Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-112/2022 05.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2 müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə 1984-cü il fevralın 22-də Lənkəran rayonunun Küvənil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, fərdi əməklə məşğul olmuş, Lənkəran rayonunun Aşağı-Nüvədi qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü və 240.1.-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci il fevralın 02-də Bakı şəhəri, Nizami rayonu ərazisində İran İslam Respublikasının vətəndaşı olan Maqa adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda bir ədəd sellofan torbada ümumi təmiz çəkisi 6,056 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi təmiz çəkisi 44,512 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,28 qram, üzərində «Methadone 40» yazısı olan konvalyutdakı üzərində «F/M 40» yazısı həkk olunan yeddi ədəd qəhvəyi rəngli həb metadon tərkibli dərman preparatı, habelə tərkibində təsiredici maddəsi tramadol hidroxloridin ümumi miqdarı 2 qram, üzərində «Tremomed SR 200 mq» yazısı olan konvalyutdakı 10 ədəd ağ rəngli həb güclü təsir edən maddə olan tramadol hidroxlorid tərkibli dərman preparatı əldə etməklə daşımış, 2021-ci il fevralın 05-də saat 19:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında saxlanıb Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gətirildikdə orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli idman gödəkcəsinin sol iç cibindəki bir ədəd sellofan torbanın içindən 14 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,352 qram, 0,427 qram, 0,395 qram, 0,490 qram, 0,462 qram, 0,407 qram, 0,415 qram, 0,496 qram, 0,426 qram, 0,348 qram, 0,447 qram, 0,405 qram, 0,433 qram və 0,553 qram olmaqla ümumi təmiz çəkisi 6,056 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 31 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,413 qram, 0,435 qram, 0,437 qram, 0,430 qram, 0,458 qram, 0,428 qram, 0,425 qram, 0,436 qram, 0,966 qram, 0,432 qram, 0,426 qram, 0,421 qram, 0,426 qram, 0,956 qram, 0,424 qram, 0,438 qram, 0,452 qram, 0,428 qram, 0,434 qram, 0,473 qram, 1,091 qram, 1,085 qram, 1,083 qram, 0,119 qram, 0,126 qram, 0,141 qram, 0,139 qram, 0,123 qram, 0,136 qram, 0,230 qram və 30,501 qram olmaqla ümumi təmiz çəkisi 44,512 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,28 qram, üzərində «Methadone 40» yazısı olan konvalyutdakı üzərində «F/M 40» yazısı həkk olunan yeddi ədəd qəhvəyi rəngli həb metadon tərkibli dərman preparatı, tərkibində təsiredici maddəsi tramadol hidroxloridin ümumi miqdarı 2 qram, üzərində «Tremomed SR 200 mq» yazısı olan konvalyutdakı 10 ədəd ağ rəngli həb güclü təsir edən maddə olan tramadol hidroxlorid tərkibli dərman preparatı və bir ədəd üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi aşkar edilib götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü və 240.1.-ci maddələri ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik aludəçisi olsa da heç vaxt həmin maddələrin satışını həyata keçirməmişdir. Tutularkən üzərində bir ədəd siqaret qutusunda 39 qram psixotrop maddə metamfetamin və dörd ədəd metadon tərkibli dərman olmuş, tərəzi və başqa həb olmamışdır. Ona fiziki zor göstərildiyindən istintaqdakı ifadələrini təzyiq altında vermiş, lakin bu barədə heç bir yerə şikayət etməmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis polkovnik-leytenantı olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili işləmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələr əldə etməsi, qəbulu, eləcə də satışı ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün 2021-ci il fevralın 05-də onun rəhbərliyi ilə və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Göstərilən tarixdə saat 19:30 radələrində ünvan 1 ünvanının qarşısında zahiri əlamətləri Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən şəxsə yaxınlaşıb özlərini təqdim etməklə sonuncunu Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə dəvət etmişlər. Orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə aparılan şəxsi axtarış zamanı sonuncu könüllü olaraq əynində olan qara rəngli idman gödəkcəsinin sol iç cibindən çıxardığı sellofan torbanı təqdim etmişdir. Baxış keçirilərkən həmin torbadan yeddi ədəd «Metadon 40» və 10 ədəd «Tremoder SR200» həbləri, üzərində «Sobranie» yazısı olan siqaret qutusundan bir böyük bükümdə və ayrıca 30 ədəd bükümdə psixotrop maddə metamfetaminə, 14 bükümdə isə narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmiş, şəxsi axtarış davam etdirilməklə Təqsirləndirilən şəxs geyindiyi göy rəngli cins şalvarın sol yan cibindən sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, sağ yan cibindən 20 manat məbləğində vəsait, arxa sağ cibindən iki ədəd açar və bir ədəd elektron tərəzi aşkarlanıb götürülmüş, sonuncu əşya, eləcə də həblər və kütlələr paketə qablaşdırılaraq müvafiq qeydlər aparılmaqla üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, siqaret qutusu, pul və açarlar Təqsirləndirilən şəxs qaytarılmışdır. Göstərilən şəxs təqdim etdiyi metadon və tramadol həblərinin, psixotrop maddə metamfetaminin və narkotik vasitə heroinin özünə məxsus olduğunu, aşkarlanan həmin həbləri və kütlələri 2020-ci ilin iyul ayında «İnstagram» sosial şəbəkəsində tanış olduğu Maqa ləqəbli İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə 2021-ci il fevralın 02-də Bakı şəhəri, Nizami rayonu, Babək prospekti yaxınlığında əvvəlcədən qoyulan yerdən 20 manata satmaq məqsədi ilə götürdüyünü, özünün də narkotik aludəçisi olduğunu, tutularkən və sonradan Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq tətbiq edilmədiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis polkovnik-leytenantı olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili işləmiş Şahid2 Şahid1 ilə analoji ifadə verdi. Məhkəmə iclasında izahatı və ifadələri elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırma vaxtı yazdığı izahatda, habelə şübhəli və təqsirləndirilən şəxslər qismində dindirilərkən ittiham edildiyi əməlləri tam etiraf etmiş, polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmadığını göstərmişdir (iş vərəqi 34-35, 59-62, 73-76 və 154-157). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 2021-ci il 05 fevral tarixli raportlarından, eyni tarixli Ə48- 008-21 №-li əmrindən və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarından, eləcə də Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2021-ci il 10 fevral tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhərinin Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, sonuncu 2021-ci il fevralın 05-də saat 19:30-da ünvan 1 ünvanının qarşısında saxlanmaqla Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gətirilmiş, məhkəmə göstərilən qərarı qanuni hesab etmişdir (iş vərəqi 4-6, 9-10 və 98). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2021-ci il 05 fevral tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:30-da Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 21). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2021-ci il 05 fevral tarixli protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərinə şəxsi axtarış aparılan Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman gödəkcəsinin sol iç cibindəki bir ədəd sellofan torbanın içindən yeddi ədəd «Methadone 40» və 10 ədəd «Tremomed SR 200 mq» həbləri, üzərində «Sobranie» yazısı olan siqaret qutusundan bir böyük bükümdə və ayrıca 30 ədəd bükümdə psixotrop maddə metamfetaminə, 14 bükümdə isə narkotik vasitə heroinə bənzər kütlələr, göy rəngli cins şalvarın sol yan cibindən sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, sağ yan cibindən 20 manat məbləğində vəsait, arxa sağ cibindən bir ədəd elektron tərəzi və iki ədəd açar aşkarlandıqda siqaret qutusu, pul və açarlar özünə qaytarılmış, şəxsiyyət vəsiqəsi və digər aşkar olunanlar iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, Təqsirləndirilən şəxs metadon və tramadol həblərinin, psixotrop maddə metamfetaminin və narkotik vasitə heroinin özünə məxsus olduğunu, göstərilən maddələri 2020-ci ilin iyul ayında «İnstagram» sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan Maqa adlı şəxsin vasitəsilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti yaxınlığında əvvəlcədən qoyulan yerdən 20 manata satış məqsədi ilə götürdüyünü, narkotik vasitə aludəçisi olduğunu bildirmiş, bir ədəd DVD diski protokola əlavə edilmişdir (iş vərəqi 30-33). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 06 fevral tarixli 6/538 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi...» yazısı olan paketdəki 14 ədəd bükümdə ümumi təmiz çəkisi 6,056 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 31 ədəd bükümdə ümumi təmiz çəkisi 44,512 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; üzərində «Methadone 40» yazısı olan konvalyutdakı üzərində «F/M 40» yazısı həkk olunan yeddi ədəd qəhvəyi rəngli həb metadon tərkibli dərman preparatı olub təsiredici maddəsi metadonun bir həbdə 0,04 qram metadon olmaqla ümumi miqdarı 0,28 qram təşkil edir; üzərində «Tremomed SR 200 mq» yazısı olan konvalyutdakı 10 ədəd ağ rəngli həb tramadol hidroxlorid tərkibli dərman preparatı olub təsiredici maddəsi tramadol hidroxloridin bir həbdə 0,2 qram olmaq ümumi miqdarı 2 qram təşkil edir; bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri vardır; iz şəklində olduğundan həmin maddələrin çəkisini, habelə bükümlərdəki narkotik vasitə heroin və psixotrop maddə metamfetamin ilə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır, narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 5,916 qram və 44,312 qram, metadon və tramadol həblərinin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 6 həb və 9 həb təşkil edir; ekspertiza tədqiqatının dəyəri 114 manatdır (iş vərəqi 40-44). İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 07 fevral tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (iş vərəqi 63-64). İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2021-ci il 07 fevral tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il fevralın 05-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 82-84). İş materiallarındakı Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 08 fevral tarixli protokoldan görünür ki, iş üzrə bir ədəd DVD diskinə baxış vaxtı müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərinə şəxsi axtarış keçirilən Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman gödəkcəsinin sol iç cibindəki bir ədəd sellofan torbanın içindən yeddi ədəd «Methadone 40» və 10 ədəd «Tremomed SR 200 mq» həblərinin, üzərində «Sobranie» yazısı olan siqaret qutusunun içərisində bir böyük bükümdə və ayrıca 30 ədəd bükümdə psixotrop maddə metamfetaminə, 14 bükümdə isə narkotik vasitə heroinə bənzər kütlələrin, göy rəngli cins şalvarın sol yan cibindən sonuncuya məxsus şəxsiyyət vəsiqəsinin, sağ yan cibindən 20 manat pulun, arxa sağ cibindən bir ədəd elektron tərəzinin və iki ədəd açarın aşkarlanıb götürülməsi, iki ədəd açarın, 20 manat pulun və siqaret qutusunun Təqsirləndirilən şəxs qaytarılması, iş üçün əhəmiyyət kəsb etdiyindən sonuncunun şəxsiyyət vəsiqəsinin və digər aşkar olunanların götürülməsi, Təqsirləndirilən şəxs bükümlərin özünə məxsus olduğunu, bunları 2020-ci ilin iyul ayında «İnstagram» sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan Maqa adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti yaxınlığında əvvəlcədən qoyulan yerdən 20 manata satış məqsədilə götürdüyünü, narkotik vasitə aludəçisi olduğunu bildirməsi müəyyən olunmuşdur (iş vərəqi 85-86). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il fevralın 23-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 89). İş materiallarındakı Lənkəran Şəhəri İcra Hakimiyyəti başçısının X4 inzibati ərazi dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2021-ci il 23 fevral tarixli 12-33/02 nömrəli xasiyyətnamədən görünür ki, Lənkəran rayonunun X4sində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (iş vərəqi 90). İş materiallarındakı «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 12 aprel tarixli AZF/LGL-11179/21 №-li məktubundan və Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 20 may tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 2021-ci il fevralın 05-dək müxtəlif nömrələrdən, o cümlədən avtomobil emalatxanasında işləyən ustalara məxsus ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***- **-**, əmisi X3 məxsus ***-***-**-**, əmisi X2 məxsus ***-***-**-**, dayısı oğlu Mirhakim Nəcəfzadəyə məxsus ***-***-**-**, bibisinin əri Cəbrayıl Rüsməyova məxsus ***-***-**-** saylı nömrələrdən zəng olunduğu, mesajların daxil olmadığı müəyyən edilmişdir (iş vərəqi 107-118 və 134). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2021-ci il 18 may tarixli 4266 №-li məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicə almamışdır (iş vərəqi 125). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 18 mart tarixli 848 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə metamfetamindən suiistifadə edilməsi ilə nəticələnmiş narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 126-127). İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 21 may tarixli sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında, habelə eyni tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsindən həmin Məcəllənin 234.4.3.-cü və 240.1.-ci maddələrinə tövsif edilməklə sonuncuya qeyd olunan maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmiş, cinayət işindən Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü və 240.1.-ci maddələri ilə cinayət işinin ayrılması qərara alınmış, maddi sübut kimi tanınmaqla sonuncudan aşkar edilib götürülən bir ədəd paketdəki 14 ədəd bükümdə narkotik vasitə heroinin və bir ədəd bükümdə psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 5,916 qram və 44,312 qram qalıqları, üzərində «Methadone 40» yazısı olan konvalyutdakı üzərində «F/M 40» yazısı həkk olunan yeddi ədəd qəhvəyi rəngli metadon həbinin və üzərində «Tremomed SR 200 mq» yazısı olan konvalyutdakı 10 ədəd ağ rəngli tramadol həbinin tədqiqatdan sonrakı müvafiq qaydada 6 ədəd və 9 ədəd qalıqları və bir ədəd elektron tərəzi idarənin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır (iş vərəqi 135-144 və 147-148). Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 2021-ci il 07 dekabr tarixli 20-12/523 №-li məktubundan və Tibb Baş İdarəsinin 2021-ci il 09 fevral tarixli 1259/2021 №-li məhkumun tibbi kitabçasının kserosurətindən görünür ki, həbs olunmamışdan əvvəl Təqsirləndirilən şəxs zədə almamış, bədəninə baxış zamanı sol saidin ön səthində iki ədəd çapıq toxuması aşkarlanmış, sonuncu şikayəti olmadığını bildirmiş, psixo-nevroloji statusunda patoloji dəyişiklik müəyyənləşdirilməmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü və 240.1.-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini, əməllərində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü və 240.1.-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə, yəni narkotik aludəçisi olsa da heç zaman həmin maddələrin satışını həyata keçirməməsi, tutularkən üzərində bir ədəd siqaret qutusunda 39 qram psixotrop maddə metamfetamin və dörd ədəd metadon tərkibli dərman olmaqla tərəzi və başqa həb olmaması, ona fiziki zor göstərildiyindən istintaqdakı ifadələrini təzyiq altında verməsi barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 26-cı bəndində göstərilir ki, CPMin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan Qərarının 27-ci bəndində göstərilir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs fiziki və ya psixi zorakılıq göstərilməsi barədə məhkəməyədək icraatda qanunla nəzərdə tutulmuş qaydada hər hansı müraciət edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrini təzyiq altında verməsi barədə ifadəsinə qiymət verməklə hesab edir ki, bu, məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddialardan və sonuncunun öz maraqlarına əsaslanaraq bəraət hökmünün çıxarılmasına nail olmasına çalışmasından irəli gələn dəlillərindən ibarətdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, narkotik vasitə metadon şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 1,6 qram, İİ siyahısında psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, «Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli 180-VQ nömrəli Qanununun güclü təsir edən maddələr və onların külli miqdarının siyahısında tramadol hidroxloridin külli miqdar (qramlarla) daxil olmaqla aşağı həddi 6 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici, şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırmadakı ilkin izahatı, şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs ilk məhkumluğunu, qeydiyyatda olduğu yer üzrə barəsində heç bir şikayət daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 5,916 qram və 44,312 qram qalıqları, üzərində «Methadone 40» yazısı olan konvalyutdakı üzərlərində «F/M 40» yazısı həkk olunan yeddi ədəd qəhvəyi rəngli metadon həbinin və üzərində «Tremomed SR 200 mq» yazısı olan konvalyutdakı 10 ədəd ağ rəngli tramadol həbinin tədqiqatdan sonrakı müvafiq qaydada 6 ədəd və 9 ədəd qalıqları və bir ədəd elektron tərəzi məhv edilməli, bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 80 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 480 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il fevralın 05-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikasının CM-nin 240.1.-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il fevralın 05-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 480 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 5,916 qram və 44,312 qram qalıqları, üzərində «Methadone 40» yazısı olan konvalyutdakı üzərlərində «F/M 40» yazısı həkk olunan yeddi ədəd qəhvəyi rəngli metadon həbinin və üzərində «Tremomed SR 200 mq» yazısı olan konvalyutdakı 10 ədəd ağ rəngli tramadol həbinin tədqiqatdan sonrakı müvafiq qaydada 6 ədəd və 9 ədəd qalıqları və bir ədəd elektron tərəzi məhv edilsin, bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərəalınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev
Məhkəmə qərarları › İş №1(101)-112/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-112/2022
05.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver