Məhkəmə qərarları › İş №1(101)-112/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-112/2020

24.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-112/2020 24.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X1-liyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Proku-ror-lu-ğu- Dövlət İttiha-mı-nın Müdafiəsi üzrə X7 Məhkəmələrində Dövlət İttiha-mı-nın Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 02 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında xx xxxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, Bakı şəhəri, Buzovna qəsəbəsi, V.Seryoqin küçəsi, ev 8 “B”, mənzil 17-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, xx xxxxx 2019-cu il tarixə şübhəli şəxs qismində tutulmuş, xx xxxxx 2019-cu il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cina-yət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ondan ötrü ki, o tamah niyyətilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdar hesab edilən narkotik vasitə olan 5 kq 150 qram qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib özündə saxlamaqla qanunsuz daşımış, xx xxxxx 2019-cu il tarixdə, saat 22-00 radələrində Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində yerləşən dəmiryol stansiyasının qarşısında Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat əsasında Sabunçu RPİ-nin NMB (Narkotiklərlə Mübarizə Bölməsi) və CAŞ-nin (Cinayət Axtarış Şöbəsi) əməkdaşları tərəfindən həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən yerdə saxlanılaraq Sabunçu RPİ-nə aparılmış, orada onun üstünə baxış keçirilərkən əlində saxladığı bir ədəd sellofan torbaya yığılmış halda satış məqsədilə əldə edib daşımaqla saxladığı külli miqdarda 5 kq 150 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, lakin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmiş, onun əməlində cinayət tərkibi müəyyən edilməmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə irəli sürülən ittiham üzrə özünü təqsirli bilməyərək məhkəməyədək icraat mərhələsində verdiyi ifadələrindən imtina edib, məhkəmədəki ifadəsində göstərdi ki, əvvəllər Rusiyada yaşamış, orada həbs olunmuş, 8 il günəgün cəza çəkmiş və 2014-cü ildə azadlığa buraxılmışdır. Bundan sonra Rusiyada 3 il elektrik işləmiş, 2017-ci ildə isə Azərbaycana gəlmişdir. Pasport qeydiyyatında başqa ünvanda olsa da, hadisə ərəfəsində bir neçə müddət əvvəl Xəzər rayonunun Buzovna qəsəbəsində, Rasim İmanov küçəsi ev 28 mənzil 7 ünvanda tək olaraq kirayə yaşamış, kirayə yaşadığı həmin evdə qeyri-rəsmi olaraq mobil telefonların təmiri ilə məşğul olmuşdur. Yaşadığı qəsəbə Zağulba ilə kəsişdiyindən həmin ərazi çoxları tərəfindən elə Zağulba kimi də tanınmaqdadır. Təqsirləndirilən şəxs RafaelHüseynov ona qarşı irəli sürülmüş ittihamın mahiyyəti üzrə göstərdi ki, ona qarşı irəli sürülmüş ittihamın məzmununda göstərilənlər uydurma və yalandır. Belə ki, o, satış və ya sair məqsədlə heç bir miqdarda və ya hər hansı növdən olan narkotik vasitə əldə etməmiş, saxlamamış, daşımamış və ya sonradan satmaq məqsədilə gizlətmək üçün Bakıxanov qəsəbəsinə hansısa dağa aparmamışdır. O, polis əməkdaşları tərəfindən Sabunçu rayonunun Bakıxanov qəsəbəsində deyil, Buzovna qəsəbəsində kirayə yaşadığı mənzildə tutulmuşdur. Belə ki, xx xxxxx 2019-cu il tarixdə, saat təqribən 15-16 radələrində Buzovna qəsəbəsində kirayə yaşadığı mənzildə tək olarkən yaşadığı mənzilin qapısı döyülmüş, o, gözlükdən baxarkən qapı döyənin Xəzər rayon 136 saylı Mənzil Kommunal İstismar Sahəsinin (bundan sonra: MKİS) əməkdaşı Aynur xanım olduğunu görmüşdür. O, 136 saylı MKİS-lə üzbəüz olan binada yaşadığından bəzi MKİS işçilərini, o cümlədən Aynur xanımı tanımış, lakin onunla şəxsi münasibətləri olmamışdır. Aynur xanımı tanıdığından başqa heç nədən şübhələnməmiş və qapını açmışdır. Mənzilin qapısını açdıqdan dərhal sonra tanımadığı iki nəfər kişi basqın edirmiş kimi onun mənzilinə daxil olmuşdur. Həmin vaxt MKİS-in işçisi Aynur xanımı qışqırıb qaçmışdır. İlk içəri daxil olan kişi Sabunçu RPİ-də əməliyyatçı işlədiyini sonradan örəndiyi, adı şahidlər siyahısında olan Şahid2 olmuş, sonuncu onun üzərinə tapança tutmuş, Bəxtiyarın arxasınca isə adını bilmədiyi başqa bir şəxs daxil olaraq onun qoluna qandal vurmuş və onu yerə yıxmışlar. Qısa müddət sonra mənzilə daha iki nəfər əməliyyatçı girmiş, mənzilin altını üstünə çevirib axtarış aparmışlar. Nə Şahid2 sonra daxil olan bir nəfəri və nə də daha sonra gələn iki nəfəri tanımamış, onları heç sonralar da, yəni istintaq mərhələsində də görməmiş, həmin şəxslər onun barəsində olan iş üzrə dindirilməmiş, tərtib olunan ittiham aktına şahidlər siyahısına salınmamışdır. Adı şahidlər siyahısına salınmış polis əməkdaşı Şahid1 onun yaxalanmasında iştirak etməmiş, onun mənzilinə daxil olanlar arasında o, olmamışdır. Təqsirləndirilən şəxs RafaelHüseynov ifadəsinin davamında göstərdi ki, axtarış nəticəsində onun mənzilindən heç nə, o cümlədən narkotik vasitələr aşkar olunmamış, lakin mənzildən onun şəxsiyyət vəsiqəsi, təhsil haqqında attestatı və sair sənədləri polis əməkdaşları tərəfindən qeyri-rəsmi, yəni sənədləşmə aparılmadan götürülmüşdür. Polis əməkdaşları onu tutarkən onun istifadəsində ***-***-**-** nömrəli mobil telefon olmuş və həmin vaxt qeyd etdiyi telefon işlək vəziyyətdə olmuş, amma həmin gün telefondan ümumiyyətlə istifadə etməmişdir. Həmin telefon evdə qalmış, polis əməkdaşları tərəfindən götürülməmişdir. Belə ki, o, bir hobbi kimi yaşadığı evdə mobil telefonların təmiri ilə məşğul olmuş, o, tutularkən evində altı sökülmüş, işləməyən bir neçə telefon aparatı olmuş və əməliyyatçılar onun özünə məxsus telefonu da işləməyən telefon zənn edib götürməmişlər. Daha sonra təqsirləndirilən şəxs RafaelHüseynov ifadəsində göstərdi ki, o, mənzilində tutulduqdan sonra Bakı şəhər Sabunçu RPİ-nə aparılmış, hal şahidi kimi dəvət olunmuş iki nəfərin yanında ağ sumkada olan bir sellofan kisə ona göstərilmişdir. Lakin həmin sellofan kisə açılmamış, içərisində nə olduğu heç kimə göstərilməmiş, sellofan kisənin içərisində nə olduğunu şəxsən o, bilməmişdir. O, hal şahidlərini yalnız Sabunçu RPİ-də görmüş, o, yaxalanarkən hal şahidləri Buzovna qəsəbəsində onun mənzilində olmamışlar. Buzovna qəsəbəsində narkotik tərkibli bitkilərin əkiblib becərilməsi mümkün olan onun bildiyi, ona məxsus olan və ya olmayan boş ərazi olmamış, o, heç vaxt narkotik tərkibli bitkilər əkib becərməmiş, onu qurutmamış və ya hər hansı məqsədlə saxlamamışdır. O, ümumiyyətlə narkotik vasitələrldən istifadə etməmişdir. O, tutulduqdan sonra müayinə olunarkən onun qanının tərkibində narkotik çıxmasının səbəbini başa düşə bilməmiş, onunçün bu məsələ də çox şübhəli qalmışdır. Buzovnada yaşadığı halda, marixuana narpkotik vasitəsinin külli miqdarda gizlədilməsi üçün onlarla kilometr məsafəni aparıb Bakıxanov qəsəbəsində hansısa dağda gizlədilməsi heç də ağlabatan bir məsələ deyildir. İbtidai istintaq zamanı onun ifadəsi bir nəfər polis əməkdaşının diqtəsi ilə yazılmışdır. Təqsirləndirilən şəxs RafaelHüseynov sərbəst ifadəsinin yekununda göstərdi ki, onun fikrincə o, uşaqlıqdan dostluq etdiyi, birlikdə məktəb oxuduğu, Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşamış X3 görə tutulmuşdur. Belə ki, Mütəllimin atası və qardaşı lap əvvəllər xüsusilə ağır cinayət törətməyə görə ömürlük cəzaya məhkum edildiyindən onların ailəsi nəzarətdə olmuşdur. Mütəllim bir neçə yerdə ticarət obyektlərinə sahib olmaqla yaxşı maddi imkanlara malik bir şəxs olmuşdur. xx xxxxx 2019-cu il tarixdə, yəni o, tutulduğu gün Mütəllim Babayevin də narkotik vasitələrlə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutulduğunu Sabunçu RPİ-də olarkən öyrənmişdir. Onun Mütəllimdə aşkar olunan narkotik vasitə ilə heç bir əlaqəsi olmamış, ondan hansı növdə, hansı miqdarda narkotik vasitə götürülməsini bilməmişdir. O, Mütəllimi sonuncu dəfə tutulmazdan təxminən 10 gün əvvəl görmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair müvafiq olaraq 10 və xx xxxxx 2019-cu il və xx xxxx 2019-cu il tarixli protokollar elan olunmaqla tədqiq edildi. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi 10 və xx xxxxx 2019-cu il tarixli ifadələrində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, tutulmazdan iki-üç ay əvvəl hərdən keflənmək məqsədi ilə narkotik maddə marixuana qəbul etmişdir. Tutulmazdan təxminən bir il əvvəl o, Buzovna qəsəbəsində yerləşən sahibsiz ərazidə çətənə kolları əkmiş, həmin kolları qurutduqdan sonra əldə etdiyi marixuana narkotik vasitəsini gələcəkdə satıb qazanc əldə etmək məqsədi ilə selofan torbaya yığaraq Bakı şəhərində, Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində dağ deyilən yerdə gizlətmək istəmişdir. Bu məqsədlə xx xxxxx 2019-cu il tarixdə, saat 22 radələrində Bakıxanov qəsəbəsində dəmiryol stansiyası deyilən ərazi ilə dağa gedərkən mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onu Sabunçu RPİ-yə dəvət etmişlər. Sabunçu RPİ-də olarkən polis əməkdaşları dəvət olunmuş hal şahidlərinin iştirakı ilə ona üzərində olan qanunla qadağan olunmuş əşyanı onlara təqdim etməsini təklif etdikdə o, selofan torbada saxladığı narkotik maddəni polis əməkdaşlarından gizlədə bilməyəcəyini başa düşüb, əlində saxladığı selafon torbanı təqdim edərək təqdim etdiyi əşyanın narkotik maddə nəşə - marixuana olduğunu və həmin maddəni gələcəkdə satıb qazanc əldə etmək üçün əkərək qurutduğunu bildirmişdir. Ondan aşkar olunmuş narkotik maddə marixuana polis əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq möhürlənmiş, Polis İdarəsinin xidməti otağında onun üzərinə baxış keçirilməsi haqqında protokol tərtib olunmuşdur. Polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilməsi haqqında tərtib olunmuş protokola etiraz etmədən və ona polis əməkdaşları tərəfindən hər hansı bir formada təzyiq göstərilmədən imza etmişdir (iş vərəqə: səh. 34-39, 53-57). Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı tədqiq olunan xx xxxx 2019-cu il tarixli əlavə dindirmə protokolundan isə görünür ki, sonuncu həmin ifadəsində narkotik vasitəni əldə etmə üsulu, gizlədib saxlamaq istədiyi məkan və saxlanılması prosesi barədə 10 və xx xxxxx 2019-cu il tarixli ifadələrinə uyğun ifadə versə də, tədqiq olunan bu ifadəsində ondan aşkar olunmuş narkotik vasitəni satmaq niyyəti ilə deyil, özünün şəxsi istifadəsi məqsədilə əldə edib saxladığını və daşıdığını, sonradan istifadə etməsi məqsədilə Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yerləşən dağda gizlətmək üçün apardığını göstərmişdir (iş vərəqə: səh. 104-109). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, Sabunçu RPİyə aparıldıqdan sonra ona işgəncə verilmiş, ayağından elektroşok verilmiş, ona xəsarətlər yetirilmişdir. Hələ Buzovnada mənzilində tutularkən ona göstərilən fiziki zor nəticəsində o, əllərindən, qollarından xəsarətlər almışdır. Ona verilmiş işgəncələrə dözə bilməmiş, məcburiyyət qarşısında polis əməkdaşlarından tanımadığı birinin diqtəsi əsasında tərtib etdikləri protokola uyğun etirafedici ifadələr verib, təxminən bir il əvvəl Buzovna qəsəbəsində yerləşən sahibsiz ərazidə çətənə kollarını əkdiyini, kolları quruduqdan sonra əldə etdiyi marixuana narkotik vasitəsini gələcəkdə satıb qazanc əldə etmək məqsədi ilə selofan torbaya yığaraq Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən dağ deyilən ərazisində gizlətmək istədiyini, xx xxxxx 2019-cu il tarixdə, saat 22 radələrində Bakıxanov qəsəbəsində dəmiryol stansiyası deyilən ərazidə polis əməkdaşları tərəfindən saxlanıldığını və aşkar olunmuş marixuana narkotik maddəsinin polis əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq möhürlənib götürüldüyünü göstərmişdir. Polis tərəfindən tərtib olunan müəyyən sənədlərdə, inandırıcı olsun deyə onun Bakıxanov qəsəbəsində fərdi əməklə məşğul olduğu göstərilmişdir ki, bu da tam yalan və uydurmadır. Belə ki, o, heç vaxt Bakıxanov qəsəbəsində yaşamamış, heç bir əmək növü ilə məşğul olmamışdır. O, işkəncələrə məruz qalsa da, müsbət nəticə əldə edə bilməyəcəyini fikirləşib, heç bir orqana şikayət etməmiş və baş verənləri məhkəmədə deməyi planlaşdırmışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Sabunçu RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin (bundan sonra: NMB) əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xidmət etidiyi X10 adlı şəxsin narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olduğundan o, Rafaelin ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün idarə rəisinin adına xx xxxxx 2019-cu il tarixdə raport yazmışdır. Əməliyyat məlumatı şəxsən ona daxil olmuşdur. İdarə rəisininin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə tərəfindən xx xxxxx 2019-cu il tarixdə qərar qəbul edilmiş və polis idarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil edilmişdir. Qəbul edilmiş qərara əsasən o, idarənin əməkdaşları ilə birlikdə xx xxxxx 2019-cu il tarixdə, saat 22 radələrində əməliyyat-axtarış tədbiri keçirərkən Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən Dəmiryol stansiyasının qarşısında narkotik maddələrin saxlanılmasında, satışında və qəbulunda şübhəli olan, hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışdır. Rafael saxlanılarkən ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu deyilmiş və sonuncu əlində olan sumkanı onlara vermişdir. Tədbir keçirilərkən hava qaranlıq olsa da, ərazidə olan obyektlərin işığı ətrafı işıqlandırmışdır. Buna baxmayaraq ərazidə uyğun şərait olmadığından onlar birlikdə şəxsən onun özünün idarə etdiyi “Neksia” markalı avtomaşınla Sabunçu rayon Polis İdarəsinə getmiş, aşkar edilmiş sumkaya, Rafael Hüseyovun üzərinə onların və polis idarəsində dəvət olunmuş hal şahidlərinin iştirakları ilə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində saxladığı, dövriyyəsi qanunla qadagan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs heç bir etiraz etmədən əlində saxladığı bir ədəd sellofan torbanı təqdim etmiş, təqdim etdiyi sellofan torbanın içərisində olan kütlənin narkotik maddə nəşə - qurudulmuş marixuana olmasını və həmin maddəni gələcəkdə qazanc əldə etmək etmək üçün bir il bundan əvvəl yaşadığı Buzovna qəsəbəsində sahibsiz ərazidə əkərək qurutduğunu və gizlətmək üçün Bakıxanov qəsəbəsində yerləşən dag deyilən əraziyə apardığını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik maddəni harada əkib becərdiyini soruşduqda, sonuncu ərazinin yerini göstərə bilməyəcəyini demiş, ona görə də torpaq əraziyə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş narkotik vasitə onların və dəvət edilmiş hal şahidlərinin iştirakı ilə götürülərək qablaşdırılmış və möhürlənmişdir. Hal şahidlərindən birini şəxsən o, yaxın ərazidə olan çörək zavodunun yanından dəvət etmiş, digər hal şahidinin kim tərəfindən gətirildiyini o, bilməmişdir. Bütün bunlar barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, tərtib olunmuş protokolu bütün iştimrakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü imzalamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkət edilməmiş, sonuncunun heç bir etirazı daxil olmamışdır. Şahid qismində dindirilən əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs Buzovna qəsəbəsində kirayədə yaşadığı mənzildə saxlanılması ilə bağlı göstərdiklərini rədd edib, ifadəsində Rafael saxlanılan gün ümumiyyələ Buzovna və ya Zağulba qəsəbələrində olmadığını qeyd edib göstərdi ki, Təqsirləndirilən şəxs barəsində daxil olan əməliyyat məlumatında Rafaelin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə göstərilsə də, həmin məlumatda onun anket məlumatları barədə məlumat daxil olmamış, məlumat sadəcə “Rafael” adlı şəxs barədə olmuş, onlar Rafaeli xarici görkəminə görə saxlamış, yalnız saxladıqdan sonra onun soyadı, ata adı öyrənilmişdir. Rafael saxlanılan mərhələdə, bundan sonrakı bir çox proseslərdə, o cümlədən izahatı alınarkən o, Rafaelin yanında olmuş, lakin Rafaelə hər hansı məzmunda izahat yazmasını diqtə etməmiş, ona hər hansı istiqamət verməmiş, ona hər hansı formada fiziki və ya mənəvi təzyiqlər göstərməmişdir. O, hadəsə günü, yəni xx xxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs hansısa dostunun və ya tanışının saxlanılmasını bilməmiş, bu barədə məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin CAŞnin əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tutulana qədər tanımamışdır. Lakin xx xxxxx 2019-cu il tarixdə Rafael adlı şəxsin narkotik vasitələr əldə edib üzərində daşıması barədə xidmət etdiyi Polis İdarəsinə məlumat daxil olmuş, həmin məlumata əsasən əməliyyat qrupu yaradılmış və elə həmin gün, saat 22-00 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində, məhkəmə kompleksi ilə yanakı yerləşən “Razin dağı” adlanan yerin yaxınlığında Rafael adlı şəxs onlar tərəfindən yaxalanmışdır. Rafael saxlanılarkən onun üstündə idman çantası olmuş, onlar həmin çantaya elə orada, yəni hadisə yerində açıb baxmış və içərisində marixuana narkotik vasitəsi olduğunu görmüşlər. Bundan sonra Rafael adlı şəxs həmin torba ilə birlikdə Sabunçu RPİ-yə aparılmışdır. İdarədə hal şahidlərinin iştirakı ilə Rafael adlı şəxsin üstünə baxış keçirilərkən onun əlində saxladığı bir ədəd çantanın içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüş və protokollaşdırıldmışdır. Şahid2 ifadəsinin davamında göstərdi ki, Rafael adlı şəxs Buzovna qəsəbəsində deyil, Bakıxanov qəsəbəsi ərazisində, “Razin dağı”nın yanında saxlanılmışdır. O, saxlanılarkən ondan aşkar olunan marixuananı haradan və nə üçün əldə etməsini, nə üçün Bakıxanov qəsəbəsinə gətirdiyini onlara danışsa da, o, bu halları tam dəqiqliklə yadında saxlamamış, lakin ibtidai istintaq zamanı verdiyi ifadəsində bunları olduğu kimi göstərmişdir. Rafael adlı şəxs barədə əməliyyat məlumatı şəxsən ona daxil olmamış, həmçinin məlumatın konkret olaraq kimə daxil olmasını o, bilməmişdir. O, saxlanılan şəxsin adının Rafael olduğunu o, saxlanılarkən də bilməmiş, bunu Sabunçu RPİ-yə apardıqdan sonra öyrənmişdir. O, tədbirə NMB-nin əməliyyat müvəkkili Şahid1 dəvəti ilə qatılmış, Rafael barədə hər hansı məlumat olmuşsa belə, Şahid1 olmuşdur. O, yalınz Rafaelin yaxalanmasında iştirak etmişdir. Hadisə günü Buzovna və ya Zağulba qəsəbələrində olub-olmadığını unutmuş, hadisəni detalları ilə yadda saxlamamışdır. Təqsirləndirilən şəxsə qarşı onlar tərəfdən hansısa təsir və təzyiq olmamışdır. Şahid - Sabunçu RPİ-nin CAŞ-nin əməkdaşı Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı şahidin məhkəmyədək icraat mərhələsində vemiş olduğu ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən olundu ki, Şahid2 tədqiq olunan həmin ifadəsində Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumatlar əsasında keçirilən əməliyyat tədbirində özünün də iştirak etdiyini, idarənin əməkdaşları ilə birlikdə xx xxxxx 2019-cu il tarixdə, saat 22 radələrində keçirilən əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən Dəmiryol stansiyasının qarşısında narkotik maddələrin saxlanılmasında, satışında və qəbulunda şübhəli olan Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq Sabunçu RPİ-yə gətirildiyini, Təqsirləndirilən şəxs üzərinə onların və polis idarəsində dəvət olunmuş hal şahidlərinin iştirakları ilə təhqiqatçı tərəfindən baxış keçirildiyini, baxış nəticəsində Təqsirləndirilən şəxs Oqtay oğlunun üzərində saxladığı, dövriyyəsi qanunla qadagan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs heç bir etiraz etmədən əlində saxladığı bir ədəd sellofan torbanı təqdim etdiyini, təqdim etdiyi sellofan torbanın içərisində olan kütlənin narkotik maddə nəşə - qurudulmuş marixuana olduğunu və həmin maddəni gələcəkdə qazanc əldə etmək etmək üçün bir il əvvəl yaşadığı Buzovna qəsəbəsində sahibsiz ərazidə əkərək qurutduğunu və gizlətmək üçün Bakıxanov qəsəbəsində yerləşən, dag deyilən əraziyə apardığını bildirdiyini, Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş narkotik vasitənin onların və dəvət edilmiş hal şahidlərinin iştirakı ilə götürülərək qablaşdırıldığını və möhürləndiyini göstərmişdir (iş vərəqə: 77-79). Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3 məhkəməyədək icraat mərhələsində verdiyi ifadəsini bir daha təsdiq edib göstərdi ki, o, təqsirləndirilən şəxs Rəfael Hüseynovu əvvəllər tanımamış, o, Rafaelin harada, hənsı şəraitdə kim tərəfindən tutulduğunu, ona hər hansı fiziki təsir və ya təzyiq göstərildiyini görməmişdir. Lakin xx xxxxx 2019-cu il tarixdə Sabunçu RPİ-nin əməkdaşları Razində, yəni Bakıxanov qəsəbəsində yerləşən Çörək zavodunun yanında ona yaxınlaşıb hal şahidi qismində iştirak etməsi üçün Sabunçu RPİ-yə dəvət etmiş, işin mahiyyəti ona izah edilmişdir. O, etiraz etməmiş və xx xxxxx 2019-cu il tarixdə, saat təqribən 20:00-22:00 radələrində Sabunçu RPİ-nin inzibati binasında əməkdaşlar tərəfindən elə oradaca ilk dəfə gördüyü və onlara təqdim olunan, baxılan iş üzrə Təqsirləndirilən şəxs üzərinə onun və dəvət olunmuş digər hal şahidinin iştirakı ilə təhqiqatçı tərəfindən baxış keçirilməsində iştirak etmişdir. Polis əməkdaşları tərəfindən onların hal şahidi qismində iştirakları ilə bağlı hüquq və vəzifələri izah edilmişdir. Baxış zamanı polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya, o cümlədən narkotik vasitə olduğu təqdirdə, təqdim etməsi təklif etmiş və bu zaman Təqsirləndirilən şəxs heç bir etiraz etmədən əlində saxladığı ağ rəngli bir ədəd sellofan torbanı polis əməkdaşlarına təqdim edib, həmin sellofan torbanın içərisində nəşə - qurudulmuş marixuana narkotik vasitəsi olmasını bildirmişdir. Rəfaelin deməsinə görə o, həmin maddəni gələcəkdə qazanc əldə etmək etmək üçün tutulmazdan təqribən bir il əvvəl yaşadığı Buzovna qəsəbəsində, sahibsiz ərazidə əkərək qurutmuş və saxlanılmazdan əvvəl gizlətmək üçün Bakıxanov qəsəbəsinə, “Razin dagı” deyilən əraziyə aparmaq istəmişdir. Şahid3 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş sellofan torba açılmış, onun içərisində bitki mənşəli yaşıl kütlə olduğu müəyyənləşdirilmişdir. Bundan sonra təqdim olunan kütlə onların iştirakı ilə götürülüb qablaşdırılmış və möhürlənmişdir. Bütün bunlar barədə polis idarəsində təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, həmin protokola bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü etiraz etmədən imza etmişdir. Təqsirləndirilən şəxs izahatı onun yanında alınmamış, kiminsə diqtəsi əsasında onun izahat verdiyini o, görməmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid4 məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ilə oxşar məzmunlu ifadə verərək xx xxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsində hal şahidin qismində iştirak etdiyini, baxış nəticəsində Təqsirləndirilən şəxs əlində saxladığı bir ədəd sellofan torbanın içərisindən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın aşkar edilərək götürüldüyünü, təqsirləndirilən şəxsin aşkar olunmuş narkotik vasitəni “Razin dağı”nda gizlətməyə gətirməsini bildirdiyini təsdiq etdi. Şahid4, həmçinin göstərdi ki, o, X10 Hüseynovun olduğu otağa daxil olarkən sonuncuya məxsus sumkanı stolun üstündə, Təqsirləndirilən şəxs özünü isə stolun yanında dayanmış vəziyətdə görmüşdür. Narkotik vasitə olan sumka idman sumkası olmamış, ağ rəngdə adi bazar sumkası olmuşdur. Sumkanın içərisində idman forması olmuş, marixuana isə idman formasının altına yerləşdirilmişdir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dəvət olunub iş üzrə şahid qismində dindirilən Şahid5 iş üzrə məhkəmə baxışı zamanı dindirilmiş Sabunçu RPİnin CAŞ-nin əməkdaşı Şahid2, həmin İdarənin NMB-nin əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs yaxalndığı yer və yaxalanma anı ilə bağlı ifadələrində göstərdikləri xüsusatları inkar edib ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onu ilk dəfə hadisə günü kirayə yaşadığı ünvanına getdikdə görüb tanımışdır. Belə ki, o, Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən 136 saylı MKİS-də mühasib işləmiş, hadisə günü və ərəfədə ***-***-**-** nömrəli mobil telefondan istifadə etmişdir. 2019-cu ilin aprel ayının əvvəllərində, dəqiq xatırlamadığı günlərin birində işlədiyi MKİS-də işdə olarkən tanımadığı iki nəfər oğlan MKİS-ə gəlib sahə rəisi Şahid6 iş otağına keçmiş, lakin orada onlar arasında hansı mövzuda söhbət aparıldığını o, eşitməmişdir. Az sonra İbrahim müəllim onu öz otağına çağırıb həmin iki nəfərin yanında «qızım kitabı və qələmi götür, bu şəxslərlə birlikdə Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi ev 28, mənzil 7 ünvana get, orada yazı yazacaqsan» deyə ona tapşırıq vermişdir. Gələn şəxslərin kimliyini, hansı orqandan gəldiklərini, həmin şəxslərlə qeyd olunan ünvana hansı məqsədlə gedəcəyini və nə yazacağını o, bilməmimşdir. Həmin şəxslər mülki geyimdə olduqlarından və özlərini ona təqdim etmədiklərindən onların heç polis əməkdaşları olmalarını da bilməmişdir. Həmin şəxslər normal bədən quruluşuna və orta boya malik, təqribən 25-30 yaşlarında gənc oğlanlar olmuş, o, onların adlarını belə, soruşmamışdır. O, sahə rəisinin tapşırığına əsasən həmin şəxslərlə birlikdə ünvan 1 ünvana getmişdir. Bina yaşayış binası olmaqla MKİS-in yaxınlığında üzbəüz yerləşmiş, 5 mərtəbəli bina olmuş, təqribi xatırlamasına görə getdikləri 7 saylı mənzil həmin binanın 3-cü mərtəbəsində yerləşmişdir. 7 saylı mənzildə yaşayan şəxsin anket məlumatlarını bilməsə də, ərazinin işçisi kimi mənzildə yaşayan şəxsin kirayə yaşadığını bilmişdir. Həmin mənzildə kirayədə yaşayan şəxsin onu tanıyıb-tanımamasını bilməmişdir. Birlikdə getdiyi mülki geyimli şəxslərlə birlikdlə binanın dəhlizinə daxil olub 3-cü mərtəbəyə qalxmış və o, həmin şəxslərin təklifi ilə 7 saylı mənzilin qapısını döymüşdür. Həmin vaxt onunla getmiş şəxslərdən biri tez binanın yuxarı mərtəbəsinə qaçmış, digəri isə onun yanında qalmış və həmin şəxs qapı açılarkən ev sahibinin onu görməməsi üçün qapının küncünə sıxılmışdır. Onunla gedən şəxslərin hərəkətləri barədə əvvəlcədən məlumatsız olduğundan o, şəxslərin məqsədinin nə olmasını bilməmiş və artıq həyəcanlanmağa başlamışdır. İçəridən mənzilin qapısının açılması hiss olunduqda onun yanında küncə sıxılmış şəxs silah çıxarmışdır. O, bunu görüb bərk qorxmuşdur. Elə həmin vaxt baxılan iş üzrə təqsirləndirilən şəxs qapını açmış və ona salam vermişdir. Lakin o, qorxudan və həyəcandan onun salamını ala bilməmiş, kim olduğunu və haradan gəldiyini deyə bilməmiş, heç buna vaxt baxımdan imkanı da olmamışdır. Belə ki, qapını açarkən yuxarı mərtəbəyə çıxmış şəxs tez aşağı - 3-cü mərtəbəyə düşmüş, qapı açılan kimi silahını çıxaran şəxslə birlikdə təqsirləndirilən şəxsin üstünə cummuşlar. O, bu vəziyyəti görən kimi bərk qorxaraq qışqırmış, sonra baş verənlərə əhəmiyyət vermədən ağlaya-ağlaya qaçıb iş yerinə - 136 saylı MKİS-ə getmişdir. Orada rəisi İbrahim müəllimə iradlarını bildirib, belə yerlərə onu nə üçün göndərdiyini soruşmuş, baş verənləri qısaca ona danışmışdır. İbrahim müəllim baş verənlərdən xəbəri yoxmuş kimi davranmış, ona gələn şəxslərin polis əməkdaşları olduqlarını demiş, başqa məlumat verməmişdir. Şahid5 ifadəsinin davamında göstərdi ki, birlikdə getdiyi iki nəfər şəxsin təqsirləndirilən şəxsin üstünə cummaları ilə əlaqədar qorxaraq oradan qaçıb getdiyindən o, nə onların təqsirləndirilən şəxsi yerə yıxmalarını, nə onun qollarına qandal bağlamalarını və nə də onu hara aparmalarını görməmişdir. Bundan başqa, ittiham tərəfinin vəsatətinə əsasən dəvət olunub iş üzrə şahid qismində dindirilən Bakı şəhər Xəzər rayon 136 saylı MKİS-nin sahə rəisi Şahid6 məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində qeyd etdiyi xüsusatları özünə aid hissədə bir daha təsdiq edib göstərdi ki, o, 2018-ci ilin iyun ayından 136 saylı MKİS-in rəisi vəzifəsində işləməyə başlamışdır. Xidmət etdiyi sahəyə Buzovna qəsəbəsi ilə yanaşı Zağulba qəsəbəsi də aiddir ki, MKİS-in binasının yerləşdiyi ərazi də bəzən el arasında Zağulba kimi adlandırılmaqdadır. Məhkəmədə şahid kimi dindirilmiş Şahid5 136 saylı MKİS-in mühasibi vəzifəsində işləmiş və hazırda da işləməkdədir. MKİSdə mühasibdən başqa 5 nəfər dalandar işləyir ki, onlar xidməti sahənin yerləşdiyi ərazinin təmizlik işlərinə baxırlar. Şahid6 ifadəsinin davamında göstərdi ki, o, baxılan iş üzrə Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir münasibəti olmamışdır. 2019-cu ilin aprel ayının əvvəllərində, dəqiq xatırlamadığı günlərin birində işlədiyi MKİS-də işdə olarkən tanımadığı iki nəfər mülki geyimli oğlan MKİS-ə gəlib onun xidməti otağına daxil olmuş, ona vəsiqə göstərib Bakı şəhər Polisindən gəldiklərini bildirmişlər. Lakin Bakı polisinin konkret olaraq hansı idarəsindən gəldiklərini deməmiş, o isə bunu soruşmamışdır. Gələn polis əməkdaşlarının hər ikisi alçaq boylu şəxslər olmuş, hər ikisi xidməti vəsiqələrini ona göstərmiş, o, polis əməkdaşlarının formada şəkillərini görsə də, onların adlarına və soyadlarına fikir verməmişdir. Gələnlər özlərini təqdim etdikdən sonra Rasim İmanov küçəsi 28, mənzil 7 ünvanını axtardıqlarını dedikdə, o, həmin ünvanın onların xidməti əraziyə aid olduğunu bildirmiş, nə ilə bağlı həmin ünvanla maraqlandıqlarını soruşmuşdur. Ad-familiyalarını bilmədiyi polis əməkdaşları maraqlandıqları ünvanda kirayədə yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin yaşadığını bildirmiş, ondan sorğu götürəcəklərini demişlər. O, polis əməkdaşlarına həmin şəxsi tanımadığını bildirmiş, lakin gedib sonuncudan sorğu götürə biləcəklərinə etiraz etməmişdir. Polis əməkdaşları ünvanı tanımadıqlarını bildirmiş, həmin ünvanı onlara göstərməsi üçün onlara bir nəfər işçi verməyi ondan xahiş etmişlər. İş yerində mühasibdən başqa kimsə olmadığından o, mühasib Şahid5 çağırıb həmin şəxslərə qeyd olunan ünvana gedib həmin ünvanı onlara göstərməyi və qayıdıb gəlməyi xahiş etmiş, lakin həmin iki nəfərin polis əməkdaşı olduqlarını Aynura deməmişdir. Şahid5 heç bir etiraz etmədən Rasim İmanov küçəsi, ev 28, mənzil 7 ünvanı göstərmək üçün polis əməkdaşları ilə birlikdə iş yerindən çıxmışdır. Polis əməkdaşlarının maraqlandığı ünvan 136 saylı MKİS-in binasından təqribən 15-20 metr aralı məsafədə yerləşmişdir. Rasim İmanov 28 ünvanı 5 mərtəbəli bina olmuş, Təqsirləndirilən şəxs kirayə yaşadığı 7 saylı mənzil həmin binanın 1 blokunun 3-cü mərtəbəsində yerləşmişdir. Şahid6 ifadəsinin davamında daha sonra göstərdi ki, Şahid5 getdikdən az sonra çox həyəcanlı vəziyyətdə qayıtmış, ağlamağa başlamış, onu göndərdiyinə görə bir növ narazıçılıq etmişdir. Ondan həyəcanının səbəbini soruşduqda, X12 küçəsi, ev 28, mənzil 7 ünvana çatdıqdan sonra qapını özünün döydüyünü demiş, ev sahibinin qapını açan kimi yanındakı iki nəfərin dərhal mənzilə girdiklərini bildirmişdir. Aynur deməsinə görə ev sahibi ilə salamlaşmağa belə, macal tapa bilməmişdir. Aynurun həyəcanını sakitləşdirmək üçün ona təsəlli vermiş, onu göndərdiyimə görə peşiman olmuş, həmçinin gələn həmin şəxslərin polis əməkdaşları olmaqla dövlət işçiləri olduqlarını bildirmiş, məhz buna görə də onlalara mənzili göstərmək məcburiyyətində olduqlarını demişdir. Lakin Aynur ona mənzili göstərdiyi şəxslərin, yəni polis əməkdaşlarının mənzilə daxil olarkən silah çıxarıb evə silahla girdiklərini ona deməmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, Bakı şəhər Baş Polis İdarəsinin Sabunçu rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən yazılmış xx xxxxx 2019-cu il tarixli raportdan, eyni şəxs tərəfindən tərtib olunan “Əməliyyat qrupunun təşkil edilməsi haqqında” eyni tarixli protokol sənədindən və yenə də eyni şəxs tərəfindən qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx xxxxx 2019-cu il tarixli qərardan görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs saxlanılmasına səbəb və əsas onun narkotik vasitələri üzərində saxlayıb daşıması, qəbulu və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı olmuşdur(iş vərəqə: səh. 4-6). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Sabunçu RPİ-nin təhqiqatçısı X5 tərəfindən tərtib olunan “Baxış keçirilməsi və götürmə haqqında” xx xxxxx 2019-cu il tarixli protokoldan görünür ki, həmin protokol iş üzrə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi və götürmə aparılması məqsədilə əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, hal şahidləri Şahid3 və Şahid4 və Təqsirləndirilən şəxs iştirakları ilə Sabunçu RPİ-nin inzibati binasında saat 22-05-dən saat 22-25-ədək olan müddətdə tərtib olunmuşdur. Tədqiq olunan həmin protokolun məzmunundan görünür ki, vət. Təqsirləndirilən şəxs əlindəki ağ rəngli sellofan torbanın içində qara və ağ rəngli selofanlara bükülmüş yaşıl rəngli, ot şəkilli, spesifik iyə malik, narkotik vasitə sayılan “marixuana”ya bənzər kütlə aşkar edilmiş, götürülmüş, qablaşdırılmış və möhürlənmişdir. Tədqiq olunan həmin protokolun məzmunundan daha sonra görünür ki, baxış və götürmə ilə əlaqədar vət. Təqsirləndirilən şəxs aşkar edilmiş kütlənin narkotik vasitə sayılan “marixuana” olduğunu, özünün becərdiyini, gələcəkdə satıb qazanc əldə etmək məqsədilə Bakıxanov qəsəbəsində dağ deyilən ərazidə gizlətmək üçün apardığını göstərmişdir (iş vərəqə: səh. 11-12). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-bioloji ekspertizasının xx xxxxx 2019-cu il tarixli, 9290 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına Sabunçu RPİ tərəfindən təqdim olunmuş üzərində ağ kağız üzərində “vət.Təqsirləndirilən şəxs əlindəki çantadan aşkar aşkar olunmuş..” sözləri yazılmış sintetik torbada təmiz çəkisi 5150 qram (5 kq 150 qram) bitki mənşəli kütlə olduğu müəyyən edilmiş və ekspertiza tədqiqatı ilə həmin kütlənin tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış “qurudulmuş marixuana” narkotik vasitəsi olduğu təsdiq olunmuşdur(iş vərəqə: səh. 30-32). Cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs istifadəsində olmuş (055) ***-**-** saylı, şahidlər - Sabunçu rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid1 istifadəsində olmuş (055) ***-**-** saylı, Sabunçu RPİ-nin CAŞ-nin əməkdaşı Şahid2 istifadəsində olmuş (050) ***-**-** saylı, şahid - Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən 136 saylı MKİS-in mühasibi Şahid5 istifadəsində olmuş (055) ***-**-** saylı mobil abonent nömrələrinin xx xxxxx 2019cu il tarixdə, yəni Təqsirləndirilən şəxs Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində saxlanıldığı gün saat 12:00-dan saat 00:00-dək olan müddətdə əhatə dairəsi «xxxxxxx» MMC və «xxxxxxxx» MMC mobil operatorları vasitəsi ilə müəyyən olunmuşdur. Məhkəmə qərarı əsasında «xxxxxxx» MMC və «xxxxxxxx» MMC mobil operatorları tərəfindən təqdim olunan və məhkəmə baxışı zamanı tədqiq olunan müvafiq açıqlamalardan görünür ki, xx xxxxx 2019-cu il tarixdə, yəni Təqsirləndirilən şəxs Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı gün sonuncunun istifadəsində olmuş (055) ***-**-** saylı mobil abonent nömrəsinin olduğu yerin əhatə dairəsi müəyyən olunmamış, NMB-nin əməliyyat müvəkkili Şahid1 istifadəsində olmuş (055) ***-**-** saylı mobil abonent nömrəsi xx xxxxx 2019-cu il tarixdə, saat 12:00-dan başlayaraq saat 23:58dək olan müddət ərzində əsasən Sabunçu rayonunun Bakıxanov, Zabrat, Sabunçu, Maştağa qəsəbələrinin, Xəzər rayonunun Buzovna qəsəbəsinin, Suraxanı rayonunun Bülbülə qəsəbəsinin, Səbail rayonunun Xəqani küçəsinin, Bakı şəhərinin S.Vurğun küçəsinin, CAŞ-nin əməliyyat müvəkkili Şahid2 istifadəsində olmuş (050) ***-**-** saylı mobil abonent nömrəsi xx xxxxx 2019-cu il tarixdə, saat 12:09-dan başlayaraq saat 22:19dək olan müddət ərzində Bakı şəhərinin Nərimanov rayonunun, Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin, Abşeron rayonunun Zabrat dairəsinin, Xəzər rayonunun Buzovna və Zabrat qəsəbələrinin, Binə qəsəbəsi-Mərdəkan yolunun, Suraxanı rayonunun Bülbülə qəsəbəsinin, 136 saylı MKİS-in mühasibi Şahid5 istifadəsində olmuş (055) ***-**-** saylı mobil abonent nömrəsi isə həmin gün Bakı şəhər, Xəzər rayonu, Buzovna qəsəbəsi, Viktor Seryoqin küçəsinin əhatə dairəlində olduğu müəyyən edilmişdir. Cinayət işi üzrə məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertiza keçirilmiş və müvafiq rəy alınmışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının xx xxxxx 2019-cu il tarixli, 833 №-li həmin rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh. 87-88). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx xxxxx 2019-cu il tarixli, 1/1936 nömrəli «Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu»nun məzmunundan görünür ki, qeyd olunan tarixdə tibbi müayinədən keçirilmiş Təqsirləndirilən şəxs sərxoşluq əlaməti olmadan narkotik madənin qəbulu faktı (OPİ (tiryək) (+) müəyyən edilmişdir(iş vərəqə: səh. 87-88). İbtidai istintaq orqanının işdə olan xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülməsi qeyd olunan, ümumi çəkisi 5 kq 150 qram (5150 qram) təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi iş üzrə maddi sübut kimi tanınmış və saxlanmasından ötrü Sabunçu RPİ-nin “maddi sübutları saxlama kamerası”na təhvil verilmişdir(iş vərəqə: səh. 114-118). Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq ümumi çəkisi 5 kq 150 qram (5150 qr.) təşkil edən külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini əldə etmə, saxlamaq və daşıma cinayətini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və onun əməlində araşdırılan cinayətin tərkibi olmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə Cinayət- Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun konkret müddəalarını rəhbər tutaraq Təqsirləndirilən şəxs cinayət əməlinə hüquqi qiymət verərkən müəyyən etmişdir ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən polis tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmuş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə səlb olunmasına nail olunması məqsədilə onun hüquqları pozulmuş, eyni məqsədlə sübutlar qəsdən saxtalaşdırılmış, iş üzrə ilkin materiallar toplanılarkən qeyri-hüquqi metodlardan istifadə olunmuş, həm məhkəməyədək icraat mərhələsində və həm də məhkəmə istintaqı zamanı şəxsin ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı biləbilə yalan ifadələr verilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyataxtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 16cı maddəsinin İ hissəsinin tələbinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10cu maddəsinin İ hissəsində qanunla müəyyən edilmiş qaydada keçirilməli olan əməliyyataxtarış tədbirlərinin konkret siyahısı müəyyən edilmişdir və həmin maddənin İİ hissəsində qeyd olunur ki, müəyyən olunan bu əməliyyat-axtarış tədbirlərinin siyahısı yalnız Qanunla dəyişdirilə bilər. Həmin Qanunun 12-ci maddəsinin İİİ hissəsinin 1 və 2-ci bəndlərində qeyd olunur ki, bu Qanunun 10-cu maddəsinin İ hissəsinin 3-5, 8 və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarda müvafiq tədbir keçirmək təklifi verən əməkdaşın soyadı, adı, atasının adı və vəzifəsi və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin soyadı, adı, atasının adı və ya obyektin təsviri mütləq öz əksini tapmalıdır. Lakin işdə olan və məhkəmə baxışında elan olunmaqla tədqiq olunan, baxılan iş üzrə şahid qismində dindirilmiş Bakı şəhər Baş Polis İdarəsinin Sabunçu rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən yazılmış xx xxxxx 2019-cu il tarixli raportun, həmçinin eyni şəxs tərəfindən tərtib olunan “Əməliyyat qrupunun yaradılması haqqında” eyni tarixli protokolun və yenə də eyni şəxs, yəni əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” xx xxxxx 2019-cu il tarixli qərarın məzmunundan görünür ki, həmin sənədlərdə yalnız Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində fərdi əməklə məşğul olan "Rafael" adlı şəxsin narkotik vasitələri üzərində saxlaması, daşıması, qəbulu və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğu göstərilmiş, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” xx xxxxx 2019-cu il tarixli qərarın nəticə hissəsinin 1-ci bəndində "Rafael" adlı şəxsin şəxsiyyətini müəyyənləşdirmək məqsədilə «Əməliyyataxtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci hissəsinin 1-ci və 2-ci bəndlərində nəzərdə tutulmuş tədbirlərin görülməsi, həmin qərarın nəticə hissəsinin 2-ci bəndində "Rafael" adlı şəxsin ünvanı müəyyən edildikdən sonra həmin ünvanda ƏAF (burada: "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunu nəzərdə tutulur) haqqında qanuna müvafiq yoxlama (?) aparılması bir tələb kimi qoyulsa da, məsul şəxslər tərəfindən əməliyyat-axtarış tədbiri icra olunanadək baxılan iş üzrə Təqsirləndirilən şəxs ən azı adı, familiyası, ata adı, doğum tarixi və yeri, yaşayış və qeydiyyatda olduğu ünvan, heç olmazsa sonuncunun bədən quruluşu, xarici görkəmi, təqribi yaşı, yəni Təqsirləndirilən şəxs anket məlumatları, "Rafael" adlı şəxsin Sabunçu rayonunun inzibati ərazisində, Bakıxanov qəsəbəsində konkret olaraq harada və əməyin hansı növü ilə fərdi məşğul olması və s. müəyyənləşdirilməmiş, bu istiqamətdə hər hansı əməliyyat tədbiri keçirilməmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan “Baxış və götürmə haqqında” xx xxxxx 2019-cu il tarixli protokoldan görünür ki, həmin protokolda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryoqin küçəsi ev 8 «B», mənzil 17-də qeydiyyatda olan Təqsirləndirilən şəxs adlı şəxsin üzərinə baxış keçirilməsi və ondan narkotik vasitə sayılan “marixuana”ya bənzər, spesifik iyə malik kütlə aşkar edilib götürülməsi qeyd olunmuşdur. Lakin tədqiq olunan həmin protokolda barəsində əməliyyat məlumatı daxil olmuş "Rafael" adlı şəxsin məhz saxlanılan Təqsirləndirilən şəxs olması, sonuncunun şəxsiyyətinin necə müəyyənləşdirildiyi, onun hansı tarixdə və vaxtda, harada (hansı ünvanda), kimlər tərəfindən, necə saxlanılması əksini tapmamışdır. Lakin iş üzrə tərtib olunan ittiham aktında “Baxış və götürmə haqqında” xx xxxxx 2019-cu il tarixli protokol ibtidai istintaq orqanı tərəfindən sübut kimi qiymətləndirilərkən təhrifə yol verilmiş, həmin protokolda faktiki olaraq Təqsirləndirilən şəxs saxlanıldığı yer və saxlanılma səbəbi barədə məlumatlar yer almasa da, ittiham aktında həmin protokola münasibətdə təqsirləndirilən şəxsin xx xxxxx 2019-cu il tarixdə, saat 22-00 radələrində Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən Dəmiryol stansiyasının qarşısında narkotik maddələrin saxlanılmasında, satışında və qəbulunda şübhəli şəxs qismində saxlanılması göstərilmişdir (iş vərəqə: səh.11-12, ittiham aktı). Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş hər iki əməliyyat müvəkkili - Şahid1 və Şahid2 ifadələrində "Rafael" adlı şəxsin deyil, Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olduğunu, qəbul edilmiş qərara əsasən xx xxxxx 2019-cu il tarixdə, saat 22 radələrində əməliyyat-axtarış tədbiri keçirərkən Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən Dəmiryol stansiyasının qarşısında narkotik maddələrin saxlanılmasında, satışında və qəbulunda şübhəli bilinən Təqsirləndirilən şəxs saxladıqlarını göstərmiş, şahidlərin heç biri dindirmə zamanı "Rafael" adlı şəxs barədə ümumiyyətlə bəhs etməmişlər (iş vərəqə: səh. 74-76, 77-79). Şahid - əməliyyat müvəkkili Şahid1 məhkəmə baxışı zamanı dindirilərkən verdiyi ifadəsində isə göstərmişdir ki, əməliyyat tədbiri keçirilənədək "Rafael" adlı şəxsin anket məlumatları barədə onlarda hər hansı bir məlumat olmamış, onlar Rafaeli xarici görkəminə görə saxlamış, yalnız saxladıqdan sonra onun soyadı, ata adı öyrənilmişdir. Şahid - əməliyyat müvəkkili Şahid2 isə məhkəmədəki ifadəsində "Rafael" adlı şəxsi xx xxxxx 2019-cu il tarixdə, saat 22 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində, məhkəmə kompleksi ilə yanakı yerləşən “Razin dağı” adlanan yerin yaxınlığında yaxaladıqlarını, saxlanılan şəxsin adının Rafael olduğunu saxlanılarkən də bilmədiyini, şəxsin Təqsirləndirilən şəxs olduğunu onun Sabunçu RPİ-yə aparılmasından sonra öyrəndiyini bildirmiş, əməliyyat tədbirinə NMB-nin əməliyyat müvəkkili Şahid1 dəvəti ilə qatıldığını və yalınz Rafaelin yaxalanmasında iştirak etdiyini göstərmişdir. Göründüyü kimi, xx xxxxx 2019-cu il tarixli raport, “Əməliyyat qrupunun yaradılması haqqında” protokol sənədlərində və “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” qərarda haqqında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməlimyyat məlumatı daxil olması qeyd olunan "Rafael" adlı şəxsin, əməliyyat tədbirinin faktiki keçirilməsinədək anket məlumatlarının müəyyənləşdirilməməsi ilə "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin İİİ hissəsinin 1 və 2-ci bəndlərinin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə baxışı zamanı tədqiq olunan “Baxış və götürmə haqqında” xx xxxxx 2019-cu il tarixli protokoldan, həmçinin görünür ki, həmin protokolda Təqsirləndirilən şəxs aşkar edilərək götürülməsi qeyd olunan marixuana narkotik vasitəsinə bənzər kütlənin götürülüb qablaşdırılması və möhürlənməsi qeyd olunsa da, qablaşdırmanın necə aparıldığı, qablaşdırılma aparılmış bağlamanın necə, hansı üsulla və ya konkret olaraq hansı möhürlə möhürlənməsi göstərilməmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 245.8-ci maddəsinin tələblərinə görə axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir. Qeyd olunanlardan başqa, məhkəmə baxışı zamanı müəyyən olundu ki, istər məhkəməyədək icraat mərhələsində və istərsə də məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ifadələri ilə məhkəmə baxışı zamanı işin müəyyən olunan halları arasında kəskin ziddiyyətlər mövcuddur və əməliyyat müvəkkillərinin hər iki mərhələdə vermiş olduqları ifadələri reallığı əks etdirmir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən olundu ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs xx xxxxx 2019-cu il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Sabunçu RPİ-nin əməliyyatçıları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Bakıxanov qəsəbəsinin Y.Əliyev küçəsində yerləşən Dəmiryol stansiyasının qarşısında və ya əməliyyat müvəkkili Şahid2 məhkəmədə verdiyi ifadəsində göstərdiyi kimi Bakıxanov qəsəbəsi ərazisində, məhkəmə kompleksi ilə yanakı yerləşən “Razin dağı” adlanan yerin yaxınlığında deyil, məhz həmin gün, saat təqribən 16:00 radələrində kirayədə yaşadığı ünvan 2 ünvanda Sabunçu RPİ-nin əməkdaşları tərəfindən qanun pozuntuları ilə müşaiyət olunan tərzdə saxlanılaraq Bakı şəhərSabunçu RPİ-yə aparılmışdır. Məhkəmə baxışı zamanı yuxarıda qeyd olunan bu xüsusatı Təqsirləndirilən şəxs tam təsdiq etməsi ilə yanaşı, həm də məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Bakı şəhəri, Xəzər rayon 136 saylı MKİS-nin sahə rəisi Şahid6 və həmin MKİSin mühasibi Şahid5 özlərinin şəxsən gördüklərinə dair hissədə təsdiq etdilər(oxu hökm: hər iki şahidin məhkəmə baxışı zamanı verdikləri ifadələri). Daha sonra məhkəmə baxışı zamanı «xxxxxxx» MMC və «xxxxxxxx» MMC mobil operatorları vasitəsi ilə əldə olunmuş və tədqiq edilmiş müvafiq açıqlamalarla müəyyən olundu ki, məhkəmə qərarı üzrə sorğu edilmiş vaxtlarda - xx xxxxx 2019-cu il tarixdə, saat 12:00-dan saat 00:00-dək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş (055) ***-**-** saylı mobil nömrənin əhatə dairəsi, istifadə olunmadığından müəyyən olunmamışdır. Təqsirlənbirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş (055) ***-**- ** saylı mobil nömrənin xx xxxxx 2019-cu il tarixdə istifadə olunmadığını məhkəmə baxışı zamanı sonuncunun özü də təsdiq etmişdir. Tədqiq olunan açıqlamalarla, həmçinin müəyyən edilmişdir ki, şahid - Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 istifadəsində olmuş (055) ***-**-** saylı mobil nömrə 16:23-dən 19:09-dək olan müddət ərzində bir neçə dəfə Xəzər rayonu, Buzovna qəsəbəsi, Azadlıq küçəsi, ev 12 ünvanın, qalan vaxtlarda əsasən Sabunçu rayonun Bakıxanov, Maştağa qəsəbələrində müxtəlif ünvanların, şahid - Sabunçu RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 istifadəsində olmuş (050) ***-**-** saylı mobil nömrə 16:19-dan 17:04-ədək olan müddət ərzində Xəzər rayonunun Buzovna-Zağulba-Buzovna qəsəbələrinin, qalan vaxtlarda Bakı şəhərinin Sabunçu, Nərimanov və başqa rayonlarının, şahid - 136 saylı MKİS-in mühasibi Şahid5 istifadəsində olmuş (055) ***-**-** saylı mobil telefon nömrəsi isə həmin gün əsasən Bakı şəhər, Xəzər rayonu, Buzovna qəsəbəsi, Viktor Seryoqin küçəsinin əhatə dairəlində olmuşdur. Tədqiq olunan həmin mobil açıqlamalarla Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 və həmin İdarənin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs əleyhinə verilmiş ifadələrinin qeyri-obyektivliyini, təqsirləndirilən şəxsin özünün, şahidlər Şahid6 və Şahid5 ifadələrinin isə obyektiv və mötəbər ifadələr olduğunu bir daha təsdiq edir. Belə ki, məhkəmə baxışı zamanı ifadə verən təqsirləndirilən şəxs RafaelHüseynov xx xxxxx 2019-cu il tarixdə, saat təqribən 15-16 radələrində tək olaraq kirayə yaşadığı Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 28, mənzil 7 ünvanda olarkən 136 saylı MKİS-in tanıdığı əməkdaşı Aynur adlı xanımın onun yaşadığı mənzilin qapısını döydüyünü, mənzilin qapısını açdıqdan dərhal sonra tanımadığı iki kişinin onun mənzilinə daxil olduqlarını, daxil olanlardan birinin sonralar tanıdığı əməliyyatçı Şahid2 olduğunu, onun tutulmasında iştirak etmiş şəxslərin digərlərini sonralar bir daha görmədiyini, əməliyyatçı Şahid1 onun tutulmasında iştirak etmədiyini, onun mənzilinə daxil olan şəxslər arasında Şahid1 olmadığını göstərmişdir. Tədqiq olunan həmin mobil açıqlamalarla, həmçinin məhkəmədə verdiyi ifadəsi ilə təqsirləndirilən şəxs RafaelHüseynovun əməliyyat müvəkkili Şahid2 məhkəmədəki ifadələrində xx xxxxx 2019-cu il tarixdə Xəzər rayonunun Buzovna və ya Zağulba qəsəbələrində olmadığını göstərməsinə baxmayaraq, sonuncunun həmin tarixdə, məhz təqsirləndirilən şəxsin, şahidlər Şahid6 və Şahid5 ifadələrində göstərdiyi vaxtlarda, yəni saat 16 radələində və ya ümumilikdə günün ikinci yarısında Buzovna və Zağulba qəsəbələrində olması, ifadələrində inkar etməsinə baxmayaraq, əməliyyat müvəkkili Şahid1 xx xxxxx 2019-cu il tarixdə təqsirləndirilən şəxs RafaelHüseynovun kirayə yaşadığı Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 28, mənzil 7 ünvanında olmadığı, lakin həmin gün saat 16:23-dən saat 19:09-dək bir neçə dəfə Xəzər rayonunun Buzovna qəsəbəsində, Azadlıq küçəsi, ev 12 ünvanın əhatəsində olması bir daha təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs müdafiə hüquqlarının pozuntularına gəldikdə isə məhkəmə qeyd edir ki, bu xüsusatlara münasibət bildirən Təqsirləndirilən şəxs məhkəmədə göstərmişdir ki, o, xx xxxxx 2019-cu il tarixdə Sabunçu RPİ-yə aparıldıqdan sonra ona işgəncə verilmiş, ayağından elektroşok verilmiş, ona xəsarətlər yetirilmişdir. Hələ Buzovnada mənzilində tutularkən ona göstərilən fiziki zor nəticəsində o, əllərindən, qollarından xəsarətlər almışdır. Ona verilmiş işgəncələrə dözə bilməmiş, məcburiyyət qarşısında polis əməkdaşlarından tanımadığı birinin diqtəsi əsasında məhkəməyədək icraat mərhələsində olduğu kimi etirafedici ifadələr vermişdir. Məhkəmə baxışı nəticəsində isə müəyyən olundu ki, Təqsirləndirilən şəxsxx xxxxx 2019-cu il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən Sabunçu rayonunun Bakıxanov qəsəbəsində deyil, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 28, mənzil 7 ünvanda saxlanılıb Sabunçu RPİ-yə aparılmışdır. Təqsirləndirilən şəxsxx xxxxx 2019-cu il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb xidməti iş yerlərinə aparılmasından sonra sonuncunun üzərinə və əşyalarına baxış keçirilməsi ilə əlaqədar dəvət olunmuş hal şahidlərinə gəldikdə isə məhkəmə qeyd edir ki, bu prosessual hərəkət də icra olunarkən Azərbaycan Respublikası CPM-nin 94 və 115-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatlarla müəyyən edilmişdir ki, baxılan iş üzrə hal şahidi qismində eştirak etmiş şəxslərdən biri, iş üzrə şahid qismində dindirilmiş və Təqsirləndirilən şəxs əleyhinə ifadə vermiş Şahid4 təkcə 2018-ci ildə polis tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar keçirilmiş ayrı-ayrı dörd əməliyyat tədbirində hal şahidi qismində iştirak etmiş və həmin əməliyyat tədbirlərinin nəticəsi olaraq başlanılmış dörd cinayət işlərində (Bakı Ağır Cinayətlər Məhkəməsi, 1(101)-820/2018 saylı cinayət işi, Bakı Şəhəri Nizami Rayon Məhkəməsi, 1(007)-281/2018 saylı cinayət işi, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi, 1(008)-281/2018) cinayət işi və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi, 1(001)-258/2018 cinayət işi) ifadələr vermişdir. Təkcə müəyyən olunan bu fakt Təqsirləndirilən şəxs barəsində baxılan cinayət işində hal şahidi qismində itştirak etmiş Şahid4 iştirakının mütəmadi xarakter daşımasına dəlalət edir və onun hal şahidi qismində iştirakı həmin hərəkətin, yəni Təqsirləndirilən şəxs üzərinə və əşyalarına baxış keçirilməsi və ondan narkotik vasitə aşkar edilib götürülməsi ilə əlaqədar edilmiş hərəkətlərin etibarsız hesab edilməsinə əsasdır. Azərbaycan Respublikası CPM-nin 94.1-ci maddəsinin tələblərinə əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236 (Baxış), 244 (Axtarış və ya götürmə), 246-cı (Şəxsi axtarış və götürmə) maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Hal şahidi qismində cəlb olunmuş hər bir şəxs onun iştirakı ilə baş verənləri tam və düzgün dərk etmək qabiliyyətinə malik olmalıdır. Azərbaycan Respublikası CPM-nin 115.1-ci maddəsinə əsasən bu Məcəllənin 109.1.3-109.1.8-ci maddələrində nəzərdə tutulmuş hallardan hər hansı biri (hal şahidi qismində əvvəllər iştirak etmə, şəxsi asılılıq münasibətində olma, cinayət təqibində maraqlı olma və s.) mövcud olduqda, habelə şəxs bu Məcəllənin 94.1-ci maddəsində göstərilən tələblərə uyğun olmadıqda, o, hal şahidi qismində cinayət prosesində iştirak edə bilməz. Həmin Məcəllənin 115.2-ci maddəsinin tələblərinə görə hal şahidinin iştirakının mütəmadi xarakter daşıması halları onun cinayət təqibi üzrə aparılan digər istintaq hərəkətinin icraatında təkrar iştirakını istisna edir. Daha sonra Azərbaycan Respublikası CPM-nin 115.4-cü maddəsinə əsasən bu Məcəllənin 115.1 və 115.2-ci maddələrinin tələblərinə zidd hər hansı şəxsin istintaq hərəkətlərinin aparılmasında hal şahidi qismində iştirakı həmin hərəkətin etibarsız hesab edilməsinə əsas ola bilər. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının xx xxxxx 2019-cu il tarixli, 833 №-li həmin rəyinə, yəni Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmasına və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasına münasibət bildirib qeyd edir ki, tədqiq olunan bu rəy Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etməsinin, eyni məqsədlə saxlamasının və daşımasının əsası kimi dayana bilməz. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı narkotik vasitələrdən istifadə etmədiyini, məhkəmə-narkoloji ekspertizasının xx xxxxx 2019-cu il tarixli, 833 №-li rəyini qəbul etmədiyini bildirmiş və qeyd olunan rəyi də şübhəli rəy kimi dəyərləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ən nəhayət, Azərbaycan Respublikasının Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmaqla iş materiallarına əlavə olunan, Sabunçu RPİ-nin İstintaq Şöbəsində istintaq edilmiş və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş ********* (1-101-774/2019) saylı cinayət işi üzrə tərtib olunan ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində bəhs etdiyi X4 xx xxxxx 2019-cu il tarixdə, yəni özünün saxlanıldığı gün Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən Mədəniyyət evinin yaxınlığında saxlanılmış, ondan müxtəlif növdə və miqdarda narkotik vasitələr aşkar edilib götürülmüş və ibtidai araşdırma aparılmaqla ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı şəhər Baş Polis İdarəsinin Sabunçu rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən yazılmış xx xxxxx 2019-cu il tarixli raport, eyni şəxs tərəfindən tərtib olunan “Əməliyyat qrupunun yaradılması haqqında” eyni tarixli protokol və yenə də eyni şəxs, yəni əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və Sabunçu RPİ-nin rəisi tərəfindən təsdiq edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” xx xxxxx 2019-cu il tarixli qərar, həmçinin “Baxış və götürmə haqqında” xx xxxxx 2019-cu il tarixli protokol sənədləri Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq satış məqsədilə əldə etməsinin yeganə mənbəyi kimi təqdim edilmişdir ki, qeyd olunan həmin sənədlər "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası CPM-nin tələbərinin pozuntusu ilə əldə olunduğundan, həmçinin Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulması yolu ilə ondan alınmış etirafedici izahat və ifadələr, şahid qismində dindirilən əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 işin hallarına uyğun gəlməyən ifadələri, ən nəhayət, məhkəmə-narkoloji ekspertizasının xx xxxxx 2019-cu il tarixli, 833 №-li rəyi Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülən ittihamların təsdiqi üçün mötəbər sübutlar kimi qiymətləndirilə və qəbul edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 33.1 və 33.3-cü maddələrində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2, 125.2.1 və 125.2.9-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Yenə də həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən əməldə cinayət tərkibi olmaması (maddə 42.1.2), təqsirliliyin sübuta yetirilməməsi (maddə 42.1.4.) əsasları ilə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa, 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə şəxsin barəsində bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, məhkumluğu, cəza təyini, maddi ziyan, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələnin müzakirəsi istisna təşkil edəcəkdir. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, xx xxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, xx xxxxx 2019-cu il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həmin tarixdən məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması ilə əlaqədar onun haqqında seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Məhkəmə baxışı zamanı məhkəmə-narkoloji ekspertizasının xx xxxxx 2019-cu il tarixli, 833 №-li həmin rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Qeyd olunan bu ekspertiza rəyi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalı olduğundan onun barəsində tibbi xarakterli məcburi tədbirlər təyin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-nin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sabunçu RPİ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əlində olan bir ədəd sintetik torbanın içərisindən aşkar edilərək götürülməsi iddia olunan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 5149,9 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə bəraət verildiyindən, həmin narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. İş üzrə məhkəmə məsrəflərinə dair məsələ müzakirə olunarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əlində olan bir ədəd sintetik torbanın içərisindən aşkar edilərək götürülməsi iddia olunan narkotik vasitənin xx xxxxx 2019-cu il tarixli, 9290 nömrəli məhkəmə-bioloji ekspertizasının keçirilməsinə 89,0 (səksən doqquz) manat ekspertiza xərci sərf edilmişdir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən xx xxxxx 2019-cu il tarixli, 9290 nömrəli məhkəmə-bioloji ekspertizasının keçirilməsinə sərf olunan 89,0 (səksən doqquz) manat Təqsirləndirilən şəxs aid edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1, 42.1.4, 42.2.4, 348.3 və 350.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və onun əməlində cinayət tərkibi müəyyən edilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut - Sabunçu RPİ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əlində olan bir ədəd sintetik torbanın içərisindən aşkar edilərək götürülməsi iddia olunan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 5149,9 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra həmin narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən onun barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən xx xxxxx 2019-cu il tarixli, 9290 nömrəli məhkəmə-bioloji ekspertizasının keçirilməsinə sərf olunan 89 (səksən doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs aid edilməsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar