Məhkəmə qərarları › İş №1(101)-1117/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1117/2021

17.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1117/2021 17.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 Ağalarovun sədrliyi ilə, hakimlər Eldar Əli oğlu Mikayılov və Rahib Vaqif oğlu Salmanovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi: Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1992-ci ildə Ağdaş rayonu Ağcayazı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, Ağdaş rayonu Ağcayazı kəndində qeydiyyatda olub, ünvan 11-də yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı «Şahbuz» adlı şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək, saxlamaq, daşımaq və satmaq barədə razılaşdıqdan sonra, müxtəlif tarixlərdə «Şahbuz» adlı şəxsin göstərişi ilə narkotik vasitə və psixotrop maddələri Abşeron rayonunun Saray qəsəbəsi yaxınlığında əvvəlcədən qoyulan yerdən götürərək «Şahbuz» adlı şəxsin göstərişi ilə müvafiq ünvanlara qoymuş, daha sonra gördüyü işlərin qarşılığında narkotik vasitələrin və psixotrop maddələrin satışından əldə edilmiş pullardan üzərindən aşkar edilmiş "xxxx" ASC-yə məxsus **********062035 və **********762432 nömrəli plastik kartlara pullar köçürülmüş, 27 yanvar 2021-ci il tarixdə saat 20 radələrində ünvan 2 ünvanın yaxınlığında, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 bükümdə külli miqdarda, yəni 20,075 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və yaşadığı Bakı şəhəri Nərimanov rayonu, H.Əliyev küçəsində yerləşən 105 saylı binanın 22-ci mənzilin giriş hissəsində olan dəhlizin sol tərəfində yerləşən divanın alt hissəsindən 1 ədəd qutunun içərisində 1 ədəd bükümdə külli miqdarda, yəni 560 qram çəkidə ağ rəngli kristallik formada olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 2 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 1.290 qram və 490 qram, ümumi təmiz çəkisi 1.780 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 29 yanvar 2021-ci il tarixdə həmin mənzilin giriş hissəsində qarşı tərəfdə yerləşən mətbəxin sağ tərəfində olan qaz sobasının alt hissəsindən bir ədəd ağ rəngli, sarı qapaqlı, üzəri qara rəngli sellofanla örtülmüş plastik qabın içərisində 4 ədəd torbada ayrı-ayrılıqda təmiz çəkiləri 1.125 qram, 1.020 qram, 980 qram və 930 qram, ümumi çəkisi 4.055 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitələrin aludəçisidir. Təxminən 5 aydır ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə edir. İnstagram sosial şəbəkəsində Şahbuz adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Sonuncu onunla «Whatsapp» tətbiqi vasitəsilə əlaqə saxlayaraq, əvvəlcədən narkotik vasitələr qoyulan yerin koordinatlarını göndərmiş, o da həmin yerə gedib narkotik vasitələri götürmüşdür. Sonrakı günlərdə Şahbuzun göstərişi ilə həmin narkotik vasitələri onun tapşırdığı ünvanlara qoyub, həmin yerlərin şəklini çəkib Şahbuza göndərmişdir. Gördüyü işin qarşılığında **********062035 və **********762432 nömrəli plastik kartlarına pullar yüklənmişdir. Sonuncu dəfə tutulmamışdan bir həftə əvvəl Abşeron rayonu Saray qəsəbəsində Şahbuzun qoyduğu narkotik vasitələri götümüş, həmin narkotik vasitələri yaşadığı evdə gizlətmişdir. Narkotik vasitələri satdığı şəxsləri tanımır. «Samsung» markalı mobil telefonda olan foto şəkillər də həmin ünvanların foto şəkilləridir. Narkotik vasitələri adətən böyük çəkilərdə müxtəlif ünvanlara qoymuş, alıcı ona «MilliÖn» ödəmə terminalı vasitəsi ilə pul ödədikdən sonra «Whatsapp» tətbiqi vasitəsi ilə narkotik vasitəni yerləşdirdiyi ərazinin koordinatlarını göndərmiş və telefonla həmin ərazinin fotoşəkilini çəkib göndərərək işarələyib götürməsini bildirmişdir. 27 yanvar 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Nərimanov rayonu, H.Əliyev küçəsi, ev 105 ünvanının yaxınlığında piyada hərəkət edərkən polis əməkdaşları ona yaxınlaşıb, narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu BNMİ-nə dəvət etmişlər. Orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə ona üzərində qanunla qadağan olunmuş əşya, maddə və ya narkotik vasitə varsa təqdim etməsi təklif edilmişdir. O, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 bükümdə narkotik vasitə olan heroini təqdim etmişdir. Şəxsi axtarış zamanı əynində olan cins şalvarın sol yan cibindən 3 manat pul, 1 ədəd açar, 1 ədəd «Red Mi» markalı, 1 ədəd «Samsung» markalı mobil telefonlar, ona məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, "xxxx" ASC-yə məxsus **********062035 və **********762432 nömrəli plastik kartlar aşkar edilərək götürülmüşdür. Təqdim etdiyi büküm elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq möhürlənmiş, üzərində müvafiq qeydlər aparıldıqdan sonra imzalanmışdır. Üzərindən aşkar olunmuş 1 ədəd «Red Mi» markalı, 1 ədəd «Samsung» markalı mobil telefon, şəxsiyyət və sürücülük vəsiqələri, "xxxx" ASC-yə məxsus **********062035 və **********762432 nömrəli plastik kartlar götürülmüş, 1 ədəd açar və 3 manat pul ona qaytarılmışdır. Şifahi sorğu zamanı üzərindən çıxarıb təqdim etdiyi heroinin özünə məxsus olduğunu, onu Şahbuzun vasitəsilə əldə etdiyini, yaşadığı mənzildə də narkotik vasitə saxladığını bildirmişdir. Etirazı olmadığından yaşadığı evə də baxış keçirilmişdir. Baxış zamanı mənzilin giriş hissəsindəki dəhlizin sol tərəfində yerləşən divanın alt hissəsindən bir ədəd qutunun içərisində 2 büküm narkotik vasitə heroin, 1 büküm psixotrop maddə metamfetamin kütləsi və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Təqdim etdiyi bükümlər qablaşdırılmış, möhürlənmiş, üzərində müvafiq qeydlər aparıldıqdan sonra imzalanmışdır. Evdən aşkar edilənlərdən başqa narkotik vasitə olsa da, bu barədə polis əməkdaşlarına iki gündən sonra məlumat vermişdir. Odur ki, 29 yanvar 2021-ci il tarixdə yenidən yaşadığı mənzilə baxış keçirilmişdir. Həmin vaxt mənzilin giriş hissəsində qarşı tərəfdə yerləşən mətbəxin sağ tərəfində olan qaz sobasının alt hissəsindən bir ədəd ağ rəngli, sarı qapaqlı, üzəri qara rəngli sellofanla örtülmüş plastik qabın içərisində 4 büküm qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni polislərə təqdim etmişdir. İstifadə etdiyi ***-***-**-** saylı mobil nömrədə olan «sms» yazışmaları narkotik vasitələrin satışı ilə bağlı olan yazışmalardır. «Sms» yazışmasında qeyd edilən «patı» psixotrop maddə metamfetamindir. Əməlindən peşmandır, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 27 yanvar 2021ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs Nərimanov rayonu ərazisində külli miqdarda psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. 27 yanvar 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Nərimanov rayonu, H.Əliyev küçəsi, ev 105 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmış və idarəyə aparılmışdır. İdarədə xidməti otaqların birində videoçəkilişlə vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Onların təklifinə əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər bükümü təqdim etdmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman sonuncunun əynində olan cins şalvarın sol yan cibindən 3 manat pul, 1 ədəd açar, 1 ədəd «Red Mi» markalı, 1 ədəd «Samsung» markalı mobil telefonlar, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət və sürücülük vəsiqələri, "xxxx" ASC-yə məxsus **********062035 və **********762432 nömrəli plastik kartlar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş və çəkisi 23,42 qram təşkil etmişdir. Həmin büküm zərfə qoyularaq möhürlənmiş, üzərində müvafiq qeydlər aparıldıqdan sonra imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd «Red Mi» markalı, 1 ədəd «Samsung» markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət və sürücülük vəsiqələri, "xxxx" ASCyə məxsus **********062035 və **********762432 nömrəli plastik kartlar götürülmüş, 1 ədəd açar və 3 manat pul isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən çıxarıb təqdim etdiyi heroinin özünə məxsus olduğunu, həmin bükümü «İnstagram» sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşı Şahbuz adlı şəxsin «Whatsapp» vasitəsi ilə ona göndərdiyi məlumat əsasında bir həftə bundan əvvəl Abşeron rayonunun Saray qəsəbəsi yaxınlığında əvvəlcədən qoyulan yerdən götürdüyünü, sonradan isə sonuncunun göstərişi ilə həmin narkotik vasitələri müvafiq ünvanlara qoyaraq həmin ünvanların şəklini Şahbuza göndərdiyini, gördüyü işin qarşılığında narkotik vasitələrin satışından əldə edilmiş pulların üzərindən aşkar edilmiş **********062035 və**********762432 nömrəli plastik kartlara yükləndiyini, özünün də təxminən 5 aydır ki, narkotik vasitələrdən istifadə etdiyini, yaşadığı mənzildə də özünə məxsus narkotik maddə olduğunu, həmin narkotik maddəni təqdim edə biləcəyini və mənzilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra 27 yanvar 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanına videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs onların təklifi ilə mənzilin giriş hissəsində olan dəhlizin sol tərəfində yerləşən divanın alt hissəsindən bir ədəd qutunun içərisində 2 büküm, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər, 1 büküm, ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Həmin bükümlər çəkisinin müəyyən edilməsi üçün elektron tərəzidə çəkilmiş və heroin bükümünə bənzər kütlələrdən birinicinin çəkisi 1.500 qram, ikinci bükümün çəkisi 593 qram, psixotrop maddə olan metamfetaminə bənzər kütlənin çəkisi isə 656 qram olması müəyyən edilmişdir. Sonra həmin bükümlər və elektron tərəzi qablaşdırılaraq möhürlənmiş və imzalanmışdır. Sonra mənzilin digər hissələrinə baxış keçirilmiş və qanunla qadağan olunuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Daha sonra 29 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı mənzildə əlavə olaraq külli miqdarda narkotik vasitə saxlanılması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatının yoxlanılması üçün Nərimanov RPİ-nin İŞnin baş müstəntiqi, polis mayoru Xosrov Şükürov tərəfindən Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanına video çəkilişlə baxış keçirilmişdir. Baxış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs mənzilin giriş hissəsində qarşı tərəfdə yerləşən mətbəxin sağ tərəfində olan qaz sobasının alt hissəsindən bir ədəd ağ rəngli, sarı qapaqlı, üzəri qara rəngli sellofanla örtülmüş plastik qabın içərisində 4 büküm qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. İbtidai istintaq zamanı dindirilmiş dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş şahid Şahid3 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs sinif yoldaşı Əlibəyin tanışıdır. Sonuncunu üzbəüz görməmiş, yalnız qiyabi olaraq tanıyır. Təqsirləndirilən şəxs üzərindən "xxxx" ASC-yə məxsus **********062035 saylı üzərində Şahid3 adı yazılmış kart ona məxsusdur. Belə ki, 2020-ci ilin noyabr ayının əvvəllərində Əlibəylə birlikdə olarkən Ağasif Əlibəyə zəng edib, ona bank kartı lazım olduğunu demişdir. Əlibəy də ondan bank kartının olub olmadığını soruşmuşdur. Əlibəyə bank kartının olduğunu bildirmiş, sonuncu ona həmin kartı bir neçə günlük tanışı Ağasifə verməsini xahiş etmişdir. O da həmin kartı Ağasifə verməsi üçün Əlibəyə vermişdir. Təxminən bir həftə sonra Əlibəyə Ağasifdən plastik bank kartını götürüb, ona qaytarmasını demiş, Əlibəy də Ağasifə zəng edib kartı istəmişdir. Ağasif də kartla işinin bitdiyini və nə vaxt istəsə götürə biləcəyini bildirmişdir. İşləri çox olduğundan kartı götürə bilməmişdir. İşin 1-ci cildinin 6-cı vərəqindəki 27 yanvar 2021-ci il tarixli raportdan görünür ki, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx xxxx 1992-ci ildə Ağdaş rayonunun Ağcayazı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işləməyən, Ağdaş rayonunun Ağcayazı kəndində qeydiyyatda olub, ünvan 8 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edib, Bakı şəhəri Nərimanov rayonunda dövriyyəsi ilə məşğul olduğu göstərilmişdir. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirə salınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş edilmişdir. İşin 1-ci cildinin 34, 35-38-ci vərəqindəki «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 yanvar 2021-ci il tarixdə, saat 20:00-da Bakı şəhəri Nərimanov rayonu, H.Əliyev küçəsi ev 105 ünvanının yaxınlığında piyada hərəkət edərkən Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs müvafiq qərarla tanış edildikdən sonra ona paltarlarında, əşyalarında və ya bədənində narkotik vasitə və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədləri varsa, könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər məddəni təqdim etmişdir. Bundan sonra Agasif Babayevin üzərinə şəxsi axtarış keçirilmiş və bu zaman sonuncunun əynində olan cins şalvarın sol yan cibindən 3 manat pul, 1 ədəd açar, 1 ədəd «Red Mi» markalı, 1 ədəd «Samsung» markalı mobil telefonlar, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət və sürücülük vəsiqələri, "xxxx" ASC-yə məxsus **********062035 və **********762432 nömrəli plastik kartlar aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq hər hansı əşya, predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş və çəkisi 23,42 qram olmuşdur. Həmin büküm içərisi boş ağ rəngli kağız zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd «Red Mi» markalı, 1 ədəd «Samsung» markalı mobil telefonlar, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət və sürücülük vəsiqələri, "xxxx" ASC-yə məxsus **********062035 və **********762432 nömrəli plastik kartlar sonuncuya bu barədə izah verildikdən sonra götürülmüş və 1 ədəd açar və 3 manat pul Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən çıxarıb təqdim etdiyi heroinin özünə məxsus olduğunu, həmin bükümü «İnstagram» sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşı Şahbuz adlı şəxsdən «Whatsapp» vasitəsi ilə bir həftə bundan əvvəl Abşeron rayonunun Saray qəsəbəsi yaxınlığında əvvəlcədən qoyulan yerdən götürdüyünü, sonradan isə sonuncunun göstərişi ilə həmin narkotik vasitələri müvafiq ünvanlara qoyaraq həmin ünvanların şəklini İran İslam Respublikası vətəndaşı Şahbuz adlı şəxsə göndərdiyini, gördüyü işin qarşılığında narkotik vasitələrin satışından əldə edilmş pulların üzərindən aşkar edilmiş **********062035 və **********762432 nömrəli plastik kartlara yükləndiyini, həmin plastik kartlara narkotik vasitələrin satışından əldə edilmiş pulların yükləndiyini qabaqcadan bildiyini, özünün narkotik vasitələrin aludəçisi olduğunu, təxminən 5 aydır ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən istifadə etdiyini, yaşadığı mənzildə də özünə məxsus narkotik maddə olduğunu, həmin narkotik maddəni təqdim edə biləcəyini, mənzilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. İşin 1-ci cildinin 45-47-ci vərəqlərindəki 27 yanvar 2021-ci il tarixli «mənzilə baxış və götürmə aparılması haqqında» protokoldan görünür ki, həmin tarixdə saat 20:00-da Bakı şəhəri Nərimanov rayonu, H.Əliyev küçəsi ev 105 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkət edərkən Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Üzərinə keçirilən şəxsi axtarış zamanı 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilib götürülmüş, yaşadığı mənzildə də narkotik maddə saxladığını və mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə vermişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 11-də narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan 27 yanvar 2021-ci il tarixdə video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs sözü gedən mənzildə narkotik vasitə və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədləri varsa, könüllü verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs mənzilin giriş hissəsində olan dəhlizin sol tərəfində yerləşən divanın alt hissəsindən bir ədəd qutunun içərisində 2 büküm qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər, 1 büküm, ağ rəngli, kristall şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər çəkisinin müəyyən edilməsi üçün elektron tərəzidə çəkildi. Heroin bükümünə bənzər kütlələrdən birincinin çəkisi 1.500 qram, ikinci bükümün çəkisi 593 qram, psixotrop maddə olan metamfetaminə bənzər kütlənin çəkisinin isə 656 qram olması müəyyən edilmişdir. Həmin bükümlər və elektron tərəzi içərisi boş olan həmin qutunun içərisinə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra mənzilin digər hissələrinə baxış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs sorğu zamanı təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin bükümləri «İnstagram» sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşı Şahbuz adlı şəxsdən «Whatsapp» vasitəsi ilə bir həftə bundan əvvəl Abşeron rayonunun Saray qəsəbəsi yaxınlığında əvvəlcədən qoyulan yerdən götürdüyünü, sonradan isə sonuncunun göstərişi ilə həmin narkotik vasitələri müvafiq ünvanlara qoyaraq həmin ünvanların şəklini İran İslam Respublikası vətəndaşı Şahbuz adlı şəxsə göndərdiyini, özünün əvvəllər məhkum olunduğunu, yaşadığı mənzildə narkotik vasitələr saxlaması ilə bağlı heç kimin məlumatı olmadığını bildirmişdir. İşin 1-ci cildinin 71-73-cü vərəqlərindəki 29 yanvar 2021-ci il tarixli «mənzilə baxış və götürmə aparılması haqqında» protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı mənzildə əlavə olaraq külli miqdarda narkotik vasitə saxladığı barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildə narkotik maddə saxladığını və mənzilə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 11 ünvanında narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «mənzilə baxış və götürmə aparılması haqqında» 29 yanvar 2021-ci il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs müvafiq qərarla tanış edildikdən sonra, ona sözü gedən mənzildə narkotik vasitə və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədlər varsa, könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs mənzilin giriş hissəsində qarşı tərəfdə yerləşən mətbəxin sağ tərəfində olan qaz sobasının alt hissəsindən bir ədəd ağ rəngli, sarı qapaqlı, üzəri qara rəngli sellofanla örtülmüş plastik qabın içərisində 4 büküm qəhvəyi rəngli spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Həmin bükümlər içərisi boş olan həmin plastik qabın içərisinə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzərində müvafiq qeydlər aparıldıqdan sonra şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra mənzilin digər hissələrinə baxış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs sorğu zamanı, təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin bükümləri «İnstagram» sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşı Şahbuz adlı şəxsdən «Whatsapp» vasitəsi ilə bir həftə əvvəl Abşeron rayonunun Saray qəsəbəsi yaxınlığında əvvəlcədən qoyulan yerdən götürdüyünü, sonradan isə sonuncunun göstərişi ilə həmin narkotik vasitələri müvafiq ünvanlara qoyaraq həmin ünvanların şəklini İİR-sı vətəndaşı Şahbuz adlı şəxsə göndərdiyini, yaşadığı mənzildə narkotik vasitələr saxlaması ilə bağlı heç kimin məlumatı olmadığını bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 28 yanvar 2021-ci il tarixli 6/372 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 7 (1)» dairəvi möhür əksi, sözlər və imzalar qeyd edilmiş kağız paketin və karton qutunun içərisində olan: -üzərində «Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi...» sözləri və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə olan bir ədəd bükümdə təmiz çəkisi 20,075 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində «Təqsirləndirilən şəxs mənzilə baxış zamanı təqdim etdiyi...» sözləri və imzalar qeyd edilmiş bir ədəd karton qutuda bir ədəd bükümdə təmiz çəkisi təmiz çəkisi 560,0 qram ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Digər 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi bir ədəd bükümdə təmiz çəkisi 1.290,0 qram açıq qəhvəyi rəngli, digər bir ədəd bükümdə isə təmiz çəkisi 490,0 qram tünd qəhvəyi rəngli, ümumi təmiz çəkisi 1780,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il tarixli 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi heroin ilə Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş təmiz çəkisi 1.290,0 qram olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi komponet tərkibinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi heroin və yaşadığı mənzildən aşkar edilmiş təmiz çəkisi 1.290,0 qram olan heroin ilə Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş təmiz çəkisi 490,0 qram olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqlidirlər. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinun izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi və yaşadığı mənzildən aşkar edilmiş heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Qeyd: Heroinin təmiz çəkisi 1.800,075 qram, tədqiqata sərf edildi 0,12 qram, qalıq 1.799,955 qram. Metamfetaminin təmiz çəkisi 560,0 qram, cəmi tədqiqata sərf edildi 0,05 qram, qalıq 559,95 qram. Məhkəmə-kimyəvi ekspertizasının 30 yanvar 2021-ci il tarixli 6/427 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərilərində «...Təqsirləndirilən şəxs yaşadığı...» sözləri olan kağız yapışdırlmış bir ədəd plastik qabdakı dörd ədəd torbada ayrı-ayrılıqda təmiz çəkiləri 1.125 qr., 1.020 qr., 980 qr., 930 qr., ümumi təmiz çəkisi 4055 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi çəkisi-4.055 qram, tədqiqata sərf edildi-0,080 qram, qalıq-4.054,92 qram. Narkotik vasitələrin əlavə kriminalistik ekspertizasının 14 aprel 2021-ci il tarixli 6/427 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «... Təqsirləndirilən şəxs yaşadığı... « sözləri olan kağız paketdəki plastik qabda dörd ədəd torbada ümumi təmiz çəkisi 4054,92 qram olan narkotik vasitə heroinlə (obyekt № 1) üzərində « ...Təqsirləndirilən şəxs axtarış axtarış zamanı təqdim etdiyi...» sözləri olan bir ədəd paketdə bir ədəd bükümdə təmiz çəkisi 20,035 qram olan narkotik vasitə heroin (obyekt № 2) və üzərində «.. Təqsirləndirilən şəxs mənzilinə baxış zamanı təqdim etdiyi...» sözləri olan bir ədəd karton qutuda bir ədəd bükümdə təmiz çəkisi 1.289,96 qram olan narkotik vasitə heroin (obyekt Nə 3) xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Üzərində «...Təqsirləndirilən şəxs mənzilinə baxış zamanı təqdim etdiyi ...» sözləri olan bir ədəd karton qutuda bir ədəd bükümdə təmiz çəkisi 489,96 qram olan narkotik vasitə heroin (obyekt № 4) xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə 1,2 və 3 №-li obyektlərdəki heroinlərdən fərqlidir. Qeyd: 1 №-li obyektdəki heroinin çəkisi 4.054,9 qram, tədqiqata sərf olundu 0,160 qram, qalıq 4.054,76 qram. 2 №-li obyektdəki heroinin çəkisi 20,035 qram, tədqiqata sərf olundu 0,050 qram, qalıq 19,985 qram. 3 №-li obyektdəki heroinin çəkisi 1.289,96 qram, tədqiqata sərf olundu 0,050 qram, qalıq-1.289,91 qram. 4 №-li obyektdəki heroinin çəkisi 489,96 qram, tədqiqata sərf olundu 0,050 qram, qalıq 489,91 qram. Məhkəmə-narkoloji ekspertizasının 7 aprel 2021-ci il tarixli 996 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ambulator-psixiatrik ekspertizasının 13 aprel 2021-ci il tarixli, 1103 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Həmçinin Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağılıq və psixi xəstəlik qeyd olunmayıb. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə etmək qabliyyətində olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barədə anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. İşin 2-ci cildinin 170-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş «Samsung» markalı mobil telefona keçirilmişdir. Baxış zamanı telefonun «Qalereya» bölməsində müxtəlif ünvanların, əşyaların, həmçinin narkotik vasitələrin foto şəkilləri, müxtəlif çəkilərdə narkotik vasitələrin elektron çəki tərəzisində çəkilişinə aid video görüntülər, müxtəlif şəxslərə məxsus bank kartları və müxtəlif məbləğlərdə pul köçürmələrin əks olunduğu qəbzlərin müəyyən edildi. Təqsirləndirilən şəxs bildirdi ki, narkotik vasitələri İİR-sı vətəndaşı Şahbuz adlı şəxs əvvəlcədən müəyyən edilmiş yerlərə qoyaraq həmin ünvanların foto şəkillərini «Whatsapp» vasitəsi ilə ona göndərmiş, o da həmin ünvandan narkotik vasitələri götürüb müxtəlif şəxslərə müxtəlif qablaşdırmalarda müxtəlif çəkilərdə narkotik vasitələri qoyaraq əvvəlcədən müəyyən edilmiş ünvanlara qoymuşdur. Həmin foto şəkillər qeyd etdiyi ünvanların foto şəkilləridir. Bank kartları və qəbzlər isə narkotik vasitələrin satışından əldə edilmiş pulların köçürüldüyü bank kartları və köçürülmənin foto şəkilləridir. Həmçinin «Samsung» markalı mobil telefonun içərisində olan «Whatsapp» proqramına baxış keçirilmiş, lakin hər hansı bir yazışma, telefon zəngi və əhəmiyyət kəsb edən digər hal aşkar edilməmişdir. İşin 1-ci cildinin 217-266-cı vərəqlərindəki prototokldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrənin sms yazışmalarının əks olunduğu 1 ədəd CD diskə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, 16 yanvar 2021-ci il tarixdə saat 20:23:10-da **********37 saylı mobil nömrə abonentindən Təqsirləndirilən şəxs istifadəsində olan **********55 saylı mobil nömrəyə «Noldu qaqa göndər dana, birdə götürənnən sora mən sa zəng vurjam ki qaaqa 2 dənə patı demişdim, denən ay bilə səf başa düşmüşəm qaqa, heçnə olmaz bir azdan yer deyjəm get götürərsən yaxşımı başına dönərəm qaqa sənin» sms mətni, 18 yanvar 2021-ci il tarixdə saat 20:39:11-də **********37 saylı mobil nömrə abonentindən Təqsirləndirilən şəxs istifadəsində olan **********55 saylı mobil nömrəyə «Qaqa qurvan olaram sa bu saat gedirəm vurmağa, sən denən qoysun harasa, mən pulu vur yerni de gedim götürüm, ayqam karta vurannan sora da sən de qoysun, yerinidə sa desin basşma dönərəm ağasif acca zadeska yarandı ona görə» sms mətni və 27 yanvar 2021-ci il tarixdə saat 20:55-də **********57 saylı mobil nömrə abonentindən Təqsirləndirilən şəxs istifadəsində olan **********55 saylı mobil nömrəyə «Babəkəm gir setə» sms mətni göndərilmişdir. İşin 2-ci cildinin 65-90-cı vərəqlərindəki Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə içərisində 27 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zamanı çəkilmiş video görüntülər olan 1 ədəd CD disk, həmin tarixdə yaşadığı ünvanda axtarış və götürmə aparılması zamanı çəkilmiş video görüntülər olan 1 ədəd CD disk, 29 yanvar 2021-ci il tarixdə yaşadığı ünvanda təkrar axtarış və götürmə aparılması zamanı çəkilmiş video görüntülər olan 1 ədəd CD disk, 1 ədəd "xxxx" ASC tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş 4169 7413 0876 2432 nömrəli bankomat kartı, 1 ədəd "xxxx" ASC tərəfindən Şahid3 adına verilmiş 5103 0714 3506 2035 nömrəli bankomat kartları, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zamanı götürülmüş 1 ədəd «Samsung» markalı mobil telefon 27 yanvar 2021ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ondan götürülmüş təmiz çəkisi 20,074 (tədqiqatdan sonra qalıq 19,985) qram narkotik vasitə heroin, yaşadığı ünvandan 2 bükümdə götürülmüş təmiz çəkiləri 1.290,0 (tədqiqatdan sonra qalıq 1.289,91) qram və 490,0 (tədqiqatdan sonra qalıq 489,91) qram narkotik vasitə heroinlər, təmiz çəkisi 560,0 (tədqiqatdan sonra qalıq 559,95) qram psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi, 29 yanvar 2021-ci il tarixdə yaşadığı ünvandan götürülmüş təmiz çəkisi 4.055,0 (təqiqatdan sonra qalıq 4.054,76) qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, CD disklər cinayət işinin materiallarına əlavə edilmiş, «Samsung» markalı mobil telefon, narkotik vasitələr, psixotrop maddə və elektron tərəzi saxlanılmaları üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə verilmiş, iki ədəd bankomat kartı isə ayrılmış ********* nömrəli cinayət işinə əlavə dilmişdir. İşin 1-ci cildinin 121-123-cü vərəqlərindəki Azərbaycan Respublikası DİN-in BƏSİİnin tələbnaməsi və Sumqayıt şəhər məhkəməsinin hökmündən görünür ki, Babayev X2 rayon məhkəməsinin 22 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 8 avqust 2019cu il tarixli qərarı ilə hökm dəyişdirilərək üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bundan başqa o, Sumqayıt şəhər məhkəməsinin 21 aprel 2021-ci il tarixli hökmü ilə Respublikası CM-in 234.1, 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib, CM-in 66.2-ci maddəsinə əsasən ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 8 avqust 2019-cu il tarixli qərarı ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi CM-in 68.1-1-ci maddəsinə əsasən 8 (səkkiz) ay azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, qeyd olunan hökmlə təyin olunmuş cəzaya qismən birləşdirməklə Təqsirləndirilən şəxs 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduğu 2 gün müddət cəzaçəkmə müddətinə hesablanmaqla üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin 1-ci cildinin 25-26-cı vərələrindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzasının yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər məhkəməsinin 21 aprel 2021-ci il tarixli hökmü ilə onun üzərində qəti olaraq saxlanılmış 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, CM-nin 66.5-ci birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı 6 mart 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Nərimanov RPİ-də saxlanılan 27 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ondan götürülmüş təmiz çəkisi 20,074 (tədqiqatdan sonra qalıq 19,985) qram narkotik vasitə heroin, yaşadığı ünvandan 2 bükümdə götürülmüş təmiz çəkiləri 1.290,0 (tədqiqatdan sonra qalıq 1.289,91) qram və 490,0 (tədqiqatdan sonra qalıq 489,91) qram narkotik vasitə heroinlər, təmiz çəkisi 560,0 (tədqiqatdan sonra qalıq 559,95) qram psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi, 29 yanvar 2021-ci il tarixdə yaşadığı ünvandan götürülmüş təmiz çəkisi 4.055,0 (təqiqatdan sonra qalıq 4.054,76) qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, CD disklər iş materiallarında saxlanılmalı, 1 ədəd "xxxx" ASC tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş 4169 7413 0876 2432 nömrəli bankomat kartı, 1 ədəd "xxxx" ASC tərəfindən Şahid3 adına verilmiş 5103 0714 3506 2035 nömrəli bankomat kartları və 1 ədəd «Samsung» markalı mobil telefon hazırki cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilməlidir. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 228 (iki yüz iyirmi səkkiz) manat 64 (altmış dörd) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər məhkəməsinin 21 aprel 2021-ci il tarixli hökmü ilə onun üzərində qəti olaraq saxlanılmış 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 6 mart 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Nərimanov RPİ-də saxlanılan 27 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ondan götürülmüş təmiz çəkisi 20,074 (tədqiqatdan sonra qalıq 19,985) qram narkotik vasitə heroin, yaşadığı ünvandan 2 bükümdə götürülmüş təmiz çəkiləri 1.290,0 (tədqiqatdan sonra qalıq 1.289,91) qram və 490,0 (tədqiqatdan sonra qalıq 489,91) qram narkotik vasitə heroinlər, təmiz çəkisi 560,0 (tədqiqatdan sonra qalıq 559,95) qram psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi, 29 yanvar 2021-ci il tarixdə yaşadığı ünvandan götürülmüş təmiz çəkisi 4.055,0 (təqiqatdan sonra qalıq 4.054,76) qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. CD disklər iş materiallarında saxlanılsın. 1 ədəd "xxxx" ASC tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş 4169 7413 0876 2432 nömrəli bankomat kartı, 1 ədəd "xxxx" ASC tərəfindən Şahid3 adına verilmiş 5103 0714 3506 2035 nömrəli bankomat kartları və 1 ədəd «Samsung» markalı mobil telefon hazırki cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilsin. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 228 (iki yüz iyirmi səkkiz) manat 64 (altmış dörd) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar