Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1122/2024 19.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X21 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X8, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X9, Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1989-cu ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, təhsili olmayan, subay, 4 (dörd) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş və üzərində ödənilməmiş məhkumluğu olan, Yevlax rayonu, Yevlax şəhəri, Nizami prospekti, ev 224-də qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Nərimanov rayonu, Xutor qəsəbəsi, 1-ci Şimal Şitil küçəsi, ev 93-də kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 1(004)-413/2009 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, xx.xx.2010-cu il tarixdə isə cəzasının sonu ilə azad edilməsinə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 1(043)-81/2012 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 93.1.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, xx.xx.2013-cü ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə amnistiya aktı tətbiq olunmaqla cəzasının 06 ay azaldılaraq xx.xx.2013-cü il tarixdə isə cəzasının sonu ilə azad edilməsinə, Yevlax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(039)-17/2015 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilməsinə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(001)-360/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(057)-378/2023 nömrəli qərarı ilə isə xx.xx.2023-cü il tarixdə başa çatan azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, islah yoluna qədəm qoymayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda qeyri-rəsmi arvadı xx.xx.1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs başqa kişilərlə cinsi əlaqədə olaraq ona xəyanət etməsinə, əxlaqsız həyat tərzi sürməsinə, habelə narkotik vasitələrdən istifadə etməsinə dair əsassız şübhələrini bəhanə edib Zərərçəkmiş şəxs onun iradəsinə uyğun davranmamasını özü üçün təhqir kimi qəbul edərək, öz şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqünə qoyub, ictimai qaydalara qarşı açıq etinasızlıq göstərərək heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gələrək xx.xx.2023-cü il tarixdə, saat 17:00 radələrində birlikdə kirayədə yaşadıqları ünvan 1 ünvanında Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi nikahından dünyaya gəlmiş övladları xx.xx.2017-ci il təvəllüdlü Şahid3 və xx.xx.2019-cu il təvəllüdlü X3 evdə olduqlarını bildiyi halda mətbəx otağından götürdüyü zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən bıçaqla övladları Şahid3 və Rəsul Salmanovun gözləri qarşısında sonuncuların analarını həyatdan məhrum etməsinin həm uşaqlar, həm də Zərərçəkmiş şəxs üçün xüsusi əzabverici hərəkət olmasını bilərək Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə ardıcıl çoxsaylı zərbələr yetirməklə yaxın adamlarının yanında müstəsna dərəcədə rəhmsizlik və qəddarlıqla Zərərçəkmiş şəxs xüsusi əzab və ağrılar yetirdiyini dərk edərək və bunu arzu edərək, yəni xüsusi amansızlıqla Zərərçəkmiş şəxs dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin sol yarısının arxa səthində sol fəqərəyəni xətti üzrə l qabırğa və körpücük sümüyü arası nahiyəsindən döş boşluğuna nüfuz edən ağciyərin zirvəsini zədələyən 01 ədəd, döş qəfəsinin sol yarısının arxa səthində sol kürək xətti üzrə V-Vİ qabırğaarası nahiyədən döş boşluğuna nüfuz edən ağciyərin arxa səthinin orta payını zədələyən 01 ədəd, döş qəfəsinin sol yarısının bayır səthində arxa qoltuqaltı xətti üzrə Vİİ-Vİİİ qabırğaarası nahiyədən döş boşluğuna nüfuz edən ağciyərin arxa səthinin aşağı payını zədələyən 01 ədəd, döş qəfəsinin sağ yarısının ön səthində ön qoltuqaltı xətti üzrə V-Vİ qabırğaarası nahiyədən döş boşluğuna nüfuz edən ağciyərin orta payının bayır səthini zədələyən 01 ədəd, döş qəfəsinin sağ yarısının bayır səthində arxa qoltuqaltı xətti üzrə Vll-Vlll qabırğaarası nahiyədən döş boşluğuna nüfuz edən ağciyərin orta payının arxa səthini zədələyən 01 ədəd, döş qəfəsinin sağ yarısının arxa səthində sağ kürək xətti üzrə ll-lll qabırğaarası nahiyədən döş boşluğuna nüfuz edən ağciyərin yuxarı payının arxa səthini zədələyən 01 ədəd, döş qəfəsinin sağ yarısının arxa səthində sağ kürək xətti üzrə X-Xİ qabırğaarası nahiyədən döş boşluğuna nüfuz edən ağciyərin aşağı payının arxa səthini zədələyən 01 ədəd, cəmi 07 (yeddi) ədəd deşilmiş-kəsilmiş, dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid boyunun sol yarısının aşağı şöbəsinin bayır səthinin 01 ədəd, döş qəfəsinin sol yarısının arxa səthində sol kürək xətti üzrə Vl-Vİİ qabırğalar nahiyəsinin 01 ədəd, boyunun sağ yarısının aşağı şöbəsinin arxa səthinin 01 ədəd, döş qəfəsinin sağ yarısının ön səthinin məmə xətti üzrə Vİİ-VHİ qabırğaarası nahiyəsinin 01 ədəd, döş qəfəsinin sağ yarısının arxa səthinin sağ fəqərəyəni xətt üzrə l-ll qabırğaarası nahiyəsinin 01 ədəd, döş qəfəsinin sağ yarısının arxa səthində sağ kürək xətti üzrə Vll-Vlll qabırğaarası nahiyənin 01 ədəd daxilə nüfuz etməyən, cəmi 06 (altı) deşilmiş-kəsilmiş, sol bazunun yuxarı 1/3-nin bayır səthinin 01 ədəd, sol əlin l əl-daraq falanqasının arxa səthinin 01 ədəd, sağ saidin orta 1/3-nin bayır səthinin 01 ədəd, cəmi 03 (üç) ədəd kəsilmiş yaraları, sol təpə nahiyəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan yumşaq toxuma altına qansızmaları kimi ölümünə səbəb olmuş döş qəfəsinin sol yarısının ön və arxa səthlərinin döş boşluğuna nüfuz edərək hər iki ağciyərin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə hemoragik şok ilə müşayiət olunan xəsarətlər yetirərək qəsdən cinayətlər törətməyə görə əvvəllər məhkum olunmuş şəxs kimi cinayətlərin residivini yaradan əməlləri ilə Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürməsi, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, elan edilmiş şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, ağıllı adamdır və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Həmçinin o, özünə hörmət edən bir şəxsdir. 4 (dörd) uşağa sahib olduqdan sonra onun belə bir cinayət əməli törətməsi təsadüfi deyil. Bu cinayət əməlini törətmək üçün onun əlində əsaslar olmuşdur ki, nəticədə o, bu cinayət əməlini törətmişdir. Onun bu cinayəti törətməsi, bu əmələ görə həbsdə olmasının bir səbəbi var. Bu hadisə real olan məsələlərlə qarşılaşması nəticəsində baş vermişdir. O, spirtli içki və ya narkotik vasitələrdən istifadə edərək bu əməli törətməmişdir. Əksinə o, mərhum həyat yoldaşı Zərərçəkmiş şəxs ona xəyanət etməsinə görə öldürmüşdür. O, ittiham edildiyi cinayət əməlini Bakı şəhərində törətmişdir. O, həyat yoldaşının ona xəyanət etməsinin şahidi olmuşdur. O, xəyanətdə mərhum həyat yoldaşı Tacirəni təqsirli bilir. O, hesab edir ki, həyat yoldaşı Zərərçəkmiş şəxs ona xəyanət etdiyi şəxsin (başqa kişinin) heç bir təqsiri yoxdur. O, həmin şəxsi də öldürə bilərmiş, lakin bütün günah həyat yoldaşı Tacirədə olduğu üçün yalnız Tacirəni öldürmüşdür. Eyni zamanda o, həyat yoldaşı Tacirənin ona xəyanət etdiyi şəxsi tanımır. O, Tacirənin ona xəyanət etdiyi şəxsi o vaxt öldürərdi ki, həmin şəxs onun həyat yoldaşına söz atmış olardı, yaxud da həyat yoldaşına qarşı səbəbsiz yerə hər hansı bir hərəkət etmiş olardı. Amma bu hadisədə həmin şəxsin günahı yoxdur. O, bu cinayət əməlini heç bir əsas olmadan törətməmişdir. Yəni o, xuliqanlıq niyyəti ilə bu cinayəti törətməmişdir. Çünki o, həyatının geri qalan hissəsini həbsxanada keçirmək istəməmişdir. O, həyat yoldaşının ona xəyanət etdiyini öz gözləri ilə gördükdən sonra həyat yoldaşını bıçaqla qətlə yetirmişdir. O, bıçaq zərbələrini həyat yoldaşı Zərərçəkmiş şəxs kürəyi, boynu və bədəninin digər nahiyələrinə vurmuşdur. Heç kəs onun törətdiyi cinayət hadisəsinin şahidi olmamışdır. Lakin ittiham aktında göstərilmişdir ki, guya o, həyat yoldaşı Tacirəni uşaqları Rəsul və Solmazın gözləri qarşısında öldürmüşdür. Bu doğru deyil. O, həyat yoldaşı Tacirəni uşaqlarının gözləri qarşısında öldürməmişdir. O, Tacirəyə ümumilikdə 20-dən çox bıçaq zərbəsi endirmişdir. Hər bir insanın səbrinin həddi var. Həyat yoldaşı Tacirənin ona xəyanət etməsi onun səbrini daşırmışdır. Bu səbəbdən də o, həyat yoldaşı Zərərçəkmiş şəxs qətlə yetirmişdir. Ona görə də o, törətdiyi əməldən peşman deyil. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələrindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilərək həmin maddə ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməsi, yəni qəsdən həyatdan məhrum etməsi ilə bağlı məhkəmə istintaqında verdiyi etirafedici ifadəsi obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq olunduğundan məhkəmə qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadəsini mötəbər və həqiqi sübut kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərək xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs öldürməməsi və sonuncunu öldürərkən orada azyaşlı uşaqlarının olmaması ilə bağlı hissədə verdiyi ifadəsini məhkəmə cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qəbul edir və qiymətləndirir. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə öldürməməsi və sonuncunu öldürərkən orada azyaşlı uşaqlarının olmaması ilə bağlı hissədə məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və ifadəni bu hissədə mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə qanunsuz əməllərinə haqq qazandırmaq və məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqında verdiyi ifadələrini, zərərçəkmiş şəxsin hüquqi varisi, şahidlərin ifadələrini, cinayət işi üzrə istintaq hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tam və obyektiv tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun doğma qızı olmuşdur. Mərhum qızı Zərərçəkmiş şəxs xx xxx 1994-cü il tarixdə Yevlax şəhərində anadan olmuş və 13-14 yaşlarında olarkən uzaq qohumları olan Bayram adlı şəxslə qeyrirəsmi nikahla evlənmiş, həmin nikahdan Mahirə və Tahirə adlı qız övladları anadan olmuşdur. Sonradan Bayram ərəb ölkələrinin birinə köçmüş, orada yaşamış, bir müddətdən sonra isə Bayramdan xəbər çıxmamış, yəni Bayram itkin düşmüşdür. Bəlkə də Bayram ölmüşdür. Çünki həmin vaxtdan bugünə kimi Bayramdan heç bir xəbər yoxdur. Əvəvllər Tacirə qızları Mahirə və Tahirə ilə onun himayəsində Yevlaxda yaşamışdır. Tacirənin 18 yaşı olarkən öz bibisi X1 Məmmədova qoşulub qaçmış və ailə həyatı quraraq yaşamışdır. Teymur özü də əslən Yevlax rayonundandır. Tacirə ilə Teymurun arasında rəsmi nikah və dini kəbin olmamışdır. Tacirə Teymur ilə ailə həyatı qurduqdan sonra birinci ərindən olan uşaqlarını bacısı, yəni onun böyük qızı İlhamənin himayəsinə vermişdir. İlhamə isə öz ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır. Tacirənin birinci ərində olan uşaqları Tahirə və Mahirə hazırda İlhamə ilə birlikdə yaşayırlar. Tacirə birinci ərindən olan qızları Tahirə və Mahirəyə də doğuşlarından bir neçə il sonra, yəni Teymura ərə getdikdən sonra sənəd düzəltdirmiş və həmin sənədlərdə Tahirə ilə Mahirənin ataları kimi Teymur qeyd olunmuşdur. Tacirə və Teymurun birgə münasibətlərindən 2012-ci ildə Fatma, 2015-ci ildə Zeynal, 2017-ci ildə Solmaz və 2019-cu ildə Rəsul adlı övladları anadan olmuşdur. Tacirə və Teymur sonuncunun istəyi ilə təxminən 10 il əvvəl işləmək üçün Bakı şəhərinə köçmüşlər. Tacirəgili Bakı şəhərinə köçdükdən sonra Bakı şəhərinin müxtəlif yerlərində kirayədə yaşamışlar. Teymur əvvəllər dəfələrlə məhkum olunmuş və bir neçə dəfə həbsdə yatmışdır. Bakı şəhərində yaşadıqları müddət ərzində Teymurun daimi işi olmamış, gündəlik iş tapa bildiyi halda işləmiş, işləmədiyi halda evdə oturmuş, Tacirə isə müxtəlif şəxslərin evlərində xadiməlik etmiş, ara-sıra özü və övladları küçələrdə üzərrik və ya gül satıb dolanmışlar. Tacirə Teymurla evli olduğu müddət ərzində Tacirə ilə Teymurun arasında tez-tez mübahisələr olmuşdur. Mübahisələrə səbəb isə Teymurun işləməməsi və bu səbəbdən də Tacirədən pul istəməsi olmuşdur. Belə ki, Tacirəgili Bakı şəhərinə köçdükdən sonra Teymur narkotik vasitələrə qurşanmış və narkotik almaq üçün Tacirədən dəfələrlə pul istəmiş, Tacirədə pul olduqda Teymura vermiş, olmadıqdan isə pul verməmiş, Teymur da bundan əsəbləşərək tez-tez Tacirə ilə mübahisə etmişdir. Sonuncu dəfə Teymur 2020-ci ildə Bakı şəhərində tutulmuş və məhkəmə qərarı ilə həbs edilmişdir. Teymur həbs edildikdən sonra Tacirə ondan yanında qalmasını xahiş etdiyi üçün o, Yevlax şəhərindən Tacirənin yanına, yəni Bakı şəhərinə köçmüşdür. Həmin vaxt Tacirə Nəsimi rayonu, Xutor qəsəbəsində gündəlik kirayə haqqı müqabilində yaşamışdır. O, Tacirəgilin yanında qaldığı müddət ərzində Tacirə yenə də ya xadiməlik etmiş, eləcə də küçələrdə üzərrik və çiçək satmaqla uşaqlarını dolandırmışdır. 2023-cü ilin təxminən mart ayında Tacirəgil Nərimanov rayonu, Xutor qəsəbəsi, 1-ci Şimal Şitil küçəsi, ev 93 ünvanında yerləşən Şahid4 məxsus və gündəlik kirayə verilən evdə yaşamağa başlamışlar. Həmin evin hamamı həyətdə ayrıca yerləşmişdir. Tacirə kasıbçılıqla da olsa öz imkanı daxilində Teymurun həbsdə saxlanıldığı müəssisəyə gedərək ziyarət etsin. Tacirə hər dəfə Teymurun yanına getdikdə imkanı çatdığı qədər ərzaq da aparmışdır. 2023-cü ilin yay aylarında Teymur həbsdən çıxaraq Tacirənin kirayədə qaldığı ünvana gəlmişdir. Teymur Tacirəgilin yanına qayıtdığından o, Tacirəgilin evindən getmiş və oğlu Əli ilə birlikdə Tacirəgilin yaxınlığında yaşamağa başlamışdır. Bir müddət sonra o, Tacirədən Teymurun yenə də işsiz evdə oturduğunu, gedib haradansa narkotik tapıb istifadə etdiyini eşitmişdir. Hətta Teymur narkotik vasitə almaq üçün pulu Tacirədən tələb etmişdir. Teymur pul və narkotik üstündə Tacirə ilə tez-tez mübahisə etmişdir. Bunu ona Tacirənin övladları da demişlər. Ailənin dolandırılması yalnız Tacirə və övladlarının əziyyəti hesabına olmuşdur. Onun bir ayağı şəkər xəstəliyi ilə bağlı kəsildiyindən tək gəzə bilmir. Teymur gələndən sonra o, Tacirəgildə olmamışdır. Sonuncu dəfə o, Tacirəgili hadisədən bir gün əvvəl, yəni 04 avqust 2023-cü il tarixdə yaşadıqları evə qonaq gəldikdə görmüşdür. O, Teymuru bundan 2-3 gün əvvəl yenə də Tacirəgilin evinə qonaq gəldikdə görmüşdür. O, Teymuru gördükdə, sonuncunun əl-qol hərəkətlərindən narkotik istifadəçisi olmasını hiss etmişdir. Belə ki, Teymur hallı olmuş, ayaq üstə yatmış, deyilən söz Teymura gec çatmışdır. Tacirə öz ərindən ayrılmaq istəmədiyindən, balalarını tək və atasız böyütmək istəmədiyindən Teymurun bu hərəkətlərinə dözərək yola vermişdir. 05 avqust 2023-cü il tarixdə, saat 17:00 radələrində o, nəvəsi Mədinə ilə birlikdə evdə olarkən həyətə Tacirənin böyük qızı Fatma qışqırıb-ağlayaraq girmiş və onun yanında olan nəvəsi Mədinəyə demişdir ki, “Gəl, atam anamı öldürdü”. Bundan sonra Mədinə və Fatma qaçaraq evdən çıxmışlar. O, tək gəzə bilmədiyi üçün evdən bayıra çıxa bilməmiş və ağlamağa, eləcə də çığırmağa başlamışdır. Həmin vaxt onun oğlu Əli və sonuncunun ailə üzvləri evdə olmamışlar. Təxminən 10 dəqiqə sonra oğlu Əli evə daxil olaraq onun ağlayıb-qışqırmasını görüb onu sakitləşməyə başlamış, habelə Tacirənin sağ olduğunu, sadəcə olaraq Tacirə ilə Teymurun dalaşdıqlarını bildirmişdir. O, Əliyə inanmaq istəsə də, küçədən çoxsaylı şəxslərin səsküyünü eşitmiş, ona görə Tacirənin başına bir iş gəldiyindən əmin olmuşdur. Gecə ilə Əli öz ailəsi ilə birlikdə onu taksi ilə rayona yola salmış, habelə Tacirənin acıq edib uşaqlarını və Mədinəni götürüb rayona getdiyini, onların da getməsini söyləmişdir. Əli özü isə Bakıda qalıb ertəsi gün həkimə getdikdən sonra rayona qayıdacağını demişdir. Gecə saatlarında onlar rayona çatdıqda orada yaşayan qohumlarından öyrənmişdir ki, Teymur Tacirəni bıçaqla qətlə yetirmişdir. Tacirənin meyiti ertəsi gün rayona gətirildikdə, Yevlax şəhər qəbirstanlığında dəfn edilmişdir. Həmçinin o, Teymurun hadisədən bir gün sonra hüquqmühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıldığını da sonradan eşitmişdir. Hadisədən bir müddət sonra o, Tacirənin qızı Fatmadan öyrənmişdir ki, həmin gün Teymur Tacirədən pul istəmiş, Tacirə isə pul vermədiyindən Teymur ilə Tacirə arasında mübahisə yaşanmış, bundan sonra Teymur yaxınlıqda yaşayan bacısı Dünyagilə getmiş, bir qədər sonra Teymur evə qayıtmış, evə qayıtdıqda küçə qapısını içəridən bağlamış və evin içərisində bıçaqla Tacirəyə çoxsaylı xəsarətlər yetirmişdir. Fatmanın özü bunu çöldə olduğu üçün evin içinə baxan pəncərədən baxdıqda görmüşdür. Teymur Tacirəni öldürdükdən sonra evdən qaçmış, bundan sonra nəvəsi Fatma digər nəvəsi Mədinə ilə evə daxil olmuş, evdə anaları Tacirəyə köməklik etməyə çalışmışlar, həmin vaxt Tacirənin büstqalterinə iplə düyünlənmiş pul kisəsinin ağzının açıq olduğunu, pul kisəsində pul olmadığını görmüş və həmin vaxt bilmişdir ki, həmin pul kisəsini Teymur götürmüşdür. O, Təqsirləndirilən şəxsla barışmamış və barışmaq fikri də yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində qyed etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilməsi məqsədi ilə dəvət edilmiş Şahid9 Azərbaycan Respublikası Konstitusiyasının 66 və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 20-ci maddələrində nəzərdə tutulmuş konstitusion hüququndan istifadə edərək yaxın qohumu olan qardaşı Təqsirləndirilən şəxs əleyhinə ifadə verməkdən imtina etmişdir. Bu səbəbdən də Şahid9 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmədə elan edilməklə tədqiq edilmişdir. Şahid9 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Teymur xx xxxxxx 1989-cu ildə Yevlax rayonunda anadan olmuşdur. Ailədə ümumi 5 bacı, 4 qardaş olmuşlar. Bacıları Nəzakət, Zeynəb, Dünya və Gülxanım ailəli olmaqla müxtəlif ünvanlarda yaşayırlar, qardaşı Səlim vəfat etmiş, qardaşı Kamran subay olmaqla xəstəlikdən əziyyət çəkir, üçüncü qardaşı Vəkil isə öz ailəsi ilə birlikdə onların evinin evin yaxınlığında, yəni Yasamal rayonunda yaşayır, fəhləlik edir. X6 2018-ci ildə ürək xəstəliyindən vəfat etmiş, anası 1959-cu il təvəllüdlü X4 isə qardaşı Vəkil ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs dayısı X5 Salmanova ilə təxminən 12-13 il öncə qeyri-rəsmi nikahla ailə həyatı qurmuş, birgə nikahlarından Fatma və Solmaz adlı qızları, Zeynal və Rəsul adlı oğlan övladları dünyaya gəlmişdir. Teymur Tacirə ilə ailə həyatı qurduqdan sonra sonuncular Bakı şəhərinə köçərək müxtəlif ünvanlarda kirayə evlərdə qalmışlar. Teymur bir neçə dəfə oğurluq, soyğunçuluq və narkotik istifadəsi ilə bağlı törətmiş olduğu cinayətlər üstündə həbs həyatı yaşamışdır. Sonuncu dəfə Teymur 2020-ci ildə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən soyğunçuluqla bağlı həbs olunmuş, 2023-cü ilin iyul ayının əvvəllində isə cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Teymur həbs həyatı yaşadığına görə müddətli həqiqi hərbi xidmətə getməmişdir. Teymurun dəfələrlə cinayət üstündə həbs olunması, həbsdə olmadığı vaxtlarda isə narkotikdən istifadə etməsini eşitdiyi üçün onunla Teymurun arasında olan münasibətlər soyuq olmuşdur. Ümumiyyətlə Teymur özünə qapanmağa meyilli olmuş və heç kəslə yaxın münasibət saxlamağı xoşlamamışdır. Ailə üzvlərindən Teymurla sıx münasibətdə olan olmamışdır. Teymurun xasiyyəti küt olduğundan, deyiləni eşitmədiyindən heç kəsin xəsiyyəti Teymurla tutmamışdır. Ona görə də, bacı-qardaşlarından Teymurun evinə gedibgələn olmamışdır. Yalnız Teymur həbsdə olduğu vaxtlarda həyat yoldaşı Tacirə və övladlarının xətrinə görə ya özü, ya digər qohumları Teymurun ailəsinə diqqət və qayğı göstərmişlər, ancaq yaşamağa qaldıqda Tacirə və övladları tək və ya anası Qənirə ilə yaşamışdır. Onun Tacirənin özü və övladları ilə münasibətləri normal, yəni qohum kimi yaxşı olmuşdur. Son bir neçə ay ərzində isə Tacirə övladları və anası ilə birgə bildiyi qədəri ilə Bakı şəhəri, Nərimanov rayonunda “Xutor” adlanan ünvanda kirayədə qalmışdır. Belə ki, Tacirə ilə qonşuluqda bacısı Dünya və ailəsi qalmışdır. O, bir neçə dəfə həmin ünvanda olub həm bacısı, həm də ki, Teymurun ailəsinə baş çəkmişdir. Sonuncu dəfə isə o, Tacirəgilin yaşadığı evdə Teymur həbsdən çıxdıqdan 4-5 gün sonra getmiş və orada qardaşı və ailəsi ilə görüşmüşdür. Həmçinin həmin gündən bir neçə gün sonra o, Teymuru təsadüfən “20 Yanvar” metrostansiyası yaxınlığında görmüşdür. Bundan sonra o, Teymurgili görməmiş və evlərində olmamışdır. Qohumlardan Teymur ilə Tacirənin arasında Teymur həbsdən çıxdıqdan sonra ər-arvad kimi söz-söhbətləri olmasını eşitmiş, ancaq o, Tacirəgilin evinə gedib gəlmədiyindən söz-söhbətlərin dəqiq səbəbi barədə bir söz deyə bilmir. Həmçinin o, Tacirə ilə Teymurun mübahisə etdiyini görməmişdir. Bildiyi qədər, həmin vaxtlar Teymur işsiz olduğundan evdə olurmuş. Tacirə isə küçələrdə üzərrik, gül satmaqla, xadiməlik etməklə evi üçün dolanışıq əldə etmişdir. Evi Tacirə işləməklə saxlamışdır. 05 avqust 2023-cü il tarixdə, saat 17:00-18:00 radələrində o, evdə olduğu vaxt Vəkilin evinə qonaq getmək üçün küçəyə çıxdıqda görmüşdür ki, Vəkil ağlaya-ağlaya onlara tərəf gəlir. Vəkilin hərəkətlərindən nəsə pis şey baş verməsini o, başa düşmüş və bunun səbəbini soruşduqda Vəkil demişdir ki, Teymur ilə qonşuluqda yaşayan qohumları zəng edərək qardaşı Teymurun Nərimanov rayonunda ailəsi ilə birlikdə yaşadığı evdə Tacirəni bıçaqla vurub qətlə yetirməsini demişlər. Belə ki, evin qarşısında çoxsaylı qonşular toplaşmışlar, habelə ora polis və həkimlər gəlmişlər. O, digər qohumlardan dəqiqləşdirmə apardıqda, bu xəbərin doğru olmasını və Tacirənin meyitinin meyitxanaya aparılmasını bilmişdir. Onlar Teymurun evinə və ya meyitxanaya getmək istəsələr də, Tacirənin bacı-qardaşları ora gəlməmələrini onlara tapşırmışlar. Ona görə də, onlar ora getməmişlər. Həmin gün axşam vaxtı o, ailəlikcə Vəkilin evində olarkən əmisi oğlu Mətləb Vəkilə zəng edərək Teymurun hadisədən sonra Mətləbin yanına gəldiyini və birlikdə Polis şöbəsinə gedəcəklərini bildirmişdir. Vəkil Teymurdan Tacirəni hansı səbəbdən qətlə yetirməsini soruşmuş, lakin Teymur Vəkilə heç bir cavab verməmiş və bunun səbəbini göstərməmişdir. Bu zəngdən sonra onlar Teymurun Mətləblə birgə 40-cı Polis bölməsinə getməsini eşitmişlər. Qardaşı Teymurun arvadı Tacirəni hansı səbəbdən qətlə yetirməsi bugündə ona naməlumdur. Məhkəmə istintaqında şahid qismində dindirilməsi məqsədi ilə dəvət edilmiş Şahid10 Azərbaycan Respublikası Konstitusiyasının 66 və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 20-ci maddələrində nəzərdə tutulmuş konstitusion hüququndan istifadə edərək yaxın qohumu olan qardaşı Təqsirləndirilən şəxs əleyhinə ifadə verməkdən imtina etmişdir. Bu səbəbdən də Şahid10 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmədə elan edilməklə tədqiq edilmişdir. Şahid10 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Teymur xx xxxxxx 1989-cu ildə Yevlax rayonunda anadan olmuşdur. Ailədə ümumi 5 bacı, 4 qardaş olmuşlar. Bacıları Nəzakət, Zeynəb, Elmira və Gülxanım ailəli olmaqla müxtəlif ünvanlarda yaşayırlar, qardaşı Səlim vəfat etmiş, digər qardaşı Kamran subay olmaqla xəstəlikdən əziyyət çəkir, üçüncü qardaşı Vəkil isə öz ailəsi ilə birlikdə Yasamal rayonunda yaşayaraq fəhləlik edir. X6 2018ci ildə ürək xəstəliyindən vəfat etmiş, anası 1959-cu il təvəllüdlü X4 isə qardaşı Vəkil ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs dayısı X5 Salmanova ilə təxminən 12-13 il öncə qeyri-rəsmi nikahla ailə həyatı qurmuş, birgə nikahlarından Fatma və Solmaz adlı qızları, Zeynal və Rəsul adlı oğlan övladları dünyaya gəlmişdir. Teymur Tacirə ilə ailə həyatı qurduqdan sonra Bakı şəhərinə köçərək müxtəlif ünvanlarda kirayə evlərdə qalmışlar. Teymur bir neçə dəfə oğurluq, soyğunçuluq və narkotik istifadəsi ilə bağlı törətmiş olduğu cinayətlər üstündə həbs həyatı yaşamış, sonuncu dəfə Teymur 2020-ci ildə Binəqədi RPİnin əməkdaşları tərəfindən soyğunçuluqla bağlı həbs olunmuş, 2023-cü ilin iyul ayının əvvəllində isə cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Teymur həbs həyatı yaşadığına görə müddətli həqiqi hərbi xidmətə getməmişdir. Teymurun dəfələrlə cinayət üstündə həbs olunması, həbsdə olmadığı vaxtlarda isə narkotikdən istifadə etməsini eşitdiyi üçün onunla Teymurun arasında olan münasibətlər soyuq olmuş, ümumiyyətlə Teymur özünə qapanmağa meyilli olmuş və heç kəslə yaxın münasibət saxlamağı xoşlamamışdır. Ailə üzvlərindən Teymurla sıx münasibətdə olan olmamış, Teymurun xasiyyəti küt olduğundan, deyiləni eşitmədiyindən Teymurla heç kəsin xəsiyyəti tutmamış, ona görə də, bacı-qardaşlarından Teymurun evinə gedib-gələn olmamışdır. Yalnız Teymur həbsdə olduğu vaxtlarda həyat yoldaşı Tacirə və övladlarının xətrinə görə ya özü, ya digər qohumları Teymurun ailəsinə diqqət və qayğı göstərmişlər, ancaq yaşamağa qaldıqda Tacirə və övladları tək və ya anası Qənirə ilə birlikdə yaşamışdır. Onun Tacirə özü və övladları ilə münasibətləri normal, qohum kimi yaxşı olmuşdur. Son bir neçə ay ərzində isə Tacirə övladları və anası ilə birgə onun ailəsi ilə birlikdə hadisə vaxtı yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, 1-ci Şimal Şitil küçəsində kirayə verilən həyət evində qalmışdır. Ara-sıra Tacirə özü və övladları ilə birlikdə onların yaşadığı evə gəlibgetmişdir. Teymur həbsdən çıxdıqdan sonra isə xatırladığı qədəri ilə, o, Tacirəgilin evində 01 dəfə olmuşdur. Qənirə Salmanova isə həmin evin yaxınlığında yerləşən kirayə verilən evdə nəvəsi Mədinə və oğlu Əlinin ailəsi ilə yaşamışdır. Sonuncu dəfə isə o, Teymuru və Tacirəni hadisədən 4-5 gün öncə yaşadıqları evin ətrafında görüb salamlaşmış və haləhval tutmuşdur. Bundan sonra o, Tacirə və Teymuru görməmiş və evlərində olmamışdır. O, qohumlarından Teymur ilə Tacirənin arasında Teymur həbsdən çıxdıqdan sonra ərarvad kimi söz-söhbət olmasını eşitmiş, ancaq sonuncuların evinə gedib gəlmədiyindən söz-söhbətlərin dəqiq səbəbi barədə bir söz deyə bilmir. Həmçinin onun yanında Teymur Tacirə ilə mübahisə etməmişdir. Bildiyi qədər, həmin vaxtlar Teymur həbsdən çıxdığı üçün işsiz olduğundan evdə olurmuş. Tacirə isə küçələrdə üzərrik, gül satmaqla, xadiməlik etməklə evi üçün dolanışıq əldə etmişdir. Tacirə evi belə işləməklə saxlamışdır. Evin dolanışığını elə Tacirənin özü etmişdir. 05 avqust 2023-cü il tarixdə gün ərzində o, yaşadığı evdə olmuşdur. O, Teymuru, Tacirəni və övladlarını həmin gün görməmişdir. Təxminən saat 16:00-17:00 radələrində o, evdə olduğu vaxt qəflətən Teymur ilə Tacirənin yaşadıqları ev tərəfdə çoxsaylı adamların toplaşdığını görmüşdür. Həmin istiqamətdən onların evi tərəfə Tacirənin qardaşı Əli gəlmişdir. O, Əlidən və digər qonşuluqda yaşayan şəxslərdən Teymurun Tacirəni bıçaqla vurub qətlə yetirməsini bilmişdir. O, bu xəbərə pis mənada təəccüb yaşamış və ailəsi ilə birlikdə Tacirəgilin evinə tərəf getmək istədikdə, Tacirənin qohumları ora getməmələrini ona bildirmişlər. Bir müddət sonra isə o, bilmişdir ki, əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib Tacirənin meyitini aparmışlar. O, Teymurun hara getməsini bilməmişdir. Sonra o, baş vermiş hadisə barədə bütün qohumlarına və bacı-qardaşlarına xəbər vermişdir. Bacı-qardaşları hadisə yerinə gəlmək istəsələr də, Tacirənin yaxın qohumları buna etiraz etdikləri üçün gələ bilməmişlər. Həmin günün gecəsi o, qohumlarından bilmişdir ki, Teymur hadisədən sonra əmisi oğlu Mətləbin yaşadığı evə getmiş, oradan isə Teymur Mətləblə birlikdə Polis şöbəsinə getmişlər. Teymur Vəkil ilə danışan zaman Tacirəni hansı səbəbdən qətlə yetirməsi barədə bir söz deməmiş, habelə buna səbəb göstərməmişdir. Qardaşı Teymurun öz arvadı Tacirəni hansı səbəbdən qətlə yetirməsi bugündə ona naməlumdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əmisi oğludur. O, baş vermiş hadisənin şahidi olmamışdır. O, hadisə vaxtı Sulutəpə qəsəbəsində olmuşdur. Əmisi oğlu Təqsirləndirilən şəxs isə Bakı şəhərində “İnqilab” ərazisində olmuşdur. O, eşitmişdir ki, ölüm hadisəsi baş vermiş, yəni əmisioğlu Teymur öz həyat yoldaşı Zərərçəkmiş şəxs qətlə yetirmişdir. Lakin o, bunun səbəbini bilmir. Təqsirləndirilən şəxs həbsdən çıxdıqdan sonra o, Teymuru görməmişdir. O, Teymuru bu hadisəni törətdikdən sonra görmüşdür. Belə ki, qətl hadisəsi baş verdikdən sonra Teymur onun yanına gəlmiş və bundan sonra o, Teymuru aparıb polisə təhvil vermişdir. Belə ki, hadisə baş verən gün Teymur onun yaşadığı evə gəlmiş, həmin vaxt o, Teymurun üzərinin qan olduğunu görmüşdür. O, elə başa düşmüşdür ki, Teymur kiminləsə dalaşmışdır. Lakin söhbət zamanı Teymur ona demişdir ki, “mən həyat yoldaşımı qətlə yetirmişəm”. O, Teymurdan bunun səbəbini soruşduqda, sonuncu ona heç bir cavab verməmişdir. O, bunu eşitdikdən sonra Teymura demişdir ki, “Gedək polisə, təslim ol.” Teymur da onunla razılaşaraq polisə gedib təslim olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 Müseyib oğlu ifadəsində göstərdi ki, bu cinayət hadisəsi törədilən zaman o, hadisə baş verən evdə olmamışdır. Həmin vaxt o, kənddə, yəni Pirşağıda olmuşdur. Səhər tezdən polis əməkdaşı olan rəis ona zəng edərək demişdir ki, “sənin evində hadisə olub”. Sonradan ona məlum olmuşdur ki, onun evində kirayədə qalan Tacirəni həyat yoldaşı Teymur öldürmüşdür. O da, demişdir ki, “bəs Tacirənin həyat yoldaşı hələ həbsdədir, çıxmayıb”. Ona da cavab olaraq deyilmişdir ki, Tacirənin həyat yoldaşı yenicə həbsdən çıxmış və Tacirənin yaşadığı yerə gələrək sonuncunu öldürüb qaçmışdır. Zərərçəkmiş şəxs 5-6 ay olardı ki, onun evində kirayədə yaşamışdır. O, Tacirənin yaşadığı evə kimin gəlməsini-getməsini bilmir. O, Tacirədən kirayə haqqını alan zaman evə gəlib qapını döymüş, Tacirə də qapıya çıxıb ona ödənişi vermiş, sonradan da evə qayıtmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, yay ayı olduğundan o, maşının arxa tərəfində oturmuşdur. Bu zaman küçədə o, təlaş düşdüyünü görmüşdür. Qısa müddət ərzində hər kəs Tacirəgilin yaşadığı evin qarşısına yığılmışdır. Rəhmətlik Tacirənin qardaşı oğlu yola tərəf qaçmış və o, Tacirənin qardaşı oğlunu saxlayıb nə baş verdiyini soruşmuşdur. Tacirənin qardaşı oğlu ona demişdir ki, “Tacirənin həbsdən çıxan əri Teymur Tacirəni öldürüb”. Sonra o, Tacirəgilin yaşadığı evə tərəf getmiş və ora çatdıqda, görmüşdür ki, Tacirənin qardaşı qızı qapıda ağlayır. O, Tacirənin qardaşı qızından soruşmuşdur ki, “Mədinə nə olub?”. Mədinə də ona demişdir ki, “Tacirəni vurdu”. O, Mədinədən “nə edək” deyə soruşduqda, Mədinə ona demişdir ki, “maşını ver bura, Tacirəni həkimə aparaq”. O da maşına tərəf getdikdə orada olan şəxslər demişlər ki, “yox, təcili tibbi yardım çağıraq”. Sonra onlar X18 zəng etmişlər və həkimlər dərhal gəlmişlər. Daha sonra həkimlər Tacirənin artıq vəfat etdiyini bildirmişlər. O, Tacirənin əri Teymuru bu hadisədən 15-20 dəqiqə əvvəl küçədə gedən zaman görmüşdür. O, bu hadisənin baş verəcəyini bilsə idi, heç vaxt belə hadisənin baş verməsinə imkan verməzdi. Onun bildiyinə görə Tacirə dilənçilik ilə məşğul olmuşdur. O, Tacirənin hərəkətlərində hər hansı artıq hərəkət və evinə kiminsə gəlib-getdiyini görməmişdir. Məhkəmə istintaqında qanuni nümayəndəsi vasitəsi ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 ifadəsində göstərdi ki, o, 19 avqust 2012-cü ildə Yevlax rayonunda anadan olmuşdur. Atası Təqsirləndirilən şəxs, anası isə mərhum Zərərçəkmiş şəxsdır. Atası Teymur əvvəllər dəfələrlə məhkum olunmuşdur. Hamı, o cümlədən o da atasının narkoman olduğunu bilmişdir. 05 avqust 2023-cü il tarixdə o, bacıqardaşları, anası və atası evdə olmuşlar. Həmin gün atası yenə də anası ilə mübahisə edib anasından pul istəmiş, anası məsələ şişməsin və Teymur sakitləşsin deyə atasına 10 manat pul vermişdir. Bundan sonra atası çıxıb evdən getmişdir. Təxminən 1 saat sonra atası yenə evə qayıdaraq anasından pul istəmiş, ancaq bu dəfə anası atasına pul olmadığını deyib pul verməmişdir. Bundan sonra atası evdən küçəyə çıxmışdır. Sonra atası yenidən evə qayıtmışdır. Həmin vaxt evdə anası, qardaşı Rəsul və bacısı Solmaz olmuşdur. Atası evə qayıtdıqdan sonra qapını bağlamış və qapı bağlı olduğundan o, evə daxil ola bilməmişdir. O da evin pəncərəsindən içəri baxmış və həmin vaxt atası Teymurun anası Tacirəyə çoxsaylı bıçaq zərbələri endirdiyini görmüşdür. O, bunu görüb kömək üçün küçəyə çıxaraq qışqırmağa başlamış, həmin vaxt ətrafda olan şəxslər və qohumları gəlmişlər. Sonra o, Mədinə adlı qohumu ilə birlikdə evə daxil olmuşlar və anası Tacirənin öldüyünü görmüşlər. Atası Teymur anası Tacirəni öldürərkən həmin vaxt evdə balaca bacısı Solmaz və balaca olduğundan danışa bilməyən qardaşı Rəsul olmuşdur. Məhkəmə istintaqında qanuni nümayəndəsi vasitəsi ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid2 ifadəsində göstərdi ki, atası Təqsirləndirilən şəxs, anası isə mərhum Zərərçəkmiş şəxsdır. Atası Teymur əvvəllər dəfələrlə məhkum olunmuş, həmçinin narkomandır. O, baş vermis hadisəni görməmiş, çünki həmin vaxt həyətdə oynamışdır. Bildiyinə görə atası Teymur anası Tacirədən narkotikə görə pul istəmiş, anası Tacirə də atası Teymura pul vermişdir. Lakin atası Teymur yenə anası Tacirədən pul istəmiş, anası da pul vermədikdə, atası Teymur anası Tacirəni yaşadıqları evdə bıçaqla öldürmüşdür. Ona görə də o, Teymuru ata kimi qəbul etmir və Teymur onu anasız qoyduğundan atasını heç vaxt bağışlamayacaq. Məhkəmə istintaqında qanuni nümayəndəsi vasitəsi ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid3 ifadəsində göstərdi ki, o, xx xxxx 2017-ci ildə Yevlax şəhərində anadan olmuşdur. Atası Təqsirləndirilən şəxs, anası isə mərhum Zərərçəkmiş şəxsdır. 05 avqust 2023-cü il tarixdə o, bacı-qardaşları, anası və atası evdə olmuşlar. Həmin gün günorta saatlarında atası anası ilə mübahisə edib anasından pul istəmiş, anası da Teymur sakitləşsin deyə atasına 10 manat pul vermişdir. Bundan sonra atası çıxıb evdən getmişdir. Təxminən 1 saat sonra atası evə qayıdaraq anasından əlavə pul istəmiş, ancaq bu səfər anası atasına pul olmadığını deyib pul verməmişdir. Bu vaxt bacısı Fatma zibil atmaq üçün çölə çıxmış, Fatmadan sonra qardaşı Zeynal da evdən çıxmışdır. Həmin vaxt evdə o, balaca olduğundan danışa bilməyən qardaşı Rəsul və anası Tacirə olmuşdur. Anası evdə lobya bişirmək üçün lobya doğramışdır. O, qardaşı Rəsulla birlikdə evdə öz oyuncaqları ilə oynamışdır. Sonra atası evə qayıtmışdır. Atası evə qayıtdıqdan sonra anasının üstünə qışqırmağa başlamışdır. O və balaca qardaşı Rəsul bundan qorxub otaqda olan divanın altında gizlənmişlər. Onlar divanın altında giləndikləri vaxt atası ilə anasını görmüşlər. Birdən atası Teymur əlindəki bıçaqla anası Tacirəni vurmağa başlamışdır. O və qardaşı Rəsul Teymurun hərəkətlərindən qorxaraq səslərini çıxarmamışlar. Atası anasını bıçaqla öldürdükdən sonra evdən çıxıb getmişdir. Bu vaxt onlar hələ divanın altında olmuşlar. Sonra evə bacısı Fatma və qohumu Mədinə gəlmişdir. Bundan sonra o, Rəsulla divanın altından çıxmışdır. Onlar anasız çox pis vəziyyətdədilər və ona görə də atasını heç vaxt bağışlamayacaqlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Mərhum Zərərçəkmiş şəxs onun bibisi olmuşdur. O, 05 avqust 2023-cü il tarixdə yaşadığı evdə olmuş və bir dəfə marketə gedib gəlmişdir. O, Tacirəgili ilə qonşuluqda yaşamışdır. O, evdə olarkən Tacirənin böyük qızı Fatma gələrək qışqırmış və atası Teymurun anası Tacirəni öldürdüyünü demişdir. O da Fatma ilə birlikdə tez Tacirəgilin yaşadığı evə getmişdir. Onlar evə çatdıqda, evin qapısı açıq olmuş, Tacirənin oğlu Zeynal isə evin qabağında dayanıb ağlamışdır. Sonra o, Fatma ilə birlikdə içəri girmiş və Tacirəni döşəmə üzərində uzanmış halda görmüşlər. Teymur həmin vaxt evdə olmamışdır. Evdə həmçinin Tacirənin qızı Solmaz olmuşdur. Solmazın dediklərindən o, bilmişdir ki, Teymur Tacirəni bıçaqla öldürən vaxt Tacirənin azyaşlı uşaqları Solmaz və Rəsul bu dəhşətli mənzərəni görmüşlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 4-10) görünür ki, həmin gün cinayət hadisəsi baş verən ünvana, yəni ünvan 4və baxış keçirilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X10” X19 92 saylı meyitin ekspertizası haqqında ekspertiza rəyindən (cild 1, iş vərəqə 155-159) görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: boyunun sol yarısının aşağı şöbəsinin bayır səthində 01 ədəd, döş qəfəsinin sol yarısının arxa səthində sol fəqərəyanı xətti üzrə İ qabırğa və körpücük sümüyü arası nahiyədə 01 ədəd, döş qəfəsinin sol yarısının arxa səthində sol kürək xətti üzrə V-Vl qabırğaarası nahiyədə 01 ədəd, döş qəfəsinin sol yarısının bayır səthində arxa qoltuqaltı xətti üzrə Vll-Vİll qabırğaarası nahiyədə 01 ədəd, döş qəfəsinin sol yarısının arxa səthində sol kürək xətti üzrə Vl-Vİl qabırğaarası nahiyədə 01 ədəd, boyunun sağ yarısının aşağı şöbəsinin arxa səthində 01 ədəd, döş qəfəsinin sağ yarısının ön səthində məmə xətti üzrə VH-VİH qabırğaarası nahiyədə 01 ədəd, döş qəfəsinin sağ yarısının ön səthində ön qoltuqaltı xətti üzrə V-Vl qabırğaarası nahiyədə 01 ədəd, döş qəfəsinin sağ yarısının bayır səthində arxa qoltuqaltı xətti üzrə Vİİ-VHİ qabırğaarası nahiyədə 01 ədəd, döş qəfəsinin sağ yarısının arxa səthində sağ fəqərəyəni xətti üzrə l-ll qabırğaarası nahiyədə 01 ədəd, döş qəfəsinin sağ yarısının arxa səthində sağ kürək xətti üzrə H-lll qabırğaarası nahiyədə 01 ədəd, döş qəfəsinin sağ yarısının arxa səthində sağ kürək xətti üzrə Vİİ-Vİİİ qabırğaarası nahiyədə 01 ədəd, döş qəfəsinin sağ yarısının arxa səthində sağ kürək xətti üzrə X-Xİ qabırğaarası nahiyədə 01 ədəd, cəmi 13 (on üç) ədəd deşilmiş-kəsilmiş yaralar, sol bazunun yuxarı 1/3-nin bayır səthinin 01 ədəd, sol əlin İ əl-daraq falanqasının arxa səthinin 01 ədəd, sağ saidin orta 1/3-nin bayır səthinin 01 ədəd, cəmi 3 (üç) ədəd kəsilmiş yaraları, ümumilikdə 16 ədəd deşilmiş-kəsilmiş yaralar. Sol təpə nahiyəsinin yumşaq toxumasının şişkinlik halında əzilməsi ilə müşayiət olunan yumşaq toxuma altına qansızmalar. Bu xəsarətlər həyatidir, ölümündən az əvvəl qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, bir kənarı iti, digər kənarı isə küt olan deşici-kəsici alətin (alətlərin), kəsilmiş yaralar isə iti kənarlı alətin (alətlərin), o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın və ya ona oxşar bıçaqların təsirindən törənə bilərdi. Sol təpə nahiyəsinin yumşaq toxumasının şişkinlik halında əzilməsi ilə müşayiət edilən yumşaq toxuma altına qansızmalar isə küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Mərhum Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən döş qəfəsinin sol yarısının arxa səthində sol fəqərəyəni xətti üzrə İ qabırğa və körpücük sümüyü arası nahiyəsindən döş boşluğuna nüfuz edən ağciyərin zirvəsini zədələyən 01 ədəd, döş qəfəsinin sol yarısının arxa səthində sol kürək xətti üzrə V-Vİ qabırğaarası nahiyədən döş boşluğuna nüfuz edən ağciyərin arxa səthinin orta payını zədələyən 01 ədəd, döş qəfəsinin sol yarısının bayır səthində arxa qoltuqaltı xətti üzrə Vİİ-Vİİİ qabırğaarası nahiyədən döş boşluğuna nüfuz edən ağciyərin arxa səthinin aşağı payını zədələyən 01 ədəd, döş qəfəsinin sağ yarısının ön səthində ön qoltuqaltı xətti üzrə V-Vİ qabırğaarası nahiyədən döş boşluğuna nüfuz edən ağciyərin orta payının bayır səthini zədələyən 01 ədəd, döş qəfəsinin sağ yarısının bayır səthində arxa qoltuqaltı xətti üzrə Vİİ-Vİİİ qabırğaarası nahiyədən döş boşluğuna nüfuz edən ağciyərin orta payının arxa səthini zədələyən 01 ədəd, döş qəfəsinin sağ yarısının arxa səthində sağ kürək xətti üzrə ll-lll qabırğaarası nahiyədən döş boşluğuna nüfuz edən ağciyərin yuxarı payının arxa səthini zədələyən 01 ədəd, döş qəfəsinin sağ yarısının arxa səthində sağ kürək xətti üzrə X-Xİ qabırğaarası nahiyədən döş boşluğuna nüfuz edən ağciyərin aşağı payının arxa səthini zədələyən 01 ədəd, cəmi 7 (yeddi) ədəd deşilmiş-kəsilmiş yaralar dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərini, boyunun sol yarısının aşağı şöbəsinin bayır səthinin 01 ədəd, döş qəfəsinin sol yarısının arxa səthində sol kürək xətti üzrə Vl-Vll qabırğalar nahiyəsinin 01 ədəd, boyunun sağ yarısının aşağı şöbəsinin arxa səthinin 01 ədəd, döş qəfəsinin sağ yarısının ön səthinin məmə xətti üzrə Vİİ-Vİİİ qabırğaarası nahiyəsinin 01 ədəd, döş qəfəsinin sağ yarısının arxa səthinin sağ fəqərəyəni xətt üzrə l-ll qabırğaarası nahiyəsinin 01 ədəd, döş qəfəsinin sağ yarısının arxa səthində sağ kürək xətti üzrə Vİİ-Vİİİ qabırğaarası nahiyənin 01 ədəd daxilə nüfuz etməyən, cəmi 6 (altı) deşilmiş-kəsilmiş yaralan, sol bazunun yuxan 1/3-nin bayır səthinin 01 ədəd, sol əlin İ əl-daraq falanqasının arxa səthinin 01 ədəd, sağ saidin orta 1/3-nin bayır səthinin 01 ədəd, cəmi 3 (üç) ədəd kəsilmiş yaraları, sol təpə nahiyəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan yumşaq toxuma altına qansızmaları isə dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmanın əlamətlərini daşıyır. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb - döş qəfəsinin sol yarısının ön və arxa səthlərinin döş boşluğuna nüfuz edərək hər iki ağciyərin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə hemoragik şok olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinə olunduğu vaxtdan təqribən 4-6 saat əvvələ uyğun gəlir, bu da ilkin meyit əlamətləri ilə öz təsdiqini tapır. Mərhum Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının arxa səthində sol fəqərəyəni xətti üzrə İ qabırğa və körpücük sümüyü arası nahiyəsindən döş boşluğuna nüfuz edən ağciyərin zirvəsini zədələyən 01 ədəd, deşilmiş-kəsilmiş yara kanalının istiqaməti arxadan bir qədər önə yuxandan aşağıya doğrudur, yara kanalının uzunluğu 10-12 sm-dir, döş qəfəsinin sol yarısının arxa səthində sol kürək xətti üzrə V-Vİ qabırğaarası nahiyədən döş boşluğuna nüfuz edən ağciyərin arxa səthinin orta payını zədələyən 01 ədəd deşilmişkəsilmiş yara kanalının istiqaməti arxadan öncə, yuxarıdan bir qədər aşağıya doğrudur, yara kanalının uzunluğu 10-11 sm-dir, döş qəfəsinin sol yarısının bayır səthində arxa qoltuqaltı xətti üzrə Vİİ-Vİİİ qabırğaarası nahiyədən döş boşluğuna nüfuz edən ağciyərin arxa səthinin aşağı payını zədələyən deşilmiş-kəsilmiş yara kanalının istiqaməti soldan sağa, yuxarıdan bir qədər aşağıya doğrudur, yara kanalının uzunluğu 11-12 sm-dir, döş qəfəsinin sağ yarısının ön səthində ön qoltuqaltı xətti üzrə V-Vİ qabırğaarası nahiyədən döş boşluğuna nüfuz edən ağciyərin orta payının bayır səthini zədələyən deşilmiş-kəsilmiş yara kanalının istiqaməti sağdan sola, yuxarıdan bir qədər aşağıya doğrudur, yara kanalının uzunluğu 10-12 sm-dir, döş qəfəsinin sağ yarısının bayır səthində arxa qoltuqaltı xətti üzrə Vİİ-Vİİİ qabırğaarası nahiyədən döş boşluğuna nüfuz edən ağciyərin orta payının arxa səthini zədələyən deşilmiş-kəsilmiş yara kanalının istiqaməti sağdan sola, yuxarıdan bir qədər aşağıya doğrudur, yara kanalının uzunluğu 11-12 sm-dir, döş qəfəsinin sağ yarısının arxa səthində sağ kürək xətti üzrə İİ-İİİ qabırğaarası nahiyədən döş boşluğuna nüfuz edən ağciyəri yuxarı payının arxa səthini zədələyən deşilmiş-kəsilmiş yara kanalının istiqaməti sağdan sola yuxarıdan bir qədər aşağıya doğrudur, yara kanalının uzunluğu 11- 12 sm-dir, döş qəfəsinin sağ yarısının arxa səthində sağ kürək xətti üzrə X-Xİ qabırğaarası nahiyədən döş boşluğuna nüfuz edən ağciyərin aşağı payının arxa səthini zədələyən deşilmiş-kəsilmiş yara kanalının istiqaməti arxadan önə sağdan bir qədər sola doğrudur, yara kanalının uzunluğu 10-12-sm-dir. Xəsarətlərin qarşılıqlı mübarizə və ya özünü müdafiə xarakterli olub-olmamasının məhkəmə-tibbi morfoloji xüsusiyyətləri yoxdur. Mərhum Zərərçəkmiş şəxs qeyd olunan xəsarətləri aldıqdan sonra qısa müddətdə sərbəst hərəkət etmək iqtidarında olmuşdur, bir neçə dəqiqə civarında ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs yuxarıda qeyd olunan xəsarətləri alarkən müxtəlif vəziyyətdə, ayaqüstə, üzü üstə uzanılmış yetirən şəxsə arxası və qarşı-qarşıya ola bilərdi. Digər xəsarəti isə o, müxtəlif vəziyyətlərdə ala bilərdi. Mərhum Zərərçəkmiş şəxs daxili meyitinin məhkəmə-tibbi ekspertizası zamanı hamiləlik əlamətləri aşkar edilmədi. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, fenilkilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli protokoldan (cild 1, iş vərəqə 24) görünür ki, Təqsirləndirilən şəxs könüllü şəkildə 40-cı Polis şöbəsinə gələrək törətdiyi cinayəti etiraf etməklə təslim olmuşdur. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 25) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 36-37) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 56-60) görünür ki, həmin gün Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş verdiyi yerdə törətdiyi cinayət əməlinin üsulu və mexanizmi barədə ətraflı şəkildə ifadə vermişdir. xx.xx.2023-cü il tarixli sərxoşluq hallarının yoxlanılmasına dair 2/25863 nömrəli protokoldan (cild 1, iş vərəqə 101) görünür ki, həmin gün Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoşluq müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 63-64) görünür ki, həmin gün Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 1188/2023 saylı qərarından (cild 1, iş vərəqə 87-91) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X10” X19 986 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 151-152) görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 2486 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 183- 186) görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altında düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgilərinə xas olan hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, kinlilik kimi xarakterik xüsusiyyətlər müəyyən edilir. Təqsirləndirilən şəxs əqli və intellektual inkişafı nəzərə alınmaqla, o, etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Həmçinin o, halhazırda etdiyi hərəkətlərin xarakter və mənasını anlamaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı psixi-emosional halında hirslilik, qəzəb yaranmışdır. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olan və ya olmayan gerilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs psixi inkişafı nəzərə alınmaqla, o, yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışının mümkün nəticələrini görə bilmək imkanına malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa və yalan danışmağa meyillilik əlamətləri müşahidə edilməmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X10” X19 432/2023-MTKŞ saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 162-167) görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus donun ön hissəsinin sağ nahiyəsində 2 (iki) ədəd, donun arxa hissəsində 14 (on dörd) ədəd, donun sağ qolunun ön-aşağı nahiyəsində 2 (iki) ədəd və donun sol qolunun arxa-yuxarı nahiyəsində 1 (bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər alətlə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus donun ön hissəsinin sağ nahiyəsində aşkar edilmiş iki ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sağ yarısının ön səthində və döş qəfəsinin sağ yarısının bayır səthində olan; eyni xarakterli xəsarətlərlə; donun arxa hissəsində aşkar edilmiş on bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sol yarısının arxa səthində olan üç ədəd, boyunun sol yarısının aşağı şöbəsinin bayır səthində bir ədəd, döş qəfəsinin sol yarısının bayır səthində bir ədəd, boyunun sağ yarısının aşağı şöbəsinin arxa səthində bir ədəd, döş qəfəsinin sağ yarısının bayır səthində bir ədəd, döş qəfəsinin sağ yarısının arxa səthində dördə ədəd eyni xarakterli xəsarətlərlər; donun sol qolunun arxa-yuxarı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmişkəsilmiş zədə onun bədəninin sol bazunun yuxarı 1/3-nin bayır səthində olan; donun sağ qolunun ön-aşağı nahiyəsində aşkar edilmiş iki ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sağ saidin orta 1/3-nin bayır səthində olan eyni xarakterli xəsarətlərlə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus donun arxa hissəsində aşkar edilmiş üç ədəd deşilmiş-kəsilmiş zədə onun bədənində öz əksini tapmamışlar. Bu da yalnız paltarın zədələnməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs qızma məxsus donun ön hissəsində köndələn tikişin üzərində iki ədəd məhdud sökülmə aşkar edildi. Bu sökülmələr küt yaranma mexanizmə malikdir, donun müvafiq nahiyələrinin gərilib-dartılması nəticəsində yaranmışlar. Ekspertiza təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus iki ədəd tuman və büstqalter üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertiza təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus idman şalvarının sağ cibinin yuxarı kənarında bir ədəd məhdud cırılma aşkar edildi. Bu cırılma küt yaranma mexanizmə malikdir, donun müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində yaranmışdır. Ekspertiza təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyi üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, deşici-kəsici xassəyə malik mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X10” X19 591/2023-MTBŞ saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 175-180) görünür ki, ekspertizaya təqdim olunmuş 1 (bir) ədəd bıçaq, 2 (iki) ədəd çubuğa sarınmış pambıq, Zərərçəkmiş şəxs məxsus don (platya), retuz, büstqalter (məmədan), tuman üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız В antigeni alındı. Beləliklə, bu qan ləkələri ABO sistemi üzrə B (İİİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus köynək, şalvar üzərində qana şübhəli hər hansı ləkə aşkar olunmamışdır. xx.xx.2023-cü il tarixli arayışdan (cild 2, iş vərəqə 27) görünür ki, Təqsirləndirilən şəxs 13 fevral 1989-cu ildə anadan olmuşdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsin 6196 nömrəli ekspertiza rəyindən (cild 2, iş vərəq 65-66) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispenserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli arayışdan (cild 1, iş vərəqə 103-105) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə ona 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və bu iş üzrə xx.xx.2010-cu ildə cəzasının sonu ilə azad olunmuş, bundan başqa, Gənşə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və bu iş üzrə xx.xx.2013-cü ildə cəzasının sonu ilə azad olunmuş, bundan başqa, Yevlax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və bu iş üzrə xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad olunmuş, bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.2.3-cü maddəsi ilə təqsirli bilinərək ona 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və bu iş üzrə xx.xx.2023-cü ildə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan və həmin prootkola əlavə edilmiş fotoşəkillərdən (cild 2, iş vərəqə 99-100) görünür ki, həmin gün Təqsirləndirilən şəxs bir neçə bıçaq təqdim edilmiş və o, təqdim edilən bıçaqların arasından xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı tanıyaraq həmin bıçaqla cinayət əməlini törətdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixli şahidin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 2, iş vərəqə 103-108) görünür ki, yetkinlik yaşına çatmayan Şahid1 anası Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı ünvanı, atası Teymur Salmanovun anası Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi vaxt çöldə olarkən pəncərədən hadisəni gördüyü yeri, pəncərədən hansı qaydada hadisəni gördüyünü əyani şəkildə göstərək şahid qismində vermiş olduğu ifadəsini təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinin cavab məktubundan (cild 2, iş vərəqə 128) görünür ki, Zərərçəkmiş şəxs hər hansı şəxslə intim münasibətdə olması, kənar şəxslərlə cinsi münasibətdə olması, Təqsirləndirilən şəxs xəyanət etməsi və narkotik vasitələrdən istifadə etməsi halları müəyyən edilməmişdir. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 148-186) görünür ki, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələrinə tövsif edilməsi və həmin maddələr ilə yeni məzmunda ittiham elan edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında qərardan (cild 2, iş vərəq 190-192) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. xx.xx.2009-cu il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-413/2009 saylı hökmündən (cild 2, iş vərəqə 91-94) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli xx.xx.2009-cu il tarixdən hesablanmışdır. xx.xx.2012-ci il tarixli Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 1(043)-81/2012 saylı hökmündən (cild 2, iş vərəqə 184-188) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli xx.xx.2012-ci il tarixdən hesablanmışdır. xx.xx.2015-ci il tarixli Yevlax Rayon Məhkəməsinin 1(039)-17/2015 saylı hökmündən (cild 1, iş vərəqə 189-190) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli xx.xx.2015-ci il tarixdən hesablanmışdır. xx.xx.2020-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-360/2020 saylı hökmündən (cild 1, iş vərəqə 212-220) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli Salyan Rayon Məhkəməsinin 7(057)-378/2023 saylı qərarından (cild 2, iş vərəqə 48-49) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(001)-360/2020 saylı hökmü ilə təyin edilmiş 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması qərara alınmışdır. Doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 235) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu ildə Mədinə adlı övladı anadan olmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 236) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü ildə Tahirə adlı övladı anadan olmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən (cild 2, iş vərəqə 7) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci ildə Fatma adlı övladı anadan olmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən (cild 2, iş vərəqə 14) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci ildə Zeynal adlı övladı anadan olmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən (cild 2, iş vərəqə 21) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci ildə Solmaz adlı övladı anadan olmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən (cild 2, iş vərəqə 23) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildə Rəsul adlı övladı anadan olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazını bildirmişlər, habelə məhkəmə istintaqında tədqiq edilmiş sübutları və ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(001)-360/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(057)-378/2023 nömrəli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, başqa sözlə, əvvəlki cinayət əməlinə görə məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi müddət ərzində qeyri-rəsmi arvadı xx.xx.1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs başqa kişilərlə cinsi əlaqədə olaraq ona xəyanət etməsinə, əxlaqsız həyat tərzi sürməsinə, habelə narkotik vasitələrdən istifadə etməsinə dair əsassız şübhələrini bəhanə edib Zərərçəkmiş şəxs onun iradəsinə uyğun davranmamasını özü üçün təhqir kimi qəbul edərək, öz şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqünə qoyub, ictimai qaydalara qarşı açıq etinasızlıq göstərərək heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gələrək xx.xx.2023-cü il tarixdə, saat 17:00 radələrində birlikdə kirayədə yaşadıqları ünvan 1 ünvanında Zərərçəkmiş şəxs ilə nikahdan kənar dünyaya gəlmiş övladları xx.xx.2017-ci il təvəllüdlü Şahid3 və xx.xx.2019-cu il təvəllüdlü X3 evdə olduqlarını bildiyi halda mətbəx otağından götürdüyü zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən bıçaqla övladları Şahid3 və Rəsul Salmanovun gözləri qarşısında sonuncuların analarını həyatdan məhrum etməsinin həm uşaqlar, həm də Zərərçəkmiş şəxs üçün xüsusi əzabverici hərəkət olmasını dərk edərək Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə ardıcıl çoxsaylı (ümumilikdə 16 ədəd bıçaq zərbəsi) zərbələr yetirməklə yaxın adamlarının yanında müstəsna dərəcədə rəhmsizlik və qəddarlıqla Zərərçəkmiş şəxs xüsusi əzab və ağrılar yetirdiyini dərk edərək və bunu arzu edərək, yəni xüsusi amansızlıqla Zərərçəkmiş şəxs dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin sol yarısının arxa səthində sol fəqərəyəni xətti üzrə l qabırğa və körpücük sümüyü arası nahiyəsindən döş boşluğuna nüfuz edən ağciyərin zirvəsini zədələyən 01 ədəd, döş qəfəsinin sol yarısının arxa səthində sol kürək xətti üzrə V-Vİ qabırğaarası nahiyədən döş boşluğuna nüfuz edən ağciyərin arxa səthinin orta payını zədələyən 01 ədəd, döş qəfəsinin sol yarısının bayır səthində arxa qoltuqaltı xətti üzrə Vİl-Vİİİ qabırğaarası nahiyədən döş boşluğuna nüfuz edən ağciyərin arxa səthinin aşağı payını zədələyən 01 ədəd, döş qəfəsinin sağ yarısının ön səthində ön qoltuqaltı xətti üzrə V-Vİ qabırğaarası nahiyədən döş boşluğuna nüfuz edən ağciyərin orta payının bayır səthini zədələyən 01 ədəd, döş qəfəsinin sağ yarısının bayır səthində arxa qoltuqaltı xətti üzrə Vll-Vlll qabırğaarası nahiyədən döş boşluğuna nüfuz edən ağciyərin orta payının arxa səthini zədələyən 01 ədəd, döş qəfəsinin sağ yarısının arxa səthində sağ kürək xətti üzrə ll-lll qabırğaarası nahiyədən döş boşluğuna nüfuz edən ağciyərin yuxarı payının arxa səthini zədələyən 01 ədəd, döş qəfəsinin sağ yarısının arxa səthində sağ kürək xətti üzrə X-Xİ qabırğaarası nahiyədən döş boşluğuna nüfuz edən ağciyərin aşağı payının arxa səthini zədələyən 01 ədəd, cəmi 07 (yeddi) ədəd deşilmiş-kəsilmiş, dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid boyunun sol yarısının aşağı şöbəsinin bayır səthinin 01 ədəd, döş qəfəsinin sol yarısının arxa səthində sol kürək xətti üzrə Vl-Vİİ qabırğalar nahiyəsinin 01 ədəd, boyunun sağ yarısının aşağı şöbəsinin arxa səthinin 01 ədəd, döş qəfəsinin sağ yarısının ön səthinin məmə xətti üzrə Vİİ-VHİ qabırğaarası nahiyəsinin 01 ədəd, döş qəfəsinin sağ yarısının arxa səthinin sağ fəqərəyəni xətt üzrə l-ll qabırğaarası nahiyəsinin 01 ədəd, döş qəfəsinin sağ yarısının arxa səthində sağ kürək xətti üzrə Vll-Vlll qabırğaarası nahiyənin 01 ədəd daxilə nüfuz etməyən, cəmi 06 (altı) deşilmiş-kəsilmiş, sol bazunun yuxarı 1/3-nin bayır səthinin 01 ədəd, sol əlin l əl-daraq falanqasının arxa səthinin 01 ədəd, sağ saidin orta 1/3-nin bayır səthinin 01 ədəd, cəmi 03 (üç) ədəd kəsilmiş yaraları, sol təpə nahiyəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan yumşaq toxuma altına qansızmaları kimi ölümünə səbəb olmuş döş qəfəsinin sol yarısının ön və arxa səthlərinin döş boşluğuna nüfuz edərək hər iki ağciyərin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə hemoragik şok ilə müşayiət olunan xəsarətlər yetirərək qəsdən cinayətlər törətməyə görə əvvəllər məhkum olunmuş şəxs kimi cinayətlərin residivini yaradan əməlləri ilə Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərək xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsini etiraf etsə də, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, təxminən saat 17:00 radələrində kirayədə yaşadıqları ünvanda qeyri-rəsmi olaraq ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs çoxsaylı bıçaq xəsarətləri yetirməklə sonuncunu qəsdən öldürməsi, yəni qəsdən həyatdan məhrum etməsi cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Ona görə də işin mübahisəli halları - Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən öldürüb-öldürməməsindən ibarətdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə irəli sürülmüş ittihamı mübahisələndirərək Zərərçəkmiş şəxs qəsdən öldürməsini sonuncunun ona xəyanət etməsi və Zərərçəkmiş şəxs qəsdən öldürərkən həmin vaxt orada azyaşlı uşaqlarının olmaması ilə izah etmişdir. Lakin məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə belə məzmunda ifadə verərkən səmimi olmamış və dəfələrlə cinayət məsuliyyətinə cəlb edildiyinə görə kifayət qədər zəngin təcrübəyə malik olan şəxs kimi məhkəməyə təhrif edilmiş məlumatlar verərək qanunsuz əməllərini ört-basdır etmək və məsuliyyətini yüngülləşdirmək istəmişdir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürməsinin səbəbi kimi sonuncunun ona xəyanət etməsini göstərsə də, bu hissədə məhkəməyə heç bir inandırıcı məlumat verməmiş, əksinə susaraq məhkəmənin suallarını cavablandırmamışdır. Bundan başqa, o, cinayəti törətdikdən sonra əmisioğlu Mətləbin yanına getsə və sonuncuya Zərərçəkmiş şəxs öldürməsini desə də, həmin vaxt Tacirəni hansı səbəbdən öldürməsinin səbəbini bildirməmişdir. Eyni zamanda cinayət işinin materialları ilə də mərhum Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xəyanət etməsi, sair formada əxlaqsız hərəkətlər etməsi və ya başqa şəxs/şəxslərlə cinsi əlaqədə olması təkzib edilir. Əksinə həm cinayət işinin materialları, həm də məhkəmədə dindirilmiş şəxslərin ifadələri ilə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə müxtəlif cinayət əməllərini törətdiyinə görə məhkum olunmuş, bu müddət ərzində Zərərçəkmiş şəxs dəfələrlə Təqsirləndirilən şəxs cəza çəkdiyi cəzaçəkmə müəssisəsinə gedərək sonuncunu ziyarət etmiş, habelə sovqat aparmışdır. Yəni mərhum Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə normal ər-arvad münasibətlərini davam etdirmişdir. Bundan başqa, məhkəmədə araşdırılmış sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:00 radələrində Zərərçəkmiş şəxs və ümumi uşaqları ilə birlikdə yaşadığı evdə azyaşlı uşaqları Solmaz və Rəsulun gözləri qarşısında Zərərçəkmiş şəxs çoxsaylı bıçaq zərbələri endirərək sonuncunu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürməsini sonuncunun ona xəyanət etməsi ilə əlaqələndirməklə faktiki olaraq əməlinin daha yüngül cinayət əməlinə tövsif edilməsinə və nəticədə daha yüngül cəza ilə cazalandırılmasına nail olmaq istəmişdir. Bu hissədə qeyd edilməlidir ki, qısqanclıq zəminində qəsdən adam öldürmə motivi qeyri-müəyyən xarakter daşıya bilməz və formal səbəb kimi qəbul edilə bilməz. Yəni təqsirkarın qısqanclıqla bağlı iddia etdiyi hallar və bu hallara əsaslanan məsələlər mütləq qaydada bu və ya digər şəkildə öz təsdiqini tapmalı və real olmalıdır. Əks yanaşma qısqanclıq bəhanəsi ilə istənilən əsaslı səbəb olmadan qəsdən adam öldürmə cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin tövsifinə yol aça bilər ki, bu da öz növbəsində qanunsuzdur. Bir daha bu hissədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs iddia etdiyi halların heç biri, yəni Zərərçəkmiş şəxs ona xəyanət etməsi, həmin gün Teymurun Tacirəni başqa kişi ilə kirayədə yaşadıqları evdən ayrıca yerləşən hamamda lüt şəkildə tutması, Zərərçəkmiş şəxs narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsi və bu qəbildən sair hallar nəyinki məhkəmədə öz təsdiqini tapmış, əksinə bütün göstərilən halların həqiqət olmaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs çoxsaylı bıçaq zərbələri endirərək qəsdən öldürən zaman evdə 2 (iki) azyaşlı uşağın olması (Solmaz və Rəsul) və azyaşlı uşaqların cinayət hadisəsini görmələri, habelə digər azyaşlı Şahid1 evin həyətində olduğu vaxt pəncərədən evə baxması və həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla öldürməsini görməsi halları da məhkəmədə şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Beləliklə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməlləri həqiqətən törədildiyindən ibtidai istintaq orqanı düzgün olaraq onun əməllərini Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə tövsif etmişdir. Bu cinayətlərin törədilməsində məhz o, təqsirlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini qəsdən törətmiş, həmin əməllər başa çatmış cinayətlərdir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələrinin sanksiyasında 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs könüllü şəkildə polis orqanına gedərək təslim olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə qeyrirəsmi ər-arvad münasibətlərindən 4 (dörd) azyaşlı ümumi uşağının olması onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edilə bilməz. Belə ki, məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum edildiyindən uzun müddət ərzində cəza çəkmiş, cəzadan azad olunduqdan sonra Zərərçəkmiş şəxs və uşaqları ilə birlikdə yaşasa da, ailəyə qazanc gətirməmiş, habelə uşaqların tərbiyəsində və saxlanılmasında iştirak etməmişdir. Əksinə azyaşlı uşaqlar daimi əsaslarla mərhum Zərərçəkmiş şəxs himayəsində olduqlarından və Zərərçəkmiş şəxs ailəni dolandıran yeganə şəxs qismində çıxış etdiyindən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən qəsdən öldürülməsi ən çox həmin ayzaşlı uşaqların tərbiyəsinə və həyat şəraitinə böyük zərbə vurmuşdur. Az ağır cinayət törətməyə görə məhkumluğu ödənilmədiyi müddət ərzində Təqsirləndirilən şəxs yenidən qəsdən xüsusilə ağır cinayət törətməsi sadə residiv təşkil etdiyindən məhkəmə bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir və nəzərə alır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsiri tam sübuta yetirildiyindən və cəzanı ağırlaşdıran hal kimi residiv mövcud olduğundan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə vahid cəza kimi müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(057)-378/2023 saylı qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(001)-360/2020 saylı hökmü ilə ona təyin edilmiş, lakin çəkilməmiş 2 (iki) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona hökmlərin məcmusu qaydasında qəti olaraq azaqlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yalnız azadlıqdan məhrum etmə növündə cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə belə nəticəyə gələrkən həmçinin mərhum Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla qeyri-rəsmi ər-arvad münasibətlərindən ümumi 4 (dörd) azyaşlı uşağının ana qayğısından məhrum edilməsini və uşaqların ağır həyat şəraitini əsas tutmuşdur. Təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi üçün əsas məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2-ci maddəsində göstərilən cinayət əməlləri cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayətlərə görə Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəzaların ağırlığını, əməlində cəzanı ağırlaşdıran hal kimi cinayətlərin sadə residivin olmasını, ələlxüsus da əvvəllər bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, lakin həmin cinayətlərə görə təyin edilmiş cəzaların onu islah etməyə kifayət etməməsini məcmu halda nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının bir hissəsini həbsxanada çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.2-ci maddəsinə əsasən xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Həmin Məcəllənin 56-3-cü maddəsinə əsasən cəzaçəkmə müəssisəsinin növü bu Məcəllənin 56.1.1-56.1.5 və 56.2-ci maddələrinə uyğun olaraq məhkəmənin hökmü ilə müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 06 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsin 6196 nömrəli ekspertiza rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispenserində qeydiyyata alınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə cinayət işi üzrə maddi sübutların taleyini həll edərkən qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olub Bakı şəhəri Nərimanov rayon prokurorluğunda saxlanılan və cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd bıçaq, cinayət hadisəsi yerindən götürülmüş 1 (bir) ədəd pambıq tampon, cinayət hadisəsi baş verən zaman Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd don,1 (bir) ədəd retuz, 1 (bir) ədəd tuman, 1 (bir) ədəd büstqalter, cinayət hadisəsi baş verən zaman Təqsirləndirilən şəxs əynində olmuş 1 (bir) ədəd idman şalvarı və 1 (bir) ədəd köynək məhv edilməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1, 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr ilə 17 (on yeddi) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(057)-378/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(001)- 360/2020 saylı hökmü ilə ona təyin edilmiş, lakin çəkilməmiş 2 (iki) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin edilmiş 17 (on yeddi) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu qaydasında qəti olaraq 18 (on səkkiz) il müddətə azaqlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının ilk 5 (beş) ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət qəti cəza müddətinə daxil edilsin və ona təyin edilmiş qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 06 avqust 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut olub Bakı şəhəri Nərimanov rayon prokurorluğunda saxlanılan və cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd bıçaq, cinayət hadisəsi yerindən götürülmüş 1 (bir) ədəd pambıq tampon, cinayət hadisəsi baş verən zaman Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd don,1 (bir) ədəd retuz, 1 (bir) ədəd tuman, 1 (bir) ədəd büstalter, cinayət hadisəsi baş verən zaman Təqsirləndirilən şəxs əynində olmuş 1 (bir) ədəd idman şalvarı və 1 (bir) ədəd köynək məhv edilsin. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov hakimlər Azad Məcidov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-1122/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1122/2024
19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver