Məhkəmə qərarları › İş №1(101)-1118/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1118/2025

13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1118/2025 13.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X7 və X1 ibarət tərkibdə, X11 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxx 1966-cı ildə Gədəbəy rayonu, Mor-mor kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “qərar.az” saytının baş redaktoru işləmiş, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə özgənin əmlakını təkrarən hədə-qorxu ilə tələb etmişdir. Belə ki, o, tamah niyyəti ilə hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə 2024-cü ilin may ayının sonlarında Ağstafa Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 istifadəsində olan mobil telefona quraşdırılmış “whatsapp” mobil tətbiqi vasitəsi ilə ona zəng edib özünü jurnalist və “qerar.az” saytının baş redaktoru kimi təqdim etməklə Zərərçəkmiş şəxs2 rəhbər vəzifədə işlədiyi şöbənin və özünün barəsində həqiqətə uyğun olmayan, zərərçəkmiş şəxsin şəxsiyyətinə və iş fəaliyyətinə xələl gətirə biləcək, zərərçəkmiş şəxs haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdırılması ilə nəticələnən, onun və işlədiyi şöbənin haqqında rüsvayedici xarakter daşıyan məqaləni rəhbəri olduğu “qerar.az” internet saytında paylaşaraq yayacağı ilə əlaqədar sonuncuya hədə-qorxu gələrək bu kimi halların baş verməməsi, qeyd edilən məqalənin dərc edilməməsi müqabilində Zərərçəkmiş şəxs2 yuxarıda qeyd edilən tarixdə mobil telefona quraşdırılmış “whatsapp” mobil tətbiqi vasitəsi ilə 50 manat pul tələb etmiş, nəticədə 24 may 2024-cü il tarixdə zərərçəkmiş şəxsin Ağstafa rayonu ərazisində yerləşən “MilliÖn” ödəmə terminalından öz istifadəsində olan "xxxx" ASC-yə məxsus 4169 **** **** 5789 nömrəli bank kartına göndərdiyi 50 manat məbləğində pulu əldə edərək Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla hədə-qorxu yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə 2024-cü ilin aprel ayının sonlarında Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 işlədiyi iş yerinə gedib onunla İcra Hakimiyyətinin inzibati binasında görüşərək özünü jurnalist və “qerar.az” saytının baş redaktoru kimi təqdim etməklə Zərərçəkmiş şəxs1 rəhbər vəzifədə işlədiyi şöbənin və özünün barəsində həqiqətə uyğun olmayan, zərərçəkmiş şəxsin şəxsiyyətinə və iş fəaliyyətinə xələl gətirə biləcək, zərərçəkmiş şəxs haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdırılması ilə nəticələnən, onun və işlədiyi şöbənin haqqında rüsvayedici xarakter daşıyan məqaləni rəhbəri olduğu “qerar.az” internet saytında paylaşaraq yayacağı ilə əlaqədar sonuncuya hədə-qorxu gələrək bu kimi halların baş verməməsi, qeyd edilən məqalənin dərc edilməməsi müqabilində Zərərçəkmiş şəxs1 2024-cü ilin aprel ayının sonlarında 200 manat, 2024-cü ilin iyul ayının əvvəllərində isə istifadəsində olan mobil telefona quraşdırılmış “whatsapp” mobil tətbiqi vasitəsi ilə zərərçəkmiş şəxsə zəng edib 50 manat pulu tələb etmiş, nəticədə 23 aprel 2024-cü il tarixdə zərərçəkmiş şəxsin tanışı X2 istifadəsində olan bankomat kartından öz istifadəsində olan "xxxx" ASC- yə məxsus 4169 **** **** 5789 nömrəli bankomat kartına göndərilmiş 200 manat pulu, 24 iyul 2024-cü il tarixdə zərərçəkmiş şəxsin istifadəsində olan bankomat kartından tanışı Şahid istifadəsində olan 4169 **** **** 0720 bankomat kartına göndərilmiş 50 manat olmaqla, ümumilikdə 250 manat pulu vahid niyyətlə əhatə olunan qəsd ilə əldə edərək Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla təkrar hədə-qorxu yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə 2024-ci ilin sentyabr ayının əvvəllərində fərdi sahibkarlıqla məşğul olan Zərərçəkmiş şəxs3 istifadəsində olan mobil telefona quraşdırılmış “whatsapp” mobil tətbiqi vasitəsi ilə ona zəng edib özünü jurnalist və “qerar.az” saytının baş redaktoru kimi təqdim etməklə Zərərçəkmiş şəxs3 güya qanunsuz təmir- tikinti işləri aparması barəsində həqiqətə uyğun olmayan, zərərçəkmiş şəxsin şəxsiyyətinə və işgüzar nüfuzuna xələl gətirə biləcək, zərərçəkmiş haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdırılması ilə nəticələnən, onun haqqında rüsvayedici xarakter daşıyan məqaləni rəhbəri olduğu “qerar.az” internet saytında paylaşaraq yayacağı ilə əlaqədar sonuncuya hədə- qorxu gələrək bu kimi halların baş verməməsi, qeyd edilən məqalənin dərc edilməməsi müqabilində 04 sentyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs3 100 manat pulu tələb etmiş, nəticədə həmin tarixdə zərərçəkmiş şəxsin 100 manat məbləğində pulunu öz istifadəsində olan "xxxx" ASC-yə məxsus 4169 **** ***** 5789 nömrəli bank kartına göndərilmək üsulu ilə əldə edərək Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla təkrar hədə-qorxu yolu ilə ələ keçirmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, yuxarıda göstərilən üsul və vasitələrlə zərərçəkmiş şəxslərin haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə özgənin əmlakını təkrarən hədə-qorxu ilə tələb etmə cinayət əməlini törətmişdir. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs tərəfindən ona elan edilmiş ittiham mübahisələndirilmiş, həmin ittihamı qəbul etmədiyi bildirilmişdir. Məhkəmədə ittiham tərəfini təmsil edən dövlət ittihamçısı ittiham tərəfinin təqdim etdiyi sübutların qanuniliyini, həmçinin təqsirləndirilən şəxsin cinayət əməlinin Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə tövsif edilməsini müdafiə etmişdir. Cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri: İşdə iştirak edən şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün əhəmiyyətli olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiqinin aparılmasından və iş üzrə həqiqətin müəyyən edilməsindən ötrü, həmçinin məhkəmə araşdırması zamanı proses tərəflərinin birini digəri qarşısında zəif duruma salmayacaq şərtlər daxilində hər bir tərəfin (həm ittiham, həm müdafiə tərəfinin) sübutlarını və mövqeyini təqdim etməsi şəraitində keçirilmiş məhkəmə araşdırmasında cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri aşağıdakılardan ibarət olmuşdur. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə bağlı epizod üzrə onu deyə bilər ki, ittiham aktında qeyd edilmişdir ki, güya o, 2024-cü ilin aprel ayında Sumqayıt şəhər İcra Hakimiyyətində olmuşdur. Lakin o, həmin tarixdə Sumqayıt şəhər İcra Hakimiyyətində olmamış, ümumiyyətlə heç Zərərçəkmiş şəxs1 üzbəüz görməmişdir. O, Zərərçəkmiş şəxs1lə telefon vasitəsi ilə tanış olmuşdur. Onların arasında aprel ayında bir neçə dəfə Zərərçəkmiş şəxs1lə telefon danışığı olmuşdur. Həmin telefon danışıqlarında onlar xoş və mehribancasına danışmışlar. O, Zərərçəkmiş şəxs1 tanıdıqdan sonra görmüşdür ki, bəzi məqalələrdə Zərərçəkmiş şəxs1 barəsində tənqidi xarakterli fikirlər gedir. O, bu formada yazıları araz.az, bakupress.az saytı və sair ona yaxın saytda oxumuşdur. Zərərçəkmiş şəxs1 ilə münasibəti olduğu üçün bu haqda sonuncuya xəbər vermiş və bu barədə məlumatı olub-olmadığını soruşduqda Zərərçəkmiş şəxs1 bu barədə məlumatının olduğunu və Müqayis Verdiyev adlı şəxsin onlardan əl çəkmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 media orqanlarının onlarla bağlı rüsvayedici yazılar yazdığını bildirmişdir. O, Zərərçəkmiş şəxs1 Müqayis Verdiyev adlı şəxslə bağlı məhkəmə mübahisəsi ilə əlaqədar məhkəmə qərarının Zərərçəkmiş şəxs1 olub-olmadığını soruşduqda, sonuncu məhkəmə qərarının onda olduğunu bildirmişdir. Məhkəmə qərarına əsasən bu haqda mediada yazı yazmaq istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 ondan bunu bacara bilib-bilməyəcəyini soruşduqda o, Zərərçəkmiş şəxs1 bildirmişdir ki, həmin məqaləni yazdıqdan sonra sonuncuya atacaq ki, özü baxsın. O, həmin məhkəmə qərarına əsasən bu məsələ haqqında mükəmməl bir yazı yazıb öz saytında paylaşmışdır. Lakin həmin sayt hal-hazırda bağlanmışdır. Bu məqaləni təxminən mart ayının əvvəlində paylaşmışdır. Zərərçəkmiş şəxs1 ona təşəkkür edərək bildirmişdir ki, bəzi jurnalistlər bu haqda yazsalar da, onun kimi mükəmməl, operativ, dəqiq, səlis, onların düşünmədiyi formada bu məsələ haqqında peşəkarcasına yazan olmamışdır. Əlavə olaraq Zərərçəkmiş şəxs1 qeyd etmişdir ki, onun əməli qiymətləndiriləcək. O isə bunun müqabilində heç nəyə ehtiyac olmadığını bildirmişdir. Daha sonra, onun ikinci məqaləsi də olmuşdur. Lakin təəssüflər olsun ki, bəzi saytlar həmin yazını onun imzası olmadan paylaşmışlar. İttiham aktında qeyd edilir ki, güya o, 2024-cü ilin iyun ayının əvvəlində Sumqayıt Şəhər İcra Hakimiyyətinə gedib Zərərçəkmiş şəxs1lə görüşmüş, görüş zamanı Sumayıt şəhərinin 75 illiyi ilə bağlı yazı yazmış və bunun müqabilində Zərərçəkmiş şəxs1 pul tələb etmişdir. O, 20 ildir ki, Azərbaycan mətbuatında işləyir, pul mükafatları da almışdır. İttiham aktında onun Zərərçəkmiş şəxs1 250 manat məbləğində pulu hədə-qorxu ilə tələb etməsi yalandır. Belə bir hal olmamışdır. Həmin pulu ona Zərərçəkmiş şəxs1 qeyd etdiyi məsələ ilə bağlı yazdığı məqaləyə görə özü könüllü şəkildə vermişdir. Bununla bağlı Zərərçəkmiş şəxs1 bir dəfə ona 200 manat mələğində pul vermiş, daha sonra isə mətbuat günündən əvvəl xatırldığı qədərilə iyul ayının 20-si 50 manat vermişdir. Lakin bu pulları özü könüllü şəkildə vermişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərmişdir ki, o, Zərərçəkmiş şəxs3 ilə bağlı epizodla əlaqədar onu deyə bilər ki, bir gün “Tiktok” sosial şəbəkəsində səsləndirmə ilə olan yazını görmüşdür. Təəssüflər olsun ki, o, həmin səsi paylaşan səhifənin adını götürməmişdir. Həmin səsləndirmədə qeyd edilirdi ki, Bakı şəhəri, Xətai rayonu ərazisində tikinti işləri gedir və həmin tikinti işləri tikinti təminatına uyğun həyata keçirilmir. Belə ki, tikinti kanalizasiya boru xəttinin üstündə, evlərə və magistral yola yaxın yerdədir. Bu səsləndirməni qeyd edib, səhəri günü iki nəfər yoldaş ilə məsləhətləşmişdir ki, “Bakı şəhəri, Xətai rayonu ərazisində tikinti var, bəlkə ora gedək”. Habil müəllim də gedə biləcəyini demişdir. İkinci mərtəbəyə çıxarkən Vaqif müəllimlə qarşılaşmış və onda tikintini aparan şəxsin nömrəsinin olub-olmadığını soruşmuşdur. Vaqif müəllim səbəbini soruşduqda o, 1-2 sualının olduğunu bildirmişdir. Nömrəni Whatsapp vasitəsi ilə ona göndərmişdir. O, həmin nömrəyə zəng edib özünü təqdim etmişdir. Zərərçəkmiş şəxs3 tiktok sosial şəbəkəsində gördüyü səsləndirməni bildirib, ondan bununla bağlı münasibət bildirməsini istəmişdir. Zərərçəkmiş şəxs3 bildirmişdir ki, həmin tiktok sosial şəbəkəsində olan səsləndirməni onların barələrində paylaşmışlar. Bundan sonra bütün kanallar məlumat tutub, gəlib çəkiliş etmişlər. Hər bir halda onların sənədlərinin qaydasında olduğunu və tikintinin qaydalara uyğun həyata keçirildiyini bildirmişdir. Zərərçəkmiş şəxs3 ondan haralı olduğunu soruşduqda, o, Gədəbəy rayonundan olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs3 ona bildirmişdir ki, o, çox savadlı danışır, hətta ilk dəfədir ki, onun kimi elmli danışan jurnalistə rast gəlmişdir. Zərərçəkmiş şəxs3 vaxtı olanda gedib onun tiktintini həyata keçirdiyi ünvana baxmağını istəmişdir. Bu söhbət təxminən 2024-cü ilin sentyabr ayında olmuşdur. Zərərçəkmiş şəxs3 ona bildirmişdir ki onun yanında çox redaksiyadan gəlib-gedən olur, lakin bildiyi qədər onun maddi vəziyyəti yaxşı deyil. Onun redaksiyasına 100 manat kömək etmək istədiyini bildirmişdir. O isə bunun doğru olmadığını, kənardan başqa formada anlaşıla biləcəyini bildirdikdə Zərərçəkmiş şəxs3 100 manatın böyük miqarda pul olmadığını bildirərək həmin pulu götürməyini istəmişdir. O, yenə də pulu götürmək isətəməyəndə Zərərçəkmiş şəxs3 bunu yüngülvari borc olaraq verdiyini və nə vaxt imkanı olsa qaytara biləcəyini söyləmişdir. Həmin 100 manat pulu Zərərçəkmiş şəxs3 öz iradəsi ilə ona vermişdir. Hətta ona Allah köməyin olsun deyə mesaj ataraq öz təşəkkürünü bildirimişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, Zərərçəkmiş şəxs2 ilə bağlı epizod üzrə onu deyə bilər ki, nəşriyyatda 2-ci mərtəbədə 5-6 nəfər yoldaş ilə söhbət edirmişlər. Yoldaşlardan biri bildirmişdir ki, Ağsatafa Rayon İcra Hakimiyyətində Sosial İnkişafın Həlli və Proqnozlaşdırma şöbəsi ilə bağlı ciddi narazılıqlar var. O, bu narazılıqların nə olduğunu soruşanda yoldaş ona bildirmişdir ki, büdcədən şöbəyə ayrılan pullar təyinatı üzrə xərclənmir. Bu informasiya onun diqqətini çəkmişdir. İnternet üzərindən Ağsata Rayon İcra Hakimiyyətinin strukturuna baxmış, orada bütün şöbələrin iş nömrələri var imiş. O, həmin iş nömrəsinə zəng edən zaman bir nəfər şəxs telefona cavab vermişdir. O, özünü təqdim edib şöbə müdiri ilə danışmaq istədiyini bildirmişdir. Bu zaman ona cavab verən şəxs məsələnin nə olduğunu soruşmuşdur. O, onda olan informasiyanı həmin şəxsə çatdırıb şöbə müdirinin buna münasibətini bildirməsini istədiyini demişdir. Həmin şəxs bildirmişdir ki, şöbə müdiri işdə yoxdur, sahəyə baxışa getmişdir. Axşam vaxtı həmin şəxs ona zəng vuraraq onun sözlərini şöbə müdirinə çatdırdığını bildirmişdir. Qeyd etmişdir ki, şöbə müdiri bildirib ki, rayonda kimsə onlarla qərəzçilik edir, onun nörməsini müxtəlif jurnalistlərə verərək ona zəng etdirir. O, anlamışdır ki, bu planlaşdırılmış cavabdır. O isə bildirmişdir ki, onu üzrlü hesab etsin, düşünsün ki, o heç zəng vurmayıb. Zərərçəkmiş şəxs2 bu zaman ona Allah köməyin olsun deyə ifadə işlədərək təşəkkür etmişdir. Əlavə olaraq, “Kamal müəllimə denən buralara yolu düşəndə qonağım olsun” sözlərini bildirmişdir. Ona həmçinin Şöbə müdirinin redaksiyalarına 50 manat məbləğində dəstək vermək istədiyini bildirmişdir. Sabahı gün yenidən zəngləşib danışmışlar. O, kartı göndərmiş və Zərərçəkmiş şəxs2 50 manatı kartına atıb “halal xoşun olsun” demişdir. O, ümumiyyətlə heç kəsə hədə-qorxu gəlməmişdir. Təqsirləndirilən şəxs daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, ittihamda adları qeyd edilən hər üç zərərçəkmiş şəxs ona pulları özləri könüllü surətdə vermişdir. Onun vəzifəsi jurnalistdir, idarələrə, müəssisələrə zəng etməkdə məqsədi onda olan informasiyaları dəqiqləşdirmək imiş. O, Zərərçəkmiş şəxs3 apardığı tikinti işlərinin tikinti normasına uyğun olub-olmadığını müəyyənləşdirmək üçün onların tikinti apardığı ünvana getmiş və hər şeyin qaydasında olduğunu görmüşdür. Zərərçəkmiş şəxs2 zəng edən zaman sonuncu ona bildirmişdir ki, şöbə müdiri bu məsələdən bezmişdir. Bu zaman o, Zərərçəkmiş şəxs2 onun zənginin heç olmamış hesab etməsini bildirmişdir. Zərərçəkmiş şəxs1 barəsində internetdə xoşagəlməz yazılar dərc olunurmuş. Onun Zərərçəkmiş şəxs1 zəng etməkdə məqsədi sonuncunu xəbərdar etmək imiş. Aralarında problem olmamış və sonuncu haqqında yazdığı yazıya görə Zərərçəkmiş şəxs1 ona öz iradəsi ilə pul vermişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmçinin göstərmişdir ki, o, Zərərçəkmiş şəxs3 nömrəsini başqa şəxslərin vasitəsi ilə tapmışdır. O, Zərərçəkmiş şəxs3 qanunsuz tikinti işləri ilə bağlı tiktok sosial şəbəkəsində yayılmış səs yazısını görmüş və daha sonra onunla əlaqə saxlamışdır. O, Zərərçəkmiş şəxs3 pul istəməmişdir, zərərçəkmiş şəxs yalan danışır, pulu ona özü təklif etmişdir. O, Zərərçəkmiş şəxs3 pul verməyəcəyi tədqirdə məsələni mətbuatda işıqlandıracağını bildirməmişdir. Onun zərərçəkmiş şəxsə zəng vurmaqda məqsədi sonuncunun apardığı tikinti işləri bağlı Tiktok sosial şəbəkəsində yayılmış məlumatlarla bağlı mövqeyini öyrənmək olmuşdur. Bu zaman Zərərçəkmiş şəxs3 Tiktok sosial şəbəkəsində yayılmış səs yazısı ilə bağlı müxtəlif kanallardan onun apardığı tikinti ilə bağlı çəkilişlərin aparıldığını və bütün sənədlərin qaydasında olduğunu bildirmişdir. Daha sonra söhbət əsnasında Zərərçəkmiş şəxs3 onun redaksiyasına kömək etmək istədiyini bildirmişdir. O isə buna ehtiyac olmadığını bildirmiş, sonra problem ola biləcəyini qeyd etmişdir. Bu zaman Zərərçəkmiş şəxs3 ona “100 manat nə puldur ki, problem yaransın?” demişdir. Təqsirləndirilən şəxs daha sonra verilən suallara cavab olaraq eyni zamanda göstərmişdir ki, Zərərçəkmiş şəxs2 ilə onun arasında pul məsələsi olmuşdur, lakin Zərərçəkmiş şəxs2 həmin pulu ona könüllü surətdə təqdim etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətli hallarla bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 04 oktyabr 2024-cü il tarixli izahatında, həmçinin 04 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən, bundan başqa 05 oktyabr 2024-cü il və 17 dekabr 2024-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində ifadə verərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki, jurnalistika ilə məşğul olmuşdur. Əvvəllər bir neçə sayt və qəzetin redaktoru olmuş, hazırda isə “qerar.az” internet saytının baş redaktoru vəzifəsində işləmişdir. İnternet saytında müxtəlif növ xəbərlər paylaşılmaqla saytın redaksiyasında özündən başqa fəaliyyət göstərən hər hansı bir şəxs olmamışdır. Zərərçəkmiş şəxs2 yazdığı şikayət ərizəsi ilə tanış olmuş və həmin şəxsin dedikləri həqiqətən olmuşdur. 2024-cü ilin may ayının əvvəllərində Ağstafa Rayon İcra Hakimiyyətinin fəaliyyətindən narazılıqlar mövcud olduğu barədə məlumat əldə etmiş, bu barədə həmin İcra Hakimiyyətinin işçisi olan Ziya adlı şəxsə zəng etmiş və özünü təqdim edərək gəlmiş məlumatı həmin şəxsin nəzərinə çatdırmışdır. Ziya həmin məlumatın həqiqətə uyğun olmadığını bildirdikdə, Ziyaya məlumatı internet saytında paylaşacağını bildirmişdir. Ziya xəbərlərin yalan olduğunu, onu paylaşmamağını bildirdikdə Ziyaya xəbərləri paylaşmamağı müqabilində “hörmət” etməli, yəni 50 manat verməli olduğunu bildirmişdir. Ziya ilə telefon danışığı zamanı Azərbaycan Nəşriyyatı MMC-nİn Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən ofisində olmuşdur. Ziyaya ünvanladığı hədə-qorxu nəticəsində pul verməyə razı olmuş və bankomat kartının şəklini Ziyaya “whatsapp” mobil tətbiqi vasitəsi ilə göndərmiş, bir müddət sonra Ziya danışdığı kimi ona 50 manat pul göndərmişdir. Barəsində şikayət ərizəsi ünvanlamış digər şəxs, yəni Zərərçəkmiş şəxs1 isə bir neçə aydır ki, qiyabi tanımışdır. Həmin şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətində rəhbər vəzifələrin birində çalışmışdır. Lakin, həmin vaxtı onunla şəxsi tanışlığı olmamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs1 barəsində mətbuatda müxtəlif məqalələr paylaşıldığını eşitmişdir. Odur ki, 2024-cü ilin iyun ayının əvvəllərində Sumqayıt Şəhər İcra Hakimiyyətinə gedərək Zərərçəkmiş şəxs1 ilə görüşmüşdür. Ona özünün jurnalist və Qerar.az saytının baş redaktoru olduğunu, rəhbəri olduğu saytda qısa müddət əvvəl Sumqayıtın şəhər statusu almağının 75 illiyi münasibəti ilə məqalə paylaşdığını demişdir. Sonrakı danışıqları zamanı Zərərçəkmiş şəxs1 Sumqayıt Şəhər İcra Hakimiyyəti və onun barəsində mətbuatda xeyli sayda xoşa gəlməyən xəbərlərin paylaşıldığını bildirdikdə, Zərərçəkmiş şəxs1 həmin xəbərlərin yalan olduğunu demişdir. Zərərçəkmiş şəxs1 həmin xəbərləri saytında paylaşmamağı müqabilində məsrəflərini, xərclərini qarşılamasını istəmişdir. Ona 50 manat pul verməyəcəyi təqdirdə həmin xəbərləri paylaşacağını demişdir. Buna görə də, Zərərçəkmiş şəxs1 həmin pulu verəcəyini bildirmiş və oranı tərk etdikdən sonra istifadəsində olan bankomat kartına 50 manat pulu göndərmişdir. Bir neçə ay sonra yəni 2024-cü ilin avqust ayının ortalarında Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil nömrəyə “whatsapp” mobil tətbiqi vasitəsi ilə zəng etmiş və ona həmin rüsvayedici xarakterli məlumatların paylaşılmaması müqabilində əlavə xərclərini, məsrəflərini qarşılamasını bildirmişdir. Zərərçəkmiş şəxs1 həmin gün bankomat kartına 50 manat və əlavə 50 manat olmaqla 100 manat pul göndərmişdir. Barəsində şikayət ərizəsi ünvanlamış digər şəxs, yəni Zərərçəkmiş şəxs3 hadisədən əvvəl tanımamışdır. 2024-cü ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs3 adlı şəxsin Bakı şəhəri, Xətai rayonu ərazisində qanunsuz təmir tikinti işləri apardığını eşitmişdir. Aldığı məlumata əsasən Samir həmin tikinti işini kanalizasiya xəttinin üzərində gördüyü üçün icazə olmadan aparmış, buna görə də saytında həmin xəbəri dərc etmək qərarına gəlmişdir. Ətrafda olan tanışlardan həmin şəxsin telefon nömrəsini soruşmuş və Şahid adlı jurnalist tanışı ona Zərərçəkmiş şəxs3 tanıdığını, bir neçə gün əvvəl özünün də həmin şəxsdən hədə-qorxu ilə pul tələb edib aldığını bildirib onun əlaqə nömrəsini ona vermişdir. Samirə zəng etmiş və özünü təqdim edərək Samirə qanunsuz tikinti ilə məşğul olduğunu bildirmişdir. Samir bu məlumatların yalan olduğunu, tikintini rəsmi dövlət qurumlarının icazəsi əsasında apardığını bildirdikdə bu barədə məlumatları paylaşacağını bildirib, həmin xəbərlərin paylaşmamağı müqabilində ondan pul istəmişdir. Samirə saytında xəbərlərin paylaşılmaması müqabilində 100 manat pul verməsini demiş və Samir onunla razılaşmışdır. Buna görə də, istifadəsində olan bankomat kartının fotoşəkilini Samirə whatsapp vasitəsi ilə göndərmiş və qısa müddət sonra Samir 100 manat pulu ona göndərmişdir. Bundan başqa, o, əlavə ifadəsində bildirmişdir ki, hadisənin üzərindən uzun müddət keçdiyi üçün ilkin ifadəsində bəzi şeyləri düzgün xatırlamamışdır. Zərərçəkmiş şəxs1 2024-cü ilin aprel ayında 200 manat, təxminən 3 ay sonra isə həmin şəxsdən 50 manat pul almışdır. İkinci dəfə ondan pul aldığı zaman bankomat kartı üzərində olmadığı üçün tanışı Şahid qohumunun pul göndərəcəyini demiş və Habilə məxsus bank kartının rekvizitlərini Gündüzə göndərdikdən sonra həmin pulu bankomatdan özü məxaric etmişdir. Habilin baş verənlər barəsində hər hansı məlumatı olmamışdır (iş vərəqə: cild 1, səh. 7, 42-45, 101-105, 163-165). Məhkəmə baxışı zamanı elan olunan ifadələri arasında ziddiyyətli hallara münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq dövründə ilkin ifadəsini verdiyi gün həkimə getdiyini, səhhətində ciddi problemlər olduğunu, həmin vaxt düz ifadə vermədiyini və ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmədiyini bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, fərdi sahibkarlıqla məşğul olur. Hadisə vaxtı Təqsirləndirilən şəxs ona zəng edərək özünü media işçisi kimi təqdim edib, onun obyektinin sənədsiz tikildiyini, yəni qanunsuz tikintilər apardığını bildirmişdir. O isə ona obyektlərinin sənəd əsasında tikildiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona obyektlərində çəkiliş aparacağını bildirmişdir. O, obyektlərində sənədlərinin qaydasında olduğunu və obyektlərində çəkiliş apara biləcəklərini bildirmişdir. Təqsirləndirilən şəxs ona obyektində çəkiliş aparılmaması müqabilində ondan 100 manat pul tələb etmiş və o da mətbuatda rüsvay olmaması üçün Təqsirləndirilən şəxs 100 manat pulu sonuncunun bank kartına göndərmişdir. Təqsirləndirilən şəxs ona bank kartının nömrəsini göndərmiş və o da pulu Təqsirləndirilən şəxs bank kartına göndərmişdir. Təqsirləndirilən şəxs ondan cəmi bir dəfə pul tələb etmiş və o da Təqsirləndirilən şəxs tələb etdiyi pulu göndərmişdir. Daha sonra isə onların əlaqələri olmamışdır. Zərərçəkmiş şəxs3 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs ona hədə-qorxu gələrək pul istəməsinin səbəbini bilmir. O, əvvəllər təqsirləndirilən şəxsi tanımamışdır, Təqsirləndirilən şəxs onun nömrəsini tapıb ona zəng etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini də təsdiq edir. Ona Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənilməmişdir. O, dəymiş ziyanı tələb etmir, təqsirləndilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Təqsirləndirilən şəxsin barəsində təyin ediləcək cəzanı isə məhkəmənin mülahizəsinə buraxır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Ağstafa Rayon İcra Hakimiyyətində Sosial-X4 və Proqnozlaşdırılması Şöbəsinin şöbə müdirinin müavini vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 24 may 2024-cü il tarixdə ona Whatsapp mobil tətbiqi vasitəsi ilə zəng edərək İcra Hakimiyyəti haqqında və həmçinin onun özü haqqında rüsvayedici məlumatlarla bağlı materiallar olduğunu və bunu yayacağını bildirmişdir. Həmin məlumatları yaymamağın müqabilində ondan 50 manat tələb etmiş və o da həmin məbləği Təqsirləndirilən şəxs bank kartına göndərmişdir. Təqsirləndirilən şəxs ona zəng edən zaman özünü “Qərar.az” saytının rəhbəri kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs qeyd etmiş olduğu rüsvayedici məlumatlar tamamilə yalan olmuşdur. Həmin məlumatları rəhbəri olduğu “Qərar.az” saytında yayacağını bildirmişdir. Ona Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənilməmişdir, o, həmin pulu tələb etmir. Onun hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tələb etdiyi həmin pulu ödəmə terminalı vasitəsi ilə göndərmişdir. Onun Təqsirləndirilən şəxsla danışıqları telefon vasitəsi ilə olmuşdur. Təqsirləndirilən şəxs ona hədə-qorxu gəldiyinə görə o, həmin şəxsə pul verilmişdir. Təqsirləndirilən şəxs onunla Whatsapp mobil tətbiqi vasitəsi ilə əlaqə saxlamışdır. Həmin tətbiqdə Təqsirləndirilən şəxs ona “Salam, kart nömrəm budur” deyə mesaj da yazmışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Ona Təqsirləndirilən şəxs konkret olaraq hədə-qorxu gəlmişdir ki, əgər 50 manat pul verməsə, onun barəsində rüsvayedici məlumatlar yayacaqdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Sumqayıt Şəhər İcra Hakimiyyətində işləyir. Onun Təqsirləndirilən şəxs ilə tanışlığı Sumqayıt Şəhər İcra Hakimiyyətində göstərdiyi peşə fəaliyyəti əsasında yaranmışdır. Təqsirləndirilən şəxs ona özünü media sahəsi üzrə məsul şəxs olduğundan şəhərdə keçirilən tədbirlərin işıqlandırılması ilə əlaqədar media əməkdaşları ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs onun telefon nömrəsini haradan əldə etməsindən məlumatı yoxdur. Təqsirləndirilən şəxs ona müraciət edərək Sumqayıt şəhərində görülən işlərlə bağlı yazılar yazmaq istədiyini bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs ona müraciət edərək saytlarının texniki problemləri ilə əlaqədar olaraq maddi dəstəyə ehtiyacı olduğunu bildirmişdir. O da Təqsirləndirilən şəxs öz şəxsi vəsaiti hesabına müxtəlif vaxtlarda təxminən 50, iki dəfə də 100 manat olmaqla, ümumilikdə xatırladığı qədər 250 manat pulu Təqsirləndirilən şəxs bank kartına göndərmişdir. Zərərçəkmiş şəxs1 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, o, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. Təqsirləndirilən şəxs ondan təxminən 2-3 dəfə pul istəmişdir. Təqsirləndirilən şəxs ondan qeyri-rəsmi formada pul istəmişdir. Təqsirləndirilən şəxs ilə İcra Hakimiyyətinin binasında 1-2 dəfə görüşmüşdür. Təqsirləndirilən şəxsla görüşdükdən sonra onda fikir formalaşmışdır ki, o, Təqsirləndirilən şəxs pul verməsə onların barəsində mənfi məlumatlar yazacaq. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı daha ətraflı verdiyi 2015-ci ildən Sumqayıt Şəhər İcra Hakimiyyətində işlədiyinə, haqqında şikayət etdiyi Təqsirləndirilən şəxs ilə tanışlığının 2024-cü ildə yarandığına, həmin şəxsin onun işlədiyi quruma gələrək onunla görüşmək istədiyini bildirdiyinə, həmin şəxslə İcra Hakimiyyətinin qəbul otağında görüşdüyünə, görüşləri zamanı Təqsirləndirilən şəxs özünü jurnalist və qerar.az saytının baş redaktoru kimi təqdim etdiyinə, söhbətləri zamanı Təqsirləndirilən şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti və onun barəsində mətbuatda xeyli sayda xoşagəlməyən xəbərlərin paylaşıldığını bildirdiyinə, Təqsirləndirilən şəxs gələcəkdə İcra Hakimiyyəti və özü haqqında təhrif olunmuş yalan məlumatların saytında dərc edilməməsi üçün onun məsrəflərini qarşılamalı olduğunu bildirdiyinə, buna görə də 2024cü ilin iyun ayının əvvəllərində Kamalın bankomat kartına 50 manat pul göndərdiyinə, bir neçə ay sonra, yəni 2024-cü ilin avqust ayının ortalarında Kamalın ona yenidən zəng edərək pula ehtiyacı olduğununa, ona 100 manat pul göndərməyinə, həmin pulu göndərməsə özü və işlədiyi qurum barəsində rüsvayedici xarakterli məlumatlar paylaşa biləcəyini düşündüyü üçün məcbur olaraq həmin pulu Təqsirləndirilən şəxs istifadəsində olan bankomat kartına 50 manat və 50 manat olmaqla, ümumilikdə 100 manat pul göndərdiyinə, əvvəlcə xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs göndərdiyi bankomat kartına 200 manat, daha sonra isə xx.xx.2024-cü il tarixdə 50 manat olmaqla, ümumilikdə 250 manat pulu tanışı Rifat Məmmədovun istifadəsində olan bankomat kartından göndərdiyinə, Təqsirləndirilən şəxs həmin pulları barəsində və işlədiyi Sumqayıt Şəhər İcra Hakimiyyəti haqqında rüsvayedici məlumatların yayılmaması ilə bağlı ünvanladığı hədə nəticəsində aldığına dair verdiyi ifadəsini (iş vərəqə: cild 1, səh. 80-82) təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs ondan hədə-qorxu ilə pul tələb etməsinə görə yazdığı şikayət ərizəsində göstərdiyi xüsusatları da təsdiq edir. O, hal-hazırda Təqsirləndirilən şəxs şikayətçi deyil. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, sonuncunun barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs3 xeyli illər əvvəldən tanımışdır. O, “Dəryaz” qəzətinin baş redaktoru olmuşdur. Təqsirləndirilən şəxs ilə həmkəndli olmuş, eyni zamanda onlar eyni bir binada işləmişlər. Zərərçəkmiş şəxs3 barəsində əvvəllər ona qanunsuz tikinti ilə məşğul olmasına dair məlumat daxil olmuşdur. O, gecə vaxtı həmin ünvana getmişdir. Zərərçəkmiş şəxs3 orada bildirmişdir ki, sənədlər, ümumilikdə hər şey qaydasındadır. Onun Zərərçəkmiş şəxs3la həmin vaxtdan səmimi münasibətləri yaranmışdır. Daha sonra, nəşriyyatda Təqsirləndirilən şəxsla qarşılaşmış və o, bildirmişdir ki, Zərərçəkmiş şəxs3 haqqında mətbuatda belə bir məqalə yazılmışdır. Təqsirləndirilən şəxs ondan Zərərçəkmiş şəxs3 telefon nömrəsini istəmişdir. O isə Zərərçəkmiş şəxs3 telefon nömrəsini tapıb verə biləcəyini bildirmişdir. Daha sonra kimdənsə maraqlanaraq nömrəni tapıb Təqsirləndirilən şəxs vermişdir. Kamala bildirmişdir ki, Zərərçəkmiş şəxs3 yaxşı oğlandır. Daha sonra onlar arasında nə söhbətlərin olmasından xəbəri olmamışdır. O, Zərərçəkmiş şəxs3la əvvəl qanunsuz tikinti ilə bağlı danışmışdır. O, əvvəllər Zərərçəkmiş şəxs3 zəng edərək, özünü təqdim etmiş və Zərərçəkmiş şəxs3 ona nəyə ehtiyacının olduğunu soruşmuşdur. O da övladlarının təhsil haqqınə ödəməklə bağlı Zərərçəkmiş şəxs3 yardım istəmişdir. O, Zərərçəkmiş şəxs3 pul istəməyi barədə Təqsirləndirilən şəxs heç nə deməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: _04 oktyabr 2024-cü il tarixli “Götürmə haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan 01 ədəd “Samsung” markalı mobil telefon, "xxxx" ASCyə məxsus bank kartı, şəxsiyyət vəsiqəsi, “qerar.az” informasiya agentliyinə və “Gündəm Xəbər” Müstəqil ictimai-siyasi qəzetinə aid vəsiqələr istintaq üçün əhəmiyyət kəsb etdiyinə görə götürülmüşdür (iş vərəqə: cild 1, səh. 46-48). _05 oktyabr 2024-cü il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı həmin şəxslər ifadələrində göstərdikləri xüsusatlarlı bir-birinin üzlərinə qarşı təsdiq etmişlər (iş vərəqə: cild 1, səh. 83-85). _05 oktyabr 2024-cü il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı həmin şəxslər ifadələrində göstərdikləri xüsusatlarlı bir-birinin üzlərinə qarşı təsdiq etmişlər (iş vərəqə: cild 1, səh. 86-89). _08 oktyabr 2024-cü il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs və Şahid arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı həmin şəxslər ifadələrində göstərdikləri xüsusatlarlı bir-birinin üzlərinə qarşı təsdiq etmişlər (iş vərəqə: cild 1, səh. 123-125). _04 noyabr 2024-cü il tarixli “sənədləri götürmə və baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi 02 ədəd qəbz götürülərək onlara baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, həmin qəbzlər pul vəsaitlərinin bankomat kartları vasitəsi ilə köçülməsi ilə əlaqədardır. 1-ci qəbzdə 200 manat pul vəsaitinin xx.xx.2024-cü il tarixdə saat 12:30-da 510307*******1407 nömrəli bankomat kartından Təqsirləndirilən şəxs məxsus 416973*******5789 nömrəli bankomat kartına, ikinci qəbzdə isə 50 manat pul vəsaitinin xx.xx.2024-cü il tarixdə saat 15:14-də 510307*******2643 nömrəli bankomat kartından HA******* t******* (ad və soyad məlumatların məxfi saxlanılması ilə bağlı tələblərə uyğun olaraq tam göstərilməmişdir) adlı şəxsə məxsus 416973*******0720 nömrəli bankomat kartına göndərilmişdir (iş vərəqə: cild 1, səh. 142-144). _02 dekabr 2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi barədə protokol”dan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung A12” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, telefonun kontaktlar bölümündə Zərərçəkmiş şəxs3 məxsus ***-***-**-** saylı mobil nömrənin “Samir Xətai ra-nu Sadıqcan küçəsində tikinti sahibi”, Zərərçəkmiş şəxs1 məxsus ***-***-**-** mobil nömrənin “Gündüz m-m Sumqayıt ŞİH müavin”, Zərərçəkmiş şəxs2 məxsus ***-***-**-** saylı mobil nömrənin “Ağstafa RİH başçısının müavini İlqar Hacıyevin köməkçisi Ziya m-m” adları ilə qeyd edildiyi müəyyən edilmişdir. Baxış zamanı telefonda whatsapp mobil tətbiqinin olduğu, Təqsirləndirilən şəxs həmin tətbiqdə ***-***-**-** mobil nömrə və “Kamal” adı ilə qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. Baxış zamanı tətbiqin söhbətlər bölməsinə daxil olan zaman orada Zərərçəkmiş şəxs1 “Gündüz m-m Sumqayıt ŞİH müavin” adı ilə qeydiyyata alınmış 050- ***-**-** mobil nömrəsi ilə müxtəlif yazışmaların olması müəyyən edilir. Həmin şəxslərin arasında otan yazışmalar aşağıdakı kimidir: -Müəllim salam, sabahınız xeyr olsun! Necəsiniz? İndi Sizə zəng etmişdim, yəqin ki işiniz var idi, ona görə də cavab vermədiniz. Əgər məsləhət bilirsinizsə altıncı, yaxud da bazar günü Sumqayıtda görüşək, lazımı materialları verin, yeni yazı hazırlayaq. Zəhmət olmasa cavab yazarsınız (14 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ünvanlanmış mesaj). -https://qerar.az/index.php?newsid=16236 (05 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ünvanlanmış “Zakir Fərəcov universitetə qəbul olan şəhid övladları ilə görüşdü” xəbəri əks olunan link), -https://qaynarinfo.az/az/taninmis-is-adami-hebs-edildi-1-milyonluq-deleduzluq-1 (14 sentyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ünvanlanmış “tanınmış iş adamı həbs edildi-1 milyonluq dələduzluq” xəbəri əks olunan link), -Müəllim salam! Sabahınız xeyir olsun! Necəsiniz? Müəllim bir məsələ var, həmin məsələ ilə bağlı Sizinlə üzbəüz görüşmək istəyirəm. Telefon söhbəti deyit. Zəhmət olmasa cavab yazarsınız (17 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ünvanlanmış mesaj), -Salam mən məzuniyyətdəyəm rayonda (17 sentyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ünvanlanmış mesaj), -İşdə nə vaxt olacaqsınız? (17 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ünvanlanmış mesaj), -Gələn ay nə sözünüz varsa zəng edin (17 sentyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ünvanlanmış mesaj), -Onda vothsapla zəng edimmi? (17 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ünvanlanmış mesaj), -Buyur (17 sentyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ünvanlanmış mesaj), -Müəllim, indi uyğun yerdə deyiləm. Zəng edəcəyəm. (17 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ünvanlanmış mesaj). Tətbiqin söhbətlər bölməsində olan digər yazışmalara daxil olan zaman orada Zərərçəkmiş şəxs2 “Ağstafa RİH başçısının müavini İlqar Hacıyevin köməkçisi Ziya m-m” adı ilə qeydiyyata alınmış ***-***-**-** mobil nömrəsinə Təqsirləndirilən şəxs 23 may 2024cü il tarixdə “salam” və özünə məxsus olan “4169 7388 8849 5789” nömrəli bankomat kartının nömrələrinin göndərildiyi müəyyən edilir (iş vərəqə: cild İ, səh. 154-159). _27 dekabr 2024-cü il tarixli “bank məlumatları barədə sənədlərə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd "xxxx" ASC-yə aid bank kartı ilə aparılmış əməliyyatları özündə əks etdirən sənədlərə və 01 ədəd diskə baxış keçirilmiş, baxış zamanı kart vasitəsi ilə müxtəlif dövrlərdə müxtəlif məbləğlərdə terminal vasitəsi ilə mədaxil, birbank tətbiqi vasitəsi ilə kartdan karta köçürmə əməliyyatı, onlayn ödəniş, bankomat vasitəsi ilə nağdlaşdırma əməliyyatı və sair əməliyyatlar keçirilməsi müəyyən edilmişdir. Baxış zamanı aşağıda göstərilən iş üçün əhəmiyyət daşıyan hallar aşkar edilmişdir: 1)6-cı vərəqədə olan sətirlərin birində xx.xx.2024-cü il tarixdə X3 məxsus bankomat kartından təqsirləndirilən şəxsin istifadəsində olan bankomat kartına 200 manat pulun göndərilməsi öz əksini tapmışdır. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində ona ünvanlanmış hədə ilə əlaqədar xx.xx.2024-cü il tarixdə tanışı Rifat Məmmədova məxsus bankomat kartından Təqsirləndirilən şəxs 200 manat pulun göndərilməsini bildirmişdir. 2)9-cu vərəqədə olan sətirlərin birində xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus bankomat kartına 50 manat pul vəsaitinin göndərilməsi müəyyən edilmişdir. Həmin sətirdən pulun digər bankomat kartından göndərilmədiyi öz əksini tapmaqla, sətirin qeyd hissəsində “Online Kiosk” sözləri yazılmışdır. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs X5 ifadəsində ona ünvanlanmış hədə ilə əlaqədar 2024-cü ilin may ayının sonlarında “MilliÖn” X6 Təqsirləndirilən şəxs istifadəsində olan bankomat kartına 50 manat pul göndərdiyini bildirmişdir. 3)14-cü vərəqədə olan sətirlərin birində xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs3 məxsus bankomat kartından təqsirləndirilən şəxsin istifadəsində olan bankomat kartına 100 manat pulun göndərilməsi öz əksini tapmışdır. Diskdə olan məlumatlara baxış keçirilən zaman diskin içərisində fotoşəkillərin olduğu və bank kartına daxil olan pulların Təqsirləndirilən şəxs tərəfindən məxaric edildiyi müəyyən edilir (iş vərəqə: cild İ, səh. 182). _21 yanvar 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung A12” markalı mobil telefon, "xxxx" ASC-dən daxil olmuş 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş, həmçinin Zərərçəkmiş şəxs1 tərəfindən təqdim olunmuş 02 ədəd qəbz, “Qerar.az” informasiya agentliyinə aid 01 ədəd və “Gündəm Xəbər” müstəqil ictimai-siyasi qəzetinə aid 01 ədəd vəsiqələr və "xxxx" ASC-dən daxil olmuş 01 ədəd disk də sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 186-197). _04 oktyabr 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 04 oktyabr 2024-cü il tarixdə tutulmuşdur (iş vərəqə: cild 1, səh. 32-33). _Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 04 oktyabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 1, səh. 114-118). _Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 yanvar 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild 1, səh. 184-185). _Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaçına çatmayan uşağı var (cinayət işinin materialları). _Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs3 təqdim etdiyi ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur, barəsində görüləcək tədbiri məhkəmənin mülahizəsinə buraxır, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim olunmuş ərizədən görünür ki, təqsirləndirilən şəxsi bağışlayır, ona qarşı şikayət və tələbi yoxdur, təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır, həmçinin Zərərçəkmiş şəxs1 tərəfindən təqdim olunmuş ərizədən görünür ki, təqsirləndirilən şəxsi bağışlayır, ona qarşı şikayət və tələbi yoxdur, barəsində yüngül cəza təyin edilməsin xahiş edir (cinayət işinin materialları). Hüquqi məsələlər. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə hazırki cinayət işi üzrə təqdim edilmiş sübutların qəbuledilən olubolmamasını, onların çəkisini və kifayət qədərliyini tənzimləyən qayda və prinsiplərə istinad etməklə, işin faktiki hallarını yalnız həqiqiliyinə və əldə edilməsi hallarına heç bir şübhələr olmayan sübutları əsas götürmək yolu ilə müəyyən etməklə, tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanan yekun qərarın qəbul edilməsi və məhkəmənin ittiham olunan şəxsin təqsirli və ya təqsirsizliyinə dair hökmünü formalaşdırmaq üçün yalnız qanunun istifadə etməyə icazə verdiyi hüquqi vasitələrə əsaslanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özünü şəxsən və vəkili vasitəsilə müdafiə etmiş, şahidin və zərərçəkmiş şəxslərin dindirilməsində, onun əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, cinayət işinin araşdırılması və məhkəmədə baxılıb həll edilməsinə münasibətdə istinad edilən əməlin törədilməsi, həmin əməldə cinayət tərkibinin və onu cinayət kimi xarakterizə edən bütün əlamətlərin olub-olmaması sübutların köməyilə müəyyən edilir. Cinayət işi və bununla bağlı materiallar üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün kifayət edən sübutların cəmi sübutetmə həddini xarakterizə edir. Beləliklə, təqdim edilmiş obyektiv sübutların məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxslə əlaqəsi, onun əməlində cinayətin əlamətlərinin olması kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında araşdırılıb tədqiq edilmiş, sübutlar toplusuna məcmu halında qiymət verilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə özgənin əmlakını təkrarən hədə-qorxu ilə tələb etmə cinayət əməlini törətmişdir. Məhkəmə həyata keçirilən mühakimə fəaliyyəti nəticəsində heç bir şübhəyə yer verməyən mütləq həqiqətin aşkarlanmasından ötrü ittiham tərəfinin təqdim etdiyi sübutları, təqsirləndirilən şəxsin özünün müdafiəsi ilə bağlı göstərdiyi dəlilləri cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırmış və hesab edir ki, məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin həm 182.2.2-ci maddəsinə münasibətdə onun əməlinə hüquqi qiymət verilməlidir. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqdim edilmiş obyektiv və mötəbər sübutların tədqiq edilməsi və həmin sübutlara əsaslanan cinayət işinin faktiki halları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 hədə-qorxu ilə tələb etmə yolu ilə əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə onlara özünü jurnalist və “qerar.az” saytının baş redaktoru kimi təqdim etməklə onların barəsində həqiqətə uyğun olmayan, onların şəxsiyyətinə və işgüzar nüfuzuna xələl gətirə biləcək, ictimaiyyət arasında rüsvayedici xarakter daşıyan məqalələri rəhbəri olduğu “qerar.az” internet saytında paylaşaraq yayacağı ilə əlaqədar həmin zərərçəkmiş şəxlsərə hədə-qorxu gələrək onların barələrində qeyd edilən məqalələrin dərc edilməməsi müqabilində həmin şəxslərdən ayrı-ayrı vaxtlarda, müxtəlif məbləğlərdə pul tələb edib hədə-qorxu yolu ilə ələ keçirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı ifadəsində heç bir cinayət əməli törətməməsi, kiminsə barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə heç kimdən hədə-qorxu ilə pul tələb etməməsi, həmin pulların ona zərərçəkmiş şəxslər tərəfindən könüllü olaraq göndərilməsi ilə bağlı göstərdiklərini cinayət işinin materialları və iş üzrə toplanmış sübutların məcmusu ilə qarşılıqlı şəkildə tədqiq edərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə ilkin ibtidai araşdırma başlandığı vaxtdan verdiyi izahatında və bütün ifadələrində zərərçəkmiş şəxslərin haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə onlardan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul tələb edib almasından ibarət cinayətkar hərəkətlərini hansı qaydada törətdiyini ətraflı və təfərrüatlı şəkildə göstərmişdir (iş vərəqə: cild 1, səh. 7, 42-45, 101- 105, 163-165). Onun həmin ifadələri iş üzrə yuxarıda sadalanmış digər mötəbər sübut növləri və həmin sübutlara əsaslanan cinayət işinin faktiki halları ilə təsdiq olunduğundan onun cinayət işinin ibtidai istintaqı zamanı verdiyi həmin ifadələri mötəbər sübut növü kimi qəbul edilir. Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı törətdiyi cinayət əməli ilə bağlı göstərdiyi inkaredici hallar “üzləşdirmə” və “baxış” istintaq hərəkəti protokolları, cinayət işinin materiallarına əlavə edilmiş təqsirləndirilən şəxslə zərərçəkmiş şəxslərin arasında “whatsapp” sosial şəbəkəsində olan yazışmaların məzmununu ilə, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri kimi mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunduğundan məhkəmə təqsirləndirilən şəxsin həmin inkaredici ifadələrini sübut növü kimi qəbul etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” 21 oktyabr 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “....hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkiblidir. Hədə-qorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilib-edilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. ... Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. ... Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Həmin məlumatları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət kəsb etmir. ... Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən hədəqorxu ilə tələb etmə cinayət əməli özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə anından başa çatmış hesab edilir.” Məhkəmə həmçinin Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində zərərçəkmiş şəxslərdən hədə-qorxu yolu ilə tələb etdiyi pulu sonuncuların öz istəkləri ilə ona verməsinə dair göstərdikləri ilə bağlı onu da qeyd edir ki, Təqsirləndirilən şəxs həmin göstərdikləri ümumiyyətlə cinayət işinin faktiki hallarına uyğun olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində zərərçəkmiş şəxslərdən həqiqətən də həmin məbləğdə pulları aldığını etiraf etsə də, zərərçəkmiş şəxsərin heç bir hədə-qorxu olmadan ona həmin pulları vermələrinin heç bir ağlabatan əsasının olmaması zərərçəkmiş şəxslərin özlərinin Təqsirləndirilən şəxs həmin cinayətkar hərəkətləri barəsində şikayət ərizələri ilə (cinayət işinin materiallarına əlavə olunub) daxili işlər orqanlarına müraciət etmələri, onların Təqsirləndirilən şəxs həmin cinayətkar hərəkətlərini sonradan öz ifadələrində də təsdiq etmələri, cinayət işi başlandıqdan sonra da Təqsirləndirilən şəxs məhkəməyədək araşdırma zamanı bütün ifadələrində özünün həmin cinayətkar hərəkətlərini təfərrüatlı şəkildə göstərməsi ilə təsdiq edilmişdir. Odur ki, cinayət işi üzrə qanuniliyi heç bir mübahisə doğurmayan mötəbər sübutlarla Təqsirləndirilən şəxs cinayət əməli sübuta yetirildiyindən və onun ifadəsindəki inkaredici hallar isə həmin sübutlar və cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edildiyindən və heç bir faktla təsdiq olunmadığından məhkəmə onun göstərdiyi həmin halları cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) və onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi kimi qiymətləndirir. Məhkəmə yuxarıda qeyd edilmiş əsaslılığı heç bir şübhə doğurmayan cinayət işinə aid mötəbər sübutları ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, həmin sübutlar birbiri ilə vəhdət təşkil edib elan edilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək təsvirini formalaşdırmışdır. Təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması cinayət təqibi ilə bağlı məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilib toplanmış iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə Tələt Muradovun əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, həmçinin Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır, onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal müəyyən edilmiş və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə cəza təyin edilərkən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini mümkün edir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə, həmçinin onun barəsində cəzasını yüngülləşdirən halları nəzərə almaqla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş, şəxsiyyətinə uyğun, ədalətli və cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 04 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 04 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 oktyabr 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 04 oktyabr 2024-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxslərə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung A12” markalı mobil telefon, "xxxx" ASC-yə məxsus bank kartı, Qerar.az İnformasiya agentliyinə aid 01 ədəd vəsiqə və “Gündəm Xəbər” qəzetinə aid 01 ədəd vəsiqə Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, həmçinin "xxxx" ASC-dən daxil olmuş 01 ədəd disk və Zərərçəkmiş şəxs1 tərəfindən təqdim olunmuş 02 ədəd qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa iş üzrə zərərçəkmiş şəxslərə, onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki cinayət işi üzrə maddi sübut yoxdur, qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, bundan başqa Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak, həmçinin ekspertiza xərci müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 04 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung A12” markalı mobil telefon, "xxxx" ASC-yə məxsus bank kartı, Qerar.az İnformasiya agentliyinə aid 01 ədəd vəsiqə və “Gündəm Xəbər” qəzetinə aid 01 ədəd vəsiqə Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, həmçinin "xxxx" ASC-dən daxil olmuş 01 ədəd disk və Zərərçəkmiş şəxs1 tərəfindən təqdim olunmuş 02 ədəd qəbz cinayət işinin materiallarında saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslərə, onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar