Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1121/2025 26.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X3 (sədrlik edən), X2 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1984-cü il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində iki yetkinlik yaşına çatmamış uşağı olan, fərdi əməklə məşğul olmuş, Ağdaş Rayon Məhkəməsinin 1(014)-111/2023 saylı, 22 avqust 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ağdaş şəhəri, X8 küçəsi 2/1/3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 05 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-686/2024 saylı, 07 sentyabr 2024-cü il tarixli qərarı ilə barəsində əvvəli 05 sentyabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3 və 126.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 04 sentyabr 2024-cü il tarixdə, saat 23:00 radələrində ünvan 2 ünvanında yerləşən kirayədə yaşadığı fərdi yaşayış evində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qanunvericiliklə müəyyən edilmiş davranış və birgəyaşayış qaydalarına zidd olaraq ətrafda insanların olmasına baxmayaraq ictimai qaydaya əhəmiyyətli laqeydlik və etinasızlıq göstərərək həmin fərdi yaşayış evinin digər otağında kirayədə yaşayan Zərərçəkmiş şəxs otağına daxil olaraq sənuncunun otağında qonaq qismində gələn digər şəxslərin önündə heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədib evin dəhliz hissəsinə çıxıb hərəkətlərini davam etdirərək sonuncunun ona etiraz edərək mübahisə etmgsini bəhanə edib xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrinə məişət təyinatlı mətbəx bıçağı ilə zərbələr vuraraq sonuncuya sol bazunun və döş qəfəsinin sol yan səthinin deşilmişkəsilmiş yaraları kimi həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid və qarının boşluğa nüfuz edərək dalağı dəlib keçən və pankreasm quyruq hissəsini zədələyən deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən bədən xəsarətləri yetirməklə silah qismində istifadə edilən əşyadan istifadə etməklə ictimai qaydanı kobud surtədə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ildə Ağdaş Rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Sonuncu dəfə həbs olunana qədər Bakı şəhərinə işləmək məqsədi ilə gəlmişdir. Bakıda Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, döngə 10, nömrəsiz fərdi evdə kirayəyə verilən otaqların birində kirayənişin kimi yaşamışdır. Həmin fərdi evin sahibi “Bəylər” adlı şəxs həyətində ümumi dəhlizi olan bir neçə otaqdan ibarət tikilini onun kimi müvəqqəti yer istəyənlərə kirayəyə verirdi. Orada kirayədə Zərərçəkmiş şəxs ilə aralarında normal ünsiyyət yaranmışdır. 04 sentyabr 2024-cü il tarixdə, axşam saatlarında Sulutəpə qəsəbəsində kirayədə yaşadığı həmin ünvanda otaq yoldaşı “Kamran” adlı şəxslə yemək yeyib spirtli içki içmiş, sonra Kamran işi ilə əlaqədar çıxıb getmiş, o isə evdə qalmışdır. Yüngül sərxoş olsa da, özünü idarə edə biləcək vəziyyətdə olmuşdur. Saat 23:00 radələrində hava almaq üçün otağından çıxmış və qonşuluqda yaşayan Zərərçəkmiş şəxslə rastlaşmışdır. Onların aralarında iş ilə bağlı mübahisə yaranmışdır. Belə ki, Amidgil bir gün işləyir sonra 2-3 gün işləmirdilər. O da buna görə bu düzgün hərəkət deyil, “Buna görə adamı aparıb işlədərlər sora da başına oyun açıb göndərərlər.” demişdir. Mübahisə zamanı Amid onu kobud nalayiq ifadələrlə təhqir etmiş, o da cavab vermişdir. Dalaşmaq niyyəti olmasa da Amid üstünə gəlmiş, gözlənilmədən yumruqla sifətinə güclü zərbə vurmuş, zərbə sağ gözünü tutmuş və bərk ağrımışdır. O, arxa-arxaya getmiş və əlinə ilk gələn bıçaq olduğuna görə bıçağı götürüb Amidi vurmuşdur. Hər halda Amidin həyatına qəsd etmək məqsədi olmayıb, sadəcə yüngülcə xəsarət yetirmək istəmişdir ki, onu vurduğuna görə Amidə dərs olsun. Bundan sonra Amid əyilib qarın nahiyəsini tutanda o, sonuncunun üstündə qan olduğunu görmüşdür. Bundan sonra gecə radələrində Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinə könüllü olaraq yaxınlaşmış və Zərərçəkmiş şəxslə aralarında baş vermiş münaqişə barədə məlumat vermişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, hadisə günü iki stəkan pivə içmişdi. Amidin içkili olub-olmamasını bilmir. Hadisə vaxtı onların yanında 2 nəfər – Amidin tanışı olan şəxslər olmuşdur. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3 və 126.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, təxminən on ildir ki, mütəmadi olaraq usta kimi işləmək məqsədilə Bakı şəhərinə gəlir. İşinin xarakterindən asılı olaraq bir müddət işlədikdən sonra yaşadığı rayona qayıdır. Bakı şəhərində olduğu müddətdə müxtəlif kirayə evlərdə qalır. Sonuncu dəfə kirayədə qaldığı ev ünvan 2 ünvanında yerləşib. Həmin evin sahibi Şahid1 olub. Təxminən iki ay əvvəl yenidən Bakıya gəlib və bu ünvanda yerləşən evdə qalmağa başlayıb. Eyni evdə son iki həftə ərzində kirayənişin kimi yaşayan Təqsirləndirilən şəxs ilə tanış olub. Onların arasında bir neçə dəfə söhbət olsa da, yaxın münasibət yaranmayıb. Şəxsin sözlərinə görə, gündəlik olaraq işlə bağlı səhər saatlarında evdən çıxır, axşam saatlarında geri qayıdır. 04 sentyabr 2024-cü il tarixində saat 22 radələrində evə qayıdarkən Təqsirləndirilən şəxs dostları ilə birlikdə yemək yediyini və spirtli içki qəbul etdiyini görüb. Bir müddət sonra Xəyal qonaqlarını yola salaraq evə qayıdıb və onun qaldığı otağa daxil olub. Həmin vaxt orada, 03 sentyabr tarixində eyni otağa köçmüş, adı məlum olmayan iki nəfər də olub. Təqsirləndirilən şəxs həmin qonaqlarını və tanışlarını tərifləyərək, onlardan üstün olduğunu bildirərək şəxsə sataşmağa başlayıb. Şəxs Xəyalın sərxoş vəziyyətdə olduğunu görüb mübahisəyə girməməyə çalışıb, lakin söhbət uzanaraq çölə – evin həyətinə keçib. Orada, yaşadığı otağın qarşısında Baxışov onu hədələyərək dostları tərəfindən döyüləcəyini deyib. O isə cavabında heç kimin onu döyə bilməyəcəyini bildirib. Bu zaman Baxışov onu nalayiq ifadələrlə təhqir edib, şəxs də buna cavab olaraq əvvəlcə onu sinəsindən itələyib, daha sonra sol əli ilə sifət nahiyəsinə yumruqla zərbə endirib. Bu an Baxışov üzərində gəzdirdiyi bıçaqla onun sol qoluna, sinəsinə və qarın nahiyəsinə bir neçə dəfə zərbə endirib. Zərbələr zamanı ilk olaraq bıçaqla vurulduğunu dərk etməyən şəxs, sonradan bədənində qan izləri görərək və Xəyalın əlində bıçaq olduğunu sezərək vəziyyəti anlayıb. Ağır xəsarət aldığı üçün dərhal qaldığı otağa keçib. Baxışov isə ardınca gəlməyib və evi tərk edib. Hadisədən sonra onu bir daha görməyib. Zərərçəkmiş şəxs ev sahibi Şahid1 və otaqda birlikdə qaldığı, adlarını bilmədiyi iki şəxsin köməyi ilə X5 çatdırılıb. Orada cərrahi müdaxilələr aparılıb. Onun sözlərinə görə, mübahisənin yaranmasına səbəb Təqsirləndirilən şəxs tanışlarını üstün tutaraq onu təhqir etməsi olub. Əsəbiləşərək onu vurmasına baxmayaraq, gözləmədiyi şəkildə bıçaqla hücuma məruz qalıb. Şəxsin bildirdiyinə görə, Təqsirləndirilən şəxs ilə əvvəllər bir neçə dəfə danışıq olsa da, aralarında heç vaxt mübahisə yaşanmayıb və bu, ilk belə haldır. Hadisə zamanı eyni otaqda qaldığı iki nəfər şəxsin mübahisədən xəbərdar olduqları ehtimal olunsa da, onlardan heç biri yaxınlaşmayıb və bıçaqlanma anını görməyiblər. Hadisə zamanı onlardan və ya başqasından heç kim müdaxilə etməyib. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxs içkili vəziyyətdə idi. Xəyalın dediyi sözə görə söyüş söyüb. Xəyal birinci ona əl atmış, o da sonuncunu vurmuşdur. Xəyal ona üç bıçaq zərbəsi vurub. Mübahisə 10-15 dəqiqə davam edib. Təqsirləndirilən şəxsdən şikayətçidir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, yaşadığı ev həyət evi olmaqla iki hissəlidir, evin bir hissəsini bir neçə otaq formasında kirayə verir. Buna görə mütəmadi olaraq evindəki otaqlarda kirayə qalmaqla bağlı ona müraciət edilir. 2024-cü ilin iyul ayında Ağdaş rayon sakini Təqsirləndirilən şəxs adlı şəxs müraciət edərək, kirayə qalmaq istədiyi bildirmişdir. Təqsirləndirilən şəxs tanımasa da, şəxsiyyət vəsiqəsinin surətini təhvil almaqla evində kirayə qalması üçün razılıq vermişdir. Həmçinin Xəyalın qaldığı otağın yanındakı otaqda Zərərçəkmiş şəxs adında bir nəfər kirayədə qalmışdır. Amid əvvəllər uzun müddət həmin evdə yaşamışdır. 04 sentyabr 2024-cü il tarixdə saat 23:00 radələrində yaşadığı evdə olarkən səs-küy eşidib həyətin kirayə verdiyi otaqlar yerləşən hissəsinə keçmiş, orada Zərərçəkmiş şəxs otaqda qan içində olmaqla qarın boşluğunu əlləri ilə tutduğunu görmüşdür. Bu vaxt sonuncunun yanında iki nəfər Amidin tanışı olan başqa şəxs də olmuşdur. O, tez bir zamanda təcili tibbi yardım çağırmışdır. Hadisənin neçə baş verməsi ilə əlaqədar soruşduqda Zərərçəkmiş şəxs qonşu otaqda qalan Təqsirləndirilən şəxsla aralarında yaranmış mübahisə zamanı Xəyal tərəfindən bıçaqla vurulduğunu bildirmişdir. Mübahisənin hansı səbəbdən yarandığını bilməmiş və ümumiyyətlə, Təqsirləndirilən şəxs nə həmin vaxt, nə də sonradan görməmişdir. Zərərçəkmiş şəxs çox çəkmədən xəstəxanaya çatdırılmışdır. Sonradan olanlar haqqında hər hansı məlumat almamışdır. Nə Təqsirləndirilən şəxs, nə də Zərərçəkmiş şəxs onun evinə qayıtmamışlar. Sonradan faktla bağlı Təqsirləndirilən şəxs barəsində polisdə cinayət işi aparıldığını öyrənmişdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında yaranmış ədavətin səbəbi, baş vermiş hadisənin təfərrüfatları, eləcə də hadisə ilə əlaqədar başqa hər hansı hal barədə məlumatı yoxdur. Hadisə zamanı onların yanında olmamışdır. Ancaq Zərərçəkmiş şəxs dediklərindən Təqsirləndirilən şəxs tərəfindən mübahisə zamanı bıçaqla bir neçə dəfə vurulduğunu bilir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs əvvəllər bir-biri ilə normal ünsiyyətdə olduqlarını bilmiş, aralarında hər hansı anlaşılmazlıq və mübahisə baş verməsinin şahidi olmamışdır. Hadisə baş verdikdən sonra Zərərçəkmiş şəxs yanında gördüyü iki nəfəri tanımır, həmin şəxslərdən savayı orada kimsə olmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Ağcabədi rayonundan olan və Bakı şəhərinə işləmək üçün gəlmiş Zərərçəkmiş şəxs bir neçə ildir ki, tanıyır, münasibəti yaxşıdır, bir yerdə işlədikləri vaxtlar da olmuşdur. Son vaxtlar Amid Bakı şəhəri, Binəqədi rayonu ərazisində, Sulutəpə qəsəbəsində kirayədə yaşayır, sonuncunun kirayədə qaldığı ünvanı tanıyır, orada olmuş, fərdi evin sahibi həyətində tikdiyi otaqları kirayəyə verir, dəhliz boyu iki tərəfdən qapıları bir dəhlizə açılan otaqlarda kirayəçilər yaşayırlar. 04 sentyabr 2024-cü il tarixdə gecə saat 00:00 radələrində, dəqiq vaxt yadında qalmayıb, Zərərçəkmiş şəxs onun ***-***-**-** mobil nömrəsinə zəng vurmuş və narahat halda danışaraq demişdir ki, kirayədə qaldığı yerdə qonşusu “Xəyal” adlı şəxslə mübahisə etmişlər və Xəyal onu bıçaqla vurmuşdur, qan içindədir. Bunu deyib Amid ondan kömək istəmiş və yanma gəlməyi xahiş etmişdir. O, həmin vaxt Amidin ünvanından 10 dəqiqəlik məsafədə olmuş, avtomobili ilə Amidin yanma getmişdir. Oraya gələndə görmüşdür ki, Amid yaşadığı otaqda üst-başı qanlı vəziyyətdə oturmuşdur. İki nəfər tanımadığı şəxs və evin otaqlarını kirayəyə verən Bəylər də orada olmuşlar, sonradan bilmişdir ki, həmin tanımadığı iki nəfər kirayə qalmağa təzə gələnlər olmuşlar. Amiddən nə baş verdiyini soruşanda demişdir ki, qonşuluqda yaşayan Xəyal hansısa qonağı ilə axşamdan yeyib-içib sərxoş olmuş və onun üstünə mübahisə ilə gəlmiş, aralarındakı mübahisə zamanı Xəyal bıçaqla ona zərbələr vurub xəsarət yetirmişdir. Oradan istifadəsində olan ***-***-**-** mobil nömrə ilə təcili tibbi yardıma zəng vurmuş və çağırışa gəlmiş təcili təxirəsalınmaz tibbi xidmətin avtomobili ilə Zərərçəkmiş şəxs Bakı şəhəri X4 aparmışlar. O da Amidi müşaiyət etmiş və səhərədək xəstəxanada yanında olmuşdur. Xəstəxanada Amidə yardım göstəriləndə məlum olmuşdur ki, bədənində bir neçə bıçaq zərbəsi vardır, həkimlərin dediklərinə görə bir zərbə daxilə keçdiyinə görə təhlükəli yaralamışdır. Həmin gecə polisin "102” xidmətinə də öz mobil nömrəsindən zəng vurub özünü təqdim edərək, Zərərçəkmiş şəxs xəsarət alması ilə nəticələnmiş hadisə barədə ona məlum olanları demişdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında baş vermiş hadisə zamanı onların yanında olmamış, Amidi bıçaqla yaralamış Xəyal ilə şəxsi münasibəti yoxdur, sonuncunu həmin ünvanda əvvəlllər görmüş, amma həmin gün gələndə Xəyal artıq getmişdir. Zərərçəkmiş şəxs dediklərinə görə Xəyal sərxoş olub onu söymüş, onunla bir otaqda kirayədə qalmağa gəlmiş şəxslərin yanında təhqir etmiş və bu səbəbdən mübahisə düşmüş, Amid ondan çıxıb getməsni tələb etmiş, Xəyal isə bıçaqla Amidi vurmuşdur. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadələrini təsdiq edərək Təqsirləndirilən şəxs hadisənin baş verdiyi şəraitdə, ortaq dəhlizin iki tərəfindən yerləşən otaqların kirayəyə verildiyi, müxtəlif şəxslərin yaşadıqları yataqxana tipli tikilidə, ictimai qaydanı kobud surətdə pozaraq xuliqanlıq etməkdə, kifayət qədər uzun müddət ərzində dava edən ictimai qaydanı pozan hərəkətlərin gedişində ona bıçaqla hücum edib xəsarətlər yetirməsini və sağlamlığına ağır zərər vurmaqda ifşa etmişdir. Cinayət işinin materiallarında olan Respublika Narkoloji Mərkəzində tərtib edilmiş xx.xx.2024-cü il tarixli 2/48337 nömrəli “Sərxoşluğun bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolu”na əsasən, Təqsirləndirilən şəxs yüngül alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 07 oktyabr 2024cü il tarixli 2032 №-li rəyinə əsasən, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər-qarmın boşluğa nüfuz edərək dalağı dəlib keçən və pankreasın quyruq hissəsinin zədələyən deşilmiş-kəsilmiş yarası, sol bazunun və döş qəfəsinin sol yan səthinin deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşya (alət) ola bilsin ki, bıçaqla deşici-kəsici təsirindən törənmişlər, qərarda göstərilən tarixdə və şəraitdə, yəni 04 sentyabr 2024-cü il tarixdə kənar şəxs tərəfindən bıçaqla vurulma nəticəsində əmələ gələ bilərdilər və dərəcələrinə görə görə qarının boşluğa nüfuz edərək dalağı dəlib keçən və pankreasın quyruq hissəsinin zədələyən deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, digər xəsarətlər isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalpsiyalarına görə demək olar ki, həmin xəsarətlərin yıxılma nəticəsində və ya özü-özünə yetirilmə nəticəsində törənmələri inandırıcı deyildir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi-bioloji ekspertizasının 08 oktyabr 2024-cü il tarixli 660№-li rəyinə əsasən, Zərərçəkmiş şəxs qan qrupu 0/l/-dir,(aktiv vəsiqə vərəqəsində). Məhkəmə-bioloji ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus şalvar üzərində olan ləkədə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq edildikdə yalnız H antiteli alındı. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə 0(1) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim olunmuş bıçaq üzərində tədqiqat zamanı qan aşkar olunmadı. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi-tibbi kriminalistik və məhkəməkriminalistik ekspertizasının 16 oktyabr 2024-cü il tarixli 471№-li rəyinə əsasən, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar üzərində zədə və zədə izləri aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan məhkəmə-psixatrik və psixoloji kompleks ekspertizasının xx.xx.2024-cü il tarixli 3465 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda əqli- intellektual imkanlarında dəyişiklik yaranmamış, baş verənləri düzgün qavrayıb təsvir etmək imkanından məhrum olmamışdır. Hadisə zamanı öz hərəkətlərini ölçübbiçmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Eqosentrizm, inadkarlıq, özünə qarşı hörmət tələb etmək kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. Özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik müəyyən edilmədi. Təqsirləndirilən şəxs baş verənləri düzgün qavrayıb təsvir etmək və ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixo-emosional vəziyyətdə olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Ağdaş Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, cinayətlərdən biri təsnifata görə ağır cinayətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilsə də, məhkəmə hesab edir ki, sonuncuya qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3 və 126.2.4-cü maddələri irəli sürülmüş ittiham üzrə təqsiri cinayət işinin materialları ilə tam sübuta yetirilir, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs hadisə zamanı tək olduqlarını bildirsə də, təqsirləndirilən şəxs ifadəsində o, zərər çəkmiş şəxsə bıçaq xəsarəti yetirərkən yanlarında iki nəfər zərər çəkmiş şəxsin tanışı olan şəxslər olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 5-ci bəndinə əsasən, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair xərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Həmçinin məhkəmə xuliqanlıq cinayətinin obyektiv cəhətdən ifadə olunduğu xuliqanlıq əməlləri ilə bağlı qeyd edir ki, "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında həmçinin göstərilir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər isə təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər kimi müəyyən edilmişdir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmənın 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Həmin qərarda qeyd edilir ki, maddənin dizpozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud sürətdə pozulması, -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, -şəxslərin üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4cü və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, zərər çəkmiş şəxsin şikayətçi olmasını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmamış uşağının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 29 dekabr 2008-ci il və 13 dekabr 2012-ci il təvəllüdlü iki yetkinlik yaşına çatmamış uşağı var. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 1(014)-111/2023 saylı, 22 avqust 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Buna görə də məhkəmə hesab edir ki, əvvəllər qəsdən cinayət törətməyə görə Ağdaş Rayon Məhkəməsinin 1(014)-111/2023 saylı, 22 avqust 2023-cü il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs həmin cinayət əməlinə, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluğu cinayətin residivi növündə cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3 və 126.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materiallarında olan Ağdaş Rayon İcra və Probasiya şöbəsinin 23 may 2025-ci il tarixli məktubundan görünür ki, Ağdaş Rayon Məhkəməsinin 1(014)-111/2023 saylı, 22 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs ona qəti olaraq təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 10 ay 18 gün hissəsini çəkmiş, 01 il 07 ay 08 gün gününü hissəsini isə çəkməmişdir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Buna görə də məhkəmə hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin 1(014)-111/2023 saylı, 22 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 01 (bir) il 07 (yeddi) ay 08 (səkkiz) gün müddətində hissəsi azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq 09 (doqquz) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutularaq Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2024cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-686/2024 saylı, 07 sentyabr 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 05 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan 01 (bir) ədəd məişət təyinatlı mətbəx bıçağı və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus üzərində qan ləkəsi olan şalvar məhv edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Qüvvədə olan “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə qərarın 1-ci hissəsində dəyişiklik edilərək, “6 manat” sözləri “11 manat” sözləri ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qanuni qüvvəyə (29 aprel 2025-ci tarixədək) minənədək Təqsirləndirilən şəxs məhkəmə iclaslarında pulsuz hüquqi yardım göstərmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hüquqi xidmət haqqı hər saatı 06 manatdan, həmin qərar qanuni qüvvəyə mindikdən sonra (29 aprel 2025-ci tarixdən sonra) hər saatı 11 manat olmaqla hesablanmalıdır. Məhkəmə müəyyən edir ki, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün 06 saat, həmin tarixdən sonra 06 saat vaxt sərf etmişdir. Buna görə də Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı 06 (altı) manatdan hesablanmaqla 36 (otuz altı) manat, 06 (altı) iş saatı 11 (on bir) manatdan hesablanmaqla 66 (altmış altı) manat, ümumilikdən 12 (on iki) iş saatı üçün 102 (yüz iki) manat məbləğində vəsait Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrumetmə cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 1(014)-111/2023 saylı, 22 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 01 (bir) il 07 (yeddi) ay 08 (səkkiz) gün müddətində hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq 09 (doqquz) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutulmaqla, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 05 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan 01 (bir) ədəd məişət təyinatlı mətbəx bıçağı və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus üzərində qan ləkəsi olan şalvar məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı 06 (altı) manatdan hesablanmaqla 36 (otuz altı) manat, 06 (altı) iş saatı 11 (on bir) manatdan hesablanmaqla 66 (altmış altı) manat, ümumilikdən 12 (on iki) iş saatı üçün 102 (yüz iki) manat məbləğində vəsait Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(101)-1121/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1121/2025
26.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver