Məhkəmə qərarları › İş №1(101)-1120/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1120/2020

06.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1120/2020 06.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1975-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, həbs olunanadək fərdi əməklə məşğul olmuş, Cəlilabad rayonu, V.Mürsəlov küçəsi, ev 14-də qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsində qardaşı Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin qarşısında bir müddət əvvəl qardaşının götürdüyü papağını vaxtında qaytarmaması ilə bağlı sonuncu ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs ənsə və qarın nahiyəsindən qəsdən 2 (iki) dəfə vurub sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid ənsə nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası və insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid mədə və yoğun bağırsağın zədələnməsinə səbəb olan qarının sol yan divarının qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs qarşı qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun qardaşı Niyaməddin saçını tamamilə kəsdirdiyi üçün ondan papaq istəmiş və başına tük gəldikdən sonra onun papağını qaytaracağını demişdir. O da qaytarmaq şərtilə öz papağını qardaşı Niyaməddinə vermişdir. Bir müddət keçdikdən və onun qardaşının başına tük gəldikdən sonra o, dəfələrlə öz papağının qaytarılmasını qardaşı Niyaməddindən istəmişdir. Lakin Niyaməddin hər dəfə papağı bir neçə günə qaytaracağını deyirmiş. xx xxx 2020-ci il tarixdə onun bacısı Xalidə işdən gəldikdən sonra o, bacısından Niyaməddingilə gedib papağı götürməsini xahiş etmişdir. Bacısı da onunla razlaşaraq yaxınlıqda yaşayan Niyaməddingilə getmişdir. Bacısı getdikdən sonra evə qayıtmamışdır. O, Xalidəni biraz gözlədikdən sonra və sonuncunun gəlmədiyini görüb özü Niyaməddinin yaşadığı evə getmişdir. O, Niyaməddinlə sonuncunun yaşadığı evin qarşısında rastlaşmışdır. Həmin vaxt o, Niyaməddindən öz papağını istəmişdir. Lakin Niyaməddin papağı ona qaytarmaqdan imtina etmiş və üstünə qışqıraraq onu söymüşdür. O, Niyaməddindən söyüş söyməməsini tələb etmişdir. Lakin Niyaməddin sakitləşməyin əvəzinə onu söyməyə davam etmişdir. O, 1998-ci ildən üstündə həmişə bıçaq gəzdirmişdir. Niyaməddin onu söydüyündən və əsəbiləşdirdiyindən o, cibindəki bıçağı çıxararaq Niyamədinin qarın nahiyəsinə 1 (bir) dəfə zərbə vurmuşdur. O, Niyaməddini bıçaqladıqdan sonra sonuncu yaşadığı evə getmişdir. O da baş vermiş hadisədən şoka düşərək öz yaşadığı evə qayıtmışdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, saçını 2020-ci ilin may ayının əvvəllərində tamamilə kəsdirdiyindən gündən qorunmaq üçün Qılıncxanın yaşadığı evdə olan və onun bacısının uşağına məxsus olan papağı götürmək istəmişdir. Papaq Qılıncxanın yaşadığı evdə olduğundan o, papağı götürmək barədə Qılıncxana müraciət etmişdir. Qılıncxan da papağın köhnə olduğundan lazım olmadığını bildirmiş və papağı götürməsinə ona icazə vermişdir. Hadisə baş verən gün o, işdə olan vaxt Qılıncxan onun yaşadığı evə gəlib yoldaşından papağı geri istəmişdir. Onun yoldaşı da Qılıncxana onun işdə olduğunu və papağın da onun başında olduğunu bildirmişdir. O, işdən evə qayıtdıqda, yoldaşı bu barədə ona məlumat vermişdir. Həmçinin yoldaşı ona Qılıncxan papağı götürmək üçün onların evinə gəldikdə və onun evdə olmadığını bildikdə, onun yoldaşını ağır söyüşlərlə söydüyünü ona demişdir. Yoldaşı baş vermiş hadisəni ona danışdıqdan bir qədər sonra Qılıncxan yenidən onların yaşadığı evə gəlmiş və qışqıra-qışqıra söyüş söyməyə başlamışdır. O, Qılıncxanın sərxoş halda söyüş söydüyünü gördükdə, sonuncunu çölə çıxarmışdır. O, Qılıncxanı çölə çıxardıqdan sonra evə qayıtmaq istəmişdir. O, evə doğru bir-iki addım atdıqdan sonra birdən Qılıncxan bıçaqla onun başından və böyründən vuraraq qaçıb getmişdir. O da köməyə yoldaşını çağırmışdır. Sonra qonşular və onun yoldaşı onu xəstəxanaya aparmışlar. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin hazırda canının ağrıdığını və bıçaqlandığına görə işləyib ailəsini dolandıra bilmədiyini, eləcə də qardaşı Təqsirləndirilən şəxsla barışmadığını bildirmişdir. Zərərçəkmiş şəxs qeyd etdiklərinin nəzərə alınmasını və Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Soltanağa qızı ifadəsində göstərdi ki, 2020-ci ilin may ayının əvvəllərində onun əri Niyaməddin saçını tamamilə kəsdirdiyindən öz qardaşı Qılıncxandan papaq istəmişdir. Qılıncxan da öz papağını Niyaməddinə vermişdir. xx xxx 2020-ci il tarixdə səhər saat təxminən 08:00 radələrində Qılıncxan onların yaşadığı evə gəlmişdir. Qılıncxan onların yaşadığı evin həyətinə daxil olduqdan sonra qışqıraraq papağını istəmişdir. O, papağın Niyaməddinin başında və Niyaməddinin də işdə olduğunu Qılıncxana bildirmişdir. Lakin Qılıncxan dayanmadan öz papağını ondan tələb etmişdir. O, Qılıncxana papağın evdə olmadığını bildirdikdə, sonuncu onu təhqir etmişdir. O da Qılıncxanı evdən qovmuşdur. Qılıncxan da onu söyə-söyə çıxıb getmişdir. Qılıncxan getdikdən sonra o, baldızı Xalidəyə zəng edərək Qılıncxanın onların yaşadığı evə gəlib papağını istədiyini bildirmiş və Xalidədən Niyaməddin işdən evə gəldikdən sonra onların evinə gəlib papağı götürməsini xahiş etmişdir. Xalidə də onunla razılaşmış və axşam vaxtı onlara gəlmişdir. O, Xalidəyə Qılıncxanın səhər onların yaşadığı evə gəlməsini demiş və evə daxil olmuşdur. O, evə daxil olduqdan sonra Niyaməddin həyətə çıxmışdır. Biraz sonra Niyaməddin evə gələrək Qılıncxan tərəfindən vurulduğunu ona demişdir. O da qonşularla birlikdə Niyaməddini xəstəxanaya aparmışdır. Şahid X3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, 2020-ci ilin may ayının əvvəllərində onun qardaşı Niyaməddin saçını tamamilə kəsdirdiyindən başına soyuq dəyməməsi üçün digər qardaşı Qılıncxandan papaq istəmişdir. Qılıncxan da öz papağını Niyaməddinə vermişdir. xx xxx 2020-ci il tarixdə axşam saatlarında o, evdə olarkən Qılıncxan ona Niyaməddinin yaşadığı evə gedib Niyaməddinə verdiyi papağı geri istəməyini bildirmişdir. O da Qılıncxanın sözünə əməl edərək Niyaməddinin yaşadığı evə getmiş və Niyaməddinə Qılıncxanın verdiyi papağı istədiyini bildirmişdir. Niyaməddin papağı ona verərək Qılıncxana verməyini tapşırmışdır. O da bir müddət Niyaməddinin yaşadığı evdə oturduqdan sonra evdən çıxaraq öz yaşadığı evə getmişdir. Bir müddət sonra Qılıncxan evə gələrək Niyaməddini bıçaqla vurduğunu bildirmiş və sonra evdən çıxıb getmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, elan olunmuş şahid ifadəsini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, Şahid1 Soltanağa qızı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək əri Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında protokoldan (cild 1, iş vərəqə 10) görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoşluq müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 11) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsində şübhələr olduğuna görə onun şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 12) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 38-39) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-305/2020 saylı qərarından (cild 1, iş vərəqə 64-66) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7” X10 rayon şöbəsinin 852 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 69-71) görünür ki, Zərərçəkmiş şəxs mədə və yoğun bağırsağın zədələnməsinə səbəb olan qarının sol yan divarının qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd, ənsə nahiyəsinə 1 (bir) ədəd, cəmi 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları aşkar edilmişdir. Xəsarətlər kəsici-deşici alət təsirindən törənmişdir, qərarda göstərilən xx xxx 2020-ci il tarixdə törənə bilərdi. Dərəcəsinə görə xəsarətlərdən mədə və yoğun bağırsağın zədələnməsinə səbəb olan qarının sol yan divarının qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, ənsə nahiyəsindəki 1 (bir) ədəd deşilmişkəsilmiş yara isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tələbnaməsindən (cild 1, iş vərəqə 82-83) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə cinayət törətməyə görə məhkum olunmuş, lakin hal-hazırda onun üzərində ödənilməmiş məhkumluğu yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 84-85) görünür ki, Zərərçəkmiş şəxs xx xxx 2020ci il tarixdə Təqsirləndirilən şəxs ilə mübahisə etdiyi, bıçaqla xəsarət aldığı və cinayətin törədildiyi yeri əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X8 Hüquqi Şəxsin 1243 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 104-105) görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işinin materiallarına əsasən belə qənaətə gəlmək olar ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman adi alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 106-111) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yeni məzmunlu ittihamın elan edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 126.2.4 və 29.120.1-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələr üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 114- 115) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə yeni məzmunlu ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-564/2020 saylı qərarından (cild 1, iş vərəqə 150-152) görünür ki, həmin gün Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 (iyirmi) gün müddətinə uzadılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X9 Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazlarını bildirməmişlər, irəli sürülmüş ittihamı, ittiham tərəfinin əldə etdiyi və məhkəmə istintaqında tədqiq edilmiş sübutları mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında qohumluq münasibəti var və onlar qardaşdırlar. xx xxx 2020-ci il tarixdə cinayət hadisəsi baş verənədək onların arasında bir neçə dəfə narazılıqlar olmuşdur. Həmçinin cinayət hadisəsi baş verən vaxt Təqsirləndirilən şəxs sərxoş halda olmuşdur. 2020-ci ilin may ayının əvvəllərində Zərərçəkmiş şəxs saçını tamamilə kəsdirmiş və qardaşı Təqsirləndirilən şəxs geri qaytarmaq şərti ilə papaq istəmişdir. Təqsirləndirilən şəxs da öz papağını qardaşı Zərərçəkmiş şəxs vermişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs ifadə verərək qardaşı Niyaməddinə verdiyi papağın ona məxsus olduğunu, zərərçəkmiş şəxs isə ifadə verərək Qılıncxandan aldığı papağın onun bacısı oğluna məxsus olduğunu bildirmişdir. Qeyd edilən hissədə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs verdiyi papaq məhz Təqsirləndirilən şəxs məxsus olmuşdur. Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs papağı aldıqdan sonra həmin papağı geri qaytarmamışdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə təxminən saat 22:00 radələrində sərxoş olduğu halda qardaşı Niyaməddinin yaşadığı evə getmiş və öz papağını sonuncudan tələb etmişdir. Həmin vaxt onların arasında sözlü mübahisə baş vermiş və onlar bir-birini qarşılıqlı şəkildə söymüşlər. Sonra Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi bıçaqla qardaşı Zərərçəkmiş şəxs ənsə və qarın nahiyəsindən qəsdən 2 (iki) dəfə zərbə endirmişdir. Həmin zərbələrdən biri Zərərçəkmiş şəxs qarın boşluğuna nüfuz etmişdir. Nəticədə Zərərçəkmiş şəxs insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid mədə və yoğun bağırsağın zədələnməsinə səbəb olan qarının sol yan divarının qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan xəsarət almışdır. Bununla da Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs qarşı qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Bundan başqa, Təqsirləndirilən şəxs bir neçə dəfə Zərərçəkmiş şəxsla barışmağa cəhd etsə də, sonuncu onunla barışmamışdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli üzrə tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri və Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin məhz zorakı cinayət növünə aid olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxx 2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar