Məhkəmə qərarları › İş №1(101)-1120/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1120/2022

22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1120/2022 22.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən qabaqcadan əlbir olan bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi İlə istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edib daşımaqla kirayədə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 32 ünvanında yerləşən 102 saylı mənzildə saxlamış və bu barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən 04 noyabr 2021-ci il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs kirayədə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 32 ünvanında yerləşən 102 saylı mənzilə onun özünün iştirakı ilə axtarış keçirilən zaman mənzilin qonaq otağında olan stolun üzərində olan 1 ədəd karton qutunun içərisindən 1 ədəd şəffaf sellofana bükülmüş külli miqadarda ümumi təmiz çəkisi 9,576 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd plastik qabda külli miqdarda ümumi təmiz çəkisi 11,923 qram ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına daxil olan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edib daşımaqla kirayəyə götürdüyü Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, K.Şamilov küçəsi, ev 11 ünvanında yerləşən 62 saylı mənzildə saxlamış, Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən 05 noyabr 2021-ci il tarixdə, saat 00.20 radələrində Təqsirləndirilən şəxs kirayədə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, K.Şamilov küçəsi, ev 11 ünvanında yerləşən 62 saylı mənzilə onun özünün iştirakı ilə baxış keçirilən zaman mənzilin yataq otağında olan çəkməcədə olan 1 ədəd şəffaf sellofan bağlamada külli miqdarda ümumi təmiz çəkisi 750,700 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd şəffaf sellofan bağlamada külli miqdarda ümumi təmiz çəkisi 500,200 qram ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına daxil olan psixotrop maddə metamfetamin mənzilin qonaq otağında olan stolun üzərindən üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. O, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmiş, heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hökmü ilə CM-in 234.1-ci maddəsi ilə 3 il 6 ay müddətinə həbs olunmuşdur və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmışdır, O, həyat yoldaşı X6 2001-ci ildə ailə həyatı qurmuşdur. Birgə nigahdan 13, 15, 18 yaşlarında iki qız, bir oğlan övladları vardır, 2012-ci ildə həyat yoldaşı Pərvanədən rəsmi olaraq boşanmışdır. Həmin vaxtdan etibarən o, təkbaşına müxtəlif ünvanlarda kirayə yaşayır. 2021-ci ilin avqust ayında o, ünvan 4 ünvanına kirayəşin kimi köçmüşdür və aylıq 350 manat olmaqla yaşayır. X7 o, azadlığa buraxıldıqdan sonra onun yanına gələrək ona yemək və təmiz paltar gətirmişdir. O, 2 aya yaxındır ki, şirniyyat obyektində kuryer işləyərək dolanışığını təmin edir. Azadlığa buraxıldıqdan ara-sıra üzdən tanıdığı şəxslərdən kokos və şüşə kimi tanıdığı narkotik vasitələrdən alıb şəxsi istifadə üçün istifadə etmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə, saat təxminən 09 radələrində o, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "Kaktus” restoranının yanında çay evində oturan zaman bir nəfər şəxslə tanış olmuş və həmin şəxs ondan ağrılarının olubolmamasını soruşduqda o, ağrılarının olduğunu demişdir və narkotik vasitə olacağı təqdirdə ala biləcəyini bildirmişdir. Həmin şəxs də ona üzərində narkotik vasitə olduğunu deyib həmin narkotik vasitəni 100 manata satdığını qeyd etmişdir. O da, üzərində 90 manat pul olduğunu deyib ala biləcəyini bildirmişdir. Həmin şəxs də onunla razılaşmış və o, 90 manat nağd pul verdikdən sonra sonuncu ona bir ədəd karton qutu vermiş və o, həmin karton qutuya baxmayaraq özü ilə götürüb yaşadığı ünvana getmişdir. Həmin gün saat 13 radələrində oğlu Rəvan onun yanına gəlmişdir, yemək və təmiz paltar gətirmişdir. Rəvan onunla oturub evdə bir qədər söhbət etmişdir. Saat təxminən 16 radələrində mənzilinin qapısı döyülmüş və oğlu ilə o, qapıya doğru getmişlər. Rəvan qapını açdıqda orada bir neçə nəfər polis əməkdaşlarının olduğunu görmüşlər və polis əməkdaşları özlərini təqdim etdikdən sonra onlara yaşadıqları mənzilə baxış keçirilməsi barədə məhkəmə qərarının olduğunu deyərək onun narkotik vasitələrdən istifadə etmə və daşıma ilə əlaqədar şübhəli olduğunu bildirərək mənzilə baxış keçirilməsinin zəruri olduğunu izah etdikdən sonra onlar razılaşmışlar. Bu zaman polis əməkdaşları evə daxil olmuşlar. Ondan evdə hər hansı bir qeyri-qanuni əşya, predmet və ya narkotik vasitə olduğu təqdirdə təqdim etməyi xahiş edilmiş və o, evin qonaq otağında olan sağ tərəfdəki masanın üzərində olan karton qutunu təqdim edərək içərisində iki ədəd bükümdə olan maddələrin narkotik vasitə olduğunu bildirmişdir. Həmin bükümlərdən bir ədədi, şəffaf sellofanda tünd qəhvəyi rəngdə spesifik iyə malik olan "kokos” kimi tanıdığı heroin narkotik vasitə, digər plastik qabda isə içərisində ağ rəngli kristallik formada olan maddənin "şüşə” kimi tanıdığı metamfetamin narkotik vasitə olduğunu bildirmişdir və şəxsi istifadəsi üçün evdə saxladığını qeyd etmişdir. Polis əməkdaşları tərəfindən bir ədəd şəffav sellofan bükümdəki maddə və bir ədəd plastik qabdaki maddə məhkəmə ekspertizasına göndərilməsi üçün qablaşdırılıb möhürlənmiş, bütün prosess videokamera ilə lentə alınmış və onlar əvvəlcədən bu barədə xəbərdar olub razılaşmışlar. O, ünvan 2nından başqa ünvan 5 ünvanında təxminən 10 gündür ki, kirayə götürərək orada yaşamışdır. Təxminən 03 noyabr 2021-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Bakıxanov Bazarının” yaxınlığında üzdən tanıdığı şəxslə təsadüfən görüşərək ağrılarının olduğunu bildirmiş və həmin şəxsdən narkotik maddə istəmişdir. Həmin şəxs isə ona ümumilikdə iki ədəd şəffav sellofana bükülü vəziyyətdə olan biri tünd qəhvəyi rəngdə spesifik iyə malik olan “kokos” kimi tanıdığı narkotik maddə olan heroin və digəri isə içərisində ağ rəngli kristallik formada olan maddənin “şüşə" kimi tanıdığı metamfetamin narkotik vasitəsini və bir ədəd “UNİWEİGH” markalı elektron tərəzini təqdim etmişdir. Hər iki sellofona görə o, ayrı-ayrılıqda 1.000 manat olmaqla ümumilikdə 2.000 manat pul ödəmişdir. Həmin narkotik maddələri və elektron tərəzini götürərək yenicə kirayə götürdüyü ünvan 6 ünvanının yataq otağında çəkməcənin alt gözünə qoymuşdur, tərəzi isə mənzilin qonaq otağında olan stolun üstündə olmuşdur. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nİn əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində tutulduqdan sonra əməliyyat müvəkkilləri söhbət əsnasında səmimi olaraq Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən kirayə götürdüyü ünvanda olan narkotik maddəni etiraf etmək fikrinə gəlmişdir. xx.xx.2021-ci İl tarixdə, saat 00:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, ünvan 8 ünvanına polis əməkdaşları və ev sahibi olan Şahid4 ilə birgə baxış keçirilmişdir. Evə baxış zamanı polis əməkdaşları tərəfindən iki ədəd şəffav sellofan bükümdə olan narkotik maddələri mənzilin yataq otağında olan çəkməcədən və 1 ədəd “UNİWEİGH" markalı elektron tərəzini isə mənzilin qonaq otağında olan stolun üstündən aşkar edərək götürmüşlər. Onun kirayədə yaşadığı mənzildən aşkar edilmiş iki ədəd şəffaf sellofan bükümdə olan narkotik maddələri və 1 ədəd "UNİWEİGH” markalı elektron tərəzini məhkəmə ekspertizasına göndərilməsi üçün qablaşdırılıb möhürlənmiş, bütün bu prosess videokamera ilə lentə alınmış və onlar əvvəlcədən bu barədə xəbərdar olub razılaşmışlar. Nə saxlanılarkən nə də ki polis şöbəsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya psixi təsir olmamışdır. O, Bakı şəhəri, Yasamal rayonunda narkotik vasitə aldığı şəxsi ümumiyyətlə tanımamışdır. İlk dəfədir ki, görmüşdür və narkotik vasitə aldıqdan sonra ikinci dəfə heç nə almamışdır. Bakı şəhəri, Bakıxanov qəsəbəsində narkotik vasitə aldığı şəxsdən bir neçə dəfə narkotik vasitə almışdır və anket məlumatları barədə heç bir məlumata malik deyildir, həmin şəxs 37-38 yaşlı, arıq bədən quruluşlu, ucaboz, sarışın oğlandır. Barəsində başqa məlumatlara malik deyildir. O, həmin narkotik vasitəni özü istifadə etmək məqsədilə almışdır. O, həmin narkotik vasitədən heç kimə satmamışdır. O, hər dəfə narkotik vasitəni 1 qram qəbul etdiyi üçün tərəzi ilə ölçüb sonra istifadə etmişdir. İttiham olunduğu cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, atası Təqsirləndirilən şəxslə anası Pərvanə Abdullayevə 2012-ci ildə rəsmi boşanmışlar. Həmin vaxtdan etibarən o, anası ilə birlikdə yaşayır. Atası Rəhmanın yanına ayda 1-2 dəfə gəlib gedir. O, Rəhmanın yanına gələn zaman yemək və təmiz paltar gətirib çirkli paltarları aparmışdır. 04 noyabr 2021-ci il tarixdə, saat təxminən 14 radələrində o, atasının yaşadığı ünvana getmiş və yemək və paltar gətirmişdir. 04 noyabr 2021-ci il tarixdə, saat təxminən 16 radələrində o, atası Rəhmanla birlikdə kirayə yaşadığı ünvan 2nında olan zaman qapı döyülmüş və o, qapını açan zaman qapıda bir neçə nəfər polis əməkdaşlarını görmüşdür. Həmin zaman atası Rəhman da qapıya yaxınlaşmışdır. Polis əməkdaşları özlərini təqdim etmişlər və polis əməkdaşlarından biri onlara yaşadıqları mənzilə baxış keçirilməsi barədə məhkəmə qərarının olduğunu deyərək atası Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə və daşıma ilə əlaqədar şübhəli olduğunu bildirərək mənzilə baxış keçirilməsinin zəruri olduğunu izah etdikdən sonra onlar razılaşmışlar. Bu zaman polis əməkdaşları evə daxil olmuşlar. Atasından evdə hər hansı bir qeyri-qanuni əşya, predmet və ya narkotik vasitə olduğu təqdirdə təqdim etməyi xahiş edilmiş və atası evin qonaq otağında olan sağ tərəfdəki masanın üzərində olan karton qutunu təqdim edərək içərisində iki ədəd bükümdə olan maddələrin narkotik vasitə olduğunu bildirmişdir. Atası həmin bükümlərdən bir ədədi, şəffav sellofanda, tünd qəhvəyi rəngdə spesifik iyə malik olan “kokos” kimi tanıdığı heroin narkotik vasitə, digər plastik qabda isə içərisində ağ rəngli, kristallik formada olan maddənin “şüşə” kimi tanıdığı metamfetamin narkotik vasitə olduğunu bildirmiş və şəxsi istifadəsi üçün evdə saxladığını qeyd etmişdir. Polis əməkdaşları tərəfindən bir ədəd şəffav sellofan bükümdəki maddə və bir ədəd plastik qabdakı maddə məhkəmə ekspertizasına göndərilməsi üçün qablaşdırılıb möhürlənmiş, bütün bu proses videokamera ilə lentə alınmış və onlar əvvəlcədən bu barədə xəbərdar olub razılaşmışlar. Atası Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə istifadə etmə ilə məhkum olunmuşdur. O, əvvəllər Rəhmanın narkotik vasitə istifadə etməsi barədə xəbəri olmuş, lakin son dövrdə sonuncunun narkotik vasitə istifadə etməsi, habelə yaşadığı evdə narkotik vasitə olması barədə heç bir məlumatı olmamışdır. Ona heç bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu ərazisində yaşayan “Rəhman” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələri əldə etməsi, üzərində saxlaması, daşıması, istifadəsi və satması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatla əlaqədar 04 noyabr 2021-ci il tarixdə əməliyyataxtarış tədbirinin keçirilməsinə dair qərar qəbul edilmiş və ondan, Bakı şəhəri Nizami RPİnin 25-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra keçirilmiş tədbirləri nəticəsində Təqsirləndirilən şəxs kirayə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 32 saylı yaşayış binasının 11-ci mərtəbəsindəki 102 saylı mənzilə 04 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyat müvəkkili Süleyman İsgəndərli və həmin İ şöbənin təhqiqatçısı, polis kapitanı Samir Nəsirli ilə getmişlər və Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, daşınmasında və üzərində saxlanılmasında şübhəli olması ilə əlaqədar mənzilə baxış keçirilməsinin zəruri olduğu izah edildikdən sonra sonuncunun özünün razılığı əsasında mənzilə baxış keçirilmişdir. Baxış zamanı mənzilin qonaq otağında sol tərəfdə olan masanın üzərindəki karton qutunun içərisində 1 ədəd sellofan bükümdə, içərisində tünd qəhvəyi rəngli maddə, eləcə də həmin karton qutuda olan plastik qabda ağ rəngli kristal şəklində maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs qəhvəyi rəngli maddənin “kokos” kimi tanıdığı heroin, ağ rəngi kristal şəklində olan maddənin isə “şüşə” kimi tanıdığı metamfetamin narkotik vasitə olduğunu, həmin narkotik vasitələri tanımadığı şəxsdən 90 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs PŞ-də olan zaman könüllü olaraq kirayə yaşadığı digər Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi 11 saylı yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 62 saylı mənzildə də narkotik vasitələr saxladığını bildirdiyi üçün sonuncunun şəxsi razılığı əsasında Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Samir Nəsirli və həmin şöbənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə mənzilə getmişlər və ev sahibi Şahid4 iştirakı ilə mənzilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs mənzilin yataq otağına daxil olaraq otağın sol tərəfində yerləşən çəkməcənin alt gözünü açaraq orada narkotik maddə olmasını bildirərək oradan 1 ədəd sellofan bükümdə, İçərisində tünd qəhvəyi rəngli maddəni təqdim edərək həmin maddənin “kokos” kimi tanıdığı heroin narkotik vasitə olduğunu, həmçinin 1 ədəd sellofan bükümdə içərisində ağ rəngli spesifik iyə malik olan maddəni təqdim edərək həmin maddənin “şüşə” kimi tanıdığı metamfetamin narkotik vasitə olduğunu və həmin narkotik vasitələri tanımadığı şəxsdən ümumilikdə 2.000 manata aldığını bildirmişdir. Həmçinin evə baxış zamanı Təqsirləndirilən şəxs evin qonaq otağında otağın orta hissəsində olan masanın üzərində “UNİWEİGH” markalı elektron tərəzini təqdim edərək həmin tərəzinin narkotik maddəni əldə etdyi şəxsin sonuncuya verməsini, həmin tərəzi ilə şəxsi istifadəsi üçün narkotik maddələri ölçdüyünü qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 6 ona məxsusdur və həmin mənzildə yaşamadığına görə mənzili o, kirayə verməyə qərara gəlmişdir. 2021-ci ilin oktyabr ayların sonlarında Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən evlərin alqı satqı ofislərin birindən ona zəng gəlmiş və ona maklerlər bildirmişlər ki, evini kirayə götürmək istəyən var. O da, həmin gün alqı-satqı ofisinə getmiş və orada adını xatırdlamadağı maklerlə görüşmüşdür. Həmin vaxt alqı-satqı ofisdə bir nəfər təxminən 16-17 yaşlı uşaq olmuşdur və həmin uşaq özünü ona Rəvan kimi təqdim etmişdir. Rəvan ona demişdir ki, mənzili atası kirayə götürmək istəyir, lakin xəstə olduğuna görə atası gələ bilmir. O da, həmin vaxt evi Rəvana göstərmişdir. Rəvan onun yanında evə baxanda qiymətə razılaşmış və demişdir ki, evdə atası ailəsi ilə birlikdə yaşayacaq. Rəvan həmin vaxt, yəni 2021-ci ilin oktyabr ayının axırlarında ona 350 manatı vermişdir. Evin kirayəyə verilməsi ilə bağlı o, Rəvanla müqavilə bağlamamışdır. Rəvanın atası Təqsirləndirilən şəxs o, 3 noyabr 2021-ci İl tarixdə ilk dəfə görmüşdür. Rəhmanla Bakı şəhəri, Ş.Kamilov küçəsində yerləşən 11 saylı evin qarşısında görüşmüşdür. Rəhmanla o, özü zəngləşib görüşüb tanış olmaq istəmişdir. Rəhmanla görüşəndə onlardan başqa orada heç kim olmamışdır. Rəhman ona demişdir ki, həmin evdə ailəsi birlikdə yaşayacaq. O da, Rəhmana inanmış və onlar sağollaşıb ayrılmışlar. 05 noyabr 2021-ci il tarixdə, gecə saatlarında ona 25-ci polis bölməsindən zəng gəlmiş və həmin bölməyə onu dəvət etmişlər. Polis bölməsinə gələndə o, orada Təqsirləndirilən şəxs görmüş və polis əməkdaşları ona demişlər ki, Rəhman onun kirayə verdiyi evdə narkotik vasitələri saxlayır və həmin evə onun icazəsi ilə və iştirakı ilə baxış keçirilməlidir. O, razılaşmış və polis əməkdaşları və Rəhmanla birlikdə ünvan 6 ünvanına getmişdir. Orada polis əməkdaşları videoçəkiliş aparmağa başlamışlar və həmin videoçəkilişdədə o da, iştirak etmişdir. Videoçəkiliş zamanı onlar onun Rəhmana kirayə verdiyi mənzilə daxil olmuşlar və Rəhman polis əməkdaşlarına bildirmişdir ki, yataq otağında narkotik vasitə heroini və psixotrop maddə metamfetamini gizlətmişdir. Rəhman mənzilin yataq otağında sol tərəfdə yerləşən çəkməcənin alt gözünü açaraq orada iki ədəd selofan paketinə ağ rəngli və qəhvəyi rəngli spesifik iyli maddələri polis əməkdaşlarına təqdim edib bildirmişdir ki, qəhvəyi rəngli maddə el arasında «kokos» kimi tanınmış narkotik vasitə heroindir, ağ rəngli maddə isə el arasında «şüşə» kimi tanınmış psixotrop maddə metamfetamindir. Həmçinin mənzilə baxış keçirilən zaman Rəhman evin qonaq otağında stolun üzərində olan elektron tərəzini təqdim edib bildirmişdir ki, həmin tərəzini narkotik vasitələrin ölçməsində istifadə edir. Bundan sonra Rəhmandan götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin həmin elektron tərəzi ilə birlikdə götürülmüş və qablaşdırılmışdır. Rəhmanın onun mənzilində narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin saxlaması barədə məlumatı olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 2-ci cildinin 9-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs ünvan 2nında yerləşən yaşadığı evindən narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin aşkar olunaraq götürülməsi barədə 04 noyabr 2022-ci il tarixli protokola əlavə edilmiş 1 ədəd «CD» diskdə qeydə alınmış videoyazısınına baxış keçirilərək müəyyən olmuşdur ki, diskdə olan «2021_11_04_18_49_İMG_3148» adlı fayla daxil olduqda müəyyən olunur ki, faylda 8 dəqiqə 48 saniyədən ibarət olan videogörüntü var. Həmin videoyazıya baxdıqda müəyyən olunur ki, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı X1 Rəhman Famiz oğlunun yaşadığı ünvan 2nında olan evinə keçirilmiş axtarış zamanı, mənzilin qonaq otağının sol tərəfində yerləşən masanın üzərində olan karton qutusunun içərisində 1 ədəd selofana bükülmüş maddə və 1 ədəd plastik qabın içərisində olan kristal formalı, ağ rəngli maddə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, karton qutusunun içərisində 1 ədəd selofana bükülmüş maddə narkotik vasitə olan heroindir, plastik qabın içərisində olan maddə isə psixotrop maddə olan metamfetamindir. Cinayət işinin 2-ci cildinin 10-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs ünvan 9 ünvanında yerləşən yaşadığı evindən narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin aşkar olunaraq götürülməsi barədə 05 noyabr 2022-ci il tarixli protokola əlavə edilmiş 1 ədəd «CD» diskdə qeydə alınmış videoyazısınına baxış keçirilərək müəyyən olmuşdur ki, diskdə olan «2021_11_05_00_21JMG_3149» adlı fayla daxil olduqda müəyyən olunur ki, faylda 8 dəqiqə 17 saniyədən ibarət olan video görüntü var. Həmin videoyazıya baxdıqda müəyyən olunur ki, Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı X1 Rəhman Famiz oğlunun kirayə götürdüyü ünvan 9 ünvanında olan evinə keçirilmiş axtarış zamanı mənzilin yataq otağının sol tərəfində yerləşən çəkməcənin alt gözünün içərisində 1 ədəd selofana bükülmüş, qəhvəyi rəngli maddə və 1 ədəd selofana bükülmüş, ağımtıl kristal formalı maddə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin selofanda olan maddələr narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindir. İş üzrə maddi subut olan CD disklərə məhkəmə iclasında baxış keçirilmişdir. CD disklərdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 2-ci cildinin 7-8-ci vərəqələrində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəsinə ***-***-**-** saylı nömrədən 27 oktyabr 2021-ci il tarixdə, saat 15:31-də «Rəhman salam. Necəsən qardaş, kefin halın necədi, torpaq sahəsi istəyən var, yanına gəlmək istəyirəm, Neftçilərdəyəm» məntli sms, 03 noyabr 2021-ci il tarixdə, saat 11:20-də ***-***-**-** saylı nömrədən «qaqa göndərirsən Adili» mətnli sms, 03 noyabr 2021-ci il tarixdə, saat 21:49-da ***-***-**-** saylı nömrədən «belə 1 stəkan kofe yarı dene gəndnən oralarda düzələr?» mətnli smslərin göndərilməsi aşkar olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı nömrəsinə 25 oktyabr 2021-ci il tarixdə, saat 15:26-da ***-***-**-** saylı nömrədən «20 manatım var yarı patı verde mene birazda verim kiməsə pulum olsun» mətnli sms, 26 oktyabr 2021-ci il tarixdə, saat 17:32-də ***-***-**-** saylı nömrədən «qaqaş 36 manat var 1.3 kola birazda daş imkan varsa vurum pulu karta» mətnli sms, 26 oktyabr 2021-ci il tarixdə, saat 22:55-də ***-***-**-** saylı nömrədən «qaqaşım sənə qurban olaram 40 manat vurum 1,5 qum atda» mətnli sms, 27 oktyabr 2021-ci il tarixdə, saat 13:35-də «Rəhman salam necəsən qardaş torpaq istəyən var, çox tələsirlər gəlim?» mətnli sms, 29 oktyabr 2021-ci il tarixdə, saat 11:38-də ***-***-**-** saylı nömrədən «qardaşım niyə belə edirsən mən sənə ne pislik etmişəm səhərə kimi əziblər məni ölürəm çet atdır bir verdə götürüm çıxım vəziyyətdən qardaşımsan» mətnli sms, 29 oktyabr 2021-ci il tarixdə, saat 14:12-də ***-***-**-** saylı nömrədən «rəhman qaqaş salam qaqa sene qurban olaram pis gündəyəm ne olar mənə kömek ele falqadan zatdan mene bir şey verdə ölürəm» mətnli sms, 30 oktyabr 2021-ci il tarixdə, saat 23:19-da 055-686- 49-96 saylı nömrədən «qaqaş gələ bilərəm o tərəflərə imkan var qaqa», «55», «yaxşı qaqa», «qaqa pulu indi vuracam özüm sabah gələcəm» mətnli sms, 31 oktyabr 2021-ci il tarixdə, saat 02:52-də ***-***-**-** saylı nömrədən «65 azn göndərdim» mətnli sms, 31 oktyabr 2021-ci il tarixdə, saat 19:26-da 055- ***-**-** saylı nömrədən «Novruzun 10 manat borcu var idi. 5 manat verdi 5 manat qaldı» mətnli sms, 31 oktyabr 2021-ci il tarixdə, saat 20:35-də ***-***- **-** saylı nömrədən «qaqaş sənə sənə Adil deyir xəstəm var gələ bilmirəm imkan varsa mənə kömək ed» mətnli sms, 01 noyabr 2021-ci il tarixdə, saat 21:06-dan saat 22:57 qədər olan müddətdə ***-***-**-** saylı nömrədən «deyir imkan olsa bir damcı şüşə versin», «145 azn», «indi atıram», «4169-7385-4603-0747 düzdür?», «Novruz zəng vurmuşdur deyir salfetka boşdur» «whatsapa göndərdim qardaş», «Novruz zəng vurmuşdur, deyir salfetka boşdur», «sən mən gedəndə olsa bir dənə falqa verərsəndə mənə», «yaxşı qardaşım hələki burdayam sen get deyəndə gedecəm qardaşım», «sən mən gedəndə olsa bir dənə falqa verərsəndə mənə» mətnli sms-lərin, 02 noyabr 2021-ci il tarixdə, saat 03:37-də ***-***-**-** saylı nömrədən «Rəhman bir dənə istəyən var gəlim?» mətnli sms, 02 noyabr 2021-ci il tarixdə, saat 12:10-da ***-***-**-** saylı nömrədən «Rəhman blokdan çıxıb aşağıdakı zibilliyə dönən yerdə ppx dayanıb» mətnli sms, 02 noyabr 2021-ci il tarixdə, saat 17:36-da ***-***-**-** saylı nömrədən «qaqa Adil gəlir, yarım patı qalıb mən götürdüm axşam pulun vuracam pulun üstü yüklü olmasındiyə» mətnli sms, 02 noyabr 2021- ci il tarixdə, saat 22:51-də ***-***-**-** saylı nömrədən «Novruz sənin kartına 27 manat vurdu?» mətnli sms, 03 noyabr 2021-ci il tarixdə, saat 20:28-də ***-***- **-** saylı nömrədən «qaqaş 60 manata 2,5 verərsən» mətnli sms, 04 noyabr 2021-ci il tarixdə, saat 13:09-da ***-***-**-** saylı nömrədən «qaqaş bu uşaq çıxıb getse mən batdım mənə kömək et» mətnli sms-lərin göndərilməsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəsindən 26 oktyabr 2021-ci il tarixdə, saat 19:30da ***-***-**-** saylı nömrəyə «qaqaş sənöl ciddi deyirəm, özüvə kanal tap, mən belə yoruluram» mətnli sms, 29 oktyabr 2021-ci il tarixdə, saat 13:57-də ***-***-**-** «ala gişdamrun rəvan qarıda veşzad gətirib camaat qrujanu orda», «pixa salmaq istirsən məni suka yabni» mətnli sms, 29 oktyabr 2021-ci il tarixdə, saat 21:46-da ***-***-**-** saylı nömrəsinə «Rəvan dəki aybla qalmağa yer yoxdu aton da razı da qoymur qalım həl edə özü deyecey gedey galaq bilməsin mən demişəm» mətnli sms, 01 noyabr 2021-ci il tarixdə, saat 22:48-də ***-***-**-** saylı nömrəyə «Abdullazadə Nigar», «Çatdı brat» mətnli sms-lər, 02 noyabr 2021-ci il tarixdə, saat 17:36-da ***-***-**-** saylı nömrəyə «qaqa Adil gəlir yarı» mətnli sms-lərin göndərilməsi aşkar olunmuşdur. Cinayət işinin 1-ci cildinin 61-66-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/4916 saylı 05 noyabr 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində " Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 165’’ dairəvi möhür əksi olan iki ədəd zərfdə: üzərində “Vət. Təqsirləndirilən şəxs” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 9,576 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərində “Vət. Təqsirləndirilən şəxs” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə, bir ədəd plastik qabda təmiz çəkisi 11,923 qram olan ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’’-in siyahısına (Siyahı İ) daxildir, Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 1-ci cildinin 67-72-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/4915 saylı 05 noyabr 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 165’’ dairəvi möhür əksi olan üç ədəd zərfdə: üzərində “Vət. Təqsirləndirilən şəxs kirayə yaşadığı” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd sellofan bağlamada təmiz çəkisi 750,700 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Vət. Təqsirləndirilən şəxs kirayə yaşadığı’’ sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə, bir ədəd sellofan bağlamada təmiz çəkisi 500,200 qram olan ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Üzərində “Vət. Təqsirləndirilən şəxs kirayə yaşadığı” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmadı. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr’’-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 2-ci cildinin 44-48-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış əlavə məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/1383 saylı, 08 apel 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs mənzillərindən götürülmüş və ekspertizaya təqdim olunmuş bir ədəd bağlamada təmiz çəkisi 500,150 qram olan metamfetamin ilə bir əldəd bükümdə təmiz çəkisi 11,873 qram olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Bir ədəd bağlamada təmiz çəkisi 750,650 qram olan heroin ilə bir ədəd bükümdə təmiz çəkisi 9,526 qram olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Cinayət işinin 2-ci cildinin 54-56-cı vərəqlərində olan qərardan görünür ki: Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 32 ünvanında yerləşən 102 saylı mənzildən aşkar olunaraq götürülmüş təmiz çəkisi - 9.576 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, və təmiz çəkisi 11.923 qram ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 05 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs kirayədə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, K.Şamilov küçəsi, ev 11 ünvanında yerləşən 62 saylı mənzildən götürülmüş təmiz çəkisi - 750.700 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və təmiz çəkisi 500.200 qram ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və “UNİWEİGH” markalı elektron tərəzi maddi sübut kimi tanınmış, məhkəmə kimyəvi ekspertizaların tədqiqatından sonra narkotik vasitə olan heroinin qalıq hissəsi birinci bağlamada 750.600 qram, ikinci bağlamada 9,476 qram, psixotrop maddə olan metamfetaminin ekspertiza tədqiqatdan sonra qalan qalıq hissəsi birinci bağlamada 500,100 qram, ikinci bağlamada 11,823 qramı və bir ədəd “UNİWEİGH" markalı elektron tərəzi saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs kirayədə yaşadığı evlərdən narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin, elektron tərəzinin aşkar olunaraq götürülməsi barədə 04 noyabr 2021-ci il tarixli və 05 noyabr 2021-ci il tarixli protokollara əlavə olunmuş 2 ədəd «CD» disk maddi sübüt kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3 maddələri ilə düzgün olaraq tövsif olunmuş, o həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qərarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” AzərbaycanRespulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cildinin 251-252-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 629 saylı, 10 fevral 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cildinin 12-ci vərəqəsində olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx-2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 06 ay müddətində azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 177.1, 234.1, 66.3-cü maddəsinə əsasən 2 il azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli amnistiya qərarının 2.5 bəndinə əsasən azad olunmuşdur. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 24 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törətməsində təqsirli bilinib qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-in 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasənməhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi dövrdə yenidən qəsdən cinayət törətmiş və cinayətin residivini yaradır. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3 maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və o, azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Əməlindən peşman olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməli cinayətlərin residivini yaratdığından, məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-in 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə həmin şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 04 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cildinin 31-ci vərəqəsində olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin cinayət işinin materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 04 noyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə ekspertiza xərci olan 248 manat 52 qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 32 ünvanında yerləşən 102 saylı mənzildən aşkar olunaraq götürülmüş təmiz çəkisi - 9.576 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və təmiz çəkisi 11.923 qram ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və Təqsirləndirilən şəxs kirayədə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, K.Şamilov küçəsi, ev 11 ünvanında yerləşən 62 saylı mənzildən götürülmüş təmiz çəkisi - 750.700 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və təmiz çəkisi 500.200 qram ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və “UNİWEİGH” markalı elektron tərəzi məhkəmə kimyəvi ekspertizaların tədqiqatından sonra narkotik vasitə olan heroinin qalıq hissəsi birinci bağlamada 750.600 qram, ikinci bağlamada 9,476 qram, psixotrop maddə olan metamfetaminin ekspertiza tədqiqatdan sonra qalan qalıq hissəsi birinci bağlamada 500,100 qram, ikinci bağlamada 11,823 qramı və bir ədəd “UNİWEİGH" markalı elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs kirayədə yaşadığı evlərdən narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin, elektron tərəzinin aşkar olunaraq götürülməsi barədə 04 noyabr 2021-ci il tarixli və 05 noyabr 2021-ci il tarixli protokollara əlavə olunmuş 2 ədəd «CD» diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətinnəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-in 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakı müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi2 üçün 360 AZN (üç yüz altmış manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3 maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 04 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə ekspertiza xərci olan 248 manat 52 qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 32 ünvanında yerləşən 102 saylı mənzildən aşkar olunaraq götürülmüş təmiz çəkisi - 9.576 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və təmiz çəkisi 11.923 qram ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və Təqsirləndirilən şəxs kirayədə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, K.Şamilov küçəsi, ev 11 ünvanında yerləşən 62 saylı mənzildən götürülmüş təmiz çəkisi - 750.700 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və təmiz çəkisi 500.200 qram ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və “UNİWEİGH” markalı elektron tərəzi məhkəmə kimyəvi ekspertizaların tədqiqatından sonra narkotik vasitə olan heroinin qalıq hissəsi birinci bağlamada 750.600 qram, ikinci bağlamada 9,476 qram, psixotrop maddə olan metamfetaminin ekspertiza tədqiqatdan sonra qalan qalıq hissəsi birinci bağlamada 500,100 qram, ikinci bağlamada 11,823 qramı və bir ədəd “UNİWEİGH" markalı elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs kirayədə yaşadığı evlərdən narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin, elektron tərəzinin aşkar olunaraq götürülməsi barədə 04 noyabr 2021-ci il tarixli və 05 noyabr 2021-ci il tarixli protokollara əlavə olunmuş 2 ədəd «CD» diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi2 üçün 360 AZN (üç yüz altmış manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Məhəmməd Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar