Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1122/2021 17.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi oğlunun iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Gəncə Hərbi Məhkəməsinin 14 mart 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 322.2.3ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 2 il müddətinə sınaq müddəti tətbiq olunaraq cəzası şərti hesab olunmuş, 28 aprel 2011-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 200 saat ictimai iş cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş, işsiz, Zəngilan rayonu, Malatkeşin kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbətan qəsəbəsi, Bünyadzadə küçəsi 7 nömrəli yataqxanada faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni külli miqdarda narkotik vasitə əldə edib, daşıyaraq özündə saxlamışdır. Belə ki, o, şəxsiyyəti məlum olmayan şəxsdən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda 3,395 qram təmiz çəkidə psixotrop maddə olan metamfetamini əldə edib üzərində qanunsuz saxlamaqla ünvan 1 ünvanın yaxınlığına qanunsuz daşımış, onun psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 15 oktyabr 2020-ci il tarixdə saat 21:20-də həmin ünvanın yaxınlığında saxlanılaraq qeyd olunan Baş İdarəyə gətirilmiş, orada həmin tarixdə saat 22:30-dan etibarən keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellefon bükümdə külli miqdarda 3,395 qram təmiz çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitədən istifadə etmir, nə də narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Ona istintaq orqanı əsassız və qanunsuz olaraq belə bir ittiham vermişdir. Onun həbs olunmağına səbəb Milli Məclisin binasında olan hadisə ilə bağlı olmuşdur. Bir neçə dəfə mitinqlərdə iştirak edib Qarabağa azadlıq tələb etmişdir. O, heç bir siyasi partiyanın üzvü deyil. O, özü Qarabağlıdır. Hətta o, müharibə başlayanda könüllü cəbhəyə getməyə yazılmış, onu göndərməmişlər. Buna görə polis əməkdaşları onu təqib edirmişlər. Hadisədən təxminən 15 gün əvvəl Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Anar, Surxay, Səttar, Elman onu həbs etmək istəmişlər. O, bunu başa düşmüş və bazara atasının yanına qaçıb oradan lezva götürüb onlara bildirmişdir ki, özünü doğrayacaq. Hətta o, internetdə canlı yayım da açmış, onların ona qarşı həmin gün hərəkətlərini telefona çəkmiş və «facebook» da da paylaşmışdır. Sonradan Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Elçin onu tapıb yalvarmışdır ki, videoya çəkdiyi görüntünü silsin. O da silmişdir. Elçin ona demişdir ki, DİN-nin sifarişidir, onu narkotiklə tutacaqlar, buradan bir müddət çıxıb harasa getsin. Lakin, o, demişdir ki, heç yerə getməyəcək, onun narkotiklə heç bir əlaqəsi yoxdur. 15 oktyabr 2020-ci il tarixdə saat 21-00, 22-00 radələrində o, dostu Vüqarla birlikdə Lökbətanda Fərhadın kafesinə getmişlər. Qardaşı Ceyhun da orada imiş. Birdən mülki geyimli şəxslər kafeyə daxil olub ona yaxınlaşmış və arxadan sillə ilə vurub qolunu burub qandallamışlar. Həmin şəxslər onu söyüb təhqir etmişlər. Onu kafedən çıxarıb avtomobilə əyləşdirmişlər. Oradan onu Qaradağ RPİ-nin 10-cu PB-nə gətirmişlər. Arxa oturacaqda Anar sağ tərəfində oturmuş, sol tərəfində də yekəpər bir polis əməkdaşı oturmuşdur. Başını da Anarın dizinə əymişlər və adını bilmədiyi polis əməkdaşı əlini cibinə salanda əlini cibindən çəkməsini demişdir. Həmin şəxs onu söyərək yumruqla başına vurmuşdur. Anar da ona səsini kəs demişdir. Bölməyə gələndən sonra xidməti otaqların birində o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Nəcəf, Surxay, Anar, Elman, Səttar, adını Ələkbər kimi xatırladığı bir nəfər olmuşlar. Otaqda onlar onu döyməyə başlamışlar. Ona hansısa kağızlara qol çəkməyini tələb etsələr də, o, qol çəkmədikdə onun tutulmağının sifariş əsasında olduğunu bildirmişlər. Onun cibinə Səttar narkotik vasitə qoymuş, o, çıxarıb atmışdır. Onu döymüşlər, yenə cibinə narkotik qoymüşlar, o, yenə yerə atmışdır. Bundan sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Orada da həmin polis əməkdaşları onu döyməyə başlamış və hansısa sənədləri imzalamağı demişlər. Ələkbər adlı şəxs sənədlərə imza etmədiyi təqdirdə ailə üzvülərini də oraya gətirəcəklərini bildirmişdir. Hətta onun yanında kiminləsə telefonla danışarkən ailəsinin gətirildiyini deyəndə ailəsinin oraya gətirilməməsini bildirmiş və onlara daha yüngül maddə ilə həbsə getməyinə razalaşmalı olmuşdur. Bir nəfər vəkil dəvət etmişlər. O, həmin vəkilə siyasi sifarişlə həbs olunduğunu dedikdə həmin vəkil çıxıb getmişdir. X19 adlı bir nəfər vəkil gəlmişdir. Nəcəf adlı bir nəfər polis əməkdaşı da narahat olmamağını, and içib demişdir ki, namusuna and içir 1 qram narkotiklə ona CM-nin 234.1-ci maddəsi ilə cəza veriləcək. Hətta vəkili İlqar Musayev də demişdir ki, 234.1-ci maddə ilə ittiham verilir. O da inanmış və razılaşmışdır. Sonra Nəcəf ona bir qram narkotik vasitə verərək cibinə qoymağını, videoçəkilişlə onun narkotiki cibindən çıxarıb təqdim edəcəyini və onların sualına cavab olaraq narkotik vasitənin onun olmasını deməyini bildirmişdir. O da onların dediyi kimi etmiş və cibinə qoyulan narkotik vasitəni, cibində olan 52 manat pulunu videoçəkilişlə cibindən çıxarıb təqdim etmişdir. Sorğu zamanı guya həmin maddəni o, Lökbatan qəsəbəsində tanımadığı şəxsdən almağını demişdir. Ona bildirmişlər ki, bu maddə ilə cəmi 6-7 ay həbsdə qalıb çıxacaq. O da məcbur olub bütün onların dedikləri ilə razılaşmalı olmuş və ona təqdim olunmuş sənədləri imzalamışdır. Onda heç bir narkotik vasitə olmamışdır. O, sifarişlə həbs olunmuşdur. Onu saxlayanlar da bunu etiraf edib bildirmişlər ki, sifarişlə tutulursan, ona görə də sən narkotik vasitəni etiraf etməlisən. Sonra müstəntiq ona bildirmişdir ki, səni beş ildən 12 ilə kimi cəza gözləyir. O, özünü təqsirli bilmir, heç vaxt narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bilirmişdir ki, 15 oktyabr 2020-ci il tarixdə oğlu maşın sürmək istəmiş, o da uşaqla evin yaxınlığında maşın sürürmüşlər. Dostu Vüqar da yanında imiş. Sonra Vüqarla birlikdə kafeyə getmişlər. Hadisə günü kafedə oturanda içki içmişdir. Kafedə onlardan başqa da bir neçə nəfər olmuşdur. Onu ağ rəngli nömrəsini xatırlamadığı bir avtomobillə aparmışlar. Hətta ona Ələkbər demişdir ki, ya heroini, ya da metamfetamini seç, hansını istəyirsən onu götür. O, CM-nin 234.1-ci maddəsi ilə ittiham olunmağına razılıq verəndən sonra əlini açmışlar. O, kafedə olanda hava qaralmış, təxminən saat 21-22 radələri olarmış ki, onu tutmuşlar. Onu tutanda ona zor tətbiq olunmuş, onu döymüşlər, ailəsi ilə hədələmişlər. Qolunu tutub arxaya burmuş və əlinə qandal vurmuşlar. 10-cu PB-də onu təxminən 30 dəqiqədən çox saxlamışlar. Onun polis əməkdaşları Ramil və Rövşənlə salamı olmuş, onlar ona deyirmişlər ki, razılaş, döyüləcəksən, onlar istəmirmişlər ki, döyülsün. Onun tutulmağı ilə videoçəkiliş arasında təxminən 3-4 saat vaxt keçmişdir. Elan olunmuş cinayət işinin 32-34-cü vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında protokol və protokolda təqsirləndirilən şəxsin adının qarşısında olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onundur, onu döyüb, ailəsi ilə hədələmişlər, ona görə imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan edilmiş, izahatın və ifadənin sonunda olan imza və əlyazma ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 39-40-cı vərəqələrində olan izahatında, 55-57-ci və 67-69-cu vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «...Təxminən 1 aydır psixotrop maddə olan şüşə deyilən metamfetamindən bəzən istifadə edirəm. 15.10.2020-ci il tarixdə aşam saatlarında Bakı şəhəri, Qaradağ rayonu ərazisində üzdən tanıdığım ancaq adını bilmədiyim şəxsdən qramını 40 manata psixotrop maddə olan metamfetamini şəxsi istifadəm üçün aldım və əynimdə olan göy rəngli şalvarın sol yan cibində saxladım. 15.10.2020-ci il tarixdə saat 21 radələrində sonradan BNMİ-nin əməkdaşı olduğunu bildiyim mülki geyimli şəxslər məni saxladılar. Məni BNMİ-nin inzibati binasına gətirdilər. Burada mən müdafiəçi ilə təmin olundum. Üzərimdə gəzdirdiyim 1 bükümdə metamfetamin maddəsini təqdim etdim və mənə məxsus olduğunu bildirdim. ...Polis əməkdaşları tərəfindən mənə zor tətbiq olunmayıb. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imzalar onundur. Onu döymüşlər, ailəsi ilə hədələmişlər, ona görə həmin dindirmə protokollarını imzalamışdır. Elan olunmuş cinayət işinin 71-ci vərəqələrində olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Nakoloji X14 Şəxsinin barəsində 742 saylı Akta əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, o, həmin vaxt test vermiş və bildirmişdir ki, düzgün analiz etsinlər. Ona demişlər ki, analizi tər-təmizdir. Onun qanında marixuana olmamış, bu yalandır. Həmin akta sonradan nə yazılıb bilmir. Məhkəmə iclasında elan olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuş cinayət işinin 163-164-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X14 şəxsinin Ambulator məcburi-narkoloji tibbi yoxlaması ekspertizasının 28.12.2020-ci il tarixli 3545 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ekspert rəyi ilə razı deyil, o, ekspertlərə deməmişdir ki, arabir düşəndə bir neçə dəfə narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Güya o, demişdir ki, psixotrop maddə metamfetamini özü istifadə etmək məqsədilə əldə edib saxlamışdır. Bu hamısı yalandır, o, belə sözlər deməmişdir. O, heç vaxt çətənə bitkisi preparatlarından və psixotrop maddələrdən istifadə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 15 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi 7-də yerləşən yataqxanada yaşayan Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq istifadə etməsi, daşıması və satışı ilə məşğul olması ehtimalı bərədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərlik ona həvalə edilmişdir. 15 oktyabr 2020-ci il tarixdə idarənin əməkdaşları Şahid3 və Şahid2 Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi ərazisinə getmişlər. Saat 21:20-də Tahiri ünvan 2 ünvanın yaxınlığında saxlamışalr və özlərini təqdim etdikdən sonra Tahirin də şəxsiyyətini müəyyən etmişlər və barəsində qəbul edilmiş qərarla Tahiri tanış etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Tahir etiraz etməyib onlarla Baş İdarəyə gəlmişdir. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan şalvarın ciblərindən 0,10 manat pul, bir qutu siqaret, 52 manat pul və bir ədəd sellofan bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Tahirin üzərindən əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Tahirin üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə zərfə qoyularaq möhürlənmiş və zərfin üzəri imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etmədiyi üçün siqaret, 52,10 manat pul geri qaytarılmışdır. Təqsirləndirilən şəxs sorğu zamanı əynində olan şalvarın cibindən çıxarıb təqdim etdiyi psixotrop maddə olan metamfetaminin özünə məxsus olduğunu, 15.10.2020-ci il tarixdə axşam saatlarında, Bakı şəhəri, Qaradağ rayonu ərazisində, üzdən tanıdığı ancaq adını bilmədiyi bir nəfər şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxs saxlanılarkən tək olmuşdur. Onunla birlikdə polis əməkdaşları Surxay və Səttar olmuşlar. Təqsirləndirilən şəxsə qarşı heç bir zor, təzyiq və təsir tətbiq olunmamışdır. Hadisədən 15 gün qabaq onlar Tahiri saxlamamışlar. Təqsirləndirilən şəxs saxlanılarkən Tahirin əl-qolunu bağlamağa cəhd olunmamış və Tahirin əl-qolu bağlanmamışdır. Əməliyyat saat 21-20-də keçirilmişdir. Onlar 3 nəfər olmuşlar, 4-cü adam olmamışdır. Təqsiriləndirilən şəxsi apardıqları avtomobili kimin idarə etməsini xatırlamır. O, avtomobildə arxada təqsirləndirilən şəxsin yanında oturmuşdur. Avtomobildə təqsirləndirilən şəxsin əlləri açıq olmuşdur. İlkin əməliyyat məlumatında təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olması ehtimalı olsa da, lakin Tahirin narkotik vasitənin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Tahiri 10-cu PB-nə aparmamışlar. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar onun tərəfindən yazılmışdır. Qərarda əməliyyat məlumatında təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olması ehtimalı olsa da, təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid1 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 15 oktyabr 2020-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Qaradağ rayonu ərazisində külli miqdarda metamfetamini satış məqsədilə əldə etməsi və qanunsuz dövriyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuşdur. Cinayət işinin 9-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 15 oktyabr 2020-ci il tarixli, Ə127-008-20 nömrəli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirləri keçirilməsi və ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 32-34-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 oktyabr 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs saat 21:20-də ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, orada üzərinə aparılan şəxsi axtarış zamanı ondan 01 (bir) ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması zamanı video çəkiliş aparılmışdır. Cinayət işinin 121-124-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Qaradağ Rayon Məhkəməsinin hakimi X2 23 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 15 oktyabr 2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin 41-46-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 16 oktyabr 2020-ci il tarixli 6/2175 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1(bir) bükümdə metamfetaminə bənzər kütlə" yazısı olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,395 qr ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"-in İ siyahısına daxildir. Cinayət işinin 71-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsin «Narkotik sərxoşluq vəziyətinin narkotik vasitələrin və psixotrop maddələrinin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında» 17 oktyabr 2020-ci il tarixli 742 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs sidiyində TNC (marixuana ) aşkar edildi (+) müsbət, OPİ (-) mənfi , AMP aşkar edilmədi OPİ (-) mənfi. Cinayət işinin 85-86-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış ibtidai istintaq araşdırmasını aparan müstəntiqin qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3,395 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmışdır. Cinayət işinin 154-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 fevral 2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd «Samsung» markalı mobil telefon X6 qaytarılmışdır. Cinayət işinin 163-164-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X14 şəxsinin Ambulator məcburi-narkoloji tibbi yoxlaması ekspertizasının 28.12.2020-ci il tarixli 3545 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs deməsinə görə arabir düşəndə bir neçə dəfə narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Ondan aşkar olunub götürülmüş psixotrop maddə metamfetamini özü istifadə etmək məqsədilə əldə edib saxlayıb. Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddələrdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi məhkəmədən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə əldə olunmuş sübutlar məcmusuna müqayisəli şəkildə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham məhkəmə istintaqında tam sübuta yetirilməmiş, istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham məhkəmədə araşdırılmış sübutlar məcmusu ilə kifayət qədər təsdiq olunmamış və təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsində istintaq orqanının gəldiyi nəticələri ilə razılaşmır. Belə ki, cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhdləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-nin 223-cü maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusu göstərilmişdir. Həmin Məcəllənin 223.3.2-ci maddəsində şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində: cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər, ittihamın mahiyyəti göstərilir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 353.2.1-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilməlidir: cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğlunun həqiqətən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni külli miqdarda narkotik vasitə əldə etməsi, daşıması və özündə saxlaması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Bununla belə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni külli miqdarda narkotik vasitə əldə etməsi, daşıması və özündə saxlaması öz təsdiqini tapmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-ci maddəsinə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamaya tövsif edilməlidir. Belə ki, istintaq orqanı məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs oğlunun məhz satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni külli miqdarda narkotik vasitə əldə etməsi və daşımasını təsdiq edən hər hansı bir mötəbər dəlil və ya sübut müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrini fərqləndirən əsas əlamət qanunsuz əldə edilmiş narkotik vasitənin «satış məqsədi» daşıyıb-daşımaması ilə bağlıdır. Dindirilmiş polis əməkdaşları Şahid1, Şahid3 və Şahid2 şahid ifadələrindən görünür ki, ilkin əməliyyat məlumatı narkotik vasitələri satması “ehtimalı” olsa da, lakin aparılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satılmasında iştirakı müəyyən edilməmişdir. Cinayət işinin 32-34-cü vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı ondan götürülmüş narkotik vasitənin «şüşə» adlandırılan metamfetamininin onun özünə məxsus olmasını, 15 oktyabr 2020-ci il tarixdə üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən özünün istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu izahat yazarkən (i.v.39-40) aşağıdakıları göstərmişdir:- « …15 oktyabr 2020-ci il tarixdə Qaradağ rayonu ərazisində üzdən tanıdığım şəxsdən qramını 40 manata metamfetamini istifadəm üçün aldım…Mən narkotik maddələrin satışı ilə məşğul olmamışam və heç kimə narkotik maddə verməmişəm….» Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərək eyni məzmunlu ifadələr verərək bildirmişdir ki, onda aşkar olunaraq götürülmüş narkotik vasitəni özü istifadəsi üçün tanımadığı şəxsdən əldə etmiş və heç kimə satmaq niyyəti olmamışdır. (i.v.55-57;67-69). Lakin ibtidai istintaqın sonrakı mərhələsində Təqsirləndirilən şəxs ifadələrində bildirmişdir ki, ümumiyyətlə narkotik vasitələrin aludəçisi deyil və onda heç bir narkotik vasitə olmayıb, həmin psixotrop maddə olan metamfetamini ona polis əməkdaşları vermiş və onların təzyiq və təkidi altında o həmin narkotiki güya qanunsuz olaraq əldə etmə və daşımasını kamera qarşısında bildirmişdir. (i.v.160-162) Məhkəmə baxışında dindirilərkən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi sonuncu ifadəsini təsdiq edərək, bildirmişdir ki, narkotik vasitə olan metamfetamin onda olmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə qeyd edilən narkotik vasitəni satış məqsədi ilə əldə etməsi və üzərində daşıması barədə ifadə verməmişdir. Təqsirləndirilənin bu ifadəsini təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə zamanı müəyyən edilməmişdir. Məhkəməyədək icraat zamanı cinayət işinin 125-ci vərəqəsinə əlavə olunmuş istintaq orqanı tərəfindən təhqiqat orqanına göndərilmiş əməliyyat tapşırığına 17 dekabr 2020-ci il tarixli, 008-6235-12.20 nömrəli istintaq tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddəni nə vaxt əldə etməsini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasını, psixotrop maddəni hansı məqsədlə əldə etməsini, psixotrop maddəni hansı şəraitdə, nə vaxt və harada almasını, cinayətin törədilməsində iştirakı olan digər şəxsləri, eləcə də, cinayət əlaqələrini, əvvəllər hər hansı cinayətin törədilməsində iştirakının olub-olmamasını müəyyən etmək məqsədilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində məlumat əldə etmək mümkün olmamışdır. Cinayət işinin 131-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 dekabr 2020-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsi ilə aparılan danışıqlar, SMS mətnlərini əks etdirən «xxxx» MMC-dən götürülmüş diskə baxış keçirilmiş və cinayət işi üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. Cinayət işinin 153-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış mobil telefon aparatına baxış keçirilməsi barədə 16 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd «Samsung» markalı mobil telefona baxış aparılarkən iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar olunmamışdır. Habelə cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X14 şəxsinin Ambulator məcburi-narkoloji tibbi yoxlaması ekspertizasının 28.12.2020-ci il tarixli 3545 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs «təqsirsizlik prezumpsiyası»nın tələblərinin pozulması ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunmuşdur. Belə ki, ibtidai istintaq orqanının 17 oktyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarının təsviri hissəsində heç bir mötəbər sübut növü olmadan, əsaslı bir səbəb göstərilmədən şübhəli hallara qiymət verilmədən, ehtimallara əsaslanmaqla təqsirləndirilənin əməli daha ağır maddəyə tövsif edilmiş və nəticədə onun üzərinə «özünün təqsirsizliyini sübuta yetirmək vəzifəsi» qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən «hər kəsin təqsirsizlik prezumpsiyası vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir». Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsi də Azərbaycan Respublikası Konstitusiyasının qeyd olunan maddəsi ilə üst-üstə düşür, əlavə olaraq Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilənin xeyrinə həll edilməsi, eyni ilə cinayət və cinayət prosessual qanunların tətbiqində aradan qaldırılmış şübhələrin də onun xeyrinə həll olunması, ittihamı sübuta yetirmək, təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsinin ittiham tərəfinin üzərinə düşməsi göstərilir. İnsan hüquqlarının və X1 haqqında Konvensiyanın «ədalətli məhkəmə araşdırması hüququ» ndan və «qanunsuz cəzalandırılmamaq»dan bəhs edən müddəalarına əsasən «cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir». (mad. 6) «Heç kəsə cinayət əməli törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz». (mad.7) «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, «təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Həmin qərarın 10-cu bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, CM-nin 234.3-cü maddəsinin dispozisiyasına əsasən , prekusorları hazırlama, əldə etmə, saxlama, göndərmə və daşıma və ya satma hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında həmin prekusorların istifadə edilməsi məqsədi ilə törədilsin. Bu səbəbdən də həmin hərəkətləri etmiş şəxsin məqsədi dəqiq müəyyən edilməlidir. Şəxsin yuxarıda göstərilən hərəkətləri digər məqsədlə etməsi müəyyən olunduqda və ya həmin maddədə göstərilən məqsədin olduğu sübuta yetirilmədikdə CM-nin 234.3-cü maddəsi ilə məsuliyyət yaratmır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «metamfetamin» olan maddə 0,15 qramı və ondan artıq olan hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Təmiz halda 2 (iki) qram və ondan artıq miqdarda «metafetamin» isə külli miqdar hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin üzərindən çıxan narkotik vasitənin miqdarının həmin narkotik vasitə üçün külli miqdar hesab edilməsi, hələ onun satış üçün əldə olunması və satış məqsədi ilə daşınması demək deyildir və yalnız bu əsasla şəxsin əməlinin satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi və daşınması əməli kimi, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi düzgün deyildir. Bundan başqa məhkəmə istintaqında müəyyən edilmişdir ki, aşkarlanmış narkotik vasitə ilə bağlı çəki tərəzisi, alıcı, şərti alıcı, hər hansı sövdələşmə olmamışdır. Göründüyü kimi, iş üzrə mövcud olan heç bir mötəbər sübut növü Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni məhz satış məqsədilə əldə etdiyini və üzərində daşıdığını təsdiq etmir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Təqsirləndirilən şəxsin əməlində isə bu kimi hallar, o cümlədən şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsi aşkar edilməmiş və olmamışdır. Həmin halların olmaması şəksizdir və iş üzrə mübahisə doğurmur. Belə ki, ibtidai və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin heç biri təqsirləndirilən şəxsin narkotik vasitənin «əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi» barədə ifadə verməmişlər, bununla bağlı hər hansı digər sübut növü də əldə edilməmişdir. Narkotik vasitənin satış məqsədi ilə əldə edilməsini, saxlanılmasını və daşımasını iddia edən və bunu ittihamda göstərən ittiham tərəfi ittiham aktında nəticəsini əsaslandırmaq üçün bir dəlilə də olsun istinad etməmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ilkin ifadələrində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində özünü təqsirli bilsə də, sonrakı ifadələrində və məhkəmə baxışında özünü ümumiyyətlə təqsirli bilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 126.6-cı maddəsində göstərilir ki, «təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütun sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər». Azərbaycan Respublikası CPM-nin 349.5.1 maddəsinin tələblərinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 338.1.2 maddəsinin tələblərinə əsasən hökm çıxardıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibdtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində qeyd olunmuşdur ki, İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələr onun xeyrinə şərh edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 8-ci bədində göstərilmişdir ki, məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır. Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsif olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əlamətləri olmasın və faktiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı iş üzrə qərarda qeyd etmişdir ki, sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Barbara, Messege və Harbordo İspaniyaya qarşı işi üzrə qərarda da qeyd olunmuşdur ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X13rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməlinin həmin Məcəllənin 234.1-ci maddəsinə- satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamaya tövsif edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünün narkotik vasitələrin satış məqsədilə əldə etməsi və daşımasını inkar etmişdir. İstintaq zamanı verdiyi ifadələrini təzyiq altında, işgəncəyə məruz qaldığı üçün verməsini bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrindən fərqli ifadələr verib ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun məhkəmədəki ifadələrinin təkzib olunduğu, ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığını və Təqsirləndirilən şəxs məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Belə ki, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş X7 istintaqa bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə birlikdə hadisədən təqribən 3 ay əvvəl onunla birlikdə narkotik vasitə metamfetamindən istifadə etmişlər. (i.v.106-109). Öz ifadələrini şahid X7 Təqsirləndirilən şəxsla keçirilmiş üzləşmə zamanı bir daha təsdiq edərək, sonuncunu ifşa etmişdir. Cinayət işinin 71-ci vərəqəsində olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi «Respublika Narkoloji X10 Şəxsin «Narkotik sərxoşluq vəziyətinin narkotik vasitələrin və psixotrop maddələrinin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında» 17 oktyabr 2020-ci il tarixli 742 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs sidiyində TNC (marixuana ) aşkar edildi (+) müsbət. Cinayət işinin 163-164-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X14 şəxsinin Ambulator məcburi-narkoloji tibbi yoxlaması ekspertizasının 28.12.2020-ci il tarixli 3545 nömrəli rəyindən görünür ki, ekspertiza zamanı Təqsirləndirilən şəxs deməsinə görə arabir düşəndə bir neçə dəfə narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməsini bildirərək, ondan aşkar olunub götürülmüş psixotrop maddə metamfetamini özü istifadə etmək məqsədilə əldə edib saxlayıb. Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddələrdən istifadə etmə halları olub. Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru, kiçik ədliyə müşaviri X3 18 mart 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən döyülməsi, təzyiq və işgəncəyə məruz qalması barədə göstərdikləri toplanmış materiallarla təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.(i.v.174-179) Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır və o, həmin əməli törətməkdə təqsirlidir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs oğlu barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 137-ci vərəqəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xasiyyətləndirilir. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 22.04.2010-cu il təvəllüdlü X8 və 01.04.2008-ci il təvəllüdlü X4 adlı iki azyaşlı uşağı vardır. Cinayət işinin 84-86-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 16 oktyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Gəncə Hərbi Məhkəməsinin 14 mart 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 322.2.3-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 2 il müddətinə sınaq müddəti tətbiq olunaraq cəzası şərti hesab olunmuş, 28 aprel 2011-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 200 saat ictimai işlər cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs oğlunun məhkumluğu ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, yaşadığı yer üzrə müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti fövqəladə və ya hərbi vəziyyət zamanı törətməsini Azərbaycan Respublikası CM-nin 61.1.11-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 15 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 21-ci vərəqəsində olan materiallardan görünür ki, şübhəli şəxsin tutulması haqqında protokol 15 oktyabr 2020-ci il tarixdə tərtib edilmişdir. Həmçinin, cinayət işinin 78-79-cu vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2020-ci il tarixli təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 15 oktyabr 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınan və DİN Baş Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 3,295 qram metamfetamin məhv edilməli, 01 ədəd DVD diskin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınan və DİN Baş Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 3,295 qram metamfetamin məhv edilsin. 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1122/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1122/2021
17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver