Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1116/2024 09.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X14, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Qanuni nümayəndə, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X3 iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Şərur şəhəri, Hüseyn Cavid küçəsi, mənzil 2-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşamış barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29, 177.2.2, 29, 177.2.3-1, 234.1-1 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs oğiu saxlanc yerinə qanunsuz daxil olmaqla təkrarən özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, elektron məlumat daşıyıcılarından istifadə etməklə təkrar oğurluq etməyə cəhd etmiş və satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 19 iyun 2023-cü il tarixdə saat 13:18 dəqiqədə, Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsi 83 ünvanında yerləşən idman meydançasının soyunub geyinmə otağına gələrək orada saxlanc yeri hesab olunan paltar şkafına qanunsuz daxil olub içərisindən yetkinlik yaşına çatmayan Şahid3 tərəfindən qoyulmuş atası Qanuni nümayəndə məxsus 1800 manat dəyərində “İphone 13 Pro Max” markalı bir ədəd mobil telefonu üzərində olan 8 manat dəyərində ***-***-**-** saylı GSM nömrə ilə birlikdə gizli olaraq talayıb zərərçəkmiş şəxs Qanuni nümayəndə ümumilikdə 1808 (bir min səkkiz yüz səkkiz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 20 iyun 2023-cü il tarixdə saat 12:42 dəqiqədə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Bazarstore” adlı mağazaya gələrək orada saxlanc yeri hesab olunan müştərilərin əşyalarının saxlanılması üçün nəzərdə tutulan dəmir şkafın gözlüyünə qanunsuz daxil olub içərisindən Zərərçəkmiş şəxs2 məxsus 15 manat dəyərində bozqara rəngli bir ədəd əl çantasını, həmin çantanın içərisində 45 manat pulu, elektron məlumat daşıyıcısı olan “Unibank”a məxsus hesab kartını və 500 manat dəyərində “Alcatel” markalı bir ədəd planşeti gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 560 (beş yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, elektron məlumat daşıyıcılarından istifadə edib özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 20 iyun 2023-cü il tarixdə saat 13:08 dəqiqədə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 3673 saylı “Al Market” adlı mağazada bir qədər əvvəl oğurladığı Zərərçəkmiş şəxs2 məxsus elektron məlumat daşıyıcısı olan 416973******0390 nömrəli "xxxx" hesab kartından istifadə etməklə aldığı malların pulunu post terminal vasitəsilə ödəmək istəyərkən həmin kart Zərərçəkmiş şəxs2 bildirməsi ilə "xxxx" ASC tərəfindən bloklandığından ödənişi həyata keçirə bilməmiş və öz iradəsindən asılı olmayan səbəblərə görə oğurluq cinayətinə yönəldilmiş əməlini başa çatdıra bilməyərək elektron məlumat daşıyıcılarından istifadə etməklə Zərərçəkmiş şəxs2 127,69 manat məbləğində pulunu təkrar oğurlamağa cəhd etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını, vətəndaşın şəxsiyyət vəsiqəsini və digər mühüm şəxsi sənədini gizli olaraq talama məqsədilə 24 iyun 2023-cü il tarixdə saat 18:20 dəqiqədə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində yerləşən “Fame Mall” adlı mağazaya gələrək orada saxlanc yeri hesab olunan müştərilərin əşyalarının saxlanılması üçün nəzərdə tutulan dəmir şkafın gözlüyünün qapısını güc tətbiq edərək açıb qanunsuz daxil olub içərisindən Zərərçəkmiş şəxs3 məxsus 35 manat dəyərində qara rəngli, dəri materialdan olan bir ədəd əl çantasını, həmin çantanın içərisində 196 manat pulu, 550 manat dəyərində “Redmi Note 11” markalı bir ədəd mobil telefonu, üzərində olan 10 manat dəyərində ***-***-**-** saylı GSM nömrə ilə birlikdə, bir ədədi 10 manat olan cəmi 20 manat dəyərində iki ədəd qapı açarını, 15 manat dəyərində bir ədəd pul qabını, 2 manat dəyərində balansında isə 30 manat olan, cəmi 32 manat dəyərində bir ədəd metro gediş kartını, 2 manat dəyərində balansında isə 20 manat olan, cəmi 22 manat dəyərində bir ədəd metro gediş kartını gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 880 (səkkiz yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdır. Bundan başqa, o, naməlum vaxtda və mənbədən, naməlum şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,245 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 25 iyun 2023-cü il tarixdə saat 22:00 radələrində, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi “Ozan” dairəsi adlanan ərazidə saxlanılaraq ünvan 2 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş, orada həmin gün saat 23:20 dəqiqədə üzərinə videoçəkiliş tətbiqi ilə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində külli miqdarda təmiz çəkisi 2,245 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bütün oğurluq cinayətlərini etiraf edir. O, etiraf edir ki, o, Qanuni nümayəndə məxsus 1808 manatlıq “İphone” markalı mobil telefonu oğurlamış, həmin telefonu sataraq narkotik vasitə alıb istifadə etmişdir. Zərərçəkmiş şəxs2 məxsus planşet, bank kartları və nağd pulun olduğu çantanı oğurlamış və planşeti satmış, pulu da xərcləmişdir. “Fame Mail” ticarət mərkəzindən Zərərçəkmiş şəxs3 məxsus çantanı oğurlamış və çantada “Redmi” markalı bir ədəd mobil telefon, vəsiqə və s. əşyalar olmuşdur. O, həmin telefon qarşılığında narkotik olan metamfetamin almışdır. Sonuncu oğurluq hadisəsindən sonra Binəqədi RPİdə barəsində axtarış aparılmışdır. 25 iyun 2023-cü il tarixdə saat 17:00-da o 20 Yanvar ərazisində polis əməkdaşlarının qarşısına çıxanda üzərində narkotik vasitə yox imiş. Polis əməkdaşları onu Binəqədi RPİ-nin 6-cı PB-nə aparmışlar. Polis İdarəsində Kamal və Vüsal adlı polis əməkdaşları onu aldadaraq demişlər ki, əgər o yarım qram narkotik vasitəni üzərinə götürsə, oğurluq cinayətinə xitam verəcəklər və az cəza alacaq. O da az cəza almaq üçün yarım qram narkotik vasitənin üzərində olduğunu üstünə götürmüş və bütün sənədləri oxumadan imzalamışdır. Lakin ekspertiza rəyindən sonra bilmişdir ki, polis əməkdaşları ona yarım qram yox, 2 qram narkotik vasitəni üstünə qoymuşlar. Üzərindən aşkar edilmiş metamfetamin ona məxsus olmamışdır. Lakin qeyd etmək istəyir ki, o yalnız narkotik vasitə təsiri altında oğurluq edərək, əldə edilmiş əşyaları uçuz qiymətinə satıb, yenə də narkotik almışdır. CM-nin 326-cı maddəsi ilə əlaqədar, onu göstərir ki, onun sənədləri oğurlamaq niyyəti olmamış, oğurladığı çantanın içərisində sənədlərin olmasını bilməmiş, həmin sənədlər ona lazım deyilmiş və sənəd oğurlamaq istəməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onun anası ikinci dəfə ailə həyatı qurmuş və o anasından ayrı yaşayır. O, narkotik vasitələrdən tez-tez istifadə edir. Sadəcə polis əməkdaşları onu aldadaraq sənədləri imzalatmışlar. O, polis əməkdaşlarına inandığı üçün sənədləri oxumadan imzalamışdır. Polis əməkdaşları onu 17:00-da 20 Yanvar ərazisində tutmuşlar.Oğurluqları etiraf edir. Lakin zərərçəkmiş şəxslərə pulları ödəmək iqtidarında deyil. Onun ailəsindən yalnız anası həbs olunduğunu bilir. Əməlindən peşmandır. Elan olunmuş cinayət işinin 1-ci cild 32-34-cü vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. Binəqədi RPİ-nin 6-cı PB-nin Kamal və Vüsal adlı polis əməkdaşları onu aldadaraq demişlər ki, əgər o yarım qram narkotik vasitəni üzərinə götürsə, oğurluq cinayətinə xitam verəcəklər və az cəza alacaq. O da cəza az almaq üçün yarım qram narkotik vasitənin üzərində olduğunu üstünə götürmüş və protokola imza çəkmişdir. O, istintaq zamanı verdiyi ifadəni təsdiq etmir, onun məhkəmədə verdiyi ifadə doğrudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunmuş, ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 47-48, 1-ci cild 61-63-cü vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «...Təxminən 2 ildir ki, narkotik vasitə hesab olunan heroini çəkmək yolu ilə qəbul edirəm. xx.xx.2023-cü ildə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Kubinka adlanan yerdə anket məlumatlarını bilmədiyim, lakin üzdən tanıdığım şəxsdən, 01 sellofan bükümdə psixotrop maddə metamfetamin 30 manata aldım. Həmin psixotrop maddənin bir hissəsini istifadə etdim, qalan hissəsini isə üzərimdə gəzdirdim ki, bədənimdə ağrılar olan zaman qəbul edim. xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi Ozan dairəsi adlanan yerdə piyada gəzərkən mülki geyimli şəxslər mənə yaxınlaşdılar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirdilər. Daha sonra həmin polis əməkdaşları məni Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasına dəvət etdilər və mən razılaşaraq polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-nin 6cı PB-nə gəldim. Bundan sonra polis əməkdaşları tərəfindən mənə üzərimdə olan qeyriqanuni əşyaları könüllü təqdim etməyim təklif olundu və mən əynimdə olan şalvarımın sol yan cibindən içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoydum. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. Binəqədi RPİ-nin 6-cı PB-nin Kamal və Vüsal adlı polis əməkdaşları onu aldadaraq demişlər ki, əgər o yarım qram narkotik vasitəni üzərinə götürsə, oğurluq cinayətinə xitam verəcəklər və az cəza alacaq. O da cəza az almaq üçün yarım qram narkotik vasitənin üzərində olduğunu üstünə götürmüş və protokola imza çəkmişdir. O, istintaq zamanı verdiyi ifadəni təsdiq etmir, onun məhkəmədə verdiyi ifadə doğrudur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, “Siren” firmasında ekspeditor merçendayzer işləyir. 20 iyun 2023-cü il tarixdə saat 11:50 radələrində o sifariş götürmək üçün Biləcəri qəsəbəsində yerləşən “Bazarstore” adlı mağazaya getmişdir. O, əl çantasını mağazanın içərisində giriş qapısının yaxınlığında yerləşən dəmir dolabın yuxarı tərəfində yerləşən gözlərindən birinə qoymuşdur. Dolabın hər bir gözü kodla kilidləndiyi üçün o dolabın gözünü kodla kilidləməyi bacarmadığı üçün əl çantasını dolabın gözünü kodla kilidləmədən açıq qoymuşdur. Bundan sonra o mağazanın içərisində müdriyyətin yanında öz işi ilə məşğul olmuşdur. O, mağazadan çıxarkən çantasını götürmək üçün dolabın qarşısına getmişdir. O, dolabın yuxarı gözünə qoyduğu əl çantasının orada olmadığını görmüşdür. Çantasının içində planşeti, bank kartı və nağd pul var imiş. O, telefonla 102-yə zəng edərək çantasının oğurlanması barədə məlumat vermişdir. O, “Bazarstore” mağazasının içərisində mühafizəçinin köməkliyi ilə video müşahidə kamerasından təqsirləndiirlən şəxsin mağazadan çıxarkən dolaba yaxınlaşıb çantasını götürüb getdiyini görmüşdür. O, bank kartını dərhal bloklamışdır. Planşet şirkətin planşeti imiş və dəyəri 450-500 manat imiş, həmçinin çantada olan "xxxx" kartında 127 manat pul, 48 manat isə nağd pul var imiş. Təqsirləndiirlən şəxs planşeti satmışdır. Ona dəymiş zərər ödənilməmişdir. O, təqsirləndirilən şəxsdən şikayətçidir. O, təqsirləndirilən şəxsdən ona vurulmuş 682 manat maddi ziyanı tələb edir. Bank kartını blokladığından təqsirləndirilən şəxs kartdan çıxarış edə bilməmişdir. Ona dəymiş zərər ödənsə imiş, şikayətçi olmazmış. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, o, X10 uzun illər İstintaq Şöbəsində müstəntiq vəzifəsində işləmişdir. Oğlu Şahid3 orta məktəbin 8-ci sinifində oxuyur. O, 1800 manat pul müqabilində oğluna “İphone 13 pro max” markalı mobil telefon almışdır. 19 iyun 2023-cü il tarixdə oğlu Şahid3 ona zəng edərək ona məxsus “İphone 13 Pro Max“ mobil telefonun Nərimanov rayonu, 200 saylı məktəbin qarşısında yerləşən futbol meydançasının geyinmə kabinasından oğurlandığını bildirmişdir. Həyat yoldaşı və oğlu Şahid3lə Nərimanov RPİnin 16-cı PB-nə yaxınlaşaraq əirzə ilə müraciət etmişlər. Polis əməkdaşları ilə hadisə yerinə getmişlər və polis əməkdaşları hadisə yerinə baxış keçirmişlər. Videogörüntülərdən görünmüşdür ki, adını sonradan bildiyi Təqsirləndirilən şəxs geyim kabinəsinə girərək qarderobları açıb çantadan mobil telefonu götürərək qaçmışdır. Yalnız çantadan onun oğlunun telefonu oğurlanmışdır, digər əşyalar oğurlanmamışdır. Təqsirləndirilən şəxs zərəri ödəməmişdir. O, təqsirləndirilən şəxsdən şikayətçidir. O, təqsirləndirilən şəxsdən 1808 manat maddi ziyanı tələb edir. Oğlu anasının iştirakı ilə dindirilmiş, mobil telefon onun mülkiyyətində olduğundan zərərçəkmiş şəxs qismində o tanınır. O, təqsirləndirilən şəxsin telefonu satdığı şəxslərə telefonun satılma dəyərini də ödəməyə hazırdır, təki telefon oğluna geri qaytarılsın, çünki telefon onun doğum günü hədiyyəsi imiş. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, 24 iyun 2023-cü il tarixdə saat 18:00 radələrində Biləcəri ərazisində yerləşən “Fame Mail” ticarət mərkəzinə daxil olaraq saxlama yerinə çantasını yerləşdirərək açarla bağlamış və açarı cibinə qoymuşdur. O, ticarət mərkəzinin ikinci mərtəbəsinə qalxanda saxlama yerini bağlayıb-bağlamadığını dəqiqləşdirmək üçün yenidən aşağı mərtəbəyə enib saxlama yerinə yaxınlaşmışdır. O, saxlama yerini təkrar yoxladıqdan sonra 5 dəqiqə ərzində ikinci mərtəbədə olmuşdur. 5 dəqiqədən sonra o saxlama yerinə yaxınlaşanda qapı açıq imiş, nəzarətçi isə telefonunda oyun oynayırmış. Nəzarətçinin telefonundan öz telefonuna zəng etsə də telefonuna zəng çatmamışdır. O, DİN-nin 102 xidmətinə zəng etmişdir. Binəqədi RPİ-nin əməkdaşları ticarət mərkəzinə gəlmişlər. Onun çantasında kreditini ödədiyi 700-800 manatlıq mobil telefon, 200-250 manat nağd pul, şəxsiyyət vəsiqəsi, işə giriş-çıxış kartı var imiş. O, təqsirləndirilən şəxsdən ona vurulmuş 880 manat maddi ziyanı tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 24 iyun 2023-cü il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs3 Biləcəri ərazisində yerləşən “Fame Mail” ticarət mərkəzində ticarət mərkəz rəhbərinin mobil telefonundan zəng edərək çantasının oğurlandığını, çantasında telefonun, nağd pulunun, evin açarının, şəxsiyyət vəsiqəsinin olduğunu bildirmişdir. Belə ki, əslində onlar həmin gün rayona həyat yoldaşının vəfat edən atasının qəbir daşını düzəltdirmək üçün gedəcəklərindən həyat yoldaşı çantasına ikisinin də sənədləri və mənzilin açarını qoymuşdur. Evin açarı oğurlandığından onlar öz mənzilinin qapısını sındıraraq evə daxil olmuşlar. Beləliklə, onlara dəymiş zərər əslində daha çoxdur. O, təqsirləndirilən şəxsdən 880 manat maddi ziyanı tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməsi, istifadə etməsi və üzərində saxlamaqla Binəqədi rayonu ərazisində daşıması barədə 25 iyun 2023-cü il tarixdə əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri əməliyyat müvəkkili Şahid1 imiş. Əməliyyat müvəkkili Şahid1 və ondan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. 25 iyun 2023-cü il tarixdə saat 22:00 radələrində o Şahid1la birlikdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi “Ozan dairəsi” yaxınlığında olduğunu görmüşlər və Təqsirləndirilən şəxs saxlayıb psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu demişlər. Onlar Təqsirləndirilən şəxs polis bölməsinə dəvət etmişlər. X16 Hüseynliyə hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən bir ədəd büküm çıxarıb bükümdəki maddənin “patı” kimi tanıdığı metamfetamin olduğunu, metamfetamini “Kubinka” adlanan ərazidə tanıdığı şəxsdən 30 manat pulun müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq və təsir olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs saxlayarkən üzərinə baxış keçirməmişlər. Onlar polis bölməsində onun üzərinə baxış keçirmişlər. Onlar Təqsirləndirilən şəxs aldadaraq narkotik vasitəni boynuna götürdüyü təqdirdə oğurluq cinayətinə xitam veriləcəyini və az cəza alacağını deməmişlər, bu şər və böhtandır. Əməliyyat məlumatı digər əməkdaşa narkotik vasitə ilə bağlı daxil olmuş, oğurluq cinayəti ilə bağlı daxil olmamışdır. Onlara sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs digər bölmələrin ərazisində oğurluq cinayəti törətmişdir. O, şəxsi axtarış zamanı iştirak etmiş, amma uzun müddət keçdiyindən vidoeçəkiliçiş zamanı müdafiəçinin iştirakını dəqiq xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid3 ifadəsindən görünür ki, o, 200 saylı məktəbin 8-ci sinfində oxumuşdur. 2023-cü ilin iyun ayında onun atası Devran özünə “İphone 13 pro max” markalı bir ədəd mobil telefon almışdır. Atası həmin telefonu yaxşı istifadə edə bilmədiyi üçün o, bəzi vaxt telefonu götürüb istifadə etmişdir. O, telefonda ***-***-**-** nömrə istifadə etmişdir. 19 iyun 2023-cü il tarixdə saat 12:30 radələrində o, Nərimanov rayonunda yerləşən 200 nömrəli orta məktəbin yaxınlığında yerləşən futbol meydançasına futbol oynamaq üçün gedərkən telefonu da özü ilə götürmüşdür. Saat 13 radələrində futbol oyunundan əvvəl o, həmin telefonu soyunub-geyinmə otağında olan şkafa sinif yoldaşı Babəkin idman çantasına qoymuşdur. Sonra o, uşaqlarla birlikdə futbol meydançasına gedərək futbol oynamağa başlamışdır. Saat 14 radələrində futbol oyunu bitdikdən sonra onlar soyunub-geyinmə otağına gəlmişlər. Həmin vaxt Babəkin idman çantası şkafda olsa da, çantaya qoyduğu telefonun yerində olmadığını görmüşdür. O, futbol oynadığı uşaqlarla birlikdə şkafı axtarmış, lakin, telefonu tapa bilməmişdir. O, yaşadığı evə gedərək telefonun oğurlandığını anası Şəlaləyə demişdir. Anası Şəlalə 16-cı polis bölməsinə telefonun oğurlanması barədə ərizə yazmışdır. Sonra polis əməkdaşları ilə birlikdə soyunub-geyinmə otağına getmişlər. O, telefonu qoyduğu şkafı göstərmiş, polis əməkdaşı fotoşəkillər çəkmiş və sonra soyunub-geyinmə otağının video müşahidə kamerasına baxmışlar. Həmin vaxt onlar tanımadığı bir nəfər cavan oğlanın otağa daxil olub şkafdan telefonu oğurladığını görmüşlər. Atası Devrana məxsus oğurlanmış telefon “İphone 13 pro max” markalı, gümüşü rəngli, təzə formada, cəmi 10 gün istifadə edilmiş, işlək vəziyyətdə olmuşdur. Telefonda ***-***-**-** saylı nömrə olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 6-cı PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 25 iyun 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində psixotrop maddə əldə etməsi, daşıması, istifadəsi və satması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 1-ci cild 4-5-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 6-cı PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 25 iyun 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində psixotrop maddə əldə etməsi, daşıması, istifadəsi və satması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cild 30-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 25 iyun 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ona təqdim edilmiş müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış və götürmə aparılmasına etiraz etməmişdir. Cinayət işinin 1-ci cild 32-34-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 25 iyun 2023-cü il tarixdə tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə, paltarında, cibində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində başqa bir əşyanın olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, başqa maddə və ya əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümdə “şüşə” adı ilə tanıdığı metamfetamin olduğunu, metamfetamini 25 iyun 2023-cü il tarixdə günorta saatlarında tanımadığı şəxsdən 30 manata “Kubinka” adlanan ərazidən, şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş büküm qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “Panasonic” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 42-45-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyun 2023-cü il tarixli 6/3550 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "... Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,245 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 1-ci cild 247-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 oktyabr 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin videoçəkilişinin olduğu bir ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı, sonuncuya götürülməli olan əşya və sənədləri könüllü surətdə təhvil verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən bir ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin sellofan bükümdəki maddənin “patı” ilə tanınan metamfetamin olduğunu, metamfetamini “Kubinka” adlanan ərazidə çoxdan tanıdığı şəxsdən 30 manat pulun müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, başqa heçnə aşkar edilməmişdir. Həmin büküm açılmış, içərisində ağ rəngli, kristallik formada metamfetaminə bənzər maddənin olduğu görünmüşdür. Bundan sonra içərisində metamfetaminə bənzər maddənin olduğu bir ədəd büküm ağ rəngli zərfdə qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri imzalandıqdan sonra götürülmüşdür. Cinayət işinin 2-ci cild 17-19-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 oktyabr 2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə aparılmışdır. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edib Şahid1 üzünə qarşı desə də, sonuncu bildirmişdir ki, Təqsirləndirilən şəxs yalan ifadə vermişdir. Belə ki, o, polis əməkdaşı Şahid2la birlikdə Nicatı tutduqdan sonra birbaşa 6-cı polis bölməsinə aparıb X11a təhvil vermişlər. X11 tərəfindən videoçəkiliş tətbiqi ilə Nicatın üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin şəxsi axtarışdan əvvəl o və ya başqa bir polis əməkdaşı Nicatın üzərinə baxmamış, hər hansı bir müdaxilə etməmişlər. O, Nicatın ciblərini yoxlamamış, Nicatın etdiyi oğurluğun əvəzində sonuncunu metamfetaminlə sənədləşdirməyi təklif etməmiş, oğurluqlara xitam veriləcəyini bildirməmişdir. O, Nicata bir büküm metamfetamin verməmiş, həmin bükümü cibinə qoymağını, videoçəkiliş zamanı çıxarmağını, Nicata məxsus olduğunu deməyini bildirməmişdir. Şəxsi axtarış zamanı Nicatın üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə sonuncuya məxsus olmuş və ekspert rəyindən sonra həmin maddənin metamfetamin olduğu və 2,245 qram miqdarında olduğu müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 20-22-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 oktyabr 2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında üzləşdirmə aparılmışdır. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edib şahid Təqsirləndirilən şəxs üzünə qarşı desə də, sonuncu bildirmişdir ki, Təqsirləndirilən şəxs yalan ifadə vermişdir. Belə ki, o, polis əməkdaşı Şahid1la birlikdə Nicatı tutduqdan sonra birbaşa 6-cı polis bölməsinə aparıb X11a təhvil vermişlər. X11 tərəfindən video çəkiliş tətbiqi ilə Nicatın üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin şəxsi axtarışdan əvvəl o, Kamal və ya başqa bir polis əməkdaşı Nicatın üzərinə baxmamış, hər hansı bir müdaxilə etməmişlər. O və ya Kamal Nicatın ciblərini yoxlamamış, Nicatın etdiyi oğurluğun əvəzində sonuncunu metamfetaminlə sənədləşdirməyi təklif etməmiş, etdiyi oğurluqlara xitam veriləcəyini bildirməmişlər. Kamal və ya o, Nicata bir büküm metamfetamin verməmiş, həmin bükümü cibinə qoymağını, video çəkiliş zamanı çıxarmağını, Nicata məxsus olduğunu deməyini bildirməmişlər. Şəxsi axtarış zamanı Nicatın üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə sonuncuya məxsus olmuş və ekspert rəyindən sonra həmin maddənin metamfetamin olduğu və 2,245 qram miqdarında olduğu müəyyən edilmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 1-ci cild 80-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs3 Nəşrəvan qızının 24 iyun 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, xx.xx.2023-cü il tarixdə, axşam saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində yerləşən “Fame mall” mağazasından saxlanc yerinə qoyulmuş, ona məxsus mobil telefon, 160 manat nağd pul, bank kartları, özünə və həyat yoldaşına məxsus şəxsiyyət vəsiqələri, iş vəsiqəsi, mənzilin açarı çantası ilə birlikdə naməlum şəxs tərəfindən oğurlanmışdır. Cinayət işinin 1-ci cild 81-83-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 iyun 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs3 Nəşrəvan qızının iştirakı ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən “Fame Mail” adlı mağazaya baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs3 məxsus bir ədəd çantanın içərisindəki əşyalarla birlikdə mağazanın içərisindəki dolabdan oğurlandığı müəyyən edilmişdir. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 209-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 31 avqust 2023-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs3 istintaqa təqdim etdiyi bir ədəd “CD” diskə baxış keçirilmişdir. Baxış zamanı diskdə 13 saniyədən ibarət bir ədəd videogörüntünün olduğu müəyyən edilmişdir. Həmin videogörüntüdə 24 iyun 2023-cü il tarixdə saat 18:20 dəqiqədə əynində ağ rəngli qısaqol futbolkanın, açıq göy rəngli şalvarın və qara rəngli ayaqqabının olduğu bir nəfər kişi cinsinə bənzər şəxsin “Fame Mall” adlı mağazanın içərisindən çıxışına doğru addımladığı, orada yerləşən şkafın qarşısına çatdığını, əli ilə şkafın yuxarı gözünü dartıb kilidi sındırmaqla həmin gözü açdığını, şkafın həmin gözündən bir ədəd çantanı götürüb mağazanı tərk etdiyi görünmüşdür. Cinayət işinin 1-ci cild 87-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsindən daxil olmuş 26 iyun 2023-cü il tarixli məktubdan görünür ki, Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində yerləşən “Fame Mall” mağazasından Zərərçəkmiş şəxs3 qızma məxsus bir ədəd çantanı içərisində olan əşyalarla birlikdə Təqsirləndirilən şəxs oğurladığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs3 məxsus oğurlanmış əşyalardan ona məxsus bir ədəd xidməti vəsiqə, bir ədəd şəxsiyyət vəsiqəsi, Təqsirləndirilən şəxs iştirakı ilə saxladığı yerdən aşkar edilmişdir. Cinayət işinin 1-ci cild 90-91-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 iyun 2023-cü il tarixli “Könüllü təqdim etmə barədə” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus şəxsiyyət vəsiqəsini, Azərbaycan Respublikası Prezidentinin işlər idarəsinə aid xidməti vəsiqəni və Azərbaycan Respublikası Dövlət Sosial Sığorta Şəhadətnaməsini könüllü şəkildə təqdim edərək həmin sənədləri 24 iyun 2023-cü il tarixdə saat 18:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən “Fame Mall” mağazasının giriş hissəsində yerləşən dolabdan oğurladığı çantanın içərisindən aşkar etdiyini bildirmişdir. Həmin sənədlər götürülmüşdür. Cinayət işinin 1-ci cild 101-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış X1 19 iyun 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, xx.xx.2023-cü ildə Nərimanov rayonu, F.X.Xoyski küçəsi 83 saylı ünvanda yerləşən idman meydançasının soyunub-geyinmə otağında oğlu 2010-cu il təvəllüdlü Şahid3 məxsus “İphone 13 pro max” markalı mobil telefonun oğurlandığını bildirmişdir. Cinayət işinin 1-ci cild 105-106-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 iyun 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid3 və X2 iştirakları ilə ünvan 3 ünvanda yerləşən futbol meydançasının soyunub-geyinmə otağına baxış keçirilmiş, baxış zamanı Şahid3 həmin otaqda yerləşən dolabı göstərib mobil telefonun oradan oğurlandığını bildirmişdir. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 109-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsindən daxil olmuş 07 iyul 2023-cü il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid3 məxsus telefonu Təqsirləndirilən şəxs oğurladığı müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 248-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 oktaybr 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 19 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsi 83 ünvanında yerləşən idman meydançasının soyunub-geyinmə otağındakı şkafdan Qanuni nümayəndə məxsus “İphone 13 Pro Max” markalı bir ədəd mobil telefonun oğurlanmasının videogörüntüsünün olduğu cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd “CD” diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı videogörüntülərdə 19 iyun 2023-cü il tarixdə saat 13:18 dəqiqədə əynində ağ rəngli qısaqol futbolka, qara rəngli şalvar olan bir nəfər kişi cinsinə bənzər şəxsin əlində çanta ilə Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsi 83 ünvanında yerləşən idman meydançasının həyətində gəzişdiyi, sonra həmin idman meydançasının soyunub-geyinmə otağına daxil olduğu, şkafı açıb oradan bir ədəd mobil telefon götürdüyü və sonra həmin otağı tərk etdiyi görünür. Baxışda iştirak etmiş Təqsirləndirilən şəxs videogörüntüdə olan şəxsin o, olduğu, idman meydançasına daxil olarkən əlində olan çantanın özünə məxsus olduğunu, şkafın qapısını açıb orada olan idman çantasından bir ədəd mobil telefon götürdüyünü, otaqdan çıxdığını, götürdüyü bir ədəd mobil telefonun “İphone” markalı olduğunu, həmin telefonu üzdən tanıdığı, lakin, adını bilmədiyi qaraçı-dilənçi şəxsə satdığını, əvəzində 200 manat pul və bir büküm heroin aldığını, həmin heroini istifadə etdiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 126-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs2 20 iyun 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Bazarstore” adlı mağazadakı dolabdan ona məxsus şəxsi əşyalarının oğurlandığını bildirmişdir. Cinayət işinin 1-ci cild 127-130-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 20 iyun 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 iştirakı ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Bazarstore” adlı mağazaya baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs2 məxsus bir ədəd çantanın içərisindəki əşyalarla birlikdə mağazanın içərisindəki dolabdan oğurlandığı müəyyən edilmişdir. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 134-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsindən daxil olmuş 26 iyun 2023-cü il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Bazarstore” mağazasında olan dolabdan Zərərçəkmiş şəxs2 məxsus içərisində planşet olan çantanı Təqsirləndirilən şəxs oğurladığı müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 168-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 avqust 2023-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsində “Bazarstore” mağazasında olan dolabdan içərisində Zərərçəkmiş şəxs2 məxsus planşetin olduğu çantanın oğurlanmasının video görüntüsünün olduğu təqdim etdiyi bir ədəd “CD” diskə baxış keçirilmişdir. Baxış zamanı diskdə olan 08 saniyədən ibarət videoçəkilişdə 20 iyun 2023-cü il tarixdə saat 12:42 dəqiqədə əynində ağ rəngli qısaqol futbolkanın və qara rəngli şalvarın olduğu bir nəfər kişi cinsinə bənzər şəxsin “Bazarstore” adlı mağazanın içərisindən, kassa tərəfdən mağazanın çıxışına doğru addımladığı, mağazanın içərisində yerləşən şkafın qarşısına çatdığı və şkafın yuxarı gözündən bir ədəd çantanı götürüb mağazanı tərk etdiyi, mağazada olan digər şəxslərin həmin şəxsin çantanı oğurladığını görmədikləri və hər hansı bir müdaxilə etmədiyi görünmüşdür. İki ədəd fotoşəkildə, 25, 23 və 07 saniyədən ibarət üç ədəd videogörüntündə əynində ağ rəngli qısaqol futbolkanın və qara rəngli şalvarın olduğu həmin bir nəfər kişi cinsinə bənzər şəxsin başqa bir mağazada kassanın qarşısında dayandığı, əlində bir ədəd pul qabının, bank kartının olduğu və kassirin həmin şəxsin təqdim etdiyi bank kartları ilə post terminal vasitəsilə əməliyyat apardığı görünmüşdür. Mobil telefonda olan sms-lər bölməsinə daxil olduqda həmin bölmənin “gələn smslər” hissəsində Kapital Bankdan Zərərçəkmiş şəxs2 məxsus mobil telefona “İmtina: Şübhəli əməliyyat, 4169**0390 Alış Al MARKET 3673 Bakı Azərbaycan 13:08, xx.xx.2023” məzmununda sms daxil olmuşdur. X17 kartı üzrə çıxarışından görünür ki, Zərərçəkmiş şəxs2 məxsus 416973******0390 nömrəli bank kartının balansında 11 may 2023-cü il tarixdən 14 iyul 2023-cü il tarixədək olan müddət ərzində 127,69 manat pul olmuşdur. X7 çıxarışından görünür ki, Zərərçəkmiş şəxs2 məxsus Unibank bank kartının balansında 16 iyun 2023-cü il tarixdən 10 iyul 2023-cü il tarixədək olan müddət ərzində pul olmamışdır (0,00 manat). Cinayət işinin 2-ci cild 48-50-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2023-cü il tarixli 9/7661 nömrəli rəyindən görünür ki, analoji malların markası, modeli, orta texniki göstəricilərinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir: - Zərərçəkmiş şəxs3 Nəşrəvan qızına məxsus mallar - 334,00 manat; - Zərərçəkmiş şəxs2 məxsus mallar - 5,00 manat; - Qanuni nümayəndə məxsus mallar - 1604,00 manat. Qərarda qeyd edilən Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd “Alcatel” markalı, təxminən 7-8 ay müddətində istifadə edilmiş, işlək vəziyyətdə və qara rəngli planşet haqqında kifayət qədər məlumat (modeli, istehsal yeri və digər texniki göstəriciləri barədə) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Zərərçəkmiş şəxs3 Nəşrəvan qızına məxsus mallar: - qara rəngli, dəri materialdan, yuxarı tərəfdən zəncirbəndlə açılıb-bağlanan olmuş və təxminən dörd ay əvvəl alınmış bir ədəd çanta - qiyməti 15 manat, - iki ədəd qapı açarı bir ədədi 5 manat, ümumi qiyməti - 10 manat, - “Redmi Note 11” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla (telefon göy rəngli, təxminən 10 ay əvvəl alınmış, təzə formada, işlək vəziyyətdə olması nəzərə alınmaqla) bir ədəd - qiyməti 300 manat. - ***-***-**-** saylı GSM nömrə bir ədəd - qiyməti 4 manat. - qəhvəyi rəngli pul qabı bir ədəd - qiyməti 4 manat. Zərərçəkmiş şəxs2 məxsus mallar: - “Alcatel” markalı planşet (təxminən 7-8 ay müddətində istifadə edilmiş, işlək vəziyyətdə və qara rəngli olmuşdur) - aydın deyil. - çanta (çanta idman formasında, boz-qara rəngli olmuş, 2023-cü ilin mart ayında alınmışdır) - qiyməti 5 manat. Qanuni nümayəndə məxsus: - “İphone 13 pro max” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla (telefon gümüşü rəngli, təzə formada, cəmi 10 gün istifadədə olması və işlək vəziyyətdə olması nəzərə alınmaqla) - qiyməti 1600 manat. - ***-***-**-** saylı GSM nömrə - qiyməti 4 manat. Tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Cinayət işinin 2-ci cild 122-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 25 oktyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, barəsində keçiriləcək ifadənin yerində yoxlanması zamanı müdafiəçinin iştirakı olmamasına etiraz etməmişdir. Cinayət işinin 2-ci cild 123-126-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 25 oktyabr 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmışdır. İfadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Avtovağzalın yaxınlığında körpünün altında kənar hissəsindən keçən boruların arasını göstərib 24 iyun 2023-cü il tarixdə Fame Mall mağazasından oğurladığı çantanın içərisindən götürdüyü vəsiqələri, bank kartları və mağaza kartlarını orada gizlətdiyini, araşdırma zamanı həmin əşyaları təqdim etdiyini bildirmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 2-cild 44-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsindən daxil olmuş 21 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs oğurladığı Qanuni nümayəndə məxsus “İphone 13 Pro Max” markalı bir ədəd mobil telefonu satdığı şəxsin şəxsiyyətini, həmin telefonun harada və kimdə olduğunu, “Bazarstore” adlı mağazadan oğurladığı Zərərçəkmiş şəxs2 məxsus “Alcatel” markalı bir ədəd planşeti Nəsimi rayonu “Kubinka” adlanan ərazidə verib əvəzində bir büküm heroin aldığı şəxsin şəxsiyyətini, həmin planşetin harada və kimdə olduğunu, “Fame Mall” adlı mağazadan oğurladığı Zərərçəkmiş şəxs3 məxsus “Redmi” markalı bir ədəd mobil telefonu Nəsimi rayonu “Kubinka” adlanan ərazidə verib əvəzində bir büküm metamfetamin aldığı şəxsin şəxsiyyətini, həmin telefonun harada və kimdə olduğunu, üzərindən aşkar edilərək götürülmüş 2,245 qram miqdarında psixotrop maddə metamfetamini aldığı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2,245 qram miqdarında psixotrop maddə metamfetamin ona məxsus olmuş, o, həmin maddələrin istifadəsi ilə məşğul olmuşdur. Cinayət işinin 2-ci cild 97-100-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis kapitanı X8 24 oktyabr 2023-cü il tarixli ********* nömrəli cinayət işindən ayrıca icraata cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin mənbəyini müəyyən etmək üçün hazırki cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə, oğurluq cinayətlərində özünü təqsirli bildiyini, lakin, CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilmədiyini, narkotik vasitədən istifadə etsə də, saxlanılan zaman üzərində narkotik vasitə olmadığını, polis əməkdaşlarının ona narkotiki boynunu götürsə, oğurluq cinayətinə xitam veriləcəyini bildirdiyi üçün istintaq zamanı narkotik vasitəni boynuna götürdüyünü bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadə verməsini, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı rəylə müraciət edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 326.2-ci maddəsi üzrə verilmiş ittihamdan imtina edərək, həmin maddə ilə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, dövlət ittihamçısının rəyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməlidir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29, 177.2.2, 29, 177.2.3-1, 234.1-1-ci maddələri ilə düzgün olaraq tövsif olunmuş, o həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən “metamfetamin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Plenum qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 2-ci bəndində qeyd edilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin qərarın 7-ci bəndində qeyd olunur ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 19-cı bəndində qeyd olunur ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəainin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 2-ci cild 45-46-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 18 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 1-ci cild 230-231-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburinarkoloji tibbi yoxlamanın 03 avqust 2023-cü il tarixli, 4945 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bir neçə narkotik vasitələrin və psixotrop maddələrin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (NARKOMANİYA) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cəza təyin edərkən, məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» 30 aprel 2021-ci il tarixli qərarın müddəallarını da nəzərə alır. Belə ki, qərarın 15-ci bəndində qeyd edilmişdir ki, şəxs bir neçə başa çatmamış cinayət törətmişsə onlardan hər birinə görə cəza Cinayət Məcəlləsinin 63-cü maddəsinə uyğun təyin edilir, lakin cinayətlərin məcmusu üzrə qəti cəza Cinayət Məcəlləsinin 66.2 və 66.3-cü maddələri ilə müəyyən edilən qaydalara uyğun olmalıdır. Başa çatmış və başa çatmayan cinayətlərin çoxluğu cinayətlərin təkrar törədilməsi əlaməti üzrə Cinayət Məcəlləsinin bir maddəsi ilə deyil, başa çatmayan və başa çatmış cinayətlərin məcmusu kimi tövsif edildiyi, yəni başa çatmış və başa çatmayan cinayətlərin istər real, istərsə də ideal məcmusu olduğu hallarda təqsirkar şəxsə cəza da cinayətlərin məcmusuna görə cəzaların təyin edilməsi qaydalarına riayət olunmaqla təyin olunmalı, yəni Cinayət Məcəlləsinin 66.1-ci maddəsi tələb etdiyi kimi əvvəlcə cinayətlərin məcmusuna daxil olan hər bir cinayətə, o cümlədən başa çatmış və CM-in 66-cı maddəsinin müəyyən etdiyi hədlər daxilində başa çatmayan cinayətə görə ayrı-ayrılıqda cəzalar təyin edilməli və daha sonra məcmuya daxil olan cinayətlərin təsnifatından asılı olaraq CM-in 66.2 və yaxud 66.3-cü maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə qəti cəzanın müddəti və ya həcmi müəyyən olunmalıdır. Başa çatmış və başa çatmayan cinayətlərin məcmusu üzrə birbaşa vahid cəzanın təyin edilməsi cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi qaydalarına zidd olmaqla yanaşı həm də ona görə yolverilməzdir ki, başa çatmayan cinayətlərə görə cəzanın CM-in 63-cü maddəsinə müvafiq olaraq təyin edilməli olmasını, yəni həmin maddəyə görə məcmuya daxil olan başa çatmayan və başa çatmış cinayətlər üzrə sanksiyaların fərqli olduğunu nəzərə almır.” Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 25 iyun 2023cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 20-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 70- 72-ci vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyun 2023-cü il tarixli, 4(001)-687/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 25 iyun 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2,195 qram miqdarında psixotrop maddə - metamfetamin məhv edilməli, Zərərçəkmiş şəxs3 məxsus 18 dekabr 2019-cu il tarixdə Asan3 tərəfindən verilmiş, etibarlılıq müddəti 17 dekabr 2029-cu il tarixədək olan AA******* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin V-171 nömrəli vəsiqəsi və **********967 nömrəli Azərbaycan Respublikası Dövlət Sosial Sığorta Şəhadətnaməsinin qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 131 (yüz otuz bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 27 dekabr 2023-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ona vurulmuş 682 manatı tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 27 dekabr 2023-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ona vurulmuş 880 manatı tələb etdiyini, təqsirləndirilən şəxslə barışmadığını, şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 Nəşrəvan qızı 27 dekabr 2023-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ona vurulmuş 880 manatı tələb etdiyini, təqsirləndirilən şəxslə barışmadığını, şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Qanuni nümayəndə 27 dekabr 2023-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ona vurulmuş 1808 manatı tələb etdiyini, təqsirləndirilən şəxslə barışmadığını, şikayətçi olduğunu bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərərçəkmiş şəxslər Qanuni nümayəndə, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X4 dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslər Qanuni nümayəndə, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X6 cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək dəymiş ziyanla bağlı mülki iddia vermədiklərindən onlara Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29, 177.2.2, 29, 177.2.3-1, 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.2, 29, 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2,195 qram miqdarında psixotrop maddə - metamfetamin məhv edilsin. Zərərçəkmiş şəxs3 məxsus 18 dekabr 2019-cu il tarixdə Asan3 tərəfindən verilmiş, etibarlılıq müddəti 17 dekabr 2029-cu il tarixədək olan AA******* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin V-171 nömrəli vəsiqəsi və **********967 nömrəli Azərbaycan Respublikası Dövlət Sosial Sığorta Şəhadətnaməsinin qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 131 (yüz otuz bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə zərərçəkmiş şəxslər Qanuni nümayəndə, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X4 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1116/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1116/2024
09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver