Məhkəmə qərarları › İş №1(101)-1122/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1122/2020

17.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1122/2020 17.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X2 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1965-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, ev 58-də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, ev 208-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd kibrit qutusunda 1,916 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, 14 ədəd bükümdə külli miqdarda ümumi xalıs çəkisi 37,939 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış heroini, 10 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda 15,835 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, 10 ədəd bükümdə külli miqdarda ümumi xalis çəkisi 7,125 qram olan psixotrop maddə metamfetamini, 3 ədəd ümumi xalis çəkisi 0,12 qram olan narkotik vasitə metadonu, 02 ədəd narkotik vasitələr və psixotrop maddələrə aid olmayan güclü təsir edici maddələrin siyahısına daxil edilmiş tramodol dərman preparatlarını əldə edib saxlayıb daşıyaraq onlardan 05 ədəd bükümlərdə ümumi çəkisi, 3,675 qram psixotrop maddə metamfetamini, 5 ədəd bükümlərdə ümumi çəkisi, 11,293 qram narkotik vasitə tiryəki və 9 ədəd bükümlərdə ümumi çəkisi, 22,380 qram narkotik vasitə heroini bir ədəd sellofan torbaya büküb yaşadığı evdə asılqandan asılmış özünə məxsus olduğunu zənn etdiyi, lakin oğlu Şahid3 məxsus olan qara rəngli şalvarın sol arxa cibinə qoymuş, digər narkotik vasitələri isə yaşadığı evdə qara rəngli zəncirbəndlə bağlanan kisənin içərisində saxlamış, xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Şahid3 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, 208 nömrəli evinin yaxınlığında saxlayaraq 14-cü PB-nə gətirilmiş, orada Şahid3 üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli şalvarının sol arxa cibindən bir ədəd sellofan torbaya bükülmüş, içərisində 5 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,658 qram; - 1,126 qram; - 1,323 qram; - 0,434 qram; - 0,134 qram; ümumi çəkisi - 3,675 qram ağ rəngli kristal formada olan xarici görünüşünə və kimyəvi tərkibinə görə eynilik təşkil edən psixotrop maddə olan metamfetamin, 5 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 9,939 qram; - 0,329 qram; - 0,787 qram; - 0,103 qram; - 0,135 qram; ümumi çəkisi - 11,293 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış xarici görünüşünə və kimyəvi tərkibinə görə eynilik təşkil edən narkotik vasitə - tiryək, 9 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,422 qram; - 0,073 qram; - 0,228 qram; - 0,044 qram; - 2,886 qram; - 4,647 qram; - 9,773 qram; - 4,228 qram; - 0,079 qram; ümumi çəkisi - 22,380 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış xarici görünüşünə və kimyəvi tərkibinə görə eynilik təşkil edən narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, həmin gün saat 22 radələrində Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs oğlunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, 208 nömrəli evə video çəkiliş ilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol üst cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,146 qram ağ rəngli kristall formada olan psixotrop maddə metamfetamin aşkar edilmiş, daha sonra evdə olan masanın üzərindəki qara rəngli zəncirbəndlə bağlanan kisənin içərisindən 5 ədəd bükümdə külli miqdarda ayrı- ayrılıqda təmiz çəkiləri 3,600 qram, 3,173 qram, 5,413 qram, 2,875 qram, 0,498 qram ümumi çəkisi ümumi xalis çəkisi 15,559 qram olan tiryəkdən kustar üsulla hazırlanmış xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə heroin, 5 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,123 qram; - 1,793 qram; -0,294 qram; -0,271 qram; 2,061 qram; ümumi çəkisi - 4,542 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitətiryək, 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,047 qram; - 0,661 qram; -0,699 qram; -0,897 qram; ümumi çəkisi - 2,304 qram ağ rəngli kristal formada olan xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynilik təşkil edən psixotrop maddələr metamfetamin, 3 ədəd 0,12 qram üzərində “M40” sözləri yazılmış qəhvəyi rəngli dairəvi formalı həblər olan narkotik vasitə metadon, 02 ədəd narkotik vasitələr və psixotropaddələrə aid olmayan güclü təsir edici maddələrin siyahısına daxil edilmiş tramodol dərman preparatları, həmin evdə masanın üzərində olan dəmir qabın içərisindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 1,916 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkoitk vasitə qurudulmuş marixuana aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ünvan 1 saylı ünvanda yaşayır. Yoldaşından ayrılmış, oğlu Anar anası ilə birlikdə yaşayır, ancaq müəyyən müddət onunla qalmaq üçün yanına gəlmişdi. xx xxxxxx 2020-ci il tarixdə o və oğlu evdə idilər, ikisi də yatmışdılar. Birdən 5-6 nəfər polis əməkdaşı evə daxil oldular. O onları öz razılığı ilə içəri dəvət etməmişdi, onlar qonşunun hasarından həyətə düşüb sonra isə eviə icazəsiz daxil oldular. Polis əməkdaşları ona və oğluna təzyiq göstərib onları döydülər. O özü narkotik vasitə istifadə etmir, nə də narkotik vasitələrin satışı ilə məşğul olmamış. Oğlu Anar isə narkotik vasitə istifadəçisidir. Onun ağrıları olduğu üçün ona arabir evdə narkotik vasitələrdən verirdi ki, istifadə etsin, ağrıları səngisin. Hadisədən əvvəl oğlu üçün narkotik vasitə olan tiryək, 8 ədəd tabletka və bir ədəd tramodol dərmanı almışdı. Oğlunu narkotik vasitələrdən istifadə etdiyi üçün dəfələrlə müalicə etdirmək istəsə də razılaşmırdı, bu səbəblə o ona hadisədən əvvəl bir qədər narkotik vasitə almışdı. Ancaq oğlunun özündə də istifadəsi üçün bir qədər narkotik vasitə var idi. Çəkiliş zamanı cibindən çıxan narkotik vasitələri polis əməkdaşları özləri cibinə qoydular və çəkiliş aparan zaman özünə məxsus olduğunu deməyi üçün təzyiq etdilər. Polislərin ona və oğluna təzyiq göstərməsi ilə bağlı heç bir yerə şikayət etməmişdir. Evdən aşkar olunan tərəzi isə anasına məxsus köhnə tərəzi idi. Evindən 17 ədəd ayrı-ayrı bükümlərdə narkotik vasitə heroin aşkar olunması həqiqətə uyğun deyil. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu rayon polis idarəsinin 14-cü PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində “Anar” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri qəbul etməsi, saxlaması və gəzdirməsi barədə məlumat alınmış və həmin məlumat əsasında “Anar” adlı şəxsin ifşa olunması məqsədi ilə əməliyyat qrupu yaradılmış və həmin qupun tərkibi ondan başqa xidmət etdiyi polis bölməsinin əməliyyat müvəkkili polis leytenantı X1 iştirak etmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə Maştağa qəsəbəsinin sakini olan “Anar” adlı şəxsin yerini müəyyən etmişlər. Bir qədər müşahidə apardıqdan sonra Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi 208 saylı ünvanın yaxınlığında “Anar” adlı şəxsə yaxınlaşaraq özlərini təqdim edərək həmin şəxsdən adını soruşmuşlar. Anar adlı şəxs özünü təqdim etdikdən sonra Sabunçu RPİ-nin 14-cü PB-nə dəvət etmişlər. Bundan sonra birlikdə 14-cü PB-nə gəlmişlər. Polis bölməsində məlum olmuşdur ki, “Anar” adlı şəxs 1989-cu il təvəllüdlü Şahid3dur. Daha sonra xidməti otaqların birində saxlanılan Şahid3 hüquq və vəzifələri elan olunduqdan sonra üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Şahid3 əynində olan qara rəngli şalvarın arxa sol cibindən bir ədəd politelin torbaya bükülmüş bükümdən 22 ədəd ayrı-ayrılıqda bükümlərdə spesifik İyə malik maddələr aşkar olunaraq tərəflərindən götürülmüşdür. Şifahi sorğu zamanı Şahid3 üzərindən aşkar olunan maddələrin narkotik vasitə olan heroin və tiryək olduğunu bildirmişdir. Bundan başqa Şahid3 bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini və tiryəki xx.xx.2020-ci il tarixdə tanımadığı şəxsdən istifadəsi üçün 170 manata almışdır. Götürülmüş maddələr tərəflərindən qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Bundan sonra əməliyyat tədbirləri davam etdirilərək saxlanılan şəxs Şahid3 yaşadığı ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evində xx.xx.2020-cu il tarixdə saat 22:15 radələrində video çəkiliş ilə baxış keçirilmişdir. Baxış zamanı həmin ünvanda Təqsirləndirilən şəxs oğlunun yaşadığı müəyən edilmişdir. Təqsirləndirilən şəxs oğlu Şahid3 üzərindən narkotik vasitələr aşkar olunduğu izah edilmiş və Təqsirləndirilən şəxs icazə ərizəsi yazaraq evində axtarış aparılmasına etiraz etmədiyini bildirmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs və Şahid3 hüquq və vəzifələri izah edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qolsuz qara rəngli gödəkcənin sol üst cibindən bir büküm maddəni çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra evdə olan masanın üzərinə baxış keçirilərkən 01 ədəd qara rəngli zəncirbəndli kisədə 17 ədəd ayrı-ayrı bükümlərdə spesifik iyə malik maddələr, qara rəngli dəmir qabın içərisində bir ədəd kibrit qutusunda ot şəkilli maddə, bir büküm toxum, iki büküm dərman aşkar edilmişdir. Bundan başqa həmin masanın üzərində iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş maddələrin narkotik maddələr aiddir, istafdəsi üçün evində və üzərində saxlamışdır. Aşkar olunmuş maddələr tərəflərindən götürülərək qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid Əliyev Şahid1 oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2003-cü ildə atası anasından ayırılandan sonra o, atası ilə birlikdə yaşayır. Məhkumluq həyatı yaşayandan sonra, azadlıqda olan müddət ərzində təxminən 2016-cı ildə narkotik vasitələrə qurşanmış, əvvəllər marixuana və sonralar isə daha da ağır maddələrdən istifadə etməyə başlamışdır. Hazırda o, narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkotiklərin alınması üçün o, atasından pul almışdır. Atası da narkotik vasitələrin istifadəçisi olmuşdur. «Şüşə» deyilən narkotik vasitədən istifadə etmiş və gecə yata bilmədiyi üçün xx xxxxxx 2020-ci il tarixdə saat18 radələrində atası ilə qaldığı bir otaqda çarpayıda uzanıb yatmışdır. Təxminən saat 20:50 radələrində yuxudan ayılından sonra evdən bayıra çıxmış, yaşadıqları evin yaxınlığında olan zaman iki nəfər polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitənin istifadəsində şübhəli olduğunu bildirib 14-cü Polis Bölməsinə gətirmişlər. Polis əməkdaşları onu polis bölməsinə gətirən zaman əynində olan şalvarın arxa cibində hər hansı bir əşyanın olmasını hiss etmiş, lakin polis əməkdaşları onu gətirdiyi üçün cibində olan əşyanın nə olduğunu bilməmişdir. 14- cü Polis Bölməsində təhqiqatçı Firon İsgəndərov tərəfindən şübhəli şəxs qismində tutulmuş, sonra ona Bakı şəhər 7 saylı Vəkil Bürosunun vəkillərin siyahısı təqdim olunmuş, siyahı ilə tanış olduqdan sonra Bakı şəhər 7 saylı Vəkil Bürosunun vəkili Təyyar Talıbov tərəfindən müdafiə olunmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməyə başlamıış, həmin vaxt əynində olan şalvarın arxa sol cibindən bir ədəd sellofan torbanı çıxardıb masanın üzərinə qoymuş, həmin sellofan torba polis əməkdaşları tərəfindən açılmış, içərisindən 19 ədəd ayrıayrı bükümlərdə narkotik vasitə aşkar olunmuşdur. Həmin vaxt ona elə gəlmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitəni polis əməkdaşları tərəfindən cibinə qoyulmuşdur. Ona görə polis əməkdaşlarından çəkindiyi üçün yalandan bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitəni Sabunçu rayonu, Maştağa qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 170 manata almışdır. Daha sonra polis əməkdaşları onu yaşadığı ünvana gətirmiş, orada polis əməkdaşlarının yaşadığı evə baxış keçirilməsinə heç bir etirazı olmaması barədə ərizə yazmışdır. Daha sonra polis əməkdaşları evlərinə daxil olmuş və atasınının üzərinə və evlərinəə videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı atasının üzərində və yaşadığı evdən narkotik vasitələr aşkar olunmuşdur. Daha sonra onun və atasının barəsində həbs qətimkan tədbiri seçilməsindən ötrü Sabunçu rayon prokurorluğuna gətirilmiş, orada prokurora bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə polis əməkdaşlarına məxsusdur, onun üzərində heç bir əşya olmamışdır. Bundan sonra Sabunçu rayon prokurorluğunda onun barəsində cinayət təqibinə xitam verilmişdir. Atasının barəsində isə Sabunçu rayon məhkəməsi tərəfindən 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Atası Bakı İstintaq Təcridxanasında olan zaman onunla əlaqə saxladıqda bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə yaşadığı evdə olan zaman onun üzərindən aşkar olunmuş narkotik vasitə onun özünə məxsus olmuşdur. Belə ki, o, həmin gün evdə yatan zaman atası özünə məxsus narkotik vasitəni asılqandan asılmış şalvarına qoyduğunu fikirləşmiş, lakin həmin şalvarın özünə deyil oğluna məxsus olmasından xəbəri olmamışdır. Bundan sonra ona məlum olmuşdur ki, üzərindən aşkar olunmuş narkotik vasitə atasına məxsus olmuşdur. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun özünü narkotik vasitənin satış məqsədi ilə üzərində daşımasına dair verdiyi ifadəsinə tənqidi yanaşaraq özünü müdafiə üsulu kimi qiymətləndirir və hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Cinayət işində olan xx xxxxxx 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 5634/35 saylı rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs oğlunun üzərindən götürülmüş maddi sübut ” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi -1,146 qram ağ rəngli kristal formada olan maddə metamfetamindir. (tətqiqata sərf edildi 0.02- qalıq 1.126) Tədqiqata təqdim edilmiş üzərində “Vət. Şahid3 üzərindən aşkar edilmiş maddi sübut” sözlər və imzalar olan bir ədəd zərfdəki, 5 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri -0,658 qram; -1,126 qram; -1,323 qram; -0,434 qram; -0,134 qram; ümumi çəkisi - 3,675 qram ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər və onlar xarici görünüşünə və kimyəvi tərkibinə görə eynidirlər, (tətqiqata sərf edildi 0.001- qalıq 3.575), 5 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -9,939 qram; -0,329 qram; -0,787 qram; - 0,103 qram; 0,135 qram; ümumi çəkisi - 11,293 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- tiryəkdirlər və onlar xarici görünüşünə və kimyəvi tərkibinə görə eynidirlər, (tətqiqata sərf edildi 0.01- qalıq 11.193) 9 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,422 qram; -0,073 qram; -0,228 qram; -0,044 qram; -2,886 qram; -4,647 qram; -9,773 qram; - 4,228 qram; -0,079 qram; ümumi çəkisi - 22,380 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər və onlar xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər, (tətqiqata sərf edildi 0.18qalıq 22.200), 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,157 qram; - 0,475 qram; 0,018 qram; ümumi çəkisi - 0,650 qram olan ağ rəngli, dənəvəri maddələr narkotik, psixotrop və zəhərli maddələrin siyahısına aid deyildir. (tətqiqata sərf edildi 0.06- qalıq 0.590), Tədqiqata təqdim edilmiş üzərində “Vət. Şahid3 və Təqsirləndirilən şəxs oğlunun yaşadıqları evdən aşkar edilmiş maddi sübut.” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd kibrit qutusunda təmiz çəkisi -1,916 qr olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, (tətqiqata sərf edildi 0.02- qalıq 1.896), 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 4,000 qram; -0,397 qram; ümumi çəkisi - 4,397 qram olan toxumlar əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır (Onların tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur və onlar narkotik vasitələrə aid deyildir) (tətqiqata sərf edildi 0.04- qalıq 4.357), 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,047 qram; - 0,661 qram; -0,699 qram; -0,897 qram; ümumi çəkisi - 2,304 qram ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər və onlar xarici görünüşünə və kimyəvi tərkibinə görə eynidirlər, (tətqiqata sərf edildi 0.08- qalıq 2.224), 5 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,123 qram; - 1,793 qram; -0,294 qram; -0,271 qram; 2,061 qram; ümumi çəkisi - 4,542 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdirlər və onlar xarici görünüşünə və kimyəvi tərkibinə görə eynidirlər(tətqiqata sərf edildi 0.1- qalıq 4.442), 5 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -3,600 qram; -3,173 qram; -5,413 qram; -2,875 qram; -0,498 qram; ümumi çəkisi - 15,559 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər və onlar xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər (tətqiqata sərf edildi 0.1qalıq 15.459), 3 ədəd üzərində “M 40” sözü olan qəhvəyi rəngli dairəvi formalı həblər metadondur və metadonun təsiredici maddəsinin ümumi miqdarı- 0,12 qramdır, (tətqiqata sərf edildi 0.5 ədəd- qalıq 2.5 ədəd), 2 ədəd ağ-göy rəngli kapsullar Tramadol dərman preparatlarıdır və ümumi təsir edici maddəsinin miqdarı 0,1 qramdır, 01 ədəd sınıq şüşə ampulanın içərisində narkotik vasitə olan heroinin izləri, 01 ədəd narkotik vasitə istifadə etmək üçün şüşə qabın içərisində isə metamfetaminin izləri vardır. (tətqiqata sərf edildi 1 ədəd- qalıq 1 ədəd), 2 ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır, heroinin iz şəklində olduğu üçün digər heroinlərlə müqayisəli tədqiqat aparmaq mümükün deyildir. Metadon adlı preparat Azərbaycan Respublikasının ərazisində məhdudlaşdırılan narkotik vasitələrin li siyahısının İ bəndinə (sıra N6) daxildir. Tramadaol 50 mg adlı dərman preparatları 2016-ci il 18 mart tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş (1 nömrəli əlavə) “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı” na daxildir. Tədqiqata təqdim edilən 2 ədəd zərfdəki ümumi sayı 14 ədəd bükümlərdə olan heroinlər xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər, ümumi sayı 10 ədəd bükümlərdə olan tiryəklər xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilən 3 ədəd zərfdəki ümumi sayı 10 ədəd bükümlərdə olan metamfetaminlər xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər. Cinayət işi materiallarında olan məhkəmə narkaloji ekspertizasının xx.xx.2020-ci il tarixli 1044 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhər görülür. Məhkəmə Təqsirləndirilən şəxs oğlunа cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət tюrətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tюrədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən tюrədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yцngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun özünün qismən təqsirli hesab etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Sabunçu RPİ-nin saxlan yerində saxlanılan Təqsirləndirilən şəxs oğlunun üzərindən götürülmüş maddi sübut ” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi – qalıq 1.126 metamfetamin. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Şahid3 üzərindən aşkar edilmiş qalıq 3.575 metamfetamin, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qalıq 11.193 tiryək, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə qalıq -22.200 heroin, tədqiqata təqdim edilmiş üzərində “Vət. Şahid3 və Təqsirləndirilən şəxs oğlunun yaşadıqları evdən aşkar edilmiş maddi sübut.” sözlər və imzalar olan bir ədəd zərfdəki bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qalıq 1.896 qurudulmuş marixuana, tərkibində narkotik aktivliyə malik komponentlər və narkotik vasitələrə aid olmayan qalıq 4.357 toxumlar, ağ rəngli kristal formada olan maddələr qalıq 2.224 metamfetamin, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qalıq 4.442 tiryək, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə qalıq -15.459 heroin, üzərində “M 40” sözü olan qəhvəyi rəngli dairəvi formalı - qalıq 2.5 ədəd həblər metadon və qalıq 1 ədəd olan Tramadol dərman preparatları, 2 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci madddəsinə əsasən narkomaniyadan məcburi müaliyə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işində olan 5634\35 saylı xx.xx.2020-ci il tarixli “Ekspertiza xərclərinə dair” bildirişlərə əsasən Təqsirləndirilən şəxs oğlundan ekspertiza xərci təşkil edən 65 (atmış beş) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi 7 (yeddi) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs oğluna qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs oğlundan ekspertiza xərci təşkil edən 65 (atmış beş) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabunçu RPİ-nin saxlan yerində saxlanılan Təqsirləndirilən şəxs oğlunun üzərindən götürülmüş maddi sübut ” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi – qalıq 1.126 metamfetamin, tədqiqata təqdim edilmiş üzərində “Vət. Şahid3 üzərindən aşkar edilmiş qalıq 3.575 metamfetamin, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qalıq 11.193 tiryək, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə qalıq -22.200 heroin, tədqiqata təqdim edilmiş üzərində “Vət. Şahid3 və Təqsirləndirilən şəxs oğlunun yaşadıqları evdən aşkar edilmiş maddi sübut.” sözlər və imzalar olan bir ədəd zərfdəki bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qalıq 1.896 qurudulmuş marixuana, tərkibində narkotik aktivliyə malik komponentlər və narkotik vasitələrə aid olmayan qalıq 4.357 toxumlar, ağ rəngli kristal formada olan maddələr qalıq 2.224 metamfetamin, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qalıq 4.442 tiryək, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə qalıq -15.459 heroin, üzərində “M 40” sözü olan qəhvəyi rəngli dairəvi formalı - qalıq 2.5 ədəd həblər metadon və qalıq 1 ədəd olan tramadol dərman preparatları və 2 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar