Məhkəmə qərarları › İş №1(101)-1121/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1121/2022

04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1121/2022 04.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 16:55-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, məhkəmənin iclas katibi, X3, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları Dövlət ittihamçısı və X2, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü ildə Bərdə şəhərində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Əmirli kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu Xırdalan şəhərində və Bakı şəhərində müxtəlif ünvanlarında kirayədə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi ilə külli miqdarda təmiz çəkisi 232,509 qram kustar üsulla hazırlanmış psixotrop maddə «metamfetamin»i və külli mirdarda təmiz çəkisi 240,759 qram kustar üsulla hazırlanmış narkotik vasitə «heroin»i qanunsuz olaraq əldə edib, həmin narkotik vasitədən 240,472 qram çəkidə heroini və həmin psixatrop maddədən 229,051 qram çəkidə metafetamini özünə məxsus istifadə etdiyi taxta qutuya yerləşdirməklə orada saxlayıb, xx.xx.2022-ci il tarixdə təxminən gecə saat 01 radələrində taksi kimi istifadə etdiyi Şahid4 idarə etdiyi avtomobillə daşıdıqdan sonra Bakı şəhəri Binəqədi rayonu Nəsimi metrostansiyasının yaxınlığında həmin avtomobili tərk edib, naməlum istiqamətə hərəkət etdikdə. Bakı şəhəri Səbail RPİ-nin 39-cu Polis bölməsinin əməkdaşları əvvəlcədən onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əldə etdikləri məlumata əsasən keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə bağlı Təqsirləndirilən şəxs və onun taksi kimi istifadə etdiyi avtomobili təqib edərkən, həmin avtomobildə olan Təqsirləndirilən şəxs tanışı X1 Abbasovun avtomobildən düşdükdən sonra polis əməkdaşları tərəfindən sonucunun təqib edildiyini anlayıb, taksi sürücüsündən həmin yerdən uzaqlaşmasını tələb etmiş, avtomobilin sürücüsü Şahid4 avtomobillə bir qədər həmin ərazidən uzaqlaşdıqdan sonra X10 rayonu, 6-cı mikrorayon. Svetlana Məmmədova küçəsi 205 ünvanında yerləşən 246 saylı məktəb litseyin yaxınlığında Təqsirləndirilən şəxs məsuliyyətdən yayındırmaq üçün avtomobildə qalmış Təqsirləndirilən şəxs məxsus qutunun içində olan yuxarıda qeyd edilən narkotik vasitə heroini və psixotrop maddə melamfetamini qutu ilə birlikdə avtomobildən kənara atmış, həmin qutu atıldığı yerdən Səbail RPİ-nin 39-cıı Polis bölməsinin əməkdaşları tərəfindən aşkar edilib içərisində şübhəli maddələr olduğundan müvafiq qaydada götürülərək möhürlənmiş, daha sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs həmin gün saat 04:30 radələrində Səbail RPİ-nin 39cu Polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu Xırdalan şəhərində yerləşən "Xəzinə” şadlıq sarayının yaxınlığında saxlanılaraq Bakı şəhəri Səbail rayonu X6 28 ünvanında yerləşən 39-cu Polis bölməsinin inzibatı binasına gətirilmiş, saat 07:05-dəıı etibarən orada onun üzərində keçirilmiş şəxsi axtarış zamanı satış məqsədi ilə eyni mənbədən əldə edərək üzərində saxladığı yuxarıda ümumi çəkisi qeyd edilən psixotrop maddələr və narkotik vasitələrin qalığı olan bir ədəd qara rəngli kağız qutunun içərisində 4 ədəd selofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,765 qram, 0,859 qram, 0,911 qram və 0,923 qram, ümumi təmiz çəkisi 3,458 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin əynindəki tünd yaşıl rəngli qısaqol gödəkçənin sol yan cibindən, eləcə də şəffaf rəngli şüşə qabda təmiz çəkisi 0,287 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin özünə məxsus üzərində olan qara rəngli dəridən olan çantanın iç tərəfdəki cibindən aşkar edilərək götürülmüş, habelə Səbail RPİ-nin 39-cu Polis bölməsinin əməkdaşları tərəfindən ünvan 4 ünvanında yerləşən 246 saylı məktəb litseyinin yaxınlığında aşkar edilərək təhqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus qutuya şəxsi axtarışdan sonra onun iştirakı ilə baxış keçirilərkən qutunun içərisində şüşə bankaya yerləşdirilmiş 200,0 qram, 4 ədəd selofan bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 12,869 qram, 17,345 qram, 4,484 qram və 5,774 qram kustar üsulla hazırlanmış ümumi çəkisi 240,472 qram külli miqdarda narkotik vasitə heroin və qulaqcıqlar üçün nəzərdə tutulmuş kağız qutuda 205,0 qram, sarı rəngli qapağı olan ağ rəngli krem qabının içərisində 17,532 qram və bir ədəd şəffaf selofan bükümdə 6,519 qram, ümumi çəkisi 229,051 qram külli miqdarda psixotrop maddə metamfetamin və səthində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi müəyyən edilərək götürülmüş, bununla da Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi ilə qanunsuz əldə edib saxladığı və daşıdığı külli miqdarda ümumi çəkisi 232,509 qram kustar üsulla hazırlanmış psixotrop maddə «metamfetamin» və külli mirdarda ümumi çəkisi 240,759 qram kustar üsulla hazırlanmış narkotik vasitə «heroin» aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Belə ki, o, Xırdalan şəhərində kirayədə yaşamışdır. O, hadisə günü Xırdalan şəhərində yaşadığı ünvandan çıxmış və Nəsimi metrostansiyası tərəfdə polis əməkdaşları tərəfindən tutulmuşdur. Həmin gün üzərində öz istifadəsi üçün əldə etdiyi 5 qram metamfetamin olmuş, onun da 1 qramını tutulmamışdan öncə istifadə etmşdir. Ona məxsus qutunun içərisində özünə aid dəyərli əşyalar olmuş, lakin ittihamda yazılanlar kimi qutunun içərisində olan narkotik vasitə və elektron tərəzi ona məxsus olmamışdır. Narkotik vasitə və elektron tərəzini qutunun içərisinə Səbail RPİ-nin 39-cu PB-də qoymuşlar. O, narkotik vasitələrin istifadəçisidir, satışı ilə heç vaxt məşğul olmamışdır. Bununla belə, ibtidai istintaq zamanı 06 may 2022-ci il tarixdə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, 39-cu polis bölməsinin əməkdaşları tərəfindən tutulmamışdan iki gün əvvəl o, İran İslam Respublikasında yaşadığını bildiyi Şahabla «Whatsap» mobil tətbiqi vasitə ilə əlaqə saxlayıb 100 manata 4-5 qram «patı» adlı narkotik vasitəni ona satmasını xahiş etmişdir. Həmin vaxtı o, Bakı metropolitenin «Neftçilər» stansiyasının yanında olmuş və yaxınlıqda yerləşən «Qalib» marketdə yerləşən «Milliön» və ya «Emanat» sistemlərinin terminalı vasitəsi ilə Şahabın ona şəkilini göndərdiyi bank kartına 100 manat pul göndərmişdir. Bundan sonra o, tranzaksiya qəbzinin şəkilini çəkib «Whatsap» mobil tətbiqi vasitəsi ilə Şahaba göndərmişdir. Qəbzi Şahaba göndərəndən təxminən 1-2 saat sonra sonra Şahab ona «Whatsap» mobil tətbiqi vasitəsi ilə sifariş etdiyi narkotik vasitələrinin qoyulduğu yerin yerləşməsinin şəkilini göndərmişdir. Həmin yer Zabrat qəsəbəsində yerləşən Ayxan marketin yaxınlığında yerləşən «Ay işığı» restoranın qarşısındakı dirəyin dibi olmuşdur. Gecə saat 01-02 radələrində həmin narkotik vasitələri oradan götürmək üçün o, taksi maşınları ilə əvvəl «Neftçilər» metrostansiyasının yaxınlığından «Koroğlu» stansiyasının yaxınlığına, oradan isə Məhəmmədi qəsəbəsinə gedən bir manatlıq taksi deyilən taksi maşını ilə Şahabın işarələdiyi yerə gəlmiş və sifariş etdiyi patıları5 ədəd xırda selofan bükümlərdə bir ədəd selofana bükülmüş halda dirəyin dibində aşkar etmişdir. Həmin bükümləri o, əynindəki qırmızı rəngli qış gödəkçəsinin yan cibinə qoyub yoldan keçən taksi maşını saxlatdırıb «Koroğlu» metrostansiyasının qarşısına gəlmişdir. Orada isə başqa taksiyə oturub «20 yanvar» stansiyasının yaxınlığına gəlmişdir. Orada yenidən taksi maşınına oturub yaşadığı Xırdalan şəhərinə gəlmişdir. Həmin evə o, təxminən 3 ay əvvəl köçmüşdür. Əvvəl onunla birlikdə qeyri rəsmi yaşadığı Nərminə Məmmədova qalmış, sonra sonuncu başqa yerə köçmüş və o, orada tək yaşamışdır. Tutulmağından təxminən 1 həftə qabaq o, Bakı şəhərinə köçmək qərarına gəlmiş və həmin bir həftə ərzində əşyalarını hissə-hissə Leyli adlı tanışının kirayədə yaşadığı, metropolitenin «Nəsimi» stansiyasının yaxınlığında Svetlana Məmmədova küçəsində yerləşən 5 mərtəbəli binada olan mənzilə daşımışdır. Evə gəldiyi vaxt səhərə yaxın saat 05-06 olmuşdur. O, aldığı 5 bükümlərdən birini açıb xüsusi şüşə qabı vasitəsi ilə istifadə etməklə içindəki «patı»nı çəkmə yolu ilə istehlak etmişdir. Yerdə qalan bükümləri o, sonra istifadə etmək üçün saxlamışdır. Səhərsi günü isə o, yalnız evinin altında olan dükana düşüb orada alış-veriş etmiş və növbəti gün, yəni 10 yanvar 2022-ci il tarixdə əvvəlcədən Fəqanla danışdıqları kimi sonuncudan xahiş etmişdir ki, Fəqan onun bir nəfər tanış qıza verdiyi, içərisində şəxsi əşyaları olan qutunu həmin qızdan götürüb, yaşadığı Xırdalan şəhərinə gətirsin. Sonra o, həmin qutunu Leylinin yaşıdığı evə aparmalı idi. Bir neçə saat sonra Fəqan ona zəng vurmuş və tanışları Nurlanla birlikdə sonuncunun maşını ilə gəldiklərini və yaşadığı binanın altında onu gözlədiyini bildirmişdir. O, özünə məxsus içərisində şəxsi əşyaları və bir ay bundan əvvəl Şahabdan aldığı, kiçik şüşə qabın içində saxladığı, təxminən 0.5 qram «kakos» olan dəri qara çantanı və geyim əşyaları olan selofan torbanı, eləcə də qara rəngli kağız qutusunun içərisində yerləşdirdiyi, Şahabdan aldığı «patı» bükümlərindən onda qalan 4 bükümü götürüb həmin qutunu əynində olan qolsuz yaşıl rəngli qış gödəkçənin sol yan cibinə qoymuş, çanta ilə selofan torbanı isə evdən çıxararaq aşağı enmiş və Nurlanın idarə etdiyi Chevrolet markalı maşınına qoymuşdur. Həmin vaxt axşam saat 20-21 radələri olmuşdur. Onlar oradan Leylinin yaşadığı evə tərəf sürməyə başlamışlar. Saat 23-24 radələrində Leyligilin evinin qarşısına çatmışlar və o. Nurlanla Fəqana blokun qarşısında gözləmələrini xahiş edərək geyim əşyaları olan selofan torbanı götürüb maşından çıxmış və Leyligilin yaşadığı mənzilinə yollanmışdır. O, təxminən 10-20 dəqiqə Leyligildə olandan sonra maşında qalan əşyalarını götürmək üçün aşağı enmiş və Nurlanın sürdüyü maşının orada olmadığım aşkar etmişdir. O, Fəqanın «Whatsap» mobil tətbiqindəki nömrəsinə zəng vurmuş, Fəqan ona cavab vermədiyindən, o, Nurlana da zəng etmiş, lakin sonuncu da cavab verməmişdir. O, Rahat marketə tərəf getmiş, məhəllə ilə piyada gedərkən bir neçə mülki paltarda olan kişi cinsli şəxslərin özləri arasında ucadan danışıb niyə maşını tapa bilmədikləri ilə bağlı söhbət etdiklərini eşidib həmin şəxslərin polis əməkdaşları olduqlarını başa düşmüşdür. O, kənara çəkilib taksi maşını sifariş etmiş və «Neftçilər» metrostansiyasının yaxınlığına gəlmişdir. Ehtimal etmişdir ki, Nurlanla Fəqan orada ola bilərlər. Çünki Fəqan orada yaşamışdır. Taksidə gedərkən o, ardıcıl olaraq Fəqana və Nurlana zəng edib səsli mesajlar yazırmışdır. Fəqan və Nurlanın polislərdən yayınmaq üçün oradan çıxıb getdiyini dərk etmişdir. Onlarla əlaqə saxlaya bilmədiyi üçün o, Günel adlı tanışına zəng vurmuş və sonuncunun kirayədə yaşadığı «Neftçilər» metrostansiyasının yanında yerləşən evə gəlmişdir. Günelgildə olarkən ona 39cu polis bölməsindən Sabir adlı əməkdaş zəng vurmuş və ona məxsus çanta və qutunu aşkar etdiklərini deyib onu həmin bölməyə çağırmışdır. O, Xırdalan şəhərinə gedib oradan gələcəyinə söz verib taksi maşını çağırmış və Xırdalan şəhərinə yola düşmüşdür. Ora getməkdə məqsədi cibində olan 4 ədəd «patı» bükümlərini evdə gizlətmək olmuşdur. Lakin, o, taksidən düşüb kirayədə qaldığı evin blokunun girişinə yaxınlaşan zaman 39-cu polis bölməsinin əməkdaşları onu yaxalayıb maşınları ilə onu həmin polis bölməsinə gətirmişlər. Polis bölməsinə gətirildikdən sonra onu təhqiqatçının otağına aparmışlar, orada onun hüquqları və vəzifələri izah olunmuş, sonra müəyyən sənədləri imzalamış, vəkil dəvət olunmuş və videoçəkilişlə üzərinə baxış keçiriləcəyi ona izah olunmuşdur. Onu otaqların birinə aparmışlar və əlavə bir neçə nəfər polis işçiləri ilə birlikdə baxışa başlanılmışdır. Həmin otaqda ona məxsus olan qara çanta və mebel qutusu masa üzərində olmuşdur. Qutu möhürlə möhürlənmişdir. Sonra ona təklif olunmuşdur ki, üzərində qeyri qanuni əşyalar varsa o, onları könüllü olaraq təqdim etsin. O, əynindəki qolsuz gödəkçənin sol cibində qara qutunun içərisində saxladığı «patı» bükümləri polis əməkdaşlarına təqdim etmiş və həmin bükümlərin içərisində nə olduğunu və kimdən aldığını danışmışdır. Bundan sonra ondan mebel qutusunun və qara çantanın ona məxsus olub-olmamasınısoruşduqda o, onların özünə məxsus olduğunu demişdir. O, çantanı açıb orada iç cibində şüşə qabında saxladığı «kakos» adlı narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis formasında olan əməkdaş mebel qutusunu açaraq içərisində olan predmetləri ardıcıl olaraq çıxarıb baxış keçirməyə başlamışdır. Qutunun içərisində ona məxsus əşyalar müəyyən olunsa da, orada olan elektron tərəzi, bükümlərin və müxtəlif qabların içərisində olan narkotik vasitə «kakos» və «patı»ya bənzər maddələr ona məxsus olmamışdır. O, bu barədə polis əməkdaşlara da demişdir. Sonra qutunun içərisində aşkar olunmuş, narkotik vasitələrə bənzər maddələr qablaşdırıldığı büküm və qutularla birlikdə zərflərə qoyulmuş və həmin zərflər möhürləndikdən sonra onların tərəfindən imzalanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi saxlanılan zaman üzərindən yalnız 4 qram psixotrop maddə metamfetaminin aşkar olunması, ona məxsus qutunun içərisində aşkar olunan narkotik vasitə, psixotrop maddələr və elektron tərəzinin ona aid olmadığı, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiqləməməsi, narkotik vasitələrin yalnız istifadəçisi olması və satışı ilə heç vaxt məşğul olmamasına dair xüsusatları özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin məhkəmə baxışı zamanı tədqiq edilmiş aşağıdakı sübut növləri ilə tam təsdiq olunması qənaətinə gəlir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Səbail RPİ-nin 39-cu PB-nin rəis müavini vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 10 yanvar 2022-ci il tarixdə qərərsiz və etimad doğuran mənbədən Abşeron rayonu və Bakı şəhərində müxtəlif ünvanlarda yaşayan «Bəhruz» adh şəxsin ətrafına cinayətə meyilli şəxsləri yığaraq Abşeron rayonu və Bakı şəhərinin Binəqədi və Nəsimi rayonlarının ərazisində narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı əməliyyat yolu ilə yoxlamaq üçün bölmənin və idarənin rəhbərliyinə məruzə olunmuşdur. Əməliyyat tədbirlərin keçirilməsinin məqsədə müvafıqliyi müzakirə olunduqdan sonra bu tədbirlərin keçirilməsi üçün icazə verilmiş və qərar qəbul edilmişdir. Tədbirdə iştirak edəcək əməkdaşların dairəsi müəyyən edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Qrupun üzvləri o, bölmənin əməliyyat müvəkilləri Şahid2 və Şahid3 təyin edilmişər. Qrupun iştirakçıları arasında davranış xətti müzakirə olunmuş və onlar əməliyyat tədbirlərinə başlamışlar. Daxil olmuş növbəti məlumatda «Bəhruz» adlı şəxsin qara rəngli Chevrolet markalı, **-VY-*** dövlət nömrə nişanlı avtomobil ilə Binəqədi rayonunun ərazisində hərəkət etməsi və 6-cı mikrorayon 246 nömrəli orta məktəbin yaxınlığında yerləşən yaşayış binalarından birinin həyətinə gələcəyi barədə bildirildiyindən, onlar həmin məktəbin ətrafında müşahidə aparmağa başlamış və bu zaman məlumatda təsvirini tapmış şəxsə oxşar şəxsin avtomobildən düşüb binanın qaranlıq həyətinə daxil olmasını görmüşlər. Avtomobil binanın qarşısındakı həyətdə dayanmışdır. Bundan sonra əməliyyat müvəkkili Şahid2 güdmə tədbirini davam edib hərəkətdə olduqları maşından düşərək Bəhruz adlı şəxsin hərəkət etdiyi istiqamətə yollanmışdır. Həmin vaxtı Bəhruzun olduğu avtomobil hərəkət etməyə başlamış və onlar da həmin avtomobili qeyri aşkar surətdə təqib etmişlər. Lakin, avtomobil məhəllə ətrafında fırlanıb qayıtdığı üçün onlar başa düşmüşlər ki, Bəhruz yenidən maşına qayıdacaq, ona görə də həmin yerdə müşahidə aparmağa davam etmişlər. Həmin vaxtı 11 yanvar 2022-ci il tarixə keçən gecə saat 01 radələri olmuşdur. Şahid2 maşına qayıdaraq qaranlıq hava şəraitində görmə məsafəsi qısa olduğundan Bəhruz adlı şəxsi görünüş dairəsindən itirdiyini bildirmişdir. Təxminən 10-15 dəqiqə ərzində Bəhruzun gəlməməsini görüb qərara gəlmişlər ki, Bəhruzu gözləyən avtomobildə olan şəxs və ya şəxsləri yaxalayıb onların vasitəsi ilə Bəhruzun xəbəri olmadan sonuncunun tezliklə avtomobilə qayıtmasını təşkil etsinlər. Əməliyyat müvəkkili Şahid3 ani olaraq maşını hərəkətə gətirib Bəhruzun gəldiyi maşının qarşısının kəsmək üçün həmin avtomobilin qabağında saxlamış və onlar avtomobildən düşmək istəyərkən həmin avtomobil hərəkətə gətirilib onlardan yayınmağa başlayaraq məhəlləni tərk etmişdir. Onlar da həmin avtomobili təqib etməyə başlayarkən avtomobildən kənara hansısa böyük qabaritli əşyanın atılmasını görmüşlər. Həmin avtomobil görünüş dairəsindən itdiyi üçün onlar təqibi dayandırıb həmin əşyanın atıldığı yerə yaxınlaşmış və həmin əşyanın taxtadan olan yeşik olduğunu görmüşlər. Həmin yeşikdə həm daxil olmuş məlumatın yoxlaması üçün əhəmiyyət kəsb edə, həm də ətrafdakı insanların həyatı, sağlamlığı və əmlakları üçün təhlükə yarada biləcək əşyanın ola biləcəyini güman edərək yeşiyi açmışlar. Kənardan vizual baxış zamanı içərisində müxtəlif məişət təyinatlı əşyaların yanında bir neçə ədəd içində narkotik vasitələrinin bağlamasına oxşar selofan bükümlərin olmasını görmüşlər. Ona görə də yeşiyin içindəki əşyalara toxunmadan və yeşiyin tamlığını pozmadan üzərində olan möhürlərlə yeşiyin qapağını möhürləmiş və yeşiyi maşınlarına gətirmişlər. Bundan sonra «Bəhruz» adlı şəxsin yerini müəyyən etmək üçün təxminən 2 saat ərzində axtarış tədbirləri həyata keçirərkən Bəhruzun Abşeron rayonu Xırdalan şəhərinə gələcəyi, «Xəzinə» şadlıq sarayının yanında avtomobildən enəcəyi barədə məlumat alaraq dərhal qeyd olunan əraziyə gəlib müşahidə aparmağa başlamışlar. Saat 04:30 radələrində Bəhruzun taksidən enərək hərəkət etməsini müşahidə etdikdə sonuncuya yaxınlaşıb Bəhruzu yaxalamışlar. Bəhruz onların tərəfindən saxlanıldıqdan sonra onlar özlərini təqdim edərək şəxsiyyətini öyrənmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kim təqdim etmişdir. Bəhruz onların tərəfindən saxlanılarkən sonuncunun çiyinindən qara rəngli dəridən olan çanta asılmışdır. Onlar Bəhruzun narkotik vasitələrinin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deyib, onlarla 39-cu polis bölməsinə getməli olduğunu izah etmişlər. Bəhruz onlara tabe olaraq onlarla 39-cu polis bölməsinə gəlmişlər. Yolda gedərkən Təqsirləndirilən şəxs yolun kənarından götürdükləri və maşınlarında olan yeşiyin sonuncuya məxsus olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs həmin yeşiyin ona məxsus olduğunu etiraf etmişdir. Sonra onlar qutunun götürülüb möhürlənməsi ilə bağlı akt tərtib etmiş və keçirtdikləri əməliyyat tədbiri barədə rəhbərliyə məruzə etdikdən sonra məsələnin araşdırılması bölmənin əməliyyat qrupunda olan növbətçi təhqiqatçıya həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla sənədləşmə prosesi başlanılmış, sonuncunun hüquqlarının müdafiə olunması üçün vəkil bürosundan vəkil dəvət edilmiş və Bəhruza bildirilmişdir ki, videoçəkilişlə şəxsi axtarışı həyata keçiriləcəkdir. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığım bildirmiş və sonuncunun şəxsi axtarışına başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində daşınması qanunla qadağan olunmuş əşya varsa təqdim etsin. Bu təklifdən sonra Bəhruz əynindəki qolsuz gədəkçənin sol yan cibindən bir ədəd qara qutunu çıxarıb təqdim etmiş və içərisində narkotik vasitələrin olmasını bildirmişdir. Həmin qutu açıldıqda içərisində ağ kristallik maddə olan 4 ədəd selofan bükümü aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində olan maddənin «patı» olduğunu söyləmişdir. Sonra Bəhruz üzərindəki çantanın içindən bir ədəd kiçik şüşə bankasını çıxarıb qapağını açmış və içərisində olan qəhvəyi rəngli maddəni onlara nümayiş etdirərək həmin maddənin «kakos» adlandırdığı narkotik vasitənin olmasını bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs özünə məxsus mobil telefonu da təqdim etmişdir. Bundan sonra bölməyə gətirdikləri yeşik möhürlənmiş vəziyyətdə Təqsirləndirilən şəxs təqdim edilib sonuncuya məxsus olub-olmaması öyrənilmiş, Bəhruz yeşiyin ona məxsus olduğunu etiraf edəndən sonra qutuya baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı qutuda olan əşyalar ardıcıllıqla çıxarılmış və qulaqcıqlar üçün olan ağ rəngli kağız qutusunun içərisindən bir ədəd büküm, bir ədəd ağ rəngli plastmas qabda kütlə olaraq və tibbi yamaq üçün qutudan bir ədəd büküm olmaqla ağ kristallik maddələr aşkar edilmişdir. Eyni zamanda qutudan 700-800 ml tutumlu şəffaf bankada kütlə olaraq, eləcə də 4 ədəd şəffaf selofandan olan ayrı-ayrı bükümlərin içərisindən narkotik vasitə heroinə bənzər maddələr və bir ədəd güzgülü elektron tərəzi aşkar edilmişdir. Eyni zamanda «Orbit» saqqız qutusundan bir topa yumru şəkildə selofan kəsikləri də aşkar edilmişdir. Təqsirləndirilən şəxs qutunun içərisindən aşkar edilmiş maddələrin, selofan kəsiklərin və elektron tərəzinin ona məxsus olmadığını bildirmişdir. Bundan sonra aşkar olunan bütün maddələr və elektron tərəzi zərflərə qablaşdırılmış, həmin zərflər və tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmış və zərflər möhürlənərək məhkəmə ekspertiza mərkəzinə göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Səbail RPİ-nin 39-cu PB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Səbail RPİ-nin 39-cu PB-nin əməliyyat müvəkkili Şahid3 da Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin iyun-iyul ərəfəsində o, Chevrolet Cruze markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobili əldə etmiş və həmin vaxtdan da avtomobili idarə edir. Həmin avtomobil anası Haqverdiyeva Müqqədənin adınadır, o avtomobili etibarnamə əsasında idarə edir. Əlavə qazanc əldə etmək üçün bəzən işdən çıxandan sonra axşamlar idarə etdiyi avtomobil ilə əhaliyə fərdi qaydada taksi xidmətləri göstərir. Əvvəllər o, restoran sistemində işləyən Fəqan adlı oğlanla tanış olmuşdur. Arabir asudə vaxtlarını birlikdə keçirmişlər. Fəqan Nizami rayonu İcra Hakimiyyəti binasının yanında yerləşən 5 mərtəbəli binaların birində qeyri rəsmi yaşadığı qızla kirayədə yaşamışdır. Bir qədər bundan əvvəl o, Fəqanın yanında Bəhruz adında oğlanı görüb sonuncu ilə tanış olmuş, lakin bu tanışlıqdan sonra aralarında ünsiyyət olmamışdır. Bir dəfə Bəhruzu Fəqanın yanında görəndə sonuncu onun avtomobilinin olduğunu bilib təklif etmişdir ki, lazım olduqda o, pul müqabilində Bəhruza taksi xidməti göstərsin. O, hər gün saat 18-dək işlədiyini bildirdikdə Bəhruz onsuz da axşamlar onun xidmətindən istifadə edəcəyini bildirmiş və o, Bəhruzun təklifi ilə razılaşmışdır. Həmin 1-2 ay ərzində o, demək olar ki, 7-8 dəfə Bəhruzun sifarişi ilə sonuncunu yaşadığı Xırdalan şəhərinə, oradan Fəqanın yaşadığı və hansısa tanışının «Nəsimi» metrostansiyasının yanında yerləşən evinə aparıb-gətirmişdir. Bunun müqabilində Bəhruz ona ya 10-15 manatlıq benzin yükləmiş, ya da həmin məbləğdə nəğd pul vermişdir. Birinci dəfə Bəhruzu Xırdalan şəhərinə apararkən sonuncunun orada «OBA» marketin üstündə yerləşən binada yaşadığını bilmişdir. «Nəsimi» metrostansiyasının yanında kimin qaldığını bilmir, Bəhruz və Fəqan həmin adam barəsində danışmamışlar. 10 yanvar 2022-ci il tarixdə saat 20-21 radələrində Fəqan istifasində olan ***-***-**-** saylı nömrədən «Whatsapp» tətbiqi ilə ona yazaraq sonuncunu yaşıdığı evdən götürüb Bəhruzgilin Xırdalan şəhərindəki evə, oradan isə «Nəsimi» metrostansiyasının yanındakı evə gedəcəklərini bildirmişdir. O, şam yeməyini edib çıxacağını bildirmişdir. Bundan sonra saat 22 radələrində Fəqan bir daha onunla əlaqə yaratmış və onu tələsdirmişdir. O, evdən çıxıb idarə etdiyi avtomobilin sükanı arxasına oturub Fəqangilin evin yanma gəlmişdir. Sonra Fəqana mesaj yazıb gəldiyini demişdir. Fəqan təxminən 2-3 dəqiqəyə enmiş və maşına oturarkən əlində mebel rəngində dördbucaq taxta qutusu olmuşdur. Fəqan həmin qutunu arxa oturacağına qoyub qabaqda əyləşmiş və onlar Xırdalan şəhərinə yola düşmüşlər. Təxminən 40 dəqiqəyə onlar Bəhruzun Xırdalan şəhərindəki evinin yanına çatmışlar. X11 danışmış və onlar sonuncunun evinin yanına çatanda Bəhruz artıq aşağıda onları gözləmişdir. Bəhruzun üzərində qara rəngli çanta olmuşdur. Bəhruz arxa oturacaqda əyləşmiş və sonuncunun məhəlləsindən çıxarkən Bəhruz Fəqanla işi olduğunu, çıxıb 5-10 dəqiqəyə qayıdacaqlarını demişdir. O, marketdə alış-veriş edəcəyini deyib məhəllənin qurtaracağına gələcəyini bildirmişdir. O, Rahat marketə girib su almış və çıxıb Bəhruzla Fəqanın maşından düşdükləri yerə qayıdaraq onları maşınına mindirmişdir. Sonra Bəhruz evinə qayıtmalı olduğunu dediyindən o, Bəhruzun yaşadığı binanın qarşısına gəlmiş və Bəhruz maşından çıxıb evinə qalxmışdır. Fəqan isə onunla maşında qalmışdır. Təxminən 5 dəqiqədən sonra Bəhruz aşağı enmiş və maşına oturandan sonra onlar «Nəsimi» metrostansiyasının yanındakı evə yola düşmüşlər. Təxminən 20 dəqiqəyə onlar həmin ünvana çatmış və Bəhruz sonuncunu gözləmələrini xahiş edib binanın blokuna girmişdir. Fəqan isə məhəllənin arxasında olan aptekə gedib qayıdacağını bildirmişdir. O, onların qayıdacağına qədər maşınla binanın ətrafında fırlanmışdır ki, Bəhruz çıxarkən rahat məhəllədən çıxa bilsinlər. Heç 4-5 dəqiqə çəkmədən Fəqan aptekdən çıxmış və o, Fəqanı blokun qarşısında qarşılamışdır. Bəhruz təxminən 10 dəqiqə ərzində çıxmadığına görə Fəqan sonuncu ilə bir neçə dəfə əlaqə saxlasa da Bəhruz aşağı düşməmişdir. Təxminən 5 dəqiqə sonra onun maşınının qarşısını ağ rəngli minik avtomobil kəsmiş və Fəqan ona «sür» deyə qışqırmışdır. O, əvvəl nə baş verdiyini başa düşməmiş, lakin Fəqanın reaksiyasından bilmişdir ki, oradan sürüb getmək lazımdır. O, maşını hərəkətə gətirib sürməyə başlamış və qarşını kəsən avtomobil də onun yayındığının qarşısının alınması üçün bir qədər qabağa sürərkən onun avtomobilinin sol qabaq hissəsi həmin maşını sürtmüş və o, məhəllədən çıxıb sürətlə uzaqlaşmağa başlamışdır. Məhəllədən çıxan kimi Fəqan arxa oturacaqda olan taxta qutusunu pəncərədən bayıra atmışdır. Həmin anda isə arxadan ağ rəngli C klass Mercedes markalı avtomobilin onu təqib etməyini görmüşdür. O, Fəqandan nə baş verdiyini soruşduqda sonuncu təqib edənlərin polis olduğunu, təqibə səbəbin Bəhruzun narkotik vasitələrinin satışı ilə məşğul olması, bayıra atdığının isə içərisində narkotik vasitələr olan Bəhruza məxsus qutunun olduğunu bildirmişdir. O, onda bilmişdir ki, maşınında daşıdığı qutu Bəhruza məxsusdur. Oradan o, Dərnəgül yoluna sürmüş, sonra isə «Nərimanov» metrostansiyasının yaxınlığına gəlib, onları təqib edən maşının onları itirdiyini və heç kəsin onların arxasınca gəlmədiyini görmüşdür. Metronun «Nərimanov» metrostansiyasının yaxınlığına çatanda Fəqan maşından düşərək qaçıb getmiş, o isə oradan evə sürmüşdür. Maşını yaşadığı binanın məhəlləsində saxlayıb evə qalxmışdır. Evə gəldikdə telefonunun enerjisinin tükəndiyini və telefonun sönülü vəziyyətdə olduğunu görmüşdür. O, tez telefonu cərəyana qoşub şarj etmiş və qorxusundan telefonunun yaddaşını silmişdir. Qorxuya düşdüyü üçün o, nə Fəqanla nə də Bəhruzla əlaqə yaratmamış, onların taleyi barədə ona heç bir şey məlum olmamışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə kimyəvi ekspertizasının 12 yanvar 2022-ci il tarixli, 6/167 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №49» dairəvi möhür əksi olan iki paketdə olan üzərində «Təqsirləndirilən şəxs üzərindən...» sözləri, soyad və imzalar qeyd edilmiş l№li kağız paketdə bir ədəd şüşə qabda təmiz çəkisi 0,287 qram olan qəhvəyi rəngli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd qara rəngli qutuda isə dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,765 qram, 0,859 qram, 0,923 qram, 0,911 qram, ümumi təmiz çəkisi 3,458 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixolrop maddə metamfetamindir. Üzərində «bir ədəd yeşikdən aşkar olunmuş...» sözləri, soyad və imzalar qeyd edilmiş 2№li kağız paketdə 4 ədəd bükümdə və bir ədəd şüşə bankada olan ümumilikdə 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 12,869 qram, 17,345 qram. 4,484 qram, 5,774 qram, 200,0 qram ümumi təmiz çəkisi 240,472 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd ağ rəngli plastik qabda, bir ədəd selofan bükümdə və bir ədəd ağ rəngli qutuda olan ümumilikdə üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 6,519 qram, 17,532 qram, 205,0 qram, ümumi təmiz çəkisi 229,051 qram ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəkilində olduğu üçün çəkisinə müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş bir ədəd bükümdə olan heroin ilə beş ədəd bükümdə olan heroinlər bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş dörd ədəd bükümdə olan metamfetamin ilə üç ədəd bükümdə olan metamfetaminləır bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Cinayət işinin materiallarına əlavə edilmiş narkoloji ekspertizanın 09 mart 2022-ci il tarixli, 1173 №-li rəyindən görünür ki. Təqsirləndirilən şəxs müayinə zamanı opiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş 13 yanvar 2022-ci il tarixli «mobil telefonda olan məlumatlara baxış keçirilməsi barədə» protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində 39-cu polis bölməsində toplanmış materialla birlikdə istintaqa təqdim edilmiş “Samsung Note S20 Ultra” markalı mobil telefonunda olan məlumatlara baxış keçirməyə zərurəti yarandığından dindirmə istintaq hərəkəti saat 14:50-də dayandırılmış və telefona baxış keçirilməyə başlanılmışdır. «Whatsapp» mobil tətbiqi açıldıqda orada olan «çatlar»dakı məlumat mübadiləsinin pozulduğu müəyyən edilmişdir. Media və sair failləriıı saxlanması üçün nəzərdə tutulmuş «Galeri» tətbiqində olan «12» adlı qovluğunda şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs məxsus qutunun içərisində aşkar edilmiş elektron tərəziyə bənzər tərəzinin üzərində içərisində ağ və qəhvəyi rəngli, narkotik vasitələrə bənzər kütlələr olan ayrı- ayrı bükümlərin çəkilmiş şəkildə xeyli sayda fotoşəkillərin olması müəyyən edilmişdir. Həmin fotoşəkillərin ikisində isə açılmış vəziyyətdə olan selofan torbanın içərisində tozvari qəhvəyi rəngli maddələrin əksini tapması müəyyən edilmişdir. Baxış zamanı «Samsung A320» markalı fotokameradan Təqsirləndirilən şəxs telefonunun ekranı çəkilərək «HP» markalı rəngli axınlı printer vasitəsi ilə 10 ədəd A4 formatlı ağ kağızda çap edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, 05 mart 2022-ci il tarixli «mobil telefonda olan məlumatlara baxış keçirilməsi barədə» protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində 39-cu polis bölməsində toplanmış materialla birlikdə istintaqa təqdim edilmiş “Samsung Note S20 Ultra” markalı mobil telefonunda «Galeri» tətbiqində olan «12» adlı qovluqdakı «1MG-20220107-WA0160» adlı fotoşəkildə Təqsirləndirilən şəxs üzərinə 11 yanvar 2022-ci il tarixdə keçirilmiş şəxsi axtarış zamanı taxta qutusundan aşkar edilmiş san rəngli qapaqlı ağ rəngli krem qabları ilə xarici görünüşünə görə eynilik təşkil edən plastmas qablar və onların yanında 7 ədəd içərisində ağ rəngli maddə kütləsi olan bükümlər əksini tapır. Eyni zamanda həmin fotoşəkildə Təqsirləndirilən şəxs üzərinə 11 yanvar 2022-ci il tarixdə keçirilmiş şəxsi axtarış zamanı taxta qutusundan aşkar edilmiş elektron tərəzi ilə xarici görünüşünə görə eynilik təşkil edən tərəzinin olması müşahidə edilir. Bundan başqa, İMG- 20220102-WA0141 adlı fotoşəkildə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilmiş elektron tərəzi ilə xarici görünüşünə görə eynilik təşkil edən tərəzinin üzərində içərisində qəhvəyi rəngli maddə kütləsi olan şəffaf selofan bükümü əksini tapır. Həmin fotoşəkildə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı taxta qutusunun içərisindən aşkar edilmiş qara rəngli qayçı ilə xarici görünüşünə görə eynilik təşkil edən qayçının olması müşahidə edilir. Bundan əlavə, 1MG-20211215-WA0012 və 1MG-20211215- WA0011 adlı fotoşəkillərdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı taxta qutudan aşkar edilmiş 50000 İran tüməni nominalda pul əskinazı əksini tapır. Göründüyü kimi həmin əskinaz masaüstü, üzərində qızılgül və dama-dama naxışları olan süfrə fonunda çəkilmişdir. İMG- 20211215-WA0018, 1MG-20211215-WA0017 və İMG-20211215-WA00İ4 adlı fotoşəkillərdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilmiş elektron tərəzi ilə xarici görünüşünə görə eynilik təşkil edən tərəzinin üzərində içərisində qəhvəyi və ağ rəngli maddə kütləsi olan şəffaf selofan bükümləri əksini tapır. Həmin fotoşəkillərin İMG-20211215-WA0012 və İMG-20211215-WA0011 adlı şəkillər çəkildiyi fonunda çəkilməsi müşahidə edilir. Bundan başqa, İMG-20211012-WA0U02 adlı fotoşəkildə Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan digər kişi cinsli şəxslə mətbəxdə yemək masasının yanında əyləşməsi və masa üzərində taxtadan olan çörək qabının qırmızı, yaşıl və boz rəng qarışıqlı dama-dama süfrə ilə örtülmüş şəkildə olması müşahidə edilir. İMG- 2021 1106-WA0064 adlı fotoşəkildə olanlar digər şəkillərdə olanlarla müqayisə edildikdə İMG-20211012-WA0002 adlı fotoşəkildə əksini tapmış dama-dama süfrə və taxtadan olan çörək qabının yanında Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı taxta qutudan aşkar edilmiş elektron tərəzi ilə xarici görünüşünə görə eynilik təşkil edən tərəzinin üzərində içərisində ağ rəngli maddə kütləsi olan şəffaf selofan bükümü əksini tapır. Eyni zamanda həmin şəkildə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs məxsus taxta qutusundan aşkar edilmiş qırmızı albalı rəngli karton qutu da əksini tapması müşahidə edilir. Həmçinin, İMG- 20211106-WA0069 adlı fotoşəkildə İMG- 20211012-WA0002 adlı fotoşəkildə əksini tapmış dama-dama süfrə fonunda Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı taxta qutudan aşkar edilmiş elektron tərəzi ilə xarici görünüşünə görə eynilik təşkil edən tərəzinin üzərində içərisində qəhvəyi rəngli, tozvari şəkilində maddə kütləsi olan şəffaf selofan bükümü əksini tapır. Bundan başqa, İMG-20211103-WA0038 adlı fotoşəkildə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs məxsus taxta qutusundan aşkar edilmiş qırmızı albalı rəngli karton qutusu ilə xarici görünüşünə görə eynilik təşkil edən qutunun və onun içində 3 ədəd müxtəlif ölçülü içərisində ağ rəngli maddə kütəsi olan şəffaf selofan bükümlərin olması müşahidə edilir. Göstərilənlərdən əlavə, müəyyən edilmişdir ki, İMG-20220107-WA0167 adlı fotoşəkildə əksini tapmış zahirən narkotik vasitələrə bənzər, içərisində qəhvəyi rəngli maddü kütləsi 9 ədəd və ağ rəngli maddə kütləsi olan 6 ədəd şəffaf rəngli selofan bükümlər olan fotoşəkildə həmçinin Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı taxta qutudan aşkar edilmiş üzərində bir neçə dördbucaqların birləşməsi şəkilində naxışları olan silindrik formalı qapaqlı qutunun alt hissəsi öz əksini tapmışdır. Baxış zamanı aşkar edilmiş və əhəmiyyət kəsb edən fotoşəkillər Type C modulli kabel vasitəsi ilə xidməti kompyuterə köçürülmüş və «HP» markalı rəngli axınlı printer vasitəsi ilə 12 ədəd A4 formatlı ofis kağızda çap edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş «elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında» 01 mart 2022-ci il tarixli protokoldan görünür ki, Səbail rayon Məhkəməsinin «19» yanvar 2022-ci il tarixli İş №5(009)-190/2022 saylı qərarı əsasında "xxxx" MMC-dən AZF/LGL-5170/22 saylı xx.xx.2022-ci il tarixli məktubla daxil olmuş, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı nömrələrinə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə daxil olmuş və çıxan zənglər, daxil olmuş və göndərilmiş SMS mətnləri, həmin müddətdə əhatə dairəsinə dair məlumatlar əks olunmuş kompakt diskə baxış keçirilərkən ***-***-**-** saylı nömrənin xx.xx.2021 -ci il tarixdən xx.xx.2022-ci il tarixə saat 14;57-dək olan müddətdə istifadə edilməsi müəyyən edilmişdir. Nömrənin anten məlumatları göstəricilərinə dair məlumatla müəyyən edilmişdir ki, 09 yanvar 2022-ci il tarixdə saat 19:04-dək olan müddət ərzində ***-***-**-** saylı nömrə Xırdalan şəhərinin ərazisində, saat 20:07- dən xx.xx.2022-ci il tarixə saat saat 00:43-dək müddətdə ünvan 8 ünvanının yaxınlığında, xx.xx.2022-ci il saat 01;37-dək müddətdə Qaradağ rayonunun ərazisində, saat 02:10-dan saat 10 radələrınə qədər Nizami rayonu Qara Qarayev prospekti ev 65A ünvanının yaxınlığında, saat 11:21 dən saat 22:50 radələrinə qədər Xırdalan şəhərində, xx.xx.2022-cı il saat 00:10-dək müddətdə Binəqədi rayonunun ərazisində, saat 00:18-dən saat 01:27-dək müddətdə Nizami rayonunun ərazisində və saat 01:48-dək Xırdalan şəhərinin ərazisində istifadə edilmişdir. Bundan başqa müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 21:55-də, saat 22:25-də, saat 22:30-da, saat 22:36-da 070-214- 10-09 saylı nömrə ilə X4 adına rəsmilləşdirilmiş ***-***-**-** saylı nömrə ilə qarşılıqlı danışıqlar aparılmışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə ***-***-**-** saylı nömrə ilə Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı nömrə ilə 8 dəfə qarşılıqlı danışıqlar aparılmışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə 055-521 -22-47 saylı nömrə ilə qarşılıqlı zənglər qeydə alınmamışdır. Bundan başqa ***-***-**-** saylı nömrəyə daxil olmuş SMS-lərin məzmunlarına baxış zamanı xx.xx.2022-ci il tarixdə saat 02:17-də ***-***-**-** saylı nömrədən «Qardavvım heresinden 5 qram duzelt gelem qardavvım, 10 deqeye ordayam» məzmunlu SMS-in daxil olması müəyyən edilmişdir. Sms mətnlərə dair məlumat 4 ədəd A4 formatlı ofis kağızında HP markalı lazer printerdə çap olunaraq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş «baxış keçirilməsi haqqında» 05 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Səbail rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli 5(009)-474/2022 saylı qərar əsasında «X5» ASC-dən HTİD/1719 saylı xx.xx.2022-ci il tarixli məktubla daxil olmuş, iş üzrə Təqsirləndirilən şəxs məxsus 5243 7544 1509 5007, 5243 7544 1509 0933 və 4098 5844 5898 0685 nömrəli kartlarla bağlı hesablardan 30 vərəqədə çıxarışlara baxış aparılarkən müəyyən edilmişdir ki, “Leobank” yazısı ilə 4098 5844 5898 0685 nömrəli VİSA növündə plastik bank kartı Bərdə rayonu Əmiıii kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs məxsus AZ69UBAZ**********1010AZN001 saylı bank hesabına bağlıdır. Həmin hesabda maliyyə əməliyyatları xx.xx.2022-xx.xx.2022-ci il tarixə olan müddəti əhatə edir. Həmin dövr ərzində 296 manat mədaxil və məxaric aparılmış, hesabda qalıq 0,00 manatdır. Üzərində BAHRUZ ABBASOV adı qeyd olunmuş 5243 7544 1509 5007 nömrəli «Albalı Plus» tipli plastik bank kartı Bərdə rayonu Əmirli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs məxsus AZ53UBAZ**********1010AZN003 saylı bank hesabına bağlıdır. Həmin hesabda olan maliyyə əməliyyatları xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddəti əhatə edir. Həmin dövr ərzində ümumi maliyyə dövriyyəsi 11222,19 manat təşkil edir. Hesabda qalıq 5,81 manatdır. Həmin hesabın maliyyə dövriyyəsinə nəzər yetirilərkən əksər hallarda gündəlik intensiv ardıcıllıqla müxtəlif məbləğlərdə ayrı-ayrı ödəniş sistemləri vasitəsi ilə kart hesabına pul vəsaitlərin mədaxil edilməsi ilə bağlı tranzaksiyalann mövcudluğu müşahidə edilir. Üzərində MR ABBASOV BAHRUZ adı qeyd olunmuş 5243 7544 1509 0933 nömrəli «Albalı Plus» tipli plastik bank kartı Bərdə rayonu Əmirli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs məxsus AZ10UBAZ**********1010AZN001 saylı bank hesabına bağlıdır. Həmin hesabda olan maliyyə əməliyyatları xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddəti əhatə edir. Həmin dövr ərzində ümumi maliyyə dövriyyəsi 6680,75 manat təşkil edir. Hesabda qalıq 0,00 manatdır. Həmin hesabın maliyyə dövriyyəsinin intensivliyinə nəzər yetirilərkən əksər hallarda gündəlik olaraq müxtəlif məbləğlərdə ayrı-ayrı ödəniş sistemləri vasitəsi ilə kart hesabına pul vəsaitlərin mədaxil edilməsi ilə bağlı tranzaksiyalann mövcudluğu müşahidə edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən və ona məxsus qutunun içərisindən aşkar olunaraq götürülən narkotik vasitə və psixotrop maddənin külli miqdarda olması, onların ayrı-ayrı bağlamada, eləcə də xırda bükümlərdə olması, bir ədəd elektron tərəzinin və 50000 İran tüməni nominalında pil əskinazı aşkar edilməsi onun narkotik vasitə və psixotrop maddəni satış məqsədilə əldə edib üzərində saxlaması qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 13 yanvar 2022-ci il tarixdən hesablanmalı, cinayət işinin ibtidai istintaqı zamanı Bəhruz Abbsovun 11 yanvar 2022-ci il tarixdən 12 yanvar 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmaqla Səbail rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq qalmış 240,519 qram çəkidə heroin, 232,229 qram metamfetamin, 01 ədəd elektron tərəzi, qara rəngli qayçı, 50000 İran tüməni nominalda pul əskinazı, silindrik formalı kağız qutusu və albalı-qırmızı rəngli boş qutu məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 3 ədəd bank kartı, şəxsi axtarışın keçirilməsini əks etdirən görüntülər olan bir ədəd kompakt disk, X5 ASC tərəfindən təqdim edilmiş 30 vərəqədə çıxarış, 13 yanvar 2022-ci il tarixli və 05 mart 2022-cı il tarixli baxış protokolları və onlara əlavələr olan 22 ədəd A4 formatlı ofis kağızında çap edilmiş fotoşəkillər əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 130 ( yüz otuz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 48 (qırx səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi 288 (iki yüz səksən səkkiz) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 07 ( yeddi ) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 11 yanvar 2022-ci il tarixdən 12 yanvar 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün ona təyin edilmiş 07 ( yeddi ) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 06 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Səbail rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq qalmış 240,519 qram çəkidə heroin, 232,229 qram çəkidə metamfetamin, 01 ədəd elektron tərəzi, qara rəngli qayçı, 50000 İran tüməni nominalda pul əskinazı, silindrik formalı kağız qutusu və albalı-qırmızı rəngli boş qutu məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 3 ədəd bank kartı, şəxsi axtarışın keçirilməsini əks etdirən görüntülər olan bir ədəd kompakt disk, X5 ASC tərəfindən təqdim edilmiş 30 vərəqədə çıxarış, 13 yanvar 2022-ci il tarixli və 05 mart 2022-cı il tarixli baxış protokolları və onlara əlavələr olan 22 ədəd A4 formatlı ofis kağızında çap edilmiş fotoşəkillər əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 130 (yüz otuz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi 288 (iki yüz səksən səkkiz) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar