Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1122/2022 26.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X79, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1983-cü il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər Nəsimi Rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli, 1(006)-397/2017 saylı hökmü ilə AR CM-nin 310, 320.1-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzası şərti hesab edilməklə 02 il sınaq müddəti müəyyən edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 1(005)-44/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 29, 318.1-ci maddələri ilə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 71.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş şərti məhkumetmə ləğv edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən cəzası şərti hesab edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 1(103)-1440/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 1(005)-44/2021 saylı hökmü dəyişdirilmiş, AR CM-nin 70ci maddəsi ilə bağlı müddəalar hökmdən xaric edilmiş, Təqsirləndirilən şəxs AR CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 02 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə AR CM-nin 178.2.2 178.2.3 178.2.4-cü maddələri ilə 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, AR CM-nin 71.5ci maddəsinə əsasən Nəsimi Rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkumetmə ləğv edilmiş və həmin hökmlə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası AR CMnin 67.1-ci maddəsinə əsasən hazırki qərarla təyin edilmiş cəzayla birləşdirilməklə, qəti olaraq 02 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 04 iyun 2018-ci il tarixdən 14 mart 2019cu il tarixədək olan müddət ərzində həbsdə olduğu 09 ay 10 gün müddət cəzaçəkmə müddətinə hesablanmaqla AR CM-nin 69.3-cü maddəsinə əsasən 02 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 il 8 ay 20 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Füzuli Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 148-ci maddəsi ilə təqsirli bilinib 1.500 manat cərimə cəzasına məhkum edilmiş, CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli hökmü ilə ona təyin olunmuş 02 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 il 08 ay 20 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş cəza ilə tamamilə toplanmaqla qəti olaraq 02 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 il 08 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə və 1.500 manat cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Füzuli rayonu, Arayatılı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 139-da yaşamış, barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 29, 178.3.1, 308.1, 32.4, 312.2, 313, 318-1.2.1, 318-1.2.2, 318-1.2.3, 29, 318-1.2.1, 29, 318-1.2.2, 29, 318-1.2.3, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs mütəşəkkil dəstə tərkibində öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgələrin xeyli miqdarda əmlaklarını vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmiş, mütəşəkkil dəstə tərkibində öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgələrin xeyli miqdarda əmlaklarını vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etməyə cəhd etmiş, mütəşəkkil dəstə tərkibində tamah niyyəti ilə bilə-bilə hüquq verən rəsmi sənədi və blankı təkrarən istifadə etmək məqsədilə vahid niyyətlə qanunsuz hazırlamaqla saxtalaşdırmış və bilə-bilə hüquq verən saxta sənəddən təkrarən istifadə etmiş, mütəşəkkil dəstə tərkibində vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və dəstə üzvləri üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 2-ci maddəsi ilə təsbit edilmiş insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, qanun qarşısında bərabərlik və ədalətlilik, Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin hamılıqla tanınan beynəlxalq hüquq normalarına uyğunluğunun təmin edilməsi, ölkədən gediş-gəlişin yalnız qanuni əsaslarla mümkün olması kimi prinsip və müddəalarının ciddi zədələnməsinə səbəb olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm ziyan vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etmiş, mütəşəkkil dəstə tərkibində vəzifəli şəxs kimi tamah və sair şəxsi niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, mütəşəkkil dəstə tərkibində vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və mütəşəkkil dəstənin digər üzvləri vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmiş, mütəşəkkil dəstə tərkibində vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə təkrarən şəxslərin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmiş, mütəşəkkil dəstə tərkibində vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə təkrarən şəxslərin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmişdir. Belə ki, o, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin vəzifəli şəxsi və şəxsiyyətləri naməlum qeyriləri ilə xarici ölkələrə səfər etmək, orada yaşamaq, işləmək niyyətində olan ayrı-ayrı çoxsaylı şəxsləri səlahiyyətli vəzifəli şəxslərə rüşvət verilməsi müqabilində müvafiq dövlətlərin səfirliklərindən onlar üçün qanuni yolla viza alınmasına köməklik göstəriləcəyi vədi ilə aldatmaq və etibarını qazandıqdan sonra hazırladıqları saxta sənədlər əsasında qanunsuz miqrasiyasını təşkil edərək özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək, habelə hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək, onun fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar hüquqi şəxsin xeyrinə, habelə özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, tamah niyyətilə istifadə etmək məqsədilə rəsmi sənədləri və blankları saxtalaşdırma, biləbilə saxta sənədlərdən istifadə etmə kimi bir neçə cinayətin törədilməsi üçün yaradılmış ikidən çox şəxsdən ibarət olan sabit cinayətkar qrupda - mütəşəkkil dəstənin tərkibində, 2014-cü ilin oktyabr ayında naməlum gündə Bakı şəhəri, Nərimanov rayonu, İ.Xəlilov küçəsi 1929-cu məhəllədə yerləşən ofisdə Şahid10 Almaniya Federativ Respublikasına səfər etmək üçün viza və gələcəkdə həmin ölkədə yaşamaq üçün “oturum” icazəsinin alınması ilə bağlı özünə etdiyi müraciətini mütəşəkkil dəstənin üzvünə çatdırmış, sonuncu ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, o, Şahid10 bu sahədə xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona viza alınması və guya qanuni yolla xarici ölkələrə getməsini, həmin ölkələrdə yaşamaq üçün “oturum” icazəsinin alınmasını təmin etmək kimi imkana malik olduqlarını yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid10 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni rəsmi olaraq heç bir yerdə işləmədiyi halda, eləcə də hər hansı siyasi partiyanın üzvü olmamaqla siyasi fəaliyyətlə məşğul olmadığı, faktiki olaraq siyasi baxışlarına görə və hər hansı digər səbəbdən ölkə ərazisində təqib olunmadığı halda, bunların əksini təsdiq edən rəsmi sənədlərin hazırlanmaqla yoxlanmadan və əlavə problemlər yaradılmadan, Almaniya Federativ Respublikasına səfər etmək üçün Macarıstanın Azərbaycan Respublikasındakı səfirliyindən vizanın əldə edilməsi üçün 1000 manat, Almaniya Federativ Respublikasına səfər etdikdən sonra orada daimi yaşamaqdan ötrü “oturum” icazəsinin alınması üçün 1000 manat olmaqla, cəmi maddi nemət olan 2000 manat məbləğində pul vəsaitinin birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə verilməsi müqabilində həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Şahid10 aldadaraq, sonuncunun əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və dəstə üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, 2014-cü ilin oktyabr ayında naməlum gündə Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən Xəqani bağında (Molokan bağı) Şahid10 2000 manat pulu şəxsən, aidiyyəti səfirliyin vəzifəli şəxslərinə çatdırılması adı ilə nağd qaydada alaraq özü və mütəşəkkil dəstənin digər üzvləri ilə aralarında böldükdən sonra, mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, dəstə üzvünün səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən zəruri rəsmi sənədləri 2014-cü ilin noyabr ayının əvvəlində naməlum gündə istifadə etmək məqsədilə və tamah niyyətilə ünvan 1 ünvanında yerləşən ofisində özünə məxsus kompüter avadanlığı vasitəsilə qanunsuz hazırlayıb ona vermiş, o, isə həmin saxta sənədləri Şahid10 çatdırmış, özü və dəstə üzvlərinin göstərişi ilə həmin saxta sənədləri 2014-cü ilin noyabr ayının əvvəlində naməlum gündə Macarıstanın Azərbaycan Respublikasındakı ünvan 2 ünvanda yerləşən səfirliyinə təqdim edən Şahid10 adına viza alınmasına və sonuncunun həmin viza əsasında xx.xx.2014-cü il tarixdə Ağstafa rayonu ərazisində yerləşən “Böyük-Kəsik” X48 keçməklə Gürcüstana, oradan Kutaisi-Budapeşt aviareysi ilə Macarıstana, Macarıstandan isə qatar reysilə Almaniya Federativ Respublikasına qanunsuz getməsinə, sonuncu ölkədə yaşayan qardaşı X12 ilə Almaniya Federativ Respublikasının Miqrasiya orqanlarına özünü miqrant kimi təhvil verməsinə nail olmuş, daha sonra cinayət əməllərini davam etdirərək mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq dəstə üzvü Şahid10 guya “Azərbaycan X143nın” üzvü olmasına dair hüquq verən rəsmi sənəd olan üzvlük vəsiqəsi, guya etirazını açıq şəkildə bildirdiyinə, aksiyalarda fəal iştirak etdiyinə görə dövlət tərəfindən təzyiqlərə məruz qalması, Azərbaycana döndüyü təqdirdə həbsə alınacağı barədə məzmununa bilə-bilə yalan məlumatlar daxil edilmiş hüquq verən rəsmi sənəd olan Partiya adından verilmiş dəstək məktubunu istifadə etmək məqsədilə və tamah niyyəti ilə 2017-ci ilin fevral ayında naməlum gündə “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin ünvan 3 ünvanında yerləşən ofisində özünə məxsus kompüter avadanlığı vasitəsilə qanunsuz hazırlayıb, Azərbaycan X143nın sədri Əli Kərimlinin adından imzalamaqla əvvəlcədən həmin quruma guya aid olduğu görüntüsünü yaradan, əslində isə saxta yollarla düzəldilmiş üzərində “Azərbaycan Respublikası Azərbaycan X143” yazıları yazılmış saxta möhür vurub ona vermiş, o, isə həmin saxta sənədləri naməlum vasitə ilə Şahid10 çatdırmış, özü və dəstə üzvlərinin göstərişi ilə Şahid10 həmin saxta sənədləri Emin Hacılının köməkliyi ilə Almaniya Federativ Respublikasının Miqrasiya orqanına təqdim etməklə 12 noyabr 2017ci il tarixədək həmin saxta sənədlər əsasında qeyd edilən ölkədə yaşamasına nail olub, həmin əməlləri ilə mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid10 əmlakını ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid10 mütəşəkkil dəstə tərkibində təhrik etmiş, mütəşəkkil dəstə tərkibində bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə tamah niyyətilə qanunsuz hazırlamaqla saxtalaşdırmış və bilə-bilə hüquq verən saxta sənəddən istifadə edilməsinə nail olmuş, mütəşəkkil dəstə tərəfindən bir nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmişdir. Bundan başqa, o, qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstədə birləşib təkrarən, 2015-ci ilin sentyabr ayında naməlum gündə həmin vaxt rəsmi olaraq işləməyən X50 özü, arvadı X98, övladları 2013-cü il təvəllüdlü X60 və 2013-cü il təvəllüdlü X61 ilə birlikdə Almaniya Federativ Respublikasına səfər etmək üçün viza verilməsindən ötrü səfirlik tərəfindən tələb olunan hüquq verən zəruri rəsmi sənədlərin hazırlanması, səfirlik tərəfindən viza verilməsi və səfərin təşkil edilməsində köməklik göstərilməsi ilə bağlı ünvan 4 ünvanda yerləşən ofisdə özünə müraciətini mütəşəkkil dəstənin şəxsiyyəti istintaqla araşdırılan digər üzvlərinə çatdırmış, dəstə üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, o, Nurlan Məmmədova xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə onlara viza alınması və guya qanuni yolla xarici ölkələrə getmələrini təmin etmək kimi imkana malik olduğunu yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Nurlan Məmmədovun və sonuncunun ailə üzvlərinin xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni Nurlan Məmmədov və Lalə Məmmədovanın rəsmi olaraq heç bir yerdə işləmədikləri halda bunların əksini təsdiq edən və səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan digər hüquq verən zəruri rəsmi sənədlərin hazırlanmaqla yoxlanmadan və əlavə problemlər yaradılmadan, Almaniya Federativ Respublikasına səfər etmək üçün vizanın əldə edilməsi və səfərin təşkil edilməsi üçün 9000 manat məbləğində pul vəsaitinin ilkin olaraq 5000 manatının, viza alındıqdan sonra isə qalan 4000 manatının birbaşa yolla verilməsi müqabilində həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Nurlan Məmmədovu aldadaraq, sonuncunun xeyli miqdarda yəni 9000 manat məbləğində əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və dəstə üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, 2015-ci ilin sentyabr ayında naməlum gündə ünvan 4 ünvanda yerləşən ofisdə Nurlan Məmmədovdan ilkin olaraq 5000 manat məbləğində pulu şəxsən aidiyyəti səfirliyin vəzifəli şəxslərinə çatdırılması adı ilə nağd qaydada alaraq mütəşəkkil dəstənin digər üzvləri ilə aralarında böldükdən sonra, həmin pulun qarşılığında mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, şəxsiyyəti naməlum “Talıb” adlı dəstə üzvü səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən zəruri saxta rəsmi sənədləri istifadə etmək məqsədi və tamah niyyəti ilə 2015-ci ilin oktyabr ayının əvvəlində naməlum gündə və yerdə qanunsuz hazırlayıb ona vermiş, o, isə həmin saxta sənədləri Nurlan Məmmədova çatdırmış, özü və dəstə üzvlərinin göstərişi ilə həmin saxta sənədləri 2015-ci ilin oktyabr ayının ortalarında naməlum gündə Fransa Respublikasının ünvan 5 ünvanda yerləşən Azərbaycan Respublikasındakı səfirliyinə təqdim edən Nurlan Məmmədova və sonuncunun ailə üzvlərinə həmin səfirlik tərəfindən viza verilməsindən imtina olunduğundan onların Azərbaycan Respublikasından qanunsuz getməsini nəzərdə tutan cinayəti özünün və dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib qanunsuz miqrasiyanın təşkilinə cəhd etmiş, həmin əməlləri ilə mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Nurlan Məmmədovun 5000 manat pulunu ələ keçirərək təkrar dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Nurlan Məmmədovun və ailə üzvlərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Nurlan Məmmədovu mütəşəkkil dəstə tərkibində təkrarən təhrik etmiş, mütəşəkkil dəstə tərkibində təkrarən dörd nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmiş, vizanın verilməsindən imtina edildiyindən Nurlan Məmmədovun aldadıldığını başa düşərək qalan 4000 manat məbləğində pul vəsaitini verməkdən imtina etməsi səbəbindən bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini özünün və dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, mütəşəkkil dəstə tərkibində etibardan suiistifadə etmə və aldatma yolu ilə Nurlan Məmmədovun xeyli miqdarda, yəni, 9000 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə təkrarən ələ keçirməyə cəhd etmiş, mütəşəkkil dəstə tərkibində bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə tamah niyyətilə qanunsuz hazırlamaqla saxtalaşdırmış və bilə-bilə hüquq verən saxta sənəddən istifadə edilməsinə nail olmuşdur. Bundan başqa, o, qeyriləri ilə eyni məqsədlə mütəşəkkil dəstədə birləşib, təkrarən, 2016-cı ilin fevral ayının ortalarında naməlum gündə ünvan 4 ünvanda yerləşən ofisdə Şahid11 Avropa ölkələrinə səfər etmək üçün viza alınması məqsədilə tələb olunan zəruri sənədlərin hazırlanması və səfirlik tərəfindən viza verilməsinin təşkil edilməsində köməklik göstərilməsi ilə bağlı özünə etdiyi müraciəti Şahid1 çatdırmış, sonuncu ilə aralarında əvvəlcədən olan razılaşmaya əsasən, o, Şahid11 bu sahədə xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona viza alınması və guya qanuni yolla xarici ölkələrə getməsini təmin etmək kimi imkana malik olduğunu yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid11 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni rəsmi olaraq heç bir yerdə işləmədiyi, eləcə də səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan digər zəruri hüquq verən rəsmi sənədləri olmadığı halda bunların əksini təsdiq edən rəsmi sənədlərin hazırlanmaqla yoxlanmadan və əlavə problemlər yaradılmadan Fransa Respublikasına səfər etmək üçün zəruri sənədlərin hazırlanması və vizanın əldə edilməsi üçün 200 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Şahid11 aldadaraq, sonuncunun əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və dəstə üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, 2016-cı ilin fevral ayının ortalarında naməlum gündə ünvan 4 ünvanda yerləşən ofisdə 200 manat məbləğində pulu Şahid11 şəxsən, aidiyyəti səfirliyin vəzifəli şəxslərinə çatdırılması adı ilə nağd qaydada alaraq özü, Şahid1 və mütəşəkkil dəstənin digər üzvləri ilə aralarında böldükdən sonra, həmin pulun qarşılığında mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, dəstə üzvü Şahid11 guya 01 yanvar 2013-cü il tarixdən etibarən "xxxx" MMC-də qrafik dizayner vəzifəsində işləməklə aylıq 850 AZN əmək haqqı almasına dair hüquq verən rəsmi sənəd olan 25 fevral 2016-cı il tarixli 03/G-34 nömrəli arayışı və səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan digər hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə və tamah niyyətilə 2016-cı ilin fevral ayının sonlarında naməlum gündə “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin ünvan 1 ünvanında yerləşən ofisində özünə məxsus kompüter avadanlığı vasitəsilə qanunsuz hazırlayıb, "xxxx" MMC-nin direktoru kimi qeyd edilmiş Sahil Abuşovun adından imzalayıb, həmin quruma aid olduğu görüntüsü yaradan naməlum dairəvi möhürü həmin arayışa vurmaqla qanunsuz hazırlayıb ona vermiş, o, isə həmin saxta sənədləri Şahid11 çatdırmış, özü və dəstə üzvlərinin göstərişi ilə həmin saxta sənədləri 2016-cı ilin fevral ayının sonlarında naməlum gündə Fransa Respublikasının ünvan 5 ünvanda yerləşən Azərbaycan Respublikasındakı səfirliyinə təqdim edən Şahid11 həmin səfirlik tərəfindən viza verilməsindən imtina olunması səbəbindən sonuncunun Azərbaycan Respublikasından qanunsuz getməsini nəzərdə tutan cinayəti özü və dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib qanunsuz miqrasiyanın təşkilinə cəhd etmiş, daha sonra cinayət əməllərini davam etdirərək 2016-cı ilin iyul ayının sonlarında naməlum gündə Şahid1 viza verilməsi üçün səfirlik tərəfindən tələb olunan hüquq verən rəsmi sənədləri “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin ünvan 3 ünvanında yerləşən ofisində qanunsuz hazırlayıb ona vermiş, o, isə həmin saxta sənədləri Şahid11 çatdırmış, özü və dəstə üzvlərinin göstərişi ilə həmin saxta sənədləri 2016-cı ilin iyul ayının sonlarında naməlum gündə Fransa Respublikasının ünvan 5 ünvanda yerləşən Azərbaycan Respublikasındakı səfirliyinə təqdim edən Şahid11 həmin saxta sənədlər əsasında həmin səfirlikdən öz adına viza almasına, həmin viza əsasında xx.xx.2016-cı il tarixdə Bakı-Paris aviareysi ilə Fransa Respublikasına qanunsuz getməsinə nail olub həmin əməlləri ilə vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid11 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid11 mütəşəkkil dəstə tərəfindən təkrarən təhrik etmiş, mütəşəkkil dəstə tərkibində təkrarən bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə tamah niyyətilə qanunsuz hazırlamaqla saxtalaşdırmış və bilə-bilə hüquq verən saxta sənəddən təkrarən istifadə edilməsinə nail olmuş, mütəşəkkil dəstə tərəfindən təkrarən bir nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmişdir. Bundan başqa, o, qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstə tərkibində təkrarən, 2016-cı ilin iyul ayında naməlum gündə ünvan 4 ünvanda yerləşən ofisdə X22 özü, arvadı X99, oğlu Ayxan Abdulla və qızı X112 Federativ Respublikasına səfər etmələri üçün viza və gələcəkdə həmin ölkədə yaşamaq üçün “oturum” icazəsinin alınması ilə bağlı köməklik göstərilməsinə dair özünə etdiyi müraciətini Şahid1 çatdırmış, sonuncu ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, o, Anar Abdullayevə bu sahədə xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə onlara viza alınması və guya qanuni yolla xarici ölkələrə getmələrini, həmin ölkələrdə yaşamaq üçün “oturum” icazəsinin alınmasını təmin etmək kimi imkana malik olduğunu yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Anar Abdullayev və sonuncunun ailə üzvlərinin xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən zəruri rəsmi sənədləri olmadığı halda, eləcə də hər hansı siyasi partiyanın üzvü olmamaqla siyasi fəaliyyətlə məşğul olmadığı, faktiki olaraq siyasi baxışlarına görə və hər hansı digər səbəbdən ölkə ərazisində təqib olunmadığı halda, bunların əksini təsdiq edən rəsmi sənədlərin hazırlanmaqla yoxlanmadan və əlavə problemlər yaradılmadan, Almaniya Federativ Respublikasına səfər etmək üçün vizanın əldə edilməsi və orada daimi yaşamaq üçün “oturum” icazəsinin alınması üçün birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi nemət olan 6000 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Anar Abdullayevi aldadaraq, vahid niyyətlə sonuncunun xeyli miqdarda əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və dəstə üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, 2016-cı ilin iyul ayında naməlum gündə ünvan 4 ünvanda yerləşən ofisdə Anar Abdullayevdən 6000 manat pulu şəxsən, aidiyyəti səfirliyin vəzifəli şəxslərinə çatdırılması adı ilə nağd qaydada alaraq özü, mütəşəkkil dəstənin digər üzvləri ilə aralarında böldükdən sonra, həmin pulun qarşılığında mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, Şahid1 səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən zəruri rəsmi sənədləri, eləcə də X22 guya 28 may 2012-ci il tarixdən “Azərbaycan X143nın” üzvü olması, 15 oktyabr 2013-cü il tarixdə keçirilən Prezident seçkilərində X25 müşahidəçi təyin edilməsi, 1 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən V çağırış seçkilərdə Partiya tərəfindən namizədliyi irəli sürülmüş Azərbaycan Avropa Hərəkatının prezidenti Təqsirləndirilən şəxs dəstək məqsədilə 19 saylı X137 dairəsinə müşahidəçi qismində ezam olunması barədə məzmununa bilə-bilə yalan məlumatlar daxil edilmiş hüquq verən rəsmi sənəd olan Azərbaycan X143 adından verilmiş arayışı və digər hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə tamah niyyətilə 2016-cı ilin iyul ayında naməlum gündə “Gəncliyin Elmi- Mədəni İnkişafı” ictimai birliyinin ünvan 3 ünvanında yerləşən ofisində özünə məxsus kompüter avadanlığı vasitəsilə qanunsuz hazırlayıb, Partiyaya aid saxta sənədləri Azərbaycan X143nın sədri Əli Kərimlinin adından imzalamaqla əvvəlcədən həmin quruma guya aid olduğu görüntüsünü yaradan, əslində isə saxta yollarla düzəldilmiş üzərində “Azərbaycan Respublikası Azərbaycan X143” yazıları yazılmış saxta möhür vurub ona vermiş, o, isə həmin saxta sənədləri Anar Abdullayevə çatdırmış, özü və dəstə üzvlərinin göstərişi ilə həmin saxta sənədlərdən səfirlik tərəfindən viza verilməsi üçün tələb olunanlarını (Partiyaya aid saxta sənədlər istisna olmaqla) 2016-cı ilin iyul ayında naməlum gündə ünvan 2 ünvanda yerləşən Macarıstanın Azərbaycan Respublikasındakı səfirliyinə təqdim edən Anar Abdullayevin həmin səfirlikdən öz adına 01 avqust 2016-cı il tarixli ********* nömrəli, Bahar Osmanovanın adına 01 avqust 2016-cı il tarixli ********* nömrəli, Ayxan Abdullanın adına 01 avqust 2016-cı il tarixli ********* nömrəli, Ayla Abdullanın adına 01 avqust 2016-cı il tarixli ********* nömrəli “Şenqen” sazişinə qoşulmuş ölkələrə səfər etmək hüququ yaradan vizaların alınmasına və sonuncuların həmin vizalar əsasında 15 avqust 2016-cı il tarixdə Bakı-Budapeşt aviareysi ilə Macarıstana, oradan isə digər nəqliyyat vasitəsilə Almaniya Federativ Respublikasına qanunsuz getmələrinə, Partiyaya aid saxta sənədləri isə X72 Federativ Respublikasının Miqrasiya orqanına təqdim etməklə hazırki vaxtadək ailəsilə birlikdə həmin saxta sənədlər əsasında qeyd edilən ölkədə yaşamasına nail olub, həmin əməlləri ilə mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Anar Abdullayevə məxsus xeyli miqdarda əmlakı, yəni 6000 manat məbləğində pulunu ələ keçirərək təkrar dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Anar Abdullayevin və ailə üzvlərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Anar Abdullayevi mütəşəkkil dəstə tərkibində təkrarən təhrik etmiş, mütəşəkkil dəstə tərəfindən təkrarən bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə tamah niyyətilə qanunsuz hazırlamaqla saxtalaşdırmış və bilə-bilə hüquq verən saxta sənəddən təkrarən istifadə edilməsinə nail olmuş, mütəşəkkil dəstə tərəfindən təkrarən dörd nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmişdir. Bundan başqa, o, qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstə tərkibində, təkrarən, 2016-cı ilin avqust ayının ortalarında naməlum gündə ünvan 4 ünvanda yerləşən ofisdə həmin vaxt rəsmi olaraq işləməyən X80 X47 səfər etmək üçün viza və gələcəkdə həmin ölkədə yaşamaq üçün “oturum” icazəsinin alınması ilə bağlı özünə etdiyi müraciətini Şahid1 çatdırmış, sonuncu ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, o, Valeh Salahova bu sahədə xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona viza alınması və guya qanuni yolla xarici ölkələrə getməsini, həmin ölkələrdə yaşamaq üçün “oturum” icazəsinin alınmasını təmin etmək kimi imkana malik olduğunu yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Valeh Salahovun xeyrinə edəcəkləri biləbilə qanunsuz hərəkətə görə, yəni səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən zəruri rəsmi sənədləri olmadığı, eləcə də hər hansı siyasi partiyanın üzvü olmamaqla siyasi fəaliyyətlə məşğul olmadığı, faktiki olaraq siyasi baxışlarına görə və hər hansı digər səbəbdən ölkə ərazisində təqib olunmadığı halda, bunların əksini təsdiq edən rəsmi sənədlərin hazırlanmaqla yoxlanmadan və əlavə problemlər yaradılmadan X47 səfər etmək üçün vizanın əldə edilməsi və orada daimi yaşamaqdan ötrü “oturum” icazəsinin alınması üçün 1000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 1700 manat məbləğində pul vəsaitinin birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə verilməsi müqabilində həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Valeh Salahovu aldadaraq, sonuncunun əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və dəstə üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, 2016-cı ilin avqust ayının ortalarında naməlum gündə ünvan 4 ünvanda yerləşən ofisdə Valeh Salahovdan 1000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 1700 manat məbləğində pulu şəxsən, aidiyyəti səfirliyin vəzifəli şəxslərinə çatdırılması adı ilə nağd qaydada alaraq özü və mütəşəkkil dəstənin digər üzvləri ilə aralarında böldükdən sonra, həmin pulun qarşılığında mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, Şahid1 səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən zəruri rəsmi sənədləri istifadə etmək məqsədilə və tamah niyyəti ilə 2016-cı ilin sentyabr ayında naməlum gündə “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin ünvan 3 ünvanında yerləşən ofisində qanunsuz hazırlayıb ona vermiş, o, isə həmin saxta sənədlX198a çatdırmış, özü və dəstə üzvlərinin göstərişi ilə həmin saxta sənədləri 2016-cı ilin sentyabr ayında naməlum gündə X40 ünvan 6 ünvanda yerləşən Azərbaycan Respublikasındakı səfirliyinə təqdim edən Valeh Salahovun öz adına viza almaqla həmin viza əsasında xx.xx.2016-cı il tarixdə Bakı-Doha aviareysi ilə Qətər Respublikasına, oradan isə Doha- Nyu-York aviareysi ilə X13suz getməsinə nail olmuş, daha sonra cinayət əməllərini davam etdirərək mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq Sərdar X6 guya “Azərbaycan X143nın” üzvü olması barədə xx.xx.2004-cü il tarixli 32409 nömrəli hüquq verən rəsmi sənəd olan Partiya adından verilmiş üzvlük vəsiqəsini istifadə etmək məqsədilə və tamah niyyəti ilə 2017-ci ilin aprel ayında naməlum gündə “Gəncliyin Elmi- Mədəni İnkişafı” ictimai birliyinin ünvan 3 ünvanında yerləşən ofisində özünə məxsus kompüter avadanlığı vasitəsilə qanunsuz hazırlayıb, Azərbaycan X143nın sədri Əli Kərimlinin adından imzalamaqla əvvəlcədən həmin quruma guya aid olduğu görüntüsünü yaradan, əslində isə saxta yollarla düzəldilmiş üzərində “Azərbaycan Respublikası Azərbaycan X143” yazıları yazılmış saxta möhür vurub ona vermiş, o, isə həmin saxta sənədləri naməlum vasitə ilə Valeh Salahova çatdırmış, özü və dəstə üzvlərinin göstərişi ilə Valeh Salahovun həmin saxta sənədləri Amerika X27 orqanına təqdim etməklə hazırki vaxtadək həmin saxta sənədlər əsasında qeyd edilən ölkədə yaşamasına nail olub, həmin əməlləri ilə mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Valeh Salahova məxsus 1000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 1700 manat pulu ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Valeh Salahovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Valeh Salahovu mütəşəkkil dəstə halında təkrarən təhrik etmiş, mütəşəkkil dəstə tərkibində təkrarən bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə tamah niyyətilə qanunsuz hazırlamaqla saxtalaşdırmış və bilə-bilə hüquq verən saxta sənəddən təkrarən istifadə edilməsinə nail olmuş, mütəşəkkil dəstə tərəfindən təkrarən bir nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmişdir. Bundan başqa, o, xx.xx.2016-cı il tarixdə tanışı X62 adına təsis edilməklə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən ********** nömrəli VÖEN-lə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ev 33A olan “X201 Agency MMC” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinə xx.xx.2016-cı il tarixdən 2018-ci ilin may ayının sonlarınadək faktiki olaraq rəhbərlik etməklə Cəmiyyətin Nizamnaməsinə əsasən Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək və onun operativ idarə olunmasını həyata keçirmək, Cəmiyyətin daxili əmək intizamı qaydalarını, Ümumi Yığıncaq tərəfindən qəbul edilmiş qərarların vaxtında və lazımi qaydada icra olunmasını təmin etmək, Cəmiyyətin əməkdaşlarının vəzifə təlimatını (əmək funksiyasını) hazırlamaq və təsdiq etmək, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil etmək, Cəmiyyətin adından bütün növ müqavilələr bağlamaq, vəkalətnamələr vermək (o cümlədən başqasına etibar etmək hüququ ilə), banklarda Cəmiyyətin cari və başqa bank hesablarını açmaq və maliyyətəsərrüfat fəaliyyəti ilə bağlı bank əməliyyatlarını aparmaq, Cəmiyyətin daxili fəaliyyət məsələləri üzrə qərar qəbul etmək və əmrlər (sərəncamlar) vermək və sair səlahiyyətlərə malik vəzifəli şəxs kimi qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstə tərkibində təkrarən, özü və Şahid1 tərəfindən 15 avqust 2016-cı il tarixdə X22 və sonuncunun ailə üzvlərinin müvafiq viza alınmaqla Almaniya Federativ Respublikasına səfər etmələrini təşkil etdikdən bir neçə gün sonra, yəni 2016-cı ilin sentyabr ayında naməlum gündə ünvan 30vanda yerləşən ofisdə Anar Abdullayevin bacanağı Şahid13 özü, arvadı X100 və oğlu 2013-cü il təvəllüdlü X85 Federativ Respublikasına səfər etmələri üçün viza və gələcəkdə həmin ölkədə yaşamaq üçün “oturum” icazəsinin alınması ilə bağlı özünə etdiyi müraciətini Şahid1 çatdırmış, sonuncu ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, o, Şahid13 bu sahədə xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə onlara viza alınması və guya qanuni yolla xarici ölkələrə getmələrini, həmin ölkələrdə yaşamaq üçün “oturum” icazəsinin alınmasını təmin etmək kimi imkana malik olduğunu yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid13 və ailə üzvlərinin xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən zəruri rəsmi sənədləri olmadığı, hər hansı siyasi partiyanın üzvü olmamaqla siyasi fəaliyyətlə məşğul olmadığı, faktiki olaraq siyasi baxışlarına görə və hər hansı digər səbəbdən ölkə ərazisində təqib olunmadığı halda, bunların əksini təsdiq edən rəsmi sənədlərin hazırlanmaqla yoxlanmadan və əlavə problemlər yaradılmadan Almaniya Federativ Respublikasına səfər etmək üçün vizanın əldə edilməsi və orada daimi yaşamaq üçün “oturum” icazəsinin alınması üçün birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi nemət olan 5000 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Şahid13 aldadaraq, öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və dəstə üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, 2016-cı ilin sentyabr ayında naməlum gündə ünvan 30vanda yerləşən ofisdə Şahid13 5000 manat pulu şəxsən, aidiyyəti səfirliyin vəzifəli şəxslərinə çatdırılması adı ilə nağd qaydada alaraq özü və mütəşəkkil dəstənin digər üzvləri ilə aralarında böldükdən sonra, həmin pulun qarşılığında mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq Şahid1, səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən zəruri rəsmi sənədləri, eləcə də Şahid13 guya “Azərbaycan X143nın” üzvü olması barədə hüquq verən rəsmi sənəd olan üzvlük vəsiqəsini, guya Şahid13 etirazını açıq şəkildə bildirdiyinə, aksiyalarda fəal iştirak etdiyinə görə dövlət tərəfindən təzyiqlərə məruz qalması, Azərbaycana döndüyü təqdirdə həbsə alınacağı barədə məzmununa bilə-bilə yalan məlumatlar daxil edilmiş hüquq verən rəsmi sənəd olan Partiya adından verilmiş dəstək məktubunu və digər sənədləri istifadə etmək məqsədilə və tamah niyyətilə 2016-cı ilin oktyabr ayında naməlum gündə “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin ünvan 3 ünvanında yerləşən ofisində özünə məxsus kompüter avadanlığı vasitəsilə qanunsuz hazırlayıb, Partiyaya aid saxta rəsmi sənədləri Azərbaycan X143nın sədri Əli Kərimlinin adından imzalamaqla əvvəlcədən həmin quruma guya aid olduğu görüntüsünü yaradan, əslində isə saxta yollarla düzəldilmiş üzərində “Azərbaycan Respublikası Azərbaycan X143” yazıları yazılmış saxta möhür vurub ona vermiş, o, isə həmin saxta sənədləri Şahid13 çatdırmış, özü və dəstə üzvlərinin göstərişi ilə həmin saxta sənədlərdən səfirlik tərəfindən viza verilməsi üçün tələb olunanları (Partiyaya aid saxta sənədlər istisna olmaqla) Macarıstanın Azərbaycan Respublikasındakı ünvan 2 ünvanda yerləşən səfirliyinə 2016-cı ilin oktyabr ayında naməlum gündə təqdim edən Şahid13, arvadı Arzu Qənbərova və oğlu Uğur Qənbərlinin adına “Şenqen” sazişinə qoşulmuş ölkələrə səfər etmək hüququ yaradan vizaların alınmasına, sonuncuların həmin vizalar əsasında xx.xx.2016-cı il tarixdə Bakı-Budapeşt aviareysi ilə Macarıstana, oradan isə digər aviareyslə Almaniya Federativ Respublikasına qanunsuz getmələrinə, həmin ölkəyə getdikdən sonra Şahid13 özünü və ailə üzvlərini Almaniya Federativ Respublikasının Miqrasiya orqanlarına miqrant kimi təhvil verməsinə və Azərbaycan X143 adından hazırlanmış saxta rəsmi sənədləri həmin miqrasiya orqanına təqdim etməklə sonuncuların qeyd olunan saxta sənədlər əsasında xx.xx.2018-ci il tarixədək Almaniya Federativ Respublikasında yaşamasına nail olub, həmin əməlləri ilə öz qulluq mövqeyindən istifadə edərək mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid13 əmlakını, yəni 5000 manat pulunu ələ keçirərək təkrar dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid13 və sonuncunun ailə üzvlərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid13 mütəşəkkil dəstə tərkibində təkrarən təhrik etmiş, təkrarən mütəşəkkil dəstə tərkibində bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə tamah niyyətilə qanunsuz hazırlamaqla saxtalaşdırmış və bilə-bilə hüquq verən saxta sənəddən təkrarən istifadə edilməsinə nail olmuş, mütəşəkkil dəstə tərəfindən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə təkrarən üç nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmişdir. Bundan başqa, o, “X201 Agency MMC” məhdud məsuliyyətli cəmiyyətinin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirərkən qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstə tərkibində təkrarən, 2016-cı ilin sentyabr ayında naməlum gündə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 106A saylıda fəaliyyət göstərən “Metro Park” ticarət mərkəzinin yaxınlığında Şahid15 X47 səfər etmək üçün viza və gələcəkdə həmin ölkədə yaşamaq üçün “oturum” icazəsinin alınması ilə bağlı köməklik göstərilməsi üçün mütəşəkkil dəstənin üzvü Təqsirləndirilən şəxs müraciəti ilə əlaqədar olaraq, sonuncu ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, dəstə üzvü Təqsirləndirilən şəxs Şahid15 bu sahədə xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona viza alınması və guya qanuni yolla xarici ölkələrə getməsini, həmin ölkələrdə yaşamaq üçün “oturum” icazəsinin alınmasını təmin etmək kimi imkana malik olduğunu yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid15 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən zəruri rəsmi sənədləri olmadığı, hər hansı siyasi partiyanın üzvü olmamaqla siyasi fəaliyyətlə məşğul olmadığı, faktiki olaraq siyasi baxışlarına görə və hər hansı digər səbəbdən ölkə ərazisində təqib olunmadığı halda, bunların əksini təsdiq edən rəsmi sənədlərin hazırlanmaqla yoxlanmadan və əlavə problemlər yaradılmadan X47 səfər etmək üçün vizanın əldə edilməsi və orada daimi yaşamaq üçün “oturum” icazəsinin alınması üçün birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi nemət olan 1000 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Şahid15 aldadaraq, öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və dəstə üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, 2016-cı ilin oktyabr ayında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 106A saylı fəaliyyət göstərən “Metro Park” ticarət mərkəzinin yaxınlığında Şahid15 1000 manat pulu dəstə üzvü aidiyyəti səfirliyin vəzifəli şəxslərinə çatdırılması adı ilə nağd qaydada alaraq onunla və mütəşəkkil dəstənin digər üzvləri ilə aralarında böldükdən sonra, həmin pulun qarşılığında mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, o, səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən zəruri rəsmi sənədləri, eləcə də Şahid15 guya 12 mart 2007-ci il tarixdən “Azərbaycan X143nın” Sumqayıt şəhər şöbəsinin üzvü olması, 2007-ci ildən etibarən keçirilən Bələdiyyə və Parlament seçkilərində həmin partiyanın müşahidəçisi kimi iştirak etməsi, etirazını açıq şəkildə bildirdiyinə, siyasi baxışlarına görə təzyiqlərə məruz qalması, təhqir olunaraq döyülməsi, Azərbaycana döndüyü təqdirdə həbsə alınacağı barədə məzmununa bilə-bilə yalan məlumatlar daxil edilmiş hüquq verən rəsmi sənəd olan Partiya adından verilmiş dəstək məktubunu və digər sənədləri istifadə etmək məqsədilə və tamah niyyətilə özünə məxsus kompüter avadanlığı vasitəsilə ünvan 3 ünvanında yerləşən ofisində 2016-cı ilin oktyabr ayında qanunsuz hazırlayıb, Partiyaya aid sənədləri Azərbaycan X143nın sədri Əli Kərimlinin adından imzalamaqla əvvəlcədən həmin quruma guya aid olduğu görüntüsünü yaradan, əslində isə saxta yollarla düzəldilmiş üzərində “Azərbaycan Respublikası Azərbaycan X143” yazıları yazılmış saxta möhür vurub həmin saxta sənədləri Şahid15 çatdırmış, özü və dəstə üzvlərinin göstərişi ilə həmin saxta sənədlərin səfirlik tərəfindən viza verilməsi üçün tələb olunanlarını (Partiyaya aid saxta sənədlər istisna olmaqla) 2016-cı ilin oktyabr ayında naməlum gündə X40 ünvan 6 ünvanda yerləşən Azərbaycan Respublikasındakı səfirliyinə təqdim edən Şahid15 həmin saxta sənədlər əsasında öz adına viza almasına və sonuncunun həmin viza əsasında 22 noyabr 2016-cı il tarixdə Bakı-Kiyev aviareysi ilə Ukrayna Respublikasına, oradan isə digər aviareyslə X13suz getməsinə, Azərbaycan X143na aid saxta sənədləri isə Şahid15 Amerika X27 orqanlarına təqdim etməklə həmin saxta sənədlər əsasında xx.xx.2019-cu il tarixədək qeyd olunan ölkədə yaşamasına nail olub, həmin əməlləri ilə öz qulluq mövqeyindən istifadə edərək mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid15 əmlakını ələ keçirərək təkrar dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid15 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid15 mütəşəkkil dəstə halında təkrarən təhrik etmiş, təkrarən mütəşəkkil dəstə tərkibində bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə tamah niyyətilə qanunsuz hazırlamaqla saxtalaşdırmış və bilə-bilə hüquq verən saxta sənəddən təkrarən istifadə edilməsinə nail olmuş, mütəşəkkil dəstə tərəfindən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə təkrarən bir nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmişdir. Bundan başqa, o, “X201 Agency MMC” məhdud məsuliyyətli cəmiyyətinin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirərkən qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstənin tərkibində təkrarən, 2016-cı ilin dekabr ayında naməlum gündə X101 özü və arvadı X33 ilə birlikdə İsveçrə Konfederasiyasına səfər etmək üçün viza və gələcəkdə həmin ölkədə yaşamaq üçün “oturum” icazəsinin alınması ilə bağlı ünvan 30vanda yerləşən ofisdə özünə etdiyi müraciətini mütəşəkkil dəstənin üzvü Şahid1 çatdırmış, sonuncu ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, o, Emil Əliyevə bu sahədə xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə onlara viza alınması və guya qanuni yolla xarici ölkələrə getmələrini, həmin ölkələrdə yaşamaq üçün “oturum” icazəsinin alınmasını təmin etmək kimi imkana malik olduğunu yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Emil Əliyev və Anaxanım Əliyevanın xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən zəruri rəsmi sənədləri olmadığı, hər hansı siyasi partiyanın üzvü olmamaqla siyasi fəaliyyətlə məşğul olmadığı, faktiki olaraq siyasi baxışlarına görə və hər hansı digər səbəbdən ölkə ərazisində təqib olunmadığı halda, bunun əksini təsdiq edən rəsmi sənədlərin hazırlanmaqla yoxlanmadan və əlavə problemlər yaradılmadan Macarıstana, oradan İsveçrə Konfederasiyasına səfər etmək üçün vizanın əldə edilməsi və orada daimi yaşamaqdan ötrü “oturum” icazəsinin alınması üçün adambaşına 1000 ABŞ dolları olmaqla, cəmi 2000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 3541,4 manat məbləğində pul vəsaitinin birbaşa yolla özü və dəstə üzvlərinə verilməsi müqabilində həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Emil Əliyevi aldadaraq, öz qulluq mövqeyindən istifadə etməklə sonuncunun əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və dəstə üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, 2016-cı ilin dekabr ayında naməlum gündə ünvan 30vanda yerləşən ofisdə 2000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 3541,4 manat məbləğində pulu Emil Əliyevdən şəxsən, aidiyyəti səfirliyin vəzifəli şəxslərinə çatdırılması adı ilə nağd qaydada alaraq özü, Şahid1 və mütəşəkkil dəstənin digər üzvləri ilə aralarında böldükdən sonra, həmin pulun qarşılığında mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, Şahid1 səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən zəruri rəsmi sənədləri istifadə etmək məqsədilə və tamah niyyətilə “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin ünvan 3 ünvanında yerləşən ofisində 2016-cı ilin dekabr ayında naməlum gündə özünə məxsus kompüter avadanlığı vasitəsilə qanunsuz hazırlayıb ona vermiş, o, isə həmin saxta sənədləri Emil Əliyevə çatdırmış, özü və dəstə üzvlərinin göstərişi ilə həmin saxta sənədləri 2017-ci ilin yanvar ayının əvvəlində naməlum gündə Macarıstanın Azərbaycan Respublikasındakı ünvan 2 ünvanda yerləşən səfirliyinə təqdim etmiş Emil Əliyevin özünün və arvadı Anaxanım Əliyevanın adlarına viza almasına və sonuncuların həmin vizalar əsasında xx.xx.2017-ci il tarixdə Bakı-Budapeşt aviareysi ilə Macarıstana, oradan isə digər aviareyslə İsveçrə Konfederasiyasına qanunsuz getmələrinə nail olmuş, daha sonra cinayət əməllərini davam etdirərək mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq Sərdar X7 guya “Azərbaycan X143nın” üzvü olmasına dair hüquq verən rəsmi sənəd olan xx.xx.2013-cü il tarixli 41863 nömrəli üzvlük vəsiqəsini, Emil Əliyevin guya “Azərbaycan X143nın” üzvü olması, etirazını açıq şəkildə bildirdiyinə, aksiyalarda fəal iştirak etdiyinə görə dövlət tərəfindən təzyiqlərə məruz qalması, Azərbaycana döndüyü təqdirdə həbsə alınacağı barədə məzmununa bilə-bilə yalan məlumatlar daxil edilmiş hüquq verən rəsmi sənəd olan Partiya adından verilmiş dəstək məktubunu və digər sənədləri istifadə etmək məqsədilə və tamah niyyəti ilə 2017-ci ilin aprel ayında naməlum gündə “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin ünvan 3 ünvanında yerləşən ofisində özünə məxsus kompüter avadanlığı vasitəsilə qanunsuz hazırlayıb, Azərbaycan X143nın sədri Əli Kərimlinin adından imzalamaqla əvvəlcədən həmin quruma guya aid olduğu görüntüsünü yaradan, əslində isə saxta yollarla düzəldilmiş üzərində “Azərbaycan Respublikası Azərbaycan X143” yazıları yazılmış saxta möhür vurub ona vermiş, o, isə həmin saxta sənədləri naməlum vasitə ilə Emil Əliyevə çatdırmış, özü və dəstə üzvlərinin göstərişi ilə Emil Əliyevin həmin saxta sənədləri İsveçrə Konfederasiyasının Miqrasiya orqanına təqdim etməklə həmin saxta sənədlər əsasında ailəsi ilə birlikdə qeyd edilən ölkədə yaşamasına nail olub, həmin əməlləri ilə öz qulluq mövqeyindən istifadə edərək mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Emil Əliyevə məxsus 2000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 3541,4 manat pulu ələ keçirərək təkrar dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Emil Əliyev və Anaxanım Əliyevanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Emil Əliyevi mütəşəkkil dəstə halında təkrarən təhrik etmiş, mütəşəkkil dəstə tərkibində təkrarən bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə tamah niyyətilə qanunsuz hazırlamaqla saxtalaşdırmış və biləbilə hüquq verən saxta sənəddən təkrarən istifadə edilməsinə nail olmuş, mütəşəkkil dəstə tərəfindən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə təkrarən iki nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmişdir. Bundan başqa, o, “X201 Agency MMC” məhdud məsuliyyətli cəmiyyətinin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirərkən qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstədə birləşib, təkrarən, 2017-ci ilin iyun ayının ortalarında naməlum gündə fəaliyyətinə faktiki olaraq rəhbərlik etdiyi “X201 Agency MMC” məhdud məsuliyyətli cəmiyyətinin Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 42 ünvanında yerləşən ofisində Avropa ölkələrinə səfər etmək üçün viza alınması məqsədilə tələb olunan zəruri sənədlərin hazırlanması, səfirlik tərəfindən viza verilməsinin və səfərin təşkil edilməsində köməklik göstərilməsi ilə bağlı Şahid19 özünə etdiyi müraciətini mütəşəkkil dəstənin şəxsiyyəti naməlum üzvünə çatdırmış, dəstə üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, o, Şahid19 bu sahədə xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona viza alınması və guya qanuni yolla xarici ölkələrə getməsini təmin etmək kimi imkana malik olduğunu yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid19 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni rəsmi olaraq heç bir yerdə işləmədiyi və adına daşınmaz əmlak olmadığı, eləcə də səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan digər zəruri hüquq verən rəsmi sənədləri olmadığı halda bunların əksini təsdiq edən saxta rəsmi sənədlərin hazırlanmaqla yoxlanmadan və əlavə problemlər yaradılmadan Latviya Respublikasına səfər etmək üçün vizanın əldə edilməsi və səfərin təşkil edilməsi üçün 1500 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 2553,45 (iki min beş yüz əlli üç manat qırx beş qəpik) manat məbləğində pul vəsaitinin birbaşa yolla verilməsi müqabilində həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib Şahid19 aldadaraq, öz qulluq mövqeyindən istifadə etməklə sonuncunun əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və dəstə üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, 2017-ci ilin iyun ayının sonlarında naməlum gündə ünvan 8 ünvanda yerləşən ofisdə 1500 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 2553,45 (iki min beş yüz əlli üç manat qırx beş qəpik) manat məbləğində pulu Şahid19 şəxsən, aidiyyəti səfirliyin vəzifəli şəxslərinə çatdırılması adı ilə nağd qaydada alaraq özü və mütəşəkkil dəstənin digər üzvləri ilə aralarında böldükdən sonra, həmin pulun qarşılığında mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, şəxsiyyəti naməlum dəstə üzvü ünvan 9 ünvanında yerləşən mənzilin guya Şahid19 mülkiyyətində olmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş naməlum hüquq verən rəsmi sənəd olan çıxarışı və səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən digər zəruri rəsmi sənədləri istifadə etmək məqsədilə və tamah niyyətilə 2017-ci ilin oktyabr ayının ortalarında naməlum gündə və yerdə qanunsuz hazırlayıb ona vermiş, o, isə həmin saxta sənədləri Şahid19 çatdırmış, özü və dəstə üzvlərinin göstərişi ilə həmin saxta sənədləri 2017-ci ilin oktyabr ayının ortalarında naməlum gündə Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Bakı şəhəri, Xətai rayonu, ünvan 10 ünvanda yerləşən “Dəmirçi Plaza” iş mərkəzində yerləşən viza mərkəzinə təqdim edən Şahid19 həmin saxta sənədlər əsasında xx.xx.2017-ci il tarixdə həmin səfirlikdən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddət ərzində 7 günlük ********* nömrəli viza alaraq həmin viza əsasında xx.xx.2017-ci il tarixdə Bakı-Kiyev aviareysi ilə Ukrayna Respublikasına, oradan isə Kiyev-Riqa aviareysi ilə Latviya Respublikasına qanunsuz getməsinə nail olub həmin əməlləri ilə öz qulluq mövqeyindən istifadə edərək mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid19 məxsus 1500 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 2550 manat pulu ələ keçirərək təkrar dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid19 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid19 mütəşəkkil dəstə tərkibində təkrarən təhrik etmiş, mütəşəkkil dəstə tərkibində təkrarən bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə tamah niyyətilə qanunsuz hazırlamaqla saxtalaşdırmış və bilə-bilə hüquq verən saxta sənəddən təkrarən istifadə edilməsinə nail olmuş, mütəşəkkil dəstə tərəfindən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə təkrarən bir nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmişdir. Bundan başqa, o, “X201 Agency MMC” məhdud məsuliyyətli cəmiyyətinin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirərkən qeyriləri ilə eyni məqsədlə bir neçə cinayətin törədilməsi üçün ikidən çox şəxsdən ibarət olan sabit cinayətkar qrupda mütəşəkkil dəstədə birləşib, təkrarən, 2017-ci ilin iyun ayında naməlum gündə fəaliyyətinə faktiki olaraq rəhbərlik etdiyi “X201 Agency MMC” məhdud məsuliyyətli cəmiyyətinin Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 42 ünvanında yerləşən ofisində Şahid18 Avropa ölkələrinə səfər etmək üçün viza alınması məqsədilə tələb olunan zəruri sənədlərin hazırlanması, səfirlik tərəfindən viza verilməsinin və səfərin təşkil edilməsində köməklik göstərilməsi ilə bağlı özünə etdiyi müraciətini mütəşəkkil dəstənin şəxsiyyəti naməlum üzvünə çatdırmış, dəstə üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, o, Şahid18 bu sahədə xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona viza alınması və guya qanuni yolla xarici ölkələrə getməsini təmin etmək kimi imkana malik olduğunu yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid18 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni, rəsmi olaraq heç bir yerdə işləmədiyi, eləcə də səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan digər zəruri hüquq verən rəsmi sənədləri olmadığı halda bunların əksini təsdiq edən saxta rəsmi sənədlərin hazırlanmaqla yoxlanmadan və əlavə problemlər yaradılmadan Polşa Respublikasına səfər etmək üçün vizanın əldə edilməsi və səfərin təşkil edilməsi üçün 1500 manat məbləğində pul vəsaitinin birbaşa yolla verilməsi müqabilində həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib Şahid18 aldadaraq, öz qulluq mövqeyindən istifadə etməklə sonuncunun əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və dəstə üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, 2017-ci ilin iyun ayında naməlum gündə ünvan 8 ünvanda yerləşən ofisdə 1500 manat məbləğində pulu Şahid18 özü şəxsən aidiyyəti səfirliyin vəzifəli şəxslərinə çatdırılması adı ilə nağd qaydada alaraq mütəşəkkil dəstənin digər üzvləri ilə aralarında böldükdən sonra, həmin pulun qarşılığında mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, şəxsiyyəti naməlum dəstə üzvü səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən zəruri rəsmi sənədləri istifadə etmək məqsədilə və tamah niyyətilə 2017-ci ilin iyul ayında naməum gündə və yerdə qanunsuz hazırlayıb ona vermiş, o, isə həmin saxta sənədləri Şahid18 çatdırmış, özü və dəstə üzvlərinin göstərişi ilə həmin saxta sənədləri 2017-ci ilin iyul ayında naməlum gündə Polşa Respublikasının Azərbaycan Respublikasındakı, ünvan 11 ünvanda yerləşən səfirliyinə təqdim edən Şahid18 həmin saxta sənədlər əsasında həmin səfirlikdən öz adına viza almasına, həmin viza əsasında xx.xx.2017-ci il tarixdə “Şıxlı” X48 keçməklə Gürcüstana, oradan isə aviareyslə Polşa Respublikasına qanunsuz getməsinə nail olub həmin əməlləri ilə öz qulluq mövqeyindən istifadə edərək mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid18 məxsus 1500 manat pulu ələ keçirərək təkrar dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid18 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid18 mütəşəkkil dəstə tərəfindən təkrarən təhrik etmiş, mütəşəkkil dəstə tərkibində təkrarən bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə tamah niyyətilə qanunsuz hazırlamaqla saxtalaşdırmış və bilə-bilə hüquq verən saxta sənəddən təkrarən istifadə edilməsinə nail olmuş, mütəşəkkil dəstə tərəfindən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə təkrarən bir nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmişdir. Bundan başqa, o, “X201 Agency MMC” məhdud məsuliyyətli cəmiyyətinin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirərkən qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstədə birləşib, təkrarən, 2017-ci ilin avqust ayının sonlarında naməlum gündə Almaniya Federativ Respublikasında yaşayan tanışı X63 xahişindən sonra sonuncunun tanışı, rəsmi olaraq heç bir yerdə işləməyən, səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən rəsmi sənədləri olmayan Şahid5 ünvan 12 ünvanda yerləşən “Mc Donalds” kafesinin qarşısında Avropa ölkələrinə səfər etməkdən ötrü viza alınması üçün tələb olunan zəruri sənədlərin hazırlanması və vizanın alınması ilə bağlı müraciətini mütəşəkkil dəstənin şəxsiyyəti naməlum digər üzvlərinə çatdırmış, dəstə üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin vəzifəli şəxslərində Şahid5 rəsmi olaraq işləməsinə və maddi təminatının yaxşı olmasına dair fikir formalaşdırmaqdan ötrü dəstənin şəxsiyyəti naməlum üzvü səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan zəruri hüquq verən rəsmi sənədləri 2017-ci ilin oktyabr ayının sonlarında naməlum yerdə qanunsuz hazırlayıb ona vermiş, o, isə həmin saxta sənədləri Sərvan Hüseynova çatdırmış, özü və dəstə üzvlərinin göstərişi ilə həmin saxta sənədləri 2017-ci ilin oktyabr ayının sonlarında naməlum gündə Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Bakı şəhəri, Xətai rayonu, ünvan 10 ünvanda yerləşən “Dəmirçi Plaza” iş mərkəzində yerləşən viza mərkəzinə təqdim edərək xx.xx.2017-ci il tarixdə öz adına həmin səfirlikdən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddət ərzində 8 günlük ********* nömrəli viza almasına və həmin viza əsasında xx.xx.2017-ci il tarixdə Bakı-Kiyev aviareysi ilə Ukrayna Respublikasına, oradan isə Kiyev-Bonn aviareysi ilə Almaniya Federativ Respublikasına qanunsuz getməsinə nail olaraq həmin əməlləri mütəşəkkil dəstə tərkibində təkrarən bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz hazırlamaqla saxtalaşdırmış və mütəşəkkil dəstə tərkibində bilə-bilə hüquq verən saxta sənəddən təkrarən istifadə edilməsinə nail olmuş, mütəşəkkil dəstə tərkibində vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə təkrarən bir nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmişdir. Bundan başqa, o, “X201 Agency MMC” məhdud məsuliyyətli cəmiyyətinin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirərkən qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstənin tərkibində, təkrarən, 2017-ci ilin sentyabr ayının sonlarında naməlum gündə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 42 ünvanında yerləşən ofisdə Latviya Respublikasına səfər etmək üçün viza alınması məqsədilə tələb olunan zəruri sənədlərin hazırlanması və səfirlik tərəfindən viza verilməsinin təşkil edilməsində köməklik göstərilməsi ilə bağlı Şahid6 özünə etdiyi müraciətini Şahid1 çatdırmış, sonuncu ilə aralarında əvvəlcədən olan razılaşmaya əsasən, Şahid1 rəhbərlik etdiyi “Gəncliyin Elmi- Mədəni İnkişafı” ictimai birliyində Şahid6 işləməsinə dair iş yerindən saxta arayış verəcəyinə dair razılaşdıqdan sonra o, bu sahədə xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində işləyən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona viza alınması və guya qanuni yolla xarici ölkələrə getməsini təmin etmək kimi imkana malik olduğunu bildirmiş, Şahid1 hüquqi şəxsin xeyrinə, özü və mütəşəkkil dəstə üzvləri üçün qanunsuz üstünlük, yəni gəlir əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib viza almaq üçün Şahid6, rəhbəri olduğu “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyində işləməsi ilə bağlı “iş yerindən arayış” sənədini verəcəyini, viza verilməsi üçün tələb olunan digər zəruri sənədləri hazırlayacağını, habelə səlahiyyətli vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid6 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni, rəsmi olaraq işləmədiyi halda bunun əksini təsdiq edən və səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən digər rəsmi sənədlərin hazırlanmaqla yoxlanmadan və əlavə problemlər yaradılmadan vizanın verilməsi üçün birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi nemət olan 1250 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 2125 manat məbləğində pulun verilməsi müqabilində Şahid6 Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən qanuni yolla vizanın alınmasını təşkil edəcəkləri ilə bağlı yalandan vəd verib aldatmaqla, o, öz qulluq mövqeyindən istifadə edərək sonuncu ilə sövdələşdikdən sonra, 2017-ci ilin sentyabr ayının sonlarında naməlum gündə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 42 ünvanında yerləşən ofisdə 1250 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 2125 manat məbləğində pulu Şahid6 şəxsən, aidiyyəti səfirliyin vəzifəli şəxslərinə çatdırılması adı ilə nağd qaydada alaraq özü və mütəşəkkil dəstənin digər üzvləri ilə aralarında böldükdən sonra, həmin pulun qarşılığında mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, Şahid1 Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin vəzifəli şəxslərinə təqdim edilməklə onlarda viza almaq üçün müraciət etmiş şəxsin ölkə ərazisində daimi iş yerinin və maddi təminatının yaxşı olmasına dair fikir formalaşdırmaqdan ötrü 2017-ci ilin oktyabr ayının ortalarında naməlum gündə “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin ünvan 3 ünvanında yerləşən ofisində təsisçisi və rəhbəri olduğu həmin ictimai birlikdə guya Şahid6 xx.xx.2015-ci il tarixdən etibarən ictimai təhsil üzrə kordinator vəzifəsində işləməklə aylıq 800 AZN əmək haqqı almasına dair hüquq verən rəsmi sənəd olan 16 oktyabr 2017-ci il tarixli AN/032/15 nömrəli arayışa və səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən digər zəruri rəsmi sənədlərə tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edib ondan istifadə etmək məqsədilə özünə məxsus kompüter avadanlığı vasitəsilə qanunsuz hazırlayıb imzalamaqla direktoru olduğu qurumun dairəvi möhürü ilə təsdiq edib həmin sənədləri ona vermiş, o, isə həmin saxta sənədləri Şahid6 çatdırmış, özü və dəstə üzvlərinin göstərişi ilə həmin saxta sənədləri 2017-ci ilin oktyabr ayının ortalarında naməlum gündə Şahid6 Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Bakı şəhəri, Xətai rayonu, ünvan 10 ünvanda yerləşən “Dəmirçi Plaza” iş mərkəzində yerləşən viza mərkəzinə təqdim edərək həmin saxta sənədlər əsasında öz adına viza almasına və həmin viza əsasında xx.xx.2017-ci il tarixdə Bakı-Moskva aviareysi ilə Rusiya Federasiyasına, oradan isə Moskva-Riqa aviareysi ilə Latviya Respublikasına qanunsuz getməsinə nail olaraq həmin əməlləri ilə öz qulluq mövqeyindən istifadə edərək mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid6 əmlakını, yəni 1250 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 2125 manat məbləğində pulunu ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid6 xeyrinə ediləcək bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid6 mütəşəkkil dəstə halında təkrarən təhrik etmiş, mütəşəkkil dəstə tərkibində hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək, onun fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar hüquqi şəxsin xeyrinə, eləcə də özü və dəstə üzvləri üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getməsi, ölkəyə gəlməsi, əmək miqrasiyası, habelə miqrasiyaya dövlət nəzarəti və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etmiş, mütəşəkkil dəstə tərkibində vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, mütəşəkkil dəstə tərkibində bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə tamah niyyətilə təkrarən qanunsuz hazırlamaqla saxtalaşdırmış və bilə-bilə hüquq verən saxta sənəddən təkrarən istifadə edilməsinə nail olmuş və mütəşəkkil dəstə tərəfindən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə bir nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təkrarən təşkil etmişdir. Bundan başqa, o, “X201 Agency MMC” məhdud məsuliyyətli cəmiyyətinin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirərkən qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstənin tərkibində, təkrarən, 2017-ci ilin oktyabr ayının əvvəlində naməlum gündə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 42 ünvanında yerləşən ofisdə Latviya Respublikasına səfər etmək üçün viza alınması məqsədilə tələb olunan zəruri sənədlərin hazırlanması və səfirlik tərəfindən viza verilməsinin təşkil edilməsində köməklik göstərilməsi ilə bağlı Şahid17 özünə etdiyi müraciətini Şahid1 çatdırmış, sonuncu ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən o, Şahid17 bu sahədə xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində işləyən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona viza alınması və guya qanuni yolla xarici ölkələrə getməsini təmin etmək kimi imkana malik olduğunu bildirmiş, Şahid1 hüquqi şəxsin xeyrinə, özü və mütəşəkkil dəstə üzvləri üçün qanunsuz üstünlük, yəni gəlir əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib viza almaq üçün Şahid17, rəhbəri olduğu “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyində işləməsi ilə bağlı “iş yerindən arayış” sənədini verəcəyini, viza verilməsi üçün tələb olunan digər zəruri sənədləri hazırlayacağını, habelə səlahiyyətli vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid17 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni rəsmi olaraq işləmədiyi halda bunun əksini təsdiq edən və səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən digər rəsmi sənədlərin hazırlanmaqla yoxlanmadan və əlavə problemlər yaradılmadan vizanın verilməsi üçün birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi nemət olan 1700 manat məbləğində pulun verilməsi müqabilində Şahid17 Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən qanuni yolla vizanın alınmasını təşkil edəcəkləri ilə bağlı onun vasitəsilə yalandan vəd verib aldatmaqla o, öz qulluq mövqeyindən istifadə edərək sonuncu ilə sövdələşdikdən sonra, 2017-ci ilin oktyabr ayının əvvəlində istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 42 ünvanında yerləşən ofisdə 1700 manat məbləğində pulu Şahid17 şəxsən, aidiyyəti səfirliyin vəzifəli şəxslərinə çatdırılması adı ilə nağd qaydada alaraq özü, mütəşəkkil dəstənin digər üzvləri ilə aralarında böldükdən sonra, həmin pulun qarşılığında mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, Şahid1 Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin vəzifəli şəxslərinə təqdim edilməklə onlarda viza almaq üçün müraciət etmiş şəxsin ölkə ərazisində daimi iş yerinin və maddi təminatının yaxşı olmasına dair fikir formalaşdırmaqdan ötrü 2017-ci ilin oktyabr ayının ortalarında naməlum gündə “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin ünvan 3 ünvanında yerləşən ofisində təsisçisi və rəhbəri olduğu həmin ictimai birlikdə guya Şahid17 xx.xx.2014-cü il tarixdən etibarən ictimai əlaqələr üzrə menecer vəzifəsində işləməklə 850 manat əmək haqqı almasına dair xx.xx.2017-ci il tarixli AN/031/15 nömrəli arayışa və səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən digər zəruri rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edib ondan istifadə etmək məqsədilə özünə məxsus kompüter avadanlığı vasitəsilə qanunsuz hazırlayıb imzalamaqla direktoru olduğu qurumun dairəvi möhürü ilə təsdiq edib həmin sənədləri ona vermiş, o, isə həmin saxta sənədləri Şahid17 çatdırmış, özü və dəstə üzvlərinin göstərişi ilə Şahid17 həmin saxta sənədləri 2017-ci ilin oktyabr ayının ortalarında naməlum gündə Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Bakı şəhəri, Xətai rayonu, ünvan 10 ünvanda yerləşən “Dəmirçi Plaza” iş mərkəzində yerləşən viza mərkəzinə təqdim edərək öz adına viza almasına və həmin viza əsasında xx.xx.2017-ci il tarixdə Bakı-Moskva-Riqa aviareysi ilə Azərbaycan Respublikasından Latviya Respublikasına qanunsuz getməsinə nail olaraq həmin əməlləri ilə öz qulluq mövqeyindən istifadə edərək mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid17 əmlakını, yəni 1700 manat məbləğində pulunu ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid17 xeyrinə ediləcək bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid17 mütəşəkkil dəstə halında təkrarən təhrik etmiş, mütəşəkkil dəstə tərkibində hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək, onun fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü, təmsil etdiyi hüquqi şəxs və dəstə üzvləri üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getməsi, ölkəyə gəlməsi, əmək miqrasiyası, habelə miqrasiyaya dövlət nəzarəti və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etmiş, mütəşəkkil dəstə tərkibində vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, mütəşəkkil dəstə tərkibində bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə tamah niyyətilə qanunsuz hazırlamaqla təkrarən saxtalaşdırmış və bilə-bilə hüquq verən saxta sənəddən istifadə edilməsinə təkrarən nail olmuş və mütəşəkkil dəstə tərəfindən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə bir nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təkrarən təşkil etmişdir. Bundan başqa, o, “X201 Agency MMC” məhdud məsuliyyətli cəmiyyətinin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirərkən qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstənin tərkibində təkrarən, 2017-ci ilin oktyabr ayının sonlarında naməlum gündə “X201 Agency MMC” məhdud məsuliyyətli cəmiyyətinin Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 42 ünvanında yerləşən ofisində Şahid21 qardaşı Şahid24 ilə birlikdə Kanada Respublikasına səfər etmələri üçün viza alınması məqsədilə tələb olunan zəruri sənədlərin hazırlanması və səfirlik tərəfindən viza verilməsinin təşkil edilməsində köməklik göstərilməsi ilə bağlı özünə etdiyi müraciətini mütəşəkkil dəstənin şəxsiyyəti naməlum üzvünə çatdırmış, dəstə üzvləri arasında əldə olunmuş razılaşmaya əsasən o, Şahid21 bu sahədə xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə onlara viza alınması və guya qanuni yolla xarici ölkələrə getmələrini təmin etmək kimi imkana malik olduğunu yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onların xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən rəsmi sənədləri olmadığı halda həmin saxta rəsmi sənədlərin hazırlanmaqla yoxlanmadan və əlavə problemlər yaradılmadan Kanada Respublikasına səfər etmək üçün vizanın əldə edilməsi və səfərin təşkil edilməsi üçün ümumilikdə 8000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 13600 manat məbləğində pulun hissə-hissə, yəni, 3000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 5100 manat məbləğində pulun əvvəlcədən, qalan məbləğin isə sonradan hissə-hissə verilməsinə razılaşaraq həmin pul vəsaitinin verilməsi müqabilində məsələni qanuni yolla müsbət həll edəcəklərini, yəni əvvəlcə X57 Türkiyə Respublikasındakı və Avropa ölkələrinin Azərbaycan Respublikasındakı səfirliklərindən vizaların alınmaqla onların həmin ölkələrə üç dəfə səfərlərini təşkil edəcəyini, məhz bundan sonra onlara Kanada Respublikasının Türkiyə Respublikasında yerləşən səfirliyindən viza alacağına və səfərlərini təşkil edəcəyinə dair yalandan vəd verib Şahid21 aldadaraq, sonuncunun xeyli miqdarda əmlakını mütəşəkkil dəstə tərkibində öz qulluq mövqeyindən istifadə etməklə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və dəstə üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, 2017-ci ilin noyabr ayının əvvəlində naməlum gündə əvvəlcədən razılaşdıqları kimi 3000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 5100 manat məbləğində pulu Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 42 ünvanında yerləşən ofisdə Şahid21 özü şəxsən aidiyyəti səfirliyin vəzifəli şəxslərinə çatdırılması adı ilə alıb mütəşəkkil dəstənin digər üzvləri ilə aralarında bölmüş, daha sonra 2017-ci ilin noyabr ayının sonlarında viza üçün müraciət edən şəxslərin sayının çoxluğu səbəbindən vizaların alınmasına bir neçə ay sonra nail ola biləcəyini bəhanə edərək əvvəlcədən razılaşdıqları məbləğdən əlavə olaraq 2000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 3400 manat məbləğində pulun verilməsi müqabilində onlara qısa müddət ərzində vizaların alınmasına nail olacağını yalandan vəd edərək vahid niyyətlə 2017-ci ilin noyabr ayının sonlarında naməlum gündə 2000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 3400 manat məbləğində pulu Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 42 ünvanında yerləşən ofisdə Şahid21 özü şəxsən aidiyyəti səfirliyin vəzifəli şəxslərinə çatdırılması adı ilə alıb mütəşəkkil dəstənin digər üzvləri ilə aralarında böldükdən sonra, həmin pulun qarşılığında mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq dəstənin şəxsiyyəti naməlum üzvü viza verilməsi üçün səfirlik tərəfindən tələb edilən hüquq verən zəruri rəsmi sənədləri 2017-ci ilin dekabr ayının ortalarında naməlum gündə və yerdə qanunsuz hazırlayıb ona vermiş, o, isə həmin saxta sənədləri Şahid21 və Şahid24 çatdırmış, özü və dəstə üzvlərinin göstərişi ilə həmin saxta sənədləri X57 Türkiyə Respublikasındakı səfirliyinin Azərbaycan Respublikasında Bakı şəhəri, Xətai rayonu, ünvan 10 ünvanda yerləşən “Dəmirçi Plaza” iş mərkəzində fəaliyyət göstərən viza mərkəzinə təqdim edən Şahid21 və Qurban Əliyevə həmin səfirlik tərəfindən viza verilməsindən imtina olunması səbəbindən sonuncuların Azərbaycan Respublikasından qanunsuz getməsini nəzərdə tutan cinayəti özünün və dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib qanunsuz miqrasiyanın təşkilinə cəhd etmiş, daha sonra cinayət əməllərini davam etdirərək 2018-ci ilin aprel ayının əvvəlində naməlum gündə əvvəlcədən razılaşdıqları pulun qalan hissəsini yəni həmin dövrün məzənnəsi ilə 5000 ABŞ dolları təşkil edən 8500 manat pulu ünvan 13 ünvanda yerləşən “Mado” restoranının qarşısında Şahid21 aidiyyəti səfirliyin vəzifəli şəxslərinə çatdırılması adı ilə özü şəxsən alıb mütəşəkkil dəstənin digər üzvləri ilə aralarında böldükdən sonra, həmin pulun qarşılığında mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq dəstənin şəxsiyyəti naməlum üzvü viza verilməsi üçün səfirlik tərəfindən tələb edilən hüquq verən zəruri rəsmi sənədləri 2018-ci ilin aprel ayının əvvəlində naməlum gündə və yerdə qanunsuz hazırlayıb ona vermiş, o, isə həmin saxta sənədləri Şahid21 və Şahid24 çatdırmış, özü və dəstə üzvlərinin göstərişi ilə həmin saxta sənədləri Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin ünvan 14 ünvanda yerləşən “Globus Center” iş mərkəzində fəaliyyət göstərən viza mərkəzinə təqdim edən Şahid21 və Şahid24 həmin saxta sənədlər əsasında xx.xx.2018-ci il tarixdə həmin səfirlikdən öz adlarına xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində 10 günlük müvafiq olaraq ********* nömrəli və ********* nömrəli vizaları almalarına, sonuncuların həmin vizalar əsasında xx.xx.2018-ci il tarixdə Bakı-Budapeşt aviareysi ilə Macarıstana, oradan isə Budapeşt-Barcelona aviareysi ilə İspaniya Krallığına qanunsuz getmələrinə nail olmuş, həmin əməlləri ilə öz qulluq mövqeyindən istifadə etməklə mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid21 xeyli miqdarda əmlakını, yəni ümumilikdə 5000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 8500 manat və həmin dövrün məzənnəsi ilə 5000 ABŞ dolları təşkil edən 8500 manat olmaqla cəmi 17.000 manat məbləğində pulunu vahid niyyətlə ələ keçirərək təkrar dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid21 və Şahid24 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid21 mütəşəkkil dəstə tərkibində təkrarən təhrik etmiş, mütəşəkkil dəstə tərkibində təkrarən bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə tamah niyyətilə qanunsuz hazırlamaqla saxtalaşdırmış və bilə-bilə hüquq verən saxta sənəddən təkrarən istifadə edilməsinə nail olmuş, mütəşəkkil dəstə tərkibində vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə təkrarən iki nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmişdir. Bundan başqa, o, yenidən qəsdən “X201 Agency MMC” məhdud məsuliyyətli cəmiyyətinin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirərkən qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstənin tərkibində təkrarən, eşitmə və nitq qabiliyyəti məhdud olan, heç bir yerdə işləməyən, səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən rəsmi sənədləri olmayan X34 Avropa ölkələrinə səfər etməsi üçün viza alınması məqsədilə tələb olunan zəruri sənədlərin hazırlanması və səfirlik tərəfindən viza verilməsinin təşkil edilməsində köməklik göstərilməsi ilə bağlı Məlahət Salmanovanın qohumu Şahid23 2017ci ilin noyabr ayının sonlarında naməlum gündə “X201 Agency MMC” məhdud məsuliyyətli cəmiyyətinin Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 42 ünvanında yerləşən ofisində özünə etdiyi müraciətini mütəşəkkil dəstənin şəxsiyyəti naməlum üzvünə çatdırmış, dəstə üzvləri arasında əldə olunmuş razılaşmaya əsasən o, Şahid23 bu sahədə xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə Məlahət Salmanovaya viza alınması və guya qanuni yolla xarici ölkələrə getməsini təmin etmək kimi imkana malik olduğunu yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Məlahət Salmanovanın xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən rəsmi sənədləri olmadığı halda həmin rəsmi sənədlərin hazırlanmaqla yoxlanmadan və əlavə problemlər yaradılmadan Avropa ölkələrinə səfər etmək üçün vizanın əldə edilməsi və səfərin təşkil edilməsi üçün 3000 manat pulun hissə-hissə, yəni 1500 manat pulun əvvəlcədən, qalan 1500 manat pulun isə viza alındıqdan sonra verilməsinə razılaşaraq həmin pul vəsaitinin verilməsi müqabilində məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib Şahid23 aldadaraq, öz qulluq mövqeyindən istifadə etməklə sonuncunun əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və dəstə üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, 2017-ci ilin noyabr ayının sonlarında naməlum gündə ünvan 15 ünvanda yerləşən “Caspian Plaza” iş mərkəzinin qarşısında 1500 manat məbləğində pulu Şahid23 şəxsən aidiyyəti səfirliyin vəzifəli şəxslərinə çatdırılması adı ilə nağd qaydada alaraq özü və mütəşəkkil dəstənin digər üzvləri ilə aralarında böldükdən sonra, həmin pulun qarşılığında mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, şəxsiyyəti naməlum dəstə üzvü səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədi və tamah niyyəti ilə 2018-ci ilin aprel ayının əvvəlində naməlum gündə və yerdə qanunsuz hazırlayaraq ona vermiş, özü isə həmin saxta sənədləri Məlahət Salmanovaya çatdırmış, özü və dəstə üzvlərinin göstərişi ilə həmin saxta sənədləri xx.xx.2018-ci il tarixdə Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin ünvan 14 ünvanda yerləşən “Globus Center” iş mərkəzində yerləşən viza mərkəzinə təqdim edən Məlahət Salmanovaya həmin səfirlik tərəfindən viza verilməsindən imtina olunduğundan sonuncunun Azərbaycan Respublikasından qanunsuz getməsini nəzərdə tutan cinayəti özünün və dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib qanunsuz miqrasiyanın təşkilinə cəhd etmiş, həmin əməlləri ilə öz qulluq mövqeyindən istifadə etməklə mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid23 1500 manat pulunu ələ keçirərək təkrar dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Məlahət Salmanovanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid23 mütəşəkkil dəstə tərkibində təkrarən təhrik etmiş, mütəşəkkil dəstə tərkibində təkrarən bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə tamah niyyətilə qanunsuz hazırlamaqla saxtalaşdırmış və bilə-bilə hüquq verən saxta sənəddən təkrarən istifadə edilməsinə nail olmuş, mütəşəkkil dəstə tərkibində vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə təkrarən bir nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmiş, vizanın verilməsindən imtina edildiyindən Şahid23 aldadıldığını başa düşərək qalan 1500 manat məbləğində pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini özünün və dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, mütəşəkkil dəstə tərkibində öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid23 3000 manat məbləğində pul vəsaitini təkrarən ələ keçirməyə, yəni dələduzluğa cəhd etmişdir. Bundan başqa, o, yenidən qəsdən “X201 Agency MMC” məhdud məsuliyyətli cəmiyyətinin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirərkən qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstədə birləşib, təkrarən, 2017-ci ilin dekabr ayının ortalarında naməlum gündə fəaliyyətinə faktiki olaraq rəhbərlik etdiyi “X201 Agency MMC” məhdud məsuliyyətli cəmiyyətinin Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 42 ünvanında yerləşən ofisində, xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasına geri qayıtmış Şahid17 X73 səfər etmək üçün viza alınması məqsədilə tələb olunan zəruri sənədlərin hazırlanması, səfirlik tərəfindən viza verilməsinin və səfərin təşkil edilməsində köməklik göstərilməsi ilə bağlı özünə etdiyi müraciətini mütəşəkkil dəstənin şəxsiyyəti naməlum üzvünə çatdırmış, dəstə üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, o, Şahid17 bu sahədə xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona viza alınması və guya qanuni yolla xarici ölkələrə getməsini təmin etmək kimi imkana malik olduğunu yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid17 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni rəsmi olaraq heç bir yerdə işləmədiyi, eləcə də səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan digər zəruri hüquq verən rəsmi sənədləri olmadığı halda bunların əksini təsdiq edən rəsmi sənədlərin hazırlanmaqla yoxlanmadan və əlavə problemlər yaradılmadan X74 səfər etmək üçün vizanın əldə edilməsi və səfərin təşkil edilməsi üçün 2550 manat məbləğində pul vəsaitinin birbaşa yolla verilməsi müqabilində həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib Şahid17 aldadaraq, öz qulluq mövqeyindən istifadə etməklə sonuncunun əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və dəstə üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, 2017-ci ilin dekabr ayının ortalarında naməlum gündə ünvan 8 ünvanda yerləşən ofisdə 2550 manat məbləğində pulu Şahid17 şəxsən, aidiyyəti səfirliyin vəzifəli şəxslərinə çatdırılması adı ilə nağd qaydada alaraq özü və mütəşəkkil dəstənin digər üzvləri ilə aralarında böldükdən sonra, həmin pulun qarşılığında mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, şəxsiyyəti naməlum dəstə üzvü səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən zəruri rəsmi sənədləri istifadə etmək məqsədilə və tamah niyyətilə 2017-ci ilin dekabr ayının sonlarında naməlum gündə və yerdə qanunsuz hazırlayıb ona vermiş, o, isə həmin saxta sənədləri Şahid17 çatdırmış, özü və dəstə üzvlərinin göstərişi ilə həmin saxta sənədləri 2017-ci ilin dekabr ayının sonlarında naməlum gündə X57 Türkiyə Respublikasındakı səfirliyinin Bakı şəhəri, Xətai rayonu, ünvan 10 ünvanda yerləşən “Dəmirçi Plaza” iş mərkəzində yerləşən viza mərkəzinə təqdim edən Şahid17 həmin saxta sənədlər əsasında həmin səfirlikdən öz adına viza almasına, həmin viza əsasında xx.xx.2018-ci il tarixdə “Şıxlı” X48 keçməklə Gürcüstana, oradan isə Kutaisi-London aviareysi ilə X23suz getməsinə nail olub həmin əməlləri ilə öz qulluq mövqeyindən istifadə edərək mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid17 məxsus 2550 manat pulu ələ keçirərək təkrar dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid17 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid17 mütəşəkkil dəstə tərəfindən təkrarən təhrik etmiş, mütəşəkkil dəstə tərkibində təkrarən bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə tamah niyyətilə qanunsuz hazırlamaqla saxtalaşdırmış və bilə-bilə hüquq verən saxta sənəddən təkrarən istifadə edilməsinə nail olmuş, mütəşəkkil dəstə tərəfindən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə təkrarən bir nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmişdir. Bundan başqa, o, yenidən qəsdən “X201 Agency MMC” məhdud məsuliyyətli cəmiyyətinin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirərkən qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstənin tərkibində, təkrarən, 2018-ci ilin yanvar ayının sonlarında naməlum gündə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 42 ünvanında yerləşən ofisdə, xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasına geri qayıtmış Şahid18 Fransa Respublikasına səfər etmək üçün viza alınması məqsədilə tələb olunan zəruri sənədlərin hazırlanması və səfirlik tərəfindən viza verilməsinin təşkil edilməsində köməklik göstərilməsi ilə bağlı özünə etdiyi müraciətini Şahid1 çatdırmış, sonuncu ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, Şahid1 rəhbərlik etdiyi “Gəncliyin Elmi- Mədəni İnkişafı” ictimai birliyində Şahid18 işləməsinə dair iş yerindən saxta arayış verəcəyinə dair razılaşdıqdan sonra o, Şahid18 bu sahədə xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində işləyən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona viza alınması və guya qanuni yolla xarici ölkələrə getməsini təmin etmək kimi imkana malik olduğunu bildirmiş, Şahid1 təmsil etdiyi hüquqi şəxsin xeyrinə, eləcə də özü və mütəşəkkil dəstə üzvləri üçün qanunsuz üstünlük, yəni gəlir əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib viza almaq üçün Şahid18, rəhbəri olduğu “Gəncliyin Elmi- Mədəni İnkişafı” ictimai birliyində işləməsi ilə bağlı “iş yerindən arayış” sənədini verəcəyi, viza verilməsi üçün tələb olunan digər zəruri sənədləri hazırlayacağı, habelə səlahiyyətli vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid18 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni rəsmi olaraq işləmədiyi halda bunun əksini təsdiq edən və səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən digər rəsmi sənədlərin hazırlanmaqla yoxlanmadan və əlavə problemlər yaradılmadan vizanın verilməsi üçün birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi nemət olan 1000 manat məbləğində pulun verilməsi müqabilində Şahid18 Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən qanuni yolla vizanın alınmasını təşkil edəcəkləri ilə bağlı yalandan vəd verib aldatmaqla o, öz qulluq mövqeyindən istifadə edərək Şahid18 ilə sövdələşdikdən sonra, 2018-ci ilin yanvar ayının sonlarında naməlum gündə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 42 ünvanında yerləşən ofisdə 1000 manat məbləğində pulu Şahid18 şəxsən, aidiyyəti səfirliyin vəzifəli şəxslərinə çatdırılması adı ilə nağd qaydada alaraq özü, mütəşəkkil dəstənin digər üzvləri ilə aralarında böldükdən sonra, həmin pulun qarşılığında mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, dəstə üzvü Şahid1 Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin vəzifəli şəxslərinə təqdim edilməklə onlarda viza almaq üçün müraciət etmiş şəxsin ölkə ərazisində daimi iş yerinin və maddi təminatının yaxşı olmasına dair fikir formalaşdırmaqdan ötrü 2018-ci ilin fevral ayının sonlarında naməlum gündə “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin ünvan 3 ünvanında yerləşən ofisində təsisçisi və rəhbəri olduğu həmin ictimai birlikdə guya Şahid18 xx.xx.2016-cı il tarixdən etibarən layihə meneceri vəzifəsində işləməklə aylıq 600 AZN əmək haqqı almasına dair hüquq verən rəsmi sənəd olan 19 fevral 2018-ci il tarixli AN/028/11 nömrəli arayışa və səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən digər zəruri rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edib ondan istifadə etmək məqsədi ilə özünə məxsus kompüter avadanlığı vasitəsilə qanunsuz hazırlayıb imzalamaqla direktoru olduğu qurumun dairəvi möhürü ilə təsdiq edib həmin sənədləri ona vermiş, o, isə həmin saxta sənədləri Şahid18 çatdırmış, özü və dəstə üzvlərinin göstərişi ilə həmin saxta sənədləri 2018-ci ilin fevral ayının sonlarında naməlum gündə Fransa Respublikasının ünvan 5 ünvanda yerləşən Azərbaycan Respublikasındakı səfirliyinə təqdim edən Şahid18 həmin saxta sənədlər əsasında öz adına həmin səfirlikdən viza alaraq həmin viza əsasında xx.xx.2018-ci il tarixdə Bakı-Paris aviareysi ilə Azərbaycan Respublikasından Fransa Respublikasına qanunsuz getməsinə nail olaraq həmin əməlləri ilə öz qulluq mövqeyindən istifadə edərək mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid18 əmlakını, yəni 1000 manat məbləğində pulunu ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid18 xeyrinə ediləcək bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid18 mütəşəkkil dəstə halında təkrarən təhrik etmiş, hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək, onun fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü, təmsil etdiyi hüquqi şəxs və dəstə üzvləri üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getməsi, ölkəyə gəlməsi, əmək miqrasiyası, habelə miqrasiyaya dövlət nəzarəti və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etmiş, mütəşəkkil dəstə tərkibində vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, mütəşəkkil dəstə tərkibində bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə tamah niyyətilə qanunsuz hazırlamaqla təkrarən saxtalaşdırmış və bilə-bilə hüquq verən saxta sənəddən təkrarən istifadə edilməsinə nail olmuş və mütəşəkkil dəstə tərəfindən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə bir nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təkrarən təşkil etmişdir. Bundan başqa, o, yenidən qəsdən “X201 Agency MMC” məhdud məsuliyyətli cəmiyyətinin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirərkən şəxsiyyətləri naməlum qeyriləri ilə eyni məqsədlə bir neçə cinayətin törədilməsi üçün ikidən çox şəxsdən ibarət olan sabit cinayətkar qrupda - mütəşəkkil dəstədə birləşib, təkrarən, 2018-ci ilin fevral ayının sonlarında istintaqla müəyyən edilməyən gündə Almaniya Federativ Respublikasında yaşayan tanışı X63 xahişindən sonra, sonuncunun tanışı xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasına qayıdan, rəsmi olaraq heç bir yerdə işləməyən, səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən rəsmi sənədləri olmayan Şahid5 fəaliyyətinə faktiki olaraq rəhbərlik etdiyi “X201 Agency MMC” məhdud məsuliyyətli cəmiyyətinin Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 42 ünvanında yerləşən ofisində Avropa ölkələrinə səfər etməkdən ötrü viza alınması üçün tələb olunan zəruri sənədlərin hazırlanması və vizanın alınması ilə bağlı müraciətini mütəşəkkil dəstənin şəxsiyyəti naməlum digər üzvlərinə çatdırmış, dəstə üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin vəzifəli şəxslərində Şahid5 rəsmi olaraq işləməsinə və maddi təminatının yaxşı olmasına dair fikir formalaşdırmaqdan ötrü dəstənin şəxsiyyəti naməlum üzvü səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan zəruri hüquq verən rəsmi sənədləri 2018-ci ilin fevral ayının sonlarında istintaqa məlum olmayan yerdə qanunsuz hazırlayıb ona vermiş, o, isə həmin saxta sənədləri Sərvan Hüseynova çatdırmış, özü və dəstə üzvlərinin göstərişi ilə həmin saxta sənədləri 2018-ci ilin fevral ayının sonlarında naməlum gündə Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin ünvan 14 ünvanda yerləşən “Globus Center” iş mərkəzində fəaliyyət göstərən viza mərkəzinə təqdim edərək xx.xx.2018-ci il tarixdə öz adına həmin səfirlikdən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində 15 günlük ********* nömrəli viza almasına və həmin viza əsasında xx.xx.2018-ci il tarixdə Bakı-Budapeşt aviareysi ilə Macarıstana, oradan isə Budapeşt-Köln aviareysi ilə Almaniya Federativ Respublikasına qanunsuz getməsinə nail olaraq həmin əməlləri mütəşəkkil dəstə tərkibində təkrarən bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz hazırlamaqla saxtalaşdırmış və mütəşəkkil dəstə tərkibində bilə-bilə hüquq verən saxta sənəddən təkrarən istifadə edilməsinə nail olmuş, mütəşəkkil dəstə tərkibində vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə təkrarən bir nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hazırda o məhkəmə iclasında səmimi və heç bir təzyiq olmadan ifadə verir və bildirmişdir ki, ibtidai istintaqı həyata keçirən Azərbaycan Respublikasının Baş Prokurorluğunun istintaq idarəsində vermiş olduğu 24 iyun 2021-ci il tarixli şahid qismində dindirildiyi ifadəsini təsdiq edir. Həmin ifadəni o azadlıqda olarkən sərbəst şəkildə vermişdir. Bundan sonra verdiyi ifadələrdə yalan danışmamışdır. Lakin, müstəntiqlər bəzi fikirlərini onlara sərf etmədikləri üçün qeyd etməmişlər. Buna görə də ibtidai istintaqda vermiş olduğu 09 iyul 2021-ci il tarixli, 12 mart 2022-ci il tarixli, 15 mart 2022-ci il tarixli ifadələri kifayət qədər dolğun olmadığından hazırda verdiyi ifadəsini əsaslı hesab etmələrini xahiş etmişdir. İttiham aktından istifadə edərək aşağıdakıları bildirmişdir; 1.Şahid10 epizodu üzrə bildirmişdir ki, 2014-cü ilin oktyabr ayında işçisi Şəmşir Tərlanov dostu Əhmədağanın Avropaya səyahət etmək istədiyni bildirmişdir. Həmçinin də başqa 3 nəfərin də özünün də səyahətə gedəcəyini bildirmiş və 3 nəfərdən rahatlıqla pul ala biləcəyini, lakin Əhmədağanın dostu olduğu üçün ondan pul istəməyəcəyini bildirmişdir. Laikin, o, həmin vaxt toyuna hazırlaşırmış və sonra da bal ayına səfərə gedəcəyini bildirib bu işdə ona kömək edə bilməyəcəyini demişdir. Yəni həmin vaxt o turizm sahəsində çalışmamış və Şahid1 da bu sahədə hansısa iş görməsindən məlumatı olmamışdır. Bu epizod üzrə onun heç bir rolu olmamış və heç bir saxta sənəd verməmişdir. 2.X50 epizodu üzrə bildirmişdir ki, 2015-ci ilin sentyabr ayında Almaniyada yaşayan qardaşı onunla əlaqə saxlayaraq qardaşıyla qonşu olan bir nəfərə yardım etməyini xahiş etmiş və bildirmişdir ki, dostu ailəsi ilə birlikdə Almaniyada yaşayır, istəyir ki, qardaşının uşaqlarını görsün. Buna görə də səyahət təşkil edəcək bir etibarlı turizm şirkəti lazımdır. Həmin vaxt o Milli Məclisə seçkilərdə Ümid Partiyasından namizədliyini irəli sürmüşdür. Ona görə də başı qarışıq imiş. Lakin qardaşının sözünü yerə salmamış və kömək edəcəyini bildirmişdir. Bundan sonra qardaşı onun telefonunu Nurlan Məmmədova vermişdir. O, Nurlan Məmmədovla danışıb ona ailəsi ilə birlikdə sənədlərinin düzəlməsi üçün etibarlı olan turizm şirkətinə təqdim edəcəyini bildirmiş və bu iş üçün otel, gediş-gəliş bileti, sığorta, viza rüsumu ümumilikdə 8000 manat etdiyni, 1000 manat isə xidmət haqqı olduğunu bidirmişdir. Bundan sonra Nurlan Məmmədovla görüşüb sənədləri və ilkn ödəniş 5000 manatı Nurlanın öz yanında Talıb adlı şəxsin turizm şirkətində işləyən Talıba təqdim etmişdir. Nurlan bildirmişdir ki, həmin 5000 manatın bir qismini bank hesabına qoyaraq arayış almaq lazımdır. O, Nurlanla banka gedərək Nurlanın adına banka pul qoyub arayış alaraq arayışı Talıba təqdim etmişdir. Nurlan Məmədovun epizodu üzrə onun rolu bundan ibarət olmuşdur.
3. Şahid11 Davüd oğlunun epizodu üzrə bildirmişdir ki, o, Şahid11 məktəb illərindən tanımış və qonşu olmuşlar. 2016-cı ilin yay aylarında Şahid11 ona müraiət edərək Avropaya səyahət etmək istədiyini bildirmiş və ona viza təşkil etməyini xahiş etmişdir. Eldarın bütün sənədləri qaydasında imiş. Yalnız iş yerindən arayışı yox imiş. Eldara iş yerindən arayış verilmişdir. Eldar onun tanışı olduğu üçün Eldardan yalnız viza rüsumu, sığorta, sənədlərin tərcümə və təsdiqinə onun cəmi 200 manat xərci çıxmışdır. İbtidai istintaq orqanı isə bu əməli dələduzluq kimi qiymətləndirmişdir. O, Şahid11 heç bir saxta iş yerindən arayış təqdim etməmişdir. İstintaq orqanı əsassız olaraq ona verilən iitthamda ona saxta arayış verməyinə dair də ittiham vermişdir. İş yerindən arayışı Eldar özü təqdim etmişdir.
4. X22 epizodu üzrə bildirmişdir ki, Anar Abdullayevi onunla ortaq dostu Fəxri tanış etmişdir. 2016-cı ilin yay aylarında Anar ona Almaniyaya qohumlarının yanına ailəsi ilə birlikdə gəzməyə getmək istədiyini bildirmişdir. Lakin, rəsmi iş yeri olmadığı üçün Anara bu işdə kömək etməyini xahiş etmişdir. Anar seçkilərdə könüllü kimi ona dəstək olduğundan, o, Anarın ailəsi ilə birgə Almaniyaya getməsinə kömək etmişdir. Anar arvadı və iki uşağı üçün 6000 manat məbləğdə pul vermişdir. Otel, aviabilet və s. xərclər üçün verilmiş pul olmuşdur. Sərdara da Anarı rəhbəri olduğu MMC-yə rəsmi olaraq işləməsinə dair arayış verməsini xahiş etmişdir. Sərdar da onu həmin MMC-də işləməsini qeydə alaraq Anarın həmin MMC-də işləməsi barədə arayış vermişdir. Belə ki, Sərdar həqiqətən Anarın MMCdə işləməsini qeydə alaraq ona arayış vermişdir. Anar üçun AXCP-nin üzvü olması barədə heç bir sənəd verilməmişdir.
5. X80 epizodu üzrə bildirmişdir ki, o, bu iş üzrə bu şəxsi xatrılamamışdır. Müstəntiq Valehin şəklini ona göstərdikdə xatırlamışdır. 2016-cı ildə V.Salehov ona müraciət edərək bir nəfər tanışına səyahət təşkil etməsini xahiş etmişdir. Həmin şəxs də Amerikaya səyahət edib qayıtmışdır. Sonra Valeh özü də xaricə səyahət etmək istəmişdir. O, Valehə səyahətə görə 1000 manat pulun müqabilində sığorta, viza rüsumu, bir gecəlik otel biletin onlar tərəfindən alındığı təqdirdə isə 7000 manat əlavə verməsini bildirmişdir. Valeh razılaşmışdır və sənədləri ilə birlikdə 1700 manat gətirib vermişdir. Valeh Salahov üçün bütün sənədlər qanuni olmuşdur. Bank sənədinə dair arayışı da V.Salehov özu qanuni həll etmişdir.
6. X22 2-ci epizodu üzrə bildirmişdir ki, 2016-cı ilin sentyabr ayında Bakı şəhəri, Səbail rayonu, Abdulkərim Əlizadə küçəsi ev 14-də olan ofisdə Anar Abdullayevin bacanağı Şahid13 ailəsi ilə birlikdə xaricə getməsinə dair viza alınmasını xahiş etmişdir. Elnurun xahişi ilə 5000 manatın müqabilində Elnura viza və digər sənədlərin hazırlanması üçün pul xərclənmişdir. Elnura hər hansı bir saxta sənəd verilməmişdir. 7.Şahid15 epizodu üzrə bildirmişdir ki, 2016-cı ilin sentyabr ayında o, ABŞ-na səfər etməsi üçün müraciət etmişdir. O, Rövşənə 320 manat viza rüsumu, 30 manat sığorta, 50 manat sənədlərin notariatda tərcümə və təsdiqi və Nyu Yrok şəhərində otel üçün xərc, həmçinin, onların xidmət haqqısı daxil olmaqla 1000 manat xərc olmasını bildirmişdir. Şahid15 razılaşmış və sənədləri, pulu gətirib təqdim etmişdir. Rövşənin sənədləri qanuri hazırlanıb səfirliyə təqdim olunmuşdur. Bank hesabına da Rövşən özü pul qoymuşdur. Şahid15 heç bir saxta sənəd və AXCP-nin üzvü olması barədə sənəd verilməmişdir. 8.X118 epizodu üzrə bildirmişdir ki, o, X119 və onun arvadı Anaxanım Əliyevanı tanımamışdır. İbtidai istintaq zamanı da o, hamını xatırlayıb tanısa da, bu şəxsləri tanımadığını bildirmişdir. Onun bu şəxslərlə heç bir əlaqəsi olmamışdır. İstintaq orqanı isə ona əsassız olaraq bu epizodla da ittiham vermişdir.
9. Şahid19 epizodu üzrə bildirmişdir ki, Kənana Latviya səfirliyndən viza alınmış, həmin səfirlik üçün mülki sənədi zəruri olmamışdır. Lakin, Kənan həmin sənədi və digər rəsmi sənədləri özü gətirib təqdim etmişdir. O, bəzi sənədlərin lazım olmadığını bildirərək Kənana geri qaytarmaq istəsə də, Kənan qalmasını və sonra gəlib götürəcəyini demişdir. Beləcə həmin sənəd ofisdə qalmış və itmişdir. Sonradan Kənan həmin sənədləri dövlət qurumlarından əldə edib ödədiyi rüsumu ondan tələb etməyə başlamışdır. Bununla bağlı aralarında mübahisə olmuşdur. Kənan sonradan onlara İngiltərəyə getmək üçün müraciət etsə də, Kənana yox demişdir. Sonra Kənanı görməmişdir. 10.Şahid18 epizodu üzrə bildirmişdir ki, 2017-ci ilin yay aylarında Şahid18 yaxşı səyahət təşkil etməyini xahiş etmişdir. O, Kamrana həmin ərəfədə Polşada X147 oyununa azarkeş kimi getməsini təklif etmişdir. Kamranın rəsmi iş yeri yox imiş. Futbol Klubunun oyununa azarkeş kimi getdiyindən buna ehtiyac da yox imiş. O, Kamrana bu səfər üçün 1000 manat lazım olduğunu bildirmişdir. Kənan Abbaszadə razılaşmış və o, X147 oyununa 20 azarkeş üçün tur paket təşkil etmişdir. Hamısı üçün X203 zəmanət məktubu verdiyi üçün iş arayışı və bank arayışına ehtiyac olmamışdır. Kamranı da həmin qrupa daxil etmişdir. Kamran futbol oyunundan sonra ölkəyə qayıtmışdır. 2018-ci ildə Şahid18 yenidən ona müraciət edərək bu dəfə qərbi Avropaya səyahət etmək istədiyini bildirmişdir. O, Kamrana futbol azarkeşi olduğu üçün təklif etmişdir ki, yenə də futbol oyununa azarkeş kimi getsin. Həmin vaxt Fransada keçirilən futbol oyununa bilet pulu, viza rüsumu, sığorta, sənədlərin tərcümə və təsdiq olunması üçün 1000 manat ödəniş etmişdir. Lakin, bu səfər zamanı ona iş arayışı da tələb olunduğundan, o, Şahid1 özünün rəsmən rəhbərlik etdiyi ictimai birliyə işçi kimi rəsmiləşdirməsini xahiş etmişdir. Sərdar da Kamranı rəsmi sənədlə işə qəbul edərək öz imzası və möhürü ilə Kamrana iş yerindən arayış vermişdir. Həmin arayışda yalnız Kamranın işə başlaması barədə tarix düz olmamışdır. Arayış isə rəsmi arayış olmuşdur. Bundan sonra Kamran Fransaya getmiş və sonra da Bakıya qayıtmışdır. Bu epizodda da heç bir saxtakarlıq olmamışdır. 11.X51 epizodu üzrə bildirmişdir ki, Şahid5 Füzuli rayonundandır. Almaniyada yaşayan tanışı X172 Həsənova Almaniyaya getməsi üçün ona viza verilməsində köməklik etməyini xahiş etmişdir. O da Yasin Əhmədovla münasibəti olduğundan razılaşmışdır. Şahid5 rəsmi olaraq heç yerdə işləmədiyini bildirmiş və digər sənədlərini ona təqdim etmişdir. Sərvanla onun arasında heç bir pul söhbəti olmamışdır. Ona görə ki, Yasin ondan xahiş etmişdir ki, Sərvandan pul almasın. Ona görə də Şahid5 viza sənədlərinin düzəlməsi üçün Sərvandan heç bir məbləğdə pul almamışdır. Sərvan sığorta, aviabilet və s. bütün xərclərini özü ödəmişdir. Təxminən 2018-ci ilin fevral ayında Yasin yenidən ondan xahiş edərək Sərvan üçün təmənnasız olaraq viza almağa köməklik etməyini xahiş etmişdir. Həmin ərəfədə İspaniyada keçiriləcək futbol oyununa getmək üçün 3-4 nəfər müraciət etmişdir. Həmin şəxslərin sənədləri ilə birlikdə Sərvanın da sənədlərini hazırlamışdır. Həmin vaxt Sərvan üçün iş yerindən hazırda xatırlamadığı bir nəfərin köməkliyi ilə iş yeri haqqında arayış təşkil etmişdir. O, Sərvandan heç bir məbləğdə pul almamışdır. 12.Şahid6 epizodu üzrə bildirmişdir ki, Şahid6 onun yerlisidir, bir rayondandırlar. Vüqar ondan bir səfər təşkil etməyini xahiş etmişdir. 2017-ci ilin payız aylarında verdiyi 1250 Abş dolları müqabilində Vüqara sığorta, otel, gediş-gəliş bileti və viza rüsumlarını ödəyərək Latviyaya səfərini təşkil etmişdir. Şahid6 iş yerindən arayış olmadığından Vüqarı tədbir adı ilə Latviyaya göndərmişdir. Vüqara da bildirmişdir ki, Vüqaran nə məqsədlə getməsini hava limanında soruşsalar tədbirlə bağlı getməsini bildirsin və həmin arayışı da göstərsin. 13.Şahid17 oğunun epizodu üzrə bildirmişdir ki, Şahid17 digər epizodu üzrə Şahid17 2017-ci ilin oktyabr ayında onların turizm şirkətinə müraciət edərək Avropaya səyahət etmək istədiyini bildirmişdir. Eminin ödədiyi 1700 manatın müqabilində ona Latviyaya gediş gəliş bileti, otel, sığorta, sənədlərin notarial qaydada tərcüməsi və təsdiqini həyata keçirmişlər. Eminin özünün rəsmi iş yerindən arayışı və bank arayışı olmuşdur. Eminin onlara ödədiyi 1700 manatdan onlara yalnız xidmət haqqı qarşılığında 200-250 manat qazanc qalmışdır. 2018-ci ilin yanvar ayında Şahid17 təkrar Londona səfər etmək üçün onlara müraciət etmişdir. 2500 manat qarşılığında Eminə özünün təqdim etdiyi rəsmi və qanuni sənədləri ilə Londona səfərini təşkil etmişlər. 14.Şahid21 və Şahid24 qardaşlarının epizodu üzrə bildirmişdir ki, onlar 2017-ci ilin oktyabr ayında ona müraciət edərək Kanadaya getmək istədiklərini bildirmişlər. O, onlara Kanadaya viza alacağına əmin olmadığını bildirmiş və Londona getmələri barədə viza alanmasına, yəni, hər iksi üçün Londona Barselonaya, Torontoya səfərləri təşkil edəcəyinə söz vermişdir. Bütün bu sənədlər üçün onların hər ikisinin 8000 ABŞ dollarına hissə-hissə vermələrinə razılaşmışlar. 2017-ci ilin noyabr ayının əvvəllərində 3000 ABŞ dolları ödəniş etmişlər. Bunun müqabilində onlar üçün London səfərinə zəruri səndər toplanmış və özləri İngiltərənin konsulluq şöbəsinə təqdim etmişlər. Lakin onlara viza verilməsinə imtina olunmuşdur. Bu işə onlar tərəfindən 500 ABŞ dolları ödənişlərindən xərc sərf etmişlər. İngiltərə səfirliyniə hər adam üçün 130 ABŞ dolları olmuşdur. Bu imtinadan sonra onlar Parisə səfər etmələri üçün müracət etmişlər. 2018-ci ilin yanvar ayında onlar 2000 Abş dolları ödəniş etmişlər. Bu ödəniş üçün onlara Barselona şəhərinə turpaket təşkil etmişlər və özləri səfirliyə təqdim etmişlər. Onlara viza verilmiş və onlar həmin viza ilə gediş gəliş biletlərini, oteli öz vəsaitləri hesabına alaraq Barselonaya gedib qayıtmışlar. Həmçinin həmin qardaşlar üçün Barselona şəhərində futbol oyunlarına bilet də almışlar. Bu səbəbdən də onların birgə ödədiyi vəsaitdən ən azı 1000 Abş dolları xərcləmişlər. Bundan əlavə Şahid21 ona müraciət edərək onlar üçün Kanadaya səfər təşkil etmələri üçün əvvəlcədən razılaşdıqları 3000 ABŞ dollarını manatla 5000 manat ödəmişdir. 04 iyun 2018-ci ildə o həbs olunduğundan onlar üçün heç bir iş görə bilməmişdir. Həmin vaxt onlar ondan şikayət etməmişlər. O, azadlığa çıxdıqdan sonra onlara bildirmişdir ki, o, həbs olunduqdan sonra şirkətin əməkdaşı Gülnar həbs olunmağından istifadə edərək həmin pulları götürərək ölkədən getmişdir. O, həbsdən çıxdıqdan sonra həmin qardaşlara 2000 manata qədər pul da qaytarmışdır. Onlar 5000 manat verdiyi halda onu 5000 ABŞ dolları kimi göstərmişdir.
15. Şahid23 epizodu üzrə bildirmişdir ki, 2017-ci ilin payız qış aylarında Şahid23 nitq qüsurla qohumu Məlahətin Avropa ölkələrinə səfər etməsi üçün viza almağa köməklik etməyini xahiş etmişdir. O, 2800 manata ona viza düzəldəcəyinə söz vermişdir. İlkin olaraq, Səlim ona 1400 manat və Məlahətə aid olan sənədləri vermişdir. Qalan pulu isə viza hazır olandan sonra verəcəyini bildirmişdir. O, onların barədə müraciət edərək Fransada yerləşən xəstəxanadan Məlahətin müayinə olunması üçün qəbula yazılmasına dair sənəd almışdır. Həmin sənəd üçün 100 avro pul ödəmişdir. O, Məlahət üçün heç bir saxta sənəd təşkil etməmiş, bank arayışı isə qanuni şəkildə əldə olunmuşdur. Hazırlanmış sənədlər səfirliyə təqdim olunmuş, lakin Məlahətə viza verilməsindən imtina olunmuşdur. Bundan sonra Şahid23 ondan 1500 manat tələb etdiyi üçün aralarında narazılıq yaranmışdır. Onun hal-hazırda Səlimə heç bir borcu qalmamış, artıqlaması ilə Səlimin pulunu qaytarmışdır. O, Şahid1 2008-ci ildən ictimai birliyin rəhbəri kimi tanımışdır. Şahid1 həm ibtidai istintaqda, həm də məhkəmədə verdiyi ifadəsindən görünür ki, o, Sərdarla heç bir mütəşəkkil dəstə yaratmamışdır. O, yalnız bir dost kimi Şahid1 bir neçə dəfə öz rəsmi şirkətinə kimisə işə rəsmiləşdirməsini xahiş etmişdir. Heç vaxt saxta möhür və ya blanklardan istifadəyə yol verməmişdir. Heç vaxt Şahid1 saxta AXCP və bu kimi sənədləri hazırlamasını istəməmişdir. Həmçinin, onların arasında işlə bağlı pul alış verişi olmamışdır. İş üzrə Şahid2 ilə bağlı onu deyə bilər ki, o, həbs olunduqdan sonra Lalədən onun əleyhinə ifadə almışlar. İfadə müstəntiq tərəfindən hazırlanaraq Şahid2 imzalatmışlar. Guya Şahid1 saxta sənəd sifariş etmişdir. Lalə isə hansı sənədlərdən söhbət getdiyini, hansı məbləğdə ödəniş qarışılığında edildyini bilmədiyni deyir. Şahid X52 ilə bağlı onu deyə bilər ki, onların dostluq münasibətləri olmuşdur. Məhəmmədlə heç bir iş birliyi olmamış və saxta sənəd hazılamaq istiqamətində heç vaxt əməkdaşlıqları olmamışdır. Bu məhkəmə iclasında da öz təsdiqini tapmamışdır. Belə ki, Şahid19 sənədləri ilə bağlı materiallardan məlum olur ki, Şahid19 üçün saxta sənədlər o həbsdə olarkən hazırlanmışdır. Bu işi Kamil adlı turizm şirkətinin əməkdaşı etmişdir. Özü də Şahid1 sifariş edərək. istintaq zamanı Məhəmməddən Kamili və ya Sərdarı tanıyıb tanımadığını sorşduqda onları onun tanıdığını demişdir. Onun Kamillə heç bir işbirliyi və heç bir tanışlığı olmamışdır. Şahid3 2016-cı ilin yayından onun yanında işləmişdir. Şirkətin əməkdaşı olmuşdur. Atası olmamış, anasının himayəsində olmuş və ali məktəbə ödənişli əsaslarla qəbul olunması səbəbəbindən ciddi maliyyə çətinlikləri olmuşdur. O, Şahid3 işə götürəndən sonra Fidan həm təhsilini davam etdirmiş, həm də Fidanı kursa göndərərək turizm şirkəti sahəsində biliyini artırmasına yardım etmişdir. Fidana hər zaman dəstək olmuşdur. Fidan şirkətin əsas əməkdaşlarından biri olmuşdur. Fidan onun heç bir saxta işlərlə məşğul olduğunun şahidi olmamışdır. Belə olan halda isə Fidanın ifadəsini onun dediklərinin təsdiqi kimi şahid qismində tanımalarını xahiş etmişdir. Şahid25 onun dostu Şahid21 həyat yoldaşıdır. Azərin xahişi ilə öz müştəriləri üçün bilet alanda Nərgizə çox az vaxtlarda müraciət etmişlər. Çünki, onlar özü də turizm şirkəti imiş. Otel, bilet və s. bu kimi xidmətləri özləri edirmişlər. O, həbs olunduqdan sonra onların şirkətin əməkdaşlarının bəziləri Şahid25 ilə iş birliyi etmiş və həmin iş birliyi zamanı saxta iş görmüşlər . Buna görə də Şahid25 istintaqa cəlb olunmuşdur. Əlində heç bir fakt olmadan müstəntiq həmin işi də onunla əlaqələndirə bilməyincə Şahid25 ona qarşı sözlər işlətməsini tələb etmişlər. Müstəntiq tərəfindən ifadə hazırlanaraq Nərgizə imza etdirmişlər. Onun öz işçiləri onun heç bir saxta və qanunsuz işlər gördüyünün şahidi olmadıqlarını bildirmişlər. Şahid25 şahidlər siyahısından çıxarmalarını xahiş etmişdir. Şahid8 onun fəaliyyət göstərdiyi şirkətin əməkdaşı olmuşdur. Raciv də ifadəsində onun heç bir qanunsuz işlə məşğul olmadığını bildirmişdir. Ümumiyyətlə şirkətdə işləyən bütün əməkdaşların heç biri onun qanunsuz işlərlə məşğul olmağının şahidi olmamışlar. İstintaq onunla birgə çalışmış bir sıra şəxsləri- Elnur Rəşidovu, Sevinc Çəltikovanı, Gülnar Hüseynovanı, Röya Vəliyevanı və Şəfəq Əsgərlini dindirsə də, məqsədlərinə uyğun gəlmədiyi üçün onları şahidlər siyahısına salmamışdır. Bütün epizodlar 2014-2017-ci illərə aiddir. Hansı ki, 2016-cı ildən 2019-cu ilədək barəsində DİN-nin BMCMİ-si, Nəsimi Rayon və Nərimanov Rayon Polis İdarələri, Baş Prokurorluq, DTX, Nəsimi Rayon Məhkəməsi, Nərimanov Rayon Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və digər dövlət qurumları araşdırmalar aparmış, istintaqa cəlb edilmişdir. Lakin, onun kimlərəsə saxta sənədlər verməyi, qanunsuz miqrasiya təşkil etməyi müəyyən olunmamışdır. Yalnız hansısa vətəndaşla aralarında pul mübahisəsi ilə iş yeri üzrə saxta sənədlərin hazırlanması ilə bağlı ona ittiham irəli sürülmüşdür. Çünki yalnız bu fakt müəyyən olunmuşdur. Lakin, birdən-birə heç bir fakt olmadan ona qarşı ağır ittiham irəli sürülmüşdür. İstintaq zamanı da müəyyən olunmuşdur ki, o, heç kim üçün saxta sənəd hazırlamamışdır. 2019-cu ildə DTX tərəfindən həyata keçirilən əməliyyat zamanı bir qrup şəxs saxta sənədlər və qanunsuz miqrasiya təşkil etmək şübhəsi ilə saxlanılmışlar. Həmin əməliyyatda onun adı hallanmamışdır. Həmin vaxt saxlanılan şəxslər sonradan azadlığa buraxılmışlar. Lakin 2021-ci ildə o, Üzeyir Bağırlı və Sərxan Abdullayev həbs olunmuşlar. Sonradan onlar da azadlığa buraxılmışlar. Yalnız, o, həbsdə saxlanılmışdır. Belə çıxır ki, o təkbaşına mütəşəkkil dəstə olmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, viza dəstəyi üçün vətəndaşlardan alınmış pula onlara otel, bilet, sığorta və s. xərclənmişdir. Heç kimə saxta sənəd, saxta iş yerindən arayış verilməmişdir. Müştərilərin verdikləri pulun müqabilində hər bir kəsə lazımı xidmət gösərilmiş, şirkətə yalnız 200-300 manat xidmət haqqı qalmışdır ki, o işçilərin əmək haqqı və digər xərclər olmuşdur. Əgər hər hansı bir səfirlik onlara imtina veribsə o onlardan asılı olmayan səbəblər olmuşdur. Onlar təşkil edən xaricə gedənlərin 90%-i ölkələrə gedib qayıtmışlar, qayıtmayanlar da olmuşdur. O, heç kəsə qarşı dələduzluq etməmiş, heç kəsdən rüşvət almamış, heç bir vəzifəli şəxsə rüşvət verməmişdir. Müraciət edən şəxslərə otel, sığorta, bilet və s. təşkil olunmuşdur. Xidmət göstərdiyi şəxslərin içərisində əcnəbi və vətəndaşlığı olmayan şəxslər olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Füzuli rayonundan olan X81 uşaqlıqdan tanımışdır. Yasin Əhmədov təxminən 2015-ci ildə ailəsi ilə birlikdə Almaniya Federativ Respublikasına müalicə məqsədilə getmişdir. O, Yasinin vizanı necə almasını və ona kimin kömək etməsini deməsini xahiş etmişdir. Belə ki, təxminən 2016-2017-ci illərdə Yasin onunla “facebook” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamış, 2017-ci ilin yay aylarında Bakıda olarkən Yasin ona gəzmək üçün Almaniyaya yanına getməyini təklif etmiş, özü qarşılayıb evində qonaq edəcəyini və çox xərci çıxmayacağını bildirmişdir. O, razılaşmışdır. Lakin həmin vaxt onun rəsmi iş yeri olmamış və viza almaq üçün iş yerindən arayışı olmadığını Yasinə bildirdikdə, Yasin ona viza almağa tanışı olan Təqsirləndirilən şəxs kömək edəcəyini, yalnız viza rüsumunu və sığorta xərcini özü ödəyəciyini bildirmişdir. O, Təqsirləndirilən şəxs ilə təxminən 2017-ci ilin avqust ayında əlaqə saxlayıb görüşmüşlər. O, Raminə rəsmi olaraq iş yeri olmadığını bildirmişdir. Ramin Yasinin tanışı olduğunu bilmişdir. Raminlə əvvəlcədən telefonda danışdığı kimi şəxsiyyət vəsiqəsini, pasportunu, nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətini vermişdir. Ramin viza almaq üçün lazım olan iş yeri haqqında arayışı və digər sənədləri özü hazırlatdıracağını və ona viza alınmasında kömək edəcəyini bildirmişdir. Ramin bir həftə sonra onu viza almaq üçün səfirliyə göndərəcəyini söyləsə də vaxt uzanmışdır, həmin ərəfədə o, artıq bir neçə dəfə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospektində “AFMall” ticarət mərkəzi ilə üzbəüz binanın ikinci mərtəbəsində yerləşən ofisinə gedib gəlirmiş, Raminin ofisinə gedib gələrkən Azər adlı oğlanı orada görmüşdür. Ramin ona bildirmişdir ki, Şengen vizası almaqdan ötrü mütləq qaydada onun adına depozitdə pul olmalıdır. Lakin, o, Raminə bildirmişdir ki, onun depozitdə pulu yoxdur, ümumiyyətlə böyük məbləğdə pulu yoxdur. Ramin isə ona bildirmişdir ki, o, özü həmin pulu bir neçə günlük onun hesabına qoyar, bankdan arayış aldıqdan sonra həmin pulu ona yəni Raminə qaytarar. O, bu təkliflə razılaşmışdır. Təxminən 2-3 aydan sonra 2017-ci ilin oktyabr ayının sonlarında Raminin göstərişi ilə Raminin ofisinin yaxınlığında yerləşən “Expressbank”da Raminin verdiyi hal-hazırda xatırlamadığı məbləğdə pulu öz adına açılmış hesablaşma hesabına qoymuşdur. Həmin hesaba qoyaraq arayış almış, sonra pulu hesabdan çıxarıb Raminə həmin məbləği qaytarmış və bank arayışını da Raminə vermişdir. 2017-ci ilin oktyabr ayının sonlarında Təqsirləndirilən şəxs ilə Xətai metrosunun çıxışında yerləşən “Dəmirçi Plaza” iş mərkəzinin qarşısında görüşmüşlər. Raminin ona qovluqda verdiyi sənədləri həmin iş mərkəzində fəaliyyət göstərən Latviya səfirliyinin viza mərkəzinə təqdim etmiş, lakin qovluqdakı sənədlərin məzmununa diqqət yetirməmişdir. Viza mərkəzində viza rüsumunu və digər qanuni rüsumları özü ödəmişdir. 2017-ci ilin noyabr ayının əvvəlində ona sms gəlmiş, pasportunu həmin viza mərkəzindən götürdükdə ona Latviya səfirliyi tərəfindən 8 günlük viza verildiyini görmüşdür. Aviabileti Raminin yanında gördüyü Azər adlı şəxsin arvadı Nərgiz adlı xanımın işlədiyi "xxxx" turizm şirkətindən almışdır. Həmin viza əsasında Bakı- Budapeşt aviareysi ilə Macarıstana, oradan isə Budapeşt-Bonn aviareysi ilə Almaniyaya getmişdir. Almaniyada təxminən 6-7 gün Yasingildə qalmış və eyni aviamarşrutla Azərbaycana qayıtmışdır. 2018-ci ilin fevral ayında Yasin yenidən onu Almaniyaya gəzməyə dəvət etmişdir. Yasin yenə viza almağa köməklik etməsi üçün Təqsirləndirilən şəxs xahiş etmişdir. 2018-ci ilin fevral ayının sonlarında o Təqsirləndirilən şəxs Bül-bül prospektində yerləşən ofisinə getmiş, eyni qaydada pasportunu, şəxsiyyət vəsiqəsini və digər sənədlərini Raminə vermişdir. Ramin Yasinin dostu olduğuna görə yenə də ondan viza almağa köməklik etməkdən ötrü heç bir məbləğdə pul istəməmiş və ondan buna görə pul almamışdır. Həmin ərəfədə Raminin tapşırığı ilə öz adına “Expressbank”-da olan hesaba pul qoyub arayış alaraq Raminə vermişdir. Ramin həmin vaxt ona Fransada keçiriləcək hansısa futbol oyununa azarkeş kimi baxmağa gedən turist kimi viza müraciəti hazırlamışdır. 2018-ci ilin fevral ayının sonlarında Təqsirləndirilən şəxs ofisində ona verdiyi qovluqda olan sənədləri Raminin göstərişi ilə Yasamal rayonu ərazisindəki “Globus Center” iş mərkəzində fəaliyyət göstərən Fransa səfirliyinin viza mərkəzinə təqdim etmişdir. Orada o yenə də viza rüsumu və digər qanuni rüsumları özü ödəmişdir. 2018-ci ilin mart ayının əvvəlində ona əvvəlcə Fransa səfirliyindən zəng olunaraq ailə tərkibiylə bağlı suallar verilmiş, bir-iki gün sonra isə səfirlikdən sms gəlmişdir. Həmin viza mərkəzinə gedərək pasportunu götürdükdə məlum olmuşdur ki, Fransa Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən ona xx.xx.2018-ci il tarixdə 2018-ci ilin mart-aprel ayları ərzində olan müddətdə 15 günlük viza verilmişdir. O, həmin viza əsasında Novruz bayramı ərəfəsində Bakı-Budapeşt aviareysi ilə Macarıstana, oradan isə Budapeşt-Köln aviareysi ilə Almaniyaya getmişdir. Təxminən iki həftə Yasingildə qalmışdır. Sonra isə Frankfurt- İstanbul aviareysi ilə Türkiyəyə, oradan isə İstanbul-Bakı aviareysi ilə Bakıya qayıtmışdır. Verdiyi məbləğə görə də Təqsirləndirilən şəxs ona xidmət göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Amerikada yaşayan dostu Ceyhun Mehibovun vasitəsilə tanımışdır. Belə ki, o, 2017-ci ildə işləmək üçün X41 yaşayan dostu X53 yanına getmək istəyirmiş. Ceyhun Mehubov ona viza üçün sənədlərin hazırlanmasına görə Təqsirləndirilən şəxs rəhbəri olduğu turizm şirkətini məsləhət görərək ona əlaqə nömrəsi də vermişdir. O, 2017ci ilin iyun ayının sonlarında həmin nömrəyə zəng edib Təqsirləndirilən şəxs Bakı şəhəri, "AF Mall" deyilən ticarət mərkəzi ilə üzbəüz yerləşən ofisinə getmişdir. Ofisdə Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Təqsirləndirilən şəxs rəhbəri olduğu turizm şirkətinin viza dəstəyi ilə məşğul olduğunu, müəyyən məbləğdə pul müqabilində viza ala biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, ilk öncə şengen vizası alaraq bir neçə dəfə Avropaya səfər etdikdən sonra Amerika səfirliyinə müraciət edərək viza ala bilər. 3 günlük şengen vizası üçün Təqsirləndirilən şəxs ondan 1500 manat pul istəmişdir. O, razılaşmış və həmin puluı heç bir sənəd tərtib edilmədən həmin ofisdə Raminə vermişdir. Həmin pula həm vizanın alınması, həm də aviabilet, otel və sair səfər xərcləri daxil olmuşdur. Vizanın alınması üçün Təqsirləndirilən şəxs hərbi biletini, şəxsiyyət vəsiqəsini və xarici pasportunu vermişdir. Bir müddət sonra 2017-ci ilin iyul ayında Təqsirləndirilən şəxs onu və tanımadığı 18 nəfəri ofisinə çağıraraq onların hamısını sənədləriylə birgə Polşa səfirliyinə aparmışdır. Həmin vaxt, Polşanın Belastok şəhərində X147 oyunu olduğundan Təqsirləndirilən şəxs onları fan klubunun üzvü kimi təqdim etməklə viza almışdır. Səhəri gün Təqsirləndirilən şəxs ona zəng edərək viza verildiyini, pasportunu gəlib götürməyini bildirmişdir. Sonra, o, 18 nəfərlə birlikdə Gürcüstana oradan isə Polşaya getmişlər. Polşadan Azərbaycana qayıtdıqdan sonra Fransaya getmək üçün 2018-ci ilin yanvar ayının sonlarında o yenidən Təqsirləndirilən şəxs ofisinə getmişdir. Təqsirləndirilən şəxs Fransa səfirliyindən viza almaq üçün hərbi biletini, şəxsiyyət vəsiqəsini, xarici pasportunu və Raminin deməsinə görə 1000 manat pul vermişdir. Avibailetin, otelin və səfərlə bağlı digər xərclərin pulu həmin 1000 manata daxil olmamışdır. Həmin ilin fevral ayında Təqsirləndirilən şəxs artıq sənədləri hazır edərək onunla birgə tanımadığı 5 nəfər şəxsi Fransa səfirliyinə göndərmişdir. Orada onlar qəbul edildikdən sonra xəbər ediləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs ona viza ilə bağlı sənədləri təqdim edən zaman görmüşdür ki, həmin sənədlərin arasında guya onun "X160 İnkişafı" ictimai birliyində layihə meneceri vəzifəsində işləməklə aylıq 600 manat məbləğində əmək haqqı almağına dair arayış da var. Əslində isə o heç vaxt həmin ictimai birlikdə işləməmişdir. Təqsirləndirilən şəxs ilə ilk dəfə görüşən zaman Ramin ondan rəsmi olaraq iş yerinin olub-olmamasını soruşmuşdur. O, Raminə rəsmi olaraq heç yerdə işləmədiyini demişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək vizanın hazır olduğunu bildirmişdir. O, Raminin ofisinə gedərək pasportunu götürmüşdür. Təqsirləndirilən şəxs ona səfirliklərdə yaxın adamının olduğunu, yəni onun köməkliyi ilə vizaları daha tez və imtina olmadan həll edə bildiyini birbaşa söyləməsə də söhbətlərindən başa düşmüşdür ki, səfirlikdə Raminlə işbirliyində olan əməkdaş vardır. O, həmin viza əsasında xx.xx.2018-ci ildə Bakı-Paris aviareysi ilə Parisə getmişdir. xx.xx.2018-ci ildə isə geri qayıtmışdır. Parisə getməyiylə bağlı aviabiletini və otel qeydiyyatını Təqsirləndirilən şəxs tanışı olan "Crystal travel" turizm şirkətində çalışan Nərgiz adlı xanım həll etmişdir. Bir müddət sonra Amerikaya vizasını həll etmək üçün Təqsirləndirilən şəxs ofisinə gedən zaman ofisin qapısının bağlı olduğunu görmüşdür. Ramin aldığı məbləğin müqabilində ona xidmət göstərmişdir. Səfirliyə Ramin özü girib-çıxırmış. O, ancaq barmaq basmağa görə səfirliyə girmişdir. Digər işləri Ramin özü həll edirmiş. Onun iş yeri olmamış, “X160 İnkişafı" ictimai birliyində layihə meneceri vəzifəsində işləməmiş və oradan əmək haqqı almamışdır. Sərxan, Sərdar və Üzeyir adlı şəxsləri də tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərmişdir ki, o, 8 ildən çoxdur ki, Xırdalan şəhərində avtomobil təmiri sexində çilingər işləyir. Onun rəsmi iş yeri olmamışdır. 2017-ci ilin iyun ayının ortalarında işləmək üçün X47 getmək qərarına gəlmişdir. Həmin məqsədlə soraqlaşarkən sosial şəbəkələrdən Təqsirləndirilən şəxs barədə məlumat əldə etmiş və Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində “World telekom” telefon mağazasının yaxınlığında yerləşən Təqsirləndirilən şəxs ofisinə getmişdir. Orada Təqsirləndirilən şəxs ilə görüşmüşdür. "xxxx" travel olmuşdur. Həmin ofisdə Təqsirləndirilən şəxs ABŞ-a işləmək üçün getmək istədiyini, lakin rəsmi iş yerinin və adına daşınmaz əmlakın olmadığını demişdir. Təqsirləndirilən şəxs ABŞ-a viza almaq üçün əvvəlcə şengen ölkələrinə bir dəfə, sonra İngiltərəyə bir dəfə viza alıb səfər etməli olduğunu, bundan sonra onun ABŞ-a viza ala biləcəyini bildirmişdir. Ramin şengen vizasını almağa görə 1500 ABŞ dolları, İngiltərəyə viza almağa görə 1500 ABŞ dolları, ABŞ-a viza almağa görə isə 2000 ABŞ dolları xərci çıxacağını demişdir. Təqsirləndirilən şəxs şengen vizası almağa köməklik etmək üçün ondan 1500 ABŞ dolları pul istəmişdir. O, razılaşmış və 2017-ci ilin iyun ayının sonlarında Təqsirləndirilən şəxs ofisində Təqsirləndirilən şəxs deməsinə əsasən pasportunu, şəxsiyyət vəsiqəsini, atasının mülkiyyətində olan mənzilin çıxarışının əslini və viza alınmasına köməklik etməsi üçün 1500 ABŞ dolları pulu Raminin özünə vermişdir. Ramin həmin məbləğə viza alınması üşün zəruri sənədlərin hazırlanması xərci, xidmət haqqı, aviabilet və səfərlə bağlı digər xərclərin hamısının daxil olduğunu bildirmişdir. Ramin həmçinin ona bildirmişdir ki, Şengen vizası almaqdan ötrü mütləq qaydada onun adına depozitdə heç olmasa 5.000 manat pul olmalıdır. Lakin, o, Raminə bildirmişdir ki, onun depozitdə pulu yoxdur, ümumiyyətlə böyük məbləğdə pulu yoxdur. Ramin isə ona bildirmişdir ki, Ramin özü həmin pulu bir neçə günlük onun hesabına qoyar, bankdan arayış aldıqdan sonra həmin pulu ona yəni Raminə qaytarar. Raminin bir nəfər adını xatırlamadığı işçisi onunla banka getmiş, onun adına banka 5000 manat pul qoymuş və sonra o bankda pulu olması barədə sənəd alınandan sonra həmin pulu çıxarıb geri vermişdir. Ramin bir neçə aydan sonra 2017-ci ilin oktyabr ayının ortalarında onunla əlaqə saxlayıb sənədlərin hazır olduğunu bildirmiş və Xətai metrostansiyasının yaxınlığında yerləşən Dəmirçi Plazanın qarşısında Raminin adını xatırlamadığı işçisi olan bir oğlanla görüşüb Raminin göndərdiyi qovluqdakı sənədləri götürmüşdür. O, həmin qovluqdakı sənədlərə baxmamış, yəni Raminin onun üçün hansı sənədlər hazırladığını bilməmişdir. Həmin oğlanın göstərişi ilə o Raminin ona göndərdiyi həmin qovluğu X128 səfirliyinin viza sənədlərinin qəbulu məntəqəsinə təqdim etmişdir. Bir neçə gündən sonra onu səfirliyin əməkdaşları sənədlərini təqdim etdiyi yerə çağırıb pasportunu vermişlər. Pasortunda Latviya səfirliyindən xx.xx.2017-ci il tarixdən xx.xx.2017ci il tarixədək olan müddəti əhatə edən viza verildiyini görmüşdür. xx.xx.2017-ci il tarixdə Bakı-Kiyev aviareysi ilə Ukraynaya, oradan Kiyev-Riqa aviareysi ilə Latviyaya, Latviyadan isə digər aviareyslə Almaniyaya getmişdir. xx.xx.2017-ci il tarixdə geri qayıtmışdır. Geri qayıtdıqdan sonra 2017-ci ilin dekabr ayında Raminlə ofisində görüşüb söhbət edərkən Ramin artıq İngiltərəyə viza almaq üçün köməklik edə bilməyəcəyini demişdir. Ona görə də daha sonra Raminlə əlaqəsi olmamışdır. Onun rəsmi iş yeri olmamış, nə də bankda onun pulu olmamışdır. Onun özünə məxsus mənzili olmamışdır. Ramin ona nə vəd vermişdirsə onu da həll etmişdir. “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyi və "xxxx" MMC haqqında heç bir məlumatı yoxdur. O, orada işləməmişdir. Raminin bir nəfər işçisinin onunla banka gedərək onun adına banka 5000 manat pul qoymasını, sonra bankda pulu olması barədə sənəd alınandan sonra həmin pulu çıxardaraq qaytarmağı barədə müstəntiq soruşmamış, o da deməmişdir. Ona Ramin söz vermişdir ki, viza alınması üçün bütün sənədləri özləri düzəldəcək. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərmişdir ki, 2009-cu ildən hazırki vaxtadək avtomobil alqı-satqısı ilə məşğul olur, qardaşı Rəmzi Mirzəliyev 2002-ci ildən Almaniya Federativ Respublikasının Kassel şəhərində yaşayır və orada Volksvagen şirkətinin zavodunda işləyir. Avtomobil alqı-satqısı ilə məşğul olduğu üçün dəfələrlə Avropa ölkələrində işgüzar səfərlərdə olmuş, hətta Polşa Respublikasında ona “oturum” icazəsi də verilmişdir. Avropa ölkələrinə səfər etdikdə anket blanklarının doldurulması və digər texniki işləri görmək üçün Yasamal rayonu, Elmlər Metrostansiyası yaxınlığında yerləşən “Voyage” travel turizm şirkətinə müraciət etmiş, lakin vizaları almaq üçün səfirliklərə özü müraciət etmişdir. İlk vaxtlarda viza almaq üçün qardaşı ona Almaniyadan dəvətnamə göndərirmiş, lakin bir neçə dəfə viza aldıqdan sonra dəvətnaməyə ehtiyac olmamışdır. Sonuncu dəfə 2019-cu ilin sentyabr-oktyabr aylarında Avropanın bir neçə ölkəsində səfərdə olmuş, almaq üçün münasib avtomobil axtardığına görə həmin vaxt Avropanın bir neçə ölkəsini gəzmişdir. “X201” MMC-yə rəhbərlik etmiş Təqsirləndirilən şəxs təxminən 3-4 ildir ki, tanıyır. Raminin həmin vaxt Bül-bül prospektindəki bir binada yerləşən ofisi olmuşdur. Ramini “Voyage” travel adlı turizm şirkətinin əməkdaşı Kamil adlı şəxsin vasitəsilə tanımışdır. Ramin xarici ölkələrə səfər etmək istəyən şəxslərə viza dəstəyi göstərmişdir. Təqsirləndirilən şəxs ilə şəxsi münasibəti olmuşdur, özü uzun illərdir ibadətlə məşğul olur, hətta Raminə bir neçə dəfə ibadətlə bağlı mütaliə etmiş, bir neçə dəfə Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda borc qismində pul vermiş, sonradan Təqsirləndirilən şəxs hissə-hissə olsa da ona olan borcunu tam şəkildə geri qaytarmışdır. Şahid7 Təqsirləndirilən şəxs ofisində görüb Raminin işçisi kimi tanımışdır. Pənah Raminin yanından işdən çıxdıqdan sonra özü turizm şirkəti açaraq aviabilet satışı ilə məşğul olmuşdur. O, bir-iki dəfə Pənaha müraciət edərək aviabilet almış, lakin heç bir zaman viza alınmasına köməklik etməsi üçün Pənaha hər hansı bir müştəri yönəltməmişdir. Şahid8 də Təqsirləndirilən şəxs ofisində görüb onun işçisi kimi tanımış, lakin heç bir zaman viza alınmasına köməklik etməsi üçün Şahid8 hər hansı bir müştəri yönəltməmişdir. Onun qardaşı Almaniyada yaşayır və işləyir, o, avtomobil alveri ilə məşğul olduğundan Almaniyaya gedib-gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. O, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Şahid1 2009-cu ildən tanımışdır. Həmin vaxtlar rus dilini öyrənmək üçün kurslar axtararkən Səbinə adlı bir nəfər ona ofisi Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsində yerləşən “X160 İnkişafı” ictimai birliyini məsləhət görmüşdür. O, təxminən 1 ay müddətində həmin birlikdə rus dilində ödənişsiz keçirilən söhbətlərdə iştirak etmişdir. Şahid1 kənardan görsə də, Sərdarla ünsiyyətdə olmamışdır. 2013-cü ildə “Muğam Mərkəzi” ilə yanaşı özünə əlavə iş axtarmış, həmin vaxt Səbinə adlı bir nəfər ona Şahid1 2011-ci ildən xaricdə təhsil xidməti ilə məşğul olmağa başladığını, hazırda ona telefonlara cavab vermək, xaricdə təhsillə bağlı birliyə müraciət etmiş şəxslərə məlumat vermək və.s işlər üçün işçi lazım olduğunu bildirmişdir. O, Səbinənin təklifini qəbul edərək bu barədə Şahid1 məlumat verməsini xahiş etmişdir. Sonra, Səbinə ilə birlikdə “X160 İnkişafı” ictimai birliyinin Bakı “28 may” deyilən ərazidə “Landmark” adlı biznes mərkəzinin yanında yerləşən 5 mərtəbəli binada yerləşən ofisinə gedərək Şahid1la görüşmüşdür. Şahid1 ona gün ərzində 2-3 saat ofisdə olmaqla aylıq 100 manat məbləğində əmək haqqı verməklə onu işə götürmüş, təxminən 2 ay müddətində Şahid1la işləmişdir. O, orada olan zaman Şahid1 ara-sıra qeyri-hökümət təşkilatı kimi qeydiyyatdan keçirdiyi “X160 İnkişafı” ictimai birliyinin aldığı qrant vəsaitləri hesabına özünün tanışı olan təlimçilərə ödəniş etməklə müxtəlif mövzularda, əsasən də, marketinq, xarici dil mövzularında təlimləri təşkil edirmiş, xaricdə bakalavr və magistr təhsili ilə bağlı xidmətlər göstərirmiş. Birliyin bank hesabı isə “Parabank”-da olmuşdur. Bakalavr və magistr təhsili üzrə göstərilən xidmətlə bağlı əsas əməkdaşlıq etdikləri universitetlər Gürcüstanda, Ukrayna Respublikasında, Türkiyə Cümhuriyyətində, Rusiya Federasiyasında, Belarusiya Respublikasında yerləşən universitetlər olmaqla xidmət haqları ***-**** manat arasında imiş. Ödənişlər isə müştərilər tərəfindən əlbəəl ona və Şahid1 verilirmiş. Alınmış pulların hamısı Şahid1 toplanırmış. Şahid1 tərəfindən sonradan universitetlərə həmin pullardan hansısa ödəniş edilibedilməməsindən onun məlumatı olmamışdır. Ödənişlər Şahid1la müştərilər arasında olan şifahi razılaşmaya əsasən hisə-hissə edilmiş, ona edilən ödənişləri isə o sonradan Şahid1 təqdim etmişdir. Onun əsas fəaliyyəti xaricdə təhsillə bağlı birliyə müraciət edən şəxslərə fəaliyyətləri barədə məlumat vermək, ofisin istifadəsində olan telefona cavab vermək, müştərilərlə “whatsapp” və “facebook” üzərindən yazışmaq, xidmət müqaviləsi və ödəniş çeklərini hazırlayaraq möhür vurmaq üçün Şahid1 təqdim etməkdən ibarət olmuşdur. 2016-cı ildə Şahid1 yenidən onu həmin vəzifədə çalışmaq üçün dəvət etmişdir. Həmin vaxt, Şahid1 Bakı şəhəri, “28 may” deyilən ərazidən Bakı şəhəri, “İçərişəhər” deyilən ərazidə yerləşən 2 otaqlı ofisə köçmüşdür. O, orada işləməyə başlamışdır. Onun tərəfindən müxtəlif şəxslərə aid saxta iş yeri barədə, bank çıxarışı barədə, nikahın bağlanması barədə şəhadətnamə, şəxslərin mülkiyyətində əmlakın olması barədə və.s hüquq verən rəsmi sənədlər hazırlanmışdır. Həmin sənədləri bəzən o Şahid1 göstərişi ilə, bəzən isə Şahid1 özü şəxsən kompüterdə ingilis-dili və Azərbaycan dilində tərtib etmişdir. Həmin saxta sənədlərin bir hissəsini əsillərinə baxaraq hazırlamışlar, bir hissəsini isə özləri tam şəkildə tərtib etmiş, yəni həmin adda təşkilat və ya qurum ümumiyyətlə olmamışdır. Həmin işi ona Şahid1 öyrətmişdir. Həmin saxta sənədlərin hazırlanmasını onlara "xxxx", “Bazaar travel” turizm şirkətlərinin direktoru kimi tanıdığı, ofisə tez-tez gəlib-gedən Şahid1la dostluq edən soyadını bilmədiyi Sərxan adlı şəxs, Şahid1 dostluq etdiyi turizm fəaliyyəti ilə məşğul olan şəxs kimi tanıdığı Şahid4 sifariş vermişdir. Digər hallarda isə Şahid1 ona müxtəlif şəxslərin şəxsiyyətləri barədə məlumat verməklə onlar üçün saxta iş yeri haqqında arayış, bank çıxarışı və.s sənədlərin hazırlanması barədə göstəriş verirmiş. O da həmin sənədləri, eləcə də, Sərxan adlı şəxsin, Şahid4 sifariş verdiyi sənədləri hazırladıqdan sonra çap etməklə Şahid1 təqdim edirmiş. Sərdar da öz xidməti otağında saxladığı möhürlərdən istifadə edərək həmin sənədlərə möhür vuraraq bəzilərini Sərxanın və Şahid4 göndərdikləri tanımadığı kuryerlərə təhvil vermək üçün ona verirmiş, bəzilərini isə özündə saxlayırmış. Sərxan adlı şəxsin və Şahid4 ona sifariş verdikləri saxta sənədləri o hazırladıqdan sonra həmin qaydada onlara göndərmişdir. Sərxanla Sənan ona iş yeri barədə arayış, bank çıxarışı, daşınmaz əmlak, nikah haqqında şəhadətnamə, sağlamlıq barədə arayış və.s hüquq verən rəsmi sənədlərin saxtalaşdırılması üçün müxtəlif şəxslərin şəxsiyyət vəsiqələri, pasportları və digər məlumatlarını göndərmiş, o da həmin şəxslərə dair saxta sənədləri özü və Şahid1 hazrlamaqla həmin qaydada Sərxan və Sənana göndərmişlər. Həmin sənədlərin hazırlanmasına görə Sərxan və Sənanın göndərdikləri kuryerlər ona hər sənəd üçün 100 manat vermiş, o da sonradan həmin pulu Şahid1 vermişdir. Şahid1 həmin işlər üçün ona heç bir ödəniş etməmişdir. Onunla rəsmi əmək müqaviləsi bağlamamışdır. Təqsirləndirilən şəxs Şahid1 vasitəsilə tanımış, belə ki, İçərişəhərdəki ofisə köçdükdən sonra Təqsirləndirilən şəxs bir neçə dəfə ofisə Şahid1 yanına gəlib getmişdir. Təqsirləndirilən şəxs xarici ölkələrə səfər etmək istəyən şəxslərə viza alınmasına köməklik etmək üçün bəzi rəsmi sənədləri, yəni, iş yerindən arayış, şəxsin bank hesabında pulu olması barədə arayış və hesabdan çıxarış, şəxsin adına daşınmaz əmlak olması barədə çıxarış və sair rəsmi sənədləri saxta yolla hazırlamaq üçün Sərdara sifariş vermiş, həmin saxta sənədlərlə bağlı bəzi hallarda Təqsirləndirilən şəxs özü ofisə gəlib getmiş, çox vaxt isə Təqsirləndirilən şəxs ofisində işləyən X120 və Elnur Rəşidli adsoyadlı şəxs ofisə gəlib-getmişlər. Həmin ərəfədə saxta sənədləri Şahid1 özü ofisdə kompüterdə hazırlamış, özündə olan saxta möhürlərlə də təsdiq etmişdir. Həmin sənədlərdən başqa Təqsirləndirilən şəxs xarici ölkələrdə oturum icazəsi almaqdan ötrü şəxslərin guya siyasi faəliyyətlə məşğul olmalarına dair partiyaya üzvlük vəsiqəsi, guya siyasi baxışlarına görə Azərbaycan Respublikasında hüquq-mühafizə orqanları tərəfindən siyasi təqibə məruz qalmalarına dair partiya sədri adından dəstək məktubu və sair sənədlərin saxta yolla hazırlanmasından ötrü Şahid1 sifariş vermişdir. Bəzən isə Təqsirləndirilən şəxs və ya işçiləri kompüterdə tərtib edilmiş sənədləri mail vasitəsilə Sərdara göndərmiş, o da həmin sənədi çap edərək Sərdara vermişdir. Bütün saxta möhürləri, eləcə də siyasi partiyalara aid saxta möhürləri Şahid1 ofisdə öz otağında saxlamışdır. Saxta sənədlərin hamısını demək olar ki, Şahid1 özü möhürlə təsdiq edirmiş, lakin Təqsirləndirilən şəxs sifariş verdiyi saxta sənədlərə görə Şahid1 hansı məbləğdə pul verdiyini bilməmişdir. 2018-ci ildən etibarən dəqiq xatırlamadığı vaxtlarda Şahid1 tapşırığı ilə ofisdəki kompüterin yaddaşında olan müxalif partiyalara dair olan sənədlərin üstündə düzəlişlər edərək başqa şəxslərin adına həmin sənədlərdən hazırlayıb çap edib Şahid1 vermişdir. Sərdar da həmin sənədləri özü imzalayıb özündə olan saxta möhürlərlə təsdiq edərək kiməsə vermişdir. Bir neçə dəfə Şahid1 tapşırığı ilə kompüterdə müəyyən saxta sənədləri tərtib edərək çap edib Şahid1 verdikdən sonra Sərdarın deməsindən ona məlum olmuşdur ki, həmin sənədlərin hazırlanması xarici ölkələrdə yaşayan tanışları tərəfindən sifariş edilmişdir, lakin həmin sənədləri Sərdara konkret olaraq kimin sifariş verdiyini bilməmişdir. İş yeri arayışlarında əlaqə nömrəsi kimi ofisdə olan 012 ilə başlayan müxtəlif nömrələr yazılmışdır. Belə ki, şəxsin iş yerini dəqiqləşdirmək üçün səfirlikdən həmin nömrələrə zəng edilərək dəqiqləşmə aparılmış, həmin məqsədlə Şahid1 ofisə bir neçə ədəd 012 ilə başlayan şəhər nömrələri ilə işləyən telefon aparatları gətirmişdir. Bəzi hallarda səfirlikdən həmin nömrələrə zəng edilmiş, adətən Sərdar özü zəngə cavab vermiş, bəzi hallarda o da səfirlikdən edilən zənglərə cavab vermişdir. Daşınmaz əmlaka dair çıxarış blankının orijinalını skan edərək kompüterin yaddaşına köçürmüşlər, dəyişən məlumatlar olan qrafaları silərək boş saxlamışlar, çıxarış blankı hazırlamaq lazım olduqda kompüterdə boş qrafaları adına sənəd hazırlanan şəxsin anket məlumatlarına və sifariş edən şəxsin verdiyi məlumatlara əsasən doldurub çap etmişlər. Çıxarış sənədlərinin aşağı hissəsindəki möhür və imzalar orijinal olmuş, yəni skan etdikləri orijinal çıxarış blanklarından qalmışdır, çünki həmin hissəni silməmişlər. Doğum haqqında və nikah haqqında şəhadətnamələri də orijinal şəhadətnamələri skan edərək qələm ilə yazılan məlumatları təmizləyərək çap edib daha sonra boş yerlərə qələm ilə yazmışlar, həmin şəhadətnamələri hazırlamağa ona ofisdə Taleh İbadov kömək etmiş, çünki Talehin kompüter bilikləri daha yaxşı olmuşdur. Taleh həmçinin türk və ingilis dillərinə sənədlərin tərcümə edilməsinə də köməklik etmişdir. Şahid7 Təqsirləndirilən şəxs ofisində işləyən şəxs kimi tanımış, Pənahın Sərdarla da yaxşı münasibəti olmuşdur. Pənah heç vaxt “X160 İnkişafı” ictimai birliyində işləməmişdir. Tanışlığa görə Sərdar Şahid7 özünə guya “X160 İnkişafı” ictimai birliyində işləməsi barədə iki dəfə iş yerindən arayış sənədi vermişdir. Ondan başqa iki-üç dəfə də Şahid7 iş yerindən arayış, daşınmaz əmlak barədə çıxarış və sair sənədlərin hazırlanması üçün Şahid1 və ona sifariş vermişdir. Sonra Şahid7 saxta sənədlərin hazırlanması ilə bağlı sifariş verməmişdir. Şahid8 Təqsirləndirilən şəxs işçisi kimi tanımışdır. Raciv Təqsirləndirilən şəxs ilə birlikdə işləyərkən təxminən 2016-2017-ci illərdə üç-dörd dəfə ofisə gəlib Təqsirləndirilən şəxs sifarişi əsasında Şahid1 tərəfindən hazırlanmış saxta sənədləri aparmışdır. Şahid1 tapşırığı ilə 2018-ci ilin yay aylarında saxta sənədləri kompüterdə tərtib etməyə başlayanda bir neçə dəfə saxta bank sənədlərini tərtib edərkən Şahid8 sənədlərin tərtibatı ilə bağlı müəyyən məlumatları soruşmuş, çünki Təqsirləndirilən şəxs işçiləri səfirliklərə təqdim etmək üçün saxta sənədlərin hansı məzmun və formada hazırlanmalı olduğunu bilmişlər. Şahid8 2018-ci ildə Təqsirləndirilən şəxs yanından işdən ayrıldıqdan sonra təxminən 4-5 dəfə hansısa saxta sənədlərin hazırlanmasını sifariş etmiş, lakin konkret olaraq kimlər üçün sifariş verdiyini hazırda xatırlamır. Eləcə də həmin saxta sənədlərin hazırlanması ilə bağlı Şahid8 özü Şahid1la əvvəlcədən razılaşmışdıir. Şahid8 özü ofisə gələrək tərtib edilən saxta sənədin hansı məzmunda tərtib edilməsini əyani şəkildə ona göstərmişdir. Saxta sənədlərdəki imzaları adətən Şahid1 özü çəkmiş, bəzi hallarda Şahid1 tapşırığı ilə imzaları o da icra etmiş, bəzən isə Sərdar həmin vaxt ofisdə olan özünün tanışlarına imza çəkməyi xahiş etmişdir. Lakin saxta sənədlərə möhürləri isə Sərdar özü vurmuşdur. Bir neçə dəfə Şahid1 özü ofisdə olmadığı vaxt Sərdarın tapşırığı və göstərişi ilə o hazırlanmış saxta sənədləri imzalamış və ofisdə olan möhürlə təsdiq etmişdir. Təqsirləndirilən şəxs ona «E-mail»-lə sənədlər daxil olmuş, o, həmin sənədləri çap edib verirmiş. Raminin Sərdarla yaxşı münasibətləri olmasını bilirmiş. Onun əmək müqaviləsi olmamış, o, ancaq Şahid1 tapşırıqlarını yerinə yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2018-ci ildə tanımışdır. Həmin ərəfələrdə Gülnar Hüseynova adlı xanımla tanış olmuş, Gülnar isə Təqsirləndirilən şəxs işçisi olmuşdur. Gülnar Raminin Bakı şəhəri, Bül-Bül prospektindəki ofisində oturmuşdur. Dəfələrlə Gülnarı görmək üçün həmin ofisə gedərkən orada Ramini görmüş, Raminlə şəxsi münasibəti də elə həmin vaxt yaranmışdır. Raminin həmin vaxt turizm şirkəti olmuş və Gülnar da orada tur menecer vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs rəhbərlik etdiyi turizm şirkətində müxtəlif şəxslərə viza xidməti göstərdiyini bilmişdir. Dəfələrlə Raminin ofisinə gedəndə orada müştərilərin Raminlə mübahisə edərək verdikləri pulu geri tələb etmələrinin də şahidi olmuşdur. Gülnarla bu barədə danışanda Gülnar ona bildirmişdir ki, Ramin viza düzəltmək üçün müəyyən məbləğdə pul almış, sonra isə viza düzəldə bilməyəndə vətəndaşlar pullarını geri tələb etmişlər, Təqsirləndirilən şəxs pul müqabilində saxta sənədlər düzəldib viza alınmasını təşkil etmiş, o özü də bu cür söhbətləri dəfələrlə eşitmişdir. Şahid1 “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin rəhbəri kimi xaricdə təhsil xidmətləri göstərməklə, əldə etdiyi yüzlərlə saxta möhürlərlə iş yerindən arayış, bank hesabı haqqında arayış, hesabdan çıxarış və müxtəlif sənədlər hazırlayaraq hər bir sənədi 100 manata satırmış. Sərdara əsasən saxta sənədlərin alınması ilə əlaqədar Təqsirləndirilən şəxs, Sərxan Abdullayev və Üzeyir Bağırlı müraciət etmişlər. Arada bir o da Sərdardan sənəd almışdır. X75 Bağırlı "xxxx" MMC-yə müraciət edən şəxslərə Avropa, ABŞ və Kanadaya viza almaq üçün tələb olunan sənədlərin saxta yolla hazırlanması məqsədilə Şahid1 müraciət etmişlər. Sərxanla Üzeyir artıq həmin sənədi Sərdar vasitəsilə düzəldərək hər bir sənəd üçün Sərdara 100 manat pul vermişlər. Sərdarla Sərxangil arasında bu artıq bir qarşılıqlı əməkdaşlıq halına düşmüşdür. Yəni hansısa şəxs üçün saxta sənəd hazırlamaqdan ötrü şəxsin şəxsiyyət vəsiqəsinin və ya pasportunun surətini «whatsapp» proqramı vasitəsilə Sərdarın özünün və ya ofisində işləyən Lalə adlı qızın telefonuna göndərmişlər, Sərdar da həmin sənədi hazırlayıb möhürləyəndən sonra Sərxan və Üzeyirə göndərmişdir. Hazırlanmış saxta sənədləri Üzeyirgilə ya Sərdarın özü şəxsən gətirmiş, ya da Üzeyirgilin ofisində kuryer kimi işləyən Vüqar həmin sənədləri götürmüşdür. O, özü də bir neçə dəfə Sərdara saxta sənəd almaq üçün müraciət etmişdir. Belə ki, özünün müştəri bazası olmuş və viza almaqla bağlı ona müraciət edən müştəriyə saxta iş yerindən arayış almaq lazım olanda Sərdara müraciət edib, müvafiq olaraq həmin sənədi Sərdardan 100 manata almışdır. Sərdar tutulandan sonra bir müddət Sərxanla Üzeyir yenə də adlarını bilmədiyi bir neçə şəxsə də saxta iş yeri arayışı alıb müştərilərə viza düzəltmişlər. Üzeyirin İsveçrənin Azərbaycandakı səfirliyində işləyən Aynur adlı tanışı olub, bir müddət sevgili olmuşlar. Aynur İsveçrənin Azərbaycandakı səfirliyində viza üçün sənəd qəbul edən şəxs olmuşdur. Üzeyir də ona görə Aynurun köməkliyindən istifadə edərək müştərilərini viza almaq üçün həmin səfirliyə yönəltmişdir. Hər bir müştəridən orta hesabla Üzeyir 2000- 3000 manat pul almış, həmin pulun bir hissəsini, təxminən 500 manatını Aynura vermişdir. Bundan başqa Latviyanın Azərbaycandakı səfirliyində konsul vəzifəsində işləyən Sahib adlı şəxslə Üzeyirin yaxşı münasibəti olmuş, onlar da sıx şəkildə əməkdaşlıq etmişlər, yəni Üzeyir müraciət edən müştərisinə Latviya səfirliyinə təqdim etmək üçün də saxta sənədlər hazırlayaraq, müştəridən aldığı pulun bir hissəsini, yenə də təxminən 500 manat hissəsini Sahibə verməklə viza almağa nail olmuşdur. Sahibin İtaliyanın Azərbaycandakı səfirliyində də əlaqəsi olmuşdur. Üzeyir Latviya, İtaliya səfirliklərindən viza alınmasını Sahib vasitəsilə həyata keçirmişdir. Üzeyirgil arada bir Macarıstan səfirliyinə də müraciət etmişlər. O, Gülnarla bağlı Təqsirləndirilən şəxs ofisinə gedib-gələndə hər dəfə Əzizi orada görmüşdür. Sərxan Abdullayev bir çox hallarda xarici ölkələrə səfər etmək üçün müraciət edən müştərilərin səfirlik tərəfindən viza verilməsi məqsədilə tələb olunan rəsmi sənədlərinin olmadığını, yəni işsiz olduqlarını, bank hesablarında pul olmadığını və sair rəsmi sənədlərində çatışmazlıqlar olduğunu bildirmiş və həmin sənədlərin saxta yolla hazırlanmasını Şahid1 təklif etmişdir. Şahid1 da hər bir saxta sənədin hazırlanması üçün 100 manat pul alacağını bildirirək razılaşmışdır. Həmçinin aralarında olan razılaşmaya əsasən, əgər bir nəfər şəxs üçün hazırlanmış saxta sənədlər müvafiq səfirliyə təqdim edildikdə səfirlik tərəfindən viza verilməsindən imtina edildikdən sonra həmin şəxs üçün digər səfirliyə təqdim etmək üçün təkrar sənəd hazırlandıqda həmin saxta sənədə görə əlavə ödəniş alınmayacaqmış. Viza almağa köməklik etmək üçün əldə olunan qazancı da öz aralarında bölürmüşlər, həmin vaxtdan etibarən Sərxan Abdullayev viza almağa köməklik etmək üçün müraciət edən müştərilərin şəxsiyyət vəsiqələrinin, pasportlarının, bəzi hallarda isə VÖEN-lərinin fotoşəkillərini Şahid1 verdiyi əlaqə nömrələrinə göndərməyə başlamışdır. O, "xxxx" MMC-də işləməsə də viza almağa köməklik etmək üçün müraciət edən müştəriləri Sərxan Abdullayevə yönəltmişdir. Təqsirləndirilən şəxs heç bir müştəri yönəltməmişdir. Raminin Sərdardan sənəd almasını bilmir. İfadəsində Sərdarla bağlı yazılanlar düzdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, Emil Əliyev onun oğludur. Oğlu Emil xx.xx.2017-ci il tarixdə arvadı Anaxanım Əliyeva ilə birlikdə Macarıstana, oradan isə İsveç Krallığına getmişlər. X87 yaşamaqla, orada yuyucu işləyirlər. Emil Azərbaycanda olduğu müddətdə 2014-cü ildən 2015-ci ilədək "Azəri Mühafizə" şirkətində mühafizəçi işləmiş, lakin işlədiyi müddətdə hər hansı məbləğdə əmək haqqı almamış, sonrakı dövrdə isə heç bir yerdə işləməmişdir. 2016-cı ilin sonlarında Emil özü qərara gəlmişdir ki, Avropaya, daha dəqiqi İsveçə gedib orada qalsın. Ona görə də İsveçə getmək üçün viza alınması ilə maraqlanmış, Emilin danışıqlarından ona məlum olmuşdur ki, Bakı şəhərində Emilin və arvadı Anaxanımın vizasını Təqsirləndirilən şəxs adlı şəxs bir nəfər üçün 1000 ABŞ dolları olmaqla iki nəfər üçün, yəni özü və arvadı üçün cəmi 2000 ABŞ dolları məbləğində pul alaraq həll etmişdir. Emil və arvadı Macarıstan səfirliyindən viza almış, ona görə də əvvəlcə Macarıstana, oradan da İsveçə getmişlər. Emilin deməsinə görə Təqsirləndirilən şəxs ilə Raminin Fransa səfirliyinin yanındakı ofisində görüşmüş və pulu da Raminə orada vermişdir. X204 heç vaxt siyasi fəaliyyətlə məşğul olmamış və heç vaxt Azərbaycan X143nın üzvü olmamışdır. Eləcə də heç vaxt hər hansı mitinqdə iştirak etməmiş, polisə dəvət olunmamış, polis tərəfindən döyülməmişdir. Emil İsveçə gedərkən ona bildirmişdir ki, ya Təqsirləndirilən şəxs, ya da İsveçdə yaşayan Xəyal Məmmədov adlı şəxs ona İsveçdə oturum almaq üçün Azərbaycandakı hansısa müxalifət partiyasının sənədini əldə etməyi təklif etmişdir. Guya həmin sənədi İsveçin miqrasiya orqanına təqdim etməklə daha asan, tez oturum almaq olduğunu bildirmişlər. Emilin adına həmin sənəd hazırlanmışdır. Amma Emil həmin sənəddən istifadə etməmişdir. Oğlu heç bir siyasi partiyanın üzvü olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid24 ifadəsində göstərmişdir ki, Şahid21 onun qardaşıdır. O, rəsmi olaraq heç bir dövlət və özəl qurumlarda işləməmişdir. 2017-ci ilin payız aylarında qardaşı Azərlə işləmək üçün Kanadaya getmək qərarına gəlmişlər. Lakin hər ikisinin də rəsm iş yeri olmadığından viza məsələlərindən başları çıxmadığı üçün viza almaqla bağlı köməklik etməsi üçün adam axtarmağa başlamışlar. Həmin ərəfədə qardaşı Azər İsveçdə yaşayan tanışı Vüsal adlı şəxslə «facebook» sosial şəbəkəsində danışarkən Vüsal Təqsirləndirilən şəxs bir çox adama Amerika və Avropa ölkələrinə viza almağa köməklik etdiyini bildirib və ona Təqsirləndirilən şəxs əlaqə nömrəsini vermişdir. Sonra qardaşı Azər Təqsirləndirilən şəxs ilə telefonla danışdıqdan sonra onlar hər ikisi Nəsimi rayonu, Bülbül prospektində “world telekom” telefon mağazasının yaxınlığındakı bir binanın ikinci mərtəbəsində yerləşən ofisə getmişlər, həmin ofisdə Təqsirləndirilən şəxs ilə görüşüb söhbət etmişlər. Onlar rəsmi olaraq heç bir yerdə işləmədiklərini və işləmək üçün Kanadaya getmək istədiklərini bildirdikdə Təqsirləndirilən şəxs əvvəllər şengen vizaları olmadığı üçün Kanadaya birbaşa viza almağın mümkün olmayacağını, Kanadaya viza almaq üçün əvvəlcə Avropa ölkələrinə iki-üç dəfə səfər etməli olduqlarını bildirib bütün bunları təşkil etmək üçün onlardan adamdaşına 4000 ABŞ dolları pul istəmiş və pulu hissə-hissə alacağını bildirmişdir. Təqsirləndirilən şəxs onların rəsmi olaraq heç bir yerdə işləmədiklərini bildikdə Ramin dövlət qurumlarında və xarici ölkələrin Azərbaycan Respublikasında yerləşən səfirliklərində işləyən vəzifəli şəxslərdən tanışlarının olduğunu, həmin şəxslərin vasitəsilə onlara viza almaq üçün lazım olan bütün rəsmi sənədləri hazırlatdıracağını və onlara qanuni yolla viza alacağını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs sözlərinə inanmışlar. Ümumilikdə Təqsirləndirilən şəxs 8000 ABŞ dolları pul verməyə razılaşmışlar. Təqsirləndirilən şəxs əvvəlcə onlardan İngiltərəyə viza almağa köməklik etmək üçün 3000 ABŞ dolları məbləğində pul istəmişdir. 2017-ci ilin noyabr ayının əvvəlində o və qardaşı Azər Raminin tələbi ilə ümumvətəndaş pasportlarını dəyişib yenisini almışlar. Belə ki, əvvəllər həmin ölkələrdə səfərdə olduqları üçün onun pasportunda İraq İslam Respublikasının, qardaşı Azərin pasportunda isə İran Respublikasının möhürləri var imiş. Təqsirləndirilən şəxs həmin ölkələrin möhürləri olan pasportlarla viza almağın mümkün olmayacağını bildirmişdir. Onlar yeni ümumvətəndaş pasportlarını aldıqdan sonra 2017-ci ilin noyabr ayının əvvəlində Təqsirləndirilən şəxs ilə görüşmüşlər, İngiltərəyə viza alması və səfəri təşkil etməsi üçün Təqsirləndirilən şəxs ofisdə ümumilikdə 3000 ABŞ dolları pul vermişlər. Təqsirləndirilən şəxs həmin pulu alarkən 3 gün müddətində sənədlərin İngiltərənin Azərbaycanda fəaliyyət göstərən viza nümayəndəliyinə təqdim ediləcəyini bildirmiş, lakin Təqsirləndirilən şəxs dediyi vaxtda sözünə əməl etmədiyi üçün yenidən Raminlə görüşmüşlər. Təqsirləndirilən şəxs viza üçün müraciət edənlərin çoxluğunu əsas gətirərək onların işlərinin bir neçə ay gecikəcəyini, vizaların tez hazır olması üçün əlavə 2000 ABŞ dolları ödəməli olduqlarını bildirmişdir. Təxminən 2017-ci ilin noyabr ayının sonlarında o qardaşı Azər onun yanında Təqsirləndirilən şəxs ofisə əlavə 2000 ABŞ dolları məbləğində pul vermişdir. Pulu verdikdən bir neçə gün sonra Təqsirləndirilən şəxs işçisi olan adını xatırlamadığı oğlanla birlikdə Bank Respublikanın M.F.Axundov adına kitabxananın yaxınlığında yerləşən filialına gedərək orada adlarına manat hesabı açdırmışlar. Təqsirləndirilən şəxs göndərdiyi adamın gətirdiyi pulu həmin hesaba qoyaraq arayış almışlar və pulu çıxarıb həmin şəxsin özünə qaytarmışlar. Bank arayışlarını da Raminə vermişlər. 2017-ci ilin dekabr ayının ortalarında Təqsirləndirilən şəxs ofisdə onlara verdiyi qovluqda olan sənədləri aparıb “Dəmirçi Tovver” iş mərkəzində yerləşən İngiltərənin viza nümayəndəliyinə vermişlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, İngiltərənin Azərbaycanda səfirliyi olmadığı üçün həmin nümayəndəlik vasitəsilə sənədlər İngiltərənin Türkiyədəki səfirliyinə göndəriləcək. Təxminən bir neçə gün sonra Təqsirləndirilən şəxs İngiltərənin Türkiyədəki səfirliyi tərəfindən onlara viza verilməsindən imtina edildiyini bildirmiş, artıq həmin ərəfədə viza üçün müraciət edən adamların çoxuna imtina verildiyi üçün ofisə gəlib gedən müştərilər Ramindən narazılıq edirmişlər. Ramin İngiltərə səfirliyi imtina verdiyi üçün onlara digər Avropa ölkələrinin Azərbaycandakı səfirliklərindən viza almağa çalışacağını bildirmiş, lakin bir neçə ay Ramin onları müxtəlif bəhanələrlə gözlətmişdir. 2018-ci ilin aprel ayının əvvəlində Təqsirləndirilən şəxs söhbət zamanı onlara demişdir ki, kimsə Raminin külli miqdarda pulunu götürüb aradan çıxdığı üçün maddi çətinliyi var, Raminə razılaşdıqları pulun qalan hissəsini də verəcəyi təqdirdə onlara şengen vizası ala bilər. Onlar artıq Təqsirləndirilən şəxs inandıqları üçün 2018-ci ilin aprel ayının əvvəlində Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Mado” kafesinin qarşısında Təqsirləndirilən şəxs 5000 ABŞ dolları, yəni 8500 manat pul vermişlər. 2018-ci ilin aprel ayının əvvəlində Təqsirləndirilən şəxs adını xatırlamadığı işçisi ilə Bank Respublikanın M.F.Axundov adına kitabxananın yaxınlığında yerləşən filialına gedərək orada adlarına ABŞ dolları hesabı açdırmışlar. Təqsirləndirilən şəxs göndərdiyi adamın gətirdiyi xatırlamadığı məbləğdə pulu həmin hesaba qoyaraq arayış aldıqdan sonra pulu çıxarıb həmin şəxsin özünə qaytarmışlar. Bank arayışlarını da Raminə vermişlər. 2018-ci ilin aprel ayının ortalarında Təqsirləndirilən şəxs ofisdə onlara verdiyi qovluqdakı sənədləri Raminin tapşırığı ilə Fransanın Azərbaycandakı səfirliyinin Yasamal rayonu ərazisində yerləşən “Globus Center” iş mərkəzində fəaliyyət göstərən viza mərkəzinə təqdim etmişlər. Ramin onlara izah etmişdir ki, qardaşı Azərin guya hansısa tikinti şirkətində mühəndis vəzifəsində işləməyinə dair sənəd, onun isə hansısa klinikada diş həkimi vəzifəsində işləməyinə dair sənəd, eləcə də hər birinin mülkiyyətində ayrı-ayrılıqda mənzil olmasına dair sənədlər hazırlatmışdır. Ramin həmin sənədləri qanuni yolla hazırlatdırdığını bildirmiş, onlar da Raminə inanmışlar. Bir neçə gün sonra həmin viza mərkəzinə gedib pasportlarını təhvil aldıqda məlum olmuşdur ki, 26 aprel 2018-ci il tarixdə ona və qardaşı Azərə Fransa səfirliyi tərəfindən 10 günlük viza verimişdir. Həmin vizalar 2018-ci ilin may ayında olan müddəti əhatə edirmiş. Pasportları təhvil aldıqdan sonra bir neçə dəfə ofisə gedib gəlsələr də Təqsirləndirilən şəxs tapa bilməmişlər. Həmin ərəfədə ofisə Ramindən narazı çox müştəri gəlib gedirmiş. Ramin aviabiletlərin və səfərlə bağlı digər xərclərin ona verdikləri pula daxil olduğunu vəd etdiyi üçün Ramini axtarmışlar, lakin Ramini tapa bilməmişlər. Viza müddəti də artıq başladığı üçün məcbur olub aviabiletləri və səfərlə bağlı digər xərcləri özləri ödəməli olmuşlar. Raminin ofisində işləyən Şahid3 müraciət etmişlər və Fidan onlara aviabiletləri almağa və otel bronlarını etməyə köməklik etmişdir. 1500 manat xərcləri çıxmışdır. 2018-ci ilin may ayında Bakı-Budapeşt aviareysi ilə Macarıstana, oradan Budapeşt-Barcelona aviareysi ilə İspaniyaya səfər etmişlər, sonra aviareyslə İstanbula və Tbilisiyə getmişlər, daha sonra isə Şıxlı SNM-dən keçərək Azərbaycana qayıtmışlar. Azərbaycana qayıtdıqdan sonra Raminlə görüşmüşlər. Səfərlə bağlı çəkdikləri xərcləri özü ödəyəcəyini vəd etmişdir. Bir neçə gün sonra xəbərlərdə eşitmişlər ki, Təqsirləndirilən şəxs ölkədən qaçmaq istəyərkən həbs olunmuşdur. 2019-cu ilin mart ayında Təqsirləndirilən şəxs azadlığa çıxdıqdan sonra Raminlə görüşüb söhbət etmişlər. Ramin barəsində şikayət etmədikləri üçün minnətdarlıq etmiş və pullarını tam şəkildə qaytaracağını vəd etmişdir. Təxminən 2020-ci ilin fevral ayında Təqsirləndirilən şəxs Azərə 1000 manat pul qaytarmışdır. Həmin vaxtdan bir neçə ay sonra Ramin qardaşı Azərə 100 manat pul qaytarsa da sonradan hazırki vaxtadək heç bir məbləğdə pul qaytarmamışdır. Ramin hər dəfə pulu qaytaracağına söz vermişdir. Banka adlarına qoyulan pul onların pulu olmamışdır. Hal hazırda Raminin onlara 19 min manat borcu qalmışdır. Ramin dəfələrlə qardaşına desə də, pulu qaytaracaq, lakin sonra gizlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2005-ci ildə Azərbaycan Texniki Universitetində laborant işləyən X82 ilə birlikdə «Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai Birliyi»ni təsis etmişlər. 2007-ci ildə həmin birliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçirmişlər. Həmin dövrdə birliyin hüquqi ünvanı ünvan 16dur. Təşkilatın əsas fəaliyyəti gənclər üçün təlim və treninqlərin keçirilməsi, tələbələri xarici ölkələrə təhsil almağa göndərmək, xaricdə və ya yerli ali təhsil müəssisələrində təhsil alan tələbələrə qarşılaşdıqları problemlərdə köməklik göstərmək və sairdən ibarət olmuşdur. 2016-cı ildən hazırki vaxtadək təşkilat ünvan 17 ünvanında yerləşən evdə qeyri-rəsmi fəaliyyət göstərir. Həmin ev 2 otaqdan ibarətdir, otaqların biri treninqlərin keçirilməsi üçün istifadə olunur, digər otaq isə onun iş otağıdır. Bundan başqa onun təşkilatının Bakı şəhərində ofisi, nümayəndəliyi yoxdur, həmin təşkilat vasitəsilə tələbələri xarici ölkələrə təhsil almaq üçün göndərirmiş. Türkiyə, Ukrayna, Latviya, Litva, Rusiya, Belarusiya və Polşa dövlətlərinə tələbələr göndərmişdir. İçərişəhərdəki ofisdə ondan başqa Şahid2 və X19 olaraq ictimai birlikdə işləmişdir. Həmçinin könüllü kimi işləyən tələbələr də olmuşdur. O, Talehə gündəlik 5-10 manat, könüllülərə isə 5 manat maaş vermiş, həmin şəxslərin işi ofisə gələn tələbələrə xaricdə təhsil barədə məlumat vermək olmuşdur. Təqsirləndirilən şəxs 2005-ci ildən tanıyır. Raminlə münasibəti hər zaman yaxşı olmuşdır. Təqsirləndirilən şəxs ona xaricdə təhsillə bağlı müraciət etmiş, adlarını xatırlamadığı şəxslərin rəhbəri olduğu “X162 İnkişafı” ictimai birliyində işləməsinə dair arayış və səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan digər sənədləri hazırlamağını ondan tələb etməmiş, o, Təqsirləndirilən şəxs sifarişi ilə heç bir sənəd hazırlamamışdır. Təqsirləndirilən şəxs ona həmin məqsədlə heç bir məbləğdə pul verməmişdir. Əksinə o həmişə Təqsirləndirilən şəxs dost olduqları üçün lazım olanda pul vermişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, o, məhkum olunmuş, atasıyla dayısı onu tutdurmuşlar. 26 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən aparılmış baxış zamanı ofisindən üzərində “Azərbaycan Respublikası Azərbaycan X143” yazıları olan saxta möhür aşkar edilməsi, eləcə də ona məxsus olan HP markalı kompüterin yaddaşından adları ittihamda qeyd olunan şəxslərin adına AXCP-nin sədri Əli Kərimlinin adından tərtib edilmiş üzvlük vəsiqəsi, dəstək məktubu və sair sənədlərinin tərtib edildiyi faylların aşkar edilməsi ilə bağlı bildirmişdir ki, onun ofisindən aşkar edilmiş üzərində “Azərbaycan Respublikası Azərbaycan X143” yazıları olan möhürdən istifadə etməmiş, həmin möhürün ofisindən aşkar edilməsi ilə bağlı başqa bir fikri yoxdur, kompüterinin yaddaşından qeyd edilən müxtəlif məzmunlu sənədlərin aşkar edilməsi ilə bağlı bildirmişdir ki, həmin kompüter ofisin ümumi kompüteri olmuşdur. Ondan başqa ofisə gəlib gedən şəxslər, işçilər, könüllü işləyənlər, eləcə də ofisə xaricdə təhsillə bağlı müraciət edən şəxslər istifadə etmişlər. Ona görə də həmin sənədlərin kompüterə necə düşməsini deyə bilməz. O, elə bir sənədlərdən istifadə etməmişdir. O, AXC-nin üzvü deyil. O, Yeni Azərbaycan Partiyasının xətti ilə hərəkət edir. AXC-nin adından, Əli Kərimlinin adından heç kəsə heç bir sənəd verməmişdir. Təqsirləndirilən şəxs ilə birləşib, mütəşəkkil dəstə yaratmamışlar və Raminə verilmiş ittihamda göstərilən sənədləri o, Raminə verməmişdir. Təqsirləndirilən şəxs ilə işgüzar münasibətləri olmuş, konfranslar keçirilmiş, konfranslarda iştirak etmişlər. Elan olunmuş cinayət işinin 13-cü cild 56-cı vərəqəsində olan Şahid1 məxsus kompüterin yaddaşından aşkar edilmiş Şahid10 üçün AXCP sədri Əli Kərimlinin adından saxta dəstək məktubuna, cinayət işinin 13-cü cild 68-ci vərəqəsində olan X44 üçün AXCPnın sədri Əli Kərimlinin adından saxta arayışın hazırlandığı fayla, cinayət işinin 13-cü cild 71-ci vərəqəsində olan X139 üçün AXCP sədri Əli Kərimlinin adından saxta hazırlanmış üzvlük vəsiqəsinin tərtib edildiyi fotofayla, cinayət işinin 13-cü cild 76-cı vərəqəsində olan Şahid15 üçün AXCP sədri Əli Kərimlinin adından saxta dəstək məktubunun hazırlandığı fayla əsasən Şahid1 bildirmişdir ki, elan olunmuş məktubdan onun məlumatı yoxdur. Həmin kompüter ofisin ümumi kompüteri olmuşdur. Ondan başqa ofisə gəlib gedən şəxslər, işçilər, könüllü işləyənlər, eləcə də ofisə xaricdə təhsillə bağlı müraciət edən şəxslər istifadə etmişlər. Ona görə də həmin sənədlərin kompüterə necə düşməsini deyə bilməz. Elan olunmuş cinayət işinin 13-cü cild 64-cü vərəqəsində olan Şahid1 məxsus mobil telefondan aşkar edilmiş Şahid11 üçün hazırlanmış saxta iş yeri haqqında arayışın fotoşəklinə əsasən Şahid1 bildirmişdir ki, Şahid11 onun tanışı olmuşdur. Uşağı xəstə olduğundan uşağının müalicəsi ilə bağlı uşağı xarici ölkəyə aparmaq istəmişdir. Səhv etmirsə Eldara saxta mənzil çıxarışı vermiş, lakin həmin çıxarışa görə Eldardan pul almamışdır. Uşağı xəstə olduğu üçün ona elə bir çıxarış vermiş, lakin, Eldara işləməsi barədə saxta arayış verməyini xatırlamır. Cinayət işinin 13-cü cild 78-ci vərəqəsində olan Şahid1 məxsus kompüterin yaddaşından aşkar edilmiş X158 üçün hazırlanmış saxta üzvlük vəsiqəsinin tərtib edildiyi fotofayla əsasən Şahid1 bildirmişdir ki, elan olunmuş üzvlük vəsiqəsindən məlumatı yoxdur. Ofisdə olan kompüter ümumi kompüter olmuşdur. Ondan başqa ofisə gəlib gedən şəxslər, işçilər, könüllü işləyənlər, eləcə də ofisə xaricdə təhsillə bağlı müraciət edən şəxslər istifadə etmişlər. Ona görə də həmin üzvülük vəsiqəsinin kompüterə necə düşməsini deyə bilməz. Elan olunmuş cinayət işinin 3-cücild 69-78-ci vərəqələrində olan şahidin ifadəsinə əsasən Şahid1 bildirmişdir ki, həmin ifadəni müdafiəçisinin iştirakı ilə vermişdir. Elan olunmuş ifadəsindən çox vaxt keçmişdir. Onu deyə bilər ki, o, ifadədə adları çəkilən heç kəsə saxta sənəd verməmiş, orada adları çəkilən şəxslərin bəzilərini tanımış, bəzilərini ümumiyyətilə tanımamışdır. Reyhan Abdullayevanı tanıyır. Reyhanın 2 uşağını xaricdə təhsil alması üçün göndərmiş, lakin heç bir saxta sənəd verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, 1996-cı ildə X139 ilə ailə həyatı qurmuşdur. Valeh Salahov ailə həyatı qurduqdan sonra fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. Hazırda X198 X40 Nyu-York şəhərində yaşayır və işləyir. Valeh həmin ölkəyə 2016-cı ilin sentyabr ayında getmişdir. 2021-ci ilin mart ayında istintaqa ifadə verdikdən sonra X198la bağlı bəzi məqamlara aydınlıq gətirmək məqsədilə X198la əlaqə saxlamış və Valehin ABŞ-a hansı yolla getməsi barədə bəzi məlumatlar əldə etmişdir. Valeh ona bildirmişdir ki, 2016-cı ilin yay aylarında xarici ölkəyə getməsi ilə əlaqədar Zaur Salahov adlı tanışına X47 köçüb orada yaşamaq istədiyini, bunun üçün sənədlər düzəltmək lazım olduğunu demiş, Zaur Valehə bu işlərlə məşğul olan Təqsirləndirilən şəxs ad-soyadlı tanışının olduğunu bildirərək onu Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Valeh Raminə X47 gedərək orada yaşamaq istədiyini demiş, Ramin ona bu işdə kömək edəcəyini bildirmiş, müvafiq dövrün məzənnəsi ilə 1700 manat, yəni 1000 ABŞ dolları pul qarşılığında ABŞ-a vizanın alınmasını, ABŞ-ın Nyu-York şəhərində qarşılanması, orada işlə təmin olunması və gələcəkdə ABŞ-da qanuni əsaslarla qalıb yaşamasını təşkil edəcəyini bildirmişdir. Valehin deməsinə görə Təqsirləndirilən şəxs ilə 2016-cı ilin avqust ayının ortalarında ofisdə görüşərək həmin şərtlərlə razılaşmış və 1700 manata bərabər 1000 ABŞ dolları məbləğində pulu, özünün pasportunu, şəxsiyyət vəsiqəsini və fotoşəklini Raminə vermişdir. Təqsirləndirilən şəxs Valehə Bakı şəhərində müxtəlif vəzifəli şəxslərlə yaxın münasibətləri olduğunu və onların köməkliyi ilə Azərbaycan Respublikasının vətəndaşlarına Avropa, ABŞ və Kanadaya viza almaqla bağlı müvafiq sənədləşmələri həyata keçirə bildiyini, həmin istiqamətlərə çoxlu sayda şəxslərin viza alaraq göndərilməsini təşkil etdiyini bildirmişdir. Pulu Raminə verdikdən bir neçə gün sonra Ramin Valehlə əlaqə saxlayıb viza alması üçün bütün sənədləşmələrin hazır olduğunu, növbəti günlərdə həmin sənədləri viza alması üçün ABŞ səfirliyinə təqdim etməsini bildirmişdir. Valeh də Təqsirləndirilən şəxs hazır etdiyi sənədləri bir qovluqda götürüb içərisindəki sənədlərə baxmadan ABŞ-ın Azərbaycandakı səfirliyinə təqdim etmiş və Valehə viza verilmişdir. X198 savadsız olduğu üçün sənədləşmə işlərindən başı çıxmamışdır. Viza aldıqdan sonra Valeh xx.xx.2016-cı il tarixdə Bakıdan Dohaya, oradan isə ABŞ-a səfər etməklə hazırda orada yaşayır. X205-York şəhərində Təqsirləndirilən şəxs əvvəldən söz verdiyi kimi heç kəs qarşılamamış, işlə təmin olunması və orada qalıb yaşaması üçün hər hansı iş görülməmişdir. Ramin faktiki olaraq əri Valehi aldatmışdır. Valeh hava limanında olarkən təsadüfən Anar adlı azərbaycanlı ilə tanış olmuş və həmin şəxs Valehin orada yerləşməsinə, işlə təmin olunmasına köməklik etmişdir. Valeh 2016-cı ildən hazırki vaxtadək ABŞ-ın Nyu-York şəhərində yaşayır. Nə o, nə əri Valeh, nə də ailə üzvlərindən kimsə AXCP və digər hər hansı müxalif yönümlü partiyanın üzvü olmamışlar. O, Valehlə telefonla danışarkən Valehdən AXCP üzvü olması ilə bağlı istintaqda sənədin olduğunu dedikdə Valeh Raminin onun ABŞ-da daimi yaşaması üçün bütün sənədləri özünün hazırlayacağını bildirdiyini, ola bilsin ki, AXCP-nin üzvü olmasına dair üzvlük vəsiqəsi də Raminin təşəbbüsü ilə həmin məqsədlə hazırlandığını, lakin Valehin həmin sənəddən istifadə etmədiyini bildirmişdir. Əri sənədləri hazırlayanda həmin vaxt kimin vasitəsilə hazırladığını o bilməmişdir. O, istintaqa ifadə verdikdən sonra X198la əlaqə saxlayıb onun hansı yolla getdiyini soruşmuş, Valeh də ona Təqsirləndirilən şəxs vasitəsilə getdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X102 ifadəsində göstərmişdir ki, o, 2010-cu ildə X103 ilə evlənmişdir. Həmin nikahdan 2013-cü il təvəllüdlü əkiz övladları Günay Məmmədova və Nuray Məmmədova doğulmuşlar. Azərbaycanda olduğu müddətdə şadlıq saraylarında adminstrator işləmiş, fəhləlik və digər fərdi işlərlə məşğul olmuşdur. 2005-ci ildə böyük qardaşı X89 Federativ Respublikasına köçmüşdür. Hal-hazırda həmin ölkənin vətəndaşıdır, ailəsi ilə birlikdə Berlin şəhərində yaşayır. Təxminən 9 ildən çoxdur ki, atası X122, anası X35, ortancıl qardaşı X129 Federativ Respublikasına köçmüşlər. NRV şəhərində yaşayırlar, valideynləri və ortancıl qardaşına isə “oturum” icazəsi verilmişdir. Onun səhhətində olan problemə görə müalicə almaq məqsədilə o 2015-ci ilin sentyabr ayında Almaniya Federativ Respublikasına səfər etmək istəmişdir. Bu barədə Almaniyada yaşayan ortancıl qardaşı Kənana demişdir. Kənan Təqsirləndirilən şəxs Almaniyada yaşayan qardaşı Emin Hacılıya bu barədə demişdir. Qardaşı onun Almaniyaya getməyi ilə bağlı orada danışdıqdan sonra onun Almaniyaya getməyi ilə bağlı sənədlərin düzəldilməsi üçün pul da qardaşının vasitəsilə verilmişdir. O, təqsirləndirilən şəxsə pul verməmişdir. Sonra Raminlə görüşüb birlikdə 2015-ci ilin oktyabr ayında “AG” bankın hazırda xatırlamadığı filialına gedərək onun adına bank hesabı açdırmışdır. Ramin özü ilə gətirdiyi 3200 manat pulu onun hesabına qoyub bankda pulu olmasına dair arayış aldıqdan sonra həmin pulu hesabdan çıxarıb Raminin özünə qaytarmışdır. Sənədlər hazır olduqdan sonra Təqsirləndirilən şəxs sənədləri Fransa səfirliyinə təqdim etməyini bildirmişdir. Sonra o arvadı və uşaqlarıyla birlikdə Fransa səfirliyinə getmişlər. Orada viza rüsumunu ödəmiş və Təqsirləndirilən şəxs ona qovluqda verdiyi sənədlərə baxmadan həmin səfirliyə təqdim etmişdir. Təxminən bir həftə sonra Təqsirləndirilən şəxs onunla əlaqə saxlayıb onlara Fransa səfirliyi tərəfindən viza verilməsindən imtina edildiyini bildirmişdir. O, gedib oradan pasportları alarkən həqiqətən də onlara viza verilməsindən imtina edildiyini görmüşdür. Təqsirləndirilən şəxs onlara başqa səfirlikdən viza almağa köməklik edəcəyini vəd etmişdir. Lakin sonradan telefonunu söndürdyü üçün Raminlə əlaqə kəsilmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs ilə əlaqə qura bilmişdir. Ramin vizanın alınmayacağını bildirib onların sənədləri üçün aldığı 5000 manat pulun hamısını hissə-hissə olmaqla bir neçə ay ərzində ona geri qaytarmışdır. Ramil Hacılı səfirliyə təqdim etmək üçün ona verdiyi qovluqda olan sənədlərə o baxmamışdır. Pulu Raminə o verməmiş, Almaniyada yaşayan qardaşının vasitəisilə pul Raminə verilmişdir. Özü və arvadı heç bir siyasi fəaliyyətlə məşğul olmamışlar. Heç bir siyasi partiyanın üzvü olmamışlar. Ramin viza alınması və sənədlərin düzəlməsi üçün cəmi 9000 manat pul istəmişdir. Həmin pulun 5000 manatı Raminə əvvəlcədən verilmiş, viza hazır olandan sonra da qalan 4000 manat verilməli imiş. Səfirlikdən imtina olandan sonra Ramin 5000 manatı qaytarmışdır. Elan olunmuş cinayət işinin 3-cü cild 132-137-ci vərəqələrində olan şahidin ifadəsinə əsasən şahid Nurlan Məmmədov bildirmişdir ki, elan olunmuş «Təqsirləndirilən şəxs Almaniyada oturum icazəsi almaq üçün istifadə etmək məqsədilə təxminən 1000- 1200 manat pul müqabilində guya Azərbaycan X143nın üzvü olmağına dair vəsiqə və həmin partiyanın adından dəstək məktubu düzəldilməsini təklif etdi. Təqsirləndirilən şəxs həmin sənədləri Almaniyanın miqrasiya orqanlarına təqdim etməklə orada rahatlıqla oturum icazəsi ala biləcəyimi dedi, lakin mən həmin təklifdən imtina etdim.» ifadəsini xatırlamır. Dəqiq həmin ifadəsini xatırlamır. İstintaqa verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid23 ifadəsində göstərmişdir ki, X64 onun həm baldızı, həm də bibisi qızıdır. Məlahət Salmanova uşaqlıqdan danışmaq və eşitmək qabiliyyətindən məhrumdur, anadangəlmə lal və kardır. 2017-ci ilin noyabr ayında Məlahət Salmanova səhhəti ilə əlaqədar müalicə olunmaq üçün Avropa ölkələrinə getmək istəmiş, lakin Məlahət Salmanova heç bir yerdə işləmədiyinə görə Məlahətə özləri viza ala bilməyəcəkləri üçün həmin ərəfədə viza almağa köməklik etməsi üçün soraqlaşdıqda məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bu işdə onlara kömək edə bilər. O, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində bir binada yerləşən ofisinə gedərək orada Təqsirləndirilən şəxs ilə görüşüb Məlahətin vəziyyətini və heç bir yerdə işləmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs 3000 manat pulun müqabilində X76 ölkələrinə səfər etmək məqsədilə viza almağa köməklik edəcəyini vəd etmişdir. Həmçinin, pulun yarısını, yəni 1500 manatı əvvəlcədən alacağını, qalan hissəsini isə viza alındıqdan sonra alacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs ilə razılaşmış və təxminən 2017-ci ilin noyabr ayının sonlarında Bakı şəhərində “Caspian Plaza”nın qarşısında Təqsirləndirilən şəxs ilə görüşüb 1500 manat pulu Raminə vermişdir. Sonra Təqsirləndirilən şəxs deməsinə görə X58 görüşdürmüş və Məlahətin şəxsiyyət vəsiqəsini və ümumvətəndaş pasportunu Raminə vermişdir. Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsindən Məlahət Salmanovanın əlilliyi ilə bağlı arayış da alıb Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs tələbi ilə Məlahət Salmanovanı “Ekspress” banka aparmışdır. Həmin vaxt Raminin işçisi olan adını xatırlamadığı bir oğlanı da onlarla banka göndərmişdir. Həmin bankda Məlahətin adına hesab açdırmışlar, lakin həmin hesaba heç bir məbləğdə pul qoymamış, bankda Məlahətin adına hesab olması barədə arayışı alıb Raminin işçisinə vermişdir. Daha sonra 2018-ci ilin aprel ayının 5-də Təqsirləndirilən şəxs tələbi ilə o X91 Hacılının ofisinə aparmışdır. Oradan Raminin işçisi olan adını xatırlamadığı bir oğlanla birlikdə “Globus Center”-ə getmişlər. Raminin işçisinin əlində Məlahət Salmanovanın viza alması üçün hazırlanmış sənədlər var imiş. Qovluqda hansı sənədlərin olduğunu bilməmişdir. Sonra “Globus Center”-də Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin viza mərkəzinə 72 manat viza rüsumunu ödəmişdir. X130 Hacılının içisi olan həmin oğlanla birlikdə viza mərkəzinə daxil olaraq sənədləri və əl barmaq izini vermişdir. Təxminən 3 gün sonra Təqsirləndirilən şəxs ilə əlaqə saxladıqda X92 Fransa Respublikasının səfirliyi tərəfindən viza verilməsindən imtina edildiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 1500 manat pulu geri tələb etmişdir. Lakin Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək pulu vermirmiş. 2018-ci ilin yay aylarında Təqsirləndirilən şəxs ayrı-ayrı şəxsləri aldatdığına görə həbs olunduğunu eşitmiş, lakin pulu qaytaracağını güman etdiyi üçün həmin vaxt Təqsirləndirilən şəxs barəsində hüquqmühafizə orqanlarına şikayət etməmişdir. 2019-cu ilin yaz aylarında Ramin həbsdən çıxdıqdan sonra əlaqə saxlayıb görüşmüşdür. Təqsirləndirilən şəxs ondan şikayət etməməyini və pulu qaytaracağını bildirmişdir. 2021-ci ilin avqust ayının əvvəlində sosial şəbəkələrdə yayılmış xəbərlərdən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilən cinayət işi ilə əlaqədar həbs olunmuşdur. Ona görə də o Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 qaynar xəttinə zəng edərək Təqsirləndirilən şəxs barədə şikayət etmişdir. Sonradan isə Təqsirləndirilən şəxs vəkili tərəfindən 1500 manat pul qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, 2016-cı ilin fevral ayının ortalarında Fransaya səfər etmək üçün Təqsirləndirilən şəxs müraciət etmişdir. Həmin vaxt o rəsmi olaraq heç bir yerdə işləməmişdir. O, bu barədə Raminə demişdir. Ramin viza almağa köməklik etmək üçün ondan 200 manat pul almışdır. Həmin vizanın alınması ilə bağlı sığorta, viza rüsumu və digər rəsmi xərclərə də təxminən 200 manat pulu rəsmi qaydada aidiyyəti üzrə özü ödəmişdir. 2016-cı ilin fevral ayının sonlarında Ramin öz işlədiyi ofisdə ona qovluqda sənədlər toplusunu vermişdir. O, Raminin göstərişi ilə həmin qovluğu viza almaq üçün Fransa səfirliyinə təqdim etmişdir. O, qovluğu səfirliyə təqdim edərkən qovluğun içərisində olan sənədlərə baxmamışdır. Onun guya "xxxx" MMC-də xx.xx.2013-cü il tarixdən etibarən qrafik dizayner vəzifəsində işləməklə aylıq 850 manat əmək haqqı almağına dair Fransanın Azərbaycandakı səfirliyinə təqdim edilmək üçün ingilis dilində tərtib edilmiş arayış həmin qovluğun içərisində olmuşdur. Çünki viza almaq üçün iş yerindən arayış lazım olmuş, lakin həmin arayışı Raminin kimə hazırlatdırdığını bilməmişdir. O, həmin şirkətdə ümumiyyətlə işləməmişdir. Sənədləri səfirliyə təqdim etdikdən bir neçə gün sonra ona məlum olmuşdur ki, ona həmin səfirlikdən viza verilməsindən imtina edilmişdir. Bundan sonra 2016-cı ilin iyul ayının sonlarında Ramin viza almaq məqsədilə Fransa səfirliyinə təqdim etmək üçün ona qovluqda sənədlər toplusu vermişdir. O, həmin sənədləri Fransa səfirliyinə təqdim edərək viza rüsumunu özü ödəmiş və həmin səfirlikdən viza alaraq xx.xx.2016-cı il tarixdə Bakı-Paris aviareysi ilə Fransaya səfər etmişdir. 2018-ci ilin may ayının sonlarında xəstə olan övladının müalicəsi ilə bağlı 2014-cü il təvəllüdlü oğlu İsmayıl Muxtarzadə ilə birlikdə Almaniyaya səfər etmək üçün Raminlə əlaqə saxlamış, həmin vaxt Ramin internetdə “X160 İnkişafı” ictimai birliyinin əlaqə nömrəsini tapıb onlara müraciət etməyini məsləhət görmüşdür. O da internetdən həmin ictimai birliyin hazırda xatırlamadığı nömrəsini götürüb zəng edərək ictimai birliyin ofisinin yerini dəqiqləşdirib İçərişəhərdə yerləşən həmin ofisə getmişdir. Orada ictimai birliyin rəhbəri olan Şahid1la tanış olmuşdur. Sərdar Almaniya səfirliyindən viza almaq üçün ona iş yerindən arayış sənədini və adına guya daşınmaz əmlak olması barədə sənədi düzəltməyə və səfirliyə müraciət etmək üçün tələb olunan digər sənədləri hazırlamaq üçün xidmət haqqı qismində 100 manat pul istəmişdir. O da 2018-ci ilin may ayının sonlarında həmin ofisdə Sərdara 100 manat pul vermiş, viza rüsumu və digər qanuni xərcləri təxminən 100-200 manat arası məbləği özü aidiyyəti üzrə ödəmişdir. Həmin ərəfədə Sərdarın hazırladığı qovluqda olan sənədləri Sərdarın deməsinə görə İSR plazada yerləşən Almaniya səfirliyinə təqdim etmiş, lakin ona həmin səfirlikdən viza verilməsindən imtina edilmişdir. Sonra Sərdara müraciət etməmişdir. xx.xx.2018-ci il tarixdə Almaniyaya səfər edərkən isə özü bank hesabına xeyli miqdarda pul qoyaraq həmin ölkənin səfirliyinə özü müraciət edərək viza almış və özü tək getmişdir. Sənədlərin tərcümə olunmasına və sığorta pulunu o özü vermişdir. O, "xxxx" MMC-də xx.xx.2013-cü il tarixdən etibarən səhnə işıqlandıran texnik vəzifəsində işləməmiş və aylıq 2800 manat əmək haqqı almamışdır. Onun adına mənzil olmamışdır. Həmin sənədlərin qovluqda olmasını o bilməmişdir. Viza sənədləri Sərdarın ofisində düzəlmişdir. ünvan 18 ünvanı onun mülkiyyətində deyil, əmisi X36 mülkiyyətindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, o, xx.xx.2017-ci il tarixdə Bakı-Moskva təyyarə reysi ilə Latviyanın Riqa şəhərinə gedib xx.xx.2017-ci il tarixdə geri qayıtmışdır. Latviya Respublikası «şengen» zonasına aid olduğundan həmin ölkəyə səfər etməmişdən əvvəl «şengen» vizasını almaq üçün sənədləri toplamaq məqsədilə 2017-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, 28 may metrosunun yaxınlığında yerləşən «Sərhədlər yoxdur - NO BORDERS» adlı turizm şirkətinə müraciət etmişdir. Təqsirləndirilən şəxs özünü şirkətin müdiri kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs ilə görüşüb razılaşdıqdan sonra həmin şirkətin ofisində Təqsirləndirilən şəxs ondan Riqa şəhərinə getmək-gəlmək üçün təyyarə bileti, orada oteldə qalmaq və «Şengen» vizasını almaq da daxil olmaqla 1700 manat pul almışdır. Bundan sonra Təqsirləndirilən şəxs işlədiyi Sumqayıt şəhəri Azərtexnolayn zavodunda işləməyi, aylıq əmək haqqı məbləği göstərilmiş arayışın əslini istəmişdir. O, həmin sənədləri Təqsirləndirilən şəxs vermişdir. Bir neçə gündən sonra Raminin adını xatırlamadığı bir nəfər kişi işçisi ilə Bakı şəhəri Xətai metrosunun yaxınlığında «Dəmirçi» plazada yerləşən Latviya səfirliyinin şengen vizası almaq üçün sənədləri qəbul edən ofisinə yaxınlaşmışlar. Orada Təqsirləndirilən şəxs həmin işçisi ona aid özü ilə gətirdiyi qovluğu oraya təqdim etmişdir. Həmin qovluğun içərisində hansı sənədlərin olmasını görməmişdir. Bir neçə gündən sonra Təqsirləndirilən şəxs işçisinin ona məlumat verməsindən sonra “Dəmirçi” plazaya gedərək «şengen» vizasını götürmüşdür. xx.xx.2017-ci il tarixdə Bakı-Moskva təyyarə reysi ilə Latviyanın Riqa şəhərinə getmişdir. xx.xx.2017-ci ildə Riqa-Moskva-Bakı aviareysi ilə Azərbaycan Respublikasına geri qayıtmışdır. O, “Gənclərin Elmi-Mədəni İnkişafı” ictimai birliyində işləməmiş, oradan aylıq 850 manat əmək haqqı almamış, həmin cəmiyyəti ümumiyyətlə tanımır və orada işləməmişdir. Həmin arayışın Latviya səfirliyinə təqdim edilən sənədlərin arasında olubolmamasını bilməmişdir. Çünki Təqsirləndirilən şəxs işçisi ona aid sənədləri qovluğun içərisində gətirmişdir. O, həmin qovluğun içərisində hansı sənədlərin olmasını görməmişdir. Bundan başqa, o, xx.xx.2018-ci il tarixdə Şıxlı sərhəd keçid məntəqəsindən keçməklə Gürcüstan Respublikasının Kutaisi şəhərinə, oradan da təyyarə ilə Britaniya krallığının London şəhərinə getmişdir. Həmin vaxt Britaniya krallığının London şəhərinə gedib qayıtmaq, təyyarə bileti, «şengen» vizasını almaq, oteldə qalmağın təşkil edilməsi üçün yenə də Təqsirləndirilən şəxs müraciət etmişdir. Bütün bunlar üçün Təqsirləndirilən şəxs ondan 2550 manat pul istəmişdir. 2017-ci ilin dekabr ayının ortalarında o həmin 2550 manat pulu Təqsirləndirilən şəxs şəxsən özünə Bakı şəhəri, 28 may metrosunun yaxınlığında yerləşən «Sərhədlər yoxdur- NO BORDERS» adlı turizm şirkətində ikilikdə vermişdir. Təqsirləndirilən şəxs ondan yalnız pasportunu götürmüş, iş yeri ilə bağlı yeni arayış almağa ehtiyac olmadığını, özləri «e.gov.az» portalından işləməyi barədə çıxarış əldə edəcəklərini bildirmişdir. Təxminən 10 gündən sonra Raminin adını xatırlamadığı kişi işçisi ona zəng edib «Şengen» vizası almaq üçün sənədlərinin hazır olduğunu, Britaniya səfirliyinin ofisinə getmək lazım olduğunu bildirmişdir. O, həmin ərəfədə həmin sənədləri özünün «Dəmirçi" plazada yerləşən səfirliyin ofisinə qovluqda apardığını və ya həmin sənədlərin Təqsirləndirilən şəxs tərəfindən poçt vasitəsilə göndərilməsini xatırlamır. “Dəmirçi” plazaya səfirliyin ofisinə gedərək fotoşəkil çəkdirmiş və barmaq izi vermiş, lakin səfirliyə viza almaq üçün hansı sənədlərin təqdim olunmasını bilməmişdir. İki həftədən sonra da «şengen» vizasını səfirliyin ofisindən gedib özü götürmüş və London şəhərinə getmiş, xx.xx.2018-ci il tarixdə geri qayıtmışdır. O, iki dəfə də xaricə gedəndə Təqsirləndirilən şəxs vasitəsilə getmişdir. Bir dəfə 1700 manat, bir dəfə də 2550 manat vermişdir. O, Gürcüstandan getdiyi üçün xərci az çıxmışdır. Həmin pula bilet, otel və s. daxil olmuşdur. Təqsirləndirilən şəxs ondan pulu alanda bileti, oteli və digər xidmətləri hesablayıb götürmüşdür. Ramin ondan aldığı puldan kimlərəsə rüşvət verməsini bilmir. Bu barədə ona Ramin deməmişdir. Elan olunmuş cinayət işinin 4-cü cild 126-130-cu vərəqələrində olan ifadəsinə əsasən Şahid17 bildirmişdir ki, elan olunmuş ifadəsini təsdiq edir. O, “Gənclərin Elmi- Mədəni İnkişafı” ictimai birliyində işləməmiş, oradan 850 manat əmək haqqı almamış, həmin cəmiyyəti ümumiyyətlə tanımır. O, özünün işlədiyi təşkilatdan arayış təqdim etmiş, həmin vaxt da onun əmək haqqısı 580 manat olmuşdur. O, 2017-ci ilin yanvar ayından 2017-ci ilin dekabr ayına qədər Sumqayıt şəhəri Azərtexnolayn zavodunda əmək müqaviləsi ilə işləmiş, aylıq əmək haqqısı 580 manat olmuş, həmin iş yerindən də Təqsirləndirilən şəxs rəsmi arayış vermişdir. O, Təqsirləndirilən şəxs işçisi sənədlər olan qovluğu gətirəndə onun içərisində hansı sənədlərin olmasına baxmamışdır. Hesab etmişdir ki, onun Təqsirləndirilən şəxs təqdim etdiyi sənədlərdir. Prokurorluqda onun iş yerindən başqa bir arayış göstərmişlər, həmin arayış verilən yerdə o işləməmiş, həmçinin də onun adına başqa məbləğdə əmək haqqı barədə arayış da qovluqda olmasını sonradan bilmişdir. O, həmin arayışı görəndə təəccüblənmişdir. Şəxsi işində onun AXCPının üzvü olmağı barədə sənəd olmamışdır. Elə bir sənəddən məlumatı yoxdur. Raminə saxta har hansı bir sənədə görə pul verməmiş, Ramin ona saxta sənəd verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o 2016-cı ilin fevral-mart aylarından 2018-ci ilin yaz aylarının sonunadək Avropa Azərbaycan Hərəkatının sədri Təqsirləndirilən şəxs yanında işləmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs ofisi Bakı şəhəri, Nərimanov rayonu ərazisində Heydər Əliyev prospektində köhnə binanın ikinci mərtəbəsində yerləşirmiş. Təqsirləndirilən şəxs həmin ofisdə X47 səfər etmək istəyən şəxslərə viza dəstəyi göstərmişdir. O, ilk əvvəl Raminin yanında çay və təmizlik işlərinə baxmışdır. Raminin viza dəstəyi ilə bağlı müraciət blanklarının doldurulması və sair işlərini Şəmşir Tərlanov həyata keçirirmiş. Bildiyinə görə Şəmşir hazırda ABŞ-da yaşayır. Şəmşir orada işləyən vaxt ona ABŞ-a viza üçün müraciət blanklarının doldurulmasını öyrətmişdir. Həmin vaxtdan sonra Şəmşirlə yanaşı o da viza müraciət blanklarını doldurmağa köməklik edirmiş. Viza üçün müraciət edən şəxsləri Təqsirləndirilən şəxs özü tək qəbul etmiş, viza almaq üçün tələb olunan bütün sənədləri Təqsirləndirilən şəxs özü topladıqdan sonra onlara qovluq şəklində verərək viza müraciət blankını doldurmaqlarını tapşırırmış. O, kursa gedib təhsil almışdır. Təxminən 2016-cı ilin payız aylarında dəqiq xatırlamadığı vaxtda Təqsirləndirilən şəxs Fransa səfirliyinin yaxınlığındakı binanın ikinci mərtəbəsindəki qeyri-yaşayış sahəsini icarəyə götürmüş və fəaliyyətlərini orada davam etdirmişdir. Həmin ofisdə artıq “X201” turizm şirkəti adı ilə fəaliyyət göstərmişlər. Şirkətin fəaliyyətinə Təqsirləndirilən şəxs rəhbərlik etmişdir. Həmin ofisdə Ramin yeni şəxsləri işə götürmüşdür. Orada ABŞ-a turistik viza dəstəyi ilə özü, o və Ülviyyə Nazim qızı məşğul olmuşlar. Şahid7 isə ABŞ-a tələbələr üçün viza dəstəyi göstərmişdir. Təqsirləndirilən şəxs viza dəstəyinə görə viza rüsumu olan 160 ABŞ dolları da həmin məbləğə daxil olmuş, viza rüsumunu Ramin çox vaxt öz kartından onlayn ödəmişdir. Müştərilərdən pulları özü alırmış. Həmin ofisdə işləyərkən “X160 İnkişafı” ictimai birliyinin sədri kimi tanıdığı Şahid1 ofisə Təqsirləndirilən şəxs yanına tez-tez gəlib-gedirmiş. Sərdarla yalnız Təqsirləndirilən şəxs özü əlaqə saxlamış və öz otağında görüşmüşdür. ABŞ-a viza almaq üçün müraciət edən şəxslərə də iş yerindən arayış, bank hesabında pul olması barədə arayış və sair hüquq verən rəsmi sənədlər tələb olunmuşdur. 2017-ci ilin mart ayında isə Təqsirləndirilən şəxs ünvan 31nda yerləşən binanın ikinci mərtəbəsindəki qeyri-yaşayış sahəsini icarəyə götürmüş və şirkətin fəaliyyəti həmin ofisdə davam etdirilmişdir. Həmin ofisdə eyni tərkibdə faəliyyətlərini davam etdirmişlər. Təqsirləndirilən şəxs nə onunla, nə də ki digər işçilərlə əmək müqaviləsi bağlamamışdır. Həmin ofisdə fəaliyyətə başladıqdan sonra artıq İngiltərəyə də viza dəstəyi göstərməyə başlamışlar. Ofisdə kassa olmadığı üçün viza dəstəyinə görə müştəridən pulu Təqsirləndirilən şəxs öz otağında özü birbaşa almışdır. 2018-ci ilin yaz aylarının sonlarında dəqiq xatırlamadığı vaxtda Təqsirləndirilən şəxs hüquq-mühafizə orqanları tərəfindən çağırılmağa başladıqda, o, işdən ayrılmışdır. Təqsirləndirilən şəxs son üç ayın əmək haqqısını ödəmədiyi üçün şirkətin ofisində onun istifadəsində olan notbuku Təqsirləndirilən şəxs ona əmək haqqının əvəzinə vermişdir. Həmin notbuku 2019-cu ilin iyul ayının sonlarında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yaşadığı mənzildə axtarış aparılan zaman əməkdaşlara təqdim etmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs yanında işlədiyi dövrdə ona hər hansı bir saxta sənəd hazırlamağını tapşırmamışdır. Təqsirləndirilən şəxs kimlərəsə saxta sənəd hazırlamasını onunla işlədiyi vaxtda görməmişdir. Bu mövzuda Ramin ona heç nə deməmişdir. Raminin kiməsə saxta sənəd verməyini görməmişdir. Kiməsə AXCP-nin üzvü olması barədə sənəd verməyini bilmir. “X187” şirkətinin təsisçilərindən biri də o olmuş, buna Raminin xahişi ilə razılaşmışdır. Raminin yanında işlədiyim müddətdə Şahid1 tez-tez Raminin ofisinə gəlibgedirmiş. Sərdarla Raminin dostluq münasibətləri olmuşdur. Sərdar ofisə gələndə Raminlə otağında təklikdə görüşüb söhbət edirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, 2016-cı ilin təxminən dekabr ayından 2018-ci ilin yanvar ayının sonlarınadək Təqsirləndirilən şəxs fəaliyyətinə bilavasitə rəhbərlik etdiyi “X201” turizm şirkətində tərcüməçi kimi işləmişdir. Onu işə Təqsirləndirilən şəxs özü götürmüşdür. Lakin, onunla əmək müqaviləsi bağlanmamışdır. Ona aylıq əlbəəl 500 manat əmək haqqı verirmiş. İşə başladığı ilk vaxtlar şirkətin ofisi Bakı şəhəri Səbail rayonu ərazisində Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin inzibati binasının yaxınlığında yerləşirmiş. Təxminən 2017-ci ilin fevral ayından sonra şirkətin ofisi ünvan 19 ünvana köçmüşdür. Şirkət əsasən xarici ölkələrə səfər etmək istəyən şəxslərə viza dəstəyi göstərirmiş, yəni viza almaq üçün müraciət edən şəxslərə müvafiq sənədlərin hazırlanması və viza müraciət blankının doldurulmasında köməklik edirmiş. Ali təhsilini ingilis dilində aldığı üçün həmin dili yaxşı səviyyədə bilirmiş. Təqsirləndirilən şəxs ona görə onu işə götürmüşdür. Onun vəzifəsi Avropa ölkələrində yerləşən otellərlə telefonla danışmaq və Təqsirləndirilən şəxs ayrı-ayrı xarici ölkələrdə yaşayan əcnəbilərlə ünsiyyət qurmasında tərcüməçi kimi iştirak etmək olmuşdur. Bəzən də hansısa sənədlərin tərcümə edilməsinə köməklik etmişdir. Müştərilərin danışığından eşitmişdir ki, Təqsirləndirilən şəxs viza dəstəyinə görə hər bir müştəridən 1000 manat və 1000 ABŞ dolları arasında məbləğində pul alır, lakin pul məsələrini Təqsirləndirilən şəxs müştəri ilə öz otağında danışırmış. Həmin proseslərdə onun heç bir iştirakı olmamışdır. Təqsirləndirilən şəxs ofisində işlədiyi vaxt həmin ofisə Təqsirləndirilən şəxs dostu kimi tanıdığı Şahid1 gəlibgetdiyini görmüşdür. Sərdar “X160 İnkişafı” ictimai birliyinin sədri olmuşdur. Ondan başqa ofisdə Şahid3, Şəfəq Əsgərli, Elnur Rəşidov, Şahid7, Röya Vəliyeva və Ülviyyə adlı xanım da işləyirmiş. Şahid1la yalnız Təqsirləndirilən şəxs özü əlaqə saxlayırmış və öz otağında görüşürmüşlər. Viza almaq üçün müraciət edən şəxslərə iş yerindən arayış, bank hesabında pul olması barədə arayış, adına daşınmaz əmlak olması haqqında çıxarış və sair hüquq verən rəsmi sənədlər tələb olunurmuş. Ofisdə kassa olmadığı üçün viza dəstəyinə görə müştəridən pulu Təqsirləndirilən şəxs öz otağında özü birbaşa alırmış. Bəzi hallarda Təqsirləndirilən şəxs tapşırığı ilə viza almaq üçün müraciət edən şəxsləri Bülbül prospektində yerləşən “Express” Banka aparıb adlarına hesab açmağa köməklik etmişdir. Eləcə də Təqsirləndirilən şəxs verdiyi müxtəlif məbləğdə pulları həmin hesaba qoyaraq arayış almağa köməklik etmiş, sonra isə həmin hesabdan müştəri pulu çıxarıb ona vermiş, o da Təqsirləndirilən şəxs qaytarmışdır. Eləcə də Təqsirləndirilən şəxs tapşırığı ilə viza almaq üçün müraciət edən müştəriləri səfirliklərə aparmış, onlara viza rüsumunu ödəməyin qaydasını izah etmiş və sair formada köməklik etmişdir. O, əsasən müştəriləri Fransa səfirliyinə, eləcə də Fransa səfirliyinin Globus Centerdə yerləşən viza mərkəzinə aparmışdır. Həmin ofisdə işlədiyi vaxt artıq ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs viza almaq üçün müraciət etmiş şəxslərə səfirliyə təqdim etməkdən ötrü iş yerindən arayış, bank hesabında pul olması haqqında arayış və sair hüquq verən rəsmi sənədləri Şahid1 sifariş verərək hazırlatdırır. Bir neçə dəfə Təqsirləndirilən şəxs hazırlanmış sənədləri təhvil almaq üçün onu Şahid1 İçərişəhərdə yerləşən ofisinə göndərmişdir. Hətta onun vasitəsiylə Şahid1 zərfin içərisində ona məlum olmayan məbləğlərdə pul da göndərmişdir. O da həmin ofisdən sənədləri götürüb Təqsirləndirilən şəxs çatdırmışdır. Ofisə gəlib-gedərkən Şahid1la münasibəti yaranmışdır. Sərdarla aralarında olan söhbət zamanı ona məlum olmuşdur ki, Sərdar həmçinin xaricdə təhsil sahəsində fəaliyyət göstərir, eləcə də hazırladığı saxta sənədlərə görə 100 manat və 100 ABŞ dolları arası məbləğdə pul alır. Sərdarın özünün də rəhbəri olduğu şirkətlər var imiş, həmin şirkətlərdən də iş yeri haqqında arayış verirmiş, 2017-ci ilin dekabr ayından etibarən artıq viza ala bilməyən müştərilərin tez-tez ofisə gələrək Raminlə mübahisə etdiklərini gördüyü üçün 2018-ci ilin yanvar ayının təxminən sonlarında Təqsirləndirilən şəxs ofisindəki işindən ayrılmışdır. Həmin vaxtdan sonra da Raminlə əlaqə qura bilməyən müştərilər ona da zəng edib Ramini soruşurmuşlar. 2018-ci ilin yay aylarında eşitmişdir ki, Təqsirləndirilən şəxs həbs olunmuşdur. Təqsirləndirilən şəxs həbs olunduqdan sonra arasıra bəzi şəxslər ona zəng edərək viza alınmasına köməklik etmək üçün müraciət edirmişlər. O, həmin şəxslərə viza müraciət blankının doldurulmasında köməklik etmişdir. Bəzən iş yeri olmayan və ya əmək haqqısı az olan şəxslərə yüksək əmək haqqı almasına dair iş yerindən arayış sənədi ilə bağlı Şahid1 müraciət etmiş və pul müqabilində Sərdardan iş yerindən arayış sənədi almışdır. Bəzi hallarda özü Sərdarın İçərişəhərdə yerləşən ofisinə gedərək orada hazırlatmış, yəni məzmununu bildiyi üçün necə olması barədə məlumat vermişdir. Bəzən isə həmin şəxslərin şəxsiyyət vəsiqələrinin, pasportlarının şəkillərini Şahid1 ofisinin əlaqə nömrəsinə “whatsapp” vasitəsilə göndərərək hazırlanmasını sifariş etmişdir. Şahid1 ümumiyyətlə iş yerindən arayış, bank hesabında pul olması haqqında arayış sənədini 100 manata satırmış. Təqsirləndirilən şəxs yanına gəlib gedənlərlə Ramin özü otağında görüşürmüş, onların arasında olan söhbətləri eşitməmişdir. Müştərilərin danışığından eşitmişdir ki, Təqsirləndirilən şəxs viza dəstəyinə görə hər bir müştəridən 1000 manat və 1000 ABŞ dolları arasında məbləğində pul alır. O, özü əvvəlcə xaricdə təhsil almaq üçün Təqsirləndirilən şəxs ofisinə getmiş, lakin, onun sənədləri düz olmadığı üçün gedə bilməmişdir. İngilis dilini yaxşı bildiyi üçün Təqsirləndirilən şəxs onun ofisdə tərcüməçi kimi işləməyini təklif etdiyindən, o da razı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, turizm şirkətində işləmişdir. Təqsirləndirilən şəxs bəzi müştəriləri sənəd təqdim edəndə saxta sənədləri Təqsirləndirilən şəxs verdiyni deyirmişlər və bildirirmişlər ki, saxta sənədləri Təqsirləndirilən şəxs kimdənsə alır. Saxta viza işi görənlərin biri Sərdar İsgəndərli olmuşdur. Saxta viza işi dedikdə viza alınması zamanı tələb olunan sənədlərin bir qisminin saxtalaşdırılmasını nəzərdə tutur. Sərdar həmçinin xarici ölkələrdə siyasi sığınacaq almaq istəyən şəxslərə paket sənədlərin satışını da həyata keçirmişdir. Belə ki, hər hansı müştərinin Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyalarının üzvü olmasına dair vəsiqə, polisdən və ya başqa hüquq-mühafizə orqanından çağırış vərəqəsi, axtarış vərəqəsi, həkimdən xəsarət almasına dair arayış, işgəncə görməsinə dair mətbuat orqanında verilmiş yazı, məhkəmədə cəza almasına dair hökmü saxta üsulla düzəldib vətəndaşa 4000 manata satırmış, həmin paketin konkret qiyməti olmuşdur. Bildiyinə görə Sərdar həmin sənədləri özü düzəldirmiş. Sərdarı şəxsən tanımasa da, bu sahədə fəaliyyət göstərən şəxs kimi bunları Sərdar haqqında müxtəlif şəxslərdən eşitmişdir. Eşitdiyinə görə Sərdarın özünün də möhürləri olmuşdur. Təqsirləndirilən şəxs siyasi aktiv şəxs kimi tanıyır. Ramin də əvvəllər ABŞ və Kanadaya viza verilməsi üçün saxta sənədlərdən istifadə etmişdir, lakin Raminin həmin sənədləri necə sənədləşdirməsini bilməmişdir. Sərdarla Ramin bir-birilərini tanımışlar. Sərdarla təqsirləndirilən şəxsin saxta sənədlər düzəltməsi barədə müştərilər demişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, onun böyük qızı Bahar X1 ilə evlənərək 2016-cı ildən etibarən Almaniyaya köçərək orada yaşayırlar. Bakıda olarkən Anar Abdullayev özəl şirkətdə işləmiş və "xxxx" MMC-ə məxsus antenalara texniki xidmət göstərmişdir. Ortancıl qızı Arzu X8 ilə ailə həyatı quraraq Bakı şəhərində yaşayırlar. Qızı Arzunun əri Şahid13 Dərnəgül bazarında tikinti materiallarının ticarəti ilə məşğul olur. Onların da iki azyaşlı övladları var. Elnur və Arzu da təxminən 2017-ci ildə viza alaraq Almaniyaya getmişlər, amma təxminən 2019-cu ildə özləri Azərbaycana geri qayıtmışlar. Anar Abdullayevlə whatsapp proqramı ilə danışaraq onun Almaniyaya getməsi ilə bağlı hansı qaydada viza almasını soruşduqa Anar ona hansı qaydada viza almasını ətraflı şəkildə izah edərək bildirmişdir ki, 2016-cı ilin yay aylarında ailəsi ilə birlikdə yaşamaq üçün Almaniyaya getmək qərarına gəlmiş, həmin sahədə, yəni Almaniyaya getmək üçün viza almağa kimin köməklik göstərə bilməsi ilə maraqlandıqda tanışları vasitəsilə Təqsirləndirilən şəxs adlı şəxsin bu sahədə köməklik edə biləcəyini öyrənmişdir. Bundan sonra Raminin işlədiiyi ofisinə gedib Raminlə görüşmüş, Raminə ailə üzvləri ilə birlikdə Almaniyaya getmək istədiyini bildirmiş, Ramin isə bu sahədə artıq geniş təcrübəyə malik olduqlarını deyib, narahat olmamasını, onun və ailə üzvləri üçün viza məsələsini həll edəcəyinə söz vermişdir. Həmin vaxt qızının əri Anar Abdullayev rəsmi olaraq heç bir yerdə işləməmişdir. Ramin Anara demişdir ki, özünün müxtəlif vəzifələrdə işləyən şəxslərlə, özəl müəssisə rəhbərləri ilə yaxın əlaqələri vardır, həmçinin Avropa ölkələrinin Azərbaycandakı səfirliyində işləyən şəxslərlə də münasibətləri var və Raminə müraciət edən şəxslərin hamısına da köməklik edrək viza almışdır. Anar da razılaşmışdır. Təqsirləndirilən şəxs Anara viza alınması üçün tələb olunan bütün sənədləri özünün hazırlayacağını, yəni vəzifəli şəxslərə müəyyən məbləğdə vəsait ödəməklə tələb olunan sənədləri əldə edəcəyini bildirmişdir. Bütün bu işlərin görülməsi üçün Anara 4 nəfərlik ailə üzvlərinə Almaniyaya səfər etmələri üçün viza almaqdan ötrü cəmi 6000 manat pul ödəməli olduğunu Anara bildirmişdir. Raminin deməsinə görə həmin pulun müəyyən hissəsini Anargilin sənədlərini hazırlamaq üçün hansısa vəzifəli şəxslərə verəcəkmiş, Anar da Raminin şərti ilə razılaşmış və 6000 manatı Raminə vermişdir. Ramin Anara bildirmişdir ki, Almaniya səfirliyindən viza almaq çətindir, həmin səfirlikdə adamı yoxdur, ona görə də Macarıstanın Azərbaycandakı səfirliyindən viza alacaqdır. Bundan sonra Təqsirləndirilən şəxs Anar və ailə üzvləri üçün viza almaqdan ötrü tələb olunan bütün sənədləri hazırlayıb paket halında 2016-cı ilin yay aylarında Anara viza almaq məqsədilə Macarıstanın Azərbaycandakı səfirliyinə təqdim etməsi üçün vermişdir. Anara sənədlər paket halında verilmiş və viza alınması üçün tələb olunan sənədlərin hamısı, yəni iş yerindən arayış, bank hesabına dair çıxarış və sair Təqsirləndirilən şəxs tərəfindən hazırlanmışdır. Həmin sənədləri Ramin kimlərə isə əlavə pul ödəməklə əldə etdiyini bildirmişdir. Anar da Ramindən müvafiq sənədləri götürüb, səfirliyə vermiş və viza alaraq xx.xx.2016-cı ildə Macarıstana, oradan da Almaniyaya getmişdir. Anar bütün bunları ona telefonda bildirmişdir. Anar səfirliyə sənədləri verib viza alandan sonra isə, Raminlə görüşən zaman Ramin ona Azərbaycan X143nın üzvü olmasına və partiyada fəaliyyətinə dair arayış vermişdir. Ramin Anara təklif etmişdir ki, həmin partiya sənədi onun və ailə üzvlərinin Almaniyada oturum almalarına köməyi dəyəcək. Amma Anar həmin partiyaya üzvlüyə dair sənədləri götürməkdən imtina etmiş və həmin sənədlər Raminin özündə qalmışdır. Anarın deməsinə görə Raminin ona təqdim etdiyi Anarın adına hazırlanmış Azərbaycan X143nın üzvlük vəsiqəsi və AXCP-dəki fəaliyyətinə dair arayış partiya sədri Əli Kərimli tərəfindən imzalanmış vəziyyətdə olmuşdur və partiyanın möhürü ilə möhürlənmiş vəziyyətdə olmuşdur. Anarın deməsinə görə Təqsirləndirilən şəxs həmin partiyanın vəzifəli şəxsləri ilə də əlaqələri olmuşdur. Çünki dediyi həmin arayışda guya Anarın Təqsirləndirilən şəxs dəstək məqsədi ilə seçkilərdə müşahidəçi olması da qeyd edilmişdir. Həmin məlumatları arayışda yazarkən Anarın özündən bu barədə heç nə soruşmamışlar və Anarın bunlardan xəbəri olmamışdır. Əslində isə Anar heç vaxt heç bir partiyanın üzvü olmamış və heç bir seçkidə müşahidəçi qismində iştirak etməmişdir. Anar demişdir ki, xarici ölkəyə getməsi üçün bütün sənədləri Ramin hazırlayıb ona verib, Anar heç bir sənəd verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, təxminən 2012-ci ildən etibarən Dərnəgül adlanan ərazidə dam örtüklərinin satışı ilə məşğul olur. 2010-cu ildə Arzu Osmanova ilə ailə həyatı qurmuş, birgə nikahdan iki azyaşlı övladları var. X44 onun bacanağıdır. 2016-cı ilin yay aylarında Anar ailə üzvləri ilə birlikdə Almaniyaya köçmüş və hazırda da orada yaşayır. Anargil vizanı Macarıstanın Azərbaycandakı səfirliyindən almışlar və onlara viza alınmasını Təqsirləndirilən şəxs təşkil etmişdir. Qarşılığında isə Anar Təqsirləndirilən şəxs 6000 manat pul vermişdir. Həmin vaxt Anar heç bir yerdə işləməmiş və viza alınması üçün tələb olunan bütün sənədləri Ramin özü hazırlatdırmışdır. Anar Raminə 6000 manat pul və özünün, arvadının, iki övladının pasportunu vermiş, qalan sənədləri isə Ramin hazırlamışdır. Anarın viza ilə bağlı danışıqlar aparmasında şəxsən iştirak etməsə də, bununla bağlı Anarla mütəmadi olaraq danışmışlar. Bunları Anar ona demişdir. Çünki, Anar ailəsi ilə birlikdə viza alıb getdikdən sonra, o da ailəsiylə birlikdə eyni üsulla viza alıb Almaniyaya getmək istəmişdir. Anar Raminlə görüşdükdən sonra, Ramin onun və ailə üzvlərinin viza alıb Almaniyaya getmələri üçün tələb olunan bütün sənədləri özünün əldə edəcəyini, həmin sənədlərin əldə olunması üçün hansısa vəzifəli şəxslərə müəyyən məbləğdə pullar verəcəyini, səfirlikdə özlərinin adamlarının olduğunu bildirmişdir. Raminin düzəltdiyi sənədlər əsasında Anar və ailə üzvləri Macarıstan səfirliyindən viza alıb xx.xx.2016-cı il tarixdə Almaniyaya getmişlər. O da ailəsiylə Almaniyaya getmək istədiyi üçün Anardan Təqsirləndirilən şəxs telefon nömrəsini götürüb, Raminə zəng edib, Raminlə Fransa səfirliyinin yanında yerləşən ofisə gedərək Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Raminə Anarın bacanağı olduğunu bildirmiş və o da ailəsiylə Almaniyaya getmək istədiyini bildirmişdir. O, rəsmi olaraq heç bir yerdə işləmədiyini Raminə demişdir. Ramin də Almaniya səfirliyindən viza almağın çətin olduğunu, ona görə də Macarıstanın Azərbaycandakı səfirliyindən viza alacağını, viza almaq üçün onlara iş yerindən arayış tələb olunduğunu, həmin sənəd olmadan viza verilməyəcəyini, amma viza alınması üçün tələb olunan bütün sənədləri özünün düzəltdirəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs səfirliklərdə öz adamlarının oduğunu, viza almaqda onların köməklik edəcəklərini, bundan başqa müxtəlif dövlət və özəl qurumlarda yaxın adamlarının olduğunu, onlar vasitəsilə tələb olunan istənilən sənədi əldə edə biləcəyini demişdir. Ramin həmin sənədlərin əldə edilməsi üçün müxtəlif şəxslərə müəyyən məbləğdə pul verilməli olduğunu bildirib, üç nəfər üçün 5000 manata razılaşmışlar. O, bir neçə günə 5000 manat pulu düzəldib ofisində Təqsirləndirilən şəxs özünə şəxsən vermişdir. Bir də özünün, arvadı Arzu və oğlu Uğurun pasportunu Təqsirləndirilən şəxs vermişdir. Ramin bir daha ona narahat olmamağını, viza alınması üçün tələb olunan sənədlərin hamısını özünün hazırlatdıracağını bildirmişdir. Bir neçə gündən sonra, 2016-cı ilin noyabr ayının əvvəllərində Ramin ona zəng edərək sənədlərin hazır olduğunu, növbəti gün sənədləri götürüb Macarıstan səfirliyinə getməli olduqlarını bildirmişdir. O. dediyi vaxtda Raminlə görüşüb onlar üçün toplanmış sənədləri paket halında Ramindən götürüb arvadıyla birlikdə “Dalğa” plazaya gedib sənədləri Macarıstan səfirliyinə təqdim etmişdir. Bir neçə gündən sonra isə səfirlikdən zəng olunaraq vizaların hazır olduğu bildirilmişdir. O, səfirliyə gedib pasportları götürmüş və pasportlarda viza vurulduğunu görmüşdür. Sənədləri səfirliyə təqdim etməmişdən öncə Ramin bildirmişdir ki, qardaşı Emin Hacılı da Almaniyada yaşayır və onları Almaniyada qarşılayacaq. Almaniyada Eminin onları qarşılaması üçün də müəyyən məbləğdə pul hesablamışdır. Yəni Təqsirləndirilən şəxs ondan aldığı 5000 manat pulu hara xərcləyəcəyini ona bir-bir sadalamış və həmin rəqəm toplamda 5000 manat etmişdir. Bundan başqa həmin pulun içərisində Almaniyada oturum üçün müraciətlərin təsdiqlənməsi məqsədilə guya onun Azərbaycan X143na üzv olmağı, həmin partiyada fəaliyyətinə dair partiya sədri Əli Kərimli tərəfindən imzalanmış arayışın da pulu olmuşdur. Viza alandan sonra Raminlə görüşəndə, həqiqətən də Ramin ona AXCP-nin üzvü olmağına dair sənəd və həmin partiyanın sədri Əli Kərimlinin imzaladığı arayış və ya dəstək məktubunu da vermişdir. Məktubda guya onun mitinqlərdə iştirakı, hakimiyyət tərəfindən təqib olunmağı göstərilmişdir. Həm üzvlük vəsiqəsi, həm də dəstək məktubu imzalanmaqla, partiyanın möhürü ilə möhürlənmişdir. O da həmin sənədi də götürüb ailəsiylə birlikdə Almaniyaya getmiş, lakin Emin orada onları qarşılamamış və özləri miqrasiya qurumuna gedib oturum almaq istədiklərini bildirmişlər. Raminin ona verdiyi partiya mənsubiyyətinə dair sənədləri həmin orqana təqdim etmişdir. Almaniyada əcnəbinin oturum alması xeyli müddət çəkir və proses bir neçə mərhələdən keçir. Orada olduqları müddətdə ikinci övladı da dünyaya gəlmişdir. Ancaq 2018-ci ilin mart ayında orada yaşaya bilməyəcəklərini görüb Almaniyada qalmaq fikrindən daşınaraq Azərbaycana qayıtmaq üçün müraciət etmişlər və 2018-ci ildə ailəsiylə birlikdə Bakı şəhərinə qayıtmışlar. O, heç vaxt AXCP-nin üzvü olmamışdır. O, təqsirləndirilən şəxslə görüşmüş və təqsirləndirilən şəxs ona demişdir ki, lazım olan bütün sənədləri Ramin özü düzəldəcək. AXCP-nin üzvü olmağıyla bağlı sənədlər ona ofisdə verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, o, 2016-cı ildə X47 gedərək orada işləmək qərarına gəlmişdir. Həmin ərəfədə o maddi cəhətdən əziyyət çəkirmiş və 15000 manat məbləğində borcu var imiş. 2016-cı ilin təxminən sentyabr ayında adını xatırlamadığı tanışlarından bir nəfərlə söhbət edən zaman X47 getmək istədiyini bildirdikdə həmin şəxs ona Təqsirləndirilən şəxs adlı şəxsin turizm işləri məşğul olduğunu bildirmiş və Raminin əlaqə nömrəsini ona vermişdir. O, Təqsirləndirilən şəxs zəng edib Raminlə Nərminanov metrosunun yaxınlığında, “MetroPark”-ın arxa tərəfində olan məhlələlərin birində görüşmüşdür. O, Təqsirləndirilən şəxs X47 gedərək orada işləmək istəyini bildirmişdir. Ramin ona müvafiq sənədlərin hazırlanaraq Amerika səfirliyinə təqdim edilməsindən ötrü xarici pasport, eləcə də zəruri sənədlərin hazırlanması müqabilində 1000 manat məbləğində pul tələb etmişdir. O, razılaşmış və qısa müddət ərzində həmin pulu düzəldib Təqsirləndirilən şəxs ilə görüşərək 1000 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs sənədlərini hazır etmiş və Amerika səfirliyinə təqdim etmiş və ona bir aydan sonra səfirliyin nümayəndəsi ilə görüşəcəyini bildirmişdir. Təxminən 2016-cı ilin oktyabr ayında o Amerika səfirliyinin inzibati binasına gedərək orada nümayəndə tərəfindən qəbul olunaraq sorğu-sual olunmuşdur. Həmin vaxtdan təxminən 1-2 həftə sonra ona X47 getmək üçün viza verilmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs tələbi ilə uçuş bileti üçün 400 ABŞ dolları məbləğində pul vermişdir, bilet aldıqdan sonra isə 2016-cı ilin noyabr ayının sonları ilk öncə Ukrayna Respublikasına, oradan da ABŞ-nın Nyu-York şəhərinə getmişdir. Oradan internet vasitəsilə əvvəlcədən razılaşdığı satıcı köməkçisi vəzifəsində işləməyə başlamışdır. 3 ay həmin orada işlədikdən sonra qapıpəncərələrin quraşdırılmasında usta olaraq işləmiş, həmin ölkədə işləməklə Bakı şəhərindəki şəxslərə olan borclarını geri qaytarmışdır. Uzun müddət Nyu-York şəhərində işlədikdən sonra 2019-cu ilin avqust ayında Bakı şəhərinə geri qayıtmışdır. “X160 İnkişafı” ictimai birliyi və "xxxx" məhdud məsuliyyətli cəmiyyəti haqqında heç bir məlumatı yoxdur, həmin qurumların rəhbərləri Şahid1 və X37 ilə hər hansı yaxın münasibəti olmamışdır. Nə o özü, nə də ailə üzvlərindən heç kəs AXCP-nin üzvü olmamışlar, AXCP-nin hər hansı mitinqlərində iştirak etməmişlər. 2016-cı ilin noyabr ayında X47 viza aldıqdan sonra Təqsirləndirilən şəxs ona AXCP-nin adından dəstək məktubu verərək Amerikaya getdikdən sonra orada qalmaq istəyəcəyi təqdirdə siyasi sığınacaq almaqdan ötrü dəstək məktubunu həmin ölkənin miqrasiya orqanlarına təqdim etməyini bildirmişdir. O, Təqsirləndirilən şəxs elə bir sənəd hazırlamasını deməmişdir. Çünki onun orada qalıb yaşamaq məqsədi olmamışdır. O, Təqsirləndirilən şəxs ABŞ-a yalnız işləmək məqsədilə getmək istədiyini bildirmişdir. Ona görə də həmin məktubu özüylə birlikdə ABŞ-a aparmamış və hər hansı quruma təqdim etməmişdir. Həmin sənədin hazırlanmasını da o Təqsirləndirilən şəxs xahiş etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid21 ifadəsində göstərmişdir ki, o, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır, rəsmi olaraq heç bir dövlət və özəl qurumlarda işləməmişdir. Şahid24 onun doğma qardaşıdır. 2017-ci ilin payız aylarında qardaşı Mahmudla birlikdə işləmək üçün Kanadaya getmək qərarına gəlmişlər. Nə o, nə də ki, qardaşı Mahmud rəsmi olaraq heç bir yerdə işləmədikləri üçün və viza məsələlərindən başı çıxmadığı üçün viza almaqla bağlı köməklik etməsi üçün adam axtarmağa başlamışlar. Həmin ərəfədə o, İsveçdə yaşayan tanışı Vüsalla facebook sosial şəbəkəsində danışarkən Vüsal Təqsirləndirilən şəxs bir çox adama Amerika və Avropa ölkələrinə viza almağa köməklik etdiyini bildirmiş və Təqsirləndirilən şəxs əlaqə nömrəsini vermişdir. O, Təqsirləndirilən şəxs ilə telefonla əlaqə saxlamış və qardaşı Mahmudla birlikdə Nəsimi rayonu, Bülbül prospektində “world telekom” telefon mağazasının yaxınlığındakı bir binanın ikinci mərtəbəsində yerləşən ofisə getmişlər və orada Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Onlar Raminə heç bir yerdə işləmədiklərini və işləmək üçün Kanadaya getmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs Kanadaya viza almaq üçün əvvəlcə Avropa ölkələrinə iki-üç dəfə səfər etməli olduqlarını bildirib bütün bunları təşkil etmək üçün onlardan adamdaşına 4000 ABŞ dolları pul istəmiş və pulu hissə-hissə alacağını bildirmişdir. Təqsirləndirilən şəxs rəsmi olaraq heç bir yerdə işləmədiklərini bildikdə özünün dövlət qurumlarında və xarici ölkələrin Azərbaycan Respublikasında yerləşən səfirliklərində işləyən vəzifəli şəxslərdən tanışlarının olduğunu, həmin şəxslərin vasitəsilə onlara viza almaq üçün lazım olan bütün rəsmi sənədləri hazırlatdıracağını və onlara qanuni yolla viza almağa nail olacağını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs sözlərinə inanmış və ümumilikdə Təqsirləndirilən şəxs 8000 ABŞ dolları pul verməyə razılaşmışalr. Təqsirləndirilən şəxs əvvəlcə onlardan İngiltərəyə viza almağa köməklik etmək üçün 3000 ABŞ dolları məbləğində pul istəmişdir. 2017-ci ilin noyabr ayının əvvəlində o və qardaşı Mahmud Raminin tələbi ilə ümumvətəndaş pasportlarını dəyişib yenisini almışlar. Əvvəllər həmin ölkələrdə səfərdə olduqları üçün özünün pasportunda İran İslam Respublikasının, qardaşının pasportunda isə İraq Respublikasının möhürləri olmuşdur, Təqsirləndirilən şəxs həmin ölkələrin möhürləri olan pasportlarla viza almağın mümkün olmayacağını bildirmişdir. Ona görə onlar yeni ümumvətəndaş pasportlarını aldıqdan sonra 2017-ci ilin noyabr ayının əvvəlində Təqsirləndirilən şəxs ilə ofisində görüşmüş və İngiltərəyə viza alması və səfəri təşkil etməsi üçün Təqsirləndirilən şəxs ofisdə ümumilikdə 3000 ABŞ dolları pul vermişlər. Təqsirləndirilən şəxs həmin pulu alarkən 3 gün müddətində sənədlərinin İngiltərənin Azərbaycanda fəaliyyət göstərən viza nümayəndəliyinə təqdim ediləcəyini bildirmiş, lakin Təqsirləndirilən şəxs dediyi vaxtda sözünə əməl etmədiyi üçün yenidən Raminlə görüşmüşlər. Təqsirləndirilən şəxs viza üçün müraciət edənlərin çoxluğunu əsas gətirərək onların işinin bir neçə ay gecikəcəyini, vizaların tez hazır olması üçün əlavə 2000 ABŞ dolları lazım olduğunu bildirmişdir. Təxminən 2017-ci ilin noyabr ayının sonlarında o qardaşı Mahmudun yanında Təqsirləndirilən şəxs əlavə 2000 ABŞ dolları məbləğində pul vermişdir. Pulu verdikdən bir neçə gün sonra Təqsirləndirilən şəxs işçisi olan adını xatırlamadığı oğlanla birlikdə Bank Respublikanın M.F.Axundov adına kitabxananın yaxınlığında yerləşən filialına gedərək orada adlarına manat hesabı açdırmışlar. Təqsirləndirilən şəxs göndərdiyi adamın gətirdiyi pulu həmin hesaba qoyaraq arayış almışlar və pulu çıxarıb şəxsin özünə qaytarmışlar. Bank arayışlarını da Raminə vermişlər. Daha sonra 2017-ci ilin dekabr ayının ortalarında Təqsirləndirilən şəxs ofisdə onlara verdiyi qovluqda olan sənədləri aparıb “Dəmirçi Tower” iş mərkəzində yerləşən İngiltərənin viza nümayəndəliyinə vermişlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, İngiltərənin Azərbaycanda səfirliyi olmadığı üçün həmin nümayəndəlik vasitəsilə sənədlər İngiltərənin Türkiyədəki səfirliyinə göndəriləcək. Təxminən bir neçə gün sonra Təqsirləndirilən şəxs İngiltərənin Türkiyədəki səfirliyi tərəfindən onlara viza verilməsindən imtina edildiyini bildirmişdir. Artıq həmin ərəfədə viza üçün müraciət edən adamların çoxuna imtina verildiyi üçün ofisə gəlib gedən müştərilər Ramindən narazılıq edirmişlər. Ramin İngiltərə səfirliyi imtina verdiyi üçün onlara artıq digər Avropa ölkələrinin Azərbaycandakı səfirliklərindən viza almağa çalışacağını bildirmiş, lakin bir neçə ay Ramin onları müxtəlif bəhanələrlə gözlətdirmişdir. 2018-ci ilin aprel ayının əvvəlində Təqsirləndirilən şəxs söhbət zamanı bildirmişdir ki, kimsə onun külli miqdarda pulunu götürüb aradan çıxdığı üçün maddi çətinliyi var, ona razılaşdıqları pulun qalan hissəsini də verəcəkləri təqdirdə onlara şengen vizası ala bilər. Onlar artıq Təqsirləndirilən şəxs inandığı üçün 2018-ci ilin aprel ayının əvvəlində Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Mado” kafesinin qarşısında Təqsirləndirilən şəxs 5000 ABŞ dollarının manata olan ekvivalentini, yəni 8500 manat pul vermişlər. Əvvəlki pulları Təqsirləndirilən şəxs ABŞ dolları ilə, lakin həmin vaxt Azərbaycan manatı ilə vermişlər. 2018-ci ilin aprel ayının əvvəlində Təqsirləndirilən şəxs adını xatırlamadığı işçisi ilə Bank Respublikanın M.F.Axundov adına kitabxananın yaxınlığında yerləşən filialına gedərək orada adlarına ABŞ dolları hesabı açdırmışlar, Təqsirləndirilən şəxs göndərdiyi adamın gətirdiyi xatırlamadığı məbləğdə pulu həmin hesaba qoyaraq arayış aldıqdan sonra pulu çıxarıb həmin şəxsin özünə qaytarmışlar, bank arayışlarını da Raminə vermişlər. 2018-ci ilin aprel ayının ortalarında Təqsirləndirilən şəxs ofisdə onlara verdiyi qovluqdakı sənədləri Raminin tapşırığı ilə Fransanın Azərbaycandakı səfirliyinin Yasamal rayonu ərazisində yerləşən “Globus Center” iş mərkəzində fəaliyyət göstərən viza mərkəzinə təqdim etmişlər. Ramin onlara izah etmişdir ki, onun guya hansısa tikinti şirkətində mühəndis vəzifəsində işləməyinə dair sənəd, qardaşı Mahmudun hansısa klinikada diş həkimi vəzifəsində işləməsinə dair sənəd, eləcə də hər birinin mülkiyyətində ayrı-ayrılıqda mənzil olmasına dair sənədlər hazırlatmışdır. Ramin həmin sənədləri qanuni yolla hazırlatdırdığını bildirmişdir. Onlar Raminə inanmışlar ki, sənədlər qanuni yolla hazırlanmışdır. Bir neçə gün sonra həmin viza mərkəzinə gedib pasportlarını təhvil aldıqda, məlum olmuşdur ki, 26 aprel 2018-ci il tarixdə ona və qardaşı Mahmuda Fransa səfirliyi tərəfindən 10 günlük viza verilmişdir. Həmin vizalar 2018-ci ilin may ayında olan müddəti əhatə etmişdir. Pasportları təhvil aldıqdan sonra bir neçə dəfə ofisə gedib gəlsə də, Təqsirləndirilən şəxs tapa bilməmişdir. Həmin ərəfədə ofisə Ramindən narazı çox müştəri gəlib getmişdir. İşçiləri Raminin tutulduğunu bildirirmişlər. Ramin aviabiletlərin və səfərlə digər xərclərin ona verdikləri pula daxil olduğunu vəd etdiyi üçün Ramini axtarmışlar, lakin Ramini tapa bilməmişlər. Viza müddəti də artıq başladığı üçün ona görə də məcbur olub aviabiletləri və səfərlə bağlı digər xərcləri özləri ödəmək qərarına gəlmişlər. Raminin ofisində işləyən şəxs kimi tanıdıqları Şahid3 müraciət etmişlər və Fidan onlara aviabiletləri almağa və otel bronlarını etməyə köməklik etmiş, 1500 manat xərcləri çıxmışdır. Sonra 2018-ci ilin may ayında Bakı-Budapeşt aviareysi ilə Macarıstana, oradan Budapeşt-Barcelona aviareysi ilə İspaniyaya səfər etmişlər, sonra aviareyslə İstanbula və Tbilisiyə getmişlər, daha sonra isə Şıxlı SNM-dən keçərək Azərbaycana qayıtmışlar. Azərbaycana qayıtdıqdan sonra Raminlə görüşmüşlər. Ramin barəsində şikayət olduğu üçün tutulduğunu və yenicə azadlığa çıxdığını bildirmişdir. Səfərlə bağlı çəkdikləri xərcləri özü ödəyəcəyini vəd etmişdir. Bir neçə gün sonra xəbərlərdə eşitmişdir ki, Təqsirləndirilən şəxs ölkədən qaçmaq istəyərkən həbs olunmuşdur. 2019-cu ilin mart ayında Təqsirləndirilən şəxs azadlığa çıxdıqdan sonra Raminlə görüşüb söhbət etmişdir. Ramin barəsində şikayət etmədiyi üçün, Ramin ona minnətdarlıq etmiş və pullarını tam şəkildə qaytaracağını vəd etmişdir. Təxminən 2020-ci ilin fevral ayında Təqsirləndirilən şəxs ona 1000 manat pul qaytarmış, həmin vaxtdan bir neçə ay sonra Ramin ona 100 manat pul qaytarsa da sonradan hazırki vaxtadək heç bir məbləğdə pul qaytarmamışdır. O, həmin pulu Ramindən tələb edir. Təqsirləndirilən şəxs azadlıqda olarkən yenidən Avropa ölkələrinə viza almağa çalışacağını, alınmayacağı təqdirdə pulunu hissə-hissə qaytaracağını vəd etmişdir. O da inandığı üçün razılaşmış, lakin Ramin sonradan ona viza almağa heç bir köməklik etməmiş və pulu da qaytarmamışdır. Sonradan Təqsirləndirilən şəxs barəsində şikayətçi olan şəxslərdən Ehtiram adlı şəxslə əlaqə saxlayıb danışarkən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs barəsində cinayət işinə Bakı Apellyasiya Məhkəməsində baxılır, eləcə də başqa cinayət əməllərinə görə Ramin yenidən Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən həbs olunmuşdur. Ona görə də o Azərbaycan Respublikası Baş Prokurorluğuna teleqramla müraciət etmişdir. Teleqramda Təqsirləndirilən şəxs verdiyi pulun məbləğini 22 000 manat kimi qeyd etmiş, faktiki olaraq Təqsirləndirilən şəxs ümumilikdə əlbəəl 5000 ABŞ dolları və 8500 manat pul vermişlər. Həmin pulları Təqsirləndirilən şəxs verərkən qardaşı Mahmud da yanında olmuşdur. Təqsirləndirilən şəxs həmin pullara vizaların alınmasına köməkliklə yanaşı aviabilet və səfərlə bağlı bütün xərclərin daxil olduğunu demiş, lakin 2018-ci ilin may ayında Təqsirləndirilən şəxs yoxa çıxdığı üçün aviabiletləri və səfərlə bağlı digər xərcləri məcbur olub özü ödəmiş, ona görə də teleqramda məbləği 22 000 manat kimi qeyd etmişdir. Təqsirləndirilən şəxs əlbəəl verdiyi 5000 ABŞ dolları və 8500 manat pulun hamısı özünə məxsus olmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid21 bildirmişdir ki, o, evini satmış, bu məsələlərlə bağı hətta onun ailəsində söz söhbətlər yaranmış, ailəsi də dağılmış, lakin sonradan ailəsiylə barışmışdır. O, pulunu Ramindən tələb edəndə, Ramin ona gecə taksi ilə 100 manat pul göndərdikdə, o, əsəbiləşmiş və Raminə bildirmişdir ki, o, dilənçi deyil, ona 100 manat pul göndərir. Pulu Raminə verəndən sonra, Ramin müxtəlif bəhanələrlə vaxtı uzadırmış. Şengen vizanı o öz puluyla almış, əlavə pul vermişdir. Avropaya gedib qayıdandan sonra Amerikaya getmək üçün müraciət etmiş, lakin düzəlməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, X47 oxumaq və işləmək məqsədilə səfər etmək istəmişdir. Ona görə də 2016-cı ilin may ayında X47 viza almağa köməklik etməsindən ötrü tanışlardan soraqlaşaraq Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən ofisinə gedərək Raminlə görüşmüşdür. ABŞ-da təhsil və işləməklə bağlı maraqlanmışdır. Təqsirləndirilən şəxs söhbət əsasında ABŞ-a viza almağa köməklik etmək üçün ondan 1000 ABŞ dolları pul alacağını bildirmiş, lakin maddi imkanı olmadığını bildikdən sonra həmin vizanı təşkil etmək üçün 500 ABŞ dolları məbləğində pul alacağını bildirmişdir. Həmin ərəfədə o bir neçə dəfə müştəri qismində Təqsirləndirilən şəxs həmin ünvanda yerləşən ofisinə gedib gəlmişdir. Həmin ofisdə Şəmşir adlı oğlanı və Şahid3 görmüşdür. Şəmşir fiziki qüsurlu imiş, ofisdə viza müraciət blanklarını doldururmuş, Fidan isə çay və təmizlik işlərinə baxırmış. Təxminən 2016-cı ilin sentyabr ayının sonlarında Təqsirləndirilən şəxs özü onunla əlaqə saxlayıb onu Bakı şəhəri, Səbail rayonu, Malakan bağının və Fransa səfirliyinin yaxınlığında yerləşən ofisinə dəvət etmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs onun ingilis dilini normal bildiyi üçün ofisində işləməyini təklif etmişdir. O, işsiz olduğu üçün razılaşmışdır. Həmin ofisdə işləyən Şamxal adlı oğlan ona ABŞ-a tələbə vizası üçün müraciət formasını doldurmağı öyrətmiş, həmin viza “F-1” vizası adlanırmış. Ramin onunla rəsmi əmək müqaviləsi bağlamamışdır, lakin aylıq ona 300-500 manat əmək haqqı verirmiş. O, Şəmşir adlı oğlanı həmin ofisdə görməmiş, lakin Şahid3 həmin ofisdə işləyirmiş. Təqsirləndirilən şəxs əvvəlcə əsasən ABŞ və Kanadaya viza dəstəyi göstərmişdir. Avropa ölkələrinə bir-iki dəfə turist vizası ilə gedib qayıdan vətəndaşlara ABŞ-a viza almaq daha rahat olurmuş. Ona görə də Təqsirləndirilən şəxs sonradan Avropa ölkələrinə də viza dəstəyi göstərməyə başlamışdır. Müştərilərlə Təqsirləndirilən şəxs özü öz otağında görüşürmüş və pul məsələlərini yalnız Təqsirləndirilən şəxs özü həll edirmiş. O, heç bir müştəri ilə görüşməmiş və müştəridən pul almamışdır. Təqsirləndirilən şəxs viza üçün tələb olunan sənədləri ona qovluqda verirmiş. Onun işi isə ABŞ-a “F-1” yəni tələbə vizası üçün müraciət edən şəxslərə viza müraciət formasının doldurulmasından ibarət imiş. ABŞ-a “F-1” vizası almaq üçün pasport, şəxsiyyət vəsiqəsi, ailə vəziyyəti haqqında arayış, fotoşəkillər, ABŞ-da yerləşən müvafiq universitetdən qəbul məktubu, ali təhsil haqqında diplom və sair sənədlər, bank hesabında pulu olması barədə arayış və səfirlik tərəfindən tələb olunan digər sənədlər tələb olunurmuş. ABŞ-a turist vizası yəni “B1” və “B2” vizası almağa isə pasport, şəxsiyyət vəsiqəsi, ailə vəziyyəti haqqında arayış, fotoşəkillər, iş yerindən arayış, adına daşınmaz əmlak olması haqqında çıxarış, bank hesabında pulu olması barədə arayış və səfirlik tərəfindən tələb olunan digər sənədlər tələb olunurmuş. Viza almaq üçün səfirlik tərəfindən tələb olunan bütün sənədləri işçilərə Təqsirləndirilən şəxs özü qovluq şəklində verirmiş, müştərilərlə birinci dəfə Təqsirləndirilən şəxs görüşürmüş və pul məsələləri ilə bağlı yalnız özü müştəri ilə danışırmış. Həmin ofisdə ondan başqa Şəfəq Əsgərli, Şahid3, Şamxal adlı oğlan, Röya adlı qız və adını hazırda xatırlamadığı şəxslər işləyirmiş. Həmin ofisdə işlədiyi vaxt “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Şahid1la tanış olmuşdur. Sərdar Təqsirləndirilən şəxs tanışı imiş və hərdən ofisə gəlib gedirmiş. Şəfəqin deməsindən bilirmiş ki, Şahid1 xaricdə təhsil sahəsində fəaliyyət göstərir və xaricdə tələbə mübadiləsi proqramları həyata keçirir. Həmin ərəfədə Şahid1la tanışlığı yaranmş və arasıra Şahid1 İçərişəhərdə yerləşən ofisinə gedib gəlirmiş. Sərdarın ofisində Lalə adlı xanımı və Mətin adlı oğlanı görmüşdür. 2017-ci ilin fevral ayının ortalarında Təqsirləndirilən şəxs Bakı şəhəri, Bül-bül prospektində “AF Mall” ticarət mərkəzi ilə üzbəüz binada yerləşən ofisi icarəyə götürmüş və fəaliyyəti orada davam etmişdir. Həmin ofisə köçdükdən sonra Sevinc Çəltikova və Ülviyyə adlı qızlar da ofisdə işə başlamışlar. Onlar da viza müraciət blanklarını doldurmaqla məşğul olmuşlar. 2017-ci ilin təxminən noyabr ayında dəqiq xatırlamadığı vaxtda ofisə viza üçün müraciət edən müştərilərlə Təqsirləndirilən şəxs arasında viza verilməməsinə və pulun geri tələb edilməsinə görə narazılıq və mübahisələr yaranmağa başlamışdır. Həmçinin Təqsirləndirilən şəxs əmək haqqını da gecikdirmişdir. Ona görə də 2017-ci ilin dekabr ayının sonlarında o işdən ayrılmışdır. Ara-sıra Şahid1 İçərişəhərdə yerləşən ofisinə gedib-gəlirmiş. Hətta Sərdar ona bir neçə dəfə ofisində işləməyi təklif etmiş, lakin, o, razı olmamışdır. Sərdarın ofisinə gedib gələrkən özünün danışığından eşitmişdir ki, özünün bir neçə şirkəti var, həmin şirkətlərdən, eləcə də yaxın dostlarına məxsus bir neçə şirkətdən viza almaq üçün səfirlyə təqdim etməkdən ötrü iş yerindən arayış sənədini qanuni əsaslarla təşkil edə bilir. Şahid1 həmin iş yerindən arayış sənədini vermək üçün 50-100 manat arası məbləğdə pul aldığını demişdir. Demişdir ki, 2018-ci ilin sentyabr ayının sonlarında öz adına “X164” MMC-ni təsis edərək Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsindəki “AF Mall” ticarət mərkəzinin 3-cü mərtəbəsində ofis icarəyə götürüb aviabiletlərin və turpaketlərin satışı ilə məşğul olmuşdur. 2020-ci ilin fevral ayında fəaliyyətini dayandırmışdır. 2019-cu ilin yay aylarının sonlarında xəbərlərdə Şahid1 həbs olunduğunu və ofisində axtarış aparılarkən oradan çoxsaylı saxta möhürlər və sənədlər aşkar edildiyini görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, Şahid1 saxta sənədlərin hazırlanması ilə məşğul olmuşdur. Həmin vaxt başa düşmüşdür ki, viza almaqdan ötrü səfirliyə təqdim etmək üçün rəsmi sənədləri yəni iş yerindən arayış, bank hesabında pul olması barədə arayış və sair rəsmi sənədləri saxta yolla hazırlaması üçün Təqsirləndirilən şəxs Şahid1 sifariş verərək hazırlatdırmışdır. Ümumiyyətlə o Nicat Kərimova 800 dollar, ondan 150 dollar viza üçün, 150 dollar qəbul sənədi üçün və 500 dollar digər xidmətlər üçün vermişdir. Sonradan həmin pulu Nicat Kərimov ona qaytarmışdır. Elan olunmuş cinayət işinin 4-cü cild 133-138-ci vərəqələrində olan şahidin ifadəsinə əsasən Şahid21 bildirmişdir ki, o, istintaqda təqsirləndirilən şəxsə pul verməyini deməmiş, ola bilsin bu barədə yadından çıxıb deməmişdir. İş üzrə Şahid25 məhkəmə iclaslarına gəlməsi üçün dəfələrlə məlumat verilmiş, lakin, şahid məhkəmə iclasına gəlməmişdir. Buna görə də şahid barəsində məcburi gətirmə qərarı qəbul edilmişdir. Lakin, məhkəməyə şahidin məhkəmə iclasında təmin edilib-edilməməsi barədə hər hansı məlumat daxil olmamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid25 ifadəsindən görünür ki, 2009-cu ilin noyabr ayından 2015-ci ilə qədər müxtəlif travel şirkətlərində, 2015-ci ilin yanvar ayından 2020-ci ilin may ayına kimi Xətai rayonu Yusif Səfərov küçəsində yerləşən "xxxx" MMC-də bilet satış meneceri vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs təxminən 3 il olar ki tanımışdır. Təqsirləndirilən şəxs teztez Kristal Traveldan, yəni şəxsən ondan uçuş biletləri almış və Ramin müxtəlif şəxslərin xaricə getməsi üçün viza məsələlərini həll etmişdir. Təqsirləndirilən şəxs ilə təxminən 2016-2017-ci illərdə universitetdən tanışı olan Cəfərov Elçin adlı şəxs vasitəsilə tanış olmuş, belə ki, Təqsirləndirilən şəxs Elçin Cəfərovun ABŞ-a viza alması üçün tələb olunan sənədlərini hazırlamış, o, isə Elçin üçün ucuz aviabilet almışdır. Elçin də ondan ucuz aviabilet alması barədə Raminə məlumat vermiş və ondan sonra Ramin onunla əlaqə saxlayaraq gələcəkdə ucuz bilet lazım olacağı təqdirdə işlədiyi şirkətə müraciət edəcəyini söyləmişdir. Ondan sonra bir neçə dəfə Ramin öz müştərilərinin aviabiletlərini və otellərini onun işlədiyi şirkətdən almışdır. İşlədiyi dövrdə yalnız aviabilet alınmasına və ya səfirliyə təqdim edilməsi üçün bron edilməsinə köməklik etmiş, həmçinin turizm şirkətində digər əməkdaşlar anketlerin doldurulması, otelin bron edilməsi səfər sığortası ve şəhadətnaməsinin yazılmasına köməklik etmişlər, o, heç bir vaxt viza alınması üçün sənədlər, yəni, iş yerindən arayış, bank hesabında pul olması barədə məktub və mahiyyətcə onlara oxşar sair saxta sənədləri hazırlamamış və hazırlaması üçün də kiməsə sifariş etməmişdir. Həmin sənədləri Təqsirləndirilən şəxs təşkil edə bilirmiş, Ramin həmin sənədləri Sərdara 100-200 manata hazırlatdırırmış, səhv etmirsə Sərdarın ofisi İçərişəhərdə yerləşirmiş, o, bunları Təqsirləndirilən şəxs ofisində işləyən şəxslərdən eşitmişdir. Təqsirləndirilən şəxs ofisində işləyən şəxslərdən Sevinc Çəltikova, Şəfəq Əsgərova, Şahid3, Elnur, Nərmin, Raciv, Əziz Xanəli, Gülnar, Röya, Pənah adlı şəxsləri tanıyır. Ramin işlədiyi dövrdə bütün proseslərə özü rəhbərlik edirmiş, yəni saxta sənədlərin hazırlanmasını özü sifariş etmişdir. İş üzrə Şahid10 məhkəmə iclaslarına gəlməsi üçün dəfələrlə məlumat verilmiş, lakin, şahid məhkəmə iclasına gəlməmişdir. Buna görə də şahid barəsində məcburi gətirmə qərarı qəbul edilmişdir. Şahid10 22 iyun 2022-ci il tarixli teleqramla müraciət edərək, məhkəmə iclaslarında iştirak edə bilmədiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid10 ifadəsindən görünür ki, o, 2012-ci ildən 2014-cü ilədək “Gilan Holdingdə” İT üzrə mütəxəssis vəzifəsində işləmiş, 2014-cü ildə Almaniyaya səfər edərək 2017-ci ilədək orada qalmış, 2017-ci ildə Azərbaycana qayıtmış və həmin müddətdən hazıradək fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. 2014-cü ildə Almaniyaya köçərək orada yaşamaq qərarına gəlmiş, bu sahədə köməklik edə biləcək şəxslər, şirkətlərlə maraqlanmış, Şəmşir adlı şəxsin vasitəsilə Təqsirləndirilən şəxs ilə əlaqə qurub sonuncu ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Ümid” partiyasının ofisi olan binadakı otağında görüşüb söhbət etmiş, Şəmşir Təqsirləndirilən şəxs işçisi olmuş, Şəmşirin təxminən 40 yaşı olar, orta boylu, arıq bədən quruluşlu, ayağında fiziki qüsuru olmuşdur. Həmin vaxt o, Təqsirləndirilən şəxs adını viza düzəldilməsi sahəsində eşitmiş və bilmişdir ki, Ramin müəyyən şəxslərə ABŞ, Kanada və Avropa ölkələrinə viza almaqda köməklik edir. Raminlə ilk görüşdə ondan rəsmi qaydada harada işləməyi, evli və ya subay olmağını, hansı ölkədə oturum almaq istədiyini soruşmuş, o da Raminə hər şeyi olduğu kimi bildirib heç bir yerdə işləmədiyini, subay olmağını və Almaniyada oturum alıb orada yaşamaq istədiyini bildirmişdir. Həmin dövrdə o, artıq “Gilan Holdingdə” işdən çıxmış və işləməmişdir. Ramin də bildirmişdir ki, ilkin mərhələdə viza alınmalıdır, daha sonra isə Almaniyada oturum almaq üçün sənəd düzəldilməlidir. Viza məsələsi ilə bağlı Ramin bildirmişdir ki, Almaniya səfirliyindən viza almaq çətin olduğu üçün Macarıstanın Azərbaycandakı səfirliyindən viza alınacaq, həmçinin Macarıstan Dublin sazişinə qoşulmadığı üçün Almaniya dövləti gələcəkdə onu Macarıstana qaytara bilməyəcək. Viza almaq üçün isə hökmən ona iş yerindən arayış və bank hesabı sənədi hazırlanmalıdır, Ramin həmin sənədlərin əldə olunmasını təşkil edə biləcək vəzifəli şəxslər tanıdığını, onlar vasitəsilə həmin sənədləri əldə edə biləcəyini söyləmişdir. Ramin onda Avropa Azərbaycan Hərəkatı adlı qeyri hökumət təşkilatının rəhbəri olmuşdur. Ramin özü də bildirmişdir ki, QHT rəhbəri kimi bu sahədə müəyyən imkanları, əlaqələri var və tanıdığı adamlara müəyyən köməkliklər göstərə bilir. Ramin onun Macarıstandan viza almaq üçün 1000 manat pul verməli olduğunu, viza almaq üçün tələb olunan bütün zəruri sənədlərin hazırlanmasının da həmin vəsaitin içində olduğunu bildirmişdir. Almaniyaya gedəndən sonra isə oturum almaq üçün tamam başqa sənədlərin əldə olunacağını, qardaşı Emin Hacılının da uzun müddətdir ki, Almaniyada yaşadığını, Eminin də onu Almaniyada qarşılayıb sığınacağa yerləşdirilməkdə, daha sonra isə oturum almaqda köməklik edəcəyini bildirmiş, həmin işin təşkili üçün də 1000 manat pul verməli olduğunu söyləmişdir. Ramin qardaşı X32 şəhərində yaşadığını demiş, həmçinin izah etmişdir ki, Almaniyada oturum almağın ən asan yollarından biri siyasi motivlə oturum üçün müraciət etməkdir, bunun üçün də o, hansısa müxalifət partiyasının üzvü olmalıdır. O, heç bir siyasi partiyanın üzvü olmadığını söylədikdə, Ramin narahat olmamağını, onun Azərbaycan X143nın üzvü olmağına dair də sənəd hazırlatdıracağını, Almaniyaya gedəndən sonra həmin sənəd əsasında oranın miqrasiya xidmətinə müraciət edəcəyini, Eminin də bu istiqamətdə ona köməklik edəcəyini bildirib, bunun üçün də 1000 manat pul ödəməli olduğunu söyləmişdir. Yəni Təqsirləndirilən şəxs onun Almaniya Federativ Respublikasına səfər edə bilməyi üçün müvafiq vizanın alınması üçün sənədlərin hazırlanması, Almaniyada oturum almağı üçün AXCP-nin üzvü olmağına dair sənəd hazırlanması üçün cəmi 2000 manat pul verməli olduğunu bildirmişdir. O da Raminin dediyi şərtlərlə razılaşıb 2000 manat pulu 2014-cü ilin oktyabr ayında Bakı şəhərində, Fəvvarələr meydanı yaxınlığındakı “Molakan” bağında Təqsirləndirilən şəxs vermiş, həmin vaxt Ramin tək olmuş və ikisi görüşüb pulu Raminə vermişdir. Ramin həmin vaxt ***-***-**-**, ***-***-**-**, ***-***-**-** telefon nömrələrindən birini istifadə etmiş, Raminlə həmin telefon nömrələrindən biri ilə danışıb görüşmüşdür. O, həmin vaxt hazırda xatırlamadığı telefon nömrəsini işlətmişdir. Raminin telefon nömrəsini isə telefonunun yaddaşına yazdığı üçün onda qalmışdır. Pulu verəndə Ramin bir neçə günə viza üçün sənədlərin də hazır olacağını, AXCP üzvü olmağına dair partiyanın üzvlük vəsiqəsi və partiya sədri adından dəstək məktubunun da bir müddət sonra hazır olacağını, həmin sənədləri Almaniyaya getməyindən sonra ona göndərəcəyini, həmin müddətdə isə qardaşı Eminin onu qarşılayıb Nordrein Vestvaliya torpağının Bielefeld şəhərində miqrantların sığınacağına yerləşdirəcəyini, oturum üçün prosedurun getdiyi müddətdə isə siyasi sənədlərini göndərəcəyini bildirmişdir. O da Raminə inanıb deyilən müddəti gözləmiş, həqiqətən də 2014-cü ilin təxminən noyabr ayında Ramin ona zəng edib, sənədlərinin hazır olduğunu, növbəti gün viza sənədlərini təqdim etmək üçün Macarıstanın Azərbaycandakı səfirliyinə getməli olduğunu bildirmişdir. Ramin konkret saatda səfirliyin İçərişəhərdəki binasının yanına getməyini, ondan başqa bir neçə nəfərin sənədlərini öz işçisinin oraya gətirəcəyini, hamının eyni vaxtda qrup halında səfirliyə girəcəyini demişdir. O da deyilən saatda Macarıstanın Azərbaycandakı səfirliyinin İçərişəhərdə yerləşən inzibati binasının yanına getmiş, həqiqətən də orada ondan başqa 3-4 nəfər cavan oğlanın da olduğunu görmüş, bir nəfər şəxs əlində müəyyən sənədlərlə oraya gəlib onların ad-soyadlarını soruşub Təqsirləndirilən şəxs işçisi olduğunu bildirmiş və həmin sənədləri onlara vermişdir. Onlar həmin şəxslə birlikdə səfirliyə daxil olmuş, oradakı işçi onları görəndən sonra bayıra çıxmışlar, Raminin işçisi isə sənədləri onlardan götürüb özü səfirliyin işçisinə verib bir müddət içəridə qaldıqdan sonra bayıra çıxmış, bir neçə gündən sonra pasportlarına viza vurulacağını, onların da səfirliyə yaxınlaşıb pasportlarını götürəcəklərini bildirmişdir. Onunla birlikdə viza üçün sənəd verən şəxslərin adlarını hazırda xatırlamır, amma onlar da Macarıstandan viza alıb Almaniyaya gedirlərmiş, onlar öz aralarında səfərin məqsədi, nə qədər pul verməkləri barədə heç nə danışmamışlar, Ramin əvəvlcədən ona bildirmişdir ki, başqa şəxslərlə ünsiyyətdə heç nə barədə məlumat verməsin. Yəqin ki, eyni sözləri digər müştərilərinə də demişdir. Deyilən vaxtda Ramin zəng edib vizasının hazır olduğunu, səfirliyə gedib pasportunu götürməyini söyləmiş, o da səfirliyə gedib pasportunu götürdükdə, həqiqətən də pasportuna shengen vizasının vurulmasının şahidi olmuşdur. Viza alandan sonra xx.xx.2014-cü il tarixdə Azərbaycandan Gürcüstana getmiş, oradan isə Macarıstanın Wizaair şirkəti ilə ucuz aviabilet alıb Macarıstana uçmuş, oradan isə qatarla Almaniyaya getmişdir. Həmin vaxt onunla birlikdə Bakıdan Budapeşt şəhərinə Təqsirləndirilən şəxs viza aldığı 4 nəfər şəxs də getmiş, eyni zamanda Ramin həmin vaxt işçisi olan Şəmşiri də Almaniyaya kimi onu müşayiət etməsi üçün onunla birlikdə göndərmişdir. Şəmşir də onunla birlikdə Bakıdan Gürcüstana, oradan isə Macarıstana, oradan isə qatarla Almaniyanın Köln şəhərinə getmiş, X123 qarşılamış və Eminin Gummersbach şəhərində yerləşən evinə gedib iki gün orada qalmışdır. Emin orada arvadı və azyaşlı övladı ilə yaşamış, iki gün orada qaldıqdan sonra Eminlə birlikdə Bielefeld şəhərinə getmiş, orada Emin Miqrasiya qurumunun inzibati binasını ona göstərib oraya daxil olaraq “Azul” sözünü deməyini, ondan sonra Azərbaycandan gəldiyini deməyini söyləmişdir. O da həmin yerə gedib “Azul” sözünü, yəni “mühacir” sözünü işlətmiş və ondan sonra Almaniyada oturum almağı ilə bağlı proseslər başlamışdır. İlk öncə onun haradan gəlməyini, vətəndaşlığını soruşmuşlar, müvafiq məlumatlar toplandıqdan sonra həmin şəhərdəki kamplardan birinə aparılmış, bir aya yaxın müddətdə orada qalmışdır. Daha sonra isə Wuppertal şəhərində yerləşən mənzillərdən birinə köçürülmüşdür. Onunla təşkil ediləcək müsahibəyə qədər orada yaşamış, kirayə pulunu isə dövlət ödəmişdir. Müsahibədə oturum üçün müraciətinin əsası soruşulacaqmış, həmin ərəfədə ərəb ölkələrindən olan miqrantların sayının həddindən artıq çox olması müsahibənin vaxtını bir neçə dəfə uzatmış və təxminən bir ilə yaxın müsahibə keçirilməmişdir. Orada olduğu müddətdə Eminlə arada bir danışmışdır. Proseslərin gedişatını Emin əvvəlcədən ona izah etmiş, Emin özü də sığınacaq yolu ilə orada oturum almış və Almaniyada yaşayırmış, daha sonra isə onunla müsahibə təşkil olunmuş və oturum almaq üçün əsas tələb edildikdə, o, Təqsirləndirilən şəxs əvvəlcədən izah etdiyi kimi Azərbaycanda siyasi fəaliyyətlə məşğul olduğunu, müxalifət partiyasının üzvü olduğunu bildirmiş, təsdiqedici sənədlərin təqdim edilməsi üçün isə müəyyən vaxt istəmiş və Təqsirləndirilən şəxs ilə whatsapp proqramı ilə danışıb siyasi sənədlərin hazır olub-olmaması ilə maraqlanmışdır. Ramin isə sənədlərin hazır olduğunu bildirib poçt vasitəsilə sığınacaqda olduğu ünvana göndərəcəyini bildirmişdir. Həqiqətən də bir müddətdən sonra Wuppertal şəhərində yaşadığı mənzilə poçtla müəyyən sənədlər gəlmiş, sənədləri Təqsirləndirilən şəxs göndərmişdir. Sənədlərin arasında onun Azərbaycan X143na üzv olmağına dair üzvlük vəsiqəsi, AXCP sədri Əli Kərimlinin adından yazılmış guya onun hakimiyyət tərəfindən siyasi baxışlarına görə təzyiqə məruz qalmağına dair dəstək məktubu, Təqsirləndirilən şəxs özünün Azərbaycan Avropa Hərəkatı adından yazılmış dəstək məktubu olmuşdur. Həmin sənədlərin əsilləri göndərilmiş və sənədlərin əsillərini o, Almaniyanın miqrasiya orqanlarına təqdim etmişdir, surətləri isə özündə yoxdur. Ancaq Almaniya dövləti onun mühacirət üçün müraciətini qəbul etməyib oturum verməkdən imtina etmişdir. O, ilkin mərhələdə bunu məhkəmə qaydasında mübahisələndirsə də, sonradan perspektiv görmədiyi üçün 2017-ci ildə oturum üçün prosesi dayandırıb Azərbaycana qayıtmaq qərarına gəlmişdir. Könüllü Azərbaycana qayıtdığı üçün də həmin aviabiletini Almaniya dövləti almış, həm də özünə 700 avro pul vermişdir. Şəmşir onu Almaniyaya aparandan sonra özü geri qayıtmışdır. Onlarla birlikdə Bakıdan Budapeştə kimi gedən şəxsləri isə sonradan Almaniyada qarşılayıb-qarşılamadığını dəqiq bilməmişdir. O, həmçinin bildirmişdir ki, Şahid1, Sərxan Abdullayev, Üzeyir Bağırlı, Şahid4, Əziz Xanəlini tanımamışdır. "xxxx" MMC və “X160 İnkişafı” ictimai Birliyinin fəaliyyətləri ilə bağlı heç bir məlumatı olmamışdır, heç bir siyasi partiyanın, o cümlədən Azərbaycan X143nın üzvü olmamışdır, heç vaxt siyasi fəaliyyəti olmamış, heç vaxt hər hansı aksiya və ya mitinqdə iştirak etməmiş, ona bununla bağlı heç bir təzyiq olunmamış, Təqsirləndirilən şəxs tərtib etdiyi və ya etdirdiyi sənədlərdə buna dair məlumatlar ona görə yazılmışdır ki, onun Almaniyada oturum almağına köməklik edilsin, əslində isə həmin dəstək məktublarında yazılanlar həqiqəti əks etdirmir. Viza almaq üçün Təqsirləndirilən şəxs tərəfindən hazırlanmış sənədləri Macarıstanın Azərbaycandakı səfirliyinə 2014-cü ilin noyabr ayının əvvəlində dəqiq xatırlamadığı vaxtda təqdim etmiş, xx.xx.2014-cü il tarixdə Böyük-Kəsik X48 keçməklə Gürcüstana, oradan həmin ölkənin Kutaisi şəhərinə getmiş, daha sonra Kutaisi-Budapeşt aviareysi ilə Macarıstana, oradan isə qatarla Almaniya Federativ Respublikasına getmişdir. İş üzrə Şahid6 məhkəmə iclaslarına gəlməsi üçün dəfələrlə məlumat verilmiş, lakin, şahid məhkəmə iclasına gəlməmişdir. Buna görə də şahid barəsində məcburi gətirmə qərarı qəbul edilmişdir. Səbail RPİ-nin 41-ci Polis Bölməsindən daxil olmuş 23 sentyabr 2022-ci il tarixli, 299-7749-1222 saylı məktubdan görünür ki, Şahid6 xx.xx.2022-ci il tarixdə Polşa Respublikasına getmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid6 ifadəsindən görünür ki, 2015-ci ilin payız aylarından 2018-ci ilin mart ayına qədər Azərbaycan Animal Rescue Centre şirkətində sürücü işləmiş, 2018-ci ilin sonlarından 2019-cu ilin əvvəllərinə qədər isə Sultan oteldə mühafizəçi olaraq fəaliyyət göstərmiş, 2019-cu ilin may ayından 12 yanvar 2021-ci ilə qədər "xxxx" MMC-də AİR transfer şöbəsində sürücü işləmiş, hazırda heç bir yerdə işləmir. “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyi haqqında məlumatı vardır, lakin, həmin birlikdə hər hansı vəzifədə işləməmiş, belə ki, 2017-ci ilin sentyabr ayında Latviya Respublikasının Riqa şəhərinə getməkdən ötrü adını xatırlamadığı turizm şirkətinin rəhbəri olan Təqsirləndirilən şəxs müraciət etmiş, onu Təqsirləndirilən şəxs tanış edən X41 yaşayan tanışı, hazırda isə adını xatırlamadığı şəxs olmuşdur. Həmin şəxs ona Təqsirləndirilən şəxs mobil nömrəsini vermiş, o da Raminə zəng edərək əlaqə saxlamış, 2017-ci ilin sentyabr ayının sonlarında X165 adına Respublika Sarayının yaxınlığında yerləşən Aff Mall ticarət mərkəzi ilə üzbəüz şəkildə, yolun digər tərəfində olan ofisdə görüşmüş, həmin vaxt Ramin ondan xarici pasportunu, şəxsiyyət vəsiqəsini təqdim etməsini, eləcə də zəruri sənədlərin hazırlanması müqabilində 1250 ABŞ dolları məbləğində pul vəsaitini tələb etmişdir. Təxminən 2-3 gündən sonra o, özüə məxsus xarici pasportunu, şəxsiyyət vəsiqəsini və həmin dövrdə 2125 manat ekvivalentində olan 1250 ABŞ dolları məbləğində pul vəsaitini ofisdə Təqsirləndirilən şəxs vermiş, 2-3 həftə keçdikdən sonra Təqsirləndirilən şəxs ona zəng edərək sənədlərin hazır olduğunu bildirmişdir. Ofisdə Ramin ona özü ilə bağlı zəruri sənədləri ona vermiş və o, həmin sənədləri baxmadan Latviya səfirliyinə təqdim etmişdir. Bir müddət sonra isə Latviya səfirliyindən şengen vizası əldə etmiş, şengen vizası əldə etdikdən sonra Təqsirləndirilən şəxs ona uçuş biletlərini, otel rezervasiyalarını və “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyində işləməsinə dair sənəd təqdim edərək bildirmişdir ki, Latviya Respublikasının Riqa şəhərinə eniş etdikdən sonra hava limanında həmin sənədi təqdim edərək işlə bağlı ölkəyə gəlməsini söyləsin. Daha sonra o, sənədləri Təqsirləndirilən şəxs götürüb uzaqlaşmış, 2017-ci ilin oktyabr-noyabr aylarında Riqa şəhərini səyahət edib Bakı şəhərinə qayıtmışdır. Bundan sonra 2017-ci ilin dekabr ayının əvvələrində arvadı Kübra və övladı Hüseyn ilə birlikdə səhayət etmək üçün Fransa Respublikasının Paris şəhərinə getməkdən ötrü yenidən Təqsirləndirilən şəxs həmin ünvanda yerləşən ofisinə getmiş, orada Təqsirləndirilən şəxs Paris şəhərinə səyahət etmək istədiyini bildirmiş, Təqsirləndirilən şəxs ondan özünün, arvadının xarici pasportunu və ailə üzvlərinin şəxsiyyət vəsiqələrini, o cümlədən zəruri sənədlərin hazırlanmasından ötrü həmin dövrdə 2975 manat ekvivalentində olan 1750 ABŞ dolları məbləğində pul istəmiş, bir müddət sonra isə tələb olunan sənədləri və 1750 ABŞ dolları məbləğində pulu Təqsirləndirilən şəxs ofisində sonuncuya vermiş, bir müddət sonra Ramindən işinin nəticəsi barədə soruşduqda Ramin müxtəlif bəhanələr gətirərək işinin qısa zamanda həll olunacağını bildirmiş, hətta Təqsirləndirilən şəxs “Aff Mall” ilə üzbəüz olan ofisi bağlanan zaman Ramin ona işlərinin digər turizm şirkətinin rəhbəri Sərxan adlı şəxsin həll edəcəyini bildirmişdir. 2018-ci ilin aprel ayında Təqsirləndirilən şəxs zəruri sənədlərin hazır olduğunu, Fransa səfirliyinə təqdim edilməsindən ötrü əlavə 500 manat pul istəmiş, o da həmin vaxt Təqsirləndirilən şəxs əlavə 500 manat pul vermiş, lakin hazırki dövrə qədər Təqsirləndirilən şəxs nə viza almaq üçün zəruri sənədləri hazırlamış, nə də ki onun pulunu geri qaytarmışdır. Avropa ölkələrinə getməkdə məqsədi şengen vizası əldə etmək və sonrakı proseslərdə X47 gedib daimi orada yaşamaq üçün planını həyata keçirməkdən ibarət olmuşdur. Həmin proseslərdə də Təqsirləndirilən şəxs ona kömək etməyi öz öhdəsinə götürmüşdür. 2017-ci ildə Latviya Respublikasına xx.xx.2017-ci il tarixdə Bakı- Moskva-Riqa aviareysi ilə səfər edərək xx.xx.2017-ci il tarixdə Riqa-Moskva-Bakı aviareysi ilə ölkəyə geri qayıtmış, 2017-ci ildəki səfərlə bağlı Təqsirləndirilən şəxs 2017-ci ilin sentyabr ayının sonlarında sonuncunun rəhbəri olduğunu bildirdiyi Bakı şəhəri Bülbül prospektində AFF Mall ticarət mərkəzi ilə üzbəüz “World telecom” mağazasının yanında yerləşən adını hazırda xatırlamadığı turizm şirkətinin ofisində həmin dövrdə məzənnəsi 2125 manat təşkil edən 1250 ABŞ dolları pul vermiş, Ramin həmin pula həm vizanın alınması üçün zəruri sənədlərin hazırlanmasının, həm də digər səfər xərclərinin daxil olduğunu bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs bütün sənədləri qovluqda qəbul edib içərisinə baxmadan birbaşa Latviya səfirliyinə təqdim etmiş, ona görə də içərisindəki sənədlərin məzmununda yazılanları bilməmişdir, lakin viza alındıqdan sonra o, Latviyaya səfər edərkən Təqsirləndirilən şəxs ona guya “X162 İnkişafı” ictimai birliyində hansısa vəzifədə işləməyi və 800 manat əməkhaqqı almağı barədə ingilis dilində tərtib edilmiş, imzalı və möhürlü arayış vermiş, lakin o, heç bir zaman həmin təşkilatda işləmədiyi üçün həmin vaxt sənədin saxta olduğunu bilmişdir, Təqsirləndirilən şəxs Latviyada pasport yoxlanışı zamanı soruşan olsa həmin sənədi göstərməsini bildirmiş, lakin o həmin sənədi heç kimə təqdim etməmiş, eləcə də Latviyada gömrükdə ondan heç kim pasportdan başqa hər hansı bir sənəd tələb etməmişdir. Faktiki olaraq həmin sənədin saxta olduğunu bildikdən sonra onu istifadə etməmişdir, həmin sənədin hal-hazırda harada olduğunu bilmir, çox güman ki, həmin sənədi itirmişdir. Bundan başqa qeyd etmişdir ki, onun əsas məqsədi ailəsilə birlikdə X47 köçərək orada işləmək və yaşamaq olmuşdur. Təqsirləndirilən şəxs ilə ilk dəfə görüşüb fikrini izah etdikdən sonra Ramin bildirmişdir ki, əvvəlcə Avropa ölkələrindən birinə turist kimi tək özü, ikinci dəfə isə ailəsilə birlikdə səhayət edib qayıtdıqdan sonra X47 viza ala bilər, o da Raminə inanıb təklifi ilə razılaşmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 16-17-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan respublikası Baş Prokuroru, İ dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralovun 28 noyabr 2016-cı il tarixli cinayət işinin başlanması haqqında qərarından görünür ki, saxta sənədlərdən istifadə etməklə xarici ölkələrdə yaşamaq hüququ əldə edən şəxslər barəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313, 318-1.2.3, 320.1, 320.2-ci maddələri ilə cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cild 19-20-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi Eldar Əhmədovun 05 avqust 2019-cu il tarixli cinayət işinin başlanması haqqında qərarından görünür ki, qanunsuz miqrasiyanın təşkili məqsədilə hüquq verən rəsmi sənədlərin saxtalaşdırılmaqla qanunsuz hazırlanması, satılması və istifadə edilməsi barədə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 308.2, 313, 318-1.2.1, 318-1.2.2, 320.1, 320.2-ci maddələri ilə cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cild 1-5-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, kiçik ədliyyə müşaviri X54 22 mart 2022-ci il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və.s maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin 1-ci cild 41-43-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 iyul 2019-cu il tarixli baxış protokolunun kserosurətindən görünür ki, Şahid3 iştirakı ilə Bakı şəhəri, Yasamal rayonunda yerləşən ünvanda iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək sənədlər, 1 ədəd qırmızı rəngli içərisində qeydlər olan qeyd kitabçası, 2 ədəd HP markalı notebuk, vizit kartlar götürülmüşdür. Cinayət işinin 1-ci cild 50-54-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış baxış haqqında 26 iyul 2019-cu il tarixli protokolun kserosurətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həmin tarixdə Şahid1 rəhbərlik etdiyi “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin ünvan 21 ünvanda yerləşən ofisə baxış keçirilmiş, baxış zamanı oradan ümumilikdə 97 ədəd möhür və ştamplar, çoxsaylı sənədlər, kompüterlər, mobil telefonlar və əhəmiyyət kəsb edə biləcək digər predmetlər və əşyalar götürülmüşdür. Cinayət işinin 1-ci cild 129-159-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsindən daxil olmuş 03 sentyabr 2019-cu il tarixli 05/4789-11 nömrəli məktubun və məktuba əlavə edilmiş sənədlərin kserosurətlərindən görünür ki, qeyri-kommersiya qurumlarının dövlət reyestrində sorğuda qeyd olunan fiziki şəxslər, “X20 Tələbə təşkilatı”, "xxxx", “Hüquq Konsultasiya”, “Turizm RentaCar LTD” adlı hüquqi şəxslər barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr 2007-ci il tarixli 2458 nömrəli Sərəncamına əsasən xx.xx.2008-ci il tarixdən etibarən sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə vahid qeydiyyat orqanı Vergilər Nazirliyi müəyyən edilmişdir. Qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilmiş məlumatlara əsasən Şahid1 xx.xx.2007-ci il tarixdə 1107-Q20-2467 nömrə ilə dövlət qeydiyyatına alınmış “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin təsisçisidir. Cinayət işinin 1-ci cild 160-166-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi cinayətlərinin ibtidai araşdırılması Baş idarəsindən daxil olmuş 06 sentyabr 2019-cu il tarixli **********022200 nömrəli məktubun və məktuba əlavə edilmiş sənədlərin kserosurətindən görünür ki, “Vergi ödəyicilərinin dövlət reyestri”ndə Şahid1 fiziki şəxs (fərdi sahibkar) qismində vergi orqanında qeydiyyatda olması, habelə “X20 Tələbə Təşkilatı” qeyri-hökümət təşkilatı, “Turizm RentaCar LTD”, “Hüquq Konsultasiya” adlı şirkətlər barədə məlumat mövcud deyil. Həmin məktuba əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, "xxxx" MMC 31 avqust 2009-cu il tarixdə ********** nömrəli VÖEN ilə Vergilər Nazirliyi tərəfindən qeydiyyata alınmış, qeydiyyata alındığı zaman Cəmiyyətin təsisçiləri Şahid1 və X104, Cəmiyyətin hüquqi ünvanı ünvan 22çisi (direktoru) Şahid1, fəaliyyət növü digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsindən ibarətdir, fəaliyyəti üzrə səyyar vergi yoxlaması keçirilməmişdir. Bundan başqa “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyi 06 mart 2008-ci il tarixdə ********** nömrəli VÖEN ilə Vergilər Nazirliyi tərəfindən qeydiyyata alınmış, qeydiyyata alındığı zaman ictimai birliyin hüquqi ünvanı ünvan 23 7, mənzil 8, rəhbəri Şahid1, fəaliyyət növü digər qruplara daxil edilməyən sair ictimai təşkilatların fəaliyyətindən ibarət olmuş, fəaliyyəti üzrə səyyar vergi yoxlaması keçirilməmişdir. Cinayət işinin 2-ci cild 222-224-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" Travel Agency MMC-nin VÖEN nömrəsi **********, hüquqi ünvanı – ünvan 24talı -10 AZNdır. Cinayət işinin 1-ci cild 176-186-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış baxış keçirilməsi haqqında 25 sentyabr 2019-cu il tarixli protokolun kserosurətindən görünür ki, Şahid1 rəhbərlik etdiyi “Gəncliyin Elmi-Mədəni İnkişafi” ictimai birliyinin ünvan 17 ünvanında yerləşən ofisində 26 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı götürülmüş 97 ədəd möhürdən 2-si siyasi partiyalara - biri “Azərbaycan Xalq Cəbhəsi” partiyasına, digəri isə “Müsavat” partiyasına, biri “Şərq” qəzetinə, biri “Hürriət” qəzetinə, 29 ədədi dövlət orqanlarına, yəni, notariat ofisləri, Ədliyyə Nazirliyinin müvafiq rayon qeydiyyat şöbələri, Dövlət Neft Şirkəti, Təhsil Nazirliyi, həmin Nazirliyin müvafiq idarələri, Bakı şəhər Baş Polis İdarəsi, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi, Vergilər və Səhiyyə Nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq qurumları və digər dövlət orqanlarına aid olmuşdur. 28 ədəd möhür Azərbaycan Respublikası ərazisində, o cümlədən, xarici ölkələrdə fəaliyyət göstərən təhsil müəssisələrinə aid, 11 ədəd möhür Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən banklara, 18 ədəd möhür ayrı-ayrı hüquqi şəxslərə, 01 ədəd möhür Abdulgafur Böyükfırat, 01 ədəd möhür Mahmut Ağırman ad və soyadlı “eğitim müşaviri” vəzifəsində olan şəxslərə aid olmuşdur. Bunlardan başqa 02 ədəd möhürün tarixi əks etdirmək üçün nəzərdə tutulmuş möhürlər olduğu, 03 ədəd möhürün isə “Aslı ilə aynıdır”, “Aslının aynıdır” və “Gelen evrak” məzmunlu olduğu müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 220-243-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kompüter texniki ekspertizasının 20 dekabr 2019-cu il tarixli 21614 nömrəli ekspert rəyinin kserosurətinə əsasən aşağıdakılar müəyyən edilmişdir: Şahid1 ofisindən götürülmüş predmetlər üzrə:
1. “İphone 5” markalı “A1429” modelli, işlək vəziyyətdə olan, internet şəbəkəsinə bağlantıları texniki olaraq dəstəkləyən mobil smartfonun yaddaşında müəyyən edilmiş mövcud olan və pozulmuş halda, SMS mesajlar, simsiz şəbəkələr siyahısı, zənglər jurnalı, baxılmış internet saytları, kontaktlar, məkan koordinatları, axtarış sorğuları, yazışmalar (imessage, imessage: +**********19, İmessage +**********25, İmessage: Elektron ünvan 1, iphonerecentslog, line: sardar yusifoğlu, viber, whatsapp, whatsapp business, elektron poçt), məlumat ilə fayllar (audio, videogörüntülər, fototəsvirlər) və digər məlumatlar, həmin məlumatlara dair tərtib edilmiş hesabat (ad, məzmun, tarix, texniki göstəricilər qeyd edilməklə) rəqəmsal sübutların saxlanılması üçün nəzərdə tutulmuş xarici yaddaş diskinə köçürülmüşdür. 1.2 bir ədəd “Xiaomi” markalı “Redmi 5” modelli, işlək vəziyyətdə olan, internet şəbəkəsinə bağlantıları texniki olaraq dəstəkləyən mobil smartfonun yaddaşında müəyyən edilmiş mövcud olan və pozulmuş halda, SMS mesajlar, simsiz şəbəkələr, internet saytların əlfəcinləri, zənglər jurnalı, baxılmış internet saytlar, kontaktlar, məkan koordinatları, axtarış sorğuları, quraşdırılmış proqramlar, yazışmalar (instagram, whatsapp, whatsapp business, elektron poçt), zaman ardıcıllığı, məlumat ilə fayllar (audio, videogörüntülər, sənəd, fototəsvirlər) və digər məlumatlar, həmin məlumatlara dair tərtib edilmiş hesabat (ad, məzmun, tarix, texniki göstəricilər qeyd edilməklə) rəqəmsal sübutların saxlanılması üçün nəzərdə tutulmuş xarici yaddaş diskinə köçürülmüşdür. 1.3 bir ədəd “Nokia” markalı “T210” modelli işlək vəziyyətdə olan, internet şəbəkəsinə çıxışları texniki olaraq dəstəkləyən mobil telefonun yaddaşından məlumatları "UFED Touch2" proqram kompleksi ilə əldə etmək mümkün olmamışdır. 1.4 bir ədəd "İphone 7" markalı "A1778" modelli (daxilində ******************** SN Cin nömre), bir ədəd qızılı rəngli "İphone 6" markalı "A1586" modelli "**********4495 İMEİ nömrəli (daxilində bir ədəd Azercell nömrə) mobil smartfon və bir ədəd "İpad" markalı "A1430" modelli "**********11567 İMEİ nömrəli (daxilində bir ədəd Azercell nömrə) mobil planşetin şifrəli olduğundan, məlumatları itirmədən həmin şifrənin ləğv edilməsinə dair texniki metodların mövcud olmamasına görə, tədqiqat işlərini aparmaq mümkün olmamışdır. 1.5 şərti olaraq "10" rəqəmi ilə işarələnmiş "HP" markalı "Compag dx6120MT” modelli, "CZC5412H1 seriya nömrəli masaüstu kompüterin "C" məntiqi diskində ümumilikdə 464 Mb həcmində 305 ədəd müxtəlif formatlı, tərkibli fayllar və 54 ədəd alt qovluq müəyyən edilmişdir. Kompüterin "D" məntiq diskində 3.25 Gb həcmində 9673 ədəd müxtəlif tərkibli və formatlı fayllar, 1455 ədəd alt qovluq müəyyən edilmişdir. Tədqiq olunan kompüterin yaddaşında foto, video, mətn tərkibli faylların bərpa nəticəsində 575 Mb həcmində 6835 ədəd fayllar və 914 ədəd qovluq bərpa edilmişdir. Yuxarıda qeyd olunan mövcud olan və silinmiş məlumatlar rəqəmsal sübutların saxlanılması üçün nəzərdə tutulmuş xarici yaddaş diskinə köçürülmüşdür. 1.6 şərti olaraq "9" rəqəmi ilə işarələnmiş "HP” markalı "HP550" modelli, "CNU9087C7V" seriya nömrəli "notebook”-un yaddaşında "C" adlı məntiq diskində 639 Mb həcmində 95 ədəd müxtəlif tərkibli və məzmunlu fayllar, 23 ədəd altqovluq müəyyən edilmişdir. Tədqiq olunan kompüterin “D” adlı məntiq diskində 68.3 Gb hacmində 25123 ədəd müxtəlif məzmunlu, tərkibli və formatlı fayllar, 1498 ədəd alt qovluq müəyyən edilmişdir. Aparılmış bərpa işləri nəticəsində "C" və "D" məntiq disklərdən 650 Mb həcmində 2575 ədəd fayllar və 109 ədəd qovluq bərpa edilmişdir. Tədqiq olunan kompüterin yaddaşında mövcud olan və bərpa edilmiş silinmiş məlumatlar rəqəmsal sübutların saxlanılması üçün nəzərdə tutulmuş xarici yaddaş diskinə köçürülmüşdür. 1.7 şərti olaraq "8" rəqəmi ilə işarələnmiş "Dell" markalı "PP39L" modelli, "GSG49M1" seriya nömrəli, şifrə ilə mühafizə olunan "notebook”-un yaddaşında "C" məntiq diskində ümumilikdə 15.6 Gb həcmində 73827 ədəd müxtəlif məzmunlu və formatlı fayllar, 14826 ədəd altqovluq müəyyən edilmişdir. "D" məntiq diskdə bir ədəd "msvci70" adlı sistem faylı müəyyən edilmişdir. Tədqiq olunan kompüterin yaddaşında "C" məntiq diskindən bərpa nəticəsində "ProgramData"xxxx"Users"xxxx"Windows" adlı qovluqlarda 23.6 MB həcmində 34 ədəd fayl və 30 ədəd altqovluq bərpa edilmişdir. "D" məntiq diskində bərpa prosedurların nəticəsində 6.69 Mb həcmində 59 ədəd xidməti və sistem faylları, 11 ədəd qovluq bərpa edilmişdir. Tədqiq olunan kompüterin yaddaşında mövcud olan və bərpa edilmiş silinmiş məlumatlar rəqəmsal sübutların saxlanılması üçün nəzərdə tutulmuş xarici yaddaş diskinə köçürülmüşdür. 1.8 şərti olaraq "7" rəqəmi ilə işarələnmiş "HP" markalı "15-bs015dx" modelli, "CND73437MZ" seriya nömrəli, şifrə ilə mühafizə olunan "notebook”un yaddaşında "C" məntiq diskdə ümumilikdə 4.28 Gb həcmində 5384 ədəd fayllar və 2790 ədəd alt qovluq müəyyən edilmişdir. Kompüterin "D" məntiq diskində "Recovery" adlı qovluqda 367 Mb həcmində 3 ədəd xidməti və sistem faylları müəyyən olunmuşdur. Tədqiq olunan kompüterin yaddaşında "C" və "D" məntiq disklərindən 1.37 Gb həcmində 23475 ədəd müxtəlif tərkibli və formatlı fayllar, 1081 ədəd altqovluq bərpa edilmişdir. Tədqiq olunan kompüterin yaddaşında mövcud olan və bərpa edilmiş silinmiş məlumatlar rəqəmsal sübutların saxlanılması üçün nəzərdə tutulmuş xarici yaddaş diskinə köçürülmüşdür. 1.9 şərti olaraq "6" rəqəmi ilə işarələnmiş "HP" markalı "Pavilion g series" modelli "notebook"-un "C" məntiq diskində 23.9 Gb həcmində 10352 ədəd müxtəlif məzmunlu və formatlı fayllar, 736 ədəd alt qovluq müəyyən edilmişdir. Kompüterin yaddaşında silinmiş faylların bərpası prosedurları nəticəsində ümumilikdə 7.16 Mb həcmində 246 ədəd fayllar bərpa edilmişdir. Tədqiq olunan kompüterin yaddaşında mövcud olan və bərpa edilmiş silinmiş məlumatlar, “Chrome" proqram təminatı ilə baxılmış internet saytların tarixçəsi, son zamanlarda internet şəbəkəsində axtarış sorğuların məzmunu rəqəmsal sübutların saxlanılması üçün nəzərdə tutulmuş xarici yaddaş diskinə köçürülmüşdür. Cinayət işinin 1-ci cild 65-92-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 fevral 2021-ci il tarixli 5/57 nömrəli ekspert rəyinin kserosurətinə əsasən aşağıdakılar müəyyən edilmişdir: 1.Tədqiqata təqdim edilmiş “mahmud X132”, “Gelen evrak Tarih Sayı” mətnli ştampların və iki ədəd tarix ştampların klişeləri lazer oyma metodu vasitəsilə hazırlanmışdır. 2.Tədqiqata təqdim edilmiş möhürlərin, ştampların(yuxarıda göstərilən ştamplardan başqa) klişeləri fotopolimer üsulla hazırlanmışdır. 3.Təqdim edilmiş möhürlərin və ştampların içərisində “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Azərbaycan X149 və İdman Akademiyası”, “Azərbaycan Respublikası DİN Baki Şəhər Baş Polis idarəsi”, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsi”, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyəti”, “T.C. Egitim Müşavirliği, Bakü Büyükelçiliği”, “Bakı şəhəri, 1 saylı Notariat Kontoru (Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi 43)”, “T.C. X94 Müşavirliği görülmüştür”, “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası”, “Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası”, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Neyrocərrahlıq xəstəxanası, Xəstəlik vərəqələri üçün”, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi”, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, 2 saylı Bakı “ASAN xidmət” mərkəzi, Notarius X4 № 126”, “Azərbaycan Respublikasının Vergilər Nazirliyinin yanında Bakı şəhəri X150 Departamenti”, “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “SOCAR”, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi”, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Ə.Əliyev ad. Azərb. X28 İnstitutu (Kadrlar şöbəsi)”, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, X39, şəhadətnamə № 038”, “Baki şəhəri Səbail rayon qeydiyyat şöbəsi”, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsi”, “Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi”, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, X10, şəhadətnamə № 025”, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, 1 saylı Bakı “ASAN xidmət” mərkəzi, X14 şəhadətnamə № 076”, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi Məktəb, Lisey Kompleksi”, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 10 nömrəli Tibbi-Sosial Ekspert Komissiyası”, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Baki şəhəri Nizami rayon qeydiyyat şöbəsi”, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Baki şəhəri X15, şəhadətnamə № 051”, “Mən, Bakı şəhəri, 1 saylı Notariat Kontorunun xüsusi notariusu Sabitov F.M. bu fotosurətin duzgunlyünü təsdiq edirəm Reyestrdə 1S___№ ilə qeyd edilib M.Y.____manat haqq tutulub. Notarius____”, “Azərbaycan Respublikasının Prezident yanında Ali Attestasiya Komissiyası”, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Bakı Baş Səhiyyə İdarəsi, 28 saylı şəhər poliklinikası”, “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm və Menecment Universiteti”, “Azərbaycan Respublikası Bakı Biznes Universiteti”, “Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət İqtisad Universiteti”, “Azərbaycan Respublikası Qərb Universiteti Western University”, “Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti”, “ADA Universiteti, Reyestr şöbəsi”, “Azərbaycan Respublikası Təhsil Nazirliyi, Sumqayıt Dövlət Universiteti”, “Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti”, “Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi, 249 saylı tam orta məktəb”, “Mіnіsterstvo osvіti і nauki Ukraini m.Kiiv Kiivsğkiy naüionalğniy universitet texniloqii ta dizaynu identifikaüiynıy kod 02070890”, “Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dillər Universiteti”, “Azərbaycan Respublikası Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti”, “Azərbaycan Respublikası Qərbi Kaspi Universiteti Western Caspian University”, “Lietuvos Respublika, Kauno Technologijos Universitetas”, “Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti”, “Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti”, “T.C. Atatürk Üniversitesi 1923 Rektorlüğü”, “Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti”, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti”, “Mіnіsterstvo osvіti і nauki Ukraini Kiivsğkiy naüionalğniy universitet budіvnitstva і arxitekturi identifikaüiynıy kod 02070909”, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Universiteti, Çoxpilləli Təhsil Kompleksi”, “Azərbaycan Respublikası Bakı şəhəri Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası”, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi, N.Tağıyev adına 212 №-li tam orta məktəb”, “T.C. Balıkesir Üniversitesi 1923 Rektörlüğü”, “T.C. X42 1923 Rektörlüğü”, “Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Slavyan Universiteti”, “Vilniaus Universitetas Lietuvos Respublika”, “Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Texniki Universiteti”, “Azərbaycan Respublikası Kapital X199 Cəmiyyəti, Yasamal filialı”, “Azərbaycan Beynəlxalq Bankı, Müştəri Xidməti Departamenti”, “Azərbaycan Respublikası "xxxx" QSC”, “Azərbaycan Beynəlxalq Bankı ASC Sabunçu filialı”, “Azərbaycan Respublikası AGX199 Cəmiyyəti”, “X114, Unibank 14 saylı filial”, “Bank of Baku ASC “Mərkəz” filialı”, “Bank of Baku, Baş İdarə, Xidmət bölməsi”, “AGBANK “Kaspian” filialı” “X114, Unibank 17 saylı filial 3”, “Kapital Bank” Yasamal filialı Xidmət bölməsi”, “Azərbaycan Respublikası Müasir Diplomatlar Birliyi”, “Azərbaycan Respublikası Delta Telecom LTD”, “ASR CONSULTİNG ANDRESEARCH GROUP LLC AZERBAİJAN REPUBLİC”, “BP Exploration (Caspian Sea) Ltd”, “Azərbaycan Respublikası SDB GROUP Məhdud Məsuliyyətli Cəmiyyəti”, “Azərbaycan Respublikası, MEDİCLUB LTD”, “Azərinşaatservis MMC”, “Pero Dəftərxana MMC”, “Azərbaycan Hüquq və X59 Məsuliyyətli Cəmiyyəti”, “Hilton, Regional Office”, “X200 Agentliyi, Transfer və Avtomobil İcarəsi”, “Azərbaycan Respublikası, "xxxx" Açıq Səhmdar Cəmiyyəti”, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Arayışlar üçün”, “ABV Kompüter Texnologiyaları MMC”, “Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti, GİLAN FMCG TRADE AND DİSTRİBUTİON”, “X206 X152 filialı, Arayışlar üçün”, “X115 Assosiation 2006”, “Gelen evrak, Tarih Sayı”, “Mahmut AĞİRMAN, Eğitim Müşaviri”, “X95, Aslı ilə aynıdır --/--/20--”, “Abdulgafur BÜYÜKFİRAT, Egitim Müşaviri”, “Aslının Aynıdır”, “Azərbaycan Respublikası Newspaper Hürriət qəzeti”, “Azərbaycan Respublikası Azərbaycan X143”, “Azərbaycan Respublikası Şərq qəzeti Şərq Newspaper”, “Müsavat Partiyası”, “SDB Group Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” məzmunlu mətnlər və iki ədəd tarix ştampı (“xx-xx-2019” və “03 JUN 2019”) vardır. 4.Tədqiqata təqdim edilmiş ştampların və möhürlərin əksləri ekspertizaya təqdim edilmiş müvafiq olaraq X29, X10nun, X15nın, Nizami rayon qeydiyyat şöbəsinin, Azərbaycan X143nın, "xxxx" MMC-nin, Daşınmaz əmlakın dövlət reyestri xidmətinin 1 saylı Bakı ərazi idarəsinin, "xxxx" ASC-nin, “Hürriyyət” qəzetinin, Delta Telecom LTD-nin, "xxxx" MMC-nin, Vergilər Nazirliyinin Bakı şəhəri X150 Departamentinin, Unibank 17 saylı filalının, Unibank 14 saylı filialının, "xxxx" QSC-nin, Azərinşaatservis MMC-nin, Ə.Əliyev ad. Azərb.X28 İnstitutunun, 10 nömrəli Tibbi-sosial ekspert komissiyasının, X180 filalının, Bakı şəhəri Baş Polis İdarəsinin, Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş idarəsinin, Ədliyyə Nazirliyi Səbail rayon qeydiyyat idarəsinin, Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin, N.Tağıyev adına 212 nömrəli tam orta məktəbin, X39nun, 28 nömrəli şəhər poliklinikasının, 249 saylı tam orta məktəbin, Tələbə qəbulu üzrə Dövlət komissiyasının, Dövlət İmtahan mərkəzinin, Qərb Universitetinin, “Qərbi Kaspi” Universitetinin, Bakı Biznes Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan X149 və İdman Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dillər Universitetinin, Azərbaycan Texniki Universitetinin, Sumqayıt Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Bakı Slavyan Universitetinin, Azərbaycan Universitetinin eyni məzmunlu ştamp və möhürlərin eksperimental və sərbəst əks nümunələri ilə eynilik təşkil etmir. Cinayət işinin 2-ci cild 90-101-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış baxış keçirilməsi haqqında 09 fevral 2021-ci il tarixli protokolun kserosurətindən görünür ki, 26 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Şahid1 rəhbəri olduğu “Gəncliyin Elmi- Mədəni İnkişafı” ictimai birliyinin ünvan 21 ünvanda yerləşən ofisində keçirilmiş baxış zamanı oradan Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə təqdim etməkdən ötrü Şahid18 “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyində 04 mart 2016-cı il tarixdən etibarən layihə meneceri vəzifəsində işləməklə aylıq 600 AZN əmək haqqı almasına dair ingilis dilində tərtib edilərək çap edilmiş 19 fevral 2018-ci il tarixli AN/028/11 nömrəli arayışın surəti aşkar edilərək götürülmüşdür, arayışın aşağı hissəsində “Hörmətlə, “X160 İnkişafı” ictimai birliyinin sədri Şahid1” sözləri yazılmışdır, həmin yazıların qarşısında imza və üzərində “Azərbaycan Respublikası Gəncliyin Elmi-Mədəni İnkişafı ictimai birliyi” yazısı olan möhür vardır. Həmçinin, Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə təqdim etməkdən ötrü Şahid6 xx.xx.2015-ci il tarixdən etibarən “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyində ictimai təhsil üzrə koordinator vəzifəsində işləməklə aylıq 800 AZN əmək haqqı almasına dair ictimai birliyin sədri Sərdar Yusifoğlu və mühasib Rüfət Əliyevin adlarından ingilis dilində tərtib edilərək imzalanmış 16 oktyabr 2017-ci il tarixli AN/032/15 nömrəli arayışın üzərində göy rəngli qələmlə yazılar yazılmışdır, arayışda Sərdar Yusifoğlu sözlərinin qarşısında üzərində “Gəncliyin Elmi- Mədəni İnkişafı” ictimai birliyi sözləri yazılmış dairəvi möhür əksi vardır). Bundan başqa, Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə təqdim etməkdən ötrü Şahid17 xx.xx.2014-cü il tarixdən etibarən “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyində ictimai əlaqələr üzrə menecer vəzifəsində işləməklə aylıq 850 AZN əmək haqqı almasına dair sədr Sərdar Yusifoğlu və mühasib Rüfət Əliyevin adlarından ingilis dilində tərtib edilməklə çap edilərək imzalanmış və üzərində “X160 İnkişafı ictimai birliyi” yazısı olan dairəvi möhür əksi olan 16 oktyabr 2017-ci il tarixli AN/031/15 nömrəli arayışın surəti və eyni məzmunlu, 16 oktyabr 2017-ci il tarixli AN/025/15 nömrəli imzasız və möhürsüz olan, rəngli printerdə çap edilmiş nüsxəsi aşkar edilərək götürülmüşdür. Cinayət işinin 2-ci cild 102-108-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış baxış keçirilməsi haqqında 10 fevral 2021-ci il tarixli protokolun kserosurətindən və protokola əlavə edilmiş sənədin kserosurətindən görünür ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 20 dekabr 2019-cu il tarixli 21614 nömrəli rəyə əlavə edilmiş bir ədəd “Toshiba” markalı yaddaş qurğusunda olan, Şahid1 rəhbəri olduğu “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin ünvan 21 ünvanda yerləşən ofisində keçirilmiş baxış zamanı götürülmüş “Xiaomi” və “İphone” markalı mobil telefonların yaddaşından aşkar edilmiş fayllara baxış keçirilərkən həmin mobil telefonların yaddaşından Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə təqdim edilməsi üçün Şahid11 01 yanvar 2013-cü il tarixdən "xxxx" MMC-də qrafik dizayner vəzifəsində işləməklə aylıq 850 AZN əmək haqqı almasına dair direktor kimi qeyd edilmiş Sahil Abuşovun adından ingilis dilində tərtib edilərək imzalanmış və üzərində “SRA- GROUP MMC” yazısı olan dairəvi möhürlə təsdiq edilmiş 25 fevral 2016-cı il tarixli 03/G- 34 nömrəli arayışın fotoşəkli aşkar edilmişdir. Cinayət işinin 3-cü cild 79-85-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış ifadələrin yerində yoxlanılması haqqında 08 iyun 2021-ci il tarixli protokolun surətindən və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, X2 Sərdar Yusif oğlunun rəhbəri olduğu “Gənclərin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin 2014-2019-cu illərdə fəaliyyət göstərdiyi ofislərinin yerini əyani şəkildə göstərmiş və həmin ictimai birliyin 2014cü ildən 2016-cı ilin mart ayınadək olan müddət ərzində ünvan 25 ünvanda, 2016-cı ilin mart ayından sonrakı dövrdə isə ünvan 21 ünvanda fəaliyyət göstərmişdir. Cinayət işinin 3-cü cild 86-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış üzərində dəstək məktubu yazılmış, AXCP sədri Əli Kərimlinin adı qeyd olunmuş, imzasız sənəddən görünür ki, həmin sənəddə Şahid10 açıq şəkildə etirazlar etdiyinə görə təzyiqlərə məruz qaldığını göstərmişlər. Cinayət işinin 3-cü cild 90-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sərhədkeçmə məlumatlarından çıxarışdan görünür ki, Şahid10 2014-2019-cu illər ərzində Azərbaycan Respublikası ərazisini Gürcüstan və türkiyə istiqamətində tərk etmişdir. Həmçinin, Şahid10 Almaniya Federativ Respublikasının Vuppertal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən xidmətlərdən sui-istifadə etmə cinayəti törətdiyi üçün pul cəriməsi cəzasına məhkum edilmişdir. Cinayət işinin 3-cü cild 99-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan X143ndan daxil olmuş 14 oktyabr 2020-ci il tarixli məktubdan görünür ki, Şahid10 AXCP-nin üzvü olmamışdır. Cinayət işinin 3-cü cild 106-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X116 Xidmətindən daxil olmuş 26 noyabr 2021-ci il tarixli **********9 nömrəli məktubdan görünür ki, Şahid10 adına “Əmək müqaviləsi bildirişi” altsistemində əmək müqaviləsi bildirişi mövcud deyil. Cinayət işinin 3-cü cild 103-104-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “Elektron informasiya sistemində olan məlumatlara baxış keçirilməsi haqqında” 23 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Ümid Partiyasının ofisi ünvan 26 ünvanda yerləşir. Cinayət işinin 3-cü cild 117-128-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış İAMAS-dan əldə edilmiş sərhədkeçmə hesabatından görünür ki, X102, X103, X67 və X60 2015-ci ildə Azərbaycan Respublikası ərazisini ümumiyyətlə tərk etməmişlər. Cinayət işinin 3-cü cild 130-131-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X116 Xidmətindən daxil olmuş 14 oktyabr 2021-ci il tarixli **********7 nömrəli məktubdan görünür ki, X102 xx.xx.2012-ci il tarixdə X107 tərəfindən işə götürülərək onunla əmək müqaviləsi bağlanılmış və xx.xx.2015-ci il tarixdə həmin əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2015-ci il tarixdə yenidən X107 tərəfindən işə götürülərək onunla əmək müqaviləsi bağlanılmış və xx.xx.2016-cı il tarixdə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2021-ci il tarixdə X140 tərəfindən işə götürülərək onunla əmək müqaviləsi bağlanılmışdır. Bununla yanaşı X103 xx.xx.2017-ci il tarixdə X108 tərəfindən işə götürülərək onunla əmək müqaviləsi bağlanılmış və xx.xx.2017-ci il tarixdə həmin əmək müqaviləsinə xitam verilmişdir. Həmin məktubdan və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, X102 xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək, eləcə də xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikasında olduğu müddətdə, həmçinin X140 da xx.xx.2017-ci il tarixədək, eləcə də xx.xx.2017-ci il tarixdən xx.xx.2019cu il tarixədək Azərbaycan Respublikasında olduğu müddətdə rəsmi olaraq heç bir yerdə işləməmişdir. Cinayət işinin 3-cü cild 149-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış İAMAS-dan götürülmüş sərhədkeçmə hesabatından görünür ki, Şahid11 xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası ərazisində olmuş, xx.xx.2016-cı il tarixdə Bakı-Paris aviareysi ilə Fransa Respublikasına getmiş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasına geri qayıtmış, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası ərazisində olmuş, xx.xx.2018-ci il tarixdə Bakı-Berlin aviareysi ilə Almaniya Federativ Respublikasına getmiş və xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasına geri qayıtmışdır. Cinayət işinin 3-cü cild 159-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış telefon əlaqələrinə baxış keçirilməsi haqqında protokoldan çıxarışdan görünür ki, Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı nömrə ilə Şahid11 ***-***-**-** saylı nömrəsi arasında xx.xx.2016-cı ildən 05.07.018-ci ilədək müxtəlif vaxtlarda telefon danışıqları qeydə alınmışdır. Cinayət işinin 3-cü cild 161-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış üzərində arayış və AXCP sədri Əli Kərimlinin adı qeyd olunmuş, imzasız sənəddən görünür ki, həmin sənəddə X22 15 oktyabr 2013-cü ildə keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərində müşahidəçi təyin edildiyini qeyd etmişlər. Cinayət işinin 3-cü cild 164-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış İAMAS-dan əldə edilmiş sərhədkeçmə hesabatından görünür ki, X44 və ailə üzvləri xx.xx.2016-cı il tarixdə Bakı-Budapeşt aviareysi ilə Macarıstana getmişdir, həmin vaxtdan sonra Azərbaycan Respublikasına geri qayıtmamışlar. Cinayət işinin 3-cü cild 167-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan X143ndan daxil olmuş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Anar Abdullayev AXCP-nin üzvü olmamış, AXCP-ni seçkilərdə hər hansı formada təmsil etməmişdir. Cinayət işinin 3-cü cild 192-200-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış İAMAS-dan əldə edilmiş sərhədkeçmə hesabatından görünür ki, Şahid13, X100 və xx.xx.2013-cü il təvəllüdlü X125 xx.xx.2016-cı il tarixdə Bakı-Budapeşt aviareysi ilə Macarıstana getmiş, xx.xx.2018-ci il tarixdə Kiyev-Bakı aviareysi ilə ölkəyə geri qayıtmışdır. Cinayət işinin 3-cü cild 202-203-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X116 Xidmətindən daxil olmuş 26 noyabr 2021-ci il tarixli **********9 nömrəli məktubdan görünür ki, xx.xx.2015-ci ildə Anar Abdullayev ilə "xxxx" MMC arasında əmək müqaviləsi bağlanılmış və həmin müqaviləyə xx.xx.2015-ci il tarixdə xitam verilmiş, daha sonra Anar Abdullayevlə xx.xx.2016-cı il tarixdə X126 arasında əmək müqaviləsi bağlanılmış və həmin müqaviləyə xx.xx.2016-cı il tarixdə xitam verilmişdir. Anar Abdullayevlə həmin tarixdən sonra hər hansı bir hüquqi və ya fiziki şəxs arasında əmək müqaviləsi bağlanmasına dair “Əmək müqaviləsi bildirişi” altsistemində əmək müqaviləsi bildirişi mövcud deyildir. Bundan başqa 2016-cı ildə Bahar Abdullayevanın adına “Əmək müqaviləsi bildirişi” altsistemində əmək müqaviləsi bildirişi mövcud olmamışdır. 2016-cı ildə Şahid13 və Arzu Qənbərovanın adına “Əmək müqaviləsi bildirişi” altsistemində əmək müqaviləsi bildirişi mövcud olmamışdır. Cinayət işinin 3-cü cild 206-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış möhürsüz və imzasız sənəd üzərində X80 Azərbaycan X143na üzv olmasını əks etdirən 32409 nömrəli vəsiqə hazırlanmışdır. Cinayət işinin 3-cü cild 222-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan X143ndan daxil olmuş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Valeh Salahov AXCP-nin üzvü olmamışdır. Cinayət işinin 3-cü cild 209-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış İAMAS-dan əldə edilmiş sərhədkeçmə hesabatından görünür ki, X139 xx.xx.2016-cı il tarixdə Bakı-Doha aviareysi ilə Qətər Respublikasına getmiş və hazırki vaxtadək Azərbaycan Respublikasına qayıtmamışdır. Cinayət işinin 3-cü cild 219-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X116 Xidmətindən daxil olmuş 26 noyabr 2021-ci il tarixli **********9 nömrəli məktubdan görünür ki, Valeh Salahovun “Əmək müqaviləsi bildirişi” altsistemində əmək müqaviləsi bildirişi mövcud deyil. Cinayət işinin 3-cü cild 224-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış üzərində dəstək məktubu yazılmış, AXCP sədri Əli Kərimlinin adı qeyd olunmuş, imzasız sənəddən görünür ki, həmin sənəddə Şahid15 açıq şəkildə etirazlar etdiyinə görə təzyiqlərə məruz qaldığını göstərmişlər. Cinayət işinin 3-cü cild 230-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan X143ndan daxil olmuş 14 oktyabr 2020-ci il tarixli məktubdan görünür ki, Şahid15 AXCP-nin üzvü olmamışdır. Cinayət işinin 3-cü cild 227-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış İAMAS-dan əldə edilmiş sərhəd keçmə hesabatından görünür ki, Şahid15 xx.xx.2016-cı il tarixdə Bakı-Kiyev aviareysi ilə Ukrayna Respublikasına getmiş, xx.xx.2019-cu il tarixdə Moskva-Bakı aviareysi ilə Azərbaycan Respublikasına geri qayıtmışdır. Cinayət işinin 3-cü cild 237-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X116 Xidmətindən daxil olmuş 26 noyabr 2021-ci il tarixli **********9 nömrəli məktubdan görünür ki, Şahid15 “Əmək müqaviləsi bildirişi” altsistemində əmək müqaviləsi bildirişi mövcud deyil. Cinayət işinin 3-cü cild 240-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış möhürsüz və imzasız sənəd üzərində X101 Azərbaycan X143na üzv olmasını əks etdirən 41863 nömrəli vəsiqə hazırlanmışdır. Cinayət işinin 3-cü cild 249-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan X143ndan daxil olmuş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Emil Əliyev AXCP-nin üzvü olmamışdır. Cinayət işinin 3-cü cild 242-255-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış İAMAS-dan götürülmüş sərhəd keçmə hesabatından görünür ki, X158 və X33 xx.xx.2017-ci il tarixdə Bakı-Budapeşt aviareysi ilə Macarıstana getmişlər və həmin vaxtdan sonra ölkəyə geri qayıtmamışlar. Cinayət işinin 4-cü cild 2-3-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X116 Xidmətindən daxil olmuş 26 noyabr 2021-ci il tarixli **********9 nömrəli məktubdan görünür ki, X33 ilə Bakı şəhər Baş Səhiyyə İdarəsi arasında xx.xx.2016-cı il tarixdə əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə xx.xx.2017-ci il tarixdə xitam verilmişdir. Bundan başqa X101 adına “Əmək müqaviləsi bildirişi” altsistemində əmək müqaviləsi bildirişi mövcud olmamışdır. Cinayət işinin 4-cü cild 2-3-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X116 Xidmətindən daxil olmuş 16 sentyabr 2020-ci il tarixli **********9 nömrəli məktubdan görünür ki, Şahid19 adına “Əmək müqaviləsi bildirişi” altsistemində əmək müqaviləsi bildirişləri mövcud deyildir. Cinayət işinin 4-cü cild 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış İAMAS-dan götürülmüş sərhəd keçmə hesabatından görünür ki, Şahid19 xx.xx.2017-ci ildə Bakı-Kiyev aviareysi ilə Ukrayna Respublikasına getmiş və xx.xx.2017-ci il tarixdə Kiyev-Bakı aviareysi ilə Azərbaycan Respublikasına geri qayıtmış, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası ərazisini tərk etməmişdir. Cinayət işinin 4-cü cild 61-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış İAMAS-dan götürülmüş sərhəd keçmə haqqında hesabatından görünür ki, Şahid18 xx.xx.2017-ci il tarixdə Qazax rayonu ərazisində yerləşən Şıxlı X48 keçməklə Gürcüstan Respublikasına getmiş, xx.xx.2017-ci il tarixdə Kiyev-Bakı aviareysi ilə Azərbaycan Respublikasına geri qayıtmış, xx.xx.2018-ci il tarixdə Bakı-Paris aviareysi ilə Fransa Respublikasına getmiş, xx.xx.2018-ci il tarixdə Paris-Bakı aviareysi ilə Azərbaycan Respublikasına geri qayıtmışdır. Cinayət işinin 4-cü cild 67-68-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X116 Xidmətindən daxil olmuş 15 iyul 2020-ci il tarixli **********0 nömrəli məktubdan görünür ki, Şahid18 xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" MMC-də, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək isə "xxxx" MMC-də işləmişdir, lakin onun “X160 İnkişafı” ictimai birliyində işləməsinə dair “əmək müqaviləsi bildirişi” altsistemində əmək müqaviləsi bildirişi mövcud deyildir. Cinayət işinin 4-cü cild 83-84-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid5 ifadəsinə əlavə etdiyi sənədlərin surətindən görünür ki, Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən xx.xx.2017-ci il tarixdə Şahid5 adına xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddət ərzində 8 günlük ********* nömrəli viza verilmişdir. Bundan başqa Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən xx.xx.2018-ci il tarixdə Şahid5 adına xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində 15 günlük ********* nömrəli viza verilmişdir. Cinayət işinin 4-cü cild 89-91-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış İAMAS-dan götürülmüş sərhəd keçmə haqqında hesabatından görünür ki, Şahid5 xx.xx.2017-ci il tarixdə Bakı-Kiyev aviareysi ilə Ukrayna Respublikasına getmiş və xx.xx.2017-ci il tarixdə İstanbul-Bakı aviareysi ilə Azərbaycan Respublikasına geri qayıtmış, xx.xx.2018-ci il tarixdə Bakı-Budapeşt aviareysi ilə Macarıstana getmiş və xx.xx.2018-ci il tarixdə Budapeşt-Bakı aviareysi ilə Azərbaycan Respublikasına geri qayıtmışdır. Cinayət işinin 4-cü cild 95-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X116 Xidmətindən daxil olmuş xx.xx.2021-ci il tarixli **********1 nömrəli məktubdan görünür ki, Şahid5 adına “Əmək müqaviləsi bildirişi” altsisteminə əmək müqaviləsi bildirişi daxil edilməmişdir. Cinayət işinin 4-cü cild 101-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış İAMAS-dan götürülmüş sərhəd keçmə hesabatından görünür ki, Şahid6 xx.xx.2017-ci il tarixdə Bakı-Moskva aviareysi ilə Rusiya Federasiyasına getmiş və xx.xx.2017-ci il tarixdə Moskva-Bakı aviareysi ilə ölkəyə geri qayıtmış, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ölkə hüdudlarını tərk etməmişdir. Cinayət işinin 4-cü cild 103-104-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X116 Xidmətindən daxil olmuş 26 yanvar 2021-ci il tarixli **********1 nömrəli məktubdan və məktuba əlavə edilmiş sənəddən görünür ki, Şahid6 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də işləmiş, həmin vaxtdan əvvəl Şahid6la “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyi arasında, eləcə də başqa hüquqi və ya fiziki şəxs arasında əmək müqaviləsi bildirişi mövcud deyil. Cinayət işinin 4-cü cild 121-122-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış İAMAS-dan götürülmüş sərhəd keçmə hesabatından görünür ki, Şahid17 xx.xx.2017-ci il tarixdə Bakı-Moskva aviareysi ilə Rusiya Federasiyasına getmiş, xx.xx.2017-ci il tarixdə Moskva-Bakı aviareysi ilə Azərbaycan Respublikasına geri qayıtmış, xx.xx.2018-ci il tarixdə Şıxlı SNM-dən keçməklə Gürcüstan Respublikasına getmiş, xx.xx.2018-ci il tarixdə həmin məntəqədən Azərbaycan Respublikasına geri qayıtmışdır. Cinayət işinin 4-cü cild 124-125-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X116 Xidmətindən daxil olmuş 07 aprel 2020-ci il tarixli **********7 nömrəli məktubdan görünür ki, Şahid17 xx.xx.2018-ci il tarixdən hazırki vaxtadək "xxxx" MMC-də işləyir, lakin onun “X160 İnkişafı” ictimai birliyində və ya başqa bir yerdə işləməsinə dair “əmək müqaviləsi bildirişi” altsistemində əmək müqaviləsi bildirişi mövcud deyil. Cinayət işinin 4-cü cild 140-141-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid21 və Şahid24 ifadələrinə əlavə etdikləri sənədlərin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən Şahid21 və Şahid24 adlarına xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində 10 günlük müvafiq olaraq ********* nömrəli və ********* nömrəli vizalar verilmişdir. Cinayət işinin 4-cü cild 141-159-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid21 ifadəsinə əlavə etdiyi və Təqsirləndirilən şəxs ilə müxtəlif vaxtlarda aralarında olan danışqıları əks etdirdiyini bildirdiyi yazışamalrdan çıxarışdan görünür ki, X191 və Təqsirləndirilən şəxs adı ilə qeyd edilmiş şəxsə yazaraq işlərinin nə yerdə qaldığını, ondan pulunu tələb etdiyini, dəfələrlə onunla görümək istədiyini bildirməsi müəyyən edilmişdir. Cinayət işinin 4-cü cild 175-177-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış İAMAS-dan götürülmüş sərhəd keçmə hesabatından görünür ki, Şahid21 xx.xx.2018-ci il tarixdə Bakı-Budapeşt aviareysi ilə Macarıstana getmiş və xx.xx.2018-ci il tarixdə Şıxlı sərhəd keçid məntəqəsindən keçməklə Gürcüstan Respublikasından Azərbaycan Respublikasına daxil olmuş, xx.xx.2019-cu il tarixdə Şıxlı sərhəd keçid məntəqəsindən keçməklə Gürcüstan Respublikasına getmiş və xx.xx.2019-cu il tarixdə həmin məntəqdən keçməklə Azərbaycan Respublikasına geri qayıtmışdır. Bundan başqa Şahid24 xx.xx.2018-ci il tarixdə Bakı-Budapeşt aviareysi ilə Macarıstana getmiş və xx.xx.2018-ci il tarixdə Şıxlı sərhəd keçid məntəqəsindən keçməklə Gürcüstan Respublikasından Azərbaycan Respublikasına daxil olmuş, xx.xx.2018-ci il tarixdə Samur sərhəd keçid məntəqəsindən keçməklə Rusiya Federasiyasına getmiş və xx.xx.2018-ci il tarixdə Moskva-Bakı aviareysi ilə Azərbaycan Respublikasına geri qayıtmışdır. Cinayət işinin 4-cü cild 178-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2021-ci il tarixli **********35 nömrəli məktubdan görünür ki, Şahid21 və Şahid24 adlarına dövlət reysterində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Cinayət işinin 4-cü cild 195-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “Giriş-çıxış və qeydiyyat” İAMAS altsistemindən əldə olunan məlumatdan görünür ki, X64 xx.xx.2016-cı il tarixdə Biləsuvar sərhəd keçid məntəqəsindən keçməklə İran İslam Respublikasına getmiş, xx.xx.2016-cı il tarixdə həmin məntəqədən keçməklə Azərbaycan Respublikasına geri qayıtmış və həmin vaxtdan sonra Azərbaycan Respublikası ərazisini tərk etməmişdir. Cinayət işinin 4-cü cild 203-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X116 Xidmətindən daxil olmuş xx.xx.2021-ci il tarixli **********4 nömrəli məktubdan görünür ki, X34 adına mərkəzləşdirilmiş elektron informasiya sisteminə əmək müqaviləsi bildirişi daxil edilməmişdir. Cinayət işinin 4-cü cild 205-245-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid1 məxsus olan “HP” markalı kompüterin yaddaşında olan məlumatlara baxış keçirilməsi haqqında 11 iyul 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş sənədlərin surətindən görünür ki, həmin kompüterin yaddaşından Şahid10 Azərbaycan X143nın üzvü olaraq fiziki və mənəvi təzyiqlərə məruz qalmasına dair Azərbaycan X143nın sədri Əli Kərimlinin adından dəstək məktubunun tərtib edildiyi 11 fevral 2017-ci il tarixli “Elshad dəstək (2)” adlı fayl, X22 xx.xx.2015-ci il tarixindən etibarən Milli Məclisə keçirilən V çağırış seçkilərdə namizədliyini irəli sürmüş Azərbaycan Avropa Hərəkatının prezidenti Təqsirləndirilən şəxs oluna dəstək məqsədi ilə seçki 19 saylı X137 dairəsinə müşahidəçi qismində ezam olunmasına dair Azərbaycan X143nın sədri Əli Kərimlinin adından arayışın tərtib edildiyi xx.xx.2017-ci il tarixli “axc arayis” adlı fayl, xx.xx.2017-ci il tarixli “salahov_valeh” adlı tərtib olunmuş foto fayl aşkar edilmiş, həmin foto fayla baxış keçirərkən X80 Azərbaycan X143na üzv olmasını özündə əks etdirən xx.xx.2004-cü il tarixli 32409 nömrəli vəsiqə tərtib edildiyi müəyyən edilmişdir. Şahid15 xx.xx.2007-ci il tarixindən etibarən Azərbaycan X143nın üzvü olaraq dəfələrlə polis tərəfindən tutulması, fiziki və mənəvi təzyiqlərə məruz qalmasına, partiya fəaliyyətinə son qoymazsa uzunmüddətli həbs olunacağı təhdidlərinə məruz qalmasına dair Azərbaycan X143nın sədri Əli Kərimlinin adından dəstək məktubunun tərtib edildiyi xx.xx.2017-ci il tarixli “destek axc” adlı fayl, X101 Azərbaycan X143na üzv olmasını özündə əks etdirən xx.xx.2013-cü il tarixli 41863 nömrəli vəsiqənin tərtib edildiyi yaddaşından xx.xx.2017-ci il tarixli “aliyev_emil” adlı tərtib olunmuş foto fayl və X101 xx.xx.2013-cü il tarixindən etibarən Azərbaycan X143nın Binəqədi rayon Şöbəsinin üzvü olaraq Azərbaycan X143nın və Milli Şuranın xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixlərində “Monarxiyaya yox, Talana son!” mitinqlərinin təşkilatçılığında iştirak etdiyi üçün xx.xx.2016-cı il tarixində mitinq zamanı saxlanılaraq polis bölməsinə aparılmasına, fiziki və mənəvi təzyiqlərə məruz qalmasına, partiya fəaliyyətinə son qoymazsa uzunmüddətli həbs olunacağı təhdidlərinə məruz qalmasına dair Azərbaycan X143nın sədri Əli Kərimlinin adından dəstək məktubunun tərtib edildiyi xx.xx.2017-ci il tarixli “Emil destek” adlı fayl aşkar edilmişdir. Həmçinin, həmin komputerin yaddaşından üzərində “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi” yazıları olan dairəvi möhür əksi və qarşısında “Ş.Şahvələdov Ə.Cabbarov” yazıları və imzalar olan fotoşəklin skan edildiyi xx.xx.2018-ci tarixli “Untitled” adlı fayl; xanaları əllə yazılması üçün boş saxlanılmış, aşağı hissəsində “rəis qeydiyyat şöbəsinin müdiri” sözlərinin qarşısında imza və üzərində “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Abşeron Ərazi İdarəsi” yazıları olan dairəvi möhür əksi olan, MA seriyalı çıxarış əks olunduğu xx.xx.2018-ci il tarixli “bos kupca - Copy” adlı skan olunmuş fotofayl; üzərində “Azərbaycan Demokratik İslahatlar Partiyası” yazıları olan dairəvi möhür əksinin əks olunduğu xx.xx.2019-cu il tarixli “democratic” adlı fotofayl; üzərində “Azərbyacan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti” yazıları olan dairəvi möhür əksinin əks olunduğu xx.xx.2019cu il tarixli “Untitlasdasdasdasdsaded” adlı fotofayl; üzərində “Lietuvos Respublika Kauno Technologijos Universitetas” yazıları olan dairəvi möhür əksininin əks olunduğu xx.xx.2019-cu il tarixli “hgj” adlı fotofayl; üzərində “Vilniaus Universitetas Lietuvos Respublika” yazıları olan dairəvi möhür əksinin əks olunduğu xx.xx.2019-cu il tarixli “UntDSFSDFDFSDFSDitled” adlı fotofayl; üzərində “X200 Agentliyi, Transfer və Avtomobil İcarəsi” yazıları olan dairəvi möhür əksinin əks olunduğu xx.xx.2019-cu il tarixli “starlogo” adlı fotofayl; üzərində “Azərbaycan Respublikası Açıq Səhmdar Cəmiyyəti Agbank” yazıları olan dairəvi möhür əksinin əks olunduğu xx.xx.2019-cu il tarixli “7” adlı fotofayl; üzərində “Agbank Kaspian filialı” yazıları olan dördkünc möhür əksinin əks olunduğu xx.xx.2019-cu il tarixli “8” adlı fotofayl; üzərində “Azərbaycan Respublikası Günay Sığorta Açıq Səhmdar Cəmiyyəti” yazıları olan dairəvi möhür əksinin əks olunduğu xx.xx.2019-cu il tarixli “9” adlı fotofayl; üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Notarius X17 №038” yazıları olan dairəvi möhür əksinin əks olunduğu xx.xx.2019-cu il tarixli “10” adlı fotofayl; “Ali təhsil müəssisəsinin adı, Dövlət attestasiya komissiyasının qərarının tarixi, soyad, ad, atasının adı, ali peşə istiqamətinin adı” xanaları əllə yazılmaq üçün boş saxlanılmış, sol tərəfində üzərində “Azərbaycan Resublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti” yazıları olan dairəvi möhür əksi olan B№237984 nömrəli Bakalavr diplomunun özündə əks etdirən xx.xx.2019-cu il tarixli “hgj” adlı fotofayl; üzərində “Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası” yazıları olan dairəvi möhür əksinin əks olunduğu xx.xx.2017-ci il tarixli “tqdk” adlı fotofayl; üzərində “Azərbaycan Respublikası Bakı şəhəri Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası” yazıları olan dairəvi möhür əksinin əks olunduğu xx.xx.2017-ci il tarixli “sosial2” adlı fotofayl; üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Notarius X3 №025” yazıları olan dairəvi möhür əksinin əks olunduğu xx.xx.2017-ci il tarixli “pecat66” adlı fayl; üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Notarius X4 №126” yazıları olan dairəvi möhür əksinin əks olunduğu xx.xx.2017-ci il tarixli “Untitled” adlı fayl; üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Notarius X5 №076” yazıları olan dairəvi möhür əksinin əks olunduğu xx.xx.2017-ci il tarixli “fgf” adlı fayl; üzərində “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev ad. Azərb. X28 İnstitutu Kadrlar şöbəsi” yazıları olan dairəvi möhür əksinin əks olunduğu xx.xx.2017ci il tarixli “kardlar” adlı tərtib olunmuş fayl; üzərində “Azərbaycan Beynəlxalq Bankı ASC Sabunçu filialı” yazıları olan dairəvi möhür əksinin əks olunduğu xx.xx.2017-ci il tarixli “img046” adlı fotofayl; üzərində “Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti Gilan FMCG Trade and Distribution” yazıları olan dairəvi möhür əksinin əks olunduğu xx.xx.2017-ci il tarixli “gilan2” adlı fotofayl; üzərində “Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı Dövlət Universiteti” yazıları olan dairəvi möhür əksinin əks olunduğu xx.xx.2017-ci il tarixli “BDU” adlı fotofayl; üzərində “Azərbaycan Respublikasının Təhsil Nazirliyi N.Tağıyev adına 212 №-li tam orta məktəb” yazıları olan dairəvi möhür əksinin əks olunduğu xx.xx.2017-ci il tarixli “anar2” adlı fotofayl; üzərində “Bank of Baku VÖEN: ********** Baş idarə Xidmət bölməsi” yazıları olan dördkünc ştamp əksinin əks olunduğu xx.xx.2017-ci il tarixli “img045” adlı fotofayl; üzərinə “Əsl” sözünün yazıldığı, mərkəz hissədə üzərində “AXCP sədri Ə.Kərimli Verdiyi tarix: 21.09.12” yazılan, ad-soyadın qarşısında imza, üzərində “Azərbaycan Respublikası Azəbaycan X143” yazıları olan dairəvi möhür əksi, aşağı hissədə “AXCP 01 sentyabr 1995-ci il tarixində Ədliyyə Nazirliyində qeydiyyatdab keçmişdir (şəhadərnamə № 30)” yazılarının əks olunduğu xx.xx.2017-ci il tarixli “17861745_**********044699_**********74114879_n” adlı fotofayl; üzərində “Azərbyacan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi” yazıları olan dairəvi möhür əksinin əks olunduğu xx.xx.2018-ci il tarixli “zakaz 55” adlı fotofayl; üzərində “X180 filialı Kod 200037 Xidmət bölməsi İmza” yazıları olan dörkünc ştamp əksinin əks olunduğu xx.xx.2018-ci il tarixli “zakaz 6” adlı fotofayl; üzərində “Səbail Rayon Qeydiyyat Şöbəsi Bakı şəhəri” yazıları olan dairəvi möhür əksinin əks olunduğu xx.xx.2018-ci il tarixli “zakaz 4” adlı fotofayl; üzərində “Azərbyacan Respublikası Bakı şəhəri DELTA Telekom LTD” yazıları olan dairəvi möhür əksinin əks olunduğu xx.xx.2018ci il tarixli “zakaz 3” adlı fotofayl; üzərində “Azərbyacan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Məktəb, Lisey Kompleksi” yazıları olan dairəvi möhür əksinin əks olunduğu xx.xx.2018-ci il tarixli “zakaz 2” adlı fotofayl; üzərində “Azərbaycan Beynəlxalq Bankı Müştəri Xidmətləri Departamenti 3 MXM” yazıları olan dörkünc ştamp əksinin əks olunduğu xx.xx.2018-ci il tarixli “zakaz 1” adlı fotofayl; üzərində “X117 Cəmiyyəti Nəsimi filialı” yazıları olan oval formasında möhür əksinin əks olunduğu xx.xx.2018-ci il tarixli “ekspress bank” adlı fotofayl; üzərində “Azərbyacan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Turizm və Menecment Universiteti” yazıları olan dairəvi möhür əksinin əks olunduğu xx.xx.2018-ci il tarixli “turizm” adlı fotofayl; üzərində “Xəzər Universiteti Bakı” yazılmış dairəvi möhür əksinin əks olunduğu xx.xx.2017-ci il tarixli “Kh” adlı fotofayl; üzərində “Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Slavyan Universiteti” yazılmış dairəvi möhür əksinin əks olunduğu xx.xx.2017-ci il tarixli “TehsilNaz” adlı fotofayl; üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi” yazılmış dairəvi möhür əksinin əks olunduğu xx.xx.2018-ci il tarixli “edliyye” adlı fotofayl; üzərində “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsi” yazılmış dairəvi möhür əksinin əks olunduğu xx.xx.2018-ci il tarixli “ag fon XİN” adlı fotofayl; üzərində “Azərbaycan Respublikası Bakı Şəhəri Qərbi Kaspi Universiteti” yazılmış dairəvi möhür əksinin əks olunduğu xx.xx.2018-ci il tarixli “yeni pecati” adlı fayl; üzərində “Azərbyacan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti” yazıları olan dairəvi möhür əksinin əks olunduğu xx.xx.2018-ci il tarixli “V C U - 2222 - Copy” adlı fotofayl; üzərində “Azərbyacan Respublikası Kapital X199 Cəmiyyəti Yasamal filialı” yazıları olan dairəvi möhür əksinin əks olunduğu xx.xx.2018-ci il tarixli “kapital” adlı fotofayl aşkar edilmişdir. Cinayət işinin 5-ci cild 6-42-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 iyul 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokolun kserosurətindən görünür ki, 26 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən ünvan 27 ünvanda yerləşən “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin ofisində keçirilmiş baxış zamanı götürülmüş, Şahid1 məxsus olan “İphone” və “Xiaomi” markalı mobil telefonlarda “whatsapp” proqramı və digər ani mesajlaşma proqramları vasitəsilə aparılmış məlumat mübadiləsi qovluqlarına və həmin mobil telefonların yaddaşında olan məlumatlara baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən aşağıdakı məlumatlar aşkar edilmişdir: xx.xx.2016-cı il tarixdə saat 19:52-də mailto:jalalhasanov@icloud.comElektron ünvan 2 adlı istifadəçi Şahid1 istifadəsində olan ***-***-**-** saylı GSM nömrəyə “imessage” ani mesajlaşma proqramı vasitəsilə “muqeddes İnsan Syasi mehbus hekayesi danisanlar ne yalanlar uydurur” məzmunlu sms göndərmiş, sonuncu həmin şəxsdən harada olmasını soruşmuş, həmin istifadəçi şəhərdə olmadığını bildirmişdir. Cinayət işinin 5-ci cild 110-117-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 və 08 sentyabr 2021-ci il tarixli üzləşdirmə istintaq hərəkətində iştirak etməkdən imtina edilməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə - Şahid18 İmran oğlu, Şahid15, Şahid10, Şahid23, Şahid11, Şahid17, Şahid19, Şahid13 ilə üzləşdirmə keçirilməsindən imtina etmişdir. Cinayət işinin 5-ci cild 195-196-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış internet resurslarında olan məlumatlara baxış keçirilməsi haqqında 28 noyabr 2021-ci il tarixli protokolun kserosurətindən görünür ki, İsveçrə Konfederasiyasının, Fransa Respublikasının, Macarıstanın, İtaliya Respublikasının, X57, X40, Almaniya Federativ Respublikasının, Latviya Respublikasının, Litva Respublikasının Azərbaycan Respublikasındakı səfirliklərinin, eləcə də səfirliklərin viza mərkəzlərinin, həmçinin Kanadanın Türkiyə Respublikasındakı səfirliyinin Azərbaycan Respublikasında fəaliyyət göstərən viza mərkəzinin Bakı şəhəri ərazisində yerləşdiyi ünvanlar dəqiqləşdirilmişdir. Cinayət işinin 5-ci cild 195-196-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “İnternet səhifələrinə baxış keçirilməsi haqqında” 01 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin əlaqə nömrələri - ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı; Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin əlaqə nömrələri - ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı; Macarıstanın Azərbaycan Respublikasındakı səfirliyinin əlaqə nömrələri - ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***- ***-**-** saylı; İtaliya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin əlaqə nömrələri - ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı; Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin əlaqə nömrəsi - ***-***- **-**, ***-***-**-**, ***-***-**-** saylı; Litva Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin əlaqə nömrələri - ***-***-**-**, ***-***-**-** saylı; Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin əlaqə nömrələri - ***-***-**-**, ***-***-**-** saylı; Böyük Britaniyanın Azərbaycan Respublikasındakı səfirliyinin əlaqə nömrələri - ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı əlaqə nömrələri mövcuddur. Cinayət işinin 6-cı cild 1-18-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 dekabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokolun kserosurətindən görünür ki, Şahid1 qanunsuz olaraq hazırladığı saxta iş yeri haqqında arayışlarda adından saxta arayış hazırlanmış qurumların əlaqə nömrələri kimi qeyd edilmiş ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı nömrələrə daxil olan və çıxan zənglərə dair “X43” götürülmüş məlumatlara baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin nömrələrə İsveçrə Konfederasiyasının, Fransa Respublikasının, Macarıstanın, İtaliya Respublikasının, X57 Azərbaycan Respublikasındakı səfirliklərinin əlaqə nömrələrindən ayrı-ayrı vaxtlarda çoxsaylı zənglər daxil olaraq danışıqlar aparılmışdır. Cinayət işinin 6-cı cild 19-56-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmı “Telefon əlaqələrinə baxış keçirilməsi haqqında” 02 dekabr 2021-ci il tarixli protokolun kseosurətindən və protokola əlavə edilmiş çıxarışlardan görünür ki, Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı GSM nömrə ilə Şahid11 istifadəsində olmuş ***-***-**- ** saylı GSM nömrə arasında xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində bir neçə dəfə zəng əlaqələri qeydə alınmışdır. Bundan başqa xx.xx.2016cı il tarixdə saat 16:20-də Təqsirləndirilən şəxs məxsus olan ***-***-**-** saylı GSM nömrədən Şahid1 məxsus olan ***-***-**-** saylı GSM nömrəyə “4908100” məzmunlu sms göndərilmiş, xx.xx.2016-cı il tarixdə saat 16:55-də Şahid1 məxsus olan ***-***-**-** saylı GSM nömrədən X96 istifadəsində olan ***-***-**-** saylı GSM nömrəyə “49081009 muxtarov elder Davud oglu grafik dizayner 2013 den ishleyir maash 850” məzmunlu sms göndərilmişdir (***-***-**-** saylı nömrə Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin əlaqə nömrəsidir). Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı GSM nömrə ilə Şahid11 istifadəsində olmuş ***-***-**-** saylı GSM nömrə arasında xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində çoxsaylı və mütəmadi telefon əlaqələri qeydə alınmışdır. Şahid1 məxsus olan ***-***-**-** saylı GSM nömrəyə iş üzrə əhəmiyyət kəsb edən smslər daxil olmuş və göndərilmiş smslərin mətnlərindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müraciəti əsasında Şahid1 saxta sənədlərin hazırlanması ilə 2014-cü ilin may ayından etibarən məşğul olmağa başlamışdır, həmin vaxtlardan Şahid1 Təqsirləndirilən şəxs ilə intensiv və mütəmadi telefon əlaqəsində olmuşdur. Şahid1 məxsus ***-***-**-** saylı GSM nömrə ilə Təqsirləndirilən şəxs məxsus olan ***-***-**-** saylı nömrə arasında xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddət ərzində, Şahid1 məxsus ***-***-**-** saylı GSM nömrə ilə Təqsirləndirilən şəxs məxsus olan ***-***-**-** saylı nömrə arasında xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddət ərzində çoxsaylı və mütəmadi telefon əlaqələri qeydə alınmışdır. Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı GSM nömrə ilə Təqsirləndirilən şəxs ofisində işləmiş Şahid7 istifadəsində olmuş ***-***-**-** saylı GSM nömrə arasında xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində bir neçə dəfə zəng əlaqələri qeydə alınmışdır. Şahid1 məxsus ***-***-**-** saylı GSM nömrə ilə Təqsirləndirilən şəxs ofisində işləmiş X62 istifadəsində olmuş ***-***-**-** saylı GSM nömrə arasında xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddət ərzində çoxsaylı zəng əlaqələri qeydə alınmışdır. Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı GSM nömrə ilə Təqsirləndirilən şəxs ofisində işləmiş Şahid8 məxsus ***-***-**-** saylı GSM nömrə arasında telefon əlaqəsi qeydə alınmışdır. Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı GSM nömrə ilə X84 məxsus ***-***-**-** saylı GSM nömrə arasında telefon əlaqəsi qeydə alınmışdır. Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı GSM nömrə ilə Şahid7 məxsus ***-***-**-** və ***-***- **-** saylı GSM nömrələr arasında telefon əlaqəsi qeydə alınmışdır. Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı GSM nömrə ilə Təqsirləndirilən şəxs ofisində işləmiş Sevinc Çəltikovaya məxsus ***-***-**-** saylı GSM nömrə arasında telefon əlaqəsi qeydə alınmışdır. Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı GSM nömrə ilə Şahid11 istifadəsində olmuş ***-***-**-** saylı GSM nömrə arasında xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində bir neçə dəfə zəng əlaqələri qeydə alınmışdır. Bundan başqa xx.xx.2016-cı il tarixdə saat 16:20-də Təqsirləndirilən şəxs məxsus olan ***-***-**-** saylı GSM nömrədən Şahid1 məxsus olan ***-***-**-** saylı GSM nömrəyə “4908100” məzmunlu sms göndərilmiş, xx.xx.2016-cı il tarixdə saat 16:55-də Şahid1 məxsus olan ***-***-**-** saylı GSM nömrədən X96 istifadəsində olan ***-***-**-** saylı GSM nömrəyə “49081009 muxtarov elder Davud oglu grafik dizayner 2013 den ishleyir maash 850” məzmunlu sms göndərilmişdir (***-***-**-** saylı nömrə Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin əlaqə nömrəsidir). Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı GSM nömrə ilə Şahid11 istifadəsində olmuş ***-***-**-** saylı GSM nömrə arasında xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində çoxsaylı və mütəmadi telefon əlaqələri qeydə alınmışdır. Cinayət işinin 6-cı cild 57-61-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış telefon əlaqələrinə baxış keçirilməsi haqqında 02 dekabr 2021-ci il tarixli protokolun kserosurətindan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** saylı mobil nömrə ilə Şahid10 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 16 dekabr 2017-ci il və 17 may 2019-cu il tarixlərdə telefon əlaqələri qeydə alınmışdır. Həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə X50 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət ərzində telefon əlaqələri qeydə alınmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı GSM nömrə ilə Şahid18 istifadəsində olmuş ***-***-**-** saylı GSM nömrə arasında xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində bir neçə dəfə zəng əlaqələri qeydə alınmışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı GSM nömrə ilə Şahid6 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı GSM nömrələr arasında xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək zəng əlaqələri qeydə alınmışdır. Cinayət işinin 6-cı cild 62-80-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 dekabr 2021-ci il tarixli 4/209 nömrəli rəydə aşağıdakılar müəyyən edilmişdir: 1.1. Ekspertizaya təqdim edilmiş, 19 fevral 2018-ci il tarix A/028/11 nömrəli, məzmunu ingilis dilində olmaqla “X18” başlıqlı Şahid18 Gəncliyin X26 işləməsinə dair məktubun kserosurətində möhür əksinin aşağı sağ hissəsindəki imza, 13 aprel 2018-ci il tarixli, AN/117/18 nömrəli, məzmunu ingilis dilində olmaqla "Reference" başlıqlı, Şahid6 Gəncliyin Elmi-Mədəni İnkişafı ictimai birliyində işləməyinə dair arayışın kserosurətində "Lala İbrahimova" qrafasında əks olunmuş imza - Şahid2 tərəfindən icra olunmuşdur. 1.2. Ekspertizaya təqdim edilmiş, 19 fevral 2018-ci il tarixli, AN/028/11 nömrəli, məzmunu ingilis dilində olmaqla "X21" başlıqlı, Şahid18 Gəncliyin X46 işləməsinə dair məktubun kserosurətində "Sardar İsgandarov" yazıları qarşısında əks olunmuş imza, 16 oktyabr 2017-ci il tarixli, AN/031/15 nömrəli, məzmunu ingilis dilində olmaqla "Reference" başlıqlı, Şahid17 Gəncliyin Elmi-Mədəni İnkişafı ictimai birliyində işləməyinə dair arayışın kserosurətində “Sardar Yusif oghlu” qrafasında əks olunmuş imza, 13 aprel 2018-ci il tarixli, AN/117/18 nömrəli, məzmunu ingilis dilində olmaqla "Reference" başlıqlı, Şahid6 Gəncliyin Elmi-Mədəni İnkişafı ictimai birliyində işləməyinə dair arayışın kserosurətində “Sardar Yusif oghlu” qrafasında əks olunmuş imza - Şahid1 tərəfindən icra olunmuşdur. 2.2. Ekspertizaya təqdim olunmuş, 16 oktyabr 2017-ci il tarixli AN/031/15 nömrəli, məzmunu ingilis dilində olmaqla "Reference" başlıqlı Şahid17 Gəncliyin Elmi-Mədəni İnkişafı ictimai birliyində işləməyinə dair arayışın kserosurətində orta hissədə yerləşən əlyazmalar, 16 oktyabr 2017-ci il tarixli, AN/032/15 nömrəli, məzmunu ingilis dilində olmaqla "Reference" başlıqlı, Şahid6 Gəncliyin Elmi-Mədəni İnkişafi ictimai birliyində işləməyinə dair arayışın kserosurətində “X155” yazılarının aşağı tərəfində yerləşən əlyazmalar – Şahid1 təfəfindən yox, Şahid2 tərəfindən yox başqa şəxslər tərəfindən icra olunmuşdur.
3. Ekspertizaya təqdim edilmiş, 16 oktyabr 2017-ci il tarixli, AN/031/15 nömrəli, məzmunu ingilis dilində olmaqla "Reference" başlıqlı, Şahid17 Gəncliyin Elmi-Mədəni İnkişafı ictimai birliyində işləməyinə dair arayışın kserosurətində "Rufat Aliyev" qrafasında əks olunmuş imzanı, 16 oktyabr 2017-ci il tarixli, AN/032/15 nömrəli, məzmunu ingilis dilində olmaqla “Reference” başlıqlı, Şahid6 Gəncliyin Elmi-Mədəni İnkişafı ictimai birliyində işləməyinə dair arayışın kserosurətində "Rufat Aliyev" qrafasında əks olunmuş imzanı, 25 fevral 2016-cı il tarixli, 03/G-34 nömrəli, "REFERENCE" başlıqlı, Şahid11 “SRA GROUP LLC”-də işləməyinə dair məktubun kserosurətində "Direktor" qrafasında əks olunmuş imzanı – Şahid1 tərəfindən, Şahid2 tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı.
4. Azərbaycan Respublikası CPM-nin 97.4.2-ci və "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunun 12-ci maddələrinə əsasən bildiririk ki, ekspertizaya təqdim edilmiş, 16 oktyabr 2017-ci il tarixli, AN/032/15 nömrəli, məzmunu ingilis dilində olmaqla "Reference" başlıqlı, Şahid6 Gəncliyin Elmi-Mədəni İnkişafı ictimai birliyində işləməyinə dair arayışın kserosurətində “Sardar Yusifoghlu” qrafasında əks olunmuş imzanın – Şahid1 tərəfindən, Şahid2 tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün deyil. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Baş prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, kiçik ədliyyə müşaviri X54 04 dekabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs və digər şəxslərin əməllərinə ayrılmış cinayət işində hüquqi qiymət verilməsi qərara alınmışdır. (cild 6, iş v 81-250; cild 7 iş vərəqə 1-250; 8-ci cild iş vərəqə 1- 194) Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Baş prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, kiçik ədliyyə müşaviri X110 tərəfindən tərtib edilmiş, olan Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən təsdiq edilmiş ititham aktından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Şahid1, X37 və X69 Azərbaycan Respublikası CM-nin 178.3.1, 29, 178.3.1, 308.1, 32.4, 312.2, 313, 318-1.2.1, 318-1.2.2, 318-1.2.3, 29, 318-1.2.1, 29, 318-1.2.2, 29, 318-1.2.3, 320.1, 320-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmişlər. (cild 8 iş vərəqə 195-250; cild 9 iş vərəqə 1-274; cild 10 iş vərəqə 1-279; cild 11 iş vərəqə 1-266) Cinayət işinin 12-ci cild 71-77-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “İfadələrin yerində yoxlanılması haqqında” 18 mart 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, iş üzrə Şahid3 Təqsirləndirilən şəxs fəaliyyət göstərdiyi ofislərinin yerlərini əyani şəkildə göstərmiş, Təqsirləndirilən şəxs 2015-2016-cı illərdə ünvan 29 ünvanda, 2016-2017-ci illərdə ünvan 30vanda və 2017-2018-ci illərdə isə ünvan 31nda yerləşən ofislərdə fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Cinayət işinin 12-ci cild 82-93-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış telefon əlaqələrinə baxış keçirilməsi haqqında 18 mart 2022-ci il tarixli protokollarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı GSM nömrə ilə Şahid19 istifadəsində olan ***-***-**-** saylı GSM nömrə arasında xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək çoxsaylı zəng əlaqələri qeydə alınmışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı GSM nömrə ilə Şahid19 istifadəsində olan ***-***-**-** saylı GSM nömrə arasında xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində çoxsaylı zəng əlaqələri qeydə alınmışdır. Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrəsi ilə Şahid5 istifadəsində olmuş ***-***-**-** saylı GSM nömrə arasında xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində telefon əlaqələri qeydə alınmışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** saylı GSM nömrə ilə Şahid21 istifadəsində olmuş ***-***-**-** saylı GSM nömrə arasında xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində çoxsaylı telefon əlaqələri qeydə alınmışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı GSM nömrə ilə Şahid21 istifadəsində olmuş ***-***-**-** saylı GSM nömrə arasında xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində telefon əlaqələri qeydə alınmışdır. xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** saylı GSM nömrə ilə Şahid21 istifadəsində olmuş ***-***-**-** saylı GSM nömrə arasında zəng əlaqəsi qeydə alınmışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** saylı GSM nömrə ilə Şahid23 istifadəsində olmuş ***-***-**-** saylı GSM nömrə arasında xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində çoxsaylı telefon əlaqələri qeydə alınmışdır. Cinayət işinin 12-ci cild 9-11-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 fevral 2022-ci il tarixli əlavə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx.xx.2019-cu il tarixli, 21614 nömrəli ekspert rəyinə əlavə edilmiş bir ədəd “Toshiba” markalı xarici yaddaş qurğusunda olan, “Xiaomi” və “İphone” markalı mobil telefonların yaddaşında olan fayllara baxış keçirilən zaman Şahid1 adı ilə Təqsirləndirilən şəxs kimi qeyd edilmiş şəxs arasında sms yazışmaları aparılmışdır, bu yazışmalarda müxtəlif dollarla qeyd edilən məbləğlər yazılmış, həmçinin, “sabah bu borcun yarsin ode novbeti ayi semereli ishleyek bu gun yene aldatdin meni” məzmunlu mesaj göndərildiyi müəyyən edilmişdir. Cinayət işinin 12-ci cild 94-95-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 mart 2022-ci il tarixli xarici valyutaların məzənnəsinin müəyyən edilməsi haqqında protokoldan və protokola əlavə edilmiş cədvəldən görünür ki, 2017-ci il üzrə X78 dollarının Azərbaycan manatına olan məzənnəsi 1 ABŞ dolları 1,70 AZN olmuşdur. Cinayət işinin 3-cü cild 79-81-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X116 Xidmətindən daxil olmuş 17 mart 2022-ci il tarixli **********6 nömrəli məktubdan və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycanda Avropaya İnteqrasiya “Avropa Hərəkatı” ictimai birliyində işləmiş; bununla yanaşı xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ilə "xxxx" MMC, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ilə X141, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ilə “X157” MMC arasında əmək müqaviləsi bildirişi qeydə alınmışdır. Cinayət işinin 3-cü cild 5-7-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sərhədkeçmə məlumatlarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 2008-ci il tarixdən 10 may 2018-ci il tarixədək Azərbaycan Respublikası ərazisini Ukrayna, Gürcüstan, Birləşmiş Krallıq-London, Türkiyə, Qətər, Macarıstan istiqamətlərindən tərk etmişdir. 2017-2018-ci illərdə ölkə ərazisini Gürcüstan və Rusiya istiqamətində tərk etmək istəyən zaman, ölkə ərazisindən çıxışına məhdudiyyət qoyulduğundan geri qaytarılmışdır. Cinayət işinin 12-ci cild 100-226-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Baş prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, kiçik ədliyyə müşaviri X54 22 mart 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs mütəşəkkil dəstə tərkibində törətdiyi cinayət əməlləri üzrə mütəşəkkil dəstənin tərkibində olmuş digər şəxslərin müəyyən edilməsi üçün Azərbaycan Respublikası CM-nin 178.3.1, 29, 178.3.1, 308.1, 32.4, 312.2, 313, 318-1.2.1, 318-1.2.2, 318-1.2.3, 29, 318-1.2.1, 29, 318-1.2.2, 29, 318-1.2.3, 320.1 və 320.2-ci maddələri ilə cinayət işinin ayrıca icraata ayrılması qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişlər ki, o, heç kimə saxta sənəd hazırlamamış və saxta sənəd verməmiş,heç kimə rüşvət verməmiş, heç kimin etibarından sui istifadə etməmiş, heç kimi aldatmamış, ona viza verilməsi üçün müraciət edən şəxslərə AXCP üzvü olmaları ilə bağlı vəsiqələr hazırlatmamış və verməmiş, viza alınması üçün müraciət edən şəxslərdən aldığı pullar həm xidmət haqqı olmuş, həm də səfirliyə təqdim edilməli olan sənədlərin təsdiqlənməsi üçün istifadə edilmişdir. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrinin ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun məhkəmədəki ifadələrinin təkzib olunduğunu, ittihamın öz təsdiqini tapdığını və onun məhkəmə iclasında verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir. Məhkəmə şahidlərin ifadələrini, ekspert rəylərini, cinayət işi materiallarına əlavə edilmiş sənədlərin surətlərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək təsvirini formalaşdırmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə təqsirli olması cinayət təqibi ilə bağlı məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilib toplanmış iş materialları ilə kifayət qədər sübuta yetirildi. Beləliklə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, cinayət işi materialalrına əlavə edilmiş sənədləri və digər sənədlərin sübut növü kimi qəbuledilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 29, 178.3.1, 308.1, 32.4, 312.2, 313, 318-1.2.1, 318-1.2.2, 318- 1.2.3, 29, 318-1.2.1, 29, 318-1.2.2, 29, 318-1.2.3, 320.1 və 320.2-ci maddələri ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 29, 178.3.1, 308.1, 32.4, 312.2, 313, 318-1.2.1, 318-1.2.2, 318-1.2.3, 29, 318-1.2.1, 29, 318-1.2.2, 29, 318-1.2.3, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, plenumun qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29, 312ci maddələri ilə tövsif edilir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313, 320.1 və 320.2-ci maddələri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunurlar. Həmin maddələrdə azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi 02 il nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1 və 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs göstərilən maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini sonuncu dəfə 2018-ci ildə törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.3-cü maddəsində (cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdikdə) nəzərdə tutulmuş halda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinməli, lakin həmin maddələr ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımı cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, həm onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 5-ci cild 165-ci vərəqəsində olan AR DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 06 oktyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət işinin 12-ci cild 22-38-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli, 1(006)-397/2017 saylı hökmü ilə AR CM-nin 310, 320.1-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzası şərti hesab edilməklə 02 il sınaq müddəti müəyyən edilmiş, cinayət işinin 12-ci cild 39-47-ci vərəqələrində olan Bakı Apellyasiya Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli, 1(103)- 1774/17 saylı qərarı ilə Nəsimi Rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli, 1(006)- 397/2017 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, cinayət işinin 2-ci cild 231-289-cu vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 1(005)-44/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 29, 318.1-ci maddələri ilə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 71.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş şərti məhkumetmə ləğv edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən cəzası şərti hesab edilərək, 02 il şərti sınaq müddəti müəyyən edilmişdir. Cinayət işinin 5-ci cild 198-215-ci vərəqələrində olan Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 1(103)-1440/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 1(005)-44/2021 saylı hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası CMnin 70-ci maddəsi ilə bağlı müddəalar hökmdən xaric edilmiş, Təqsirləndirilən şəxs AR CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 02 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə Azərbaycan Respublikası CM-nin 178.2.2 178.2.3 178.2.4-cü maddələri ilə 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Nəsimi Rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkumetmə ləğv edilmiş və həmin hökmlə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki qərarla təyin edilmiş cəzayla birləşdirilməklə, qəti olaraq 02 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 04 iyun 2018-ci il tarixdən 14 mart 2019-cu il tarixədək olan müddət ərzində həbsdə olduğu 09 ay 10 gün müddət cəzaçəkmə müddətinə hesablanmaqla Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 02 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 il 8 ay 20 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 26 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Bundan başqa, Hacılı X127 Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 1(064)- 15/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək, 1500 (min beş yüz) manat cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 il 8 ay 20 gün müddətinə azadlıqdan məhrumetmə cəzasını hazırki hökmlə təyin edilmiş 1500 manat cərimə cəzası ilə tamamilə toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 il 8 ay 20 gün müddətinə azadlıqdan məhrumetmə cəzası və 1500 (min beş yüz) manat cərimə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 13 may 2022-ci il tarixli, 1(106)-311/2022 saylı qərarı ilə Füzuli Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Füzuli rayon İcra və probasiya şöbəsindən daxil olmuş 17 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 1.500 manat cərimə cəzası tutulmamışdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayət işinin 13-cü cild 3-4-cü vərəqələrində olan 1 saylı MKTB-dən daxil olmuş arayəş və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs məcburi köçkün kimi qeydiyyata alınmış və müsbət səciyyələndirilir. Məhkəmə Təqsirləndirilən şəxs müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırki hökmü ilə təyin ediləcək əsas cəzası ilə onun əvvəlki hökmlə təyin edilmiş cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən topalnılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il qərarının 17-ci bəndində göstərilmişdir ki, məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Həmçinin, Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 1.500 manat (min beş yüz) cərimə növündə cəzası icra edilmədiyindən, hazırki hökmlə təyin edilmiş cəzadan müstəqil icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cəza təyin edərkən, məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» 30 aprel 2021-ci il tarixli qərarın müddəallarını da nəzərə alır. Belə ki, qərarın 15-ci bəndində qeyd edilmişdir ki, şəxs bir neçə başa çatmamış cinayət törətmişsə onlardan hər birinə görə cəza Cinayət Məcəlləsinin 63-cü maddəsinə uyğun təyin edilir, lakin cinayətlərin məcmusu üzrə qəti cəza Cinayət Məcəlləsinin 66.2 və 66.3-cü maddələri ilə müəyyən edilən qaydalara uyğun olmalıdır. Başa çatmış və başa çatmayan cinayətlərin çoxluğu cinayətlərin təkrar törədilməsi əlaməti üzrə Cinayət Məcəlləsinin bir maddəsi ilə deyil, başa çatmayan və başa çatmış cinayətlərin məcmusu kimi tövsif edildiyi, yəni başa çatmış və başa çatmayan cinayətlərin istər real, istərsə də ideal məcmusu olduğu hallarda təqsirkar şəxsə cəza da cinayətlərin məcmusuna görə cəzaların təyin edilməsi qaydalarına riayət olunmaqla təyin olunmalı, yəni Cinayət Məcəlləsinin 66.1-ci maddəsi tələb etdiyi kimi əvvəlcə cinayətlərin məcmusuna daxil olan hər bir cinayətə, o cümlədən başa çatmış və CM-in 66-cı maddəsinin müəyyən etdiyi hədlər daxilində başa çatmayan cinayətə görə ayrı-ayrılıqda cəzalar təyin edilməli və daha sonra məcmuya daxil olan cinayətlərin təsnifatından asılı olaraq CM-in 66.2 və yaxud 66.3-cü maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə qəti cəzanın müddəti və ya həcmi müəyyən olunmalıdır. Başa çatmış və başa çatmayan cinayətlərin məcmusu üzrə birbaşa vahid cəzanın təyin edilməsi cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi qaydalarına zidd olmaqla yanaşı həm də ona görə yolverilməzdir ki, başa çatmayan cinayətlərə görə cəzanın CM-in 63-cü maddəsinə müvafiq olaraq təyin edilməli olmasını, yəni həmin maddəyə görə məcmuya daxil olan başa çatmayan və başa çatmış cinayətlər üzrə sanksiyaların fərqli olduğunu nəzərə almır.” Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Cinayət işinin 3-cü cild 64-67-ci vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 4(001)-694/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 iyul 2021-ci il tarixdən hesablanmaqla barəsində 28 sentyabr 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həmçinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddəti 3 ay müddətə, yəni 28 dekabr 2021-ci tarixədək uzadılmışdır. Cinayət işinin 13-cü cild 39-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Baş prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, kiçik ədliyyə müşaviri X54 28 mart 2022-ci il tarixli təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsində saxlanılmasının nəzərə alınması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmiş və onun hazırda Azərbaycan respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs 10 iyul 2021-ci il tarixdən 26 noyabr 2021-ci il tarixədək olan 04 (dörd) ay 16 (on altı) gün müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 26 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Füzuli Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 1(064)-15/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müddətinin əvvəlinin 26 noyabr 2021-ci il tarixdən hesablanması nəzərə alınmalıdır. İş üzrə ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış - 26 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Şahid1 rəhbəri olduğu “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin ünvan 21 ünvanda yerləşən ofisində keçirilmiş baxış zamanı oradan götürülmüş Şahid1 məxsus bir ədəd “HP” markalı “HP550” modelli kompüter kompüterin, bir ədəd “İphone 5” markalı “A1429” modelli və bir ədəd “Xiaomi” markalı “Redmi 5” modelli mobil telefonlar, sənədlər – ön səhifəsində Şahid18 “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyində işləməsinə dair ingilis dilində tərtib edilmiş 19 fevral 2018-ci il tarixli, AN/028/11 nömrəli arayışın surətinin çap edildiyi sənəd, Şahid17 Gəncliyin Elmi-Mədəni İnkişafı ictimai birliyində işləməsinə dair ingilis dilində tərtib edilmiş 16 oktyabr 2017-ci il tarixli AN/031/15 nömrəli arayışın surəti, Şahid6 Gəncliyin Elmi-Mədəni İnkişafı ictimai birliyində işləməsinə dair ingilis dilində tərtib edilmiş 16 oktyabr 2017-ci il tarixli AN/032/15 nömrəli arayış; “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Azərbaycan X149 və İdman Akademiyası”, “Azərbaycan Respublikası DİN Baki Şəhər Baş Polis idarəsi”, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsi”, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyəti”, “T.C. Egitim Müşavirliği, Bakü Büyükelçiliği”, “Bakı şəhəri, 1 saylı Notariat Kontoru (Ünvan: Bakı şəhəri, Ü.hacıbəyli küçəsi 43)”, “T.C. X94 Müşavirliği görülmüştür”, “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası”, “Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası”, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Neyrocərrahlıq xəstəxanası, Xəstəlik vərəqələri üçün”, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi”, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, 2 saylı Bakı “ASAN xidmət” mərkəzi, Notarius X4 № 126”, “Azərbaycan Respublikasının Vergilər Nazirliyinin yaninda Baki şəhəri X150 Departamenti”, “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “SOCAR”, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi”, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Ə.Əliyev ad. Azərb. X28 İnstitutu (Kadrlar şöbəsi)”, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, X39, şəhadətnamə № 038”, “Baki şəhəri Səbail rayon qeydiyyat şöbəsi”, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsi”, “Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi”, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, X10, şəhadətnamə № 025”, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, 1 saylı Bakı “ASAN xidmət” mərkəzi, X14 şəhadətnamə № 076”, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi Məktəb, Lisey Kompleksi”, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 10 nömrəli Tibbi- Sosial Ekspert Komissiyası”, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Baki şəhəri Nizami rayon qeydiyyat şöbəsi”, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Baki şəhəri X15, şəhadətnamə № 051”, “Mən, Bakı şəhəri, 1 saylı Notariat Kontorunun xüsusi notariusu Sabitov F.M. bu fotosurətin duzgunlyünü təsdiq edirəm Reyestrdə 1S___№ ilə qeyd edilib M.Y.____manat haqq tutulub. Notarius____”, “Azərbaycan Respublikasının Prezident yanında Ali Attestasiya Komissiyası”, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Bakı Baş Səhiyyə İdarəsi, 28 saylı şəhər poliklinikası”, “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm və Menecment Universiteti”, “Azərbaycan Respublikası Bakı Biznes Universiteti”, “Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət İqtisad Universiteti”, “Azərbaycan Respublikası Qərb Universiteti Western University”, “Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti”, “ADA Universiteti, Reyestr şöbəsi”, “Azərbaycan Respublikası Təhsil Nazirliyi, Sumqayıt Dövlət Universiteti”, “Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti”, “Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi, 249 saylı tam orta məktəb”, “Mіnіsterstvo osvіti і nauki Ukraini m.Kiiv Kiivsğkiy naüionalğniy universitet texniloqii ta dizaynu identifikaüiynıy kod 02070890”, “Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dillər Universiteti”, “Azərbaycan Respublikası Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti”, “Azərbaycan Respublikası Qərbi Kaspi Universiteti Western Caspian University”, “Lietuvos Respublika, Kauno Technologijos Universitetas”, “Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti”, “Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti”, “T.C. Atatürk Üniversitesi 1923 Rektorlüğü”, “Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti”, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti”, “Mіnіsterstvo osvіti і nauki Ukraini Kiivsğkiy naüionalğniy universitet budіvnitstva і arxitekturi identifikaüiynıy kod 02070909”, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Universiteti, Çoxpilləli Təhsil Kompleksi”, “Azərbaycan Respublikası Bakı şəhəri Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası”, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi, N.Tağıyev adına 212 №-li tam orta məktəb”, “T.C. Balıkesir Üniversitesi 1923 Rektörlüğü”, “T.C. X42 1923 Rektörlüğü”, “Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Slavyan Universiteti”, “Vilniaus Universitetas Lietuvos Respublika”, “Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Texniki Universiteti”, “Azərbaycan Respublikası Kapital X199 Cəmiyyəti, Yasamal filialı”, “Azərbaycan Beynəlxalq Bankı, Müştəri Xidməti Departamenti”, “Azərbaycan Respublikası "xxxx" QSC”, “Azərbaycan Beynəlxalq Bankı ASC Sabunçu filialı”, “Azərbaycan Respublikası AGX199 Cəmiyyəti”, “X114, Unibank 14 saylı filial”, “Bank of Baku ASC “Mərkəz” filialı”, “Bank of Baku, Baş İdarə, Xidmət bölməsi”, “AGBANK “Kaspian” filialı” “X114, Unibank 17 saylı filial 3”, “Kapital Bank” Yasamal filialı Xidmət bölməsi”, “Azərbaycan Respublikası Müasir Diplomatlar Birliyi”, “Azərbaycan Respublikası Delta Telecom LTD”, “ASR CONSULTİNG ANDRESEARCH GROUP LLC AZERBAİJAN REPUBLİC”, “BP Exploration (Caspian Sea) Ltd”, “Azərbaycan Respublikası SDB GROUP Məhdud Məsuliyyətli Cəmiyyəti”, “Azərbaycan Respublikası, MEDİCLUB LTD”, “Azərinşaatservis MMC”, “Pero Dəftərxana MMC”, “Azərbaycan Hüquq və X59 Məsuliyyətli Cəmiyyəti”, “Hilton, Regional Office”, “X200 Agentliyi, Transfer və Avtomobil İcarəsi”, “Azərbaycan Respublikası, "xxxx" Açıq Səhmdar Cəmiyyəti”, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Arayışlar üçün”, “ABV Kompüter Texnologiyaları MMC”, “Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti, GİLAN FMCG TRADE AND DİSTRİBUTİON”, “X206 X152 filialı, Arayışlar üçün”, “X115 Assosiation 2006”, “Gelen evrak, Tarih Sayı”, “Mahmut AĞİRMAN, Eğitim Müşaviri”, “X95, Aslı ilə aynıdır --/--/20--”, “xx-xx-2019”, “03 JUN 2019”, “Abdulgafur BÜYÜKFİRAT, Egitim Müşaviri”, “Aslının Aynıdır”, “Azərbaycan Respublikası Newspaper Hürriət qəzeti”, “Azərbaycan Respublikası Azərbaycan X143”, “Azərbaycan Respublikası Şərq qəzeti Şərq Newspaper”, “Müsavat Partiyası”, “SDB Group Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” məzmunlu cəmi 97 ədəd saxta möhürlər və ştamplar; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 20 dekabr 2019-cu il tarixli 21614 nömrəli rəyə əlavə edilmiş bir ədəd “Toshiba” markalı xarici yaddaş qurğusundan - Şahid1 məxsus bir ədəd “HP” markalı “HP550” modelli kompüterin, bir ədəd “İphone 5” markalı “A1429” modelli və bir ədəd “Xiaomi” markalı “Redmi 5” modelli mobil telefonlar, 97 ədəd saxta möhür və ştamplar, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 20 dekabr 2019-cu il tarixli 21614 nömrəli rəyə əlavə edilmiş bir ədəd “Toshiba” markalı xarici yaddaş qurğusu Baş Prokurorluğun İstintaq idarəsində, sənədlər – ön səhifəsində Şahid18 “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyində işləməsinə dair ingilis dilində tərtib edilmiş 19 fevral 2018-ci il tarixli, AN/028/11 nömrəli arayışın surətinin çap edildiyi sənəd, Şahid17 Gəncliyin Elmi-Mədəni İnkişafı ictimai birliyində işləməsinə dair ingilis dilində tərtib edilmiş 16 oktyabr 2017-ci il tarixli AN/031/15 nömrəli arayışın surəti, Şahid6 Gəncliyin Elmi-Mədəni İnkişafı ictimai birliyində işləməsinə dair ingilis dilində tərtib edilmiş 16 oktyabr 2017-ci il tarixli AN/032/15 nömrəli arayışın ********* nömrəli cinayət işinin materiallarında, həmin sənədlərin surətlərinin isə hazırki cinayət işinin materiallarında əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
Hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 29, 178.3.1, 308.1, 32.4, 312.2, 313, 318-1.2.1, 318-1.2.2, 318-1.2.3, 29, 318-1.2.1, 29, 318- 1.2.2, 29, 318-1.2.3, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.178.3.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-1.2.1, 318-1.2.2, 318-1.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318-1.2.1, 29,318-1.2.2, 29,318- 1.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313, 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs həmin maddələrlə cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Füzuli Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 08 (səkkiz) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə və 1.500 manat cərimə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs 03 (üç) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə və 1.500 manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 10 iyul 2021-ci il tarixdən 26 noyabr 2021-ci il tarixədək həbsdə olduğu 04 (dörd) ay 16 (on altı) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 (yeddi) il 07 (yeddi) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə və 1.500 manat cərimə cəzası təyin edilsin. 1.500 manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış - 26 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Şahid1 rəhbəri olduğu “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin ünvan 21 ünvanda yerləşən ofisində keçirilmiş baxış zamanı oradan götürülmüş Şahid1 məxsus bir ədəd “HP” markalı “HP550” modelli kompüter kompüterin, bir ədəd “İphone 5” markalı “A1429” modelli və bir ədəd “Xiaomi” markalı “Redmi 5” modelli mobil telefonlar, sənədlər – ön səhifəsində Şahid18 “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyində işləməsinə dair ingilis dilində tərtib edilmiş 19 fevral 2018-ci il tarixli, AN/028/11 nömrəli arayışın surətinin çap edildiyi sənəd, Şahid17 Gəncliyin Elmi-Mədəni İnkişafı ictimai birliyində işləməsinə dair ingilis dilində tərtib edilmiş 16 oktyabr 2017-ci il tarixli AN/031/15 nömrəli arayışın surəti, Şahid6 Gəncliyin Elmi-Mədəni İnkişafı ictimai birliyində işləməsinə dair ingilis dilində tərtib edilmiş 16 oktyabr 2017-ci il tarixli AN/032/15 nömrəli arayış; “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Azərbaycan X149 və İdman Akademiyası”, “Azərbaycan Respublikası DİN Baki Şəhər Baş Polis idarəsi”, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsi”, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyəti”, “T.C. Egitim Müşavirliği, Bakü Büyükelçiliği”, “Bakı şəhəri, 1 saylı Notariat Kontoru (Ünvan: Bakı şəhəri, Ü.hacıbəyli küçəsi 43)”, “T.C. X94 Müşavirliği görülmüştür”, “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası”, “Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası”, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Neyrocərrahlıq xəstəxanası, Xəstəlik vərəqələri üçün”, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi”, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, 2 saylı Bakı “ASAN xidmət” mərkəzi, Notarius X4 № 126”, “Azərbaycan Respublikasının Vergilər Nazirliyinin yaninda Baki şəhəri X150 Departamenti”, “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “SOCAR”, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi”, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Ə.Əliyev ad. Azərb. X28 İnstitutu (Kadrlar şöbəsi)”, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, X39, şəhadətnamə № 038”, “Baki şəhəri Səbail rayon qeydiyyat şöbəsi”, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsi”, “Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi”, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, X10, şəhadətnamə № 025”, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, 1 saylı Bakı “ASAN xidmət” mərkəzi, X14 şəhadətnamə № 076”, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi Məktəb, Lisey Kompleksi”, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 10 nömrəli Tibbi- Sosial Ekspert Komissiyası”, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Baki şəhəri Nizami rayon qeydiyyat şöbəsi”, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Baki şəhəri X15, şəhadətnamə № 051”, “Mən, Bakı şəhəri, 1 saylı Notariat Kontorunun xüsusi notariusu Sabitov F.M. bu fotosurətin duzgunlyünü təsdiq edirəm Reyestrdə 1S___№ ilə qeyd edilib M.Y.____manat haqq tutulub. Notarius____”, “Azərbaycan Respublikasının Prezident yanında Ali Attestasiya Komissiyası”, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Bakı Baş Səhiyyə İdarəsi, 28 saylı şəhər poliklinikası”, “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm və Menecment Universiteti”, “Azərbaycan Respublikası Bakı Biznes Universiteti”, “Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət İqtisad Universiteti”, “Azərbaycan Respublikası Qərb Universiteti Western University”, “Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti”, “ADA Universiteti, Reyestr şöbəsi”, “Azərbaycan Respublikası Təhsil Nazirliyi, Sumqayıt Dövlət Universiteti”, “Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti”, “Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi, 249 saylı tam orta məktəb”, “Mіnіsterstvo osvіti і nauki Ukraini m.Kiiv Kiivsğkiy naüionalğniy universitet texniloqii ta dizaynu identifikaüiynıy kod 02070890”, “Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dillər Universiteti”, “Azərbaycan Respublikası Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti”, “Azərbaycan Respublikası Qərbi Kaspi Universiteti Western Caspian University”, “Lietuvos Respublika, Kauno Technologijos Universitetas”, “Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti”, “Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti”, “T.C. Atatürk Üniversitesi 1923 Rektorlüğü”, “Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti”, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti”, “Mіnіsterstvo osvіti і nauki Ukraini Kiivsğkiy naüionalğniy universitet budіvnitstva і arxitekturi identifikaüiynıy kod 02070909”, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Universiteti, Çoxpilləli Təhsil Kompleksi”, “Azərbaycan Respublikası Bakı şəhəri Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası”, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi, N.Tağıyev adına 212 №-li tam orta məktəb”, “T.C. Balıkesir Üniversitesi 1923 Rektörlüğü”, “T.C. X42 1923 Rektörlüğü”, “Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Slavyan Universiteti”, “Vilniaus Universitetas Lietuvos Respublika”, “Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Texniki Universiteti”, “Azərbaycan Respublikası Kapital X199 Cəmiyyəti, Yasamal filialı”, “Azərbaycan Beynəlxalq Bankı, Müştəri Xidməti Departamenti”, “Azərbaycan Respublikası "xxxx" QSC”, “Azərbaycan Beynəlxalq Bankı ASC Sabunçu filialı”, “Azərbaycan Respublikası AGX199 Cəmiyyəti”, “X114, Unibank 14 saylı filial”, “Bank of Baku ASC “Mərkəz” filialı”, “Bank of Baku, Baş İdarə, Xidmət bölməsi”, “AGBANK “Kaspian” filialı” “X114, Unibank 17 saylı filial 3”, “Kapital Bank” Yasamal filialı Xidmət bölməsi”, “Azərbaycan Respublikası Müasir Diplomatlar Birliyi”, “Azərbaycan Respublikası Delta Telecom LTD”, “ASR CONSULTİNG ANDRESEARCH GROUP LLC AZERBAİJAN REPUBLİC”, “BP Exploration (Caspian Sea) Ltd”, “Azərbaycan Respublikası SDB GROUP Məhdud Məsuliyyətli Cəmiyyəti”, “Azərbaycan Respublikası, MEDİCLUB LTD”, “Azərinşaatservis MMC”, “Pero Dəftərxana MMC”, “Azərbaycan Hüquq və X59 Məsuliyyətli Cəmiyyəti”, “Hilton, Regional Office”, “X200 Agentliyi, Transfer və Avtomobil İcarəsi”, “Azərbaycan Respublikası, "xxxx" Açıq Səhmdar Cəmiyyəti”, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Arayışlar üçün”, “ABV Kompüter Texnologiyaları MMC”, “Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti, GİLAN FMCG TRADE AND DİSTRİBUTİON”, “X206 X152 filialı, Arayışlar üçün”, “X115 Assosiation 2006”, “Gelen evrak, Tarih Sayı”, “Mahmut AĞİRMAN, Eğitim Müşaviri”, “X95, Aslı ilə aynıdır --/--/20--”, “xx-xx-2019”, “03 JUN 2019”, “Abdulgafur BÜYÜKFİRAT, Egitim Müşaviri”, “Aslının Aynıdır”, “Azərbaycan Respublikası Newspaper Hürriət qəzeti”, “Azərbaycan Respublikası Azərbaycan X143”, “Azərbaycan Respublikası Şərq qəzeti Şərq Newspaper”, “Müsavat Partiyası”, “SDB Group Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” məzmunlu cəmi 97 ədəd saxta möhürlər və ştamplar; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 20 dekabr 2019-cu il tarixli 21614 nömrəli rəyə əlavə edilmiş bir ədəd “Toshiba” markalı xarici yaddaş qurğusundan - Şahid1 məxsus bir ədəd “HP” markalı “HP550” modelli kompüterin, bir ədəd “İphone 5” markalı “A1429” modelli və bir ədəd “Xiaomi” markalı “Redmi 5” modelli mobil telefonlar, 97 ədəd saxta möhür və ştamplar, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 20 dekabr 2019-cu il tarixli 21614 nömrəli rəyə əlavə edilmiş bir ədəd “Toshiba” markalı xarici yaddaş qurğusu Baş Prokurorluğun İstintaq idarəsində, sənədlər – ön səhifəsində Şahid18 “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyində işləməsinə dair ingilis dilində tərtib edilmiş 19 fevral 2018-ci il tarixli, AN/028/11 nömrəli arayışın surətinin çap edildiyi sənəd, Şahid17 Gəncliyin Elmi-Mədəni İnkişafı ictimai birliyində işləməsinə dair ingilis dilində tərtib edilmiş 16 oktyabr 2017-ci il tarixli AN/031/15 nömrəli arayışın surəti, Şahid6 Gəncliyin Elmi-Mədəni İnkişafı ictimai birliyində işləməsinə dair ingilis dilində tərtib edilmiş 16 oktyabr 2017-ci il tarixli AN/032/15 nömrəli arayışın ********* nömrəli cinayət işinin materiallarında, həmin sənədlərin surətlərinin isə hazırki cinayət işinin materiallarında əlavə edilib saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Azad Məcidov
Hakimlər: Zeynal Ağayev
Səbuhi Hüseynov