Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1114/2025 01.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri X6 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9, Təqsirləndirilən şəxs, onun müdafiəçisi - Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 28, 120.2.1 və 32.5, 28, 120.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: 03 mart 2025-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 28, 120.2.1 və 32.5, 28, 120.2.5ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuş, cinayət işi üzrə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, müdafiəçinin məhkəmə hazırlıq iclasında iştirak edə bilməməsi səbəbindən məhkəmə hazırlıq iclası 01 aprel 2025-ci il tarixə təxirə salınmışdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 28, 120.2.1 və 32.5, 28, 120.2.5-ci maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında sifarişlə qəsdən adam öldürmə cinayətinin törədilməsində məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün maneələri aradan qaldırmaqla, habelə cinayət yolu ilə əldə edilmiş əmlakı əldə etməyi qabaqcadan vəd etməklə köməkçi qismində iştirak etmiş, lakin cinayəti iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək qəsdən adam öldürmə cinayətinin törədilməsinə hazırlıq görmüşdür. Belə ki o, 2024-cü ilin yanvar ayının sonlarında Azərbaycan Respublikasının ərazisindən kənarda, yəni Belarus Respublikasının Novoqrudok rayonunun Ladeniki kəndində yaşayan zaman tanışı X7 “WhatsApp” mobil tətbiqi vasitəsilə istifadəsində olan “+99***-***-**-**” mobil nömrəsi ilə istifadə etdiyi hesabdan onun “+99***-***-**-**” mobil nömrəsi ilə istifadə etdiyi hesaba istintaqla müəyyən edilməyən tarixdə zəng etməklə onunla əlaqə yaradıb sonradan adının X10 olmasını öyrəndiyi tanışının 45000 manat pul müqabilində İmişli rayonu H.Əliyev prospekti 90 ünvanında yaşayan sonuncunun atası Zərərçəkmiş şəxs Gülmah oğlunun qəsdən öldürülməsini sifariş etməsini, eləcə də cinayətin bir nəfər şəxs tərəfindən törədilməsinin çətin olma ehtimalını qeyd edərək cinayətin törədilməsi üçün əlavə şəxsə ehtiyacın olmasını bildirərək qeyd olunan məbləğdə pul müqabilində sifarişin yerinə yetirilməsi məqsədilə icraçı qismində istifadə edilə biləcək şəxsin tapılmasında köməklik etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin məbləğin sifariş verilən cinayətin törədilməsi üçün az olduğunu bildirib cinayət yolu ilə əmlak (pulu) əldə etməyi qabaqcadan vəd etməklə İlkin Hüseynov vasitəsilə Fəqan Fərəcovla 60000 (altmış min) manat pul verilməsini razılaşdıraraq sifarişin yerinə yetirilməsi müqabilində əldə ediləcək həmin məbləğdə pulun 30000 (otuz min) manatının icraçı qismində istifadə ediləcək şəxsə, 15000 (on beş min) manatının özünə, 15000 (on beş min) manatının isə İlkin Hüseynova veriləcəyi şərti ilə bölüşdürülməsinə dair razılığa gəlib cinayəti iştirakçılıqla törətmək üçün sövdələşmiş, yəni törətməyi planlaşdırdıqları əməlin ictimai təhlükəliliyini dərk etməklə qəsdən adam öldürməklə bağlı sifarişin yerinə yetirilməsi üçün bilavasitə icraçının tapılmasında köməklik göstərəcəyinə razılıq vermiş və həmin cinayətin törədilməsi üçün sövdələşmişlər. İlkin Hüseynov cinayətkar sövdələşməyə uyğun olaraq bir neçə gün sonra yenidən işlədiyi sexin yaxınlığında Fəqan Fərəcovla görüşüb Təqsirləndirilən şəxs məsləhətlərinə uyğun olaraq sifarişin yerinə yetirilməsindən ötrü icraçı qismində istifadə ediləcək şəxsin ələ alınması məqsədilə məbləğin az olduğunu bildirib məbləği 60000 (altmış min) manata razılaşdırdıqdan sonra bu barədə Təqsirləndirilən şəxs “WhatsApp” mobil tətbiqi vasitəsilə məlumatlandırmışdır. Daha sonra Təqsirləndirilən şəxs gələcəkdə törədilməsi planlaşdırılan cinayətin icraçısı qismində istifadə edilə biləcək şəxs tapmaq və həmin şəxsi bu işə razı salmaq məqsədilə qeyd olunan mobil tətbiq vasitəsilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayan tanışı X2 “+7***-***-**-**” mobil nömrəsi ilə istifadə etdiyi hesabla əlaqə yaradıb danışıq aparmış, Fariz İsmayılovun Azərbaycan Respublikasına gəlməsi üçün çəkiləcək xərclər, o cümlədən aviabiletin alınması ilə bağlı yarana biləcək maneələri aradan qaldıracağına dair vədlər verib sonuncunu ələ almış, cinayətin sifarişçi Fəqan Fərəcovun istəyinə uyğun olaraq Zərərçəkmiş şəxs ölümünün təbii yolla baş verməsi görüntüsü yaratmaq məqsədilə elektrik cərəyanı verilməsi üsulu ilə törədilməsi barədə məsləhətlər, Azərbaycan Respublikasına gəldikdən sonra İlkin Hüseynovla görüşəcəyi tarix və yer barədə göstərişlər və məlumatlar vermiş, bunun müqabilində 10000 (on min) manat pul təklif etməklə sonuncunu ələ alaraq sifarişin yerinə yetirilməsinə razı salmışdır. Fariz İsmayılov sifarişin yerinə yetirilməsi məqsədilə təklif edilmiş pulun 5000 (beş min) manatının Bakı şəhərinə gəldikdən sonra nağd şəkildə verilməsini, bundan başqa Azərbaycan Respublikasına gəlməsi məqsədilə aviabiletin alınmasına görə əlavə 250 (iki yüz əlli) manat pulun ödənilməsini tələb kimi irəli sürərək yalnız bu halda cinayəti törətmək üçün Azərbaycan Respublikasına gələcəyini Təqsirləndirilən şəxs bildirib tələb etdiyi sonuncu məbləğdə pulun İlkin Hüseynova məxsus "xxxx" ASC-nin “Leobank” mobil bankına aid “4098-5844-9480- 6134" nömrəli bank kartının hesabından Rusiya Federasiyasında yaşamaqla cinayətdən xəbərsiz olan tanışı Şahid5 arvadı X3 məxsus “Kapital Bank" ASC-yə aid “4169-7388-2079-7284” nömrəli bank kartının hesabına 06 fevral 2024-cü il tarixdə, saat 21:58-də köçürülməsinə nail olmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs məsləhətləri, göstərişləri və məlumatları ilə törədilməsində köməkçi qismində iştirak etdiyi cinayətin icrasını təmin etmək məqsədilə 2024-cü ilin yanvar ayının sonlarında İlkin Hüseynova cinayətin törədilməsi üçün Rusiya Federasiyasında olan Fariz İsmayılovun Azərbaycan Respublikası ərazisinə gəlməsi ilə bağlı yarana biləcək maneələri aradan qaldırmaqdan ötrü həmin günün məzənnəsi ilə 1700 (min yeddi yüz) manat təşkil edən 1000 (min) ABŞ dolları məbləğində pulun tələb olunduğunu bildirmiş, İlkin Hüseynov bu məqsədlə pulu 2024-cü ilin fevral ayının əvvəllərində Fəqan Fərəcovdan aldıqdan sonra Təqsirləndirilən şəxs “WhatsApp” mobil tətbiqi vasitəsilə cinayətdən xəbərsiz olan tanışı Şahid14 istifadəsində olan “+99***-***-**- **” mobil nömrəsini İlkin Hüseynova göndərməklə sonuncuların qabaqcadan müəyyən olunmuş yerdə görüşünü təşkil etmişdir. İlkin Hüseynov 07 fevral 2024-cü il tarixdə, saat 16:00 radələrində Təqsirləndirilən şəxs göstərişlərinə uyğun olaraq Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Ayna Sultanova parkının yaxınlığında Şahid14la görüşüb sonuncuya həmin günün məzənnəsi ilə 1700 manat təşkil edən 1000 ABŞ dolları məbləğində pulu çatdırmış, Təqsirləndirilən şəxs həmin pulu Şahid14 vasitəsilə istintaqla dəqiq müəyyən edilməyən tarixdə Belarus Respublikasında əldə etmişdir. Daha sonra Fariz İsmayılov 08 fevral 2024-cü il tarixdə, saat 16:00 radələrində “UT731” nömrəli Sankt-Peterburq-Bakı aviareysi ilə Azərbaycan Respublikasma gələrək bu barədə Təqsirləndirilən şəxs “WhatsApp” mobil tətbiqi vasitəsilə məlumatlandırmış, Təqsirləndirilən şəxs isə öz növbəsində İlkin Hüseynova məlumat verməklə Fariz İsmayılovun həmin tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 3-cü mikrorayon dairəsinin yaxınlığındakı çayxanada İlkin Hüseynovla görüşünü təşkil edərək onların qabaqcadan bir- birlərini tanımaması maneəsini aradan qaldırmaqla yardım edib əlaqələndirmiş və onların Fəqan Fərəcovun verdiyi tapşırıqları icra etmək məqsədilə cinayəti bilavasitə törətmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək öz aralarında törədəcəkləri cinayətin detallarını müzakirə etdikdən sonra birlikdə sözügedən dairənin yaxınlığına getməklə Bakı şəhərindən İmişli şəhəri istiqamətində fərdi qaydada sərnişindaşıma fəaliyyəti ilə məşğul olan cinayətdən xəbərsiz X8 idarə etdiyi “Mersedes-Benz” markalı, “Az **-GX-***” dövlət qeydiyyat nişanlı minik avtomobilinə minərək İmişli rayonuna doğru yola düşmələrinə nail olub cinayətin edilməsini asanlaşdıran əlverişli şərait yaratmışdır. X13 rayonuna yola düşməzdən əvvəl Təqsirləndirilən şəxs göstərişlərinə uyğun olaraq cinayətin qeyd olunan üsulla törədilməsi məqsədilə istintaqla müəyyən edilməyən yerdən aldığı 1 ədəd papaq, 1 cüt əlcək, 1 ədəd kəlbətin, 1 ədəd vintaçan və 1 ədəd elektrik naqilini qara rəngli idman çantasının içərisinə yerləşdirib özü ilə götürmüşdür. İlkin Hüseynov və Fariz İsmayılov 08 fevral 2024-cü il və 13 fevral 2024-cü il tarixlərdə gecə vaxtı cinayəti törətmək üçün birlikdə Bakı şəhərindən yola düşərək Fəqan Fərəcovun atası Zərərçəkmiş şəxs tək yaşadığı İmişli rayonu H.Əliyev prospektində yerləşən evin yaxınlığına çatıb Təqsirləndirilən şəxs “WhatsApp” mobil tətbiqi vasitəsilə məlumatlandırmış, sonuncu isə öz növbəsində həmin mobil tətbiq vasitəsilə mütəmadi əlaqə yaradaraq cinayəti icra etməli olan şəxslərin hərəkətlərini daim diqqətdə saxlamış, eləcə də cinayətin icrasının tezləşdirilməsi, sifarişin yerinə yetirilməsindən sonra isə icraçıların ifşa olunmamaları üçün mobil tətbiqdə səsli zənglər vasitəsilə mütəmadi danışıqlar aparmaqla çoxsaylı məsləhət və göstərişlərin verilməsini davam etdirmiş və bu hərəkətləri ilə reallaşdırılmasına hazırlıq gördüyü cinayətin törədilməsində köməkçilik etmiş, lakin İlkin Hüseynov və Fariz İsmayılov hadisənin törədiləcəyi evin sol tərəfindəki döngədə yerləşən fərdi yaşayış evlərinin birinin darvazasından çıxaraq İmişli şəhəri H.Əliyev prospektinə doğru piyada hərəkət edən, şəxsiyyəti istintaqa məlum olmayan şəxsin onları görüb ifşa edə biləcəyindən təlaşlandıqlarına görə yaxalanmamaq üçün hadisə yerindən uzaqlaşaraq İmişli rayonunun ərazisini tərk etdiklərindən öz iradələrindən asılı olmayan səbəblərdən planlaşdırmaqla hazırladıqları Zərərçəkmiş şəxs qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən sifarişlə qəsdən öldürülməsi cinayətini başa çatdıra bilməmişlər. Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatətlə məhkəməyə müraciət edərək X5, X4 və X2 təqsirləndirilmələrinə dair cinayət işinin icraatda olan Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair 1(101)-1114/2025 saylı cinayət işi ilə bir icraatda birləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5 28, 120.2.1 və 32.5, 28, 120.2.5-ci maddələri ilə istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında sifarişlə qəsdən adam öldürmə cinayətinin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün maneələri aradan qaldırmaqla, habelə cinayət yolu ilə əldə edilmiş əmlakı əldə etməyi qabaqcadan vəd etməklə həmin cinayətin törədilməsində köməkçi qismində iştirak etmişdir. Cinayət təqibi üzrə icraat tezliyinin təmin olunması məqsədi ilə X5, X4 və X2 təqsirləndirilmələrinə dair cinayət işi Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair 1(101)-1114/2025 saylı cinayət işi ilə bir icraatda birləşdirilməlidir. Qeyd olunmalıdır ki, hər iki cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olmaqla baxılmaqdadır. Hər iki cinayət işi üzrə təqsirləndirilən şəxslərin cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibinin bir icraatda birləşdirilməsi sübutların vaxtında əldə olunması və tədqiq edilməsinin təmin olunmasına, şəxslərin onlara ittiham elan olunmasını, işlərinə baxılmasını və pozulmuş hüquqlarının bərpasını həddən artıq uzun müddət gözləməməsinə şərait yaradacaqdır. Həmçinin məhkəmə hazırlıq iclasında Müdafiəçi vəsatətlə müraciət edərək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, qətimkan tədbirinin seçilməsi zamanı nəzərə alınası hallar, yəni qətimkan tədbirinin seçilməsinin zəruriliyi və onlardan hansının konkret şübhəli və ya təqsirləndirilən şəxsə tətbiq edilməsi məsələsi həll edilərkən CPM-nin 155.2.2-ci maddəsində müəyyən edilmiş nəzərə alınası hallar kimi, şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşını və səhhətini, məşğuliyyət növünü, ailə, maddi və sosial vəziyyətini, daimi yaşayış yerinin olması nəzərə alındığından, bu barədə məhkəmə qeyd edir ki, həmin nəzərə alınası hallar, hazırkı halda məhz şəxsin barəsində "ev dustaqlığı” növündə qətimkan tədbirinin seçilməsini zəruri edir. Müdafiə tərəfinin mövqeyi bundan ibarətdir ki, istintaqın normal gedişini “ev dustaqlığı” qətimkan tədbiri şəraitində də təmin etmək mümkündür. Bundan başqa verilmiş vəsatətlərdə və məhkəmənin qərarında həbs qətimkan tədbirinin seçilməsi əsasları formal olaraq göstərilmişdir. Həmin halların formal olaraq sadalanması isə şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün əsas ola bilməz, göstərilən ehtimalları təsdiq edən sübutlar mövcud deyildir. Yəni, şəxsin istintaqdan yayınması və iş üzrə sübutları saxtalaşdırma və digər şahidlərə təsir etmə barədə iş üzrə hər hansı sübut yoxdur. Əməlin ağırlığı və sanksiyasında azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulması isə birbaşa şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün əsas ola bilməz. Belə ki, həbs qətimkan tədbiri şəxsin törətdiyi cinayətə görə tətbiq edilən cəza deyil, yalnız işin istintaqının normal gedişinin aparılması üçün onun tərəfindən yol verilə biləcək pozuntuların qarşısını almaq üçün tətbiq edilir. “Ev dustaqlığı” şəraitində təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqandan gizlənmək, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməmək və ya digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırmaq ehtimalları yoxdur və istintaqın normal gedişini bugünədək “ev dustaqlığı” qətimkan tədbiri şəraitində təmin etmək mümkün olduğundan, istintaqın sonrakı mərhələsində də təmin etmək mümkündür. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçisinin fikriləri ilə razı olduğunu bildirərək sonuncu tərəfindən təqdim edilmiş vəsatətlərin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı Fariz Rzayev vəsatətlərə münasibətdə bildirmişdir ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə axtarışda olmuş, digər şəxslərlə bağlı ibtidai istintaq yekunlaşdırılaraq cinayət işi məhkəməyə göndərilmişdir. Cinayət işləri müxtəlif icraatlardır, belə olan halda cinayət işlərinin məhkəmədə ayrı icraatlarda aparılması qanunvericiliyin tələblərinin pozulmasına səbəb olmayacaqdır. Həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə münasibətdə isə şəxs xüsusilə ağır cinayət törətməyə hazırlıq əməli ilə ittiham olunur, şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslar yoxdur, həmçinin şəxsin ibtidai istintaq dövründə axtarışda olması da nəzərə alınaraq onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş vəsatətləri baxaraq, həmin vəsatətlərlə bağlı digər proses iştirakçılarının fikrlərini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, cinayət işlərinin bir icraatda birləşdirilməsi və təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatətlər əsassız olduğundan təmin edilməməli, həmçinin hazırki cinayət işinə baxılması Bakı Ağır Cinayətlər Məhkəməsinə aid olmadığından ərazi aidiyyatı üzrə baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı Fariz Rzayev cinayət işinə baxılmasının aidiyyatı ilə bağlı mübahisə olduğundan bu barədə qərar qəbul edilməsi üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi isə hazırki cinayət işinin məhkəmənin icraatında olan X10 və qeyrilərinin təqsirləndirilmələrinə dair cinayət işi üzrə bir icraatda birləşdirilməsi ilə bağlı vəsatətini müdafiə etdiyindən, həmçinin proses iştirakçılarının əksəriyyətinin Bakı şəhərində olduğunu nəzərə alaraq işin aidiyyatı üzrə göndərilməsinə etiraz etdiyini, Təqsirləndirilən şəxs müdafiəçisinin fikri ilə razı olduğunu bildirdi. Məhkəmə ilk növbədə müdafiə tərəfinin cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə vəsatəti ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 49.5-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın birləşdirilməsi müstəntiqin və ya prokurorun qərarı, xüsusi ittiham qaydasında icraat isə məhkəmənin qərarı əsasında həyata keçirilə bilər. Qanunvericiliyin tələbindən göründüyü kimi məhkəmə yalnız xüsusi ittiham qaydasında şikayət üzrə icraatın birləşdirilməsi səlahiyyətinə malikdir. Bu zaman nəzərə almaq lazımdır ki, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız xüsusi ittiham qaydasında cinayət təqibi ilə birləşdirilə bilər. Deməli cinayət işi məhkəməyə göndərildikdən sonra cinayət təqibi üzrə icraatın birləşdirilməsi mümkün deyildir. Ona görə də müdafiəçi tərəfindən verilmiş cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə vəsatətin təmin edilməsi üçün qanunvericliklə müəyyən edilmiş əsaslar olmadığından həmin vəsatət təmin edilməməlidir. Cinayət işinin materiallarında olan məhkəmə qərarlarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-374/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli məhkəmə qərarının icra edildiyi (tutulduğu) andan hesablanmaqla 02 (iki) il 06 (altı) gün müddətə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)- 840/2024 nömrəli qərarı ilə sonuncunun həbsdə saxlanılma müddəti 16 mart 2025-ci il tarixədək uzadılmışdır. Həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(101)- 1114/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbirinin məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin dəlillərinə qiymət verərək hesab edir ki, cinayət işinin hazırki mərhələsində Təqsirləndirilən şəxs həbsdə saxlanması üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 155.1-155.1.4-cü maddələrində nəzərdə tutulmuş və “həbs” qətimkan tədbirinin seçilməsi üçün əsas olmuş hallar hal-hazırda aradan qalxmamışdır. Sonuncunun barəsində seçilmiş həbs qətimkan tədbiri əsaslıdır və sözügedən qətimkan tədbirinin hal-hazırda dəyişdirilməsinə zərurət yoxdur. Vəsatətdə göstərilmiş hallar Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilməsi üçün əsas deyildir. Ona görə də Müdafiəçi tərəfindən verilmiş vəsatət təmin olunmamalı, təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri aidiyyəti məhkəmə tərəfindən iş üzrə məhkəmə hazırlıq iclasının yekununa dair məhkəmə qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsi və Cinayət-Prosessual Məcəlləsinin 29-cu maddəsinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Məhkəmə aidiyyətinə əməl edilməsinin əhəmiyyəti həmçinin onda ifadə edilir ki, aidiyyətlə bağlı tələblər ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə istiqamətlənmişdir. Qeyd edilən hüquqi mövqe İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da öz əksini tapmışdır. “Bezımyannaya Rusiya Federasiyasına qarşı” iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 22 dekabr 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmə orqanlarına aidiyyəti CPM-in 67-77-ci maddələrində müəyyən edilmişdir. Adı çəkilən normalar ərazi, növ (predmet) və şəxslərə görə aidiyyəti, habelə məhkəmə orqanlarının səlahiyyətinə görə aidiyyəti fərqləndirmişdir. Məhkəmə qeyd edir ki, ərazi üzrə məhkəmə aidiyyətinin mahiyyəti ondan ibarətdir ki, cinayət işlərinə və ya cinayət təqibi ilə bağlı digər materiallara cinayətin törədildiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Cinayət mühakimə icraatını həyata keçirən hər bir məhkəmə orqanının səlahiyyətlərinin şamil edildiyi ərazi CPM-in 67-73-cü maddələrində müəyyən edilmişdir. Cinayətin törədildiyi yer dedikdə, ictimai təhlükəli nəticələrin baş verməsindən asılı olmayaraq, cinayət əməlinin (ictimai təhlükəli hərəkət və ya hərəkətsizliyin) törədildiyi yer başa düşülür. Eyni zamanda cinayət işinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə aidiyyəti onun məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən mütləq yoxlanılmalıdır. Belə yoxlama birinci instansiya məhkəmələrinin hazırlıq iclası zamanı həll edilməli olan ilk məsələdir. Hər bir məhkəmə ona daxil olmuş cinayət işi və digər materiallar barədə hər hansı prosessual hərəkət etməmişdən (hazırlıq iclasınadək olan hərəkətlər istisna olmaqla) əvvəl həmin işin və ya materialların aidiyyətini yoxlamalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. - 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin maddədə təsbit olunmuş ərazi üzrə məhkəmə aidiyyətinin mahiyyəti ondan ibarətdir ki, cinayət işlərinə və ya cinayət təqibi ilə bağlı digər materiallara cinayətin törədildiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. - 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. - 299.3 və 299.3.1-ci maddələrinin tələblərinə görə məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olub-olmaması məsələsinə baxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 sentyabr 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 74.2-ci maddəsi bu məsələyə münasibətdə qanunvericinin yanaşmasını əks etdirməklə, uzanan cinayətin başa çatdığı yeri onun törədildiyi yer hesab edir və bu əməllərin törədildiyi yeri onun törədilmə vaxtı (başa çatması anı) ilə əlaqələndirir. Qeyd olunmalıdır ki, hüquqi cəhətdən cinayətin başa çatmış hesab edilməsi üçün təqsirli şəxsin əməlində Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş konkret cinayətin tərkib əlamətlərinin olması kifayətdir. Lakin uzanan cinayət faktiki cəhətdən Cinayət Məcəlləsi ilə qorunan obyektə yönəlmiş qəsdin ya təqsirli şəxsin iradəsi ilə, ya da iradəsindən kənar müdaxilə nəticəsində son qoyulduğu anda bitir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarında uzanan cinayətin əlamətlərini və bütün elementlərini vurğulayaraq qeyd etmişdir ki, uzanan cinayət əməli (hərəkət və ya hərəkətsizlik) törədildiyi andan başlayır və onu törədən şəxsin özünün cinayətin qarşısını almağa yönəlmiş hərəkəti və ya cinayətin törədilməsinə əngəl yaradan hadisələrin (məsələn, hakimiyyət orqanlarının müdaxiləsi) baş verməsi nəticəsində başa çatır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, uzanan cinayət bir məhkəmənin yurisdiksiyasına aid olan yerdə başlayıb, başqa məhkəmənin yurisdiksiyası daxilində bitibsə, cinayət işinə cinayətin bitdiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Alternativ tərkibli uzanan cinayətlərə gəldikdə isə qeyd olunmalıdır ki, belə tərkibli cinayətlərin obyektiv cəhətini təşkil edən alternativ hərəkətlərdən hər hansı birinə yol verildiyi anda hüquqi cəhətdən cinayət baş vermiş hesab edilsə də, məhkəmə aidiyyəti məsələsinə münasibətdə cinayətə son qoyulma yeri faktiki cəhətdən cinayətin başa çatdığı yer hesab olunmalı və cinayət işinə həmin yerin məhkəməsi tərəfindən baxılmalıdır. Qanunverici ibtidai araşdırma və məhkəmə icraatının məhz cinayətin törədildiyi yer üzrə həyata keçirilməsini müəyyən etməklə sübutların sürətli, tam şəkildə əldə olunması və yoxlanılmasını təmin etmək, nəticədə cinayət mühakimə icraatının vəzifələrinin icrasına nail olmaq məqsədini güdmüşdür. Beləliklə, cinayət-prosessual qanunvericiliyi ilə tənzimlənən ərazi üzrə məhkəmə aidiyyəti prosessual qənaət prinsipinə riayət edilməsini təmin etməklə məhkəmə icraatının rahat və səmərəli olmasına, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasına, yəni yüksək nəticənin minimum vasitələrlə daha qısa müddətdə əldə edilməsinə xidmət edir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, müxtəlif yurisdiksiyalarda baş vermiş cinayətlərə dair işlər üzrə məhkəməyədək icraat yurisdiksiyası bütün ölkənin ərazisinə şamil olunan orqan tərəfindən tamamlandıqda, məhkəməyədək icraat bu inzibati ərazi vahidlərinin hər birində başa çatdırılmış sayıla və iş baxılması üçün cinayətlərdən ən çoxunun və ya ən ağırının törədildiyi yer üzrə məhkəməyə göndərilə bilər. Qeyd olunan qərara əsasən ərazi yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisini və ya bir neçə inzibati ərazi vahidini əhatə edən istintaq qurumlarında məhkəməyədək icraatı tamamlanan cinayət işlərinin məhkəmə aidiyyəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.2-ci maddəsinin hüquqi mahiyyətinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer üzrə müəyyən edilməlidir. Hazırki cinayət işi üzrə məhkəməyədək icraat yurisdiksiyası bütün ölkənin ərazisinə şamil olunan Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən tamamlanmışdır. İttiham aktına və cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə cinayət əməlləri, yəni Təqsirləndirilən şəxs köməkçilik etdiyi, İlkin Hüseynov və Fariz İsmayılov tərəfindən Zərərçəkmiş şəxs sifarişlə öldürülməsi sonuncunun tək yaşadığı İmişli rayonu H.Əliyev prospektində yerləşən evin yaxınlığında, hadisənin törədiləcəyi evin sol tərəfindəki döngədə yerləşən fərdi yaşayış evlərinin birinin darvazasından çıxaraq İmişli şəhəri H.Əliyev prospektinə doğru piyada hərəkət edən, şəxsiyyəti istintaqa məlum olmayan şəxsin onları görüb ifşa edə biləcəyindən təlaşlandıqlarına görə yaxalanmamaq üçün hadisə yerindən uzaqlaşaraq İmişli rayonunun ərazisini tərk etdiklərindən öz iradələrindən asılı olmayan səbəblərdən planlaşdırmaqla hazırladıqları Zərərçəkmiş şəxs qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən sifarişlə qəsdən öldürülməsi cinayəti başa çatmamışdır. Göründüyü kimi xüsusilə ağır cinayətin törədilməsinə yönəlmiş sonuncu hərəkət İmişli rayonu ərazisində baş vermişdir. Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2010-cu il tarixli Fərmanına əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsi yaradılmışdır. Məhkəmə fəaliyyətinə 01 yanvar 2011-ci il tarixindən başlamışdır. Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli, 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nda dəyişiklik edilməsi barədə 31 may 2021-ci il tarixli qərarından görünür ki, İmişli rayonu ərazisində törədilmiş ağır və xüsusilə ağır cinayətlərə baxılması Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 28, 120.2.1 və 32.5, 28, 120.2.5ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayətin törədilməsinə yönəlmiş faktiki sonuncu hərəkətin törədildiyi yer, yəni İmişli rayonu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid ərazi vahidi olduğundan, cinayət işi baxılması üçün ərazi üzrə məhkəmə aidiyyəti maddəsinin hüquqi mahiyyətinə əsasən həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respubliksını Cinayət-Prosessual Məcəlləsinin 300.1 və 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3, 74.1, 74.2.2, 75.1, 299.3, 299.3.1, 300.1 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə vəsatət rədd edilsin.
2. Müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatət təmin edilməsin.
3. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 28, 120.2.1 və 32.5, 28, 120.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilsin.
4. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkəmə hazırlıq iclasının yekununa dair məhkəmə qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılsın. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Aytən Əliyeva