Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1113/2025 28.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, müdafiəçilər - Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxs X8 hüquqi varisi X4 və onun nümayəndəsi Bakı şəhəri “Universal” Vəkil Bürosunun vəkili Nümayəndə Əlinağı oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2007-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Füzuli rayonunun Dilağarda kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 221.3 və 228.4-cü (7 mart 2025-ci il tarixədək qüvvədə olan redaksiya) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən bir ədəd soyuq silah hesab olunan zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan, tiyəsinin orta xətt üzrə uzunluğu 97 mm olan ov bıçağını və bir ədəd soyuq silah hesab olunan zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan, tiyəsinin yuxarı kənarın konturu üzrə uzunluğu 145 mm olan ov bıçağını əldə edib Bakı şəhərində üzərində gəzdirmiş və törətdiyi xüsusilə ağır cinayətlə əlaqədar 16 noyabr 2024-cü il tarixdə təqsirini boynuna almaqla Bakı şəhəri, Nizami RPİ-nin 25-ci polis şöbəsinə gələrək həmin bıçaqları təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 16 noyabr 2024-cü il tarixdə saat 22:30 radələrində ünvan 2 ünvanında yerləşən “Məhəllə” adlı kafeyə daxil olmaq istəyərkən, həmin kafenin qarşısında dayanmış X14, Zərərçəkmiş şəxs və qeyrilərinə öz aralarında nalayiq ifadələr işlətməklə yüksək səslə danışmalarına iradını bildirməsi ilə əlaqədar Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı ictimai yer olan qeyd edilən kafenin qarşısında əsaslı səbəb olmadan ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək, digər şəxslərin narahatlığına səbəb olmaqla zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib yüksək səslə nalayiq ifadələr işlətməklə yumruqla Zərərçəkmiş şəxs baş, sifət nahiyyələrinə zərbələr vuraraq sonuncuya sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən burun belinin sıyrığı xəsarətini yetirdikdən sonra qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək kafenin qarşısındakı yolda Ümid Soltanov ilə də mübahisə edib əlbəyaxa olarkən cüzi səbəb kimi bunu bəhanə edərək özünün şəxsiyyətini Ümid Soltanovun şəxsiyyətinin fövqündə qoymaqla ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək xuliqanlıq niyyəti ilə üzərində gəzdirdiyi soyuq silah hesab olunan bir ədəd ümumi təyinatlı qatlanan ov bıçağı ilə Ümid Soltanovun həyat üçün əhəmiyyət kəsb edən orqanlarının yerləşdiyi qalça nahiyəsinə 1 dəfə qüvvətli zərbə vuraraq sonuncuya sağlamlığa ağır zərər vurmaya aid, ölümünə səbəb olan kəskin qanitirmə ilə nəticələnən aortanın zədələnməsi və sol peritonarxası boşluğun hematoması ilə müşayiət olunan sol qalça tininin bayır səthinin daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yara xəsarətini yetirərək xuliqanlıq etmiş və Ümid Soltanovu xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 9-cu sinfədək orta ümumtəhsil məktəbində oxumuş, 2021-ci ildə 13 nömrəli Bakı Kompüter Peşə Liseyinin kompüter təmiri fakültəsinə qəbul olmuş, məlum hadisəyədək Bakı Kompüter Peşə Liseyinin 3-cü kurs tələbəsi olmuşdur. Uşaq vaxtlarından idmanlaqaydasız döyüşlə məşğul olmuşdur. Hadisə baş verən gün o, özünə təzə paltar almış, köhnə paltarlarını isə “Məhəllə” adlı kafedə qoymuşdur. O, paltarlarını götürmək üçün dostları ilə kafeyə getmiş, kafedən çıxanda qohumu ilə görüşüb söhbət etmişdir. Həmin vaxt yanında 3 dostu-Rəvan, Fəyyaz və Emil də olmuşdur. Kafedə çay içmiş, spirtli içki qəbul etməmişlər. 16 noyabr 2024-cü il tarixdə axşam saat 22:30 radələrində “Məhəllə” kafesinin qarşısında tanımadığı 8 nəfər şəxsin bir-birilərinə ətrafdakı insanların eşidəcəyi tonda, yüksək səslə söyüş söydüklərini eşitmişlər. Həmin şəxslər kafenin girişindən 10 addım kənarda dayanmışlar. Həmin şəxslərdən adını bilmədiyi bir nəfər onları “ayə” deyə çağırmış, sonra nalayiq ifadələrlə onu təhqir edib, söyüş söymüşlər. O, arxaya dönüb baxmışdır ki, həmin şəxs onlara söyüş söyür. O, həmin şəxslərə irad bildirmişdir ki, burada ailələr var, yaşayış yeridir, söyüş söymək olmaz. Bir nəfər adını bilmədiyi oğlan da ona demişdir ki, “Qardaşım, içkilidir, yola ver, fikir vermə” O, da “heç nə, işinizdə olun” demişdir. Onlar 4 nəfər, adını sonradan bildiyi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və dostları isə birlikdə 8 nəfər olmuşlar. Söyüş söyən şəxs-Zərərçəkmiş şəxs qaça-qaça üstünə gəlib ona söyüş söymüş, “nə deyirsən sən?!” deyərək yumruqla başından vurmuş, lakin o, yerə yıxılmamış, Zərərçəkmiş şəxs yumruq vurmağa başlamışdır. Adil onu vurarkən söyüş söymüş, o isə qarşılıq verməmişdir. Onun ətrafındakı oğlanların hamısı onun üstünə tökülüşmüş və ona söyüş söyərək vurmağa başlamışlar. Həmin şəxslər onu təkləyib döyməyə başlamışlar. O, arxaya çəkilib özünü müdafiə etməyə başlamış, o qədər zərbə almışdır ki, başını qaldırmağa halı olmamışdır. Buna görə, həmin vaxt dostları Rəvan, Feyyaz və Emilin həmin vaxt nə etdiklərini bilməmişdir. Qarşı tərəf onu davanın sonuna kimi döymüş, dava davam edərkən ətrafda kimsə olub-olmadığını bilməmiş, amma kafeyə yaxınlaşarkən onlardan başqa kimsə olmamışdır. O, Zərərçəkmiş şəxs və dostlarının onu öldürmək məqsədi ilə döydüklərini anlamış, anlamışdır ki, əgər özünü qorumasa, ölə bilər. Bu səbəbdən, cibindəki bıçaqla onu vuran şəxslərdən birini-ad və soyadının sonradan Ümid Soltanov olduğunu bildiyi şəxsi vurmuşdur. Hər gün üzərində bıçaq gəzdirməsə də, hadisə günü cibində iki bıçaq olmuş, həmin bıçağın soyuq silah olmasından məlumatsız olmuşdur. Üzərində olan bıçaqların ikisi də yan-yana, cibində olmuş, bıçağın sadəcə birini götürmüşdür. Bıçaqların ölçüsünə görə bir fərqi olubolmadığını bilməmiş, təsüdafən əlinə keçən bıçağı götürərək Ümidi vurmuşdur. Ümidi vurandan sonra onlar arxaya çəkilmiş, o da qaçıb arxa məhəllə tərəfə, Rəşid Süleymanov adlı tanışının evinə getmiş, sonra dostları da onun yanına gəlmişlər. Dostları ilə hadisə barədə danışmış, ona irad tutmuşlar. Dostları onun Ümidi bıçaqla vurduğunu görmədiklərini demişdir. Ümidi vurduğunu ondan başqa kiminsə görüb görmədiyini bilmir. Dostları ona irad tutaraq niyə Ümid Soltanovu bıçaqla vurduğunun səbbəini soruşduqda bunu etməyə məcbur qaldığını, Adil və onun yanındakı şəxslər tərəfindən çox pis döyüldüyünü demişdir. Sonra evdən çıxıb getmiş çox həyəcanlı olmuş, hadisə barədə Rabil Qubadov və Natiq Məmmədov adlı tanışlarına da məlumat vermiş, Ümidin öldüyünü bildikdə polisə gedib təslim olmuş və üzərində olan bıçaqları könüllü təhvil vermişdir. Bıçağın üzərində və əlində qan izinin olub-olmadığını xatırlamır. Bölməyə gedəndə həkim də onu müayinə etmiş, lakin ekspertiza rəyində xəsarətlərini qeyd etməmişlər. Onu ilk vuran şəxsin kim olduğunu bilməmiş, sonradan polislərdən eşitmişdir ki, onu Zərərçəkmiş şəxs vurmuşdur. Elə davanın başlanmasına səbəb də Adil olmuşdur. X33 öldürmək niyyəti olmamışdır, belə ki, onun mərhuma başqa bıçaq zərbələri vurmaq üçün fürsəti olsa da, bunu etməmişdir. Bildirir ki, onun Ümidi öldürmək niyyəti olsaydı, daha çox bıçaq zərbəsi vurardı. Aldığı zərbələr nəticəsində huşunu itirmək üzrə olduğundan, Ümidin harasından bıçaqla vurduğunu da bilməmişdir. Vurduğu bıçaq zərbəsindən Ümidin ölə biləcəyi də ağlına gəlməmişdir. Sadəcə ona hücum edən şəxlərdən özünü qorumaq istəmişdir. İbtidai istintaq dövründə verdiyi ilkin ifadəsini təsdiq etmir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və mərhum Ümid Soltanovu əvvəllər tanımamışdır. Əməlindən peşmandır. Ona görə peşmandır ki, o, istəməzdi ki, Ümid Soltanov ölsün, nə onun, nə də Ümidin ailəsi gözüyaşlı qalsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq dövründə verdiyi ilkin ifadəsi arasında ziddiyyət olduğu üçün onun cinayət işinin İ cildinin 128-131-ci vərəqlərindəki ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, ailəsi ilə - atası X17, anası - X5, qardaşı - X19, bacısı - X20 ilə birlikdə yaşamış, işləmir. 10 yaşından MMA döyüş növü ilə məşğul olmuş, 1-ci sinifdən 9-cu sinifə kimi Nizami rayonunda yerləşən 12 nömrəli tam orta məktəbdə oxumuş, 2021-ci ildə 13 nömrəli Bakı Kompüter Peşə Liseyinin kompüter təmiri fakültəsinə qəbul olunmuş, hazırda həmin liseyin 3-cü kurs tələbəsidir. Əvvəllər məhkum olunmamış, barəsində polis və ya başqa orqanda araşdırma aparılmamış, heç bir psixi xəstəlikdən əziyyət çəkmir. Narkoloji və psixoloji kabinetlərdə qeydiyyatı yoxdur. 16 noyabr 2024-cü il tarixdə saat 6-7 radələrində dostları Şahid5 və Kənan ilə birlikdə Nizami rayonu, Özbəkistan küçəsində yerləşən “Məhəllə” kafesində gedərək orada çay içmiş, bir qədər sonra dostu Fəyyaz da gələrək onlara qoşulmuş, çox keçməmiş Şahid7 adlı dostu da onlara qoşularaq onlarla çay içmiş, axşam saat 9 radələrində o, Şahid5, Fəyyaz və Şahid7 həmin kafedən çıxaraq 9-cu mikrorayona getmiş, oraya babasının bacısının nəvəsi Ayxan Kazımovun dəvəti ilə getmiş, Ayxanla onun yaxın münasibəti olmuş, Ayxan onu dərdləşmək üçün yaşadığı əraziyə - 9-cu mikrorayona çağırmış, o da həmin vaxt dostları ilə olduğu üçün həmin şəxslərə də onunla gəlmələrini təklif etmiş, dostları da onun dəvəti ilə gəlmiş, saat 22 radələrində o, Şahid5, Fəyyaz və Şahid7 taksi ilə qayıdaraq Nizami rayonunda yerləşən YAP-m inzibati binasının qarşısında düşmüş, ilk əvvəl marketə daxil olub spirtsiz qazlı içki aldıqdan sonra piyada Özbəkistan küçəsində yerləşən "'Məhəllə” kafesinə doğru yenmiş, kafenin qarşısında tanımadığı 4-5 nəfər şəxs dayanmış, həmin şəxslər öz aralarında birbirilərinə “q***ə, p****r, g****** q” söyüşləri söymüş, həmin şəxslər bir-birilərinə söyüş söyürdülər ki, onlar hamısı kafeyə girmək istəmiş, həmin vaxt arxadan bir nəfər şəxs “ayə” deyə onları səsləmiş, o, arxaya çevrilərək “yaşayış yeridi, ailə keçir, söyüş söyməyin” deyə bildirmiş, həmin vaxt tanımadığı 4-5 nəfər şəxsin içindən 1-i ona “qardaşım, içkilidi” deyə bildirmiş, həmin şəxs ona söyüş söyən şəxsin içkili olduğunu və yola verməyini deməyə çalışmışdır. Onun məqsədi orada mübahisə, dava-dalaş yaratmaq olmamış, tanımadığı həmin şəxs ona “qardaşım, içkilidi” deyən kimi həmin şəxslərin aralarında palto geyinmiş, nisbətən hündür boylu, dolu, yaşı 30-dan yuxan olan şəxs onun üzərinə gələrək baş nahiyəsindən bir dəfə yumruq zərbəsi vurmuş, o da həmin vaxt qarşılıq verməyə çalışmış, həmin şəxs ondan hündür və güclü olmuş, onun yumruq zərbələri həmin şəxsin üzünə dəymiş, düzdür, bəlkə də, onun zərbələri həmin şəxsə təsir etməmiş, lakin zərbələr üzünə dəymişdir. Onların arasındakı əlbəyaxa mübahisə “Məhəllə” kafesinin girişindəki səkidə başlamış və onlar demək olar 5-10 saniyə içində yolun kənarına çıxmış, digər şəxslər isə onları ayırmış, həmin vaxt baş nahiyəsindən yumruq zərbəsi vurub ona “p****rJ’ demiş, bu zaman o, əsəbləşərək əvvəlcədən idman gödəkçəsin in sağ cibində gəzdirdiyi açılıb-qatlanan bıçağı sağ əlinə götürərək Ümid Soltanovun qarın nahiyəsindən 1 dəfə zərblə vurmuş, həmin vaxt Ümid Soltanov müvazinətini itirməyə başlamış, ətrafda onları ayırmağa çalışan tanışları isə onun bıçaq çıxardığını gördükdən sonra nisbətən aralanmış, onların arasındakı mübahisə qısa müddət kəsiyində olmuş, mübahisə başdan sona ümumilikdə təxminən 1 dəqiqə çəkmiş, o, Ümid Soltanova 1 dəfə bıçaqla zərbə vurduqdan sonra bıçağı cibinə qoyaraq hadisə yerindən uzaqlaşıb getmiş, o, ilk öncə evə gedərək ailə üzvləri ilə vidalaşdıqdan sonra könüllü şəkildə Nizami RPİ-nin 25-ci PŞ-yə gələrək təslim olmuş, Ümid Soltanovun ölməsi ilə bağlı peşmançılıq çəkir. Hadisə baş verən vaxt yanında dostları - Şahid5, Fəyyaz və Şahid7 və qarşı tərəfdən olan 4-5 nəfər tanımadığı şəxs olmuşdur. Həmin vaxt Ümid Soltanovun ona “p****r” deyə bildirməsi onu əsəbləşdirdiyindən Ümidin qarın nahiyəsinə öldürmək məqsədilə 1 dəfə bıçaqla vurmuş, bıçağın tiyəsi uzun olmuş, o, bilmişdir ki, 1 bıçaq zərbəsi ilə Ümid Sultanov öləcək. Baş vermiş hadisə vaxtı üzərində tünd göy rəngli idman dəsti və tünd göy rəngli idman ayaqqabısı olmuşdur. Ümid Soltanovu bıçaqlamazdan öncə sonuncunun bədənində başqa bir xəsarət olmasını görməmişdir. Baş vermiş hadisə vaxtı ayıq olmuş, ümumiyyətlə, narkotik vasitə, psixotrop maddələrdən istifadə etmir, spirtli içki isə hərdən bir qəbul edir. Ümid Soltanov isə sərxoş vəziyyətdə olmuşdur. Baş vermiş hadisədən öncə bədənində heç bir xəsarət olmamışdır. Hadisə vaxtı istifadə etdiyi bıçağı illər öncə xatırlamadığı mağazadan almış, üzərində özünü qorumaq üçün 2 bıçaq gəzdirmiş, həmin bıçaqları könüllü təslim olan zaman polisə təhvil vermişdir. Ümid Soltanovun ona qarşı “p****r ifadəsini işlətməsi onu çox əsəbləşdirmiş, bu səbəbdən əsəbləşərək bıçaqla Ümidə zərbə vurmuş, həmin vaxt məqsədi Ümidi öldürmək olmuş, bu səbəbdən sonuncuya hər hansı formada tibbi müdaxilə göstərmək istəməmiş və hadisə yerindən uzaqlaşıb getmiş, lakin hazırda törətdiyi əməldən peşmandır. O, uzun illərdir ki, ***-***-**-** mobil telefon nömrəsini işlədir və başqa nömrəsi yoxdur. Ona yalnız palto geyinmiş, nisbətən hündür boylu, dolu, yaşı 30-dan yuxan olan şəxs və Ümid Soltanov vurmuş, başqa heç kəs vurmamışdır. Verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs qeyd olunan ifadəsini təsdiq etmədiyini, ibtidai istintaq zamanı növbəti dəfə dindirilərkən verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, 2 oğlu (X14 və Şahid1) var. Hadisə nəticəsində oğlu Ümid Soltanov qətlə yetirilmişdir. Mərhum oğlu Ümid Soltanov "xxxx" MMC-də lift mexaniki vəzifəsində işləməklə ünvan 3 ünvanında digər oğlu Şahid1la birlikdə yaşamış, oğlu Ümid Soltanovun heç kəslə düşmənçiliyi və ya ədavəti olmamış, əvvəllər məhkum olunmamış, heç bir psixi xəstəlikdən əziyyət çəkməmiş, narkoloji və ya psixoloji kabinetlərdə qeydiyyatı olmamışdır. Ümid subay olmuş, lakin yaxın zamanlarda Ümidə toy məclisi etməyi düşünmüşlər. 17 noyabr 2024-cü il tarixdə səhər saatlarında ona xəbər vermişlər ki, oğlu Ümid Soltanov 16 noyabr 2024-cü il tarixdə gecə saatlarında qətlə yetirilmiş, o, sonradan bilmişdir ki, oğlunu qətlə yetirən Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs adlı birini, ümumiyyətlə, tanımamış, ona oğlunun Təqsirləndirilən şəxsla aralarında baş vermiş əlbəyaxa mübahisədən sonra sonuncu tərəfindən bıçaqlanaraq öldürüldüyünü demişlər. Mərhum oğlu Ümid Soltanov sağlığında ***-***-**-** və ***-***-**-** mobil nömrələrini işlətmiş, sonuncunun başqa nömrəsi olmamışdır. Mərhum oğlu sakit, öz işində olan, zəhmətkeş biri olmuş, dalaşqan birisi olmamışdır. Ümid öz savadı ilə universitetə qəbul olub işləmiş, böyük-kiçik yeri bilən adam olmuşdur. Təqsirləndirilən şəxs oğlunu həyatdan məhrum edərək onlara böyük acı yaşatmışdır. Oğlunun ölümündən sonra anası yıxılmış, komaya düşmüş, həyat yoldaşı isə şəkər xəstəliyinə tutulmuşdur. Özünün isə psixikası tamamilə pozulmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, Təqsirləndirilən şəxs üzərində iki bıçaq gəzdirməyi elə ona dəlalət edir ki, deməli o, əvvəlindən qatil ruhunda böyümüş, düşüncəsi kriminal düşüncəyə köklənmişdir. Odur ki, ona və ailəsinə bu cür acı yaşatdığına görə Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş ən ağır həddə cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, mərhum X14 onunla iş yoldaşı olmuşdur. Onlar birlikdə lift elektromexaniki işləmişlər. 16 noyabr 2024-cü il tarixdə saat 13 radələrində o, Şahid4 adlı keçmiş məhəllə yoldaşına və Şahid3 adlı uşaqlıq dostuna zəng edərək axşam görüşüb birlikdə “yeyib içməyi” təklif etmiş, onlar axşam saat 18-19 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Faxralı” kafesində yeyib-içmək üçün yığışmış, görüşdə o, Teyyub, Namiq, Ramil, Şahid1 və Ümid Soltanov olmuşdur. Ümidlə Toğrul qardaşdırlar. Həmin kafedə yeyib-içdikdən sonra Nizami rayonu, Özbəkistan küçəsində yerləşən hamama getmiş, hamamda təxminən 1-2 saat yuyunduqdan sonra getmək qərarına gəlmişlər. Hamamdan çıxdıqdan sonra ən qabaqda Teyyub, arxasınca o, Toğrul və Ümid yanbayan, onlardan arxada isə Ramil ilə Namiq üzü “Qara Qarayev” metrostansiyası tərəfə piyada getmişlər. Həmin görüşdə o, bir qədər çox spirtli içi içmiş, bu səbəbdən sərxoş vəziyyətdə olmuş, aralarında təkcə Teyyub içməmiş, onlar piyada hərəkətdə olan vaxt “Məhlə” adlı kafeyə çatana yaxın Toğrulla bir-birilərinə zarafatca söyüş söymüşlər. Ola bilər ki, içkili olduqlarından səsləri bir az yüksək çıxmış, həmin vaxt qarşıdan 3-4 nəfər yeniyetmə gəlmiş, onlar bir-biriləri ilə söyüşlə danışan vaxt öz aralarında bir-birilərinə “ayə” deyə müraciət etmiş, qeyd edilən vaxt həmin şəxslərdən biri, sonradan adının Həsən olduğunu öyrəndiyi şəxs “qaqaş, söyüş söyməyin, yaşayış yeridi” deyə bildirmiş, bu sözdən sonra Teyyub Həsənə: “qaqaş içkilidilər, yola ver” demiş, bundan sonra o, özündən yaşca kiçik olan birinin ona irad bildirməsinə əsəbləşərək Həsənin üzərinə gedib sonuncunun baş nahiyəsinə 1 dəfə yüngül sillə zərbəsi vurmuş, bundan sonra Həsən də əsəbləşərək onun sifət nahiyyəsinə 2 dəfə yumruq zərbəsi vurmuş, Həsən onu vura vura küçə söyüşləri də söymüş, bu zaman Teyyub araya girərək onları ayırmağa çalışmış, Həsən ona yumruqla bir neçə dəfə zərbə vurandan sonra o, zərbənin təsirindən yerə çökmüş, lakin yıxılmamışdır. Bu vaxt Toğrul ilə Ümid də məsələyə qarışmış, Toğrul Həsənlə və ya qeyrisi ilə əlbəyaxa olmamış, sadəcə mübahisəni sakitləşdirməyə çalışmış, bu zaman Namiq gələrək Toğrul ilə onu çəkib aparmış, həmin an Həsən Ümidlə davaya davam etmiş, Namiq də onunla Toğrulu tutaraq hər ikisini kənara çəkməyə çalışmışdır. Onların üzü mübahisə olan tərəfə, Namiqin isə üzü əks tərəfə olmuş, çünki Namiq onların qarın nahiyəsindən tutaraq onları itələyib mübahisədən uzaqlaşdırmağa çalışmışdır. Sonradan Teyyub, Ramil ikilikdə Ümid ilə Həsəni ayırmağa çalışmış, bundan sonra Teyyub kənara çəkilmiş, Həsənlə Ümid isə dalaşaraq səkidən yola doğru çıxmış, Ramil də var gücü ilə Ümidlə Həsəni ayırmaq istəmiş, bir anda Toğrul “qardaşımı vurdular’' deyə qışqırmağa başlamış, onlar (o, Toğrul və Namiq) Həsənlə Ümidin mübahisə etdiyi yerdən 10 metr aralıda olmuş, Toğrul “qardaşımı vurdular” deyə qışqıran kimi Namiq onlar Ümidə tərəf getmiş, Həsən və dostları hadisə yerindən qaçıb uzaqlaşmışlar. O, Ümidin artıq yerdə uzanmasını və üst-başının qan içində olmasını görmüş, bundan sonra təcili tibbi yardım xidmətinə və hüquq mühafizə orqanlarına məlumat vermiş, təcili tibbi yardım avtomobili gələnədək Ümid artıq vəfat etmişdir. Ona məxsus olan “Honor” markalı mobil telefonu hamamdan çıxarkən saxlaması üçün Ümidə vermiş, o, sərxoş olduğu üçün belə etmişdir. Hadisə baş verən vaxt da onun mobil telefonu Ümidin üzərində olmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, hamamdan çıxdıqdan sonra “Məhəllə” kafesinin qarşısına çatarkən o, Toğrul ilə söyüşlü zarafat etmiş, bu zaman qarşıdan gələn 3-4 nəfər ona söyüş söydüyünə görə irad bildirmiş, bundan sonra o da əsəbləşib həmin adamı, yəni Həsəni vurmuş və beləcə dava yaranmışdır. Hadisə baş verən vaxt yanında dostları Toğrul, Teyyub, Ümid, Ramil, Namiq olmuş və qarşı tərəfdən olan 3-4 nəfər tanımadığı şəxs olmuşdur. Baş vermiş hadisə vaxtı üzərində boz rəngli gödəkçə, tünd göy rəngli cins şalvar, boz rəngli uzunqol kofta, qara rəngli dəri makasin ayaqqabı olmuşdur. O, baş vermiş mübahisə zamanı yalnız Həsəni vurmuş, onu vuran şəxs də yalnız Həsən olmuş, başqa heç kimi vurmamış, Həsəndən başqa kimsə də ona vurmamışdır. O, kiminsə əlində deşici-kəsici alət görməmiş, Toğrul “qardaşımı vurdular” deyə qışqırandan sonra Ümidin yanına getdikdə sonuncunun bıçaqlandığını görmüşdür. Həsənin ondan yaşca balaca ola-ola ona irad bildirməsi acığına gəlmiş, bu səbəbdən Həsəni ərk edərək vurmuş, məqsədi, sadəcə, sonuncuya böyük kiçik yerini bildirmək olmuşdur. Mübahisə cəmi 30-40 saniyə çəkmiş, hər şey bir anın içində baş vermiş və məlum sonluqla nəticələnmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mərhum qardaşı Ümid Soltanov “"xxxx" MMC-də -də lift mexaniki vəzifəsində işləməklə onunla birlikdə Bakı şəhərində yaşamış, qardaşı Ümid Soltanovun heç kəslə düşmənçiliyi və ya ədavəti olmamış, sonuncu əvvəllər məhkum olunmamış, heç bir psixi xəstəlikdən əziyyət çəkməmiş, narkoloji və psixoloji kabinetlərdə qeydiyyatda olmamışdır. Qardaşı Ümid subay olmuş, yaxın zamanlarda sonuncuya toy məclisi etməyi düşünmüşlər. 16 noyabr 2024-cü il tarixdə saat 13 radələrində keçmiş iş yoldaş Zərərçəkmiş şəxs ona mesaj yazaraq axşam saatlarında görüşüb birlikdə “yeyib-içməyi” təklif etmiş, Adil ondan başqa Şahid2, Şahid4, Şahid3 də dəvət etmiş, həmin gün axşam saat 18-19 radələrində onlar Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Faxralı” kafesində yeyib-içmək üçün yığışmışlar. Görüşdə o, qardaşı Ümid, Şahid2, Şahid3, Zərərçəkmiş şəxs və Şahid4 olmuş, həmin kafedə yeyib-içdikdən sonra Nizami rayonu, Özbəkistan küçəsində yerləşən hamama getmiş, hamamda təxminən 1-2 saat yuyunduqdan sonra evlərimə getmək qərarına gəlmişlər. “Faxralı” kafesində Şahid3 başqa hamısı 2 litrə yaxın spirtli içki olan araq içmişlər. Hamamda olarkən isə Şahid3 başqa hamısı təxminən 2 bokal da pivə içmişlər. Hamamdan çıxdıqdan sonra o, qardaşı Ümid, Adil, Teyyub üzü Qara Qarayev metrostansiyası tərəfə piyada getmiş, Namiq və Ramil isə onlardan bir az arxada irəliləmiş, həmin vaxt Teyyubdan başqa hamı spirtli içki olan araq və pivədən içdikləri üçün sərxoş vəziyyətdə olmuş, onlara nisbətən Zərərçəkmiş şəxs bir qədər daha çox sərxoş olmuş, həmin vaxt onlar içkili olduqlarından öz aralarında bir-birilərinə “g*******q; q***ə” deyə söyüşlər söymüşlər. Elə bi vaxt qarşı tərəfdən 4 nəfər azyaşlı uşaq gəlmiş, söyüşlə danışan vaxt öz aralarında bir-birilərinə “ayə” deyə müraciət etmişlər. Həmin şəxslərdən biri, sonradan adının Həsən olduğunu öyrəndiyi şəxs “qaqaş, söyüş söyməyin, yaşayış yeridi” deyə bildirmiş, bu sözdən sonra Teyyub həmin şəxsə: “qaqaş içkilidilər, yola ver” demiş, bundan sonra Adil yaşadığı məhəllədə özündən yaşca kiçik birinin onlara irad bildirməsinə əsəbləşərək Həsənin üzərinə gedib onun baş nahiyəsinə 1 dəfə yüngül sillə zərbəsi vurmuşdur. Bundan sonra Həsən də əsəbləşərək Adili söyə-söyə sonuncunun sifətinə bir neçə dəfə yumruq zərbələri vurmuş, bu səbəbdən ortalıq qarışmış, lakin araya girən hər kəs dava etmək üçün deyil, Həsənlə Adili bir-birindən ayırmaq üçün girmişdir. Həsənin Adilə vurduğu zərbələrdən sonra sonuncu yerə çökmüş, bu vaxt Namiq onunla Adilin qarnından tutaraq hadisədən uzaqlaşdırmağa çalışmışdır. O, hadisə vaxtı kimləsə mübahisə etməmiş, sadəcə olaraq, Adilin yanında olduğu üçün Namiq onu da tutub uzaqlaşdırmış, bundan sonra baş verənlər sərxoş olduğu üçün epizodik yadında qalmışdır. Həsənlə qardaşı Ümid səkidən kənara keçərək bir-biri ilə əlbəyaxa olmuş, Ramil isə həmin onları bir-birindən ayırmağa çalışmış, bu vaxt şəxslərdən biri “vurdular” deyə qışqırmış, o, Həsənlə qardaşı Ümidin mübahisə etdiyi yerə yaxınlaşdıqda qardaşının bıçaqlandığını görmüş və bundan sonra “qardaşımı vurdular” deyə qışqırmağa başlamışdır. Bir müddət sonra təcili tibbi yardım heyyəti gəlmiş, lakin həkimlər gələnə qədər artıq qardaşı Ümid hadisə yerində keçinmişdir. Mübahisənin başlama səbəbi Həsən adlı şəxsin onlara tərəf “qaqaş, söyüş söyməyin, yaşayış yeridi” deməsindən sonra Adilin özündən yaşca kiçik olan şəxsin irad bildirməsinə əsəbləşərək Həsənin üzərinə gedib sonuncunun üzünə sillə zərbəsi vurması olmuşdur. Təqsirləndirilən şəxs Ümid Soltanova bıçaqla xəsarət yetirən vaxt o, həmin şəxslərdən bir qədər aralı olmuş, həm də ki, hər şey 30-40 saniyənin içində, yəni çox sürətli şəkildə baş vermiş, onlar da sərxoş olmuş, hava qaranlıq olmuş, bu səbəbdən hadisəni tam şəkildə görmək mümkünsüz olmuşdur. Hadisə baş verən vaxt yanında qardaşı Ümid və dostları - Adil, Ümid, Teyyub, Ramil və Namiq olmuş və qarşı tərəfdən isə 4 nəfər tanımadığı şəxs olmuşdur. O, hadisə vaxtı heç bir xəsarət almamış, sadəcə, mübahisənin bitməsi üçün həmin şəxsləri ayırmış, kiməsə xəsarət yetirməmişdir. Baş vermiş hadisə zamanı o, yalnız Adilin mübahisə etdiyini görmüş, başqa kimlərinsə mübahisə etdiyini görməmişdir. Baş vermiş hadisə vaxtı qarşı tərəfdən olan şəxslərdən hər hansı birinin əlində kəsici deşici alət görməmişdir. O, kiminsə kiməsə vurmasını görməmiş, sadəcə, səs-küy eşitmiş, söyüş söyülməyini də eşitmiş, lakin səs səsə qarışdığı üçün kimin nə söyüş söyməsini unutmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, mübahisə təxminən 30-40 saniyə çəkmiş, hər şey qısa zaman kəsiyində olmuşdur. Onun qardaşı söyüş söyən biri olmamış, lakin ola bilər ki hadisə vaxtı sərxoş olduğu üçün mübahisə əsnasında Həsəni söymüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X14 iş yoldaşı olmuş, onlar eyni şirkətdə lift mexaniki işləmişlər. 16 noyabr 2024-cü il tarixdə saat 13 radələrində əvvəllər eyni məhəllədə qaldığı Zərərçəkmiş şəxs ona zəng edərək axşam saatlarında restoranların birində birlikdə yeyib-içməyi təklif etmiş, Adil ondan başqa Şahid4 da dəvət etmiş, axşam saat 18-19 radələrində onlar Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən "‘Faxralı’- kafesində yeyib-içmək üçün yığışmışlar. Görüşdə o, Adil, Namiq, Şahid3, Şahid1 və Ümid Soltanov olmuşdur. Ümidlə Toğrul qardaşdırlar. Şahid3 də lift mexaniki işləyir və onun iş yoldaşıdır. Həmin kafedə yeyib-içdikdən sonra Nizami rayonu, Özbəkistan küçəsində yerləşən hamama getmiş, hamamda təxminən 1-2 saat yuyunduqdan sonra getmək qərarına gəlmiş, hamamdan çıxdıqdan sonra Toğrul, Adil, Teyyub və Ümid üzü Qara Qarayev metrostansiya tərəfə getmiş, o və Namiq isə onlardan 15-20 metr arxada gəlmişdir. Həmin görüşdə Teyyubdan başqa hamı spirtli içki olan araq içmiş, Zərərçəkmiş şəxs isə bir qədər çox içdiyindən sərxoş vəziyyətdə olmuş, onlar piyada hərəkətdə olan vaxt “Məhəllə” kafesi tərəfdə səs-küy olmasını eşidib Namiqlə səs küyə doğru qaçmış, “Məhəllə” kafesinin qarşısında Adilin sonradan adının Həsən olduğunu bildiyi şəxslə əlbəyaxa dalaşmasını görmüş, Həsən Adili söyə-söyə sonuncunun üzünə yumruqla vurduqdan sonra Adil yerə çökmüş və dərhal Namiq Adili ayırıb yola tərəf aparmış, o da qarşı tərəfdən olan tanımadığı 2 şəxsi tutaraq mübahisədən uzaqlaşdırmağa çalışmış, həmin şəxslər onun dostları ilə mübahisə etməmiş, Həsənlə Adili ayırmaq istəmiş, lakin o hər ehtimala qarşı həmin şəxsləri tutmuşdur. Həmin vaxt qarışıqlıq düşmüş, mübahisə səkidə baş vermiş, anidən Ümid və Həsən yolun kənarında əlbəyaxa olmuş, o da dərhal həmin şəxslərə tərəf qaçıb ayırmağa çalışmışdır.,Bu vaxt Həsən Ümidə bıçaqla xəsarət yetirib çıxıb getmiş, həmin şəxsin yanındakılar qaçıb uzaqlaşmışlar. O Ümidin qarın nahiyəsindən qan axdığını görmüş, daha sonra Toğrul bir qədər aralıdan “qardaşımı vurdular” deyə qışqırmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, O, Ramillə arxadan gəlmiş, mübahisənin hansı səbəbdən olmasını bilməmiş, lakin sonradan öyrənmişdir ki, mübahisə söyüş üstündə olmuş, tanışları öz aralarında söyüşlə danışması səbəbindən mübahisə başlamış, hadisə baş verən vaxt yanında dostları Toğrul, Adil, Ümid, Teyyub, Namiq olmuş və qarşı tərəfdən olan 4-5 nəfər tanımadığı şəxs olmuşdur. O, hadisə vaxtı heç bir xəsarət almamış, sadəcə mübahisənin bitməsi üçün həmin şəxsləri ayırmış, kiməsə xəsarət yetirməmiş, ondan başqa baş vermiş hadisə zamanı o, yalnız Adilin mübahisə etdiyini görmüşdür. Adillə Həsənin əlbəyaxa olmasını görmüş, Adil birinci Həsənə vurmuş, bundan sonra sonuncu da Adilə vurmuş, Həsən Adilə vurduqdan sonra sonuncu yerə yıxılmış, bunları o, təxminən 10 metr məsafədən görmüş və daha sonra həmin şəxslərə yaxınlaşaraq sonuncuları ayırmışdır. O, Təqsirləndirilən şəxs əlində bıçaq görsə də, başqa kiminsə əlində kəsici deşici xarakterli əşya görməmiş, yalnız Adilin Təqsirləndirilən şəxs baş nahiyəsindən 1 dəfə vurmasını, Həsənin qarşılıq olaraq Adilin sifətinə 1 dəfə vurmasını görmüş, bundan başqa isə Ümidlə Həsənin əlbəyaxa olmasını görmüş, Ümid də Həsənin baş nahiyəsindən söyə-söyə vurmuş, Həsən də Ümidə söyə-söyə vuraraq qarşılıq vermiş və sonda Ümidə bıçaqla xəsarət yetirmişdir. Mübahisə təxminən 30-40 saniyə çəkmiş, hər şey qısa zaman kəsiyində olmuşdur. O, mübahisə vaxtı Şahid3, ümumiyyətlə, fikir verməmiş, sonuncunun da onun kimi mübahisə edən şəxsləri ayırdığını düşünür. O, Teyyubun mübahisə edərək dalaşmasını görməmiş, özünün deməsinə görə Teyyub kənara çəkilmiş, mübahisə vaxtı Həsən, Adil və Ümiddən başqa heç kəs dalaşmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, X14 iş yoldaşıdır. Onlar birlikdə eyni şirkətdə lift mexaniki işləmişlər. 16 noyabr 2024-cü il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs ona zəng edərək axşam saatlarında yeyib-içməyi təklif etmiş, Adil həmin məclisə ondan başqa şəxsləri də dəvət etmişdir. Qeyd olunan tarixdə axşam saat 18-19 radələrində onlar Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Faxralı’" kafesində yeyib-içmək üçün yığışmış, görüşdə o, Adil, Namiq, Ramil, Şahid1 və Ümid Soltanov iştirak etmişdir. Ümidlə Toğrul qardaşdırlar. Həmin kafedə yeyibiçdikdən sonra Nizami rayonu, Özbəkistan küçəsində yerləşən hamama getmiş, hamamda təxminən 1-2 saat çimib, istirahət etdikdən sonra getmək qərarına gəlmişlər. Hamamdan çıxdıqdan sonra ən qabaqda o, onun arxasınca Adil, Toğrul, Ümid, ən arxada isə Ramil ilə Namiq üzü Qara Qarayev metrostansiya tərəfə getmiş, həmin görüşdə ondan başqa hamı spirtli içki olan araq içmiş, Zərərçəkmiş şəxs isə bir qədər çox İçdiyindən hədsiz sərxoş vəziyyətdə olmuşdur. Onlar piyada hərəkətdə olan vaxt “Məhəllə” kafesinə çatdıqda onun arxasında gələn Adil, Toğrul, Ümid öz aralarında bir-birilərinə zarafatla söyüş söymüşlər. Onların səsi bir az yüksək gəlmiş, həmin vaxt qarşıdan 3-4 nəfər yeniyetmə gəlmiş, bu vaxt dostları öz aralarında bir-birilərinə müraciətdə “ayə” sözünü işlətmiş, bu vaxt qarşı tərəfdən olan şəxslərdən biri, sonradan adının Həsən olduğunu öyrəndiyi şəxs “qaqaş, söyüş söyməyin, yaşayış yeridi” demiş, bu sözdən sonra o, həmin şəxsə cavabında: “qaqaş içkilidilər, yola ver” demişdir. Elə bu an Adil yaşadığı məhəllədə özündən yaşca kiçik olan birinin onlara irad bildirməsinə əsəbləşdiyindən, həm də sərxoş olduğundan Həsənin yanma gəlib sonuncunun başına yüngül sillə vurmuş, bundan sonra Həsən əsəbləşib Adilin üzünə 2 dəfə yumruq zərbəsi vuraraq sonuncuya küçə söyüşləri söymüşdür. Bir anda ara qarışmış, Toğrul, Ümid də gəlib davaya qarışmışdır. Bu zaman Namiq gələrək Toğrul ilə Adili çəkib aparmışdır ki, ortalıq sakitləşsin. Həmin an Həsən Ümidlə davaya davam etmiş, o, həmin şəxslərə tərəf yaxınlaşaraq Ümidlə Həsəni ayırmağa çalışmış, həmin vaxt Ramil də Ümid ilə Həsəni ayırmağa çalışmışdır. O, Ramilin həmin şəxsləri ayırmağa çalışdığını görüb Adillə Toğrulun hara getməsinə baxmış, bir anlıq geriyə tərəf baxdıqda Ümidin artıq yerdə uzandığını, üst-başının qan içində olmasını görmüş, həmin an gözləri Həsən və sonuncunun yanındakıları axtarmış, lakin həmin şəxslər artıq çoxdan qaçmış olmuşlar. Bundan sonra təcili tibbi yardım xidmətinə və hüquq mühafizə orqanlarına məlumat vermiş, təcili tibbi yardım avtomobili gələnədək Ümid artıq vəfat etmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, hamamdan çıxdıqdan sonra “Məhəllə” kafesinin qarşısına çatarkən Adil Toğrulla söyüşlü zarafat etmiş, bu zaman qarşıdan gələn 3-4 nəfər Adilə söyüş söydüyünə görə irad bildirmiş, bundan sonra Adil də əsəbləşib həmin adamı vurmuş və beləcə dava yaranmışdır. Hadisə baş verən vaxt yanında dostları Toğrul, Adil, Ümid, Ramil, Namiq olmuş və qarşı tərəfdən olan 3-4 nəfər tanımadığı şəxs olmuşdur. O, hadisə vaxtı heç bir xəsarət almamış, sadəcə, mübahisənin bitməsi üçün həmin şəxsləri ayırmış, kiməsə xəsarət də yetirməmişdir. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs və Ümid Soltanovdan başqa Adil Həsənlə mübahisə etmiş, digər şəxslərin isə dava etməsini görməmişdir. O, kimsənin əlində deşici-kəsici alət görməmiş, sadəcə, bir anlıq Adillə Tofiqi axtardığı zaman geriyə baxmış və Ümidin bıçaqlanıb xəsarət alaraq yerdə uzanmasını görmüşdür. Qeyd etdiyi kimi, o, yalnız Adilin Təqsirləndirilən şəxs baş nahiyəsindən 1 dəfə vurmasını, Həsənin qarşılıq olaraq Adilin üzündən 2 dəfə vurmasını görmüş, bundan başqa Ümidlə Həsənin əlbəyaxa olmasını görmüş, Ümid də Həsənin baş nahiyəsindən vurmuş, bütün bu mübahisə cəmi 30-40 saniyə çəkmiş, hər şey bir anın içində baş vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, X14 onun keçmiş iş yoldaşıdır. O, əvvəllər "xxxx" QSC-də mexanik işləmiş, Ümid Soltanov da orada mexanik vəzifəsində işləmişdir. 2022-ci ilin aprel ayında o işdən çıxaraq “Xəzər” TV-də işləməyə başlamış, Ümid Soltanovla münasibəti isə davam etmişdir. 16 noyabr 2024-cü il tarixdə saat 13 radələrində əvvəllər eyni məhəllədə qaldığı Zərərçəkmiş şəxs ona zəng edərək axşam saatlarında yeyib-içməyi təklif etmiş, Adil ondan başqa Şahid2 da həmin məclisə dəvət etmişdir. Qeyd olunan tarixdə axşam saat 18-19 radələrində onlar Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Faxralı” kafesində yeyib-içmək üçün yığışmış, görüşdə o, Adil, Ramil, Şahid3, Şahid1 və Ümid Soltanov olmuşdur. Ümidlə Toğrul qardaşdırlar. Şahid3 də onunla əvvəl eyni məhəllədə qalmış və tanışlığı ordan yaranmışdır.Həmin kafedə yeyib-içdikdən sonra Nizami rayonu, Özbəkistan küçəsində yerləşən hamama getmiş, hamamda təxminən 1-2 saat çimib, istirahət etdikdən sonra getmək qərarına gəlmişlər. Hamamdan çıxdıqdan sonra Toğrul, Adil, Teyyub və Ümid üzü Qara Qarayev metrostansiyasına tərəfə getmiş, o və Ramil isə onlardan 15-20 metr arxada gəlmişlər. Həmin görüşdə Teyyubdan başqa hamı spirtli içki olan araq içmiş, Zərərçəkmiş şəxs isə bir qədər çox içdiyindən sərxoş vəziyyətdə olmuşdur. Onlar piyada hərəkətdə olan vaxt “Məhəllə" kafesi tərəfdə səs-küy olmasını eşidib Ramillə səs küyə doğru qaçmışlar. “Məhəllə” kafesinin qarşısında Adilin sonradan adının Həsən olduğunu bildiyi şəxslə daladığını görmüşlər. Toğrul həmin vaxt Adilin yanına yaxınlaşıb onu tutub hadisə yerindən uzaqlaşdırmağa çalışmış, təxminən 15-20 metr Toğrul ilə Adilin qarın nahiyələrindən tutaraq “Romance palace’’ şadlıq sarayı istiqamətində dartıb apardıqdan sonra Toğrul qışqıraraq “qardaşımı vurdular” demiş, Toğrul və Adilin üzü mübahisə düşən tərəfə olmuş, onun isə üzü əks istiqamətdə olmuşdur.Çünki o, Toğrulla Adilin qarın nahiyəsindən tutub hadisə yerindən uzaqlaşdırmışdır. Toğrul “qardaşımı vurdular” deyə qışqıran zaman o da çönüb arxaya baxdıqda Ümidin yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüş və dərhal Toğrulla Adili buraxıb Ümidə yaxınlaşmışdır. Ümidin qan içində olduğunu görüb təcili tibbi yardım xidmətinə zəng etmiş, həmin an Ümidi vuran şəxsin və həmin şəxsin yanındakıların orada olmadığını, artıq qaçıb getdiklərini görmüşdür. Bir qədər sonra təcili tibbi yardım xidməti və hüquq-mühafizə orqanlarının əməkdaşları oraya gəlmişlər. Məhkəmənin diqqətinə çatdırır ki, ilkin olaraq mübahisənin hansı səbəbdən başlamasını bilməmiş, lakin sonradan mübahisənin söyüş üstündə başladığını öyrənmişdir. Belə ki, tanışları öz aralarında söyüşlə danışdığı üçün onlara Həsən onlara irad bildirmiş, sonradan isə sözügedən mübahisə başlamışdır. Həmin vaxt orada qarşıqlıq düşmüş, o da həmin vaxt Adili mübahisədən uzaqlaşdırmış, Ümidə kimin bıçaq zərbəsi vurmasını görməmişdir. Hadisə baş verən vaxt yanında dostları Toğrul, Adil, Ümid, Teyyub, Ramil olmuş və qarşı tərəfdən olan 4-5 nəfər tanımadığı şəxs olmuşdur. O, hadisə vaxtı heç bir xəsarət almamış, sadəcə, mübahisənin bitməsi üçün həmin şəxsləri ayırmış, kiməsə xəsarət yetirməmişdir. Baş vermiş hadisə zamanı o, yalnız Adilin mübahisə etdiyini görmüş, daha sonra onları ayırmışdır. Baş vermiş hadisə vaxtı qarşı tərəfdən olan şəxslərdən hər hansı birinin əlində kəsici deşici əşya görməmişdir. O, hadisə vaxtı heç bir xəsarət almamış, sadəcə, Adili mübahisənin baş verdiyi yerdən uzaqlaşdırmış, Həsənin Adilə vurduğu zərbə nəticəsində sonuncu çökmüş vəziyyətdə olmuşdur. O, kiminsə kiməsə vurmasını görməmiş, sadəcə, səs-küy eşitmiş, söyüş söyülməsini eşitmiş, lakin səs səsə qarışdığı üçün kimin kimə nə söyüş söyməsini hazırda xatırlamır. Mübahisə təxminən 30-40 saniyə çəkmiş, çox çəkməmiş, hər şey qısa zaman kəsiyində olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 1 ildir ki, tanıyır. Onlar Həsənlə birlikdə idman yarışlarına getmiş, o vaxtlardan onların dostluq münasibətləri yaranmışdır. 16 noyabr 2024-cü il tarixdə saat 15 radələrində dostları - Həsən, Kənan və Məhəmmədlə birlikdə paltar almaq üçün Bakıxanov qəsəbəsində yerləşən paltar mağazalarından birinə getmiş, Həsən və Kənan özlərinə paltar aldıqdan sonra saat 17 radələrində Nizami rayonu, Özbəkistan küçəsi 1 ünvanında yerləşən “Məhəllə” kafesinə gəlmiş, yolda Məhəmməd onlardan ayrılaraq Xırdalan şəhərinə getmiş, onları üçü kafedə əyləşmiş, Kənan bir qədər onlarla kafedə əyləşdikdən sonra evə getmişdir. Həsənlə onlarla bir masada əyləşmiş, təxminən saat 19:30 radələrində o, Həsən, Fəyyaz və digər masada əyləşən tanışı Emil kafedən çıxaraq taksi ilə 9-cu mikrorayona gedərək Həsənin deməsi ilə sonuncunun qohumu ilə görüşmüşlər. Həsən qohumu ilə bir neçə dəqiqə söhbətləşmiş, həmin görüş zamanı Həsən öz qohumu ilə sadəcə dərdləşmişdir. Daha sonra saat 20 radələrində Nizami rayonuna taksi ilə geri qayıtmış, taksi Nizami rayonunda yerləşən YAP-ın inzibati binasının qarşısında saxlamış, bundan sonra onlar dördü piyada “Məhəllə” adlanan kafe istiqamətində hərəkət etmişlər. “Məhəllə” kafesinin qarşısına çatarkən bir neçə nəfər şəxsin uca səslə danışaraq bir-birilərini söyməsini eşitmiş, onlardan bir nəfər şəxs “ayə” deyə onları səsləmişdir. Həsən arxaya çevrilərək “yaşayış yeridi, ailə keçir, söyüş söyməyin” deyə bildirmiş, həmin vaxt tanımadıqları 4-5 nəfər şəxsin içindən 1-i Həsənə “qardaşım, içkilidi, yola ver” deyə bildirmiş, bundan sonra Həsən cavab olaraq “heçnə, yaxşı” demiş, sonra onlar hamısı kafeyə girmək istəmiş, lakin həmin şəxslərin aralarından palto geyinmiş, nisbətən hündür boylu, dolu, yaşı 30-dan yuxarı olan, sonradan adının Adil olduğunu bildiyi şəxs Həsənin üzərinə gələrək onu söymüş və Həsənin başına bir dəfə yumruq zərbəsi vurmuş, daha sonra aralarında dava başlamışdır. Dava başladıqdan sonra o, Emil və Fəyyaz dava edən şəxsləri ayırmağa çalışmışlar. Bu zaman onun başının arxasından da bir zərbə dəymiş, başını qaldırdıqdan sonra 2 nəfər şəxsin Həsənin üzərinə düşərək onu vurduqlarını görmüşdür. Həmin an bir neçə saniyə davam etdiyi və qaranlıq olduğu üçün həmin şəxslərin üzünü tam olaraq görməsə də, hesab edir ki həmin şəxslərdən biri Zərərçəkmiş şəxs, digəri isə mərhum Ümid Soltanov olmuşdur. Həsən artıq iki şəxslə Adil və Ümidlə əlbəyaxa olmuşdur, digər şəxslər Həsəngili ayırmağa çalışsa da, X26 üzərinə hücum çəkərək sonuncunun baş nahiyəsindən yumruq zərbələri vura-vura söymüşdür. Sonra o, hadisə yerində saxlanılan 2 maşının arasından çıxmış, Fəyyaz ona: “qaç, getdik” demiş, o da qorxduğundan öz evinə doğru qaçmağa başlamışdır. Eləcə də, Həsən də ona hücum edən şəxslərdən uzaqlaşaraq qaçıb getmişdir. Hadisə baş verən vaxt yanında dostları - Təqsirləndirilən şəxs, Şahid6 və Şahid7 və qarşı tərəfdən olan 6-7 nəfər tanımadığı şəxs olmuşdur. Nə o, nə Həsən, nə Fəyyaz, nə də Emil sərxoş vəziyyətdə olmamış, həmin gün onlar, ümumiyyətlə, spirtli içki qəbul etməmiş, qarşı tərəfdən olan şəxslər isə sərxoş olmuşlar. Hadisə vaxtı heç kəsə xəsarət yetirməmiş, o, sadəcə Həsən ilə həmin şəxsləri ayırmağa çalışmışdır. Baş vermiş hadisə zamanı Həsən əvvəl əynində uzun palto olan tanımadığı şəxslə, yəni Adillə mübahisə etmiş, daha sonra X26 üzərinə hücum çəkmiş, o, Fəyyaz və Emin isə sadəcə onları ayırmağa çalışmış və heç bir şəxsə xəsarət yetirməmişlər. İbtidai istintaq dövründə verdiyi ifadəsini qismən təsdiq edir. Bildirir ki, o, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vura-vura söyməsinə, eləcə də Ümid Soltanovu bıçaqla vurduğunu gördüyünə dair məzmunda ifadə verməmişdir. Bildirir ki, Həsən hadisə zamanı kimisə vurmamış, söyməmiş, lakin Zərərçəkmiş şəxs Həsənə hücum edərkən ona söyüş söymüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, sonuncuyla tanışlığı yaşadığı məhəllədən yaranmış, əvvəllər məhkum olunmamış, heç bir psixi xəstəlikdən əziyyət çəkmir, narkoloji və psixoloji kabinetlərdə qeydiyyatı yoxdur. 16 noyabr 2024-cü il tarixdə saat 19 radələrində Nizami rayonu, Özbəkistan küçəsi 1 ünvanında yerləşən “Məhəllə” kafeyə getmiş, oraya kiminsə dəvəti ilə getməmiş, günorta saatlarında Həsənlə telefon danışığı zamanı sonuncu ona Bakıxanov qəsəbəsindən özünə paltar aldığını, axşam saatlarında həmin kafedə olacaqlarını dediyindən o, həmin şəxslərin orada olacağını güman edib kafeyə getmişdir. O, kafeyə gedəndə masalardan birində Həsənlə Rəvan əyləşmiş, onlar bir qədər söhbətləşdikdən sonra təxminən saat 19:30 radələrində o, Həsən, Rəvan və digər masada əyləşən tanışları Emil kafedən çıxaraq taksi ilə 9-cu mikrorayona gedərək Həsənin deməsi ilə sonuncunun qohumu ilə görüşüb bir neçə dəqiqə söhbətləşmişlər. Həmin görüş zamanı Həsən öz qohumu ilə sadəcə dərdləşmişdir. Bu görüşdən sonra saat 22 radələrində Nizami rayonuna taksi ilə geri qayıtmış, taksi Nizami rayonunda yerləşən YAP-ın inzibati binasının qarşısında saxlamış, onlar 4-ü piyada şəkildə “Məhəllə’' kafesinə getmiş, yolda olarkən “YAP”ın inzibati binası ilə üzbəüz mağazaların birindən spirtsiz qazlı içki alaraq içmiş, bundan sonra onlar dördü piyada “Məhəllə” kafe istiqamətində hərəkət etmişlər. “Məhəllə” kafenin qarşısına çatarkən 6-7 nəfər şəxsin uca səslə danışaraq birbirilərinə söyüş söymələrini eşitmiş, həmin şəxslərin içindən bir nəfər şəxs “ayə” deyə onları səsləmiş, Həsən arxaya çevrilərək “yaşayış yeridi, ailə keçir, söyüş söyməyin” deyə bildirmiş, həmin vaxt tanımadıqları 6-7 nəfər şəxsin içindən 1-i Həsənə “qardaşım, içkilidi” deyə bildirmiş, həmin şəxs söyüş söyən şəxsin içkili olduğunu, sonuncunu yola verməsini deməyə çalışmış, tanımadıqları həmin şəxs “qardaşım, içkilidi” deyəndə o, həmin şəxsə “yaxşı” deyə cavab vermiş, bu vaxt həmin şəxslərin arasında palto geyinmiş, nisbətən hündür boylu, dolu, yaşı 30-dan yuxarı olan, adının Adil olduğunu sonradan öyrəndiyi şəxs Həsənin üzərinə gələrək sonuncunun baş nahiyəsindən bir dəfə yumruq zərbəsi vurmuş, Həsənlə Adilin arasında əlbəyaxa dava başlamış, Həsənin Adilə qarşılıq verməyə fürsəti olmadan qarşı tərəfdən digər şəxslər də Həsənin üzərinə hücum etmişlər. Həmin vaxtı Həsən Adilə və ya başqa kiməsə yumruqla vurmamışdır. Zərərçəkmiş şəxs yerə yıxılmasına şahid olmamışdır. Həmin vaxt sonradan adının Ümid Soltanov olduğunu öyrəndikləri şəxs Həsənin üzərinə hücum çəkərək sonuncunun baş nahiyəsindən yumruq zərbələri vura-vura söymüşdür. Dava edən şəxsləri ayırarkən bir nəfəri aralayaraq Həsənin əks istiqamətinə aparmış, Şahid7 isə başqa bir nəfəri tutub ona tərəf gətirərək aralamış, Şahid5 isə Həsən tərəfdə olan başqa bir nəfəri ayırmağa çalışmışdır. Daha sonra Rəvan, Həsən və Emilə “qaçın getdik” deyə ifadə işlətmiş, bu cür deməyinin səbəbi qarşı tərəfdəki şəxslərin sayının çox olması olmuşdur. Hadisə baş verən vaxt yanında dostları Təqsirləndirilən şəxs, Rəvan və Şahid7, qarşı tərəfdən isə 6-7 nəfər tanımadığı şəxs olmuşdur. Həsənin üzərində bıçaq olmasından məlumatı olmamışdır. Hadisə vaxtı heç bir xəsarət almamışdır. Həsən əvvəl Adillə mübahisə etmiş, Adil Həsəni vurmuş, daha sonra X26 üzərinə hücum çəkmiş, o, Rəvan və Emil isə sadəcə sonuncuları ayırmağa çalışmışdır. İbtidai istintaq dövründə verdiyi ifadəsini qismən təsdiq edir. Bildirir ki, o, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasına, onu söyməsinə, eləcə də Ümid Soltanovu bıçaqla vurduğunu gördüyünə dair məzmunda ifadə verməmişdir. Belə ki, Həsən hadisə zamanı kimisə vurmamış, söyməmiş, Zərərçəkmiş şəxs Həsənə hücum edərkən Həsənin ona qarşılıq verməyə fürsti belə olmadan qarşı tərəfdən digər şəxslərin hücumuna məruz qalmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Qara Qarayev prospektindən tanışmış, sonuncu ilə münasibəti normal olmuş, əvvəllər məhkum olunmamış, heç bir psixi xəstəlikdən əziyyət çəkmir, narkoloji və psixoloji kabinetlərdə qeydiyyatı yoxdur. 16 noyabr 2024-cü il tarixdə saat 17 radələrində Nizami rayonu, Özbəkistan küçəsi 1 ünvanında yerləşən “Məhəllə” kafeyə getmiş, orada Natiq adlı dostu ilə oturub çay içmiş, bir qədər sonra Təqsirləndirilən şəxs, Fəyyaz və Rəvan da kafeyə gəlmiş, 1-2 saat sonra, təxminən saat 19 radələrində Həsəngil ona 9-cu mikrorayona getməyi, orada Həsənin qohumu ilə söhbət edəcəyini, bekarçılıq olduğunu, birlikdə getməyi təklif etmiş, o da özü ilə bir masada əyləşən Natiqə onu gözləməsini, Həsəngillə gedib gələcəyini bildirmiş, onlar birlikdə taksi ilə 9-cu mikrorayona getmiş və xatırlamadığı ünvanda Həsən qohumu ilə söhbətləşmiş, həmin görüş zamanı Həsən öz qohumu ilə sadəcə dərdləşmişdir. Daha sonra saat 20 radələrində Nizami rayonuna taksi ilə geri qayıtmış, taksi Nizami rayonunda yerləşən YAP-ın inzibati binasının qarşısında saxlamış, bundan sonra onlar dördü piyada “Məhəllə” kafe istiqamətində hərəkət etmiş, “Məhəllə” kafenin qarşısına çatarkən bir neçə nəfər şəxsin uca səslə danışaraq bir-birilərinə söyüş söyməsini eşitmişdir. Bu vaxt onlar kafeyə girmək üçün pilləkənə doğru yönəlmiş, bu zaman həmin şəxslərin içindən bir nəfər “ayə” deyə səslənmiş, Həsən həmin şəxslərə tərəf çevrilərək “yaşayış yeridi, ailə keçir, söyüş söyməyin” deyə bildirmiş, həmin vaxt tanımadıqları 6-7 nəfər şəxsin içindən 1-i Həsənə “qardaşım, içkilidi” deyə bildirmiş, həmin şəxs söyüş söyən şəxsin içkili olduğunu, yola verməsini deməyə çalışmışdır.Elə bu vaxt həmin şəxslərin aralarında palto geyinmiş, nisbətən hündür boylu, dolu, yaşı 30-dan yuxarı olan, adının Adil olduğunu sonradan öyrəndiyi şəxs Həsənin üzərinə gedib: “nə deyirsən ə?” deyə-deyə gələrək Həsənin başına bir dəfə yumruq zərbəsi vurmuşdur. Həsən özünü müdafiə etməyə çalışmış, bu zaman digər şəxslər də Həsənə hücum etmiş, buna görə də onları aramağa çalışmışlar. Həmin vaxt digər şəxslərdən bir nəfər onun yaxasından tutaraq oradakı avtomobillərdən birinin üzərinə itələmiş, bu zaman əli sıyrılmış və kurtkası cırılmışdır. X27 əlbəyaxa olmağa başlamışdır. O və digərləri araya girərək Həsənlə həmin şəxsləri bir-birindən ayırmağa çalışmışlar. Bu vaxt Həsən Ümidlə səkinin kənarındakı yolda dalaşmış, Ümid Həsənin üzərinə hücum çəkərək sonuncunun baş nahiyəsindən yumruq zərbələri vuravura söymüşdür. Sonra baxdıqda Həsənin ona hücum edən şəxslərdən ayrıldığını görmüş, bundan çox keçməmiş qorxduğundan öz evinə doğru qaçmağa başlamışdır. Həmin vaxt orada qarşıqlıq düşmüş, mübahisənin sonunda onlar qaçıb bir yerdə Qara Qarayev prospektində yerləşən 32 nömrəli məktəbin yanındakı parkda görüşmüş, orada Həsən ona, Rəvana və Fəyyaza mübahisə etdiyi şəxsi bıçaqladığını bildirmiş, onlar Həsəndən nə üçün belə etdiyini soruşan zaman sonuncu, mübahisə etdiyi şəxsin söyüş söydüyünü bildirmişdir. Mübahisə ümumilikdə cəmi 30-40 saniyə çəkmiş, hər şey bir anda baş vermiş, orada hər şeyi dəqiqliyi ilə görmək qeyri-mümkün olmuşdur. Hadisə baş verən vaxt yanında dostları Təqsirləndirilən şəxs, Rəvan, Fəyyaz və qarşı tərəfdən olan 6-7 nəfər tanımadığı şəxs olmuşdur. Hadisə vaxtı sağ əlinin üstündə sıyrıq əmələ gəlmişdir. Baş vermiş hadisə vaxtı üzərində tünd göy rəngli cins şalvar, tünd göy rəngli zamoklu köynək, qara rəngli dəri gödəkçə, tünd göy rəngli makasin ayaqqabısı olmuşdur. Baş vermiş hadisə zamanı Həsən əvvəl əynində uzun palto olan tanımadığı şəxslə, yəni Adillə mübahisə etmiş, daha sonra X26 üzərinə hücum çəkmiş, başqa kiminsə mübahisə etməsini görməmiş, baş vermiş hadisə vaxtı qarşı tərəfdən olan şəxslərdən hər hansı birinin əlində kəsici deşici əşya görməmişdir. İbtidai istintaq dövründə verdiyi ifadəsini qismən təsdiq edir. Belə ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində mübahisədən uzaq durmaq üçün avtomobilin arxasına keçməsini, həmçinin, dava edənləri ayırmağa çalışarkən əlinin avtomobilə dəyməsini bildirməmişdir. Bildirir ki, o, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs kiməsə söyüş söyməsinə, yumruqla vurmasına dair ifadə verməmişdir, belə ki, əksinə, Həsənə hücum edən Zərərçəkmiş şəxs onu söymüşdür. X23 bıçaqla vurmasına şahid olmamış, bu məzmunda ifadə verməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Nizami RPİ-nin 25-ci PŞ-nin məsul növbətçisi, polis mayoru İlkin Əyyubovun 1NK-2959 nömrəli, 16 noyabr 2024-cü il tarixli raportundan görünür ki, Özbəkistan küç. 1, “Araz market” adlı ərzaq mağazasının qarşısında münaqişə olması və 1 nəfər şəxsin bıçaqlanması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nizami RPİ-nin 25-ci PŞ-nə yaxınlaşaraq münaqişə olması və bir nəfər şəxsi bıçaqla vurmasını bildirib könüllü olaraq təslim olmuş, 02 ədəd bıçaq və özünə məxsus 01 ədəd “Samsung Galaxy S22” markalı mobil telefonu təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 noyabr 2024-cü il tarixli “Qanuni nümayəndə qismində tanınma haqqında” qərardan görünür ki, X17 şübhəli şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 noyabr 2024-cü il “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 noyabr 2024-cü il tarixdə, saat 00:35-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16 noyabr 2024-cü il tarixli «Hadisə yerinə baxış keçirilməsi haqqında» protokolda qeyd olunmuşdur ki, baxış keçirilən yer ünvan 2 ünvanının qarşısındakı yol kənarıdır. Yolun sağ və sol tərəflərində binalar və avtomobillər dayanmışdır. Yolun sağ tərəfində yerləşən “Məhəllə Kafe” adlı kafenin qarşısında yolun ortasında 1 nəfər insan meyiti vardır. Meyitdən bir qədər aralıda yerdə qanabənzər ləkələr aşkar edilərək şərti “1” rəqəmi ilə işarələnib tampon vasitəsi ilə nümünə götürüldü. Baxış zamanı həmin meyitin xx.xx.1995ci il təvəllüdlü X11 məxsus olduğu müəyyən edildi. Meyitin yanında yerdə qanabənzər ləkələr müəyyən edilərək şərti “2” rəqəmi ilə işarələnib tampon vasitəsi ilə nümünə götürüldü. Meyit üzərində qara rəngli uzunqol kofta, açıq mavi rəngli, cins materiallı şalvar vardır, həmçinin meyitin üzərinə ağ rəngli dəsmal və boz rəngli gödəkçə sərilmişdir. Meyitin şalvarı və koftası üzərində qanabənzər ləkələr aşkar edildi. Bundan başqa meyitin qarın nahiyəsinin sol tərəfində xəsarət izi aşkar edildi. Eyni zamanda meyitin üzərinə baxış keçirilən zaman şalvarının sol yan cibindən 1 ədəd “Spartech” markalı mobil telefon, sağ arxa cibindən isə 1 ədəd “Honor” markalı mobil telefon cihazları aşkar edilərək götürüldü. Ümid Soltanovun meyiti ətraflı daxili və xarici müayinə olunması üçün MTE və PA birliyinin Nizami rayon şöbəsinə göndərildi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 noyabr 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, CD diskə köçürülmüş videogörüntüyə baxış keçirilmiş, 09:08 dəqiqədən ibarət videogörüntüdə xx.xx.2024-cü il tarixdə saat 22:36-da “Kafe Məhlə” ictimai iaşə obyektinin qarşısında mübahisə başlanması, həmin dəqiqədə kafenin qarşısındaki yolda Təqsirləndirilən şəxs Ümid Soltanovun üzərinə getməsi nəticəsində sonuncunun Təqsirləndirilən şəxs baş nahiyəsinə qüvvətli yumruq zərbələr vurması, Şahid2 münaqişənin qarşısını almağa çalışması, bu zaman Təqsirləndirilən şəxs sağ əlini Ümid Soltanovun sol qarın nahiyəsinə vurduqdan dərhal sonra sağ əlində saxladığı əşyanın digər tərəfindən sol əli ilə tutaraq hadisə yerindən uzaqlaşması və 22:43 dəqiqədə hadisə yerinə polis əməkdaşlarının yaxınlaşması görünür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 noyabr 2024-cü il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları sözügedən istintaq hərəkəti zamanı bir daha təsdiq etmiş, ünvan 4 ünvanın qarşısında “Məhəllə” kafesini göstərərək hadisənin həmin ünvanın qarşısında baş verdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(007)-327/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, 4(007)-327/2024 nömrəli qərarına əsasən, həbsdə saxlama müddəti 1 ay müddətinə, 17 mart 2025-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 noyabr 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, mobil telefona baxış keçirilən zaman Təqsirləndirilən şəxs “WhatsApp” ani mesajlaşma proqramında “Rabul Qrup” “+**********99” qeyd olunmuş şəxsə 16 noyabr 2024-cü il tarixdə 23:25 radələrində “Adam. Piçağlamışam. Ölüb adam”, “ Anamın vanı, C”, “Qaçıram rayona, Sənə dedim xəbərin olsun”, “Tutalacam onsuz, Hakqıvı halal elə”, “Öpürəm hamıvızı, Ala nə olmaz ölüb e(gülmək emosiyası)”, “Ala yo”, “Bir müddət?”, “10 ildən sora görüşəriy”, “Qaçıram”, “Sənə atdığım videonu paylaşarsan(gülmək emosiyası”, mesajlarını göndərməsi, “Rabil Qrup” adı ilə qeyd olunmuş şəxsin isə cavab olaraq 16 noyabr 2024-cü il tarixində 23:25 radələrində “Hə”, “De, senol”, “Gijdillagsan sen, Nagayrassan, İndi”, “Yaxsi, Brat gedd ged, Yolun acig olsun”, “Halal xosun olsun qardasim, İnshallah hesne olmaz”, “Semol pulum zadimda yoxduye anamin cani atardim, Senol”, “Neymey bir umud(gülmək emosiyası)”, “Hee”, “İnsallah qardasim”, “ Ged sagsalamy, Neynen gedirsen rayona”, “He qac, qac, Vapsem qaçma get teslim ol(gülmək emosiyası)”, “Yaxsi” mesajlarını göndərilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ,həmçinin, “WhatsApp” ani mesajlaşma proqramında “Natiq qədəs” (+**********12) qeyd olunmuş şəxsə 16 noyabr 2024-cü il tarixdə 23:05 radələrində “Hardasan”, “Ala, Rayonda”, “ Noldu”, “Men vurmuşam”, “Anamln canı”, “ Ala nrahat olma, Salamtçılıxfı, D”, “Sikdirde day e”, “Ay qaqa, Delisen sen”, “Yazblar sene”, “Emil gilde”, “Mesajları sil”, “Hə”, Anamın canı”, “De anamın canı”, “Oyble. Ne bilirsen ölüb”, “Ayble, Sikim onun kəfənin, Peysərin balası”, “Ala mən vurmuşam piçağnan”, “Söyüş söydülər, Təklədilər, seyoznu ölüb”, “Şəkil video, Çek qy, A, T”, “Ala nağarm e söyüş söydü teklediler”, “Özüm deyecem, Sen getme, Evdekiler zad pis olacağ”, “Getme de, Gicsen”, “Qardaşımnan, danışdım”, “Ölüb bilirem”, “Hakqivi halal elə qardaşım”, “Gedirem teslim olum, Hara qaçacam guya”, “Adam orda dı hələ,?” mesajlarını göndərmiş, “Natiq qədəs” adı ilə qeyd olunmuş şəxs isə cavab olaraq 16 noyabr 2024-cü il tarixdə 23:05 redələrində “.”, “Sən, Hardsan”, “Aaaa, Buar”, “Ayble, Hardasız”, “ Adm, Vurublar, Burda, Sənol, Bıçaqlıyıblar”, “Qaqaşın, Birin, Get sikdir”, Hardasan”, Hardasan, Dedim”, “Al hardasan”, “Yaxşı”, “Kim”, “Aaa, Hardasız”, “Qaqaş burda siz vurmusuz, De anamın canı”, “Qaqaş ölüb”, “Anamın canı”, “Gijdilax ölübdə”, “Aaa, nolub”, “Niyə”, “Anamın canı”, “Aaa, Sisz Giçsiz”, “Gedirəm qardaşı a, Deməyə”, “Gedirəm sizə”, “Gedirəm”, “Aaa, Qaqaş”, “Sən giçsən”, “Aa sənin başın, Xarabdı”, “ Aaa, Neynədi”, “Ay ble nenədin, Sən, Hsən” mesajlarını göndərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 noyabr 2024-cü il tarixli “Meyitə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Meyitin əynində aşağıdaki paltarlar vardır – 1 ədəd qara rəngli, qolları parça materialdan olan gödəkçə, 1 ədəd qara rəngli uzunqol köynək, 1 ədəd açıq göy rəngli, üzərində qanabənzər ləkələr olan cins materiallı şalvar, 1 ədəd qara rəngli mayka, 1 cüt qara rəngli corab, 1 ədəd qara rəngli tuman və 1 cüt qara rəngli ayaqqabı. Qeyd olunan geyim əşyaları iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Meyit kişi cinsli, düzgün bədən quruluşlu, kafi qidalıdır, boyunun uzunluğu 172 sm-dir. Meyit ləkəsi bədənin arxa səthində olmaqla qırmızımtıl-bənövşəyi rəngdədir, barmaqla təzyiq etdikdə avazıyır, təxminən 2-3 dəqiqədən sonra öz əvvəlki rəngini alır. Meyit əllə toxunduqda soyuqdur. Meyit qacıması yaxşı inkişaf etmişdir. Meyitin başı düzgün formadadır, saçları qaradır, uzunluğu 2,0 sm-ə qədərdir. Göz almaları göz qapaqları ilə örtülüdürlər, gözün selikli qişasında qansızmalar yoxdur. Bəbəklər dairəvidirlər, eyni dərəcədə genişlənmişlər, diametrləri 0,5 sm-dir. Əllə toxunduqda üz skeleti sümükləri tamdır. Qulaq seyvanları oval şəkillidirlər, tamdırlar. Dil ağız boşluğundadır, zədəsizdir. Dişləri təbiidir. Ağız və burun dəlikləri ifrazatsızdırlar. Boynu gövdəyə mütənasibdir. Döş qəfəsi silindrik formadadır, simmetrikdir. Qarnın ön divarı qabırğa qövsləri səviyyəsində yerləşir. Xarici cinsi orqanları kişi tipinə müvafiq düzgün inkişaf etmişdir. Aralıq tamdır, arxa keçəcək ətrafında dəri toxuması şüavari büküşlüdür, zədəsizdir. Əllə toxunduqda ətraflar tamdır. Xəsarətlər sifətin sol yarısında qaşarası və yanaq nahiyəsində 11,0x7,0 sm ölçüdə qırmızımtıl rəngli qeyri-müəyyən formalı ətraf dəri səviyəsində aşağıda olan fasiləli sıyrıq vardır. Sol qalça tinin bayır səthində 3,5x2,4 sm ölçüdə kənarları hamar, bucaqları iti deşilmiş-kəsilmiş yara vardır. Meyitin xarici müayinəsi zamanı gözlə görünən digər xəsarət və ya xəsarət izləri aşkar olunmadı. Meyitə baxış zamanı Ümid Soltanovun əynində olmuş geyim əşyaları- 1 ədəd qara rəngli, qolları parça materialdan olan gödəkçə, 1 ədəd qara rəngli uzunqol köynək, 1 ədəd açıq göy rəngli, üzərində qanabənzər ləkələr olan cins materiallı şalvar, 1 ədəd qara rəngli mayka, 1 cüt qara rəngli corab, 1 ədəd qara rəngli tuman və 1 cüt qara rəngli ayaqqabı iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 noyabr 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, CD diskə köçürülmüş videogörüntüyə baxış keçirilmiş, 09:08 dəqiqədən ibarət videogörüntüdə xx.xx.2024-cü il tarixdə saat 22:36-da “Kafe Məhlə” ictimai iaşə obyektinin qarşısında mübahisə başlanması, həmin dəqiqədə kafenin qarşısındaki yolda Təqsirləndirilən şəxs Ümid Soltanovun üzərinə getməsi nəticəsində sonuncunun Təqsirləndirilən şəxs baş nahiyəsinə qüvvətli yumruq zərbələr vurması, Ramiı Heydərovun münaqişənin qarşısını almağa çalışması, bu zaman Təqsirləndirilən şəxs sağ əlini Ümid Soltanovun sol qarın nahiyəsinə vurduqdan dərhal sonra sağ əlində saxladığı əşyanın digər tərəfindən sol əli ilə tutaraq hadisə yerindən uzaqlaşması və 22:43 dəqiqədə hadisə yerinə polis əməkdaşlarının yaxınlaşması görünür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 noyabr 2024-cü il “təqsirləndirlən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs təqsirləndirlən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 noyabr 2024-cü il tarixli “Əşyanın tanınmasının aparılması haqqında” protokldan görünür ki, Təqsirləndirilən şəxs təqdim edilən əşyaları nəzərdən keçirib göstərdi ki, 1 nömrəli üzərində “Akula” yazılmış bıçaqla Ümid Soltanova xəsarət yetirmiş, 3 nömrəli bıçaq da hadisə vaxtı üzərində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 noyabr 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, CD diskə köçürülmüş videogörüntülərə baxış keçirilmiş, videogörüntülərdə xx.xx.2024-cü il tarixdə saat 20:45-də Zərərçəkmiş şəxs dostları ilə birlikdə “İmperator” hamamına daxil olması, 22:26-da isə hesab ödənilən zaman dostlarının yanında telefonu masaya çırpması və sözlü mübahisə etməsi görünür. Baxış iştirakçısı X24 İsmayılovun hesabın çox gəldiyini iddia edib əsəbləşərk mübahisə etmək istəməsini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 noyabr 2024-cü il tarixli “Götürmə və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş, özü tərəfindən istintaqa könüllü təqdim olunan geyim əşyaları- 1 ədəd göy tünd rəngli idman gödəkçəsi, 1 ədəd tünd göy rəngli idman şalvarı, 1 ədəd üzərinə “JOHN LİON” yazılmış tünd boz rəngli tuman, 1 cüt açıq göy rəngli corab və 1 cüt üzərinə “A\X” yazılmış ayaqqabını iş üçün əhəmiyyət kəsb etdiyindən baxış keçirilmiş və onların üzərində zədə aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 noyabr 2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, vətəndaş X6 müraciəti ilə əlaqədar dəvət olunmuş iki nəfər hal şahidinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış keçirilən yer ünvan 5 ünvanıdır. X16 özünə məxsus “Hyundai Santafe” markalı **-YM-*** dövlət qeydiyyat nişanlı avtomobilini xx.xx.2024-cü il tarixdə saat 11:45-də həmin ünvanda saxladığını, xx.xx.2024-cü il tarixdə saat 09:15-də avtomobilinə yaxınlaşdıqda gecə saatlarında dava-dalaş nəticəsində avtomobilinin zədələndiyini, ona 500 manat maddi ziyan dəydiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 30 noyabr 2024-cü il tarixli “Zərərçəkmiş şəxsin və hüquqi varisinin tanınması haqqında” qərardan görünür ki, X8 atası X10 zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 16 dekabr 2024-cü il tarixli 5-16-1/83 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında məcburi köçkün kimi məskunlaşmış, yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X12” X25 18 noyabr 2024-cü il tarixli 1037 nömrəli “meyitin ekspertiziyası” ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xx.xx.2024-cü il tarixdə yaranmağa uyğun hər hansı bir xəsarətin obyektiv əlamətləri aşkar olunmamışdır . Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X12” X25 18 noyabr 2024-cü il tarixli, 1044 nömrəli rəyindən görünür ki, Şahid4 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xx.xx.2024-cü il tarixdə yaranmağa uyğun hər hansı bir xəsarətin obyektiv əlamətləri aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X12” X25 18 noyabr 2024-cü il tarixli 1036 nömrəli rəyindən görünür ki, Şahid5 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xx.xx.2024-cü il tarixdə yaranmağa uyğun hər hansı bir xəsarətin obyektiv əlamətləri aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X12” X25 18 noyabr 2024-cü il tarixli 1035 nömrəli rəyindən görünür ki, Şahid1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xx.xx.2024-cü il tarixdə yaranmağa uyğun hər hansı bir xəsarətin obyektiv əlamətləri aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X12” X25 18 noyabr 2024-cü il tarixli, 1045 nömrəli ekspert rəyindən görünür ki, Şahid2 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xx.xx.2024-cü il tarixdə yaranmağa uyğun hər hansı bir xəsarətin obyektiv əlamətləri aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X12” X25 19 noyabr 2024-cü il tarixli, 1050 nömrəli ekspert rəyindən görünür ki, Şahid7 sağ əlin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 16.11,2024-cu il tarixdə alınmaları mümkündür və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlər şəxsin özünün əli çatdığı nahiyədə yerləşir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X12” X25 18 noyabr 2024-cü il tarixli, 1039 nömrəli ekspert rəyindən görünür ki, Şahid6 məhkəmə-tibbi müayinəsinə, ilk məlumata əsaslanaraq və qərarda qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm ki, şəxsin müayinəsi zamanı bədən səthində xəsarət və xəsarət izi aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X12” X25 18 noyabr 2024-cü il tarixli, 1041 nömrəli ekspert rəyindən görünür ki, Şahid3 məhkəmə- tibbi müayinəsinə,ilk məlumata əsaslanaraq və qərarda qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm ki, şəxsin müayinəsi zamanı bədən səthində xəsarət və xəsarət izi aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X12” X25 17 noyabr 2024-cü il tarixli, 214 nömrəli ekspert rəyindən görünür ki, X8 meyiti məhkəmətibbi müayinə olunarkən bədən səthində aşağıdakı xəsarətlər aşkar edildi: aortanm zədələnməsi və sol peritonarxası boşluğun hematoması ilə müşayiət olunan sol qalça tininin bayır səthinin daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası,sifətin sol yarısında qaşarası və yanaq nahiyəsinin sıyrığı. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümdən az əvvəl əmələ gəlmişlər, sol qalça tininin daxilə nüfuz edən deşilmiş kəsilmiş yarası deşici-kəsici əşyanın (ola bilsin bıçaq) təsirindən törənə bilər, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyır,baş vermiş ölümlə birbaşa səbəbli əlaqəsi vardır. Sifətin sıyrığı bərk küt əşyanın təsirindən törənmişdir, canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətin əlamətlərini daşıyır. X8 ölümünə aortanm zədələnməsi və sol peritonarxası boşluğun hematoması ilə müşayiət olunan sol qalça tininin deşilmiş- kəsilmiş yarası nəticəsində baş vermiş kəskin qanitirmə səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan təxminən 8-12 saat əvvəl baş verə bilərdi. Sol qalça tininin deşilmiş-kəsilmiş yarası soldan sağa, öndən arxaya, azacıq aşağıdan yuxarıya doğru yönəlmişdir,yara kanalının uzunluğu 7,0- 8,0 sm-dir. Deşilmiş kəsilmiş yara eyni xüsusiyyətə malik müxtəlif deşici-kəsici əşyanın (əşyaların), eləcə də ekspertizaya təqdim edilmiş, şərti 1 Ne-li, tiyənin dəstəklə birləşən yerində “Akula”, digər üzündə isə “Original” sözləri yazılmış bıçağın təsirindən də alma bilərdi. Xəsarətlərin lokalizasiyasma və xüsusiyyətlərinə əsasən demək olar ki, deşilmişkəsilmiş inkar olunur. Sıyrığm müxtəlif şəraitlərdə, o cümlədən yıxılma nəticəsində alınması inkar olunmur. X8 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edildi. Etil spirtinin qatılığı 0,44 %-dir. Bu miqdar canlı şəxslərdə etil spirtinin qanda izi kimi qeyd olunur. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazoion, 1,4-benzodiazepm törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X25 05 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adı göstərilən xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 yanvar 2025-ci il tarixli 5/1427 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş sensor ekran və “Android” əməliyyat sistemi ilə təchiz olunmuş internet mənbələrində olan məlumata görə “Tecno Spark 10 pro” markalı “Kİ7” modelli mobil smartfona rəyin “Tədqiqat prosesinin təsviri” hissəsinin 1-ci bəndində göstərilən səbəblərə görə istifadəçi tərəfindən tətbiq edilmiş “Şifrələrlə” mühafizə olunan (parol-password) ekran kilidini keçmək mümkün olmadı. Rəyin “Tədqiqat prosesinin təsviri” hissəsinin 1-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Tecno Spark 10 pro” markalı “Kİ7” modelli mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş ekran kilidinin keçilməsi mümkün olmaması səbəbindən (kontakt, zəng, “SMS” mesaj, foto, audio, video fayllar, “WhatsApp” proqram təminatı və digər sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadilələri və sairə) məlumatın olubolmaması, eləcə də həmin mobil smartfonun yaddaşından hər hansı bir məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Təqdim edilmiş “Tecno Spark 10 pro” markalı “Kİ7” modelli mobil smartfonun daxilində olan “Nar” mobil operatoruna məxsus “**********681156976” (İCCİD) seriya nömrəli, “Bakcell” mobil operatoruna məxsus “********************” (İCCİD) seriya nömrəli “SİM” danışıq kartları və “SanDisk” markalı “Micro SD” (32 GB) xarici yaddaş qurğusu hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “Tecno Spark 10 pro” markalı “Kİ7” modelli mobil smartfonun daxilində olan “Nar” və “Bakcell” mobil operatorlarına məxsus “SİM” danışıq kartlarının yaddaşlarında olan məlumatlar müəyyən olundu və həmin müəyyən edilmiş məlumatlar “Ekspertiza 5-1427” adlı qovluqda üç ədəd “DVD-R” tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə olundu. Təqdim edilmiş “SanDisk” mikro kart tipli xarici yaddaş qurğusunun yaddaşında hal-hazırda mövcud olan müxtəlif formatlı (*.mp4; *.jpeg; *.jpg; *.pdf; və s. formatlı) fayllar müəyyən olundu, həmin fayllar “Ekspertiza 5-1427” adlı qovluqda üç ədəd “DVD-R” tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə olundu. Təqdim edilmiş “SanDisk” markalı mikro kart tipli xarici yaddaş qurğusuna xüsusi bərpaedici proqram vasitəsilə aparılmış bərpa nəticəsində əldə edilmiş müxtəlif formatlı (*.JPG; .mp3; *.opus; *.mp4 və s.) fayllar müəyyən olundu, həmin fayllar “Ekspertiza 5- 1427” adlı qovluqda üç ədəd “DVD-R” tiplu optik diskə köçürülərək ekspert rəyinə əlavə olundu. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X25 9 dekabr 2024-cü il tarixli 3597 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs 16 noyabr 2024-cü il tarixdə saat 22:30 müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb-biçməklə ifadə vermək qabiliyyətinə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini cə ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilməsi mümkündür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22 maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, hövsələsizlik, inadkarlıq, söz götürməmək, emosional reaksiyalara meyillilik kimi fərdi- psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs psixiemosional vəziyyətində qıcığa qarşı həssaslıq, hirslilik kimi hallar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X12” X25 17 yanvar 2025-ci il tarixli 574-2024/MTKŞ nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və X2 məxsus olmuş maykanın ön səthinin sol yarısının aşağı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədə iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş və X2 məxsus olmuş sviterin ön səthinin sol yarısının aşağı hissəsində bir ədəd və şalvarın ön səthinin sol yarısının yuxarı hissəsində bir ədəd kənari kəsilmiş zədə vardır. Bu zədələr iti kənara malik olan hər hansı bir alətin (əşyanın/alətlərin (əşyaların)) təsirindən əmələ gəlməyə xarakterikdirlər. Ekspertizaya təqdim edilmiş və X2 məxsus olmuş mayka, sviter və şalvarın üzərində olan zədələrin yerləşməsinə görə demək olar ki, bu zədələrin istiqaməti öndən arxaya doğru olmuşdur. Ekspertizaya təqdim edilmiş və X2 məxsus olmuş maykada aşkar olunmuş deşilmiş- kəsilmiş zədə, sviter və şalvarm üzərində aşkar edilən kənari kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş şərti 1 JVs-li bıçağın təsirindən törənməsinin mümkünlüyü istisna olunur. Ekspertizaya təqdim edilmiş və X2 məxsus olmuş geyim əşyaları üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş və kənari kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş şərti 2 JNb-li, sol səthi üzərində “Original, "sağ səthi üzərində İsə "Aktıla” yazısı həkk olunmuş bıçağın tiyəsinin təsirindən və ya oxşar konstruktiv xüsusiyyətli alətlərin təsirindən törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş və mərhum X8 meyitinin bədənində olan sol qalça tininin bayır səthinin 01 ədəd deşilmiş-kəsilmiş yarası ona məxsus və ekspertizaya təqdim edilmiş mayka, sviter və şalvarın üzərində aşkar edilmiş bir ədəd zədə ilə yerləşmə nahiyəsinə görə, nisbi olaraq uyğun gəlirlər. X8 meyitinin bədən səthində müəyyən edilmiş sifətin sol yarısında qaşarası və yanaq nahiyəsinin sıyrıqları ekspertizaya təqdim edilmiş geyim əşyaları ilə örtülmədiyi üçün özünü əks etdirməmişdir, bu da, yalnız bədənin zədələnməsi ilə izah oluna bilərdi. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus bir ədəd gödəkçə, bir ədəd pulover, bir ədəd şalvar, bir ədəd tuman, bir cüt corab və bir cüt ayaqqabının üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş 02 (iki) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı, qatlanan tipli ov bıçaqlardırlar və deşici- kəsici xassəyə malik soyuq silahdırlar. Ekspertizaya təqdim olunmuş 02 (iki) ədəd bıçağın üzərində heç bir zədə yoxdur. Ekspertizaya təqdim olunmuş 02 (iki) ədəd bıçağın üzərində dəyişiklik edilməmişdir. X2 məxsus olmuş maykanın ön aşağı hissəsində geniş sahədə yerləşən, arxada tərəfini isə tamamilə əhatə edən, sviterin ön sol yan tərəfi, arxada aşağı nahiyəsi, gödəkçənin bütün səthi üzərində, əsasən sol tərəfində, tumanın sol ön yarısında və arxa tərəfində, şalvarın sol yarısına və 01 cüt corabın hər iki tayı üzərində aşkar olunmuş qan ləkələri qan mənbəyi ilə (qanlı səthlə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Ekspertizaya təqdim edilmiş və X2 məxsus olmuş gödəkçənin bəzi sahələrində, kəmərin və ayaqqabıların bəzi sahələrinin üzərində aşkar olunmuş qan ləkələri qan mənbəyi ilə və ya qanlı səthlə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir və yaxma xarakterlidir. Ekspertizaya təqdim edilmiş və X2 məxsus olmuş şalvarm ayaqlıqlarının əsasən aşağı hissəsi və bir cüt ayaqqabının əsasən altlığına yaxın sahədə olan qan ləkələrinin bəzisi qan mənbəyindən (qanlı səthdən) bir-birinin üzərinə düşən damcılar, bəziləri isə, qan mənbəyinə (qanlı səthə) əlavə cüzi kinetik impuls verməklə, düşən «sıçrantı» xarakterli ləkələrdirlər. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus 01 cüt ayaqqabının üzərində olan qan ləkələri qan mənbəyinə (qanlı səthə) əlavə cüzi kinetik impuls verməklə, düşən «sıçrantı» xarakterli ləkələrdirlər. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar, bir ədəd gödəkçə, bir ədəd tuman, bir ədəd pulover və bir cüt corabın, həmçinin 02 (iki) ədəd bıçağın üzərinə qana şübhəli ləkələr aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X12” X25 16 yanvar 2025-ci il tarixli 825/2024-TBŞ nömrəli ekspert rəyindən görünür ki, X8 ABO sistemi üzrə qan qrupu - Abeta(H)/İİ/. Ekspertizaya təqdim olunan 02 ədəd çubuqlu pambıq tampon. Ümid Soltanova məxsus 01 cüt ayaqqabı, sviter, alt mayka, şalvar, trusik, 01 cüt corab, kəmər gödəkcə və Təqsirləndirilən şəxs məxsus ayaqqabının sat tayı üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «A» və «H» antigenləri alındı, aqqlyutininlər alınmadı. Bu qan ləkələri Abeta(H)/İİ/ qruphı şəxsə, o cümlədən X11 məxsus ola bilər. Təqdim olunan 02 ədəd bıçaq üzərində qan aşkar olunmadı. Tədqitata təqdim olunan Təqsirləndirilən şəxs məxsus idman şalvarı, idman gödəkcəsi, köynək trusik, 01 cüt corab, ayaqqabının sol tayı üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizazı Mərkəzinin 09 yanvar 2025-ci il tarixli 6/5422 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs və X11 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəlu cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, X11 məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş tünd göy rəngli poliester kimyəvi liflər rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən poliverin tərib liflərinə uyğun gəlirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X29 Şəxsi Ambulator X1 16 dekabr 2024-cü il tarixli, 7852 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 fevral 2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə hadisə yerindən qanabənzər ləkələrdən götürülmüş 2 ədəd nümunə, Təqsirləndirilən şəxs tərəfindən istintaqa könüllü təqdim olunmuş 02 ədəd qara rəngli açılıb-qatlanan tipli bıçaq, "Samsung" markalı "Galaxy S22" modelli mobil telefon və sonununcunun hadisə vaxtı əynində olmuş paltarlar 1 ədəd göy tünd rəngli idman gödəkçəsi, 1 ədəd tünd göy rəngli uzunqol köynək, 1 ədəd tünd göy rəngli idman şalvarı, 1 ədəd üzərinə "JOHN LİON" yazılmış tünd boz rəngli tuman, İ cüt açıq göy rəngli corab va Ümid Hikmət oğlunun əynində olmuş geyim əşyaları 1 ədəd qara rəngli, qolları parça 1 cüt üzərinə "A/X" yazılmış ayaqqabı, hadisə vaxtı mərhum zərərçəkmiş şəxs X8 əynində olmuş geyim əşyaları 1 ədəd qara rəngli, qolları parça materialdan olan gödəkçə, 1 ədəd qara rəngli uzunqol köynək, 1 ədəd açıq göy rəngli, üzərində qanabənzər ləkələr olan cins materiallı şalvar, 1 ədəd qara rəngli mayka, 1 cüt qara rangli corab, 1 ədəd qara rəngli tuman və 1 cüt qara rəngli ayaqqabı maddi sübut kimi tanınmış, saxlanılmaları üçün Nizami rayon prokurorluğunun maddi sübutlar otağına tahvil verilmiş, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin huquqi varisinin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, baxış, götürmə, ifadənin yerində yoxlanılması, əşyanın tanınması protokolları, ekspert rəyləri və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 fevral 2025-ci il tarixli “Təqsirləndirlən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 221.3 və 228.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 fevral 2025-ci il “Zərər çəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin materiallarında olan Bakı Ağır Cinayətətlər Məhkəməsinin 28 iyul 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dövlət ittihamçısı Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə bağlı ittihamdan imtina etmiş, bu hissədə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası CM-in 228-ci maddəsinin qeyd hissəsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144, 199, 214, 214-1, 214-3, 215, 228, 229, 274, 278 və 283-1-ci maddələrinin “Qeyd” hissələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 may 2025-ci il tarixli plenumunun qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144, 199, 214, 214-1, 214-3, 215, 228, 229, 274, 278 və 283-1-ci maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş hərəkətləri yerinə yetirmiş şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilir. Şəxsin əməlində başqa cinayət tərkibinin də olduğu halda o, yalnız həmin cinayətə görə məsuliyyətə cəlb edilir. Təqsirləndirilən şəxs CM-in 120.2.2 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətdikdən sonra polis şöbəsinə gedib könüllü təslim olub, hadisə zamanı istifadə etdiyi soyuq silah hesab edilən bıçaqları könüllü təhvil verdiyindən ona qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi xaric edilməli,bu hissədə cinayət təqibinə xitam verilməlidir. Bu əsasla Bakı Ağır Cinayətətlər Məhkəməsinin 28 iyul 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət Məcəlləsinin 228.4-cü maddəsi üzrə cinayət təqibinə xitam verilmişdir. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 120.2.2 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətlərin törədilməsində o, təqsirlidir. Məhkəmə gəldiyi qənaətlə bağlı aşağıda sadalananları qeyd etməyi zəruru hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə əməlinə görə cinayət məsuliyyəti həmin əməl xuliqanlıq niyyəti ilə törədildikdə Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulmuşdur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsasən təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi öldürmək niyyətində olmaması barədə məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatlara tənqidi yanaşaraq vurğulayır ki, bu xüsusat işdə olan digər sübutlarla ( zərərçəkmiş və şahidlərin ifadələri, hadisə yerinə baxış istintaq hərəkətinin protokolu, hadisənin videogörüntüsü və.s) tam təkzib olunur. Odur ki, məhkəmə bu xüsusatı təqsirləndirilən şəxsin öz müdafiəsinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsini sübuta yetirilməsi barədə qənaətə gəlir. Məhkəmə bununla bağlı həmçinin qeyd edir ki, insanın motivasiyası onun fəaliyyət məqsədləri ilə sıx əlaqədardır. Motivi aydınlaşdırmadan insanın müəyyən məqsədə çatmağa nə üçün səy etdiyini, beləliklə onun hərəkətinin əsl mənasını anlamaq mümkün deyildir. Şəxsin hər hansı əməli törətməsində qəsdinin nəyə yönəldiyinin müəyyən edilməsi üçün onun həm hadisədən əvvəl, həm də hadisədən sonrakı hərəkətlərinin motivi müəyyən edilməlidir. Məhkəmə işin qeyd edilən hallarını nəzərə alaraq təqsirləndirilən şəxsin mərhum Ümid Soltanovu əsaslı səbəb olmadan həyatdan məhrum etməsini Təqsirləndirilən şəxs məhz xuliqanlıq niyyətilə qəsdən adam öldürməsi kimi qiymətləndirir. Məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin hüquq varisi, şahid ifadələri, məhkəmə ekspertiza rəyləri, hadisənin videogörüntülərini əks etdirən DVD disk və yuxarıda sadalanan digər mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən xüsusilə ağır, Cinayət Məcəlləsinin 221.3-cü maddəsində göstərilən cinayət əməli isə az ağır cinayətdir. Qeyd olunan əməllər təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci və 221.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs cinayət törədərkən yetkinlik yaşına çatmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən, şəxsin könüllü gəlib təqsirini boynuna alması və iki ədəd bıçağı könüllü təqdim etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs əməllərində cinayətlərin məcmusu mövcuddur. Ona görə də ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və təyin edilmiş cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu qaydasında qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qeyd edilən Məcəllənin 17.3-cü maddəsinə əsasən - şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. X7a cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məcmuya daxil olan cinayətlərdən birinə görə on il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu halda qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət törədərkən yetkinlik yaşına çatmaması kimi cəzasını yüngülləşdirən halın olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci və 221.3-cü maddələri ilə həmin Məcəlləsinin 85-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli Qərarının 10-cu bəndində göstərilir ki, yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində CM-nin 63, 66 və 67-ci maddələrinin müddəalarına uyğun cəza təyin edilərkən nəzərə alınmalıdır ki, başa çatmış cinayətə görə cəzanın müddəti və ya miqdarı CM-nin 85-ci maddəsində nəzərdə tutulan həddən yuxarı ola bilməz. Yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edərkən qəti cəza 10 il müddətinə azadlıqdan məhrumetmədən çox olmamalıdır. Belə hallarda, habelə X7ın təqsirli bilindiyi CM-nin müvafiq maddəsinin aşağı həddi 10 ildən yuxarı azadlıqdan məhrumetmə cəzası nəzərdə tutduqda 10 il azadlıqdan məhrumetmə cəzası təyin edərkən CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X7 üçün Penitensiar Müəssisəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə 18 yaşı tamam olmuşdur. “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarına əsasən, hökm çıxarılanadək 18 yaşı tamam olmamış şəxs azadlıqdan məhrum etmə cəzasına məhkuum edilərsə, (CM-nin 55.1-ci maddəsi), məhkəmə CM-nin 85.5-ci maddəsinə müvafiq olaraq onlara ümumi və ya möhkəm rejimli tərbiyə müəssisəsi təyin edir. Ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələri AR CM-nin 85.5-ci maddəsinə görə yalnız azadlıqdan məhrum etmə cəzasına məhkum edilən X7a təyin edilir. Ona görə də şəxs yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət törətmiş şəxs (o cümlədən xüsusilə ağır cinayət) hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə, ehtiyatsızlıqdan cinayət törətməyə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Plenum Qərarının qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 17 noyabr 2024-cü il tarixdə tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 17 noyabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Nizami rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerindən qanabənzər ləkələrdən götürülmüş 2 ədəd nümunə, Təqsirləndirilən şəxs tərəfindən istintaqa könüllü təqdim olunmuş 02 ədəd qara rəngli açılıb-qatlanan tipli bıçaq, və sonununcunun hadisə vaxtı əynində olmuş paltarlar - 1 ədəd göy tünd rəngli idman gödəkçəsi, 1 ədəd tünd göy rəngli uzunqol köynək, 1 ədəd tünd göy rəngli idman şalvarı, 1 ədəd üzərinə “JOHN LİON’" yazılmış tünd boz rəngli tuman, 1 cüt açıq göy rəngli corab və 1 cüt üzərinə “A/X" yazılmış ayaqqabı, hadisə vaxtı mərhum zərərçəkmiş şəxs X8 əynində olmuş geyim əşyaları - 1 ədəd qara rəngli, qolları parça materialdan olan gödəkçə, 1 ədəd qara rəngli uzunqol köynək, 1 ədəd açıq göy rəngli, üzərində qanabənzər ləkələr olan cins materiallı şalvar, 1 ədəd qara rəngli mayka, 1 cüt qara rəngli corab, 1 ədəd qara rəngli tuman və 1 cüt qara rəngli ayaqqabı məhv edilməli, “Samsung” markalı "'Galaxy S22” modelli mobil telefon qanuni sahibinə qaytarılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 16 (on altı) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 176 (yüz yetmiş altı) manat məbləğində pul ödənilməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 254 (iki əlli dörd) manat 16 (on altı) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü nəzərdə tutulmuş cinayət əməllərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu qaydasında qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 17 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi Nizami rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerindən qanabənzər ləkələrdən götürülmüş 2 ədəd nümunə, Təqsirləndirilən şəxs tərəfindən istintaqa könüllü təqdim olunmuş 02 ədəd qara rəngli açılıb-qatlanan tipli bıçaq, və sonununcunun hadisə vaxtı əynində olmuş paltarlar - 1 ədəd göy tünd rəngli idman gödəkçəsi, 1 ədəd tünd göy rəngli uzunqol köynək, 1 ədəd tünd göy rəngli idman şalvarı, 1 ədəd üzərinə “JOHN LİON’" yazılmış tünd boz rəngli tuman, 1 cüt açıq göy rəngli corab və 1 cüt üzərinə “A/X" yazılmış ayaqqabı, hadisə vaxtı mərhum zərərçəkmiş şəxs X8 əynində olmuş geyim əşyaları - 1 ədəd qara rəngli, qolları parça materialdan olan gödəkçə, 1 ədəd qara rəngli uzunqol köynək, 1 ədəd açıq göy rəngli, üzərində qanabənzər ləkələr olan cins materiallı şalvar, 1 ədəd qara rəngli mayka, 1 cüt qara rəngli corab, 1 ədəd qara rəngli tuman və 1 cüt qara rəngli ayaqqabı məhv edilsin, “Samsung” markalı "'Galaxy S22” modelli mobil telefon qanuni sahibinə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 254 (iki əlli dörd) manat 16 (on altı) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 176 (yüz yetmiş altı) manat məbləğində pul ödənilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Elmin Rüstəmov Hakimlər: Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-1113/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1113/2025
28.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver