Məhkəmə qərarları › İş №1(101)-1120/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1120/2025

30.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1120/2025 30.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və Kamranov Hafiz Eldar oğlundan ibarət tərkibdə, Məmmədov Rüstəm Mirhadı oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, ali təhsilli, subay, psixoloq işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissəsində – CM) 171-1.2.4 və 171-1.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs himayəsində olan on dörd yaşına çatmayan qızının pornoqrafiyasını yayma, əldə edilməsinə şərait yaratma, yayma və reklam etməklə hazırlamışdır. Belə ki, o, istintaqa məlum olmayan internet hesabından 2023-cü ilin yay aylarında yaşadığı ünvan 1 ünvanında yerləşən evində istifadəsində olan mobil telefonla «Porno Free» internet saytına daxil olub, himayəsində olan övladı xx xxxxxx 2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs çılpaq vəziyyətdə çəkdiyi, cinsi-intim nahiyələrinə yönəldilməsi, insanın seksuallığının ayrı-ayrı momentlərinə cəlb etməsi, cinsi ehtirasın sağlam olmayan şəkildə oyadılması və gücləndirilməsi, insanın və erotikanın humanistliyini məhv etməklə primitiv hisslər və münasibətlər yaratması, ictimai cəhətdən şərtləndirilmiş normaları pozması, başqalarında ikrah hissi oyatmaq məqsədi daşıması və qadın cinsi-intim nahiyələrinin təsviri əlamətləri olan uşaq pornoqrafiyasına aid videogörüntülərdən ibarət materialları yükləyərək yaymışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 171-1.2.4 və 171- 1.2.5-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o və qızı evdə olmuşlar. Həmin vaxtı evdə üçüncü şəxs olmamışdır. Hamamda qızı ilə çimməyə hazırlaşmışlar. Həmin vaxtı Nuray çılpaq vəziyyətdə əlində telefonda oyun oynamışdır. O, qızını çağıranda əlindəki telefonda reklam xarakterli bir proqram açılmışdır. Onlar bu proqramın nə olduğunu bilməmişlər. Həmin vaxtı televizorda da mahnı ifa olunurdu. Qızına heç bir təzyiq, şiddət və ya məcburiyyət olmadan, tamamilə öz iradəsi ilə oynamağa başlamışdır. O da qızının könlünü almaq üçün oyuna qoşulmuşdur. Daha sonra qızını çimizdirəndə, qızı telefonunu paltaryuyan maşının üstünə qoymuşdur. Onun isə bundan xəbəri olmamış və telefonun açıq vəziyyətdə olduğunu bilməmişdir. Təxminən 6-7 ay sonra öyrənmişdir ki, kimsə həmin görüntünü qeyd edib və yayıb. Bu barədə məlumat alan kimi dərhal DİN-nin 102 xidmətinə zəng etmişdir. Hətta bununla bağlı hakera müraciət etmişdir. 102 xidmətində danışdığı xanım ona bildirmişdir ki, narahat olmasın, məsələ ilə bağlı tədbir görüləcəkdir. Bundan əlavə, yaşadığı ərazinin polis bölməsinə də müraciət etmiş, amma orada heç bir tədbir görülməmişdir. Qeyd olunan hadisə tamamilə bilmədən baş vermişdir. O, sosial şəbəkələrin istifadəçisi deyil. Bu, sadəcə uşağın şıltaqlığı olmuşdur. O, intihar həddinə çatmış, vicdansız ana deyil. Ali təhsillidir, ixtisasca pedaqoqdur və artıq 25 ildir ki, Azərbaycan Partiyasının üzvüdür. Uzun illərdir uşaqların təlim-tərbiyəsi ilə məşğuldur və vaxtilə 6 saylı uşaq bağcasının direktor vəzifəsində işləmişdir. Bu məsəslə ilə bağlı 30-cu PB-yə rəsmi ərizə ilə müraciət etmiş, lakin heç bir tədbir görülməmişdir. 102 xidmətinə zəng edərək səbəbini soruşmuşdur. Təxminən 30 dəqiqə sonra 30-cu PB-dən ona zəng olunaraq cinayətkarın guya tutulduğu bildirilmişdir. O, xahiş etmişdir ki, 30-cu PByə getmək üçün avtomobil göndərilsin, çünki taksi ilə getməyi gec olacaqdı. Arxası ilə avtomobil göndərilmiş və o, könüllü 30-cu PB-yə getmişdir. Onları aldatmışlar və ona psixoloji təzyiq göstərilmişdir. Bu gərginlik nəticəsində bir anlıq huşunu itirmişdir. Uşağı xəstədir və nəfəs almaqda çətinlik çəkir. Bu hadisə nəticəsində övladı ciddi psixoloji travma almış və bu günə qədər də şok vəziyyətindədir. Onun tək övladının gələcəyi təhlükə altına düşüb və adına ciddi zərbə dəyib. O, suallara cavab olaraq bildirmişdir ki, çəkiliş təxminən 5-7 dəqiqə davam etmişdir. Hamam otağında olanda telefon onun əlində deyildi. Telefonu Nuray paltaryuyan maşının üstünə qoyub divara söykəmişdi. Nurayın telefonu nə üçün paltaryuyan maşının üstünə qoyub divara söykədiyini bilmir. Nuray telefonun ekranında özünün çılpaq vəziyyətdə olan şəkilini səhv etmirsə görmürdü. Telefonu o, açmamışdır. Nuray telefonla oynayırdı. Telefonu hamam otağına Nuray əlində gətirib qoymuşdur. Nuray hamam otağında artıq çılpaq olmuşdur. Telefonun açıq vəziyyətdə olmasını bilmirdilər. Su olmasın deyə telefonu paltaryuyan maşının üstünə qoymuşlar. Telefon açıq vəziyyətdə olsa da, hamam otağında olan suyun səs-küyü telefondan əks səda vermirdi. Proqramı telefonda heç kim yaratmamışdır. Telefonda reklam xarakterli bir proqram açılandan sonra həmin proqram açılmışdır. Nuray həmin proqramda öz-özünü görən kimi oynamağa başlamışdır. Hamam otağından sonra telefon qonaq otağına gətirilmişdir. Nuray hamam otağında oynamırdı, sakitcə çimirdi. Onu Kamran adlı sahə inspektoru hansıki onu müstəntiqin yanına aparırdı, həmin şəxs yolda ona düşməninin kim olduğunu soruşmuşdur. O da bircə adamın, yəni Shako2045 adlı videonu paylaşan profilin olduğunu və ondan hüquq mühafizə orqanlarına şikayət etdiyini demişdir. Kamran ona videonun Saleh adlı şəxsin paylaşdığını və həmin şəxsi ona göstərəcəyini demişdir. Kamran onun yanında mobil telefonunu açmışdır. Açdıqdan sonra görüntülərin silindiyini demişdir. Kamran Salehə zəng vurmuş və görüntülərin niyə sildiyini soruşmuşdur. Saleh daha DİN-in icazə vermədiyini və artıq paylaşa bilmədəyini demişdir. İbtidai istintaq zamanı ona “Shako” ilə bağlı sual verilməmişdir. Kamran Suraxanı RPİ-nin 30-cu PB-də sahə inspektoru vəzifəsində çalışır. Onu cinayətkarın tapıldığını deyərək 30-cu PB-yə gətirəndə Nurayı 30-cu PB-in inzibati binasının digər otağında ondan xəbərsiz götürüb aparmışlar. Həmin görüntüləri heç bir məqsədlə yaymamışdır. Sadəcə Nurayın əli dəyib hansısa proqram açılmışdır. Nuray da ekranda özünü görəndə özləri üçün video olduğunu düşünərək oynamağa başlamışdır. Həmin görüntüləri yayılmasında reytinq qazanmaq kimi məqsədi olmamışdır. Həmin görüntüləri reytinq məqsədi ilə yaymaqdansa özünü öldürsə yaxşı olardı. İttihamın həmin hissəsini qəbul etmir. O, ibtidai istintaq zamanı ərindən ayrılıb, dünyasını dəyişib kimi ifadələr verməmişdir. Nə yazılıbsa özləri yazmışlar. Burada iş materiallarında ərinin ölməsinin yazılmasını eşitmişdir. İş materiallarında özünə aid olmayan imzalar vardır. O, BİT-də olan Sosial agentliklə mütəmadi olaraq əlaqə saxlayırdı. Sığınacaqla əlaqə saxlaya bilmirdi. Sosial agentliyin nömrəsini qardaşı vasitəsi ilə əldə etmişdir. Sosial agentliklə əlaqə saxlayıb uşağının sığınacaqda qalmamasının yollarını öyrənmişdir. Onlar ona uşağın ya anaya, ya da atasına təhvil verilə biləcəyini demişlər. O da qardaşının vasitəsi ilə əri ilə əlaqə saxlamış və Nurayı sığınacaqdan çıxartmasını xahiş etmişdir. Onun icazəsi olmadan qızını ölkə xaricinə aparmışlar. Uşaq canlını açıb, nə olduğunu bilməmişdir. O, uşaqla oynamış, uşaq paltarsız olmuşdur. O, uşaq özü üçün video çəkdiyini bilmişdir. İbtidai istintaq dövründə onun adından yazılan ifadələri özləri yazmışlar. Nurayı anadan olan vaxtdan övladlığa götürmüşdür. Ekranda saniyələr, rəqəmlər var idi. O, uşağı hamama girməsi üçün tələsdirmişdir. Uşaq da ona “ana 100 olsun” demişdir. O, bir anadır, o, uşağını təkbaşına böyütmüşdür, atasızlığını hiss etdirməmişdir. O, uşağına qarşı necə pis ola bilər, bu deyilənlər hamısı şərdir, böhtandır, bu hərəktlər onun yaşam tərzinə uyğun deyil, o, qapalı həyat tərzi keçirtmişdir. Uşağını ərkəsöyün böyütmüş, uşağını əldə etmək üçün ona bəraət verilməsini, işinə ədalətli baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 2003-cü ildə X5 ilə birgə nikaha daxil olmuş, xx.xx.2015-ci il tarixdə Nuray adlı övladları dünyaya gəlmişdir. 2018-ci ildə əri X5 ilə nikahları ləğv edilmişdir. Həmin vaxtdan qızı Nuray onun himayəsi altında yaşayıb. 2023-cü ilin yay aylarında saat 12-13 radələrində yaşadığı ünvan 1 ünvanında olarkən «Porno Free» internet çat saytında canlı yayımda 2015-ci il təvəllüdlü qızı Nurayı çılpaq vəziyyətdə intim nahiyələrini çəkib paylaşmışdır. Sonradan «Tik-Tok» sosial şəbəkədə «Sako2045» adlı profilin sahibi həmin videonun altında təhqiramiz sözlər yazaraq videonu internet saytlarında yaymışdır. «Tik-tok» sosial şəbəkəsindən tapdığı haker fəaliyyəti ilə məşğul olan ***-***-**-** nömrəsi ilə əlaqə saxlayıb həmin paylaşımları silməsini xahiş etmiş, həmin şəxs müqabilində ondan 155 manat istəmişdir. Pulu verməyə imkanı olmadığı üçün razılaşmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X2 (Baıramov Nuradın) göstərmişdir ki, o, Rusiya Federasiyasında yaşayır. O, burada ailə qurmuş və bir neçə ildən sonra ayrılmışdır. Evdə nə baş verib-vermədiyindən xəbəri belə yoxdur. O, suallara cavab olaraq bildirmişdir ki, Nurayla danışanda ona heç nə deməmişdir. Baş verənlərlə bağlı soruşanda heç nəyin yadında qalmadığını deyir. Nuray onun qızıdır. Nuray ona anası ilə bağlı pis bir fikir söyləməmişdir. O, Moskva şəhərində yaşayır. Nuray özü şəxsən ona yığmamışdır. Təqsirləndirilən şəxs heç bir şikayət, tələbi yoxdur, sonuncunu bağışlamışdır. Nurayın doğma atasıdır. Nurayla bağlı mütəmadi olaraq əlaqə saxlayırdı. Nurayla anasının qaldığı ev ona məxsusdur, qızına bağışlamışdır. Belə bir hadisənin olmasını eşitmiş, amma görməmişdir. Muxtarovanın belə bir hadisə törətməsinə inanmır. Təqsirləndirilən şəxs ittiham aktında qeyd olunan kimi hadisəni törətdiyini bilsə bağışlamazdı. Məhkəmə baxışı zamanı mütəxəssis və qanuni nümayəndənin iştirakları ilə zərərçəkmiş şəxs qismində dindirilmiş azyaşlı Zərərçəkmiş şəxs ifadə verməkdən çəkinmiş, faktiki olaraq ifadə verməkdən imtina etmiş, yalnız qısa olaraq göstərmişdir ki, heç kimə ehtiyacı olmadan öz başına telefon istifadə edə bilir. Telefondan başı çıxır, telefonla necə video çəkməyi bacarır. Yəni zərərçəkmiş şəxs özü sərbəst telefonu idarə etməyi, video çəkməyi bacarır. Zərərçəkmiş şəxs azyaşlı Zərərçəkmiş şəxs mütəxəssis və qanuni nümayəndənin iştirakları ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun anasıdır. Anası 2023-cü ilin yay aylarında yaşadıqları ünvan 1 ünvanında olarkən anası ondan əynində olan paltarları çıxarmağı tələb edib, onu çılpaq vəziyyətdə istifadəsində olan mobil telefonla videosunu çəkib internet saytında paylaşacağını demişdir. Anasının oyun oynadığını düşünərək ona da maraqlı olduğundan soyunaraq çılpaq vəziyyətdə telefonun qarşısına keçmişdir. Beləliklə yaşadıqları evin hamam otağında və qonaq otağında anası ilə birlikdə o, çılpaq vəziyyətdə, anası isə paltarda videolar çəkilmişdir. Həmin vaxtı telefon internetə qoşulu idi. İnternet üzərindən ona məlum olmayan saytda canlı açılmış və orada insanların baxdığı görsənirdi. Həmin videoların anası tərəfindən hansı məqsədlərlə çəkilib paylaşıldığı barədə məlumatı olmayıb. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CM-in 171-1.2.4 və 171-1.2.5-ci maddələri ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2024-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Samsung markalı telefonuna baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs azyaşlı qızı Nurayın çılpaq görüntülərini FREE porno saytında paylaşması müəyyən edilmişdir. (İ cild, i.v. 8) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:10-da CM-in 171-1.2.4 və 171-1.2.5-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild,i.v. 23) xx.xx.2024-cü il diskə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Zərərçəkmiş şəxs pornoqrafik videogörüntülərini özündə əks etdirən bir ədəd DVD diskə baxış zamanı diskin yaddaşında 02 ədəd videofayl olması müşahidə olunur. Diskdə olan ilk videofayla nəzər yetirdikdə Zərərçəkmiş şəxs evin hamam otağında lüt şəkildə canlı yayıma çıxdığını və anası Təqsirləndirilən şəxs onun yanında dayanaraq canlı yayımda lüt qızının cinsiyyət orqanını göstərməsi ilə reklam etməsi müəyyən olmuşdur. İkinci videofayla nəzər yetirdikdə evin otaqlarının birində Zərərçəkmiş şəxs yenə lüt şəkildə anası ilə birlikdə anasının istifadəsində olan mobil telefonla canlı yayım açdıqlarını və Zərərçəkmiş şəxs cinsiyyət orqanlarını nümayiş etdirdiyi müəyyən edilmişdir. (İ cild,i.v. 33-34) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 171-1.2.4 və 171-1.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 37-38) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(010)-194/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. (İ cild i.v. 61-63, 185-190, 224- 227) Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adlı azyaşlı uşağı vardır. (İ cild, i.v. 73) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 məhkəmə-psixoloji ekspertizasının 2149 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur. Zərərçəkmiş şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. O, azyaşlı olması ilə əlaqədar başqalarının (doğmalarının) təsiri altında hərəkət edə bilər. Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs azyaşlı olması ilə əlaqədar hadisə zamanı ona qarşı edilmiş hərəkətlərin mahiyyətini qavramaq və anlamaq qabiliyyətinə malik olmadığından hadisə zamanı onun psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Zərərçəkmiş şəxs yaş xüsusiyyətlərinə görə hadisə zamanı ona qarşı edilmiş hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malik olmamışdır. (İ cild, i.v. 133- 135) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X11 326 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmayıb, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmişdir. (İ cild, i.v. 136-137) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v. 146-147) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 23 sentyabr 2024-cü il tarixli BKC/LGL- 11196/24 nömrəli məktubuna əlavə olmuş çıxarışdan görünür ki, ***-***-**-** saylı mobil nömrə Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.2006-cı il təvəllüdlü X6 adına qeydə alınmış, xx.xx.2024-cü il tarixdə nömrədən imtina edilmişdir. (İ cild, i.v. 158- 159) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 ambulator məhkəmə-psixiatrik ekspertizasının 2278 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ilə istintaq hərəkətlərinin həyata keçirilməsi mümkündür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. (İ cild, i.v. 194-197) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11/836 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, təqdim olunan 01 ədəd DVD diskdə olan “VTS_01_1” və “VTS_02_1” adlı video görüntülər pornoqrafik xarakterlidir. Video və foto təsvirlərin uşaq pornoqrafiyasına aid olub-olmamasının müəyyən olunması məhkəməsənətşünaslıq ekspertizasının səlahiyyətinə aid deyildir. (İ cild i.v. 228-231) xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən azyaşlı qızı Zərərçəkmiş şəxs çılpaq görünütlərini sosial şəbəkələrdə paylaşılmış videogörüntüləri əks etdirən 01 ədəd DVD yaddaş daşıyıcısı maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin saxlancına təhvil verilmişdir. (İ cild i.v. 234-241) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1450 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 4-cü vərəqində olan xx.xx.2024-cü il tarixli “Ərizə”nin aşağı hissəsində “İmza:” qrafasında olan imza; cildin 5-ci vərəqində olan “İzahat”da “İmza:” qrafalarında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imzalar, cildin 8-ci vərəqində olan xx.xx.2024-cü il tarixli (Telefona baxış keçirilməsi haqqında) “Protokol”da “İstirak etdilər:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cildin 9-10-cu vərəqlərində olan “İzahat”ın 1-ci vərəqinin orta hissəsində “İmza:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza və vərəqin aşağı sağ hissəsində olan imza, 2-ci vərəqində “İmza:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza, cildin 17-ci vərəqində xx.xx.2024-cü il tarixli (şübhəli şəxsin tutulması haqqında) “Qərar”da “Qərarın surətini aldım:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza, cildin 18-ci vərəqində xx.xx.2024-cü il tarixli (müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında) “Protokol”da “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cildin 19-cu vərəqində xx.xx.2024cü il tarixli “Ərizə”də “İmza:" qrafasında “/Təqsirləndirilən şəxs/” yazılarının qarşısında olan imza; cildin 22-ci vərəqində xx.xx.2024-cü il tarixli /Müdafiəçi təqdim edilməsi haqqında/ “Protokol”da “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cildin 23-cü vərəqində xx.xx.2024-cü il tarixli /cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında/ “Protokol”da “İmza:” qrafalarında imzalar; cildin 24-cü vərəqində /şübhəli şəxsin hüquq və vəzifələri barədə/ “Bildiriş”də “Bildirişi xx.xx.2024-cü il tarixdə aldım:" qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cildin 25-ci vərəqində xx.xx.2024-cü il tarixli "Bildiriş”də “İmza:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imzadan; cildin 26-cı vərəqində xx.xx.2024-cü il tarixli “(şübhəli şəxsin huquq və vəzifələrinin izah edilməsi, tutma qərarı və tutma protokolunun surətinin, hüquq və vəzifələrinə dair bildirişin ona verilməsi haqqında)" “Protokol”da “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cildin 27-ci vərəqində xx.xx.2024-cü il tarixli “(şübhəli şəxsə etiraz hüququnun izah edilməsi haqqında)” “Protokol”da “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cildin 28-30-cu vərəqlərində şübhəli şəxsin dindirilməsi “Protokolu”nun 1-ci və 2-ci vərəqlərində olan imzalar, 3-cü vərəqində “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cildin 34-cü vərəqində xx.xx.2024-cü il tarixli /diskə baxış keçirilməsi haqqında/ “Protokol”da “1.” qrafasında "Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza” cildin 38-ci vərəqində olan qərarın surətinin alınması barədə sənəddə “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cildin 39-40-cı vərəqlərində olan xx.xx.2024-cü il tarixli /Təqsirləndirilən şəxsin hüquq və vəzifələri barədə/ “Bildiriş”in 1-ci vərəqində olan imza, 2-ci vərəqində “İmza:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cildin 41-ci vərəqində olan xx.xx.2024-cü il tarixli “Bildiriş”də “İmza:” qrafasında “/Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cildin 42-ci vərəqində olan xx.xx.2024-cü il tarixli (təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın surətini ona verilməsi haqqında) “Protokol”da “Qərarın surətini aldım, hüquq və vəzifələrim mənə izah edildi:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cildin 43-cü vərəqində olan (təqsirləndirilən şəxsə etiraz hüququnun izah edilməsi haqqında) “Protokol”da “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cildin 44-46-cı vərəqində olan xx.xx.2024-cü il tarixli təqsirləndrilən şəxsin dindirilməsi “Protokolu”nun 1-ci vərəqində “İmza:” qrafasında olan imzalar, 2-ci vərəqində olan imzalar, 3-cü vərəqində “CAVAB:” qrafasında və “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imzalar; cildin 51-ci vərəqində olan 14 iyun 2024-cü il tarixli (təqsirləndirilən şəxsin ekspertiza təyin edilməsi haqqında qərar ilə tanış edilməsi və hüquqlarının izah edilməsi haqqında) "Protokol”da “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza, cildin 52-ci vərəqində olan 14 iyun 2024-cü il tarixli (təqsirləndirilən şəxsin ekspertiza təyin edilməsi haqqında qərar ilə tanış edilməsi və hüquqlarının izah edilməsi haqqında) “Protokol”da “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cildin 53-cü vərəqində olan 14 iyun 2024-cü il tarixli (təqsirləndirilən şəxsin ekspertiza təyin edilməsi haqqında qərar ilə tanış edilməsi və hüquqlarının izah edilməsi haqqında) “Protokol”da “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cildin 59-cu vərəqində olan 14 iyun 2024-cü il tarixli (təqsirləndirilən şəxsin həbsə alma və həbsdə saxlamanın qanuni və əsaslı olduğunu təsdiq etmək üçün cinayət prosesinin həyata keçirən orqanın məhkəməyə təqdim etdiyi materiallarla tanış olması haqqında) “Protokol”da “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cildin 121-ci vərəqində olan 23 avqust 2024-cü il tarixli /Müdafiəçi təqdim edilməsi haqqında/ “Protokol"da “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cildin 122-ci vərəqində olan 23 avqust 2024-cü il tarixli şübhəli şəxsin vəkildən imtina etməsi haqqında "Protokol”da “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cildin 126-128-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli təqsirləndrilən şəxsin dindirilməsi “Protokolu”nun 1-ci vərəqində “İmza:” qrafasında olan imzalar, 2-ci vərəqində olan imzalar, 3-cü vərəqində “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cildin 140-cı vərəqində olan 23 avqust 2024-cü il tarixli (təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında) “Protokol”da “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cildin 141-ci vərəqində olan 23 avqust 2024-cü il tarixli (təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında) “Protokol”da “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cildin 191-ci vərəqində olan xx.xx.2024-cü il tarixli (etiraz edilə bilən şəxslərin soyadları və bu barədə digər məlumatların təqsirləndirilən şəxsə bildirilməsinə dair) “Protokol”da “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza, cildin 198-ci vərəqində olan xx.xx.2024-cü il tarixli (təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında) “Protokol”da “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cildin 200-cü vərəqində olan xx.xx.2024-cü il tarixli (ekspertiza təyin edilməsi haqqında qərarla təqsirləndirilən şəxsi və müdafiəçini tanış etmə haqqında) “Protokol”da “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cildin 246-cı vərəqində olan xx.xx.2025-ci il tarixli (ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə məlumat vermə haqqında) “Protokol”da “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cildin 2253-cü vərəqində olan xx.xx.2025-ci il tarixli (istintaq materialları ilə təqsirləndirilən şəxsi tanış etmək haqqında) “Protokol”da “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza - Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-196/2025 saylı qətnaməsindən və icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs münasibətdə valideynlik hüququndan məhrum edilmiş, həmin qətnamə xx.xx.2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Həmçinin, həmin qətnamədən görsənir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ərizəçi Təqsirləndirilən şəxs övladlığa verilmişdir. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini, zərərçəkmiş şəxsin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 171-1.2.4 və 171-1.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 171-1.2.4 və 171-1.2.5-ci maddələri ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, qeyd olunan görüntüləri heç bir məqsədlə yaymaması, sadəcə qızının əli dəyib hansısa proqram açılması və s. ilə bağlı verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun himayəsində olan on dörd yaşına çatmayan qızının pornoqrafiyasını yayma, əldə edilməsinə şərait yaratma, yayma və reklam etməklə hazırlamasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – zərərçəkmiş şəxsin ifadəsi, xx.xx.2024-cü il diskə baxış keçirilməsi haqqında protokol, ona əlavə edilmiş disk, ekspertiza rəyi, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs ifadələrində qızını çağıranda əlindəki telefonda reklam xarakterli bir proqram açıldığını, onlar bu proqramın nə olduğunu bilmədiklərini, qızını çimizdirəndə, qızı telefonunu paltaryuyan maşının üstünə qoyduğunu, onun isə bundan xəbəri olmadığını və telefonun açıq vəziyyətdə olduğunu bilmədiyini, Nurayın əlinin dəyərək hansısa proqramın açıldığını qeyd etsə də, məhkəmə iclasında tədqiq olunan pornoqrafik görüntülərin əks olunduğu diskdən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs hamam otağında olarkən əks olunan videogörüntülərdə heç də telefonun açıq vəziyyətdən xəbərsiz olmaları görünmür, belə ki, hər ikisi telefonun ekranına baxaraq müəyyən hərəkətlər edirlər, yəni telefonda öz görüntülərinin olduğunun fərqindədirlər. Eyni zamanda otaqda olan çəkilişdə isə Təqsirləndirilən şəxs telefonu əlində tutaraq hər ikisinin telefona baxdığı və hətta Zərərçəkmiş şəxs “100 adamı keçsə” dediyi, Təqsirləndirilən şəxs isə “100 adamı keçmədiyi” deməsi aydın əks olunur. Yəni həmin görüntülər və danışıqlar telefonda təsadüfən reklam xarakterli bir proqram açılmasını, Təqsirləndirilən şəxs bundan xəbərsiz olmasını və buna oxşar məhkəmə iclasında verdiyi digər ifadələri tamamilə təkzib edir. Bundan başqa Təqsirləndirilən şəxs cinayət işinin materiallarında imzaların ona məxsus olmaması ilə bağlı verdiyi ifadələr münasibətdə isə qeyd olunmalıdır ki, həmin hal məhkəmə istintaqı zamanı araşdırılmış, təqsirləndirilən şəxsin vəsatəti ilə məhkəməxətşünaslıq ekspertizası keçirilmiş və həmin xx.xx.2025-ci il tarixli, 4/1450 nömrəli rəyə əsasən bu nəticəyə gəlinmişdir ki, iş materiallarında olan “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza - Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. Bununla da Təqsirləndirilən şəxs qeyd edilən ifadələri həmin sübutla, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.1.12, 59.2-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona qarşı heç bir şikayət və tələbin olmamasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 171-1.2.4 və 171-1.2.5-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasını, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları, CM-in 60-cı maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 171-1.2.4 və 171-1.2.5-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə əsas və müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. CM-in 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. CM-in 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(010)-194/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 204 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-nin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılmalı, Təqsirləndirilən şəxs tərəfindən azyaşlı qızı Zərərçəkmiş şəxs çılpaq görüntülərini sosial şəbəkələrdə paylaşılmış videogörüntüləri əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs atası X1 (Baıramov Nuradın) himayəsində olması nəzərə alınmalıdır. Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X9 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 10 saat hüquqi yardıma görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X9 üçün 110 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 171-1.2.4 və 171-1.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə təhsil və təlim-tərbiyə müəssisələrində inzibati vəzifə tutma və təlim-tərbiyə fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış: Suraxanı RPİ-nin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılsın. Təqsirləndirilən şəxs tərəfindən azyaşlı qızı Zərərçəkmiş şəxs çılpaq görünütlərini sosial şəbəkələrdə paylaşılmış videogörüntüləri əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 204 (iki yüz dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 10 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X9 üçün 110 (yüz on) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar