Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1115/2022 22.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12 : 25 - də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxxx 1963-cü il tarixdə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, fərdi sahibkarlıqla məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə, xx xxxx 1956-cı il tarixdə Şəki rayonu, Baş Küngüt kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, ev alqı-satqısı ilə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, Binəqədi rayon məhkəməsinin 01 aprel 2022-ci il tarixli qərarı ilə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə, xx xxxxxx 1967-ci il tarixdə Lənkəran rayonu, Boladı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Dövlət Neft Şirkətində Qaz İxrac İdarəsində operator işləyən, Lənkəran rayonu, Boladi kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi ev 22, mənzil 17-də kirayədə yaşayan, Xətai rayon məhkəməsinin 07 aprel 2022-ci il tarixli hökmü ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək, üzərində 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə, xx xxxxxxxx 1966-cı il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, məhkumluğu olmayan, ev alqısatqısı ilə məşğul olan, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə 2019-cu ilin may ayında ünvan 5 ünvanındakı qeyri-yaşayış binası hesab olunan ümumi sahəsi 461,0 m2 təşkil edən 47 saylı hamamın yerləşdiyi binanın altındakı torpaq sahəsini sonradan öz mülkiyyətinə keçirtmək məqsədilə xüsusi mülkiyyətdə olan həmin əmlakın altında olan torpaq sahəsinə Şahid1 adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15də özəlləşdirilməsi və mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarış alınmasında köməklik göstərilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs1 müraciət etmiş, Zərərçəkmiş şəxs aralarındakı cinayətkar niyyətlərinə uyğun olaraq özünü Təqsirləndirilən şəxs1 vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15də işləyən işgüzar və çoxşaxəli əlaqələrə malik vəzifəli şəxs kimi təqdim edib, həmin idarədə yüksək vəzifədə işləyən səlahiyyətli şəxslərlə də tanışlığının olmasını, həmin tanışlıqları vasitəsilə qeyd edilən çıxarışın alınması məsələsini müsbət həll edə biləcəyini Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Xocalı parkı”nda görüşləri zamanı Zərərçəkmiş şəxs qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə yalandan bildirib, guya tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə, yəni Şahid1 mülkiyyətində olan xx.xx.2005-ci il tarixdə keçirilmiş 10/01 saylı auksionun nəticələri ilə əlaqədar xx.xx.2005-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında sonuncunun adına sənədləşdirilmiş ünvan 5 ünvanındakı qeyriyaşayış binası hesab olunan ümumi sahəsi 461,0 m2 təşkil edən 47 saylı hamamın yerləşdiyi dövlətə məxsus ümumi sahəsi 563.2 m2 təşkil edən torpaq sahəsinin Şahid1 adına özəlləşdirilməsinə və mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarış verilməsinə görə özü və Təqsirləndirilən şəxs1 vasitəsilə birbaşa yolla maddi nemət olan 250.000 (iki yüz əlli min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs yalandan bildirərək sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə Zərərçəkmiş şəxs inam və etibarını qazanmağın üsulu kimi razılaşdırılmış pul vəsaitinin bir hissəsinin ilkin olaraq guya həmin vəzifəli şəxsə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 inzibati binasında təqdim edilməsi görüntüsünü yaratmaq üçün aralarındakı cinayətkar niyyətə uyğun olaraq, özlərini Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15in əməkdaşları kimi təqdim etməklə Zərərçəkmiş şəxs pul vəsaitlərini Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15in inzibati binasında qəbul edib həmin pul vəsaitini özlərinə gətirməklə aralarında bölmək barədə əvvəlcədən şəxsən razılaşmaqla qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşdiyi X7 və Təqsirləndirilən şəxs3 vasitəsilə 11 iyun 2019-cu il tarixdə ünvan 6 ünvanında yerləşən Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15in inzibati binasında Zərərçəkmiş şəxs məxsus 75.000 (yetmiş beş min) manat məbləğində pul vəsaitini müraciət edən şəxsin inzibati binaya daxil olmasına icazə verilməsi ilə əlaqədar binaya buraxılmış cinayətdən xəbərsiz Şahid1 aldıqdan sonra həmin pul vəsaitini həmin hissədə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşdiyi Təqsirləndirilən şəxs1, Mübariz Mehtiyev və Təqsirləndirilən şəxs3lə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, həmçinin, eyni cinayətkar niyyətini davam etdirib özlərinə olan inam və etibardan suiistifadə edərək, həmin adla 2019-cu ilin iyun ayında Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsində yerləşən Zərərçəkmiş şəxs direktoru olduğu "xxxx" MTK-nın ofisində Zərərçəkmiş şəxs məxsus 20.000 (iyirmi min) manat, 10.000 (on min) manat, 30.000 (otuz min) manat və 121.000 (bir yüz iyirmi bir min) manat pul vəsaitini Təqsirləndirilən şəxs1 vasitəsilə Zərərçəkmiş şəxs alıb, 4 dəfəyə əldə etdiyi cəmi 181.000 (bir yüz səksən bir min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1lə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, həmçinin, eyni cinayətkar niyyətlərini davam etdirib özlərinə olan inam və etibardan sui-istifadə edərək 2019-cu ilin iyul ayında cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1lə əvvəlcədən razılaşdırılmış plana əsasən Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsində yerləşən Zərərçəkmiş şəxs direktoru olduğu "xxxx" MTKnın ofisində görüşləri zamanı qeyd edilən məsələnin həllinin ləngidiyini bildirərək özünün qeyd edilən idarədə yüksək vəzifədə işləyən səlahiyyətli tanışının vasitəsilə Şahid1 məxsus qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi prosedurunu sürətləndirmək imkanına malik olduqlarını yalandan bildirib tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə, yəni Şahid1 mülkiyyətində olan torpaq sahəsinin adına özəlləşdirilməsi və mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarış verilməsi prosedurunu surətləndirməyə görə özü və Təqsirləndirilən şəxs1 vasitəsilə birbaşa yolla maddi nemət olan 34.000 (otuz dörd min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirərək, Zərərçəkmiş şəxsla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2019-cu ilin iyul ayında Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsində yerləşən Zərərçəkmiş şəxs direktoru olduğu "xxxx" MTK-nın ofisində sonuncuya məxsus 34.000 (otuz dörd min) manat məbləğində pul vəsaitini sonuncudan Təqsirləndirilən şəxs1 vasitəsilə alıb, sonuncu ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, həmçinin, eyni cinayətkar niyyətlərini davam etdirib özlərinə olan inam və etibardan sui-istifadə edərək 2019-cu ilin noyabr ayında cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1lə əvvəlcədən razılaşdırılmış plana əsasən Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsində yerləşən Zərərçəkmiş şəxs direktoru olduğu "xxxx" MTK-nın ofisində görüşləri zamanı Zərərçəkmiş şəxs qeyd edilən torpaq sahəsinin üzərində ümumi sahəsi 68,0 m2 təşkil edən və "xxxx" ASC-nə məxsus olan istilik qazanxanasının yerləşməsi, bu xüsusatın qeyd edilən məsələnin həllinə guya mane olduğunu, özünün qeyd edilən idarədə yüksək vəzifədə işləyən səlahiyyətli tanışının vasitəsilə həmin məsələni müsbət həll etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə, yəni Şahid1 məxsus qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin üzərindəki qazanxananın "xxxx" ASC-dən balansından çıxarılmaqla həmin torpaq sahəsinin Şahid1 adına özəlləşdirilməsi və mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın verilməsinə görə özü və Təqsirləndirilən şəxs1 vasitəsilə birbaşa yolla maddi nemət olan 70.000 (yetmiş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirərək, Zərərçəkmiş şəxsla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2019-cu ilin noyabr ayında Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsində yerləşən Zərərçəkmiş şəxs direktoru olduğu "xxxx" MTKnın ofisində sonuncuya məxsus 50.000 (əlli min) manat və 20.000 (iyirmi min) manat olmaqla, iki dəfəyə cəmi 70.000 (yetmiş min) manat məbləğində pul vəsaitini sonuncudan Təqsirləndirilən şəxs1 vasitəsilə alıb, sonuncu ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, ümumilikdə qeyd edilən qaydada Zərərçəkmiş şəxs məxsus cəmi 360.000 (üç yüz altmış min) manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə, habelə həmin pul vəsaitinin 75.000 (yetmiş beş min) manatını sonuncu, X7 və Təqsirləndirilən şəxs3 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin pul vəsaitini aldatma və etibardan suiistifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxs1, X7 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətlərə görə özü, Təqsirləndirilən şəxs1, Mübariz Mehtiyev və Təqsirləndirilən şəxs3 vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitini vahid niyyətlə rüşvət qismində verməyə Zərərçəkmiş şəxs təhrik etmişdir. Təqsirləndirilən şəxs1 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayət əlaqəsinə girib sonuncu ilə əvvəlcədən əldə ediləcək pulun aralarında bölünməsi barədə razılaşıb sövdələşərək 2019-cu ilin may ayında Şahid1 mülkiyyətində olmaqla xx.xx.2005-ci il tarixdə keçirilmiş 10/01 saylı auksionun nəticələri ilə əlaqədar xx.xx.2005-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında sonuncunun adına sənədləşdirilmiş ünvan 5 ünvanındakı qeyri-yaşayış binası hesab olunan ümumi sahəsi 461,0 m2 təşkil edən 47 saylı hamamın və onun yerləşdiyi dövlətə məxsus ümumi sahəsi 563.2 m2 təşkil edən torpaq sahəsinin satın alınmasında köməklik göstərilməsi ilə bağlı özlərinə müraciət etmiş Zərərçəkmiş şəxs, ünvan 7 ünvanında həmin torpaq sahəsinin yanında birlikdə görüşləri zamanı qeyd edilən qeyri-yaşayış binasının Şahid1 məxsus olduğunu bilmələrinə, həmin əmlaka və üzərində yerləşdiyi torpaq sahəsinə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs4 və ya onun yaxın qohumunun hər hansı hüququnun olmamasına baxmayaraq, qəsdən həmin binanın guya qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs4 adını bildirmədiyi qardaşına məxsus olduğunu və guya sonuncunun Almaniya Federasiyasında yaşadığını, satın almanın həyata keçirilməsindən ötrü guya Təqsirləndirilən şəxs4 qardaşının Azərbaycan Respublikasına gəlməsini təmin etmək üçün və qismən də beh qismində olmaqla, cəmi 10.000 manat məbləğində pul vəsaitinin həmin şəxsə çatdırılması üçün özlərinə verilməsinin zəruri olmasını aldatmaqla qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs4 ilə birlikdə Zərərçəkmiş şəxs bildirib, sonuncunu inandırmaqla onlara olan inam və etibarından istifadə edərək həmin niyyətlə 2019-cu ilin may ayında Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsində yerləşən həmin ofisdə Zərərçəkmiş şəxs məxsus 10.000 manat məbləğində pul vəsaitini sonuncudan Təqsirləndirilən şəxs4 vasitəsi ilə alıb aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, Təqsirləndirilən şəxs4la qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus 10.000 (on min) manat məbləğində pul vəsaitini ələ keçirib sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayət əlaqəsinə girib 2019-cu ilin may ayında ünvan 5 ünvanındakı qeyri-yaşayış binası hesab olunan ümumi sahəsi 461,0 m2 təşkil edən 47 saylı hamamın yerləşdiyi binanın altındakı torpaq sahəsini sonradan öz mülkiyyətinə keçirtmək məqsədilə xüsusi mülkiyyətdə olan həmin əmlakın altında olan torpaq sahəsinə Şahid1 adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15də özəlləşdirilməsi və mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarış alınmasında köməklik göstərilməsi ilə əlaqədar özünə müraciət etmiş Zərərçəkmiş şəxs aralarındakı cinayətkar niyyətlərinə uyğun olaraq, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15də işləyən işgüzar və çoxşaxəli əlaqələrə malik vəzifəli şəxs kimi təqdim edib, sonuncunun həmin idarədə yüksək vəzifədə işləyən səlahiyyətli şəxslərlə də tanışlığının olmasını, həmin tanışlıqları vasitəsilə qeyd edilən çıxarışın alınması məsələsini müsbət həll edə biləcəyini Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Xocalı parkı”nda görüşləri zamanı Zərərçəkmiş şəxs qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə yalandan bildirib, guya Təqsirləndirilən şəxs2 tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə, yəni Şahid1 mülkiyyətində olan xx.xx.2005-ci il tarixdə keçirilmiş 10/01 saylı auksionun nəticələri ilə əlaqədar xx.xx.2005-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında sonuncunun adına sənədləşdirilmiş ünvan 5 ünvanındakı qeyri-yaşayış binası hesab olunan ümumi sahəsi 461,0 m2 təşkil edən 47 saylı hamamın yerləşdiyi dövlətə məxsus ümumi sahəsi 563.2 m2 təşkil edən torpaq sahəsinin Şahid1 adına özəlləşdirilməsinə və mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarış verilməsinə görə özü və Təqsirləndirilən şəxs2 vasitəsilə birbaşa yolla maddi nemət olan 250.000 (iki yüz əlli min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs yalandan bildirərək sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə Zərərçəkmiş şəxs inam və etibarı qazanmağın üsulu kimi razılaşdırılmış pul vəsaitinin bir hissəsinin ilkin olaraq guya həmin vəzifəli şəxsə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 inzibati binasında təqdim edilməsi görüntüsünü yaratmaq üçün aralarındakı cinayətkar niyyətə uyğun olaraq, Təqsirləndirilən şəxs2 özlərini Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15in əməkdaşları kimi təqdim etməklə Zərərçəkmiş şəxs pul vəsaitlərini Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15in inzibati binasında qəbul edib həmin pul vəsaitini özlərinə gətirməklə aralarında bölmək barədə əvvəlcədən razılaşmaqla qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşdiyi X7 və Təqsirləndirilən şəxs3 vasitəsilə 11 iyun 2019-cu il tarixdə ünvan 6 ünvanında yerləşən Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15in inzibati binasında Zərərçəkmiş şəxs məxsus 75.000 (yetmiş beş min) manat məbləğində pul vəsaitini müraciət edən şəxsin inzibati binaya daxil olmasına icazə verilməsi ilə əlaqədar binaya buraxılmış cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə aldıqdan sonra həmin pul vəsaitini həmin hissədə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşdiyi Təqsirləndirilən şəxs2, Mübariz Mehtiyev və Təqsirləndirilən şəxs3lə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, həmçinin, eyni cinayətkar niyyətini davam etdirib özlərinə olan inam və etibardan sui-istifadə edərək, həmin adla 2019-cu ilin iyun ayında Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsində yerləşən Zərərçəkmiş şəxs direktoru olduğu "xxxx" MTK-nın ofisində Zərərçəkmiş şəxs məxsus 20.000 (iyirmi min) manat, 10.000 (on min) manat, 30.000 (otuz min) manat və 121.000 (bir yüz iyirmi bir min) manat pul vəsaitini şəxsən Zərərçəkmiş şəxs alıb, 4 dəfəyə əldə etdiyi cəmi 181.000 (bir yüz səksən bir min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2la aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə həmçinin, eyni cinayətkar niyyətlərini davam etdirib özlərinə olan inam və etibardan sui-istifadə edərək 2019-cu ilin iyul ayında cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2la əvvəlcədən razılaşdırılmış plana əsasən Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsində yerləşən Zərərçəkmiş şəxs direktoru olduğu "xxxx" MTK-nın ofisində görüşləri zamanı qeyd edilən məsələnin həllinin ləngidiyini bildirərək Təqsirləndirilən şəxs2 qeyd edilən idarədə yüksək vəzifədə işləyən səlahiyyətli tanışının vasitəsilə Şahid1 məxsus qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi prosedurunu sürətləndirmək imkanına malik olduqlarını yalandan bildirib Təqsirləndirilən şəxs2 tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə, yəni Şahid1 mülkiyyətində olan torpaq sahəsinin adına özəlləşdirilməsi və mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarış verilməsi prosedurunu surətləndirməyə görə özü və Təqsirləndirilən şəxs2 vasitəsilə birbaşa yolla maddi nemət olan 34.000 (otuz dörd min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirərək, Zərərçəkmiş şəxsla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2019-cu ilin iyul ayında Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsində yerləşən Zərərçəkmiş şəxs direktoru olduğu "xxxx" MTKnın ofisində sonuncuya məxsus 34.000 (otuz dörd min) manat məbləğində pul vəsaitini sonuncudan şəxsən alıb, Təqsirləndirilən şəxs2la aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, həmçinin, eyni cinayətkar niyyətlərini davam etdirib özlərinə olan inam və etibardan sui-istifadə edərək 2019-cu ilin noyabr ayında cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2la əvvəlcədən razılaşdırılmış plana əsasən Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsində yerləşən Zərərçəkmiş şəxs direktoru olduğu "xxxx" MTKnın ofisində görüşləri zamanı Zərərçəkmiş şəxs qeyd edilən torpaq sahəsinin üzərində ümumi sahəsi 68,0 m2 təşkil edən və "xxxx" ASC-yə məxsus olan istilik qazanxanasının yerləşməsi, bu xüsusatın qeyd edilən məsələnin həllinə guya mane olduğunu, Təqsirləndirilən şəxs2 qeyd edilən idarədə yüksək vəzifədə işləyən səlahiyyətli tanışının vasitəsilə həmin məsələni müsbət həll etmək imkanına malik olduğunu yalandan bildirib, Təqsirləndirilən şəxs2 tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə, yəni Şahid1 məxsus qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin üzərindəki qazanxananın "xxxx" ASC-dən balansından çıxarılmaqla həmin torpaq sahəsinin Şahid1 adına özəlləşdirilməsi və mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın verilməsinə görə özü və Təqsirləndirilən şəxs2 vasitəsilə birbaşa yolla maddi nemət olan 70.000 (yetmiş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirərək, Zərərçəkmiş şəxsla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2019-cu ilin noyabr ayında Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsində yerləşən Zərərçəkmiş şəxs direktoru olduğu "xxxx" MTK-nın ofisində sonuncuya məxsus 50.000 (əlli min) manat və 20.000 (iyirmi min) manat olmaqla, iki dəfəyə cəmi 70.000 (yetmiş min) manat məbləğində pul vəsaitini sonuncudan şəxsən alıb, Təqsirləndirilən şəxs2la aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, ümumilikdə qeyd edilən qaydada Zərərçəkmiş şəxs məxsus cəmi 360.000 (üç yüz altmış min) manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə, habelə həmin pul vəsaitinin 75.000 (yetmiş beş min) manatını sonuncu, X7 və Təqsirləndirilən şəxs3 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs2, X7 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətlərə görə özü, Təqsirləndirilən şəxs2, Mübariz Mehtiyev və Təqsirləndirilən şəxs3 vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitini vahid niyyətlə rüşvət qismində verməyə Zərərçəkmiş şəxs təhrik etmişdir. Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib 2019-cu ilin may ayında Şahid1 mülkiyyətində olan xx.xx.2005-ci il tarixdə keçirilmiş 10/01 saylı auksionun nəticələri ilə əlaqədar xx.xx.2005-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında sonuncunun adına sənədləşdirilmiş ünvan 5 ünvanındakı qeyri-yaşayış binası hesab olunan ümumi sahəsi 461,0 m2 təşkil edən 47 saylı hamamın yerləşdiyi dövlətə məxsus ümumi sahəsi 563.2 m2 təşkil edən torpaq sahəsini sonradan öz mülkiyyətinə keçirtmək məqsədilə xüsusi mülkiyyətdə olan həmin əmlakın altında olan torpaq sahəsinə Şahid1 adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15də özəlləşdirilməsinə və mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarış alınmasında köməklik göstərilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müraciət etmiş Zərərçəkmiş şəxs məxsus əmlakı dələduzluq yolu ilə ələ keçirmək məqsədilə aralarındakı cinayətkar niyyətlərinə uyğun olaraq, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15də işləyən işgüzar və çoxşaxəli əlaqələrə malik vəzifəli şəxs kimi təqdim edilməsi, sonuncunun həmin idarədə yüksək vəzifədə işləyən səlahiyyətli şəxslərlə də tanışlığının olmasını, həmin tanışlıqları vasitəsilə qeyd edilən vəzifəli şəxslərə çıxarışın alınması məsələsini bunun müqabilində veriləcək maddi nemət müqabilində müsbət həll edə biləcəyinə dair razılaşmaları ilə əlaqədar, Təqsirləndirilən şəxs2 özünə və X4 müraciət edərək bu barədə bildirməsi və aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçiriləcək pul vəsaitinin aralarında bölüşdürüləcəyini bildirib Zərərçəkmiş şəxs inam və etibarı qazanmağın üsulu kimi maddi nemət olan razılaşdırılmış 75.000 (yetmiş beş min) manat məbləğində pul vəsaitini guya həmin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 inzibati binasında təqdim edilməsi görüntüsünü yaratmaq üçün özünün və Mübariz Mehtiyevin özlərini Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15in əməkdaşları kimi təqdim etməklə Zərərçəkmiş şəxs pul vəsaitlərini həmin X15 inzibati binasında qəbul etmələrinə dair təklifi ilə razılaşıb, Zərərçəkmiş şəxs rüşvət verməyə təhrik etməklə onun əmlakını dələduzluq yolu ilə ələ keçirməyə dair Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Mübariz Mehtiyevlə razılaşmaqla qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus əmlakı ələ keçirmək məqsədilə 11 iyun 2019-cu il tarixdə ünvan 6 ünvanında yerləşən Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15in inzibati binasında Mübariz Mehtiyevlə birlikdə Zərərçəkmiş şəxs məxsus 75.000 (yetmiş beş min) manat məbləğində pul vəsaitini müraciət edən şəxsin inzibati binaya daxil olmasına icazə verilməsi ilə əlaqədar binaya buraxılmış cinayətdən xəbərsiz Şahid1 özlərini həmin qurumun əməkdaşı kimi təqdim edib aldıqdan sonra həmin pul vəsaitini qabaqcadan əlbir olduqları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Mübariz Mehtiyevlə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Zərərçəkmiş şəxs təhrik etmişdir. Təqsirləndirilən şəxs4 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayət əlaqəsinə girib sonuncu ilə əvvəlcədən əldə ediləcək pulun aralarında bölünməsi barədə razılaşıb sövdələşərək 2019-cu ilin may ayında Şahid1 mülkiyyətində olmaqla xx.xx.2005-ci il tarixdə keçirilmiş 10/01 saylı auksionun nəticələri ilə əlaqədar xx.xx.2005-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında sonuncunun adına sənədləşdirilmiş ünvan 5 ünvanındakı qeyri-yaşayış binası hesab olunan ümumi sahəsi 461,0 m2 təşkil edən 47 saylı hamamın və onun yerləşdiyi dövlətə məxsus ümumi sahəsi 563.2 m2 təşkil edən torpaq sahəsinin satın alınmasında köməklik göstərilməsi ilə bağlı özlərinə müraciət etmiş Zərərçəkmiş şəxs, ünvan 7 ünvanında həmin torpaq sahəsinin yanında birlikdə görüşləri zamanı qeyd edilən qeyri-yaşayış binasının Şahid1 məxsus olduğunu bilmələrinə, həmin əmlaka və üzərində yerləşdiyi torpaq sahəsinə özünün və ya yaxın qohumunun hər hansı hüququnun olmamasına baxmayaraq, qəsdən həmin binanın guya adını bildirmədiyi qardaşına məxsus olduğunu və guya sonuncunun Almaniya Federasiyasında yaşadığını, satın almanın həyata keçirilməsindən ötrü guya qardaşının Azərbaycan Respublikasına gəlməsini təmin etmək üçün və guya qismən də beh kimi, cəmi 10.000 manat məbləğində pul vəsaitinin həmin şəxsə çatdırılması üçün özlərinə verilməsinin zəruri olmasını aldatmaqla qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs bildirib, sonuncunu inandırmaqla onlara olan inam və etibarından istifadə edərək həmin niyyətlə 2019-cu ilin may ayında Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsində yerləşən həmin ofisdə Zərərçəkmiş şəxs məxsus 10.000 manat məbləğində pul vəsaitini sonuncudan şəxsən alıb Təqsirləndirilən şəxs1lə aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus 10.000 (on min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, təxminən 20 il olar ki, fərdi sahibkarlıqla məşğul olmuş və Qara Qarayev metrosunun ətrafında ərzaq mağazasını kirayəyə götürərək işlədir. 1994-cü ildən 1998-ci ilə kimi ləğv edilmiş Dövlət Əmlak Komitəsinin Şəki rayon şöbəsinin müdir müavini vəzifəsində işləmiş, bu səbəbdən də əmlak ilə bağlı məsələlərdə məsləhətlər almaq üçün tanışları ona müraciət etmişlər. Təqsirləndirilən şəxs1 onun həmyerlisidir, münasibətləri normal olmuş, 3-4 ildir ki, onunla tanışdılar. 2019-cu ilin may ayında Təqsirləndirilən şəxs1 onunla əlaqə saxlayaraq Azər adlı tanışının olduğunu, sonuncunun ünvan 8 ünvanında yerləşən 47 saylı hamamın yerləşdiyi 0,25 ha torpaq sahəsini özəlləşdirmək istədiyini, bu məsələdə ona köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. Mehmana torpağın sənədlərini gətirməyi, yalnız bundan sonra dəqiq bir söz deyə biləcəyini bildirmiş, Mehman onunla razılaşmış və qısa müddət ərzində torpağın sənədlərini gətirmişdir. Qeyd olunan dövrdə səhhəti və şəxsi məsələləri ilə əlaqədar pula ehtiyacı olmuş, belə ki, açıq ürək əməliyyatı keçirmiş, müalicəsinə pul lazım olmuşdur. Eyni zamanda Şəki rayonunda adını bildirməyən şəxsdən 45.000 manat aylıq 4.000 manat ödəniş etmək şərti ilə borc almış, pandemiya ilə əlaqədar sahibkarlıq fəaliyyətində də gəlirləri azalmışdır. Buna görə də maddi problemlərini həll etmək üçün Mehmanın vasitəsilə özəlləşdirmə üçün müraciət edən Azərin işini həll edərək, özü də əlavə qazanc əldə etmək qərarına gəlmişdir. Sənədlərə baxdıqdan sonra Mehmana torpağı özəlləşdirə biləcəyini, bunun təxminən 190.000 manata başa gələcəyini bildirmişdir. Nəzərdə tutmuşdur ki, məbləğin müəyyən hissəsi rəsmi qaydada rüsuma xərcləndikdən sonra qalan hissəsini özünə götürsün. Mehman Azərlə danışdıqdan sonra görüşmək barədə vədələşmiş, eyni zamanda Mehmanın ona təqdim etdiyi torpağın sənədlərini ƏMDK-nin Yusif Səfərov küçəsində yerləşən inzibati binasında mühafizə polisinə vermək üçün tanışı, taksi şoferi X4 vermişdir. Mübarizi çoxdan tanıyır və gündəlik məişətdə taksi sürücüsü kimi yüklərin, sənədlərin çatdırılmasında, habelə özünü sərnişin kimi daşımasında Mübariz mütəmadi olaraq ona kömək edirdi. Sənədləri Mübarizə verdikdən sonra tapşırmışdır ki, mühafizə polisindən xahiş etsin ki, həmin sənədləri özəlləşdirməni həyata keçirən şöbəyə çatdırsın və həmin sənədlər təhlil olunsun. Belə ki, həmin qurumun iş qaydası belə olmuşdur ki, sənədlər mühafizə polisi vasitəsi ilə aidiyyatı qurumlara çatdırılır, niyyəti bu olmuşdur ki, sənədləşmə başlasın, Azərgil prosesin getdiyini görsünlər, ona inam yaransın. Mübariz onunla razılaşmış və sənədləri Komitənin adını bilmədiyi mühafizə polisinə təqdim etdikdən sonra bu barədə ona məlumat vermişdir. Sözügedən Komitədə hər hansı bir tanışı olmamış, qısa müddət keçəndən sonra Mübarizi yenidən sənədlər barədə məlumat almaq üçün həmin Komitəyə göndərmişdir. Mübariz polislə danışdıqdan sonra onunla əlaqə saxlayaraq həmin ərazinin özəlləşdirilməsinin mümkün olduğunu bildirmişdir. Bundan sonra Mehmanla əlaqə saxlamış, 2019-cu ilin iyun ayının əvvəllərində Xətai metrosu yaxınlığında Xocalı parkında Azər, Mehman və o görüşmüşlər. Görüşdən əvvəl Mehman onu kənara çəkərək Azərə özəlləşdirmə üçün 200.000 manat pul lazım olduğunu dediyini və pulun Azərin üzərində olduğunu, ona görə də onun da Azərə həmin məbləği verməli olduğunu deməyini xahiş etmiş və soruşmuşdur ki, Azərə məbləğin yüksək deyilməsi müqabilində həmin məbləğdən ona nə qədər pul verə bilər. O da Mehmana dəqiq nə qədər pul verə biləcəyini həmin vaxt deyə bilməyəcəyini, prosesin sonunda bu barədə ona dəqiq məbləğ deyə biləcəyini bildirmişdir. Azər də söhbətə qoşulduqdan sonra Azərə əvvəllər Dövlət Əmlak Komitəsində işlədiyini, ünvan 8 ünvanında yerləşən 47 saylı hamamın yerləşdiyi 0,25 ha torpaq sahəsini özəlləşdirmək, yəni Şahid1 adına çıxarışın verilməsi üçün təxminən 200.000 manat məbləğində pul verməli olduğunu, həmin məbləğin az fərqlə çox və ya az ola biləcəyini demişdir. Azər onunla razılaşmış, lakin ondan pulun Dövlət Əmlak Komitəsinin inzibati binasında qəbul edilməsini tələb etmişdir. Mübariz əlaqəli şəxs olmuş və bir neçə dəfə Dövlət Əmlak Komitəsinin “Salyanski kazarma” adlanan hərbi hissənin yaxınlığındakı inzibati binasına girib-çıxdığını bildiyinə görə Mübarizlə bu məsələ barədə danışmış, Zərərçəkmiş şəxs pulu ələ keçirmək istədiyini, onun bir yolla Əmlak Komitəsinin inzibati binasına daxil olaraq Zərərçəkmiş şəxs pul vəsaitlərini qəbul etməsini və ona çatdırmasını, bunun müqabilində ona da pulun bir hissəsini verəcəyini vəd etmiş, Mübariz onunla razılaşmışdır. Təxminən bir həftə sonra Mehmana zəng edərək Azərin təklifi ilə razılaşdığını və 75.000 manat pulla, habelə torpağa aid sənədlərlə Əmlak Komitəsinin Yasamal rayonunda yerləşən inzibati binalarına getmələrini tapşırmışdır. Mübariz həmin gün üzərindən 2.000 manatını götürməklə 73.000 manat pul vəsaitini yaşadığı evin yaxınlığında küçədə ona vermişdir. Onu da qeyd etmişdir ki, Qabillə ünsiyyətdə olmamış, Qabillə ünsiyyətdə ancaq Mübariz olmuşdur. 2019-cu ilin iyun ayında Azərdən torpağın Vidadinin adına rəsmiləşdirilməsi, yəni çıxarışın alınması, rəsmiləşdirmə prosesinin sürətlənməsi üçün 115.000 manat pulu Mehman vasitəsilə ya Bakı şəhərində Malakan bağı adlanan ərazidə ya da Xocalı parkında, Dövlət Əmlak Komitəsinin yaxınlığında almış, həmin məbləğdən 25.000 manatını Mehmana öz tələbi ilə vermiş, Mehman ona Şəki rayonunda ev tikmək istədiyini bildirmişdir. 115.000 manat məbləğində pulu Şahid1 yanında almış, lakin Mehman həmin vaxt onu kənara çəkərək 25.000 manatı təklikdə ondan almışdır. 2019-cu ilin sentyabr ayında Şahid1 Komitənin “Asan Əmlak” adlanan idarəsindən təsdiqetmə bildirişi təqdim edilmiş və həmin bildirişə əsasən oktyabr ayı üçün torpağın çıxarışı hazır olmalıydı. 2019cu ilin oktyabr ayının sonlarında Şahid1 çıxarışın alınması üçün “Asan Əmlak” adlanan idarəyə getmiş və torpaq sahəsində yerləşən hamamın qazanxanasının mübahisə predmeti olması, qazanxananın "xxxx" ASC-nin balansında olması səbəbindən çıxarışın verilməsindən imtina edilmişdir. Azər ondan xahiş etdiyinə görə qərara gəlmişdir ki, Azərdən bu məsələ üçün də pul alsın, bu məsələni həll etsin, ona görə də 50.000 manat müqabilində həmin problemi da aradan qaldıra biləcəyini, bununla da çıxarışın veriləcəyini demişdir. Mehman 2019-cu ilin payız aylarında Azərdən 50.000 manat pul alaraq ona ya Xocalı parkında ya da evinin yaxınlığında, yəni Nizami rayonunda Şahid1 yanında təqdim etmişdir. O, qazanxananın "xxxx" ASC-nin balansından çıxarılmasına və son nəticədə çıxarışın alınmasına nail olmaq istəsə də bu məsələni həll edə bilməmiş, bir neçə tanışı ilə bu məsələnin yuxarı səviyyədə həll olunmasına köməklik edilməsi üçün vəzifəli şəxslər tapılmasını xahiş etsə də heç kəs bu işə razı olmamış, məsələnin yalnız məhkəmə yolu ilə həllinin mümkün olduğunu bildirmişlər. O isə öz növbəsində həmin 50.000 manat pulu geri qaytarmamış və öz ehtiyacları üçün sərf etmişdir. Qazanxana balansdan çıxarılmadığına görə çıxarışın verilməsindən imtina olunmuş və Zərərçəkmiş şəxs ondan şikayət etməyə başlamışdır. Bu müddət ərzində vaxt udmaq və Zərərçəkmiş şəxs pulunu qaytarmaq istəsə də buna nail ola bilməmişdir. Ümumilikdə o, Azərdən almaq istədiyi torpaq sahəsinə çıxarış verilməsi məqsədi ilə cəmi 240.000 manat pul almış, həmin pulun 165.000 manatını Şahid1 yanında Mehman vasitəsilə almış, 25.000 manatını Mehmana vermiş, 75.000 manatını isə Təqsirləndirilən şəxs1lə danışdıqdan sonra Zərərçəkmiş şəxs Şahid1 vasitəsilə Mübariz Mehtiyevə və Təqsirləndirilən şəxs3 vermiş, Mübariz də 75.000 manatı ona vermiş, həmin pulun 2.000 manatını Mübarizə vermiş, yerdə qalan 213.000 manat pulu öz ehtiyacları üçün, gündəlik məişət problemləri, səhhətimdəki problemləri üçün sərf etmiş, ayrı-ayrı şəxslərə külli miqdarda olan borclarını ödəmişdir. Zərərçəkmiş şəxs aldığı və məbləği ona çatan 213.000 manat pul vəsaitini, habelə Mübariz Mehtiyevə verilmiş 2.000 manat pul vəsaitini, ümumilikdə 215.000 manat pul vəsaitini 2022-ci ilin fevral ayında Zərərçəkmiş şəxs özünə notarial qaydada qaytarmış və hazırda Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbi yoxdur. Bununla yanaşı Zərərçəkmiş şəxs ifadəsində almaq istədiyi torpaq sahəsinə Şahid1 adına çıxarış verilməsi üçün Dövlət Əmlak Komitəsinin vəzifəli şəxslərinə onun vasitəsilə çatdırılması məqsədilə Təqsirləndirilən şəxs1 360.000 manat pul vəsaiti verdiyini göstərmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs 360.000 manat pul alsa da, ona ancaq 165.000 manat pul vermiş, həmin pulun 25.000 manatını öz tələbi ilə özünə vermiş qalan 120.000 manat pul vəsaitindən xəbəri yoxdur. Zərərçəkmiş şəxs hüquq-mühafizə orqanlarına şikayət etdikdən sonra Təqsirləndirilən şəxs1 özünü sığortalamaq üçün ona pul verdiyini yazılı formada təsdiq etməyini tələb etmişdir. Mehman ona bildirmişdir ki, öz xətti ilə guya Azərdən onun vasitəsilə 360.000 manat pul aldığını yazsın. O, Azərdən 360.000 manat pul almadığını, ancaq Mehman vasitəsilə danışıb 240.000 manat aldığını, həmin pulun 165.000 manatını Mehmandan əlbəəl aldığını, 25.000 manatını isə Mehmanın özünə qaytardığını dedikdə Mehman ona qalan 120.000 manatı onun adından özünün aldığını və həmin 120.000 manatını da üzərinə götürməyini xahiş etmiş və bildirmişdir ki, həmin 120.000 manatı ona Azərə qaytarmaq üçün verəcək, əks halda onun da 120.000 manatı ələ keçirdiyi ortaya çıxsa onlar bir qrup şəxs kimi məsuliyyətə cəlb olunacaqlar və vəziyyətləri çətinləşəcək. O, Mehmana ondan xəbərsiz Azərdən aldığı 120.000 manatı verdikdən sonra bu barədə kağız yaza biləcəyini, ancaq həmin halda 215.000 manat pul aldığı barədə yazılı kağız verə biləcəyini dedikdə o, heç olmasa 240.000 manat yazmağını, yazının altında 25.000 manat pulu almasına dair qeyd qoyacağını söz vermişdir, o da Mehmanın sözünə inanıb 240.000 manat pul aldığımı öz xətti ilə yazmış, lakin həmin vaxt tanımadığı bir nəfər şəxs Mehmana yaxınlaşaraq pul üstündə mübahisə etməyə başlamış, o da tələsdiyi üçün kağızı imzalayıb getmişdir. Həmin yazı iki nüsxədə "xxxx" yazılmış kiçik kağız parçasına qeyd olunmuşdur, Mehmanda olan nüsxədə o, 240.000 manatı Təqsirləndirilən şəxs1 aldığını öz xətti ilə təsdiq etmiş, özündə olan nüsxədə Təqsirləndirilən şəxs1 ona cəmi 240.000 manat pul verdiyini öz xətti ilə təsdiq etmişdir. Hər iki kağız hər ikisi tərəfindən imzalanmışdır. O da özündə olan nüsxənin surətini istintaqa təqdim etmişdir. O, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, Mehman vasitəsilə tanış olmuşdur. Suallara cavab olaraq bildirmişdir ki, qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi üçün dövlət rüsumu bazar qiymətinə uyğun olaraq müəyyən edilir. Qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi üçün dövlət rüsumu torpağın 1 sotu üçün təxminən 10-12 min manat olarmış. o, 75 min, 115 min və 50 min manat olmaqla 3 dəfə pul almış, 115 min manatın 25 min manatını Mehman özünə götürmüşdür. O, zərərçəkmiş şəxsə vəzifəli şəxslərlə dostluq əlaqələrinin olmasını deməmiş, Mehmanın Azərdən 360.000 manat pul almasını o, istintaq zamanı bilmiş, o, torpaq sahəsinə gedib yerində baxmamışdır. O, sadəcə olaraq həmin ərazidə torpağın hansı qiymətə olmasını bilmiş, ekspertiza torpağı qiymətləndirdikdən sonra gedib rüsumu ödəməli olmuş, sadəcə olaraq, torpaq sahəsinə dair məhkəmə mübahisəsi olduğundan onun özəlləşdirilməsinə imtina verilmişdir. Həmin torpaq özəlləşdirilərkən çıxarış 21 sota uyğun olaraq veriləcəyini, çünki, özəlləşdirmə aparılarkən, 3-4 sot yola çıxılmalı idi. 50 min manat pul çıxarışın verilməsi məqsədi ilə qazanxananın "xxxx" ASC-nin balansından çıxarılması üçün alınmış, Təqsirləndirilən şəxs4 tanımamış, onu əvvəllər görməmiş, Təqsirləndirilən şəxs3 əvvəllər tanımamış və görməmiş, ona şəxsən hər hansı məbləğdə pul verməmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər Bakı Baş Tikinti İdarəsində işləmiş, 2015-ci ildən hazıradək ev alqı-satqısı ilə məşğul olmuşdur. 2019-cu ilin may ayında makler kimi tanıdığı İbrahim adlı şəxs qardaşı Şahid1 məxsus olan ünvan 7 ünvanında yerləşən 47 saylı hamamın və onun yerləşdiyi 0,25 ha torpaq sahəsinin satışa çıxarıldığını bildirmiş, İbrahimlə birlikdə həmin torpaq sahəsinə və hamama baxış keçirdikdən sonra ona məlum olmuşdur ki, həmin hamam özəlləşsə də, hamamın yerləşdiyi 0,25 ha torpaq sahəsi özəlləşməmişdir. İbrahim adlı şəxs qardaşının Almaniya Respublikasında olduğunu, torpaq satılacağı təqdirdə Bakı şəhərinə gələcəyini, həmçinin torpaq sahəsinin özəlləşdirilməsi üçün pulunun olmadığını bildirmiş, lakin torpağın sahibinin adını çəkməmişdir. Bundan sonra bu barədə yaxın dostu olan və çoxmərtəbəli yaşayış binaları inşa edən, uzun müddətdir ki, dostluq münasibətlərində olduğu Zərərçəkmiş şəxs məlumat vermişdir. Zərərçəkmiş şəxs həmin torpaq sahəsini almaq istədiyini bildirmiş və bu səbəbdən onunla birlikdə sözügedən torpaq sahəsinə getmişlər. Həmin vaxt onları İbrahim adlı şəxs qarşılamış və torpağın sahibi olan Şahid1 Almaniya Respublikasından gəlməsi üçün 10.000 manat pula ehtiyac olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs onunla razılaşmış və həmin gün Yasamal rayonunda yerləşən ofisində 10.000 manat pulu onun yanında İbrahimə vermişdir. Təxminən 1 həftə keçdikdən sonra Şahid1 Bakı şəhərinə gəlmiş və birlikdə yenidən torpaq sahəsində görüşmüşlər. Sonradan öyrənmişdir ki, Vidadi və İbrahim qardaş deyillər və Vidadinin Almaniya Respublikasından gələ bilməsi üçün İbrahim tərəfindən alınmış 10.000 manat pulun nəyə xərclənməsindən məlumatı olmamışdır. Şahid1 həmin torpaq sahəsinin özəlləşdirilməsi üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə müraciət etdiyini, hər 0,01 ha üçün ondan 20.000 manat pul istənildiyini bildirmişdir. O, isə öz növbəsində həmin vaxt Əmlak Komitəsində işlədiyini zənn etdiyi tanışı Təqsirləndirilən şəxs2la əlaqə saxlamış, göstərilənlər barədə ona məlumat vermişdir. Təqsirləndirilən şəxs2 həmin torpaq sahəsinin 0,01 ha 10.000 manata, ümumilikdə 250.000 manata özəlləşdirilməsinin mümkün olduğunu bildirmişdir. Vidadi və Azərin aralarında olan razılaşmaya əsasən Azər torpağın özəlləşdirilməsi üçün ilkin olaraq İmrana 250.000 manat pul verməli, sənədlər hazır olduqdan sonra isə Vidadiyə əlavə olaraq 300.000 manat pul ödəyəcəkdi. Bundan sonra İmranın tapşırığı ilə onun müavini kimi özünü təqdim edən Mübariz adlı şəxs və tanımadığı iki memar “AA” seriyalı Əmlak Komitəsinə məxsus avtomobillə sözügedən əraziyə gələrək torpaq sahəsini ölçmüşlər. Daha sonra Azər və Vidadi notariusa getmiş və aralarında 250.000 manat dəyərində beh müqaviləsi bağlanmışlar. Sonradan həmin pulu Azər Vidadinin razılığı ilə Bankdan çıxarmış və o, Azər və Vidadi birlikdə Əmlak Komitəsinin Bakı şəhəri, Xətai rayonunda yerləşən inzibati binasına getmişlər. Təqsirləndirilən şəxs2 binanın arxa tərəfində qara rəngli “Toyota Prado” markalı, 90 – 044 dövlət qeydiyyat nişanlı avtomobildə gözləmiş, o və Azər Təqsirləndirilən şəxs2la görüşmüşlər. Təqsirləndirilən şəxs2 sözügedən torpağın özəlləşdirilməsi üçün 250.000 manat pulun lazım olduğunu, pul verildikdən 1 ay sonra isə sənədlərin hazır olacağını bildirdikdə Azər 250.000 manat pulu orada verməyəcəyini, həmin pulu yalnız Əmlak Komitəsinin inzibati binasında təqdim edəcəyini bildirmişdir. İmran isə öz növbəsində 250.000 manat pulu binanın içərisinə keçirilməsinin qeyri-mümkün olduğunu demiş, 250.000 manat pulun avtomobildə İmrana verilməsinə o da razı olmamış və bu səbəbdən Azərlə İmran arasında razılıq əldə olunmamışdır. Bir neçə gün keçdikdən sonra İmran onunla əlaqə saxlamış və 250.000 manat pulu hissə-hissə Komitənin inzibati binasında götürməyin mümkün olduğunu bildirmişdir. O isə öz növbəsində bu barədə Azərə məlumat vermiş, Azər bu təkliflə razılaşmış və 2019-cu ilin iyun ayının əvvəllərində ilkin olaraq 75.000 manat pulu Əmlak Komitəsinin məsul vəzifəli şəxsinə təqdim etmək üçün onun şahidliyi ilə Komitənin Bakı şəhəri, Yasamal rayonunda yerləşən (əvvəllər Torpaq Komitəsinin inzibati binası) inzibati binasının qarşısında Vidadiyə vermişdir. Həmin vaxt Azər də binaya daxil olmaq istəsə də, torpağın sənədləri Azərin adına olmadığı üçün mühafizə polisi Azəri içəri buraxmamış, eyni zamanda İbrahim də orada onun yanında olmuş və onlar həyətdə gözləmişlər. Vidadi 75.000 manat pulla inzibati binaya daxil olmuş, qısa müddət keçdikdən sonra binadan çıxmışdır. Qeyd etmişdir ki, pul çantada olmuş və Azərin dediyi əsasında ona məlum olmuşdur ki, çantada 75.000 manat pul olmuş, o, özü həmin pulu görməmişdir. Vidadi inzibati binada onu İmranın müavini kimi özünü təqdim edən Mübariz adlı şəxsin qarşıladığını, onunla birlikdə 1-ci mərtəbədə sağ tərəfdə baş tərəfdə olan xidməti otağa daxil olduqlarını, həmin otaqda təxminən 60 yaşlarında, qarabuğdayı, Naxçıvan ləhcəsi ilə danışan və özünü şöbə müdiri kimi təqdim edən şəxslə görüşərək çantadakı 75.000 manat pulu və torpağın sənədlərinin əsillərini ona verdiyini bildirmişdir. Bundan sonra həmin şəxsin tapşırığı ilə Əmlak Komitəsinin Xətai rayonunda yerləşən inzibati binasının yaxınlığına getmişlər. Həmin şəxsin kim olduğunu bilməmiş, lakin səhv etmirsə İmran ona həmin şəxsin Maliyyə şöbəsinin rəisi yaxud rəis müavini olduğunu demişdir. Yolda gedərkən İmran ona zəng edərək 75.000 manat puldan 5.000 manat pulun əskik gəldiyini, həmin məbləği tezliklə çatdırmağı tapşırmışdır. Bu barədə Azərə məlumat vermiş, Azər isə öz növbəsində səflik olduğunu, tezliklə əlavə 5.000 manat pulu da verəcəyini bildirmişdir. Əmlak Komitəsinin yaxınlığına çatdıqdan sonra 75.000 manat pulun verildiyi şəxs də ora gəlmiş, inzibati binaya daxil olmuş və qısa müddət keçdikdən sonra Əmlak Komitəsinin torpağa dair 5-6 ədəd blanklarını götürüb çıxmışdır. Daha sonra birlikdə Bakı şəhəri, Nərimanov rayonunda “Montin” deyilən ərazidə yerləşən (keçmiş BTİ) Əmlak Komitəsinin inzibati binasına getmişlər. Birlikdə həmin inzibati binaya daxil olmuşlar və Vidadi “torpağın özəlləşdirilməsinə dair” protokolları və digər zəruri sənədləri imzalamışdır. Bu proseslərdə Mübariz və Vidadinin pul verdiyi şəxs də onları müşayiət etmiş, həmin şəxs qarabuğdayı balacaboy təxminən 50 yaşında olmuşdur. Daha sonra birlikdə Bakı şəhəri, Nərimanov rayonunda “Kosmos” adlanan ərazidə yerləşən (keçmiş BTİ) inzibati binaya getmişlər, orada da Vidadi zəruri sənədləri imzalamış və həmin sənədlər həmin binada Ümumi şöbəyə təqdim edilmişdir. Təxminən 3-4 gün keçdikdən sonra o, Vidadi və Azər sonuncuya məxsus Bakı şəhəri, Yasamal rayonu, N.Hikmət küçəsində yerləşən ofisdə görüşmüşlər. Azər 116.000 manat pulu və ilk dəfə verilmiş 75.000 manat puldan əskik gəlmiş 5.000 manat pulu sayaraq İmrana çatması üçün ona vermiş və Vidadi ilə birlikdə Əmlak Komitəsinin Xətai rayonunda yerləşən inzibati binasına getmişlər. Həmin binanın yaxınlığında İmrana məxsus qara rəngli “Toyota Prado” markalı, əvvəli 90, sonu 044 qeydiyyat nişanlı avtomobildə 116.000 manat və ilkin olaraq verilməsi nəzərdə tutulan 75.000 manat puldan əskik gələn 5.000 manat pulu sayaraq İmrana Vidadinin yanında təqdim etmişdir. 2019-cu ilin iyun ayında 20.000 manat, 10.000 manat, 30.000 manat, 116.000 manat, 5000 manat olmaqla cəmi 181.000 manat pulu Zərərçəkmiş şəxs işlədiyi ofisdə alıb İmrana Bakı şəhəri, Yusif Səfərov küçəsində Dövlət Əmlak Komitəsinin binasının yaxınlığında vermişdir. Həmin dövrdə İmran sənədlərin hazır olmamasına səbəb kimi qiymətləndirmənin çox olması bəhanəsi ilə əlavə olaraq 2019-cu ilin avqust ayında 34.000 manat pul istəmişdir. Bu barədə Azərə məlumat vermiş, Azər bununla razılaşmış və 34.000 manat pulun İmrana çatması üçün ona vermiş, əlavə olaraq onlara, yəni Vidadi və ona xərcləmək üçün 3.000 manat pul vermişdir. Həmin 34.000 manat pulu da Əmlak Komitəsinin Bakı şəhəri, Xətai rayonunda yerləşən inzibati binasının arxa tərəfində İmrana vermişdir. Bundan qısa müddət sonra, yəni 2019-cu ilin oktyabr ayının ortalarında “Asan Əmlak” adlanan yerdən sənədlərin hazır olması ilə bağlı Vidadiyə təsdiqetmə bildirişi verilmişdir. Həmin bildirişdə xx.xx.2019-cu il tarixdə torpaq sahəsinin çıxarışının hazır olacağı göstərilmiş, xx.xx.2019-cu il tarixdə Vidadi çıxarışın alınması üçün “Asan Əmlak” adlanan idarəyə getmiş və torpaq sahəsində yerləşən hamamın qazanxanasının mübahisə predmeti olması, qazanxananın "xxxx" ASC-nin balansında olması səbəbindən çıxarışın verilməsindən imtina edilmişdir. Bu barədə İmrana məlumat vermiş, İmran isə öz növbəsində bunun üçün 50.000 manat pul lazım olduğunu qeyd etmiş, bu barədə Azərə məlumat vermiş və Azər 2019-cu ilin oktyabr yaxud noyabr ayında 50.000 manat pulu sayaraq İmrana təqdim edilməsi üçün ona Vidadinin yanında vermişdir. Vidadi ilə birlikdə Əmlak Komitəsinin Xətai rayonunda yerləşən inzibati binasının arxasına getmişlər və orada İmranla görüşərək həmin 50.000 manat pulu İmrana vermişdir. Sonradan həmin məsələ üçün noyabr ayında İmranın öz tələbi ilə Azərdən aldığı 20.000 manat pulu da İmrana vermiş, İmranın deməsinə görə 1 həftəyə məsələ həll olunacaqdı. Belə ki, "xxxx" ASC-nin sədri Əmlak Komitəsinin sədrinə həmin qazanxananın yararsız vəziyyətdə olduğunu, bu səbəbdən də onun dövlətin balansına keçirilməsi məzmununda məktub yazacaqdı. Həmin qazanxana dövlətin balansına keçdikdən sonra isə Əmlak Komitəsi onu hərrac vasitəsilə həmin pul müqabilində Vidadiyə satacaqdı. Buna baxmayaraq, məsələ həll olunmamış, nəhayət 2020-ci ilin noyabr ayının sonlarında İmran qazanxananın "xxxx" ASC-nin balansından çıxarıldığını bildirmiş, daha sonra xx.xx.2020-ci il tarixdə çıxarışın hazır olduğunu, “Asan Əmlak” adlanan idarəyə gedib çıxarışı almağı tapşırmışdır. Qeyd edilən tarixdə Vidadi sözügedən idarəyə getmiş, lakin qısa müddət keçdikdən sonra eyni mübahisə səbəbindən çıxarışın verilməsindən imtina edildiyini bildirmişdir. Bu barədə İmrana məlumat versələr də, İmran öz növbəsində "xxxx" ASC-dən daxil olmuş məktubun məzmununda səflik olduğunu, məsələnin tezliklə yoluna qoyulacağını bildirmişdir. Bu səhvin aradan qaldırılması üçün İmranın tapşırığı ilə torpağın sənədlərinin əsilləri Vidadi tərəfindən Mübarizə təqdim edilmişdir. Bundan bir-iki ay sonra o, Mehman, Azər və özünü DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşı kimi təqdim edən Azər adlı şəxslə birlikdə Milli Elmlər Akademiyasının qarşısında olan parkda görüşmüşlər. Azər adlı şəxs İmranın xahişi ilə bu işi həll etməyə çalışdığını, işin isə 1 saylı Bakı Ərazi İdarəsinin Şöbə müdiri vəzifəsində işləyən Nigar xanımda olduğunu bildirmişdir. O, həmçinin məsələnin qısa müddət ərzində həll ediləcəyini də bildirmiş, buna baxmayaraq, bu günə kimi sözügedən torpaq sahəsinin çıxarışı hazır olmamışdır. Həmçinin, bildirir ki, göstərilənlərin Təqsirləndirilən şəxs2 tərəfindən təsdiq edilməsini özündə əks etdirən səs yazısı da vardır. Bundan başqa sonradan Azər və İmran onun bu məsələdən uzaq durmasını, məsələni özlərinin həll edəcəklərini bildirmişlər. Zərərçəkmiş şəxs Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etməsi barədə məlumat əldə etdikdən sonra Azər və İmranla əlaqə saxlamış, İmran ona xx.xx.2021-ci il tarixdə torpaq sahəsinin çıxarışının hazır olacağını, əks halda xx.xx.2021-ci il tarixdə 354.000 manat pulu geri qaytaracağını bildirmiş, lakin həmin pul hal-hazıradək qaytarılmamışdır. 2021-ci ilin dekabr ayında üçü, yəni Azər o və İmran birlikdə Azərin ofisində görüşmüş, həmin görüşdə İmran ondan 284.000 manat, ümumilikdə ünvan 7 ünvanında yerləşən 47 saylı hamamın və onun yerləşdiyi 0,25 ha torpaq sahəsinin özəlləşdirilməsi üçün 354.000 manat pul aldığını etiraf etmişdir. Konkret olaraq tarixləri bilmir, lakin öz hesablamasına görə Azərdən cəmi 284.000 manat pul almış, pulları Azərə məxsus Yasamal rayonundakı ofisində Vidadinin yanında almış, pulları, yəni 284.000 manatı tam məbləğdə Təqsirləndirilən şəxs2 çatdırmışdır. Bundan başqa Azər birinci dəfə Vidadi vasitəsilə 70.000 manat məbləğində pulu İmranın dediyi şəxsə verib və ümumilikdə torpağın özəlləşdirilməsi üçün 354.000 manat xərc çəkmişdir. Zərərçəkmiş şəxs təqdim etdiyi vərəqdəki imzalar özünə məxsusdur, Azər verdiyi bütün pulları ona imzalatdırmış, çünki hesab etmişdir ki, İmranı o tapdığına görə məsuliyyət o, daşıyır. Vərəqdə yazılanlarla aydın olur ki, ona torpağın özəlləşdirilməsi üçün 262.000 manat pul verib, lakin 22.000 manat əskik qeyd edilib, o, Azərdən 284.000 manat almışdır. Siyahıda qeyd edilən Vidadi və İbrahimə əlavə olaraq şəxsi ehtiyac üçün verilən pullardan məlumatı yoxdur. Təqsirləndirilən şəxs2 qeyd etdiyi məbləğlərdə pul vəsaitləri hansı məqsədlə verilməsi ilə əlaqədar bildirir ki, Təqsirləndirilən şəxs2 ona özünü Dövlət Əmlak Komitəsinin şöbə rəisi kimi təqdim etmiş, bu məsələdən əvvəl Təqsirləndirilən şəxs2 bir neçə dəfə torpağın özəlləşdirilməsinə kömək etmiş və ona görə inanmışdır ki, İmran ünvan 7 ünvanında yerləşən 47 saylı hamamın yerləşdiyi 0,25 ha torpaq sahəsinin özəlləşdirilməsini də həll edə bilər. İmran 284.000 manat pulu ondan torpağın özəlləşdirilməsi adı ilə almış, həmin pulun rəsmi qaydada dövlət büdcəsinə rüsum kimi köçürüləcəyini bildirmişdir. Onun marağı isə o olmuşdur ki, razılığa görə Vidadi torpağın satışından əldə ediləcək məbləğin 5 faizini ona, 15.000 manat isə Azər verməli idi. O da çalışmışdır ki, torpaq tez özəlləşdirilsin və satış həyata keçirilsin. Sonradan öyrənmişdir ki, İmran ona yalan danışmış və Dövlət Əmlak Komitəsində işləmir, məsələ həll olunmayanda artıq pulları aldıqdan sonra özü ona demişdir ki, əvvəllər Dövlət Əmlak Komitəsində işləyib lakin işdən çıxıb, bununla belə əlaqələri mövcuddur və həmin əlaqələr vasitəsilə məsələni həll edəcəkdir. Təqsirləndirilən şəxs2 ifadəsində onun Azərdən aldığı pullardan cəmi 165.000 manat pul verdiyini, həmin pulun 25.000 manatını ona qaytardığını, 75.000 manatı isə Mübariz Mehtiyev və Təqsirləndirilən şəxs3 vasitəsilə aldığını bildirməsi, bu məsələ ilə əlaqədar 240.000 manat aldığı haqqında olan əlyazma vərəqi istintaqa təqdim etməsi ilə əlaqədar bildirir ki, həmin vərəqdə qeyd olunan imza onundur, həmin əlyazma 2021-ci ilin dekabr ayında İmran və onun tərəfindən iki nüsxədə olmaqla ayrılıqda yazılıb, orada 240.000 manat pul aldığını təsdiq edir, həmin vaxt o, İmrana 284.000 manat verdiyini təkid etsə də İmran ancaq 240.000 manat aldığını etiraf etmiş, əslində isə İmrana 284.000 manat pul vermiş, 75.000 manat pulun həmin məbləğə aidiyyatı yoxdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, X5 təxminən 10 ildir ki, tanıyır, yaxın münasibətləri yoxdur, sadəcə tanışlıqları vardır. Belə ki, Mübariz əvvəllər onunla eyni İdarədə operator işləmiş və münasibətləri oradan yaranmış, Təqsirləndirilən şəxs2 şəxsən tanımır, heç vaxt görüşməmiş, lakin İmranın adını Mübarizdən tez-tez əmlak məsələlərini həll edən şəxs kimi eşitmiş, Mübarizlə İmran tez-tez görüşmüşlər. 2019-cu ilin iyun ayında idarə etdiyi “Mersedes-Benz” markalı, **-XR-*** saylı avtomobilində ciddi nasazlıq yaranmış, buna görə də pula ehtiyacı olmuşdur. Mübariz ona köməklik edəcəyini bildirib, ona Dövlət Əmlak Komitəsinin inzibati binası kimi fəaliyyət göstərən Bakı şəhəri, “Lider” TV-nin yaxınlığında yerləşən inzibatı binaya daxil olaraq bir şəxsi qəbul etməyini, onun rolunun sadəcə bundan ibarət olacağını izah etmişdir. Onun pula ehtiyacı olduğundan Mübarizin təklifini qəbul etmiş, sövdələşdikdən bir neçə gün sonra, yəni 11 iyun 2019-cu il tarixdə Mübariz zəng edərək onu Bakı şəhəri, “Lider Tv”-nin yaxınlığında Dövlət Əmlak Komitəsinin inzibati binası kimi fəaliyyət göstərən binaya çağırmışdır. Saatını dəqiq xatırlamasa da günorta radələrində həmin ünvana çatdıqda orada Mübariz Mehtiyevlə bərabər sonuncunun tanışı və həmyerlisi Şahid2 olduğunu da görmüşdür. Elşən də Dövlət Neft Şirkətində Qaz İxrac İdarəsində onunla və Mübarizlə birgə işləyib, tanışlığı oradan olmuş, lakin Elşənlə yaxın münasibətləri olmamış, sonuncu Mübarizlə yaxın dost olmuşdur. Onlar üçü birlikdə binaya daxil olmuş, həmin vaxt orada polis əməkdaşı olsa da onları yoxlamamış, adlarını da hər hansı yerdə qeyd etməmiş, binaya maneəsiz daxil olmaqlarını Mübarizin əvvəlcədən təşkil edib-etmədiyini bilməmiş, bununla da maraqlanmamışdır. Mübariz onu birinci mərtəbədə bir otağa salmış, həmin otaq girişdən sağ tərəfdə olmuş və üzərində hər hansı lövhə olmamış, lakin o, belə başa düşmüşdür ki, həmin otaq ümumi qəbul otağıdır. Mübariz ona həmin otaqda əyləşməyini, bir neçə dəqiqə sonra bir nəfər şəxsi otağa gətirəcəyini, artıq heç nə danışmamağını tapşırmışdır. Mübariz pul veriləcəyi barədə ona heç nə deməmiş, o, həmin şəxsi gözləyən zaman Elşənlə otaqda söhbət etmiş. Bir neçə dəqiqə sonra Mübariz yanında bir nəfər şəxslə otağa daxil olmuş, bu zaman Şahid2 otağı tərk etmişdir. Söhbətdən ona aydın olmuşdur ki, həmin şəxsin adı Vidadidir, istintaq dövründə tanınma və üzləşdirmə istintaq hərəkətləri zamanı həmin şəxsin Şahid1 olduğunu dəqiqləşdirmiş, həmin vaxtı Vidadinin əlində kağız bağlama olmuşdur. Vidadi bağlamanı Mübarizə vermiş, Mübariz isə bağlamanı otaqdakı boş rəflərdən birinə qoymuş, Vidadi təxminən 3 dəqiqə otaqda qalmışdır. Vidadini qəbul edən zaman onunla arasında hər hansı dialoq olmamış, o, ancaq bağlama verildikdən sonra həmin vaxtdan bütün məsələlər barədə Mübarizlə danışmalı olduğunu Vidadiyə demişdir. Eyni zamanda Mübariz özünü “Pərviz” kimi təqdim etmiş, ona ünsiyyət zamanı “Pərviz” kimi müraciət etmişlər. Özünün adı Qabil olsa da dostları və yaxınları onu “İntiqam” kimi tanıyır və çağırırlar. Vidadi bağlamanı verdikdən sonra Mübarizlə birlikdə binadan çıxmış, Mübarizin tapşırığı ilə o, rəfdəki bağlamanı götürmüş və özünə məxsus **-XR-*** saylı avtomobilinə əyləşmiş, bu zaman Elşən yaxınlaşaraq onu “Gənclik” metrostansiyasına aparmağını xahiş etmişdir. Mübarizin tapşırığı ilə Dövlət Əmlak Komitəsinin Xətai rayonu, Yusif Səfərov küçəsindəki inzibati binasının yanına getmişlər. Mübarizin də ora gəldiyini görmüş, lakin kiminlə və hansı avtomobillə gəldiyini bilməmişdir. Həmin vaxt ora Vidadi də gəlmiş, Mübarizin telefon vasitəsilə verdiyi tapşırıq əsasında avtomobildən düşərək Vidadiyə binanın yanından çıxıb getmələrini, bağlamanı təhvil verdiyini və bundan sonra İmranın onları çağıracağını demişdir. Ondan sonra ayrılmış və Mübarizlə birlikdə X10 yanında görüşmüşlər. Mübarizlə görüşəndə Elşənin avtomobildə olub-olmadığını, həmin vaxt Elşəni düşürdüb-düşürmədiyimi xatırlamır, Mübariz orada yolun kənarında onu gözləmiş, ora çatdıqda Mübariz avtomobilə əyləşmiş, bağlamanı ondan götürmüş, orada kiməsə zəng edərək pulun az olduğunu demiş, lakin yenə də məbləğin nə qədər olduğunu bilməmişdir. O, ümumiyyətlə həmin zaman bağlamada pul olmasını bilmiş, otaqda bağlamanı qəbul edən zaman içərisində pul olmasından ümumiyyətlə xəbərsiz olmuşdur. Orada danışdıqları kimi Mübariz cibindən 1000 manat çıxararaq ona vermiş, Mübariz onun avtomobilindən düşmüş və o, yaşadığı evə getmişdir. Sonrakı mərhələlərdə bu barədə nə Mübarizlə nə də Elşənlə hər hansı söhbəti olmamış, onun bundan başqa bu prosesdə başqa iştirakı da olmamış, o, pulu götürəndə Təqsirləndirilən şəxs1 otağa daxil olmamışdır. Təqsirləndirilən şəxs4 ona AR CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2019-cu ilin əvvəllərində Almaniya Respublikasında yaşayan Arif adlı tanışı ondan Bakı şəhərində avtomobil salonu tikmək üçün torpaq sahəsi tapmağını tapşırmış, o da hazırda dəqiq xatırlamadığı internet saytında ünvan 7 ünvanında 0.25 ha torpaq sahəsinin üstündəki köhnə hamamla birlikdə satışa çıxarıldığını görmüşdür. Həmin torpaq sahəsinə özü baxmış və bəyənmiş, torpağın sahibi Şahid1la tanış olmuş və dostluqları yaranmışdır. O, torpağın şəkillərini çəkərək Arif adlı tanışına mobil telefon vasitəsilə göndərmiş, torpaq sahəsinin yerləşdiyi ərazini bəyənməmiş, çünki torpaq sahəsi ikinci dərəcəli yola çıxmış və Arif həmin yerdə salonun yaxşı işləməyəcəyini hesab etmiş, ona görə də torpaq sahəsini almaqdan imtina etmişdir. O, torpaq sahəsinin satışını təmin etmək məqsədilə Rasim adlı makler tanışına məlumat vermiş, Rasim həmin torpaq sahəsinə müxtəlif müştərilər gətirmişdir. 2019-cu ilin may ayının əvvəllərində Rasim vasitəsilə Mehman adlı makler torpaq sahəsinə gəlmiş, o, Mehmanı qiyabi olaraq tanımış, lakin onunla heç bir münasibəti olmamışdır. Mehman torpaq sahəsinə bir neçə müştəri gətirmiş, həmin müştərilərdən biri də Zərərçəkmiş şəxs olmuş, həmin ərəfədə Mehman ona Azərin torpağı bəyəndiyini və almaq istədiyini bildirmişdir. Onlar yenidən birlikdə gəlib torpaq sahəsinə baxmış, həmin vaxt onunla Vidadi də orada iştirak etmiş, Vidadi torpağa baxış keçirəndə ondan torpağın satışı ilə bağlı danışıqlar aparmağını xahiş etmiş, çünki onun bu sahədə daha bacarıqlı olduğunu hesab etmişdir. Torpağa görə Vidadi Azərdən 300.000 manat pul istəmiş, həmçinin Vidadi satış olduğu halda ona həmin puldan 20.000 manat verəcəyini vəd etmiş, lakin həmin pula hamamın yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi dəyəri daxil deyildi. Onlar Razılaşmışlar ki, Azər özü öz hesabına torpağın özəlləşdirilməsini həyata keçirdəcəkdir. Torpağa baxdıqdan sonra onlar Azərin ofisinə getmiş və Mehman Azərdən 10.000 manat beh istəmişdir. Azər də 10.000 manat pulu onun yanında Mehmana vermiş, Mehman həmin pulu nə ona nə də Vidadiyə verməmiş və bildiyinə görə öz şəxsi ehtiyacları üçün sərf etmişdir. O da Vidadiyə demişdir ki, həmin məbləği alqı-satqı zamanı nəzərə almasın və pulu tam alsın, Azər hətta Mehmana demişdir ki, yalnız onu tanıyır və ona arxayındır. Mehman həmin pulla öz borcunu bağlamış, daha sonra 1 həftə keçdikdən sonra Azərin ofisində Vidadi, Mehman və o olarkən Azər 15.000 manat pulu Vidadiyə vermişdir. Vidadi həmin puldan 5 min manat çıxararaq aralarında bölüşdürmələri üçün ona və Mehmana vermiş, Mehman əlavə olaraq demişdir ki, borcları var o da ona demişdir ki, bu pulu da borclarına versin. Mehman həmin 5.000 manatın min manatını ona cib xərci kimi verərək, qalan 4.000 manatı da yenidən borclarını bağlamaq üçün götürmüşdür. Mehman İmran adlı tanışı olduğunu, İmranın Dövlət Əmlak Komitəsində şöbə müdiri işlədiyini, əvvəllər bir neçə dəfə torpağın özəlləşdirilməsini həyata keçirdiyini, nüfuzlu şəxs olduğunu bildirərək uzun səylərdən sonra Azəri İmranın həmin torpağı özəlləşdirəcəyinə inandırmışdır. Mehman İmranın torpağın özəlləşdirilməsi üçün 250.000 manat istədiyini bildirmişdir. Vidadi yenidən 300.000 manata torpağı satmağa razı olduğunu bildirmiş və onlar dördü birlikdə Notariusa getmiş və torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar Azər 250.000 manat pulu Vidadiyə verilməsini təsdiq edən sənəd almış, lakin həmin pulu özü çıxararaq özünə götürmüş və daha sonra Vidadi, Mehman, Azər və o, birlikdə İmran adlı şəxslə görüşmək üçün Bakı şəhəri, Xətai rayonunda yerləşən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə getmiş, həmin vaxtlar İmranla əlaqəni ancaq Mehman yaratmışdır. Ora çatdıqda o, Vidadi ilə kənarda gözləmiş, həmin pul, yəni 250.000 manat Azərin üzərində olmuşdur. Mehman və Azər birlikdə İmranla görüşdükdən sonra yanlarına gəlmiş, lakin həmin vaxt söhbətin necə nəticələndiyini xatırlamır. Təxminən 3-4 gün keçdikdən sonra, yəni 2019-cu ilin may ayında o, Vidadi, Mehman və Azər yenidən sonuncuya məxsus ofisdə görüşmüşlər. Mehman 250.000 manat pulun Komitədə alınması üçün İmranın rəhbərlikdən razılıq aldığını, lakin məbləğin hissə-hissə 1 ay ərzində veriləcəyini, ilk olaraq veriləcək məbləğin 75.000 manat olduğunu bildirmişdir. Azər Mehmanla razılaşmış və növbəti gün İmranın tapşırığı ilə əvvəlki Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin inzibati binasının qarşısında görüşmüşlər. İmran Mehman vasitəsilə bildirmişdir ki, 75.000 manat pulla Azər həmin binaya daxil olsun və orada Dövlət Əmlak Komitəsinin məsul şəxsi onu qarşılayaraq həmin pulu ondan qəbul edəcəkdir. Mehmanla o, binaya daxil olmamış, Azər isə Vidadi ilə birlikdə binaya daxil olmuşdur. Qapıdakı mühafizə polisi Azəri binanın daxilinə buraxmaqdan imtina etmiş və bildirmişdir ki, ancaq torpaq sahəsinin özəlləşdirilməsi barədə müraciət edən şəxs binaya daxil ola bilər. Azər də özlərinin dediyi əsasında içərisində 75.000 manat pul olduğunu öyrəndiyi çantanı Vidadiyə vermiş, özü isə həyətə çıxmış, bir qədər keçdikdən sonra Vidadi binadan çıxmış və pul olan çantanı İmranın dediyi otağa yaxınlaşaraq özünü vəzifəli şəxs kimi təqdim edən şəxsə verdiyini bildirmişdir. Yolda olarkən İmran Mehmana zəng edərək puldan 5.000 manat əskik olduğunu qeyd etmiş, həmin şəxsin tapşırığı ilə yenidən Xətai rayonunda Yusif Səfərov küçəsində yerləşən Dövlət Əmlak Komitəsinə getmişlər. Həmin vaxt o, avtomobildə gözləmiş, proseslərin gedişatından xəbəri olmamış, bundan sonra 2019-cu ilin may ayından etibarən dəqiq xatırlamasa da bir neçə dəfə Mehman Azərin ofisində Azərdən onun bilmədiyi məbləğlərdə pulları İmrana çatdırılması üçün qəbul etmiş, bir neçə dəfə Mehmanı Xətai rayonunda yerləşən Xocalı parkına İmranla görüşə aparmış, özü həmin görüşlərdə iştirak etməmiş, Mehmanın Azərdən hansı məbləğlərdə pul qəbul etməsini və İmrana hansı məbləğlərdə pul verməsini bilməmiş, bu məsələyə qarışmamışdır. O, ümumiyyətlə heç vaxt İmranı görməmiş, eyni zamanda Mehmanı və Vidadini onların avtomobilləri olmadığına görə torpağın özəlləşdirməsi prosesinin surətləndirilməsi üçün öz avtomobili ilə bir neçə dəfə Dövlət Əmlak Komitəsinin Bakı şəhərində, Nərimanov rayonunda yerləşən binasına aparmış, lakin heç vaxt binaya daxil olmamış, həmin proseslərdə özünü İmranın müavini kimi təqdim edən Pərviz adlı şəxs də iştirak etmişdir. Onun marağı ondan ibarət olmuşdur ki, özəlləşmə prosesi tez başa çatsın və torpağın satışından ona veriləcək payı əldə etsin. Bu proseslərin gedişində sürücü kimi iştirak etsə də sonrakı proseslərdə iştirak etməmiş, çünki Mehman Vidadini öyrətmişdir ki, nahaq yerə ona 20.000 manat vəd edib və onun torpağın satışında heç bir rolu yoxdur, ona görə də Vidadi, Mehman və Azər onu torpağın satışından uzaqlaşdırmışlar. Bu məsələyə görə həm Vidadi həm də Mehmanla mübahisələr etmiş, lakin sonradan mübahisələrin mənasız olduğunu görmüş və bir daha həmin şəxslərlə əlaqə saxlamamışdır. Sonuncu dəfə İmranın nömrəsini tapıb əlaqə saxlasa da sonuncu onunla danışmaq istəmədiyini bildirmişdir. Mehman 10.000 manatı torpağa baxdıqdan sonra beh kimi Azərdən istəmiş, Azər də Mehmana ofisdə onun yanında 10.000 manat məbləğində pulu beh kimi vermiş, Mehman həmin pulu özünə götürmüş, nə ona nə də Vidadiyə verməmiş, o, Azərə Vidadinin qardaşı olduğunu deməmiş, Azərdən pul istəməmiş, Azər yalan danışır, o, Almaniyaya mütəmadi olaraq gedib-gəldiyini Azərə demiş, ola bilsin ki, Azərin yadında nə isə səhv qalıb, torpağa ilk dəfə baxanda Vidadi də iştirak etmişdir. Onlar Vidadi ilə bir-birilərinə “qardaş” kimi müraciət etmiş, bəlkə də ona görə yadında elə qalmışdır ki, o, özünü Vidadini qardaşı kimi təqdim etmiş, ümumilikdə bu məsələ ilə əlaqədar Azər səhv danışır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, əvvəllər Bakı Şəhər İcra Hakimiyyətində tikinti şöbəsində işləmiş, 2000-ci ildən fərdi qaydada sahibkarlıqla məşğuldur, 2015-ci ildən hazıradək "xxxx" MTK-nın icraçı direktoru vəzifəsində işləyir. İş fəaliyyəti Bakı şəhərində çoxmərtəbəli yaşayış evlərinin tikintisini həyata keçirməkdən ibarətdir. 2019-cu ilin may ayının əvvəllərində ev alqı-satqısı ilə məşğul olan Mehman adlı şəxs ünvan 7 ünvanında 0.25 ha torpaq sahəsinin satışa çıxarıldığını bildirmişdir. Mehmanı təxminən 10 ildir ki, tanıyır, dostluq münasibətləri olmamış, ümumi olaraq sadəcə tanışlıqları olmuş, lakin Mehmanla heç bir alqı-satqı etməmişdir. Mehman ona bir neçə dəfə torpaq təklif etmiş, lakin o, imtina etmiş, sonuncu təklifində təkid etmiş və sözügedən torpaq sahəsinin qiymətinin münasib olduğunu görüb Mehmanla birlikdə torpaq sahəsinə baxış keçirmişdir. Torpaq sahəsində onları İbrahim adlı şəxs qarşılamış, o, İbrahimi tanımamış, Mehman ona İbrahimin həmin torpaq sahəsinin sahibi olduğunu bildirmiş, o da İbrahimdən torpağın sənədlərini tələb etmişdir. İbrahim isə öz növbəsində torpağın adını çəkmədiyi qardaşına məxsus olduğunu, qardaşının isə hazırda Almaniya Respublikasında yaşadığını, alqı-satqı işləri həyata keçiriləcəyi halda, Bakı şəhərinə gələcəyini, qardaşının Almaniya Respublikasından Azərbaycan Respublikasına gəlməyi üçün maddi imkanı olmadığını bildirərək, ona görə də ondan 10.000 manat pul istəyərək həmin məbləği verəcəyi təqdirdə qardaşının Almaniya Respublikasından gələcəyini və sənədləşməyə başlaya biləcəklərini demişdir. O, İbrahimlə bu barədə söhbət edərkən Mehman da yanında olmuş və ona İbrahimi çoxdan tanıdığını, İbrahimə inanmağını və narahat olmağa əsas olmadığını bildirmişdir. İbrahim əlavə olaraq demişdir ki, torpaq sahəsindəki hamam özəlləşdirilib, lakin torpaq sahəsinin özü özəlləşdirilməyib və həmin torpaq sahəsinə çıxarış alınmalıdır. Bu zaman Mehman Dövlət Əmlak Komitəsində İmran adlı tanışının işlədiyini, kəndçisi olduğunu, torpağın İmran vasitəsilə özəlləşdiriləcəyini bildirmişdir. Torpaq sahəsinin yeri onu qane etdiyi üçün İbrahim və Mehmanla razılaşmış və qardaşının Almaniya Respublikasından gətirilməsinə maddi köməklik etmək məqsədilə İbrahimə torpaq sahəsinin mülkiyyətçisinin qardaşı olduğunu hesab etdiyindən beh adı ilə özünün istədiyi 10.000 manat məbləğində pul vermişdir. Həmin pulu 2019-cu ilin may ayında "xxxx" MTK-nın Yasamal rayonu, Nazim Hikmət 27 ünvanında yerləşən ofisində Mehmanın yanında İbrahimə vermişdir. Pulu verdikdən sonra İbrahim qardaşının qısa müddət ərzində Almaniya Respublikasına gələcəyini və sənədləşməyə başlaya biləcəklərini bildirmişdir. Bundan 1 həftə keçdikdən sonra İbrahim və Mehman onu öz ofisində Vidadi adlı şəxslə görüşdürmüşlər və torpağın üzərindəki hamamın mülkiyyətçisi olduğunu bildirmişlər, o da Vidadi ilə İbrahimin bir-birinə qardaş dediklərinə görə onların qardaş olmamalarından şübhələnmiş, ona görə də bu barədə heç nə soruşmamışdır. O, Vidadinin əlindəki sənədlərə baxış keçirdikdə həqiqətən də həmin torpaq sahəsinin üzərindəki hamamın Vidadiyə məxsus olduğunu görmüşdür. Vidadi, Mehman və İbrahimlə birlikdə torpağın alqı-satqısını müzakirə etmişlər, Vidadi torpağı ona özəlləşdirmə xərclərini onun qarşılamağı şərti ilə 300.000 manata satmağa razı olmuş, Mehman isə İmranla danışdığını, 250.000 manata torpaq sahəsinə çıxarış almağın mümkün olduğunu bildirmiş və beləliklə onun torpağa əvvəlcə Şahid1 adına çıxarış alınmasına daha sonra isə onun mülkiyyətinə keçməsi üçün 550.000 manat xərci çıxmalı idi. Bundan sonra Vidadi ilə birlikdə Notariat kontoruna getmişlər və torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar 250.000 manat pulun Vidadiyə verilməsini təsdiq edən sənəd almış, məqsədi torpağa dair Vidadinin adına çıxarış aldıqdan sonra sonuncunun torpağı başqa şəxsə satmağının qarşısını almaq olmuş, əslində isə həmin 250.000 manat pul Vidadinin adına çıxarış alınması üçün İmrana verilməli olan pul olmuşdur. Faktiki olaraq həmin pul Vidadiyə verilməmiş, rəsmi olaraq notarial hərəkətlər üçün Vidadiyə verilsə də həmin pulu İmrana verilməsi üçün özünə qaytarmışdır. Notariat kontorundan çıxdıqdan sonra Vidadi, Mehman, İbrahim və o, birlikdə İmran adlı şəxslə görüşmək üçün Bakı şəhəri, Xətai rayonunda yerləşən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə getmişlər. Həmin vaxtlar İmranla əlaqəni ancaq Mehman vasitəsilə yaratmışdır. İmranla görüşəndə üzərində 250.000 manat pul olmuşdur. Komitənin arxa tərəfində özünü Əmlak Komitəsinin əməkdaşı kimi təqdim edən İmran adlı şəxslə Mehmanla birlikdə görüşmüşlər, İbrahimlə Vidadi isə onların görüşündə iştirak etməmişlər. İmran Dövlət Əmlak Komitəsində işlədiyini, vəzifəli tanışlarının olduğunu və 250.000 manat pul müqabilində sözügedən torpaq sahəsinin özəlləşdirilməsini, Şahid1 adına çıxarışın alınmasını təmin edə biləcəyini, qısa müddət ərzində torpaq sahəsinin sənədlərini hazırlayıb verəcəyini qeyd etmişdir. Mehman İmranın vəzifəli şəxs olduğunu və çoxsaylı nüfuzlu tanışları olduğunu, etibarlı şəxs olduğunu dediyinə görə İmrana inanmış, lakin İmran qeyd edilən pulun orada, yəni görüşdükləri yerdə ona verilməsini bildirdikdə İmranla razılaşmamış və həmin pul məbləğini yalnız Komitənin inzibati binasının içərisində məsul şəxsə təqdim ediləcəyi halda verəcəyini bildirmişdir. İmran bunun mümkün olmadığını bildirdiyi üçün danışıqları baş tutmamış, o, ancaq öz irəli sürdüyü şərtlərlə İmrana pul verə biləcəyini demiş və orada ayrılmışlar, o, İmrandan xəbər gözləməyə başlamışdır. Təxminən 3-4 gün keçdikdən sonra, yəni 2019-cu ilin iyun ayında Vidadi, Mehman və İbrahim yenidən ona məxsus ofisə gəlmişlər, Mehman 250.000 manat pulun Komitədə alınması üçün İmranın rəhbərlikdən razılıq aldığını, lakin məbləğin hissə-hissə 1 ay ərzində veriləcəyini, ilk olaraq veriləcək məbləğin 75.000 manat olduğunu bildirmişdir. Mehmanla razılaşmış və növbəti gün İmranın tapşırığı ilə Bakı şəhəri, Şəfayət Mehdiyev küçəsində, “Lider TV”-nin yaxınlığındakı əvvəlki Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin inzibati binasının qarşısında görüşmüşlər. İmran Mehman vasitəsilə bildirmişdir ki, 75.000 manat pulla həmin binaya daxil olsun və orada Dövlət Əmlak Komitəsinin məsul şəxsi onu qarşılayaraq həmin pulu ondan qəbul edəcək. İbrahimlə Mehman binaya daxil olmamışlar, o isə Vidadi ilə birlikdə binaya daxil olmuşdur. Qapıdakı mühafizə polisi onu binanın daxilinə buraxmaqdan imtina etmiş və bildirmişdir ki, torpaq sahəsinin özəlləşdirilməsi barədə müraciət edən şəxs ancaq binaya daxil ola bilər. O da məcbur qalıb içərisində 75.000 manat pul olan çantanı Vidadiyə vermiş, özü isə həyətə çıxmışdır. Bir qədər keçdikdən sonra Vidadi binadan çıxmış və puldan 5000 manat əskik olduğunu qeyd etmişdir. O bununla razılaşmasa da, sonradan məsələnin sakitliklə həll edilməsi üçün əlavə olaraq ofisində Mehmana 5000 manat pulu vermişdir. Bu barədə Vidadi ilə söhbət etdikdə Vidadi pulu saymadığını, lakin qeyd edilən məbləği təqdim etdiyi Komitənin əməkdaşının ona məbləğdən 5000 manat əskik gəldiyini dediyini qeyd etmişdir. Belə ki, Vidadi guya həmin şəxsin ona çantadakı 75.000 manat pulun yuxarı vəzifəli şəxslərə çatacağını, ona hər hansı məbləğdə pul qalmayacağını, bunun üçün də Vidadiyə pulun əskik gəlməsini deməsini xahiş etdiyini ona demişdir. O, İmranla pulun çatacağı şəxslərin aralarındakı məsələ olduğunu düşündüyünə görə bu məsələni xırdalamamışdır. Vidadi ona binada onu özünü İmranın müavini kimi təqdim edən Pərviz adlı şəxsin qəbul etdiyini, habelə onu Dövlət Əmlak Komitəsində şöbə müdürü işlədiyini bildirən məsul şəxsin qəbul etdiyini, 75.000 manat pulu və torpağın sənədlərini həmin şəxsə təqdim etdiyini bildirmiş, lakin həmin şəxsin ona öz adını demədiyini qeyd etmişdir. İmranın deməsinə görə torpaq sahəsinin sənədləri 1 ay ərzində hazır olmalı olmasa da, həmin məsələ uzanmışdır. Beləliklə, 2019-cu ilin iyun ayından etibarən Mehmana ünvan 7 ünvanında 0.25 ha torpaq sahəsinə çıxarışın alınması üçün İmrana çatdırması məqsədilə pul vəsaitlərini verməyə başlamışdır. Əvvəlcə 2019-cu ilin iyun ayında Bakı şəhəri, Yasamal rayonu, N.Hikmət küçəsində yerləşən özünə məxsus ofisdə Təqsirləndirilən şəxs1 guya 75.000 manatdan əskik gəldiyi deyilən 5000 manat, ayrılıqda 20.000 manat, 10.000 manat, 30.000 manat, 116.000 manat, 2019-cu ilin iyul ayında isə 34.000 manat pulu İmrana çatdırması üçün vermişdir. Dəqiq xatırlamır lakin hesab edir ki, məbləğlərin hamısını Şahid1 yanında Təqsirləndirilən şəxs1 vermişdir. Öz növbəsində hər dəfə olmasa da bir neçə dəfə Vidadi vasitəsilə pulun İmrana verilməsini dəqiqləşdirmiş, lakin İmranın özü ilə əlaqəsi olmamış, İmranla ancaq Mehman vasitəsilə danışmışdır. Ümumilikdə 2019-cu ilin iyun ayından etibarən torpağın özəlləşdirilməsi üçün İmrana çatdırması məqsədilə Mehmana 215.000 manat pul vermişdir. Onu da qeyd edir ki, 2019-cu ilin iyul ayında Mehman 35.000 manat məbləğində pulu İmranın işin surətləndirilməsi üçün əlavə olaraq istədiyini bildirdikdə o, etiraz etmiş, bu zaman Vidadi məbləğin 25.000 manatının ona veriləcək puldan çıxılmasını, 10.000 manatını isə öz hesabına verməyi xahiş etmiş, ona görə də o, razılaşaraq Mehmana Vidadinin yanında əlavə olaraq 34.000 manat pul vermiş, 1000 manat isə Mehmana xərclik olaraq vermişdir. 2019-cu ilin səhv etmirsə sentyabr ayında torpağın sənədlərinin həmin ilin oktyabr ayında hazır olacağı barədə Vidadiyə “Asan Əmlak”-dan bildiriş gəlmiş, oktyabr ayında Vidadi torpağın sənədlərini almaq üçün “Asan Əmlak”-a getsə də, oradan ona zəng edərək torpağın sənədlərini ala bilmədiyini bildirmişdir. Buna səbəb həmin torpaq sahəsinin həbsdə olması əsas göstərilmişdir. Vidadidən həbsdə olan torpağı niyə satmaq istədiyini soruşduqda, o, 2007-ci ildə "xxxx" ASC ilə həmin torpaq sahəsində olan qazanxanaya görə mübahisə yarandığını, lakin həmin məsələnin artıq unudulduğunu düşünərək torpağı satışa çıxartdığını bildirmişdir. Bu barədə İmranla danışdıqda İmran adlı şəxs isə torpaq sahəsinin həbsdən çıxarılması üçün əlavə olaraq 50.000 manat pul verməli olduğunu Mehman vasitəsilə ona bildirmiş, həmin vaxt İmranın özü ilə danışmamışdır. İmran bu məsələni də özünün Dövlət Əmlak Komitəsi vasitəsi ilə həll edəcəyini, Prezident Administrasiyasında tanışının olduğunu, həmin tanışı vasitəsilə prosesi surətləndirəcəyini və çıxarışın alınmasını tez bir zamanda başa çatdıracağını bildirmişdir. Məcbur qalaraq həmin 50.000 manat pulu 2019-cu ilin noyabr ayında Vidadinin yanında İmrana çatdırması üçün Mehmana vermişdir. 22 noyabr 2019-cu il tarixdə Mehman ona İmranın çıxarışın alınması prosesinin surətləndirilməsi üçün Dövlət Əmlak Komitəsinin vəzifəli şəxslərinə çatdırmaq məqsədilə 20.000 manat da əlavə pul istədiyini bildirmiş, o da Mehmana inandığı üçün həmin gün, yəni 22 noyabr 2019-cu il tarixdə 20.000 manat pulu da Mehmana vermişdir ki, İmrana çatdırsın, həmin vaxt Vidadinin orada olub-olmadığını xatırlamır. Bundan qısa müddət keçdikdən sonra Əmlak Komitəsi ləğv edilərək İqtisadiyyat Nazirliyinə birləşdirilmiş və Komitədə struktur dəyişikliyi baş vermişdir. Bundan sonra İmran torpaq sahəsinin özəlləşdirilməsinin uzanmasını bununla əlaqələndirmişdir. Daha sonra ölkə ərazisində pandemiya olmuş və İmran bunu bəhanə gətirərək torpağın sənədlərinin hazırlanmasının yubandığını bildirmişdir. 2020-ci ilin avqust ayında İmran onu Milli Elmlər Akademiyasının bağında Dövlət Reyestr Xidmətinin məsul şəxsi kimi təqdim etdiyi Azər adlı şəxslə görüşdürmüş, sonuncu isə ona prosedurdan danışaraq narahatçılığa ehtiyac olmadığını, tezliklə torpağın sənədlərinin hazır olacağını bildirmişdir. Həmçinin, bu müddət ərzində İmran vasitəsilə Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin “İçərişəhər” metrostansiyasının yaxınlığında yerləşən Fondunun Fərid adlı əməkdaşı ilə dəfələrlə telefon danışıqları olmuş və həmin şəxs də narahat olmamağı, məsələnin tezliklə həll olunacağını bildirmişdir. Hər iki şəxslə ancaq sənədləşmə və çıxarışın alınması prosedurundan danışmışlar, İmrana pul verilməsi və çıxarışa görə hər hansı şəxsə pul çatması barədə danışıqları olmamışdır. 2020-ci ilin oktyabr ayında yenidən torpağın sənədlərinin hazır olması barədə “Asan Əmlak”-dan Vidadiyə bildiriş gəlmiş, lakin yenə də Vidadi müxtəlif bəhanələr gətirərək torpağın sənədlərinin ona verilmədiyini bildirmişdir. Ümumilikdə İbrahim onu aldadaraq guya Vidadinin Almaniya Respublikasından gəlməsi üçün 10.000 manat məbləğində pulunu ələ keçirmiş, İmran və Mehman birlikdə torpağın özəlləşdirilməsi və çıxarışın alınması adı ilə 360.000 manat məbləğində pulunu ələ keçirmişlər, eyni zamanda Mehmana şəxsi ehtiyacları üçün borc olaraq 6000, 2000 və 1000 manat olmaqla 3 dəfəyə 9000 manat, Vidadiyə İbrahimlə birlikdə şəxsi ehtiyacları üçün sonradan torpağın pulundan çıxmaq şərti ilə 5000 manat və 15000 manat olmaqla iki dəfəyə 20.000 manat pul vermişdir. Mehmana torpağın özəlləşdirilməsi və çıxarışın alınması məqsədilə İmrana çatdırması üçün 285.000 manat məbləğində pulu işlədiyi "xxxx" MTK-nın ünvan 10 ünvanında yerləşən ofisində öz kabinetində vermişdir. 75.000 manatı isə özü Vidadiyə Dövlət Əmlak Komitəsinin Bakı şəhəri, Tbilisi prospektinin yaxınlığında yerləşən binasında vermişdir ki, İmran dediyi həmin qurumun vəzifəli şəxsinə çatdırsın. Borc olaraq verdiyi pulları da işlədiyi "xxxx" MTK-nın ünvan 10 ünvanında yerləşən ofisində öz kabinetində vermişdir. Onu da qeyd edir ki, hər dəfə olmasa da təxminən 2-3 halda pulları Mehmana verdikdən sonra Mehmanın telefonu ilə İmranla danışmış və İmran həmin gün tələb edilən pulların ona çatacağını təsdiq etmişdir. O, hüquq-mühafizə orqanlarına şikayət etdiyi ərəfələrdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1lə üçü görüşən zaman Təqsirləndirilən şəxs2 ona Təqsirləndirilən şəxs1 vasitəsilə cəmi 165.000 manat pul çatdırıldığını, həmin məbləğin 25.000 manatını da Təqsirləndirilən şəxs1 tələbi ilə özünə qaytardığını, ilkin olaraq alınmış 75.000 manatın özünə çatdığını etiraf etməklə həmin məbləğ də daxil olmaqla onun tərəfindən verilmiş pulun ümumi məbləğinin 215.000 manat olduğunu bildirmişdir. O da həmin vaxt Təqsirləndirilən şəxs2la yanaşı Təqsirləndirilən şəxs1 tərəfindən də aldadıldığını başa düşmüşdür. Ona görə də hər ikisi barəsində hüquqmühafizə orqanlarına şikayət etmiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 cinayət məsuliyyətinə cəlb olunmalarını xahiş edir. Təqsirləndirilən şəxs1 pul vəsaitlərini verdikdən sonra həmin pul vəsaitlərinin həqiqətən də İmrana çatmasını təmin etmək məqsədi ilə Şahid1 Mehmanla birgə İmranın yanına getməsini xahiş etmiş, pulun verilib-verilməməsini bütün hallarda yox təxminən 1-2 dəfə Vidadidən dəqiqləşdirməmişdir. O, narazılıq etməyə başladıqdan sonra son dövrlərdə İmranla özü əlaqə yaratmağa başlamış və o məbləğin hamısının özünə çatmadığını bildirmişdir. Bundan başqa bildirir ki, ilk vaxtlarda şübhələnmədiyi üçün Təqsirləndirilən şəxs4 Şahid1 qardaşı olub-olmaması barədə Vidadidən heç nə soruşmamış, sonradan Şahid1la beh barədə, yəni 10.000 manatı soruşduqda Vidadi ona İbrahimlə qardaş olmadıqlarını və ümumiyyətlə Almaniyadan gəlmədiyini, ona İbrahim tərəfindən 10.000 manat məbləğində beh çatmadığını demiş, o, Vidadiyə niyə İbrahimə qardaş kimi müraciət etdiyini soruşduqda Vidadi hər kəsə “qardaş” sözü ilə müraciət etdiyini, buna adət etdiyini bildirmiş, bundan sonra o, İbrahim tərəfindən aldadıldığını başa düşmüşdür. İstintaqa təqdim etdiyi əlyazma onun torpaq sahəsinə çıxarış alınması üçün təşəbbüs göstərdiyi dövrdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Şahid1 verdiyi pul vəsaitlərinin qeydiyyatını əks etdirir, birinci vərəqdə birinci sətirdə onun Təqsirləndirilən şəxs4 guya qardaşının Almaniya Respublikasından gəlməsini təmin etmək üçün verdiyi 10.000 manat, Təqsirləndirilən şəxs1 borc olaraq xərclik üçün verdiyi 2000 manat, torpağa çıxarış alınması üçün İmrana çatdırılması məqsədilə Vidadi vasitəsilə verdiyi 75.000 manat, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 çatdırması üçün verdiyi 20.000 manat, 10.000 manat, 30.000 manat, İbrahimlə birlikdə Vidadiyə şəxsi ehtiyacları üçün sonradan torpağın pulundan çıxmaq şərti ilə 15000 manat, xərclik üçün Təqsirləndirilən şəxs1 borc olaraq 1000 manat, İmrana çatdırılması üçün Təqsirləndirilən şəxs1 verdiyi 115.000 və 1000 manat ayrılıqda qeyd olunmaqla 116.000 manat, 35.000 manat əks olunmuş, həmin vərəqdə “115.000 manat aldım”, “1000 manat aldım” “əmlak üçün 35.000 götürdüm” yazıları Təqsirləndirilən şəxs1 tərəfindən yazılmış və özü tərəfindən imza edilməklə qabağında adının baş hərfi ilə soyadı yazılmış, digər yazılar özü tərəfindən icra olunmuşdur. İkinci vərəqdəki yazıların hamısı Təqsirləndirilən şəxs1 tərəfindən icra olunub, özü tərəfindən imza edilib, həmin vərəqdə ondan 04 iyun 2019-cu il tarixdə 22.000 manat borca pul aldığını, 18 iyun 2019-cu il tarixdə əlavə olaraq 10.000 manat aldığını, 22 noyabr 2019-cu il tarixdə əmlak komitəsi üçün 20.000 manat pul götürdüyünü öz xətti ilə qeyd edib öz imzası ilə təsdiq etmişdir. Üçüncü vərəqdə isə Şahid1 13 noyabr 2019-cu il tarixdə öz xətti ilə ondan 5000 manat borc götürdüyünü qeyd etmiş və öz soyadını, inisiallarını yazmaqla öz imzası ilə təsdiq etmişdir. Dördüncü vərəqdə isə Təqsirləndirilən şəxs1 torpağa çıxarışın alınması məqsədilə mübahisəli qazanxananın "xxxx" ASC-nin balansından çıxarılmasına dair məktubun əldə edilməsi üçün ondan 50.000 manat məbləğində pul aldığını öz xətti ilə yazaraq öz imzası ilə təsdiq etmişdir. Həmin vərəqin sonunda isə “20.000 Azn əlavə” sözləri isə onun tərəfindən yazılmışdır. Qeyd edir ki, həmin vərəqdə ancaq onun Təqsirləndirilən şəxs1 verdiyi 5000 manat əks olunmamış, çünki həmin məbləği 75.000 manatdan çatışmadığını ona bildirdikdən sonra həmin gün vermiş və qeydiyyat aparmamışdır. Ümumilikdə torpağa dair çıxarış alınması üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 360.000 manat verdiyi bu yazılarla təsdiq olunur. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qarşı şikayət, tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 1988-ci ildən son dövrlərə kimi Bakı şəhəri, Sabunçu rayonu Mənzil Komunal Təsərrüfat Birliyində mühəndis işləmişdir. Birliyə tabe Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsi, 1/14 ünvanında yerləşən 47 saylı hamamı uzun müddət işlətmiş və icarədarı olmuşdur. 2005-ci ildə eşitmişdir ki, həmin hamam özəlləşdirməyə çıxarılmış, uzun müddət işlətdiyinə görə həmin hamamı özü özəlləşdirmək qərarına gəlmiş və xx.xx.2005-ci il tarixdə Birliyə tabe Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsi, 1/14 ünvanında yerləşən ərazisi 563,2 kv ölçüdə 47 saylı hamamı özəlləşdirmişdir. Həmin hamam özəlləşsə də, hamamın yerləşdiyi 0,25 ha torpaq sahəsi özəlləşməmişdir. Bundan başqa hamamın 37 kv.metr ölçüsündə olan qazanxanası "xxxx" ASC-nin balansındadır. Bununla əlaqədar, yəni qazanxananın da hamamın ayrılmaz tərkib hissəsi kimi tanınması üçün mülki qaydada məhkəməyə müraciət etsə də mülki mübahisəni uduzmuş və həmin qazanxana "xxxx" ASC-nin balansında qalmışdır. Maddi çətinlikləri olduğu üçün 2019-cu ilin may ayında həmin ərazini satmaq üçün Bakıxanov qəsəbəsində fəaliyyət göstərən ev alqı-satqı ofislərinə müraciət etmiş, xx.xx.2019-cu il tarixdə makler kimi özünü təqdim edən İbrahim adlı şəxs həmin əraziyə gələrək həmin torpaq sahəsini satmaqda köməklik edəcəyini bildirmişdir. İbrahimi əvvəlcədən tanımamış və heç bir münasibəti olmamışdır. İki gün sonra İbrahim Mehman və Azər adlı şəxslərlə birlikdə həmin əraziyə gələrək baxış keçirmişlər. Söhbətdən ona məlum olmuşdur ki, Mehman maklerdir, daşınmaz əmlakların alqı-satqısı ilə məşğul olur, Azər adlı şəxs sahibkardır və həmin torpaq sahəsində çoxmərtəbəli bina inşa etmək fikrindədir, Azər və Mehmanı ilk dəfədir görmüş, heç bir münasibəti olmamışdır. Torpağa baxdıqdan sonra Mehman və İbrahimlə birlikdə Azərin Yasamal rayonu, Musabəyov heykəlinin yaxınlığında yerləşən ofisinə getmişlər. Onlar dördü birlikdə oturub söhbət edən zaman Azərə vəziyyəti izah edərək bildirmişdir ki, hamam onun mülkiyyətində olsa da hamamın yerləşdiyi torpaq sahəsi özəlləşdirilmədiyi üçün alqı-satqının həyata keçirilməsi mümkün deyil. Bu zaman Mehman Əmlak Komitəsində şöbə müdiri vəzifəsində işləyən İmran adlı tanışının olduğunu, həmin şəxsin vasitəsilə torpaq sahəsini özəlləşdirəcəyini bildirmişdir. O, özəlləşmə üçün zəruri maddi imkana malik olmadığını bildirdikdə Azər maddi məsələləri özünün həll edəcəyini bildirmişdir. Beləliklə Azərlə aralarında razılaşmışlar ki, özəlləşdirmə üçün bütün xərcləri Azər çəksin, ona isə ayrıca torpaq sahəsi üçün 300.000 manat pul ödəsin, lakin həmin ödəməni torpaq özəlləşdirildikdən sonra versin. Mehmanın İmran adlı tanışının torpağın özəlləşdirilməsinə kömək edə biləcəyi barədə təklifi Azər tərəfindən qəbul edilmiş və Mehman İmranla əlaqə saxlamışdır. xx.xx.2019-cu il tarixdə İmran özünü ona sonucunun müavini kimi təqdim edən, adının sonradan Mübariz olduğunu öyrəndiyi lakin ona adının Pərviz olduğunu bildirdiyi şəxsi və adlarını bildirməyən lakin memar olduqlarını ona bildirən iki nəfər şəxsi sözügedən əraziyə göndərmiş və həmin şəxslər torpaq sahəsini ölçmüşlər. Torpağa baxıldıqdan sonra 2019cu ilin iyun ayının əvvəllərində Mehman, İbrahim və o, yenidən Azərlə sonuncuya məxsus ofisdə görüşmüşlər. Mehman bildirmişdir ki, İmran həmin torpaq sahəsinin özəlləşdirilməsi üçün 250.000 manat pul istəyir. Azər bu təkliflə razılaşmış və ümumi torpağın dəyəri 550.000 manat qəbul edilməsi, 250.000 manatın torpağın özəlləşdirilməsinə sərf edilməsi, torpaq özəlləşdirildikdən sonra 300.000 manatın isə ona verilməli olması barədə aralarında razılıq əldə olunmuşdur. Bu səbəbdən həmin gün Azərlə birlikdə Nərimanov rayonunda yerləşən 9 saylı Notariat Kontoruna gedərək aralarında beh müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən 250.000 manat pul Banka köçürülmüş, həmin məbləğ torpağın özəlləşdirilməsi üçün yenidən Azər tərəfindən götürülmüşdür. Bundan sonra hər biri, yəni Azər, İbrahim, Mehman və o, birlikdə İmranın dəvəti ilə Əmlak Komitəsinin Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən inzibati binasına getmişlər, lakin binaya daxil olmamışlar, İmran həmin binanın arxa tərəfində onları gözlədiyini bildirmişdir. İmran onlarla ancaq Mehman vasitəsilə əlaqə yaratmışdır. Həmin əraziyə çatdıqda o, İbrahimlə birlikdə yaxınlıqdakı çayxanada oturub onları gözləmişlər, Mehmanla Azər isə İmranla görüşməyə getmişlər. Həmin vaxt 250.000 manat məbləğində pul Azərin üzərində olmuşdur. X12 görüşdükdən sonra çayxanaya gəlmişlər və Azər bildirmişdir ki, İmran sözügedən torpaq sahəsinin özəlləşdirilməsi üçün rüşvət olaraq 250.000 manat pul lazım olduğunu, həmin məsələni şöbə müdürü olaraq özünün həll edəcəyini, 1 ay ərzində sənədlərin hazır olacağını bildirib, lakin o, İmrana 250.000 manat pulu küçədə verməyəcəyini, həmin pulu yalnız Əmlak Komitəsinin inzibati binasında təqdim edəcəyini demiş, İmran isə öz növbəsində 250.000 manat pulu binanın içərisinə keçirilməsinin qeyri-mümkün olduğunu bildirmişdir. Bu səbəbdən Azərlə İmran arasında razılıq əldə olunmamışdır. Bir neçə gün keçdikdən sonra 2019-cu ilin iyun ayında Mehman, İbrahim və o, yenidən Azərin ofisində yığışmışlar. Mehman bildirmişdir ki, İmran həmin 250.000 manat pulu hissə-hissə Komitənin inzibati binasında götürməyin mümkün olduğunu bildirib, bu zaman Azər onunla razılaşmış, lakin şərt qoymuşdur ki, pulların verilməsi prossesində o, özü də iştirak etməlidir. Həmin gün axşam Mehman ona zəng edərək bildirmişdir ki, növbəti gün səhər saat 10:00-da Tbilisi prospektinin yaxınlığında yerləşən əvvəlki Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin inzibatina binasının qarşısında olsun. O, deyilən vaxtda həmin yerə getmiş və Mehmanla İbrahimin orada olduğunu görmüşdür. Bir neçə dəqiqə sonra Azər həmin yerə gəlmiş və Azər bildirmişdir ki, İmran Mehmana ilkin olaraq 75.000 manat məbləğində pulun həmin binada işləyən Əmlak Komitəsinin məsul vəzifəli şəxsinə təqdim edilməli olduğunu demiş, ona görə də həmin məbləğdə pulu ora gətirmişdir. Razılıqlarına əsasən pulu Azər özü həmin şəxsə çatdırmalı idi, lakin ona həmin şəxsin adını deməmişdilər. Azərlə birlikdə Komitənin Yasamal rayonunda yerləşən (əvvəllər Torpaq Komitəsinin inzibati binası) inzibati binasına daxil olmuş lakin qapıdakı mühafizə polisi Azəri binaya buraxmamış, səbəb olaraq göstərmişdir ki, özəlləşdirmə üçün müraciət edən şəxs odur və ancaq özü binaya daxil ola bilər. Azər də ona görə içərisində 75.000 manat pul olan əl çantasını ona vermiş və o, inzibati binaya daxil olmuşdur. Qeyd edir ki, o, çantanın içərisindəki pulu görməmiş və Azərin dedikləri əsasında çantada 75.000 manat məbləğində pul olduğunu bilmişdir. Binaya daxil olduqdan sonra özünü ona İmranın müavini, adının Pərviz olduğunu bildirdiyi əslində adı Mübariz olan şəxs onu qarşılamış, onunla birlikdə 1-ci mərtəbədə sağ tərəfdə baş tərəfdə olan xidməti otağa daxil olmuşlar. Həmin otaqda təxminən 60 yaşlarında, qarabuğdayı, Naxçıvan ləhçəsi ilə danışan və özünü şöbə müdiri kimi təqdim edən şəxs onları qarşılamış, lakin həmin şəxs ona öz adını bildirməmiş, digər şəxslər də onun adını çəkmədikləri üçün adını öyrənə bilməmişdir. Həmin şəxsi sonradan “AsanMəkan” adlanan idarədə təsadüfən görmüş və həmin vaxt o, ürəyindən əməliyyat olunduğunu bildirmişdir. Mübariz içərisində 75.000 manat pul olan əl çantasını, torpağın sənədlərinin əsillərini həmin şəxsə təqdim etmişdir. Bundan sonra həmin şəxs onlara Əmlak Komitəsinin Xətai rayonunda, Yusif Səfərov küçəsində yerləşən inzibati binasına getmələrini, özünün də oraya gələcəyini bildirmişdir. Yolda Mehman və İbrahimlə gedərkən İmran Mehmana zəng edərək 75.000 manat puldan 5000 manat pulun əskik gəldiyini, həmin məbləği tezliklə çatdırmağı tapşırmışdır. Bildiyi qədər Azər İmrana çatması üçün həmin 5000 manat pulu Mehmana vermişdir. Əmlak Komitəsinə çatdıqdan sonra 75.000 manat pulun verildiyi şəxs də ora gəlmiş, Mübarizlə birlikdə inzibati binaya daxil olmuş və qısa müddət keçdikdən sonra Əmlak Komitəsinin torpağa dair 5-6 ədəd blanklarını götürüb çıxmışdır. İbrahim, Mehman və o, binaya daxil olmamış, kənarda dayanmışlar. Daha sonra birlikdə Bakı şəhəri, Nərimanov rayonunda “Montin” deyilən ərazidə yerləşən (keçmiş BTİ) Əmlak Komitəsinin inzibati binasına getmişlər. Mehman İbrahimlə birlikdə həyətdə gözləmişlər, Mübariz, o və həmin şəxs birlikdə həmin inzibati binaya daxil olmuşlar və “torpağın özəlləşdirilməsinə dair” protokolları və digər zəruri sənədləri imzalamışdır. Daha sonra birlikdə Bakı şəhəri, Nərimanov rayonunda “Kosmos” adlanan ərazidə yerləşən (keçmiş BTİ) inzibati binaya getmişlər, orada da Mübariz və həmin şəxsin iştirakı ilə zəruri sənədləri imzalamış və həmin sənədlər həmin binada Ümumi şöbəyə təqdim edilmişdir. Proses yekunlaşdıqdan sonra həmin adını bilmədiyi şəxs ona bundan sonra Pərvizlə əlaqə saxlamağı, bütün məlumatları Pərvizə verəcəyini bildirmişdir. Təxminən 3-4 gün keçdikdən sonra 2019-cu ilin təxminən iyun-iyul aylarında Azər onu Bakı şəhəri, Yasamal rayonu, N.Hikmət küçəsində yerləşən ofisinə çağırmışdır. Həmin vaxt Mehman və İbrahim də orada olmuşdur. Azər 116.000 manat pulu sayaraq İmrana çatması üçün Mehmana vermişdir. İbrahim və Mehmanla birlikdə Əmlak Komitəsinin Xətai rayonunda yerləşən inzibati binasına getmişlər. Həmin binanın yaxınlığında Mehman İmrana məxsus qara rəngli “Toyota Prado” markalı, 90 – 044 qeydiyyat nişanlı avtomobildə 116.000 manat pulu sayaraq İmrana təqdim etmişdir. Həmin vaxt o, ilk dəfə olaraq İmranı görmüşdür. O, isə öz növbəsində Azərlə əlaqə saxlayıb bunu Azərə bildirmiş, daha sonra isə oradan uzaqlaşmışdır. Bundan sonra aradan 1 ay keçməsinə baxmayaraq, sənədlər hazır olmamışdır. Bu minvalla bir neçə ay keçmiş və Mehman sənədlərin hazır olmamasına səbəb kimi qiymətləndirmənin çox olması bəhanəsi ilə İmranın əlavə olaraq 37.000 manat pul istədiyini, həmin məbləğin isə həmin vaxt Komitə sədri vəzifəsində işləyən şəxs tərəfindən tələb edildiyini bildirmişdir. Azər onunla razılaşmış və 2019-cu ilin oktyabr ayında öz ofisində 37.000 manat pulu İmrana çatması üçün Mehmana vermişdir. Həmin pulun İmrana verilib-verilməməsindən məlumatsızdır. Bundan qısa müddət sonra, yəni 2019-cu ilin oktyabr ayının ortalarında “AsanMəkan” adlanan yerdən ona zəng gəlmiş və zəng edən şəxs ora yaxınlaşmağını xahiş etmişdir. Həmin idarəyə yaxınlaşmış və orada 45 yaşlarında orta boylu, yanağında qara xalı olan bir şəxs onu qarşılamış, İmran tərəfindən göndərildiyini dəqiqləşdirmiş və birlikdə binaya daxil olmuşlar. Orada ona çıxarışın alınması üçün təsdiqetmə bildirişi verilmişdir. Həmin bildirişdə xx.xx.2019-cu il tarixdə torpaq sahəsinin çıxarışının hazır olacağı göstərilmişdir. xx.xx.2019-cu il tarixdə yenidən “AsanMəkan” adlanan yerə getmiş və orada çıxarışın verilməsindən imtina edildiyini öyrənmişdir. Səbəb kimi isə hamamın qazanxanasının mübahisə predmeti olması, qazanxananın "xxxx" ASC-nin balansında olması göstərilmişdir. Bundan sonra yenidən Azərlə görüşmüş və o, ofisində "xxxx" ASC-nin Yasamal rayon şöbəsinin müdiri ilə onu görüşdürmüşdür. Hazırda həmin şəxsin adını xatırlamasa da, onunla tanış çıxmışlar, həmin şəxs "xxxx" ASC-nin sədri ilə qohum olduğunu və bu səbəbdən də əvvəlcə problemin nədən ibarət olduğunu öyrənib sonra həll edilməsinə köməklik etməyə çalışacağını bildirsə də sonradan həmin məsələ ilə əlaqədar bir daha əlaqə saxlamamışdır. Mehman bu məsələ barədə İmrana məlumat verəndən sonra X1 tanışı olduğunu, həmin şəxsin köməkliyi ilə 50.000 manat rüşvət müqabilində sözügedən məsələni həll edəcəyini bildirmişdir. Azər Mehmanla razılaşmış və 2019-cu ilin noyabr ayının sonlarında 50.000 manat pulu öz ofisində sayaraq İmrana təqdim edilməsi üçün Mehmana vermişdir. Həmin gün o, Mehman və İmran Əmlak Komitəsinin Xətai rayonunda yerləşən inzibati binasının arxasında görüşmüşlər və Mehman 50.000 manat pulu İmrana vermişdir. İmranın deməsinə görə 1 həftəyə məsələ həll olunacaqdı. Belə ki, İmran izah etmişdir ki, "xxxx" ASC-nin sədri Əmlak Komitəsinin sədrinə həmin qazanxananın yararsız vəziyyətdə olduğunu, bu səbəbdən də onun dövlətin balansına keçirilməsi məzmununda məktub yazacaqdı, həmin qazanxana dövlətin balansına keçdikdən sonra isə Əmlak Komitəsi torpağı ona satacaqdı. Buna baxmayaraq, məsələ həll olunmamış, sonradan Azərdən eşitmişdir ki, o, bu məsələ üçün Mehmana 2019-cu ilin noyabr ayında əlavə olaraq 20.000 manat da vermişdir. Nəhayət 2020-ci ilin noyabr ayının sonlarında İmran qazanxananın "xxxx" ASC-nin balansından çıxarıldığını bildirmiş, daha sonra İmran çıxarışın hazır olduğunu, xx.xx.2020-ci il tarixdə “AsanMəkan” adlanan idarəyə gedib çıxarışı almağını tapşırmışdır. Qeyd edilən tarixdə sözügedən idarəyə getmiş və sənədlərin əsillərini götürmək üçün 2-ci mərtəbəyə qalxmışdır. Sənədlərin əsillərini götürüb qeydiyyatda oturan xanım əməkdaşa yaxınlaşmış, həmin əməkdaş isə sənədlərə baxaraq, qazanxananın "xxxx" ASC-nin balansından çıxmadığını bildirmişdir. Bundan sonra İmranla əlaqə saxlamış, qısa müddət keçdikdən sonra ora Mehman və Pərviz gəlmişdir. Həmin vaxt ərzində o, “AsanMəkan”dan ona rəsmi sənəd verilməsini tələb etmiş, orada İmran tərəfindən əvvəlki görüşdə tapşırıldığı yuxarda qeyd etdiyi görünüşdə olan şəxs qısa müddət ərzində tapşırıq bildirişini və ona əlavə olaraq DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin rəis müavini Xəyal İsmayılovun imzası ilə təsdiq edilmiş cavab məktubunu ona təqdim etmişdir. Bundan sonra Pərviz həmin idarəyə gəlmiş və İmranın deməsinə görə, guya "xxxx" ASC-dən daxil olmuş məktubun məzmununda səhvlik olduğunu, bu barədə məlumatı isə Prezident Administrasiyasından əldə etdiyini bildirmişdir. Bu səhvin aradan qaldırılması üçün İmranın tapşırığı ilə torpağın sənədlərinin əsillərini Pərvizə təqdim etmiş, bu günə kimi sənədlərinin əsilləri ona geri qaytarılmamışdır. Bundan bir-iki ay sonra o, və özünü DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşı kimi təqdim edən, adını bilmədiyi, sarışın, orta boylu, 50 yaşlarında bir şəxs ilə birlikdə Milli Elmlər Akademiyasının qarşısında olan parkda görüşmüşlər. Həmin şəxslə İmranın təklifi ilə görüşmüşlər. İmran ona demişdir ki, həmin şəxs məsul vəzifədə işləyir və torpağın özəlləşdirilməsinə kömək edəcək. Həmin şəxslə ikilikdə söhbətləri olmuş və bu işdə hər hansı maddi qazancının olmadığını, lakin İmranın xahişi ilə bu işi həll etməyə çalışdığını, işin isə 1 saylı Bakı Ərazi İdarəsinin Şöbə müdiri vəzifəsində işləyən Nigar xanımda olduğunu bildirmişdir. O, həmçinin məsələnin qısa müddət ərzində həll ediləcəyini də bildirmiş, lakin buna baxmayaraq, bu günə kimi sözügedən torpaq sahəsinin çıxarışı hazır olmamış, torpaq sahəsinin sənədlərinin əsilləri isə ona geri qaytarılmamışdır. Təqsirləndirilən şəxs4 onu qardaşı kimi təqdim edərək Almaniya Respublikasında olduğunu bildirməklə guya Almaniya Respublikasından gəlməyi üçün 10.000 manat pul alması ilə əlaqədar bildirir ki, İbrahim adlı şəxs qardaşı deyil, münasibətləri yalnız alqı-satqı zamanı yaranmışdır. Azər heç bir zaman ondan İbrahimlə qardaş olub-olmadıqlarını soruşmamışdır. Ola bilsin ki, qardaş sözünü tez-tez işlətdiyi və İbrahimin də yalandan qardaş olduqlarını bildirdiyi üçün Azər onların doğma qardaş olduqlarını düşünmüşdür. Heç bir zaman Almaniya Respublikasında olmamış və həmin ölkədən gətirilməyi üçün Mehman və İbrahim tərəfindən Azərdən alınmış 10.000 manat puldan məlumatsızdır. Ümumilikdə Zərərçəkmiş şəxs tərəfindən 75.000 manat, 116.000 manat, 34.000 manat və 50.000 manat verilmiş pullara şahidlik etmişdir. Həmçinin, bildirir ki, Azər maddi çətinlikdən əziyyət çəkdiyini görüb torpağın məbləğindən çıxmaq şərti ilə ona Mehman vasitəsilə ümumilikdə 12.500 manat pul vermişdir. Bundan başqa, Azər tərəfindən cib xərcliyi üçün Mehmana 6500 manat, İbrahimə isə 1000 manat pul verilməsinə şahidlik etmişdir. Prosseslər ləngidikdən sonra Mehman ona bildirmişdir ki, İmran onu da aldadıb, əslində artıq Komitədə işləmir, əvvəllər Komitədə işləyib, lakin Komitədə olan əlaqələri vasitəsilə özəlləşmə işlərini həyata keçirmişdir. Şahid1 istintaqa verdiyi əlavə ifadəsində göstərmişdir ki, həqiqətən də təsdiq edir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 çatdırması üçün onun yanında Təqsirləndirilən şəxs1 116.000, 34.000 və 50.000 manat olmaqla cəmi 200.000 manat pul vermiş, Təqsirləndirilən şəxs1 isə həmin pul vəsaitlərinin 116.000 və 50.000 manat hissəsini onun iştirakı ilə Təqsirləndirilən şəxs2 Xətai rayonunda, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin inzibati binasının yaxınlığında vermiş, o, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs 200.000 manat almasını, Təqsirləndirilən şəxs2 isə 166.000 manat verməsinin şahidi olmuş, Zərərçəkmiş şəxs onunla pul vəsaitlərinin İmrana çatıbçatmaması ilə əlaqədar heç bir dəqiqləşdirmə aparmamış, Təqsirləndirilən şəxs2 onun yanında Təqsirləndirilən şəxs1 25.000 manat məbləğində pul verməmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Şahid1 adlı şəxsləri tanımır, Zərərçəkmiş şəxs məxsus pul vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirilməsi ilə əlaqədar heç bir məlumata malik deyil. ********** saylı mobil nömrəsi özünə məxsusdur, həmin telefon nömrəsindən ondan başqa heç kəs istifadə etməmiş, özü istifadə etmişdir. X7 həmyerlisidir, Mübariz və Təqsirləndirilən şəxs3 ilə birlikdə 2010-cu ildən 2014-cü ilə kimi “Socar” şirkətinin nəzdindəki “X13 Kəmərləri” idarəsində operator işləmiş, münasibəti həmin vaxtdan yaranmış, hal-hazırda da münasibətləri var, arabir görüşürlər, Qabili həm də “İntiqam” adı ilə tanıyır, onu İntiqam kimi adlandırsalar da əsl adı Qabildir. Təqsirləndirilən şəxs2 Nəriman rayonu ərazisində “Şəki” adlı kafeni işlətmiş, o da işlədiyi vaxt orada həmişə nahar etmiş, münasibətləri həmin vaxt yaranmış, arabir haləhval tutmaq üçün zəngləşirlər. İstifadəsində olan ********** saylı mobil nömrənin 11 iyun 2019-cu il tarixdə Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə məxsus olan inzibati binanın yerləşdiyi ünvan 11 ünvanında antenin əhatə dairəsinə düşməsi ilə əlaqədar bildirir ki, həmin gün, yəni 11 iyun 2019-cu il tarixdə günorta radələrində Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin ünvan 11 ünvanında yerləşən inzibati binasında olmuş, ora getməkdə məqsədi bibisioğlu X8 Biləsuvar rayonunda yerləşən torpaq sahəsinin təyinatının dəyişdirilməsindən ötrü sənədləşmə işləri ilə maraqlanmaq olmuşdur, həmin gün onu Dövlət Əmlak Komitəsinin hazırda xatırlamadığı əməkdaşı qəbul etmiş, lakin həmin məsələ hal-hazıradək həll olunmamışdır. Qeyd edir ki, bu məsələ ilə əlaqədar həmin binada olarkən Təqsirləndirilən şəxs3 və Mübariz Mehtiyevi də birinci mərtəbədəki qəbul otağında görmüşdür. Hansı məsələ ilə bağlı orada olduqlarını Qabildən soruşduqda Qabil torpaq sənədləşməsi məsələsi olduğunu demiş, lakin konkret detalları deməmiş, o da elə hesab etmişdir ki, Qabil özünə aid torpaq sahəsi ilə bağlı sənədləşmə işləri ilə əlaqədar qəbula gəlib. O, Qabillə söhbət edərkən Mübariz bir nəfər şəxslə otağa daxil olmuş, o da Mübarizlə görüşüb otaqdan çıxmışdır. Bir neçə dəqiqə sonra Mübariz, yanındakı şəxs və Qabil də otaqdan çıxmışlar, o, Qabildən onu “Gənclik” metrostansiyasının yanında düşürməsini xahiş etmiş və Qabilə məxsus avtomobilə əyləşmiş, Qabil onu “Gənclik” metrostansiyasının yaxınlığında düşürdükdən sonra evə getmişdir. Həmin gün Mübarizlə çoxsaylı telefon danışıqları olmasını da təsdiq edir və bildirir ki, danışıqları ümumi məişət xarakterli olmuşdur. 11 iyun 2019-cu il tarixdə Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə məxsus olan inzibati binanın yerləşdiyi ünvan 11 ünvanında olduğu gün Mübariz Mehtiyevə məxsus ********** saylı mobil nömrədən ona məxsus ********** saylı mobil nömrəyə “Sən əmlakın yanında İntiqamın maşınında otur, pulu əlində saxla, İntiqam düşsün, desin mən təhvil verdim, İmran müəllim sizi çağıracaq” məzmunlu sms göndərilməsini isə onunla izah edir ki, ola bilsin ki, Mübariz ona bu məzmunda sms yazıb, binadan çıxdıqdan sonra Mübariz ona zəng edərək xahiş etmişdir ki, evə getməsin, Qabildə pul var həmin pulu götürsün və ona çatdırsın, lakin o, Mübarizə zəng edərək onunla görüşə bilməyəcəyini deyib pulu götürməkdən imtina etmiş, pulun hansı məbləğdə olması və nə ilə əlaqədar alındığını bilməmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs istifadəsindəki +**********27, Təqsirləndirilən şəxs1 istifadəsindəki +**********52, +**********53, +**********52, X3 istifadəsindəki +**********53, +**********94, +**********00, +**********69, Şahid1 istifadəsindəki +**********69, Təqsirləndirilən şəxs2 istifadəsindəki +**********22, +**********06, +**********06, +**********12, +**********06, +**********06, Təqsirləndirilən şəxs4 istifadəsindəki +**********28, +**********28, +**********44, +**********65, +**********28, +**********63, +**********65 saylı mobil telefon nömrələrinə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində daxil olan və həmin nömrələrdən çıxan zənglərin cədvəlləri, mesaj mətnləri, anten məlumatları və abonent siyahılarının əks olunduğu "xxxx" MMC-dən 25 yanvar 2022-ci il tarixli, 1316 saylı məktubla daxil olmuş diskə, "xxxx" MMC-dən 21 yanvar 2022-ci il tarixli, BKC/LGL-96/22 saylı məktubla daxil olmuş diskə və "xxxx" MMC-dən 21 yanvar 2022-ci il tarixli məktubla daxil olmuş diskə baxış keçirilməsi haqqında 28 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsindəki +**********06 saylı mobil nömrə ilə X3 istifadəsindəki +**********00 saylı mobil nömrə arasında tələb olunan dövr üzrə çoxsaylı sms mətnləri mövcuddur ki, həmin mətnlər əsasən məişət xarakterli məsələlərlə əlaqədardır. Diqqət çəkən sms olaraq xx-xx-2019-cu il tarixdə, saat 16:34:47-də Təqsirləndirilən şəxs2 Mübariz Mehtiyevə ünvanlandığı “Bir işim ancaq tək hamam” mətnini qeyd etmək olar. Təqsirləndirilən şəxs1 istifadəsindəki +**********52 saylı mobil telefon nömrəsinə baxışla müəyyən olunur ki, həmin nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsindəki +**********06 saylı mobil telefon nömrəsi arasında 13 may 2019-cu il tarixdən etibarən 2019-cu ilin may ayında 75 dəfə telefon danışığı, 2019-cu ilin iyun ayında 74 dəfə telefon danışığı, 2019-cu ilin iyul ayından 11 oktyabr 2021-ci il tarixədək 291 telefon danışığı olmuşdur. Bundan başqa cinayət işinin materiallarında Zərərçəkmiş şəxs ilkin olaraq Bakı şəhəri, Şəfayət Mehdiyev küçəsindəki hazırda Əmlak Məsələləri Dövlət Xidmətinin balansında olan inzibati binanda 75.000 manat məbləğində pulun verildiyi tarix olaraq əks olunmuş 11 iyun 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsindəki +**********52 saylı mobil telefon nömrəsi 3 dəfə, yəni 14:52, 15:06 və 16:10-da “Azerfon MMC”-in həmin ərazidə yerləşən “UBBK3965A/UBBK3965 Torpaq Komitesi/"Bakı şəhəri, Şəfayət Mehdiyev 93, Azəraqrartikinti ASC inzibati binası"/Yasamal” anten dairəsinə, 16:14-də isə 1 dəfə “UBBK4029J/UBBK4029 LİDERTV/"Bakı şəhəri, Ş.Mehdiyev küçəsi,83/23"/ anten dairəsinə düşmüşdür. Qeyd edilən nömrə həmçinin toplanmış ifadələrdəki məzmuna uyğun olaraq 15:40-da “Yusif Səfərov ev 1A, mənzil 35"/Khatai”, 15:45-də “UBBK5401A/UBBK5401 Yusif S??f??rov 1A/"Bakı şəhəri, Xətai rayonu” antenlərinin əhatə dairəsinə düşmüşdür. Bundan əlavə +**********52 saylı mobil telefon nömrəsi qeydlərdə 20.000, 10.000 və 30.000 manat pul vəsaitlərinin Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs qəbul edildiyi tarix kimi göstərilən 12 iyun 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 məxsus +**********06 saylı mobil nömrə ilə iki telefon əlaqəsi yaradılsa da onların telefon nömrələri həmin gün hər hansı eyni yaxud yaxınlıqda yerləşən antenin əhatə dairəsində kəsişməmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən həmin nömrə ilə 11 iyun 2019-cu il tarixdən sonra Təqsirləndirilən şəxs2la ilk əlaqə 18 iyun 2019-cu il tarixdə yaradılmış, Təqsirləndirilən şəxs1 qeyd olunan nömrəsi 12 iyun 2010-cu il tarixdə bir dəfə nömrəsi "xxxx" MTK-nın yerləşdiyi əraziyə yaxın ərazidəki “Sharifzadeh str., yasamal” antenin əhatə dairəsinə düşmüşdür. Eyni zamanda Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş əlyazmada 116.000 manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs2 çatdırılması üçün Təqsirləndirilən şəxs1 verildiyi tarix olaraq qeyd edilən 20 iyun 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsindəki +**********52 saylı mobil telefon nömrəsi saat 15:13-də, Təqsirləndirilən şəxs2 istifadəsindəki +**********06 saylı mobil telefon nömrəsi isə 15:28-də Təqsirləndirilən şəxs1 pul vəsaitlərini Təqsirləndirilən şəxs2 verdiyini bildirdiyi ərazidə, yəni Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasının olduğu küçədə yerləşən "xxxx" MMC-ə xidmət edən eyni antenin, yəni //"Bakı şəhəri, Yusif Səfərov küçəsi, ev 25, mənzil 4"/ adlanan antenin əhatə dairəsinə düşmüşdür. 03 iyun 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsindəki +**********52 saylı mobil telefon nömrəsi saat 13:02-də Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasının olduğu küçədə yerləşən "xxxx" MMC-ə xidmət edən eyni antenin, yəni //"Bakı şəhəri, Yusif Səfərov küçəsi, ev 25, mənzil 4"/ adlanan antenin əhatə dairəsinə düşmüşdür. Ümumilikdə Təqsirləndirilən şəxs1 istifadəsindəki +**********52 saylı mobil telefon nömrəsi yuxarıda qeyd olunan tarixlərdən başqa qeyd olunan antenin əhatə dairəsinə ancaq xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə düşmüşdür. Təqsirləndirilən şəxs1 istifadəsindəki +**********52 saylı mobil telefon nömrəsi 22 noyabr 2019-cu il tarixdə saat 16:36-dan 16:43-ə qədər olan müddətdə həmçinin Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasının olduğu Yusif Səfərov küçəsinin yaxınlığındakı Fəzail Bayramov və Mehdi Mehdizadə küçələrində yerləşən "xxxx" MMC-ə xidmət edən //"Bakı şəhəri, Xətai rayonu, F. Bayramov 28"/, “UBBK4849C/UBBK4849 ATC_90/"14, MEKHTİZADE STR, Baku"/Khatai” antenlərinin əhatə dairəsinə düşmüşdür. Bununla yanaşı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsindəki +**********52 saylı mobil telefon nömrəsi 34.000 manat məbləğində pulun Zərərçəkmiş şəxs alındığı 2019-cu ilin iyul ayında (xx.xx.2019 ümumilikdə 3 dəfə) həmin məbləğin alındığı "xxxx" MTK-nın ofisinin yerləşdiyi Yasamal rayonu, Nazim Hikmət küçəsindəki "xxxx" MMC-ə xidmət edən “UBBK3911D/UBBK3911 X17/"Bakı şəhəri, Yasamal rayonu, N.Hikmət küçəsi 3A"/Yasamal” və “UBBK1735D/UBBK1735 Cafepark/"Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, N.Hikmət küçəsi"/Yasamal” antenlərinin əhatə dairəsinə düşsə də Təqsirləndirilən şəxs1 pulu Təqsirləndirilən şəxs2 çatdırıldığı ünvan olaraq göstərdiyi Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasının olduğu və yaxınlıqdakı küçələrdə xidmət göstərən "xxxx" MMC-ə xidmət edən hər hansı antenin əhatə dairəsinə həmin ay ümumiyyətlə düşməmişdir. "xxxx" MMC-dən daxil olan diskdəki Təqsirləndirilən şəxs4 məxsus ********** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısından görünür ki, nömrə yoxlanılan dövr intervalında ilk dəfə 22 iyul 2019-cu il tarixdə istifadə edilib, həmin nömrə ilə ilk zəng 11 avqust 2019-cu il tarixdə və sonuncu zəng 01 dekabr 2019-cu il tarixdə olmaqla Təqsirləndirilən şəxs1 istifadəsindəki +**********52 və +**********52 saylı mobil nömrələrlə cəmi 9 telefon danışığı olmuşdur. Təqsirləndirilən şəxs4 məxsus +**********28 saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısından görünür ki, nömrə yoxlanılan dövr intervalında iş üzrə əhəmiyyət kəsb edə biləcək şəxslərlə əlaqə üçün istifadə edilməmiş, ancaq xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 +**********96 saylı mobil nömrəsi ilə həmin nömrə ilə əlaqə yaratmış və aralarında 64 saniyə davam edən telefon danışığı olmuşdur. Təqsirləndirilən şəxs4 məxsus +**********65 saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısından görünür ki, nömrə yoxlanılan dövr intervalında iş üzrə əhəmiyyət kəsb edə biləcək şəxslərlə əlaqə üçün istifadə edilməmiş, ümumiyyətlə 21 oktyabr 2020-ci il tarixdən sonra istifadə edilməmişdir. "xxxx" MMC-dən daxil olmuş məktubda X3 adına olan +**********94, Təqsirləndirilən şəxs2 adına olan +**********12, +**********06 saylı mobil nömrələrdən sorğu edilən dövrdə istifadə edilməyib. Bununla yanaşı mesajların mətnindən müəyyən olunur ki, ********* saylı mobil nömrə Təqsirləndirilən şəxs2 özü tərəfindən istifadə olunmamışdır. "xxxx" MMC-dən 25 yanvar 2022-ci il tarixli, 1316 saylı məktubla daxil olmuş diskə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edə biləcək xüsusatlar nəzərə alınmaqla müəyyən edilmişdir ki, sorğu edilən dövrdə Təqsirləndirilən şəxs1 istifadəsindəki +**********53 saylı mobil telefon nömrəsi ilə hər hansı daxil olan və çıxan zəng, mesaj qeydə alınmamışdır. Bununla yanaşı müəyyən olunmuşdur ki, +**********69 saylı mobil nömrə Mübariz Mehtiyevin adına olsa da özü tərəfindən yox Mehdi Nurəliyev adlı tanışı tərəfindən istifadə edilib və aralarında mütəmadi telefon zəngləri olmuşdur. Bundan başqa müəyyən olunmuşdur ki, +**********44 və +**********65 saylı mobil nömrə Təqsirləndirilən şəxs4 adına olsa da onun özü tərəfindən istifadə edilməmişdir. Təqsirləndirilən şəxs4 məxsus +**********28 saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısından, habelə sms mətnlərindən görünür ki, 19 aprel 2020-ci il tarixdə, saat 15:38də həmin nömrədən Şahid1 istifadəsindəki +**********69 saylı mobil nömrəyə “Vidadi na oldu telefonu niya acmirsan manim pulumu niya vermirsan” mətnində sms göndərilib. Bundan başqa müəyyən olunmuşdur ki, sorğu edilən dövrdə ilk zəng 02 may 2019-cu il tarixdə olmaqla 28 sentyabr 2019-cu il tarixədək Təqsirləndirilən şəxs4 +**********28 saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsindəki +**********52 saylı mobil telefonu arasında 209 dəfə telefon danışığı olmuşdur. Eyni dövrdə Təqsirləndirilən şəxs4 +**********28 saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsindəki +**********06 saylı mobil telefonu arasında 9 telefon danışığı, Şahid1 istifadəsindəki +**********69 saylı mobil nömrə ilə 4 telefon danışığı qeydə alınmışdır. Anten məlumatları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs4 +**********28 saylı mobil telefon nömrəsi "xxxx" MTK-nın yerləşdiyi əraziyə yaxın ərazilərdəki antenlərin, yəni xx.xx.2019-cu il tarixdə “Baki s.,Yasamal r-nu, Sherifzade kuc., 196.” anteninin, xx.xx.2019-cu il tarixdə Dadaş Bünyadzadə küçəsindəki “Bunyatzade kuc” anteninin, xx.xx.2019-cu il tarixdə “Dadash Bunyadzade kuc” anteninin, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs çıxarış almaq istədiyi torpağın yerləşdiyi ərazinin yaxınlığındakı “Sabuncu r-nu., Bakixanov qes., Memmedbeyov kuc 15” anteninin, xx.xx.2019-cu il tarixdə ilkin olaraq Zərərçəkmiş şəxs tərəfindən 75.000 manat verildiyi ünvan və ərazi olaraq göstərilən Bakı şəhəri, Şəfayət Mehdiyev küçəsindəki Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasının yaxınlığındakı “Safayat Mehdiyev kuc” anteninin əhatə dairəsinə düşmüşdür. Təqsirləndirilən şəxs1 məxsus +**********52 saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısından, habelə telefonun düşdüyü antenlərin siyahısından görünür ki, o, Təqsirləndirilən şəxs4 məxsus +**********28 (10 may 2019-cu il tarixdən başlanmaqla), Təqsirləndirilən şəxs2 məxsus +**********06 (10 may 2019-cu ildən başlanmaqla), Şahid1 məxsus +**********69 (03 iyul 2019-cu il tarixdən başlanmaqla), Zərərçəkmiş şəxs məxsus +**********27 saylı (01 may 2019-cu il tarixdən başlanmaqla) mobil telefonu ilə çoxsaylı telefon əlaqəsi yaratmış, 02 iyun 2020-ci il tarixdə isə Mübariz Mehtiyevlə sonuncunun +**********00 nömrəsi ilə 3 telefon danışığı olmuşdur. Təqsirləndirilən şəxs1 +**********52 saylı mobil telefon nömrəsi xx.xx.2019-cu il tarixdə, saat 15:15-də ilkin olaraq Zərərçəkmiş şəxs tərəfindən 75.000 manat verildiyi ünvan və ərazi olaraq göstərilən Bakı şəhəri, Şəfayət Mehdiyev küçəsindəki Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasının yaxınlığındakı “Safayat Mehdiyev kuc” anteninin əhatə dairəsinə düşüb. Bundan əlavə müəyyən edilir ki, +**********52 saylı mobil telefon nömrəsi 20.000, 10.000 və 30.000 manat pul vəsaitlərinin Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs qəbul edildiyi tarix kimi qeydlərdə yazılmış 12 iyun 2019-cu ildə Təqsirləndirilən şəxs2 məxsus hər hansı mobil nömrə ilə əlaqə yaradılmamış, Təqsirləndirilən şəxs1 tərəfindən həmin nömrə ilə 11 iyun 2019-cu il tarixdən sonra Təqsirləndirilən şəxs2la ilk əlaqə 18 iyun 2019-cu il tarixdə yaradılmış, Təqsirləndirilən şəxs1 qeyd olunan nömrəsi 12 iyun 2010-cu il tarixdə bir dəfə nömrəsi "xxxx" MTK-nın yerləşdiyi əraziyə yaxın ərazidəki “Sharifzadeh str., yasamal” antenin əhatə dairəsinə düşmüşdür. Bundan başqa müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsindəki +**********52 saylı mobil telefon nömrəsi 116.000 manat məbləğində pul vəsaitinin verildiyi ibtidai istintaq zamanı toplanmış ifadələrdə əks olunmuş tarixdə, yəni 20 iyun 2019-cu il tarixdə əvvəlcə 16:25-də Təqsirləndirilən şəxs1 tərəfindən pul vəsaitlərinin qəbul edildiyi "xxxx" MTK-nın ofisinin yerləşdiyi Nazim Hikmət küçəsinin yaxınlığındakı “Baki s.,Yasamal r-nu, Sherifzade kuc., 196.” adlı antenin əhatə dairəsinə, 18:10 və 19:00-da isə yenə toplanmış ifadələrlə pul vəsaitlərinin Təqsirləndirilən şəxs2 verildiyi yer olaraq əks olunmuş Əmlak Məsələləri Dövlət Xidmətinin yerləşdiyi Yusif Səfərov küçəsinin yaxınlığındakı Süleyman Vəzirov küçəsində yerləşən “Suleyman vezirov kucces” adlı antenin əhatə dairəsinə düşmüşdür. Qeyd edilməli olan digər xüsusat isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 istifadəsindəki +**********52 saylı mobil telefon nömrəsi ilkin olaraq 75.000 manat məbləğində pul vəsaiti verildikdən sonra 2019-cu ilin iyun ayında Təqsirləndirilən şəxs2la xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə cəmi 4 telefon əlaqəsi olmuş, iyul ayında isə tərəflər arasında eyni nömrələrlə 20-dən çox zəng olsa da onların telefonları eyni yaxud yaxın küçələrin anten dairələrində kəsişməmiş, Təqsirləndirilən şəxs1 2019-cu ilin iyul ayında bir neçə dəfə "xxxx" MTK-nın ofisinin yerləşdiyi Nazim Hikmət küçəsinin yaxınlığındakı küçələrdə yerləşən antenlərin əhatə dairəsinə düşsə də həmin günlərdə qeyd olunan telefon nömrəsi Təqsirləndirilən şəxs1 pulu Təqsirləndirilən şəxs2 çatdırıldığı ünvan olaraq göstərdiyi Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasının olduğu və yaxınlıqdakı küçələrdə xidmət göstərən "xxxx" MMC-ə xidmət edən hər hansı antenin əhatə dairəsinə düşməmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs pul vəsaitlərini qəbul etməsi və Təqsirləndirilən şəxs2 çatdırması barədə əlyazmalarda aparılmış qeydlərə əsasən müəyyən edilmiş 12 noyabr tarixinə nəzər yetirdikdə qeyd olunan tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la saat 14:30-da zəngləşdiyi, zəng etdiyi vaxt öz +**********52 saylı telefonunun Zərərçəkmiş şəxs pul vəsaitlərini qəbul etdiyi "xxxx" MTK-nın ofisinin yerləşdiyi Nazim Hikmət küçəsinin yaxınlığındakı Həsən bəy Zərdabi küçəsindəki “Baki seh, Yasamal r-nu, Zerdabi kuc” anteninin əhatə dairəsinə düşdüyü, Təqsirləndirilən şəxs2 istifadəsindəki +**********06 saylı mobil telefonunun isə Təqsirləndirilən şəxs1lə görüşməli olduqları Əmlak Məsələləri Dövlət Xidmətinin yerləşdiyi Yusif Səfərov küçəsinin yaxınlığındakı Xocalı prospektindəki “Xocali pr” anteninin əhatə dairəsinə düşdüyü, saat 14:58-də isə artıq Təqsirləndirilən şəxs1 +**********52 saylı telefonu Əmlak Məsələləri Dövlət Xidmətinin yerləşdiyi Yusif Səfərov küçəsində xidmət göstərən “Y.Seferov kuc” antenanın əhatə dairəsinə düşmüşdür. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs pul vəsaitlərini qəbul etməsi və Təqsirləndirilən şəxs2 çatdırması barədə əlyazmalarda aparılmış qeydlərə əsasən müəyyən edilmiş digər tarixə, yəni 22 noyabr tarixinə nəzər yetirdikdə qeyd olunan tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la sonuncunun +**********06 saylı nömrəsi vasitəsilə saat 12:09-da zəngləşdiyi, zəng etdiyi vaxt öz +**********52 saylı telefonunun Zərərçəkmiş şəxs pul vəsaitlərini qəbul etdiyi "xxxx" MTK-nın ofisinin yerləşdiyi Nazim Hikmət küçəsinin yaxınlığındakı Şərifzadə küçəsindəki “Sharifzadeh str., yasamal.” anteninin əhatə dairəsinə düşdüyü, onların həmin nömrələrlə 16:31 və 16:35-də daha iki dəfə zəngləşdikləri və hər ikisinin mobil telefonunun görüşməli olduqları Əmlak Məsələləri Dövlət Xidmətinin yerləşdiyi Yusif Səfərov küçəsinin yaxınlığındakı antenlərin, yəni Xocalı prospektindəki “Xocali pr” anteninin və Yusif Səfərov küçəsində xidmət göstərən “Y.Seferov st” anteninin əhatə dairəsinə düşdüyü müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs2 istifadəsindəki +**********06 saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısından, habelə telefonun düşdüyü antenlərin siyahısından görünür ki, o, sorğu edilən dövrdə dəfələrlə X7 ilə, sonuncuya məxsus +**********00 saylı mobil nömrə vasitəsilə, Təqsirləndirilən şəxs1 ilə sonuncuya məxsus +**********52 saylı mobil nömrə vasitəsilə əlaqə yaratmışdır. Təqsirləndirilən şəxs2 istifadəsindəki +**********06 saylı mobil telefon nömrəsi xx.xx.2019-cu il tarixdə, saat 15:29 və 15:41-də ilkin olaraq Zərərçəkmiş şəxs tərəfindən 75.000 manat verildiyi ünvan və ərazi olaraq göstərilən Bakı şəhəri, Şəfayət Mehdiyev küçəsindəki Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasının yaxınlığındakı “Safayat Mehdiyev kuc” anteninin əhatə dairəsinə düşmüşdür. Müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxsla (+**********27) Təqsirləndirilən şəxs2 ilk zəngləşməsi 06 sentyabr 2019-cu il tarixə təsadüf etmiş və həmin tarixdən əvvəl tərəflər arasında hər hansı telefon danışığı olmamış, həmin tarixdən etibarən isə aralarında çoxsaylı telefon danışıqları olmuş, o cümlədən 12 noyabr 2019-cu il tarixdə 5 dəfə, 22 noyabr 2019-cu il tarixdə isə 1 dəfə telefon danışığı olmuşdur. Zərərçəkmiş şəxs məxsus +**********27 saylı mobil telefon nömrəsinə dair əhəmiyyətli xüsusat həmin nömrənin xx.xx.2019-cu il tarixdə, saat 15:02 və 15:10-da ilkin olaraq onun tərəfindən 75.000 manat verildiyi ünvan və ərazi olaraq göstərilən Bakı şəhəri, Şəfayət Mehdiyev küçəsindəki Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasının yaxınlığındakı “Safayat Mehdiyev kuc” anteninin əhatə dairəsinə düşməsidir, Zərərçəkmiş şəxs həmin nömrə ilə dəfələrlə 2019-cu ilin may ayından Təqsirləndirilən şəxs1lə, 06 sentyabr 2019-cu il tarixdən isə Təqsirləndirilən şəxs2la telefon əlaqəsi yaratmışdır. "xxxx" MMC-dən 21 yanvar 2022-ci il tarixli, BKC/LGL-96/22 saylı məktubla daxil olmuş diskdəki məlumatlara nəzər yetirdikdə X4 məxsus +**********00 saylı mobil nömrədən +**********32 saylı mobil nömrəyə saat 15:20-də “Qardas hardasan”, saat 15:23-də isə “San amlakin yaninda intiqamin masininda otur, pulu alinda saxla, intiqam dussun, desin man tahvil verdim imran muallim sizi caqiracaü” mesajlarının göndərilməsi iş üzrə əhəmiyyət kəsb edən xüsusatlardır. Həmin gün saat 15:28-də isə istintaq zamanı Təqsirləndirilən şəxs2 adına olmasa da istifadəsində olduğu özü ilə əlaqə yaradılan zaman məlum olan +**********69 saylı mobil nömrədən Mübariz Mehtiyevin həmin nömrəsinə “gozleyim” mesajı göndərilmişdir. İş üzrə əhəmiyyət kəsb edən digər xüsusat Mübariz Mehtiyevin qeyd olunan tarixdə həmin mobil telefon nömrəsinin saat 14:48-dən etibarən ümumilikdə 16 dəfə Zərərçəkmiş şəxs tərəfindən 75.000 manat verildiyi və onun bu məqsədlə Şahid1la görüşdüyü ünvan və ərazi olaraq göstərilən Bakı şəhəri, Şəfayət Mehdiyev küçəsindəki Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasının yaxınlığındakı “UBBK3965E/UBBK3965 Torpaq Komitesi/"Bakı şəhəri, Şəfayət Mehdiyev 93, Azəraqrartikinti ASC inzibati binası" və “/Yasamal və UBBK4029D/UBBK4029 LİDERTV/"Bakı şəhəri, Ş.Mehdiyev küçəsi, 83/23"/Yasamal” antenlərinin, saat 15:34-dən etibarən isə toplanmış ifadələrlə həmin binadan çıxdıqdan sonra getdikləri yerdə, yəni Əmlak Məsələləri Dövlət Xidmətinin yerləşdiyi Yusif Səfərov küçəsinin yaxınlığındakı antenlərin, yəni UBBK4865B/UBBK4865 Javanshir_Bridge/"Bakı şəhəri, Xətai rayonu, Səfərov küçəsi, 1195-ci məhəllə"/Khatai, //"Bakı şəhəri, Yusif Səfərov küçəsi, ev 25, mənzil 4"/, UBBK2481A/UBBK2481 İstirahet restaurant/"Bakı şəhəri, Xatai rayonu,Mexanika küçəsi 7"/Khatai, UBBK5401A/UBBK5401 Yusif S??f??rov 1A/"Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov ev 1A"/Khatai” adlı antenlərin əhatə dairəsinə ümumilikdə 12 dəfə düşməsidir. Eyni zamanda müəyyən olunur ki, qeyd olunan tarixdə, yəni 11 iyun 2019-cu il tarixdə Mübariz Mehtiyev +**********44 saylı mobil nömrə ilə bir neçə dəfə telefon əlaqəsi yaratmış, həmin telefonun istifadəçisinin adının sms təhlilləri ilə (xx.xx.2019-cu il tarixdə İntiqam adı ilə müraciət olunmaqla qeyd olunan nömrəyə sms göndərilib) İntiqam olduğu müəyyən edilir. “Getcontact” mobil tətbiqi ilə yoxladıqda qeyd olunan nömrənin sahibinin İntiqam adı ilə yanaşı daha çox Təqsirləndirilən şəxs3 olaraq qeyd olunduğu və adının bir çox istifadəçi tərəfindən “X18 İdarəsi”, “X16”, “Qabil Lenkeran” kimi müəyyən edici yarlıqlarla yaddaşa alındığı müəyyən edilmişdir. (cild 01, iş vərəqə 244-256) Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş əlyazmaların surətinə baxış keçirilməsi haqqında 07 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin əlyazma onun torpaq sahəsinə çıxarış alınması üçün təşəbbüs göstərdiyi dövrdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Şahid1 verdiyi pul vəsaitlərinin qeydiyyatını əks etdirir, birinci vərəqdə birinci sətirdə onun Təqsirləndirilən şəxs4 guya qardaşının Almaniya Respublikasından gəlməsini təmin etmək üçün verdiyi 10.000 manat, Təqsirləndirilən şəxs1 borc olaraq xərclik üçün verdiyi 2000 manat, torpağa çıxarış alınması üçün İmrana çatdırılması məqsədilə Vidadi vasitəsilə verdiyi 75.000 manat, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 çatdırması üçün verdiyi 20.000 manat, 10.000 manat, 30.000 manat, İbrahimlə birlikdə Vidadiyə şəxsi ehtiyacları üçün sonradan torpağın pulundan çıxmaq şərti ilə verdiyi 15000 manat, xərclik üçün Təqsirləndirilən şəxs1 borc olaraq verdiyi 1000 manat, İmrana çatdırılması üçün Təqsirləndirilən şəxs1 verdiyi 115.000 və 1000 manat ayrılıqda qeyd olunmaqla 116.000 manat, 35.000 manat əks olunmuş, həmin vərəqdə “115.000 manat aldım”, “1000 manat aldım” “əmlak üçün 35.000 götürdüm” yazıları Təqsirləndirilən şəxs1 tərəfindən yazılmış və özü tərəfindən imza edilməklə qabağında adının baş hərfi ilə soyadı yazılmış, digər yazılar özü tərəfimdən icra olunmuşdur. İkinci vərəqdəki yazıların hamısı Təqsirləndirilən şəxs1 tərəfindən icra olunub, özü tərəfindən imza edilib, həmin vərəqdə ondan 04 iyun 2019-cu il tarixdə 22.000 manat borca pul aldığını, 18 iyun 2019-cu il tarixdə əlavə olaraq 10.000 manat aldığını, 22 noyabr 2019-cu il tarixdə əmlak komitəsi üçün 20.000 manat pul götürdüyünü öz xətti ilə qeyd edib öz imzası ilə təsdiq etmişdir. Üçüncü vərəqdə isə Şahid1 13 noyabr 2019-cu il tarixdə öz xətti ilə ondan 5000 manat borc götürdüyünü qeyd etmiş və öz soyadını, inisiallarını yazmaqla öz imzası ilə təsdiq etmişdir. Dördüncü vərəqdə isə Təqsirləndirilən şəxs1 torpağa çıxarışın alınması məqsədilə mübahisəli qazanxananın "xxxx" ASC-nin balansından çıxarılmasına dair məktubun əldə edilməsi üçün ondan 50.000 manat məbləğində pul aldığını öz xətti ilə yazaraq öz imzası ilə təsdiq etmişdir. Həmin vərəqin sonunda isə “20.000 Azn əlavə” sözləri isə onun tərəfindən yazılmışdır. Qeyd edir ki, həmin vərəqdə ancaq onun Təqsirləndirilən şəxs1 verdiyi 5000 manat əks olunmamış, çünki həmin məbləği 75.000 manatdan çatışmadığını ona bildirdikdən sonra həmin gün vermiş və qeydiyyat aparmamışdır. Ümumilikdə torpağa dair çıxarış alınması üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 360.000 manat verdiyi bu yazılarla təsdiq olunur. Zərərçəkmiş şəxs bildirmişdir ki, bu əlyazmalar onun şəxsi dəftərçəsində qeyd olunsa da həmin vaxt qeydlər olan vərəqlərin surətini çıxararaq özündə saxlamış, 3 ilə yaxın vaxt keçdiyinə görə həmin dəftərçəni istifadə etmədiyinə görə itirmiş, hazırda istintaqa təqdim etdiyi vərəqlər həmin əlyazmaların surətləridir. (cild 01, iş vərəqə 122-128) Təqsirləndirilən şəxs1 tərəfindən istintaqa təqdim olunmuş əlyazmadan ibarət vərəqə baxış keçirilməsi haqqında 15 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs1 həmin əlyazmanın Zərərçəkmiş şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət edildikdən sonra onun təşəbbüsü ilə Təqsirləndirilən şəxs2 tərəfindən yazıldığını göstərmişdir. Vərəq kiçik ölçülü və sarımtıl rəngli olmaqla aşağısında "xxxx" yazısı var. Vərəq üzərində göy rəngli qələmlə “Mən Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 hamin özəlləşməsinə görə torpağına görə 240000 man (iki yüz qırx min manat) pul almışam” sözləri yazılmış, aşağısında “Verdim” və altında “Aldım” yazıları yazılmış, hər birinin qarşısında imza edilmiş, vərəqin aşağısında isə “Təqsirləndirilən şəxs2İ” inisialları yazılmışdır. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, “Verdim” sözünün qarşısındakı imza özünə, “Aldım” sözünün qarşısındakı imza isə Təqsirləndirilən şəxs2 aiddir, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 həqiqətən də Zərərçəkmiş şəxs verdiyi 240.000 manatı almasını təsdiq etməsi üçün həmin əlyazmanı verməsini tələb etmiş, Təqsirləndirilən şəxs2 da öz xətti ilə həmin əlyazmanı yazaraq vermişdir. (cild 01, iş vərəqə 189-192) Təqsirləndirilən şəxs2 tərəfindən istintaqa təqdim olunmuş əlyazmadan ibarət vərəqə baxış keçirilməsi haqqında 26 mart 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı həmin əlyazmanın surət olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 əlyazmanın orijinalını itirdiyini, həmin əlyazmanın Zərərçəkmiş şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət edildikdən sonra yazıldığını göstərmişdir. Vərəqin aşağısında "xxxx" yazısı var. Vərəq üzərində “Mən Təqsirləndirilən şəxs1 Məmmədbəyov 1/14 ünvanda yerləşən hamamının ətrafında yerləşən torpaq sahəsinin özəlləşdirilməsi üçün 240.000 iki yüz qırx min manat pulu Təqsirləndirilən şəxs2 vermişəm” sözləri yazılmış, aşağısında “Verdim” və altında “Aldım” yazıları yazılmış, hər birinin qarşısında imza edilmiş, “Verdim” sözünün qarşısındakı imzanın önündə “Təqsirləndirilən şəxs1” yazılmışdır. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, “Verdim” sözünün qarşısındakı imza Təqsirləndirilən şəxs1, “Aldım” sözünün qarşısındakı imza isə özünə aiddir, O, Təqsirləndirilən şəxs1 həqiqətən də Zərərçəkmiş şəxs torpağa çıxarış alınması məsələsi ilə əlaqədar cəmi 240.000 manat verilməsini təsdiq etməsi üçün həmin əlyazmanı verməsini tələb etmiş, Təqsirləndirilən şəxs1 də öz xətti ilə həmin əlyazmanı yazaraq vermişdir. (cild 03, iş vərəqə 84-87) İş materiallarında olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi departamenti tərəfindən verilmiş 003391 saylı, xx.xx.2005-ci il tarixli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamədən və “Auksion yolu ilə özəlləşdirilən kiçik dövlət müəssisələrinin (obyektlərinin) hesab vərəqi”ndən görünür ki, ünvan 13 ünvanındakı 47 saylı hamam xx.xx.2005-ci il tarixdə keçirilmiş 10/01 saylı auksionun nəticələri ilə əlaqədar xx.xx.2005-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında Şahid1 satılmışdır. (cild 01, iş vərəqə 18-27) İş materiallarında olan 23 noyabr 2021-ci il tarixli Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş məktubda göstərilmişdir ki, vətəndaş Şahid1 11 oktyabr 2019-cu il tarixdə, ********** saylı qeydiyyat nömrəli ərizə ilə ünvan 13 ünvanındakı qeyri-yaşayış binası üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müraciət etmiş, ərizə müvafiq qaydada araşdırılaraq icrasından imtina edilmiş və bu barədə 30 oktyabr 2019-cu il tarixdə vətəndaşa məlumat verilmiş, Şahid1 06 noyabr 2020ci il tarixdə, ********** qeydiyyat nömrəli ərizə ilə həmin qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müraciət etmiş və 29 yanvar 2021-ci il tarixdə vətəndaşa cavab verilmişdir. Qeyd olunan məktuba əlavə edilən sənədlərin surətlərindən görünür ki, Şahid1 müraciəti ilə əlaqədar ona göndərilmiş cavab məktubunda göstərilmişdir ki, ünvan 13 ünvanındakı qeyri-yaşayış binasına dair məhkəmə mübahisəsinin mövcudluğu barədə Bakı Apellyasiya Məhkəməsinin 27 may 2009-cu il tarixli, 1005 saylı icra vərəqəsi idarəyə daxil olmuş, lakin məhkəmə mübahisəsinin yekunlaşması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı daxil olmamış, bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. (cild 01, iş vərəqə 77) İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən göndərilmiş 119 yanvar 2022-ci il tarixli məktubda göstərilmişdir ki Təqsirləndirilən şəxs2 Əmlak Məsələləri Dövlət Xidmətinin strukturuna daxil olan və tabeliyindəki qurumlarda işləməmişdir. (cild 01, iş vərəqə 258) Beləliklə Məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 yuxarıda təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmədə özünü qismən təqsirli bilməsi barədə ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun ifadəsi məsuliyyətdən boyun qaçırmağa yönəlməklə həqiqəti əks etdirmir, onun törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, telefon məlumatları, üzləşdirmə haqqında protokollar, istintaqa təqdim edilmiş pulun Zərərçəkmiş şəxs alınması, ona verilməsi barədə qeydiyyat aparılan qeydlər və digər sənədlərlə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmədə özünü təqsirli bilməməsi barədə ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun ifadəsi məsuliyyətdən boyun qaçırmağa yönəlməklə həqiqəti əks etdirmir, onun törətdiyi cinayət əməli Zərərçəkmiş şəxs almaq istədiyi torpaq sahəsinə çıxarış verilməsi məsələsinə Təqsirləndirilən şəxs2 köməklik göstərməsi üçün özünün təşəbbüs göstərməsi və onları tanış etməsi, onun Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs pul vəsaitlərini almamışdan əvvəl daha çox məbləğdə pul istəməsini deməsi barədə Təqsirləndirilən şəxs2 ifadəsində göstərdikləri, Zərərçəkmiş şəxs aldığı pul vəsaitlərini Təqsirləndirilən şəxs2 verdikdən sonra həmin pul vəsaitlərindən 25.000 manatını istəyərək alması, Təqsirləndirilən şəxs2la aralarında mütəmadi telefon əlaqəsinin olması və digər xüsusatlarla tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs3 məhkəmədə özünü qismən təqsirli bilməsi barədə ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun ifadəsi məsuliyyətdən boyun qaçırmağa yönəlməklə həqiqəti əks etdirmir, onun bu ifadəsi özünün etirafı ilə yanaşı digər şəxslərin ifadələri, telefon məlumatları ilə, habelə iş üzrə toplanmış digər dəlillərlə tam təkzib edilir. Məhkəmə Təqsirləndirilən şəxs4 məhkəmədə özünü təqsirli bilməməsi barədə ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun ifadəsi məsuliyyətdən boyun qaçırmağa yönəlməklə həqiqəti əks etdirmir, onun törətdiyi cinayət əməli Zərərçəkmiş şəxs ifadəsi, Təqsirləndirilən şəxs1 ifadəsi, Şahid1 ifadəsi, üzləşdirmə haqqında protokollar, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi sənədlər və digər sübutlarla tam təkzib olunur. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, eləcə də digər sənədləri tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.1-ci maddələri, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs arasındakı üzləşdirmə haqqında protokoldan görünür ki, üzləşərkən sonuncu Təqsirləndirilən şəxs2 üzünə Təqsirləndirilən şəxs1lə əlbir olaraq ona məxsus 360.000 manat məbləğində pul vəsaitlərini onu aldadaraq ələ keçirdiklərini deyərək Təqsirləndirilən şəxs2 ifşa etmiş, sonuncu üzləşdirmə zamanı Zərərçəkmiş şəxs aldadaraq ona məxsus pul vəsaitlərini ələ keçirdiyini etiraf etmişdir. (cild 01, i.v 213-220) Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasındakı üzləşdirmə haqqında protokoldan görünür ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 üzünə sonuncunun Zərərçəkmiş şəxs alaraq ona cəmi 165.000 manat məbləğində pul verdiyini, həmin məbləğin 25.000 manatını Təqsirləndirilən şəxs1 özünə sonuncunun öz tələbi ilə verdiyini bildirərək Təqsirləndirilən şəxs1 ifşa etmişdir. (cild 01, i.v 193-201) Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs4 arasındakı üzləşdirmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs4 üzünə sonuncunun ona Bakıxanov qəsəbəsindəki mübahisəli torpaq sahəsinin guya Almaniya Respublikasında yaşayan qardaşına məxsus olduğunu bildirib aldatmaqla və qardaşının Azərbaycan Respublikasına gəlməklə sənədləşmə işlərinə başlanması üçün 10.000 manat məbləğində pulu tələb edərək aldığını deyərək Təqsirləndirilən şəxs4 ifşa etmişdir. (cild 01, i.v 209- 212) Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs4 arasındakı üzləşdirmə haqqında protokoldan görünür ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs Bakıxanov qəsəbəsindəki mübahisəli torpaq sahəsinin guya Almaniya Respublikasında yaşayan qardaşına məxsus olduğunu bildirib aldatmaqla qardaşının Azərbaycan Respublikasına gəlməklə sənədləşmə işlərinə başlanması üçün Azərdən 10.000 manat məbləğində pulu tələb etdiyini, Zərərçəkmiş şəxs həmin məbləğdə pulu onun yanında Təqsirləndirilən şəxs4, sonuncunun da həmin məbləğin də 4.000 manatını ona verdiyini Təqsirləndirilən şəxs4 üzünə deyərək sonuncunu ifşa etmişdir. (cild 01, i.v 206-208) Zərərçəkmiş şəxs ilə Şahid1 arasındakı üzləşdirmə haqqında protokoldan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 çatdırması üçün Təqsirləndirilən şəxs1 verdiyi 285.000 manat məbləğində pul vəsaitlərinin hamısını Şahid1 yanında verdiyini bildirsə də, sonuncu Zərərçəkmiş şəxs üzünə onun yanında Təqsirləndirilən şəxs1 ancaq 200.000 manat məbləğində pul verdiyini və Təqsirləndirilən şəxs1 onun iştirakı ilə həmin məbləğin 166.000 manatını Təqsirləndirilən şəxs2 verdiyini demiş, bundan sonra Zərərçəkmiş şəxs Şahid1 dediklərini təsdiq edərək ifadəsini dəyişmiş və həqiqətən də Şahid1 yanında Təqsirləndirilən şəxs1 cəmi 200.000 manat verdiyini, qalan məbləğləri Təqsirləndirilən şəxs1 təklikdə verdiyini bildirmişdir. (cild 01, i.v 259-262) Şahid1 ilə Təqsirləndirilən şəxs1 arasındakı üzləşdirmə haqqında protokoldan görünür ki, üzləşdirmə zamanı sonuncu Təqsirləndirilən şəxs2 çatdırması üçün Zərərçəkmiş şəxs ona 284.000 manat məbləğində pul verdiyini, həmin məbləğin hamısını Şahid1 yanında verdiyini və sonuncuun yanında həmin pul vəsaitlərinin hamısını Təqsirləndirilən şəxs2 çatdırdığını göstərsə də, Şahid1 bunu təkzib etmiş, Zərərçəkmiş şəxs onun yanında Təqsirləndirilən şəxs1 ancaq 200.000 manat məbləğində pul verdiyini və Təqsirləndirilən şəxs1 onun iştirakı ilə həmin məbləğin 166.000 manatını Təqsirləndirilən şəxs2 çatdırdığını Təqsirləndirilən şəxs1 üzünə demişdir. (cild 03, i.v 36- 39) Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasındakı üzləşdirmə haqqında protokoldan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 üzünə Təqsirləndirilən şəxs2 çatdırması üçün ona 284.000 manat məbləğində pul verdiyini, həmin məbləğin hamısını Şahid1 yanında verdiyini və sonuncuun yanında həmin pul vəsaitlərinin hamısını Təqsirləndirilən şəxs2 çatdırdığını göstərsə də, Şahid1 bunu təkzib etmiş, Zərərçəkmiş şəxs onun yanında Təqsirləndirilən şəxs1 ancaq 200.000 manat məbləğində pul verdiyini və Təqsirləndirilən şəxs1 onun iştirakı ilə həmin məbləğin 166.000 manatını Təqsirləndirilən şəxs2 çatdırdığını Təqsirləndirilən şəxs1 üzünə demişdir. (cild 01, i.v 202-205) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqlarını əldə edərkən, hər hansı öhdəliyini yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqları əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərərçəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. X11 36-cı bəndinə əsasən, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Bu xarakterli işlər üzrə təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlak (əmlak mövcud deyilsə, onun dəyəri) CM-nin 99-1.1.2-ci maddəsinin tələbinə əsasən xüsusi müsadirənin predmeti kimi dövlət nəfinə alınır. Hər hansı xidmət göstərmək, güzəşt etmək və müstəsna olaraq yalnız vəzifəli şəxslərə aid olan digər səlahiyyətləri həyata keçirmək hüququ olmayan şəxs tərəfindən zərər çəkmiş şəxsə onun xeyrinə hər hansı hərəkətin edilməsində köməklik göstərəcəyini vəd edərək vəzifəli şəxsə vermək adı ilə deyil, özü üçün hər hansı əmlakın və ya əmlaka olan hüququn verilməsini istəyib aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə həmin əmlakın (əmlaka olan hüququn) ələ keçirilməsi yalnız dələduzluq kimi qiymətləndirilir. Belə halda təqsirkar rüşvətxorluqda vasitəçi kimi iştirak etmədiyindən əmlakı ələ keçirilmiş şəxs zərər çəkmiş, cinayət təqibi zamanı mülki iddia verdikdə isə - həm də mülki iddiaçı kimi tanınmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs4 əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs4 tərəfindən ona vurulmuş ziyan xx.xx.2022-ci il tarixdə ödənilmişdir, onun Təqsirləndirilən şəxs4 qarşı şikayəti, tələbi, iddiası yoxdur. İş materiallarında olan Kapital Banka məxsus 21301 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs4 zərərçəkmiş şəxsə vurduğu ziyanın 25 faizini, yəni 2500 manat məbləğində pulu X2 hesabına ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. AR Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. AR CPM-in 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 cinayət məsuliyyətindən azad edilməli, AR Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs4 AR CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. İş materiallarında olan 26 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild 02, iş vərəqə 135-136) Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 cinayət məsuliyyətindən azad edilərək, AR Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verildiyindən, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək, cəzalandırılmalıdırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vərəqə 224) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhər Yasamal rayon məhkəməsinin 10 avqust 1999-cu il tarixli hökmü ilə əvvəllər qüvvədə olmuş Cinayət Məcəlləsinin 220-ci maddəsinin 1-ci hissəsi ilə (qanunsuz silah saxlama) təqsirli bilinib əməyə mütləq cəlb olunmaqla 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2004cü il tarixli qərarı ilə barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza 03 il müddətinə endirilmiş, Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı ilə cəzasını çəkməkdən 11 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuş, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə məhkum olunmayan şəxs hesab edilmişdir. Bundan başqa Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar CM-in 75.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. (cild 01, iş vərəqə 222) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 barəsində Yasamal rayon Polis idarəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə xx.xx.2013-cü il tarixdə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar CPM-in 39.1.3-cü maddəsinə əsasən icraata xitam verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs4 barəsində Səbail rayon Polis idarəsində CM-in 178.2.4-cü maddəsi ilə istintaq olunan cinayət işi üzrə xx.xx.2016-cı il tarixli qərarla icraata CM-in 74-cü və CPM-in 40.2-ci maddəsinə əsasən xitam verilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs4 barəsində Nəsimi rayon Polis idarəsində CM-in 178.3.2-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə xx.xx.2016-cı il tarixli qərarla cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar CPM-in 39.1.3-cü maddəsinə əsasən icraata xitam verilmişdir. (cild 01, iş vərəqə 226) İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 1(011)-37/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Repsublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 05 iyun 2021-ci il tarixdən 07 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılmış və üzərində 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli 07 aprel 2022-ci il tarixdən hesablanmışdır. (cild 03, iş vərəqə 44) İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir və sonuncunun Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 heç bir şikayət və tələbi yoxdur. (cild 03, iş vərəqə 29, 45) İş materiallarında olan 121 saylı Mənzil Kommunal İstismarı Sahəsinin xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. (cild 03, iş vərəqə 05) İş materiallarında olan 07 aprel 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. (cild 03, iş vərəqə 41) İş materiallarında olan Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Boladi Kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 08 aprel 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. (cild 03, iş vərəqə 43) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrini rəhbər tutaraq, AR CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışmasını, cinayət nəticəsində vurulmuş ziyanın tam ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi, Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini qabaqcadan əlbir olmuş bir qrup şəxslə birlikdə törətməsini isə Azərbaycan Respublikası CM-nin 61.1.3-cü maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrini rəhbər tutaraq, AR CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışmasını, cinayət nəticəsində vurulmuş ziyanın tam ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi, Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini qabaqcadan əlbir olmuş bir qrup şəxslə birlikdə törətməsini isə Azərbaycan Respublikası CM-nin 61.1.3-cü maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrini rəhbər tutaraq, AR CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən, Təqsirləndirilən şəxs3 müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışmasını, cinayət nəticəsində vurulmuş ziyanın tam ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi, Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini qabaqcadan əlbir olmuş bir qrup şəxslə birlikdə törətməsini isə Azərbaycan Respublikası CM-nin 61.1.3-cü maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. AR CM-in 60.1-ci maddəsinə əsasən, AR CM-in 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barələrində AR CM-in 178.3.2-ci maddəsi ilə cəza AR CM-in 60.1-ci maddəsinə əsasən, sanksiyada nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq ola bilməz. AR Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 8-ci bəndindən görünür ki, Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Cinayət işinin materiallarından və təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs3 cinayət hadisəsi nəticəsində Zərərçəkmiş şəxs vurulmuş ümumi ziyanın yalnız 75.000 manat pul vəsaitinin ələ keçirilməsinə dair hissəsində rolu olmuşdur. Məhkəmə törədilmiş cinayətin məqsədi və motivini, Təqsirləndirilən şəxs3 cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna halları, onun şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tələbləri tətbiq edilərək, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsi məqsədəmüvafiqdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayətlərin məcmusuna az ağır və ağır cinayətlər daxil olduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunan cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cü maddəsinə uyğun olaraq qismən toplanılmalı, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməlidir. Eləcə də, Təqsirləndirilən şəxs3 törətdiyi cinayətlərin məcmusuna az ağır və ağır cinayətlər daxil olduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunan cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə uyğun olaraq qismən toplanılmalı, Təqsirləndirilən şəxs2 cəza təyin edilməlidir. AR CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 16-cı bəndinə əsasən, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Odur ki, AR CM-in 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq saxlanılmış 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona AR CMin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəza ilə qismən toplanmalı və bu yolla Təqsirləndirilən şəxs3 qəti cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəmiyyətdən tam təcrid edilmədən də islah edilmələri mümkün olduğundan, onların barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.1-ci maddələrinin sanksiyaları daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməli və onlara təyin edilmiş cəza şərti olaraq tətbiq edilməklə üzərlərində sınaq müddəti müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərinə onların davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılmalıdır. AR CM-in 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 ona qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs3 barəsində cəzaçəkmə müddətinin əvvəli 07 aprel 2022-ci il tarixdən hesablanmalıdır. İş materiallarında olan 26 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild 02, iş vərəqə 175-176) İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməklə, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (cild 02, iş vərəqə 252-258) İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. (cild 03, iş vərəqə 30-31) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında AR Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında AR Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli Qərarı ilə edilmiş dəyişikliyə əsasən) cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Odur ki, Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş cəza şərti olaraq tətbiq edilərkən, onun xx.xx.2022-ci il tarixdən hökmün elan edildiyi vaxta, yəni xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət hesaba alınmamalıdır. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barələrində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, "xxxx", “Bakcell” və "xxxx" MMC-dən daxil olmuş 03 ədəd “CD” disk, Təqsirləndirilən şəxs1 tərəfindən istintaqa təqdim edilmiş 01 ədəd “CD” disk, 01 vərəqdən ibarət əlyazma, Təqsirləndirilən şəxs2 tərəfindən istintaqa təqdim edilmiş 01 vərəqdən ibarət əlyazma və Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim olunmuş 04 vərəqdən ibarət əlyazma hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs3 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi4 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 25 saylı vəkil bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 345, 346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutub məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs2 qəti olaraq 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə, ona qəti olaraq təyin edilmiş 06 il müddətə azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə, ona qəti olaraq təyin edilmiş 06 il müddətə azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs3 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. AR CM-in 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona AR CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və Təqsirləndirilən şəxs3 qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 07 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs4 AR CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata AR Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübutlar - "xxxx", “Bakcell” və "xxxx" MMC-dən daxil olmuş 03 ədəd “CD” disk, Təqsirləndirilən şəxs1 tərəfindən istintaqa təqdim edilmiş 01 ədəd “CD” disk, 01 vərəqdən ibarət əlyazma, Təqsirləndirilən şəxs2 tərəfindən istintaqa təqdim edilmiş 01 vərəqdən ibarət əlyazma və Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim olunmuş 04 vərəqdən ibarət əlyazma hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs3 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi4 təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 25 saylı vəkil bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul ödənilməlidir. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev Hakimlər: Azər Paşayev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-1115/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1115/2022
22.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver