Məhkəmə qərarları › İş №1(101)-1121/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1121/2021

06.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1121/2021 06.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər X7 və X6, Müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X9 iştirakları ilə, xx xxxx 1970-ci ildə X1 rayonunda doğulmuş, hazırda vətəndaşlığı olmayan, subay, ali təhsilli, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, Yeni Yaşayış massivi, nömrəsiz evdə qeydiyyatsız yaşamış, məhkumluğu olmayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.7 və 29,120.2.9cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 1997-ci ildən rəsmi nigah münasibətində olmaqla 03.10.2017-ci ildə rəsmi nigahları pozulmuş arvadı xx.xx.1975-ci il təvəllüdlü Qanuni nümayəndə2, oğlu xx.xx.1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs3 Afiq oğlunu və qızı xx.xx.2003-cü iftəvəllüdlü Zərərçəkmiş şəxs1 Afık qızını 27.10.2020-ci il tarixdə, təxminən saat 19 radələrində ünvan 1 ünvanında yerləşən evdə aralarında ailə münasibətləri zəminində baş vermiş mübahisə zamanı arvadını və övladlarını qəsdən öldürmək niyyəti ilə, yaxın adamlarının, yəni valideyni övladların, övladları valideynin, bacını qardaşın, qardaşı bacının gözü qarşısında, onlara xüsusi əzab verdiyini dərk edib xüsusi amansızlıqla əlində olan bıçaqla sonuncuların bədəninin müxtəlif nahiyyələrinə zərbələr vuraraq, Qanuni nümayəndə2 həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid sağ tərəfli pnevmatoraks və İV qabırğanın zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının plevra boşluğuna (döş boşluğuna) nüfuz edən 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, Zərərçəkmiş şəxs1 həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid sol tərəfli hemopnevmatoraks və dərialtı emfizema ilə müşayiət olunan döş qəfəsinin sol yarısının plevra boşluğuna (döş boşluğuna) nüfuz edən 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, Zərərçəkmiş şəxs3 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid döş qəfəsinin arxa divarının və sağ saidin kəsilmiş yaraları xəsarətləri yetirməklə, Qanuni nümayəndə2, Zərərçəkmiş şəxs3 və Günel Əhmədovanın 3 saylı BŞX-na çatdırılaraq sonunculara ixtisaslaşdırılmış tibbi yardım göstərildiyindən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırmayıb, Qanuni nümayəndə2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, yəni iki və ya daha çox şəxsi xüsusi amansızlıqla, həmçinin aşkar surətdə köməksiz vəziyyətdə olan sonuncunu qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1997-ci ildə Qanuni nümayəndə2 ilə evlənmiş, birgə nigahdan 1999-cıı il təvəllüdlü Kamran adlı oğlu və 2003-cü il təvəllüdlü Günel adlı qızı doğulmuş, təxminən 2001-ci ildən ailəsi ilə ünvan 2 ünvanında yaşamağa başlamışlar. Ailəsini dolandırmaq üçün fərdi əməklə məşğul olaraq müxtəlif yerlərdə tikinti-təmir işlərində fəhləlik, ustalıq etmişdir. Elnurə isə Daxili Qonşunların hospitalında tibb bacısı işləmişdir. Əvvəllər Elnurə ilə münasibətləri çox yaxşı olmuş, aralarında heç bir ədavət, şəxsi qərəzlilik olmamışdır. Lakin son zamanlar məlum «Covid- 19» pandemiyası ilə bağlı tətbiq olunan karantin şəraitində Özünə uyğun İş tapa bilmədiyindən ailəsinin maddi tələbatını lazımınca təmin edə bilməmiş, spirtli içkiyə meyilliliyi artmış, tez-tez müxtəlif yerlərdə yeyib-içib evə sərxoş gəlmişdir. Bu səbəbdən Elnurə onunla tez-tez mübahisə etmiş, ailədaxili münaqişə yaratmışdır. Sonuncu dəfə təxminən 2020-ci ilin sentyabr ayının əvvəllərində axşam saatlarında evinə gələrkən görmüşdür ki, Elnurə onun paltarlarınl bir sellofan torbaya yığıb, evin giriş qapısının bayır tərəfdən qarşısına qoymuş və qapını bağlamışdır. O, qapını döyüb içəri girmək istəsə də, Elnurə açıq şəkildə işləmədiyinə, ailəyə baxmadığına görə onu evə buraxmayacağını demişdir. O, bu barədə əvvəlcə Elnurənin ata-anasına və yaxın qohumlarına məlumat verib onu yola gətirmələrini xahiş etsə də, Elnurə onu evə buraxmamışdır. Bundan sonra o, atasının evinə getmişdir. Ailəsinin dağılmasında mütəmadi olaraq spirtli içki içməkdə müəyyən qədər günahkar olduğunu başa düşmüşdür. Bu səbəbdən özünün istəyi ilə atası onu Maştağa qəsəbəsində yerləşən narkoloji xəstəxanaya aparmış və orada 21 gün müalicə aldıqdan sonra buraxılıb evinə gəlsə də, Elnurə yenə də onu evə buraxmamışdır. Ona görə də, o, atasının Ramana qəsəbəsində yerləşən evində yaşamağa davam etmişdir. Eyni zamanda son vaxtlarda Novxanı kəndində fəhlə işi tapıb işləməyə başlamışdır. Hər gün səhər təxminən saat 7 radələrində evdən çıxıb işə getmiş, saat təxminən 19 radələrində işdən çıxıb evə qayıtmışdır. Vaxtaşırı yenə də Elnurəyə zəng edib artıq içkidən ayrıldığını, iş tapıb işlədiyini deyib evinə buraxılmağını istəsə də, o razılıq verməmişdir. Hətta bir neçə dəfə qızı Günelə, Elnurənin qohumlarına zəng edib xahiş etmişdir ki, Elnurəni başa salsınlar. Bütün bu cəhdlərinə baxmayaraq Elnurə onu evə buraxmamışdır. 27.10.2020-ci il tarixdə, səhər təxminən 7 radələrində evdən çıxmış, fəhlə işlədiyi Novxanı kəndinə getmişdir. Günorta saatlarında özünün istifadə etdiyi ***-***-**-** nömrəli telefonundan Elnurənin mobil telefonuna zəng etmiş və bir daha xahiş etmişdir ki, onu evinə buraxsın, çünki ən azından həmin evdə onun da yaşamaq hüququ vardır. Ancaq Elnurə onun sözünü yarımçıq qoyub telefonu söndürərək onun nömrəsini bloklamışdır. O, bundan əsəbiləşmiş və qərara almışdır ki, oraya gedib, uşaqlarını görsün, həm də Elnurə ilə üz-üzə danışıb məsələni müzakirə etsin, ona evin bir payının ona düşdüyünü, burada yaşamaq haqqının olduğunu başa salsın. Beləliklə, həmin gün təxminən saat 19 radələrində işdən çıxıb atasıgilin yaşadığı Ramana qəsəbəsinə yox, arvadı Elnurə və uşaqlarının yaşadığı Binə qəsəbəsindəki binanın həyətinə gəlmişdir. Elnurənin ona qapı açmayacağını bildiyinə görə məhəllələrində yaşayan və qızı Günelin sinif yoldaşı olmuş Seymuru görüb ona demişdir ki, ona kömək edib qapılarını döysün. Seymur ondan etdiyi xahişin səbəbini soruşmadan xahişini yerinə yetirib onunla birlikdə evlərinin qarşısına gedib qapını döymüşdür. Həmin vaxt qapının kənarında dayandığı üçün evdəkilər gözlükdən baxdığı zaman onu görməmişlər. Qapı açılandan sonra o da bundan istifadə edib evə girmişdir. Seymurun isə geri nə vaxt qayıtmasını bilməmişdir. O, içəri girəndə evin dəhlizində Elnurə, Kamran və Günellə qarşılaşmışdır. O, uşaqları ilə görüşüb onların üzündən öpmüşdür. Lakin, Elnurə onu və valideynlərinin ünvanlarına nalayiq söyüşlər söyərək təhqir edib nə üçün xəbərdarlıq etmədən gəldiyini demiş və evdən çıxıb getməyimi tələb etmişdir. O, Elnurəyə demişdir ki, “bu evdə mənim də payım vardır və burada yaşamağa haqqım çatır.” Elnurə dəhlizdə olan ev telefonunun dəstəyini götürüb demişdir ki, '‘indicə polis çağırtdırıb səni tutduracağam.” O, telefonun naqilini ayırmış və Elnurə zəng edə bilməmişdir. Lakin, bundan sonra Elnurə dəhlizdən mətbəxə keçib oradan bıçaq götürüb onun üstünə gələrək bıçaqla sinə nahiyəsindən vurmaq istəyəndə sol əlini zərbənin qarşısına qoymuş və bıçaq onun sol əlinin ovuc nahiyəsinə batmışdır. O da sağ əli ilə əynindəki gödəkçənin sol qoltuq cibində saxladığı bıçağı çıxarıb bir dəfə Elnurənin qarın nahiyəsinin sağ tərəfinə vurmuşdur. Bundan sonra özünü itirib arxasındakı divanın üzərinə yıxılmışdır. Həmin anda Günel ilə Kamran onun üstünə gəlmişlər. O, elə bilmişdir ki, Elnurə də onlarla birlikdə onun üstünə gəlir və özünü müdafiə etmək üçün əlindəki bıçağı sağdan sola doğru hərəkət etdirmişdir. Sonra isə evin giriş qapısının açılma səsini eşidib Elnurənin evdən çıxdığını görmüşdür. O, tez ayağa qalxıb onun arxasınca getmişdir ki, onu saxlayıb evə gətirsin və sonra təcili tibbi yardım çağırsın. Lakin Elnurə evdən çıxıb hara getmişdirsə, o, Elnurəni tapa bilməmişdir. Daha sonra binanın qarşısında bir qədər dayanmış, siqaret çəkəndən sonra yaxınlıqdakı stadionun yanına gedib orada gəzişməyə başlamışdır. Bu zaman ona əvvəllər tanımadığı, özünü “Heydər” kimi təqdim edən bir şəxs yaxınlaşmış və “Afik sənsən?”-deyə soruşmuş, o, da sonuncuya cavabında “Bəli, mənəm" demişdir. Az sonra oraya polis işçiləri gəlmişlər. O, polislərə hadisə barədə olanları danışmış, polis işçiləri də onu əvvəlcə Binə qəsəbəsindəki polis şöbəsinə, sonra isə Xəzər rayon polis idarəsinə aparmışdır. Elnurəni və uşaqlarını öldürmək fikri olmamışdır. Elnurənin 25.000 manat borc pulunu ödədikdən sonra Elnurə onu evdən qovmuşdur. Hadisə günü Elnurə ilə barışmaq üçün evlərinə getmişdir. Həmin gün içki qəbul etməmişdir. Uşaqlarını necə vurmasını xatırlamır. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs ifadəsində öz müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxslər və şahid ifadələri, eləcə də tədqiq edilmiş digər mötəbər sübutların məcmusu ilə tam təkzib olunur. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətini yüngülləşdirməyə cəhd kimi qiymətləndirir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Qanuni nümayəndə2 ifadəsində göstərmişdir ki, X8 ilə 1997-ci ildə ailə həyatı qurmuş, həmin nikahdan Günel və Kamran adlı övladlarının doğulmuşdur. Afık Əhmədovla əyyaşlıq, sərxoşluq etməsinə görə dəfələrlə aralarında münaqişə olmuş və 03.10.2017-ci il tarixdə Xəzər rayon məhkəməsi tərəfindən rəsmi olaraq ayrılmışdır. Bundan bir ay sonra Afik artıq normal adam olmağa söz vermiş, ona yalvarıb-yaxardıqdan sonra Afiklə barışmış və rəsmi olaraq ayrılmış olsalar da, onlar bir yerdə yaşamağa davam etmişdir. Lakin, az müddət sonra Afık yenə də öz hərəkətlərinə, yəni pis vərdişlərinə davam etməyə başlamış, yenə hər gün evə sərxoş vəziyyətdə gəlib onları söymüş, dava-dalaş salmışdır. Bu səbəbdən 2020-ci ilin avqust ayında Afıki evdən çıxartmış və bir daha evə buraxmamışdır. Afık tez-tez ona zəng edərək barışmaq istəmiş, ona etiraz edəndə Afık onu və uşaqları öldürəcəyi ilə hədələmişdir. Amma, Afıkin onu narahat etməsi və uşaqlarını öldürməklə hədələməsi barədə hüquq mühafizə orqanlarına müraciət etməmişdir. 27.10.2020-ci il tarixdə, saat təxminən 19 radələrində oğlu Kamran və qızı Günel evdə olan zaman qapı döyülmüş və gözlükdən baxarkən onlarla bir binada yaşayan və qızı Günelin sinif yoldaşı olmuş Seymuru görmüşdür. Qapını açarkən Afık qapının arxasından çıxıb Seymurun yanından keçib özünü içəri soxmuş və qapını bağlamışdır. Afıkin yenə də sərxoş olduğunu təxmin etmiş və ona demişdir ki, “sənin uşaqlarınla görüşməyinə etirazım yoxdur, istədiyin vaxt evinə gəlib uşaqlarını görə bilərsən, hətta sənə yemək də verərəm, ancaq bir şərtlə ki, bu evə ayıq gələsən, indi isə yenə içkilisən və əvvəlcədən xəbər etməmisən.” Ona görə də Afıkdən evdən çıxıb getməsini tələb etmişdir. Bu zaman Afık onu və uşaqları öldürmək üçün gəldiyini, evin ona məxsus olduğunu bildirmişdir. O, ev telefonunu götürüb DİN-in qaynar xəttinə - “102” Xidməti-Zəng Mərkəzinə zəng etmək istəyəndə Afık telefonun naqilini çıxartmış, sonra isə Afik əynində olan gödəkçəsinin cibindən uzun bıçaq çıxarıb onun sağ döş qəfəsindən bir dəfə vurmuşdur. Onun ardınca isə bıçaqla qızı Günelin sol kürək nahiyəsindən də bir dəfə vurmuşdur. Bundan sonra Afik əlində olan bıçaqla bir dəfə Kamranın kürək nahiyəsindən və sağ qolundan vurmuşdur. O, Afikin onları öldürəcəyini anladığı üçün evdən çıxıb qaçmışdır ki, Afık onun ardınca gəlsin və uşaqları öldürməsin. O, dərhal pilləkənlə qışqıra-qışqıra qonşuları köməyə çağırıb aşağı düşməyə başlamışdır. Afık onun ardınca gələrək “dayan, səni öldürəcəm, sonra isə qalxıb uşaqları da öldürəcəm” demişdir. Həmin vaxt Afik onun dalınca əlində bıçaqla gəlmişdir. Həmin vaxt səs-küyə çıxmış qonşulardan 2-ci mərtəbədə yaşayan qonşu Gülşən qapını açmış və o özünü dərhal onun evinə salmışdır. O, Gülşənə dərhal qapını arxadan bağlamasını bildirmiş və Gülşən də qapını bağlamışdır. Bundan sonra Afık Gülşəngilin qapısını döyərək qapının açılmasını və onu öldürəcəyini demişdir. Gülşən isə Afıkə qapını açmadığı üçün Afık aşağı düşüb çıxıb getmişdir. Bundan təxminən 5 dəqiqə sonra o qonşularla birlikdə evdən çıxıb öz evinə getmiş, evə daxil olanda oğlu Kamranın və qızı Günelin də bıçaq xəsarətləri aldığını görmüşdür. Günel ona Afikin onu və qardaşı Kamranı da bıçaqladığını demişdir. Kamran əqli və fiziki cəhətdən qüsurlu olduğu üçün Kamrandan heç nə soruşmamışdır. Təxminən 15-20 dəqiqə sonra təcili tibbi yardım xidmətində işləyən həkimlər gəlmiş və onları xəstəxanaya aparmışlar. Xəstəxanada onu və qızı Güneli əməliyyat etmişlər, Kamrana isə ilkin tibbi müdaxilələr etmişlər. Həkimlərin səyləri nəticəsində hamısının həyatı xilas edilmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, “Neft və Mcxanika” fakültəsinin 1-ci kursunda oxuyur. X2 ilə anası Qanuni nümayəndə2 1997-ci ildə ailə həyatı qurmuşlar. Atası Afık spirtli içki düşkünü olduğuna görə anası ilə 03.10.2017-ci il tarixdə Xəzər rayon məhkəməsi tərəfindən rəsmi olaraq ayrılmışlar. Baş vermiş hadisədən təxminən 2-3 ay əvvəl atası Afık spirtli içkiyə olan meylinə görə anası Elnurə onu artıq evə buraxmamaq qərarına gəlmişlər. Afık bundan sonra bir neçə dəfə anası Elnurənin istifadəsində olan mobil nömrəyə zəng edərək onu evə buraxmayacaqları təqdirdə onları öldürməklə hədələmişdir. O, həmçinin bildirmişdir ki, 27.10.2020-ci il tarixdə, təxminən saat 19 radələrində anası, qardaşı Kamran və özü evdə olan zaman qapı döyülmüş, anası Elnurə gözlükdən baxanda qapını döyənin yaşadıqları binanın 4-cü blokunda yaşayan və onun 9-cu sinfə qədər sinif yoldaşı olan Seymuru görmüş və qapını açmışdır. Qapını açan kimi arxadan atası Afık Seymurun yanından keçib qapıdan içəri girmişdir. Anası Elnurə ona “sənin uşaqlarınla görüşməyinə etirazım yoxdur, istədiyin vaxt evinə gəlib uşaqlarını görə bilərsən, hətta sənə yemək də verərəm, ancaq bir şərtlə ki, bu evə ayıq gələsən, indi isə yenə içkilisən və əvvəlcədən xəbər etməmisən” deyəndə Afık anası Elnurəyə onları öldürmək üçün gəldiyini və evin ona məxsus olduğunu bildirmişdir. Anası Elnurə ev telefonunu götürüb DİN-in qaynar xəttinə - “102” Xidməti-Zəng Mərkəzinə zəng etmək istəyəndə Afık telefonun kabelini çıxartmış və əynində olan gödəkçənin altından uzun bıçaq çıxarıb anası Elnurənin sağ döş qəfəsindən bir dəfə vurmuş, ardınca isə bıçaqla onun sol kürək nahiyəsindən də bir dəfə vurmuşdur. Bundan sonra atası Afik əlində olan bıçaqla bir dəfə Kamranın kürək nahiyəsindən və sağ qolundan vurmuşdur. Həmin vaxt anası Elnurə evdən çıxıb qaçmış, qışqıra-qışqıra qonşuları köməyə çağırıb aşağı düşməyə başlamışdır. Atası Afik anası Elnurənin ardınca gedərək "dayan, səni öldürəcəm, sonra isə qalxıb uşaqları da öldürəcəm” demişdir. Bundan təxminən 15-20 dəqiqə sonra Təcili tibbi yardım xidmətində işləyən həkimlər gəlmiş və onları xəstəxanaya aparmışlar. Xəstəxanada onu və anası Elnurəni əməliyyat etmişlər, qardaşı Kamrana isə ilkin tibbi yardımlar göstərilmiş və həkimlərin səyi nəticəsində həyatları xilas edilmişdir. X10 həmçinin ifadəsində atası Afikin yalan ifadə verməsini, anası Elnurənin və yaxud digər bir şəxsin Afiki bıçaqla və ya digər bir əşya ilə vurmadığını, ona xəsarət yetirmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 27.10.2020-ci il tarixdə, saat təxminən 19 radələrində binalarının 6-cı girişində birinci mərtəbədəki evdə yaşayan dostunun evindən çıxarkən qonşusu Afik binaya daxil olub onu görmüş və ona yaxınlaşaraq xahiş etmişdir ki, onların mənzillərinin qapısını döysün. O, elə bilmişdir ki, Afıkin evdən daşınmalı yükü var, qapısını ona döydürməsini həmin yükü aşağı düşürtməkda ona köməklik etməsi mənasında deyir. Odur ki, o, etiraz etmədən onunla birlikdə pilləkənlərlə beşinci mərtəbəyə çıxıb onların mənzilinin qapısını döymüşdür. Qapının blok tərəfdən üzərinə parça materialından pərdə çəkildiyi üçün içəridən gözlükdən qapını kimin döydüyünü bilmək olmadığını düşünmüşdür. Elnurə qapını döyənin kim olduğunu soruşduqda, səsini çıxarıb qapını döyməsini bildirmişdir. Elnurə qapını açandan sonra Afik ondan qabaq içəri girib qapınıbağlamışdır. O, ailədaxili məsələləri olduğunu düşünüb heç bir söz demədən aşağı düşüb blokdan çıxmış və 8-ci girişin qarşısında dayanmışdır. X18 də onun yanında olmuşdur. Təxminən 10- 15 dəqiqə sonra Afıkgil yaşayan blokun girişində qışqırıq səsləri eşitmişlər. Onlar 6-cı blokun girişinin qarşısına qaçarkən Afik qaçaraq binadan çıxıb getmişdir. Afik qaçdığı zaman üzərində xəsarət olubolmadığını görməmişdir. Həmin vaxt binanın qarşısında adları yadında qalmayan başqa şəxslər də toplaşmışdır. Orada olanlardan eşitmişdir ki, Afik evində Elnurəni, qızını və oğlunu bıçaqla vurub xəsarətlər yetirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Məzahir oğlu ifadəsində göstərmişdir ki, 27.10.2020-ci il tarixdə, saat təxminən 19 radələrində anası Gülşən Şamoyeva ilə birlikdə evlərində olarkən pilləkənlərdə kiminsə «kömək edin bizi öldürürlər» deyərək qışqırdığını eşitmişlər. Əvvəlcə o evlərinin giriş qapısının gözlüyündən baxanda görmüşdür ki, qışqıran Elnurədir və 3-cü mərtəbənin pilləkənlərindən üzü aşağı qaçır. Onlar qapını açarkən görmüşlər ki, yuxarıdan bir nəfər uzun boylu, orta yaşlı kişi iti addımlarla aşağı düşür. O həmin vaxt uzun boylu kişinin Afık olduğuna fikir verməmişdir. Onlar Elnurəni içəri salıb qapını içəridən bağlamışlar. Elnurənin təxminən qarın nahiyəsindən yaralandığını görmüşdür. Elnurə demişdir ki, əri Afık evdə onu və övladlarını öldürmək istəmiş və onu da, uşaqlarını da bıçaqla vurmuşdur. Bu zaman Afık onların evinin giriş qapısını döyüb Elnurəni çağıraraq “'qapını açın, Elnurə səni öldürəcəm" deyə qışqırmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, 27.10.2020-ci il tarixdə, təxminən saat 19 radələrində o, işdən evə gələrkən görmüşdür ki, Afık iti addımlarla pilləkənlərdən düşüb binadan çıxmış və girişin ağzında qarşılaşdıqda ona heç bir söz demədən yanından ötüb keçmişdir. Həmin vaxt içəridə, yəni blokda səs-küy olmuş, qonşular da pilləkənlərlə yuxarı axışmışlar. O da pilləkənlərlə yuxarı çıxandan sonra Elnurənin evində çoxlu adam olduğunu görmüşdür. Evə daxil olduqda Elnurə, Günel və Kamranın hərəsinin bir yerindən bıçaqlandığını müşahidə etmişdir. Qonşular və Elnurəgil demişlər ki, Afik az əvvəl evə gəlib Elnurəyə “səni və uşaqları öldürəcəyəm” deyib Elnurəni və uşaqları bıçaqlayıb xəsarətlər yetirərək qaçmışdır. Sonra təcili tibbi yardım briqadası gəlmiş, Elnurəni və onun övladlarını xəstəxanaya aparmışlar. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi» X14 Xəzər Rayon Şöbəsindən verilmiş 11.11.2020-ci il tarixli, 1218 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər - sol tərəfli hemopnevmatoraks və dəri altı emfızema ilə müşayiət olunan döş qəfəsinin sol yarısının plevra boşğuna (döş boşluğuna) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici təsirə malik əşya (alət(ola bilsin bıçaq)) təsirindən törənmiş, törənmə müddəti onun 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 27.10.2020-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa AGİR dərəcəli zərərvurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi» X14 11.11.2020-ci il tarixli, 1217 nömrəli rəyindən görünür ki, Qanuni nümayəndə2 bədəni üzərində aşkar edilmiş xəsarət-sağ tərəfli pnevmatoraks və İV qabırğanın zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının plevra boşğuna (döş boşluğuna) nüfuz edən 1 ədəd deşilmişkəsilmiş yarası deşici-kəsici təsirə malik əşya (alət(ola bilsin bıçaq)) təsirindən törənmiş, törənmə müddəti onu 3 saylıŞəhər Kliniki Xəstəxanasına müraciətindən əvvəl olmaqla, qərarda göstərilən 27.10.2020-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi» X14 Xəzər Rayon Şöbəsindən verilmiş 11.11.2020-ci il tarixli, 1255 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 Afık oğlunun bədənində aşkar olunmuş xəsarət - döş qəfəsinin arxa divarının və sağ saidin kəsilmiş yaralan kəsici təsirə malik əşya, (alət(ola bilsin bıçaq)) təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 27.10.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi» X14 Xəzər Rayon Şöbəsindən verilmiş 11.11.2020-ci il tarixli, 1219 nömrəli rəylə təsdiq olunmuşdur ki, X3 bədənində aşkar olunmuş xəsarətlər - sol əlin kəsilmiş yaraları kəsici təsirə malik əşya (alət(ola bilsin bıçaq)) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən 27.10.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-soyuq silah ekpertizasının 01.12.2020-ci il tarixli, 3M815 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi» X11 verilmiş 11.02.2021-ci il tarixli, 44\2021-MTBŞ saylı rəyindən görünür ki, Qanuni nümayəndə2 qan qrupu-AB/İV/-dür. \ Zərərçəkmiş şəxs1 Afık qızının qan qrupu-AB/İV/-dür. Zərərçəkmiş şəxs3 Afık oğlunun qan qrupu-A/İİ/-dir. Təqdim olunan şəxsiyyət vəsiqələrinin kserosurətinə əsasən X3 ABO sistemi üzrə qan qrupu- Abeta/İİ/-dir. X4 məxsus şalvar və gödəkcə üzərində insan qan ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda «A» və «B» antigenləri alınmışdır. Bu qan ləkələri bir şəxsə məxsusdursa AB/İY/ qruplu şəxsə, o cümlədən Qanuni nümayəndə2 qızma və ya Zərərçəkmiş şəxs1 Afık qızına məxsus ola bilər. Qanın qarışıq olduğu halında isə ləkələrdə Zərərçəkmiş şəxs3 Afık oğlu və X3 qarışıq qanlarının olması da inkar olunmur (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi» X11 verilmiş 10.03.2021-ci il tarixli, 136\2021 -MTBŞ saylı rəyindən görünür ki, Qanuni nümayəndə2 qan qrupu-AB/İV/-dür. Zərərçəkmiş şəxs1 Afık qızının qan qrupu-AB/İV/-dür. Zərərçəkmiş şəxs3 Afık oğlunun qan qrupu-A/İİ/-dir. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrııpu-A/İİ/-dir. Bir ədəd bıçaq üzərində insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda A və B antigenləri alınmışdır. Göstərilən qan ləkələri AB/İV/ qruplu bir şəxsə, o cümlədən Qanuni nümayəndə2 qızma və ya Zərərçəkmiş şəxs1 Afık qızına məxsus ola bilər. Qanın qarışıq olduğu halında isə ləkələrdə həmçinin A/İİ/ qruplu Zərərçəkmiş şəxs3 Afık oğlunun və A/İİ/ qruplu X3 qarışıq qanlarının olması da inkar olunmur ( əgər sonuncunun hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarəti olubsa). Cinayət işinin materiallarına əlavə edilmiş kompleks anıbulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 30.01.2021-ci il tarixli, 226 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs3 Daun sindiromlu lal şəxsdə əqli gerilik aşkar olunur. Bunu anamnestik məlumatlar (anamenstik məlumatlara görə Daun sinromu ilə lal şəxs olması, erkən uşaqlıq dövründə yaşıdlarına nəzərən psixi inkişafda geri qalması, nitqi qabiliyyəti inkişaf etmədiyi üçün fikirlərini ifadə edə bilməməsi, lallar məktəbində formal oxuması, daun sindromlu şəxslər üçün reabilitasiya mərkəzinə seanslara aparılması, əqli inkişafdan geri qaldığı üçün çox hallarda dərk etməsi problemləri yaşanması, anası tərəfindən çimizdirilməsi, həmçinin ünsiyyətdə yaranan çətinliklərlə bağlı öz istəyini ifadə edə bilmədikdə və istəyini almayanda əsəbi hallar keçirməsi, psixiatrik qeydiyyata düşərək “Daun sinromu imbesillik dəcəsində kəmağıllıq psixi qüsur halı, anadangəlmə nitq qüsuru ilə. Kənar şəxsin qulluğuna ehtiyacı var” diaqnozu ilə ona İ qrup müddətsiz əlillik müəyyən edilməsi, daim kənar şəxsin nəzarəti və himayəsinə ehtiyacının olması və s.) və hal-hazırki psixiatrik müayinənin nəticələri (bilik ehtiyatının olmaması, maraq dairəsinin adi tələbatlarını ödəməklə məhdudlaşması, kəskin ağıl zəifliyi əlamətlərinin biruzə verməsi və s.) sübut edir. Yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlinir ki, Zərərçəkmiş şəxs3 Afık oğlunda müəyyən edilən kəskin əqli geriliklə və həmçinin lal olması ilə əlaqədar cinayət işi üzrə hər hansı bir düzgün, adekvat ifadə vermək iqtidarında deyildir. Cinayət işinin materiallarına əlavə edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 06.11.2020-ci il tarixli, 2225 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs Səlimxan oğlu əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Həmçinin həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Bundan əlavə, Təqsirləndirilən şəxs hal- hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bundan əlavə, Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21 -ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası təyin olunub keçirilməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Narkoloji Ekspertiza Mərkəzi» X11 verilmiş 08.04.2021 -ci il tarixli, 1008 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefonunun “Whatsapp” proqramı üzərindəki yazışmalardan çıxarışlara keçirilmiş 29 dekabr 2021-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs 27.10.2020-ci il tarixdə qardaşı Azər Əhmədova yazdığı yazılı mətndə halallıq istəyərək bildirmişdir ki, keçmiş həyat yoldaşı Elnurəni və uşaqlarını öldürəcəkdir. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28.01.2021-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4, 29, 120.2.7 və 29, 120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.7 və 29,120.2.9-cu maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona həmin maddələrin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.7 və 29,120.2.9cu maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 27 oktyabr 2020-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “cinayət etməyə cəhdə görə cəza təyin edilməsi”ndən bəhs edən 63-cü maddəsinin tələblərini də nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 63.4-cü maddəsinə görə isə cinayətə hazırlığa və ya cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. Belə olan halda, Təqsirləndirilən şəxs 29,120.2.4, 29,120.2.7 və 29,120.2.9-cu maddələri ilə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti 15 (on beş) ildən çox olmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsini rəhbər tutaraq, həmçinin maraqlı şəxslərin vəsatətlərinin olmamasını nəzərə alıb belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Xəzər rayon prokurorluğunda saxlanılan bir ədəd bıçaq, Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar, bir ədəd qısaqol köynək, bir ədəd gödəkçə və zərərçəkmiş şəxslərə məxsus üç ədəd qısaqol mayka məhv edilməlidir. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-352, 353-354-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.7 və 29,120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona 14 (on dörd) il 06 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 oktyabr 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Xəzər rayon prokurorluğunda saxlanılan bir ədəd bıçaq, Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar, bir ədəd qısaqol köynək, bir ədəd gödəkçə və zərərçəkmiş şəxslərə məxsus üç ədəd qısaqol mayka məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar