Məhkəmə qərarları › İş №1(101)-112/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-112/2023

11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-112/2023 11.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri X4 və X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri, 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və «Faiq Nağıyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx xxxxxx 1977-ci il tarixdə Ağdərə rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 yanvar 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.3.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsi nəzərə alınmaqla 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli qərarı ilə təyin olunmuş cəza 10 ilə endirilmiş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad edilmiş, 14 oktyabr 2020-ci ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşamış, 19 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib saxlama, daşıma, satma barədə şəxsiyyəti məlum olmayan “Həmzə” adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə o, Bakı şəhərində satışını həyata keçirib qazanc əldə etmək məqsədi ilə şəxsiyyəti məlum olmayan “Həmzə” adlı şəxsdən 2 ədəd bükümdə və 1 ədəd bağlamada olmaqla külli miqdarda - ümumi təmiz çəkisi 582,663 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, 2 ədəd kibrit qutusunda, 1 ədəd şəffaf bağlamada və 1 ədəd göy rəngli polietilen torbada olmaqla külli miqdarda - ümumi təmiz çəkisi 1822,556 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd bağlamada külli miqdarda təmiz çəkisi 520 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, yaşadığı ünvan 4 ünvanına daşıyaraq 2 ədəd bükümdə olan narkotik vasitə heroini, 2 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı üstündə, 1 ədəd bağlamada olan narkotik vasitə heroini, 1 ədəd bağlamada olan psixotrop maddə metamfetamini, 1 ədəd şəffaf bağlamada və 1 ədəd göy rəngli polietilen torbada olan narkotik vasitə qurudulmuş marixuananı yaşadığı evin eyvanında taxta materialdan olan dolabın içərisində gizlədərək qanunsuz saxlamış, 19 yanvar 2022-ci il tarixdə saat 13 radələrində Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 22 saylı binanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq ünvan 5 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə idarəsinin inzibati binasına gətirilərək, videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli pencəyin sağ yan cibindən 2 ədəd bükümdə külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 9,808 qram, 17,855 qram olmaqla, ümumi çəkisi 27,663 qram olan qəhvəyi rəngi tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,936 qram, 3,620 qram olmaqla, ümumi çəkisi 7,556 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq 19 yanvar 2022-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına keçirilmiş baxış zamanı evin eyvanındakı taxta materialdan olan dolabın içərisindən 1 bağlamada külli miqdarda, yəni təmiz çəkisi 555 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bağlamada külli miqdarda, yəni təmiz çəkisi 520 qram olan ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd şəffaf bağlamada və 1 ədəd göy rəngli polietilen torbada külli miqdarda, yəni ayrlı-ayrılıqda təmiz çəkiləri 1100 qram, 715,0 qram olmaqla, ümumi təmiz çəkisi 1815 qram (1 kq 815 qram) olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üzərində heroinin və narkotik vasitə marixuananın izləri olan 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ailə vəziyyəti ilə əlaqədar bir müddət əvvəldən qaynanasının evində qalmışdır. Hadisə baş verən gün də o, qardaşının uşaqlarını götürmək üçün həmin evə getmişdir. Belə ki, həmin gün o, qardaşının həyat yoldaşı və uşaqlarını götürüb rayona öz anasının yanına aparmağı planlaşdırmışdır. Həmin vaxt öz həyat yoldaşı da onunla getmək istədiyini bildirmiş və onlar aşağı maşının yanına düşmüşlər. Əllərindəki çantaları maşının baqajına qoyduqları vaxt bir nəfər ona yaxınlaşmış və ondan adının İftixar olub-olmadığını soruşmuşdur. O da, adının İftixar olduğunu bildirmişdir. Bu sözü deyəndən sonra həmin şəxs onun qolundan tutmuş, daha sonra bir nəfər binanın blokundan, daha bir nəfər isə digər blokdan çıxıb onun əlqolundan tutmuşlar. Ağzını bağlayıb onu binanın 9-cu mərtəbəsinə qaldırmışlar və qapını döymüşlər. İçəridən qaynanası qapını döyənin kim olduğunu soruşmuş, polis əməkdaşının biri İftixarın dostu olduğunu, İftixarın dediyinə görə sumka qaldığını və onu götürməyə gəldiyini bildirmişdir. Qaynanası İftixarın evə dost gətirmədiyini, özünün də indi aşağı düşdüyünü, lazım olsa, özü qalxıb sumkanı götürə biləcəyini demişdir. Bundan sonra polis işçiləri qapını bərkdən döyməyə başlamışlar. Bu vaxt qonşu qapını açıb nə baş verdiyini soruşmuş, onlar isə «sənlik deyil, keç içəri» deyib yenidən qapını döyməyə davam etmişlər. Sonra gələn şəxslər polis əməkdaşları olduqlarını deyərək qapını açmağı tələb etmişlər. Bundan sonra qaynanası qapını açmışdır. Polis işçiləri qaynanasını və qızını mətbəxə salmış, qapıya da bir nəfər polis əməkdaşı qoyaraq evdən bayıra kiminsə çıxmasına icazə verməmişlər. Sonra onu gətirib divanın üstünə üzü üstə yıxmışlar. Bir neçə dəqiqə sonra «bəs deyirdin, məndə narkotik yoxdur, bəs bunlar nədir» deyə soruşmuşlar və bir neçə bağlamanı çıxarıb stolun üstünə qoymuşlar. O, etiraz edərək, bunların ona məxsus olmadığını demişdir. Polis əməkdaşları bundan sonra onu həyat yoldaşı ilə təhdid etmiş, yoldaşını da gətirib onunla «podelnik» göndərəcəklərini bildirmişlər. Daha sonra həyat yoldaşını aşağıdan maşının yanından yuxarı mənzilə qaldıraraq əlinə qandal vurub onun yanında oturtmuşlar. Ona demişlər ki, «əgər boynuna almasan, yoldaşını da səninlə birlikdə göndərəcəyik». O, polislərdən bunu etməmələrini xahiş etsə də, ona məhəl qoymamışlar. Bunları belə görüb həyat yoldaşının da tutulmaması üçün məcbur olub polis işçilərinin dedikləri ilə razılaşmış və narkotik vasitələrin özünə məxsus olduğunu bildirmişdir. Sonra onu çıxarıb baş idarəyə aparmışlar, orada üstünə şəxsi axtarış keçirilmişdir. Daha sonra isə yenidən evə gətirib çəkilişlə mənzilə baxış keçirmişlər. O da, polislərin dedikləri ilə razılaşıb, çəkiliş zamanı narkotik vasitələrin özünə məxsus olduğunu bildirmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs özünün polis əməkdaşları ilə hər hansı problemi olmadığını və nəyə görə onu tutduqlarını bilmədiyini, tutulan vaxt onun istifadəsində olan telefondakı nömrədə “Votsap» proqramı olmadığını, evə baxışın videoçəkilişlə aparıldığını, evdə olan paketləri özləri ilə götürüb onu da baş idarəyə apardıqlarını, sonra ikinci dəfə həmin paketləri də götürüb evə qayıtdıqlarını və çəkiliş etdiklərini, onu həyat yoldaşı ilə təhdid etdikləri üçün polislərin dedikləri ilə razılaşıb narkotik vasitənin özünə məxsus olduğunu dediyini, özünün əvvəllər türmədə cəza çəkdiyini və orada olanda iki İran vətəndaşı gördüyünü, onlardan birinin adının Rəhman olduğunu və həmin şəxsin sonradan ekstradisiya olunaraq İrana göndərildiyini, digərinin isə casus olduğu üçün heç kəslə münasibət qurmadığını və hətta İrana getməkdən də boyun qaçırdığını, o, qayınanasıgilə öz paltarını qoyduğunu, ikinci dəfə evə gələndə polis əməkdaşları Seymurun, Poladın, Nəcəfin və Surxayın onu gətirdiklərini, birinci dəfə onu evə qaldıranda üzü üstə uzatdıqlarını, sonra isə həmin bağlamaları stolun üstünə qoyduqlarını, müstəntiqin yanında olanda həmin narkotiklərin ona məxsus olmaması və onun xəbəri olmadığını dediyini, lakin müstəntiqin ona artıq gec olduğunu və artıq çəkiliş vaxtı etiraf etməsini dediyini, bütün bunları gedib məhkəməyə bildirməyi məsləhət gördüyünü, videoçəkilişlə üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsində hər üç polis işçisinin və qadın müdafiəçinin iştirak etdiklərini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. O, həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanında qaynanası, həyat yoldaşı və övladları ilə birlikdə yaşayır. Əvvəllər narkotik vasitələrdən istifadə etmiş, bir neçə vaxtdır ki, narkotik vasitələrin satışı ilə məşğuldur. Belə ki, əvvəllər birlikdə məhkumluq həyatı yaşadığı “Rübail” adlı İran İslam Respublikası vətəndaşı onu İran İslam Respublikası vətəndaşı “Həmzə” adlı şəxs ilə tanış etmiş və o «wotsapp» tətbiqi vasitəsi ilə “Həmzə" adlı şəxs ilə danışdıqdan sonra Həmzə ilə razılaşmasına əsasən narkotik vasitəni Qaradağ rayonu ərazisində gizlədilən yeri ona xəbər verir və o da həmin yerdən narkotik vasitəni götürərək Həmzənin dediyi ünvana çatdırır, bunun əvəzində Həmzə ona pul ödəyəcəkmiş. 12 yanvar 2022-ci il tarixdə Həmzənin ona xəbər verdiyi ünvandan narkotik vasitə olan metamfetamin, heroin və qurudulmuş marixuananı götürmüş və yaşadığı Xətai rayonu, N.Tusi küçəsi, bina 22, mənzil 53 ünvanının eyvanında dolabın içərisində gizlətmişdir. Razılaşmaya əsasən Həmzə narkotik vasitələrin tamamını satdıqdan sonra ona 4000 manat pul verməliymiş. O, həmin narkotik vasitələrdən bir qismini Həmzənin dediyi ünvanlara çatdırmışdır. 19 yanvar 2022-ci il tarixdə o, iki büküm narkotik vasitə heroini və iki kibrit qutusu marixuananı üzərində götürüb yaşadığı Xətai rayonu, N.Tusi küçəsi, 22 saylı binanın yaxınlığında olarkən təxminən saat 13 radələrində üç nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, Baş Narkotiklərlə Mübarizə idarəsinə dəvət etmiş, o, heç bir etiraz etmədən onlarla birlikdə getmişdir. Baş idarədə hüquqlarının müdafiəsi üçün təhqiqatçı tərəfindən vəkil dəvət olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Əvvəl təhqiqatçı ona hüquq və vəzifələrini izah etmiş və üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmet olmasını soruşmuşdur. Bu təklifdən sonra o, başa düşmüşdür ki, üzərinə şəxsi axtarış keçirilsə, yuxarıda qeyd etdiyi narkotik vasitə aşkar olunacaq və o, əynində olan boz rəngli pencəyin sağ yan cibindən 2 büküm narkotik vasitə heroini və 2 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı polis əməkdaşlarına həmin maddələrin narkotik vasitə heroin və marixuana olduğunu bildirmişdir. Həmçinin həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı Həmzə adlı şəxsdən aldığını, narkotik vasitənin satışını həyata keçirərək qazanc əldə edəcəyini bildirmişdir. Bundan sonra üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş və üzərindən bir ədəd mobil telefon, bir ədəd yaşadığı ünvanın açarı və 10 manat pul aşkarlanmışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə heroin və marixuana onun, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə qablaşdırılaraq götürülmüşdür. Həmçinin, üzərindən aşkar olunmuş ona məxsus ***-***- **-** GSM nömrəsi olan mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. 10 manat pul və yaşadığı mənzilin açarı isə ona qaytarılmışdır. Sorğu zamanı o, polis əməkdaşlarına yaşadığı Xətai rayonu, N.Tusi küçəsi, bina 22, mənzil 53 ünvanında narkotik vasitə və psixotrop maddə saxladığını etiraf etmişdir. Yaşadığı mənzilə baxış keçirilməsinə heç bir etirazının olmadığı barədə ərizə verdikdən sonra polis əməkdaşları və vəkil ilə birlikdə yaşadığı mənzilə getmişlər. Həmin vaxt qaynanası Şahid4 evdə olmuşdur. Polis əməkdaşları qaynanası Şahid4 yaşadığı mənzilə baxış keçirilməsinə dair etirazı olub-olmadığını soruşmuşlar və qaynanası heç bir etirazı olmadığını bildirdikdən sonra bu barədə təhqiqatçıya ərizə vermişdir. Bundan sonra polis əməkdaşlarının, müdafiəçinin və qaynanasının iştirakı ilə yaşadığı mənzilə baxış keçirilmişdir. Baxış zamanı o, evin eyvanında dolabın içərisində gizlətdiyi içərisində narkotik vasitə və psixotrop maddə olan selofan paketi təqdim etmişdir. Həmin selofan paketin içərisində 1 bükün narkotik vasitə heroin, 1 büküm narkotik vasitə metamfetamin, iki selofan paketdə qurudulmuş marixuana və iki ədəd elektron tərəzi olmuşdur. Sorğu zamanı həmin narkotik vasitə və psixotrop maddələrin ona məxsus olduğunu və ailə üzvlərinin yaşadığı mənzildə narkotik vasitə və psixotrop maddə saxladığından xəbərləri olmadığını bildirmişdir. Bundan sonra yaşadığı evdən aşkar olunmuş 1 büküm heroin, 1 büküm metamfetamin, 2 ədəd selofan paketdəki marixuana və 2 ədəd elektron tərəzi müvafiq ekspertizaya təqdim olunması üçün proses iştirakçılarının iştirakı ilə qablaşdırılaraq götürülmüşdür. İstintaq zamanı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, üzərindən və yaşadığı evindən aşkar olunaraq götürülmüş narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikasının vətəndaşı Həmzə adlı şəxsdən götürmüş və onun istəyi ilə onun dediyi ünvanlara çatdırmışdır. Razılaşmaya əsasən Həmzə bunun müqabilində ona 4000 manat pul verməliymiş. Həmin şəxsi o, görməmiş, onunla yalnız wotsapp vasitəsi ilə əlaqə yaratmış və yalnız dediyinə görə İran İslam Respublikasının vətəndaşı olduğunu və adının Həmzə olduğunu bilmişdir. O, heç bir xəstəlikdən əziyyət çəkməmiş və özünü yaxşı hiss etmişdir. Ona heç bir fiziki və psixi təsir göstərilməmişdir (cild 1, iş vərəqi 60-62, 69-71,168-171). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs həmin ifadələri təsdiq etmədiyini, üzərindən və evindən aşkar olunmuş narkotik vasitələrin ona aidiyyəti olmadığını, onları polis əməkdaşlarının verdiyini, polis işçiləri onu buraxacaqlarına söz verdiklərinə görə videoçəkiliş zamanı guya bütün narkotik və psixotrop maddələrin özünə məxsus olduğunu etiraf etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə idarəsinin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 19 yanvar 2022-ci il tarixdə xidmət etdiyi şöbəyə İftixar adlı şəxsin Xətai rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı onun rəhbərliyi ilə əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Məlumatın yoxlanılması zamanı həmin şəxsin Ağdərə rayonunda anadan olmuş, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. 19 yanvar 2022-ci il tarixdə saat 13 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı binanın yaxınlığında saxlanılmış və Baş Narkotiklərlə Mübarizə idarəsinə dəvət olunmuşdur. Bundan sonra onların iştirakı ilə təhqiqatçı tərəfindən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Ona üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif olunduqda, sonuncu, əynində olan pencəyin sağ yan cibindən 2 ədəd bükümdə heroinə bənzər maddəni və 2 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya bənzər maddəni təqdim etmiş, həmin bükümlərdə narkotik vasitə heroin və marixuana olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş, bir ədəd “Redmi” markalı mobil telefon, bir ədəd açar və 10 manat pul aşkar olumuşdur. Təhqiqatçı tərəfindən elektron tərəzidə narkotik vasitələr çəkildikdən sonra kağız zərfə qablaşdırılıb götürülmüş, bir ədəd “Redmi” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüş, bir ədəd açar və 10 manat pul isə geri özünə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, cəzaçəkmə müəssisəsində olan zaman İran vətəndaşı kimi tanıdığı “Rübail” adlı şəxs onu “Həmzə” adlı bir iranlı ilə tanış etmiş, o, «wotsapp»dan istifadə etməklə Həmzə ilə əlaqə yaratmışdır. Həmzə narkotik vasitəni Qaradağ rayonu ərazisində gizlətdiyini bildirmiş, o da, həmin yerdən narkotik vasitələri götürmüşdür. Əvvəlcədən aralarında olan razılığa görə, narkotik vasitəni satdıqdan sonra Həmzə ona 4 min manat pul verməyi öhdəsinə götürmüşdür. Həmzənin sözlərinə görə o, 2-3 ünvana narkotik vasitə qoymuş, lakin buna görə hələ pul əldə etməmişdir. Övladı xəstə olduğu üçün narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. yoxdur. Bundan sonra protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şahid3 ifadəsində daha sonra göstərdi ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı Xətai rayonu ərazisində yerləşən evində də narkotik vasitə saxladığını və evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Buna görə, onlar proses iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Xətai rayonu, N.Tusi küçəsi, ev 22, mənzil 53 ünvanına getmişlər. Qapını ev sahibi olan Təqsirləndirilən şəxs qaynanası Şahid4 açmışdır. Təhqiqatçı həmin qadına da kürəkəninin narkotik vasitələrin dövriyyəsində şübhəli şəxs qismində saxlanıldığını və yaşadığı evə baxış keçirilməsinə zərurət yarandığını bildirmiş, Şahid4 evə baxış keçirilməsinə etirazı olmadığını demişdir. Mənzilə də baxış videoçəkiliş vasitəsi ilə aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs evdə saxladığı narkotik vasitə və psixotrop maddələri təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs mənzilin eyvanındakı taxtadan olan dolabın içərisindən 1 ədəd selofan bağlamanı təqdim etmişdir. Həmin bağlamanın içərisinə təhqiqatçı tərəfindən baxış keçirilmiş və bağlamada narkotik vasitə marixuanaya bənzər kütlə, 1 büküm psixotrop maddə metamfetaminə bənzər kütlə, 1 büküm narkotik vasitə heroinə bənzər kütlə, 1 büküm narkotik vastitə marixuanaya bənzər kütlə və 2 ədəd elektron tərəzi aşkar olunmuşdur. Həmin narkotik vasitələr və psixotrop maddə, həmçinin iki ədəd elektron tərəzi zərfə qoyularaq möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Sonra mənzilə baxış keçirilməsi və götürmə aparılması barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid1 və Şahid2 əməliyyat tədbirinin keçirilməsinə cəlb olunmaqla Təqsirləndirilən şəxs 19 yanvar 2022-ci il tarixdə saat 13 radələrində müəyyən edilərək saxlanılması, Baş Narkotiklərlə Mübarizə idarəsinə gətirilərək üzərində şəxsi axtarış və yaşadığı ünvan 1 ünvanına baxış keçirilməsi zamanı əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini, bu zaman Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələr və psixotrop maddələr aşkar olunduğunu bildirərək, həmkarı Şahid3 məhkəmədə verdiyi ifadə ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs onun qızının həyat yoldaşıdır. 19 yanvar 2022-ci il tarixdə gunorta vaxtı evdə Bərdə rayonundan qonaqları olmuş, həmçinin qızı və kürəkəni İftixar da onlarda olmuşdur. İftixar qonaqları Bərdə rayonuna aparmaq üçün aşağı düşmüş, sonra qızı da onların dalınca düşmüşdür. Bu zaman o, mətbəxdə yemək hazırlamışdır. Birdən qapı döyülmüş, o, qapıya yaxınlaşıb kim olduğunu soruşanda, qapının arxasından İftixarın dostu olduğunu, İftixarın telefonunun adaptorunun evdə qaldığını, onu götürmək üçün gəldiyini demişdir. O isə, İftixarın aşağı düşdüyünü, adaptorun da maşında olduğunu bildirmişdir. Sonra qapı yenə də döyülmüş, kimlərsə təpiklə qapını vurmuşlar. Yenidən kim olduğunu soruşanda, qapı dalında olan şəxslər polis olduqlarını bildirib qapını açmağı tələb etmişlər. Qapını açan kimi polislər içəri soxulmuş, onu nəvəsi ilə birlikdə mətbəxə keçirib qapını bağlamışlar və bir nəfər polis işçisi onların yanında dayanmışdır. Sonra şappıltı səsi gəlmiş, bilmişdir ki, polislər İftixarı döyürlər. Daha sonra onların yanında duran polisi kimsə çağırmış, bu vaxt qapı açılanda görmüşdür ki, polislərdən biri ayağını İftixarın başına qoyub onu döyür və nəyisə boynuna almağı tələb edir. O, həmçinin görmüşdür ki, polis işçiləri stolun üstünə nəsə qoymuş və onu da həmin otağa çağırmışlar. Orada bağlamanın içərisində nəsə olduğunu görmüşdür. Polis işçiləri onların evinə gələndə də əllərində sumka olmuşdur. Həmin vaxt İftixar stolun üstündə olan bağlamanın ona məxsus olmadığını bildirmişdir. Polis işçiləri onların evinə iki dəfə gəlmiş, birinci dəfə gələndə çəkiliş olmamış, lakin ikinci dəfə gələndə çəkiliş etmişlər. Qızını da mənzilə qaldıraraq qoluna qandal vurmuşlar və qızın da tutulacağını bildirmişlər. O, həmin vaxt nə yazıldığını bilməmiş, polis işçisinin sözünə görə ona deyilən bütün yerlərə qol çəkmişdir. Evə baxış keçirilməsi barədə ondan razılıq alınmamışdır. O, əvvəllər evi təmizləyəndə balkonda heç vaxt selofan bağlama görməmişdir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Şahid4 həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kürəkənidir. 2009-cu ildən ünvan 1-də yerləşən ona məxsus evdə kürəkəni İftixar, qızı və azyaşlı nəvəsi ilə birlikdə yaşayırlar. 19 yanvar 2022-ci il tarixdə təxminən saat 16 radələrində evdə olan zaman İftixar polis əməkdaşları ilə birlikdə yaşadığı evə gəlmişlər. Həmin vaxt polis əməkdaşları İftixarın narkotik vasitələrin dövriyyəsində şübhəli şəxs qismində tutuduğunu və yaşadıqları evdə narkotik vasitə saxladığını bildirmişlər. Bundan sonra yaşadıqları evə baxış keçirilməsinin zəruri olduğunu deyərək onun evə baxış keçirilməsinə etirazı olubolmamasını soruşmuşlar. O, evə baxış keçirilməsinə heç bir etirazının olmamasını bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Bundan sonra polis əməkdaşlarının və onun iştirakı ilə yaşadığı evə videoçəkiliş ilə baxış keçirilmişdir. Baxış zamanı İftixar evin eyvanındakı dolabın içərisindən narkotik vasitə və psixotrop maddə dedikləri maddələri polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra həmin maddələr polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. İftixarın narkotik vasitələrdən istifadə etməsindən onun xəbəri olmamışdır. Həmçinin yaşadıqları evdə narkotik vasitə saxlamasından xəbəri olmamışdır. Ümumiyyətlə o, narkotik vasitə və psixotrop maddələri tanımır və nə olduğunu bilmir (cild 1, iş vərəqi 123-125). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Şahid4 həmin ifadəni oxumayıb imzaladığını, buna görə istintaqdakı ifadəsini təsdiq etmədiyini bildirdi. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, həyat yoldaşı İftixar turmədən çıxandan sonra onların arasında teztez ailə münaqişəsi yaranmış və problemləri olmuşdur. Həmin dövrdə İftixar çox vaxt evə gəlməmiş, bu isə, onların münasibətlərinin pisləşməsinə səbəb olmuşdur. Hamı onları barışdırmaq istəmiş, qaynanası da zəng edərək onları rayona çağırtdırmışdır. 19 yanvar 2022-ci il tarixdə rayona getmək məqsədilə əvlləcə İftixar binanın həyətinə düşmüş, həmin vaxt qızı məktəbdə olmuşdur. Sonra onun özü də həyətə düşmüş, həmin vaxt baldızı da orada olmuşdur. İftixar yola çıxmaq üçün əşyaları maşının baqajına yığmış, bu zaman ona köynəyini gətirməyi tapşırmışdır. Buna görə də o, binaya mənzilə qalxmışdır. Sonra liftə minib aşağı düşəndə hamının maşında oturduğunu görmüş, lakin İftixarı görməmişdir. X7 harada olduğunu soruşmuş, Nərmin gözü ilə harasa işarə etmişdir. Bu vaxt tanımadığı bir oğlan ona yaxınlaşmış, əlindən telefonu almış və qolunu burmuşdur. Oğlan ondan bu maşının sahibinin nəyi olduğunu soruşmuş, o da, həyat yoldaşı olduğunu bildirmişdir. Həmin oğlan ona özünün polis işçisi olduğunu demişdir. Sonra həmin oğlan maşının qapısını açmış, onu maşında qabaq oturacaqda otuzdurmuş, həyat yoldaşı İftixarın yuxarıda olduğunu bildirmişdir. Bu vaxt kimsə həmin polis işçisinə ona zəng eləmiş və nəisə demişdir. Daha sonra iki nəfər onların yanına gəlmiş, onlardan biri göygöz oğlan olmuşdur. Polis işçilərindən biri onun qolundan tutub söyüşlə açarı verməsini demiş, o isə, onda açarın olmadığını, qapının açıq olduğunu bildirmişdir. Polis işçisi qapını döydüklərini, lakin heç kimin açmadığını demiş, o isə, evdə adam olduğunu və qapını döysələr, açacaqlarını bildirmişdir. Bundan sonra polis işçiləri yenə yuxarı qalxmış, təxminən yarım saat sonra onları da mənzilə qaldırmışlar. İçəri girən kimi polis işçiləri onun qoluna qandal vurmuş, qonaq otağına keçirmiş və sinəsindən itələmişlər. Mənzilə girəndə polislərin İftixarı üzü üstə uzatdıqlarını və döydüklərini görmüşdür. Daha sonra görmüşdür ki, polislər yazı stolunun üstünə nəsə düzmüşlər. O, İftixardan bunların nə olduğunu soruşmuş, polislər isə ona “guya ki, bilmirsən nədir» demişlər. Polis işçiləri İftixara “boynuna al, yoxsa yoldaşını həbs edəcəyik» dedikdə, o, ərinə “heç nə eləməmisənsə, boynuna alma, bunlar haradan çıxıb» deyə söyləmişdir. Polislər ona həmin əşyaların onların evindən çıxdığını bildirmişlər. O isə, bunun mümkünsüz olduğunu, hər gün evi təmizlədiyini, belə şeyləri görmədiyini demişdir. Bundan sonra polis işçiləri yenidən İftixarı döyməyə başlamış, İftixarı çox nalayiq söyüşlərlə söymüşlər. Onu İftixarın yanında otuzdurmuşlar və Seymur adlı polis işçisi mobil telefonla çəkiliş etməyə başlamışdır. İftixara narkotikləri iranlıdan götürdüyünü deməyə məcbur etmişdir. O, ərinin bu cür deməsinə etiraz etmək istəsə də, polis işçisi ona dümsük vuraraq, sözünü kəsməməsini bildirmişdir. Bundan sonra onu və İftixarı qapıdan çıxarıb aparmışlar və hamı görmüşdür ki, onun qolunda qandal vardır. Bu vaxt İftixar demişdir ki, ailə, uşağı rahat buraxın, o, nə lazımdırsa yazacaqdır. Sonradan onu yenidən gətirib yataq otağına salmış, İftixarı isə digər otaqda saxlamışlar. Daha sonra onu yenidən həmin otağa çağıraraq narkotikləri tərəzidə çəkib ona da göstərmişlər. Ondan selofan kulok istəmişlər və özləri kamotun gözünü açıb oradan kulok götürmüşlər, narkotikləri kuloka yığmışlar. İftixarın cibindən 70 manat pul çıxmış və həmin pulu çörək pulu kimi onlara qaytarmışlar. Bundan sonra İftixarı aparmışlar. O isə, tez qızı ilə taksi sifariş verib İftixarın dalınca getmişdir. Şahid qismində dindirilmiş Şahid5 ifadəsinə görə, həmin hadisə təxminən saat 11-12 radələrində baş vermişdir. Onun həyat yoldaşı heç vaxt narkotikdən istifadə etməmişdir. Onların arasında tez-tez ailə münaqişələri olmuş və bu barədə o, DİN-nin 102 xidmətinə də məlumat vermişdir. Həyat yoldaşı əvvəllər CM-nin 177 və 178-ci maddələri ilə məhkum olunmuşdur. Onların yaşadığı binanın blokunun girişində kameralar quraşdırılmışdır. İstintaq vaxtı o, müstəntiqdən blokda olan kamera görüntülərinin çıxarılmasını tələb etsə də, müstəntiq kameraların işləmədiyini bildirmişdir. Evdə baxış keçirilərkən o, iştirak etməmiş, həmin vaxt həyətdə olmuşdur. O, evə qalxanda polis işçiləri artıq narkotiki aparıb mənzilə qoymuşlar. Polis işçiləri ona İftixarı əvvəlcədən neçə vaxtdır güddüklərini bildirmişlər. Əvvəllər demişlər ki, narkotik vasitə mətbəxdən aşkar olunmuşdur, sonra isə ittiham aktında yazılanlardan görmüşdür ki, balkondan aşkar olunduğu yazılmışdır. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid6 və X2 Cəfərovanın ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 19 yanvar 2022-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynindəki boz rəngli pencəyin sağ yan cibindən iki ədəd bükümü və iki ədəd kibrit qutusunu təqdim edərək, həmin iki ədəd bükülülərdə «kakos» adlandırdığı narkotik vasitə heroin, iki ədəd kibrit qutusunda isə narkotik vasitə marixuana olduğunu bildirmişdir (cild 1, iş vərəqi 29-31). Cinayət işində olan mənzilə baxış keçirilməsi haqqında 19 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanının eyvanında olan taxta materiallı dolabın içərisindən bir ədəd selofan torbanı təqdim edərək, həmin torbanın içərisində «şüşə», «kakos» və «nəşə» adlandırdığı narkotik maddələr olduğunu bildirmişdir. Həmin selofan torbanın içərisindəki narkotik vasitə marixuanaya bənzər maddələr, bir büküm narkotik vasitə heroinə bənzər maddə, bir büküm psixotrop maddə metamfetaminə bənzər maddə, bir ədəd paketdə narkotik vasitə marixuanaya bənzər maddə və iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 35-37). İş materiallarına əlavə edilmiş 1 ədəd DVD diskə baxış keçirilməsi haqqında 21 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, Baş Narkotiklərlə Mübarizə idarəsinin XMİÜ baş əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkili Şahid1, polis nəfəri Şahid2 və Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri, “Mərkəz” Vəkil bürosunun vəkili X1 iştirakı ilə Baş Narkotiklərlə Mübarizə idarəsinin baş təhqiqatçısı Nəcəf Aburşu tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli pencəyin sağ yan cibindən iki ədəd bükümü və iki ədəd kibrit qutusunu təqdim edərək, həmin iki ədəd bükülülərdə «kakos» adlandırdığı narkotik vasitə heroin, iki ədəd kibrit qutusunda isə narkotik vasitə marixuana olduğunu bildirir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükülülər açıldıqda, hər iki bükümdə narkotik vasitə heroinə bənzər maddə, iki ədəd kibrit qutusunda isə narkotik vasitə marixuanaya bənzər maddələr aşkar edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilir, şəxsi axtarış zamanı şəxsin əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd “Redmi” markalı göy rəngli mobil telefon, bir ədəd açar və 10 manat pul aşkar edilir. Aşkar olunmuş maddələr təhqiqatçı tərəfindən elektron tərəzi vasitəsi ilə çəkildikdə, 2 ədəd kibrit qutusundakı narkotik vasitə marixuanaya bənzər maddələrin qutusu ilə birlikdə 14 qram, 2 büküm narkotik vasitə heroinə bənzər maddənin çəkisinin qablaşdırma ilə birlikdə çəkisinin 31 qram olması müəyyən edilir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə və marixuanaya bənzər kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən kağız zərfə qablaşdırılıb götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd “Redmi” markah mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüş, bir ədəd açar və 10 manat pul isə sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Sorğu zamanı X5 bildirmişdir ki, cəzaçəkmə müəssisəsində olan zaman İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Rübail” adlı şəxsin tanışı olan özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən tanımadığı “Həmzə” adlı şəxs ilə «Wotsapp» tətbiqi vasitəsi ilə əlaqə yaratmış, «Həmzə» narkotik vasitəni Qaradağ rayonu ərazisində gizlətmiş və o isə, həmin yerdən narkotik vasitəni götürmüşdür. Narkotik vasitəni satdıqdan sonra Həmzə ona 4 min manat pul ödəməli idi. Həmzənin istəyi ilə 2-3 ünvana narkotik vasitə qoymuş, lakin pul əldə etməmişdir. Övladı xəstə olduğu üçün narkotik vasitələrin satışını həyata keçirmişdir. Yaşadığı Xətai rayonu ərazisində yerləşən evində də narkotik vasitə saxlayır və evə baxış keçirilməsinə heç bir etirazı yoxdur. Videogörüntü 10 dəqiqə 02 saniyə davam edir (cild 1, iş vərəqi 83-84). Cinayət işində olan 1 ədəd DVD diskə keçirilmiş 21 yanvar 2022-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs, Baş Narkotiklərlə Mübarizə idarəsinin XMİÜ baş əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkili Şahid1, polis nəfəri Şahid2 və Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri, “Mərkəz” Vəkil bürosunun vəkili X1 iştirakı ilə Baş Narkotiklərlə Mübarizə idarəsinin baş təhqiqatçısı Nəcəf Aburşu tərəfindən mənzilə baxış keçirilməsi və götürmə aparılması istintaq hərəkəti keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qaynanası Şahid4 mənzilə baxış keçirilməsinə heç bir etirazının olmamasını, yaşadığı mənzildə narkotik vasitələrin saxlanılmasından xəbəri olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitəni mənzilin eyvanında saxladığını bildirərək, eyvana doğru hərəkət edir. Eyvanda olan taxta materiallı dolabın içərisindən bir ədəd selofan torbanı təqdim edir. Həmin torbanın içərisində «şüşə», «kakos» və «nəşə» adlandırdığı narkotik maddələr olduğunu bildirir. Həmin selofan torbanın içərisində narkotik vasitə marixuanaya bənzər maddə və bir büküm narkotik vasitə heroinə bənzər maddə, bir büküm psixotrop maddə metamfetaminə bənzər maddə və bir ədəd paketdə narkotik vasitə marixuanaya bənzər maddə və iki ədəd elektron tərəzi aşkar edilir. Aşkar olunmuş maddələr təhqiqatçı tərəfindən elektron tərəzi vasitəsi ilə çəkildikdə, 2 ədəd paketdəki narkotik vasitə marixuanaya bənzər maddələrin qablaşdırma ilə birlikdə 1930 qram, 1 büküm psixotrop maddə metamfetaminə bənzər maddənin çəkisinin qablaşdırma ilə birlikdə 540 qram, 1 büküm narkotik vasitə heroinə bənzər maddənin çəkisinin qablaşdırma ilə birlikdə 567 qram olması müəyyən edilir. Cəfərov İ İftixar Baloğlan oğlunun təqdim etdiyi narkotik vasitə heroinə və marixuanaya, psixotrop maddə metamfetaminə bənzər kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılıb götürülür. Sorğu zamanı X5 bildirir ki, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən tanımadığı “Həmzə” adlı şəxs ilə «Wotsapp» tətbiqi vasitəsi ilə əlaqə yaratmış və aşkar olunmuş narkotik vasitəni Qaradağ rayonu ərazisində gizlətdiyi yerdən götürmüşdür. Yaşadığı evdə narkotik vasitə saxlamağından heç kimin xəbəri olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs qaynanası Şahid4 kürəkəninin yaşadığı evdə narkotik vasitə saxlamasından xəbəri olmadığını bildirir. Videogörüntü 13 dəqiqə 51 saniyə davam edir (cild 1, iş vərəqi 85-86). Məhkəmə-kinıyəvi ekspertizasının 20 yanvar 2022-ci il tarixli 6/361 saylı rəyindən görünür ki: - Tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı və imzalar olan kağız paketdəki 2 (iki) ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 9,808 qram və 17,855 qram, ümumi təmiz çəkisi 27,663 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş...” yazısı və imzalar olan polietilen bağlamadakı, - 1 (bir) ədəd bağlamada təmiz çəkisi 555 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - 1 (bir) ədəd bağlamada təmiz çəkisi 520 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - 2 (iki) ədəd elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Vətəndaş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 582,663 qram təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına daxildir (cild 1, iş vərəqi 44-50). Məhkəmə-bioloji ekspertizasının 20 yanvar 2022-ci il tarixli 7/56 saylı rəyindən görünür ki:

1. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olan maddələr...’’sözləri yazılmış kağız paketdə 2 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 3,936 qram və 3,620 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmiş marixuanadır. Ümumi çəkisi - 7,556 qramdır.

2. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş kütlələr...’’sözləri yazılmış şəffaf bağlamada təmiz çəkisi 1100 qram və onun içərisində olan bir ədəd göy rəngli polietilen torbada təmiz çəkisi 715,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmiş marixuanadır. Ümumi çəkisi -1815 qramdır (1 kq 815 qram).

3. Tədqiqata təqdim olunmuş kağız paketdə və şəffaf bağlamada olan marixuanalar tərkiblərinə görə eynidirlər.

4. Tədqiqata təqdim olunmuş iki ədəd elektron tərəzilərin üzərində cüzi miqdarda narkotik vasitə olan marixuananın hissəcikləri vardır. 4.1. Həmin hissəciklər cuzi miqdarda olduğuna görə təqdim olunmuş marixuanalar ilə müqayisəli tədqiqat aparılmadı (cild 1, iş vərəqi 52-57). Məhkəmə-narkoloji ekspertizasının 23 fevral 2022-ci il tarixli 901 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 129-130). İbtidai istintaq orqanının 12 mart 2022-ci il tarixli qərarı ilə cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş 582,663 qram çəkidə narkotik vasitə heroin, 520 qram çəkidə psixotrop maddə metamfetamin, 1822,556 qram çəkidə narkotik vasitə marixuana və 2 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına sərf edilmiş 0,4 qram nəzərə alınmaqla qalıq çəkisi 582,263 qram olan narkotik vasitə heroin, ekspertiza tədqiqatına sərf edilmiş 0,2 qram nəzərə alınmaqla qalıq çəkisi 554,8 qram olan psixotrop maddə metamfetamin və ekspertiza tədqiqatına sərf edilmiş 0,2 qram nəzərə alınmaqla qalıq çəkisi 1822,356 qram olan narkotik vasitə marixuana, həmçinin 2 ədəd elektron tərəzi məhkəmənin müvafiq hökmünə qədər saxlanılması üçün Bakı şəhəri, Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Bundan başqa, həmin qərara əsasən istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntülərin olduğu 2 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 137-148). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 10 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 yanvar 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.3.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsi nəzərə alınmaqla 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli qərarı ilə ona təyin olunmuş cəza 10 ilə endirilmişdir. Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad edilmiş, 14 oktyabr 2020-ci ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqi 102-106). Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, saxlanılarkən onda narkotik vasitə aşkar edilmədiyini, tutulan vaxt onun istifadəsində olan telefondakı nömrədə “Votsap» proqramının olmadığını, evdən aşkar olunmuş narkotik vasitələri də polis işçilərinin özləri ilə gətirib evə qoyduqlarını, sonra isə onu mənzilə qaldırıb videoçəkiliş apardıqlarını, onu həyat yoldaşı ilə təhdid etdikləri üçün polislərin dedikləri ilə razılaşıb narkotik vasitənin özünə məxsus olduğunu dediyini bildirərək, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri və psixotrop maddələri təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, onun verdiyi ilkin izahata əsasən polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilmiş, yaşadığı mənzilə müdafiəçinin və mənzil sahibi olan qaynanası Şahid4 iştirakı ilə videoçəkilişlə baxış keçirilmişdir. Videogörüntülərdən də görünür ki, həmin baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs hər hansı təzyiq və təsir göstərilmədən özü könüllü şəkildə mənzilin eyvanına çıxaraq orada gizlətdiyi selofan paketi polis əmkədaşlarına təqdim etmiş, paketin içərisinə baxış zamanı ittihamda qeyd olunan külli miqdarda narkotik vasitələr və psixotrop maddələr, həmçinin 2 ədəd elektron tərəzi aşkar olunmuş, həmin maddi sübutlar da müvafiq prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həm videoçəkilişlər zamanı sorğu-sual edilərkən, həm ilkin izahat alınarkən, istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olduğunu, həmin maddələri Həmzə adı ilə tanıdığı İran vətəndaşından götürdüyünü və onun istəyi ilə dediyi ünvanlara çatdırdığını, razılaşmaya əsasən Həmzənin bunun müqabilində ona 4000 manat pul verməli olduğunu, Həmzəni şəxsən görmədiyini, onunla yalnız «wotsapp» vasitəsi ilə əlaqə saxladığını, özünün heç bir xəstəlikdən əziyyət çəkmədiyini, saxlanılarkən və sonradan istintaq zamanı ona heç bir fiziki və psixi təsir göstərilmədiyini bildirmişdir. Həmin videogörüntülərə məhkəmə iclasında baxış zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs həmin istintaq hərəkəti zamanı özünü sərbəst aparmaqla cinayət əməlləri barədə etirafedici izahatlar verir, onun üz nahiyəsində və ya bədəninin görünən hissələrində fiziki zorakılığa xas hər hansı izlər müşahidə edilmir. Bundan əlavə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təcridxanaya yerləşdirilən zaman üzərində xəsarət izlərinin olub-olmamasının müəyyən edilməsi məqsədilə tibbi kitabçasının surəti Bakı İstintaq Təcridxanasından tələb edilərək məhkəmədə baxışı keçirilmişdir. Bakı İstintaq təcridxanasının xx.xx.2022-ci il tarixli xx-xx-8923 saylı məktubu ilə daxil olmuş tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs tibbi müayinəsi zamanı onda sol saidin ön səthində və sol budun iç nahiyəsində köhnə çapıq toxumaları izlənilmişdir. Məhkəmədə qeyd olunan çapıqlarla bağlı suala cavab verən Təqsirləndirilən şəxs onları həbs edilməmişdən əvvəl yaşadığı evdə yıxılaraq aldığını bildirmişdir. Məhkəmənin sorğusu əsasında Bakı şəhəri, Xətai rayon prokurorluğundan alınmış 18 fevral 2022-ci il tarixli qərarın surətindən görünür ki, araşdırma zamanı izahat verən Təqsirləndirilən şəxs müayinə zamanı onda müəyyən edilmiş köhnə xəsarət izlərini həbs olunmamışdan əvvəl yaşadığı evdə yıxılaraq ehtiyatsızlığı nəticəsində aldığını, polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi zorakılıq göstərilmədiyini, işgəncəyə məruz qalmadığını, heç kimə qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Qeyd olunan araşdırma materiallarına əsasən Bakı şəhəri, Xətai rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs bədən səthi üzərində xəsarətlər aşkar edilməsi faktı əsasında aparılan araşdırma zamanı cinayət hadisəsinin olması müəyyən edilmədiyindən, toplanmış 56-C-22 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti maraqlı şəxslərə göndərilərək ondan şikayət vermək hüququnun olması izah edilmişdir. Lakin keçən müddət ərzində nə Təqsirləndirilən şəxs, nə də ki, onun müdafiəçiləri tərəfindən qeyd olunan qərar mübahisələndirilməmişdir. Azərbaycan Respublikası CPM-in 65.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Göründüyü kimi, şəxsin cinayət təqibini istisna edən qərarlar ləğv edilmədiyi halda məhkəmə üçün də məcburi qüvvəyə malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Minelli İsveçrəyə qarşı" işi üzrə 25 mart 1983-cü il tarixli qərarının 30-cu paraqrafına görə, təqsirsizlik prezumpsiyası cinayət təqibinin nəticəsindən asılı olmayaraq, yalnız ittihamın mahiyyətinə baxışı deyil, bütövlükdə cinayət mühakimə icraatını tənzimləyir. "X9rşı" işi üzrə 12 iyul 2013-cü il tarixli qərarının 94-cü paraqrafına görə, hər hansı başqa icraat çərçivəsində çıxarılan bəraət və ya işə xitam verilməsi haqqında qərara əməl olunması üçün bu müdafiə (yəni, təqsirsizlik prezumpsiyası) mövcud olmasaydı, 6-cı Maddənin 2-ci bəndində nəzərdə tutulan təminatların (yəni, təqsirsizlik prezumpsiyasının) nəzəri və xəyali olması riski yaranardı. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin demək olar ki, bütün mümkün vəsatətləri təmin olunmuş, həmin vəsatətlər üzrə əldə edilmiş sübutlar cinayət işi üzrə digər sübutlarla müqayisəli şəkildə təhlil edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs yaşadığı binanın blokunda quraşdırılmış videokameraların görüntülərinin əldə edilməsi ilə bağlı verilmiş sorğuya daxil olmuş xx.xx.2022-ci il tarixli 103-12600 saylı cavab məktubundan görünür ki, ünvan 1 ünvanının giriş blokunda quraşdırılmış kameraların çəkilişindən uzun müddət keçməsi səbəbindən videogörüntələr silindiyi üçün onların təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında 19 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılması, üzərinə şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilməsində iştirak etmiş polis əməkdaşlarının və müdafiəçinin istifadələrində olan mobil telefonların anten dairələrinə dair məlumatlar götürülmüşdür. Məhkəmə iclasında müdafiə tərəfi vaxt baxımından həmin məlumatların bəzisinin cinayət işi üzrə tərtib olunmuş prosessual sənədlərlə uyğun gəlmədiyini bildirib, bu halların təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini məhkəmədən xahiş etdi. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, şəxsi axtarış və mənzilə baxış keçirilməsi istintaq hərəkətləri videoçəkilişlə aparılmış, həmin görüntülərdə istintaq hərəkətlərinin başlanma və bitmə vaxtları göstərilməsə də, təhqiqatçı tərəfindən bunlar şifahi şəkildə bildirilir və həmin vaxtlar müvafiq protokollarda qeyd olunan vaxtlarla üst-üstə düşür. Videogörüntülərə əsasən həmin istintaq hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin müvafiq protokollarda qeyd olunmuş polis əməkdaşlarının və müdafiəçinin olmaları təkzib olunmur. Qeyd olunan anten məlumatlarının məhkəmə iclasında təhlili zamanı Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 istifadəsində olan 055 *** ** ** mobil telefon nömrəsinə dair “X3” sənədinə əsasən müəyyən edilmişdir ki, həmin mobil nömrə xx.xx.2022-ci il 11:39-dan xx.xx.2022-ci il 13:49-dək Bakı şəhəri, Xətai rayonu, Mehmandarov küçəsi, 2942D məhəlləsi" /Khatai, daha sonra Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov 6A" /Nasimi, xx.xx.2022 14:31-dən xx.xx.2022-ci il 16:10-dək Badamdar Chorek//Sabail, daha sonra xx.xx.2022 16:12-dən Xətai rayonu, Gəncə prospekti, «Fəridə» şadlıq sarayı"/Khatai, xx.xx.2022 16:37, xx.xx.2022 16:38, xx.xx.2022 16:40:00 dəqiqədə Xətairayonu, N.Tusi küçəsi 28, «Rahat» market yanı"/Khatai, xx.xx.2022 16:46 dəqiqədən xx.xx.2022-ci il 17:48 dəqiqəyədək Xətai rayonu, Gəncə prospekti, «Fəridə» şadlıq sarayı"/Khatai anten dairələrində qeydə alınmışdır. Buna görə də, təqsirləndirilən şəxsin saat 13:20-də yaşadığı ünvanda saxlanılması, 15.00- 15.11-də Səbail rayonunda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsində şəxsi axtarışın, 16.45- 16.58-də təqsirləndirilən şəxsin yaşadığı Xətai rayonu ərazisində mənzilə baxışın aparılmasını nəzərə alaraq, Şahid1 əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyi vaxtlarda həmin ünvanlarda olması birmənalı olaraq təsdiq edilir. Bundan başqa, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Xüsusilə Mühüm İşlər üzrə baş əməliyyat müvəkkili Şahid3 məxsus olduğu qeyd edilən 055 ******* mobil telefon nömrəsinə dair “X3” sənədinə əsasən müəyyən edilmişdir ki, həmin mobil nömrə gün ərzində həm də Bakı şəhəri, Nizami rayonu ərazisində qeydə alınmışdır. Lakin Şahid3 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə Baş Narkotiklərlə Mübarizə İdarəsində şəxsi axtarışın, eləcə də sonuncunun yaşadığı ünvanda baxış keçirilməsində iştirakı mübahisə doğurmadığından (təqsirləndirilən ibtidai istintaqda və məhkəmədə verdiyi ifadələri, həmçinin qeydə alınmış videogörüntülər) həmin mobil nömrənin “X3” sənədinə mötəbər, təqsirləndirilən şəxsə verilmiş ittihamı təkzib və ya təsdiq edən sənəd kimi istifadə edilməsini istisna edir. Həmçinin nəzərə alınmalıdır ki, təqdim olunmuş anten məlumatlarına əsasən vəkil Elmira İsmayılovanın istifadəsində olan 050 *** ** ** mobil nömrə 14.52-də Həzi Aslanov, Cümə Məscidi, 15.09-da Mixail Lermontov küçəsi, 15.09 Həzi Aslanov, Cümə Məscidi, 16.41 SKA stadionu, Hüseyn Cavid prospekti, 17.32 Gəncə prospekti antenlərində qeyd edilmişdir ki, bu da həmin vəkilin Baş Narkotiklərlə Mübarizə İdarəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın, eləcə də şübhəli şəxsin yaşadığı mənzildə aparılmış baxışın keçirilməsində iştirakını bir daha təsdiq edir (təqsirləndirilən şəxsin ibtidai istintaqda və məhkəmədə verdiyi ifadələri, həmçinin qeydə alınmış videogörüntülər). Cinayət işinə əlavə edilmiş "xxxx" MMC-nin 16 fevral 2023-cü il tarixli 3580 saylı məktubunda qeyd edilmişdir ki, hər hansı inzibati ərazi vahidi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşməyə bilər, o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə də bilər. Bundan başqa, telekommunikasiya xidmətlərindən istifadə zamanı cihazın yeni nəsil texnologiyaları dəstəkləməyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda paralel aparılan istifadə yükləmələrinin sayından, cihazın keyfiyyət göstəriclərindən və sair hallardan, xüsusən də kənar maneə mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq, cihazdan istifadə zamanı hansı şanın ərazisində olma dəyişə bilər. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, 19 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılması, üzərinə şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilməsində iştirak etmiş polis əməkdaşlarının və müdafiəçinin istifadələrində olan mobil telefonların anten dairələrinə dair məlumatların bəzisinin cinayət işi üzrə tərtib olunmuş prosessual sənədlərdəki vaxtla uyğun gəlməməsi, bu halların təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi barədə müdafiə tərəfinin gətirdiyi dəlillər təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaqda və məhkəmədə verdiyi ifadələri, həmçinin şəxsi axtarış və mənzilə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülər və məhkəmədə tədqiq olunmuş digər sübutlarla təkzib olunduğuna görə əsassız hesab edilməlidir. Müdafiə tərəfi məhkəmə iclasında vəsatət qaldıraraq, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsi zamanı aşkar edilmiş 2 ədəd elektron tərəzinin də polis əməkdaşları tərəfindən narkotiklərin olduğu selofan paketin içərisinə qoyulduğunu iddia etmiş, bunun təsdiq olunmasını sübut etmək üçün məhkəməyə fotoşəkillər təqdim etmişdir. Müdafiə tərəfinin iddiasına görə həmin iki ədəd elektron tərəzilərdən kiçik ölçülü tərəzi Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid5 məxsus olmuş, sonuncu, həmin tərəzidə özünə məxsus qızıl-zinət əşyalarını çəkərək fotoşəkillərini müdafiəçilərin vasitəsilə məhkəməyə təqdim etmişdir. Müdafiə tərəfinin gətirdiyi həmin dəlillə bağlı məhkəmə qeyd etməyi lazım bilir ki, hazırkı iş üzrə məhkəmə baxışı başlanandan sonra keçən müddət ərzində təqsirləndirilən şəxsin həyat yoldaşı Şahid5 müxtəlif instansiyalara çoxsaylı şikayət, ərizə və müraciətlər ünvanlayaraq, ərinin qanunsuz və əsassız cinayət məsuliyyətinə cəlb olunduğunu bildirmiş, bununla bağlı özünün gəldiyi nəticəni əsaslandırmağa çalışmışdır. Lakin həmin müraciətlərində Şahid5 qeyd olunan tərəzinin özünə məxsus olması və onlardan istifadə edərək qızıl-zinət əşyalarını çəkməsi barədə heç nə bildirməmişdir. Ərinin qanunsuz cinayət məsuliyytinə cəlb olunduğunu ən çox iddia edən Şahid5 müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilərkən də bu barədə heç nə bildirməmiş və bu halı mübahisələndirməmişdir. Müdafiə tərəfi həmçinin maddi sübut kimi tanınmış böyük ölçülü elektron tərəzinin də Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmədiyini, videogörüntülərə əsasən həmin tərəzinin Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aşkar olunmuş narkotik vasitələrin çəkilməsində istifadə olunan SF-400 markalı elektron tərəzi olduğunu bildirərək məhkəmədə növbəti dəlilini gətirdi, bunun təsdiqi üçün məhkəməyə fotoşəkillər təqdim etdi. Bununla bağlı məhkəmə qeyd etməyi lazım bilir ki, SF-400 markalı elektron tərəzi, həmçinin kiçik ölçülü elektron tərəzi zavod üsulu ilə istehsal olunmuş tərəzilərdir və istehsal zamanı onlar hərəsi bir nüsxədə deyil, kütləvi şəkildə istehsal olunur. Yəni həmin tərəzilərin həm cinayət törətmiş şəxslərin istifadəsində, həm də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparan hüquq mühafizə orqanlarının istifadəsində olması mümkün hallardır. Odur ki, məhkəmə kollegiyası elektron tərəzilərlə bağlı müdafiə tərəfinin gətirdiyi dəlilləri əsasız hesab edir. Müdafiə tərəfinin gətirdiyi növbəti dəlillər Təqsirləndirilən şəxsla birlikdə cəzaçəkmə müəssisəsində Rübail adlı şəxsin cəza çəkməməsi, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonda «Votsap» proqramının mövcud olmaması, qızı Fidan Cəfərovanın heç bir xəstəlikdən əziyyət çəkməməsi, Həmzə adlı İran vətəndaşı ilə danışıqlarına dair məlumatların olmaması barədə göstərdikləridir. Qeyd olunan halların məhkəmədə öz təsdiqini tapmaması barədə müdafiə tərəfinin mövqeyinə münasibət bildirən məhkəmə kollegiyası hesab edir ki, bunlar Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrində göstərilmiş hallardır, həmin halların təsdiq və ya təkzib olunması təqsirləndirilən şəxsin əməlinin tövsifinə hər hansı təsir göstərmir. Təqsirləndirilən şəxs başqasının adını çəkməsi istisna edilməklə, özünü müdafiə etmək üçün verdiyi ifadəsinə görə məsuliyyət daşımır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Bu səbəbdən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin və müdafiə tərəfinin gətirdikləri dəlilləri, həmçinin təqsirləndirilən şəxsin həyat yoldaşının və digər ailə üzvlərinin məhkəmə baxışı dövründə müxtəlif instansiyalara ünvanladığı çoxsaylı ərizə və müraciətlərini məhkəməyə təzyiq vasitəsi kimi, təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən yayındırmaq üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ondan aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin, iki ədəd elektron tərəzinin özünə məxsus olduğunu səmimi etiraf etməsini, həmçinin aşkar olunmuş maddələrin həm narkotik vasitə heroin və qurudulmuş marixuana, həm də psixotrop maddə metamfetamin olmaqla 3 ayrı-ayrı növlərdə olmasını, onların hər birinin çəkilib ayrı-ayrı bağlamalarda olmasını, həmçinin aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin kütləsinin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağın olmasını Təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq, cinayətlərin təklükəli residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 yanvar 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.3.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsi nəzərə alınmaqla 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli qərarı ilə ona təyin olunmuş cəza 10 ilə endirilmişdir. Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad edilmiş, 14 oktyabr 2020-ci ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinin tələbinə görə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli residiv hesab olunur. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ağır cinayət törətdiyinə görə məhkumluğu ödənilməmiş və ya qanunla müəyyən edilmiş qaydada götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Bu isə təqsirləndirilən şəxsə münasibətdə cinayətlərin təhlükəli residivi kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 19 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxsin 19 yanvar 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 23 fevral 2022-ci il tarixli 901 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunsa da, abstinensiya, intoksikasiya əlamətlərinin olmaması nəzərə alınaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından, onun barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai RPİnin saxlanc yerinə təhvil verilmiş iş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatına sərf edilmiş 0,4 qram nəzərə alınmaqla qalıq çəkisi 582,263 qram olan narkotik vasitə heroin, ekspertiza tədqiqatına sərf edilmiş 0,2 qram nəzərə alınmaqla qalıq çəkisi 554,8 qram olan psixotrop maddə metamfetamin və ekspertiza tədqiqatına sərf edilmiş 0,2 qram nəzərə alınmaqla qalıq çəkisi 1822,356 qram olan narkotik vasitə marixuana, həmçinin 2 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntülərin olduğu 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatı 203 (iki yüz üç) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 203 (iki yüz üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 19 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməsin, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə Bakı şəhəri, Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 582,263 qram çəkidə narkotik vasitə heroin, 554,8 qram çəkidə psixotrop maddə metamfetamin və qalıq çəkisi 1822,356 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmçinin 2 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən narkotik vasitə və psixotrop maddələrin aşkar edilərək götürülməsi ilə bağlı videogörüntüləri əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 203 (iki yüz üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar