Məhkəmə qərarları › İş №1(101)-1118/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1118/2021

01.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1118/2021 01.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi iştirakları ilə məhkəmənin hazırlıq iclasında xx xxxxxxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, 11 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 yanvar 2021-ci il tarixdə barəsində ”həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.2-ci maddələri ilə təqsirləndirilməsinə dair həmin cinayət işi məhkəmənin icraatına daxil olmuş, cinayət işi 20, 25 may və 01 iyun 2021-ci il tarixlərə, məhkəmənin hazırlıq iclasına təyin edilməklə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanması üçün ilkin dinləmələr aparılmışdır. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.2-ci maddələri ilə irəli sürülən ittihamın məzmunundan görünür ki, o, 06.01.2021ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, hərbi şəhərcik ərazisndə qanunsuz olaraq istintaqa şəxsiyyəti məlum olmayan “Mehti” adlı şəxsdən satış məqsədi ilə ümumi çəkisi 0,737 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi çəkisi 0,240 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlayarkən 11.01.2020-ci il tarixdə, saat təxminən 20:15 radələrində Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasına gətirilmiş, orada onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 2 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,675 qram və 0,062 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,052 qram, 0,087 qram və 0,101qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, yəni Təqsirləndirilən şəxs təkrarən Şahid4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 08.01.2021-ci il tarixdə, saat 11:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Ələt bazarının yaxınlığında birgə qazanc əldə etmək üçün qanunsuz olaraq satış məqsədi ilə ümumi çəkisi 9,811 qram təşkil edən çətənə bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlayarkən 11.01.2020-ci il tarixdə, saat təxminən 20:15 radələrində Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasına gətirilmiş, orada onun üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən iki ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 2,972 qram və 3,348 qram, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 10 ədəd ağ kağız kəsiyinə bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,339 qram, 0,327 qram, 0,329 qram, 0,350 qram, 0,309 qram, 0,339 qram, 0,332 qram, 0,398 qram, 0,380 qram, 0,388 qram çəkidə olan çətənə bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İkinci, yəni təkrar cinayət epizodu üzrə Təqsirləndirilən şəxs ilə birgəiştirakçılığa görə qabaqcadan əlbir olan bir qrup şəxs kimi ittiham irəli sürülmüş Şahid4 barəsində cinayət işi Təqsirləndirilən şəxs barəsində olan cinayət işindən ayrıca icraatda ayrılmışdır. Baxış üçün ittiham aktı ilə məhkəməyə təqdim olunan həmin cinayət işi 11 mart 2021-ci il tarixdə Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi A.Həsənov tərəfindən istintaqı aparılmış ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.2-ci maddələri ilə ********* saylı cinayət işi olaraq ayrıca icraatda ayrılmış, ********* saylı cinayət işi Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X2 icraatında ********* nömrəli cinayət işi ilə birləşdirilməklə ibtidai istintaq davam etdirilmiş, ********* saylı həmin cinayət işi təkrarən ayrıca icraatda ayrılmış, müstəntiq Rauf Məmmədov tərəfindən ibtidai istintaq yekunlaşdırılmış və 29 aprel 2021-ci il tarixdə iş üzrə ittiham aktı tərtib edilməklə baxılması üçün aidiyyatı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmənin 01 iyun 2021-ci il tarixli hazırlıq iclasında müdafiə tərəfi (Müdafiəçi) şifahi vəsatət qaldıraraq cinayət işi üzrə məhkəməyədək icraat zamanı məhkəmə baxışı mərhələsində aradan qaldırılması mümkün olmayan bir sıra kobud qanun pozuntularına, o cümlədən cinayət işi üzrə ittiham aktının təqsirləndirilən şəxsə münasibətdə müvafiq hissələrdə Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməməsi, Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulması kimi kobud qanun pozuntularına yol verildiyini yol verildiyini məhkəmənin nəzər diqqətinə çatdırmışvə müəyyən olunan həmin pozuntuların aradan qaldırılması məqsədi ilə, Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrində nəzərdə tutulan əsaslarla cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi qaldırdığı həmin vəsatətdə cinayət işinin baxılmasına xitam verilməli və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı olmasını cinayət işinin materiallarında olan konkret sənədlərlə əsaslandırıb qeyd etdi ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs ünvan 2 ünvanının qarşısında Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən 11 yanvar 2021-ci il tarixdə, saat 20:15-də saxlanılması işdə olan sənədlərlə tam təsdiq olunmasına baxmayaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə 13 yanvar 2021-ci il tarixli ilk qərarda, bundan sonra cinayət təqibi üzrə qəbul olunan bütün qərarlarda, hətta iş üzrə tərtib olunan ittiham aktının istər təsviri-əsaslandırıcı və istərsə də nəticə hissəsində Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan şəraitdə və vaxtda, faktiki saxlanıldığı vaxtda deyil, onun bir il əvvəl - 11 yanvar 2020-ci il tarixdə saxlanıldığı göstərilmişdir. Müdafiəçi vəsatətini daha sonra belə əsaslandırdı ki, ikinci, yəni təkrar cinayət epizodu üzrə Təqsirləndirilən şəxs ilə birgəiştirakçılığa görə qabaqcadan əlbir olan bir qrup şəxs kimi ittiham irəli sürülmüş Şahid4 barəsində qanunsuz olaraq ayrıca icraatda cinayət işi ayrılmış, ayırma prosesində zəruri istintaq hərəkəti qərar və protokolları ayrılan cinayət işinin materiallarına əlavə olunmamış, bununla da təqsirləndirilən şəxsin nədə təqsirləndirildiyini bilmək, cinayət işinin materialları ilə tanış olmaq, özünün şəxsən və ya müdafiəçisi vasitəsi ilə müdafiəsini qurmaq kimi müdafiə hüquqları pozulmuşdur. Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən qaldırılan vəsatəti müdafiə edib göstərdi ki, ona qarşı irəli sürülən ittihamın mahiyyəti ona tam aydın deyildir, o, 2020-ci ildə deyil, 2021-ci ildə saxlanılmışdır, onunla birgəiştirakçılığa görə ittiham verilmiş Şahid4 barəsində cinayət işinin ayrılmasının səbəbləri ona izah edilməmişdir, bu barədə ona məlumat verilməmiş, ona ittiham aktı verilməmiş, etiraz və şikayətlərini bildirməsi, cinayət işinin materialları ilə tanış ola bilməsi üçün şərait yaradılmamış, ümumilikdə istintaq orqanı ona qarşı qərəzli mövqedə olmuşdur. Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən qaldırılan vəsatətin əsaslı hesab olunub, təmin edilməsini məhkəmədən xahiş etdi. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən qaldırılan vəsatəti əsassız hesab edib təmin edilmədən rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məhkəmə hazırlıq iclasında müdafiəçi tərəfindən qaldırılan vəsatəti müzakirə edib, cinayət prosesi tərəflərini dinləyib, cinayət işinin materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin təqsirlilik məsələsini əvvəlcədən həll etmədən belə nəticəyə gəlir ki, dövlət ittihamçısının qaldırdığı vəsatət tam əsaslıdır, yəni məhkəməyədək icraat zamanı müdafiəçinin vəsatətində göstərilən Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrində nəzərdə tutulan, məhkəmə baxışı nəticəsində aradan qaldırılması mümkün olmayan prosessual pozuntulara yol verilmişdir. Ona görə də müdafiəçinin vəsatəti təmin olunmalı, cinayət işinə baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, məhkəmə hazırlıq iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs 11 yanvar 2021-ci il tarixdə, saat 20:15-də Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılmış, 11-ci PB-nə aparılmış, həmin gün üzərində şəxsi axtarış həyata keçirilmiş, ətrafında sair təhqiqat və istintaq hərəkətləri aparılmışdır. Lakin bütün bunlara baxmayaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə 13 yanvar 2021-ci il tarixli ilk qərarda, bundan sonra cinayət təqibi üzrə qəbul olunan bütün qərarlarda, o cümlədən əməlin tövsifi barədə 11 mart 2021-ci il tarixli, Təqsirləndirilən şəxs qismində cəlb edilmək barədə eyni tarixli, cinayət işinin icraata qəbul edilməsi və cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə 12 mart 2021-ci il tarixli, sübutların qiymətləndirilməsi haqqında 26 aprel 2021-ci il tarixli qərarlarda, 18 mart 2021-ci il tarixli istintaq tapşırığında, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, onun MSY-nə köçürülməsi ilə əlaqədar tərtib olunan bütün sənədlərdə və hətta iş üzrə tərtib olunan ittiham aktının istər təsviri-əsaslandırıcı və istərsə də nəticə hissəsində Təqsirləndirilən şəxs faktiki saxlanıldığı tarix 11 yanvar 2021-ci il deyil, 11 yanvar 2020-ci il olaraq göstərilmişdir. Çox təəssüfdoğurucu haldır ki, yuxarıda qeyd olunan pozuntu Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Bakı şəhəri, Qaradağ rayon prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış 05 aprel 2021-ci il tarixli təqdimatda və hətta Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qərarında da aşkar edilmişdir(iş vərəqə: səh. 26,27,31,35,36,37,44,45-46,47-48,77,118-119,122-123,140-141,146- 147,149-150,151-152,153-157,167,183-190). Azərbaycan Respublikası CPM-nin 223.1-ci maddəsinin tələblərinə görə şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur. Həmin Məcəllənin 223.3, 223.3.2 və 223.3.4-cü maddələrinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində digər məlumatlarla yanaşı, cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti, həmçinin cinayət bir qrup şəxs tərəfindən törədildikdə, iştirakçılığın növü göstərilir. Azərbaycan Respublikası CPM-nin 289.3-cü maddəsinin tələblərinə görə ittiham aktının təsviri-əsaslandırıcı hissəsində digər məlumatlarla yanaşı, həm də cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar da (CPM, 289.3.1ci maddə) göstərilməlidir. Həmin Məcəllənin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri, yəni cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və s. əks etdirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, cinayət işinin ibtidai istintaqı zamanı Azərbaycan Respublikası CPM-nin 289.3-cü, 289.3.1-ci və 289.4-cü maddələrinin cinayət hadisəsinin törədilmə vaxtı ilə bağlı tələbləri, sadalanan digər sənədlərlə yanaşı, iş üzrə tərtib edilmiş ittiham aktının təsviri-əsaslandırıcı və nəticəvi hissəsində düzgün göstərilməməsi ilə pozulmuşdur. Bundan başqa, cinayət işi öyrənilərkən, həmçinin məhkəmə hazırlıq iclasında müəyyən edildi ki, ibtidai istintaq orqanının 26 aprel 2021-ci il tarixli qərarına əsasən (müstəntiq R.K.Məmmədov) Təqsirləndirilən şəxs və qeyriləri barəsində istintaq olunan ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs 9,811 qram çətənə bitkisindən küstar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilib götürülməsi faktına görə sonuncuya qarşı irəli sürülmüş cinayət epizodu üzrə Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olan bir qrup şəxs kimi birgəiştirakçılığa görə ittiham irəli sürülmüş Şahid4 barəsində Azərbaycan Respublikası CPM-nin 211.2 və 211.3-cü maddələrinin tələbləri baxımından tam əsassız olaraq ********* saylı cinayət işi ayrılmışdır(iş vərəqə: səh. 1-13). Belə ki, ibtidai istintaq orqanının qeyd olunan 26 aprel 2021-ci il tarixli qərarında Şahid4 barəsində yeni cinayət işinin ayrılmasının əsası kimi Şahid4 istintaq zamanı özünü qeyri-adekvat aparması ilə əlaqədar olaraq onunla istintaq hərəkətlərinin aparılmasının mümkün olmaması, bununla bağlı 26 aprel 2021-ci il tarixdə onun barəsində təkrar ambulator məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi göstərilmiş və guya qeyd olunan əsaslarla əlaqədar istintaq müddətinin lüzumsuz axıntısının …?! qarşısını almaq məqsədilə ********* saylı cinayət işindən Şahid4 barəsində ********* saylı cinayət işinin ayrıldığı qeyd olunmuşdur. Hansı kı, Azərbaycan Respublikası CPM-nin 211.2, 211.2.1-211.2.6-cı maddələrində cinayət işinin materiallarından başqa cinayət işini ayrıca icraata ayırmanın konkret şərtləri müəyyən edilmişdir ki, ibtidai istintaq orqanının başqa cinayət işinin ayrıca icraata ayırılmasına dair qərarı Azərbaycan Respublikası CPM-nin 211.2.1-211.2.6-cı maddələrinin tələblərinə ziddir və ilkin icraat üzrə Təqsirləndirilən şəxs hüquqlarına və qanuni mənafeyinə toxunmaqla müdafiə hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CPM-nin 211.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş şərtlərdən biri və ya bir neçəsi mövcud olsa da, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında araşdırılmasına maneələr olduqda başqa cinayət işi ayrıla bilməz. Göründüyü kimi, əvvala, bu halda Azərbaycan Respublikası CPM-nin 211.2-ci maddəsində nəzərdə tutulan şərtlərdən heç biri mövcud deyildir, ikincisi isə məhkəmənin qənaətinə görə cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında araşdırılmasına kifayət qədər maneələr vardır. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində müstəqil olaraq cinayət işi başlanılmamış, onun barəsində olan ********* saylı cinayət işi ilk olaraq ibtidai istintaq orqanının 11 mart 2021-ci il tarixli qərarına əsasən (müstəntiq Azər Həsənov) 11 yanvar 2021-ci il tarixdə X3 və qeyriləri barəsində başlanılmış ********* saylı cinayət işindən ayrılmışdır. Bundan sonra ********* saylı həmin cinayət işi ibtidai istintaq orqanının 12 mart 2021-ci il tarixli qərarına əsasən (müstəntiq Rauf Məmmədov) Şahid4, X4 və qeyrilərinin barəsində olan ********* saylı cinayət işi ilə birləşdirilmişdir. Ən nəhayət, ibtidai istintaq orqanının 26 aprel 2021-ci il tarixli qərarına əsasən ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs barəsində təkrarən ********* saylı cinayət işi ayrıca icraatda ayrılmışdır (iş vərəqə: səh. 1-13,14-16, 140-141). Azərbaycan Respublikası CPM-nin 211.5-ci maddəsinə əsasən başqa cinayət işinin ayrılması haqqında qərara işə daxil edilən materialların siyahısı və qərarların, protokolların, sənədlərin, maddi sübutların surətləri, yaxud əslləri əlavə edilir. Həmin Məcəllənin 211.6-cı maddəsinə əsasən Başqa cinayət işinin ayrılması haqqında qərarın və ona daxil edilən materialların siyahısının birinci nüsxəsi cinayət işi üzrə ilkin icraata, ikinci nüsxəsi isə ayrılan cinayət işi üzrə icraata əlavə edilir. Həmin Məcəllənin 211.7-ci maddəsinin tələblərinə görə başqa cinayət işinin ayrılması və onun gələcək istiqaməti barədə cinayət işi üzrə ilkin icraatda iştirak etmiş təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi və müdafiəçisi, habelə qanuni mənafeləri ilə əlaqəli olduqda zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və onların nümayəndələri məlumatlandırılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, qeyd olunan işin ilk əvvəl ********* saylı, daha sonra isə ********* saylı cinayət işlərindən ayrılması proseslərində ********* və ********* saylı cinayət işlərinin başlanması haqqında qərarların, həmin işlər üzrə cinayət faktlarının müəyyən olunmasında əsas rol oynamış baxış və götürmə protokollarının, Təqsirləndirilən şəxs ilə birgəiştirakçılığa görə qabaqcadan əlbir olan bir qrup şəxs kimi ittiham irəli sürülmüş və barəsində ayrıca icraatda cinayət işi ayrılmış Şahid4 şübhəli şəxs kimi tutulması, onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə protokol və qərarların əsli və ya surətləri, həmçinin başqa cinayət işinin ayrılması haqqında qərara işə daxil edilən materialların siyahısı Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair ********* saylı cinayət işinə əlavə edilməmiş, sonuncunun özü və müdafiəçisi Təqsirləndirilən şəxs hüquq və mənafelərinə toxunan həmin sənədlərlə tanış olmaq, vəsatətlər vermək, etirazlar və ya şikayətlər vermək hüququndan məhrum olmuşlar. Azərbaycan Respublikası CPM-nin: - 91.5.1. nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi): - 91.5.13. etirazlar etmək və vəsatətlər vermək; - 91.5.18. cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını bildirmək və bu etirazın istintaq və ya digər prosessual hərəkətlərin protokolunda qeyd edilməsini tələb etmək; - 91.5.19. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq, protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək; istintaq və ya digər prosessual hərəkətlərdə və məhkəmə baxışında iştirak edərkən, qeyd edilməsi zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək; 91.5.22. ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq; - 91.5.29. hüquqlarına və qanuni mənafeyinə toxunan qərarlar haqqında cinayət prosesini həyata keçirən orqan tərəfindən məlumatlanmaq və xahişi ilə bu qərarların, o cümlədən qətimkan tədbirinin seçilməsi, istintaq və ya digər prosessual məcburiyyət tədbirlərinin aparılması, təqsirləndirilən şəxs qismində cəlb etmə, ittiham elan olunması haqqında qərarların, habelə ittiham aktının, iddia ərizəsinin, hökmün, məhkəmənin digər yekun qərarının, apellyasiya və ya kassasiya şikayətlərinin, yaxud protestlərinin surətlərini almaq təqsirləndirilən şəxsin müdafiə hüquqlarıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, başqa cinayət işinin ayrılması və onun gələcək istiqaməti barədə cinayət işi üzrə ilkin icraatda iştirak etmiş təqsirləndirilən şəxs və müdafiəçisi məlumatlandırılmamışdır. Təqsirləndirilən şəxs barəsində olan iş üzrə tərtib olunan ittiham aktı ilə məhkəmə hazırlıq iclasında təmin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 85.1-ci maddəsinin tələblərinə görə cinayət təqibini həyata keçirərkən müstəntiq qanunun tələblərini rəhbər tutaraq, prokurorun göstərişlərinə və öz daxili inamına əsaslanaraq, zəruri prosessual qərarlar qəbul edir, istintaq və ya digər prosessual hərəkətləri həyata keçirir. Həmin Məcəllənin 85.2 və 85.2.1-ci maddələrinə əsasən törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək müstəntiqin vəzifəsidir. Həmin Məcəllənin 85.3-cü maddəsinin tələblərinə görə cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə ittiham aktı yuxarıda göstərilən hissələrdə cinayət-prosessual qanunvericiliyin tələblərinə əməl edilməməklə tərtib edildiyindən, ittiham aktı CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmadığından (CPM-nin 303.3.6-cı maddəsi) iş üzrə təqsirləndirilən şəxslərin müdafiə hüququ pozulduğundan (CPM-nin 303.3.1-ci maddəsi), yəni məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyindən müdafiə tərəfinin vəsatəti təmin olunmalı, hazırkı iş üzrə Azərbaycan Respublikası CPM-nin 303-cü maddəsinin təsiri altına düşən və düşməyən prosessual pozuntuların qanun çərçivəsində aradan qaldırılması məqsədilə cinayət işinə baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi Milli məhkəmələrə tövsiyə edir ki, aşağı məhkəmədə işə baxan hakim apardığı məhkəmə icraatının 6-cı maddəyə uyğunluğunu təmin etməyə görə cavabdehlik daşıdığı üçün yuxarı məhkəmənin onun səhvlərini düzəldəcəyinə arxayın olmamalıdır. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.2-ci maddəsinə əsasən cinayət işinə baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 303.3-cü maddəsinə əsasən məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) (303.3.1.); cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması (303.3.6.) kimi və s. kobud pozuntulara yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Həmin Məcəllənin 300.1 və 300.1.5-ci maddəsinə əsasən cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 300.1.5-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edərkən həmin Məcəllənin 306cı maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri ilə bağlı məsələyə də baxmalıdır. Məhkəmə hazırlıq iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 26 may 2021-ci il tarixdə başa çatdığından və həmin tarixədək məhkəmə hazırlıq iclasının yekundaşdırılması mümkünsüz olduğundan Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının 25 may 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti hazırlıq iclasında həbs qətimkan tədbirinə dair məsələyə baxılanadək dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 306.2 və 306.2.1-ci maddələrinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxılmalıdır. Həmin Məcəllənin 300.2.3-cü maddəsinə görə isə qətimkan tədbirinə dair məsələnin həlli məhkəmə hazırlıq iclasında həll edilən məsələlərdən biridir. Məhkəmə hazırlıq iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 159-cu maddəsinin tələbləri pozulmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması ilə əlaqədar təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri və onun həbsdə saxlanılma müddəti ilə əlaqədar məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqda qalacağı təqdirdə istintaqdan və ya məhkəmədə qaçıb gizlənmə, istintaqın və ya məhkəmə baxışının gedişatına maneçilik törətmə və ən nəhayət, yeni cinayətlər törədə bilmə ehtimalının olması nəzərə alınmaqla barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməli, Azərbaycan Respublikası CPM-nin 306.2 və 306.2.1-ci maddələrinin tələbləri baxımından onun həbsdə saxlanma müddəti məhkəmə hazırlıq iclasının yekun qərarının çıxarıldığı 01 iyun 2021-ci il tarixdən 1 (bir) ay – 01 iyul 2021-ci il tarixədək uzadılmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol vermiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər, Qaradağ Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X2 oğlunun haqqında xüsusi qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5, 303.1, 303.3.1, 303.3.6, 306 və 307.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRAR VERDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəməyədək icraatı mərhələsində kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər, Qaradağ rayon prokurorluğuna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti hazırlıq iclasının yekun qərarının çıxarıldığı 01 iyun 2021-ci il tarixdən 1 (bir) ay müddətində - 01 iyul 2021-ci il tarixədək uzadılsın. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol vermiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər, Qaradağ Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X2 haqqında xüsusi qərar çıxarılsın. Qərarın surəti məlumat üçün 3 (üç) gün müddətində cinayət prosesinin bütün iştirakçılarına göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar