Məhkəmə qərarları › İş №1(101)-1114/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1114/2021

28.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1114/2021 28.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, 20 dekabr 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ev 151, mənzil 3-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nizami küçəsi ev 23-də yaşamış, hal-hazırda AR ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci ilin yanvar ayınında Bakı şəhərində başqa mənbədən satış məqsədi ilə qanunsuz olaraq 03 ədəd bükümdə külli miqdarda,yəni ümumi təmiz çəkisi 20,188 qram olan psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə küllli miqdarda, yəni təmiz çəkisi 27,911 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd dairəvi formada xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 3,688 qram olan narkotik vasitə tiryək əldə edib, daşıyaraq üzərində və yaşadığı evdə saxlamış, 24 yanvar 2021-ci il tarixdə saat 13:00-da Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nizami küçəsi 23 nömrəli evin yaxınlığında saxlanılaraq 15-ci PB-nin aparılıb üzərinə keçirilən axtarış zamanı onun əynindəki şalvarın cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşıyaraq saxladığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,944 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, daha sonra isə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda olan evə video çəkiliş ilə baxış zamanı evin yataq otağında olan çarpayının altında olan dəmir qabın içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşıyaraq saxladığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş külli miqdarda təmiz çəkisi 18,187 qram olan psixotrop maddə metamfetamin, 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,057 qram olan psixotrop maddə olan metamfetamin, 01 ədəd dairəvi formada xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 3,688 qram olan narkotik vasitə tiryək, 01 ədəd polietilen torbada külli miqdarda təmiz çəkisi 27,911 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ifadələrində ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərdi ki, 24 yanvar 2021-ci il tarixdə saat 13:00 radələrində o, özünün faktiki yaşadığı ünvan 2 ünvanın yaxınlığında hərəkət edərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini ona təqdim edib onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu 15-ci polis bölməsinə dəvət etmişlər. Orada o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunduqdan sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərində qanunla qadağan olunmuş əşya, maddə və narkotik vasitə varsa təqdim etmək təklif olunmuşdur. O da əynindəki şalvarın cibindən bir bükümdə “patı” adlandırılan metamfetamini çıxarıb təqdim etmişdir. Daha sonra onun üzərində axtarış aparılmış və siqaretlə «Xiomi» markalı telefonu aşkar edilmişdir. O, sorğu zamanı metamfetaminin özünə məxsus olduğunu, vatsap vasitəsi ilə istifadə etmək və satmaq üçün əldə etdiyini, yaşadığı evdə narkotik vasitə və psixotrop maddə saxladığını, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra o, polis əməkdaşları ilə özünün yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi Nizami küçəsi 23 saylı faktiki yaşadığı ünvana getmişlər. Həmçinin evdən mobil telefonlar aşkar edilmişdir. O, həmin narkotik vasitələri və psixotrop maddəni tutulmaşından təxminən 10 gün qabaq vatsap vasitəsi ilə xatırlamadığı nömrə ilə danışaraq ümumilikdə 1500 manata almış, həmin maddələri Binəqədi rayonu ərazisində gedərək həmin tanımadığı şəxslə görüşüb ondan almışdır. Narkotik maddələri o, öz istifadəsi üçün almışdır, bir qismini isə qazanc məqsədi ilə deyil, həmin maddələrin pulunu çıxartmaq məqsədi ilə satmağı planlaşdırmışdır. Elektron tərəzini də narkotik vasitələrin çəkisini ölçmək üçün almışdır. Onun istifadəsində olmuş 070-222441 mobil telefon nömrəsinə 07 dekabr 2020-ci il tarixdə saat 13:24-də ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “İmkan varsa mənə bir az kola verdə”; 30 dekabr 2020-ci il tarixdə saat 19:14-də ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “ Usta nolar balaca patı verdə kolam var burda eliyim”; 08 yanvar 2021-ci il tarixdə saat 18:32-də ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “Ovoshnoyun duz qabagında dayanmısham. Ozunen 1-2 dene metadon goture bilersen gelende?” ; 22 yanvar 2020-ci il tarixdə saat 13:52-də ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “ Azad 0.5 kola 10 manatlıg patı varsa 2 dene meti yoxdursa 1 dene 15 deyqeye sheherdeyem.” Həmçinin onun istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə 06 avqust 2020-ci il tarixdə saat 01:47-də ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “Gagas 2 dene meti 2 denede yarı lazımdı gelmey isteyirem usaga deye bilersen gelsun dalımca”; 10.08.2020-ci il tarixdə saat 22:40-da və saat 22:46-da ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “ Qaqas kola var? 6 dene teker yarı kola olar” və “Yaxı onda mene yarı kola 6 dene de teker qardasva 1 dene balaca patı az qeder qrit elesen a bomba olar menim boyuk qardasım”; 18 avqust 2020-ci il tarixdə saat 00:07-də, 00:12-də və 00:16-da ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “kola patı bele orxanda meti isteyir pulum yoxdu metiye catmır”, “hara gelim yarı kola yarı patı birde telefon kaslok, saat da mendedi isteyirsen oları”, “onda atam gelim 2 dene yarı kola ver bir dene xırda dash patı gret eleyersende qardasva”; 05 sentyabr 2020-ci il tarixdə saat 17:00-da ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “5 manatdıgda patı lazımdı niye gondermedin yemey yeyirik gelirsen?”; 05 sentyabr 2020-ci il tarixdə saat 19:53-də ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “Bratka yoldayam pulu gozledim, ona gore biraz gec oldu. İmkan varsa 3 ustune yarım artıq qoy 3,5 kola ve 1 fanta. Borcu da verecem.”; 06 sentyabr 2020-ci il tarixdə saat 22:58-də ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “Gagas mene 1 gram kola lazımdı cefernen gelim”; 19. Sentyabr 2020-ci il tarixdə saat 18:02-da ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “ Nicat 5 dıq funya 10 luq şuşa isti qapıdayam qurban qoddiq eliyir”; 19 sentyabr 2020-ci il tarixdə saat 18:10-da ***- ***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “Gagas gapıda gırgındı ocuretdi yola sal da onu pati 2j dene 5 diy ele”; 19 sentyabr 2020-ci il tarixdə saat 19:03-da ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “Bidanada 05 fanta elada”; 19 sentyabr 2020-ci il tarixdə saat 19:12-də ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “Nicatda 1 dan yarı 1dan şuşa isdiyir 10 man verib”; 22.09.2020-ci il tarixdə saat 16:52-də ***-***-**- ** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “qaqas rahat danısa bilmirdim adamlar yanımda var idi. 1 fanta, 6 kola. Alındır qardasımsan yoxsa ambar bom bosdu ”; 23 sentyabr 2020-ci il tarixdə saat 03:52-də ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “ Gagas gapıdayam çıx hec olmasa 5dıy patı ver”; 22 oktyabr 2020-ci il tarixdə saat 13:45-də ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “ Qaqas 1 qr Patıda goturmey olar qaqas” 23.10.2020-ci il tarixdə saat 12:22-də ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “Gaga mene 1 kola lazımdır, yarıda 07 dın padpresi”; 23 oktyabr 2020-ci il tarixdə saat 14:56-da ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “Qaqa yarı kola 5 dayı patı”; 09.11.2020-ci il tarixdə saat 20:20-də ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “ brat 3 dana takar 15 man koka va 5 man susa verə bilərsən mənə?” ; 10 noyabr 2020-ci il tarixdə saat 19:07-də ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “ bir dene yarı 5diyde patı gonderde”; 10 noyabr 2020-ci il tarixdə saat 19:12-də ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “ Brat bir denede artıg oldu, koroche 4 yox 5 dene, daje sen bele ele 2 dene 1gr ele 1 denede yarım”;11 noyabr 2020-ci il tarixdə saat 14:02-də ***-***- **-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “Alisa getirdun atam? Yoxdusa eybi yox Qram kola birde 10 manatdıq patı gelim 1 saata gotorum”; 11 noyabr 2020-ci il tarixdə saat 14:10-də ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “ brat takar var sende? 1 dana taakr lazımıdr. 1 dana yarım ya 1 dana 5 man shusha har sey var? Gala bilram gardas?”; 11noyabr 2020-ci il tarixdə saat 15:09-da ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “meti 1 dana lazımdı harda gorusey?”; 11.11.2020-ci il tarixdə saat 17:21-də ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “ alısa 1 qram kola 10 manatlıgda patı gelim tez goturumde Azad tez cavab verde imkan varsa” ; 14 noyabr 2020-ci il tarixdə saat 16:34-də ***-***-**- ** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “ Azad 0,5 kola i 10 azn patı lazımdı var gelim goturum? Qardashımsan tez cavab ver sora icaze de ala bilmeyecem”; 14 yanvar 2020-ci il tarixdə saat 13:56-da ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “ Brat mene de 5diy kakao alındırarzan”.yazışmalar onun narkotik vasitələrin satışı ilə əlaqədar olub. O, aldığı narkotik vasitələrdən istifadə etmiş, istifadə etdiyi narkotik maddələrin pulunu çıxarmaq aldığı narkotik maddələrdən bir qismini də satmışdır. Törətdiyi əməldən peşimandır. Şahid1 ifadələrində göstərdi ki, o, Bakı şəhəri, Sabunçu RPİ-nin 15-ci PBnin əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi Nizami küçəsi ev 23-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlaması, daşıması və satması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə həmin günü saat təxminən 13:00 radələrində Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili Şahid2la birlikdə Sabunçu rayonu Zabrat qəsəbəsi Nizami küçəsi 23 nömrəli evin yaxınlığında onlara şifahi məlumata əsasən məlum olmuş şəxsə yaxınlaşaraq, özlərini təqdim etmişlər və həmin şəxsin şəxsiyyətini soruşduqda, özünün Təqsirləndirilən şəxs oğlu olmasını bildirməsinə görə onu Sabunçu rayon polis idarəsinin 15-ci PB-nə dəvət etmişlər. Bölmənin xidməti otaqlarının birində digər polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Axtarış keçirilərkən video çəkilişdən də istifadə edildi. Axtarış zamanı Təqsirləndirilən şəxs oğlunun əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan rəngli bükümü təqdim edib bildirdi ki, şüşədir, yəni psixotrop maddə metamfetamindir. Həmin büküm açıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması müyyən olundu. Təqsirləndirilən şəxs bildirdi ki, həmin bükümdə narkotik vasitə heroin vardır, şəxsi istifadəsi və satmaq üçün internet vasitəsi ilə almışdır, yaşadığı evdə də narktotik maddə vardır, təqdim edə bilər. Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə olan maddə zərfdə qablaşdırıldı və bu barədə protokol tərtib olundu. Tərtib olunmuş protokol və zərf polis əməkdaşları və Təqsirləndirilən şəxs tərəfindən imzalandı. Bundan sonra Təqsirləndirilən şəxs və polis əməkdaşlarının iştirakı ilə Azadın yaşadığı Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Nizami küçəsi 23 nömrəli evə gedib Təqsirləndirilən şəxs razılığı ilə onun evinə baxış keçirilmişdir. Baxış zamanı video çəkilişdən istifadə edildi. Təqsirləndirilən şəxs evdə qanunsuz saxladığı əşya və predmet vasra təqdim etmək təklif edildikdən sonra Azad evdə yataq otağında çarpayının altından bir ədəd dəmir qutunu çıxardıb qutunu açaraq içərisində olan əşyaları təqdim etdi. Həmin qutunun içərisindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroin, bir ədəd bükümdə psixotrop maddə metamfetamin, bir ədəd narktoik vasitə tiryək və dərman həbləri aşkar edildi. Həmçinin evdən olan plastmas qutunun içərisindən çoxlu sayda mobil telefonlar aşkar edildi. Azad da həmin mobil telefonların özünə məxsus olduğunu dedi. Aşkar edilmiş maddə və əşyalar qablaşdırıldı və bu barədə protokol tərtib edildi. Tərtib edilmiş, protokol baxışda iştirak edən şəxslər tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid2 ifadlərində Sabunçu RPİ-nin 15-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyini göstərib, şahid Şükürov Bəhruz Yengibar oğlunun Təqsirləndirilən şəxs barəsində ifadələrində göstərdiyi hallara uyğun eyni məzmunlu ifadələr verib həmin halları təsdiq etdi. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 24 yanvar 2021-ci il tarixli 6/312 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Mirzəyev A” yazısı olan paketdəki, bir şəffaf polietilen bükümdə təmiz şəkisi 18,187qr, bir ədəd şəffaf polietilen torbacıqda təmiz çəkisi 1,944qram və bir ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,057qr, ümumi təmiz çəkisi 20,188 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd şəffaf polietilen torbada təmiz çəkisi 27,911qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, təmiz çəkisi 3,688 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, iki ədəd şüşə qabların içərisində metamfetaminin izləri vardır, lakin iz şəklində olduğu üçün, metamfetaminin çəkisini və bükümlərdəki metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır, üç ədəd kapsuldakı maddə narkotik, psixotrop və güclü təsir edən dərman preparatlara aid deyildir,tədqiqata təqdim edilmiş, üzərində “Mirzəyev A” yazısı olan zərfdəki bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,347qr ağ rəngli xırda kristallardan ibarət maddə narkotik və psixotrop maddələrə aid olmayan-limon turşusudur. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 3 ədəd bükümdə ümumi təmiz çəkisi 20,188 qram olan psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə ümumi təmiz çəkisi 27,911 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış heroin, bir ədəd təmiz çəkisi 3,688 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryək və bir ədəd elektron tərəzi cinayət işi üzrə sübut maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatında istifadə olunmuş miqdarlar nəzərə alınmaqla, hazırda qalıq qalmış 19,988 qram psixotrop maddə metamfetamin, 27,811 qram narkotik vasitə kustar üsulla hazırlanmış heroin, 3,588 qram narkotik vasitə tiryək, iki ədəd şüşə qab və bir ədəd elektron tərəzi saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, təqsirləndirən şəxs Təqsirləndirilən şəxs üstünə keçirilmiş şəxsi-axtarış və yaşadığı evə keçirilmiş baxış kamera vasitəsi ilə video çəkilişlə qeydiyyata alınaraq 02 ədəd DVD diskə köçürülmüş və iş materiallarına əlavə edilmişdir. Həmin video disklərə keçirilən baxış zamanı da Təqsirləndirilən şəxs oğlundan narkotik vasitənin və psixotrop maddənin aşkar edilərək götürülməsi aydın olunur. Təqsirləndirilən şəxs oğlunun üstünə Sabunçu RPİ-nin 15-ci Polis bölməsində keçirilmiş şəxsi-axtarış zamanı və yaşadığı evə keçirilmiş baxış zamanı qeydə alınmış video görüntülər olan iki ədəd DVD disk sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Məhkəmə, yuxarıda göstərilən ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməlinin onun tərəfindən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib hissəsinin əlamətlərinin olduğu qənaətinə gəlib onun əməllini həmin maddə ilə tövsif olmasını əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs həmin əməlləri qəsdən törətməsi qənaətinə gəlir və bu səbəbdən onun təqsirli bilinməsini əsaslı sayır. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunda nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İbtidai istintaq zamanı məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə 114 (yüz on dörd) manat, məhkəmə ballistik ekspertizasınınq keçirilməsinə 64 (altmış dörd) manat olmuşdur. Ümilikdə iş üzrə üzrə məhkəmə xərci 178(yüz yetmiş səkkiz) manat olmuşdur. Məhkəmədə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs 35 (otuz beş)saat hüquqi yardım göstərilmişdir. Buna görə ona 210 (iki yüz on) manat pul ödənilməlidir. Məhkəmə, iş üzrə üzrə məhkəmə xərcini təşkil edən 178 (yüz yetmiş səkkiz) manatın məhkəmə məsrəfləri qismində və ona göstərilən hüquqi yardıma görə müdafiəçiyə ödəniləməli 210 (iki yüz on) manat pulun Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsinin əsaslı olması qənaətinə gəlir, çünkü məhkəmədə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs həmin məbləğin ödənilməsindən azad olunması üçün əsas müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatında istifadə olunmuş miqdarlar nəzərə alınmaqla, hazırda qalıq qalmış 19,988 qram psixotrop maddə metamfetaminin, 27,811 qram narkotik vasitə kustar üsulla hazırlanmış heroinin, 3,588 qram narkotik vasitə tiryəkin sərbəst dövriyyəsi qadağan edilmiş əşyalar kimi, iki ədəd şüşə qab və bir ədəd elektron tərəzini isə istehlak dəyərlərini itirən əşyalar kimi məhv edilməsini, Təqsirləndirilən şəxs üstünə keçirilmiş axtarış və yaşadığı evə keçirilmiş baxışın qeydə alınmış video görüntülər olan iki ədəd DVD diski cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddətin ona təyin olunan cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun bu iş üzrə şübhəli şəxs qismində tutulduğu 24 yanvar 2021-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 05 aprel 2021-ci il tarixli, 961 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının və işsiz həyat yoldaşının olması müəyyən olundu. Məhkəmə bunu onun cəzasının yüngülləşdirici hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətlərini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 24 yanvar 2021-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına Məhkəmə Ekspertiza Mərkəzinin hesabına 178 (yüz yetmiş səkkiz) manat, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının hüquqi yardım və tədris mərkəzinin hesabına ödənilsin. Həmin məbləğlər Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödəniləsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatında istifadə olunmuş miqdarlar nəzərə alınmaqla qalıq qalmış 19,988 qram psixotrop maddə metamfetamin, 27,811 qram narkotik vasitə kustar üsulla hazırlanmış heroin, 3,588 qram narkotik vasitə tiryək sərbəst dövriyyəsi qadağan edilmiş əşyalar kimi, iki ədəd şüşə qab və bir ədəd elektron tərəzini isə istehlak dəyərlərini itirən əşyalar kimi məhv edilsin, Təqsirləndirilən şəxs üstünə keçirilmiş şəxsi-axtarış və yaşadığı evə keçirilmiş baxışın qeydə alınmış video görüntülər olan iki ədəd DVD diski cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar