Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1120/2023 16.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Cinayət işinin baxılmasına xitam verilməsi və onun prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1983-cü il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Mil qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə 27 mart 2023cü il tarixdə daxil olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi ilə külli miqdarda təmiz çəkisi 2,500 qram kustar üsulla hazırlanmış narkotik vasitə «heroin»i qanunsuz olaraq əldə edib saxlayaraq yaşadığı ünvan 2 ünvanına qədər daşımış, onun narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatın yoxlanılması məqsədi ilə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 12 sentyabr 2022-ci il tarixdə saat 15:40 radələrində yaşadığı ünvanında saxlanılaraq ünvan 3 Polis bölməsinin inzibati binasına gətirilmiş, həmin gün saat 17:50-dən etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı naməlum mənbədən satış məqsədi ilə əldə edib yaşadığı evdə “Rothmans” markalı siqaret qutusunda 2 ədəd gümüşü rəngli faiq a bükümün içərisində saxladığı və əynindəki şalvarının sol yan cibində “Prima" markalı siqaret qutusunda 1 ədəd gümüşü rəngli falqa bükümün içərisində saxlayaraq daşıdığı, ayrı-ayrılıqda təmiz çəkiləri 1,447 qram, 0,432 qram və 0,621 qram, ümumi təmiz çəkisi 2,500 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür; bundan başqa o, təkrarən istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə təmiz çəkisi 1,208 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə “heroirTi qanunsuz olaraq əldə edib üzərindəsaxlayaraq daşımış, 07 noyabr 2022-ci il tarixdə saat 05:30 radələrində Səbail Rayon Polis İdarəsinin 41-ci Polis bölməsinin əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə ünvan 4 ünvanının qarşısında saxlanılarkən, narkotik vasitələrin istifadəsində şübhəli bilindiyi üçün Bakı şəhəri Səbail rayonu Əziz Nəzərov küçəsi 2 ünvanında yerləşən 41- ci Polis bölməsinin inzibati binasına gətirilmiş, həmin gün saat 06:15-dən etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli idman şalvarının sol yan cibindən naməlum mənbədən satış məqsədi ilə qanunsuz əldə edib üzərində saxlayaraq daşıdığı bir ədəd siqaretin gümüşü rəngli kağız kəsiyindən olan bükümün içərisində təmiz çəkisi 1,208 qram təşkil edən narkotik vasitə heroın aşkar edilərək götürülmüşdür. Məhkəmənin hazırlıq iclsında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 cinayət işinə xitam verilməsi və onun prokurora qaytarılması barədə vəsatət verərək göstərmişdir ki, cinayət işinin 1-ci cildinini 101-ci vərəqindəki ərizəyə əsasən Təqsirləndirilən şəxs 10 yanvar 2023-cü il tarixdə vəkil İlqar Musayevdən itina etməsinə baxmayaraq, sonra bütün posessual hərəkətlərdə həmin vəkil, yəni İlqar Musayev iştirak etmişdir, bu da təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirilməlidir. Məhkəmənin hazırlıq iclasında dövllət ittihamçısı da cinayət işinə məhkəmənin hazırlıq iclasında baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatət verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizə ilə ibtidai istintaqı aparan müstəntiqə müraciət edərək ona hüquqlarının müdafiəsi üçün Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 təyin edildiyini, buna görə ona təyin edilmiş əvvəlki müdafiəçi həmin vəkil bürosunun vəkili İlqar Musayevin xidmətindən imtina etdiyini və onun iştirakına xitam verilməsini göstərmişdir, lakin həmin ərizə əsasında Səbail RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Raqif Şərifov tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş “müdafiəçinin cinayət prosessində iştirakına xitam verilməsi barədə” qərarla ərizədə xidmətlərindən imtina olunan İlqar Musayevin deyil, Müdafiəçi2 iştirakına xitam verilmiş və bundan sonra ibtidai istintaqın yekununa qədər bütün istintaq hərəkətləri faktiki olaraq təqsirləndirilən şəxsin ərizəsi üzrə imtina etdiyi müdafiəçinin iştirakı ilə keçirilmişdir. Dövlət itithamçısı həmçinin vəsatətində məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-in tələblərinin kobud surətdə pozulmasına yol vermiş Səbail RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Raqif Şərifovun barəsində xüsusi qərar çıxarılmasını da xahiş etmişdir. Məhkəmə vəsatətlərdə göstərilən dəlilləri və cinayət işinin materiallarını öyrənərkən iş üzrə məhkəməyədək icraatın kobud qanun pozuntularına yol verilərək aparıldığını müəyyən etdiyindən məhkəmənin hazırlıq iclasında həmin cinayət işinə baxılmasına xitam verilməli və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı olduğu qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının CPM-in 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına əsas olan kobud pozuntulara aiddir. Təqsirləndirilən şəxs məhkəmənin hazırlıq iclasında müdafiəçisinin və dövlət ittihamçısının vəsatətlərinə münasibət bildirərək göstərmişdir ki, həqiqətən də ibtidai istintaq zamanı ərizəsində göstərdiyi kimi vəkil İlqar Musayevin xidmətindən imtina etmiş və müdafiəçisi olan Müdafiəçi2 ibtidai istintaq zamanı onun hüquqlarını müdafiə etməsini istəmiş, lakin buna baxmayaraq müstəntiq digər müdafiəçi İlqar Musayevi saxlamışdır. İşdə olan 10 yanvar 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs 07 noyabr 2022-ci il tarixdə 41-ci polis bölməsində tutularkən hüquqlarının müdafiəsi üçün dövlət hesabına ona Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ayrılmış, bu səbəbdən hüquqlarını müdafiəsi üçün əvvəl ayrılmış Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili İlqar Musayevin fəaliyyətin xitam verilməsini xahiş etmişdir (1-ci cild iş vərəqi 101). İşdə olan 11 yanvar 2023-cü il tarixli müdafiəçinin cinayət prosesində iştirakına xitam verilməsi haqqında qərardan görünür ki, Səbail RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən Müdafiəçi2 cinayət prosesində iştirakına xitam verilmişdir (1-ci cild iş vərəqi 104). Cinayət işinin materiallarındakı digər sənəd və protokollarından görünür ki, ibtidai istintaqın yekununa qədər bütün istintaq hərəkətləri faktiki olaraq təqsirləndirilən şəxsin ərizəsi üzrə imtina etdiyi müdafiəçinin iştirakı ilə keçirilmişdir. CPM-in 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Həmin Məcəllənin 91.4-cü maddəsinə əsasən müstəntiq, prokuror və ya məhkəmə təqsirləndirilən şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalı və onun xahişi ilə müdafiəyə hazırlıq üçün kifayət qədər vaxt verməlidir. CPM-in 92.12-ci maddəsində qeyd olunur ki, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi protokolda göstərilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. Göründüyü kimi Təqsirləndirilən şəxs müstəntiqə ünvanladığı ərizəsində vəkil İlqar Musayevin xidmətindən imtina etməsinə və bununla da faktiki olaraq ibtidai istintaqın sonrakı gedişatında hüquqlarının vəkil Müdafiəçi2 tərəfindən müdafiə edilməsinə dair sərbəst iradə ifadəsini bildirməsinə baxmayaraq, ibitidai istintaq orqanı tərəfindən onun xahişi düzgün təmin edilməməklə CPM-in təqsiləndirilən şəxsin müdafiə hüquqlarının təmininə dair normalarının tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikasının CPM-in 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikasının CPM-in 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına əsas olan kobud pozuntulara aiddir. Beləliklə də, məhkəmə hesab edir ki, təqirəndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 və dövlət ittihamçısı Cövdət Mehrəliyevin vəsatətlərində göstərdikləri hallar, yəni müstəntiqin ibtidai istintaqı Təqsirləndirilən şəxs imtina etdiyi müdafiəçinin iştirakı ilə, lakin özünün seçdiyi müdafiəçinin iştirakı olmadan aparması və bununla da təqsirləndirilən şəxsin müdafiə hüququnu kobud formada pozması cinayət işinin baxılmasına xitam verilməsinə və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına əsas verir. Belə ki, müstəntiq məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara, o cümlədən proses iştirakçılarının müdafiə hüququnun pozulmasına yol verilmişdir. Ona görə də məhkəmə cinayət işinin baxılmasına xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 300.1.5 və 303.3.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Müdafiəçi2 cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında vəsatəti təmin edilsin. Dövlət ittihamçısı X1 cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-in tələblərinin kobud surətdə pozulmasına yol vermiş Səbail RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X3 barəsində xüsusi qərar çıxarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Sədrlik edən Siyavuş Hacıyev Hakimlər: Rahib Salmanov Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-1120/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1120/2023
16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver