Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1120/2021 11.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Cahilxan oğlunun, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, Cəlilabad şəhəri, O.Eynullayev küçəsi 3A-da qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Turşu küçəsi ev 16, mənzil 56-da yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda AR ƏN PX-nin 3 saylı İT-də saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş, bundan başqa, qabaqcadan əlbir olan bir qrup şəxs halında, silah qismində istifadə olunan əşyadan istifadə etməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 14 mart 2020-cİ il tarixdə saat 03 radələrində ünvan 1 ünvanın qarşısında piyada hərəkətdə olarkən həmin yol ilə keçən, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs3 yaxınlaşaraq heç bir səbəb olmadan sonuncudan nə üçün ona baxmasını soruşaraq mübahisə yaradıb ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoymaqla, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirib, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib üzərində olan, silah qismində istifadə etdiyi, mənbəyi və təyinatı istintaqa məlum olmayan bıçaqla qəsdən Zərərçəkmiş şəxs3 bədəninin müxtəlif nahiyələrinə dörd dəfə vuraraq, sonuncuya sağ saidin ön səthinin 3 ədəd və sol qoltuqaltı nahiyənin 1 ədəd deşilmişkəsilmiş yarası ilə nəticələnən dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları X10, X9, X11 və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 21 may 2020-ci il tarixdə saat 00:15 radələrində Röyal Mirzəyevin istifadəsində olan «Hyundai Sonata» markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanın qarşısına gələrək tanışları Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs2 həmin yerə gətirdikdən sonra aralarında olan vəzifə bölgüsünə əsasən Şahmar İsazdə qrupun digər üzvü Cahandar Əliyev ilə birlikdə Zərərçəkmiş şəxs2 zorla Röyal Mirzəyevin idarə etdiyi «Hyundai Sonata» markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirdikdən sonra avtomobilin içərisində hücuma məruz qalmış Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib Şahmar İsazdə, Cahandar Əliyev və o, sonuncunun sifət və bədəninin müxtəlif nahiyyələrinə əl zərbələri ilə vuraraq üst dodağın selikli qişa səthinin, boynun sıyrıqları, sol baldırın qançırları ilə nəticələnən sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, İsazdə Şahmar üzərində gəzdirdiyi, soyuq silah hesab edilən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını Zərərçəkmiş şəxs2 göstərib nümayiş etdirməklə həmin bıçaqla sonuncuya zor tətbiq edəcəyi ilə hədələyib əlindəki içərisində arvadı Zərərçəkmiş şəxs1 məxsus 500 manat nağd pul və 1 ədəd 5 manat dəyərində balansında pul olmayan «Viza» kartı olan 1 ədəd 10 manat dəyərində «Bont Blanc» markalı pul qabısını, əynindəki şalvarının sol cibində olan arvadı Zərərçəkmiş şəxs1 məxsus 150 manat, sağ cibində olan Özünə məxsus 15 manat nağd pulunu, o, isə 150 manat dəyərində «Svatch» markalı qol saatını və əlində olan Röyal İsgərdərovun arvadı Zərərçəkmiş şəxs1 məxsus, 600 manat dəyərində «Samsung A30» markalı mobil telefon aparatını ələ keçirərək, əldə etdikləri pul vəsaitindən 20 manatını idarə etdiyi avtomobilinə yanacaq doldurması üçün Röyal Mirzəyevə verməklə ümumilikdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 175 manat, Nərminə Quliyevaya isə 1255 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2012-ci ildə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilmişdir. 2019-cu ilin dekabr ayının 26-da cəzasının sonu ilə həbsdən azad olunmuşdur. Həbsdən azad olunduqdan sonra heç bir yerdə işləməmişdir, Rusya Federasiyasında yaşayan dayısı mütəmadi olaraq ona maddi yardım göstərmişdir. Şahmarı 2020-ci ilin yanvar ayından, Cahandarı təxminən 2020-ci ilin may ayının 15-də, Röyal, Rahil və Tosunu isə 2020-ci ilin may ayının 20-də tanımışdır. 20 may 2020-ci il tarixdə axşam saatlarında Şahmar onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq birlikdə çay içməyi təklif etmişdir. O, Şahmarla razılaşaraq olduğu yeri demiş və təxminən 20-25 dəqiqə sonra Şahmar qara rəngli Hyundai Sonata markalı avtomobil ilə onun olduğu yerə gəlmişdir. O, Şahmar və avtomobilin sürücüsü Röyal ilə salamlaşmış və avtomobilin ön oturacağında əyləşmişdir. Onlar birlikdə Nizami rayonu ərazisində yerləşən Siyaqut şadlıq sarayının yaxınlığında olan parkın yanına gəlmişlər. Orada Cahandar arxa oturacaqda Şahmarının yanına əyləşmişdir. Bundan sonra onlar birlikdə Rahillə görüşmək üçün sonuncunun yaşadığı küçəyə getmişlər. Təxminən 5 dəqiqə sonra Rahilin yaşadığı küçəyə çatmış, avtomobildə musiqi səsinin çox olması ilə əlaqədar olaraq Rahilin kim tərəfindən zəng olunaraq çağırılmasından məlumatsız olmuşdur. Rahil onların olduqları avtomobilə yaxınlaşmışdır. Həmin vaxt o, mobil telefonla oynayaraq musiqiyə qulaq asırmış. Rahildə avtomobilin arxa oturacağında əyləşmişdir. Sonra birlikdə Tosu ləqəbli şəxsin yaşadığı Babək prospektinə getmişlər. Babək prospektində «Madeyra» mebel salonun yaxınlığında avtomobili dayandırmışlar. Təxminən 10 dəqiqə sonra bir nəfər yəni Tosu avtomobilə yaxınlaşmış və arxa oturacaqda əyləşmişdir. Onlar birlikdə Babək prospektində bir dövrə etmişlər. Avtomobilin arxa oturacağında baş verən yəni Tosu ilə Şahmarın, Cahanın və yaxud Rahilin arasında olan söhbətlərdən məlumatı olmamışdır. Təxminən 15 dəqiqə sonra Tosunun yaşadığı küçəyə gəlmiş və Tosu avtomobildən enmişdir. Onlar birlikdə bir qədər şəhərdə avtomobildə gəzmişlər. Röyal Nizami rayonu ərazisində yerləşən «Star» İdman kompleksinin qarşısında X24 Xidmətinin əməkdaşlarından yayınmaq üçün avtomobili surətlə İdarə etdiyindən Qazel markalı avtomobil ilə toqquşaraq qəza törətmişdir. Qəzadan sonra o, avtomobildən enərək yaşadığı ünvana getmişdir. O, «Tosu»nu əvvəllər tanımamış, həmin şəxsi 20 may 2020-ci il tarixdə tanımış, sonradan isə Şahmargildən öyrənmişdir ki, həmin şəxs narkotik vasitələr satır. Röyal Mirzəyevi 20 may 2020-ci tarixdə axşam saatrlarında Şahmar vasitəsi ilə tanımışdır. Şahid1 da 20 may 2020ci il tarixdə tanımış, həmin şəxsidə onunla Şahmar tanış etmişdir. X4 15 may 2020-ci il tarixdə Şahmar onunla tanış etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş X5 ifadəsində 20 may 2020-ci il tarixdə onun, tanışları olan Şahmar və Cahan adlı şəxslərlə birlikdə idarə etdiyi avtomaşını saxladaraq Şahid1 yaşadığı ünvana aparmalarını xahiş etməsi, məhəllə uşağı kimi onlarla razılaşdıqdan sonra hər üçünün avtomaşına əyləşməsi, onu əvvəl Rahilin yaşadığı və sonra isə Ra hili götürərək birgə Zərərçəkmiş şəxs2 yaşadığı həyətə gətirməsi, Zərərçəkmiş şəxs2 Şahid1 çağıraraq evdən çıxardığını, Zərərçəkmiş şəxs2 avtomaşına əyləşməsindən sonra avtomaşının salonunda onun, Şahmar və Cahan adlı şəxslərlə birlikdə Zərərçəkmiş şəxs2 döyüb təhqir etmələrini bildirməsi tamamilə yalandır. O, Zərərçəkmiş şəxs2 qarşı heç bir zor tətbiq etməmişdir, Şahid1 ifadəsində 20 may 2020-ci il tarixdə təxminən saat gecə 12-nin yarısı evdə olan zaman mobil telefonunun «vatsap» sosial şəbəkəsinə ***-***-**-** saylı mobil telefonun «vatsap» vasitəsi ilə zəng gəlməsi, telefona cavab verdikdə zəng edən şəxsin Cahan olmasını bilməsi, Cahanın ondan həyətə düşməyini istəməsi, həyətə düşdükdə Royalın idarə etdiyi avtomaşının orada olmasını görməsi, Cahanın Zərərçəkmiş şəxs2 evinə gedərək sonuncunu bayıra çağırmaq lazım olmasını bildirməsi, onun, onun avtomaşının «bardaçokunda»n bıçaq çıxardaraq «Royalı çağırmaq istəmirsən?» deyə sual verməsini göstərməsi yalandır, Şahid1 kimin çağırmasından məlumatsızdır. O, Rahilin üzərinə bıçaq çıxarmamışdır. Zərərçəkmiş şəxs2 kim tərəfindən və hansı səbəbdən çağırılmağından məlumatsızdır. Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq etməmiş və sonuncunun heç bir əmlakını əlindən almamışdır. 14.03.2020-ci il tarixdə saat 03 radələrində “Neftçilər” metrostansiyasının yaxınlığında yaşayış binalarının arası ilə gedən zaman bir nəfər şəxsin ona baxdığını görüb nə baş verdiyini soruşması, həmin şəxs onunla kobud danışdığı üçün aralarında mübahisə yaranmış və həmin şəxs yəni adının sonradan bildiyi Zərərçəkmiş şəxs3 yerdən balata götürərək onun üzərinə hücum etməsi, bu zaman onun özünü müdafiə etmək üçün üzərinizdə olan bıçaqla sonuncunun qol nahiyəsindən buçaqla vurması barədə izahatı oxumadan imza etmişdir. Onun Zərərçəkmiş şəxs3la arasında heç bir mübahisə olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, təxminən 2 il olar ki, Zərərçəkmiş şəxs1 ilə faktiki olaraq ər-arvad münasibətində yaşayır. Nərminin azyaşlı övladı və anası olduğundan o, sonuncu ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanda yaşayır. «Rakkıdı» kimi çağırılan Rahil adlı şəxsi onun anasının yaşadığı 8-ci km qəsəbəsində avtomaşınların yuyulması məntəqəsində işləyəndən tanıyır. Rahil ilə normal münasibətləri olmuşdur. O, cümlədən Rahilin vasitəsi ilə o, 8-ci km qəsəbəsində yerləşən həmin avtoyuma məntəqəsinə gəlib getdiklərindən Röyal, Şahmar, Tofiq adlı şəxsləri də tanıyırmış, sonuncularla heç bir münasibəti olmamışdır. Sonradan onun yanında Cahan kimi çağırdıqları şəxsi isə əvvəllər tanımamış, heç bir münasibəti olmamışdır. X12 Sonata markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etməsini gördüyündən həmin avtomaşını xatırlamışdır. 20 may 2020-ci il tarixdə təxminən saat axşam 12-ə 10-15 dəqiqə qalmış anası Cəmilə İsgəndərovanın səhətində yaranmış problem ilə bağlı olaraq sonuncunun yanına getmək qərarına gəlmişdir. Həmin zaman Nərmin ondan xahiş etmişdir ki, anasının yanına getdiyindən lotareya pulu olan 500 manatı onun anasıgil ilə qonşuluqda yaşayan Aynur adlı rəfiqəsinə versin, 150 manatı isə evin kommunal xərclərini ödəsin. Bu məqsədlə də o, 500 manatı götürərək telefonu qoyduğu 35 manat dəyərində səhv etmirsə «Guggi» markalı pul qabına qoymuşdur. 150 manatı şalvarının sol qabaq cibinə qoymuşdur və həmin zaman özünün 15 manatı isə şalvarının sağ qabaq cibində olmuşdur. Onun qolunda qaynX14nın ona hədiyyə aldığı «Svatch» markalı qol saatı olmuşdur. O, anasının yanına getmək məqsədi ilə «Boult» şirkəti ilə əlaqə saxlamış və hazırlaşaraq evdən çıxmaq üzrə olmuşdur ki, bu zaman evin qapısı döyülmüş və qapını açan arvadı Nərmin ona Rahilin onu çağırmasını bildirmişdir. O, evdən çıxaraq Rahil ilə görüşmüş və Rahildən nə lazım olmasını soruşduqda, Rahil ona bildirmişdir ki, «buralardan keçirdim, istədim səninlə görüşüm». Bundan sonra o, Rahilə hara getməsini dedikdə, Rahil ona 8-ci km qəsəbəsinə getdiyini dediyindən o, Rahilə bildirmişdir ki, o, da 8-ci km qəsəbəsinə gedir və istəyirsə taksi ilə sonuncu da aparsın. Rahil onunla razılaşmış və piyada Babək prospektinə doğru getməyə başladıqda Rahil onun ardınca gəlmişdir, o, isə telefonla taksi ilə əlaqə saxlamış və taksi sürücüsü bildirmişdir ki, artıq «Madeyra» mağazanın qarşısındadır. O, piyada ara yolu ilə gedərkən Royalın idarə etdiyi Hyundai Sonata markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilin ara yolda üzü Babək prospekti istiqamətində dayandığını görmüşdür. Artıq onun olduğum ara yoldan «Madeyra» mağazasının qarşısında dayanmış Hyundai A40 markalı taksi avtomaşınını görmüşdür. O, Royalın avtomaşınına yaxınlaşan zaman maşının qapıları açılaraq sükanın arxasından Royal, sonuncunun yanından qabaq oturacaqdan Tofiq, arxadan isə Şahmar və sonradan yanında adını Cahan dediklərindən bildiyi şəxs düşərək ona yaxınlaşmışlar və heç nə demədən Şahmar ilə Tofiq onun qoluna girərək onu Royalın avtomaşınına əyləşdirmişlər, Şahmar ondan solda, Cahan isə sağda əyləşmiş, Tofiq yenə də qarşıda əyləşmiş, Röyal isə sükan arxasına keçmişdir. Rahil isə irəliləyərək onun çağırdığı taksi avtomaşınına əyləşmişdir. O, avtomaşında olan şəxslərdən nə baş verməsini soruşduqda, həmin şəxslər ona telefon və pulu verməsini demişlər. O, «Bu nə hərəkətdi» dedikdə Şahmar, Cahan və Tofiq onu avtomaşının içərisində yumruq zərbələri ilə sifət və bədən nahiyələrinə vurmağa başlamışlar. Həmin zaman Şahmar əlində olan pul qabısını dartıb əlindən almış, Tofiq isə mobil telefonunu və qolunda olan qol saatını almışdır. Bundan sonra Röyal avtomaşını hərəkət etdirməyə başlamış, Rahilin əyləşdiyi taksi avtomaşını isə onların arxasınca gəlməyə başlamışdır. Yolda sonuncular ondan tələb etmişlər ki, üzərində nə varsa versin. Bundan sonra o, vermək istəmədikdə həmin şəxslər yenə də onu vurmağa başlamışlar, o, artıq ağzından və burnundan qan axmasını görüb üzərində olan 150 manatı və özünə məxsus 15 manatı çıxararaq həmin şəxslərə vermişdir. Bundan sonra sonuncular avtomaşını hərəkət etdirdikdə taksi avtomaşını onların avtomaşının yanına verdiyindən, onun pulundan 5 manat taksi pulunu Şahmar çıxarıb pəncərədən digər avtomaşına ötürmüş və Rahil həmin avtomaşın ilə oradan çıxıb getmişdir. Bundan sonra «Röyal» maşın bazarına çatmamış «Socar» Yanacaq doldurma məntəqəsindən onun pulundan 20 manatına benzin vurmuş və daha sonra hərəkət edərək «Econom» marketin qarşısına gəlmişlər. Orada Röyal ilə Cahan avtomaşından düşərək marketə girmişlər. Həmin zaman o, avtomaşından düşmək istəyərkən Tofiqlə Şahmar onu döyərək imkan verməmişlər. Röyal ilə Cahan qayıtdıqdan sonra sonuncular avtomaşını hərəkət etdirməyə başlamış və ona «səni dənizə aparıb sındıracağıq» dedikdə, o, «axı nə üçün mənimlə belə hərəkət edirsiniz məni evdə ailəmin gözləməsini» demişdir. Sonuncular ona «polisə xəbər vermək istəyirsən işverən?» dedikdə o, polisə məlumat verməyəcəyini, telefonun və pulun onun olmadığını deyib qaytarmalarını xahiş etmişdir. Bundan sonra Röyal avtomaşını idarə edərək «Madeyra»nın qarşısına gəlmiş və orada onu avtomaşından düşürmüşlər. Röyalgil Tofiqə onun telefonunu qaytarmasını dedikdə, Tofiq telefonu qaytarmayacağını bildirərək üzərində olan mobil telefonun nömrəsini üzərindən çıxararaq ona vermiş və oradan çıxıb getmişlər. O, bundan sonra piyada evə gəlmiş və evdə Nərmin onun vəziyyətini görüb nə baş verməsini soruşmuş, o, Nərminə hadisəni olduğu kimi danışmış və bundan sonra Nərmin DİN-in 102 xidmətinə zəng vurmuşdur. O, bədəninin müxtəlif nahiyələrindən, o cümlədən avtomaşına mindirilərkən sol ayağından xəsarət almış və tibbi müayinədən keçmişdir. Hadisə vaxtı Şahmarın əlində «süngü bıçəğı»na bənzər bıçaq olmuş, həmin bıçaqla onu vurmasa da, Şahmar onun qulağını həmin bıçaqla kəsəcəyini, onu həmin bıçaqla vuracağını bildirirmiş. Hadisə nəticəsində ona ümumilikdə 175 manat, arvadı Nərminə isə 1255 manat maddi ziyan dəymişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, qızı Damla Quliyeva, X14 və faktiki nigah münasibətində olduğu Zərərçəkmiş şəxs2 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, ünvan 4 ünvanında yaşayır. «Rakıdı» kimi çağırdıqları Rahil adlı şəxsi 8-ci km qəsəbəsində avtomaşın yuma məntəqəsində işləyəndən tanıyır. Belə ki, Rahil həmin məntəqədə xalçaların yuyulması ilə məşqul olduğundan, mütəmadi olaraq həmin məntəqəyə xalçalarını yumağa vermişlər. Hətta bir neçə gün əvvəl xalçaları yudurtmaq üçün Rahilə vermiş, xalçanın biri də sonuncunun işlədiyi məntəqədə qalmışdır. X14 Türkiyə Respublikasına gedib gəldiyindən həyat yoldaşı Royal üçün 150 manata «Svatch» markalı qol saatı almış və Royalın mobil telefon aparatı qırıldığından o, özünə məxsus 1 ədəd 600 manat dəyərində «Samsung A30» markalı mobil telefonunu üzərində olan 80 manata aldığı ***-***-**-** mobil telefon nömrəsi ilə birlikdə istifadə etmək üçün Röyala vermişdir ki, özünə yeni telefon alanadək işlətsin. Röyal 20 may 2020-ci il tarixdə 8-ci km qəsəbəsində yaşayan anası Cəmilə İsgəndərovanın xəstə olması ilə əlaqədar olaraq sonuncuya baş çəkmək qərarına gəldiyindən, o, Röyala lotareya pulu olan 500 manatı 8-ci km qəsəbəsində yaşayan rəfiqəsi Aynura verməsi üçün və 150 manat isə evin kommunal xərclərini ödəməsi üçün Röyala vermişdir. Royalın «Bout» şirkətində çağırdığı taksi gəlməli idi. Bu məqsədlə də 20 may 2020-ci il tarixdə axşam saat təxminən 12-ə 10-15 dəqiqə qalmış Röyal taksinin gəlməsini gözləyərkən bu zaman evin giriş qapısı döyüldüyündən o, qapını açmış və qapını döyən Rahilin olmasını görüb sonuncu ilə salamlaşaraq nə lazım olmasını soruşmuşdur. Rahil ondan Royalın evdə olub-olmamasını soruşmuş, o, Royalın evdə olmasını demişdir. Bundan sonra Royalı çağıraraq özü evə azyaşlı övladının dərsləri ilə maraqlanmaq üçün getmişdir. Röyal tez bir vaxtda qayıtmalı olsa da lakin aradan yarım saat keçməsinə baxmayaraq Royaldan xəbər olmadığından o, Royalda olan telefona zəng vursa da, telefona zəng çatmamışdır. Bundan sonra narahat olmağa başlamış və aradan təxminən yenə də 15-20 dəqiqə keçmişdir ki, evin qapısı döyülmüş və o, qapını açdıqda Royalın ağzının qanlı vəziyyətdə qapının ağzında olmasını görüb sonuncudan nə baş verməsini soruşmuşdur. Röyal ona heç nə deyib hamam otağına keçmişdir. O, Royalın ardınca gələrək təkidlə sonuncudan nə baş verməsini soruşduqda, Röyal ona danışmışdır ki, Rahil onu çağıraraq apardıqdan sonra Röyal, Şahmar, Tofiq və Cahan adlı şəxslərin onu avtomaşına salaraq döyüb pul, telefon, saat, pul qabısını əlindən almalarını bildirmişdir. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində mobil telefonun ələ keçirilməsinə görə ona 600 manat ziyan dəymişdir. Belə ki, Rahil mobil telefonun nömrəsinin Tofiq tərəfindən qaytarılmasını bildirmiş və ona vermişdir. Beynəlxalq banka aid onun adına olan və balansında pul olmayan «Viza» kartının ələ keçirilməsinə görə isə 5 manat ziyan dəymişdir. Ümumilikdə ona 1255 manat madnat maddi ziyan dəymişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, təxminən 12 il müddətdir ki, namaz qılır. Müxtəlif məsçidlərə gedir. 14 mart 2020-ci il tarixdə gecə saatlarında Nizami rayonu ərazisində olan “X25” məscidinə gedib ibadət etmişdir. 14 mart 2020-ci il tarixdə saat 03 radələrində piyada olaraq yaşadığı mənzilə gələn zaman Neftçilər metrostansiyasın yaxınlığında bir nəfər təxminən orta bədən quruluşlu, 25-30 yaşlarında şəxs onun qarşısını kəsərək nə üçün ona baxdığını demişdir. O, həmin vaxt sonuncuya baxmadığımı bildirmiş, bu zaman həmin şəxs onunla kobud danışmağa başlamışdır. O, həmin şəxsi səkitləşdiməyə çalışsa da, sonuncu sakitləşməmiş və üzərindən bıçaq çıxardaraq onu vurmaq üçün ona zərbə endirmişdir. O, sağ əli ilə bıçaqı tutmağa çalışmışdır. Həmin şəxs bıçaqla onun sağ əlinə və sol qoluna xəsarət yetirmişdir. Onun bədənindən qan gəldiyini görüb qaçaraq oradan uzaqlaşmışdır. Bundan sonra o, onunla məhlədə yaşayan İbrahim adlı şəxsə zəng vuraraq sonuncuya baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Təxminən 10-15 dəqiqə sonra İbrahim onun olduğu yerə gəlmiş və onu taksi iiə Travmatologiya inistitutuna aparmışdır. Orada ona ilkin tibbi yardım edilmişdir və təxminən 10 gün müddətində o, xətəxanada müalicə almışdır. 14.03.2020-ci il tarixdə gecə saat 03 radələrində Nizami rayonu Neftiçilər metrostansiyasının yaxınlığında ona bıçaqla xəsrət yetirmiş şəxsin kimliyi və yaxud anket məlumatları barədə onun heç bir məlumatı olmamışdır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Şahid qismində dindirilmiş Şahid1 Dostah oğlu ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, təxminən 2-3 il olar ki, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən əvvəlki adı «Su pərisi», hazırki adı isə «Nazlı» şadlıq sarayı olan sarayın yaxınlığında yerləşən avtomaşın yuyulması məntəqəsində yuyucu işləyir. «Tosu» kimi çağırdıqları Royal İsgəndərovu təxminən 1 il olar ki, tanıyır, sonuncu ilə yaxşı münasibətləri vardır, o, bir neçə dəfə Royalın evinə gedib gəlmişdir. Royal Mirzəyev adlı şəxsi isə təxminən 5-6 ay olar ki, tanıyır, müştəri kimi yuyucu məntəqəsinə gəlib getdiyi üçün tanımışdır. Röya! Hyundai Sonata markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edirmiş. Şahmar adlı şəxsi də təxminən 1 il olar ki, tanımış, sonuncu ilə salam-sağol münasibəti olmuş, Cahanı isə 1-2 dəfə Şahmara görə görmüşdür. Tofiq adlı şəxsi isə əvvəllər tanımamış, sonuncu ilə heç bir münasibəti olmamışdır, Tofiqi hadisə günü Royalın idarə etdiyi avtomaşında görüb tanımışdır. 20 may 2020-ci il tarixdə təxminən saat gecə 12-nin yarısı olarmış o, evdə olan zaman onun mobil telefonunun «vatsap» sosial şəbəkəsinə ***-***-**-** saylı mobil telefonun «vatsap» vasitəsi ilə zəngi gəlmişdir. O, ilk dəfə zəngi görsə də nömrəni tanımadığı üçün cavab verməmiş, lakin ikinci dəfə təkrar ona zəng gəldiyində telefona cavab verərək zəng edən şəxsin kimliyini soruşduqda, həmin şəxs ona Cahan olmasını bildirmiş və o, da Cahanın səsini tanıdığından sonuncuya nə baş verməsi barədə sual vermişdir. Cahan ona harada olduğunu sual etmiş, o, isə evdə olduğunu dedikdə, Cahan ondan həyətə düşməyimi istəmiş, o, Cahana gec olmasını bildirsə də, Cahan təkidlə ona həyətə düşməsini demişdir. Bundan sonra o, həyətə düşdükdə Royalın idarə etdiyi avtomaşının orada olmasını görmüşdür. O, həyətə düşdükdən sonra Röyal sükan arxasından, adını sonradan bildiyi Tofiq qabaq sağ oturacaqdan, Şahmarla Cahan isə arxa oturacaqdan enmişlər və Cahan ona Röya! İsgəndərovun evinə gedərək sonuncunu bayıra çağırmaq lazım olmasını bildirmiş, o, isə sonuncuya etiraz etdikdə, Tofiq avtomaşının «bardaçokunda»n bıçaq çıxartmışdır. Qaranlıq olduğundan o, bıçağın digər əlamətlərini dəqiq görməsə də, tiyəsini görmüşdür. Tofiq ona «Röyalı çağırmaq istəmirsən?» deyə sual verdikdə, o, sonuncunun sifət cizgilərinin dəyişməsini görüb onu vura biləcəyindən ehtiyyat edərək razılaşmışdır, Ancaq onlardan nə səbəbə Röyalı axtarmalarını soruşduqda, Şahmar, Röyal və Cahan «Zərərçəkmiş şəxs2 bizə pul verməlidi» demişlər. O, belə başa düşmüşdür ki, sonuncuların Royalın pul verməli olmasını demələri, Röyalı «yükləmək» niyyəti ilə deyirmişlər. Çünki sonuncuların sifətində özündən razılıq əlaməti olmuşdur. Bundan sonra o, sonuncuların çox olmasını görüb onu vura biləcəklərindən qorxaraq avtomaşına əyləşmişdir. Həmin zaman Röyal avtomaşını idarə edirmiş, Tofiq qabaq oturacaqda, o, arxada ortada, ondan solda Şahmar sağda isə Cahan oturmuşlar. Röyal avtomaşını idarə etməyə başlamışdır. Artıq təxminən 21 may 2020-ci il tarixdə saat 00,15 radələri olarmış Zərərçəkmiş şəxs2 yaşadığı evin küçəsinə çatmış, Röyal avtomaşını həmin küçənin Babək prospekti ilə kəsişməsində yerləşən «Madeyra»nın yanında saxlamış, o, və Cahan avtomaşından düşmüşlər. Cahan ona bildirmişdir ki, o, Röyala artıq söz deməsin deyə ona zəng edir və o, telefonu açıq saxlasın. Bundan sonra Cahan ona «vatsap» vasitəsi ilə zəng vurmuş və o, da telefonun zəngini açıq qoymuşdur. Daha sonra Cahan ondan aralıda dayanmış, Röyal, Şahmar və Tofiq isə maşında qalmışlar. O, piyada təxminən 100 metr Zərərçəkmiş şəxs2 yaşadığı evin qarşısına gedərək qapını döymüş, həmin zaman qapını Röyal ilə birlikdə arvadı Nərmin açmışlar. O, Röyala işinin olmasını bildirmiş və Röyal həyətdən bayıra çıxaraq, ondan nə baş verməsini soruşmuşdur. O, isə yalandan Röyala «buradan keçirdim, səninlə görüşmək istədim» demişdir. Bundan sonra Röyal ondan haraya getdiyini soruşmuş, o, Röyala bildirmişdir ki, 8 km qəsəbəsinə gedir, Röyal İsə ona təklif etmişdir ki, özü da taksi çağırıb ki, 8-ci km qəsəbəsinə getsin, onu da apara bilər. O, da Röyal ilə razılaşmış və bundan sonra Röyal mobil telefonla sifariş etdiyi taksi avtomaşının sürücüsü ilə danışa-danışa piyada ondan qarşıda getməyə başlamışdır. O, isə sonuncunun ardınca gedirmiş və bu zaman Cahan da ondan arxada gəlirmiş. Bundan sonra onlar artıq Babək prospektinə çatmağa az qalmış Röyal arxadan idarə etdiyi avtomaşınla gələrək onların yanlarında saxlamış və avtomaşından Tofiqlə Şahmar düşmüşlər. Həmin zaman Cahan da piyada onlara çatmışdır. Bu vaxt Tofiq Zərərçəkmiş şəxs2 avtomaşına əyləşməsini demiş, Röyal etiraz etdikdə Şahbar sonuncunun boynundan tutmuş və Tofiq əli ilə Röyal İsgənqdərovun sifətindən vurmuş, daha sonra sonuncular Zərərçəkmiş şəxs2 zorla avtomaşına əyləşdirmişlər. Həmin zaman Tofiq yenidən avtomaşını idarə edən Royalın yanında əyləşmiş, arxada isə Şahmardan sonra Zərərçəkmiş şəxs2 əyləşmiş, o, isə Zərərçəkmiş şəxs2 yanında əyləşmişdir. Lakin Cahanda orada olduğundan və Royalın idarə etdiyi avtomaşında yer olmadığından ona avtomaşından düşərək taksi avtomaşınına əyləşməsini demişlər. O, avtomaşından düşərək yolun kənarında dayanmış «Hyundai» markalı taksi avtomaşınına arxa oturacağa əyləşmiş və Cahan da gələrək həmin avtomaşında qabaq oturacaqda əyləşərək, Royalın idarə etdiyi avtomaşını göstərib həmin avtomaşının arxası ilə sürməyi sürücüyə tapşırmışdır. Bundan sonra onlar həmin avtomaşının ardınca hərəkət etməyə başladıqda, o, taksi avtomaşınının sürücüsünün taksi proqramından həmin avtomaşının Zərərçəkmiş şəxs2 sifariş etdiyi taksi avtomaşını olmasını başa düşmüşdür. Yolda taksinin pulunu almaq üçün avtomaşınları hərəkətdə ola-ola yan-yana versələr də, Şahmar pəncərədən pulu verə bilməmişdir. Daha sonra onlar dal-qabaq «Econom» marketin yanına gəlmiş və orada avtomaşın dayandıqda, Cahan avtomaşından düşərək Royalın avtomaşınından düşmüş Şahmardan 3 manat yol haqqını alıb taksi sürücüsünə vermiş və hər ikisi Royalın avtomaşınına minərək oradan çıxıb getmişlər. O, isə taksi avtomaşını ilə bacısı Rahilə Həsənovanın yaşadığı evə getmişdir ki, gecəni orada qalsın. O, bacısının evinə gedərək orada qalmış, gecə saat 3 radələrində Zərərçəkmiş şəxs2 arvadı Nərmin onun telefonuna zəng etmiş, lakin o, sonuncunun zənginə cavab verməmişdir. Bu zaman Nərmin ona SMS yazaraq «Telefonumu götürmüsüz, sizi polisə verəcəm» bildirmişdir. O, isə həmin SMS mətnini skrinşot edərək «vatsap» şəbəkəsi vasitəsi ilə Şahmarın 077-322- 31-64 nömrəsində olan «vatsap»ına atmışdır. Lakin Şahmar ona cavab vermədiyindən o, da yatmışdır. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Nizami RPİ-nin PPXB-nin manqa komandiri vəzifəsində çalışır, polis baş serjantı xüsusi rütbəsi daşıyır. Əvvəllər sonradan adlarını bildiyi X11 və X13 adlı şəxsləri tanımamış, sonuncularla heç bir düşmənçiliyi, ədavəti və qohumluğu olmamışdır. 20 may 2020-ci il tarixdə iş yoldaşları ilə birlikdə xidməti ərazidə xidmət aparmağa başlamışdır. 21 may 2020-ci il xidməti ərazidə avtopatrul ilə hərəkətdə olan zaman Bakı şəhəri, Nizami rayonu, Babək prospektində bir nəfər vətəndaşa qarşı quldurluq edilməsi və quldurluq edən şəxslərin Hyundai Sonata markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomaşınla əyləşərək hadisə yerini tərk etmələri barədə efir vasitəsi itə məlumat daxil olmuşdur. Qeyd olunan nömrəni qeyd edərək xidməti ərazidə xidməti davam etdirərək əraziyə baxan zaman, Hyundai Sonata markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomaşının Bakı şəhəri, Nizami rayonu İcra Hakimiyyəti binasının yanından Nizami rayonu R.Rüstəmov küçəsi ilə hərəkət etməsini görüb həmin maşina avtopatrulla yaxınlaşaraq saxlama barədə işarə verdikdə, avtomaşının sürücüsü, sonradan adının Röyal Mirzəyev olmasını bildiyi şəxs avtomaşının sürətini artıraraq həmin istiqamətdə sürətlə hərəkət etməyə başlamış və R.Rüstəmov küçəsində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin qarşısında əks istiqamətdən hərəkətdə olan «Qazel» markalı avtomaşınla toqquşaraq dayanmasını görmüşlər. Bundan sonra onlar dərhal hadisə yerinə yaxınlaşdıqda, Hyundai Sonata markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü və arxa oturan iki nəfər şəxsin avtomaşından düşərək qaçmalarını görüb həmin şəxslərdən sürücünü və arxada olanlardan birini saxlamış, digər şəxs isə tabesizlik göstərərək qaçıb oradan uzaqlaşmışdır. Bundan sonra onlar həmin iki nəfər şəxsi saxladıqda məlum olmuşdur ki, avtomaşında qabaq sağ oturacaqda əyləşmiş şəxs ayağından xəsarət almış, arxada oturan digər şəxs isə həmin şəxsin oğludur. Onlar bu barədə efir vasitəsilə məlumat vermiş və dərhal hadisə yerinə Nizami RPİ-nin 23-cü PBnin əməkdaşları gəlmişlər. Bundan sonra saxlanılmış, sonradan adını bildiyi X13 və X7 Nizami RPİ-nin 23-cü PB-nə gətirib təhvil verərək bu barədə raport tərtib etmiş və sonra isə xidməti əraziyə qayıtmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır, polis mayoru xüsusi rütbəsi daşıyır. Əvvəllər sonradan adlarını bildiyi X11 və X13 adlı şəxsləri tanımamış, sonuncularla heç bir düşmənçiliyi, ədavəti və qohumluğu olmamışdır. 21 may 2020-ci ii tarixdə saat 02.34 radələrində PB-nə Azərbaycan Respublikası DİN-in 102 xidmətindən Zərərçəkmiş şəxs2 qarşı Bakı şəhəri, Nizami rayonu, Babək prospektində 4 nəfər şəxs tərəfindən quldurluq edilməsi və əmlakının ələ keçirilməsi barədə məlumat daxil otmuşdur. Həmin məlumat əsasında Nizami RPİ-nin 23-cü PB-nə dəvət olunaraq ərizəsi alınmış Zərərçəkmiş şəxs2 deməsindən məlum olmuşdur ki, quldurluq edən şəxslərin Hyundai Sonata markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomaşınla əyləşərək hadisə yerini tərk etmələri müəyyənləşdirildiyindən bu barədə efir vasitəsilə məlumat verilmişdir. Bir qədər sonra həmin avtomaşının Bakı şəhəri, Nizami rayonu R.Rüstəmov küçəsi ilə hərəkətdə olmasını aşkar edilərək Nizami RPİ-nin PPXB- nin əməkdaşlarının saxla işarəsinə məhəl qoymayan sürücünün yüksək sürətlə hərəkət etməsi və R.Rüstəmov küçəsində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin qarşısında əks istiqamətdən hərəkətdə olan avtomaşınla toqquşması, avtomaşından düşərək qaçan üç nəfərdən iki nəfər şəxsin saxlanılması barədə məlumat daxil olduğundan əməliyyat qrupu üzvləri ilə birlikdə həmin yerə gəlmiş və orada saxlanılan şəxslərin X13 ilə Hyundai Sonata markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X15ması müəyyən edilən şəxslər olması müəyyən edilmişdir. Həmçinin, Hyundai Sonata markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomaşının Gazel» markalı ** NS *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmaları müəyyən edilmişdir. Həmin şəxslər Nizami RPİ-nin 23-cü PB- nə yola salınmış, dəvət olunmuş və hüquq və vəzifələri İzah edilmiş hal şahidlərinin iştirakları ilə hadisə yerində olan Hyundai Sonata markalı avtomaşına baxış keçirildikdə, avtomaşının sürücü tərəfdən ayaqaltısında 1 ədəd «Nokia» markalı, 1 ədəd «PHİLİPS» markalı mobil telefon aparatları, 1 ədəd taxta dəstəkli balta, 1 ədəd bıçaq, X5 şəxsiyyət vəsiqəsi, sürücü əyləşən oturacağın üzərindən içərisində 4 ədəd plastik kart, 1 ədəd qeydiyyat dəftərçəsi, 1 ədəd «Bakı kart» kartı, 12 ədəd ödəniş çeki, 2 ədəd vizit kartı olan dəri materialdan olan pul qabı, avtomaşının yük yerində bir ədəd ağ rəngli sellofana bükülü olan 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 2 ədəd patron aşkar edilərək götürülmüşdür. Bundan sonra aşkar olunmuş əşyalar qablaşdırılmaqla, bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid6 və Şahid7 Ağa həsən oğlu eyni məzmunlu ifadələr verərək Şahid3 göstərdiklərini təsdiq etdilər. Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid3 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid9 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Tofiq, Şahmar, Cahandar, Rahil, Röyal Mirzəyev və Zərərçəkmiş şəxs2 məhəllə uşaqları kimi tanıyır, sonuncularla normal münasibətləri vardır, sonuncuların aralarında hər hansı bir narazıçılıq olub-olmamasını bilmir. Ailədə iki qardaşdırlar, o və kiçik qardaşı Səxavət. Səxavətin uşaqlıqdan epileptik tutmaları vardır. Ona görə də Səxavət spirtli içki qəbul edəndə narahat olurlar. 20 may 2020-ci İl tarixdə qardaşım Səxavət tanışları ilə harasa getmişdir. 21 may 2020-ci il tarixdə təxminən saat 1- 2 radələri olarmış evdə olan zaman atası Cahangir ona əsəbi halda qardaşının evdə olmamasını və ona görə də kiməsə zəng edib çağırmasını, birlikdə gedib qardaşı Səxavəti axtarmalarını bildirmişdir. O, bundan sonra tanışı olan Röyal Mirzəyevə zəng vurmuş və Royaldan xahiş etmişdir ki, maşını ilə gəlib onları götürsün, birlikdə gedib qardaşı Səxavəti axtarsınlar. Aradan təxminən 15-20 dəqiqə keçmiş Röyal ona zəng edib evin yanında olmasını bildirmiş və bundan sonra o, atası ilə birlikdə evdən çıxaraq avtomaşına yaxınlaşmışlar. Atası avtomaşında qabaq sağ oturacaqda əyləşmiş, o, isə arxa oturacağa əyləşdikdə həmin zaman avtomaşında Şahmar və Tofiqində arxa oturacaqda əyləşmələrini görmüşdür. Bundan sonra birlikdə əvvəlcə Günəşli qəsəbəsinə getmişlər ki, Səxavətin münasibətdə olduğu qızın evinə gedib Səxavətin orada olub- olmamasını soruşsunlar, lakin evi tapa bilmədiklərindən, yəni Şahmarın evi dəqiq göstərməməsindən geri qayıdıb onlara məlum olan yerlərə getsələr də Səxavəti tapa bilməmişlər. Bundan sonra yaşadığı evə tərəf gedən zaman Nizami RİHB-nin binasının yanından evlərinə doğru aparan yola dönən zaman polis maşını saxla işarəsi verdikdə Röyal avtomaşını saxlamayaraq əksinə avtomaşını yüksək sürətlə idarə etdirmiş və atası bir neçə dəfə avtomaşını saxlamasını desə də, Röyal avtomaşını saxlamamış, «Azpetrol» YDM-nin qarşısında digər avtomaşınla toqquşmuşdur. Həmin zaman o, heç bir xəsarət almamış, atası isə ayağından xəsarət almışdır. Hadisədən sonra Tofiq avtomaşından düşüb qaçmışdır. Hadisə yerinə gələn polis əməkdaşları Röyal və Şahmarı saxlamışlar. Şahmar İsazadə yalan danışır. O, Şahmara deyil Röyal Mirzəyevə zəng etmiş, Yeni Günəşliyə gəldikdə isə Şahmar ünvanı dəqiq göstərə bilmədiyindən geri qayıtmışlar. Cinayət işinin 3-cü cildinin 215-217-ci vərəqlərində olan protokoldan görünür ki, cinayət işinin ibtidai istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində qeyd olunanları hadisə yerində göstərdikdə hadisə yerinin ünvan 1 ünvanın qarşısı olması müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 176-cı vərəqində olan protokoldan görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 ona təqdim edilmiş bir ədəd pulqabını tanıyaraq həmin pul qabının ona məxsus olmasını və hadisə zamanı ələ keçirildiyini bildirmişdir. Cinayət işinin 2-ci cildinin 47-50-ci vərəqlərində olan protokoldan görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 ona təqdim edilmiş fotoşəkillər arasından X2 fotoşəkilini tanıyaraq ona qarşı quldurluq etmiş şəxslərdən «Cahan» adlı şəxs olmasını bildirmişdir. Cinayət işinin 1-ci cildinin 8-12-ci vərəqlərində olan «Hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması haqqında» 21 may 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 qarşı quldurluq hadisəsi Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə Y.Səfərov küçəsinin kəsişməsində yerləşir. Cinayət işinin 1-ci cildinin 39-43-cü vərəqlərində olan «Baxış keçirilməsi haqqında» 21 may 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində toqquşmadan sonrakı Hyundai Sonata markalı avtomaşına baxış keçirilən zaman, avtomaşının sürücü tərəfdən ayaqaltısında 1 ədəd «Nokia» markalı, 1 ədəd «PHİLİPS» markalı mobil telefon aparatları, 1 ədəd taxta dəstəkli balta, 1 ədəd bıçaq, X6 şəxsiyyət vəsiqəsi, sürücü əyləşən oturacağın üzərindən içərisində 4 ədəd plastik kart, 1 ədəd qeydiyyat dəftərçəsi, 1 ədəd «Bakı kart» kartı, 12 ədəd ödəniş çeki, 2 ədəd vizit kartı olan dəri materialdan olan pul qabı, avtomaşının yük yerində bir ədəd ağ rəngli sellofana bükülü olan 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 2 ədəd patron aşkar edilərək götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 51-54-cü vərəqlərində olan protokoldan görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 ona təqdim edilmiş fotoşəkillər arasından Təqsirləndirilən şəxs fotoşəkilini tanıyaraq ona qarşı quldurluq etmiş şəxslərdən «Tofiq» adlı şəxs olmasını bildirmişdir. Cinayət işinin 3-cü cildinin 218-219-cu vərəqlərində olan protokoldan görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs3 ona təqdim edilmiş fotoşəkillər arasından Təqsirləndirilən şəxs fotoşəkilini tanıyaraq 14.03.2020-ci il tarixdə ona xəsarət yetirmiş şəxsin həmin şəxs olmasını bildirmişdir. Cinayət işinin 1-ci cildinin 32-ci vərəqində olan Nizami RPİ-nin PPXB-nin əməkdaşlarının 21 may 2020-ci il tarixli raportundan görünür ki, Babək prospektində vətəndaşa qarşı quldurluq edən və sonradan ** RJ *** dövlət qeydiyyat nişanlı Hyundai markalı avtomaşınla hadisə yerindən qaçmaları barədə efir vasitəsi ilə məlumat alaraq xidməti əraziyə baxarkən qeyd olunan maşını aşkar edərək, həmin maşina yaxınlaşan zaman sürücünün tabesizlik göstərərək sürətlə avtomaşını R.Rüstəmov küçəsi ilə hərəkət etməsi və qarşıdan gələn avtomaşınla yol nəqliyyat hadisəsi törətməsi, avtomaşında olan şəxslərin düşüb qaçmağa çalışmaları və həmin şəxslərin tərəflərin saxlanılmasını bildirmişlər. Cinayət işinin 4-cü cildinin 131-134-cü vərəqlərində olan ambulator məhkəməpsixiatrik ekspertizasının 910 saylı 02 aprel 2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu (F.60.3) aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələri - xasiyyətcə əsəbi, hövsələsiz, affektiv reaksiyalara meyilli olması, əsəbi gərginlik zamanı özünə xəsarətlər yetirməsi, dediyinə görə məhkumluq dövründə PX Müalicə Müəssisəsində müalicə olunması, həmçinin hazırki müayinə zamanı əhvali- ruhiyəsinin dəyişkənliyi, emosional dayanıqsızlığı və s. təsdiq edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəsizliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Cinayət işinin materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi qiymətləndirir: Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunanmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs «Emosional davamsız şəxsiyyət pozuntusu» qeyd olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək İqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra hər hansı psixi xəstəliyə tutulmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs istər ictimai təhlükəli-cinayət əməlini törədərkən, istərsə də törətdikdən sonra, yəni hal-hazırda anlaqlılığı istisna etməyən psixi poxzuntudan əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 2-ci cildinin 163-164-cü vərəqlərində olan məhkəmə-tibb ekspertizasının 31.05.2020-ci il tarixli 359 saylı rəyindən görünür ki, X1 üst dodağın selikli qişa məthinin, boynun sıyrıqiarı, sol baldırın qançırı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 21.05.2020-ci il tarixdə alınmaları mümkündür və ümumilikdə sağlamlığa zərər vurmaya xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin 3-cü cildinin 98-100-cü vərəqlərində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 iyul 2020-ci il tarixli 9/1561 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd üzərində «Bont Blanc» yazıları olan qara rəngli 22/14 sm ölçülü, düymə və zəncirbəndlə açılıb-bağlanın, süni dəri materiallı pul kisəsinin istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 10 manat müəyyən edilir. Cinayət işinin 3-cü cildinin 229-231-ci vərəqlərində olan iş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının 05.02.2021-ci İl tarixli 81 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 sağ saidin ön səthinin 3 ədəd və sol qoltuqaltı nahiyənin 1 ədəd deşilmiş-kəsilmiş yarası olmuşdur. Qeyd edilən xəsarətlər deşici-kəsici əşyanın (əşyaların, ola bilsin bıçaq) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 14.03.2020-ci il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün özünü elan edilmiş ittihamda təqsirli bilməməsi kimi gətirmiş olduğu dəlilləri cinayət işi üzrə zərərçəkmiş şəxslər və şahid ifadələri, istintaq hərəkəti protokolları, məhkəmə ekspertizaları və digər iş materialları ilə tam təkzib edildiyindən özünü müdafiə xarakterli kimi qiymətləndirir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.5 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələr ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 3-cü cildinin 232-ci, 4-cü cildinin 64-66-cı vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, sonradan barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 148-149-cu vərəqlərində olan AR DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xətai rayon məhkəməsinin 26.12.2012-ci il tarixli hökmü ilə CM-nin 185.2.1, 185.2.2, 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər məhkəməsinin 03.04.2015-ci il tarixli hökmü ilə CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26.12.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikasının CM-nin 83-cü maddəsinin şərh olunması ilə bağlı 25.05.2009-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 92-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş yetkinlik yaşına çatmayan şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş yetkinlik yaşına çatmayan şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən üç il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının CM-nin 18-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 15 fevral 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. İş üzrə maddi sübutlar - Nizami RPİ-də saxlanılan bir ədəd lüləsi və qundağı kəsilmiş ov tüfənginin, iki ədəd 16 kalibrli patronların, bir ədəd bıçağın X3 barəsində ayrılmış cinayət işi üzrə maddi sübut qismində tanınması nəzərə alınmalı, bir ədəd pul qabının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 21 may 2020-ci il tarixli protokola əlavə edilmiş iki vərəq mesaj mətnlərinin fotoşəkilləri olan kağızlar cinayət işində saxlanılmalıdır. Məhkəmə məsrəfi olaraq 264 (iki yüz altmış dörd) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhər «Mərkəz» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.3-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 15 fevral 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Nizami RPİ-də saxlanılan bir ədəd lüləsi və qundağı kəsilmiş ov tüfənginin, iki ədəd 16 kalibrli patronların, bir ədəd bıçağın X3 barəsində ayrılmış cinayət işi üzrə maddi sübut qismində tanınması nəzərə alınsın, bir ədəd pul qabının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın, “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 21 may 2020-ci il tarixli protokola əlavə edilmiş iki vərəq mesaj mətnlərinin fotoşəkilləri olan kağızlar cinayət işində saxlanılsın. Məhkəmə məsrəfi olaraq 264 (iki yüz altmış dörd) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhər «Mərkəz» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Mahmud Ağalarov