Məhkəmə qərarları › İş №1(101)-1118/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1118/2020

26.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1118/2020 26.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əhmədli Səxavət Böyükağa oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə etmiş və külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkiləri kultivasiya etmiş, yəni əkib yetişdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq bir ədəd qara rəngli sellofanda içərisində, o cümlədən bir hissəsi 11 ədəd kibrit qutusunda olmaqla ümumi təmiz çəkisi 1500,0 qram olan kustar üsulla hazırlanmış, yəni külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edərək yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Suraxanı rayon X4 Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələri kultivasiya etməkdə şübhəli bilindiyi üçün onun yaşadığı fərdi yaşayış evinə və həyətyanı sahəsinə baxış keçirilən zamanı toyuq hininin yanından köhnə saxlanc yeri kimi istifadə olunan yerdə şkafın içərisindən 11 ədəd kibrit qutusunda tərkiblərinə görə eyni olan təmiz çəkisi 1500,0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və həyətdə yerləşən üzəri polietilen ilə örtülmüş vəziyyətdə olan əvvəllər tövlə kimi istifadə olunan yerdən qanunsuz olaraq əkib-yetişdirməklə kultivasiya etdiyi, ümumi sayı 85 (səksən beş) ədəd və evin eyvanının sağ tərəfində olan qapının arxasındakı dibçəkdə 2 ədəd olmaqla, külli miqdarda – cəmi 87 ədəd sayda, ümumi çəkisi - 10915,0 qram təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, təxminən 20 ilə yaxındır ki, narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Narkotik vasitəni özü yaşadığı ünvanda özünə məxsus həyətyanı sahədə əkərək yetişdirmiş və qurudaraq istifadə etmişdir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 11 radələrində yaşadığı evdə olan zaman qapının döyüldüyünü eşidib qapıya yaxınlaşmış və qapını açarkən polis əməkdaşlarının qapıda dayandığını görmüşdür. Polis əməkdaşları onun yaşadığı evin həyatyanı sahəsində qanunsuz olaraq narkotik bitkilər əkməsi ilə bağlı daxil olmuş məlumatı yoxlamaq üçün videoçəkilişlə baxış keçirilməsinə icazə istəmişlər. O, baxış keçirilməsinə heç bir etiraz etməmiş və bu barədə ərizə yazaraq razılıq vermişdir. Bundan sonra o, həyətyanı sahəsində olan toyuq hininə bitişik tikilidə olan köhnə saxlanc yerinin içərisində gizlətdiyi qara rəngli sellofan bağlamanı könüllü olaraq polis əməkdaşlarına təqdim etmiş və bağlamanın içərisində qurudulmuş halda narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Həmçinin qara sellofanın içərisində olan 11 ədəd kibrit qutusunun içərisindəki maddənin də marixuana olduğunu, həmin marixuananı həm özünün istifadə etdiyini, həm də tanışlarına hədiyyə verdiyini bildirmişdir. Təqdim etdiyi bağlama və 11 ədəd kibrit qutusu içərisindəki maddələrlə birlikdə ekspertizaya göndərilmək üçün qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra, digər bitişik sahədə üzəri şəffaf sellofanla örtülmüş yerdə əkdiyi narkotik tərkibli çətənə kollarını polis əməkdaşlarına göstərərək həmin kolları 2020ci ilin fevral ayında əkdiyini və həmin vaxtdan qulluq etdiyini bildirmişdir. Eləcə də yaşadığı evin eyvanında bir ədəd dibçəkdə özünün əkib qulluq etdiyi iki ədəd çətənə kolunu könüllü olaraq təqdim etmişdir. Həmin çətənə kolları onun iştirakı ilə çıxarılaraq qablaşdırılmış və möhürlənmişdir. O, həmin narkotik vasitələri özünün istifadəsi üçün əkib becərmişdir. Himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Suraxanı rayon X4 Mübarizə İdarəsinə ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik tərkibli bitkilər əkib yetişdirməklə kultivasiya etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat raportla Polis İdarəsinin rəisinə məruzə olunduqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilməklə əməliyyat qrupunun yaradılması barədə əmr hazırlanmışdır. xx xxxx 2020-ci il tarixdə əməliyyat qrupunun üzvləri ilə birlikdə videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı həmin ünvana gedərək evin qapısını döymüşlər və Təqsirləndirilən şəxs qapını açmışdır. Onlar xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onun narkotik tərkibli bitkiləri əkib becərməklə kultivasiya etməsində şübhələnildiyini, bu səbəbdən yaşadığı evə baxış keçirmək zərurətinin yarandığını deyərək buna etiraz edib-etmədiyini soruşmuşlar. Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə heç bir etiraz etməmiş və baxışa icazə verməsinə dair ərizə yazmışdır. Bundan sonra, onlar evə daxil olmuşlar və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilməyə başlanılmışdır. Onlar həyətdə olan toyuq hinin yanındakı qapıdan içəri girdikdə Təqsirləndirilən şəxs orada olan köhnə saxlanc yerindən qara rəngli sellofan bağlamanı çıxardaraq təqdim etmiş və həmin bağlamının içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Həmin qara sellofan qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs əvvəllər tövlə kimi istifadə edilən, üzəri polietilenlə örtülmüş yeri göstərərək orada çətənə kolları əkdiyini bildirmişdir. Onlar həmin yerə daxil olduqda orada çətənə koluna bənzəyən xırda və böyük kollar olduğunu görmüşlər. Təqsirləndirilən şəxs həmin kolları 2020-ci ilin fevral ayında öz istifadəsi üçün əkdiyini bildirmişdir. Daha sonra o, eyvanda qapının arxasındakı dibçəkdə olan çətənə bitkisinə oxşar 2 ədəd kolu göstərərək onların da çətənə kolları olduğunu bildirmişdir. Həmin bitkilərə aqronom tərəfindən baxış keçirildikdən sonra onlar yığılaraq qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi ilə bağlı prorokol tərtib edilmiş və bütün iştirakçılar protokolu imzalayaraq doğruluğunu təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3, həmçinin ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid1 Şahid2 ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etmişlər (cild 1, iş vərəqə 118-119). Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o, ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs ilə 2009-cu ildə ailə qurmuş və hazırda üç azyaşlı uşaqları var. Mahirin evdə narkotik vasitə saxlamasından heç bir xəbəri olmamışdır. Həyətlərində Mahirin əvvəllər tövlə kimi istifadə edərək dovşan, sonra isə qaz və ördək saxladığı yerə keçmədiyi üçün onun orada narkotik vasitə əkib becərdiyini bilməmişdir. Həmin yer evlərinin arxa tərəfində yerləşdiyinə görə ora keçməmiş və orada nə olduğu ilə maraqlanmamışdır. Yalnız xx xxxx 2020-ci il tarixdə saat 13 radələrində evlərində yatdıqları zaman qonşuluqda yaşayan azyaşlı uşaqlardan biri onlara gələrək polislərin Mahiri apardığını demişdir. Bundan sonra qaynanası Gülnara Suraxanı rayon Polis İdarəsinin əməkdaşları ilə əlaqə saxlamış və həmin vaxt onlara bildirilmişdir ki, Mahirin evin arxa hissəsində əvvəllər tövlə kimi istifadə etdiyi yerdə əkib becərdiyi narkotik tərkibli bitkilər aşkar edilərək götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Şahid4 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, baxış zamanı evin həyətində toyuq hininin yanında olan köhnə saxlanc yerindəki şkafdan içərisində ot kütləsi və 11 ədəd kibrit qutusunun içərisində ot kütləsi olan bir ədəd qara rəngli sellofan bağlama, əvvəllər tövlə kimi istifadə olunan üzəri polietilenlə örtülmüş yerdən 85 ədəd çətənə kolu və eyvanda olan qapının arxasında dibçəkdə 2 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür. Həmin istintaq hərəkəti zamanı videoçəkilişdən istifadə edilmiş və müvafiq disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 16-17, 149). Şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun üzərindən saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Həmin istintaq hərəkəti zamanı videoçəkilişdən istifadə edilmiş və müvafiq disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 36- 37, 150) . Məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 7/327 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vət. Təqsirləndirilən şəxs ünvanından aşkar edilərək götürülmüş maddi sübutlar” yazılar və imzalar olan üzəri skoçla bağlanmış qara rəngli bağlamada 1 (bir) ədəd sellofan torbada 11 ədəd kibrit qutusunda və 2 (iki) ədəd sellofan torbalarda ümumi çəkisi - 1500,0 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vət. Təqsirləndirilən şəxs ünvanından aşkar edilərək götürülmüş maddi sübutlar” yazılar və imzalar olan baş-başa keçirilmiş ağ rəngli sintetik torbada yaş vəziyyətdə, ümumi sayı 87 (səksən yeddi) ədəd, ümumi çəkisi- 10915,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. Ekspert tədqiqatından sonra marixuanaların qalıq çəkisi 1499,74 qram, çətənə bitkilərinin qalıq çəkisi 10913,26 qram təşkil etmişdir (cild 1, iş vərəqə 42-46) . Məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 7/430 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, mərkəzə məxsus qəhvəyi rəngli kağız torbada 1 (bir) ədəd sellofan torbadakı 11 ədəd kibrit qutusunda və 2 (iki) ədəd sellofan torbalarda ümumi çəkisi-1499,74 qram (ilkin tədqiqat zamanı həmin bitki mənşəli kütlələrin ümumi çəkisi- 1500,0 qram olmuşdur, rəy 7/327) olan qurudulmuş marixuanalarla mərkəzə məxsus başbaşa keçirilmiş ağ rəngli torbada quru vəziyyətdə ümumi sayı 87 (səksən yeddi) ədəd, ümumi çəkisi - 3000,0 qram (ilkin tədqiqat zamanı yaş vəziyyətdə ümumi çəkisi - 10915,0 qram olmuşdur, rəy 7/327) olan çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Ekspert tədqiqatından sonra marixuanaların qalıq çəkisi 1499,48 qram, çətənə bitkilərinin qalıq çəkisi 2998,26 qram təşkil etmişdir (cild 1, iş vərəqə 138-141) . Ambulator X2 xx xxxx 2020-ci il tarixli 1972 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstələyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 136-137). Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxx 2020-ci il tarixli 1273 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməd dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. O, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək imkanına malikdir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, onun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 142-144) . Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 95). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən və ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2010-cu, 2011-ci və 2016-cı il təvəllüdlü üç uşağı vardır (cild 1, iş vərəqə 104-109). Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ibtidai istintaq orqanına ünvanlanmış məktubunda Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilmişdir (cild 1, iş vərəqə 145). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə ağır cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun 1-ci maddəsində göstərilmişdir ki, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik xassəli bitkilərin əkilməsi, becərilməsi və ya yetişdirilməsidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, narkotik xassəli bitkilərin hasil edilməsinə və narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hər hansı digər hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 19-cu bəndində isə göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü və 237.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən isə özünü təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin xx xxxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 27- 28, 96-98). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 1499,48 qram təşkil edən qurudulmuş marixuana və ekspert tədqiqatından sonra qalıq çəkisi 2998,26 qram olan çətənə (kannabis) bitkiləri məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi prosesinin videoçəkilişlərinin köçürüldüyü iki ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 132 (bir yüz otuz iki) manat 92 (doxsan iki) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq mərhələsində Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X3, məhkəmə mərhələsində isə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçin tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, ibtidai istintaq mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat, məhkəmə mərhələsində göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 150 (bir yüz əlli) manat məbləğində pul köçürülməlidir (cild 1, iş vərəqə 193). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkiləri 1499,48 qram təşkil edən qurudulmuş marixuana və 2998,26 qram təşkil edən çətənə (kannabis) bitkiləri məhv edilsin. - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi prosesinin videoçəkilişlərinin köçürüldüyü iki ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 132 (bir yüz otuz iki) manat 92 (doxsan iki) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına vəkil X3 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 150 (bir yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar