Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1118/2024 12.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 11 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş və həmin cəzanın 1 (bir) günü çəkilməmiş qalan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2mrəsiz fərdi evdə yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs sosial şəbəkə vasitəsilə tanış olduğu “İranlı" kimi tanıdığı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə külli miqdarda narkotik vasitə marixuana əldə edib satmaq məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bır qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən, “İranlı” kimi tanıdığı İran İslam Respublikasının vətəndaşına məxsus narkotik vasitə marixuananın Bakı şəhərində satışını mənfəət olaraq 300 manat pul müqabilində həyata keçirəcəyi barədə razılığa gəlib, sonuncunun tapşırığı ilə 01 may 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində, “çöllük” adlanan ərazidə şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş 1 ədəd qara rəngli polietilen bağlamada, ümumilikdə təmiz çəkisi 2016,36 qram olan bitki mənşəli kütlələr - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edərək, narkotik vasitə marixuananın 11,36 qram hissəsini 1 (bir) ədəd selofan bükülüyə ayırdıqdan sonra üzərində saxlamış, içərisində 2005 qram çəkidə narkotik vasitə marixuana olan qara rəngli polietilen bağlamanı isə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsinə daşımaqla orada daşın altında saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Suraxanı rayon Polis idarəsi 30-cu Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 02 may 2023-cü il taixdə saat 13:20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində yerləşən nömrəsiz evin qarşısında saxlanılıb ünvan 3 ünvanında yerləşən Bakı şəhəri, Suraxanı RPİ, 30-cu Polis şöbəsinin inzibati binasına aparılaraq üzərində keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd selofan bükümdə təmiz çəkisi 11,36 qram bitki mənşəli kütlələr - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq 02 may 2023-cü il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi dənizkənarında onun narkotik vasitə marixuananı gizlətmiş olduğu yerə baxış aparılan zaman daşın altından isə 1 ədəd qara rəngli polietilen bağlamada tərkiblərinə görə eynilik təşkil edən təmiz çəkisi 2005 qram bitki mənşəli kütlələr - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onu öz yaşadığı küçədə sahə müvəkkili saxlayıb polis bölməsinə aparmışdır. Polis bölməsinə gətirildikdən sonra onun üzərinə 10 qram marixuana qoymuşlar və çəkiliş zamanı çıxarıb özününkü kimi təqdim etməyi təklif etmişlər. Sonra ona demişlər ki, evə gedərik, evdən də 2 kq narkotik çıxararıq. Bu zaman o, evdə ailə, uşaq olduğunu bildirərək, bununla razılaşmamışdır. Ona görə demişlər ki, dəniz qırağına gedərik, orada 2 kq marixuananı daşın altına qoyarıq, sən onu da çıxarıb öz narkotikin olduğunu deyərsən. Sonra o, polis işçilərinin dediyi kimi etmiş, vəkillə bir yerdə dəniz qırağına gedərək, orada daşın altından narkotiki çıxarıb yenidən polis böməsinə qayıtmışlar. 2 gün sonra onu prokurorun yanına aparmışlar, orada prokurora özünün «qolbağı» olduğunu və həmin ərazidə olmadığını bildirmişdir. Ona demişlər ki, guya o, narkotiki Zabratdan gətirmiş və aparıb dəniz qırağında gizlətmişdir. Onun işini araşdırmışlar və prokuror tərəfindən xitam verilmişdir. Onun üstündə telefonu da olmamış, o, mobil telefon işlətməmişdir. Onun evdə olma müddəti saat 11 olmuşdur. Lakin o, parkda olmuş, saat 12-də və ya 1-də evə gəlmişdir. Buna görə də «qolbağa» görə ona 11 ay 13 gün cəza vermişlər. Onu Müalicə müəssisəsinə gətirmişlər, orada o, bərbər işləmişdir. Sonra oraya başqa bir müstəntiq gəlmiş, onun barəsində cinayət işinin hələ də davam etdiyini bildirmişdir. O, həmin müstəntiqə onu tanımadığını, onun başqa müstəntiqinin olduğunu demiş, həmin müstəntiq əvvəlki müstəntiqinin başqa bir yerə keçdiyini bildirmişdir. O, özünün işinə xitam verildiyini bildirmiş, lakin həmin müstəntiq ona imza etmək üçün sənədlər versə də, razılaşmamış, bu cür də sənədlərə yazmışdır. Bundan sonra onu Şüvəlana göndərmişlər. Buna görə də avqust ayını gözləmişdir ki, vaxtı tamam olduqdan sonra buraxılacaqdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, 2022-ci ildə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonra şərtləri pozduğu üçün cəzanı azadlıqdan məhrumetmə ilə əvəz etmişlər. O, 2023-cü ilin may ayında öz məhəlləsində saxlanılmışdır. Onu sahə rəisi Səməndər saxlamış, sonra 30-cu polis bölməsinə aparmışlar və 11 qram narkotiki boynuna götürməli olduğunu demişlər, o da, deyilənlərlə razılaşmışdır. Ona fiziki təsir və təzyiq olunmamışdır. Polis işçiləri ona həmin narkotikin yüngül təsiredicidi maddə olduğunu, buna görə ona ən çoxu 1 il cəza veriləcəyini bildirmişlər. Sonra dəniz kənarına getmişlər və orada çəkilişlə zibilliyin yanından 2 kq marixuana aşkar olunmuşdur. Onu döyən olmamış, heç nəyi etiraf etməmişdir, savadı olmadığına görə sənədləri oxumadan imzalamışdır. Saxlanılarkən onda narkotik vasitə olmamışdır. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında yaşamışdır. Əvvəllər cinayət törətdiyinə görə məhkum edilmişdir. Sonuncu dəfə Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bir ilə yaxındır ki, narkotik vasitə heroin və marixuana istifadə edir. Həmin narkotik vasitələri həmişə İran İslam Respublikasının vətəndaşından almış və İran İslam Respublikasının adını bilmədiyi vətəndaşı ilə sosial şəbəkələrdən birində tanış olmuşdur. 01 may 2023-cü il tarixdə İran Respublikasının vətəndaşının tapşırığına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində çöllük deyilən əraziyə gedib İran Respublikasının vətəndaşının ona məlum olmayan tanışı tərəfindən qoyulmuş içərisində marixuana olan qara rəngli selofan bağlamanı götürüb onun dediyi ünvana qoymalı olmuş, bunun müqabilində həmin şəxs ona 300 manat pul verməli olmuşdur. O da, İran Respublikasının vətəndaşının təklifi ilə razılaşmış və həmin günü İranlının dediyi ünvana, yəni Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində çöllük deyilən əraziyə gedib daşların altından içərisində marixuana olan qara rəngli selofan bağlamanı götürmüş və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarında nömrəsiz ünvana gətirmişdir. Bağlamanın içərisindən bir qədər marixuananı özü istifadə etmək üçün götürüb selofan bükümə qoymuş və marixuananın qalan hissəsini isə elə həmin yerdə daşın altında gizlətmişdir ki, İran vətəndaşı ona dediyi zaman marixuana olan həmin qara rəngli selofan bağlamanı oradan götürüb onun dediyi ünvana aparmalı olmuşdur. 02 may 2023-cü il tarixdə saat 16:30 radələrində ünvan 8 ünvanın yaxınlığında olan zaman mülki geyimdə iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edib Suraxanı RPİ, 30-cu PŞ-nin əməkdaşları olduqlarını bildirib ondan adını, soyadını və harada yaşadığını soruşduqda, onlara Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ona narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhələndiklərini deyib onlarla 30-cu PŞ-nə getməyi ondan xahiş etdikdə, o, həmin şəxslərlə 30-cu PŞ-nə getmişdir. Polis Şöbəsində ona bildirmişlər ki, üzərində narkotik vasitə və psixotrop maddə olmasından şübhələndiklərinə görə axtarış və götürmə aparacaqlar. Hüquqlarını müdafiə etmək üçün 30-cu PŞ-nə müdafiəçi dəvət edilmişdir. Vəkil gəldikdən sonra o, şübhəli şəxs qismində tutulmuş və daha sonra şəxsi axtarışın vəkilinin iştirakı olmadan aparılmasını xahit etmiş və bununla bağlı ərizə yazmışdır. Daha sonra onu 30-cu PŞ-nə gətirmiş, əməkdaşların iştirakı ilə videoçəkilişlə üzərində axtarış və götürmə aparılacağı ona izah edilmişdir. Şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı ona üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa, könüllü olaraq təqdim etməsini təklif etmişdir. O da, əynində olan qara rəngli cins şalvarın sağ cibindən içərisində marixuana olan şəffaf rəngli selofan bükümü könüllü təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində yaşıl rəngli maddənin olduğu aşkar edilmişdir. Təhqiqatçı həmin bükümdəkinin nə olduğunu və haradan aldığını ondan soruşanda, o, bildirmişdir ki, selofanın içərisindəki narkotik vasitə olan mariuxanadır və 01 may 2023-cü il tarixdə İran Respublikasının vətəndaşının tapşırığına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində çöllük deyilən əraziyə gedib İran Respublikasının vətəndaşının ona məlum olmayan tanışı tərəfindən qoyulmuş içərisində marixuana olan qara rəngli selofan bağlamanı götürüb onun dediyi ünvana qoymalı olduğunu, bunun müqabilində 300 manat pul alacağını bildirmişdir. Sonra həmin büküm təhqiqatçı tərəfindən qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən yazılmış protokolla tanış olmuş və sonra protokola hər bir iştirakçı kimi onun özü də imza etmişdir. Bundan başqa təhqiqatçıya bildirmişdir ki, həmin marixuananın bir hissəsini Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində gizlədib. Həmin yerə baxış aparmaq üçün onun özü, vəkili və polis əməkdaşları getmişlər. Həmin ünvanda içərisində mariuxuana olan qara rəngli selofan bağlamanı gizlətdiyi yeri göstərmiş və daşın altından həmin bükümü çıxarıb polislərə təqdim etmişdir. Bağlama açılanda içərisində yaşıl rəngli maddənin olduğunu görmüşlər. Həmin bağlama da təhqiqatçı tərəfindən qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Baxış zamanı təhqiqatçı tərəfindən yazılmış protokolla tanış olmuş və sonra protokola hər bir iştirakçı kimi o da, imza etmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman ona qarşı qanunazidd hərəkət olmamışdır (cild 1, iş vərəqi 76-78). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs həmin ifadəni təsdiq etmədiyini və ona müstəntiq tərəfindən verilmiş bütün sənədləri oxumadan imzaladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı RPİ, 30-cu Polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 02 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Suraxanı rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün gündüz saatlarında şəxsin Suraxanı rayonunda yaşadığı evin yaxınlığında olması müəyyən edilmiş, bununla bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, ondan və 30-cu Polis şöbəsinin sahə rəisi Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. 02 may 2023-cü il tarixdə saat 13:20 radələrində onlar Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən ünvanın yaxınlığında əlamətləri Təqsirləndirilən şəxs əlamətlərinə uyğun gələn şəxsi görüb ona yaxınlaşmış, şəxsiyyətini dəqiqləşdirib Təqsirləndirilən şəxs olmasını müəyyən etdikdən sonra polis şöbəsinə dəvət etmişlər. 30-cu Polis şöbəsində təhqiqatçı tərəfindən videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 ədəd bükümü təqdim edib marixuana olduğunu, bir gün qabaq Zabrat qəsəbəsində «Çöİİük» ərazidə sosial şəbəkədə tanış olduğu İran vətəndaşının tapşırığı ilə götürdüyünü və dediyi ünvana aparıb qoymalı olduğunu, buna görə 300 manat almalı olduğunu demişdir. Büküm açıldıqda içərisində yaşıl rəngli ota bənzər kütlənin olduğu müəyyən edilmiş, həmin büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmışdır. Onun üzərindən başqa hər hansı əşya və maddə aşkar edilməmişdir. Şəxsi axtarışın nəticəsi barədə protokol tərtib edilmiş, protokolun düzgünlüyü iştirakçıların imzası ilə təsdiq edilmişdir. Şahid1 ifadəsində daha sonra göstərdi ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Hövsan qəsəbəsində dənizkənarında da narkotik vasitə gizlətdiyini bildirmiş, bundan sonra əməliyyat qrupunun üzvləri və vəkillə birlikdə Təqsirləndirilən şəxs göstərdiyi Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən əraziyə baxış aparmışlar. Baxış zamanı həmin ərazidə Təqsirləndirilən şəxs içərisində marixuana olan selofan bağlamanı gizlətdiyi yeri göstərmiş və daşın altından bir ədəd qara rəngli selofan bükülünü çıxarıb təqdim etmişdir. Bükülü açıldıqda içərisində yaşıl rəngli otabənzər maddənin olduğu müəyyən edilmişdir. Həmin selofan bağlama təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüş, protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı RPİ, 30-cu Polis şöbəsinin sahə rəisi Şahid2 02 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində müəyyən edilərək saxlanılması və polis şöbəsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən, həmçinin Hövsan qəsəbəsində dənizkənarında gizlətdiyi yerə baxış keçirilməsi zamanı külli miqdarda narkotik vasitə marixuananın aşkar edilərək götürülməsi tədbirində əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid1 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş üzləşdirmə protokollarına əsasən, şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş həmin istintaq hərəkətləri zamanı hər iki şahid sərbəst ifadələrində göstərdikləri halları təsdiq edərək Təqsirləndirilən şəxs ifşa etmişlər (cild 1, iş vərəqi 125-129, 205-209). Cinayət işində olan 02 may 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığı 1 ədəd selofan bükümdə təmiz çəkisi 11,36 qram təşkil edən bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmiş, müvafiq videogörüntülər DVD diskə köçürülməklə iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 31-33). Cinayət işinə əlavə olunmuş 02 may 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə marixuananı gizlətdiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsindəki boş əraziyə baxış keçirilmişdir. Bu zaman həmin ərazidə daşın altından 1 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 2005 qram olan bitki mənşəli kütlələr - tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Bu barədə müvafiq protokol tərtib edilmiş və istintaq hərəkətinin gedişini əks etdirən videogörüntülər DVD diskə köçürülməklə iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 36-38). Məhkəmə-bioloji ekspertizasının 03 may 2023-cü il tarixli 7/641 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən..." yazıları və imzalar olan kağız paketdəki 1 (bir) ədəd selofan bükülüdə təmiz çəkisi 11,36 qram və üzərində “Təqsirləndirilən şəxs götürülmüş maddi sübut...” yazıları və imzlar olan ağ rəngli sintetik bağlamadakı 1 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 2005 qram olan bitki mənşəli kütlələr - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi təmiz çəkisi 2016,36 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuananın ümumi çəkisi - 2016,36 qram (l-2 № ob), cəmi tədqiqata istifadə olundu 0,3 qram (qara rəngli polietilen bağlamadan 0,2 qram, selofan bükümdən isə 0,1 qram götürüldü), qalıq-2016,06 qramdır (cild 1, iş vərəqi 45-47). Məhkəmə-narkoloji ekspertizasının 02 avqust 2023-cü il tarixli 4906 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 142-143). İş materiallarına əlavə edilmiş baxış protokollarından görünür ki, 02 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şəxsi axtarışı və sonuncunun narkotik vasitə marixuananı gizlətdiyi Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Dənizkənarı küçəsindəki boş ərazidə aparılmış baxış keçirilməsi videogörüntülərinin əks olunduğu 2 ədəd DVD disklərə baxış keçirilmiş, bu zaman disklərə köçürülmüş videogörüntülərin müvafiq protokollarda şərh olunanlarla uyğunluq təşkil etdiyi müəyyən edilmişdir (cild 1, iş vərəqi 99-105, 205-209). İbtidai istintaq orqanının 04 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı, həmçinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsindəki boş ərazidə baxış aparılan zaman aşkar edilərək götürülmüş ümumilikdə 2016,36 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 2016,06 qram çəkidə qurudulmuş marixuana məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Bakı şəhəri, Suraxanı RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Eləcə də, şəxsi axtarış və götürmə, həmçinin baxış keçirilməsi videogörüntülərinin əks olunduğu 2 ədəd DVD maddi sübut kimi tanınaraq disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 205-220). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər müxtəlif cinayət əməllərini törətdiyinə görə bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə o, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 5 ay 28 müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin cəzanı çəkdiyi dövrdə dəfələrlə cəza çəkmənin şərtlərini pozduğuna görə Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2 il 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 10 ay 27 günü Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması cəzası bir gün azadlıqdan məhrum etmə cəzası ilə hesablanaraq, azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi – 1 il 10 ay 27 günü 11 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, cəza çəkmənin başlanğıcı 31 avqust 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqi 161-173, 190-198). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmadığını, polis bölməsinə gətirildikdən sonra polis işçilərinin onun üzərinə 10 qram marixuana qoyduqlarını və çəkiliş zamanı çıxarıb özününkü kimi təqdim etməsini ona təklif etdiklərini, sonra ona dəniz qırağına gedib oradan da özlərinin daşın altına qoyduqları 2 kq marixuananı çıxarıb çəkiliş zamanı təqdim etməsinin təklif olunduğunu, onun da deyilənlərlə razılaşdığını, əslində isə üzərində “qolbağı” gəzdirdiyini və nəzarətdə olduğunu, həmin ərazidə olmadığını, ona verilən bütün sənədləri oxumadan imzaladığını bildirmiş və öz müdafiəsi üçün dəlillər gətirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılarkən, həmçinin müdafiəçinin iştirakı ilə ıideoçəkiliş altında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsindəki boş ərazidə baxış aparılan zaman özü heç bir kənar təsir və təzyiq olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində aşkar edilmiş narkotik vasitələrin ona məxsus olduğunu, onları tutulmamışdan bir gün əvvəl sosial şəbəkədə tanış olduğu «İranlı” kimi tanıdığı şəxsin vasitəsilə Zabrat qəsəbəsində çöllük ərazidən götürdüyünü və Hövsan qəsəbəsinə gətirib daşın altında gizlətdiyini, həmin vaxt bir hissəsini götürüb üzərində saxladığını, qalan çox hissəsinin isə həmin yerdə qaldığını, iranlı ilə danışığına görə narkotik vasitəni hissə-hissə onun dediyi yerlərə qoymalı olduğunu, əvəzində isə iranlının ona 300 manat verəcəyini bildirdiyini, 02 may 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldığını etiraf etmiş, eləcə də polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə şəxsi axtarış, baxış keçirilərkən ona qarşı hər hansı zor və təzyiq göstərilmədiyini bildirmişdir. Eləcə də, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətə baxılması zamanı prokuror tərəfindən qəbul edilib dinlənilərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək əməlini etiraf etmiş, peşmançılıq hissi çəkdiyini bildirərək barəsində həbs qətimkan tədbiri seçilməməsini xahiş etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Təqsirləndirilən şəxsin tutulduğu vaxt «qolbaq» gəzdirməsi və nəzarətdə olması, bununla bağlı narkotik vasitə götürmək üçün həmin əraziyə getməsinin mümkün olmaması ilə əlaqədar gətirdiyi dəlilə münasibətdə isə məhkəmə qeyd etməyi lazım bilir ki, həqiqətən də həmin dövrdə Təqsirləndirilən şəxs Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 2 il 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş və onun üzərinə elektron nəzarət vasitəsi quraşdırılmışdır. Lakin cinayət işinə əlavə olunmuş Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin cəza müddətində vaxt məhdudiyyətini və elektron nəzarət vasitəsini gəzdirmək vəzifələrini dəfələrlə pozduğuna görə 3 dəfə töhmət növündə tənbeh tədbirinə məruz qalmış, son nəticədə isə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 11 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin ərəfədə xx.xx.2023-cü il tarixdə saat 23:00-dan 01:45-dək, xx.xx.2023-cü il tarixdə saat 23:00-dan 02:56-dək, xx.xx.2023-cü il tarixdə isə saat 23:00-dan vaxt məhdudiyyətini pozmuşdur. Bakı şəhər Probasiya idarəsində aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23:57-dən xx.xx.2023-cü il tarixdə saat 22:55-dək elektron nəzarət vasitəsini gəzdirmək vəzifəsini pozmuşdur. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsini, özünün elektron nəzarət vasitəsi gəzdirdiyini, bu səbəbdən narkotik vasitələri əldə etmək və gizlətmək üçün yaşayış yerini dəyişməsinin mümkünsüz olması barədə bildirdiklərini onun məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin aşkar olunmuş narkotik vasitələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ondan aşkar olunmuş narkotik vasitələrin özünə məxsus olduğunu, həmin maddələri qazanc müqabilində satmaq məqsədilə İran vətəndaşı kimi tanıdığı şəxsin dediyi yerdən götürüb saxladığını səmimi etiraf etməsini, həmçinin narkotik vasitələrin bir hissəsinin üzərindən aşkar edildiyini, qalan çox hissəsinin isə onun tərəfindən kimsənin bilmədiyi yerdə gizlədilməsini, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 4906 saylı rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs bitki mənşəli narkotik vasitələrdən deyil, opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılığın müəyyən edildiyini, həmçinin aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın kütləsinin külli miqdar həcmindən dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 11 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuşdur və hazırkı hökm çıxarıldığı günə həmin cəzanın 1 (bir) günü çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə məhkum olunsa da, həmin cinayətə görə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən, bu hal cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin olunacaq cəzaya Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) gününü tamamilə birləşdirmə yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmədə müəyyən edildi ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 02 may 2023-cü il tarixdən 04 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlanılmış, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilməsi barədə təqdimat verilməsindən imtina edilmişdir. Təqsirləndirilən şəxs Abasəli oğlu Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 1 il 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkməkdən qəsdən yayındığına görə həmin cəzanın çəkilməmiş qalan 1 il 10 ay 27 günü Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 11 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə onun azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınaraq barəsində qətimkan tədbiri seçilməmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 02 may 2023-cü il tarixdən 04 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunacaq cəza müddətinə daxil edilməklə çıxılmalı, Təqsirləndirilən şəxs Abasəli oğluna qəti cəza müəyyən edilməli, cəzanın başlanğıcı hazırkı iş üzrə hökmün çıxarıldığı 12 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, onun barəsində həbs qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 4906 saylı rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə Bakı şəhəri, Suraxanı RPİ-nin saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman, həmçinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsindəki boş ərazidə baxış aparılan zaman götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 2016,06 qram çəkidə narkotik vasitə kustar üsulla hazırlanmış qurudulmuş marixuana məhv edilməli, şəxsi axtarış və götürmə, həmçinin baxış keçirilməsi videogörüntülərinin əks olunduğu 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 78 (yetmiş səkkiz) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 78 (yetmiş səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin olunmuş cəzaya Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin olunmuş 11 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) gününü tamamilə birləşdirmə yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay 1 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 02 may 2023-cü il tarixdən 04 may 2023cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs Abasəli oğlunun üzərində qəti olaraq 6 (altı) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökmün çıxarıldığı 12 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Suraxanı RPİ-nin saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman, həmçinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsindəki boş ərazidə baxış aparılan zaman götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 2016,06 qram çəkidə narkotik vasitə kustar üsulla hazırlanmış qurudulmuş marixuana məhv edilsin; - Şəxsi axtarış və götürmə, həmçinin baxış keçirilməsi videogörüntülərinin əks olunduğu 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 78 (yetmiş səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1118/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1118/2024
12.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver