Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1119/2025 09.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx xxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş (FİN № xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli qərarına əsasən cəzanın çəkilməmiş 3 ay 16 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, 22 dekabr 2023-cü tl tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 16 avqust 2024-cü il tarixdə ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və həmin tarixdə barəsində axtarış elan olunmuş, 30 dekabr 2024cü il tarixdə Yasamal RPİ, 29-cu Polis şöbəsi tərəfindən tutulmuş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 01 yanvar 2025-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən və qanunvericilikdə nəzərdə tutulmuş qaydada götürülmədən yenidən qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma barədə tanışları X9 və X10, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı tərəfindən külli miqdarda - ümumi təmiz çəkisi 20200 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşdirilib “WhatsApp” ani mesajlaşma mobil tətbiqi vasitəsi ilə Tərlan Cəfərova məlumat verildikdən sonra sonuncu 23 iyul 2024-cü il tarixdə “BMW” markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Aygün Hacıyeva və Təqsirləndirilən şəxsla birlikdə ünvan 3 ünvanına gedərək aralarındakı cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs mühərrikini işlək vəziyyətdə saxlamaqla avtomobildə gözləməklə Aygün Hacıyeva və Tərlan Cəfərov avtomobildən düşərək, sonuncu, ərazidə müşahidə aparmaqla Aygün Hacıyeva əvvəlcədən təyin olunmuş yerdən külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı götürüb qanunsuz olaraq əldə edib avtomobilə doğru daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində 23 iyul 2024-cü il tarixdə, saat 22:20-də Tərlan Cəfərov və Aygün Hacıyeva ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq ünvan 4da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilsə də, Təqsirləndirilən şəxs avtomobili idarə edərək hadisə yerindən qaçmış, Baş İdarədə 24 iyul 2024-cü il tarixdə saat 00:37-dən etibarən üzərilərində şəxsi axtarış və götürmə keçirilən zaman Aygün Hacıyevanın sağ əlində saxladığı, qanunsuz olaraq satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə edib daşıdıqları 1 ədəd bağlamada ünuımi təmiz çəkisi 20200 (iyirmi min iki yüz) qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində, həmçinin proses iştirakçılarının suallarına cavab olaraq göstərdi ki, o, qonşusu Tərlan Cəfərovdan maşını istəmiş, Tərlan isə ona əvvəlcə onları otelə aparmasını, daha sonra maşını götürməsini təklif etmiş, o da, Tərlanla razılaşmışdır. Otelə gedənə qədər avtomobili Tərlan idarə etmiş, otelə çatanda Tərlanla Aygün maşından düşmüşlər. Onlar getdikdən sonra, o, sükan arxasına keçmiş və maşını sürüb oradan getmişdir. O, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə məhkum olunmuşdur. Aygünü də narkotik vasitə istifadəçisi kimi əvvəlcədən tanımışdır. Tərlanla Aygün maşından düşüb narkotik vasitəni götürməyə getmişlər. O, Tərlanla Aygünün narkotik vasitəni götürdüklərini və polislər tərəfindən saxlanıldıqlarını görməmişdir. Ona maşın lazım olduğu üçün Tərlanın yanına getmişdir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. O, həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 3 dəfə cinayət cəzasına məhkum olunmuş, sonuncu dəfə məhkəmə tərəfindən verilmiş 2 il azadlıqdan məhrumetmə cəzasını çəkdikdən sonra saxlanılmazdan 1 il 3 ay əvvəl azad edilmişdir. 2013-cü ildən başlayaraq marixuana, patı, kakos, metadon suyu və s. kimi narkotik vasitələrdən istifadə etmiş, hər dəfə adını və anket məlumatlarını bilmədiyi şəxslərdən həmin narkotikləri almışdır. X6 təxminən 1 il olar ki, tanıyır, onunla birlikdə dəfələrlə narkotik vasitədən istifadə etmiş, həmçinin onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dair sözlər də eşitmişdir. X7 isə uşaqlıqdan tanımış, Tərlan onun qonşusu olmuş, həmçinin onunla da bir neçə dəfə birlikdə narkotik vasitədən istifadə etmişlər. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsinə görə, 23 iyul 2024-cü il tarixdə Aygün ona zəng edərək iranlı bir şəxsin 20 kiloqrama yaxın çəkidə marixuana göndərəcəyini, deyildiyi ünvandan götürərək sonradan bildirilmiş ünvanlara çatdırsalar, iranlının bunun qarşılığında 1.000 manat pul verəcəyini bildirmişdir. O da, Aygün Hacıyevanın təklifi ilə razılaşmış, bundan bir neçə dəqiqə sonra Tərlan Cəfərov ona telefon vasitəsi ilə zəng edərək “patı” istəmiş, o da, patı olmadığını bildirdikdən sonra Aygünün ona etdiyi təklifi Tərlan Cəfərova bildirmişdir. Bunun səbəbini isə nə Aygünün, nə də onun avtomobilinin olmaması ilə əlaqələndirmişdir. Tərlan da buna sevinərək onlarla razılaşmışdır. Axşam saat 17-18 radələrində Aygün işdən çıxaraq onun yanına gəlmiş, daha sonra Tərlan işdən çıxmış və “BMW” markalı, **-KN-*** qeydiyyat nişanlı avtomobili ilə gələrək onları Bakı şəhəri, Yasamal rayonu ərazisində olan "Sovetski" adlanan ərazidən götürmüşdür. Avtomobildə onlar adını bilmədikləri İran İslam Respublikasına məxsus mobil telefon nömrəsi ilə “WhatsApp” mobil tətbiqi vasitəsi ilə əlaqə saxlamış və həmin danışıqda iranlı onlara “siz o 5 kilonu yerbəyer edin, bir yerə atın, gəlib onu götürərlər, qalanını da satarsız, pulunu da karta atarsız” deyə bildirmişdir. Onların üçü də narkotik vasitənin daşınmasında maraqlı olmuşlar. Belə ki, bunun qarşılığında iranlının onlara 1.000 manat pul vəd etmişdir. Onlar görüşdükdən sonra birdən Tərlanı iş yerindən çağırmışlar, buna görə onu və Aygünü Yasamal rayonu ərazisində adını bilmədiyi parkın yaxınlığında düşürtmüş və qısa bir zamanda qayıdacağını demişdir. Təxminən saat 21 radələrində Tərlan avtomobili ilə gələrək Aygünü və onu qoyduğu yerdən götürmüş, narkotikin artıq atıldığı ərazinin fotogörüntülərinin və koordinatlarının Tərlanın telefonuna göndərilmiş və birlikdə həmin ünvana getmişlər. Həmin ünvana çatdıqda o, avtomobilin sükanında gözləyəcəyini bildirmiş, Tərlan və Aygünün narkotik vasitəni götürərək avtomobilə gətirmələrini xahiş etmişdir. Onlar razılaşaraq avtomobildən düşmüş, daha sonra Tərlanın Aygünə küncdə dayanaraq qıraq-bucağa baxaraq nəzarət edəcəyini bildirərək sonuncunun narkotik vasitəni götürməyini xahiş etmiş, o da həmin danışıqları avtomobildən eşitmişdir. Aygün razılıq verdikdən sonra bir qədər getmiş, sarı rəngli selofan bağlama görmüş, yaxınlaşaraq onu götürmüş və Tərlanın yanına tərəf gəlmək istəyən zaman polis əməkdaşları onlara yaxınlaşmışdır. Həmin vaxt Tərlan polis əməkdaşlarından qaçmaq istəmiş, təsadüfən ayağı daşa ilişərək sol çiyninin üstündə yerə yıxılmış və saxlanılmışdır. Bu zaman Tərlan qışqıraraq "Zöhrab, qaç, polislər gəldi" deyə bildirdikdən, habelə polis əməkdaşları tərəfindən Tərlan və Aygünün saxlanılmalarını gördükdən sonra mühərriki işə salaraq avtomobillə hadisə yerindən qaçmışdır (cild 2, iş vərəqi 127-130). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, dindirmə protokolundakı imzalar ona məxsusdur, lakin istintaqa həmin məzmunda ifadə verməmişdir. Saxlanıldıqdan sonra idarəyə gətirilərkən canı ağrıdığı üçün protokola imza etmişdir. O, heç kimlə narkotik vasitə daşımamışdır. Tutularkən və istintaq dövründə ona qarşı heç bir təsir və təzyiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid ifadəsində göstərdi ki, 23 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbiri zamanı Tərlan Cəfərov və Aygün Hacıyevanın ünvan 3 ünvanına Tərlanın idarə etdiyi avtomobillə gələcəyi müəyyən edilmiş, bunun üçün qrup üzvləri birlikdə həmin ünvana getmişlər. Tərlan Cəfərov və Aygün Hacıyevaya oxşar iki nəfər şəxsin avtomobildən bir qədər kənarda olduğunu, avtomobilin içərisində tanımadığı üçüncü bir şəxsin əyləşdiyini müşahidə etmişlər. Həmin vaxt onlar Tərlan Cəfərova və Aygün Hacıyevaya yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxslərin də özlərini təqdim etməsini istəmişlər. Onlara yaxınlaşan kimi Tərlan Cəfərovun avtomobilində əyləşmiş həmin vaxt tanımadıqları üçüncü şəxs avtomobilin mühərrikini işə salaraq hadisə yerindən qaçmışdır. Daha sonra onlar əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin şəxsiyyətini etmiş, onun Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Baş İdarədə Tərlan Cəfərov və Aygün Hacıyevanın üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmışdır. X13 üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyalar varsa, könüllü təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Aygün Hacıyeva sağ əli ilə saxladığı sarı rəngli selofan bağlamanı təqdim edərək içərisində “nəşə” olduğunu bildirmiş və həmin bağlamanı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Lakin digər şəxsin üzərində başqa hər hansı qanunsuz əşyalar aşkar edilməmişdir. Verilən sualları cavablandıran Şahid ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, onların həmin gün Tərlan və Aygünü saxladıqlarını, Zöhrabın isə avtomaşınla hadisə yeridən qaçdığını, Aygünlə Tərlanın həmin yerə Zöhrabla birlikdə gəldiklərini bildirdiklərini, həmin vaxt maşının sürülüb getməsini görsə də, maşının rəngini və nömrəsini görmədiyini və bunu xatırlamadığını bildirdi. Məhkəmə iclasında şahidlər - Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri X11, X12 və X15 ibtidai istintaq zamanı verdikləri ifadələr elan və tədqiq olunarkən, onların 23 iyul 2024-cü il tarixdə Tərlan Cəfərov və Aygün Hacıyevanın saxlanılmaları, bu zaman maşında əyləmiş digər şəxsin maşını işə salaraq hadisə yerindən qaçması, Tərlan Cəfərov və Aygün Hacıyevanın Baş idarəyə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən sonuncunun əlində saxladığı 1 ədəd selofan bağlamada külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın aşkar olunaraq götürülməsi ilə bağlı keçirilmiş tədbirdə əməliyyat qrupunun üzvləri kimi iştirak etmələri və həmkarları Şahid məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdikləri müəyyən olundu (cild 2, iş vərəqi 14-16, 17-19, 20-22). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 24 iyul 2024-cü il tarixli protokola əsasən, Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı X10 və X1 22:20-də ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq BMCMİ-nə gətirilmiş, orada üzərlərinə keçirilən şəxsi axtarış zamanı Aygün Hacıyevannın sağ əlində saxladığı, içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan 1 ədəd selofan bağlama aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 24 iyul 2024-cü il tarixdə saat 00:37-də başlamış və həmin tarixdə saat 01:01-də bitmişdir (cild 1, iş vərəqi 50-53). Məhkəmə-bioloji ekspertizasının 24 iyul 2024-cü il tarixli 7/1198 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində "X4... 01 ədəd bağlamada...” yazıları və imzalar olan sarı rəngli polietilen bağlamadakı 1 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi - 20200 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: 1) Marixuananın təmiz çəkisi: 20200 qram, tədqiqata sərf edildi - 0,2 qram, qalıq - 20199,8 qram (cild 1, iş vərəqi 71-74). Məhkəmə-narkoloji ekspertizasının 17 fevral 2025-ci il tarixli 913 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 184-185) Məhkəmə-psixiatrik ekspertizasının 03 fevral 2025-ci il tarixli 285 nömrəli rəyindən görünür ki:
1. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisə törədilən vaxt şəxsiyyətin emosional davamsız tip pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda da şəxsiyyətin emosional davamsız tip pozuntusu aşkar olunur.
2. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqİı hesab edilməlidir.
3. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli törətdiyi zaman Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır.
4. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ilə istintaq hərəkətlərinin həyata keçirilməsi mümkündür.
5. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 2, iş vərəqi 181-183). Cinayət işinin materiallarına əlavə edilmiş mobil telefon aparatlarına baxış keçirilməsi haqqında 17 avqust 2024-cü il tarixli protokoldan görünür ki, X3 götürülmüş “Samsung” markalı mobil telefona baxış keçirilən zaman Tərlan Cəfərov tərəfindən adı “İsi Gold" deyə qeyd edilmiş ***-***-**-** mobil telefon nömrəsinə “WhatsApp” mobil tətbiqində cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edəcək aşağıdakı məzmunda səsli mesajların göndərilməsi müəyyən edilmişdir:
1. “Daşa getmək üçiin pul-para lazımdır. İkincisi də ki, uzaqdır, siz tərəflərə atırlar... Pul atım onlara, onlar yeri desinlər mənə, mən gedim, götürüm, gəlim...”, “Gəlim onları götürüm səndən, aparım verim, başa düşdün? Ola bilər şəhərdə tapdım da... Prospektdə tapsam oradan götürüb gəlib dəyərəm sənə, sonra bir də qayıdaram, başa düşdün? Amma belənçinə çıxsam Sabunçu, Zabrat, Suraxanıya atırlar. Ora gedib çıxsam, 4-5 saatım gedəcək. Günün günorta çağıdır özü də. qorxa-qorxa, iirkə-ürkə, başa düşdün? Mənə hə, yox deyərsən işimi bilim də. Burdan çıxıb sənin yanına dəyib verərdim onları, bəlkə şəhərdə dvijeniya elədim. Şəhərdə 1-2 dənə ümid yerim var da"
2. “Şəhərdə dvijeniya eləsəm, qayıdacam da. O yana qalsa, saat 8-dən sonra gedib dəyəcəm ora. İndidən deyim. Çünki bu vaxt basabas olur. Həm yol boşalsın, həm də qaranlıq düşsün ki, gedim rahat götürə bilim də, günün günorta çağında gedib götürmək olmur, başa düşdün? Amma şəhərdə 80 taiz tapacam, tapsam qayıdacam yanına, tapmasam gedib pulu verərəm, hava qaralsın, sonra gedib götürərəm"
3. "Bilmirəm e qaqaş mən də onunla getməliyəm, bir yerdə gedəcəyik, gözləyirəm gəlsin... Ramanıya gedəcəyik temanın dalınca”
4. "Ay qaqaş mən ramanaya getməliyəm. Götürməyə uşaq var onun dvijeniyası var axşam saat 7-də gedib götürəcək yığdı mənə dedi ki, gedək bir yerdə götürək. Maşını yoxdur. Qalmışam belə. Bilmirəm necə eləyim. Sən pulu at mənə. Bir şey eləyəcəm”
5. "Allaha and ola aeroport yolundan dala qayıtmışam, gedirdik, bu yığıb dedi ki, Yasamala qoyacam,ona görə qaldı. Havanın yəqin qaralmağın gözləyirlər, görüm necə olur”
6. "Ay brat axşama qaldı sən öl. Nə bilim atmadılar dedilər axşama qaldı”
7. "Öz kanalım da yoxdur ki, ətağa yoxsa gedib oradan götürəcəkdim” Bundan başqa adı "İsi Gold” deyə qeyd edilmiş ***-***-**-** mobil telefon nömrəsindən Tərlan Cəfərovun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə "60m alınar, gedib ora deyib gelesen sora getde işivin dalınca" deyə yazılı mesajın göndərilməsi, bundan sonra Tərlan Cəfərov tərəfindən 4169 7388 3231 8533 nömrəli bank kartı hesabının göndərilməsi və qarşı tərəfdən 60 manat pulun elektron qaydada göndərilməsinə dair fotogörüntünün Tərlan Cəfərova göndərilməsi müəyyən edilmişdir. Bundan başqa adı "T.Fuad” deyə qeyd edilmiş ***-***-**-** mobil telefon nömrəsindən Tərlan Cəfərovun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə "WhatsApp” mobil tətbiqində cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edəcək "Nəsə olsa, qaqaş məndə də 10 cyk varımdı xəbər edərsən" deyə mesajın göndərilməsi, cavab olaraq Tərlan Cəfərov tərəfindən "Yoxdu qaqaş, olsa deyəcəm sənə, narahat olma” məzmununda mesajın göndərilməsi, daha sonra T.Fuad tərəfindən "Qaqaş mən 10 cuk dvijeniya elədim 1 saata olacaq. Cahidlə hərəkət elədim də. Xəbər edəcəm sənə, yarısını da verə bilərəm sənə, birlikdə də çəkə bilərik” deyə mesajların göndərilməsi müəyyən edilmişdir. Bundan başqa adı "liiii" deyə qeyd edilmiş İran İslam Respublikasına məxsus +98- 939-454- 9038 mobil telefon nömrəsinə Tərlan Cəfərovun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən "WhatsApp” mobil tətbiqində cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edəcək "Yaxşı, baba, yaxşı. Səbrli ol. deyim”. "Dedim, baba, dedim, yığacaq sənə, dedim” və “Dəyməz, ay baba, dəyməz. O nə deməkdir, xoşdur, qulluğundayam" deyə səsli mesajların göndərilməsi müəyyən edilmişdir. Bundan başqa cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq axtarışa verilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə Tərlan Cəfərovun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında sonuncunun polis əməkdaşları tərəfindən saxlanıldığı 23 iyul 2024-cü il tarixdə “WhatsApp” mobil tətbiqində cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edəcək aşağıdakı məzmunda mesajlaşmaların aparılması müəyyən edilmişdir: Tərlan Cəfərov: Ay qaqaş sən saat dəqiq nə vaxt gedəcəksən ora? Təqsirləndirilən şəxs: 6 uzağı 7 Tərlan Cəfərov: Ok, gələrəm bir yerdə gedərik onda. Məhləyə girmərəm yer deyərsən oradan götürərəm səni gedərik Təqsirləndirilən şəxs: Hə, əla mən də gedirdim uje “rent a car”-a, gəl gedək, saat neçədə gələrsən? Tərlan Cəfərov: 6-da işdən çıxacam. Yəqin ki, 7-ə kimi çataram prospektə, bəlkə tez çatdım. Zəngləşərik, mən işdən çıxanda zəng edəcəm sənə. Təqsirləndirilən şəxs: Ok, ata çalış 7-nin yarısı görüşək uje. Tərlan Cəfərov: Yaxşı qaqaş yaxşı. Mən çıxdım işdən, gəlib çataram o vaxt. Prosto məhləyə girməyəcəm də, qırağa çıxarsan, götürüm səni, gedərik. Təqsirləndirilən şəxs: Yaxşı, qaqaş, yaxşı. Tərlan Cəfərov: Hara çıxacaqsan? Ora gəlim gözləyim səni. Təqsirləndirilən şəxs: Hara istəyirsən, gəl Köhnə Baharın yanına Tərlan Cəfərov: Ok, çıx gəl mən çatıram ora. Tərlan Cəfərov: Ay qaqaş, səni axtarır, zəng elə ona, mənə deyir gəlib ünvan get götür, əgər şeydirsə denən birdəfəlik konumu mənə atsın da. Təqsirləndirilən şəxs: Saxladım qaqaş, gəl-gəl gedək. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən Tərlan Cəfərovun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə canlı məkanın koordinatlarının və götürəcəkləri narkotik vasitənin fotogörüntülərinin göndərilməsi müəyyən edilmişdir (cild 1, iş vərəqi 226-232). İbtidai istintaq orqanının 25 iyul 2024-cü il və 17 fevral 2025-ci il tarixli qərarları ilə cinayət işi üzrə aşkar edilərək götürülmüş qalıq çəkisi 20199,8 qram olan narkotik vasitə qurudulmuş marixuana və Tərlan Cəfərova məxsus 1 ədəd “Samsung” markalı mobil telefon X10 və X4 barəsində olan cinayət işi üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (cild 2, iş vərəqi 186-195). Cinayət işində olan Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli 5(005)-1918/2024 nömrəli qərara əsasən “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında" Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin baş əməliyyat müvəkkili Şahid tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 23 iyul 2024-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir (cild 1, iş vərəqi 211). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış 14 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli qərarına əsasən cəzanın çəkilməmiş 3 ay 16 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, 22 dekabr 2023-cü il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır (cild 2, iş vərəqi 155-157). Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək qonşusu Tərlan Cəfərovdan maşın istədiyini, Tərlanın isə ona əvvəlcə onları otelə aparmasını, daha sonra maşını götürməsini təklif etdiyini, razılaşaraq Tərlan və Aygünlə birlikdə otelə yola düşdüklərini, otelə çatanda Tərlanla Aygünün maşından düşdüklərini, onlar getdikdən sonra, özünün sükan arxasına keçdiyini və maşını sürüb oradan getdiyini, Tərlanla Aygünün maşından düşüb narkotik vasitəni götürməyə getdiklərini, lakin onun Tərlanla Aygünün narkotik vasitəni götürdüklərini və polislər tərəfindən saxlanıldıqlarını görmədiyini bildirib öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, 23 iyul 2024-cü il tarixdə saat 22:30 radələrində Təqsirləndirilən şəxs Aygün Hacıyeva və Tərlan Cəfərovla birlikdə sonuncuya məxsus “BMW” markalı, **-KN-*** qeydiyyat nişanlı avtomobillə şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşdirilməsindən sonra “WhatsApp” ani mesajlaşma mobil tətbiqi vasitəsi ilə Tərlan Cəfərova məlumat verilməsi nəticəsində ünvan 3 ünvanına getmələri, Təqsirləndirilən şəxs maşında gözləməsi, Aygün Hacıyeva və Tərlan Cəfərovun isə maşından düşüb narkotik vasitəni götürmək üçün gedərək Aygün Hacıyevanın bir ədəd selofan bağlamada narkotik vasitəni gizlədildiyi yerdən götürüb maşına qayıdarkən onların hər ikisinin polis əməkdaşları tərəfindən saxlanılması, bunu maşından müşahidə edən Təqsirləndirilən şəxs avtomobili hərəkətə gətirib hadisə yerindən qaçması, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilən şübhəli şəxslərin üzərinə şəxsi axtarış keçirilərkən Aygün Hacıyevanın əlində saxladığı selofan bağlamanın içərisindən külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərəək götürülməsi məhkəmədə tədqiq olunmuş çoxsaylı sübutlarla - Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi etirafedici ifadəsi, həmçinin Aygün Hacıyeva və Tərlan Cəfərovun məhkəmədə tədqiq edilmiş olunmuş etirafedici ifadələri, şahid ifadələri ilə, maddi sübutlarla, adları çəkilən şəxslərin istifadələrində olmuş mobil telefonların “WhatsApp” mobil tətbiqində saxlanılan və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarını təsdiq edən çoxsaylı SMS yazışmaları ilə və digər sübutlarla tam təsdiq olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Ona görə də, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirsiz olması barədə məhkəmə iclasında gətirdiyi dəlilləri onun tərəfindən məsuliyyətdən yayınmaq üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi, Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli qərarına əsasən cəzanın çəkilməmiş 3 ay 16 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, 22 dekabr 2023-cü il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən törətdiyi az ağır cinayət əməlinə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir və bu hal Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinin tələbinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarına əsasən Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə 16 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə barəsində axtarış elan edilmiş, X10 və X4 barəsində olan ********* nömrəli cinayət işi üzrə istintaq tamamlanaraq 18 dekabr 2024-cü il tarixdə ittiham aktı ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. 16 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi üçün Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. Barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs 30 dekabr 2024-cü il tarixdə Yasamal RPİ, 29-cu Polis şöbəsi tərəfindən tutulmuş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 01 yanvar 2025-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri dəyişdirilməmiş və Təqsirləndirilən şəxs hal-hazıra qədər həbsdə saxlanılır. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəza müddətinə daxil edilməklə, təyin olunacaq cəzanın başlanğıcı onun faktiki olaraq tutulduğu 30 dekabr 2024-cü il tarixdən tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 17 fevral 2025-ci il tarixli 913 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmədə müəyyən edildi ki, iş üzrə maddi sübut hesab edilmiş və X4 şəxsi axtarışı zamanı aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi çəkisi 20199,8 qram narkotik vasitə qurudulmuş marixuana, həmçinin X8 məxsus 1 ədəd “Samsung” markalı mobil telefon adları çəkilən şəxslər haqqında istintaqı aparılmış və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmaqda olan cinayət işinə əlavə edilmişdir. Odur ki, məhkəmə kollegiyası maddi sübutlarla bağlı qərar qəbul edərkən yuxarıda qeyd olunan maddi sübutların taleyinin həmin cinayət işi üzrə həll edilməli olmasını nəzərə alır. İş üzrə mülki iddia verilməməsi, məhkəmə məsrəflərinin müəyyən edilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 30 dekabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut hesab edilmiş və X4 şəxsi axtarışı zamanı aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 20199,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın, həmçinin X8 məxsus 1 ədəd “Samsung” markalı mobil telefonun adları çəkilən şəxslər haqqında istintaqı aparılmış və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmaqda olan cinayət işinə əlavə edilməsi, qeyd olunan maddi sübutların taleyinin həmin cinayət işi üzrə həll edilməli olması nəzərə alınsın. İş üzrə mülki iddia verilməməsi, məhkəmə məsrəflərinin müəyyən edilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov