Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-112/2024 03.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X2, X1, X8, X14 və Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və Dövlət ittihamçısı3 müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 1 ünvanda yaşamış, 15 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 iyul 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsi əldə edib yaşadığı ünvan 2 ünvanda saxlamış, 05 iyul 2022-ci il tarixdə, saat 12:00-də Suraxanı RPİ-nin NMB-nin və Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə videoçəkilişlə axtarış və baxış keçirilən zaman həmin evin həyətində olan tikilidən 01 ədəd ağ rəngli polietilen bağlamada təmiz çəkisi 950 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək protokolla götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini əldə edib saxlaması və üzərində daşıması, yəni Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, nəşə, yəni marixuana çəkmiş, bunu ibadətini bitirəndən sonra gecə etmiş, əsəbləri sakit olsun deyə 3-4 tüstü vurmuşdur. Yaşadığı ev onun ata evi olmuş, lakin ev onun adına olmamışdır. Onun üç bacısı olmuş, onlardan Təhminə adlı bacısı onunla eyni həyətdə, lakin ayrı evdə yaşamış, Səidə və Nəzakət adlı bacıları isə ərdə olmuş və kənddə ayrı-ayrı ünvanlarda yaşamışlar. Onun iki ədəd mobil telefonu olmuş, biri smartfon, digər biri isə sadə telefon olmuşdur. Həmin telefonun ***-***-**-** nömrəsi olmuş, o, həmin telefonun vatsapından istifadə etmişdir. O, həmin telefonu kreditə götürmüş, ödəniş etmədiyindən telefon bağlanmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında ittihamın mahiyyəti üzrə göstərdi ki, 2022-ci il iyul ayının 5-də polislər gəlib onun qapısını döymüş, açmadan qapı döyənin kimliyini soruşmuş, cavabında narkobiznesin rəisi Anar olduğunu bildirmişdir. Anar hadisədən 15-20 gün gəlib ondan quş, yəni ev göyərçini istəmişdir. Anarın onlara gəlibgetdiyini bacısı görmüş, o, bacısına Anarın ondan quş istədiyini bildirmişdir. Polis qapını döyərkən evdə ondan başqa heç kim olmamış, bacısı Təhmirə (el arasında Təhminə kimi çağırırlar) işdə olmuşdur. Keçən il o, 2 kiloqram narkotiklə tutulmuş, ona iki il azadlıqdan məhrum etmə cəzası verilmişdir. Polislər gələndə onun həyətində iki ədəd çətənə kolu olmuşdur. Polislər gəlib onun qapısını döyən zaman onda plantasiya olması barədə məlumat aldıqlarını bildirmişlər. Sonra isə o, qapını açanda kiminsə hasardan tullandığını, bir nəfərin isə maşından sellofan torbada narkotik gətirdiyini görmüş və odur ki, o, yaşadığı evin damına qalxaraq oradan qaçıb getmiş, 10 gün kənddə orada-burda gizlənmiş, onu tuta bilməmişlər. O, damın üstündə olarkən tanımadığı polis işçisi maşından nəsə götürdüyünü və gödəkçəsinin çibinə qoyduğunu görmüşdür. Həyətə baxış keçirən zaman o özü orada iştirak etməmişdir. Polislərin onların həytiminin darvazasını necə açdıqlarını o, görməmişdir. Bacısı işdə olduğundan və o özü evdə tək qaldığından o, qapını daimi bağlı saxlamışdır. Sonradan öyrəndiyinə görə qonşusu Mədədtov Samir və Qədirova Qızxanım hər ikisi polislərin hasarı aşmaqla onun həyətinə necə girmələrini görmüşlər. Polislər həyətdə olan zaman, bildiyi qədər əmisigil zəng etmiş, bacısı Səidə həyətə gəlmiş, polisləri həyətdə görmüşdür. Amma nə gördüyünü o, bilməmişdir. Səidənin yaşı 50-ni ötmüş, o, yazıb- oxumağı bacarmışdır. O, qaçıb gedəndən sonra polisdən ona, onun yaxınlarına zənglər olmuş, pul qarşılığında onu azad edə biləcəklərini demişlər. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, 10 gün sonra təhqiqatçı ona zəng etmiş, gəlib sənədləri imzalamağı tələb etmiş, ona köməklik edəcəklərinə söz vermişdir. Deyilənə görə o, qaçıb gedəndən sonra guya tövlədən 950 qramın marixuana çıxmışdır. Polisə gedəndən sonra ona iki kol çətənə göstrilmiş, o da həmin kolların ona məxsus olduğunu etiraf etmişdir. Həmin kolları təxminən 1 ay əvvəl o özü əkmiş, boyları təqribən 20-25 sm olmuşdur. Polisdə ona bir az pul verəcəyi təqdirdə iki ədəd kolla işləri yoluna qoya biləcəklərini bildirmişlər. Həmin kolların ikisinin cəmi çəkisi 150 qram gəlmişdir. O, 950 qram narkotik vasitəni ümumiyyətlə görməmişdir. O, polisə getdikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, lakin heç nə aşkar olunmamışdır. Ona vəkil təyin olunmuş, çəkiliş zamanı da vəkil iştirak etmişdir. Təhqiqatçı onun üstünə baxış keçirən zaman o, sənədə imza etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, onların həyətinin qapısı həmişə bağlı olmuşdur. O, qaçıb gedəndən sonra polislərin onların həyətinə necə girmələrini görənlər olmuşdur. Onlar onun əmisigilin həyətindən keçmiş, hasardan da mənim həyətinə düşmüşlər. Hətta bunu onun əmisi oğlu və yoldaşı da görmüş və narazıçılıq etmişlər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun cinayət işinin ibtidai istintaqı zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi 16 iyul 2022-ci il tarixli, həmçinin 03 noyabr 2022-ci il tarixli ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Yeni Suraxanı qəsəbəsi, B.Mirqəzəb küçəsi, ev 28-də yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Uzun müddət narkotik vasitə olaraq qurudulmuş marixuanadan istifadə etmiş, həmin narkotik vasitəni isə özü yaşadığı ünvanda xüsusi qulluq etməklə əkib becərdiyi çətənə kollarının yarpaqlarını qurutmaqla əldə etmişdir. Əvvəllər uzun müddət məhkumluq həyətı yaşamış, lakin heç bir zaman narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Tutlmazdan əvvəl həyətində çətənə kollarına xüsusi qulluq etməklə onların yarpaqlarını qurudub təxminən 1 kiloqrama yaxın çəkidə qurudulmuş marixuana narkotik vasitəsi əldə etmiş və həmin marixuananı həyətində toyuq-cücə saxladığı tikilidə gizlətmişdir. Eyni zamanda həyətində 2 ədəd çətənə kolları əkilmiş vəziyyətdə qalmışdır. Bundan başqa o, narkotik vasitəni dozadan artıq qəbul etməməsi üçün elektron tərəzi almış, həmin tərəzini yaşadığı evin otaqlarının birində divanın altına qoymuşdur. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində, həmçinin göstərmişdir ki, 05 iyul 2022-ci il tarixdə, saat 11 radələrində yaşadığı evdə olan zaman Suraxanı RPİ-nin əməkdaşlarının yaşadığı ünvana gəldiyini görüb evdən qaçmışdır. Yaşadığı evin həyətində bacısı Şahid4 özünə ev tikmiş və ailəsi ilə birlikdə orada yaşamışdır. Həmin vaxt, yəni polislər gələrkən bacısı Şahid4 onun həyətində olmuşdur. O, Bakı şəhərində gecəsi 2 manat olan evlərdə 10 gün qaldıqdan sonra polis əməkdaşlarından qaçıb gizlənməklə düzgün etmədiyini düşünmüş və bu səbəbdən özü Suraxanı RPİ-yə gəlib könüllü təslim olmuşdur. Suraxanı RPİ-də təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra onun ərizəsi əsasında Bakı şəhər 9 saylı Vəkil Bürosunun vəkili X11 dəvət edilmiş və vəkil Bəkir Həsənov ona təqdim olunmuşdur. Bundan sonra şübhəli şəxs kimi hüquq-vəzifələri ona izah olunmuşdur. Daha sonra polis əməkdaşları video çəkiliş aparmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmiş, o da buna etiraz etməmişdir. Keçirilən baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O, da üzərində hər hansı bir qanunla qadağan edilmiş əşya olmadığını polis əməkdaşlarına bildirdikdən sonra üzərinə şəxsi axtarış keçirilməsinə baxmayaraq üzərindən qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində göstərmişdir ki, Suraxanı RPİ-də yaşadığı ünvandan polisdən qaçmasının səbəbləri soruşulduqda o, polis əməkdaşlarına yaşadığı ünvanda narkotik vasitə olduğunu bildiyi üçün həbs olunmaması üçün qaçdığını bildirmişdir. Belə ki, onun 60 yaşı vardır və artıq həbsxanada cəza çəkmək səhhətinə ciddi problem yaradır. Bundan sonra protokol tərətib edilmiş və o, özü iştirakçılarla birlikdə protokolu imza etmişdir. O, verilən suallara cavab olaraq 05 iyul 2022ci il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən yaşadığı ünvana şəxsi axtarış və baxış keçirilən zaman aşkar edilmiş 1 ədəd elektron tərəzi, 2 ədəd aqro-texniki qaydada qulluq edilmiş çətənə kolu və 1 ədəd ağ rəngli içərisində qurudulmuş marixuana olan torbanın onun özünə məxsus olduğunu, narkotik vasitəni dozadan artıq qəbul etməsin deyə elektron tərəzi aldığını, tərəzini yalnız özü narkotik vasitə qurudulmuş marixuana istifadə etmək üçün aldığını, heç bir zaman narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir (iş vərəqə: cild İ, səh. 60-62, 76-79, 180-183). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Suraxanı RPİ-nin NMB-nin rəisi Şahid1 ifadəsində ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirib göstərdi ki, Yeni Suraxanı qəsəbəsi, B.Mirqəzəb küçəsi, ev № 28-də yaşayan, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs yaşadığı evin həyətində çətənə bitkilərinin əkilib-becərilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi üçün əməliyyat qrupu yaradılmış, həmin əməliyyat qrupuna o özü, Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş-leytenantı Şahid2 Tahir oğlu və Suraxanı RPİ-nin 31-ci PBnin əməliyyat müvəkkili, polis baş-leytenantı Şahid3 daxil edilmiş və əməliyyat qrupuna rəhbərlik ona həvalə olunmuşdur. Qabil əvvəllər də bir dəfə narkotik vasitələrin satış və istifadəsi ilə bağlı tutulmuşdur. Yaradılmış əməliyyat qrupuna aqronom kimi X7 da dəvət edilmiş və sonuncuya hüquq və vəzifələri elan olunmuşdur. 05 iyul 2022-ci il tarixdə, saat 12:00 radələrində onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin qarşısına gedib onu səsləmişlər, lakin həmin vaxt Təqsirləndirilən şəxs evin həyətinin qarşı tərəfindən qaçdığını görmüşlər. Həmin vaxt evin həyətinin qapısını Təqsirləndirilən şəxs bacısı Şahid4 açmış və onlar sonuncunun razılıq ərizəsi əsasında göstərilən ünvana baxış keçirmişlər. Təqsirləndirilən şəxsin bacısının deməsinə görə həmin ev onun ata-baba evidir və o özü də həmin ünvanda yaşayır. Baxış videoçəkilişlə aparılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, baxış nəticəsində həmin evin otaqların birində olan divanın altından bir ədəd elektron tərəzi, evin həyətində aqro texniki qaydada qulluq edilmiş 2 ədəd çətənə kolları və həyətdə yerləşən tikilidən içərisində qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlə olan 1 ədəd ağ rəngli torba aşkar edilmişdir. Həyətdəki təmirsiz yarımtikilidə Təqsirləndirilən şəxs hətta yatacaq yeri və telefonu da aşkar olunmuşdur. Aşkar edilmiş bütün maddə və əşyalar Qabilin bacısının iştirakı ilə götürülmüş, bacısı bütün olanları görmüşdür. Bu barədə protokol tərətib edilmiş və protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Şahid1 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs qaçıb getdikdən bir neçə gün sonra könüllü olaraq Suraxanı RPİ-yə gedib təslim olmuş, əməlini etiraf etmiş və aşkar olunub götürülən narkotik vasitəni və çətənə kollarını özünün əkib becərdiyini və istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsla onun heç bir ədavəti olmamış, onu hamı qəsəbədə “bariqa”, yəni narkotik vasitə satan şəxs kimi tanımışdır. O, 3 ilə yaxın bir müddətdə təqsirləndirilən şəxsin yaşadığı qəsəbədə işləmiş, onun narkotik satdığı şəxslərlə onu üzləşdirməmişdir. O, qaçdığı müddətdə ona zəng edib, gəlib təslim olmasını istəmiş, ondan hər hansı məbləğdə pul istəməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili Şahid3 və Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş həmkarları Şahid1 ilə oxşar məzmunlu ifadə verib, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Təqsirləndirilən şəxs bacısı Şahid4 ifadəsində göstərdi ki, o, ailəli olduğundan qardaşı Təqsirləndirilən şəxsla eyni kənddə, lakin üç-dörd məhəllə uzaqda yaşamışdır. Hadisə günü ona qardaşına görə evə polislər gəlməsi barədə xəbər gəldiyindən o, qardaşı yaşayan atababa evlərinə gəlmişdir. Ona zəngin nə vaxt edilməsi və özünün hansı müddətə gəlib evə çatması onun yadında qalmamışdır. Ona hazırda adını demək istəmədiyi qohumu zəng edib məlumat vermişdir. Belə ki, həmin qohumu məhkəmədə sahid kimi iştirak etmək niyyətində deyildir. Gəlib hər yeri açıq görmüşdür. O, içəri girəndə polisləri görmüş, lakin polislərin sayı onun yadında qalmamışdır. O, gələnə polislər orada nə ediblərsə, babalları öz boyunlarına, özləri bilirlər. Ona qədər polislər özbaşına həyətə girib nə etdiklərini o, bilməmişdir. Ürəklərindən nə keçibsə, onu da etmişlər. O, ankoloji xəstə olduğu üçün ora gələn zaman çox pis vəziyyətdə olmuşdur. Evin içərisindən marixuana götürülən zaman o, özündə olmamışdır. Orada polislər ona ağ vərəqlərə qol çəkdirmiş, nə etdiklərini, nə baş verdiyini bilməmiş, özündən getmiş, heç su da içə bilməmişdir. Nəyə qol çəkdiyini də heç soruşmamışdır. Polislər ona qardaşından narkotik vasitə çıxdığını bildirmiş, lakin o, bunun mümkünsüz olduğunu polislərə bildirmişdir. Onlar qonşuda olan qohumlardan da heç kimi çağırmıyıblar. O da necə saatdan sonra gəlmiş, yolu gələnə qədər də çox həyəcanlı olmuşdur. Şahid4 ifadəsinin davamında göstərdi ki, hal-hazırda qardaşı Qabilin yaşadığı evdə heç kim yaşamamışdır. Qabil özü subay olmuş, hadisə vaxtı subay bacısı Həsənova Təhmirə həmin evdə yaşamış, lakin polislər gələn vaxt o, evdə olmamışdır. Təhmirə hər gün səhər saat 7-8-də işə getmiş, axşam saat 8-9-a qədər işdə olmuşdur. Qabillə Təhmirənin otaqları ayrı-ayrı olmuşdur. Qabilin yeməyini, paltarlarını bacısı Təhmirə hazırlamışdır. O, özü isə ailəli olduğundan ora qonaq kimi arada gəlib-getmişdir. Təhmirə yüngülvarı infakt keçirdiyindən qonşular hadisə barədə ona deməmişlər. Çox güman ki, evin açarları Qalibin özündə olmuş, o, peolislərlə əlaqədar gələn zaman qardaşının evinin bütün qapıları açıq olmuşdur. Onda evin açarları olmamışdır. İbtidai istintaq zamanı o, şahid qismində dindirilmiş, lakin eynəyi yanında olmadığından ifadəsini oxumamış, özündə olmaya-olmaya müstəntiq vərəqlərə qol çəkdirmişdir. O, həyətdə nəsə əkilib-əkilmədiyini görmədim. Şahid4 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu həmin ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid X9 tədqiq olunan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır, qardaşı subay olduğu üçün arada bir onun yaşadığı evə gedib paltarlarını yuyub təmizləmiş, evini yığışdırmışdır. 05 iyul 2022-ci il tarixdə, saat 12:00-də qardaşı Qabilin yaşadığı evin həyət darvazasının döyüldüyünü eşidib qapını açmış, həmin vaxt 4-5 nəfər mülki geyimdə şəxslərin olduğunu görmüş, onlar özlərini Suraxanı RPİ-nin əməkdaşları olduqlarını və 1 nəfər şəxsin isə aqronom olduğunu bildirmişlər. Bundan sonra ondan qardaşı Qabilin yaşadığı ünvanda narkotik vasitə olması barədə məlumat əldə etdiklərini bildirib Qabilin yaşadığı ünvana baxış keçiriləcəyini bildirmişlər. O, da ərizə ilə müraciət etmişdir ki, qardaşı Qabilin yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazı yoxdur. Bundan sonra polis əməkdaşları tərəfindən videoçəkilişlə qardaşı Qabilin yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, B.Mirqəzəb küçəsində yerləşən 28 nömrəli fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı həmin evin otaqların birində olan divanın altından elektron tərəzi, evin həyətində aqro texniki qaydada qulluq edilmiş 2 ədəd çətənə koluna bənzər kollar və həyətdə yerləşən tikilidən içərisində qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlə olan 1 ədəd ağ rəngli torba aşkar edilmiş, bu barədə protokol tərtib edilmiş və protokolun düzgünlüyü onun özü və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. O, verilən suallara cavab olaraq qardaşı Təqsirləndirilən şəxs yaşadığı evdə külli miqdarda narkotik vasitə saxlamasından məlumatının olmadığını, eləcə də həyətində narkotik vasitə çətənə kollarını əkib-becərməsini görmədiyini bildirmişdir(iş vərəqə: cild İ, səh. 116-117). İfadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən şahid X9 ifadəsinin davamında göstərdi ki, tədqiq olunan dindirmə protokolunda çəkilən imzalar ona məxsus olsa da o, ibtidai istintaqda belə ifadə verməmişdir, məhkəmədə dedikləri doğrudur. Polislər evə keçmək üçün ondan icazə almamışlar. Polislərin evə keçməsinə onun icazə verəcək nəyəsə qol çəkməsi yadında qalmamışdır. Onların həyətindən çətənə kollarının və narkotik vasitələrin aşkar olunması və götürülməsi onun yadında qalmamışdır. S.s.c. O, həyətə girərkən polislər artıq getmək istəmişlər. O, qapının yenə də döyüldüyünü görüb, nə istədiklərini soruşduqda onlar yenə baxışa gəldiklərini bildirmişlər. O da buna etiraz etmişdir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatətinə əsasən əlavə şahid olaraq dindirilməsi təmin edilmiş Təqsirləndirilən şəxs digər bacısı X5 ifadəsində göstərdi ki, o, qardaşı Qabillə eyni həyətdə yaşamış, lakin onların həyəti arasında 3 metr məsafə olmuşdur. Qabilin yaşadığı evlə aralarında hasar olmamışdır. Həyəti və Qabilin evini həmişə o, yiğışdirmışdır. Hadisə günü o, işə getmiş, işə gedərkən isə qapını bağlayıb açarı həyətə atmışdır. Xatırladığı qədər 6 iyul seher saat 11-də işdə olarkən həyətdə polis işçilərinin olması barədə xəbər almışdır. O, xəbəri eşidib evə getmiş, Qabilin evdə olmadığını, polis işçilərinin həyətə tökülüşdüklərini görmüşdür. Həyətdə 4 nəfər polis əməkdaşı olmuşdur. O, polislərə qapını bağlayıb işə getdiyini demiş, onların həyətə necə girmələrini soruşmuşdur. Onlar “biz polisik, nə vaxt istəyirik, giririk” cavabını vermiş, həyətlərində istədiklərini etmişlər. Onların 1 saatdan artıq bir müddətdə həyətdə olduqlarını öyrənmişdir. Bacısı Səidə sonra gəlmiş, onu həyətdə görməmişdir. Onların darvazadan həyətə tullandıqlarını qonşu Nahidə görmüş və bu barədə ona danışmışdır. Həyəti o təmizləmiş, həyətdə bir çöp belə, o cümlədən narkotik vasitə çıxmamış, evdən tərəzi götürülməmişdir. Orada aqronom da olmuş, aqranom bundan heç nə çıxmadığını demişdir. O, polislərin getməsini gözləməyib çıxıb işə getmiş, Səidəni həyətdə görməmişdir. Qabili Anar adlı polis əməkdaşı yukləmişdir. Belə ki, Anar Qabildən 2-3 dəfə quş istəmiş, Qabil isə verməmişdir. Anarın Qabildən yapışdığını ondan başqa heç kim bilməmişdir. Qabilin narkotik satmağı barədə qonşulardan heç kim şikayət etməmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan baxılan iş üzrə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, B.Mirqəzəb küçəsində yerləşən 28 nömrəli fərdi yaşayış evinə baxış və axtarış keçirilməsi haqqında 05 iyul 2022-ci il tarixli protokoldan görünür ki, protokol tərtib olunan tarixdə Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı X12 tərəfindən Suraxanı RPİ-nin NMB-nin rəisi Şahid1, həmin bölmənin əməliyyat müvəkkili Şahid2, Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili Şahid3, alim aqronov Bəylər Qurbanovun və baxılan iş üzrə Təqsirləndirilən şəxs bacısı Şahid4 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı yuxarıda göstərilən ünvanda yerləşən evə və həyatyanı torpaq sahəsinə baxış keçirilmişdir. Baxış nəticəsində otaqların birində olan divanın altından bir ədəd elektron tərəzi, evin həyətində 2 ədəd çətənə koluna bənzər kollar və həyətdə yerləşən tikilidən içərisində qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlə olan 1 ədəd ağ rəngli torba, həmçinin iki ədəd mobil telefon aşkar edilib götürülmüşdür. Tədqiq olunan həmin protokoldan görünür ki, evin həyətində 2 ədəd çətənə koluna bənzər kollar və həyətdə yerləşən tikilidən içərisində qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlə olan 1 ədəd ağ rəngli torba və iki ədəd mobil telefon ayrı-ayrılıqda qablaşdırılmaqla götürülmüş və möhürlənmiş, bütün proses protokollaşdırılmış, qablaşdırılmış bağlamaların üzəri və protokollar bütün proses iştirakçıları, o cümlədən Təqsirləndirilən şəxs bacısı Şahid4 tərəfindən imzalanmışdır. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda baxış keçirilməsi və götürmə prosesi video lentə alınmış və bir ədəd DVD formatlı diskə yüklənməklə iş materialarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.17). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 05 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvanda baxış keçirilməsi və götürmə prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd «DVD diskə baxış keçirilməsi haqqında» 16 iyul 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilərkən müəyyən edilmiş videogörüntülərlə Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı X12 tərəfindən Suraxanı RPİ-nin NMB-nin rəisi Şahid1, həmin bölmənin əməliyyat müvəkkili Şahid2, Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili Şahid3, alim aqronov Bəylər Qurbanovun və baxılan iş üzrə Təqsirləndirilən şəxs bacısı Şahid4 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı ünvanda baxış keçirilməsi və baxış nəticəsində otaqların birində olan divanın altından bir ədəd elektron tərəzi, evin həyətində 2 ədəd çətənə koluna bənzər kollar və həyətdə yerləşən tikilidən içərisində qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlə olan 1 ədəd ağ rəngli torba, həmçinin iki ədəd mobil telefon aşkar edilib götürülməsi bir daha təsdiq olunur. Tədqiq olunan protokoldan görünür ki, baxış keçirilərkən müəyyən edilmiş videogörüntülər Təqsirləndirilən şəxs yaşadığı ünvanda baxış keçirilməsi və götürmə prosesini özündə ehtiva edən “evə baxış keçirilməsi və götürmə aparılması haqqında” 05 iyul 2022-ci il tarixli protokolun yazılı mətninə uyğundur və prosessual pozuntulara yol verilməmişdir(iş vərəqə:cild İ, səh. 63). Cinayət işinə məhkəmə baxışı zamanı nümayiş edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs yaşadığı ünvanda baxış keçirilməsi və götürmə prosesinin bir ədəd DVD formatlı diskə yüklənmiş videogörüntüləri ilə müəyyən olundu ki, nümayiş olunan videogörüntülər tədqiq olunan “evə baxış keçirilməsi və götürmə aparılması haqqında” 05 iyul 2022-ci il tarixli protokolun və evə baxış keçirilməsi və götürmə prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd «DVD diskə baxış keçirilməsi haqqında» 16 iyul 2022-ci il tarixli protokolun məzmununa uyğundur və prosessual pozuntulara yol verilməmişdir(iş materialları). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında» 15 iyul 2022-ci il tarixli protokoldan görünür ki, protokol tərtib olunan tarixdə Suraxanı RPİ-nin inzibati binasında baxılan iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya, o cümlədən narkotik vasitə aşkar edilməmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq 05 iyul 2022-ci il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən onun yaşadığı ünvanda baxış keçirilən zaman aşkar edilmiş 1 ədəd elektron tərəzi, 2 ədəd çətənə kolu və içərisində qurudulmuş marixuana olan 1 ədəd ağ rəngli torbanın onun özünə məxsus olduğunu bildirmişdir. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesi video lentə alınmış və bir ədəd DVD formatlı diskə yüklənməklə iş materialarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.39, 42-43). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında» 15 iyul 2022-ci il tarixli protokola əlavə edilmiş DVD diskə baxış keçirilməsi haqqında 16 iyul 2022-ci il tarixli protokoldan görünür ki, baxış nəticəsində Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməməsi, Təqsirləndirilən şəxs 05 iyul 2022-ci il tarixdə yaşadığı ünvanda baxış keçirilən zaman aşkar edilmiş 1 ədəd elektron tərəzinin, 2 ədəd çətənə kolunun və içərisində qurudulmuş marixuana olan 1 ədəd ağ rəngli torbanın onun özünə məxsus olduğunu bildirməsi bir daha təsdiq edildi(iş vərəqə: cild İ, səh.64). Cinayət işinə məhkəmə baxışı zamanı nümayiş edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin bir ədəd DVD formatlı diskə yüklənmiş videogörüntüləri ilə müəyyən olundu ki, nümayiş olunan videogörüntülər tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında» 15 iyul 2022-ci il tarixli protokolun məzmununa uyğundur və prosessual pozuntulara yol verilməmişdir(iş materialları). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan bitkiçilik üzrə mütəxəssis, ali təhsilli alim-aqronom, Suraxanı rayon Yaşıllaşdırma sahəsinin sahə rəisi X7 tərəfindən verilmiş 05 iyul 2022-ci il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, B.Mirqəzəb küçəsində yerləşən 28 nömrəli fərdi yaşayış evinə və torpaq sahəsinə baxış keçirilməsi nəticəsində torpaq sahəsində aşkar edilmiş 2 (iki) ədəd bitki nümunəsinin əkilib becərilməsi qadağan olunmuş, aqrotexniki qaydada qulluq edilmiş narkotik tərkibli çətənə bitkisi olduğu müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh. 47-51). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 06 iyul 2022-ci il tarixli, 7/739 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfdə 01 ədəd ağ rəngli polietilen bağlamada olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır və təmiz çəkisi 950 qram təşkil edir. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən götürülmüş və tədqiqata təqdim edilmiş ağ rəngli kağızdakı yaş vəziyyətdə olan 02 (iki) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkisidir və ümumi çəkisi 105 qram təşkil edir. Daha sonra tədqiq olunan rəyin məzmunundan görünür ki, aqranomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Ən nəhayət, tədqiq olunan rəydən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş və tədqiqata təqdim edilmiş ağ rəngli kağız bağlamadakı 01 (bir) ədəd elektron tərəzinin üzərində cuzi miqdarda narkotik vasitə olan marixuananın hissəcikləri vardır. Həmin hissəciklər cuzi miqdarda olduğu üçün çəkisini müəyyən etmək mümkün olmamışdır(iş vərəqə: cild İ, səh. 47-51). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 29 sentyabr 2022-ci il tarixli, 5618 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi sənədlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə (Təqsirləndirilən şəxs 1962-ci il təvəllüdlüdür) və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, halhazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məvburi müalicə tətbiq edilməsi mümkün deyildir. Onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.149-150). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəməpsixiatrik ekspertizasının 30 iyul 2022-ci il tarixli, 2001 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Rəydən, həmçinin görünür ki, Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə ilə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur(iş vərəqə: cild İ, səh.144-148). Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs yaşadığı evdən və istifadə etdiyi həyətyanı sahədən bir ədəd polietilen torbada aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 950 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, ümumi təmiz çəkisi yaş halda 105 qram təşkil edən iki ədəd çətənə (kannabis) bitkisi, üzərində cuzi miqdarda narkotik vasitə olan marixuananın hissəcikləri olan 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, qurudulmuş marixuana narkotik vasitəsinin ekspertiza tədqiqatdan sonra qalıq qalmış 949,8 qram hissəsi, 104,9 qram çəkidə iki ədəd çətənə (kannabis) bitkisi və üzərində cuzi miqdarda narkotik vasitə olan marixuananın hissəcikləri olan 01 ədəd elektron tərəzi saxlanılması üçün Suraxanı RPİ-nin saxlanc yerinə təhvil verilmişdir(iş vərəqə: cild İ, səh.100, 187). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan iş üzrə ibtidai istintaq orqanı tərəfindən verilmiş əməliyyat tapşırığına əməliyyat orqanının 30 avqust 2022-ci il tarixli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın əldə olunma mənbəyini müəyyənləşdirmək mümkün olunmamışdır(iş vərəqə: 107-108, 140). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs götürülmüş «mobil telefonlaraa baxış keçirilməsi haqqında» 16 iyul 2022-ci il tarixli protokoldan görünür ki, götürülmüş bir ədəd «Nokia» və bir ədəd «Samsung-A10» markalı mobil telefonlara baxış nəticəsində iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. İşdə olan 02 noyabr 2022-ci il tarixli qəbz sənədindən görünür ki, Təqsirləndirilən şəxs məxsus «Nokia» və «Samsung-A10» markalı iki ədəd mobil telefon Təqsirləndirilən şəxs bacısı Şahid4 qaytarılmışdır (iş vərəqə: cild İ, səh.65, 171 a). Məhkəmə baxışı zamanı, həmiçinin müəyyən edildi ki, ibtidai istintaq orqanının «sübutların qiymətləndirilməsi haqqında» 02 noyabr 2022-ci il tarixli qərarına əsasən baxılan cinayət işinin materiallarından aşkar edilmiş narkotik vasitənin mənbəyinin müəyyənləşdirilməsi məqsədilə ayrıca material ayrılmışdır(iş vərəqə: cild İ, səh.161-169). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “qurudulmuş marixuana” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qurudulmuş marixuana narkotik vasitəsinin təmiz çəkisi 950 qram təşkil etmişdir ki, qeyd olunan miqdar «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərində olmuşdur. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq hesab olunan külli miqdarda “qurudulmuş marixuana” narkotik vasitəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət işinin məhkəməyədək icraatı mərhələsində özünün müdafiəsi üçün hər hansı dəlil və ya sübut gətirməməsinə baxmayaraq, məhkəmə baxışı zamanı yaşadığı ünvanda iki ədəd özünün istifadəsi üçün əkib becərdiyi çətənə kollarından başqa heç bir növdən olan narkotik vasitə olmaması, Suraxanı RPİ-nin polis əməkdaşlarının qanunsuz olaraq onun evinə və həyətyanı sahəsinə qanunsuz olaraq daxil olmaları, həyətindən aşkar olunduğu qeyd olunan marixuana narkotik vasitəsini polis əməkdaşlarının özləri tərəfindən onun ünvanına gətirilib yerləşdirilməsi və qanunsuz olaraq götürülıb sənədləşdirilməsi, həmçinin qeyd olunan əməliyyatı Suraxanı RPİ-nin NMB-nin rəisi Şahid1 bilərəkdən qəraəzli olaraq təşkil edilməsi, Şahid1 ondan ev quşu istəməsi və onun həmin quşları ona verməməsi səbəbindən sonuncunun təşkil etməsi barədə verdiyi ifadələrini onun özünün müdafiəsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunur və sübutlar toplanılarkən qanun pozuntularına yol verilməsi müəyyən edilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı, həmçinin müəyyən edildi ki, şahid - Təqsirləndirilən şəxs bacısı Şahid4 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi daha inandırıcı və işin hallarına daha uyğun, məhkəmə baxışı zamanı verdiyi ifadəsi isə doğma qardaşının müdafiəsi üçün verilmiş müdafiə xarakterli ifadədir. Belə ki, məhkəmə baxışı zamanı tədqiq olunan sənədlərlə, o cümlədən Şahid4 tərəfindən imzalanmış 05 iyul 2022-ci il tarixli ərizə, «evə və həyətyanı sahəyə baxış keçirilməsi haqqında» eyni tarixli protokol, DVD diskə baxış keçirilməsi haqqında 16 iyul 2022-ci il tarixli protokol və DVD diskdə olan videogörüntülərlə müəyyən edildi ki, 05 iyul 2022-ci il tarixdə polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, B.Mirqəzəb küçəsində yerləşən 28 nömrəli fərdi yaşayış evinə əməliyyat tədbiri keçirilməsi məqsədilə gəldikdən sonra qeyd olunan ünvanın darvaza qapısını döymüş, qapını məhz Şahid4 açmışdır. Polis əməkdaşları gəlişlərinin məqsədini bildirdikdən sonra Şahid4 ünvana baxış keçirilməsinə etiraz etməmiş, ünvana baxış keçirilməsinə etiraz etməməsi barədə ərizəni könüllü olaraq imzalamış və istər elektron tərəzinin, istər iki ədəd çətənə kollarının, istər bir ədəd kisədə olan qurudulmuş marixuana narkotik vasitəsinin və istərsə də iki ədəd mobil telefonun götürülməsi, qablaşdırılması proseslərində əvvəldən axıradək iştirak etmiş, heç bir etiraz olmadan aşkar edilmiş predmetlərin qablaşdırıldığı zərfləri və prosesin nəticəsinə uyğun tərtib edilmiş protokolu imzalamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı Şahid4 məhkəmə baxışı zamanı tədqiq olunan 05 iyul 2022-ci il tarixli ərizədə və «evə və həyətyanı sahəyə baxış keçirilməsi haqqında» eyni tarixli protokolda adının qarşısında edilmiş imzaların özü tərəfindən edildiyini təsdiq etmişdir. Cinayət işinin məhkəməyədək icraatı mərhələsində dindirilən Təqsirləndirilən şəxs ifadəsində 05 iyul 2022-ci il tarixdə, saat 11 radələrində yaşadığı ünvana Suraxanı RPİ-nin əməkdaşları gəldiyindən özünün qaçıb getdiyini, evin həyətində bacısı Şahid4 özünə ev tikib ailəsi ilə birlikdə orada yaşadığını və polislər onların həyətinə gələrkən bacısı Şahid4 onun həyətində olduğunu göstərmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs ilə eyni həyətdə yaşayan bacısı X4 məhkəmə baxışı zamanı verdiyi ifadəsi isə ümumiyyətlə qeyri-real, işin hallarına uyğun olmayan, doğma qardaşının müdafiəsi üçün verilmiş uydurma ifadədir. Məhkəmə baxışı zamanı istər Təqsirləndirilən şəxs və istərsə də Şahid4 bacıları X4 05 iyul 2022-ci il tarixdə Suraxanı RPİ-nin əməkdaşlarının onların həyətinə gələrkən, evə və həyətyanı sahəyə baxış keçirilərkən evdə olmadığını təsdiq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsində 05 iyul 2022-ci il tarixdə Suraxanı RPİ-nin əməkdaşlarının onların həyətinə gələrkən özünün evdə tək olduğunu, bacısı Təhmirə Həsənovanın işdə olduğunu göstərmişdir. Məhkəmə baxışı şahid qismində dindirilən Şahid4 isə bacıları X4 qardaşları Təqsirləndirilən şəxsla eyni evdə yaşadığını, lakin 05 iyul 2022-ci il tarixdə polislər gələn vaxt onun evdə olmadığını, Təhminənin hər gün səhər saat 7-8-də işə gedib, axşam saat 8-9-a qədər işdə olduğunu, Təhmirə yüngülvarı infakt keçirdiyindən qonşuların hadisə barədə, yəni polislərin onların həyətinə gəlmələri barədə ona demədiklərini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə şahidlər Şahid4 və X4 məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri doğma qardaşlarını – iş üzrə Təqsirləndirilən şəxs müdafiə məqsədilə verilmiş ifadələr kimi qiymətləndirir və həmin ifadələri müdafiə tərəfinin sübutları olaraq mötəbər olmayan ifadələr kimi dəyərləndirir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından və müvafiq məhkəmə yekun aktlarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar bir neçə dəfə məhkum edilmiş, lakin onun Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünədək olan məhkumluqları ödənilmişdir. İşdə olan məhkəmə aktları ilə müəyyən edildi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyun 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan əməli həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməklə o, həmin maddə ilə təqsirli bilinib 02 il 18 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyun 2021-ci il tarixli hökmündən verilmiş apellyasiya protestinə əsasən işə apellyasiya qaydasında baxılmış və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 mart 2022-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılmışdır. İşə kassasiya qaydasında baxan Azərbaycan Respublikası Ali Məhkəmənin Cinayət Kollegiyasının 15 noyabr 2022-ci il tarixli qərarına əsasən kassasiya protesti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 mart 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Bundan sonra işə yenidən apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 fevral 2023-cü il tarixli hökmünə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyun 2021-ci il tarixli hökmü ləğv edilmiş, hökmə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 fevral 2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 5 (beş) ay 21 (iyirmi bir) gün ona təyin olunan 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmış və onun üzərində qəti olaraq 5 (beş) il 6 (altı) ay 9 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və Təqsirləndirilən şəxs dərzal məhkəmə iclas zalından həbsə alınmışdır. Hökmlə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 07 fevral 2023-cü ildən hesablanmışdır. Hökm çıxarıldığı gün - 07 fevral 2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin Cinayət Kollegiyası məhkumun Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 fevral 2023-cü il tarixli hökmündən verdiyi kassasiya şikayətinə baxmış, Ali Məhkəmənin Cinayət Kollegiyasının 05 iyul 2023cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 fevral 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət hadisəsini 05 iyul 2022-ci il tarixdə, yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyun 2021ci il tarixli hökmündən sonra, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Lakin demoqrafik məlumatlarla və işdə olan məhkəmə aktları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəmənin Cinayət Kollegiyasının 15 noyabr 2022-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 mart 2022-ci il tarixli qərarı və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 fevral 2023-cü il tarixli hökmünə əsasən isə Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyun 2021-ci il tarixli hökmü ləğv edilməklə yeni ittiham hökmü çıxarılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 fevral 2023-cü il tarixli hökmü çıxarıldığı gün - 07 fevral 2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Qeyd olunan məsələ ilə bağlı məhkəmə qeyd edir ki, mövcud hüquqi vəziyyətdə hər iki hökm üzrə təyin olunan cəzalar cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbləri baxımından toplanmalı olduğundan, təqsirləndirilən şəxsin barəsində residivin və məhkumluğun müəyyən edilməsi istinsna təşkil edəcəkdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 15 iyul 2022-ci il tarixdə könüllü olaraq Bakı şəhəri Suraxanı RPİ-yə könüllü olaraq gəlib, təqsirini boynuna almışdır ki, qeyd olunan bu hal Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır (burada: Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi) cinayət törətməsi nəzərə alınmalı, sosial ədalətin bərpası, onun islah olunması, həm təqsirləndirilən şəxsin özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, cinayətlərin məcmusu üzrə və yüngülləşdirici hallar olduqda cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun azadlıqdan məhnum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Yəni Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 14 iyul 2022-ci il tarixli Qərarnda qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə bu hissədə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Bakı Apellyasiya Məhkəməsinin 07 fevral 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 07 fevral 2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi 5 (beş) ay 21 (iyirmi bir) gün qəti cəza müddətinə hesablanmaqla çıxılmalı və cəza çəkməsi üçün üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, məhkumluğu olmayan şəxs kimi ilk dəfə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsi ümumi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hazırda baxılan iş üzrə tutulduğu 15 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 15 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 iyul 2022-ci il tarixdə müvafiq məhkəmə qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin tarixdən fasiləsiz olaraq məhkəmə hökmü çıxarılnadək həbsdə saxlanılmışdı.. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 15 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2, 158.2.1 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli və baxılan iş üzrə həbsdə olduğu bütün müddət ona təyin olunan cəza müddətinə hesablanmalıdır. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 29 sentyabr 2022-ci il tarixli, 5618 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomandır, onun məcburi müalicəyə ehtiyacı vardır. Lakin Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2006cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi sənədlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məsburi müalicə tətbiq edilməsi mümkün deyildir. Lakin Təqsirləndirilən şəxs rəyə uyğun olaraq narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunmalıdır: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 949,8 qram qurudulmuş marixuana, 02 (iki) ədəd (104,9 qram) çətənə (kannabis) bitkisi və 01 ədəd elektron tərəzi məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri – 55 (əlli beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunan 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı Apellyasiya Məhkəməsinin 07 fevral 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 07 fevral 2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi 5 ay 21 gün qəti cəza müddətinə hesablanmaqla çıxılsın və cəza çəkməsi üçün üzərində qəti olaraq 6 (altı) il 09 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hazırda baxılan iş üzrə tutulduğu 15 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməsin. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 949,8 qram qurudulmuş marixuana, 02 (iki) ədəd (104,9 qram) çətənə (kannabis) bitkisi və 01 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 55 (əlli beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-112/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-112/2024
03.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver