 18 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1la yenidən eyni ünvanda görüşmüş, həmin vaxt o, Təqsirləndirilən şəxs1 60.000 (altmış min) manat məbləğində pulu notariat kontorunda müqavilə bağlayaraq Şahid6 verəcəyini bildirmişdir. Ardınca həmin ərazinin yaxınlığında “saatlı bina” deyilən binanın yanında, H. Əliyev prospektində yerləşən notariat kontoruna getmiş, orada olan zaman müəyyən olunmuşdur ki, Şahid6 şəxsiyyət vəsiqəsi üzərində deyildir. Bu zaman Təqsirləndirilən şəxs1 öz şəxsiyyət vəsiqəsinin üzərində olmasını və notariat qaydasında pulu ona verə biləcəyini bildirmişdir. Daha sonra o, notariat kontorunda borc müqaviləsi bağlayaraq 60.000 (altmış min) manat məbləğində pulu Təqsirləndirilən şəxs1 vermiş, 35.000 (otuz beş min) manat məbləğində pulu isə əvvəldən olan razılaşmaya əsasən özündə saxlamışdır. Təqsirləndirilən şəxs1 həmin vaxt qalan 35.000 (otuz beş min) manat məbləğində pulun onda olduğunu bilməmiş, həmin pulu iş həll olunduqdan sonra Təqsirləndirilən şəxs1 verməyi planlaşdırmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 ya sabahsı, ya da birisi gün Əmlak Xidmətləri Məkanına gedib sənədləri verməli olduqlarını bildirmiş, sabahısı gün, Şahid6 ona zəng edərək növbəti gün Əmlak Xidmətləri Məkanına gedib sənədlərin verilməli olduğunu bildirmişdir. Bunun ardınca isə o, bu barədə Şahid5 məlumat vermiş, yadında qalan qədər 20 iyul 2020-ci il tarixdə o, Əmlak Xidmətləri Məkanına getmişdir. Orada Şahid5la görüşmüş, Şahid6 zəng etdikdə sonuncu İdarənin yaxınlığında olduqlarını, lakin özünün məzuniyyətdə olduğuna görə, Təqsirləndirilən şəxs1 isə həmin qurumun işçisi olmadığına görə həmin əraziyə yaxınlaşmaq istəmədiklərini bildirmişdir. Ətrafa baxan zaman hər iki şəxsin, yolun digər tərəfində Təqsirləndirilən şəxs1 məxsus “Dodge Durango” markalı, ağ rəngli, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşdiklərinin şahidi olmuşdur. Şahid6 həmin vaxt ona “Pərviz deyir ki, şəxsə de ki, içəri daxil olub sənədləri qəbul şöbəsinə versin” demişdir. Şahid5 İdarəyə daxil olub sonra çıxan zaman sənədlərin qəbul edilmədiyini, sənədlərin notarial qaydada təsdiqlənməli olmasını və Bakı şəhər İcra Hakimiyyətinin rəyinin olmadığını bildirmişdir. Ardınca, Şahid5 təcili notariat kontoruna gedərək sənədlərin surətlərini təsdiq etdirmiş, bu zaman o, Şahid6 və Təqsirləndirilən şəxs1la birlikdə gözləməyə başlamışdır. Şahid5 gəldikdən sonra İdarəyə sonuncu ilə birlikdə Təqsirləndirilən şəxs1 da daxil olmuş, müəyyən müddət sonra Şahid5 bayıra çıxan zaman əlində “birka”nın olmasını görmüş, 21 iş günü müddətində sənədə cavab verilməliydi. Bundan sonra 21 günün tamamında cavab çıxmadığına görə Şahid6lə əlaqə saxlamış, sonuncu ona Təqsirləndirilən şəxs1la əlaqə saxlayacağını bildirmiş, ardınca, Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrəsi ilə ona zəng etmiş və pandemiya ilə əlaqədar gecikmə olduğunu bildirmişdir. Müəyyən müddət gözlədikdən sonra sənədə çıxarış verilməsindən imtina olunması barədə imtina məktubu əldə edilmiş, bu zaman özündə saxladığı 35.000 (otuz beş min) manat məbləğində pulu Şahid5 qaytarmış və əsəbləşərək Təqsirləndirilən şəxs1 zəng etmiş və sonuncu ona Bakı şəhər İcra Hakimiyyətinin rəyinin olmadığına görə imtina verildiyini bildirmiş və “narahat olma, müəllimə deyərəm, onu da həll edər, amma gərək 15.000 (on beş min) manat məbləğində pul da verəsiniz” demişdir. Sonuncudan şübhələndiyinə görə 15.000 (on beş min) manat məbləğində pulu Şahid5 alıb özündə saxlayacağını və rəyi əldə etdikdən sonra ona verəcəyini bildirmiş, Şahid5 15.000 (on beş min) manat məbləğində pulu alıb özündə saxlamışdır. Lakin, sonradan həmin rəy məsələsinin də Təqsirləndirilən şəxs1 növbəti yalanı olduğunu müəyyən etdikdən sonra həmin pulu da Şahid5 qaytarmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 pulu almağa çalışmış, lakin, sonuncu hər dəfəsində müəyyən tarixə pulu qaytaracağını bildirsə də pulu qaytarmamış, o da bununla əlaqədar Təqsirləndirilən şəxs1la dəfələrlə dava etmiş və onu təhqir də etmişdir. Bir dəfə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə, bir dəfə isə Ramin adlı Naxçıvan şəhərindən olan şəxslərlə yanına gələrək ondan həmin şəxslərə ona vaxt verməsini xahiş etdirmiş, o da hər dəfəsində ona vaxt vermiş, Təqsirləndirilən şəxs1 sonuncu sözü ondan ibarət idi ki, sonuncu pulu 24 dekabr 2020-ci il tarixində qaytarmalı imiş. Lakin, həmin gün də pulu qaytarmamış, 25 dekabr 2020-ci il tarixdə isə Təqsirləndirilən şəxs1 hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasını eşitmişdir. Bildiyi qədər həmin yerin çıxarışının alınması üçün təxminən 100.000 (yüz min) manat məbləğində pul lazım olmuş, bu barədə Şahid8 də məlumat vermişdir. Şahid8 də həmin şəxslərə bu məbləği deyib razılaşdırmış, Təqsirləndirilən şəxs1 ona əvvəlcə həmin işin daha artıq məbləğə həll olunacağını bildirib sonda 60.000 (altmış min) manat məbləğində pula həll olunduğunu deyən zaman həmin pulun bütövlükdə yüksək vəzifəli şəxslərə rüşvət qismində gedəcəyini demişdir. Təqsirləndirilən şəxs1 həmçinin ona “əslində 100.000 (yüz min) desən hamı o pulu verər, sən elə de, qalanını da biz bölək” demiş və o razılaşmış, 95.000 (doxsan beş min) manat aldıqdan sonra pulun 60.000 (altmış min) manat olan hissəsini Təqsirləndirilən şəxs1 vermiş, Pərviz isə ona “bəs bizim pul necə olacaq” deyə soruşanda “məsələni həll et şirinliyini verəcəyəm” demişdir. Fikri bu olmuşdur ki, 35.000 (otuz beş min) manat məbləğində pulu özündə saxlasın və həmin iş həll olunduqdan sonra bu pulu Vaqif, İlham, Pərviz, İlkin və özü aralarında bölsünlər. Ona görə də ifadəsində bəzi yanlış sözləri qeyd etmiş, 60.000 (altmış min) manat məbləğində pul rüsum deyil, rüşvət olmuş, həmin torpaq sahəsi də Şahid5 özünün olmamış, o da arada vasitəçi olmuş, yəni, sonuncu əmlak xidmətləri göstərən şəxs kimi fəaliyyət göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2001-ci il tarixdə Şirvan şəhər 1 nömrəli məktəbini bitirdikdən sonra 2001-2004-cü illərdə Şirvan şəhər Pedaqoji Texnikomunda hüquq-mühafizə fəaliyyəti ixtisası üzrə orta-ixtisas təhsili almış, 2004-2006-cı il tarixlərdə hərbi xidmətdə olmuş, 2007-2010-cu illərdə "xxxx" MMC neft şirkətində çilingər vəzifəsində işləmiş, 2013-2016-cı il tarixlərdə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Hacıqabul rayon şöbəsində texnik vəzifəsində işləmişdir. 2015- 2016-cı il tarixlərdə Milli Təhlükəsizlik Nazirliyində aparılmış struktur dəyişiklikləri nəticəsində Hacıqabul rayon şöbəsi ləğv edilmiş və ərazinin əməliyyat təminatı Şirvan şəhər şöbəsinə həvalə olunmuşdur. Həmin vaxt texnik vəzifəsi ixtisar olunduğundan öz ərizəsi əsasında işdən azad olunmuş, hazırda rəsmi olaraq heç bir yerdə işləməmiş, Şirvan şəhərində “köhnə bazar” adlanan ticarət mərkəzində qızıl alqı-satqısı ilə məşğul olan anası Şahid2 köməklik etmişdir. 2016-cı ildə işdən azad olunduqdan sonra bir dəfə daha Dövlət Təhlükəsizlik Xidmətinə iş üçün müraciət etmiş, lakin, həmin müraciətinə cavab olaraq vakansiyanın olmaması barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanımış, 2020-ci ilin əvvəllərində sonuncunun bacısının toy ərəfəsi olduğundan anası Sevil Bəbirova onun anasının işlədiyi dükana qızıl almaq üçün gəlmişdir. Həmin vaxt Sevil ilə anası Şahid2 arasında olan söhbət zamanı Sevil Bəbirova anasına oğlunun Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində işləməsini bildirmiş, həmin vaxtı işsiz olduğundan anası Şahid2 Təqsirləndirilən şəxs1 onu yenidən DTX-nə işə düzəldə bilib-bilməyəcəyini Sevil Bəbirovadan soruşmuşdur. Sonuncu bu barədə Təqsirləndirilən şəxs1la danışdıqdan sonra məlumat verəcəyini demiş, bundan təxminən 1 həftə və ya 10 gün sonra 2020-ci ilin fevral ayında Təqsirləndirilən şəxs1 anası Sevil Bəbirova zəng edərək oğlunun rayona gəldiyini və iş barədə söhbət etmək istədikləri təqdirdə evlərinə gedə biləcəklərini bildirmişdir. Bu zaman anası Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs1 atası evinə getmiş, həyətdə olan söhbət zamanı Təqsirləndirilən şəxs1 Dövlət Təhlükəsizlik Xidmətinə işə qəbul olunması ilə bağlı maraqlanıb xəbər verəcəyini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində yüksək vəzifə tutduğunu, orada sözünün yüksək vəzifəli şəxslər arasında keçdiyini və onu işə qəbul etdirmək üçün çalışacağını bildirmişdir. Təqsirləndirilən şəxs1 ona həmin vaxt hansısa əməliyyat təbirindən gəldiyini soruşmuş, bu sözlərinə görə o, Təqsirləndirilən şəxs1 DTX-də hansısa vəzifədə işləməsinə inanmışdır. Təxminən, 20 gün sonra Təqsirləndirilən şəxs1 ona zəng edərək işə qəbul olunmasının mümkün olduğunu, əvvəllər də həmin orqanda işləməsinin bu prosesə müsbət təsir etdiyini bildirmişdir. İlkin olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin akademiyasına qəbul olunması və zabit olaraq təyinat alması müqabilində 50.000 (əlli min) manat pul tələb etmişdir. O da qarşılığında o qədər pul verməyə maddi imkanının olmadığını dedikdən sonra Təqsirləndirilən şəxs1 gizir kimi DTX-nin Şirvan rayon şöbəsinə işə qəbul olunması üçün 20.000 (iyirmi min) manat pul tələb etmiş, həmin məbləğin də çox olduğunu dedikdən sonra Təqsirləndirilən şəxs1 ona həmin məbləğin çox olmadığını, bu işin gələcəyinin parlaq olduğunu, təxminən 1.700 (min yeddi yüz) manat məbləğində əmək haqqı alacağını bildirərək məbləği 15.000 (on beş min) manata endirmişdir. Təqsirləndirilən şəxs1 həmin danışıq zamanı ondan özünün və ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin əsilləri və surətlərini, diplom və hərbi biletinin əsilləri və surətlərini, həmçinin tərcümeyi-halı yazıb hazır saxlamasını tələb etmişdir. Təxminən 2020-ci ilin mart ayının sonlarında Təqsirləndirilən şəxs1 ona Bakı şəhərinə gəlməli olduğunu demiş, Bakı şəhərində Nəriman Nərimanov metrostansiyasının yaxınlığında yerləşən parkda Təqsirləndirilən şəxs1la görüşmüşdür. Özü ilə gətirdiyi 10.000 (on min) manat məbləğində pulu və əvvəlcədən deyilən sənədləri həmin vaxt Təqsirləndirilən şəxs1 “Hyundai Azera” markalı maşınında onun özünə vermiş, bu zaman Təqsirləndirilən şəxs1 ona həmin pulu verdiyini təsdiq etmək üçün notariat kontoruna getməli olduqlarını bildirmişdir. Sonuncunun avtomobili ilə Bakı şəhəri, 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən “ASAN Xidmət” Mərkəzinə getmiş, orada növbənin çox olduğunu görən zaman o, Təqsirləndirilən şəxs1 ona inandığını və rəsmiləşdirmək üçün zərurət olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 həmin məbləğə işin alınacağı təqdirdə ona xəbər verəcəyini demiş, təxminən 2020-ci ilin may-iyun aylarında Təqsirləndirilən şəxs1 zəng edərək 10.000 (on min) manat məbləğində pulun az olduğunu, həmin məbləğin orqanın rəhbərinə veriləcəyini, digər vəzifəli şəxslərə də pul verməli olduğunu demiş və əlavə olaraq 5.000 (beş min) manat da istəmişdir. 5.000 (beş min) manat verməyə maddi imkanı olmadığına görə qərara gəlmişlər ki, əgər həmin məbləğə alınmırsa Təqsirləndirilən şəxs1 ona verdiyi 10.000 (on min) manat məbləğində pulu geri tələb etsin. Təqsirləndirilən şəxs1 onun işi barədə orqanın “birinci” şəxsi ilə danışdığını, artıq işə qəbul olunması ilə bağlı qərar verildiyini, pulu verməsə onu pis vəziyyətdə qoyacağını, sözünün heç olacağını demiş, 2020-ci ilin noyabr ayının 22-də Təqsirləndirilən şəxs1 ona yenidən zəng edərək, işdən imtina etməsinin mümkün olmadığını, mütləq şəkildə əlavə 5.000 (beş min) manat da verməli olduğunu, yaxın günlərdə özünün məzuniyyət pulu alacağını, onun əvəzindən 3.500 (üç min beş yüz) manat pul verə biləcəyini demiş və ona mütləq şəkildə əlavə 1.500 (min beş yüz) manat verməli olduğunu bildirmişdir. Növbəti gün, yəni, 2020-ci ilin noyabr ayının 23-də Təqsirləndirilən şəxs1 ona "xxxx" ASC-yə məxsus bank kartının şəklini göndərmiş və 1500 (min beş yüz) manat məbləğində pulu təcili şəkildə həmin karta köçürməsini tələb etmiş, o da məcbur olub 1500 (min beş yüz) manat məbləğində pulu Şirvan şəhərində “Elite” ticarət mərkəzində yerləşən “MilliÖn” aparatı vasitəsilə Təqsirləndirilən şəxs1 şəklini göndərdiyi karta köçürmüşdür. Təqsirləndirilən şəxs1 yaxın vaxtlarda işə qəbul olunması barədə əmrin veriləcəyini demiş, həmçinin, Təqsirləndirilən şəxs1 ona verdikləri məbləğin 10.000 (on min) manat olan hissəsinin “birinci” şəxsə, qalan hissəsinin isə Kadrlar İdarəsinin əməkdaşlarına veriləcəyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, təxminən 17 ildir ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və Şirvan şəhərində yerləşən “Köhnə bazar” deyilən bazarda qızıl alqı-satqısı ilə məşğul olur. Oğlu Şahid1 isə əvvəllər Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Hacıqabul rayon şöbəsində 5 il müddətində texniki işçi kimi işləmiş, sonradan 2016-cı il tarixdə Milli Təhlükəsizlik Nazirliyində baş vermiş struktur dəyişiklikləri ilə əlaqədar olaraq həmin Nazirliyin Hacıqabul rayon şöbəsi ləğv olunduqdan sonra Rəşadət işdən çıxmışdır. Həmin vaxtdan etibarən Rəşadət işsiz qalmış, hazırda işlədiyi mağazada ona köməklik edir. 2020-ci ilin təxminən əvvəllərində Təqsirləndirilən şəxs1 anası Sevil Bəbirova qızının toyu ərəfəsi olduğuna görə işlədiyi mağazadan qızıl nişan üzüyü almış, Sevil Bəbirova ilə həmin vaxt tanış olmuş və isti münasibətləri yaranmışdır. Sevil Bəbirova ilə aralarında olan söhbətlərdən birində sonuncu oğlu Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində işləməsini bildirmiş, həmin vaxt o, sonuncudan oğlu Təqsirləndirilən şəxs1 onun oğlu Şahid1 həmin Xidmətdə işə düzəldə bilib-bilməyəcəyini soruşmuş, Sevil Bəbirova isə bu barədə oğlu Təqsirləndirilən şəxs1 deyəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra Sevil Bəbirova ona zəng edərək oğlu Təqsirləndirilən şəxs1 onların evinə gəldiyini və istədiyi təqdirdə Şahid1 evlərinə gedərək söhbət edə biləcəyini bildirmişdir. Həmin vaxt oğlu Şahid1la birlikdə Təqsirləndirilən şəxs1 ata evinə getmiş, orada söhbət edən zaman Təqsirləndirilən şəxs1 onlara Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində işləməsini, Şahid1 həmin Xidmətdə işə düzəldə biləcəyini, sonuncunun əvvəllər də orqanda işlədiyinə görə işinin rahatlıqla düzələcəyini, bunun üçün müəyyən qədər pul vəsaitinin lazım olduğunu, həmin pul vəsaitini “birinci” adlandırdığı şəxsə rüşvət qismində verəcəyini bildirmişdir. Uzun söhbətdən sonra oğlunun Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər Şöbəsinə işə düzəldilməsi üçün 15.000 (on beş min) manat qarşılığında Təqsirləndirilən şəxs1la razılaşmışlar. İlk öncə oğlu Şahid1 10.000 (on min) manat məbləğində pul vəsaitini aparıb Bakı şəhərində Təqsirləndirilən şəxs1 vermiş, bundan sonra isə lazım olacaq növbəti 5.000 (beş min) manat məbləğində pul vəsaitini düzəldə bilməmiş, həmin pul vəsaitini verə bilmədikləri zaman bu barədə Təqsirləndirilən şəxs1 müraciət etmişlər. Lakin, sonuncu onlara həmin pul vəsaitinin verilməli olduğunu, həmin məsələdən “birinci” adlandırdığı şəxsin məlumatının olduğunu, “birinci” adlandırdığı şəxsə məsələnin alınmadığını heç cürə deyə bilməyəcəyini bildirmişdir. Nəticədə onlar yalnız 1.500 (min beş yüz) manat məbləğində pul tapa bilmiş və həmin pulu oğlu X62 Bəbirovun bacısı Pərvanə Bəbirovanın plastik kartına göndərmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 lazım olan pulun 3.500 (üç min beş yüz) manat olan hissəsini özündən qoyacağını və sonradan həmin pulu hissə-hissə ona verməli olduqlarını bildirmiş, onlarda bu barədə Təqsirləndirilən şəxs1la razılaşmışlar. Lakin, sonradan Təqsirləndirilən şəxs1 oğlu Şahid1 işə düzəltməmiş, Təqsirləndirilən şəxs1 hər dəfəsində oğlu Şahid1 nə vaxt işə başlayacağını soruşduqda sonuncu onlara pandemiya ilə əlaqədar işin düzəlməsinin gecikdiyini və yaxın günlərdə həll olunacağını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hazırda biznes fəaliyyəti ilə məşğul olur, Şahid5 əmlak xidmətləri göstərən şəxs kimi uzun müddətdir tanıyır. 2020-ci ilin iyun ayının əvvəllərində Bakı şəhəri Nəsimi rayonu ərazisində Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində yerləşən 0,05 ha torpaq sahəsini satan Şahid4 ilə danışıb həmin sahəni almaq qərarına gəlmişdir. Razılığa əsasən Şahid4 ilə ümumilikdə 1 milyon manat pul ödəməli olmuş, lakin şərtə əsasən torpaq sahəsinin çıxarışı olmadığından həmin 1 milyon manatdan Şahid4 çıxarış alınması üçün xərci özü ödəməli olmuşdur. Həmin günlərdə əmlak xidmətləri göstərən tanışı Şahid5la əlaqə yaradıb almaq istədiyi torpaq sahəsi barədə ona məlumat vermiş, çıxarışın alınmasına kömək edə biləcək əlaqələrinin olub-olmadığını maraqlanmış, sonuncu isə bu işi həll edə biləcək tanış taparsa məlumat verəcəyini demişdir. Bundan bir neçə gün sonra Şahid5 ona zəng edərək bu işi həll edə biləcək tanış tapmasını həmin tanışın bu işi 40 gün ərzində 100.000 (yüz min) manata həll etməyə söz verməsini bildirmiş, o da razılaşmışdır. Ya həmin gün ya bir gün sonra torpağı satan Şahid4 və Şahid5la birgə 53 nömrəli notariat kontorunda görüşmüş, əvvəlcədən belə qərara gəlmişlər ki, ilkin olaraq Şahid4 300.000 (üç yüz min) manat pul verir, Şahid4 həmin puldan torpağın rəsmiləşdirilməsi xərci kimi 100.000 (yüz min) manat pulu İlhama verir, torpağın rəsmiləşməsi başa çatdıqdan sonra isə alqı-satqı edərək sonuncuya növbəti 700.000 manatı verir. Şahid4 onunla razılaşmış, həmin notariat kontorunda sonuncu ilə müqavilə bağlamaqla ona 300.000 (üç yüz min) manat pul vəsaitini həmin kontorda vermiş, kontordan çıxışda isə Seymur İlhama həmin puldan 100.000 (yüz min) manatı və torpaq sahəsinin sənədlərini çıxarışın alınmasından ötrü vermişdir. Həmin gün Seymur Şahid5 onu dövlət orqanlarında təmsil etmək, çıxarışın alınmasınadək bütün sənədləşmə işlərini onun adından həyata keçirmək üçün etibarnamə də vermişdir. Həmin vaxtdan etibarən Şahid5 işə başlamış, Şahid5 kiminlə hansı qaydada iş görməsindən, prosesin təfərrüatlarından məlumatı olmamışdır. Bir neçə gün sonra Şahid5 sənədləri Əmlak Xidmətləri Məkanına təhvil verib “birka” almasını bilmiş, həmin vaxtdan iki aya yaxın müddətdə iş üçün əhəmiyyət kəsb edə biləcək bir hal baş verməmişdir. Avqust ayının sonları, sentyabr ayının əvvəllərində Şahid5 onunla söhbət əsnasında çıxarışın verilməsi üçün iş gördüyü adamların əlavə hansısa məbləğdə pul istəmələrini desə də sonuncu ondan pul istəməmiş və o da hər hansı məbləğdə pul verməmişdir. Bir neçə həftə sonra hazırda dəqiq xatırlamadığı tarixdə Şahid5 onunla əlaqə saxlayaraq işin alınmaması barədə məlumat vermiş, sentyabr ayının sonları, oktyabr ayının əvvəllərində isə Şahid4 aldığı bütün pulu qaytarmasını ona demişdir. İş baş tutmadığından sonuncu 53 nömrəli notariat kontorunda ondan aldığı 300.000 (üç yüz min) manat pulu geri qaytarmış, hazırda nə Seymurun, nə də İlhamın ona hər hansı məbləğdə borcu yoxdur. Qeyd edilən çıxarışın alınmasında Şahid5 köməklik habelə həmin işdə vasitəçilik edən şəxslərdən kimisə eləcə də Vaqif, Ramil, Pərviz, İlkin, Sevinc adlı şəxsləri tanımır, belə adlar ümumiyyətlə eşitməmiş, Şahid5 ilk dəfə işi 100.000 (yüz min) manata görəcəyini zəng edərək bildirdikdə o da bu barədə Seymura məlumat vermiş, sonuncu razı olmasını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, əvvəllər fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin həm təsisçisi, həm də direktoru olmuş, "xxxx" MMC tikinti materiallarının Azərbaycan Respublikasına idxalı və ixracı üzrə fəaliyyət göstərmiş, hazırda həmin MMC fəaliyyət göstərmir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20 aprel 2018-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, 954-cü məhəllə, N. Yusifbəyli küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən 0,0494 ha torpaq sahəsi icarə əsasında, 49 il müddətə "xxxx" MMC-yə verilmişdir. 2020-ci ilin təxminən iyun ayında həmin torpaq sahəsini satmaq qərarına gəlmiş və bu barədə müxtəlif yerlərdə elanlar vermişdir. Həmin vaxt özünü ona əmlak xidmətləri göstərən şəxs kimi təqdim edən Şahid5 müraciət etmiş və həmin torpaq sahəsini Şahid3 adlı şəxsin almaq istədiyini bildirmişdir. Bu zaman Şahid3la görüşmüş, sonuncu ilə aralarında olan söhbətlər nəticəsində müvafiq torpaq sahəsini Şahid3 1.000.000 (bir milyon) manat müqabilində satmağa razılaşmışdır. Həmin vaxtı o, torpaq sahəsinə çıxarış alınması mümkün olmamış, çünki həmin torpaq sahəsi dövlət mülkiyyətində olmuş və "xxxx" MMCyə icarəyə verilmişdir. Həmin torpaq sahəsində tikinti işlərinə başlanılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsindən xüsusi nişan alınmalı olmuş, torpaq sahəsində tikinti aparıldıqdan sonra tikilmiş obyektə çıxarış alınması mümkün olmuş, bunu Şahid3 və Şahid5 izah etmişdir. Həmin şəxslər ondan sənədləri götürmüş, müəyyən müddət sonra Şahid3la aralarında olan söhbət zamanı sonuncu ona Şahid5 həmin torpaq sahəsinə dair çıxarış verilməsini təmin edə biləcəyini bildirmişdir. Razılaşmaya əsasən Şahid3 ona ilkin ödəniş qismində 300.000 (üç yüz min) manat məbləğində pulun verilməsini, qalan məbləği isə çıxarış alındıqdan sonra verməyi olmuşdur. Təxminən 2020-ci ilin iyun ayının əvvəlində Şahid3 ona 300.000 (üç yüz min) manat məbləğində pul vəsaitini Dövlət Vergi Xidmətinin yaxınlığında yerləşən hazırda nömrəsini xatırlamadığı notariat kontorunda müqavilə bağlamaqla vermişdir. Bu zaman Şahid5 ona həmin torpaq sahəsinə çıxarış alınması üçün 100.000 (yüz min) manat məbləğində pul verməli olduğunu bildirmiş, bundan sonra Şahid5 həmin pulu elə müvafiq notariat kontorunun yanında vermişdir. Müəyyən müddət sonra Şahid5 yenə də notariat kontorunda adından hərəkətlərin edilməsi üçün etibarnamə vermiş, həmin vaxt Şahid5 ona bir ay müddətində müvafiq torpaq sahəsinə çıxarış alacağını bildirmişdir. Bir aydan sonra Şahid5 işin nəyə görə həll olunmadığını soruşduqda sonuncu ona pandemiya ilə əlaqədar müvafiq idarələrin işlərində gecikmələrin olduğunu və yaxın günlərdə məsələnin həll olunacağını bildirmişdir. Lakin, bundan sonra da məsələ həll olunmamış, təxminən 4 aydan sonra məsələnin həll olunmadığını gördükdə Şahid5 verdiyi 100.000 (yüz min) manat məbləğində pul vəsaitini geri almış, ardınca isə Şahid3 ona verdiyi 300.000 (üç yüz min) manat məbləğində pul vəsaitini sonuncuya yenidən notarial qaydada geri qaytarmışdır. Bundan sonra müvafiq torpaq sahəsini təxminən 2020ci ilin oktyabr-noyabr aylarında başqa şəxsə satmışdır. Şahid5 ondan əlavə olaraq həmin vaxt 3.000 (üç min) manat da aldığını, sonuncunun deməsinə görə həmin 3.000 (üç min) manat rəsmi ödəniş etməli olmasını, qalan 100.000 (yüz min) manatın isə çıxarışın alınmasına sərf olunacağını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, hazırda əmlak xidmətlərinin göstərilməsi ilə məşğul olur. Təqsirləndirilən şəxs1 təxminən 6-7 ay olardı ki, tanıyırdı. 2020-ci ilin iyun ayının əvvəllərində yaxın tanışı Şahid3 ona zəng edərək Nəsimi və Yasamal rayonu ərazisində qeyri-yaşayış obyekti tikmək məqsədi ilə 0.05 ha torpaq sahəsi axtardığını bildirmişdir. Həmin ərəfələrdə əvvəldən tanıdığı Şahid4 sahibi olduğu "xxxx" MMC-yə məxsus torpaq sahəsini satmaq istəməsi barədə məlumatı olmuş, həmin vaxt Şahid4 ilə həmin əraziyə baxmış və bundan sonra Şahid3 məlumat verib həmin əraziyə dəvət etmişdir. Həmin vaxt Şahid3la Şahid4 görüşdürmüş, görüş zamanı Şahid4 ilə Şahid3 həmin torpaq barəsində 1.000.000 (bir milyon) manata razılaşmışlar. Həmin torpaq sahənin çıxarışı olmamış və çıxarış alınması üçün lazım olacaq məbləğ Şahid3 tərəfindən ödənilməli olmuşdur. Həmin vaxt Şahid4 şərt qoymuşdur ki, o, həmin torpaq sahəsinin özəlləşməsinə qarışmayacaq və Şahid3 istədiyi adama etibarnamə verəcəkdir ki, sənəd işləri ilə həmin şəxs məşğul olsun. Bu zaman Şahid3 ondan işlərlə maraqlanmasını xahiş etmiş və sənədlərə görə ödəniləcək məbləği özünün ödəyəcəyini bildirmişdir. O, həmin torpaq sahəsinə çıxarışın alınması üçün çalışmağa başlamış, ilk öncə Əmlak Xidmətləri Məkanına getmiş və həmin idarədə sənədlərin arasında Bakı şəhər İcra Hakimiyyətinin rəyi olmadığına görə həmin sənədlər qəbul edilməmişdir. Bu barədə maraqlandıqda həmin məsələnin həllinin çətin olması müəyyən olunmuş, o da sonradan Şahid8 məsləhət etmişdir. Təxminən 3 il əvvəl arvadı rəhmətə getdikdən sonra bununla bağlı pensiya rəsmiləşməsi zamanı DSMF-nun Nəsimi rayon şöbəsinin əməkdaşı kimi tanış olduğu və aralarında münasibət yaranmış Şahid8 xatırlayıb, dövlət orqanında işləyən şəxs kimi bu işi də həll edə biləcək tanışlarının olmasını düşünüb istifadəsində olan ***-***- **-** saylı mobil telefon nömrəsindən Şahid8 istifadəsində olan ***-***-**-** və ya ***-***-**- ** mobil nömrələrindən birinə zəng edib məsələ barədə məlumat vermiş, bu işin həllinə kömək edə biləcək tanışı olub-olmadığını maraqlandıqda Şahid8 Nəsimi RİH-də Təqsirləndirilən şəxs3 adlı tanışının olmasını, onunla danışıb bu işi həll edə bilibbilməyəcəyini soruşacağını demişdir. Həmin danışıqdan təxminən 3-4 gün sonra Şahid8 ona zəng edib həmin Təqsirləndirilən şəxs3 adlı şəxslə danışdığını, 0,05 ha sahəsi olan həmin torpaq sahəsinə 40 gün müddətində yekun olaraq çıxarışın verilməsindən ötrü Təqsirləndirilən şəxs3 Dövlət Əmlak Xidmətində işləyən hansısa vəzifəli şəxsə vermək adı ilə ondan 95.000 (doxsan beş min) manat pul istədiyini, həmin pulu bir gün sonra verməli olduğunu, lakin, Təqsirləndirilən şəxs3 özünün həmin şəxsə ilkin olaraq pulun 60.000 (altmış min) manatı verəcəyini, bütün sənədlər hazır olduqdan sonra çıxarışın alınmasından ötrü sənədlər Əmlak Xidmətləri Məkanına verilib oradan “birka” alınanda pulun qalıq 35.000 (otuz beş min) manatını da həmin işi düzəldən şəxsə verəcəyini demişdir. O da bu barədə Şahid3 da məlumat vermiş, aralarında olan razılaşmaya əsasən Şahid3 303.000 (üç yüz üç min) manat məbləğində Şahid4 pul vəsaitini beh qismində verməli və həmin pul vəsaitindən 103.000 (yüz üç min) manat ona sonuncu tərəfindən çıxarış məsələsinin həllində sərf etməsi üçün verilməli olmuşdur. Həmin vaxt Şahid3 şirkətinin kassasından 300.000 (üç yüz min) manat pul götürdüyünə görə sonuncu ondan əlavə lazım olan 3.000 (üç min) manatı da Seymurdan almasını xahiş etmişdir. Buna görə də Şahid3 notariat kontorunda Şahid4 ilə müqavilə bağlayaraq 300.000 (üç yüz min) manat verdikdən sonra 15 və ya 16 iyun 2020-ci il tarixdə sonuncudan əvvəlcə 100.000 (yüz min) manat, sonradan isə elə həmin gün əlavə 3.000 (üç min) manat məbləğində pul almışdır. Həmin puldan 95.000 (doxsan beş min) manatını Təqsirləndirilən şəxs3 vermiş və qalan 8.000 (səkkiz min) manatını özündə saxlamışdır. Səhəri gün saat 10 radələrində Şahid8 ona zəng edib sənədlərin əsilləri ilə birgə Ulduz metrostansiyasının yaxınlığında yerləşən Əmlak Xidmətləri Məkanına gəlməli olduğunu bildirmiş, o da Şahid3 verdiyi torpaq sahəsinin sənədlərinin əsilləri ilə birgə həmin yerə getmişdir. Saat 11 radələrində həmin yerə çatmış, orada Şahid8 və Təqsirləndirilən şəxs3la görüşmüş, görüşən zaman Təqsirləndirilən şəxs3 işi düzəldən Təqsirləndirilən şəxs1 gələcəyini, onu gözlədiklərini bildirmişdir. Təxminən 20 dəqiqə sonra ağ rəngli “Dodge Durango” markalı avtomobillə bir nəfər yaxınlaşmış, çatdıqdan sonra Təqsirləndirilən şəxs3 sözlərindən adının Pərviz olmasını bilsə də harada işləməsini, işi onun həll edəcəyini yoxsa vasitəçi olmasını bilməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 yanında adını bilməsə də sonuncunun Dövlət Əmlak Xidmətində işləyən şəxs kimi təqdim etdiyi alçaqboylu, sarı seyrək saçlı, dolu bədən quruluşlu şəxs də olmuşdur. Onlar içəri girməyə hazırlaşanda həmin şəxs Təqsirləndirilən şəxs1 “sən içəri gir mən məzuniyyətdəyəm” sözlərini demiş, daha sonra o, Təqsirləndirilən şəxs1la içəri girmiş, növbə götürmüş, növbə çatdıqda Təqsirləndirilən şəxs1la birgə müvafiq pəncərəyə yaxınlaşıb sənədləri təqdim etmiş, sənədləri yoxlayan əməkdaş sabiq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən ilkin sənəd olmadığını, buna görə də sənədin qəbul edilməyəcəyini demiş, o, narahat olduqda Təqsirləndirilən şəxs1 ona göz vurub qaydasına qoyacağını bildirmiş, daha sonra şəxsiyyəti ona məlum olmayan şəxsə öz mobil nömrəsindən zəng edib sənədlərin qəbul etdirilməsini xahiş etmiş, bundan sonra xidmət edən operatora zəng edilmiş, daha sonra operator sənədləri qəbul etməyə razılaşmışdır. Sənədləri təhvil verdikdən sonra operator onlara sənədlərin 24 iş günü ərzində hazır olacağı barədə “birka” vermiş və onlar həmin yeri tərk etmişlər. Əvvəldən Təqsirləndirilən şəxs3 deməsinə görə həmin “birka” alınanda 35.000 (otuz beş min) manat da guya işi həll edəcək vəzifəli şəxsə verilməli olmuşdur. Lakin, o, həmin gün 35.000 (otuz beş min) manatın həmin şəxsə verilib-verilmədiyini, Təqsirləndirilən şəxs1 həmin şəxs olub-olmadığını bilməmiş, həmin vaxtdan etibarən təxminən 35-40 gün sənədin verilməsindən heç bir xəbər olmamışdır. Belə ki, “birka”nı verəndə sənədin hazır olacağı halda telefona “sms” gələcəyi barədə məlumat verildiyindən sms gələnə qədər gözləməyi qərarlaşdırmışdır. Həmin dövrdə ölkə ərazisində karantin rejimi elan edildiyindən dövlət orqanlarının əksəriyyəti fəaliyyət göstərməmiş, sənədin hazır olmasının bununla bağlı ləngiməsini düşünüb narahatlıq keçirməmişdir. Avqust ayının əvvəllərindən etibarən bir neçə dəfə ƏXM-nın qaynar xəttinə zəng edib sənədin hazır olub-olmaması barədə soruşarkən ona sənədin 4 mərhələni keçməsi, pandemiya ilə bağlı son 5-ci mərhələdən sənədin keçməsinin ləngiməsini demişlər. Sonradan Əmlak Məsələləri Xidmətindən sənədin alınması tarixinə 3 gün qalmış, təxminən 12 və ya 13 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs3 ona Bakı şəhər icra Hakimiyyətinin rəyinin alınmasının vacib olduğunu və bunun üçün 15.000 (on beş min) manat məbləğində lazım olduğunu bildirmişdir. Bu zaman imkanı zəif olmuş və Təqsirləndirilən şəxs3 Şahid4 aldığı puldan qalan 8.000 (səkkiz min) manatın olduğunu, özündən isə əlavə olaraq 3.000 (üç min) manat verə biləcəyini bildirmiş və qalan 4.000 (dörd min) manatı isə özünün düzəltməsini xahiş etmişdir. Bunun ardınca Təqsirləndirilən şəxs3 11.000 (on bir min) manat vermiş və sonuncu həmin pul vəsaitinin üzərinə özündən 4.000 (dörd min) manat qoymalı olmuşdur. Sonradan işlə maraqlananda həmin sənədlərə imtina veriləcəyi məlum olmuş, bundan sonra Təqsirləndirilən şəxs3 işin alınmadığını deyib ilkin olaraq 11.000 (on bir min) manat məbləğində pulunu qaytarmışdır. Həmin vaxtdan etibarən qalan 95.000 (doxsan beş min) manat məbləğində pulu qaytarmalarına dair Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 təkid etmiş, şəxsi ofisində olan söhbətlərdən birində Təqsirləndirilən şəxs1 əsəbləşərək “95.000 (doxsan beş min) manat pulumu almısan, gətir pulumu qaytar dedikdə” sonuncu ona təəccüblə “nə 95.000 (doxsan beş min), mən Ramildən 60.000 (altmış min) manat pul almışam, 35.000 (otuz beş min) manatdan xəbərim yoxdur” demişdir. Bunun ardınca bu barədə Təqsirləndirilən şəxs3 soruşduqda sonuncu ona “narahat olma, sabah yox birisi gün gətirirəm” demişdir. Bu zaman başa düşmüşdür ki, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 həmin puldan 60.000 (altmış min) manat olan hissəsini vermiş və qalan 35.000 (otuz beş min) manat olan hissəsini özündə saxlamışdır. Bu zaman Ramildən nəyə görə 35.000 (otuz beş min) manatı özündə saxladığını soruşduqda sonuncu ona “sənin nəyinə lazımdı, mən sənə demişdim 95.000 (doxsan beş min) manata həll edəcəyəm, əgər həll eləməsəm pulunu qaytaracağam, həll eləsəm də sənədini alacaqsan” demişdir. Sənədə imtina verildikdən sonra təxminən 10 gün müddətində Təqsirləndirilən şəxs3 ona pulun 35.000 (otuz beş min) manat olan hissəsini qaytarmış, sonuncu qalan 60.000 (altmış min) manat olan hissəni isə Təqsirləndirilən şəxs1 alıb qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs1 isə həmin puldan ona 2020-ci ilin oktyabr ayında 2.000 (iki min) manat, noyabr ayında 1.500 (min beş yüz) manat, iki dəfə xatırlamadığı tarixlərdə 500 (beş yüz) manat olmaqla, ümumilikdə 1.000 (min) manat məbləğində pulu istifadəsində olan plastik karta göndərmişdir. Həmçinin, istintaq dövründə Təqsirləndirilən şəxs3 ona 6.700 (altı min yeddi yüz) manat məbləğində pul gətirərək həmin pulların Təqsirləndirilən şəxs1 tanışları Şahid6 və Şahid7 tərəfindən verildiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 deməsinə görə Təqsirləndirilən şəxs1 həmin pul vəsaitinin müəyyən hissəsini həmin şəxslərə verməsinə dair istintaqda ifadə verdiyindən sonuncular qorxduqlarına görə həmin pul vəsaitlərini ona qaytarmışdırlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, 1982-ci il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nəsimi rayon şöbəsində müxtəlif vəzifələrdə, 2004-cü il tarixdən isə Dövlət Sosial Müdafiə Fondunun Sosial Xidmət sektorunun Nəsimi rayon şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2020-ci ilin mart ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi yaradılmış və o, həmin Agentliyin 5 saylı filialının müdiri təyin edilmiş, həmin filialın yurisdiksiyasına Bakı şəhərinin Nəsimi və Xətai rayonları aid olmuş, Şahid5 ilə yaxın münasibətləri vardır. Belə ki, sonuncu ilə təxminən 3-4 il bundan öncə arvadı vəfat etdikdən sonra uşaqlarına pensiya təyin edilməsi ilə bağlı müraciət edən zaman tanış olmuş, Şahid5 işlədiyi ofis anasının mülkiyyətində olan yaşayış evinin yaxınlığında yerləşmiş, Şahid5 alqı-satqı ofisinin müdiri kimi fəaliyyət göstərirdi. Təqsirləndirilən şəxs3 isə təxminən 4-5 ildir ki, tanıyır, sonuncu Nəsimi rayon İcra Hakimiyyətində Təsərrüfat şöbəsində işləyirdi. Təxminən 2020-ci ilin iyun ayının əvvəllərində Şahid5 onunla olan görüşlərindən birində bir nəfər dostunun Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ünvanında yerləşən 0,05 ha torpaq sahəsinə çıxarış almaq istədiyini, həmin rayonda yüksək vəzifə tutan bir şəxs kimi bu məsələyə görə tanışlarının olub-olmamasını, həmin məsələdə onlara köməklik edə biləcəyini soruşmuşdur. Həmin vaxt Şahid5 maraqlanıb ona bu barədə bildirəcəyini demiş, həmin ərəfələrdə pandemiya dövrü olduğundan, kafe və restoranlar fəaliyyət göstərmədiyindən Təqsirləndirilən şəxs3 və Nəsimi rayon İcra Hakimiyyətinin işçiləri günorta yeməyi üçün onun işlədiyi idarənin bufetinə gəlirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs3la aralarında olan söhbət zamanı sonuncuya ailəvi dostunun Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ünvanında yerləşən torpaq sahəsinə çıxarış almaq istədiyini bildirmiş və ondan həmin məsələdə dostuna kömək edə biləcəyini soruşmuşdur. Bu zaman Təqsirləndirilən şəxs3 ona həmin şəxsin sənədlərinin lazım olduğunu və sənədlərə baxdıqdan sonra bu barədə məlumat verəcəyini bildirmişdi. O isə ardınca Şahid5 mobil telefonuna “whatsapp” proqramı vasitəsilə göndərdiyi sənədlərin şəkillərini elə həmin proqram vasitəsilə Təqsirləndirilən şəxs3 göndərmişdir. Təxminən 2 gün sonra Təqsirləndirilən şəxs3 mobil telefon vasitəsilə və ya görüşləri zamanı əyani surətdə “dostuna de ki, işi həll olunur, Əmlak Xidməti ilə razılaşdırılıb, dövlət rüsumlu, zadlı 95.000 (doxsan beş min) manata həll olunacaq” demişdir. O, Təqsirləndirilən şəxs3 həmin sözlərini Şahid5 çatdırmış, üzərindən iki gün keçdikdən sonra Şahid5 ona zəng edərək “Təqsirləndirilən şəxs3la məni görüşdür, əmanəti və sənədləri verim ona” demişdir. Bundan da 1 və ya 2 gün sonra Şahid5 istifadəsində olan “Jeep Wrangler” markalı, qara rəngli, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 19 ünvanında yerləşən, onun işlədiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin 5 saylı filialının qarşısına gəlmişdir. O, idarədən bayıra çıxıb sonuncuya məxsus avtomobilin arxa oturacağına əyləşmiş və mobil telefonu ilə zəng edərək Təqsirləndirilən şəxs3 da həmin yerə dəvət etmişdir. Təxminən 10-15 dəqiqə sonra Təqsirləndirilən şəxs3 həmin yerə gəlmiş və Şahid5 məxsus avtomobilin qabaq sərnişin oturacağına əyləşmişdir. Həmin vaxt Şahid5la Təqsirləndirilən şəxs3 həmin işin hansı qaydada həll olunacağı barədə danışmışlar. Təqsirləndirilən şəxs3 həmin işin həll olunması üçün guya ki, Əmlak Məsələləri Dövlət Xidmətinin hansısa vəzifəli şəxsi ilə danışdığını və həmin şəxsin müvafiq torpağa çıxarış verilməsi məsələsini həll edəcəyini bildirmişdir. Həmin vaxt Şahid5 cibindən 95.000 (doxsan beş min) manat məbləğində pulu çıxarıb saymış və Təqsirləndirilən şəxs3 vermiş, sonra Təqsirləndirilən şəxs3 avtomobildən düşüb avtomobilinə əyləşib getmiş, o da idarəyə getmişdir. Sabahısı gün, Təqsirləndirilən şəxs3 ona notariat kontorunda bağlanmış kredit müqaviləsinin şəkilini göndərmiş, kredit müqaviləsinə əsasən müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 adlı şəxslə borc müqaviləsi bağlayaraq 60.000 (altmış min) manat məbləğində pulu sonuncuya vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs3 Şahid5 95.000 (doxsan beş min) manat almasına baxmayaraq Təqsirləndirilən şəxs1 60.000 (altmış min) manat məbləğində pulu verməsi onun təəccübünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs3dan nəyə görə pulun hamısını deyil 60.000 (altmış min) manat olan hissəsini Təqsirləndirilən şəxs1 verdiyini soruşan zaman sonuncu ona qalan 35.000 (otuz beş min) manatın isə tərəfindən iş həll olunduqdan sonra veriləcəyini bildirmişdir. Ardınca isə növbəti gün Təqsirləndirilən şəxs3 ona Şahid5 “Ulduz” metrostansiyasının yaxınlığında yerləşən Əmlak Xidmətləri Məkanına gedib sənədləri həmin idarəyə təqdim etməli olduğunu bildirmişdir. Onda olan məlumatlara görə həmin torpaq sahəsinin sahibi etibarnamə ilə onun adından sənədlərə imza etməsini Şahid5 etibar etmişdir. Həmin gün Şahid5la birlikdə sonuncunun xahişinə əsasən Əmlak Xidmətləri Məkanına getmiş, idarəyə çatdıqdan sonra Təqsirləndirilən şəxs3 da oraya gəlmişdir. Ardınca həmin idarənin qarşısına sonradan ağ rəngli, “Dodge” markalı avtomobillə sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 gəlmiş, sonuncu idarənin qarşısında Şahid5la tanış olmuş və sonuncu ilə birlikdə idarəyə daxil olmuşdur. Təxminən yarım saat, 40 dəqiqə sonra Şahid5 idarədən çıxmış, sənədləri müvafiq şöbəyə verdiyini və “birka” aldığını bildirmiş, sonuncunun deməsinə görə həmin “birka”nın üzərində sənədin 40 gün müddətində hazır olacağı yazılmışdır. Bundan sonra hərə öz işinə getmiş, bu proseslər təxminən 2020-ci ilin iyun ayının əvvəllərindən ayın 20-nə qədər olan müddətdə baş vermişdir. Sənədin verilmə tarixi çatdıqda Şahid5 zəng edərək ona “sms” gəldiyini və həmin “sms” də çıxarışın verilməsindən imtina olunduğunun göstərildiyini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs3dan nəyə görə imtina verildiyini soruşduqda sonuncu onlara həmin sənədin 5-10 günə hazır olacağını, hansısa sənədlərin çatışmadığına görə imtina verildiyini, sonradan işin həll olunacağını bildirmişdir. Bundan sonra yenə də sənədin düzəlmədiyini görən zaman yenidən Təqsirləndirilən şəxs3 soruşduqda sonuncu Təqsirləndirilən şəxs1 həmin işlə məşğul olduğunu və yaxın günlərdə məsələnin həllini tapacağını bildirmişdir. Şahid5, Təqsirləndirilən şəxs3 və o, bu məsələ ilə bağlı bir neçə dəfə görüşmüş, görüşlərdə Təqsirləndirilən şəxs3 həmin məsələni həll edə bilmədiyinə görə əsəbi şəkildə iradlarını bildirmişlər. Əvvəllər ürək infaktı keçirdiyinə görə Şahid5 ona əsəbləşməməsini məsləhət görmüş, həmin məsələni özünün Təqsirləndirilən şəxs3la həll edəcəyini bildirib səhhətinə görə bu məsələdən uzaqda durmasını xahiş etmişdir. Bu məsələdən uzaq qalsa da Şahid5la arada telefon vasitəsilə danışaraq işdən xəbərdar olmuş, həmin ərəfələrdə olan danışıqlardan birində Şahid5 ona “Ramili bir neçə dəfə sıxdım, gətirib puldan 35.000 (otuz beş min) manat olan hissəsini qaytardı” demişdir. Müəyyən müddət sonra Şahid5 artıq Təqsirləndirilən şəxs1la birbaşa əlaqədə olduğunu və həmin pulun sonuncu tərəfindən qaytarılacağını demiş, 2020-ci ilin dekabr ayının sonlarında isə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 saxlanılmış və sonuncu onlardan başqa bir neçə nəfər şəxsə qarşı da dələduzluq edərək müxtəlif miqdarda pul vəsaitlərini ələ keçirmişdir. Müvafiq işin görülməsi ilə əlaqədar olaraq heç bir təmənna güdməmiş, sadəcə Şahid5la Təqsirləndirilən şəxs3 tanış etmiş, Şahid5 tərəfindən verilmiş, ümumilikdə 95.000 (doxsan beş min) manat məbləğindəki pul vəsaitinin Təqsirləndirilən şəxs3 tərəfindən götürüldüyünü, həmin puldan əlavə olaraq işin həll edilməsi üçün əlavə pul vəsaitinin istənilməsi barədə məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, İlk rəsmi iş yeri "xxxx" ASC-də növbə rəisi vəzifəsində olmuş, həmin ASC-də 2006-cı il tarixdən 2010-cu il tarixədək işləmişdir. 2013-cü ildən "xxxx" MMC mühafizə şirkətində mühafizəçi vəzifəsində işləməyə başlamış, İşlədiyi MMC müxtəlif təşkilatlarla müqavilə bağlayaraq həmin təşkilatların mühafizəsini həyata keçirir. 2019-cu ilin təxminən yay aylarında mühafizəçi kimi Bakı şəhərində yerləşən “Ulduz” metrostansiyasının yaxınlığında olan Əmlak Xidmətləri Məkanı adlı idarədə mühafizəçi kimi işləməyə başlamış, 2020-ci ilin may ayının sonlarında "xxxx" MMC fəaliyyətini dayandırdığından həmin şirkətdən işdən çıxmışdır. Şahid7 təxminən 2-3 ildir ki, tanıyır, sonuncu taksi sürücüsüdür. Təqsirləndirilən şəxs3 isə təxminən 2020-ci ilin əvvəllərindən tanıyır, sonuncu Bakı şəhəri Nəsimi rayon icra hakimiyyətinin işçisidir. Lakin, onun dəqiqliklə hansı vəzifədə işləməsini bilməmiş, Təqsirləndirilən şəxs3 işlədiyi Əmlak Xidmətləri Məkanına tez-tez gəlmiş və sonuncu ilə orada tanış olmuşdur. Təqsirləndirilən şəxs1la isə Şahid7 ad günü məclisində tanış olmuş, Şahid7 ad günü məclisi 01 iyul 2020-ci il tarixdə olmuşdur. Həmin vaxt o, namaz qıldığına görə spirtli içki qəbul etmədiyindən stolun ayaq hissəsində əyləşmişdir. Yanında da Təqsirləndirilən şəxs1 əyləşmiş, sonuncu da spirtli içki qəbul etməmiş, Təqsirləndirilən şəxs1 ona özünün də namaz qıldığını və spirtli içki qəbul etmədiyini bildirmişdir. Həmin vaxt məclisdə sonuncu ilə söhbət etmiş, Təqsirləndirilən şəxs1 həmin vaxt ona Şirvan şəhərindən olmasını bildirmiş və ümumi söhbətlər etmişlər. Söhbət əsnasında Təqsirləndirilən şəxs1 əvvəllər Əmlak Xidmətləri Məkanında işləməyi məlum olmuşdur. Hətta həmin vaxt Təqsirləndirilən şəxs1 məclisdən sonra onu “Nərimanov” metrostansiyasının yaxınlığına qədər avtomobili ilə aparmış, avtomobildə olan zaman sonuncu mobil nömrəsini almış, telefonuna qeyd etmiş və o da sonuncunun mobil nömrəsini telefonunda qeyd etmiş, sonra o, evinə getmişdir. Təxminən 2-3 gün sonra Təqsirləndirilən şəxs1 ona mobil telefon vasitəsilə zəng etmiş və danışıq zamanı onu çay içmək üçün dəvət etmişdir. Sonuncunun təklifi ilə onunla “Nərimanov” metrostansiyasının yaxınlığında yerləşən parkın içərisindəki çayxanada çay içmişlər. Həmin vaxt etdikləri söhbət zamanı Təqsirləndirilən şəxs1 ona əmlak işi ilə əlaqədar əlinin uzun olduğunu, Əmlak Məsələləri Dövlət Xidmətinin yuxarı orqanlarında yaxın adamlarının olduğunu, müəyyən problemləri həmin vəzifəli şəxslər vasitəsilə həll edə bildiyini və əmlakla bağlı hər hansı bir iş olacağı təqdirdə ona müraciət edə biləcəyini bildirmişdir. O isə Təqsirləndirilən şəxs1 tanış adamın olacağı təqdirdə ona müraciət edəcəyini demiş, təxminən 1 həftə, 10 gün sonra Təqsirləndirilən şəxs3 zəng edərək Azadlıq prospektində yerləşən torpaq sahəsinə çıxarış almaq istədiyini bildirmiş, o isə qarşılığında Əmlak Xidmətləri Məkanında əvvəllər mühafizəçi vəzifəsində işlədiyini, bu işin əvvəlki işinə dair olsa belə səlahiyyətlərinə aid olmadığını bildirmişdir. Həmin vaxt ağlına Təqsirləndirilən şəxs1 dediyi sözlər gəlmiş, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 adlı şəxsin olduğunu və bu məsələləri həll edə bildiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 isə həmin vaxt müvafiq sənədin surətinin onda olduğunu bildirərək onu Təqsirləndirilən şəxs1la görüşdürməsini xahiş etmiş, Təqsirləndirilən şəxs3, o və Təqsirləndirilən şəxs1 sonuncunun təklifi ilə “Nərimanov” metrostansiyasının yaxınlığında yerləşən parkın içərisindəki çayxanada görüşmüşlər. Həmin vaxt təxminən 2020-ci ilin iyul ayının ortaları olmuş, görüş zamanı Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 Bakı şəhər İcra Hakimiyyəti başçısının hansısa sərəncamını göstərmiş, həmin sərəncam Bakı şəhəri, Azadlıq prospekti ünvanında yerləşən 495 m2 sahəsi olan torpaq sahəsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs3 həmin torpaq sahəsinin sahibinin çıxarış almaq istədiyini bildirmiş, Təqsirləndirilən şəxs1 isə sənədlərin surətini götürmüş və onlara “mənim “Əmlak”da, yuxarıda tanışlarım var, həmin şəxslərə sənədlərin surətlərini verəcəyini, ordan mənə nə deyəcəklərsə sizə deyəcəm” demişdir. Üstündən təxminən 3-4 gün sonra Təqsirləndirilən şəxs1 yenə onları, eyni çayxanaya dəvət etmiş, yenidən Təqsirləndirilən şəxs3, o və Təqsirləndirilən şəxs1 əyləşib çay içmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 “həmin torpaq sahəsinə çıxarış verilməsi üçün 60.000 (altmış min) manat qiymət çıxıb” demişdir. Sonuncunun danışığından belə başa düşmüşdür ki, Təqsirləndirilən şəxs1 həmin 60.000 (altmış min) manat məbləğində pul vəsaitini Əmlak Məsələləri Dövlət Xidmətində işləyən hər hansı bir vəzifəli şəxsə rüşvət qismində verəcəkdir. Bunun ardınca Təqsirləndirilən şəxs3 həmin işi həll etmək istəyən şəxslə danışdıqdan sonra xəbər edəcəyini bildirmiş, bunun ardınca isə çayxanadan çıxmışlar. Bundan sonra Təqsirləndirilən şəxs3 ona torpaq sahəsinin sahibinin həmin məbləğlə razılaşdığını telefon vasitəsilə bildirmiş, ardınca o, Təqsirləndirilən şəxs3 bu sözünü mobil telefonu vasitəsilə Təqsirləndirilən şəxs1 bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona “gəlin yenə eyni yerdə görüşək, Ramil də pulu gətirsin, həmin pulu mən götürüm və işi həll edim” demişdir. Onlar, yəni o və Təqsirləndirilən şəxs3 yenə təxminən iyul ayının son ongünlüyündə Təqsirləndirilən şəxs1la yenidən, eyni çayxanada görüşmüşlər. Görüş zamanı Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 əlində olan paketi göstərərək 60.000 (altmış min) manat məbləğində pul vəsaitini gətirdiyini bildirmiş, Təqsirləndirilən şəxs1 həmin vaxt işin hansı qaydada icra olunacağını izah etmişdir. Sonuncunun izahına əsasən sənədlər Əmlak Xidmətləri Məkanının qəbul şöbəsinə verilməli, eyni zamanda 21 iş günü müddətində çıxarışın veriləcəyini bildirmişdir. Bunun ardınca Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 “pulu notariat kontoru vasitəsilə verəcəyini, mən İlkini tanıyıram, ona görə də pulu notariat kontorunda müqavilə bağlamaqla İlkinə verəcəyəm” demişdir. Bu zaman Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 “işi mən görürəm, ona görə də pulu notariat kontorunda mənimlə müqavilə bağlayaraq mənə verməlisən, burada İlkin iş həll etmir ki, ona verəsən, İlkin yalnız bizi tanış edib” demişdir. Ardınca o, şəxsiyyət vəsiqəsinin həmin vaxt üzərində olmamasını müəyyən etmiş, Təqsirləndirilən şəxs3 şəxsiyyət vəsiqəsi üzərində olmadığına görə və Təqsirləndirilən şəxs1 pulu özünə verməsi barədə tələbinə əsasən 60.000 (altmış min) manat məbləğində pulu Təqsirləndirilən şəxs1 verməyə razılaşmışdır. Hər üçü həmin parkın aşağı tərəfində, “saatlı bina” deyilən binanın yaxınlığında yerləşən nömrəsini bilmədiyi notariat kontoruna Təqsirləndirilən şəxs1 idarə etdiyi “Dodge Durango” markalı, ağ rəngli, nömrəsinin sonu 033 olan avtomobillə birlikdə getmişlər. Notariat kontorunda Təqsirləndirilən şəxs3 borc müqaviləsi bağlayaraq Təqsirləndirilən şəxs1 pulu vermiş, bunun ardınca həmin yerdən uzaqlaşmışlar. Bundan təxminən 5-6 gün sonra sənədlərin Əmlak Xidmətləri Məkanına verilməsi vaxtı çatanda Təqsirləndirilən şəxs1la birlikdə həmin İdarəyə getmiş, həmin İdarəyə çatanda Təqsirləndirilən şəxs3 orada olmasını görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs3 hansısa şəxsin həmin sənədləri idarəyə təqdim etdiyini və İdarə tərəfindən sənədin qəbul edilmədiyini bildirmiş, həmin vaxt məlum olmuşdur ki, sənədlərdə “rəy” adlı sənəd çatışmır. Bu zaman Təqsirləndirilən şəxs1 onun yanında mobil telefonla danışmış, lakin, həmin vaxt Təqsirləndirilən şəxs1 kiminlə danışması ona məlum olmamışdır. Bundan sonra təkrar sənədlər Əmlak Xidmətləri Məkanına verilmiş, bu dəfə sənədlər qəbul edilmiş və “birka” deyilən kağız verilmiş, həmin prosesdə o, Şahid5 adlı əvvəldən tanımadığı şəxsin də orada olmasını müəyyən etmişdir. “Birka” verildikdən sonra hamı öz işinə getmiş, bunun ardınca təxminən 09 avqust 2020-ci il tarixdə atası rəhmətə getdiyindən uzun müddət, yəni 40 gün müddətində doğulduğu Cəlilabad rayonunda olmuşdur. Həmin vaxt başı qarışıq olduğundan bu işlə əlaqəsi olmamış, Təqsirləndirilən şəxs3 birbaşa Təqsirləndirilən şəxs1la özü əlaqə yaratmış, lakin, vaxt tapdığı zamanlarda Təqsirləndirilən şəxs3la əlaqə saxlayıb iş ilə maraqlanmışdır. 21 iş günü keçdikdən sonra Təqsirləndirilən şəxs1 işin alınmamasının səbəbi kimi pandemiyanı göstərmiş və gecikməyə səbəbin karantin rejimi olmasını bildirmişdir. Bundan sonra da məlum olmuşdur ki, sənəd barədə imtina cavabı verilmiş, həmin ərəfələrdə Bakı şəhərinə gəlmişdir. Ardınca o və Təqsirləndirilən şəxs3 pulu qaytarması üçün dəfələrlə Təqsirləndirilən şəxs1 təkid etmiş, buna görə həm o, həm də Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1la bir neçə dəfə dava etmişlər. Lakin, Təqsirləndirilən şəxs1 hər dəfə bu gün, sabah pulu qaytaracağını, torpağının olduğunu və həmin torpağı satdıqdan sonra qaytaracağını bildirmiş, bundan sonra o, Təqsirləndirilən şəxs1la dava etdiyinə görə əlaqəni kəsmiş, lakin, Təqsirləndirilən şəxs3 bu işlə bağlı mütəmadi maraqlanmışdır. Təqsirləndirilən şəxs3 sonuncu dəfə deməsinə görə Təqsirləndirilən şəxs1 pulu 24 dekabr 2020-ci il tarixdə qaytarmalı olmuş, sonradan Təqsirləndirilən şəxs1 hüquq-mühafizə orqanları tərəfindən tutulması məlum olmuşdur. Təqsirləndirilən şəxs1la ilk tanış olduğu zamanlarda sonuncudan harada işləməsini soruşduqda iş yerini demək istəməmiş, sonradan bir dəfə Təqsirləndirilən şəxs1 sonuncunun avtomobilində gedən zaman karantin postunda polis əməkdaşlarına bir vəsiqə göstərmiş, vəsiqənin içərisində nə yazılması ona məlum olmamışdır. Təqsirləndirilən şəxs3la birlikdə Təqsirləndirilən şəxs1 pulu tələb edən zaman Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində işlədiyini, lakin onlara qarşı dələduzluq etdiyini, bu halın orqanın nüfuzuna xələl gətirdiyini bildirmiş, Təqsirləndirilən şəxs3 Şahid5 95.000 (doxsan beş min) manat məbləğində pul alması barədə heç bir məlumatı olmamış, nə də ki, Təqsirləndirilən şəxs1 həmin işə dair 60.000 (altmış min) manatdan əlavə pulun lazım olacağı barədə nə ona, nə də ki, Təqsirləndirilən şəxs3 hər hansı bir söz deməmişdir. Təqsirləndirilən şəxs1 yalnız borc pul almış, buna səbəb atasının xəstəliyi ilə bağlı müalicəsi ilə əlaqədar olmuş, həmin vaxt o Təqsirləndirilən şəxs1 atasının müalicəsi üçün 4.000 (dörd min) manat borc istəmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 yalnız 3.500 (üç min beş yüz) manat məbləğində borc verəcəyini bildirmiş, lakin, nəticədə cəmi 3.300 (üç min üç yüz) manat borc vermişdir. O, zaman atası öldüyünə görə bu pulu yas məclisinə sərf etmiş, Şahid7 da Təqsirləndirilən şəxs1 3.400 (üç min dörd yüz) manat məbləğində borc almış, Təqsirləndirilən şəxs1 tutulduqdan sonra sonuncunun ifadəsində onlara verdiyi borcları guya ki, Şahid5 alınan pul kimi bölməsi barədə dediyindən özü və Şahid7 ümumilikdə 6.700 (altı min yeddi yüz) manat məbləğində pulu Şahid5 vermişlər. Bu hərəkəti etməkdə məqsədi gələcəkdə hər hansı bir çətinliklə üzləşməkdən çəkinməsi olmuş, Təqsirləndirilən şəxs1 həmin pulu Təqsirləndirilən şəxs3 sonuncunu aldatmaq məqsədi ilə alıb-almaması barədə məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Əvvəllər, sovet dönəmində bir neçə idarə və təşkilatda işləmiş, lakin, təxminən 20 ildən artıqdır ki, fərdi qaydada özünə məxsus avtomobillə taksi kimi fəaliyyət göstərir. Son dövrlər isə əlilliyi ilə bağlı həmin fəaliyyətlə tam olaraq məşğul ola bilməmiş, yalnız yaxın müştərilərinin sifarişi əsasında işləyir. Belə ki, təxminən 2008-ci ildən etibarən psixiatrik qeydiyyatdadır və mütəmadi olaraq psixiatrik müalicə müəssisəsində müayinədən keçərək müalicə alır, Təqsirləndirilən şəxs1 təxminən 1 ilə yaxındır ki tanıyır. Sonuncu ilə tanışlığı 01 iyun 2020ci il tarixdə olmuş, belə ki, həmin gün onun ad günü olmuş, ad gününü yaxın qohumları ilə birlikdə “NZS” qəsəbəsində yerləşən “Salam Zirvəsi” adlı kafedə keçirmişdir. Məclis zamanı arvadı tərəfdən qohumluğu çatan Gəray adlı şəxs ona zəng etmiş, sonuncu ad gününü təbrik etdikdən sonra məclisə gələcəyini bildirmişdir. Müəyyən müddət sonra Gəray onların olduqları kafeyə gəlmiş, sonuncu həmin vaxt məclisə Təqsirləndirilən şəxs1la birlikdə gəlmiş, Gəray həmin vaxt stol arxasında ona yaxın yerdə əyləşmişdir. Həmin vaxt Gəray adlı şəxs Təqsirləndirilən şəxs1 dostu olduğunu və avtomobilsiz olduğuna görə sonuncunun onu məclisə gətirdiyini bildirmiş, Təqsirləndirilən şəxs1 isə həmin vaxt içki içmədiyini bildirərək stolun ayaq hissəsində Şahid6 yanında əyləşmişdir. Şahid6 isə təxminən 2 ildən artıqdır ki, tanıyır. Belə ki, o, müəyyən müddət taksi kimi “Koroğlu” metrostansiyasının yanından müştərilərin 1 və ya 2 manat qarşılığında Mərdəkan qəsəbəsinə aparılması ilə məşğul olmuş, Şahid6 Savalan qəsəbəsində yaşadığından onun daimi müştərisi olmuşdur. Oradan sonuncu ilə yaxın münasibətləri yaranmış, məclis zamanı Təqsirləndirilən şəxs1la söhbət etmiş, sonuncu danışığından mədəni insana bənzəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona “nömrəmi yaz birdən lazım olar” dediyindən sonuncunun mobil nömrəsini götürmüş, məclis bitdikdən sonra Gəray və Şahid6 Təqsirləndirilən şəxs1 məxsus avtomobillə getmişlər. Məclisdən bir neçə gün sonra Təqsirləndirilən şəxs1 özü ilk dəfə zəng edərək hal-əhval etmiş, həmçinin “nə qulluğun, nə sözün, nə tapşırığın olsa mən hazıram” demişdir. Yeni tanış olduqlarına görə Təqsirləndirilən şəxs1 özünə qarşı bu cür yaxın münasibət göstərməsi ona qəribə gəlsə də buna çox da fikir verməmiş, Təqsirləndirilən şəxs1 belə “qayğıkeş” zəngləri bir neçə dəfə olmuş, 2020-ci ilin sentyabr ayının əvvəllərində pul lazım olduğuna görə Təqsirləndirilən şəxs1 mobil telefon vasitəsilə zəng edərək 100 (yüz) manat məbləğində pul istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1la Nərimanov rayonunda olan “Şəki” restoranının yaxınlığında görüşmüş, Təqsirləndirilən şəxs1 pul qabını çıxarıb açmış və ona “elə 100 manat lazımdı?, artıq nə qədər lazımdısa verim, sən yaxşı oğlansan, sən zəhmətkeş oğlansan” demişdir. O da sonuncuya yalnız 100 (yüz) manat məbləğində pul lazım olduğunu bildirmiş və borc qismində həmin pulu almış, həmçinin, həmin dövrlərdə lombarda borcu olmuş, bundan əlavə özünün və yoldaşının xəstəliyi ilə bağlı müəyyən qədər pul lazım olmuşdur. Təqsirləndirilən şəxs1 əvvəlki görüşdə əlavə pul lazım olubolmamasını soruşduğuna görə ondan təxminən 3.500 (üç min beş yüz) manat məbləğində pulu borc qismində almağı qərarlaşdırmışdır. Bundan sonra sonuncuya mobil telefon vasitəsilə zəng etmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 borcları, eyni zamanda tibbi xərcləri üçün verdiyi 100 manatdan əlavə 3.400 (üç min dörd yüz) manat pul lazım olduğunu bildirmiş, Təqsirləndirilən şəxs1 qarşılığında ona “dünən İlkin də məndən pul istədi, verdim ona da, atası xəstədir, mən sənə xəbər edərəm” demişdir. Həmin günün sabahı Təqsirləndirilən şəxs1 zəng edərək Nərimanov metrostansiyasının yanına gəlməsini bildirmiş, həmin yerə getdikdə Təqsirləndirilən şəxs1la görüşmüş sonuncu pul qabında olan pulu çıxarıb saymış və ona 3.300 (üç min üç yüz) manat məbləğində pul vermişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs1 “bu pulu mən sənə 3-4 aya qaytara bilərəm” dedikdə sonuncu ona “sən qardaşsan, get kef elə” demişdir. Bundan təxminən 1 ay sonra Şahid6 zəng edərək onu Nərimanov metrostansiyasının yanına aparmasını xahiş etmiş, Şahid6 yaşadığı evdən götürüb həmin ünvana aparan zaman sonuncu ona “bir problemə düşmüşük, o Pərviz müəllim bir neçə ay bundan qabaq bir məsələyə görə bir adamdan pulu alıb, məsələni həll etməyib, pulu da qaytarmayıb, gedirəm adamın yanına ki, gedək Pərvizin dalınca pulu qaytarsın” demişdir. Nərimanov metrostansiyasının yanında Şahid6 bir nəfərlə görüşmüş, həmin vaxt ona həmin şəxsin Nəsimi rayon İcra Hakimiyyətində işləyən Təqsirləndirilən şəxs3 olması məlum olmuş, Ardınca isə orada həmin Şahid6, həm də Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1la mobil telefon vasitəsilə həddən artıq yüksək tonda danışaraq, söyüş söyərək ondan pulu qaytarmasını tələb etmişlər. Orada olan zaman Ramil adlı şəxsin dilindən “vəsiqəni də cibinə qoyub, guya ki haradasa işləyirəm deyir” sözlərini eşitmiş, bundan sonra bir neçə dəfə də Şahid6 həmin ünvana aparmış və Təqsirləndirilən şəxs3la orada görüşmüş, lakin, sonradan məsələnin nə yerdə qalması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 tutulduqdan sonra ona verdiyi 3.400 (üç min dörd yüz) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs3 aldığı puldan verməsini eşitmiş, bu səbəbdən də həmin məsələdən çəkinib Təqsirləndirilən şəxs1 aldığı 3.400 manat məbləğində pulu Təqsirləndirilən şəxs3 vermiş, sonuncu da pulu Şahid5 verəcəyini demişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid9 ifadəsində göstərmişdir ki, hazırda Sumqayıt şəhərində mobil telefonların alqı-satqısı mağazasını işlədir. Təqsirləndirilən şəxs2 anası X13 tanışıdır. Anası mülki işlə bağlı Təqsirləndirilən şəxs2 bir dəfə müraciət etmiş və sonuncu hüquqi məsələlərdə anasına köməklik etmişdir. X32 isə onun tanışıdır. X46 Paşayev vasitəsilə tanımışdır. Bir dəfə Seymur Paşayev və Ceyhun Qurbanovla birlikdə Sumqayıt şəhərində olan çayxanalardan birində çay içən zaman sonuncu işində və səhhətində olan problemlə bağlı ona məlumat vermişdir. Belə ki, Ceyhun Qurbanovun deməsinə görə o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hansısa bir struktur qurumunda olan avtomobil xidmətində işləmiş, uzun müddətdir ki, əziyyət çəkdiyi “hepatit” xəstəliyi ilə bağlı anası ilə İran İslam Respublikasına müayinəyə getmiş, müayinə edən həkimin məsləhəti ilə hansısa psixotrop tərkibli dərman qəbul etmiş, bundan sonra işlədiyi orqanda tibbi müayinədən keçən zaman qanında psixiatrop tərkibli maddə aşkar olunmuş və işdən azad olunmuşdur. Həmin vaxt Ceyhun Qurbanov ona işə qayıtması üçün hüquqi yardım almaq istədiyini bildirmiş, o da sonuncuya bu barədə hər hansı bir hüquqşünasın ona köməklik edə biləcəyini bildirmişdir. Görüşdən sonra evə gələn zaman bu barədə anası Nazilə Xıdırova ilə söhbət etmiş və həmin vaxt anası ona tanışı Təqsirləndirilən şəxs2 hüquqi cəhətdən Ceyhun Qurbanova köməklik edə biləcəyini bildirmişdir. Ardınca anası Təqsirləndirilən şəxs2 ilə bu barədə danışdıqdan sonra sonuncu özü ona mobil nömrə vasitəsilə zəng etmişdir. Bunun ardınca o, Təqsirləndirilən şəxs2 “whatsapp” proqramı vasitəsilə Ceyhun Qurbanovun vəziyyətini izah edən səs yazısı və sonuncunun şəxsiyyət vəsiqəsini göndərmişdir. Təqsirləndirilən şəxs2 sonradan onunla əlaqə saxlayaraq Ceyhun Qurbanova kömək edə biləcəyini və onun hansısa şəxsin qəbuluna girməli olduğunu bildirmişdir. Bundan sonra o, Ceyhun Qurbanovun istifadəsində olan mobil nömrəni Təqsirləndirilən şəxs2 vermiş, bundan müəyyən müddət sonra ona 211 rəqəmi ilə başlayan mobil nömrə vasitəsilə zəng edərək özünü Pərviz kimi təqdim edən şəxs “mən Nahidənin tanışıyam, mənə təcili Ceyhun Qurbanov lazımdır, onun işi ilə bağlı Ceyhunla görüşməliyəm” demişdir. Ardınca o, Ceyhun Qurbanovun mobil nömrəsini Təqsirləndirilən şəxs1 mobil nömrəsinə də göndərmiş, bundan sonra təxminən 25-26 dekabr tarixində Seymur Paşayev ona zəng edərək Ceyhun Qurbanovun hansısa vəzifəli şəxsin qəbuluna girməli olduğunu, lakin, Təqsirləndirilən şəxs2 və sonuncunun Ceyhun Qurbanovu tanış etdiyi Təqsirləndirilən şəxs1 həmin işi təşkil edə bilmədiyini bildirmişdir. Həmçinin, həmin vaxt Ceyhun Qurbanovun anası ona zəng edərək sonuncunun Təqsirləndirilən şəxs1 pul verdiyini bildirmiş, sonuncunun deməsinə görə bu pul Təqsirləndirilən şəxs1 notariat kontorunda borc müqaviləsi bağlanaraq verilmişdir. O da Ceyhun Qurbanovun anasına “sizə kim dedi ki, Pərvizə pul ver və ya Nahidəyə pul ver” deyə irad bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs2 zəng etmiş və nəyə görə Ceyhun Qurbanovdan pul alınmasını və nəyə görə həmin şəxsin qəbula girmədiyini soruşmuş, bu zaman Təqsirləndirilən şəxs2 ona yaxın zamanlarda Ceyhun Qurbanovun hansısa vəzifəli şəxsin qəbuluna girəcəyini bildirmiş, pul məsələsinə isə sonuncu “sən bu işə qarışma, bunu Pərviz bilər Ceyhun bilər” demişdir. O, Ceyhun Qurbanovun işini həll etməsini Təqsirləndirilən şəxs2 bildirən zaman sonuncunun bu məsələni hüquqi müstəvidə həll edəcəyini zənn etmişdir. Lakin, X41 Bəbirova pul verəcəyindən xəbəri olmamış və bunu pul verildikdən sonra sonuncunun anasından eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, 2017-ci ilin fevral ayından 1-ci qrup əlildir, ağır şəkər xəstəsidir və gözlərində bir neçə xəstəlikləri vardır. Həmin xəstəliklərinə görə 2017-ci il tarixdə Zərifə Əliyeva adına X9 müayinədən keçmiş, tibbi rəy verilmiş və nəticədə ona 1-ci qrup əlillik dərəcəsi müəyyən edilmişdir. 2019-cu ilin oktyabr ayınadək 1-ci qrup əlilliyinə görə pensiya almış, 2019-cu ilin oktyabr ayında ona X10 məktub gəlmiş, məktubun məzmununa əsasən həmin Mərkəzə dəvət olunmuşdur. X3 zaman orada müvafiq arayış verilmiş və yenidən müayinədən keçməli olduğu barədə məlumat verilmişdir. Bundan sonra yenidən Zərifə Əliyeva adına X9 müayinədən keçmiş və təkrar tibbi rəy verilmiş, tibbi rəyi X23 təqdim etdikdən sonra müvafiq Komissiya tərəfindən gözünün əməliyyat olunduğuna görə müəyyən qədər sağalma olduğunu və bu səbəbdən əlillik dərəcəsinin İİ qrup müəyyən edildiyini bildirmişlər. Alacağı pensiyanın məbləği az olacağından, bu səbəbdə maddi çətinliklə üzləşəcəyini nəzərə alaraq hüquqşünas, eyni zamanda vəkil kimi tanıdığı Təqsirləndirilən şəxs2 müraciət etmişdir. Təqsirləndirilən şəxs2 ilə 2019-cu ilin təxminən əvvəllərində Beyləqan rayonunda təsadüfən tanış olmuş, belə ki, sonuncu onun yaşadığı rayonda olan sakinlərdən birinə hüquqi yardım göstərmiş və həmin vaxt onun mobil nömrəsini götürmüşdür. Təxminən 2019-cu ilin oktyabr ayının sonlarında Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək əlilliklə bağlı olan problemi barədə məlumat vermişdir. Sonuncu ona bu barədə maraqlanacağını və yenidən İ qrup əlillik dərəcəsi verilməsi işini təşkil edəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs2 onu X23 çağırmış, həmin Mərkəzin bayır hissəsində Təqsirləndirilən şəxs2 ilə görüşmüşdür. Sonuncu onu Təqsirləndirilən şəxs1 ilə tanış etmiş, Təqsirləndirilən şəxs2 ona Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etmiş, həmin şəxsin istənilən problemi həll etmək gücündə olduğunu, həmin şəxsə hər cür etibar edə biləcəyini və işi həll etdikdən sonra həmin şəxsə müəyyən qədər hörmət etməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1la söhbəti zamanı sonuncu ona “sən narahat olma, sənin İİ qrup əlilliyini, İ qrup etdirəcəyəm, ömürlük olaraq İ qrup əlillik pensiyası alacaqsan, hörmətini eləyərsən, çünki, mən də “yuxarıdakılara” nəsə verməliyəm” demişdir. O, da Təqsirləndirilən şəxs1 həmin məsələni həll edəcəyi təqdirdə ona hörmət edəcəyini bildirmiş, 2020-ci ilin oktyabr ayınadək əvvəlki qaydada pensiya almışdır. 2020-ci ilin oktyabr ayından isə ona artıq İİ qrup əlilliyin pensiyası verilmişdir. Həmin pensiya əvvəlki aldığı pensiyadan 100 (yüz) manat az olmuş, bu zaman o, Təqsirləndirilən şəxs1 zəng edərək sonuncudan əlillik dərəcəsini yenidən İ qrup etməsi barədə xahiş etmişdir. Telefon danışığı zamanı Təqsirləndirilən şəxs1 ona “bunun həlli yolu var, hörmət etmək lazımdı, mən “nazir müavini” ilə tanışam, bu dəqiqə hal-hazırda otağımdadır, ona deyəcəyəm sənin əlillik dərəcəni İ qrup, müddətsiz etdirəcək, amma, buna görə 5 dənə lazımdır” demiş, o da Təqsirləndirilən şəxs1 dediyi “5 dənə” sözünü konkret başa düşməmiş və ondan 500 (beş yüz) manatı nəzərdə tutduğunu soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona “500 (beş yüz) yox, 5.000 (beş min) manat pul vermək lazımdır” demiş, Təqsirləndirilən şəxs1 deməsinə görə həmin pul məbləği “nazir müavini” adlandırdığı şəxsə çatmalı imiş. Bundan sonra o, Bakı şəhərinə gələ bilmədiyindən Təqsirləndirilən şəxs1 pulun verilməsini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində işləyən oğlu Alı Ağayevə tapşırmış, X82 qəsəbəsində işlədiyindən 5.000 (beş min) manat məbləğində pulu DSX-nin Baş İdarəsində işləyən dostu Təbriz Quliyevə verəcəyini və Təqsirləndirilən şəxs1 pulu sonuncudan götürməsini bildirmişdir. Ardınca, 02 noyabr 2020-ci il tarixdə Təbriz Quliyevin mobil nömrəsini Təqsirləndirilən şəxs1 vermişdir ki, sonuncu ilə danışsın və pulu ondan götürsün. X64 Bəbirova 5.000 (beş min) manat məbləğində pulu DSX-nin Baş İdarəsinin qarşısında vermiş, pulu verdikdən təxminən 15-20 gün sonra, yəni 2020-ci ilin noyabr ayının sonlarında avtomobillə yüngül qəza keçirdiyinə görə pula ehtiyacı olmuş, həmin vaxt Təqsirləndirilən şəxs1 zəng edərək ona verdiyi pula ehtiyacı olduğunu, pulu qaytarmasını və yaxın günlərdə yenidən ona verəcəyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona “səndən aldığım 5.000 (beş min) manat pul yerinə çatıb” demiş və həmin pulu ona qaytarmamışdır. 02 noyabr 2020-ci tarixdə Təqsirləndirilən şəxs1 5.000 (beş min) manat məbləğində pul çatdırdıqdan sonra sonuncu ona zəng edərək polkovnik hərbi rütbəsini aldığını, bu səbəbdən də kiməsə hörmət etməli olduğunu və əlavə 5.000 (beş min) manat məbləğində pul lazım olduğunu bildirmiş, o da sonuncuya imkanı olmadığını, bu səbəbdən verə bilməyəcəyini demiş və Təqsirləndirilən şəxs1 ikinci dəfə istədiyi 5.000 (beş min) manat məbləğində pulu verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, 2000-ci il tarixdə Bakı Ali Birləşmiş Komandanlıqlar Məktəbi, hazırkı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ümumqoşun komandiri ixtisası üzrə Hərbi məktəbini bitirmişdir. Təqsirləndirilən şəxs1 ilə 2016-cı il tarixdə tanış olmuş, sonuncu ilə həmin vaxtlarda hazırda yadında qalmayan yoldaşlarının təşkil etdiyi məclislərdən birində tanış olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs1la söhbəti səmimi alınmış, belə ki, həmin ərəfələrdə o, Bakı şəhərində spirtli içkilərin müvafiq şadlıq saraylarına paylanması işi ilə məşğul olmuş, bu barədə söhbət zamanı Təqsirləndirilən şəxs1 məlumat vermişdir. Həmin vaxt sonuncu heyvandarlıqla məşğul olduğunu və onun spirtli içki payladığı şadlıq saraylarını ətlə təmin etməkdə ona köməklik edə biləcəyini soruşmuşdur. O da bu barədə ona köməklik edə biləcəyini bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində işlədiyini bildirmiş və buna görə də ticarətlə məşğul olmasının gizli qalmasını ondan xahiş etmiş, həmin vaxt Təqsirləndirilən şəxs1la gələcəkdə birlikdə biznes fəaliyyəti ilə məşğul olmağı planlaşdırdıqlarına görə bir-birindən mobil nömrələrini almışlar. Təqsirləndirilən şəxs2 ilə də hazırda yadında qalmayan yoldaşlarının təşkil etdiyi məclislərdən birində tanış olmuşdur. Sonuncu ona özünü hüquqşünas kimi təqdim etmiş, belə ki, bir neçə yaxın qohumuna hüquqşünas kimi yardım göstərilməsi lazım olduğu hallarda Təqsirləndirilən şəxs2 müraciət etmişdir. Təxminən 2019-cu ilin payız ayında gözündə xəstəlik əmələ gəlmiş, Təqsirləndirilən şəxs1la arasında olan görüşlərdən birində sonuncu Bakı şəhərində yerləşən Zərifə Əliyeva adına Göz Klinikasında həkim dostunun olduğunu bildirmiş və onunla birlikdə müayinə olunmaq üçün həmin həkimin qəbuluna getməyini məsləhət görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs1la Xəstəxanaya gedən zaman nahar fasiləsi vaxtına düşmüş, orada gözləyən zaman o, Təqsirləndirilən şəxs2 görmüş, Təqsirləndirilən şəxs2 həmin Xəstəxanaya Şahid10lə birlikdə gəlmişlər. Orada Təqsirləndirilən şəxs2 ilə görüşmüş və sonuncunu Təqsirləndirilən şəxs1la tanış etmiş, bu zaman qərara gəlmişlər ki, Xəstəxananın həyətində yerləşən kafedə nahar etsinlər. Beləliklə, o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid10 birlikdə oturaraq nahar etmişlər. Kafedə olan zaman o, ayaqyoluna getmiş və oradan qayıtdıqdan sonra Təqsirləndirilən şəxs1 ona Şahid10 və Təqsirləndirilən şəxs2 ilə qohum çıxdıqlarını bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında səmimi söhbət yaranmış, bundan sonra Şahid10 görməmişdir. 2020-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs1 saxlanılmasını eşitmiş, Təqsirləndirilən şəxs1 saxlanılmasından sonra Şahid10 ona zəng edərək Təqsirləndirilən şəxs1 onu aldadaraq 5.000 (beş min) manat məbləğində pul vəsaitini almasını bildirmişdir. Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim etmiş, hətta, bir neçə dəfə həmin Xidmətin xidməti vəsiqəsini də göstərmiş, nəinki Şahid10, ümumiyyətlə hər hansı bir şəxsdən hər hansı bir işinin həll olunması üçün hər hansı bir miqdarda pul vəsaiti almamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, hazırda fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur, Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu ünvanında yerləşən “Aylı Gecə” adlı kafenin sahibidir. 2020-ci ilin təxminən avqustsentyabr aylarında mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu ünvanında yerləşən torpaq sahəsini əvvəldən tanıdığı Amil Məmmədova satmaq barədə sonuncu ilə razılaşmış və beh qismində 1.000 (min) manat məbləğində pul almışdır. Bundan müəyyən müddət sonra Amil Məmmədovu başqa bir cinayət əməlinə görə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi saxlamış, həmin vaxt Amil Məmmədovun anası onu tapmış, ilk öncə həmin qadın Amil Məmmədovun tutulmasına səbəbkarın onun olmasını zənn etmişdir. X47 barəsində olan cinayət işinin ona aidiyyəti olmadığını izah etdikdən sonra həmin qadın ondan Amil Məmədovun həbsdən çıxarılması üçün ona kömək etməsini xahiş etmiş, o da sonuncuya bu barədə maraqlanacağını bildirmişdir. Bunun ardınca o, Bakı şəhəri, 20-ci sahə ünvanında yerləşən məktəbdə müəllimə vəzifəsində işləyən Ruhiyyə Şirəliyevaya müraciət etmiş, çünki, əvvəlcədən X16 Babayeva adlı vəkil tanışının olmasını bilmişdir. Belə ki, təxminən 1 il bundan qabaq Ruhiyyə Şirəliyeva sahibi olduğu “Aylı Gecə” kafesində olan zaman onu Təqsirləndirilən şəxs2 ilə tanış etmişdir. İlk tanışlıq zamanı Təqsirləndirilən şəxs2 özünü vəkil kimi təqdim etmiş və ona “hüquq-mühafizə orqanları, eyni zamanda məhkəmə orqanlarında nə problemin olsa mənə de, mən istənilən işi həll edə bilərəm” demişdir. Ona görə də Amil Məmmədovun anası ona müraciət edən zaman ağlına ilk olaraq Təqsirləndirilən şəxs2 gəlmişdir. X17 Babayevanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini almış, Təqsirləndirilən şəxs2 2020-ci ilin oktyabr ayının əvvəlində zəng etmiş və sonuncu ilə arasında olan telefon danışığı zamanı ona Amil Məmmədovun tanışları olan digər iki nəfər şəxslə birlikdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edildiyini və həmin şəxslərin ev dustaqlığına çıxmaq istədiyini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs2 ondan həmin şəxslərin soyadı, adı və atasının adını ona mesajla göndərməsini xahiş etmiş, X47un və digər iki nəfərin anket məlumatlarını “whatsapp” proqramı vasitəsilə göndərmişdir. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs2 ona zəng edərək hər üç şəxsi nəinki ev dustaqlığına buraxdıracağını həmin şəxsləri ümumiyyətlə cinayət məsuliyyətindən azad etdirəcəyini və bunun müqabilində 20.000 (iyirmi min) manat məbləğində pulun lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin puldan 18.000 (on səkkiz min) manat məbləğində olan hissəni məhkəmə orqanında işləyən vəzifəli bir şəxsə rüşvət qismində verəcəyini, qalan 2.000 (iki min) manat məbləğində pulu isə özünün götürəcəyini bildirmişdir. Bu zaman o, razılaşmış, Təqsirləndirilən şəxs2 08 oktyabr 2020-ci il tarixdə sahibi olduğu Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu ünvanında yerləşən “Aylı gecə” kafesinə dəvət etmişdir. Həmin vaxt Ruhiyyə Şirəliyevanı da oraya dəvət etmiş, kafedə üçü oturub söhbət etmişlər. Söhbət zamanı Təqsirləndirilən şəxs2 ona “həbs edilmiş hər üç şəxsi 10 iş günü ərzində tam azadlığa buraxdıracağını” demişdir. Bu zaman o, əvvəlcədən razılaşdıqları kimi 20.000 (iyirmi min) manat məbləğində pulu Ruhiyyə Şirəliyevaya təqdim etmiş, həmin pulu sayıb Təqsirləndirilən şəxs2 versin. Ruhiyyə Şirəliyeva pulu sayıb 20.000 (iyirmi min) manat olduğunu dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs2 ““müəllimə” çatmalı olan 18.000 (on səkkiz min) manatı indi götürürəm, mənə çatası 2.000 (iki min) manat Ruhiyyədə qalsın, iş həll olunandan sonra həmin pulu götürəcəyəm” demişdir. Ruhiyyə Şirəliyeva və o, Təqsirləndirilən şəxs2 ilə razılaşmış və 2.000 (iki min) manat məbləğində pul Ruhiyyə Şirəliyevada qalmış, 18.000 (on səkkiz min) manat məbləğində pulu isə Təqsirləndirilən şəxs2 götürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs2 və Ruhiyyə Şirəliyeva çıxıb getmiş, 10 iş günü müddətində həmin şəxslərin cinayət məsuliyyətindən azad edilərək buraxılmadığını gördükdə Təqsirləndirilən şəxs2 zəng etmiş, sonuncu ilk olaraq həmin məsələnin 2-3 gün ərzində həll olunacağını bildirmişdir. Ardınca Təqsirləndirilən şəxs2 hər dəfəsində 2-3 gün müddətində buraxılacaqlarını bildirərək vaxtı uzatmış, sonuncu bir neçə dəfə işlədiyi obyektə gəlib onu adlarını bilmədiyi, guya ki, məhkəmə işçiləri olan şəxslərlə telefon vasitəsilə danışdırmış, təxminən bir ay keçdikdən sonra Təqsirləndirilən şəxs2 onu aldatdığına əmin olmuş və sonuncudan ona verdiyi 18.000 (on səkkiz min) manat məbləğində pulu tələb etməyə başlamışdır. Təqsirləndirilən şəxs2 müəyyən qədər təkid etdikdən sonra sonuncu təxminən noyabr ayının ortalarında işlədiyi obyektə Toğrul Mədətli ilə birlikdə gəlmişdir. Həmin vaxt Nahidə X14 Bakı Apelyasiya məhkəməsində şöbə müdiri vəzifəsində işləyən şəxs kimi təqdim etmişdir. Həmin gün o, işlədiyi kafedə Təqsirləndirilən şəxs2, Ruhiyyə Şirəliyeva və Toğrul Mədətli ilə birlikdə oturub yemək yemiş və söhbət etmişlər. Həmin görüşdən əvvəl Təqsirləndirilən şəxs2 ilə aralarında olan telefon danışığı zamanı sonuncu ona işlədiyi kafeyə pulu verdiyi məhkəmə işçisi ilə birlikdə gələcəyini bildirmiş, söhbət zamanı Toğrul Mədətli ona həmin şəxslərin ev dustaqlığına buraxıla biləcəyini kiminləsə müzakirə edəcəyini bildirmişdir. Həmin vaxt o, Toğrul Mədətliyə “hələ bu barədə dəqiqləşdirməmisiz?” sualını vermiş, Toğrul Mədətli ona “xeyr” cavabını vermişdir. Ardınca isə o, Toğrul Mədətlidən onda nəyə görə onunla görüşə gəldiyini soruşmuş, sonuncu həmin vaxt ona “Nahidə xanım, mənə deyib ki, gedək, bir iş var onu müzakirə edək, ona görə gəlmişəm” demişdir. Həmçinin, Toğrul Mədətli ona “həmin şəxslərə istintaq dövründə deyil, məhkəmədə kömək edə bilərəm” demiş, o isə ardınca “Nahidəyə pulu həmin şəxslərin 10 iş günü ərzində buraxılması müqabilində verdiyini, həmin məsələni həll edə bilmədiyinə görə Nahidə pulu qaytarmalıdır” demişdir. X53 və Təqsirləndirilən şəxs2 çıxıb getmiş, bundan sonra Təqsirləndirilən şəxs2 ilə arasında olan telefon danışığı zamanı sonuncu ona həmin pulu Toğrul Mədətliyə verdiyini demişdir. Buna görə də o, Toğrul Mədətlinin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, danışıq zamanı Toğrul Mədətli ona Təqsirləndirilən şəxs2 ona hər hansı bir məbləğdə pul vermədiyini bildirmiş, o da Təqsirləndirilən şəxs2 yenidən pulunu qaytarmasını təkid edən zaman bu dəfə sonuncu təxminən 2020-ci ilin noyabr ayının sonları və ya dekabr ayının əvvəllərində sahibi olduğu “Aylı gecə” adlı kafeyə Təqsirləndirilən şəxs1la birlikdə gəlmişdir. Təqsirləndirilən şəxs2 əvvəlcədən ona “səninlə görüşə böyük vəzifəli şəxslə birlikdə gələcəyəm, danışıb işi həll edəcəyik” demiş, Bunun ardınca kafedə olan zaman Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində polkovnik hərbi rütbəsi ilə işləyən şəxs kimi təqdim etmişdir. Kafedə olan söhbət zamanı o, Təqsirləndirilən şəxs2 pulunu gətirib-gətirmədiyini soruşmuş, həmin vaxt Təqsirləndirilən şəxs1 ondan kənara keçib söhbət etməyi xahiş etmiş, Təqsirləndirilən şəxs1la kafenin həyətində gəzişərək söhbət edən zaman sonuncu ona “mən DTX-də işləyirəm, polkovnik rütbəsindəyəm, Təqsirləndirilən şəxs2 mənə üç nəfər şəxsin buraxılması işini həll etməyim üçün 10.000 (on min) manat pul verib, həftə sonuna qədər həmin şəxslər buraxılmasalar 10.000 (on min) manat pulu mən özüm gətirib sənə verəcəyəm” demişdir. Bundan sonra Nahidə və Pərviz getmiş, həftə sonu pul qaytarmadığından Təqsirləndirilən şəxs1 zəng etmiş, sonuncu həmin vaxt telefona cavab verməmiş, bir neçə dəfə zəng etdikdən sonra sonuncu ondan yenə də vaxt istəmişdir. Lakin, sonradan onun pulu qaytarılmamış, bunun ardınca o, Səbail rayon, polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid13 ifadəsində göstərmişdir ki, 2001-2002-ci il tarixlərdə Naxçıvan şəhərində yerləşən n saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. 27 sentyabr 2003-cü il tarixdən 15 noyabr 2019-cu il tarixədək Naxçıvan MR, Şahbuz rayon prokurorluğunda böyük mütəxəssis-dəftərxana müdiri vəzifəsində işləmişdir. 2019-cu il tarixdə ailə vəziyyəti ilə əlaqədar, öz arzusu ilə işdən azad olunaraq Bakı şəhərinə gəlmiş, Təqsirləndirilən şəxs2 təxminən 3 ildir ki, tanıyır. Sonuncu ilə Naxçıvan MR-də tanış olmuş, belə ki, sonuncunun keçmiş əri Şahbuz rayonundan olmuş və Təqsirləndirilən şəxs2 ilə Şahbuz rayonunda təsadüfən tanış olmuşdur. Sonuncu özünü ona vəkillik fəaliyyəti ilə məşğul olan şəxs kimi təqdim etmiş, həmin vaxtdan etibarən Təqsirləndirilən şəxs2 ilə münasibətləri yaranmış, Təqsirləndirilən şəxs1 ilə 2020-ci ilin təxminən oktyabr ayının sonlarında Təqsirləndirilən şəxs2 vasitəsilə tanış olmuş, həmin vaxtlarda o, evini girov qoyaraq pul götürmək istəmiş, Həmin vaxtı Təqsirləndirilən şəxs2 belə bir şəxs olacağı təqdirdə ona məlumat verməsini demişdir. Təxminən bir neçə gün sonra Təqsirləndirilən şəxs2 ona zəng edərək Təqsirləndirilən şəxs1 adlı şəxsin onunla görüşəcəyini və həmin şəxsin ona köməklik edəcəyini bildirmiş, Təqsirləndirilən şəxs1la 28 oktyabr 2020-ci il tarixdə görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində işlədiyini bildirmiş, sonradan Təqsirləndirilən şəxs1 evinin sənədini götürmüş və girov qoyulmasını təmin edəcəyini bildirmiş, bundan sonra bir neçə dəfə Təqsirləndirilən şəxs1la görüşmüşdür. Həmin görüşlərdən birində Təqsirləndirilən şəxs1 bir daha harada işləməsini soruşmuş, həmçinin ona özünün də əvvəllər dövlət qurumunda işlədiyini və DTX-nin işçilərinin bu qədər boş vaxtının olmasının ona qəribə gəldiyini bildirmişdir. Həmin vaxt isə Təqsirləndirilən şəxs1 ona Yasamal rayonunda yerləşən hansısa özəl təhlükəsizlik şirkətində işlədiyini bildirmiş, bu qaydada Təqsirləndirilən şəxs1la münasibətləri yaranmışdır. Təxminən 2020-ci ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs1 ona sıxıldığını, Şahid5 adlı şəxsə borcunun olduğunu, Şahid5 pul vəsaitlərini sonuncuya aid torpaq sahəsinə çıxarış verilməsini təmin edəcəyi adı ilə almasını bildirmişdir. Belə qərara gəlmişlər ki, sonuncu onunla birlikdə Şahid5 yanına getsin. Həmçinin, həmin vaxtlarda Təqsirləndirilən şəxs1 ona torpaq sahəsinin olduğunu və həmin sahəni satmaq istədiyini bildirmişdir. O, Şahid5la görüş zamanı sonuncuya Pərvizin yaxın günlərdə torpağını sataraq pulunu ödəyəcəyini bildirmiş, söhbət zamanı ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 Şahid5 60.000 (altmış min) manat pul almışdır. Həmin görüşdən sonra o, Təqsirləndirilən şəxs1 60.000 (altmış min) manat məbləğində pul vəsaitini hara sərf etməsini soruşduqda sonuncu ona özünün də hansısa şəxs tərəfindən aldadıldığını bildirmişdir. Bu zaman o, Təqsirləndirilən şəxs1 bu barədə dövlət orqanlarına müraciət etməsini demiş, bu barədə təkid etdikdə sonuncu ona həmin pul vəsaitlərini borclarını ödəməyə və digər ehtiyaclarına sərf etdiyini bildirmişdir. Bir dəfə yadındadır ki, Təqsirləndirilən şəxs1 ona Şahid5 borcundan 1.500 (min beş yüz) manat vermişdir ki, həmin pulu aparıb sonuncuya çatdırsın. O da həmin vaxt Təqsirləndirilən şəxs1 bu xahişini yerinə yetirmiş, bundan başqa Təqsirləndirilən şəxs1 ona başqa bir şəxsdən də pul aldığını demişdir. Sonuncunun deməsinə görə həmin şəxs “Asan Xidmət” mərkəzində işləmiş və həmin şəxsdən bu pulu guya ki, onu şöbə müdiri vəzifəsinə təyin etdirəcəyi adı ilə almış, bir dəfə də onu həmin şəxslə görüşdürmüşdür. O, həmin cavan oğlandan da Təqsirləndirilən şəxs1 vaxt verməsini xahiş etmiş, bundan başqa Təqsirləndirilən şəxs1 ona deməsinə görə Təqsirləndirilən şəxs2 onu tanış etdiyi X12 ədliyyə orqanlarına işə bərpa olunması adı ilə sonuncudan 5.000 (beş min) manat məbləğində pul almışdır. O, Təqsirləndirilən şəxs1la aralarında olan münasibətlə bağlı sonuncuya kömək etmək məqsədilə onun pul vəsaitlərini ələ keçirdiyi şəxslərlə görüşmüş, onun Təqsirləndirilən şəxs2 17.000 (on yeddi min) manat məbləğində borcu vardır. Təxminən 2021-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs2 ona zəng edərək Şahid11 adlı şəxsə borcunun olmasını və borcu olan puldan ona verməsini xahiş etmiş, Şahid11 adlı şəxsə zəng edərək Şahid11 onunla görüşmək istədiyini bildirmişdir. Sonuncu ilə görüş zamanı o, ona Təqsirləndirilən şəxs2 onu aldadaraq üç nəfər dostunun həbsdən azad etdirəcəyi adı ilə 18.000 (on səkkiz min) manat məbləğində pul aldığını bildirmiş və ondan Təqsirləndirilən şəxs2 olan borcunu ona qaytarmasını xahiş etmişdir. O, Şahid11 həmin pulu kimə verməyinin onun üçün əhəmiyyəti olmadığını, yaxın günlərdə əlinə pul keçəcəyini və pul əldə edən zaman Təqsirləndirilən şəxs2 razılığı ilə həmin pul vəsaitini ona verə biləcəyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri barədə heç bir məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, hazırda Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən 7 saylı X71 Mərkəzində ingilis dili müəlliməsi vəzifəsində işləyir. Əvvəllər evli olmuş, nikahından 1998-ci və 2001-ci il təvəllüdlü iki oğul övladı vardır. Təqsirləndirilən şəxs2 təxminən 2013-cü il tarixdən tanıyır o, əvvəllər məhkəmə proseslərində nümayəndə kimi iştirak etmişdir. 2013-cü il tarixdə Təqsirləndirilən şəxs2 bir hüquqi məsələ ilə bağlı ona köməklik etmiş və həmin vaxtdan da münasibətləri formalaşmış, Şahid11 isə təxminən 3 ildir ki tanıyır. Belə ki, sonuncunun övladları onun işlədiyi təhsil ocağında təhsil almış, Şahid11lə oradan tanış olmuşlar. 2020-ci ilin sentyabr ayında tanışı Şahid11 ona zəng edərək 3 nəfər yaxın dostunun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə tutulduqlarını, barələrində həbs qətimkan tədbirinin seçildiyini və hazırda həmin şəxslərin Bakı İstintaq Təcridxanasında saxlanıldığını bildirmişdir. Şahid11 həmçinin bu məsələyə görə Təqsirləndirilən şəxs2 kömək edə biləcəyini ondan soruşmuş, Şahid11lə Nahidə Babayevə təxminən 2018-ci il tarixdə onun vasitəsilə tanış olmuşlar. Son dövrlərdə Təqsirləndirilən şəxs2 ilə Şahid11 arasında torpaq alqı-satqısına görə yaranmış problem səbəbindən soyuq münasibət olmuş, buna görə də Şahid11 dostlarının məsələsi ilə bağlı Təqsirləndirilən şəxs2 dəqiqləşdirməsini ondan xahiş etmişdir. O, Təqsirləndirilən şəxs2 zəng edib bu barədə soruşmuş, həmin vaxt Təqsirləndirilən şəxs2 bu barədə maraqlanacağını bildirmişdir. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs2 ona zəng edərək “həmin məsələ ilə maraqlandığını, 3 nəfər şəxsin 10 iş günü ərzində azadlığa buraxılması mümkündür, Nazimə de ki, 20.000 (iyirmi min) manat hazırlasın”. O, bu barədə Şahid11 məlumat vermiş, sonuncu həmin məbləğlə razılaşmış və həmin vaxt Təqsirləndirilən şəxs2 ilə danışacağını bildirmişdir. Bundan bir neçə gün sonra Şahid11 ona zəng edərək Təqsirləndirilən şəxs2 sahibi olduğu “Aylı Gecə” adlı kafeyə gəldiyini demiş və onun da həmin yerə gəlməsini xahiş etmişdir. Kafeyə gedən zaman Şahid11lə Təqsirləndirilən şəxs2 kafedə ofis kimi istifadə edilən kabinetdə əyləşdiklərinin şahidi olmuşdur. O da həmin masanın arxasında əyləşmiş, həmin vaxt Təqsirləndirilən şəxs2 “10 iş günü ərzində həmin şəxslər buraxılacaqlar, pulu Apelyasiya məhkəməsində işləyən şəxsə verəcəyəm” demişdir. Bundan sonra Şahid11 ona yaxınlıqda olan döşəkcənin altından pul vəsaitini götürüb sayaraq Təqsirləndirilən şəxs2 verməsini xahiş etmiş, həmin vaxt döşəkcənin altından pul vəsaitini götürmüş və saymışdır. Həmin pul vəsaiti 20.000 (iyirmi min) manat olmuş, Şahid11 ona “pulun 18.000 (on səkkiz min) manat olan hissəsini Nahidəyə ver, 2.000 (iki min) manat olan hissəsini isə qırağa qoy” demişdir. 18.000 (on səkkiz min) manat olan hissəni Təqsirləndirilən şəxs2 vermiş, həmin vaxt Şahid11 ona 2.000 (iki min) manat pul vəsaitinin onda qalmasını, həmin pulun iş həll olunduqdan sonra Təqsirləndirilən şəxs2 veriləcəyini bildirmişdir. Beləliklə, “Aylı gecə” adlı kafenin müvafiq kabinetində o, Təqsirləndirilən şəxs2 Şahid11 təqdim etdiyi 18.000 (on səkkiz min) manat məbləğində pul vəsaitini sayıb vermiş, 2.000 (iki min) manat isə onda qalmışdır. 10 iş günündən sonra Təqsirləndirilən şəxs2 verdiyi sözə əməl etməmiş və həmin şəxslər azadlığa buraxılmamış, bu zaman Şahid11 ona zəng edərək Təqsirləndirilən şəxs2 evinə onunla birlikdə getməyini xahiş etmiş və Şahid11lə birlikdə Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Yasamal rayonu ərazisində “Space TV”-nin arxa tərəfindən yerləşən evinə getmişlər. Təqsirləndirilən şəxs2 ilə evinin həyətində söhbət edən zaman sonuncu pulu Bakı Apelyasiya məhkəməsində işləyən Toğrul Mədətliyə verdiyini bildirmiş və mobil telefonu vasitəsilə Toğrul Mədətliyə zəng edərək Şahid11lə onu danışdırmışdır. Şahid11 Toğrul Mədətli ilə danışdıqdan sonra sonuncu ilə görüşəcəkləri zamanı dəqiqləşdirmişlər. Təxminən 1-2 gün sonra Şahid11 ona yenidən zəng edərək Toğrul Mədətli ilə Təqsirləndirilən şəxs2 “Aylı gecə” kafesinə gələcəklərini bildirmiş və onun da həmin kafeyə gəlməyini xahiş etmişdir. O, Kafeyə gedən zaman kafedə Təqsirləndirilən şəxs2, Şahid11 və Toğrul Mədətlinin əyləşdiyinin şahidi olmuşdur. Şahid11 söhbət zamanı Toğrul Mədətlidən həmin şəxslərin ev dustaqlığına buraxılmasının mümkün olub-olmadığını soruşduqda sonuncu bunun məhkəmə tərəfindən müəyyən ediləcəyini bildirmişdir. Həmçinin, həmin vaxt X72 Əliyevə 1-ci gün bu məsələni müəyyən edəcəyini, əgər alınmayacaqsa sənədlər qaytarılıb veriləcəkdir demişdir. Toğrul Mədətlinin “sənədlər” sözündən o, həmin şəxsin pul vəsaitini nəzərdə tutduğunu düşünmüş, bundan sonra da həmin 3 nəfər şəxs buraxılmamışdır. Artıq bundan sonra Şahid11 Təqsirləndirilən şəxs2 pulu tələb etməyə başlamış, sonuncu bu məsələ ilə bağlı pulu təqdim edə bilmədiyinə görə Şahid11 bu barədə Səbail rayon Polis İdarəsinə müraciət etmişdir. İş materiallarında olan Məhkəmə-xətşünaslıq ekspertizasının 19 yanvar 2021-ci il tarixli, 4/09 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, Təqsirləndirilən şəxs1 adına olan 18 fevral 2019-cu il tarixli, 123 nömrəli vəsiqənin sağ hissəsində “Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi:” qrafasındakı imza Təqsirləndirilən şəxs1 tərəfindən icra edilmişdir. (cild 02, i.v. 188-189) İş materiallarında olan Məhkəmə-sənədlərin texniki ekspertizasının 02 fevral 2021-ci il tarixli, 5/22 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Dövlət Təhlükəsizliyi Xidmətinin Təqsirləndirilən şəxs1 adına 123 nömrəli vəsiqənin üzərində olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. (cild 02, i.v. 193-194) İş materiallarında olan 28 dekabr 2020-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 1 ədəd pul qabına baxış keçirilmişdir. Baxış zamanı pul qabının tünd qəhvəyi rəngli, dəri materialdan olması, pul qabının üz hissəsində sağ aşağı küncdə dəmir hissədə “ZENGA” sözünün yazılması müəyyən edilmişdir. Pul qabını açdıqda qabın sol tərəfdə olan cibliyində "xxxx" ASC-yə məxsus 4169 7332 2940 5472 nömrəli kartın olması, sağ tərəfdə olan içəri cibliyində isə 3 ədəd 1 manatlıq əskinasların olması müəyyən edilmişdir. Pul qabının əsas cibliyində 2 ədəd 100 manatlıq, 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq, 7 ədəd 1 manatlıq əskinasların olması müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 məxsus pul qabının içərisində ümumilikdə 225 (iki yüz iyirmi beş) manat məbləğində pulun olması müəyyən edilmişdir. Ardınca Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş saxta xidməti vəsiqəyə baxış keçirilmişdir. Vəsiqənin qabı qırmızı rəngli, dəri materialdandır, üzərində “Azərbaycan Respublikası” və “Vəsiqə” sözləri yazılmışdır, həmçinin Dövlət Gerbi əks olunmuşdur. Vəsiqəni açdıqda sol tərəfdə olan vərəqin üzərində yuxarı hissədə “Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti” yazıları, həmin yazının aşağısında “Vəsiqə № 123” yazısı, sonuncu yazıdan aşağıda alt-alta olmaqla “Adı: Pərviz”, “Soyadı: Bəbirov”, “Ata adı: Əli”, “İdarə: Təhqiqat idarəsi”, “Vəzifəsi: İdarə rəisi”, “Verildiyi tarix: 18.02.2019” sözləri qeyd edilmişdir. Həmçinin həmin hissədə Təqsirləndirilən şəxs1 DTX-nın xidməti formasında çəkdirdiyi 3x4 formatındakı fotoşəkili yapışdırılmışdır. Vəsiqənin sağ tərəfindəki vərəqin yuxarı hissəsində “Vəsiqə № 123” sözü, həmin sözdən aşağıda alt-alta olmaqla “Etibarlıdır 02.07.2019”, “Etibarlıdır 02.07.2020”, “Etibarlıdır 02.07.2021” yazılarını qeyd edilmişdir. Həmin vərəqənin aşağı hissəsində “Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi: _ Əli Nağıyev” yazısı vardır. Həmin xəttin üzərinə isə imza çəkilmişdir. Vəsiqənin hər iki tərəfində dairələrin içərisində “Azərbaycan Respublikası”, “Azerbaijan Republic”, “Dövlət Təhlükəsizlik Xidməti” yazıları qeyd olunmuş möhür əks olunmuşdur. Möhürün orta hissəsində Azərbaycan Respublikasının xəritəsini və həmin xəritənin üzərində “DTX” yazıları olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 məxsus olan “X80 8” markalı mobil telefona baxış keçirildi. Baxış keçirilərkən müəyyən edildi ki, mobil telefonda tarix 28 dekabr 2020ci il tarixi, saat isə 19:25-dəqiqəni göstərir. Mobil telefonda ***-***-**-** saylı mobil nömrənin istifadə olunması müəyyən edilir. Mobil telefonun “whatsapp” proqramına daxil olduqda ibtidai istintaq üçün əhəmiyyət kəsb edə biləcək “***-***-**-**” saylı mobil nömrə ilə danışıqların aparılması müəyyən olunur. Danışıqlar aşağıdakı kimidir: 25.11.20 10:40 - +994 55 611 89 12: Salam 25.11.20 10:40 - +994 55 611 89 12: Sabahiniz heir 25.11.20 10:40 - +994 55 611 89 12: Neçesiz? 25.11.20 12:17 - B.P: PTT-20201125-WA0002.opus (fayl əlavə olunub) səs yazısının məzmununda: salam, yaxşıyam, şükür, sən nətərsən? 25.11.20 13:21 - +994 55 611 89 12: Meni yiq is var 25.11.20 13:21 - +994 55 611 89 12: Deim 25.11.20 13:21 - +994 55 611 89 12: Ele 25.11.20 13:29 - B.P: Adamlar var yanımda. 25.11.20 16:52 - +994 55 611 89 12: edliyyede avtomobil kanvoy xidmetinde isleyib 25.11.20 16:52 - +994 55 611 89 12: turudavoyu orda 25.11.20 16:52 - +994 55 611 89 12: İMG-20201125-WA0004.jpg (fayl əlavə olunub) fotoşəkildə X21 məxsus şəxsiyyət vəsiqəsidir. 25.11.20 16:57 - +994 55 611 89 12: AUD-20201125-WA0005.opus (fayl əlavə olunub) səs yazısının məzmununda: deməli Nahidə xanım, belə olub vəziyyət, deməli bu oğlanın hepatit xəstəliyi olub, bu xəstəliklə əlaqədar İrana gedib, İrandan gələndə buna kağızın içində həkim tabletka verib, deyib, 10 dənə, 20 dənə bundan qəbul eləməlisən, səndə hepatitə olan virusları zadı öldürsün, sonra bu oğlan bu dərmanları qəbul eləyib, həkimdən keçməli olublar, nəsə ordan keçəndə bunda qanını yoxlayanda deyiblər ki sənin qanının tərkibində elə bil psixatrop tərkibli nəsə var, bu da sakitçə deyib ki mənə elə bir şey qəbul eləmirəm, filan, deyib onda o tərkibdə hansısa dərman, bu da deyib ki, xəstəliyimlə əlaqəli içmişəm, onu anası təkid eləyib aparıb ora, indi anası ağlayır, gözünün yaşını tökür ki bəs balamın işdən çıxmağına səbəbkar mən oldum, mən apardım İrana, müalicəyə bəs həkim orda dərman yazıb belə bir şey, oğlan özü deyir ki, Elxan, hara deyirlər gedim yoxlanışdan keçim, yəni qanımda indi mənim, heç bir elə tərkibli dərman zad yoxdu, sadəcə olaraq xəstəliyim deyir, müalicəsi həkim ordan dərman yazıb, bax belə bir şeynən oğlanı elə bil işdən çıxarıblar, oğlanın trudavoyu hal-hazırda işdədi, amma bir xəbər yoxdu da, özü də gedib trudavoyun götürmüyüb ki bəlkə qismət olar, işə yenidən qayıdar, bunun da elə bil pensiyaya çıxmağıan 3 il qalıb, bunun əsas məqsədi odur ki, 3 ili bir təhər bir yerdə, fərq eləmir e, hansı bir iş olur olsun, 3 ili ötüşdürsün, sonra pensiyaya çıxsın, indi deyir, heç olmasa o boyda işləmişəm, kariyeram məhv olmasın da, bunun özü də əvvəl orda konvoyda işləyib, bax belə. 25.11.20 16:57 - +994 55 611 89 12: Dinle sona qeder 25.11.20 16:59 - +994 55 611 89 12: Buraxılmış səsli zəng 25.11.20 17:06 - B.P: PTT-20201125-WA0006.opus (fayl əlavə olunub) səs yazısının məzmunu: Darıxma, indi mən çıatıram, işim çıxdı, getdim qayıtdım, qayıdıram yoldaşın yanına, qayıdım görüşüm, qulaq assın deyəcək dəqiqliyi ilə. 25.11.20 17:06 - +994 55 611 89 12: Ok 25.11.20 17:34 - B.P: Darıxma yığacam. 25.11.20 17:51 - +994 55 611 89 12: Dedim tikinti sen dedin deyil 25.11.20 17:52 - +994 55 611 89 12: Tam saqlam paketti 25.11.20 17:52 - +994 55 611 89 12: Ne mekeme ne hecne yoxdu 25.11.20 17:52 - +994 55 611 89 12: O yerde izmir restoranin dalidi 25.11.20 17:55 - B.P: İzmir parkının yanı 2 blok 15 mərtəbə 26688 kv.m satışa çıxan 83 sot 10 manata 25.11.20 17:55 - B.P: Bu daha. 25.11.20 17:56 - B.P: Sən haranı desən oranın qiyməti var məndə. 25.11.20 19:09 - +994 55 611 89 12: Ne oldu 25.11.20 19:09 - +994 55 611 89 12: Bu edliyye isi? 25.11.20 19:12 - +994 55 611 89 12: Alinir? 25.11.20 19:40 - B.P: PTT-20201125-WA0010.opus (fayl əlavə olunub) səs yazısının məzmunu: Darıxma, deyəcək mənə, indi bu dəqiqə danışmışam, dedi deyəcəm sənə, narahat olma, indi bir dənə xəbər çıxsın, xəbər çıxan kimi mənə sənə srazı xəbər eləyəcəm. 25.11.20 19:40 - B.P: PTT-20201125-WA0011.opus (fayl əlavə olunub) Bir də sənə deyim ki, normal vəzifəyə getmək istəyən varsa, normal e, babat, vəzifəyə getmək istəyən varsa de, mənə konkret vaxtı deyilsin ki, filan vaxtı, filan adamı qəbul eləyəcəklər, qəbul eləsinlər, yəni şey eləsinlər, sənədləridi, puludu, alsınlar, qəbul eləsinlər, birbaşa həll eləsinlər, real adamlardır, day o yan buyanı yoxdur, amma sadəcə yenə də deyirəm, ay nə bilim pul alınsın, dağıdılsın, elə söhbət yoxdur bunlarda, qısa və konkret deyirlər, filan vaxtı qəbuldadı, gələndə də biləcək ki adam hara gəlir, nə deyilir. O, içəri girəndə uje “ok” alıb çıxacaq bayıra. 25.11.20 19:43 - +994 55 611 89 12: Varda mende Eyvaz 25.11.20 19:43 - +994 55 611 89 12: Polis Resi getsin raona 25.11.20 19:44 - B.P: PTT-20201125-WA0012.opus (fayl əlavə olunub) səs yazısının məzmunu: Allaha and olsun onu iki kanalnan demişəm, özdə elə bir kanaldıki, deyir başqası olsun, o olmasın nədi bu buna niyə belə deyirlər?, bilmirəm. Allah haqqı elə real adamlardı ki, götürüb birbaşa baş nazirə zəng vurası adamlardır. Yəni belə güclü adamlardı. 25.11.20 19:46 - +994 55 611 89 12: Bilmirem neden ele detib 25.11.20 19:46 - +994 55 611 89 12: PTT-20201125-WA0013.opus (fayl əlavə olunub) səs yazısının məzmunu: Amma Alaha and olsun, elə gözəl insandı, elə gözəl insandı. 25.11.20 19:46 - B.P: PTT-20201125-WA0014.opus (fayl əlavə olunub) səs yazısının məzmunu: Bax başqa nə işin varsa de, şeydə, Məclisdə, şey var, şöbə rəsinin köməkçisi var, hər cür şey var da, prosta nə bilim, bilmirəm da bu, nə deyirsən eləyək, günü bu günkü gündə, nə deyirsən eləyək, nə deyirsən a, özdə reallığı da görəcəksən, bilirəm də e, bir dənə iş demişəm, onu hopstop elədilər, həll elədilər, çıxdı getdi, yəni bunlar eləyirlər, iş görən uşaqlardır, cavan uşaqlardı, bunlar üçün bezproblemdi e nəyisə eləmək, sadəcə nə bilim onu iki kanalla, təsəvvür elə bir kanal başqa adama dedim, dedi yox e o yox, ikinci kanal da eyni sözü elə bilki təkrarladırlar. 25.11.20 19:47 - B.P: PTT-20201125-WA0015.opus (fayl əlavə olunub) 25.11.20 19:48 - B.P: PTT-20201125-WA0016.opus (fayl əlavə olunub) bu və yuxarıdakı səs yazısı Eyvaz adlı şəxsin işinin alınmaması ilə bağlıdır. 25.11.20 19:53 - +994 55 611 89 12: PTT-20201125-WA0020.opus (fayl əlavə olunub) səs yazısının məzmunu: bu Milli Məclisdə hansı şöbədi,qiyməti nədi onu mənə tez de. 25.11.20 19:54 - +994 55 611 89 12: Alooooo 25.11.20 19:54 - +994 55 611 89 12: Mili meçlisde şobe res hasi sobesidi ve qiymeti 25.11.20 19:55 - +994 55 611 89 12: Buraxılmış səsli zəng 26.11.20 23:02 - B.P: Gördün ədliyyəni deyən kimi hara dedilər ged sabah ? 26.11.20 23:04 - B.P: Mən deyirəm 1 başa hara olsa oranın 1 cisinə deyilir. 26.11.20 23:09 - B.P: Şəxsən bu bizə lazım deyildi. Eyvazıda 2 kanal belə deyirdi. Kim olur olsun bu olmasın. Dostum 1 şeyi unutma əyər 1 iş qalıbsa adamın puluna heçkim yaxın getmirsə, heçkim düzəltmirsə bilki o adam yaxşı adam deyil. 26.11.20 23:09 - B.P: Səhər bu ədliyyədə belə olsa daha sözüm yoxdur. 26.11.20 23:12 - B.P: Ədliyyənidə deyiblər Azər müəllimə yaxınlaşım. Bu işdədə biyabır olsam heçnə. Bunlar yüksək iş görürlər. Ordakı cavan oğlanı bunlar qoyublar ora. Ona görə heç yerə zəngə ehtiyac yox idi. Dajı adam dedi filan yerdən zəng olunsun. O işini bilirmiş. Ona görə deyirmiş ki, ordan desinlər deyə bu deyə bilməsin heçnə. 26.11.20 23:14 - B.P: Nəisə yatıram. Gecən xeyirə qalsın sabah 11 də ədliyyə ilə maraqlan cavab de mənə. İnşaAllah zəng edəcəm. Allaha əmanət ol dostum. 26.11.20 23:42 - +994 55 611 89 12: STK-20201126-WA0041.webp (fayl əlavə olunub) 26.11.20 23:42 - +994 55 611 89 12: Geçen hayiea 04.12.20 17:03 - B.P: Rəis yanımdadır. 04.12.20 17:05 - +994 55 611 89 12: Danisdin 04.12.20 17:05 - +994 55 611 89 12: ? 04.12.20 17:05 - +994 55 611 89 12: Gunelnen 04.12.20 17:18 - B.P: Deyirəm rəisləyəm. Başa düşmürsən sən məni ? 04.12.20 17:33 - +994 55 611 89 12: Aloop 08.12.20 17:26 - B.P: İşdəyəm. 08.12.20 17:26 - B.P: Nəsə sözün varsa yaz. 08.12.20 17:26 - +994 55 611 89 12: Salam 08.12.20 17:27 - B.P: Salam. 08.12.20 17:27 - +994 55 611 89 12: Bos 08.12.20 17:27 - +994 55 611 89 12: Olanda 08.12.20 17:27 - +994 55 611 89 12: Yiqarsix 08.12.20 17:28 - B.P: Yaxşı 08.12.20 17:28 - B.P: Nə məsələdir ? 08.12.20 17:29 - +994 55 611 89 12: Danismaq istedi senle 08.12.20 17:29 - +994 55 611 89 12: İçra 08.12.20 17:29 - +994 55 611 89 12: Bas 08.12.20 17:29 - +994 55 611 89 12: Geden 08.12.20 17:29 - +994 55 611 89 12: Var 08.12.20 17:29 - B.P: Yaxşı. 08.12.20 17:29 - B.P: Danışarıq. 10.12.20 15:25 - +994 55 611 89 12: Buraxılmış səsli zəng 10.12.20 15:27 - B.P: Hə dostum 10.12.20 15:27 - B.P: Buyur. 10.12.20 15:27 - +994 55 611 89 12: Edle 10.12.20 15:28 - +994 55 611 89 12: 10 hazirlayib 10.12.20 15:28 - B.P: Yaxşı. 10.12.20 15:28 - B.P: Salyanda tam. 10.12.20 15:28 - B.P: Salyandayam. 10.12.20 15:28 - +994 55 611 89 12: Ne vaxti gelirsen 10.12.20 15:30 - B.P: Xalanın yoldaşının cümə axşamına gəlmişəm.Mən gələ bilməmişdim. 10.12.20 15:30 - B.P: Axşama inşaAllah. 10.12.20 15:30 - +994 55 611 89 12: Pulu gotrulse 10.12.20 15:30 - +994 55 611 89 12: Sabah gireçey 10.12.20 15:30 - +994 55 611 89 12: Qebula 10.12.20 15:30 - +994 55 611 89 12: ? 10.12.20 15:31 - B.P: Hə mənim qəbuluma. 10.12.20 15:31 - +994 55 611 89 12: Boòo 10.12.20 15:31 - B.P: Yasdan çıxım danışarıq. 10.12.20 15:31 - +994 55 611 89 12: Ok 10.12.20 20:09 - B.P: Dostum o məsələni dedim. 10.12.20 20:09 - B.P: Bu dəfədə məni padvadit etsə mən bilmirəm nə edim. 10.12.20 20:10 - +994 55 611 89 12: De korek 10.12.20 20:13 - B.P: Nəyi deyim ? 10.12.20 20:13 - B.P: Demişəm uje. 10.12.20 20:13 - B.P: Sabah deyəcəklər dəqiqliyi ilə 10.12.20 20:26 - +994 55 611 89 12: Ok 11.12.20 22:03 - B.P: Dostum o ədliyyə məsələsi hazırdır. Çörək yeyim zəng edərəm danışarıq. 11.12.20 22:07 - +994 55 611 89 12: Ok 14.12.20 13:51 - B.P: Natariusla verdi. 14.12.20 13:51 - B.P: Abed edirəm 14.12.20 13:52 - B.P: Zəng edərəm evdən çıxanda. 14.12.20 13:54 - +994 55 611 89 12: Ok 14.12.20 16:40 - +994 55 611 89 12: Arkadaş menim kartima 50 manatda olsa atardinda Dikah gendindeyem xalam olub 14.12.20 16:40 - +994 55 611 89 12: Pulsuzam 14.12.20 17:41 - B.P: PTT-20201214-WA0015.opus (fayl əlavə olunub) səs yazısının məzmunu: Allah rəhmət eləsin can, kartın şəklini çək at mənə göndərim. 14.12.20 17:42 - +994 55 611 89 12: İMG-20201214-WA0017.jpg (fayl əlavə olunub) 14.12.20 17:43 - B.P: PTT-20201214-WA0018.opus (fayl əlavə olunub) səs yazısının məzmunu: yaxşı, indi ataram, bir dənə çatım, yoldayam. 14.12.20 17:43 - B.P: PTT-20201214-WA0019.opus (fayl əlavə olunub) səs yazısının məzmunu: Allah rəhmət eləsin 14.12.20 18:19 - B.P: Atdım kartına 50 manat. 14.12.20 18:19 - +994 55 611 89 12: Teşekkur 14.12.20 18:20 - B.P: Buyur dostum. 14.12.20 18:20 - B.P: Allah rəhmət etsin. 14.12.20 18:20 - +994 55 611 89 12: Gan 14.12.20 18:20 - +994 55 611 89 12: Allah omur versin size 14.12.20 18:20 - B.P: Buyur dostum. 14.12.20 18:21 - B.P: Allaha əmanət ol. 22.12.20 17:06 - +994 55 611 89 12: Mene bir cavab verde 26.12.20 14:17 - +994 55 611 89 12: Elxan telfonu dalqdir 25.12.20 18:37 - +994 55 611 89 12: Buraxılmış səsli zəng 25.12.20 18:37 - +994 55 611 89 12: Buraxılmış səsli zəng 26.12.20 17:22 - +994 55 611 89 12: Buraxılmış səsli zəng 27.12.20 15:07 - +994 55 611 89 12: Ay qardaş bir mene yaz bir soz de 27.12.20 15:07 - +994 55 611 89 12: Bele olmaz axi Mobil telefonun “whatsapp” proqramında ibtidai istintaq üçün əhəmiyyət kəsb edə biləcək “Xankişi M. Beyləqan. Anar” adlı istifadəçiyə məxsus ***-***-**-** saylı mobil nömrə ilə danışıqların aparılması müəyyən olunur. Danışıqlar aşağıdakı kimidir: 30.07.20 20:12 - Mesaj və zənglər tam şifrələnib. Bu söhbətdən kənarda olan heç bir şəxs, hətta WhatsApp da onları oxuya və dinləyə bilməz. Ətraflı öyrənmək üçün toxunun. 30.07.20 20:12 - Xankişi M. Beyləqan. Anar: <Media buraxıldı> 30.07.20 21:45 - B.P: <Media buraxıldı> 12.08.20 14:59 - Xankişi M. Beyləqan. Anar: Həmişə təravətli olasan Allah arxanda dursun fəxrimizsən 12.08.20 15:27 - B.P: Salam Xankişi müəllim. Mənim üçün çox dəyərli insansız. Hər zamanda sizin qulluğunuzdayam. 12.08.20 15:27 - B.P: Allah razı olsun sizdən. 30.08.20 09:05 - Xankişi M. Beyləqan. Anar: Salam yaqinki atadı 30.08.20 09:09 - B.P: Salam Xankişi müəllim. Yox xalq artistimiz, dostumuz Valeh Kərimovdur. Bəxt üzüyü filmindəki X76. 30.08.20 09:10 - Xankişi M. Beyləqan. Anar: Qocalsada kökəlib tanımadım 30.08.20 17:59 - Xankişi M. Beyləqan. Anar: Allah rəhmət etsin qəbri nurla dolsun yeri cənnət olsun Allah o dünyasın versin 30.08.20 18:05 - B.P: Dünyadan köçənləriniz cənnətlik Xankişi müəllim. 02.11.20 12:28 - Xankişi M. Beyləqan. Anar: Müəllim salam zəng edirəm telefonumu açmırsa 02.11.20 12:31 - Xankişi M. Beyləqan. Anar: Açmırsan xahiş edirəm mənə cavab ver sizinıə görüşmək istiyirəm 02.11.20 17:37 - Xankişi M. Beyləqan. Anar: Axşamınız xeyir nə səbəbə dayandırıldığın sabah deyəcəklər bu gün hadisələrə görə internet işləmədi sabah sizə məlumat verəcəm 02.11.20 17:37 - Xankişi M. Beyləqan. Anar: Ancaq o idarədəndə öyrənmək olar Ağayev X28 rayonu 02.11.20 18:42 - Xankişi M. Beyləqan. Anar: <Media buraxıldı> 02.11.20 18:51 - B.P: BUNLAR ALLAHA NƏ CAVAB VERƏCƏKLƏR BİLMİRƏM. UTANSİNLAR VALLAH SÖZ TAPMİRAM BUNLARA ARTİQ. BELƏ İŞ OLMUR. 02.11.20 18:53 - B.P: SİZ HƏRŞEYƏ ŞAHİD OLDUZ O VAXTİ XANKİŞİ MÜƏLLİM. 02.11.20 18:53 - B.P: MESAJLARİNİZ İNDİ GƏLİR ÇATİR. 02.11.20 20:05 - Xankişi M. Beyləqan. Anar: ********** Təbrizdi adı saat 12 iradələriñdə zəng edin götrün 02.11.20 20:08 - Xankişi M. Beyləqan. Anar: Oğlum Ələtdə işdədi ona görə sizinlə özü görüşə bilmədi 02.11.20 20:15 - B.P: NEYNƏK XANKİŞİ MÜƏLLİM. 02.11.20 20:15 - B.P: OLDU MƏN GÖTÜRƏNDƏ SİZİNLƏ ƏLAQƏ SAXLAYACAM. 02.11.20 20:16 - B.P: MƏNƏ VƏSİQƏNİN ŞƏKLİNİ GÖNDƏRİN. 02.11.20 20:29 - Xankişi M. Beyləqan. Anar: <Media buraxıldı> 03.11.20 09:55 - Xankişi M. Beyləqan. Anar: <Media buraxıldı> 03.11.20 09:56 - Xankişi M. Beyləqan. Anar: <Media buraxıldı> 03.11.20 09:57 - Xankişi M. Beyləqan. Anar: <Media buraxıldı> 03.11.20 09:58 - Xankişi M. Beyləqan. Anar: <Media buraxıldı> 13.11.20 17:23 - Xankişi M. Beyləqan. Anar: <Media buraxıldı> 14.11.20 00:24 - Xankişi M. Beyləqan. Anar: Bu 2019 da təyin edilmiş epiqrizdi 18.11.20 08:44 - Xankişi M. Beyləqan. Anar: Salam mən dünən Bakıda oldum Anar və arvad dekabrın 5 ə kimi məndən xahiş etdilərki axırıncı srokdur bizbu işi düzəldəcəyik düzəlməsə ayın 5 də pulunu verəcəyik hətda məndən davernus aldılarki arvad sənin əvəzinə lazım olan işləri görəcək ancaq bu iş boşdur ona görə siz heçnə etmiyin 5 ə kimi gözləyək 18.11.20 08:49 - Xankişi M. Beyləqan. Anar: Sonra onlar deyər bu işi biz düzəltmişik Anar deyir guya orada müavin var Kərimov onunla danışıb ancaq yalandır 18.11.20 10:03 - B.P: Salam.Oldu 04.12.20 09:09 - Xankişi M. Beyləqan. Anar: Salam mənim işimi tam saxla görək bunların divarı harada qurtarır Anar məndən yenidən forma 88 istiyir oda boşdur 04.12.20 12:06 - Xankişi M. Beyləqan. Anar: Çünkü mənə verilən rəy biri demir 88saylı forma o rəyin əsasında yazılır 04.12.20 12:11 - B.P: Oldu. 17.12.20 17:49 - Xankişi M. Beyləqan. Anar: Salam tələsmirsənki mən bunları tam divara söykəmişəm bunların geriyə yolu yoxdur bir həftə vaxları qalıb ya pulu verməlidilər yada işi işədə inanmıram forma 88 heçnə həll etmir bir həftiyə dediklərin etməsələr bir başa mütəşəkkil cinayyətlərə müraciət edəcəm danışmışam bunlar elə başa düşür mən heçnəyəm mən insanlığımı yerinə yetirirəm mənim mərdimazar işlə işim yoxdur həddində. Onlar sizi günagar tutur ki vaxtında bizə demiyibki bu işin sonu belə olacaq ona görə gözlüyək divar qurtarsın 17.12.20 17:50 - Xankişi M. Beyləqan. Anar: <Media buraxıldı> 17.12.20 20:39 - B.P: Salam. 17.12.20 20:39 - B.P: Oldu Xankişi müəllim. 17.12.20 20:39 - B.P: Nə zaman işinizi bitirsəz deyin mənə. 17.12.20 20:40 - B.P: Əyər mən lazım olsam çağırın gəlim görüm necə günahkar tuturlar məni ki, yalvara yalvara gətizdirmişdilər məni ora. 21.12.20 15:40 - B.P: Allah rəhmət etsin. Məkanı cənnət olsun inşaAllah. 21.12.20 15:44 - Xankişi M. Beyləqan. Anar: Ölənlərinix 21.12.20 15:45 - Xankişi M. Beyləqan. Anar: Ölənlərinizə rəhmət 21.12.20 15:47 - B.P: Qardaşınızdır Xankişi müəllim ? 21.12.20 15:48 - Xankişi M. Beyləqan. Anar: Bəli doğmaqardaşımdır 21.12.20 15:49 - B.P: Allah rəhmət etsin. Üzrlü sayın baş sağlığımı qəbul edin ki, bugünkü şəraitlə bağlı gəlmək olmur. Yoxsa gələrdim sizi belə anda tək qoymazdım. 21.12.20 15:49 - B.P: Allah rəhmət etsin 1 daha. 21.12.20 15:50 - Xankişi M. Beyləqan. Anar: Minətdaram “X80 8” markalı mobil telefona baxış keçirilən zaman ibtidai istintaq üçün əhəmiyyət kəsb edən Təqsirləndirilən şəxs1 5 may 2020-ci il tarixdə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin leytenant hərbi-rütbəsi ilə xidməti formasında olan fotoşəkili aşkar edilməmişdir. Göstərilənlərdən başqa “X80 8” markalı mobil telefonda ibtidai istintaq üçün əhəmiyyət kəsb edən digər fakt aşkar edilməmişdir. Baxış keçirilən zaman “Samsung Galaxy J5” markalı mobil telefonda ***-***-**-** saylı mobil nömrənin olması müəyyən edilir. “Samsung Galaxy J5” markalı mobil telefonda istintaq üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Bundan sonra araşdırmaya təqdim edilmiş “CD” diskə baxış keçirilmişdir. Həmin “CD” diskdə adları “1.vsf.wav”, “2.vsf.wav”, “3.vsf.wav”, “4.vsf.wav”, “5.vsf.wav”, “6.vsf.wav”, “7.vsf.wav”, “8.vsf.wav”, “9.vsf.wav”, “10.vsf.wav”, “11.vsf.wav”, “12.vsf.wav”, “13.vsf.wav” və “14.vsf.wav” olmaqla 14 fayl olmuşdur. “1.vsf.wav” adlı fayl açıldıqda həmin faylda iki nəfər şəxsin 326 saniyə ərzində davam edən səs yazısı olmuşdur. Səs yazısının məzmunu aşağıdakı kimidir: A: Alo B: Bəli, Xankişi müəllim, necəsini nə var nə yox? A: Salam, nə var nə yox, nətərsiniz? B: Sağolun, minnətdaram A: Xəyli vaxtdır əlaqəmiz kəsilib, internet yoxdu. B: Hə, ola bilər. A: Hə, mənim işimdə yenə bir dayanma əmələ gəlib axı. B: Aha, nədi o? A: Deməli pensiyanı vurublar, mənimkini vurmayıblar. Bu gün getmişəm DSMF-yə B: Aha A: Dedi ki, dayandırılıb, sənin əlilliyin ləğv olunub. B: Niyə bəs, nətər? Onu həll eləmişdilər axı. A: Hə, həll olunmuşdu orda, düz bir ilin tamamında alırdım da mən, indi nəsə dayandırılıb, mən xanımda da dedim, Anara da dedim ki, məsələ belədi, indi gedirəm rayona həkim komissiyasından keçim, tam təfsilatı ilə öyrənim, görüm elə bu bir illik imiş, mən ora komissiyaya getməliyəm, amma bu ömürlük olmalı idi. B: Vallah mən orda, siz özünüz bildiz də, mən orda gəldim, xahiş elədilər, gəldim kömək elədim, çıxdım getdim. A: Siz çox sağolun mən sizdən çox razıyam. İndi yenə də əmin ölmüyüb ha durur, mənim bu işi mən gedirəm həkimin yanına öyrənim görüm nədi, nə məsələdi, mənə bir köməklik elə görüm. Bəlkə də sizin bir tapşırığınıza o adlayar e ordan, daha məni o tərəfə göndərməzlər. B: Vallah mən nə deyim, şey olsa, özümə deyərsiz siz mənim, ya kiminsə vasitəsilə deyərsiz ki belənçiynə eləyirlər, ondan sonra da. A: Yox, yox, sizin yanınıza, ancaq sizin yanınıza. B: Çünki bilirsiz niyə? O vaxt, açığı deyim də mənə şey eləsəydin, desəydin, onda belə olmazdı axı, bəs sizi niyə incidirlər. A: Hə, düzdü, indi mən yenə deyirəm e, bir əmi kimi xahiş edirəm, səndən, mən səndən çox razıyam, o iş sənin hesabına alınan iş idi, onlar kimdi ki. B: Özün gördün ki, bir dəqiqənin içində girdim A: Mən hər şeyi gördüm e, mənim 65 yaşım var, dünyanı görmüş adamam, mən hər şeyi gördüm və hiss elədim. Elə yuxarıda Allah, aşağıda da siz, əl atıb tutmalıyam ətəyinizdən buraxan da deyiləm. B: Hə, yaxşı. A: Hə indi öyrənim onu, sizə də məlumat verim, mənə bir köməklik edin. B: İnşallah A: Yaddan çıxan şey deyil, yaddan da çıxmaz, artıq uje mən bu qapını açmalıyam, vse. B: Bildim, başa düşdüm sizi A: Mən bilməliyəm ki, mənim orda bir qardaşım oğlu var, bir dayaq yerim var. B: Əlbəttə, əlbəttə A: İnsanlar çiy süd əmib də insanları bilmək olmur. Bayaq mən sənin dostunla danışıram, Anarla, deyirəm Anar axı bu belə olmalı deyildi, bu niyə belədi. Deyir vallah nə bilim e, bu mənlik deyil, mən orda təsdiq elətdirmişəm, vermişəm, dedim ə, onu sən təsdiq elətdirmədin e, onu təsdiq elətdirən oğlan elətdirdi. B: Əlbət ki, əlbət ki A: Sən kim idin ki orda, mən gördüm də hər şeyi. B: Dayanmışdılar da orda bəs niyə elətdirmirdilər?. A: Yox e mən uşaq deyiləm, mən hər şeyi görürdüm, hər şeyi bilirdim. İndi ona görə də sizə yenə müraciət elədim mənə bir kömək əlinizi uzadın. B: İnşallah, siz ora ilə dəqiqləşdirin bu gün mənə deyin, mən o barədə nəsə ölçü götürüm. A: Hə yaxşı, yaxşı B: Oldu, oldu. A: Maşını da servisə qoymuşam. Qabağını tıqqıldatmışdı uşaq, elə orda servisə qoyub gəlmişəm, gələndə də Allah qoysa görüşəcəm bir əmi-bala kimi oturaq bir stəkan da çay içək. B: İnşallah A: Yaxşı, yaxşı. B: Sağol A: Sağol “2.vsf.wav” adlı fayl açıldıqda həmin faylda iki nəfər şəxsin 351 saniyə ərzində davam edən səs yazısı olmuşdur. Səs yazısının məzmunu aşağıdakı kimidir: A: Alo B: Xankişi müəllim, necəsiz? A: Sağolun, sağolun Pərviz müəllim. B: Yaxşı olun, yaxşı olun, mən sizin məsələni maraqlandım A: hə B: O sizdə bir illik yazıblar A: hə B: Amma onu birdəfəlik eləmək olur, mən danışdım köməkçi, elə bil birinci adamın köməkçisi də, tanıdığım adamdı, dedim bəs belə-belə, yaxın adamımız var, belə eləyiblər, bir illik yazıblar, bir ildən sonra bunun pensiyası kəsilib A: hə B: Dedi onun iki variantı var, ya yazırlar bir illik ya da yazırlar davamlı, yəni daimi A: hə B: Onu daimi eləmək olur A: Hə, indi onu nə cür eləyək? B: Deməli siz əlillik “knijka”sını, sənədlərin surətlərini, sonuncu gələn məktubu göndərirsiz mənə, bir də onun xərci var deyim biləsiz A: hə B: Hə, 5 dənə elə bil xərci var onun, onu verəcəksiz mənə, mən də onu verəcəyəm yoldaşa, sizi dəvət edəcəklər Bakıya A: hə B: Gələcəksiz bura ərizə yazacaqsız, ərizə yazandan sonra uje olacaq davamlı A: 5 dənə deyəndə mindi, yüzdü? B: Yox yox 5 mindi, 5 min, daimidi, yəni bir dəfəlik kökündən həll eləyirsiz də uje A: hə B: Daha kimlər kimisə düşmürsüz hər il, hər il gəlin keçin, uje elə olmur, yəni bir dəfəlik bunu belə eləmək olur. Siz sənədlərinizi zadınızı göndərin, belə deyək də mənə bir dənə “whatsapp”la göndərəcəksiz A: hə B: Sabah “obed”ə qədər, hardasa saat 11, 12-yə qədər, sənədlərinizi göndərəcəksiz, bir də poçta ilə vurursuz, nə ilə vurursuzsa, yığın onu, əmanətimi də A: hə B: onu mən götürüm uje yaxınlaşım yoldaşa A: Bir şey deyim e, axırıncı dəfə siz ordan mənə sənəd aldınız verdiniz e, onlar hamısı onlardadı məndə yoxdu axı. B: Yox, sizin özünüzün əlillik “knijka”nız var A: hə B: Ay sağol o “knijka”nın üstündə nömrəsi var A: Hə B: Əsas o nömrədi, nömrəni götürürlər, sonra sizin şəxsi işinizi istəyirlər. A: Hə B: Bildin nə demək istəyirəm, bizim yoldaş sizin şəxsi işinizi qaldırır A: hə, hə B: Qaldırı və davamlı eləyir, birdəfəlik A: Bildim, daha ondan sonra məni bir daha getməyim, həmin prosedurları bir daha keçməyim lazım olur? B: Yox e lazım deyil, siz “knijka”nız var ha, mənə göndərirsiz, bir də sabah hardasa saat 11, 12-yə qədər deyiləni göndərirsiz, poçtla vurursuz ya bankla vurursuz, onu göndərirsiz, mən onu verirəm yoldaşa sonra sizi dəvət eləyəcəklər A: Hə, hə B: Sizi dəvət eləyəndən sonra orada ərizə yazacaqsız A: hə B: Ki, mən bu şəraitlə, bu vəziyyətimlə əlaqədar gələ bilmirəm, yəni rayonda yaşayıram, xəstəyə, belə çıxa bilmirəm, görmürəm, yəni, bu kimi ərizəni daxil eləyəcəksiz, onu da eləyəcəklər davamlı A: Daha mən Zərifə Əliyeva adına göz institutuna getməyəcəm də B: Yox yox, çünki, siz artıq getmisiz də, köhnə sənədi qaldıracaqlar, onu bərpa eləyəcəklər. A: Hə, aydındı mənə B: Bərpa eləyən kimi, uje bu ay gecikən pul yoxdu?, onu vuracaqlar hesabınıza A: Bildim, oldu B: Oldu A: Sabah onu kimin adına, nə cür vuracağımı səninlə əlaqə yaradaram B: Elə istiyərsiz mənim adıma vurun, problem nədiki, heç bir problem yoxdu A: Hə? yaxşı B: Mən ad, familiya ata adı deyərəm siz vurarsız hesaba, "xxxx" varsa həmin bankla vurarsız, ordan götürərəm, problem yoxdu. Amma elə eləyin ki, o 5 tamam olsun ki, mən onu aparıb verim ora A: Bildim. B: İnşallah bir gün yolum düşər, qonaqlıq verərsiz, oturarıq A: Qurbandı, qonaqlıq da verərəm, qonaqlıqdan başqa mən özüm də bilirəm nə qayırmalıyam B: İnşallah A: Allah qoysa, oldu B: Oldu, mən indi sizə ad familiya göndərərəm A: Familiya Bəbirovdu deyəsən B: Təqsirləndirilən şəxs1 A: Bildim, oldu B: Sagolun A: Sağolun. “3.vsf.wav” adlı fayl açıldıqda həmin faylda iki nəfər şəxsin 954 saniyə ərzində davam edən səs yazısı olmuşdur. Səs yazısının məzmunu aşağıdakı kimidir: A: Alo B: Xankişi müəllim, siz mənə söz yazmışdız, mən indi oxudum, siz danışandan sonra yazmışdız onu? A: Yox qabaq yazmışdım, internet işləmir, ona görə B: Mən yenə de deyirəm onu götürüb bir illik yazıblar, üzləri ağ olsun onların, gərək tapşırasan da, Nazirlik səviyyəsində tapşırasan, deyəsən A: hə B: Mən orda işçilərə, Z. Əliyeva adına klinikada həkimə tapşırdım deyə üzdən getdilər, mənə elə deyilməmişdi, mənə deyilmişdi ki 6 aylıq A: hə B: Onlar siz bilmirdiz mənə nə vəziyyətdə zəng vurmuşdular, yalvar-yaxar, qurban olum, daha ölmüşəm, qaldır yerdən..................................... Mən sizi dəvət edəndə danışarıq. “knijka”nı atın da bəs mənə A: Atacam, bunu bir balaca aşağı qiymətə eləyə bilməzdin eləmi? B: Mümkün deyil e o, birdəfəlik hələ, mən yenə deyirəm, o başqa cürdü, yəqinki orda maraqlansaz biləcəksiz də o, başqa bir şeydi sadəcə, bu gün vəziyyət budu deyə, ona görə dedim daha kömək eləyim də, insan adamsız siz A: Çox sağol. B: Ona xatir, mən bunu bir dəfə eləmişəm, daha birdəfəlik eləmək lazımdır. A: Hə çox sağol, sizdən razıyam B: Düz eləməyiblər siz qarşı A: Hə düz eləməyiblər. Onları dirəyəcəm divara, yenə də telefon söhbəti deyil, məndən bilirsən nə qədər alıblar B: Mənə 4 dedilər A: Beş beşdi B: Mənə 4 dedilər hələ, yenə də aldadıblar e məni, bilirsiz mən sadəlövh insanam, bunlar nə bilim, nə əldə eləmək istəyirlər?, vallah heç kim heç kimə yaxşılıq eləmək istəmir e elə bil. A: Mən hələ sizə başqa şeyləri də açacam, çünki siz mənim ürəyimə yatmışınız, bu işi düzəltsəniz də, düzəltməsəniz də B: yox, bu iş düzəlib e müəllim A: Mən ona 5.500 (beş min beş yüz) manat pul vermişdim. Daha mən deməmişdim ki, 5 ay 6 ay belə olsun. B: Allahaqqı indi bilirəm. A: Hə, bax bu gün Anarla səhər danışmışam, o sağa sola vurur, ay mən bunu təsdiq elətdirmişəm, vermişəm, neynəmişəm, bu biri xanım da ayrı cür danışır, onun səs yazışın atım sənə B: Nə deyir?, deyir mənə nəsə şey olub? A: yox sizə yox, sizlik yoxdu orda heç nə B: Ola da bilməz axı, mən təmiz kişi kimi gəldim A: İndi onların ikisinin danışığını atıblar mənə atacam sənə qulaq asarsan B: İndi mən bu qədər əziyyət çəkdim, o işi siz düzəltdiz A: Mən onu bir saatın içində gözünüzün qabağında həll elədim e. B: Hə indi o Anarın, nə də o xanımın orda heç bir rolu yox idi. A: Mən ora gəlməsəydim onlar kim idi, neçə vaxt idi, onlar bu gün sabah edirdilər B: Bi ay idi uje A: Mən gələn kimi həll elədim B: Bilirəm e bilirəm. Bu gün onları dirəmişəm. A: Haqqınızdı. O qadın mənə zəng vurmuşduki bir illik nə bilim nə var. Dedim bilirsiz nə var? Aparın camaatın 4 minini qaytarın, dedi nə bilim Anar belə elə, dedim mən bilmirəm, aparın camaatın pulunu qaytarın. Çünki mən onu pulsuz eləmişəm e. B: Mən bunu bilirəm. Bunu mənə mənim oğlum dedi ki, bunu filan müəllim pulsuz eləyib. Mən də bu gün sənə ərkyana ona görə zəng eləmişəm, onların hər ikisi ilə danışmışam. A: Onlara güvənməyin, onlar yalançı adamlardır. Mən də açığı bilmirdim, Anarı elə bilmirdim. Bir məsələ var idi, bir dostumun vasitəsilə mənimlə tanış olmuşdu. Sizdən sonra hələ bir nəfəri də dedilər ki, kömək eləyin, dedim bir dəqiqə siz yalançısız. Mən eləmirəm, gedib xahiş eləmirəm, çünki, adama gedib bir dəfə xahiş eləyərlər. B: İndi mən sizə gələndə hər şeyi açacam. Görüşərik, allah qoysa danışarıq, telefon söhbəti deyil. A: Oldu sağolun B: Sağolun “4.vsf.wav” adlı fayl açıldıqda həmin faylda iki nəfər şəxsin 48 saniyə ərzində davam edən səs yazısı olmuşdur. Səs yazısının məzmunu aşağıdakı kimidir: A: Alo B: Salam A: Salam B: Müəllim zəng vurub nömrəsiniz vermişdi, Beyləqandan, Xankişi müəllim A: Hə bildim, hə, Hardasız siz? B: Mən bu dəqiqə Nəşriyyatın yanında A: Dövlət Sərhəd Xidmətinin tanıyırsız da B: Bəli, bəli A: Sahil metrosunun yanındadı da B: Bəli, bəli A: Mən burda növbədəyəm, yaxınlaşanda deyərsiz görüşərik B: Oldu A: Qapı tərəfə gələndə zəng eləyərsiz B: Oldu A: Oldu “5.vsf.wav” adlı fayl açıldıqda həmin faylda iki nəfər şəxsin 31 saniyə ərzində davam edən səs yazısı olmuşdur. Səs yazısının məzmunu aşağıdakı kimidir: A: Alo B: Salam A: Salam, əlaqə yarada bilmədin o adamla? B: Yaratdım, indi çıxmışam, gedirəm, gedim görüşüm onunla. A: Hə, atdım o vəsiqəni zadı da çatdı yəqin sizə. B: Çatıb, çatıb A: Daha əziyyətdən keçib, get görüş B: Baş üstə A: Başın var olsun B: oldu sağol A: sağol “6.vsf.wav” adlı fayl açıldıqda həmin faylda iki nəfər şəxsin 23 saniyə ərzində davam edən səs yazısı olmuşdur. Səs yazısının məzmunu aşağıdakı kimidir: A: Alo B: Alo A: Qardaş mən qabağındayam elə burda, bir qara mersedesdi bir də hundaydı B: Hə hə, bir dəqiqə maşının yanına gələrdiz mən çölə çıxa bilmirəm, növbətçiyəm, elə orda, qapıda verərəm A: Hə, əsas girişə? B: Ay sağol hə, o “peşkom” gələn sizsiz? A: Bəli B: Hə, yaxşı “7.vsf.wav” adlı fayl açıldıqda həmin faylda iki nəfər şəxsin 44 saniyə ərzində davam edən səs yazısı olmuşdur. Səs yazısının məzmunu aşağıdakı kimidir: A: Bəli, qardaş B: Salam müəllim necəsiz? A: Sağol əzizim B: Gözünüz aydın olsun müəllim. A: Sağol, sağol qardaş B: Sağ olsun cənab ali baş komandan A: hə sağol B: Vallah tezdən istəyirdim yığam, dedim iş vaxtı olar, narahat eləməyim A: Allah köməyin olsun, yox onsuzda təzə aydan özüm yığacaqdım səni B: hə, dedim müəllimin bayramın təbrik eləyim, sağ olsun cənab ali baş komandan A: hə B: Allah razı olsun ondan, sizdən də razı olsun. Mama da deyir təbrik eləyərsən, evdəkilərin hamısını A: sən də salam söylə, hamını təbrik elə B: Çox sağol müəllim, var ol A: Oldu möhkəm ol B: cox sağolun A: Oldu sağol “8.vsf.wav” adlı fayl açıldıqda həmin faylda iki nəfər şəxsin 186 saniyə ərzində davam edən səs yazısı olmuşdur. Səs yazısının məzmunu aşağıdakı kimidir: A: Axşamınız xeyir, Xankişi müəllim necəsiniz? B: Hər vaxtınız xeyir, sağolun, çox sağolun A: yaxşı olun, minnətdaram B: Sağol, sağol A: Bu dəfə iş üçün zəng vurmadım, dedim bir yaxşı şad xəbərim var, özümlə bağlı bir məsələ var, onunla bağlı dedim bir zəng vurum, əmi kimi bir məsləhət eləyək B: Hə A: Məndə bu “zvaniya” artımı uje polkovnik olub, orda bir az elə bil şirnisi var, çatışmayan bir şey var məndə B: Hə A: Dedim bir məsləhət eləyim sizinlə, elə bil mən bir həftəliyinə götürərəm sizdən mümkün olsa B: hə A: Bir həftəlik elə bil 5 min lazımdı, mən gələn həftənin 5-ci gününə kimi onu qaytara bilərəm, yəni, əgər mümkünsə B: Ay tövbə, o sənə verdiyim var ha A: Hə B: Bax onu mən gördün hardan verdim sənə A: Hə bildim, yox, bircə həftəliyinə kimdənsə götürmək mümkün olsa, deyə bilmirəm də, elə, ətrafda elə adamlardı ki, hamısı iş adamlarıdı, istəmirəm onlara müraciət edim. B: Qoy bir nəfər var səhər ona deyim görüm. A: Amma beşinci günə qədər mənə lazımdı B: Hə qoy görüm A: Yəni bir həftə möhlət götürün, ondan da tez ola bilər e, “daje” mənim sabah bir işim var ola bilər ki, o düzələr heç ehtiyac olmaz, sadəcə mən bir az tədbirli adamam deyə, ona görə dedim bir ehtiyat planımı saxlayım ki, bilim, dəqiq bilim. B: Hə, qoy sabah bir nəfər var deyim ona A: Amma siz deyəndə 5-ci günə deyin ha. Yəni bir həftə möhlət götürün, mən ondan da tez həll eləyəcəm, ən uzağı götürürəm də çünki, biz ehtiyatlı adamlarıq B: Yaxşı, yaxşı A: Mən ərkən zəng vurdum, bir dost kimi, bir qardaş oğlu kimi B: Yaxşı elədim A: Şad günlərimizdə ancaq əzizlərimiz yada düşür. B: Çox sağolun A: Siz də mənə əzizsiz deyə ərk elədim B: Hə, qoy sabah bir nəfər var ona ağız açım mən də A: İnşallah B: İnşallah A: Görək də, yaxşı bir, iki dənə işlərim olub deyə, ona görə bu öndəki günlərə görə istəyirlər vəzifəmi bir az, rütbəmi artırsınlar, məndə polkovnik-leytenant idi, polkovnik olmalıyam, ona görə inşallah B: Hə lap yaxşı, oldu A: Oldu müəllim təşəkkür edirəm, sabah mən inşallah saat neçə üçün əlaqə saxlayım sizinlə? B: Saat 12-yə qədər zəng eləyəcəm sənə A: Oldu, müəllim. Gecəniz xeyrə qalsın B: Sağolun “9.vsf.wav” adlı fayl açıldıqda həmin faylda iki nəfər şəxsin 122 saniyə ərzində davam edən səs yazısı olmuşdur. Səs yazısının məzmunu aşağıdakı kimidir: A: Bəli, müəllim B: Axşamın xeyir Rəşadət, necəsən? A: Çox sağolun müəllim var olun. B: Yaxşı ol, minnətdaram, yaxşı ol, təşəkkür edirəm A: Çox sağolun müəllim B: Rəşadət, indi bir az var çıxdım, iclas qurtardı A: Bəli, bəli B: Sizin o məsələlərlə bağlı göstəriş verilib, sabah, deməli yaşayış yerindən arayış alacaqsan A: Bəli B: Yaşayış yerindən, lazımı yerə təqdim etmək üçün. A: Bəli, aydındı B: Üçün dördə, ağ köynəkdə, qalstukda, qırmızı fonda şəkil çəkdirəcəksən A: Bəli B: Eşidirsən? A: Bəli, hamısını eşidirəm B: Üçün dördə şəkil çəkdirəcəksən, bir də, uje göstəriş verilib, bu noyabr “otpravka”sı gedib, uje sizin işlər başlayır, sənin yoxlaman bitib eləyib, ona görə, bir də sabah gələndə, 5.000 (beş min) pul götürərəksən özünlə, bildin nələri dedim? Qırmızı fonda ağ şəkil, qalstukda, yaşayış yerindən arayış, alo? A: Bəli, bəli, eşidirəm müəllim. B: Yaşayış yerindən arayış, lazımı yerə təqdim etmək üçün A: Aydındı müəllim B: Yaşayış yerindən arayış, bunu yadından çıxartma, qırmızı fonda, qəşəng üzünü qırx, ağ köynəkdə, qəşəng qalstukda, kostyumda, unutma üçün dördə altı ədəd A: Aydındı müəllim B: Şəkili götürürsən, sabah inşallah, “obed”dən sonra ol Bakıda, iş yerinin yanında, yaxşı? A: Oldu, müəllim B: Bildin? Qaranlıq qalası tərəfi yoxdukı? Bir də gələcəksən, kardların hesabat vərəqəsi, bir də tərcümeyi halını doldurmalısan sən A: Aydındı, müəllim B: Yaxşı? A: Aydındı, aydındı B: Sabah bu işləri gör, inşallah “obed”dən sonra yaxınlaş mənə A: Oldu müəllim, sağolun B: Oldu, sağol “10.vsf.wav” adlı fayl açıldıqda həmin faylda iki nəfər şəxsin 140 saniyə ərzində davam edən səs yazısı olmuşdur. Səs yazısının məzmunu aşağıdakı kimidir: A: Bəli, müəllim B: Alo, bir də, sənin rütbən çavuş idi, düzdü? A: Gizir, müəllim B: Hə, gizir kimi, ay sağol, çünki mənə dedilər gizir kimi olacaq, ona görə sənə dedim ki, deyim biləsən, uje hər şeyin hazırdı A: Aydındı B: Şükür Allaha hər şey əladı, uje tamamlanmısan, yəni mənim dediyim göstəriciləri vermisən. A: Çox sağolun B: Dörd nəfər adam var, sənin kimi, başın uca olsun, üzün ağ olsun, Allah köməyin olsun ki, mənim başımı aşağı eləmədin A: Çox sağolun müəllim B: Bu yoxlama müddətində həqiqətən də çox, mənim bir dənə narahatçılığım o idi ki, yoxlama müddətini keçə bilməzsən, hər şey əladı, yaxşı? A: Aydındı, müəllim B: Salam söylə evə də, inşallah sabah görüşürük. A: İnşallah, inşallah müəllim B: Oldu A: Oldu, müəllim B: Bu günləri sizin qərarlar verilmişdi, yəni ona görə, belə çox şad oldum həqiqətən A: Çox sağolun müəllim, həmişə şad xəbər verəsən B: İndi çıxıram e işdən, bu dəqiqə çıxmışam işdən, dedim elə sənə zəng vurum, dedilər, çağırdılar kim ki, kimin kəfilidi, kuratorudu çağırdılar, tapşırıq verdilər, dedim sənə zəng vurum uje, dəqiq biləsən, 100 faiz biləsən uje A: Aydındı müəllim B: Yaxşı? Möhkəm ol A: Oldu müəllim, çox sağolun. B: Dediyim tapşırıqları, dediyim kimi icra elə, hər şey əladı, uje yoxlamadan keçmisən, sabahları o, daje bilirsən nə, sən nəyi öyrən, nənə, baba rəhmətə gedibsə harda, dayı, xala, bibi, əmi, yoldaşları, özləri harada işləyirlər, hansı vəzifədə işləyirlər. A: Bəli B: Rəhmətə gedən varsa neçənci ildə rəhmətə gedib, harda basdırılıb, ona qədər A: Adındı müəllim B: Bunları dəqiqləşdir, dayı, xala, bibi, əmi, işləyirlərsə harda işləyirlər, rəhmətə gediblərsə, harada dəfn olunublar, ora kimi, çünki bura gələndə, yazanda cavabsız sualımız qalmasın. A: Aydındı, müəllim B: Oldu A: Oldu B: Sağol A: Sağol “11.vsf.wav” adlı fayl açıldıqda həmin faylda iki nəfər şəxsin 21 saniyə ərzində davam edən səs yazısı olmuşdur. Səs yazısının məzmunu aşağıdakı kimidir: A: Bəli, müəllim B: Rəşadət, unutduğum bir şey var, sənədlərin əslini də götür ha, sənin o təyinatın Şirvana olacaq A: Aydındı müəllim B: Yaxşı? Sənədlərin əslini götürmək yaddan çıxmasın. A: Aydındı, müəllim B: Oldu, sağol A: Oldu, sağolun, sağolun “12.vsf.wav” adlı fayl açıldıqda həmin faylda iki nəfər şəxsin 62 saniyə ərzində davam edən səs yazısı olmuşdur. Səs yazısının məzmunu aşağıdakı kimidir: A: Rəşadət B: Bəli A: Bir şey də soruşum, sənin forman var da? B: Bəli, müəllim var. A: Yəni, o yeni formadıda B: Yeni deyəndə, şey də, ondan sonra dəyişilməyini bilmirəm. A: “letni”, “zimni” varındı da? B: Var, amma qolunun şeyi yoxdu. A: Yox, bildim, bildim, onları səhər təqdim eləyəcəm sənə, çünki nəyə görə tərcümeyi-halını yazandan sonra, kadrlar uçotunun hesabat vərəqəsini yazandan sonra, bir formada şəkil çəkdirib təqdim eləyəcəksən, bir də səni göndərəcəyik “Badamdara”, klinikaya, yoxlanış üçün, həkimdən keçmək üçün B: Aydındı A: Oldu, yes, yes, evdə salam söylə anangilə, özündən muğayat ol B: Oldu “13.vsf.wav” adlı fayl açıldıqda həmin faylda iki nəfər şəxsin 842 saniyə ərzində davam edən səs yazısı olmuşdur. Səs yazısının məzmunu aşağıdakı kimidir: A: Alo, salam məleykim, müəllim B: Salam A: Necəsiz oğlum, qələbə bayramınız da mübarək. B: Çox sağolun, minnətdaram. A: Mamagil necədi? Uşaqlar necədi? B: Şükür, şükür A: Oğlum Rəşadət evdə yox idi, indi gəldi. Mənə dedi ay mama, mən dedim, o bir oğlan Şirvanda “avariya” düşdü öldü e, sentyabrın 15-də, mənim 120 qramlıq qızılımızı apardı, “avariya” düşdü öldü, məni də işə saldı getdi, And olsun bizi yaradana, gəlir mənə deyir tap ver, deyirəm bala hardan tapım mən? Heç cürə B: Bu bilirsiz necədi? Mən sizə bir şey deyim. Bəzi şeylər var ki, onları gözləmək olur. Bu birincinin göstərişidi A: Hə, bilirəm, biliriəm B: Bu birinci adamın göstərişidi, ona sabahları kadrlar hesabatının uçot vərəqəsi yazılaraq, tərcümeyi hal yazılacaq, bunun formasının göstəriciləri veriləcək A: Bilirəm e bilirəm, qurban olum sənə, heç cürə imkan yoxdu da B: Bir şey deyim də mən ora gedib deyə bilmirəm ki, bunun kimisə ondan götürüb, dünyasını dəyişib A: Bir şəhid anası kimi istəyirsənsə mənə gələ bilərəm ora B: Orda elə şeylər yoxdu e ay.. A: Bilirəm, and olsun bizi yaradana neçə aydı koronovirus, toy yoxdu, üstəlik bu da getdi B: Mən bir şey deyim, belə bir şeyə addım atanda, biz şey götürməli idik A: Bilirəm, mən bu dərəcədə bilmirdim, Allahaqqı B: yox bu yenə də deyirəm, elə belə söhbət deyil, bu gün mən dəvət olundum, iclas keçirildi, iclasdan sonra deyildi ki, bəs 4 nəfərdi belə, hamısının orda kəfilləri var, onlar dəvət olunub, bilinir ki, bax sabah bu proseduralar olacaq, mən də gedim deyim ki, adam gəlmək istəmir, prosedur keçmək istəmir, qayda var axı A: Necə deyirsiz deyin heç cür B: Özdə noyabr “otpravka”sı deib indi bu da yoxlaması keçib bitib, indi bu bir şey deyilki durum deyim ki, bundan ötrü bunun işini dayandırın. Şey eləyin A: Maşın da dayısı oğlunundu, elə bilirsən onundu? B: İndi bildim e, başa düşdüm mən, siz bilirsiz ki, bu birincinin birbaşa göstərişidi A: Bilirəm, amma ki, mən heç cürə, qurban olum, başına dönüm, bir yandan koronovirus, bu yandan toylar olmadığına görə mən çox ziyana getdim, bu gədə fdə rəhmətə getdi, başqa adamın malını vermişəm, o da düşür üstümə ki, tez ol mənim pulumu ver. B: Siz məni başa düşmədiz e A: Bilirəm başa düşürəm, pis vəziyyətə qoyduq sizi, heç bilmirəm neyniyim, heç cürə imkan yoxdu e B: Bu elə bir şeydi ki, gəlib, soyub-soyub gəlib quyruğunda mundarlamaq kimi çıxır e bu, siz bilirsiz ki, bu elə bir adamdı ki, söz bir dəfə deyilir. Deyir bu belədi vse, ikinci bir kəlməsi, səhər mən gedib desəm ki, elə deyil, yox, belədi, deyəcəklər sən belə idi, nəyə gətirmişdin bunu A: Bala, heç cürə söz tapa bilmirəm, nə deyim, nə qayırım. B: Mən bir şey deyim, o, özdə elə həddə gəlib çıxıb ki, təsəvvür eləyin, iclasda deyildi, “prikaz”lar verilməsi barəsində, daje mən zəng vurdum soruşdum, bu şeylər səndə var?, dedi var, uje yoxlaması da bitib, təmiz çıxıb bu A: Bəli B: Bilirsiz necədi bu?, Bu adi bir göstəriş deyil e, adınızı unutdum mən A: Gülnaz xanımdı B: Hə, Gülnaz xanım, yəni bu elə belə bir göstərici deyil ki, deyim ki, adi bir göstəricidi A: Bilirəm, amma mən də bilmirəm ki, mən neyniyim B: Uşağın gələcəyidi, bunu nəyin bahasına olursa olsun eləyin, yoluna qoyun, o borcu beş gün gec də eləyə bilərsən amma bu göstəriş elə bir şeydi ki, özdə birincinin verdiyi göstərişdi e, mən durum deyim kimsə kadrdan çağırır, nədən çağırır A: Bilirəm başına dönüm, bilirəm, Allah haqqı heç nədən, gələndən bir dərman atdım sizinlə danışdım, ürək dərmanı, təzyiq dərmanı atdım, gələndə gücnən gəlmişəm 15 dəqiqədi özümə gələ bilmirəm. Çıxış yolu tapa bilmirəm. B: Dayısı oğludu kimdi... A: Bu dəqiqə hamısının vəziyyəti pisdi, hələ birincən 5 min almışdı, onun 3-nü vermişəm, 2-ni borclu qalmışam hələ B: Bildim, indi bu səhər işləyəcək, əmək haqqı da yüksəkdi, hardasa 1700-1800 əmək haqqı olacaq e bunun, bilirsiz 4 nəfərdi, onların 3-ü uje bilirəm ki, hazırdı, problemsiz adamlardır, bir dənə bunda axsamaq uje, bu mənim adamımdı e, mən təklif vermişəm, gözümün qabağındadı, tanımışam, bilirəm A: Bilirəm, bilirəm B: Bilirsiz necədi? Çox adam var ki, əlində pulu var, amma göstəricisi yoxdu, yəni, yoxlamadan təmiz keçə bilmir, bu keçib axı, bu uje son addımlarıdı A: nə bilim vallah, heç cürə alınmır B: dedim e, özdə, xala, bibi, əmi, dayı, bunların yoldaşları, daje dünyasını dəyişən varsa, harda basdırılıb, səbəbinə kimi hamısı bunların yazılacaq A: hə, nə bilim, nə deyim, heç cürə bir söz tapa bilmirəm deməyə, vallah B: bu elə bir şeydiki, nə mənlikdi, nə də başqasılıq, mütləq olası bir şeydi A: Yaxşı B: Bir söz deyim, biz kiçik adamlarıq, göstəriş olanda, tamam hər şey başqa cür dəyişir. A: Bilirəm B: Özü də işləyib, təqdimatını da vermişəm ki, bax yoxlayın, iş müddətində necə olub, xidmətə uyğunsuzluq deyə bir şey yoxdu bunda, yoxlayıblar da, hər bir yoxlaması əladı e bunun. Səhər özdə bunun “şevron”un, zadın verəcəklər. A: nə bilim vallah, bilmirəm nə deyim, qalmışam çıxılmaz vəziyyətdə B: Səhər bunun yaşayış yerindən arayışı var, dedilər 3-ün 4-ə şəklinin götürsün gəlsin. Özdə tərcümeyi hal, kadrlar hesabatının uçot vərəqəsi yazacaq, uje təqdimata gedir, yəni bu son addımdı, noyabr “otpravka”sı da getdi, göndərdilər akademiyaya, boş konkurensiya yerləri də var A: Bilirəm, bilirəm, indi birdən alınmasa nağaraq, neyniyək, başına dönüm? Heç kimə şey eləyə bilmirəm, qohuma, qonşuya, bilirəm ki, hamısının vəziyyəti pisdir. B: Mən bunu sizə izah eləyə bilmirəm e, bu elə bir şeydi ki, bu olmalıdı A: Bilirəm başına dönüm B: Biri var kadr rəisi deyə, deyəsən hardasa nəsə, amma iclas oldu, tapşırıqlar verildi, vse A: Bilirəm, bilirəm. Sizin üçün də pisdi. B: Mənə şad xəbər verdilər, mən də sevinə-sevinə zəng vurdum ki, A: Bilirəm, amma heç cürə imkan yoxdur, qurban olun sənə, başına dönüm.....ALO? B: Hə, A: Deyirəm heç cürə imkan yoxdu. B: Kimə qarant durursan, çağırırlar ki, get denən filan şeyləri gətirsin. A: Nə deyim, heç cürə tapa bilmirəm, vallah. Başına iş gəlib deyə bilməzsiz hə? B: Siz o məsələni bir dənə Rəşadətdan soruşun, işləyib o, soruşun ki, demək olur yoxsa yox? Birbaşa çağırırlar, orda elə olmur e, bibi-bacıoğlu söhbəti olmur e A: Bilirəm başına dönüm, nə bilim e mən də? İndi biz səmimiyik B: Allah sizdən razı olsun, həmişə iş başında olasız, o vaxtdan bu günə kimi anana, atana, bacına, sənə hər gün namazda dua edirəm. A: Yenə də deyirəm, bu uşağın gələcəyidi e, Bundan 5 ildən sonra müraciət eləyəcəksiz, onlar başqa cavab verəcəklər. B: Bilirəm, bilirəm, heç cürə imkan yoxdu. A: Sabaha var da, sabaha bir düşünün, sabah saat 11 üçün zəng vuracam sizə B: Vallah neçə adama borcum var hamısı gəlib üstümə, qalmışam belə A: Onu gedib cənab nazirə demək olmur ki, belə olub. B: Bilirəm, başına dönüm, bilirəm. A: Mən bir söz deyə bilmirəm, yenə də sabah, saat 11 üçün əlaqə saxlayaram. B: Yaxşı A: Hə hə, yox yox B: Yaxşı, sağolun. A: Oldu sağolun “13.vsf.wav” adlı fayl açıldıqda həmin faylda iki nəfər şəxsin 59 saniyə ərzində davam edən səs yazısı olmuşdur. Səs yazısının məzmunu aşağıdakı kimidir: A: Alo, salam məleyküm müəllim B: Salam Rəşadət necəsən? A: Çox sağulun müəllim B: Mən bayaq zəng etdim, dünün demişdim mamanıza ki, saat 11-də zəng vuracam, gördüm zanitdi, dedim yəqin danışırsan A: Hə, mamam danışırdı telefonla, klientlə danışırdı. B: Hə, hə, neynədin, nağardın, gəlirsən sən yoxsa yox? A: Yox müəllim sizdən xəbər çıxmadı, gözdədim ki, dedim 11-də zəng eləyəcəm danışacam B: yox sənə zəng vurdum mən 11-də, sən zanit idin ona görə götürmədin. Neynirsən, gəlirsən yoxsa yox? A: Yox e maddiyyata görə qaldı da müəllim, ona görə heç nə eləyə bilmədim, daha B: Hm, yaxşı, heç bir şey, əlaqə saxlayaram mən səninlə A: Oldu B: Oldu (cild 01, i.v. 156-192) İş materiallarında olan 29 dekabr 2020-ci il tarixli baxış protokolundan görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “Dodge Durango” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, avtomobil ağ rənglidir, işlək vəziyyətdədir və hər hansı zədəsi yoxdur. Avtomobilin qabaq sağ sərnişin oturacağının qarşısında yerləşən saxlanc yerində “Quran” kitabının olması müəyyən edilmişdir. Avtomobilin sürücü və qabaq sərnişin oturacağının arasında yerləşən saxlanc yerinin üz qapağını açdıqda kiçik hissədə “Çərəkə” adlı dini kitabın olması müəyyən edilmişdir. Həmin saxlanc yerinin 2-ci bölməsini açdıqda həmin hissədə 01 ədəd kredit müqaviləsi və 01 ədəd pul qabı aşkar olunmuşdur. Kredit müqaviləsinə baxış zamanı həmin müqavilənin 14 dekabr 2020-ci il tarixdə ünvan 22 ünvanında yaşayan X32 ilə Təqsirləndirilən şəxs1 arasında sonuncuya Ceyhun Qurbanovun 5.000 (beş min) manat məbləğində pulu borca verməsi ilə bağlı Bakı şəhəri, 21 saylı notariat kontorunda bağlanması müəyyən edilmişdir. Aşkar edilmiş pul qabının isə içərisində 2 ədəd şəkil və Şahid6 məxsus Dövlət Sosial Sığorta Şəhadətnaməsi olmuşdur. Pul qabının içərisində bundan başqa ibtidai istintaq üçün əhəmiyyət kəsb edən başqa bir xüsusat müəyyən edilməmişdir. Daha sonra isə Avtomobilin arxa sağ oturacağının üzərində sənəd çantasının olması müəyyən edilmişdir. Həmin çantanın içərisində bir neçə faylda müxtəlif sənədlərin olması müəyyən edilmişdir. Sənədlərdən birincisi Bakı şəhəri, İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 7911 nömrəli, 16 may 1990-cı il tarixli İnşaat pasportudur. Həmin İnşaat pasportunun içərisində olan Bakı şəhər X31 İcraiyyə Komitəsinin 12 mart 1990-cı il tarixli, İ/20 nömrəli qərarına əsasən müəyyən edilmişdir ki, 15 oktyabr inqilabı ordenli Azərbaycan Dəmir yolu idarəsinin xahişi nəzərə alınaraq Qaradağ rayonu, Pirsaat qəsəbəsinin şimal hissəsində yardımçı təsərrüfat layihələndirilməsinə icazə verilmişdir. Bundan başqa çantaya baxış keçirilən zaman çantada Səbinə Mikayılovaya məxsus şəxsi məlumatlarını əks etdirən “CV” aşkar olunmuşdur. Çantaya baxış zamanı ibtidai istintaq üçün əhəmiyyət kəsb etməyən Təqsirləndirilən şəxs1 özünə məxsus olan şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsinin surətləri, sonuncunun atasına aid olan sosial müdafiə sənədləri vardır. Sənəd çantasına baxış zamanı həmin çantanın qarşı tərəfdən olan cibliyində ibtidai istintaq əhəmiyyət kəsb edə biləcək məlumatların olması ehtimal edilən üzərində “SP”, “Silicon Power” və “4 GB” yazıları olan, yaşıl rəngli elektron yaddaş kartının olması müəyyən edilmişdir. Baxış zamanı yaddaş kartının daxili “Musiqilər”, “RECYCLER”, “XİDMƏTİ PAPQAM” və “Новая папка” adlı qovluqların olması müəyyən edilir. “XİDMƏTİ PAPQAM” adlı qovluğa daxil olduqda “İMG_9251.JPG” adlı faylda Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin mayor hərbi rütbəsi ilə xidməti formada şəklinin olması müəyyən edilmişdir. Həmin qovluqda həmçinin “MTN.VESİQE.cdr”, “NÜMUNƏ.cdr”, “Резервная_копия_NÜMUNƏ.cdr”. “Резервная_копия_v.cdr”, “Резервная_копия_ Резервная_копия_v.cdr”,“Резервная_копия_Резервная_копия_Резервная_копия_v.cdr ” adlı faylların olması müəyyən edilmişdir. Həmin faylların hər biri www.zamzar.com saytı vasitəsilə “PDF” faylları çevrilmşdir. Həmin vaxt göstərilən faylların Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin xidməti vəsiqəsinə bənzər fotoşəkillər olması müəyyən edilmişdir. “MTN.VESİQE.cdr” adlı faylda 123 nömrəli vəsiqənin tam hazır olmayan forması olmuşdur. Xidmət rəisi qrafasında “Əli Nağıyev” adı qeyd olunmuşdur. Vəzifə bölməsində “Təhqiqat İdarəsi” yazıları olmuşdur. “NÜMUNƏ.cdr” adlı faylda 123 nömrəli vəsiqənin tam hazır olmayan forması olmuşdur. Xidmət rəisi qrafasında “Əli Nağıyev” adı qeyd olunmuşdur. Vəzifə bölməsində “Təhqiqat İdarəsi” yazıları olmuşdur. “NÜMUNƏ.cdr” adlı faylda 123 nömrəli vəsiqənin tam hazır olmayan forması olmuşdur. Xidmət rəisi qrafasında “Əli Nağıyev” adı qeyd olunmuşdur. Vəzifə bölməsində “əməliyyat müvəkkili” yazıları olmuşdur. “Резервная_копия_NÜMUNƏ.cdr” adlı faylda olan qeydlər sonuncu faylda olan kimi olmuşdur. “Резервная_копия_v.cdr” adlı faylda 004 nömrəli vəsiqənin tam hazır olmayan forması olmuşdur. Xidmət rəisi qrafasında “Əli Nağıyev” adı qeyd olunmuşdur. Vəzifə bölməsində“əməliyyat müvəkkili” yazıları vardır. “Резервная_копия_Резервная_копия_v.cdr” adlı faylda 123 və 004 nömrəli vəsiqənin tam hazır olmayan forması olmuşdur. Xidmət rəisi qrafasında “Əli Nağıyev” adı qeyd olunmuşdur. Vəzifə bölməsində “əməliyyat müvəkkili” yazıları vardır. “Резервная_копия_Резервная_копия_Резервная_копия_v.cdr” adlı faylda 3 ədəd 123 nömrəli vəsiqənin tam hazır olmayan forması olmuşdur. Vəsiqənin 2 ədəd olan hissəsində xidmət rəisi qrafasında “Əli Nağıyev” adı qeyd olunmuşdur. 1 ədəd olan hissəsində isə xidmət rəisi qrafasında “Mədət Quliyev” adı qeyd olunmuşdur Vəzifə bölməsində “əməliyyat müvəkkili” yazılarıdır. Yaddaş kartının “Musiqilər” olan bölməsində “call_18-03-02_OUT_.amr” adlı və “call_20-00-26_OUT_.amr” adlı iki ədəd telefon danışığından ibarət səs yazılarının olması müəyyən edilmişdir. “call_18-03-02_OUT_.amr” adlı səs yazısı 1:57:21 saat, “call_20-00- 26_OUT_.amr” adlı faylda olan səs yazısı isə 1:00:31 saatdan ibarətdir. Telefon danışığında olan səs yazılarının məzmununa əsasən həmin danışığın “Sevinc” və “Pərviz” adlı şəxslərə aid olması müəyyən edilmişdir. Telefon danışığının məzmununa əsasən müəyyən edilmişdir ki, Pərviz adlı şəxsin kiməsə müəyyən miqdarda pul verməlidir, Sevinc adlı şəxs Pərviz adlı şəxsə müəyyən miqdarda pul verməlidir və Sevinc adlı şəxs Rusiya Federasiyasının Moskva şəhərində yaşayan İlqar adlı şəxs sonuncuya 100.000 (yüz min) manat məbləğində pulu verdikdən sonra Pərvizə lazım olacaq pulu verəcəkdir. Həmin iki ədəd faylda olan səs yazıları məhz bu məzmunda davam edir. Telefon danışığında istintaq üçün əhəmiyyət kəsb edən hissə aşağıda qeyd olunmuşdur. Pərviz adlı şəxsin dedikləri “P” hərfinin qarşısında, Sevinc adlı şəxsin dedikləri isə “S” hərfinin qarşısında qeyd edilmişdir. S: ....Sən mənə qəpik-quruş 10.000-15.000 pul vermisən, o 50.000-i mən... P: Mən sənə 10.000-15.000 vermişəm? S: Hə P: Hə? Niyə 10.000-15.000? S: Sən 25.000-ə “probka” almısan P: Ay bala bir dəqiqə e, deyirsən ki, 10.000-15.000 vermişəm sənə? S: Hə, heç 10.000 olmaz P: İndi bir dəqiqə kalkulyatoru götür əlinə deyim sənə bir-bir hesabla S: Hə, denən, Sabahkını da gətir onu da hesabla P: Bir dəqiqə dayan, iki il ödənişi ödəmişəm? Hə? S: İki il ödəməmisən, bir il P: Ay bala iki il ödəmişəm, nə danışırsan sən? Bir il Yalçından götürdük, ikinci il də ki, 400 manata “dublyonka” tapdın, 2500-ün üstünə qoydun da, 2100 mən verdim, 400 də sənin dublyonkan elədi. S: 3000-lik dublyonkanı 400-ə satdın P: Sən məni yandırırsan e, deyirsənki, sənin məndə 10.000-15.000 pulun var. 10.000-15.000 deyil bala. Mən bir-bir deyərəm. Bir dəqiqə dayan. Gecə 50 manat verdim sənə?, bir-bir istəyirsən deyim? S: bir-bir denən hə P: Hə, indi bir-bir deyəcəm, 200 manat maaşdan bir verdim, gündüz vaxtı 100 manat, nə vermişəm, bir söz deyim, mən heç vaxt, mənim bir xasiyyətim var, dədəmə pul versəm belə yazmışam onu, sən narahat olma S: Mən də yazmışam. P: Bax deyirəm, bir dəqiqə, sonra 200 manat təzədən maaşdan verdim, 2500 ödəniş vermişəm birinci, yadına gəlir?, 140 manat, 140 manat iki ay Yalçına pul verdim, 500 bütöv maaşı verdim sənə?, 200 manat Fikrətdən aldım, 200 manat da Ramindən almışdım, düzdü?, 1000 manat İlhamənin anası gələndə vermişdim?, Türkiyədən qayıdanda 500 manat bütöv maaşı verdim sənə?, 700 manat “perevoda” verdim? S: Hə P: 500 manat toya gedirdin rayona verdim?, 400 manat bankdan, dedin e ver bunu belə eləyim iki günə verirəm?, sonra onun sabahı gün pulu gətirmədin dedin 150 manat işığa ver S: 150 yox 70 manat P: Allaha and olsun 150 manat S: Hə P: Qulaq as, 200 manat şəxsi işə vermişəm?, şəxsi işə istədin e, yadına gəlir? qızın. 800 manat kəsirə görə verdim?, 300 manat bankdan gəlmişdilər e? Yadına gəlir? S: Hə P: Qulaq as, 200 manat su pulu dedin ver, yadına gəlir?, sonra 200 manat dərmana verdin, 100 manat seçkidən qayıdanda, qırmızı avtobusda yadına gəlir?, 150 manat taksi ilə Əhmədlidən göndərdim sənə? S: Hə o yadımdadı P: 1200 manat dağlıya verdim? S: Yox o yadımda deyil P: 1200 manat dağlıya vermədik sənin borcunu? S: Yox, yox yadımdan çıxıb, kimə vermişik? P: Dağlıya vermədik? Taksi şoferinə S: Hə, hə P: Ay sağol, bacının qırxından qayıdanda 200 manat verdim. Sonra Anardan 200 manat aldım verdim, yadına gəlir? S: Hə, hə o, yadımdadı P: 300 manat kartdan verdim? Dedin 300 manat şey deyil 50 manat da qoy lazımdı, 350 manat verdim, 100 manat Gəncəyə gedirdin e, dostunun maşını ilə, qana görə Gəncəyə getməmişdən qabaq, dedin 100 manat qana lazımdı 2 “paçka” qana yadına gəlir? Dayan bir-bir deyəcəm yadına düşəcək, Azərdən 70 manat aldım verdim yadına gəlir? S: Hə, işığın pulunu. P: Ay sağol, atamın maaşını 600 manat yadına gəlir gətirib sənə verdim. S: Yox o, yadıma gəlmir. P: 600 manat pul verdim sənə atamın bütöv maaşını, sənə demişdim. Hamısı var e narahat olma. Sonra 50 (əlli) manat suya görə təzədən istədin, sonra 225 manat maaşdan sonra təqaüdü dedim e verdim, dalıyca 100 manat dərmana verdim. 500 manat təzədən evin pulunu verdim e, sənə yadına gəlir? S: Hə, hə o yadımdadı. P: Təzədən Əkbərdən 500 manat getdim aldım, Ramanada, verdim sənə. S: Hə P: Gəncəyə 700 manat Gəncəyə müalicəyə S: Hə o yadıma gəlir, bax yadıma gələnləri.. P: Bir dəqiqə, 350 manat manat, noutbuku satdım verdim, 100 manat dərmana verdim, dalıyca 1000 manat ödənişə aldın, yadına gəlir? S: Yox yadıma gəlmir heç biri P: Niyə? Adildən 1000 manat götürdüm S: Yadıma gəlmir. P: Adildən götürmədik 1000 manat, o da dostundan götürdü S: Hə, hə yadıma düşdü P: Ay sağol 1100 manat təzədən ödənişə görə, Leylaya pul verdik 110 manat, əlavə 150 manat gətirdim, qızının da yol puluna 25 manat verdim? Dalıyca 300 manat təzədən dərmana verdik? 1200 manat müalicəyə “ximikata” verdik?, dalıyca 500 manat təzədən dərman, iynələrə görə Azərdən 1000 manat pul aldım verdim, yadına gəlir? S: Şoka düşürəm e. P: Bir dəqiqə hamısını deyirəm. 200 manat yola, sonra göbələk dərmanı var idi, sonra uşaq jurnal alırdı, yadındadı 200 manat onda verdim. 1800 manat tutulmaya görə S: Qoyaydın tutulaydım canım qurtarardı P: Dalıyca 400 manat atamdan aldım? Kreditdə. 81 manat deyirdin işıq pulu var “obşi” belə. Sonra dedin qız zibil yığmasın 50 manat məktəbə verəcəklər, ümumi hesabladın 400 manat dedin. Yadına gəlir? S: Sən bayrama gətirdiyin pulu deyirsən? P: Yox yox, 400, 700 manat iynə, 570 manat dərman eləyirdi, dedin 50 qıza verəcəm, nə bilim 30 sistemi köçürdənə verəcəm, ümumi 700 manat elədi, dalıyca 225 manat təzədən boğaz dərmanı, yadına gəlir? Dalıyca 160 manat sistemə S: Nəyə? P: Sistemə 160 manat, sistem vurdurmağa görə, ondan sonra deyirəm, bal alan vaxtı 100 manat Arifə borclu qaldım e yadına gəlir? S: Ə, kül sənin başına P: Yaxşı, 1300 manat, dalıyca 900 sualların alınmasına görə 400 də dərman, yadına gəlir də yəqin ki, dalıyca 1000 manat dərman, dalıyca 500 manat dərman, 160 manat leykosit iynə, 380 manat 2 “paçka” qan, sonra sürücüyə pul vermək, dalıyca 1000 manat 2 “paçka” qan, 3 dənə leykosit, dalıyca 200 manat işıq, qız karnavala gedəcəkdi, dalıyca 1000 manat laxtalanmaya görə, dalıyca 500 manat verdim e 250 sənin 250 qızın, dalıyca 500 manat İlhamdan aldım verdim?, dalıyca 500 manat yerlimdən aldım verdim məsciddən?, hə? S: Hə P: Təzədən 500 manat üzümə görə getdim e, 200 manat özümdən qoydum 300 manat oğlandan borc aldım S: Ay Pərviz P: Bir dəqiqə, 500 manat təzədən Qubaya görə, sonra 100 manat belə verdim, Gəncəyə gedirdik, dalıyca 250 manat iki dənə iynə var idi e, 60 manat, dalıyca 1900 manat iynə, 700 manat həkim yazmışdı, min yüz neçə manat da belə, 270 manat dalıyca iynənin suyu, sonra 100 iynənin vurulmasına görə qıza verdim e 40 manat nə, dalıyca təzədən 100 manat uşağın ayaqqabısına görə verdim, deyirdin e uşağın ayaqqabısı cırıldı, 300 manat analiz, sonra 500 manat təzədən iynə, 5 dənə leykosit, dalıyca 300 bir verdim dişinə düzəltdirməyə, 220 də bir verdim S: Hə onlar yadımdadı P: Dalıyca da, 200 manat verdim, sonuncu dəfə 200 manat verdim. Dedin 100 manat işığa nəyə, 100 manat da dolanmağa. Yadına gəlir? S: Bunlar yadıma gəlir, amma o birisilər P: Bilirsən niyə yadına gəlmir, çünki 2 il müddətində olub ona görə S: Hə, həqiqi şoka düşdüm. P: Allaha and olsun indi namaz qılacam əgər bura nəyisə artıq yazmışamsa, papamdan da nə almışamsa İmam Hüseynə and olsun onu da yazmışam. Səninlə kəsdiyim tam mənə haram olsun ondan da nə almışamsa bir-bir yazmışam qəpiyinə kimi ki, sabahısı gün işləyib pulunu qaytaracam onun, dədəm də olsa mən heç kimə həyatı boyu borclu qalmamışam. Nolsun dədəmdə səhər mənim başıma qaxır. ............ P: ...... Bax mən indiyə qədər o, 57.300 manat pul var ha, ona hər həftə iki dənə maşın gətirsəydim, hər həftə mənim 2000-im var idi. Ona görə mən yanıram S: Vallah o, 57.000 bütün olsa idi, ya işinə gedərdi ya da... P: Bilirsən necədi? Hissə-hissə gedib deyə, iki ilin müddətində ona görə gözə görsənmir amma, hissə-hissə həmin şey gedib S: Mənə şər atırsan hələ... P: İmam Hüseyn haqqı deyirəm, orda bir şeyi artıq yazan öz payına deyirəm kişi oğlu deyil, biqeyrətdir, onun qıldığı namaz belin qırsın, əgər bir şeyi artıq yazmışamsa S: Ay aman, mən nə təhər o pulları, həkim məni yıxdı sürüdü P: Adi götür də, 1800 ora, 1000 İlhamənin anasına, 700 bura, nə bilim 1300 belə, 1000 belə, gör, şey 2500, 2100, bunlar hamısı puldu e Sevinc, bilirsən necədi hissə-hissə gedəndə gözünə görsənmir. Amma topa ilə gedəndə görürsən ki, topa ilə gözünə görsəndi.. (cild 01, i.v. 210-255) İş materiallarında olan 07 yanvar 2021-ci il tarixli baxış protokolundan görünür ki, həmin vaxt Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 23 ünvanında olan evə baxış keçirilən zaman götürülmüş 1 ədəd “TOSHİBA” markalı kompyuterə, 1 ədəd “flashkart” adlanan elektron daşıyıcıya, 1 ədəd telefon kitabçasına, 1 ədəd fotoşəkilə, 1 ədəd “Qala” Beynəlxalq Təhlükəsizlik Xidmətinin xidməti vəsiqəsinə, 1 ədəd 2015-ci ilə aid olan 125 saylı seçki dairəsinin müşahidəçi vəsiqəsinə, 22 ədəd “CD” diskə, 01 ədəd Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 09.11.2019-cu il tarixli məktubuna, Təqsirləndirilən şəxs1 məxsus olan Azərbaycan Respublikası vətəndaşının Ümumvətəndaş Pasportuna və sonuncuya məxsus olan Sossial Sığorta Şəhadətnaməsinə baxış keçirilmişdir. “TOSHİBA” markalı kompyuterə baxış keçirilən zaman kompyuterin “D” diskinin içərisində olan “TOMBALANCA-2” adlı qovluğun içərisində istintaq üçün əhəmiyyət kəsb edən xüsusatlar aşkar olunmuşdur. Belə ki, həmin qovluğun içərisində olan “Şəkillər” qovluğunda “3x4 shekil” adlı fayl açıldıqda həmin faylda Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin xidməti geyimində, leytenant hərbi rütbəsi ilə fotoşəkilinin olması müəyyən edilmişdir. Həmin qovluqda həmçinin “VESİQE.cdr”, “Резервная_копия_VESİQE.cdr” “Резервная_копия_ Резервная_копия_ VESİQE.cdr” adlı faylların olması müəyyən edilmişdir. Həmin faylların hər biri www.zamzar.com saytı vasitəsilə “PDF” fayllara çevrilmişdir. Həmin vaxt göstərilən faylların Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin xidməti vəsiqəsinə bənzər fotoşəkillər olması müəyyən edilmişdir. “VESİQE.cdr” adlı faylda 123 nömrəli vəsiqənin tam hazır olmayan forması olmuşdur. Xidmət rəisi qrafasında “Mədət Quliyev” adı qeyd olunmuşdur. “Резервная_копия_VESİQE.cdr” və “Резервная_копия_Резервная_копия_VESİQE.cdr” adlı fayllarda olan qeydlər sonuncu faylda olan kimi olmuşdur. “TOSHİBA” markalı kompyuterə baxış keçirilən zaman istintaq üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir xüsusat müəyyən edilməmişdir. Ardınca 1 ədəd “flashkart” adlanan elektron daşıyıcıya, 1 ədəd telefon kitabçasına, 1 ədəd fotoşəkilə, 1 ədəd “Qala” Beynəlxalq Təhlükəsizlik Xidmətinin xidməti vəsiqəsinə, 1 ədəd 2015-ci ilə aid olan 125 saylı seçki dairəsinin müşahidəçi vəsiqəsinə, 22 ədəd “CD” diskə, 01 ədəd Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 09.11.2019-cu il tarixli məktubuna, Təqsirləndirilən şəxs1 məxsus olan Azərbaycan Respublikası vətəndaşının Ümumvətəndaş Pasportuna və sonuncuya məxsus olan Sosial Sığorta Şəhadətnaməsinə baxış keçirilmiş və göstərilən əşyalara baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir xüsusat müəyyən edilməmişdir. (cild 02, i.v. 27-33) İş materiallarında olan 26 fevral 2021-ci il tarixli baxış protokolundan görünür ki, həmin vaxt "xxxx" MMC-nin 22 yanvar 2021-ci il tarixli, 469/21 nömrəli məktubuna əsasən göndərilmiş “CD” diskə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı, Şahid5 məxsus ***-***-**-** saylı, X26 istifadəsində olan ***-***-**-** saylı, Şahid1 məxsus ***-***-**-** saylı, Şahid10 istifadəsində olan ***-***-**-**, X12 istifadəsində olan ***-***-**-** saylı, X22 istifadəsində olan ***-***-**-** saylı, Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı mobil nömrə arasında əhatə olunan dövr ərzində çoxsaylı danışıqların aparılması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə X20 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında yalnız bir dəfə, 14.08.2020-ci il tarixdə 111 saniyə danışıq aparılması müəyyən olunmuşdur. Həmin zəng Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil nömrədən X20 istifadəsində olan mobil nömrəyə edilmişdir. Baxış zamanı X54 Bəbirova 09.11.2019-cu il tarixdə saat 10:33-də “X42.28.02.1988.Cəbrayıl rayonu. Dövlət idarəçilik akademiyası, Fakültə -siyasi idarəetmə, İxtisas- politologiya, İş yeri - saylı ASAN xidmət mərkəzi Vətəndaşların hüquqlarının təminatı sektorunun baş məsləhətçisi” məzmununda, qarşılığında Təqsirləndirilən şəxs1 Qalib Quliyevə həmin tarixdə saat 10:57 və 11:00-da “Salam 12 yə 15 dəqiqə qalmış Bakı Dövlət Universitetinin yanında ola bilərsiniz Qalib müəllim” və “Sivi və diplomun sürətini gətirin.” Məzmununda mesaj yazması, Qalib Quliyevin 28.02.2020-ci il tarixdə, saat 16:44-də Təqsirləndirilən şəxs1 “Girdim çıxdım sizdən söz açmadı o məsələ ilə bağlı hecne danışılmadı” məzmununda, 09.03.2020-ci il tarixdə, saat 12:09-da “Salam qardaş nə xəbər? Mən sizin cavabınızı gözləyirəm” mesajını yazması, saat 12:47-də “Biz əgər gedeceyikse işimi bilim icazə ala bilim.” Təqsirləndirilən şəxs1 isə Qalib Quliyevə 20- 11-2020-ci il tarixdə, saat 19:03-də Qardaş zəng edəcəm. “Mən torpağı satmışam uje.İşdəyəm çıxım işdən zəng edəcəm” məzmununda mesaj yazması müəyyən olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 17.08.2020-ci il tarixdə, saat 09:58-də “Men burdayam seni gozleyirem isini gucunu qoy qiraga ciddi meseledir zarafatina gelmesin.” və “Gozleyirem seher yigmisdi xeber gozleyir menden” məzmununda, həmin tarixdə, saat 10:00-da “Men burdayam sen yoxsan niye yalan deyirsen yig meni 1 saat vaxt qalib senol basqa cur olacag sohbet menden demek” məzmununda, Şahid5 isə istifadəsində olan 29.08.2020-ci il tarixdə saat 11:54-də “Duzelir ve sat neceye hazir olacaq bulara kisi sozu vermisem” məzmununda, 31.08.2020-ci il tarixdə, saat 10:25-də “Alax komeyin olsun inan da bunfan basqa cixis yox” məzmununda mesajlar yazması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 isə Şahid5 istifadəsində olan mobil nömrəyə 24.12.2020-ci il tarixdə saat 17:45-də “İlham qurban olum sənə. Saat 8 də gələcəm yanına harda olsan qardaş. İlham məni balalarının başına fırlat. Mən gələcəm səhər gedək lap natariusa xərcini mən çəkim. Atam anam yaxşı vəziyyətdə deyil. Allaha and olsun gedilsə onlardan hansınasa nəsə olacaq. Qurban olum aha and olsun gedilsə onlardan hansınasa nəsə olacaq. Qurban olum sənə sənədi 4 nə saxlayıblar. Üstümdə pul var azda olsa verəcəm. Qurban olum sənə mənə böyüklük etmisən həmişə. ALLAH RİZASİ ÜÇÜN MƏNƏ MÖHLƏT VER QARDAŞ. AND VERİRƏM İMAM HÜSEYİN ƏLEYHİSALAMA XATİR MƏNƏ MÖHLƏT VER.” Məzmununda mesaj yazması müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil nömrə arasında çoxsaylı mesajların yazılması müəyyən edilmişdir. Onlardan istintaq üçün əhəmiyyət kəsb edəni Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 25.12.2020-ci il tarixdə, saat 22:13-də yazdığı “Perviz sen meni bu insanlarin aģzinda niye qoymusan sumqayitlikar daqdir telefonu” məzmununda olan mesajdır. (cild 03, i.v. 2-16) İş materiallarında olan 21 mart 2021-ci il tarixli baxış protokollarından görünür ki, "xxxx" MMC-nin 05 fevral 2021-ci il tarixli, 2257/21 nömrəli məktubuna əsasən göndərilmiş “CD” diskə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid10 istifadəsində olan ***-***-**-** saylı, X12 istifadəsində olan ***-***-**-** saylı, X22 istifadəsində olan ***-***-**-** saylı, Şahid11 istifadəsində olan ***-***-**-**, X1 istifadəsində olan ***-***-**-** saylı, Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** saylı mobil nömrə arasında əhatə olunan dövr ərzində çoxsaylı danışıqların aparılması müəyyən olunmuşdur. Baxış zamanı X18 Babayevaya 14.01.2021-ci il tarixdə, saat 13:06-da “Mene cekdirdiklerinize gore seni de onu da Allaha tapsirdim. Men getiren pullardan istifade et problemlerine mene ....... et. Yaxsi Redd ele ce redd olun. Allahdan qorxun. Meni xeste saldiz . Allah belanizi verecek” məzmununda, həmin tarixdə saat 16:18-də “Yene menu yukledin. 18 mini isteyir menden . Sene guvenib verdim deyir”məzmununda mesaj yazması, qarşılığında isə Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 15:47-də “Allah yalandan danişanin belasni versin .esil heqqeti gizledenin belasni versin .6 mini alib sonrada dananin belasni versin 3500 pulmu 2 il firladanin belasni versin duzgun danişmayanin belasni Allah aģirindan etsin” məzmununda cavab verməsi müəyyən olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan nömrədən Şahid11 istifadəsində olan nömrəyə 18.11.2020-ci il tarixdə, saat 21:04-də “Sabah gelim danışaq” və “Pulu getrim danisapq” məzmununda mesajlar yazılması müəyyən edilmişdir. (cild 03, i.v. 140-144) İş materiallarında olan 15 fevral 2021-ci il tarixli baxış protokolundan görünür ki, həmin vaxt "xxxx" ASC-nin 10 fevral 2021-ci il tarixli, 157000/2-582 nömrəli məktubuna əsasən göndərilmiş “CD” diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, 4169 7332 2940 5472 nömrəli "xxxx" ASC-yə məxsus olan “1kart” adlı kart X19 adına rəsmiləşdirilmişdir. Həmin kartdan pul çıxaran şəxslər fotoşəkillərinə baxış keçirilən zaman həmin kartdan pul vəsaitlərinin yalnız Təqsirləndirilən şəxs1 tərəfindən nağdılaşdırılması müəyyən olunmuşdur. İstintaq üçün əhəmiyyət kəsb edən tarix olan 23 noyabr 2020-ci il tarixdə, saat 12:40:17-də 1.500 manat məbləğində pul vəsaitinin həmin karta köçürülməsi müəyyən edilmişdir. Həmin gün saat 20:45:20-də Təqsirləndirilən şəxs1 həmin kartdan 1.000 manat, saat 20:46:17-də isə 190 manat məbləğində pul vəsaitini nağdlaşdırması müəyyən edilmişdir. Müvafiq məktuba qoşma olaraq göndərilmiş “CD” diskdə olan fotoşəkillərə əsasən müəyyən edilmişdir ki, 20.09.2020-ci il tarixdən 26.11.2020-ci il tarixləri əhatə edən dövr ərzində müvafiq kartdan pul vəsaitlərini hər dəfəsində Təqsirləndirilən şəxs1 nağdılaşdırmışdır. (cild 02, i.v. 230- 232) Beləliklə Məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yuxarıda təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X81 İdarəsinin 15 yanvar 2021-ci il tarixli, 4743-1221 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 adına nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. (cild 02, i.v. 96) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya X35 Şəxsin” 21 yanvar 2021-ci il tarixli, 413 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 adı çəkilən xəstəxanada müalicədə olmamışdır. (cild 02, i.v. 130) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 04 fevral 2021-ci il tarixli, **********5 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 adına dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak müəyyən edilməmişdir. (cild 02, i.v. 219) Cinayət işi üzrə daxil olmuş 08 yanvar 2021-ci il tarixli, 02/5-12çıx-20 nömrəli xidməti məktuba əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və onun ailə üzvlərinin adına daşınar və daşınmaz əmlakları barədə məlumat daxil olmamışdır. (cild 02, i.v. 49) Şirvan Şəhər Mərkəzi X35 şəxsin 22 yanvar 2021-ci il tarixli, 41 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 ŞMP-nın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. (cild 02, i.v. 212) Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 13 fevral 2021-ci il tarixli, 23/12-339 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Dövlət Təhlükəsizliyi Xidmətində həqiqi hərbi xidmət edənlərin (işləyənlərin) və təxris olunanların (işdən azad olunanların) siyahılarında keçmir. (cild 02, i.v. 260) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X81 İdarəsinin 12 fevral 2021-ci il tarixli, 15958-1221 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 adına nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. (cild 02, i.v. 245) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya X35 Şəxsin” 09 fevral 2021-ci il tarixli, 961 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 adı çəkilən xəstəxanada müalicədə olmamışdır. (cild 02, i.v. 249) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi X73” 05 fevral 2021-ci il tarixli, 19/51-1449 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 adı çəkilən xəstəxanada müalicədə olmamışdır və qeydiyyatda deyildir. (cild 02, i.v. 256) Azərbaycan Respublikasının Vəkillər X4 25 fevral 2021-ci il tarixli, 252 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Vəkillər Kollegiyasının üzvü deyildir. (cild 03, i.v. 34) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 24 fevral 2021-ci il tarixli, **********02 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 adına 10.07.2013-cü il tarixdə qeydiyyata alınmış ünvan 24 ünvanında yerləşən fərdi yaşayış evi və 03.08.2012-ci il tarixdə qeydiyyata alınmış İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 0,28 ha həyətyanı sahə üzərində yerləşən fərdi yaşayış evi qeydiyyatdadır. (cild 03, i.v. 53) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X81 İdarəsinin 12 fevral 2021-ci il tarixli, 15941-1221 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 adına nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. (cild 02, i.v. 243) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya X35 Şəxsin” 09 fevral 2021-ci il tarixli, 962 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 adı çəkilən xəstəxanada müalicədə olmamışdır. (cild 02, i.v. 251) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi X73” 05 fevral 2021-ci il tarixli, 19/51-1450 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 adı çəkilən xəstəxanada müalicədə olmamışdır və qeydiyyatda deyildir. (cild 02, i.v. 258) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 26 fevral 2021-ci il tarixli, **********79 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 adına dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak müəyyən edilməmişdir. (cild 03, i.v. 51) Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 ümumiyyətlə ona rüşvət verməkdə təhrikçilik etməməsi, vətəndaşlara özünü vəzifəli şəxs kimi qələmə verməməsi, Beyləqan rayon sakini Şahid10 ilə onu Təqsirləndirilən şəxs2 tanış etməməsi, onun özünün Xankişini öz tanışları vasitəsilə tanıması, Qalib Quliyevdən 15.000 manat məbləğində pul vəsaitini onu işə düzəltmək adı ilə aldatmaq məqsədi ilə deyil, borc kimi alması barədə ifadəsinə hüquqi qiymət verərək, belə hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun olmamaqla məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ifadələrində göstərmişdir ki, bankdan kredit götürdüyünə görə maddi çətinlikləri yaranmış və vətəndaşları aldadıb pul qazanmaq qərarına gəlmişdir. təxminən 2020-ci ilin fevral ayında Şirvan şəhərində olan evinə gedən zaman Şahid1 yaşadığı evə gəlmiş, həmin vaxt Şahid1 Dövlət Təhlükəsizliyi Xidmətində yüksək vəzifədə işlədiyini bildirmişdir. Şahid1 özünü DTX-nə işə düzəldə biləcəyini soruşmuş, o isə ilk olaraq Şahid1 bununla maraqlanacağını bildirmişdir. Bakı şəhərinə qayıtdıqdan sonra, Şahid1la aralarında olan danışıqdan təxminən 10 gün sonra sonuncuya mobil telefonla zəng edərək onun işə düzəlməsinin mümkün olduğunu, DTX-nin akademiyasına qəbul olunması və sonradan zabit kimi işlə təmin olunması müqabilində ona 50.000 (əlli min) manat məbləğində pul verməli olduğunu bildirmişdir. Həmin vaxt Şahid1 50.000 (əlli min) manat dəyərindəki pulun Dövlət Təhlükəsizlik Xidmətində işləyən yüksək rütbəli əməkdaşlara rüşvət qismində veriləcəyini bildirmişdir. Lakin, Şahid1 həmin pulun çox olduğunu, gücünün çatmadığını həmçinin Şirvan şəhərində işləmək istədiyini bildirmişdir. O da həmin vaxt Şahid1 Şirvan şəhərində yerləşən DTX-nin şöbəsinə texniki işçi kimi düzəldə biləcəyini, bunun üçün isə 20.000 (iyirmi min) manat dəyərində rüşvət lazım olduğunu bildirmişdir. Şahid1 həmin pulla da razılaşmadığını gördükdə həmin işi 15.000 (on beş min) manat qarşılığında həll edə biləcəyini bildirmişdir. Sonuncu həmin məbləğlə razılaşmışdır. Bu zaman ondan şəxsiyyət vəsiqəsinin surəti, hərbi biletin surəti və yaşayış yerindən arayışı almışdır. Təxminən 2020-ci ilin mart ayında Şahid1 zəng edərək işinin artıq düzəlmək mərhələsində olduğunu və pulu gətirməli olduğunu bildirmişdir. Həmin vaxt Şahid1 Bakı şəhərinə gəlmiş və onunla Bakı şəhəri, Nərimanov rayonu ərazisində, Nəriman Nərimanov metrostansiyasının yaxınlığında, “Baku Elektronics” mağazasının qarşısındakı parkda görüşmüşdür. Həmin vaxt Şahid1 10.000 (on min) manat məbləğində pul gətirdiyini bildirmiş, o da sonuncudan həmin pulu almışdır. Həmin vaxt Şahid1 həmin məbləğdə olan pula işi həll etməyə çalışacağını bildirmişdir. Çünki, sonuncu ilə əvvəldən 15.000 (on beş min) manata razılaşmışdır. Bir müddət sonra Şahid1 zəng edib ondan qalan 5.000 (beş min) manat məbləğində pulu da düzəltməsini bildirmişdir. Sonuncu imkanının olmadığını bildirərək sonradan ona yalnız 1.500 (min beş yüz) manat məbləğində pul verə biləcəyini bildirmişdir. Şahid1 sonradan qalan 3.500 (üç min beş yüz) manat məbləğində pulu ona verməsini təmin etmək məqsədilə sonuncuya qalan 3.500 (üç min beş yüz) manat məbləğində pulu özünün məzuniyyət pulundan verəcəyini bildirmişdir. Şahid1 həmin 1.500 (min beş yüz) manat məbləğində pulu mobil telefon vasitəsilə fotoşəklinin göndərdiyi "xxxx" ASC-yə məxsus bacısı X19 adına olan “4169 7332 2940 5472” nömrəli karta göndərmişdir. Həmin 1.500 (min beş yüz) manat məbləğində pulu Bakı şəhəri, Yasamal rayonu ərazisində, “Qurd Qapısı” restoranının yanında yerləşən bankomatdan çıxarmışdır. Şahid1 DTX-nə işə düzəldilməsi adı ilə, ümumilikdə 11.500 (on bir min beş yüz) manat məbləğində pulu guya vəzifəli şəxslərə rüşvət verəcəyi adı ilə almışdır. Həmin pulu maddi sıxıntılarına görə Şahid1 alıb borclarını ödəmiş və digər şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 digər tanışı X38 ilə arasında olan telefon danışığı zamanı sonuncu DTX-nə işə düzəlmək istədiyini bildirmişdir. O da Ataxan Əyyubova DTX-nə gizir rütbəsi ilə işə düzəlməsi üçün 30.000 (otuz min) manat məbləğində pul lazım olduğunu bildirmişdir. Lakin, Ataxan Əyyubov ona leytenant rütbəsi ilə işə düzəlmək istədiyini bildirmişdir. Bu səbəbdən 30.000 (otuz min) manatdan daha artıq pul lazım olduğunu bildirmişdir. Həmin vaxt X38 30.000 (otuz min) manatdan artıq məbləğə gücünün çatmadığını bildirdiyindən sonuncunun işi alınmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 ona digər bir şəxsin Azərbaycan Respublikası Milli Məclisinə şöbə rəisinin köməkçisi vəzifəsinə düzəlmək istədiyini bildirmişdir. Bu zaman o, Milli Məclisə şöbə rəisinin köməkçisi vəzifəsinə təyinatın olması üçün 50.000 (əlli min) manat məbləğində rüşvət verilməsinin lazım olduğunu bildirmişdir. Lakin, sonuncudan bir xəbər çıxmamışdır. Buna görə də Təqsirləndirilən şəxs2 Milli Məclisə işə düzəlmək istəyən tanışının kim olmasını bilməmişdir. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs2 məhkəmədə Təqsirləndirilən şəxs1 Şahid5 notariat kontoru vasitəsilə 60.000 (altmış min) manat məbləğində pul alması barədə, həmçinin, Təqsirləndirilən şəxs1 hüquq-mühafizə orqanlarında işçilərin yerdəyişmələrinə kömək etmək, həmin işi vəzifəli şəxslərə rüşvət qismində veriləcək müvafiq pul vəsaitləri qarşılığında həll etməsi, o cümlədən tanışı Şahid9 adını hazırda xatırlamadığı tanışının işinin həll edilməsi üçün Təqsirləndirilən şəxs1 pul verməsi barədə ümumiyyətlə məlumatının olmaması, eləcə də Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Milli Məclisində şöbə rəisi vəzifəsinə istənilən şəxsi təyin etdirə biləcəyi barədə heç bir söz deməməsi, X12 ədliyyə orqanlarına yenidən bərpa olunması üçün Təqsirləndirilən şəxs1la birlikdə hər hansı pulun verilməsi üçün razılaşmaması və ona hər hansı pul verilməməsi, Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxsi qismində birləşməməsi, onun uzaq qohumu Şahid10 Təqsirləndirilən şəxs1 tutulması xəbərini eşitdikdən sonra ona zəng edərək Təqsirləndirilən şəxs1 borc qismində 5.000 manat məbləğində pul verdiyini deməsi, lakin, həmin məsələdən əvvəldən ümumiyyətlə məlumatının olmaması barədə verdiyi ifadəsinə hüquqi qiymət verərək, belə hesab edir ki, onun bu ifadəsi yalnız özünü müdafiə xarakteri daşıyır. Belə ki, Nahid Babayeva istintaq zamanı ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2-3 il qabaq tanımış, Pərviz ona faktiki işlədiyi hüquq mühafizə orqanının adını açıqlamasa da, sonuncunun hərəkətləri, bəzi hallarda isə “təhlükəsizlikdə işləyirəm” deməsi onda təsəvvür yaratmışdır ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşıdır. Tanış olduqdan sonra müəyyən müddət Təqsirləndirilən şəxs1la heç bir münasibəti olmamışdır. Təxminən 7-8 ay bundan qabaq Təqsirləndirilən şəxs1 ona zəng edərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində torpaq sahəsinin olmasını, həmin torpaq sahəsini girov qoyaraq pul götürmək istədiyini, girovu hər hansı bir banka və ya şəxsə pul verilməsi müqabilində qoya biləcəyini, buna səbəbin 70.000 manat borcunun olmasını və belə bir adam olacağı təqdirdə ona deməsini xahiş etmişdir. Bundan sonra tanıdığı bir neçə adama bu barədə məlumat vermiş, torpaq sahəsini girov qismində götürüb pul verən adam tapmamışdır. Ardınca Təqsirləndirilən şəxs1la birlikdə bir neçə banka müraciət etmiş, torpaq sahəsinə aid sənədlərin qaydasında olmaması səbəbindən və ya az pulun verilməsi səbəbindən sonuncunun torpaq sahəsinin girov qoyulması mümkün olmamışdır. Sonra Təqsirləndirilən şəxs1 ona Ələt qəsəbəsində 5 ha torpaq sahəsinin olmasını və həmin sahəni də sata biləcəyini bildirmişdir. Lakin, Ələt qəsəbəsində olan torpaq sahəsinin hansısa sənədi çatışmamışdır. Həmin sənəd üçün Təqsirləndirilən şəxs1 bildiyi qədər Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. Təqsirləndirilən şəxs1la torpaq sahələrinə görə birlikdə olduqları zaman sonuncunun mobil telefonuna Şahid5 tərəfindən mütəmadi zəng olunaraq əsəbi danışılmasının şahidi olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona Şahid5 notariat kontoru vasitəsilə 60.000 (altmış min) manat məbləğində pul almasını bildirmişdir. Həmin pulu Təqsirləndirilən şəxs1 hansısa torpaq sahəsinə çıxarış alınması işini təşkil etməyə görə almışdır. Bildiyinə görə Təqsirləndirilən şəxs1 torpaq sahələrini Şahid5 pulunu qaytarmaq üçün girov qoyub pul götürmək istəmişdir. Təqsirləndirilən şəxs1 ondan Şahid5la görüşməsini xahiş etmişdir. Şahid5la Təqsirləndirilən şəxs1la birlikdə görüşmüşdür. Həmin vaxt Şahid5 Təqsirləndirilən şəxs1 vaxt verməsini xahiş etmişdir. Sonuncu da Təqsirləndirilən şəxs1 1 ay müddətində pulu qaytarmasını bildirmişdir. Sonradan həmin məsələ barədə heç bir məlumatı olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 son zamanlarda ona müxtəlif orqanlarda olan yüksək vəzifəli şəxslərlə tanışlığının olmasını, hüquq-mühafizə orqanlarında işçilərin yerdəyişmələrinə kömək edə biləcəyini, həmin işi vəzifəli şəxslərə rüşvət qismində veriləcək müvafiq pul vəsaitləri qarşılığında həll edəcəyini bildirmişdi. Buna görə də o, tanışı Şahid9 adını hazırda xatırlamadığı tanışının işinin həll edilməsi üçün Təqsirləndirilən şəxs1 müraciət etmişdir. Həmin şəxs ədliyyə orqanlarında işləmiş və qanında narkotik tərkibli maddə aşkar olunduğundan işdən azad olunmuşdur. O, Şahid9 Təqsirləndirilən şəxs1 mobil nömrəsini sonuncunun razılığı ilə vermişdir. Sonradan Təqsirləndirilən şəxs1la arasında olan telefon danışığı zamanı sonuncu ona ədliyyə orqanlarına işə bərpa olunmaq istəyən adamla danışaraq həmin işi düzəltməsi müqabilində ondan 5.000 (beş min) manat məbləğində pul notariat kontorunda borc müqaviləsi bağlayaraq aldığını, həmin adamın kiminsə qəbuluna girəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 ona deməsinə görə həmin adam 25 dekabr 2020-ci il tarixdə hansısa vəzifəli şəxsin qəbuluna girməli imiş. Lakin, sonuncu ona həmin adamın məhz hansı vəzifəli şəxsin qəbuluna girməli olması barədə məlumat verməmişdir. Bundan sonra 25 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 mobil nömrəsini verdiyi Şahid9 ona zəng etmiş və Təqsirləndirilən şəxs1 mobil telefonuna zəng çatmadığını bildirmişdir. O da bundan sonra Təqsirləndirilən şəxs1 mobil nömrəsinə bir neçə dəfə zəng etsə də həmin nömrəyə zəng çatmamışdır. Bundan başqa o, Təqsirləndirilən şəxs1 heç bir işlə bağlı müraciət etməmişdir. Təqsirləndirilən şəxs2 həmçinin ifadəsində Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Milli Məclisində şöbə rəisi vəzifəsinə istənilən şəxsi təyin etdirə biləcəyini, həmin vəzifənin qiymətinin 50.000 (əlli min) manat olmasını bildirdiyini, lakin, sonradan həmin işə hər hansı bir işçinin götürülməsi üçün hər hansı bir şəxsdən pul alınmadığını, X12 ədliyyə orqanlarına yenidən bərpa olunması üçün Təqsirləndirilən şəxs1la birlikdə 10.000 (on min) manat məbləğində pul vəsaiti qarşılığında razılaşdıqlarını, sonradan Təqsirləndirilən şəxs1 notariat vasitəsilə 5000 (beş min manat) məbləğində pul aldığını və iş həll olunandan sonra da əlavə 5.000 (beş min manat alacağını bildirdiyini, razılaşmaya əsasən X12 ədliyyə orqanlarında işə bərpa olunması üçün alınan 10.000 (on min) manat məbləğində puldan ona 1.000 (min) manat verməli olduğunu, lakin, iş tam həll olunmadığından ona sonuncu tərəfindən pul verilmədiyini, Şahid10 onun uzaq qohumu olduğunu, Təqsirləndirilən şəxs1 tutulması xəbərini eşitdikdən sonra sonuncunun ona zəng edərək Təqsirləndirilən şəxs1 borc qismində 5.000 manat məbləğində pul verdiyini dediyini, lakin, həmin məsələdən əvvəldən məlumatı olmadığını, Təqsirləndirilən şəxs1la arasında olan razılaşmaya əsasən ona tapdığı şəxslərin işlərini həll etdikdən sonra əldə etdiyi qazancdan ona də müəyyən miqdarda pul vəsaiti verməli olduğunu, Təqsirləndirilən şəxs1 “müştəri” tapmaqda xüsusi canfəşanlıq etməyinə bu faktın səbəb olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 həmçinin əlavə ifadəsində göstərmişdir ki, Şahid12 təxminən 8 ildir ki, tanıyır. Əvvəllər məhkəmə proseslərində nümayəndə kimi iştirak etdiyindən həmin vaxtlarda Şahid12 bir hüquqi məsələdə köməklik etmişdir. Şahid11lə isə təxminən 3 il bundan qabaq Şahid12 doğum günü məclisində tanış olmuşdur. Sonuncu ilə həmin vaxtlardan etibarən münasibəti vardır. Şahid11lə arasında torpaq məsələsinə görə mübahisə vardır. Belə ki, Şahid11 təxminən 2019-cu ilin yay aylarında ona Badamdar qəsəbəsində anasına məxsus olan 0.02 ha torpaq sahəsini satmağa razılaşmışdır. İlkin razılığa əsasən 0.02 ha torpaq sahəsi üçün Şahid11 razılaşdıqları 40.000 (qırx min) manat pulu hissə-hissə verməli imiş. Belə olan halda ilk olaraq sonuncuya 3.000 (üç min) manat vermişdir. Bundan bir neçə gün sonra Şahid11 ona torpağa sənəd düzəltdiyini və əlavə 500 (beş yüz) manat məbləğində pul lazım olduğunu bildirdiyindən əlavə 500 manat da vermişdir. Bundan bir neçə ay sonra torpaqda sürüşmə olmuş və həmin yer yararsız hala düşmüşdür. Ardınca isə o, Şahid11 torpaq sahəsini istəmədiyini və pulunu qaytarmasını bildirmişdir. Şahid11 hər dəfəsində ona pulu qaytaracağını bildirsə də sonuncu pulu qaytarmamışdır. Təxminən 2020-ci ilin sentyabr ayında Ruhiyya Şirəliyeva ona zəng edərək Şahid11 yaxın 3 nəfər dostunun barəsində olan cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsini, Şahid11 həmin şəxslərin ev dustaqlığına buraxılması üçün çalışdığını, sonuncunun bu məsələyə görə 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitinin olduğunu bildirmiş və ondan həmin şəxslərin ev dustaqlığına buraxılması üçün köməklik göstərmək imkanının olub-olmamasını soruşmuşdur. Bu zaman o, Şahid12 həmin məsələ ilə maraqlanıb deyəcəyini bildirmişdir. Həmin məsələ ilə əlaqədar 3 nəfər şəxsə hüquqi yardımın göstərilməsi üçün vəkil lazım olduğunu, bu məsələdə Şahid11 köməklik edə biləcəyini bildirmişdir. Ardınca isə Şahid11lə telefon vasitəsilə əlaqə saxlamış və sonuncu ilə onun sahibi olduğu “Aylı Gecə” adlı kafedə görüşməyə razılaşmışdır. Həmin vaxt “Aylı Gecə” adlı kafeyə getmiş və Şahid11lə həmin kafenin ofisində görüşmüşdür. Görüşdə Şahid12 da iştirak etmişdir. Qeyd edilməsi zəruridir ki, o, Şahid11 torpaq sahəsini almaq üçün 2019-cu il tarixdə sonuncuya verdiyi 3.500 manat miqdarında pulu artıq 2 il idi ki ala bilməmişdir. Həmin məsələdə məqsədi Şahid11 hansısa bir məbləğdə pulu alıb özünün ona verdiyi 3.500 manat pulu çıxdıqdan sonra “iş alınmadı, öz pulumu da çıxdım” deyərək qaytarmaq olmuşdur. Yəni, Şahid11 pulu alan zaman sonuncunun dostlarının azadlığa buraxılması üçün çalışmaq niyyəti olmamışdır. Beləliklə, görüş zamanı Şahid11 Ruhiyya Şirəliyevaya yaxınlıqda yerləşən döşəkcənin altında olan pul vəsaitini çıxarıb saymasını bildirmiş və Ruhiya pulu saydıqdan sonra həmin pulun 20.000 (iyirmi min) manat olması müəyyən olunmuşdur. Həmin yerdə qərara alınmışdır ki, pulun 18.000 (on səkkiz min) manat məbləğində olan hissəsi həmin vaxt, qalan 2.000 (iki min) manat olan hissəsi isə sonradan iş həll olunduqdan sonra ona verilsin. Bundan bir neçə gün sonra Şahid11 3 nəfər dostunun azadlığa buraxılması üçün heç bir məsələ ilə maraqlanmadan sonuncuya həmin məsələnin alınmadığını demiş və Şahid11 ilkin olaraq 5.000, sonradan 1.000 manat olmaqla, ümumilikdə 6.000 manat qaytarmışdır. Ardınca isə Şahid11 şifahi olaraq torpağa görə verdiyi 3.500 manat pulu ümumi puldan çıxdığını və ona növbəti mərhələdə 8.500 manat pul qaytaracağını bildirmişdir. Bu zaman Şahid11 əsəbləşmiş və ondan polis orqanlarına şikayət edəcəyini bildirmişdir. Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırılan cinayət işinin ibtidai istintaqı zamanı Şahid11 2 dəfəyə 4.000 manat məbləğində pul qaytarmışdır. Hazırda Şahid11 onda 4.500 (dörd min beş yüz) manat pulu qalmışdır. Təqsirləndirilən şəxs2 həmçinin ifadəsində göstərmişdir ki, Şahid11 aldığı pul vəsaitindən hər hansı bir hissəsini Təqsirləndirilən şəxs1 verməmişdir. Bir neçə dəfə telefon vasitəsilə Şahid11lə aqressiv şəkildə danışan zaman Təqsirləndirilən şəxs1 bunun şahidi olmuş, ona görə sonuncu bir dəfə onunla birlikdə Şahid11 yanına gedərək “Nahidənin məndə 10.000 (on min) manat pulu var, həmin pulu mən sənə verəcəyəm” demişdir. Əslində Təqsirləndirilən şəxs1 onun 10.000 manat pulu olmamışdır. Sonuncu həmin ərəfələrdə torpağını satmağı planlaşdırmış və həmin torpağın satılacağı təqdirdə ona 10.000 (on min) manat pul vəsaitini verəcəyini bildirmişdir. Həmin pul vəsaitindən Bakı Apelyasiya Məhkəməsində işləyən Toğrul Mədətliyə də hər hansı bir miqdarda pul verməmişdir. X65 bir dəfə onunla birlikdə Şahid11 istifadəsində olan kafeyə yemək məqsədilə getmişdir. Həmin vaxt o, Toğrul Mədətliyə bu barədə əvvəldən məlumat vermiş və yalnız həmin adamı dinləməyi Toğrul Mədətlidən xahiş etmişdir. Toğrul Mədətli kafedən çıxdıqdan sonra ona “Nahidə, bu Nazimin işi alınan məsələ deyil, boş söhbətdi” demiş və həmçinin, bir neçə gün sonra sonuncu Şahid11 də telefon danışıqları zamanı bu sözləri demişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 Ataxan Əyyubovla bağlı olan epizod üzrə verdiyi ifadəsində həmin məsələnin haradasa yadına gəldiyini, Ataxan Əyyubovun işə düzəldilməsini ondan yadında qalmayan tanışının xahiş etdiyini, hətta danışıqdan sonra Ataxan Əyyubovun onun mobil nömrəsinə bir sıra şəxsi sənədlərinin fotoşəkillərini göndərdiyini, lakin, bildiyi qədər həmin şəxsdən pul alınmadığını göstərmişdir. Həmçinin, Məhkəmə Təqsirləndirilən şəxs3 özünü müdafiə üçün gətirdiyi dəlillərdə Şahid5 qəbul etdiyi və özündə saxladığı pul vəsaitini iş həll olunduqdan sonra həmin işdə əziyyət çəkən şəxslər arasında bölməyi planlaşdırması barədə göstərdiklərini də işin faktiki hallarına uyğun olmayan, məsuliyyətdən boyun qaçırmağa yönələn ifadələr kimi qəbul edir. Odur ki, Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 onlara qarşı irəli sürülmüş ittihamlar üzrə özlərini qismən təqsirli bilmələri, Təqsirləndirilən şəxs2 isə özünü ümumiyyətlə təqsirli bilməməsi barədə ifadələrinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onların məhkəmədə verdikləri bu ifadələri məsuliyyətdən boyun qaçırmağa yönəlməklə həqiqəti əks etdirmir, iş üzrə keçirilmiş dindirmə və üzləşdirmə istintaq hərəkəti protokolları, cinayət prosesi iştirakçıları tərəfindən təqdim edilən səsyazmalara baxış keçirilməsi haqqında protokollar, məhkəmə-xətşünaslıq və məhkəmə sənədlərinin texniki ekspertizalarının rəyləri, habelə telefon danışıqları barədə mobil operatorlardan daxil olmuş məlumatlara baxış keçirilməsi haqqında protokollar, şahidlərin ifadələri, həmçinin iş üzrə toplanmış digər sənəd və sübutlarla tam təkzib olunur. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin, şahidlərin məhkəmədə verdikləri ifadələrini, eləcə də digər sənədləri tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 310, 32.4, 312.2 və 320.1-ci maddələri, Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.1, 29,178.2.2, 29,178.2.4, 178.2.1, 178.2.2, 178.2.4, 32.5, 310 və 32.4, 312.2-ci maddələri, Təqsirləndirilən şəxs3 əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqlarını əldə edərkən, hər hansı öhdəliyini yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqları əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərərçəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. X55 36-cı bəndinə əsasən, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312-ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Bu xarakterli işlər üzrə təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlak (əmlak mövcud deyilsə, onun dəyəri) CM-nin 99-1.1.2-ci maddəsinin tələbinə əsasən xüsusi müsadirənin predmeti kimi dövlət nəfinə alınır. Hər hansı xidmət göstərmək, güzəşt etmək və müstəsna olaraq yalnız vəzifəli şəxslərə aid olan digər səlahiyyətləri həyata keçirmək hüququ olmayan şəxs tərəfindən zərər çəkmiş şəxsə onun xeyrinə hər hansı hərəkətin edilməsində köməklik göstərəcəyini vəd edərək vəzifəli şəxsə vermək adı ilə deyil, özü üçün hər hansı əmlakın və ya əmlaka olan hüququn verilməsini istəyib aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə həmin əmlakın (əmlaka olan hüququn) ələ keçirilməsi yalnız dələduzluq kimi qiymətləndirilir. Belə halda təqsirkar rüşvətxorluqda vasitəçi kimi iştirak etmədiyindən əmlakı ələ keçirilmiş şəxs zərər çəkmiş, cinayət təqibi zamanı mülki iddia verdikdə isə - həm də mülki iddiaçı kimi tanınmalıdır. X55 24-cü bəndində qeyd edilir ki, Məhkəmə təcrübəsinə görə, bir sıra hallarda dələduzluq cinayəti təqsirkar tərəfindən özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə törədilir. Məhkəmələrə izah edilsin ki, təqsirkarın belə hərəkəti aldatmanın üsulu kimi çıxış etdiyinə görə onun əməlinin əlavə olaraq CM-nin 310-cu maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. Lakin özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar dələduzluq cinayətini törədən şəxs özgənin əmlakını (əmlaka olan hüququnu) ələ keçirməklə yanaşı, fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan digər hərəkətlər də törətdikdə onun əməli cinayətlərin məcmusu üzrə CM-nin 178 və 310-cu maddələri ilə tövsif edilir. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 310, 32.4, 312.2 və 320.1-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.2, 29,178.2.4, 178.2.1, 178.2.2, 178.2.4, 32.5, 310 və 32.4, 312.2-ci maddələri, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinməlidirlər. Beləliklə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 310 və 32.4 312.2 və 320.1-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.2, 29,178.2.4, 178.2.1, 178.2.2, 178.2.4, 32.5, 310 və 32.4, 312.2-ci maddələri, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə cəza təyin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15 yanvar 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir. (cild 02, i.v 91) İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyətinin 22 fevral 2021-ci il tarixli, 373 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 ünvan 25 ünvanında qeydiyyatdadır, ailə tərkibi atası X59, anası X27, arvadı X33, oğlu X34 və qızı X5 ibarətdir. Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə şifahi və ya yazılı şikayət daxil olmamışdır. (cild 02, i.v. 40-43) İş materiallarında olan 09.06.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X32 Təqsirləndirilən şəxs1 ilə barışmış, ona vurulmuş maddi ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs1 qarşı şikayəti, tələbi yoxdur, onun cinayət məsuliyyətinə cəlb edilməsini istəmir. İş materiallarında olan 26.05.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Şahid10 Təqsirləndirilən şəxs1 ilə barışmış, ona vurulmuş maddi ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs1 qarşı şikayəti, tələbi yoxdur, onun cinayət məsuliyyətinə cəlb edilməsini istəmir. İş materiallarında olan 05.07.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Şahid5 Təqsirləndirilən şəxs1 ilə barışmış, ona vurulmuş maddi ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs1 qarşı şikayəti, tələbi yoxdur, onun barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsinə etiraz etmir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələri rəhbər tutaraq, Təqsirləndirilən şəxs1 dələduzluq cinayət əməli üzrə vurduğu maddi ziyanı qismən ödəməsini, himayəsində iki azyaşlı uşağının olmasını, müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə cinayətini təkrar törətməsini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, qeyrilərinin rüşvət verməyə təhrik etmə cinayətini qabaqcadan əlbir olan bir qrup şəxs qismində törətməsini isə həmin Məcəllənin 61.1.3-cü maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 29 yanvar 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir. (cild 02, i.v. 139) İş materiallarında olan 09.09.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, vətəndaş Şahid12 Təqsirləndirilən şəxs2 ilə barışmış, ona vurulmuş maddi ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs2 qarşı şikayəti, tələbi yoxdur, onun cinayət məsuliyyətinə cəlb edilməsini istəmir. İş materiallarında olan 23.09.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, vətəndaş Şahid11 Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş maddi zərər ödənilməmiş, lakin buna baxmayaraq, Təqsirləndirilən şəxs2 qarşı şikayəti, iddiası yoxdur. İş materiallarında olan 07.09.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, vətəndaş X12 Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət, tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrini rəhbər tutaraq, Təqsirləndirilən şəxs2 vurduğu maddi ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirən hal kimi, qeyrisinin vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə cinayətini törətməsində təkrarən köməkçilik etməsini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, qeyrilərinin rüşvət verməyə təhrik etmə cinayətini qabaqcadan əlbir olan bir qrup şəxs qismində törətməsini isə həmin Məcəllənin 61.1.3-cü maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30 yanvar 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir. (cild 02, iş vərəqə 141) İş materiallarında olan 05.07.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, vətəndaş Şahid5 Təqsirləndirilən şəxs3 ilə barışmış, ona vurulmuş maddi ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs3 qarşı şikayəti, tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 vurduğu maddi ziyanı könüllü olaraq tamamilə ödəməsini, həmin Məcəllənin 59.1.4cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, onun barəsində cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. AR CM-in 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs3 cəza onun təqsirli bilindiyi maddələrə görə AR CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsirini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah edilmələri mümkün olmadığından, onlara təqsirli bilindikləri maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamında qeyd edilir ki, İbtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Qeyd edilən Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. Həmin Sərəncamın 13-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması məhkəmələrə tövsiyyə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs3 tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid edilmədən də islah edilməsi mümkün olduğundan, ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində cərimə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair 14 noyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs1 AR CM-in 178.3.2-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə, Təqsirləndirilən şəxs2 AR CM-in 29,178.2.1, 29, 178.2.2, 29,178.2.4, 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrinin və Təqsirləndirilən şəxs3 AR CM-in 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyası daxilində cərimə növündə cəza təyin edilərkən həmçinin müəyyən vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətlərin məcmusuna az ağır və ağır cinayətlər daxil olduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunan əsas cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə uyğun olaraq qismən toplanılmalı, həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 törətdiyi cinayətlərin məcmusuna az ağır cinayətlər daxil olduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olan əsas cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə uyğun olaraq qismən toplanmalı, həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilməli və Təqsirləndirilən şəxs3 qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə və Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə tapşırılmalıdır. İş materiallarında olan 25 dekabr 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Binəqədi rayon Məhkəməsinin 26.12.2020-ci il tarixli, 4(001)-1025/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli 25 dekabr 2020-ci il tarixdən hesablanmışdır. (cild 01, i.v. 37-40; 130-136) Odur ki, Təqsirləndirilən şəxs1 barəsində cəzaçəkmə müddətinin əvvəli 25 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 15 aprel 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild 04, i.v. 164-165) Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onların barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı, barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 özünə hazırladığı saxta 123 nömrəli xidməti vəsiqə, "xxxx" ASC-yə məxsus, 4169 7332 2940 5472 nömrəli, X19 adına rəsmiləşdirilmiş “1Kart”, 29 dekabr 2020-ci il tarixli baxış protokoluna əsasən Təqsirləndirilən şəxs1 istifadəsində olan əl çantasının içərisindən aşkar edilərək götürülmüş, üzərində “SP”, “Silicon Power” və “4 GB” yazıları olan, yaşıl rəngli elektron yaddaş kartı, 25 dekabr 2020-ci il tarixli xidməti məktubla Baş İdarənin əməliyyat idarəsindən istintaqa təqdim edilmiş və Təqsirləndirilən şəxs1 telefon danışıqlarını özündə əks etdirən, cinayət işinin İ cildinin 28-ci səhifəsində olan “CD” disk, Bakı şəhəri, 9 saylı notariat kontorunda bağlanmış, 18.06.2020-ci il tarixli, 3M- 676 nömrəsi ilə qeydiyyata alınmış Kredit Müqaviləsi, 1 saylı Bakı “Asan Xidmət” mərkəzindəki notariat kontorunda bağlanmış, 10.11.2019-cu il tarixli, 3M-443 nömrəsi ilə qeydiyyata alınmış Kredit Müqaviləsi və Bakı şəhəri, 21 saylı notariat kontorunda bağlanmış, 14.12.2020-ci il tarixli, 3M-917 nömrəsi ilə qeydiyyata alınmış Kredit Müqaviləsi cinayət işinin materiallarında saxlanılmalı, AR Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin maddi sübutların saxlanılma otağında saxlanılan “X80 8” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.3-cü maddəsinə uyğun olaraq ekspertiza tədqiqatının dəyərini təşkil edən 114,52 manat məbləğində pul, şəxslərin təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyətləri nəzərə alınaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 64,52 manat, Təqsirləndirilən şəxs2 25 manat və Təqsirləndirilən şəxs3 25 manat məbləğində tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 345, 346, 347, 351- 353, 356-cı maddələrini rəhbər tutub məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 310, 32.4, 312.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə AR CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 il 06 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası, AR CM-in 320.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş əsas cəzalar qismən toplanılsın, həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilsin və ona qəti olaraq 01 il 06 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 25 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.1, 29,178.2.2, 29,178.2.4, 178.2.1, 178.2.2, 178.2.4, 32.5, 310 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.1, 29,178.2.2, 29,178.2.4, 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə AR CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 il 06 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 5000 (beş min) manat məbləğində cərimə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 310-cu maddəsi ilə 2000 (iki min) manat məbləğində cərimə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 8000 (səkkiz min) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş əsas cəzalar qismən toplanılsın, həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilsin və ona qəti olaraq 01 il 06 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 9000 (doqquz min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunsun, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə və Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə AR CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4.000 (dörd min) manat məbləğində cərimə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 5.000 (beş min) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin edilmiş əsas cəzalar qismən toplanılsın, həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilsin və ona qəti olaraq 01 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 5600 (beş min altı yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunsun, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə və Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə tapşırılsın. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs1 özünə hazırladığı saxta 123 nömrəli xidməti vəsiqə, "xxxx" ASC-yə məxsus, 4169 7332 2940 5472 nömrəli, “1Kart”, üzərində “SP”, “Silicon Power” və “4 GB” yazıları olan, yaşıl rəngli elektron yaddaş kartı, Təqsirləndirilən şəxs1 telefon danışıqlarını özündə əks etdirən “CD” disk, 18.06.2020-ci il tarixli, 3M-676 nömrəsi ilə qeydiyyata alınmış Kredit Müqaviləsi, 10.11.2019-cu il tarixli, 3M-443 nömrəsi ilə qeydiyyata alınmış Kredit Müqaviləsi və 14.12.2020-ci il tarixli, 3M-917 nömrəsi ilə qeydiyyata alınmış Kredit Müqaviləsi cinayət işinin materiallarında saxlanılsın, AR Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin maddi sübutların saxlanılma otağında saxlanılan “X80 8” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 yaxın qohumlarına qaytarılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza xərcinin dəyərini təşkil edən 114,52 manat məbləğində pul, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 64,52 manat, Təqsirləndirilən şəxs2 25 manat və Təqsirləndirilən şəxs3 25 manat məbləğində tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev Hakimlər: Azər Paşayev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-1113/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1113/2021
18.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver