Məhkəmə qərarları › İş №1(101)-1115/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1115/2024

02.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1115/2024 02.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Kərimova Mahirə Nəzər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14:15-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşımaqla saxlamış və satmışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib satışı həyata keçirmək üçün şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 31 iyul 2023-cü il tarixdən 01 avqust 2023-cü il tarixə keçən gecə əvvəlcədən aralarında olan razılaşmaya əsasən naməlum şəraitdə 130 manat müqabilində sonuncu tərəfindən gizlədilmiş Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yolun kənarından bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 5,214 qram və bir ədəd bükümdə təmiz çəkisi 1,12 qram, cəmi külli miqdarda təmiz çəkisi 6,334 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşımaqla üzərində saxlamış, 01 avqust 2023-cü il tarixdə saat 18:30 radələrində, yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 112 saylı fərdi yaşayış evinin həyətində, kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən təmiz çəkisi 1,12 qram narkotik vasitə heroini üç ədəd bükümə ayırıb həmin heroinin 0,357 qramını bir ədəd bükümdə Şahid3 10 manata, təkrarən 0,376 qramını bir ədəd bükümdə Şahid5 20 manata və təkrarən qalan 0,387 qramını bir ədəd bükümdə Şahid4 20 manata satmış, 01 avqust 2023-cü il tarixdə saat 19:30 radələrində, Binəqədi rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Şahid3, Şahid5 və Şahid4 Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Aydınbəyov küçəsində saxlanılaraq Binəqədi rayon polis idarəsinin inzibati binasına gətirilmiş, həmin tarixdə saat 21:25 dəqiqədə Şahid5 üzərində axtarış aparılan zaman əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümün içərisində təmiz çəkisi 0,376 qram, saat 21:40 dəqiqədə Şahid4 üzərində axtarış aparılan zaman əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümün içərisində təmiz çəkisi 0,387 qram və saat 22:05 dəqiqədə Şahid3 üzərində axtarış aparılan zaman əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümün içərisində təmiz çəkisi 0,357 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmçinin, 02 avqust 2023-cü il tarixdə saat 00:30 radələrində, Binəqədi rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Aydınbəyov küçəsində, saxlanılaraq Binəqədi rayon polis idarəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 02:00 dəqiqədə üzərində axtarış aparılan zaman əynində olan şalvarın sağ yan cibindən on bir ədəd sellofan bükümün içərisində ayrı-ayrılqda təmiz çəkiləri 2,702 qram, 0,321 qram, 0,301 qram, 0,259 qram, 0,285 qram, 0,289 qram, 0,312 qram, 0,243 qram, 0,148 qram, 0,281 qram və 0,073 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdarda 5,214 qram kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. 3.Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan imtina etmişdir. Sübutların tədqiqi: 4.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, onu gecə saat beşdə 6-7 nəfər polis işçisi evdən aparmış və polis işçilərinin yanında Ayaz da olmuşdur. Onu əvvəl də tutmuşlar, sübuta yetirə bilmədiklərindən hakim ona bəraət vermişdir. Buna görə də polislər gəlib onu tutub aparmışlar və polis bölməsində onu döymüşlər. İttiham aktında sadalanan şəxsləri ümumiyyətlə tanımır, həmin şəxslərə nə vaxtsa narkotik vasitə verməmişdir. O, həmin şəxslərə nəsə veməyini etiraf etməmişdir. Həmin şəxsləri tanımır, onlar da onu tanımırlar. O, yalnız Ayazı məhəllədə görmüş, “Kubinka” deyilən ərazidə dəmir yığdığından üzdən tanımışdır. O, özü narkotik vasitələrin istifadəçisidir, saxlanılan zaman onun üzərində narkotik vasitə olmamışdır. Onu tutanlar Kamil və Anar olmuş, evdə divanın üzərinə narkotiki onlar özləri atmışlar. Üzərinə baxış bölmədə keçirilmiş, guya onun vəkilə ehtiyacının olmadığını yazmışlar, amma o, özü saat beşdən vəkilin gəlməsini istəmişdir. Vəkilə etiyacının olmaması barədə hansısa ərizəni yazmamış, vəkilə görə olan ərizəyə o qol çəkməmişdir. Çəkilişdə narkotik vasitə satdığını deməsi polisin yaşlı anasını polis bölməsinə gətirəcəkləri ilə bağlı təzyiqi nəticəsində olmuşdur. Videoçəkilişlə üzərindən çıxan narkotik vasitə ittiham aktında göstərilən kimidir. O, polislərə “mən məhkəmədə deyəcəm ki, bunlar mənim deyil” demişdir. Sanksiya məkhəməsində olarkən narkotik vasitənin ona məxsus olmadığını demişdir. Onu evdə də, bölmədə də döymüşlər. O, döyülməsi ilə bağlı harasa şikayət etməmişdir. Onu videoçəkilişdən əvvəl vurmuşlar, həmin vaxt müdafiəçisi olmamışdır. Anası və azyaşlı qızı ilə birgə yaşayır, qızının on bir yaşı var, həmin vaxt onlar qonşuda olmuşlar. Polis əməkdaşları evdə təxminən yarım saat-iyirmi dəqiqə qalmışlar, evdə hansısa çəkilş olmamış, saat beşdə onu aparmışlar, birin yarısı evə gətirib şəklini çəkmişlər. Polis bölməsində olarkən Kamil, Hikmət və Anar ona təzyiqlər göstərmişlər, həmin əməliyyatçıları əvvəldən tanımamış, ona təzyiq olunması ilə bağlı təhqiqatçıya heç nə deməmişdir. Müstəntiqə döyülməsini, 5-ci polis bölməsinin onu daha əvvəl tutduğunu, aparıb gətirdiyini demiş, həmin vaxt müstəntiq araşdıracağını bildirmişdir. O, istintaq dövründə müstəntiqə həmişə təqsirli olmadığını demişdir. Bəraət aldığı işdə maddə 234.1 olmuş, onda da döyülmüş, həmin vaxt onun yanında qadın olmuş, bu səbəbdən “onu buraxın mən boynuma götürürəm” demişdir. Onun istintaq dövründə olan ifadəsində qeyd edilən tanımadığı şəxsdən narkotik vasitə almağı düzdür, həmin narkotikləri öz istifadəsi üçün almış, satış məqsədi ilə almamışdır. O, narkotik vasitə kimi heroindən istifadə edir. Hər gün işdən gələndə gedib “Papanin” tərəfdən narkotik almışdır. Narkotikləri yerləşdirmişlər, o da gedib götürmüşdür. Pul olmadığından hər dəfə az-az almış, nartokin bir qramını otuz manata almış, hissələrə bölüb istifadə etmişdir, tərəzisi olmadığından gözəyarı bölmüşdür. O, psixotrop maddə istifadə etməmiş, ancaq heroin istifadə etmişdir. O, narkotiki tutulduğu gün səhər almışdır. O, “Pasyolka Kirov” adlanan ərazidə yolun kənarında yerləşən “Azpetrol” adlı YDM-nin yanına narkotik maddə götürmək üçün getməmişdir. İndiki ifadəsi ilə ibtidai istintaq dövründə olan ifadəsi arasındaki ziddiyyət onunla bağlıdır ki , həmin ifadəni məcbur qalıb imzalamışdır. O, ümumiyyətlə oxuya bilmir, müstəntiqdən vəkilinin gəlib oxumasını istəmiş, müstəntiq də “vəkili nə edirsən, buraya qol çək narahat olma” demişdir. Oxuya bilmədiyi üçün müstəntiqə verdiyi ifadəsinə qol çəkmişdir. O, vəkildən imtina etməmiş, müstəntiq kağızı qabağına qoymuş, o da qol çəkmişdir. Vəkil çəkilişdən əvvəl onun yanına gəlmiş, sonra isə çıxıb getmiş, çəkilişdə yanında olmamışdır. 5.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi qeyd olunan ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhərində anadan olmuş və həbs olunanadək ailəsi ilə birlikdə həmin şəhərdə yaşamışdır. O, ailəli olmuş, iki azyaşlı övladı olmuşdur. O, təxminən 10 ildir narkotik vasitə heroin istifadə etmiş və həmçinin, satışı ilə məşğul olmuşdur. O, narkotik vasitəni “instagram” adlı sosial şəbəkədə tanış olduğu tanımadığı şəxsdən almışdır. Belə ki, o, istifadə etdiyi ***-***-**-** və ***-***-**-** nömrəli “Honor” markalı mobil telefonun “Whatsap” bölməsi ilə həmin şəxslə xatırlamadığı mobil telefon nömrəsi ilə yazışıb narkotik vasitə istəmişdir. Həmin şəxs heroin sata biləcəyini ona dedikdən sonra həmin şəxsin ona göndərdiyi bank kartına narkotikin pulunu göndərmişdir. Bundan sonra həmin şəxs narkotik vasitəni gizlətdiyi yerin fotoşəklini onun mobil telefonuna göndərmişdir. O, isə həmin yerə gedib narkotik vasitəni götürmüşdür. O, narkotik vasitəni aldıqdan sonra həmin şəxslə yazışmanı başqa şəxsin əlinə keçməməsi üçün dərhal telefonundan tam olaraq silmişdir. O, narkotik vasitə aldıqdan sonra xırda bükümlərə ayırıb həm istifadə etmiş və həm də satışını həyata keçirmişdir. O, bir büküm heroini təxminən 10-20 manat pula satmışdır. Sonuncu dəfə o, qeyd etdiyi şəxsdən 31 iyul 2023-cü il tarixdə günorta saatlarında iki ədəd bükümdə ümumilikdə təxminən 7 qrama yaxın miqdarda narkotik vasitə heroin almışdır. Belə ki, həmin gün o, mobil telefonunun “WhatsApp” bölməsi ilə həmin şəxslə yazışaraq ona heroin lazım olduğunu demişdir. Həmin şəxs təxminən 7 qram miqdarında heroinin olduğunu və 130 manat pulun müqabilində sata biləcəyini demişdir. O, həmin heroinin hamısını almağa razı olmuşdur. Bundan sonra o, həmin şəxsin onun telefonuna göndərdiyi xatırlamadığı bank kartına “MilliÖn” aparatı vasitəsi ilə 130 manat pul göndərmişdir. Həmin gün gecə saatlarında həmin şəxs telefonuna narkotik vasitəni gizlətdiyi yerin fotoşəklini və ünvanını göndərmişdir. 01 avqust 2023-cü il tarixdə o, “Pasolka Kirov" adlanan ərazidə yolun kənarında yerləşən “Azpetrol” adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığına getmişdir. Orada daşın altında gizlədilmiş iki ədəd bükümü götürmüşdür. O, “gözəyarı" baxıb bükümlərin birində təxminən 5,5 qram, digərində isə təxminən 1,5 qram çəkidə narkotik vasitə heroin olduğunu görmüşdür. O, həmin heroinləri əynində olan şalvarının cibinə qoyub yaşadığı evə getmişdir. Əvvəlcə o, telefonunda həmin şəxslə yazışmanı tam olaraq silmişdir. Sonra o, 1,5 qramlıq heroinin təxminən 0,3 qramını istifadə etmiş və həmin heroinin yüksək keyfiyyətli olmadığını görmüşdür. Bu səbəbdən o, həmin heroini başqa adamlara satmaq qərarına gəlmişdir. O, qalan həmin heroini təxminən 0,4 qram olmaqla üç yerə ayırmış və üç ədəd kağız bükümdə qablaşdırıb özündə saxlamışdır. Bir neçə saat sonra o, 5,5 qram miqdarında olan heroinin təxminən 0,3 qramını istifadə etmişdir. Həmin vaxt o, heroinin daha yaxşı hazırlandığını və yüksək keyfiyyətli olduğunu görmüşdür. Bu səbəbdən o, heroinin yarısını özü istifadə etmək, yarısını isə baha qiymətə satmaq qərarına gəlmişdir. O, həmin heroinin təxminən 2,5 qramını bir ədəd sellofan bükümdə qablaşdırmışdır. Qalan heroini isə təxminən 0,3-0,4 qram olmaqla on ədəd sellofan bükümdə qablaşdırmışdır. 01 avqust 2023-cü il tarixdə saat 17 radələrində o, yaşadığı ünvan 3 ünvanda olmuşdur. Həmin vaxt tanışı Şahid3 xatırlamadığı telefon nömrəsindən onun istifadə etdiyi telefona zəng edərək iki nəfər tanışı ilə birlikdə gəlib hər biri bir büküm heroin almaq istədiklərini demişdir. O, Ayaza yaşadığı ünvana gəlmələrini, heroinin olduğunu, hər birinə bir büküm heroin sata biləcəyini demişdir. Həmin gün saat 18:30 radələrində o, Ayaza tanışları Mənsur və Mübarizlə birlikdə yaşadığı ünvana gəlmişlər. O, yaşadığı evin həyətində kağız bükümdə qablaşdırdığı aşağı keyfiyyətli olan heroinləri Ayaz, Mənsur və Mübarizə hər birinə bir büküm olmaqla satmışdır. Ayaz tanışı olduğu üçün sonuncudan heroinə görə 10 manat, Mübariz və Mənsurun hər birindən 20 manat pul almışdır. Bundan sonra Ayaz, Mənsur və Mübariz onunla sağollaşıb getmişlər. O, əldə etdiyi 50 manat pulla özünə siqaret, su və yemək alıb xərcləmişdir. 02 avqust 2023-cü il tarixdə saat 00:30 radələrində o, yaşadığı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Aydınbəyov küçəsində olmuşdur. On bir ədəd sellofan bükümdə olan heroin bir ədəd bağlanan sellofan torbada əynində olan şalvarımnın cibində olmuşdur. “Honor” markalı telefon isə əynində olan şalvarının sol yan cibində olmuşdur. Həmin vaxt iki nəfər şəxs ona yaxınlaşıb Binəqədi rayon polis idarəsinin əməkdaşları olduqlarını demişlər. Polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamağında və satmaqda şübhəli olduğunu bildirib onu Binəqədi rayon polis idarəsinə gətirmişlər. Təhqiqatçı onun hüquq və vəzifələlərini izah etmiş, razılığı əsasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X14 ona müdafiəçi təyin edilmiş və ona təqdim edilmişdir. O, vəkil Vüsal Eldarova etiraz etməmişdir. Təhqiqatçı üzərinə şəxsi axtarış keçirəcəyini demişdir. O, üzərindən narkotik vasitə heroin aşkar ediləcəyini vəkilinin görməməsini istəmişdir. Bu səbəbdən o, ərizə yazaraq şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bundan sonra onun vəkili otağı tərk etmişdir. Təhqiqatçı üzərində video çəkilişlə şəxsi axtarış aparmışdır. Şəxsi axtarış zamanı o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən içərisində on bir ədəd heroin bükümün olduğu bir ədəd sellofan torbanı, şalvarının sol yan cibindən isə bir ədəd mobil telefonunu çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı sellofan torbanın içərisindəki bükümü çıxarıb saymış və həqiqətən də on bir ədəd olduğu müəyyən edilmişdir. Təhqiqatçı bükümlərdən birini açıb içərisinə baxmış və heroinə bənzədiyini demişdir. O, bükümdəki maddələrin heroin olduğunu, heroini həm istifadə etmək və həm də satmaq məqsədi ilə aldığını bildirmişdir. Təhqiqatçı heroini bir ədəd sarı rəngli zərfdə qablaşdırmış, üzəri möhürlənmiş, o, zərfin üzərinə imza çəkmişdir. Təhqiqatçı protokol tərtib etmiş və o, protokolla tanış olub imzası ilə təsdiq etmişdir. İstintaq zamanı üzərindən aşkar edilmiş on bir ədəd bükümdə narkotik vasitə heroinin ümumi təmiz çəkisinin 5,214 qram olmasını bilmişdir. O, həmin miqdarla razı olmuş və heç bir etirazı olmamışdır.Təqsirləndirilən şəxs həmçinin, ifadəsində göstərmişdir ki, Şahid5 üzərindən aşkar edilmiş 0,376 qram, Şahid4 üzərindən aşkar edilmiş 0,387 qram və Şahid3 üzərindən aşkar edilmiş 0,357 qram narkotik vasitə heroini 01 avqust 2023-cü il tarixdə saat 18:30 radələrində, yaşadığı ünvan 3 fərdi yaşayış evinin həyətində o, satmışdır. Həmin heroinin müqabilində o, Ayazdan 10 manat, Mübariz və Mənsurun isə hər birindən 20 manat pul almışdır (İ cild, səh. 205-209, 243-247). 6.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Ağasəlimin narkotik vasitə daşıması, satması və istifadə etməsi barədə ona əməliyyat məlumatı daxil olmuş, raport şəklində idarə rəhbərinə məruzə etmişlər, kiçik əməliyyat müvəkkili Şahid2lə birlikdə əməliyyat qrupu yaradılmışdır. Ağasəlimin evinin yaxınlığında Yevlaxlı üç nəfərlə alış-satışla məşğul olduğu məlum olmuşdur. Axşam saatlarında həmin ünvana yaxınlaşıb özlərini təqdim edərək vətəndaşı polis idarəsinə dəvət etmişlər. Polis idarəsində üzərinə şəxsi axtarış keçirilmiş və təhqiqat otağında müdafiəçinin iştirakı ilə videoçəkiliş zamanı üzərindən sellofan bükümdə narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs əvvəllər istifadəçi olduğunu, sonradan daşıması və satışı ilə məşğul olduğunu demişdir. Saxlanılan zaman, idarədə olarkən Təqsirləndirilən şəxs hər-hansısa zor və təzyiq olmamışdır. Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 7.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayon polis idarəsinin X5 əməliyyat müvəkkili vəzifəsində işləmiş və polis leytenantı rütbəsində olmuşdur. Ağasəlim adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması, istifadəsi və satışı ilə məşğul olması barədə 01 avqust 2023-cü il tarixdə Binəqədi rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinə etimad doğuran, qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş əməliyyat məlumatını raportla idarə rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən məlumatın yoxlanılması, Ağasəlim adlı şəxsin şəxsiyyətinin müəyyən edilib cinayət başında yaxalanması və cinayət əməlini ifşa etmək məqsədi ilə barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilmişdir. Bundan sonra Ağasəlim adlı şəxsin şəxsiyyəti yoxlanılmışdır. Ağasəlim adlı şəxsin xx xxxxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, Bakı şəhəri Nəsimi rayonu Sarabski küçəsi ev 4-də qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Aydınbəyov küçəsi ev 112-də yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. O, 01 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. Binəqədi rayon polis idarəsinin cinayət axtarışı şöbəsinin kiçik inspektoru, polis baş serjantı Şahid2 və ondan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 02 avqust 2023-cü il tarixdə saat 00:30 radələrində o, Şahid2lə birlikdə Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Aydınbəyov küçəsində olduğunu görmüşlər. O, Şahid2lə birlikdə Təqsirləndirilən şəxs saxlayıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyini, bu barədə qərar qəbul edildiyini demiş və üzərinə şəxsi axtarış keçirilməsi üçün Təqsirləndirilən şəxs polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs polis idarəsində üzərində şəxsi axtarış keçirilməsinə etirazının olmadığını demişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs polis idarəsinə aparıb X16ya təhvil vermişlər. X16 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini, vəkil tutmaq hüququnu izah etmişdir. Bundan sonra Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 Əli-zadəyə müdafiəçi təyin edilmiş və polis idarəsinə dəvət edilmişdir. Ağasəlim Əlizadə vəkil Vüsal Eldarova etirazının olmadığını demişdir. Təqsirləndirilən şəxs ərizə yazaraq üzərinə şəxsi axtarışın müdafiəçisi Vüsal Eldarovun iştirakı olmadan keçirilməsini bildirmişdir. Vəkil Vüsal Eldarov heç bir etirazının olmadığını bildirib otağı tərk etmişdir. Bundan sonra X16 xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarışda o və polis əməkdaşı Şahid2 iştirak etmişlər. Polis əməkdaşı X8 isə “Panasonic” markalı video kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd sellofan torbacıq, şalvarın sol yan cibindən isə bir ədəd mobil telefon çıxarıb təqdim etmişdir. Polis əməkdaşı Şahid2 Təqsirləndirilən şəxs üzərini yoxlamış, üzərindən başqa maddə aşkar edilməmişdir. X16 bir ədəd sellofan torbacığı açmış və içərisində 11 ədəd sellofan bükümün olduğu, bükümlərin hər birində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroini sosial şəbəkə vasitəsi ilə tanış olduğu adını bilmədiyi şəxsdən aldığını, heroinin satışı ilə məşğul olduğunu, bir büküm heroini 10-15 manata satdığını bildirmişdir. X16 tərəfindən içərisində heroinə bənzər maddənin olduğu on bir ədəd büküm bir ədəd sellofan torbacıqda sarı rəngli kağız zərfdə qablaşdırılmış, möhürlənmiş, iştirakçılar tərəfindən zərfin üzəri imzalandıqdan sonra götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Honor” markalı bir ədəd mobil telefon X16 tərəfindən götürülmüşdür. X16 Şahid3 üzərinə şəxsi axtarış və götürmənin aparılmasına dair protokol tərtib etmiş, o və digər iştirakçılar həmin protokolu imzalamışlar.Şahid1 həmçinin, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş on bir ədəd bükümdə təmiz çəkisi 5,214 qram narkotik vasitə heroini haradan əldə etdiyini bilməmiş, bununla bağlı onun işlədiyi polis idarəsinə məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs heroini aldığını bildirdiyi şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs heroinin istifadəsi və həm də satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs 5,214 qram miqdarında heroini həm istifadə etmək və həm də satmaq üçün əldə edib üzərində saxlamışdır. Təqsirləndirilən şəxs 01 avqust 2023-cü il tarixdə saat 18:30 radələrində, yaşadığı ünvan 3 evin həyətində, tanışları Şahid3, Şahid5 və qalan Şahid4 hər birinə bir büküm narkotik vasitə heroin satmışdır (İ cild, səh. 144-147). 8.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2023-cü ilin yay aylarında Ağa adlı şəxsin narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsində şübhəli olması ilə bağlı narkotik bölməyə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılaraq tədbir keçirilmişdir. Şəxsin üzərinə baxış keçirilmiş və on büküm narkotik vasitə aşkar edilmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş olmuş və təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilmiş maddələri özü etiraf etmişdir. Təqsirləndirilən şəxsi evinin ətrafında, 500 metr civarında iki və ya üç nəfər saxlamışlar, vaxtını isə dəqiq bilmir. Əməliyyat zamanı çəkilişin aparılması yadında qalmamışdır. Həmin ərazidə TŞ kameralarının olmasını xatırlamır. Təqsirləndirilən şəxsin evinə girməmişlər. Bu şəxslə bərabər olan digər şəxslərin saxlanılmasında iştirak etməsi yadına gəlmir. Təqsirləndirilən şəxsin evində saxlanılıb döyülməsi halı olmamışdır. Saxlanılan zaman, idarədə olarkən Təqsirləndirilən şəxs hər-hansısa zor və təzyiq olmamışdır. Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 9.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayon polis idarəsinin cinayət-axtarışı şöbəsinin kiçik inspektoru vəzifəsində işləmiş və polis baş serjantı rütbəsində olmuşdur. Bakı şəhəri Nəsimi rayonu Sarabski küçəsi ev 4-də qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Aydınbəyov küçəsi ev 112-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması, istifadəsi və satışı ilə məşğul olması barədə 01 avqust 2023-cü il tarixdə Binəqədi rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 daxil olmuş əməliyyat məlumatını raportla idarə rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilmişdir. Əməliyyat müvəkkili Şahid1 01 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. Əməliyyat müvəkkili Şahid1 və ondan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 02 avqust 2023-cü il tarixdə saat 00:30 radələrində o, Şahid1la birlikdə Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Aydınbəyov küçəsində olduğunu görmüşlır. O, Şahid1la birlikdə Təqsirləndirilən şəxs saxlayıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyini, bu barədə qərar qəbul edildiyini demiş və üzərinə şəxsi axtarış keçirilməsi üçün Təqsirləndirilən şəxs polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs polis idarəsində üzərində şəxsi axtarış keçirilməsinə etirazının olmadığını demişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs polis idarəsinə apanb X16ya təhvil vermişlər. X16 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini, vəkil tutmaq hüququnu izah etmişdir. Bundan sonra Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 Əli-zadəyə müdafiəçi təyin edilmiş və polis idarəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs vəkil Vüsal Eldarova etirazının olmadığını demişdir. Təqsirləndirilən şəxs ərizə yazaraq üzərinə şəxsi axtarışın müdafiəçisi Vüsal Eldarovun iştirakı olmadan keçirilməsini bildirmişdir. Vəkil Vüsal Eldarov heç bir etirazının olmadığını bildirib otağı tərk etmişdir. Bundan sonra X16 xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarışda o və polis əməkdaşı Şahid1 iştirak etmişlər. Polis əməkdaşı Fuad Cəbrayılov isə “Panasonic" markalı video kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd sellofan torbacıq, şalvarın sol yan cibindən isə bir ədəd mobil telefon çıxarıb təqdim etmişdir. O, Təqsirləndirilən şəxs üzərini yoxlamış, üzərindən başqa maddə aşkar edilməmişdir. X16 bir ədəd sellofan torbacığı açmış və İçərisində 11 ədəd sellofan bükümün olduğu, bükümlərin hər birində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroini sosial şəbəkə vasitəsi ilə tanış olduğu adını bilmədiyi şəxsdən aldığını, heroinin satışı ilə məşğul olduğunu, bir büküm heroini 10-15 manata satdığını bildirmişdir. X16 tərəfindən içərisində heroinə bənzər maddənin olduğu on bir ədəd büküm bir ədəd sellofan torbacıqda sarı rəngli kağız zərfdə qablaşdırılmış, möhürlənmiş, iştirakçılar tərəfindən zərfin üzəri imzalandıqdan sonra götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Honor” markalı birədəd mobil telefon X16 tərəfindən götürülmüşdür. X16 Şahid3 üzərinə şəxsi axtarış və götürmənin aparılmasına dair protokol tərtib etmiş, o və digər iştirakçılar həmin protokolu imzalamışlar. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş on bir ədəd bükümdə təmiz çəkisi 5,214 qram narkotik vasitə heroini haradan əldə etdiyini bilməmiş, bununla bağlı onun işlədiyi polis idarəsinə məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs heroini aldığını bildirdiyi şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs heroinin istifadəsi və həm də satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs 5,214 qram miqdarında heroini həm istifadə etmək və həm də satmaq üçün əldə edib üzərində saxlamışdır. Təqsirləndirilən şəxs 01 avqust 2023-cü il tarixdə saat 18:30 radələrində, yaşadığı ünvan 3 evin həyətində, tanışları Şahid3, Şahid5 və qalan Şahid4 hər birinə bir büküm narkotik vasitə heroin satmışdır (İ cild, səh. 149- 152). 10.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi tanımır və görməmişdir. Polis əməkdaşlarının təzyiqi altında döyülərək bildirmişdir ki, guya bu şəxsdən narkotik almışdır. O, tutulan vaxtda da üzərində heç nə olmamışdır. Polis əməkdaşları onun cibinə narkotik qoymuşlar ki, guya bu şəxsdən almışdır. Həmin vaxt o, “mən necə bunun adını deyim ki, onu tanımıram” demişdir. Onu döydüklərindən və təzyiq altında olduğundan məcbur olub bu şəxsdən aldığını demiş, faktiki olaraq bu insanı tanımır. Saxlanılan zaman qohumu zəng etdiyindən harasa getməli olmuşlar, 10-15 dəqiqə keçməmiş polis əməkdaşları onları tutmuşlar. Onlar saxlanılan zaman iki nəfər olmuşlar və onları qohumları Ayaz çağırmışdır. Ayazı da tutmuşlar, Ayazın nəyə görə tutulduğunu bilməmiş, ondan sonra Ayazı görməmişdir. Tutulanda da, bölmədə də onun üzərindən heç bir şey çıxmamış, narkotiki polis əməkdaşları ona vermişlər, həmin vaxt o, “uşaq atasıyam, ailəm var, ailəyə mən baxıram” demiş, onu aldadaraq “sən çəkilişdə bu sözləri denən, səni buraxacağıq” demişlər. O, hal-hazırda 234.1-ci maddə ilə cəza çəkir. Əvvəllər heç vaxt məhkum olunmamışdır. O, narkotiklərdən istifadə edir. Narkotiki kimsə gedib alır, hamısı istifadə edirlər. Ağasəlimi birinci dəfədir ki, görür. O, dəmir yığıb satmaqla məşğul olur. İbtidai istintaq dövründə verdiyi ifadənin səbəbi odur ki, bölmədə aldanmışdır. Binəqədidə işə getmiş, üzərindən 10-15 dəqiqə keçəndə sonra polis əməkdaşları gəlib onu aparmışlar. Onları Ayaz zəng edib çağırmışdır. Ayazdan nə iş olduğunu, nəyə görə onları çağırdığını soruşmuş, Ayaz da “gəlin ürəyim sizi istəyir, oturub çay içərik” demiş, görüşəndən sonra Ayaz onlardan aralanmış, haraya getdiyini soruşduqda indi gələcəyini bildirmiş, sonra polis əməkdaşları onlara yaxınlaşaraq bölməyə aparmışlar. Olanda Ayazla da və Mübarizlə də birgə narkotik istifadə etmişdir. Narkotik vasitə çəkiliş zamanı üzərindən çıxmış, narkotiki ona polis əməkdaşları vermişlər. Yazılan ifadəsinin hamısı yalandır. Binəqədi Rayon Məhkəməsində də burada dediyi kimi demişdir. Təqsirləndirilən şəxs barəsində təzyiqlə olan ifadə verməsi ilə bağlı heç yerə müraciət etməmiş, ərizə və şikayət yazmamışdır. İbtidai istintaq dövründə onlarla təqsirləndirilən şəxs arasında heç bir əlaqə olmamışdır. O da, Ağasəlim də Kürdəxanıda saxlanılırlar, onlar biri-birilərinə heç bir xəbər yollamamışlar. 11.Məhkəmə iclasında Şahid4 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 1(001)-646/2023 nömrəli hökmündə olan ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, ilk olaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşman olmasını, narkomaniyadan asılılığının olmamasını, ibtidai istintaq dövründə ona hər hansı təyziq olmadığını bildirsə də, daha sonra ona verilmiş ittihamda özünü təqsirli bilməyərək özünün şəxsən gedib narkotik vasitə almadığını, Şahid5la birlikdə 10 və ya 20 manat Ayaza narkotik vasitə almaq üçün pul verdiklərini, Ayazın narkotik vasitə alması üçün getdiyini, Ayaz adlı şəxin narkotik vasitəni götürərkən polislər tərəfindən tutulduğunu, Mübariz, Ayaz və onun bir yerdə saxlanıldığını, Şahid5la onun Binəqədi Rayon Polis İdarəsinə birlikdə gətirildiyini, Ayazın isə ayrıca gətirildiyini, onun üzərinə baxış keçirilən zaman üzərindən aşkar olunmuş narkotik vasitəni orada onun cibinə qoyulduğunu, lakin tutulan zaman üzərində narkotik vasitə olmadığını, həmin narkotik vasitəni Binəqədi Rayon Polis İdarəsinin əməkdaşı X7 həmin narkotik vasitəni cibinə qoymağını, çəkiliş vaxtı cibindən çıxarmasını, çəkilişdən sonra onu buraxacaqlarını bildirdiyini, buna görə də götürüb cibinə qoyduğunu və çəkilişdə çıxartdığını, müstəntiqə bu barədə heçnə demədiyini, prokuorluğa da bu barədə şikayət etmədiyini, gündə 1-2 dəfə olmaqla 3 və ya 4 ildir ki narkotik vasitədən istifadə etdiyini, tutulduğu yeri tam xatırlamadığını, lakin sənədləşmədə göstərildiyi yer olduğunu, ora həm işləməyə, həm də narkotik vasitə götürməyə getdiklərini bildirmişdir. 12.Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri C.Əzizov küçəsi ev 126-da qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu Q.Vəzirov küçəsi döngə 2 ev 40-da yaşamışdır. O, 6 ildir narkotik vasitə heroin istifadə etmişdir. Şahid5 onun dayısı oğlu, Şahid3 onun qohumu olmuşdur. 01 avqust 2023-cü il tarixdə saat 19:30 radələrində o, Şahid5 və Şahid3lə birlikdə Bakı şəhəri Binəqədi rayonu “Pasolka Kirov” adlanan ərazidə Aydınbəyov küçəsi ilə piyada hərəkət edən zaman bir neçə şəxs onlara yaxınlaşıb özlərini təqdim etmiş və polis əməkdaşları olmasını bildirmişlər. Bundan sonra polis əməkdaşları onlara üzərlərində narkotik vasitə saxlamalarında və narkotik vasitədən istifadə etmələrində şübhəli olduqlarını bildirib onları Binəqədi rayon polis idarəsinə gətirmişlər. Polis idarəsində otaqların birində saat 21:40 dəqiqədə polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərində axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı o, üzərində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin bükümün içərisində narkotik vasitə heroin olmasını demişdir. Həmin bükümün içərisi açılıb baxıldıqda qəhvəyi rəngli, spesifik qoxulu narkotik vasitə heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Polis əməkdaşı narkotik vasitə heroini kağız bükümdə ağ rəngli zərfdə qablaşdırılmış, üzəri möhürlənmişdir. Onun üzərindən axtarış zamanı aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,387 qram olmuşdur. Üzərindən aşkar edilmiş narkotik vasitə heroini 01 avqust 2023-cü il tarixdə 18:30 radələrində ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində Təqsirləndirilən şəxs Şahid3 və Şahid5la birlikdə almış, əvəzində Ağasəlimə 20 manat, Mübariz 20 manat və Ayaz 10 manat pul vermişlər (İ cild, səh. 67-70). 13.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, qohumu Ayaz ona zəng edib çağırmış və gedib Ayazla görüşdükləri yerdə də tutulmuşlar. Bu şəxsi görməmişdir. O, narkotikə görə getmiş, tutulan zaman narkotik üzərində olmamışdır. Bölmədə videoçəkiliş aparılmış, narkotik üzərində olmamış, bölmədə polislər tərəfindən üzərinə qoyulmuşdur. O, videoçəkilişdə heç nə deməmişdir. Narkotiki heç kimdən almamış, Təqsirləndirilən şəxs də görməmişdir. O, Ağanı tanımır. Mənsur da onun xalasının yoldaşıdır. Onlar üçü birlikdə dəmir yığırlar. O, 2014-cü ildən narkotik istifadə etmiş, metafetamin də heroin də istifadə etmişdir. Narkotiki küçədə tanımadığı şəxslərdən almışdır. O, axır vaxtlarda Ayazı ümumiyyətlə görməmiş, zənglə Ayazın yanına getmişdir. Ayaz ona zəng edərək “narkotik var gəl gedək götürək” demişdir. Mənsur da onunla narkotik almağa getmişdir. İki nəfərə bir qram narkotik istifadə etmişlər. Narotiki hələ almamış Ayaza pulu verdikləri vaxt onları yaxalamışlar. Adama on beş manat Ayaza vermişlər, üçü birlikdə istifadə edəcəkdilər. 45 manata bir qram narkotik olmuşdur. Ayazın narkotiki kimdən alacağını bilməmişdir. Polislər onları bölməyə aparanda hələ ki narkotik çəkməmişdir. Polislər “bu şəxsin üzünə durmalısan” deyərək onu vurmuşlar və üzünə durmasa onu narkotiklə yükləyəcəklərini demişlər. Onun yeddi uşağı olduğundan qorxmuşdur. Bu vaxta kimi heç vaxt Təqsirləndirilən şəxs qarşı yalan ifadə verdiyini deməmişdir. 14.Məhkəmə iclasında Şahid5 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 1(001)-645/2023 nömrəli hökmündə olan ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2006-cı ildən etibarən narkotik vasitə heroindən istifadə etmişdir. Küçələrdə gəzərək metal yığıb həmin metalları təhvil verdikdən sonra metalların qarşılığında pul almaqla qazanc əldə etmişdir. 01 avqust 2023-cü ildə saat 19:30-da Bakı şəhəri Binəqədi rayonu “Pasolka Kirov” adlanan ərazidə olan Aydınbəyov küçəsi ilə piyada hərəkət edən zaman bir neçə şəxs ona yaxınlaşıb özlərini təqdim etmiş, polis əməkdaşları olmalarını bildirmişlər. Bundan sonra polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu Binəqədi rayon Polis İdarəsinə gətirmişlər. Polis idarəsində olarkən otaqların birində saat 21:25-də polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə onun üzərində axtarış aparılmağa başlanılmışdır. Axtarış aparılan zaman polis əməkdaşı ondan üzərində narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya olub-olmamasını soruşub olduğu halda könüllü təqdim etməyini təklif etmişdir. O, da üzərində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin bükümün içərisində narkotik vasitə heroin olmasını demişdir. Həmin bükümün içərisi açılıb baxıldıqda içərisində qəhvəyi rəngli, spesifik qoxulu narkotik vasitə heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Sonra polis əməkdaşları tərəfindən üzərində axtarış aparılmış, başqa narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Sonra onun polis əməkdaşına təqdim etdiyi narkotik vasitə heroin kağız bükümdə ağ zərfə qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol polis əməkdaşları və onun tərəfindən imzalanmışdır. O, üzərindən axtarış zamanı aşkar edilmiş ona məxsus narkotik vasitə heroini 01 avqust 2023-cü il tarixdə 18:30-da ünvan 6 ünvanda X1 almışdır. 15.Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri Neftkəmərində qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu Q.Vəzirov küçəsi döngə 2 ev 40-da yaşamışdır. O, 2006- cı ildən etibarən narkotik vasitə heroin istifadə etmişdir. Şahid3 onun dayısı oğlu, Şahid4 onun bibisi oğlu olmuşdur. 01 avqust 2023-cü il tarixdə saat 19:30 radələrində o, Şahid4 və Şahid3lə birlikdə Bakı şəhəri Binəqədi rayonu “Pasolka Kirov” adlanan ərazidə Aydınbəyov küçəsi ilə piyada hərəkət edən zaman bir neçə şəxs ona yaxınlaşıb özlərini təqdim etmiş və polis əməkdaşları olmasını bildirmişlər. Bundan sonra polis əməkdaşları onlara üzərlərində narkotik vasitə saxlamalarında və narkotik vasitədən istifadə etmələrində şübhəli olduğunu bildirib onları Binəqədi rayon polis idarəsinə gətirmişlər. Polis idarəsində olarkən otaqların birində saat 21:25 dəqiqədə polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərində axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı o, üzərində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin bükümün içərisində narkotik vasitə heroin olmasını demişdir. Həmin bükümün içərisi açılıb baxıldıqda içərisində qəhvəyi rəngli, spesifik qoxulu narkotik vasitə heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Polis əməkdaşı narkotik vasitə heroini kağız bükümdə ağ rəngli zərfdə qablaşdırılmış, üzəri möhürlənmişdir. Onun üzərindən axtarış zamanı aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,376 qram olmuşdur. Üzərindən aşkar edilmiş narkotik vasitə heroini 01 avqust 2023-cü il tarixdə 18:30 radələrində ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində Təqsirləndirilən şəxs Şahid3 və Şahid4la birlikdə almış, əvəzində Ağasəlimə 20 manat, Mənsur 20 manat və Ayaz 10 manat pul vermişlər (İ cild, səh. 71-74). 16.Məhkəmə iclasında Şahid3 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 1(001)-648/2023 nömrəli hökmündə olan ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, üzərində qanunsuz olaraq psixotrop maddə metamfetamin saxladığı üçün 06 aprel 2023-cü il tarixdə Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Belə ki, 06 aprel 2023-cü il tarixdə səhər saatlarında o, Abşeron rayonu Xırdalan şəhərinə getmişdir. Həmin vaxt o, yolun kənarında bir ədəd kibrit qutusunun olduğunu görmüşdür. O, həmin kibrit qutusunu götürüb içərisinə baxmış və içərisində bir ədəd bükümün olduğunu görmüşdür. O, həmin bükümü açıb içərisinə baxmış və ağ rəngli kristal formada “şüşə” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu görmüşdür. O, həmin metamfetamini istifadə etmək üçün əynində olan şalvarının sağ yan cibinə qoymuşdur. 06 aprel 2023-cü il tarixdə saat 17 radələrində o, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi ərazisində olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin saxlanmasında, daşınmasında şübhəli olduğunu bildirib onu Abşeron rayon polis idarəsinə getməyə dəvət etmişlər. O, heç bir etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə Abşeron rayon polis idarəsinə getmişdir. Polis İdarəsində ona dövlət vəsaiti hesabına müdafiəçi təyin edilmiş və müdafiəçinin iştirakı ilə xidməti otaqların birində videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı elan edilmişdir. Müdafiəçinin iştirakı ilə videoçəkiliş ilə üzərində şəxsi axtarış aparılmağa başlanarkən ona ilk öncə hüquq və vəzifələri izah edilmiş və üzərində qanunla qadağan edilmiş əşya və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bu zaman o, əynində olan göy rəngli idman şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetamini çıxarıb iştirakçılara təqdim etmişdir. Onun üzəri yoxlanılmış, təqdim etdiyim psixotrop maddədən başqa üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. zərindən aşkar edilmiş psixotrop maddə metamfetamin şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. O, həmin psixotrop maddəni özü istifadə etmək üçün üzərində saxlamışdır. Həmin maddəni onun satmaq məqsədi olmamışdır. O, üzərindən aşkar edilmiş 1,106 qram psixotrop maddə metamfetamini hər hansı bir şəxsdən almamışdır. Üzərindən aşkar edilmiş 1,106 qram psixotrop maddə metamfetaminin hamısı ona məxsus olmuşdur. 01 avqust 2023-cü il tarixdə saat 18 radələrində bibisi oğlu Şahid5 və qohumu Şahid4 ilə birlikdə “20 Yanvar” metrosu yaxınlığında olduqları zaman o, Mübarizin istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən tanışı Ağasəlimin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib Ağasəlimlə danışaraq Mübariz və Mənsurla birlikdə olduğunu, hər birinə bir büküm narkotik vasitə heroin lazım olmasını demişdir.Ağasəlim yaşadığı evə gəlməyi, narkotik vasitə heroin olmasını demişdir.Sonra o, Mübariz və Mənsurla birlikdə Ağasəlimin yaşadığı ev ünvana getmişlər.Həmin vaxt o, 10 manat, Mübariz və Mənsur isə hər biri 20 manat verərək Ağasəlimdən hər biri bir büküm narkotik vasitə heroin almışlar.Həmin tarixdə saat 19:30 radələrində o, Mübariz və Mənsurla birlikdə Bakı şəhəri Binəqədi rayonu Aydınbəyov küçəsi ilə piyada hərəkət edən zaman bir neçə şəxs onlara yaxınlaşıb özlərini təqdim etmiş və polis əməkdaşları olmasını bildirmişlər.Bundan sonra polis əməkdaşları onlara üzərində narkotik vasitə saxlamağında və narkotik vasitədən istifadə etməyində şübhəli olduğunu bildirib onları Binəqədi rayon polis idarəsinə gətirmişlər. Polis idarəsində olarkən otaqların birində saat 22:05-də polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərində axtarış aparılmağa başlanılmışdır. Axtarış aparılan zaman polis əməkdaşı ondan üzərində narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya olubolmamasını soruşub, olduğu halda könüllü təqdim etməyini təklif etmişdir. O, da üzərində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin bükümün içərisində narkotik vasitə heroin olmasını demişdir.Həmin bükümün içərisi açılıb baxıldıqda içərisində qəhvəyi rəngli, spesifik qoxulu narkotik vasitə heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Sonra polis əməkdaşları tərəfindən üzərində axtarış aparılmış, başqa narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır.Onun polis əməkdaşına təqdim etdiyi narkotik vasitə heroin kağız bükümdə ağ zərfə qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol polis əməkdaşları və onun tərəfindən imzalanmışdır. Sonradan onun üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisinin 0,357 qram olmasını bilmişdir. Üzərindən aşkar edilmiş 0,357 qram heroin ona məxsus olmuş, həmin heroni istifadə etmək üçün Ağasəlimdən almışdır. O, Ağasəlimi təxminən 7-8 ay əvvəl tanımış, sonradan Ağasəlimin narkotik istifadəçisi və satışı ilə məşğul olmasını bildikdən sonra o, da narkotik istifadəçisi olduğundan, eyni zamanda Ağasəlim də onun narkotik istifadəçisi olmağını bildikdən sonra münasibəti yaranmış, hər dəfə narkotik vasitə lazım olduqda qohumları ilə birlikdə Ağasəlimlə əlaqə saxlayıb narkotik vasitə almışdır.Məhkəmə baxışı zamanı Şahid3 təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, evli olmasını, himayəsində 04 (dörd) azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını, iflic xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. 17.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri Nizami prospekti ev 249-da qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Q.Vəzirov küçəsi döngə 2 ev 40-da yaşamışdır. O, üç ildir ki, narkotik vasitə heroin istifadə etmişdir. Şahid5 onun bibisi oğlu, Şahid4 onun qohumu olmuşdur. 01 avqust 2023-cü il tarixdə saat 19:30 radələrində o, Şahid5 və Şahid4la birlikdə Bakı şəhəri Binəqədi rayonu “Pasolka Kirov” adlanan ərazidə Aydınbəyov küçəsi İlə piyada hərəkət edən zaman bir neçə şəxs onlara yaxınlaşıb özlərini təqdim etmiş və polis əməkdaşları olmasını bildirmişlər. Bundan sonra polis əməkdaşları onlara üzərilərində narkotik vasitə saxlamalarında və narkotik vasitədən istifadə etmələrində şübhəli olduğunu bildirib onları Binəqədi rayon polis idarəsinə gətirmişlər. Polis idarəsində olarkən otaqların birində saat 22:05 dəqiqədə polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərində axtarış aparılmışdır. Axtarış zamanı o, üzərində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin bükümün içərisində narkotik vasitə heroin olmasını demişdir. Həmin bükümün içərisi açılıb baxıldıqda qəhvəyi rəngli, spesifik qoxulu narkotik vasitə heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Polis əməkdaşı narkotik vasitə heroini kağız bükümdə ağ rəngli zərfdə qablaşdırmış və möhürləmişdir. Onun üzərindən axtarış zamanı aşkar edilən narkotik vasitə heroinin təmiz çəkisi 0,357 qram olmuşdur.Şahid3 həmçinin, ifadəsində göstərmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroini 01 avqust 2023-cü il tarixdə 18:30 radələrində ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində Təqsirləndirilən şəxs Şahid4 və Şahid5la birlikdə almış, əvəzində Ağasəlimə 10 manat, Mübariz və Mənsur isə hər biri 20 manat pul vermişlər (İ cild, səh. 63-66). 18.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 avqust 2023-cü il tarixli 3-6-16/2-6/4126 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 172” möhür əksi, “...Təqsirləndirilən şəxs..” və s. sözlər, imzalar olan kağız paketdəki 11 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,702 qram; 0,321 qram; 0,301 qram; 0,259 qram; 0,285 qram; 0,289 qram; 0,312 qram; 0,243 qram; 0,148 qram; 0,281 qram; 0,073 qram; üumilikdə təmiz çəkiləri 5,214 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasit-heroindir. 11 bükümdəki heroin kütlələri kimyəvi komponent tərkibinə görə eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’ln siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 48-52). 19.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 avqust 2023-cü il tarixli 3-6-16/2-6/4124 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Saxlanılan şəxs Şahid4...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,387 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 82). 20.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 avqust 2023-cü il tarixli 3-6-16/2-6/4125 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 173” möhür əksi, “lmza...Şahid5 ...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,376 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 86). 21.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 avqust 2023-cü il tarixli 3-6-16/2-6/4123 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 172” möhür əksi, “Şübhəli şəxs ... Şahid3...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,357 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 90). 22.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2023-cü il tarixli 3-6-16/2-6/4941 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Şahid4, Şahid5, Şahid3 üzərlərindən aşkar olunaraq götürülmüş narkotik vasitə - heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər və bu kütlələr Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə - heroin kütlələrindən kimyəvi komponent tərkibinə görə fərqlidirlər (İ cild, səh. 174- 178). 23.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2024-cü il tarixli 4/1757 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, cinayət işinin 1-ci cildinin 13-cü vərəqində olan xx.xx.2023-cü il tarixli ərizədə “İmza:” qrafasındakı imza; 14-cü vərəqində olan şübhəli şəxsə müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 21-ci vərəqində olan vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 22-23-cü vərəqlərində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli qərarda “Şübhəli şəxs:” qrafasındakı imza; 24-cü vərəqində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 26-27-ci vərəqlərində olan bildirişdə “Şübhəli şəxs:” qrafasındakı imza; 28-29-cu vərəqlərində olan İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin izah edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolun 2-ci vərəqində “Şübhəli şəxs:” qrafasındakı imza; 30-cu vərəqində olan şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 31ci vərəqində olan etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 32-33-cü vərəqlərində olan şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli qərarda “Şübhəli şəxs:” qrafasındakı imza; 36-cı vərəqində olan xx.xx.2023-cü il tarixli ərizədə “İmza:” qrafasındakı imza; 37-ci vərəqində olan xx.xx.2023-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 38-39-cu vərəqlərində olan şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokolun 1-ci vərəqində “Şübhəli şəxs:” qrafasındakı və vərəqin aşağısındakı soldan sağa 2-ci imza, 2-ci vərəqində “Şübhəli şəxs:” qrafasındakı imza; 41-42-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli izahatın 1-ci vərəqində “İmza” sözünün qarşısındakı və vərəqin aşağısındakı imzalar, 2-ci vərəqində “Şübhəli şəxs:” qrafasındakı imza; 53-cü vərəqində olan şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 60-cı vərəqində olan etiraz edilə bilən şəxslər barədə cinayət prosesinin iştirakçılarına məlumat verilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 61-62-ci vərəqlərində olan şübhəli şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolun 1-ci səhifəsində “İmza” qrafalarındakı imzalar, 2-ci səhifəsinin aşağısındakı imza; 2-ci vərəqində “Şübhəli şəxs:” qrafasındakı imza; 75-80-ci vərəqlərində olan 3 ədəd üzləşdirmə haqqında xx.xx.2023-cü il tarixli protokolların hər birinin 1-ci vərəqlərində “Təqsirləndirilən şəxs” sözlərinin qarşısındakı imzalar, 1-ci vərəqlərinin aşağısındakı imzalar və 2-ci vərəqlərində “Təqsirləndirilən şəxs” sözlərinin qarşısındakı imzalar; 97-98-ci vərəqlərində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərarda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 100- 103-cü vərəqlərində olan təqsirləndirilən şəxsin hüquq və vəzifələrinə dair xx.xx.2023-cü il tarixli bildirişin 1-3-cü vərəqlərinin aşağısındakı imzalar və 4-cü vərəqində “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 104-cü vərəqində olan xx.xx.2023-cü il tarixli bildirişdə “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 105-106-cı vərəqlərində olan 2 ədəd xx.xx.2023-cü il tarixli protokollarda “Təqsirləndirilən şəxs:” qrafasındakı imzalar; 107-108ci vərəqlərində olan təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolun 1-ci səhifəsində “İmza” qrafalarındakı imzalar, 2-ci səhifəsinin aşağısındakı imza, 2-ci vərəqində “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 115-ci vərəqində olan xx.xx.2023-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 126-128-ci vərəqlərində olan 3 ədəd xx.xx.2023-cü il tarixli protokollarda “Təqsirləndirilən şəxs:” qrafasındakı imzalar; 192-ci vərəqində olan xx.xx.2023-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 193-195-ci vərəqlərində olan bildirişin 1-2-ci vərəqlərinin aşağısındakı imzalar və 23-cü vərəqində “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 196-cı vərəqində olan xx.xx.2023-cü il tarixli bildirişdə “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 197-204-cü vərəqlərində olan 7 ədəd xx.xx.2023-cü il tarixli protokollarda “Təqsirləndirilən şəxs:” qrafalarındakı imzalar; 205-209-cu vərəqlərində olan təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolun 1-2-ci vərəqlərində imza qrafalarındakı imzalar, 3-4-cü vərəqlərinin aşağısındakı imzalar və 5-ci vərəqində “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 233-cü vərəqində olan xx.xx.2023-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 234-236-cı vərəqlərində olan xx.xx.2023-cü il tarixli qərarda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 238-240-cı vərəqlərində olan xx.xx.2023-cü il tarixli bildirişin 1-2-ci vərəqlərinin aşağısındakı imza və 3-cü vərəqində “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 241-ci vərəqində olan xx.xx.2023-cü il tarixli bildirişdə “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 242-ci vərəqində olan xx.xx.2023-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 243-247-ci vərəqlərində olan təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolun 1-2-ci vərəqlərində “İmza” qrafalarındakı imzalar 3-4- cü vərəqlərinin aşağısındakı imzalar və 4-cü vərəqində “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 248-ci vərəqində olan xx.xx.2023-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 251-ci vərəqində olan xx.xx.2023-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. 24.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsi Ambulator X3 08 avqust 2023-cü il tarixli, 5066 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 168-169). 25.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X13-Hüquqi şəxsi ambulator məhkəmə psixiatrik ekspertizasının 08 avqust 2023-cü il tarixli, 2203 nömrəli rəyindən görünür ki, İ.Motivləşdirici hissə: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. İİ.Yekun hissəsi: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilən cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur. Yoxanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əvvəllər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətindədir (İ cild, səh. 170- 173). 26.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 02 avqust 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, barəsində axtarış və götürmə aparıldığı Təqsirləndirilən şəxs üstündə, paltarlarında, paltarlarının ciblərində və bədənində ola biləcək qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya və sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 11 ədəd şəffaf sellofan torbaya bükülmüş içərisində narkotik vasitəyə bənzər kütlə olan bükümləri və şalvarının sol yan cibindən bir ədəd “Honor” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş və Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyaları təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs masanın üzərində qoyduğu 11 ədəd şəffaf sellofan torbaya bükülmüş içərisində narkotik vasitəyə bənzər kütlə olan bükümün el arasında “Kakos” adlanan maddə olmasını bildirmiş, Təqsirləndirilən şəxs həmin bükümü haradan və kimdən əldə edildiyi soruşulduqda, çoxdan sosial şəbəkədə adını bilmədiyi adamdan qabaqcadan müəyyənləşdirilmiş yerlərdən götürdüyünü qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 11 ədəd şəffaf sellofan torbaya bükülmüş içərisində narkotik vasitəyə bənzər kütlə olan büküm qablaşdırılaraq Binəqədi Binəqədi Rayon Polis İdarəsinin zərflər üçün nəzərdə tutulmuş 172 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri imzalanaraq götürülmüşdür. Həmçinin, 01 ədəd gümüş rəngli “Honor” markalı mobil telefon maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür (İ cild, səh. 38-39). 27.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsindən daxil olmuş 15 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, əməliyyat tapşırığı ilə bağlı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs düzgün ifadə vermişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi - 5,214 qram narkotik vasitə heroin ona məxsus olmuşdur. Təqsirləndirilən şəxs həm heroin istifadə etmiş, satışı ilə məşğul olmuş və üzərindən aşkar edilmiş heroini həm satmaq, həm də istifadə etmək üçün əldə etmişdir. Təqsirləndirilən şəxs 01 avqust 2023-cü il tarixdə saat 18:30 radələrində yaşadığı ünvan 3 evin həyətində Şahid3, Şahid5 və Şahid4 hər birinə bir büküm heroin satmış, heroinin müqabilində Ayazdan 10 manat, Mübariz və Mənsurun hər birindən isə 20 manat pul almışdır. Həmin heroinlər Ayaz, Mübariz və Mənsurun üzərindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ilə Ayaz, Mübariz və Mənsurun arasında tanış münasibət olmuş, bir-biri ilə bəzi vaxt mobil telefon vasitəsi ilə əlaqə saxlamışlar. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həm üzərindən aşkar edilmiş heroini və həm də Ayaz, Mübariz və Mənsura satdığı heroinləri aldığı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır (İ cild, səh. 148). 28.«Əşyanın maddi sübut hesab edilməsi haqqında» 02 avqust 2023-cü il tarixli qərardan görünür ki, istintaq zamanı götürülmüş Təqsirləndirilən şəxs məxsus bir ədəd zərfdə qablaşdırılmış on bir ədəd bükümdə olan ümumilikdə təmiz çəkiləri 5,214 qram miqdarında narkotik vasitə heroin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş, heroinin 0,11 qramı ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 5,104 qramı “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X15 № 60” mətninə malik ştampla möhürlənmiş vəziyyətdə saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir (İ cild, səh. 57-58). 29.«Sübutların qiymətləndirilməsi, cinayət işi üzrə əməlin tövsif edilməsi və ayrıca icraata cinayət işinin ayrılması haqqında» 14 noyabr 2023-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin videoçəkilişini özündə əks etdirən bir ədəd CD diski maddi sübut növü hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır (İ cild, səh. 210-226). 30.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 15 fevral 2024-cü il tarixli məktubdan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı hər iki dirsək və sol diz nahiyəsində üzəri qərtməkli yaralar, qarının ön divarında sıyrılmış yara müşahidə olunmuşdur. 31.Azərbaycan Respublikası Baş Prokurorluğundan Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 13 avqust 2024-cü il tarixli məktubdan görünür ki, X4 polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin məlumatına Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində baxılmışdır. Müəyyən edilmişdir ki, X4 eyni məzmunlu müraciəti əsasında Binəqədi rayon prokurorluğunda material üzrə araşdırma aparılaraq 09 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. 32.«Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 09 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis darəsinin əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə əlaqədar məlumata əsasən toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd olunlmuşdur (İ cild, səh. 164-166). 33.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 24). 34.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 4(001)- 814/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 avqust 2023cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 116-119). 35.Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 1(101)-1115/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi üzrə ittihamdan imtina etməsi səbəbindən cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə bağlı hissədə xitam verilmişdir. 36.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər: 1.Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 aprel 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla 01 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 iyun 2013-cü il tarixdə Azərbaycan Respublikasınınn Milli Məclisinin 07 may 2013-cü il tarixli Amnistiya Qərarının 1.1-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. 2.Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla 01 il 03 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 3.Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 29,317-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 66.2, 67.1 və 69.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasınınn Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad olunmuş və məhkumluğu götürülmüşdür (İ cild, səh. 136-138).

37. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 1(001)- 169/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi ilə əlaqədar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham üzrə Təqsirləndirilən şəxs bəraət verilmişdir (İ cild, səh. 180-186). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 38.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 39.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 40.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 41.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilməmişdir. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 maddəsinin xaric olunmasını əsaslı sayır. 42.«Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 41-ci bəndinə əsasən təqsirləndirilən şəxsə cinayət qanununun bir neçə maddəsi üzrə ittiham irəli sürüldükdə və məhkəmə baxışı nəticəsində məhkəmə onlardan bəziləri üzrə bəraətverici sayılmayan əsaslarla icraata xitam verilməsi haqqında qənaətə gəldikdə, bu barədə hökmlə birlikdə ayrıca əsaslandırılmış qərar qəbul edir. Belə hallarda hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir ki, təqsirləndirilən şəxsin digər cinayətləri törətməkdə ittiham olunmasına dair hissədə cinayət işi üzrə icraata ayrıca qərarla xitam verilmişdir. 43.Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə ittiham olunmasına dair hissədə cinayət işi üzrə icraata ayrıca qərarla xitam verilmişdir. 44.Belə ki, təqsirləndirilən şəxsə verilmiş ittihamda cinayət əməlinin məhz qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi aparılan hərtərəfli məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. 45.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. 46.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin hər hansı iştirakçıları ilə aralarında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edilməmiş, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olması, həmçinin həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hər hansı şəxslə qabaqcadan əlbirliyi, yəni əvvəlcədən razılıq, əlbirlik nəticəsində əldə olunan və ya əldə olunacaq mənfəətin bölünməsi ilə bağlı sövdələşmə müəyyən olunmamışdır. 34.İstintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib satışı həyata keçirmək üçün şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girməsini... qeyd etmiş, lakin məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış iş materiallarında Təqsirləndirilən şəxs hər hansı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında istinad edilən cinayət əməlini törətməsi müəyyən edilməmişdir. 47.“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. İrəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. 48.İstintaq orqanı Təqsirləndirilən şəxs hərəkətlərini satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşımaqla saxlama və satma ilə bərabər həm də, bu əməlin predmetini təşkil edən narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs şəxs təşkil etmə kimi qiymətləndirib onun əməlini əlavə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif etmişdir. 49.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımasına dair digər şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməsində iştirakını təsdiq edən sübut müəyyən olunmamışdır. 50.Məhkəmənin bu qənaəti əməlin obyektiv tərəfinə aid hərəkət və hərkətsizliyi, subyektiv tərəfinə aid olan qəsdə aid əqli iştirakçılığını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə aid cinayət əməlinin törədilməsinin vaxtı, yeri və şəraitini təsdiq edən sübut müəyyən olunmaması baxımından da əsaslıdır. Çünki bu əlamətlər olmadan şəxsin əməlində cinayət olmasını ehtimal etmək hüquqi baxımdan istisna olunur. 51.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsində qeyd olunur ki, Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. 52.Məhkəmə, yuxarıda göstərilən halları və işin faktiki hallarını nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibi istisna olunur. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin xaric olunmasını əsaslı sayır. 53.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 54.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 55.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 56.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 57.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 58.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 59.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 60.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 83-cü bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. 61.Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ümumilikdə təmiz çəkisi 5,214 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»ya əsasən külli miqdardır. 62.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, təqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər sadəcə ümumi sözlərdən, formal xarakterli mülahizələrdən ibarət olmaqla əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 63.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 15 fevral 2024-cü il tarixli məktubdan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı hər iki dirsək və sol diz nahiyəsində üzəri qərtməkli yaralar, qarının ön divarında sıyrılmış yara müşahidə olunmuşdur. 64.Eyni zamanda, Azərbaycan Respublikası Baş Prokurorluğundan Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 13 avqust 2024-cü il tarixli məktubdan görünür ki, X4 polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin məlumatına Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində baxılmışdır. Müəyyən edilmişdir ki, X4 eyni məzmunlu müraciəti əsasında Binəqədi rayon prokurorluğunda material üzrə araşdırma aparılaraq 09 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. 65.Məhkəmə təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə aşkar edilməməsi, narkotik vasitənin onun boynuna qoyulması, ona təzyiq etdiklərinə görə boynuna alması məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərinə «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 66.Beləliklə məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə şəxsi axtarışının şərtlərinə, nəticələrinə etiraz etmək və sübutların əldə edilməsinə, istifadəsinə etiraz etmək üçün effektiv şəraitin təmin edilməməsi nəticəsinə gəlməyə əsasların olmadığı qənaətinə gəlir. 67.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 68.Məhkəmə həmçinin dindirilmiş şahidlər Şahid3, Şahid4 və Şahid5 ifadələrinə münasibətdə qeyd edir ki, onların təqsirləndirilən şəxsin xeyrinə müdafiə xarakterli ifadə vermələri istisna olunmur. Həmin ifadələr iş materialarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam təkzib olunur. 69.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 70.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşımaqla saxlaması və satması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. 71.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 72.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirli olmasının ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 73.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 74.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 75.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 76.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 77.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 78.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 79.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 80.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 81.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 82.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. 83.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 84.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, “bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar” residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 85.Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 aprel 2012-ci il tarixli və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli hökmləri ilə məhkum edildiyi cinayət əməllərinə münasibətdə məhkumluğu ödənilmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli hökmü ilə məhkum edildiyi cinayət əməllərinə münasibətdə məhkumluğu götürülmüşdür. 86.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 87.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 88.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 89.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 90.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 91.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 02 avqust 2023-cü il tarixdən hesablanmalıdır. 92.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 93.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 94.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 95.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanılma otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 5,094 qram çəkidə narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 96.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 97.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 98.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 220 (iki yüz iyirmi) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 99.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 100.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 90 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 540 (beş yüz qırx) manat təşkil edir. 101.Beləliklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssişlərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 540 (beş yüz qırx) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 19 saylıVəkil Bürosunun hesabına ödənilməlidir. 102.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 02 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 220 (iki yüz iyirmi) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 540 (beş yüz qırx) manat Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübutlar - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanılma otağında saxlanılan- Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 5,094 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Mahirə Kərimova

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar