Məhkəmə qərarları › İş №1(101)-1114/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1114/2022

07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1114/2022 07.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X14 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1995-ci il tarixdə Ağstafa şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Aşağı Göyçəli kəndində qeydiyyatda olmaqla ünvan 3-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkiləri 4,174 qram olan narkotik vasitə heroin və 2,530 qram olan psixotrop maddə metafetamin əldə edib üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 1 fevral 2022-ci il tarixdə saat 8:30-da Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən “Panorama” parkın yaxınlığında saxlanılıb ünvan 1 ünvanında yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirilərək orada müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 4,174 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 14 ədəd gümüşü rəngli kağıza bükülmüş külli mqidarda kimyəvi tərkiblərinə görə aralarında eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 0,130 qram, 0,116 qram, 0,128 qram, 0,067 qram, 0,157 qram, 0,141 qram, 0,269 qram, 0,312 qram, 0,169 qram, 0,266 qram, 0,126 qram, 0,328 qram, 0,117 qram, 0,204 qram, ümumi təmiz çəkisi 2,530 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2 ildən artıq heroindən və metafetamindən istifadə etmişdir. Narkotik vasitəni və psixotrop maddəni tanımadığı şəxslərdən almışdır. ünvan 3 ünvanında qeyri-rəsmi olaraq Səma adlı qadınla yaşamışdır. 1 fevral 2022-ci il tarixdə yaşadığı evə bir neçə polis əməkdaşı gəlib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərində və evində axtarış həyata keçirmişlər. Heç nə aşkar etmədiklərinə baxmayaraq onu və Səmanı zorla Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nə aparmışlar. Orada 14 ədəd gümüşü rəngli kağız bükümlər və 1 ədəd ağ rəngli sellofan büküm cibinə qoyulmuş və videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Polis əməkdaşları Səmanı da işə cəlb edəcəkləri ilə onu hədələdikləri üçün videoçəkiliş zamanı həmin bükümlərin ona məxsus olduğunu bildirmişdir. Peyman adlı şəxsi tanımır. Səma heroindən və metafetamindən istifadə etməmişdir. Heç vaxt narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmamışdır. Tutulan zaman üzərindən heç nə aşkar olunmamışdır. Tutulanadək bərbər işləmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, 2 ildən artıq narkotik vasitə heroindən və psixotrop maddə metafetamindən istifadə etmişdir. Narkotik vasitələri X8 vətəndaşlarından pulla almışdır. Belə ki, İran İslam Respublikası vətəndaşları ilə onlayn sosial şəbəkələrdə əlaqə yaratmış və deyilən ünvanlardan götürmüşdür. Narkotik vasitəni inyeksiya və doldurma yolu ilə qəbul elmişdir. Deyilən ünvana getdikdə isə narkotik maddələrin fotoşəkillərini göndərmişlər. 4 ay bundan əvvəl internet sosial şəbəkəsində “Peyman” adlı şəxslə tanış olmuşdur. “Peyman” adlı şəxsin deməsinə görə o, İran İslam Respublikası vətəndaşıdır. “Peyman” adlı şəxs ilə tanış olduqdan sonra sonuncu bildirmişdir ki, X3 və narkotik alğı-satqısı ilə məşğul olur. “Peyman” adlı şəxsin deməsinə görə Bakı şəhərinə çox sayda şəxslərə narkotik vasitə göndərmişdir. “Peyman” adlı şəxsdən lazım olduqda narkotik vasitə göndərə biləcəyini soruşmuş, sonuncu demişdir ki, pulunu əvvəlcədən deyəcəyi hesaba ödədikdən sonra istənilən qədər müxtəlif növ narkotik maddələr göndərə bilər. 2021-ci ilin noyabr ayının ortalarında sosial şəbəkədə “Peyman” ilə danışan zaman sonuncudan külli miqdarda narkotik maddələr istəmişdir. “Peyman” adlı şəxs bildirmişdir ki, yalnız metafetamin və heroin göndərə bilər. “Peyman” ona hesab deyəcəyini və həmin hesaba 100 manat pul ödəyəcəyini bildirmişdir. Həmin günü xatırlamadığı ünvanda yerləşən dayanacaqda olan terminalın yanında "Peyman” adlı şəxs ilə əlaqə saxlamış və bildirdiyi hesaba 100 manat pul ödəmişdir. Terminaldan ödədiyi qəbzin fotoşəkilini çəkib Peymana göndərmiş, sonra isə izi itirmək üçün qəbzi yandırmışdır. Bundan sonra “Peyman” adlı şəxsin deməsi əsasında “20 yanvar” metrostansiyası yaxınlığına gəlmiş və gözləmişdir. 3-4 saat gözlədikdən sonra "Peyman” adlı şəxs narkotik maddələrin qoyulduğu yerin fotoşəkilini atmışdır. Metronun Nəsimi rayonu ərazisinə düşən hissəsində yerdən ağ rəngli sellofan büküm götürmüşdür. Həmin bükümü əynində olan gödəkcənin cibinə qoyaraq oradan uzaqlaşıb yaşadığı evə gəlmişdir. Evdə Peymana aid bütün yazışmaları mobil telefondan silmişdir. Sonra isə telefonunu formatlamışdır. Belə ki, telefonun kimlərinsə əlinə keçəcəyini və əməlinin ifşa olmasından qorxmuşdur. Bundan sonra mütəmadi olaraq həmin narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Evdə psixotrop maddə metafetamini 14 ədəd bükümlərə qablaşdırmışdır ki, istəyən olacağı halda pay verər. Heroini isə 1 ədəd bükümdə qablaşdırmışdır. Narkotik maddələri evdə çarpayının altında gizlətmişdir. 1 fevral 2022-ci il tarixdə səhər saatlarında narkotik maddələri çarpayının altından götürüb cibinə qoyaraq evdən çıxmışdır. Saat 8:30-da Gəncə prospektində yerləşən parka gəlmişdir. Parkın yaxınlığında olan zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərib Xətai rayon Polis İdarəsinin 34cü Polis Şöbəsinin əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşları özünü təqdim etməyini xahiş etmişlər. Polis əməkdaşlarına özünü təqdim etmişdir. Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağını bildirib Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Razılaşmış və polis şöbəsinə gəlmişlər. Polis şöbəsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Üzərində qanunsuz əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bundan sonra əynində olan qara rəngli şalvarının sağ yan cibindən 14 ədəd bükümdə olan psixotrop maddə metafetamini və 1 ədəd bükümdə olan narkotik vasitə heroini təqdim etmişdir. Həmin maddələrə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, 14 ədəd bükümdə ağ rəngli krislalşəkilli, 1 ədəd bükümdə isə tozşəkilli maddə aşkar olunmuşdur. Həmin maddələrin nə oolması və haradan əldə etməsi barədə sual verilmiş, bildirmişdir ki, 14 ədəd bükümdə olan maddə metafetamin, 1 ədəd bükümdə olan maddə isə heroindir, narkotik maddələri pul köçürmə yolu ilə İran İslam Respublikası vətəndaşı “Peyman” adlı şəxsdən 100 manata “20 yanvar” metrosunun yaxınlığında almışdır. Bundan sonra aşkar edilmiş narkotik maddələr elektron tərəzi ilə çəkilmiş, 14 ədəd bükümdə olan maddə, yəni metafetaminin çəkisi 3,79 qram, 1 ədəd bükümdə olan heroinin çəkisi isə 4,63 qram olmuşdur. Üzərindən aşkar edilmiş narkotik maddələr polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu axtarışda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər. Üzərindən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metafetamini şəxsi istifadəsi üçün əldə etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitədən və psixotrop maddə metafetamindən başqa heç bir yerdə hər hansı bir növ narkotik maddə saxlamamışdır. Narkotik maddələrin istifadəsi, satışı, saxlanılması, əldə edilməsinin və əkilib-becərilməsinin qadağan olunması barədə məlumatı olmuşdur. Üzərində narkotik maddələr olmağı və gəzdirməyi barədə heç kimin məlumatı olmamışdır. Narkotik maddələri aldığı şəxs İran İslam Respublikası vətəndaşıdır və adı Peymandır. Həmin şəxsi görməmiş və tanımır. Həmin şəxs ilə internet sosial şəbəkəsində tanış olmuş və ona aid mobil telefonunda olan hər bir məlumatı silmişdir. Həmin şəxs haqqında başqa heç bir məlumata sahib deyil. Metafetamini 14 ədəd bükümlərə ayırmışdır ki, istəyən olacağı halda tanışlarına pay versin. Lakin heç kimə verməmişdir. Peymanla təsadüfən internet sosial şəbəkəsində tanış olmuş, lakin hansı internet sosial şəbəkəsində tanış olmağını xatırlamır. Peymanın narkotik maddələri necə əldə etməsini və Azərbaycan Respublikası ərazisinə necə gətirməsini bilməmişdir (cild 1, iş vərəqə 50-53 və 63-66). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 1 fevral 2022-ci il tarixdə “Amil” adlı şəxsin narkotik vasitələrin saxlaması və qəbulu barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və “Amil" adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis şöbəsinin rəisinə raportla məruzə etmişdir. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. “Amil" adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar şöbə rəisi tərəfindən təsdiq olunmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Xətai rayon prokuroruna və Xətai rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü şöbənin CA üzrə əməliyyat müvəkkili Şahid3 təyin olunmuşdur. Bundan sonra "Amil" adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün əməliyyat müvəkkili Şahid3 ilə məlumata əsasən Xətai rayonu, Gəncə prospektində yerləşən “Panorama” adlı parkın yaxınlığına gəlmişlər. Saat 8:30 radələrində parkın yaxınlığında özünü şübhəli aparan şəxsi “Amil” adlı şəxsə oxşadıb ona yaxınlaşmışlar. Həmin şəxs onları görüb qaçmağa başlamış, lakin Orxan ilə həmin şəxsi tutub saxlamışlar. Həmin şəxsə xidməti vəqisələrini göstərib özlərini təqdim edib ondan da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs X6 olduğunu dedikdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Xətai RPİ-nin 34cü PŞ-nə dəvət etmişlər, sonuncu da heç bir etiraz etməmişdir. Bundan sonra "Amil" adlı şəxsi polis şöbəsinə gətirmişlər. Şöbədə “Amil” adlı şəxsin şəxsiyyəti dəqiqləşdirildikdən sonra raport yazılıb şöbə rəsinə məruzə edilmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində X2 hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı Amil Rüstəmova üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması, olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 14 ədəd gümüşü rəngli kağız bükümləri və 1 ədəd ağ rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə nə olması və haradan əldə etməsi barədə sual verildikdə sonuncu 14 ədəd bükümdə olan maddənin psixotrop maddə metafetamin, 1 ədəd bükümdə olan maddənin isə narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümlər açılıb içərisinə baxış keçirildikdə 14 ədəd bükümdə olan maddənin ağ rəngli kristalşəkilli, 1 ədəd bükümdə olan maddənin isə qəhvəyi rəngli tozşəkili olması müəyyən edilmişdir. Həmin bükümlər elektron tərəzi ilə çəkildikdə 14 ədəd gümüşü rəngli kağız bükümlərin ümumi çəkisi 3,79 qram, 1 ədəd ağ rəngli sellofan bükümün çəkisi isə 4,63 qram olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd mobil telefon aşkar edilmiş, aşkar edilmiş maddələr kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs şübhəli hərəkət etdiyi üçün ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs tutulan zaman tək olmuşdur. Əməliyyat qrupuna o rəhbərlik etmişdir. Şəxi axtarışda vəkil, o və şöbənin əməliyyat müvəkkili Şahid3 iştirak etmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Peyman” adlı şəxsdən pul köçürmə yolu ilə “20 Yanvar" metrostansiyası yaxınlığında 100 manata aldığını bildirmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai araşdırma orqanına verdiyi ifadəsində bildirmişdir ki, Memarlıq və İnşaat Universitetinin nəzdində Memarlıq və İnşaat kollecinin İV kursunda təhsil alır. 2020-ci ilin noyabr ayında evlənmiş, lakin rəsmi nikaha daxil olmamışdır. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan yaranan problemlərə görə boşanmış və uşağı yoxdur. Boşandıqdan sonra X7 ilə tanış olmuş və sonuncu ilə yaxın münasibəti yaranmışdır. Amil ilə tanış olduqdan sonra onunla birlikdə yaşamağa başlamışdır. Belə ki, yaşamağa yeri olmamışdır. 2021-ci ilin oktyabr ayının 7-dən Amillə ünvan 4 ünvanda yerləşən evdə yaşamışlar. Amillə yaşadığı müddətdə evə və evin qarşısına tanımadığı şəxslər gəlmiş, Amil onlara nə isə vermiş, ilkin vaxtlar Amilin həmin şəxslərə nə verməsini bilməmiş, lakin sonradan məlum olmuşdur ki, Amil həmin şəxslərə narkotik vasitələr satır. Bunu Amilin narkotik vasitə istifadə etməsini və evə gətirməsini gördükdən sonra başa düşmüşdür. Amilin narkotik vasitə istifadə etməsini bildikdən sonra onunla yaşamamışdır. Sonradan isə eşitmişdir ki, Amili həbs etmişlər (cild 1, iş vərəqə 127-129). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı təsdiq etmişlər (cild 1, iş vərəqə 142-144). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Məhkəmə-Kimyəvi Ekspertizasının 1 fevral 2022-ci il tarixli 6/645 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №152" möhür əksi, '‘...Təqsirləndirilən şəxs...” və s. yazılar və imzalar olan 1 ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 4,174 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 14 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,130 qram, 0,116 qram, 0,128 qram, 0,067 qram, 0,157 qram, 0,141 qram, 0,269 qram, 0,312 qram, 0,169 qram, 0,266 qram, 0,126 qram, 0,328 qram, 0,117 qram, 0,204 qram, ümumi təmiz çəkiləri 2,530 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. 14 ədəd bükümdəki metafetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edir. Heroin Azərbaycan Respublikasının 2005ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”-in siyahısına (Siyahı İ), metafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”-in siyahısına (Siyahı İİ) daxildir (Qeyd: metafetaminin ümumi təmiz çəkisi 2,53 qram, tədqiqata sərf olundu 0,14 qram, qalıq 2,39 qram, heroinin ümumi təmiz çəkisi 4,174 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 4,124 qram, cild 1, iş vərəqə 41- 44). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 1 fevral 2022-ci il tarixdə saat 8:30-da Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən “Panorama” parkın yaxınlığında saxlanılaraq Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş etməklə baxış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olduğu halda təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra sonuncu özü əynində olan qara rəngli şalvarının sağ yan cibindən 14 ədəd gümüşü rəngli kağız bükümləri və 1 ədəd ağ rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o da bildirmişdir ki, 14 ədəd bükümdə olan maddə metafetamin, 1 ədəd bükümdə olan maddə isə narkotik vasitə heroindir, narkotik maddələri İran İslam Respublikasının vətəndaşı “Peyman” adlı şəxsdən pul köçürmə yolu ilə “20 Yanvar” metrostansiyası yaxınlığında 100 manata almışdır. Həmin bükümlər açılmış və içərisinə baxış keçirilmiş, 14 ədəd bükümdə olan maddənin ağ rəngli kristalşəkilli, 1 ədəd bükümdə olan maddənin isə qəhvəyi rəngli tozşəkili olması müəyyən edilmişdir. Həmin bükümlər elektron tərəzi ilə çəkilmiş, miqdarı 4,63 və 3,79 qram olmuşdur. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd mobil telefon aşkar edilmişdir. Aşkar edilmiş maddələr kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir (cild 1, iş vərəqə 31-33). Cinayət işinin materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasının içərisində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilmiş, sonuncu heç bir etiraz etməyərək özü əynində olan qara rəngli şalvarının sağ yan cibindən 14 ədəd gümüşü rəngli kağız bükümləri və 1 ədəd ağ rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o da demişdir ki, 14 ədəd bükümdə olan maddə metafetamin, 1 ədəd bükümdə olan maddə isə narkotik vasitə heroindir. Həmin maddələri İran İslam Respublikası vətəndaşı “Peyman” adlı şəxsdən pul köçürmə yolu ilə “20 Yanvar” stansiyası yaxınlığında 100 manata almışdır. Həmin maddələr bükümlər açılmış və içərisinə baxış keçirilmiş, 14 ədəd bükümdə olan maddənin ağ rəngli kristalşəkilli, 1 ədəd bükümdə olan maddənin isə qəhvəyi rəngli tozşəkili olması müəyyən edilmişdir. Həmin bükümlər polis əməkdaşı tərəfindən elektron tərəzi ilə çəkilmiş, 14 ədəd gümüşü rəngli kağız bükümlərin ümumi çəkisi 3,79 qram, 1 ədəd ağ rəngli sellofan bükümün çəkisi isə 4,63 qram olmuşdur. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd mobil telefon aşkar edilmişdir. Aşkar edilmiş maddələr kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir (cild 1, iş vərəqə 90). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 9 mart 2022-ci il tarixli 1178 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 111-112). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 95). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1 fevral 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 19). İş materiallarında olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 3 fevral 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 1 fevral 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 77-80). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 1 fevral 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 4,124 qram olan narkotik vasitə heroin və 2,390 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 1 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 4,124 qram olan narkotik vasitə heroin və 2,390 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar