Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1117/2020 29.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, müdafiəçilər: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə açıq məhkəmə iclasında, xx.xx.2001-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 4 qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.5 və 228.4-cü maddələri ilə; xx.xx.1997-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayon Musalı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən soyuq silah hesab edilən və təyinatı üzrə istifadəyə yararlı olan zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edib yüngül dərəcəli sərxoş vəziyyətdə üzərində gəzdirərkən, xx.xx.2019-cu il tarixdə gecə saat 01:45 radələrində Gəncə st. Xətt polis şöbəsinin PPX-nin əməkdaşları tərəfindən Gəncə dəmir yolu vağzalının gözləmə zalının qarşısında saxlanılıb polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman həmin soyuq silah hesab edilən ov bıçağı aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə, saat 15 radələrində özgənin əmlakını gizli yolla talama məqsədilə tanışları X11 və X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Gəncə şəhəri, Məhsəti Gəncəvi qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs4 məxsus saxlanc yeri olan yaşayış evinin həyətinə daş hasardan qanunsuz daxil olaraq, evin plastik pəncərəsini, təzyiq göstərib açmaqla evə daxil olub, evdən sonuncunun mülkiyyətində olan 1 ədəd 1000 manat dəyərində qızıl qolbağı, 1 ədəd 1800 manat dəyərində qızıl boyunbağını, 2000 manat dəyərində nəğd pulu, 1 ədəd 60 manat dəyərində “Lucy Pro” markalı su nasosu olan gidraforu, 1 ədəd 60 manat dəyərində laqondanı, 1 ədəd 65 manat dəyərində DVD playeri, 1 ədəd 70 manat dəyərində “Starsat” markalı peyk kanalları qəbul edici antennanı və 300 manat dəyərində geyim əşyalarından ibarət ümumilikdə Zərərçəkmiş şəxs4 5355 manat dəyərində əmlakını gizli yolla talayıb ona xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2019-cu il tarixdə gecə saat 03 radələrində özgənin əmlakını gizli yolla talama məqsədilə tanışları X10 və X11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Gəncə şəhəri Azərbaycan küçəsi1 saylı ünvanda yerləşən saxlanc yeri olan “xxxxxxxxx” mağazasının qapısını sonuncu əvvəlcədən özü ilə götürdüyü dəmir mismarçıxaran alətlə təzyiq göstərib açmaqla hər üçü birlikdə mağazaya qanunsuz daxil olub, mağazadan 370 manat dəyərində müxtəlif adda olan siqaretləri və 60 manat dəyərində ərzaq məhsullarını gizli yolla talayaraq, hüquqi şəxs “xxxxxxxxx” mağazasına cəmi 430 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2019-cu il tarixdə gecə saat 03 radələrində özgənin əmlakını gizli yolla talama məqsədilə tanışları X10, X7 və X11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Gəncə şəhəri Heydər Əliyev prospekti 281 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus saxlanc yeri olan “Böyük Ucuzluq” adlanan mağazanın giriş qapısının 100 manat dəyərində şüşəsini sonuncu əvvəlcədən özü ilə götürdüyü dəmir mismarçıxaran alətlə sındırmaq yolu ilə mağazaya daxil olub, oradan 106 manat nəğd pulu gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2019-cu il tarixdə gecə saat 02 radələrində özgənin əmlakını gizli yolla talama məqsədilə tanışları X11 və X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Gəncə şəhəri, Heydər Əliyev prospekti 163 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 icrarə əsasında işlətdiyi saxlanc yeri olan “Tağıyev Shoping” adlı mağazanın giriş qapısına təzyiq göstərib açmaqla mağazaya daxil olub sonuncuya məxsus 900 manat nəğd pulu və hər birinin dəyəri 500 manat olan 2 ədəd notebook tipli kompüterlərdən ibarət ümumilikdə Zərərçəkmiş şəxs3 Məmməd oğlunun 1900 manat dəyərində əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2019-cu il tarixdə saat 08:40 radələrində özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, ünvan 8 saylı evin həyətində yetkinlik yaşına çatmayan, xx.xx.2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 silah qismində istifadə etdiyi bıçaqla ona həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib sonuncunun 1 manat pulunu ələ keçirərək quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş bütün epizodlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 4 qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. xx xxxxx 2019-cu il tarixdə saat təxminən 20 radələrində Gəncə dəmiryolu vağzalının yaxınlığında olan “Dostumun çay evinə” gedib orada tanışları Nurlan və Sahil ilə bir neçə bakal pivə içmiş, sərxoş olduğu üçün kafedən çıxıb vağzalın gözləmə zalının qarşısında ucadan səs-küy salmışlar. Bu səbəbdən dəmiryol polis şöbəsinin əməkdaşları onlara yaxınlaşıb polis şöbəsinə aparmışlar. Orada şəxsi axtarış zamanı üzərindən bir ədəd ov bıçağı aşkar olunaraq götürülmüşdür. Həmin bıçağı hadisədən bir neçə gün əvvəl məhəllələrindən təsadüfən tapmışdır. Bundan başqa xx.xx.2019-cu il tarixdə təxminən saat 15 radələrində Gəncə şəhərində tək Gəncə şəhəri, Məhsəti Gəncəvi qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs4 məxsus yaşayış evindən oğurluq etmişdir. Belə ki, o, daş hasardan aşıb keçməklə evin plastik pəncərəsini mantirovka ilə açıb oradan 1 ədəd qızıl qolbağı, 1 ədəd qızıl boyunbağını və 2000 manat nağd pul oğurlamışdır. Qızıl-zinyət əşyaları sonrakı günlərdə Gəncə şəhərində univermağın qarşısında tanımadığı bir kişiyə satmışdır. Əldə etdiyi pulları özü tək öz məqsədləri üçün xərcləmişdir. Həmçinin həmin evdən bir şalvar, 1 köynək və bir kofta götürmüş, həmin əşyaları özü istifadə etmişdir. Bundan başqa həmin günü, yəni xx xxxxx 2019-cu il tarixdə axşam radələrində tək yaşadığı qəsəbədə, yəni dəmiryolun altı deyilən yerdə “xxxxxxxxx” mağazasının qapısını o, mismarçıxaranla açaraq ora daxil olmuşdur. Oradan sox sayda siqaret, 2 şüşə konyak, konfet, şirniyyətləri şəxsən özü götürmüşdür. Bundan başqa tək xx.xx.2019-cu il tarixdə gecə saat 03 radələrində Gəncə şəhərində “Böyük Ucuzluq” adlanan mağazanın şüşəsini o, mismarçıxaranla sındıraraq mağazaya daxil olmuş, mağazanın kassasından 106 manat pul oğurlamış və mağazanı tərk etmişdir. Həmin 106 manat pulu da özü tək şəxsi məqsədləri üçün xərcləmişdir. Bundan başqa xx.xx.2019-cu il tarixdə gecə saat 02 radələrində tək Gəncə şəhəri H.Əliyev prospektində yerləşən “Tağıyev” adlı paltar mağazasından mismarçıxaranla mağazanın yan tərəfində alüminiumdan olan qapısının kilidini qırıb açmış və mağazaya daxil olmuşdur. Mismarçıxaranla mağazanın içərisində olan kassanı açaraq oradan 900 manat nağd pul oğurlamış, eyni zamanda masanın üzərində olan satış üçün nəzərdə tutulmayan iki ədəd “Samsung” markalı notebookları götürüb mağazadan çıxmışdır. Notebookları sonra Gəncə şəhərində kənd sakininə oxşar bir şəxsə satmışdır. 900 manat pulu və Notebookların satışından əldə etdiyi xatırlamadığı məbləğdə pulu özü üçün xərcləmişdir. Bundan başqa tutulmazdan təxminən 2-3 ay əvvəl Bakı şəhərinə gələrək «Memar Əcəmi» stansiyasının yaxınlığında olan avtomobil yuma sexində işə düzəlmişdir. Həmin sexdə onunla birgə işləyən Cəlilabad rayonundan olan Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Sexdə hər ikisi gecə növbəsində işləmişlər, səhər isə birlikdə şəhərə gəzməyə çıxırdılar. Sexdə gündəlik olaraq 10 manat pul alırdılar. Bu pul ona bəs etmirdi. xx xxxxxx 2019-cu il tarixdə, saat 08 radələrində Vüqarla birlikdə «Memar Əcəmi» stansiyasından «Sahil» metrostansiyasına bulvarda gəzmək məqsədilə gəlmişlər. «Sahil» metrostansiyasından eskalatorla qalxan zaman onlardan 2 pillə yuxarıda qalxan bir oğlana eskalatordan çıxdıqdan sonra o yaxınlaşmış və ona onu tanıyıb-tanımadığını soruşmuşdur. Həmin şəxs, yəni adını istintaqda bildiyi Elman ona baxıb kiməsə oxşatdığını demiş, metrostansiyanın binasının çıxışında yanaşı gedərkən Elmandan pulu olub-olmadığını soruşmuş, Elman isə pulunun özünə aid olmasını bildirdiyi üçün Elmana onunla gəlməsini təklif etmiş, sonuncunu ilə birlikdə yolun digər tərəfinə binanın arkası olan yerə keçmişlər. Təqsirləndirilən şəxs1 isə yol boyu ondan və Elmandan bir az aralıda hərəkət etmiş və arkaya onların arxasınca gələrək yanlarında dayanmışdır. Orada yenə Elmandan pulu olub-olmadığını soruşmuş, Elman yenə də pulunun özü üçün olduğunu bildirdiyi üçün əynində olan şalvarının arxa cibindən qatlanmış halda olan bıçağı çıxarıb açıb sağ əlində tutaraq Elmandan yenə nə qədər pulu olmasını soruşmuş, bu dəfə Elman cibində 1 manat 30 qəpik pulu olmasını demiş, sonra o,bıçağı Elmanın qarnı istiqamətində tutaraq pulu verməsini demiş, Elman da cibindən 1 manat pul çıxarıb ona vermişdir. Bu hadisə olan zaman Təqsirləndirilən şəxs1 kənarda olmuş, onlara qarışmamışdır. Pulu aldıqdan sonra oradan Vüqarla birlikdə uzaqlaşmışlar. Qeyd etmək istəyir ki,o, arkaya keçib Elmanla mübahisə etdiyi zaman bir nəfər tanımadığı şəxs onlara yaxınlaşaraq nə baş verməsi ilə maraqlanmış, o isə ona bir şey olmadığını deyərək ondan siqaret istəmişdir. Həmin vaxt Vüqar da həmin oğlandan siqaret almışdır. Həmin oğlanı o tanımır, ilk dəfə orada görmüşdür. Elmandan aldığı bir manat pulu metro kartına yükləmişdir. Etdiyi əməllərdən peşmandır. Bu məhkəmədə bui şlə bağlı verdiyi ifadəsində yanlış olaraq göstərmişdir ki, Gəncə şəhərində törətdiyi oğurluqların hamısında tanışları X11 və X10 iştirak etmişlər. Bu həqiqətə uyğun deyildir. Bütün oğurluqları o özü tək törətmiş və məhkəmədən xahiş edir ki, məhkəmə onun bu günkü ifadəsini həqiqi ifadə kimi qəbul etsin. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəlki məhkəmə baxışında verdiyi ifadəsini təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs2 2019-cu ilin avqust ayının əvvəllərindən tanımışdır. Belə ki, hər ikisi Bakı şəhəri, Nəsimi rayonunda “Memar Əcəmi” metrostansiyasının yaxınlığında olan maşınyuma sexində fəhlə işləmişlər. İkisi də gecə növbəsi işləyir, gündüz isə istirahət edirdilər. xx.xx.2019-cu il tarixdə saat 08 radələrində Nurəddinlə birlikdə işdən çıxaraq “Sahilə” getdiklərini, “Sahil” metrostansiyasına bulvara gəzmək üçün getmişlər. Metrodan eskalatorla çıxan zaman onlardan bir-iki pillə yuxarıda dayanan Zərərçəkmiş şəxs1 görmüşdür. Üstə qalxdıqdan sonra Nurəddin Elmana yaxınlaşıb köhnə tanışı kimi nə barədə isə söhbət etmişlər. O, kənarda durduğu üçün onların söhbətini eşitməmişdir. Nurəddin Elmanla hərəkət edərək yolu qarşı tərəfə keçmiş və Elmanla birlikdə binanın arkasının altına keçmişlər. O da onların arxasınca həmin yerə gedərək onlardan bir neçə metr aralıda dayanmışdır. Bu ikisinin köhnə tanış olmalarını düşünərək nədənsə şübhələnməmişdir. X12 arkanın altından həyətə keçmişlər. O isə arkanın altında qalıb Nurəddini gözləmişdir. Hətta arkaya daxil olan bir adamdan siqaret də almışdır. Həmin şəxsdən bir siqaret də Nurəddin almışdır. Bundan sonra Elman onlardan aralanıb çıxıb getmiş, o və Nurəddin isə gəzintilərini davam etmişlər. O, Nurəddinin Elmanın üzərinə bıçaq çıxararaq bir manat pul almasını görməmiş, Elman ondan Nurəddinin hərəkətlərini dayandırmasını xahiş etməmişdir. Onun bu işdə heç bir günahı yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 hadisədən bir neçə gün əvvəl metropolitendə metro vaqonunda görmüşdür. Lakin onunla ünsiyyətdə olmamışdır. Təqsirləndirilən şəxs1 isə hadisə günü görmüşdür. Belə ki, xx.xx.2019-cu il tarixdə təxminən saat 08:40 radələrində metronun «Sahil» stansiyasında düşüb metrodan çıxmaq üçün eskalatorla qalxarkən Nurəddin və Vüqar ondan təxminən 2 pillə aşağıda dayanmışlar. Nurəddin onu yanına çağırmış, həmin vaxt Nurəddinin yanında Vüqar da olmuşdur. O, aşağı onların yanına enmiş və Nurəddin ondan «məni tanıyırsan?» deyə soruşduqda “tanımıram, sən mənim istədiyim qızın qohumu Seymursanmı” demişdir. Bu zaman Nurəddin ona heç nə deməmişdir. Eskalatorla metrodan çıxdıqlarını, metrodan Ü.Hacıbəyov küçəsinə çıxışda Nurəddin onunla yanaşı gedərək ondan «nə qədər pulun var?» deyə soruşanda ona “pulum var, özümə aiddir” demişdir. Nurəddinin isə ona «belə çıxır ki, sənin pulun çoxdur» dedikdə ona «pulum vardır, özüm üçündür» bildirmiş, həmin vaxt Vüqar da yanları ilə gedirdi. Nurəddin ona yolun digər tərəfində olan dayanacağa tərəf keçməyi təklif etmiş, o, Nurəddinin bu təklifindən şübhələnmədən,heç bir pis nəticə olacağını fikirləşmədən onunla yanaşı yolun digər tərəfinə keçmişdir. Orada Nurəddin tanımadığı şəxsdən siqaret alıb qayıdana qədər Vüqar onun yanında dayanmış, tələsdiyinə görə Nurəddinə “tez gəl, işim vardır” dedikdə sonuncu ona «sən mənimlə niyə belə danışırsan» demiş və sonra Nurəddin onu binanın həyətinə keçid olan arkanın altına aparmış, Vüqar həmin vaxtda da Nurəddinin yanında olmuşdur. Sonra Nurəddin onu arkadan binanın həyətinə çəkib apararaq «gəl bura səninlə işim var» demişdir. Həyətdə də Vüqar Nurəddinin yanında dayanmışdır. Arkadan həyətə keçdikdən sonra Nurəddin onu binanın tin yerinə dirəyib şalvarının arxa cibindən bıçağı çıxarıb əli ilə fırlatmış və Nurəddinin əlindəki bıçaqla onunla üzbə-üz dayanarkən həmin bıçağı onun qarın nahiyyəsinə tutaraq nə qədər pulu olduğunu, pulu çıxarıb ona verməyini istəmişdir. Həmin vaxt o, Nurəddinin bıçaq olan əlini tutub saxlayaraq, Nurəddinin onun üzərinə bıçaq çıxarmasını görən , bir-iki addım onlardan aralıda duran Vüqara “sən böyüksən, imkan vermə belə hərəkətlərə, bıçaq nədir çıxarmısınız” dedikdə Vüqar Nurəddindən bıçağı almamış, Nurəddini ondan uzaqlaşdırmamış, yaxud da onu oradan küçəyə yola salıb Nurəddindən kənarlaşdırmamış, əksinə “Nurəddin sənə gözlə deyirsə, gözlə” sözlərini deyərək Nurəddini dəstəkləmişdir. Bundan sonra o, başa düşmüşdür ki, Vüqar Nurəddini müdafiə edir, ikisi bir yerdədir, bu səbəbdən onlardan qorxmuş, müqaviməti tamamilə qırılmışdır. Bundan sonra o, cibində 1 manat 30 qəpik pulunun olduğunu bildirərək bir manatı Nurəddinə vermişdir. Yalnız bundan sonra Nurəddin və Vüqar ondan aralanıb çıxıb getmişlər. Bu şəxslər ondan zorla aldıqları pulu da qaytarmamışlar. Onun şikayəti əsasən Nurəddindəndir. Məhz Nurəddin onu bıçaqla hədələyərək pulunu almışdır. Bununla belə Vüqar da Nurəddini dəstəkləmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən heç birini tanımır. “xxxxxxxxx” mağazalar şəbəkəsi respublika ərazisində 500 mağazaya sahibdir. O, Gəncə şəhəri üzrə “xxxxxxxxx” MMC-də 2019-cu ildən şöbə müdiri işləyir. Oğurluq baş verdiyi mağaza Gəncə şəhəri Azərbaycan küçəsində yerləşməklə müdiri Əfsanə xanımdır. Hadisə baş verən günü, yəni xx.xx.2019-cu il tarixdə Əfsanə xanım ona zəng edərək mağazadan oğurluq baş verdiyini, təcili gəlməyini bildirmişdir. O, polisə hadisə haqqında məlumat verməklə özü də həmin mağazanın yanına gəlmişdir. Orada görmüşdür ki, mağazanın qapısı kilidi sındırmaqla açılmış, mağazadan 370 manat dəyərində müxtəlif adda olan siqaretlər və 60 manat dəyərində ərzaq məhsulları oğurlanmışdır. Polis oğruları axtarmış və nəticədə Bakı şəhəri, Səbail rayon polis idarəsindən ona zəng edib oğruları müəyyən etdiklərini bildirmişlər. Bundan sonra ona məlum olmuşdur ki, mağazadan oğurluq edən şəxslərdən biri Təqsirləndirilən şəxs2dur. Əlavə olaraq qeyd etmək istəyir ki, mağazaya məxsus kameralar vasitəsilə çəkilmiş görüntülərə o da baxmış, həmin görüntülərdən görünür ki, hadisə gecəsi mağazanın qapısına əvvəl bir nəfər şəxs yaxınlaşır, əlindəki alətlə mağazanın qapısını açır, sonra mağazaya daxil olur, onun ardınca isə daha 2-3 nəfər şəxs mağazaya daxil olur. Baxdığı görüntülərdən həmin şəxslərin kim olmalarını deyə bilməz. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Gəncə şəhər H.Əliyev prospekti 281 ünvanında yerləşən “Böyük Ucuzluq” adlanan geyim əşyalarının satışı olan mağazanı işlətdiyini, xx xxxxx 2019-cu il tarixdə mağazanın mühafizəsi aparılan idarədən ona məlumat verilərək, mağazanın qapısının üzərində olan şüşənin sındırıldığı və mağazaya naməlum şəxslərin oğurluğa girdiyi bildirildiyini, bundan sonra dərhal mağazaya gəldiyini və mağazaya baxanda həqiqətən də mağazanın giriş qapısının üzərində olan şüşəsinin sındırıldığını, mağazada satışda olan geyim əşyalarının oğurlanmadığını, lakin kassada olan 106 manat nəğd pulun oğurlandığını gördüyünü, bundan sonra DİN-nin 102 xidməti vasitəsilə polisə məlumat verdiyini, mağazaya oğurluğa daxil olan şəxslərin mağazanın şüşəsini sındırmaları nəticəsində ona 100 manat maddi ziyan dəydiyini göstərmişdir. Zərərçəkmş şəxs Zərərçəkmiş şəxs2 məhkəmə daxil olmuş xx.xx.2020-ci il tarixli teleqramasından müəyyən olunur ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, səhhəti ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilmir, təqsirlənditrilən şəxs Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 verdiyi ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Gəncə şəhəri, H.Əliyev prospekti 163 ünvanında yerləşən “Tağıyev Shopinq” adlanan geyim əşyalarının satışı olan mağazanı icarə əsasında işlədir. xx xxxxx 2019-cu il tarixdə saat 02 radələrində mağazanın mühafizəsini aparan Elşad adlı şəxsin ona zəng vurub mağazanın arxa qapısının açıq vəziyyətdə olduğunu, mağazaya gəlməyini bildirmişdir. Mühafizəçi Elşadın həmin ərazidə olan bir neçə mağazanı mühafizə etdiyini, mağazaya gələndə mağazanın arxa qapısının klidinin açılaraq mağazaya daxil olunduğunu və mağazadan kassada olan 900 manat nəğd pul və hər biri 500 manat dəyərində olan iki ədəd noutbuk tipi kompyuterlərinin oğurlandığını aşkar etdiyini, bu oğurluq nəticəsində ümumilikdə ona 1900 manat dəyərində maddi ziyan dəydiyini göstərmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli teleqramasından müəyyən olunur ki, o, müharibə və pandemiya ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmir, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, təqsirlənditrilən şəxs Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 verdiyi ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, o, Gəncə şəhəri, H.Əliyev adına istirahət parkında bağban işlədiyini, xx xxxxx 2019-cu il tarixdə səhər saat 08 radələrində evdən çıxıb işə getdiyini, həmin vaxt evdə heç kəsin olmadığını, həyat yoldaşının da anasının evində olduğunu, həmin günü axşam saat 19 radələrində işdən çıxıb evə gələndə evin küçə tərəfdən olan qapısının açıq vəziyyətdə olduğunu görüb evə oğru girdiyini başa düşdüyünü, bundan sonra həyətə daxil olanda evin hamam tərəfdə olan daxili pəncərəsinin açıq vəziyyətdə olduğunu olduğunu gördüyünü, eyni zamanda evə daxil olduqda evdə ona məxsus olan 1 ədəd 1000 manat dəyərində qızıl qolbağın, 1 ədəd 1800 manat dəyərində qızıl boyunbağının, 2000 manat dəyərində nəğd pulun, 1 ədəd 60 manat dəyərində “Lucy Pro” adlı su nasosu olan gidraforun, 1 ədəd 60 manat dəyərində laqondanın, 1 ədəd 65 manat dəyərində DVD playerin, 1 ədəd 70 manat dəyərində “Starsat” markalı peyk kanalları qəbuledici aparatın, 2 ədəd ümumi dəyəri 35 manat olan kişi şalvarlarının, 1 ədəd 100 manat dəyərində kişi paltosunun, 2 ədəd ümumi dəyəri 40 manat olan kişi köynəklərinin, 4 ədəd 20 manat dəyərində kişi alt paltarının, 5 ədəd ümumi dəyəri 15 manat olan kişi corablarının, 1 ədəd 10 manat dəyərində arxası sepli papağın, 1 ədəd 80 manat dəyərində ağ rəngli papaqlı gödəkcənin oğurlandığını aşkar etdiyini, buna görə də polisə məlumat verdiyini göstərmişdir. Zərərçəkmiş şəxslə əlaqə saxlanılan zaman o, İİ qrup əlil olduğunu, səhhəti ilə əlaqədar uzaq yol gedə bilmədiyini, himayəsinədə xəstə uşağının olduğunu, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, onun evindən oğlurlanmış qızıl və pulların qaytarılmasını tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində bu işdən başqa cinayət işi ayrılmış X6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, o, Təqsirləndirilən şəxs2 və Ramin Hacıyevi təxminən 5 ilə yaxındır ki, tanıdığını, onlarla münasibətlərinin normal olduğunu, aralarında ədavət və ya düşmənçiliklərinin olmadığını, Eldar Cabbarovu isə təxminən 5-6 aydır ki, tanıdığını, onunla da münasibətlərinin normal olduğunu bildirmişdir. O, əvvəllər Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşadıqlarını, orada yaşayan zaman Məmməd adlı şəxsi tanıdığını, eyni zamanda onun tək yaşadığını və səhər saat 08 radələrində evdən çıxıb axşam saatlarına kimi H.Əliyev parkına işə getdiyini, həmin vaxtlarda da evdə kimsə olmadığını bilmişdir. xx.xx.2019-cu il tarixdə təxminən günorta saatlarında X9 qəsəbəsində bir ev olduğunu və həmin evdən oğurluq etməyi təklif etmiş, sonuncuların da onunla razılaşmışlır. Bundan sonra onlarla birlikdə Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən oğurluq edəcəkləri Məmməd adlı şəxsin evinin qarşısına getmişlər, sonra hasardan evin həyətinə keçdiklərini, bundan sonra evin həyətə tərəf olan pəncərəsini təpiklə vurub açdığını, Ramin və Nurəddinlə birlikdə evə daxil olub evdən 1 ədəd DVD playev, 1 ədəd peyk antenna aparatı, 1 ədəd su nasosuna aid gidrafor, iki ədəd cins şalvar və 1 ədəd köynək götürüb başqa qiymətli əşya tapmayaraq evə daxil olduqları yerdən çıxıb getdiklərini, 1 ədəd DVD playev, 1 ədəd peyk antenna aparatı, 1 ədəd su nasosuna aid gidraforu sonradan müştəri tapıb satmaq məqsədilə yaxınlıqda yaşayış olmayan yarımtikili evin içinə yığdıqlarını, şalvarlardan birini Nurəddin, birini isə Ramin geyindiyini, köynəyi də onlardan hansısa biri geyindiyini, lakin dəqiq xatırlamadığını, bundan başqa Nurəddin və Raminlə birlikdə xx xxxxx 2019-cu il tarixdə gecə saatlarında Gəncə şəhəri Azərbaycan küçəsində dəmiryolun altı deyilən yerdə yerləşən “xxxxxxxxx” mağazasından oğurluq etdiklərini, belə ki, həmin günü Nurəddin və Raminə həmin mağazadan oğurluq etməyi təklif etdiyini, onların da razılaşdıqlarını, bundan sonra xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə keçən gecə saat təxminən 03 radələrində Nurəddin və Raminlə birlikdə dəmiryolun altında yerləşən “xxxxxxxxx”ə gəldiklərini, əvvəlcədən özü ilə apardığı dəmir alətlə mağazanın qapısının kilidinə təzyiq göstərib açdığını və birlikdə mağazaya daxil olub təxminən 50 qutu müxtəlif növ siqaretləri, sellofan torbada olan sinikers adlı konfetləri, 3 ədəd cips və 2 ədəd şirniyyat götürüb mağazadan çıxıb oradan dəmiryol vağzalı körpüsünün yanına gəldiklərini və səhəri günü gəlib götürmək üçün oğurladıqları əşyaları körpünün altına yığdıqlarını, səhəri günü həmin yerə gedib orada gizlətdikləri əşyaları, həmçinin şirniyyatları götürdüklərini, şirniyyatları və cipsləri yediklərini, siqaretlərdən də hərəsi öz aralarında çəkmək üçün böldüklərini, yerdə qalan siqaretləri isə Raminlə özünün götürüb tanımadığı şəxsə satdıqlarını, pulunu da Ramin, Nurəddin və özü birlikdə xərclədiklərini, bundan başqa xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə keçən gecə saat təxminən 03 radələrində Nurəddin, Ramin və Eldarla birlikdə Gəncə şəhərində gəzərkən “Böyük Ucuzluq” adlanan mağazanın arxasından keçərkən onlara həmin mağazadan oğurluq etməyi təklif etdiyini, Nurəddin, Ramin və Eldarın da onunla razılaşdıqlarını, bundan sonra mağazanın arxasına keçib dəmir alətlə kilidi açmaq istədiyini, lakin aça bilmədiyini görüb mağazanın qarşısına gəlib mağazanın şüşəsini vurub sındırdığını, sonra tək mağazaya daxil olduğunu, Raminin arada gözlədiyini, Nurəddinlə Eldarın isə mağazadan təxminən 100 metr məsafədə gözlədiklərini, mağazada olan siyirtmədən 93 manat kağız pul və 13 manat xırda pul götürüb mağazadan çıxıb Raminlə Nurəddinin və Eldarın yanına gəldiyini, bundan sonra Gəncə şəhərində biraz gəzib Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən “R Klub” və “Feqa” çay evlərinə gəlib bütün günü həmin çay evlərində keçirib oğurladıqları pulları orada xərclədiklərini, bundan başqa xx.xx.2019-cu il tarixdə səhər saatlarında Ramin, Nurəddin və Eldarla birlikdə görüşüb birlikdə vaxt keçirmək üçün şəhərin müxtəlif çay evlərində oturub çay və pivə içdiklərini, həmin günü söhbət zamanı pul olmadığı üçün onlara Gəncə şəhəri, “Tağıyev” adlanan mağazadan oğurluq etməyi təklif etdiyini, onlarla razılaşdıqdan sonra birlikdə “Qələbə” parkına gedib gecə olmasını gözlədiklərini, xx.xx.2019-cu il tarixə keçən gecə təxminən saat 02 radələrində Eldara həmin parkda onları gözləməsini bildirdiyini, bundan sonra Ramin və Nurəddinlə birlikdə “Tağıyev” adlanan mağazaya getdiklərini, əvvəlcədən özü ilə götürdüyü mismarçıxaran dəmir parçası ilə mağazanın yan tərəfində olan qapısının kilidini qırıb açdığını, Nurəddinlə birlikdə mağazaya daxil olduqlarını, Raminin isə çöldə puskuda dayandığını, mağazada siyirtmənin üzərində olan biri ağ, digəri isə boz rəngli iki ədəd “Samsung” markalı notebookları götürdüyünü, həmin əşyaları götürənədək Nurəddin də siyirtməni açıb oradan 900 manat pul götürdüyünü, bundan sonra mağazadan çıxdıqlarını və “Qələbə” parkına gedib oradan Eldarı götürdüklərini, Nurəddinin mağazadan götürdüyü 900 manat pulu ona verdiyini, daha sonra təzə bazarın yaxınlığında nömrəsini və markasını xatırlamadığı bir taksi avtomobili saxladıb Goranboy rayonuna getdiklərini, həmin tanımadığı taksi sürücüsünə təxminən 25-30 manat pul verdiklərini və taksidən düşdüklərini, oradan da mikroavtobusların birinə minib Bakı şəhərinə getdiklərini, Bakı şəhərinə çatdıqdan sonra oğurladıqları puldan 80 manat pulu Raminə verdiyini və sonuncunun geri qayıtdığını, Nurəddin və Eldarla birlikdə isə 28 may deyilən ərazidə, Yaşıl Bazar adlanan yerdə günlük kirayə ev verilən yerdən ev tutduqlarını və gündəlik olaraq həmin ev üçün 10 manat pul verdiklərini, ümumilikdə isə həmin evdə 3 gün qaldıqları üçün 30 manat pul verdiklərini, Bakı şəhərində olan vaxt 20 yanvar metrostansiyasının yaxınlığında oğurladıqları notebookları tanımadıqları şəxslərə satdıqlarını, həmin notebooklardan qara rəngdə olan kompyuteri 80 manata satdığını, digər kompyuteri isə əlindən yerə salıb ekranını zədələdiyi üçün 50 manata satdığını, həmin pulları da oğurladıqları pulların üzərinə qoyub həmin pulları Bakı şəhərində çay evlərində çay, pivə və qəlyan üçün xərclədiklərini göstərmişdir. Məhkəmə iclasında barəsində bu işdən başqa cinayət işi ayrılmış X4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Sahil Cəfərovu təxminən iki ilə yaxındır ki, tanıdığını, Nurəddini də Sahilin vasitəsilə tanıdığını, xx.xx.2019-cu il tarixdə təxminən günorta saatlarında Sahil və Nurəddinlə birlikdə Məhsəti qəsəbəsində olan zaman Sahilin onlara tanıdığı Məmməd adlı şəxsin evindən oğurluq etməyi təklif etdiyini, həmin vaxt onunla razılaşdıqlarını və birlikdə Məhsəti qəsəbəsinə oğurluq edəcəkləri evin qarşısına gəldiklərini, hasardan həyətə keçdiklərini, sonra Sahil evin pəncərəsini təpiklə vurub çərçivəsini açdığını və oradan evə daxil olduqlarını, evdən bir ədəd DVD player, bir ədəd peyk antenna aparatı, bir ədəd su nasosuna aid gidrafor, iki ədəd cins şalvar və bir ədəd köynək götürüb evdən çıxdıqlarını, başqa həmin evdən heç nə götürmədiklərini, sonradan müştəri tapıb satmaq məqsədilə oğurladıqları əşyalardan DVD playeri, gidraforu və atnenna aparatını yaxınlıqda yaşayış olmayan yarımtikilinin içərisinə yığdıqlarını, şalvarların birini Sahil, birini isə Nurəddin geyindiyini, köynəyi də öznün geyindiyini, bundan başqa xx.xx.2019-cu il tarixdə Sahilin Nurəddinlə ona dəmiryolun altında olan “xxxxxxxxx” mağazasından oğurluq etməyi təklif etdiyini, bundan sonra onunla razılaşıb xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə keçən gecə saat 03 radələrində Nurəddin və Sahillə birlikdə həmin “xxxxxxxxx” mağazasına gəldiklərini, Sahil özü ilə götürdüyü dəmir alətlə mağazanın qapısının kilidinə təzyiq göstərib açdığını və oradan mağazaya daxil olub təxminən 50 qutu müxtəlif markalı siqaretlər, sellofan torbada Snikers adlı konfetlər, 3 ədəd cips və 2 ədəd şirniyyat götürüb mağazadan çıxdıqlarını, sonra dəmiryolvağzalının körpüsünün yanına gəlib körpünün altında oğurladıqları məhsulları gizlətdiklərini, səhəri günü gəlib oradan məhsulları götürdüklərini, şirniyyatları , cipsi və konfetləri yediklərini, siqaretləri isə üçünün aralarında çəkmək üçün böldüklərini, yerdə qalan təxminən 30 qutu siqaretləri isə Sahillə özünün götürüb tanımadıqları şəxsə satdıqlarını, pulunu da öz aralarında xərclədiklərini, bundan başqa xx.xx.2019-cu il tarixə keçən gecə Gəncə şəhərində gəzərkən “Tekstilni” deyilən ərazidə yerləşən “Böyük Ucuzluq” adlanan mağazanın arxasından keçən vaxt Sahil həmin mağazadan oğurluq etməyi təklif etdiyini, sonra Sahil onları orada gözləmələrini, özünün isə mağazanın arxasına keçib qapını dəmir alətlə açacağını dediyini, lakin Sahil qapını aça bilmədiyini, bundan sonra mağazanın qarşısına keçib dəmir alətlə mağazanın giriş qapısının şüşəsini vurub sındırdığını, sonra Sahil mağazaya daxil olub mağazadan 93 manat kağız pul və 13 manat xırda qəpik pulları götürüb mağazadan çıxdığını, biraz şəhərdə gəzdikdən sonra səhər radələrində Gəncə şəhərində “R klub” və “Feqa” çay evinlərində bütün günü keçibi oğurladıqları pulları həmin çay evlərində birlikdə xərclədiklərini, bundan başqa xx.xx.2019cu il tarixdə səhər saatlarında Sahil, Nurəddin və Eldarla birlikdə Gəncə şəhərində görüşüb vaxt keçirmək üçün şəhərdə müxtəlif çay evlərində oturub çay və pivə içdiklərini, həmin günü söhbət zamanı pul olmadığı üçün Sahilin onlara Gəncə şəhəri “Tağıyev” adlanan mağazadan oğurluq etməyi təklif etdiyini, bundan sonra onunla razılaşıb gecə radələrini gözləmək üçünn Qələbə parkına gedib orada gözlədiklərini, xx.xx.2019-cu il tarixdə gecə saat 02 radələrində Sahilin Eldara həmin parkda gözləməsini, özlərinin isə yuxarı qalxıb həmin mağazaya gedib oğurluq edəcəklərini dediyini, Eldarın da parkda qaldığını, bundan sonra Nurəddin və Sahillə birlikdə həmin mağazaya getdiklərini, Sahil mağazanın yan hissəsindən qapının kilidini qırıb açdığını, özünün həmin vaxt çöldə puskuda dayandığını, Nurəddinlə Sahilin isə mağazaya daxil olduqlarını, Sahillə Nurəddinin isə mağazadan iki ədəd Samsung markalı noteebook tipli kompyuterləri və 900 manat pulu götürüb çıxdıqlarını, daha sonra Qələbə parkına gedib Eldarı da götürüb Gəncə şəhərində yeni inşa edilmiş bazara getdiklərini, bazarın yanından markasını və nömrəsini bilmədiyim bir taksi avtomobillə Goranboy rayonunda, oradan da mikroavtobusla Bakı şəhərinə getdiklərini, Bakı şəhərində çatdıqdan sonra Sahilə qayıtmaq istədiyini dediyini, Sahilin də ona oğurladıqları puldan 80 manat pul verdiyini və Gəncə şəhərinə qayıtdığını, Sahil, Nurəddin və Eldarın isə Bakı şəhərində qaldıqlarını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri hadisə ilə əlaqədar tanımışdır. Belə ki, onun yetkinlik yaşına çatmayan oğlu Zərərçəkmiş şəxs1 qarşı xx.xx.2019-cu il tarixdə quldurluq cinayət əməli törədilmişdir. Hər səhər oğluna bir manat yol pulu, bir manat isə yemək pulu verirdi. Yəni ona hər gün cəmi 2 manat pul verirdi. Həmin tarixdə axşam evə gəldiyi zaman Elman həyəcanlı şəkildə ona məlumat vermişdir ki, səhər radələrində işə getdiyi zaman «Sahil» metrostansiyasının yanında iki nəfər onu bir dalana çəkərək, həmin şəxslərdən biri üzərinə bıçaq çıxarıb hədələməklə bir manat pulunu zorla almışdır. Oğlu özü DİN-nin 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Bundan bir neçə gün sonra polisə getdikdə hadisə yerinə yaxın ərazidə müşahidə kameralarının görüntülərinə baxaraq görmüşdür ki, hal-hazırda məhkəmə zalında müttəhimlər kürsüsündə olan Təqsirləndirilən şəxs2 əlindəki bıçağı oğlu Elmana tərəf tutaraq nə isə tələb edir. Digər Təqsirləndirilən şəxs1 əlində isə heç nə görməmişdir. Bununla belə oğlu Elmanın sözlərindən bilmişdir ki, hadisə zamanı Nurəddin cibindən açılıb-bağlanan bıçağı çıxarıb Elmandan nə qədər pulunun olduğunu soruşduqda Elman Vüqara “sən böyüksən, imkan vermə belə bir hərəkətlərə, bıçaq nədir çıxarmısınız” dedikdə Vüqar Elmanın sözlərinə və çarəsizliyinə heç bir məhəl qoymadan demişdir ki, «Nurəddin nə deyirsə ona əməl etsin». Bundan sonra Elman Nurəddin və Vüqarın ona xəsarət yetirmələrindən və onu öldürə biləcəklərindən qorxub 1 manat pulu onlara verdiyini demişdir. Onun şikayəti bıçaqla qorxuzaraq Elmandan pul alan Təqsirləndirilən şəxs2dır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməllərində təqsirlilikləri qismən özlərinin, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin nümayəndəsi və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nin rəisinə Zərərçəkmiş şəxs1 ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsindən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə təxminən saat 08-40 radələrində ünvan 8 saylı evin həyətində tanımadığı bir cavan oğlan cibindən çıxartdığı bıçaqla onu hədələyərək 1 manat pulunu almışdır. Məhkəmədə elan edilib araşdırılmış «hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2019-cu il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri ünvan 8 saylı ünvandır. Zərərçəkmiş şəxs1 həmin evin həyətini göstərək bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə tanımadığı iki nəfər şəxs onu həyətə çağırmış, onlardan biri cibindən çıxardığı bıçaqla onu hədələyərək 1 manat pulunu alaraq həmin yeri tərk edərək getmişlər. Məhkəmədə elan edilib araşdırılmış Gəncə şəhəri Kəpəz RPİ-nin rəisinə Zərərçəkmiş şəxs3 ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsindən müəyyən olunur ki, xx xxxxx 2019-cu il tarixdə icarəyə götürüb işlətdiyi Gəncə şəhəri, H.Əliyev prospekti 163 ünvanında yerləşən “Tağıyev Shopinq” adlanan geyim mağazasına naməlum şəxslər daxil olaraq kassadan 900 manat nəğd pul və hər biri 500 manat dəyərində olan iki ədəd noutbuk tipi kompyuterlərinin oğurlayaraq ona 1900 manat dəyərində ziyan vurmuşlar. Məhkəmədə elan edilib araşdırılmış «hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2019-cu il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri Gəncə şəhəri, H.Əliyev prospekti 163 ünvanında yerləşən “Tağıyev Shopinq” adlanan geyim mağazasıdır. Mağaza iki mərtəbəlidir, mağazada müşahidə kameraları mövcuddur. xx.xx.2019-cu il tarixdə axşam saat 02 radələrində mağazanın arxa qapısının klidini açaraq içəri daxil olmuş iki nəfər şəxs mağazanın kassada olan 900 manat pul və iki ədəd noutbuk kompyuterlərini oğurlamışlar. Məhkəmədə elan edilib araşdırılmış Gəncə şəhəri Kəpəz RPİ-nin rəisinə Zərərçəkmiş şəxs2 ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsindən müəyyən olunur ki, xx xxxxx 2019-cu il tarixdə gecə saatlarında ona məxsus Gəncə şəhər, H.Əliyev prospekti 281 ünvanında yerləşən “Böyük Ucuzluq” adlanan geyim mağazasının giriş qapısının şüşənin sındırmaqla naməlum şəxslər mağazaya daxil olmuş və mağazanın kassasından 106 manat pulunu oğurlamışlar. Məhkəmədə elan edilib araşdırılmış «hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2019-cu il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri Gəncə şəhər, H.Əliyev prospekti 281 ünvanında yerləşən “Böyük Ucuzluq” adlanan geyim mağazasıdır. Mağazaya qarşı tərəfindən pilləkənlə qalxılır, giriş qapısınıvn sağ hissəsinin şüşəsi sınıq vəziyyətdədir. 1-ci və 2-ci mərtəbədəki geyim əşyalarının səliqəli olmuş, səhman pozulmamışdır. Zərərçəkmiş şəxs2 xx.xx.2019-cu il tarixdə gecə saatlarında mağazanın giriş qapısının şüşəsinin sındırıb içəri daxil olan şəxslərin kassadan 106 manat pulun oğurladığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Gəncə şəhəri Kəpəz RPİ-nin rəisinə Zərərçəkmiş şəxs4 ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsindən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə naməlum şəxslər yaşadığı Gəncə şəhəri, Məshəti qəsəbəsində yerləşən evin pəncərəsini açaraq evə daxil olaraq 1000 manat dəyərində 1 ədəd qızıl qolbağının, 1800 manat dəyərində 1 ədəd qızıl boyunbağının, 2000 manat nəğd pulunun oğlurlamışlar, hadisə nəticəsində ona ümumilikdə 4800 manat maddi ziyan dəymişdir. Məhkəmədə elan edilib araşdırılmış «baxış və götürmə haqqında» xx.xx.2019cu il tarixli protokoldan müəyyən olunur ki, xx xxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 səs-küy salma ilə əlaqədar X18 Şöbəsinə gətirilmiş və növbətçi hissədə onun üzərinə baxış keçirən zaman əynində olan gödəkcənin sol döş cibindən bir ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış Gəncə şəhəri Kəpəz RPİ-nin rəisinə X5 ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsindən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə keçən gecə müdir işlədiyi Gəncə şəhəri, Azərbaycan küçəsində yerləşən “xxxxxxxxx” mağazasının qapısını açaraq mağazadan 370 manat dəyərində müxtəlif növ siqaretlər və 60 manat dəyərində ərzaq məhsulları oğurlandığını, ümumilikdə onlara 430 manat dəyərində maddi ziyan dəydiyini göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxxxx 2019-cu il tarixli protokollardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulmuşlar. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarlarından müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs1 barələrində 04 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixiatrik ekspertizasından alınmış xx.xx.2019-cu il tarixli, 2070 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 hal –hazırda hər hansı xroniki psixi xəstəlik müəyyən edilmir. onda isterik tipli şəxsiyyət pozuntusu aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələri – xasiyyətcə əsəbi, affektiv reaksiyalara meyilli olması, əsəbi gərginlik anlarında özünə xəsarətlər yetirməsi, həmçinin hazırki müayinə zamanı emosional dayanıqsızlığı, əhval-ruhiyyəsinin dəyişkənliyi, davranışının nümayişkarlığı və s. təsdiq edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs2 aşkar edilən isterik tipli şəxsiyyət pozuntusu o dərəcə ifadə olunmayıb ki, onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl dövründə də xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllılığın və s. psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavramaq, təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2 hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixiatrik ekspertizasından alınmış xx.xx.2019-cu il tarixli, 2071 saylı rəydən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 müayinəsi zamanı hər hansı psixopatoloji simptomatika (sayıqlama fikirləri, qavrama pozuntuları və s.) aşkar olunmur. Əhvali-ruhiyyə fonu sabitdir. İntellektual – mnestik pozuntular aşkar edilmir. Bilik ehtiyatı aldığı təhsilə uyğundur. Ona ittiham elan olunan əməl barədə soruşduqda cinayət əməlini səmimi etiraf edir. Əməlindən peşiman olduğunu bildirir. Yoxlanılan şəxs ekspertizaya göndərilməsi məqsədini düzgün başa düşür. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb.həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-ekspertiza mərkəzinin xx xxxxx 2019-cu il tarixli, 197 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir və təyinatı üzrə istifadəyə yararlıdır. Məhkəmədə elan edilib araşdırılmış İstintaq zamanı Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi-16B ünvanında quraşdırılmış kameradan hadisənin baş verməsinə dair göüntülərdən müəyyən olunur ki, görüntülərə Zərərçəkmiş şəxs1 iştirakı ilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində arkadan binanın həyətinə girişdə sağ tərəfdə zibil qutuları vardır, sol tərəf isə divardır, sağ divarın yuxarı hissəsində istixana və kondisioner boruları çəkilmiş, «Bakıelektrikşəbəkə», «Azərsu» və «Azərqaz» sayğac qutuları divara bərkidilmişdir. Sağ tərəfdə divara birləşdirilmiş zibil qutularının həyət tərəfində, tində 3 nəfər görüntülənir: -onlardan biri alçaq boylu, saçı uzun, əynində tünd rəngli köynək olan şəxs Təqsirləndirilən şəxs2; -ikincisi ağ-qara naxışlarla köynək geyinmiş, hündür boylu, sağ çiynində idman çantası olan şəxs Təqsirləndirilən şəxs1dur; -üçüncüsü isə əynində ağ-qara naxışlarla köynək olan, hündür boylu şəxs isə zərərçəkmiş Zərərçəkmiş şəxs1dur. Həmin şəxslər qaranlıq şəraitdə bir-birlərinə əl-qol işarələri ilə söhbət edirlər, Zərərçəkmiş şəxs1 arxası divara dayanmış, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun qarşısında dayanmışlar, lakin qaranlıq olduğundan onların bir-birlərinə qarşı zor tətbiq edib-etməmələri görünmür, az sonra Təqsirləndirilən şəxs2 zərərçəkmiş E.Q.Quiyevin qarşısına, həyət tərəfə keçir, Təqsirləndirilən şəxs1 isə keçidin sol tərəfinə tərəf aralanır, sonra Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 əllə işarəsi ilə onun arxasınca ümumi istifadə üçün olan həyətə tərəf gedir, onların arxalarınca isə Təqsirləndirilən şəxs1 gedir və ümumi həyətə girişdə, sağ tərəfdə, girişin damında quraşdırılmış kameradan sağa tərəf keçirlər, onların keçdikləri yer kameranın görünüş bucağından kənardadır. Bütün bu görüntülər vaxtı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la Zərərçəkmiş şəxs1 yanında, təxminən 0,5 metr məsafədə olur və onların bir-birlərinə qarşı danışıqlarını eşidir və hərəkətləri görür. Sonra Təqsirləndirilən şəxs2 və zərərçəkmiş Zərərçəkmiş şəxs1 yanaşı kameranın görünüş bucağına çıxırlar və əvvəl görüntüləndikləri zibil qutusunun yanına gedirlər, onlardan təxminən 0,5 metr arxada isə Təqsirləndirilən şəxs1 gedir, həmin vaxt zərərçəkmiş Zərərçəkmiş şəxs1 sağ əli ilə Təqsirləndirilən şəxs2 sol qolundan tutub ona nəsə başa salmaq istəyir, həmin vaxt Təqsirləndirilən şəxs2 sağ əlində uc hissəsi metal parıltısı formasında olan alət görüntülənir və o əlini yellədərək həmin predmeti Zərərçəkmiş şəxs1 qarşı nümayiş etdirir, nümayiş etdirilməsi görüntülənən həmin predmetin görünən hissəsi təxminən 5 sm olar və bıcağın kəsən hissəsinə oxşayır, zibil qablarına çatdıqda Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 qarşısına keçir və əlindəki bıçağa bənzər aləti Zərərçəkmiş şəxs1 qarın hissəsinə tuşlayaraq ondan nəsə tələb etməsi görünüşü ehtimal olunan tələblər irəli sürür və onun əlindəki bıçağa bənzər predmeti zərərçəkmiş Zərərçəkmiş şəxs1 qarın hissəsinə tuşlaması predmetin parıltısı ilə görüntülənir, zərərçəkmiş Zərərçəkmiş şəxs1 isə əlləri ilə onu başa salmaq istəyir və onun sağ əlindəki bıçağa bənzər predmetlə hücumundan qorunmaq üçün arxaya çəkilməsi görüntülənir, həmin vaxt onların yanlarında, təxminən 0,5 metr məsafədə olan Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 zərərçəkmiş Zərərçəkmiş şəxs1 qarşı etdiyi zorakılıq hərəkətlərini görür, ondan edilən tələbləri eşidir, lakin onu zərərsizləşdirmək, ayırmaq üçün heç bir tədbər görmür, əksinə sol əlini zərərçəkmiş Zərərçəkmiş şəxs1 tuşlayaraq ona nəsə izah edir və zərərçəkmiş Zərərçəkmiş şəxs1 də ona cavab verib izah edir. Sonra Təqsirləndirilən şəxs2 istiqamətləndirməsi ilə qabaqda zərərçəkmiş Zərərçəkmiş şəxs1, onun arxasınca isə Təqsirləndirilən şəxs2, onlardan sonra isə Təqsirləndirilən şəxs1 əvvəl keçdikləri, kameranın görünüş bucağından kənara, ümumi həyətə keçirlər, həmin yerə gedərkən Təqsirləndirilən şəxs2 sağ əlində tutduğu həmin bıçağa bənzər predmet görüntülənir, həmin yerdən Təqsirləndirilən şəxs2 görünsə də, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs1 görünmür. Sonra təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və zərərçəkmiş Zərərçəkmiş şəxs1 olduqları həyətin digər tininə əynində ağ-qara naxışlarla köynək olan, hündür boylu, saqqallı şəxs gəlir və tində dayınıb əli ilə işarələməklə təqsirləndirilən şəxslərlə nə barədəsə danışır, həmin vaxt arkadan ümumi həyətə ağ qolsuz köynəkdə, saçı müasir tipdə qısa qırxılmış, təxminən 30-35 yaşlarda şəxs girir və təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxs olan yerə baxaraq keçir. Həmin istintaqa məlum olmayan 3-cü şəxs özü siqaret çəkir və sonra ona ilk olaraq Təqsirləndirilən şəxs1, sonra isə Təqsirləndirilən şəxs2 yaxınlaşır və ondan siqaret alıb sonra əvvəlki yerlərinə qayıdırlar. Onlara siqaret verəndən sonra 3-cü şəxs əli ilə onlara işarə verib nəisə deyərək «arka»nın çıxışına tərəf gedir və «arka»da olan zibil qutularının tuşuna çatdıqda oradan arxaya dönüb gəlir və təqsirləndirilən şəxslərdə ona tərəf getməklə görüşürlər, təqsirləndirilən şəxslərin siqaretlərini yandırır və sonra hamısı bir yerdə «arka»nın çıxışına tərəf gedirlər, gedərkən Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs1 divarın digər tərəfinə çəkib aparır və ikisi orada dayanıb danışırlar, digər iki nəfər isə çıxışdan çıxıb sağa doğru gedirlər, həmin vaxt ümumi həyətli evin həyətindən arkaya bir nəfər orta yaşlı, qırmızı- ağ naxışlarla don geyinmiş qadın arkaya girib zibil qutusuna əlində olan sellofan torbanı atıb «arka»dan çıxır, zərərçəkmiş Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs2 da ayrılaraq «arka»dan çıxırlar və çıxışda zərərçəkmiş Zərərçəkmiş şəxs1 sola, Təqsirləndirilən şəxs2 isə sağa dönüb gedirlər. Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkumluğuna dair Azərbaycan Respublikası DİN Əməliyyat və X2 verilən sorğuya cavabdan müəyyən olunur ki, onlar əvəllər məhkum olunmamışlar. Məhkəmə iş üzrə toplanmış sübutlara, işin obyektiv hallarına qiymət verməklə və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs2 əməllərini Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.5 və 228.4-cü maddələri, Təqsirləndirilən şəxs1 əməllərini isə həmin Məcəllənin 181.2.1 və 181.2.5-ci maddələri ilə düzgün olaraq tövsif etmişdir. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin kommentariyasının 24-cü bəndində göstərilmişdir ki, oğurluq obyektiv cəhətdən özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluğun yüksək ictimai təhlükəliliyi onun ən geniş yayılmış talama cinayəti olmasıdır. Digər tərəfdən, oğurluq talamanın nisbətən az təhlükəli üsulla törədilən formasıdır, çünki bu zaman təqsirkar zor tətbiq etmir, öz vəzifə səlahiyyətlərindən istifadə etmir, əmlakı ələ keçirmək üçün aldatmaya əl atmır. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Həmçinin 25-ci bəndində qeyd edilmişdir ki, talamanın ayrıca forması kimi oğurluğun zəruri obyektiv əlaməti özgənin əmlakını götürmənin gizli olmasıdır. Götürmənin gizliliyi dedikdə, cinayət aktının həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz, xəlvəti həyata keçirilməsi başa düşülür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2005-ci il tarixli 1 saylı qərarının 2-ci bəndinə görə, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Eyni zamanda CM-nin 177-ci maddəsinin kommentariyasının 26-cı bəndinə əsasən talamanın gizliliyinin obyektiv meyarı təqsirkarın ona məxsus olmayan əmlakı götürməsi faktını mülkiyyətçinin və ya başqa titul sahibinin, habelə digər şəxslərin dərk edib-etməməsini nəzərdə tutur. Bu zaman obyektiv meyardan istifadə edərək talamanın gizli hesab edilməsinin bir neçə variantı mümkündür: birincisi, oğurluq heç bir şahid olmadan törədilir, ikincisi, oğurluq əmlakın mülkiyyətçisinin və ya başqa şəxslərin olduğu yerdə baş verir, lakin həmin şəxslər bu və ya başqa səbəbdən təqsirkarın özgənin əmlakını qanunsuz və əvəzsiz götürdüyünü dərk etmirlər. Talamanın gizliliyinin subyektiv meyarı təqsirkarın özgənin əmlakını mülkiyyətçidən və ya başqa şəxslərdən xəlvəti götürmək niyyətini və onun bu əməli məhz gizli törətməsinə daxili inamını nəzərdə tutur. Təqsirkar oğurluq törədərkən məhz gizli hərəkət etdiyinə əmindir. Belə əminlik müxtəlif obyektiv amillər əsasında yaranır. Talamanın gizli hesab edilməsi üçün subyektiv meyara üstünlük verilir. Ona görə də əgər təqsirkar özgənin əmlakını gizli taladığına əmindirsə, lakin ona məlum olmayan kənar şəxs hadisənin şahidi olmuşdursa, əməl oğurluq kimi tövsif ediləcəkdir. Bundan əlavə 34-cü bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olma zamanı təqsirkar maneələri aradan qaldırmaq və talamaq istədiyi əmlakı əlçatan etmək üçün əlavə səylər göstərir, mənzilin və ya başqa tikilinin qapısını, pəncərəsini sındırır, divarını, döşəməsini, tavanını dağıdır. Bir sözlə zərərçəkmiş əlavə maddi ziyan vurur ki, bu da qeyd olunan üsulla törədilən oğurluğun ictimai təhlükəliliyini dəfələrlə artırır. Daxil olma müxtəlif üsullarla həyata keçirilə bilər. Sındırma yolu ilə daxil olma dedikdə, təqsirli şəxsin yaşayış sahəsinə, binaya, anbara və ya başqa saxlanc yerlərinə girərək orada olan əmlakı aşkar edib ələ keçirmə məqsədilə divarların, tavanın, döşmənin, qapıların, pəncərələrin sökülməsi, sındırılıb qırılması, qoparılıb çıxarılması, dağıdılması, eləcə də qapılarda, pəncərələrdə nəfəsliklərdə və s. olan qıfıl, cəftə, dəmir barmaqlıqların sındırılması, qoparılması, deformasiyaya uğradılması, yəni tamlığın pozulması yolu ilə içəri girməsi və s. başa düşülür. Daxil olma qanunsuz olmalıdır. Ona görə də, yaşayış sahəsinə, binaya və s. saxlanc yerlərinə daxil olmanın qanunvericiliklə müəyyən edilmiş qaydalarını pozmaqla, habelə belə yerlərin mülkiyiyətçisinin və ya sahibinin iradəsindən kənar və ya onun iradəsi ziddinə həmin yerlərə daxil olma CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əlaməti yaradacaqdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2005-ci il tarixli qərarında göstərilmişdir ki, soyğunçuluq və quldurluq cinayətini əmlakın hədə-qorxu ilə tələb edilməsi cinayətindən (CM-nin 182-ci maddəsi) fərqləndirərkən nəzərə almaq lazımdır ki, soyğunçuluq və quldurluqda əmlakın ələ keçirilməsi zor tətbiq edilməsi ilə eyni vaxtda və ya ondan dərhal sonra baş verirsə, özgə əmlakını hədə-qorxu ilə tələb etmə zamanı təqsirli şəxsin əməli əmlakın və ya ona olan hüquqların gələcəkdə əldə edilməsinə yönəlir.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə həyat və sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış sayılır. Beləliklə, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Gəncə şəhərində 4 oğurluq cinayətləri törətdikdən sonra təkrarən, Bakı şəhəri, Səbail rayon ərazisində Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək quldurluq cinayəti törətməsi tam sübutia yetirilmişdir. . Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Qeyd edilən normalarda qabaqcadan əlbir olan dəstənin hər hansı formada iştirakçılığı deyil, qabaqcadan əlbir olan dəstənin cinayətin obyektiv cəhətinin icrasında birgə iştirakçılığı nəzərdə tutulur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 33.1-ci maddəsinə əsasən cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Zərərçəkmiş şəxs1 məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli müraciətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 tərəfindən xx.xx.2019-cu il tarixdə, yəni hadisə baş verdiyi vaxtda şəxsinə qarşı heç bir qanunsuz hərəkətlər edilməmiş, o ondan pul tələb etməmiş, heç bir fiziki və psixi təsir göstərməmişdir. Yalnız o onları “Sahil” metrostansiyasının çıxışında gözləməyib getiyi üçün hörmətsizlik əlaməti kimi qəbul etdiyindən”sənə gözlə deyirsə sən də gözlə” demişdir. Əvvəlki şikayət və ərizələrində heç vaxt Təqsirləndirilən şəxs1 şikayətçi olduğunu qeyd etməmiş, Vüqarın Nurəddinlə birlikdə olduğunu demişdir. Bıçaq çıxaraq ondan pulu Nurəddin tələb etmişdir. Onun hal-hazırda təqsirləndirilən şəxslərin heç birindən şikayət və tələbi yoxdur, ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, metrodan eskalatorla çıxan zaman Zərərçəkmiş şəxs1 Nurəddin təqib edərək onunla söhbətə başlamış, Nurəddin Elmanla hərəkət edərək binanın arkasından keçərək həyətə daxil olmuşlar. O isə arkanın altında qalıb Nurəddini gözləmişdir. Beləliklə təqsirləndirilən şəxs yalnız Zərərçəkmiş şəxs1 qarşı törədilmiş qurdurluq cinyətində iştirak etmiş, ona hədə-qorxu gəlməmiş, fiziki və psixoloji təsir göstərməmişdir. Beləiklə, Zərərçəkmiş şəxs1 qarşı törədilmiş cinayətin təhrikçisi Təqsirləndirilən şəxs2, Vüqarın isə həmin cinayətin iştirakçısı olmuşdur. Azərbaycan Respublikası CM-nin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviriəsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilmələri cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 məhkəməyə xx.xx.2020-ci il tarixli ərizə təqdim edərək təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, onlara qarşı heç bir şikayət və tələblərinin olmadığını bilddirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin CM-nin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, CM-nin 59.1.13-cü maddəsinə uyğun olaraq cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cu maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etdikdə nəzərə alır ki, o, hal-hazırda zərərçəkmiş şəxslə barışıq əldə etmiş, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayətin motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və bundan sonra təqsirli şəxsin davranışı ilə bağlı halları, yəni Zərərçəkmiş şəxs1 qarşı törədilən cinayətdə sonuncuya hər hansı formada təsir göstərməməklə cinayəti etiraf etməsini, etdiyi əməli barədə səmimi ifadələr verməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və etdiyi əməldən peşman olmasını müstəsna hallar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin nin 181.2.1 və 181.2.5-ci maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsini mümkün sayır. Məhkəmə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələblərinin olmadığını, cinayətin bir qismini yetkinlik yaşına çatmayan zaman törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməllərində onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməllərinin ağırlıq dərəcəsi nəzərə alınmaqla, onların islah olunmaları yalnız cəmiyyətdən təcrid olunma yolu ilə mümkündür. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayətlərin təsnifatına görə təqsirləndirilən şəxslərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulan əməlləri Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.5ci maddələrində nəzərdə tutulan əməli Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən ağır cinayət, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə əhatə olunan əməli isə Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanı ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə olan halda hər iki təqsirləndirilən şəxs cəzalarını ümumi rejimli cəzaçəkmə müəsisələrində çəkməli, onların cəzaçəkmə müddətinin əvvəli isə hər ikisinin faktiki saxlanıldığı xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla ) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda cinayət işi üzrə maddi sübut qismində tanınmış və Bakı şəhəri Səbail RPİ-də saxlanılan 1 ədəd soyuq silah olan ov bıçağı məhv edilməli, cinayət işinə əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri olan 31,50 (otuz bir manat əlli qəpik) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkilləri X3, Təqsirləndirilən şəxs1 hüquqlarını isə Müdafiəçi1 (c.3, i/v 173,174), məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Təqsirləndirilən şəxs2 huquqlarını Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər X3 və Müdafiəçi1 üçün Bakı şəhəri 3 saylı Vəkil Bürosunun nəfinə Səyyarə Əliyeva üçün 144 AZN (yüz qırx dörd manat), Müdafiəçi1 üçün 420 AZN (dörd yüz iyirmi manat), müdafəçi Müdafiəçi2 üçün isə 270 AZN (iki yüz yetmiş manat) pul Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.5 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 03 (üç) il müddətinə, Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.5-ci maddəsi ilə 08 (səkkiz) il müddətinə, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq Təqsirləndirilən şəxs2 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza müddətinin əvvəli “28” avqust 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış və Bakı şəhəri Səbail RPİ-də saxlanılan 1 ədəd soyuq silah olan ov bıçağı məhv edilsin, cinayət işinə əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri olan 31,50 (otuz bir manat əlli qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçilər X3 üçün 144 AZN (yüz qırx dörd manat), Müdafiəçi1 üçün 420 AZN (dörd yüz iyirmi manat) pul Bakı şəhəri 3 saylı Vəkil Bürosunun, məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı isə Müdafiəçi2 üçün 270 AZN (iki yüz yetmiş manat) pul Bakı şəhər 14 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1117/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1117/2020
29.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver