Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1122/2025 02.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X2 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 09:05-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs qəsdən sağlamlığa insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. 2.Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində qayınanası Şahid yaşadığı ünvan 3 ünvanında qonaq olduqları vaxt rəsmi nikahları olmadan ailə qurduğu Zərərçəkmiş şəxs özlərinin yaşadığı ünvan 2 ünvanına qayıtmaq təklifinə onun imtina etməsini cüzi səbəb kimi bəhanə edərək ünvan 3 ünvanındakı evin qonaq otağında etiraz əlaməti olaraq mübahisə yaradıb qəsdən qisas almaq üçün mətbəxdən götürdüyü istintaqla əldə olunması mümkün olmayan kəsici-deşici alət olan bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrindən ani olaraq qəsdən bir neçə dəfə vurub ona sol bazunun bir ədəd, çiynin bir ədəd, kürəyin arxa səthinin daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yaraları, sifətin sol yarısının bir ədəd izi silinən olmaqla kəsilmiş yarası kimi istər birlikdə-istərsə də ayrı-ayrılıqda sağlamlığının qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığına yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər, eyni zamanda yoğun bağırsağın zədələnməsi ilə müşaiyət olunan qarının ön divarının daxilə qarın boşluğuna nüfuz edən bir ədəd, sol bazunun bir ədəd deşilmişkəsilmiş yarası ilə nəticələnib həyatı üçün təhlükəli olan sağlamlığına ağır dərəcəli zərər vurmaya səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Sübutların tədqiqi: 3.Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxs onun həyat yoldaşı olmuş, bayramda yoldaşı ilə birlikdə qayınanasıgilə getmişlər və orada bir saat oturduqdan sonra yoldaşına evə getmələrini demişdir. Lakin yoldaşı onunla razılaşmayaraq bir saat da oturmaqlarını istəmişdir. Bu səbəbdən aralarında mübahisə baş vermiş və həmin vaxt özünə xəsarət yetirməsi üçün mətbəxə keçərək bıçaq götürmüşdür. Bu zaman yoldaşı qışqıraraq etməməsini demiş, o, hadisənin necə baş verdiyini bilməmiş və evdə həyat yoldaşına beş zərbə vurmuşdur. Hadisədən sonra təcili yardımı qayınanası çağırmış və onu evdən uzaqlaşdırmşlar. Hadisədən sonra bıçağı yolda atmışdır. O, polisdən qaçıb gizlənməmiş, xəstənin sağalması ilə bağlı yanında olmuşdur. Evdə olmuş, lakin polislər gəlib onu aparmamışlar. Onun həyat yoldaşına qarşı hansısa qisas hissi olmamış, həmin vaxt əsəbləşdiyindən hadisə baş vermişdir. Onun yoldaşı və qayınanası ilə münasibətləri yaxşı olmuşdur. Himayəsində beş uşağı var və uşaqlarından biri nitq qüsurludur. Onun zərərçəkmiş şəxslə iki uşağı var, zərərçəkmişin ondan əvvəl bir uşağı var, həmin uşaq da nitq qüsurludur. O, ayrıldığı həyat yoldaşına aliment ödəmir, uşaqlara özü baxır. Ruhi xəstəliyi ilə bağlı ona əvəllər cəza təyin edilməmişdir. 2005 və 2007-ci ildə özünə xəsarətlər yetirmiş, problemləri hərbi xidmətdən əvvəl olmuşdur. Hazırda poliknika qeydiyyatındadır və ayda bir dəfə qeydiyyatdan keçir. Onu müalicəsi şizofreniya xəstəliyi ilə bağlı olmuşdur. O, əməlindən peşmandır. 4.Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2017-ci il tarixdə ailə həyatı qurmuş, evliliklərindən xx.xx.2020-ci il tarixdə qızları Zahidə Çərkəzova, xx.xx.2023-cü il tarixdə isə digər qızları Şahid dünyaya gəlmişdir. Şahid Rəsul qızı isə Təqsirləndirilən şəxs qaynanasıdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 12 radələrində Təqsirləndirilən şəxs övladları və Zərərçəkmiş şəxs ilə birlikdə qaynanası Şahid yaşadığı ünvan 3 ünvanına gəlmişdir. Təqsirləndirilən şəxs öz yaşadığı evə getmək istədikdə Zərərçəkmiş şəxs buna etiraz etmiş, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs evin qonaq otağında Zərərçəkmiş şəxs əlindən tutaraq getmək istədiyini dedikdə Zərərçəkmiş şəxs etiraz etmişdir. Təqsirləndirilən şəxs getməsə mətbəx bıçağını götürüb özünü vurcağını demişdir. Bu zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs mane olmaq istədikdə, Təqsirləndirilən şəxs bundan əsəbləşərək bıçaqla Zərərçəkmiş şəxs qolundan, qarnından, kürəyindən, üzündən vurmuşdur. Zərərçəkmiş şəxs qışdırdıqda Təqsirləndirilən şəxs evin həyətinə çıxmışdır. Şahid evə gəlmiş və Təqsirləndirilən şəxs getməyini demişdir. Təqsirləndirilən şəxs evdən çıxmış, sonra isə geri qayıdaraq Zərərçəkmiş şəxs xəstəxanaya aparmaq istəmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs getməyini demiş, Təqsirləndirilən şəxs bundan sonra oradan çıxıb getmiş və əlində olan bıçağı yolda tullamışdır (İ cild, səh. 81-82). 5.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, hadisə yay aylarında baş vermişdir. Qurban bayramında hamı anasıgilə getsə də Zahid onu aparmamışdır. Həmin günün səhərisi onlar birlikdə anasıgilə getmişlər. Təzə anasıgilə gəldikdən sonra Zahid evə getmələrini demiş, o isə getməyə razılaşmayaraq tez olduğunu bildirmişdir. Həmin vaxt həyat yoldaşı Zahidin əlində bıçaqla gəldiyini görmüş və yoldaşı özünə xəsarət yetirəcəyini bildirmişdir. Bu zaman o, yoldaşına nə istəyirsə onu da etməsini demişdir. Anidən hadisə baş vermiş və qan içində oluğunu görmüşdür. Zahid bıçaqla onun üzünə və kürəyinə vurmuşdur. Hadisədən sonra içəri anası girmiş, həmin vaxt Zahid çölə çıxmış və təkrar içəri girib onunla həkimə getməsini deyəndə özü Zahidi uzaqlaşdırmışdır. Daha sonra da anası təcili yardım çağırmışdır. Hadisə vaxtı onları kimsə ayırmamış və Zahid özü dayanmışdır. Daha əvvəl yoldaşı ilə aralarında mübahisələri olmuş, lakin şiddət olmamışdır. Hadisə olduqdan sonra polislə problemlər yaşamamaq üçün həkimə yoldaşı ilə getmək istəməmişdir. O, özünü günahkar bilir, çünki Zahidin dərmanlarını o, özü verir və bunu bilə-bilə yoldaşının üzərinə getmişdir. Təqsirləndirilən şəxsi həm psixi xəstə olduğundan, həm də onların övladları olduğundan bağışlayır. Ailənin, nitq qüsurlu övladının bütün xərclərini o qarşılayır. Zərərçəkmiş şəxs şikayətçi olmadığını, təqsirləndirilən şəxslə aralarında bütün bu zaman ərzində heç bir münaqişə olmadığını bildirərək, təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə kimi ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. 6.Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2017ci ilin oktyabr ayında ailə həyatı qurmuş, ancaq rəsmi nikahları yoxdur. Evliliklərindən xx.xx.2020-ci il tarixdə qızları X3, xx.xx.2023-cü il tarixdə digər qızları Şahid Zahid qızı dünyaya gəlmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 11 radələrində Zərərçəkmiş şəxs övladları və Təqsirləndirilən şəxslə birlikdə anası Şahid Rəsul qızının yaşadığı ünvan 3 ünvanına gəlmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 12 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evə getməklərini demiş, Zərərçəkmiş şəxs isə buna etiraz etmişdir. Həmin zaman Zərərçəkmiş şəxs evin qonaq otağında olmuşdur. Təqsirləndirilən şəxs mətbəxdən bıçaq götürərək Zərərçəkmiş şəxs gəlməyəcəyi halda özünü vuracağını demişdir. Bu zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs mane olmaq istədikdə, Təqsirləndirilən şəxs bundan əsəbləşərək bıçaqla Zərərçəkmiş şəxs qolundan, qarnından, kürəyindən, üzündən vurmuşdur. Zərərçəkmiş şəxs qışdırdıqda Təqsirləndirilən şəxs evin həyətinə çıxmışdır. Şahid evə gəlmiş və Təqsirləndirilən şəxs getməyini demişdir. Təqsirləndirilən şəxs evdən çıxmış, sonra isə geri qayıdaraq Zərərçəkmiş şəxs xəstəxanaya aparmaq istəmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs getməyini demiş, Təqsirləndirilən şəxs bundan sonra oradan çıxıb getmiş, sonra isə təcili tibbi yardım gəlmiş və həkimlər Zərərçəkmiş şəxs ilk tibbi yardım göstərmişdir (İ cild, səh. 23-24). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Qurban bayramı ilə bağlı uşaqlara onlara gəlmələri üçün məlumat vermiş, lakin uşaqlar həmin gün yox, səhəri gün aaat 11-12 radələrində onlara gəlmişlər. Təxminən 5-10 dəqiqə oturduqdan sonra uşaqlar çölə çıxmaq istəmişlər və o, uşaqları həyətə düşürmüşdür. Həmin vaxt evdən səsin gəldiyini eşidərək həyətə girəndə Zahidin evdən çıxdığını görmüş və evə girdikdə qızının üst-başının qan içində olduğunu görümüşdür. Qızının ona ilk sözü Zahidin özünə də xəsarət yetirməsi olmuşdur. Zahidin onun qızını bıçaqladığını bilərək “102 Xidməti”nə məlumat vermiş, çünki onlar vasitəsi ilə gəldikdə təcili yardım hadisə yerinə tez çatır. Həmin ərəfədə Zahid iki dəfə evə gələrək xəstəxanaya aparmağı təklif etsə də qızı razı olmamış və Zahid çıxıb oradan getmişdir. O, hadisəni görməmiş, həyətə girəndə Zahidin evdən çıxdığını görmüş və hadisə olarkən uşaqlarla küçədə olmuşdur. Qızı 8 ildir Zahidlə evli olmuş və daha əvvəl onların aralarında münaqişə olmamışdır. Zahidin onlara köməyi çox olmuş, qazi oğlunun iynəsinin qiyməti 85 manat olmuş və ağrıları olanda xərcini Zahid qarşılamışdır. Şahid ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 8.Məhkəmə iclasında Şahid məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızı Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs əridir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə 2017-ci il tarixdə ailə həyatı qurmuş, evliliklərindən xx.xx.2020-ci il tarixdə qızları Zahidə Çərkəzova, xx.xx.2023-cü il tarixdə digər qızı Şahid dünyaya gəlmişdir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs azyaşlı uşaqları və Təqsirləndirilən şəxslə birlikdə Şahid yaşadığı evə gəlmişdir. Şahid evin həyətində Zərərçəkmiş şəxs azyaşlı övladları ilə birlikdə oynayan zaman Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs evdə olmuşdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 12 radələrində Şahid evdən səs eşitmiş və Təqsirləndirilən şəxs evdən çıxmasını görmüşdür. Şahid evə tək daxil olduqda Zərərçəkmiş şəxs qan gəlməsini görmüşdür. Zərərçəkmiş şəxs onu Təqsirləndirilən şəxs bıçaqla vurmasını anası Şahid bildirmişdir. Təqsirləndirilən şəxs geri qayıdaraq Zərərçəkmiş şəxs xəstəxanaya aparmaq istədiyini dedikdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs getməsini demiş və Təqsirləndirilən şəxs çıxıb getmişdir. Bundan sonra Şahid baş vermiş hadisə ilə bağlı DİNn 102 xidmətinə məlumat vermiş, həmçinin təcili tibbi yardım çağırmış, həkimlər gələrək ilk tibbi yardım göstərmişdir (İ cild, səh. 13-15). 9.Məhkəmə-tibbi ekspertizasının 12 iyul 2024-cü il tarixli, 800 nömrəli rəyindən görünür ki, 1.Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-yoğun bağırsağın zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının daxilə (qarın boşluğuna) nüfuz edən 1 ədəd, sol bazunun 1 ədəd, çiyinin 1 ədəd, kürəyin arxa səthinin daxilə nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yaraları; sifətin sol yarısının 1 ədəd kəsilmiş yarası deşici-kəsici alətin (ola bilsin bıçaq) deşici-kəsici və kəsici təsirindən törənmiş, törənmə müddətləri onun “X9” X10 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddirlər. 2.Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətllərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir (İ cild, səh. 33-35). 10.Məhkəmə-tibbi ekspertizasının 14 oktyabr 2024-cü il tarixli, 37-ə/800 nömrəli rəyindən görünür ki, 1.Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-yoğun bağırsağın zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının daxilə (qarın boşluğuna) nüfuz edən 1 ədəd; sol bazunun 1 ədəd, çiyinin 1 ədəd, kürəyin arxa səthinin daxilə nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yaraları; sifətin sol yarısının 1 ədəd kəsilmiş yarası deşici-kəsici alətin (ola bilsin bıçaq) deşici-kəsici və kəsici təsirindən törənmiş, törənmə müddətləri onun “X9” X10 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024cü il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətllərdən yoğun bağırsağın zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının daxilə (qarın boşluğuna) nüfuz edən 1 ədəd; sol bazunun 1 ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya; sol bazunun 1 ədəd, çiyinin 1 ədəd, kürəyin arxa səthinin daxilə nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yaraları; sifətin sol yarısının 1 ədəd kəsilmiş yarası istər birlikdə-istərsədə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. 2.Zərərçəkmiş şəxs sifətin sol yarısında-sol almacıq nahiyyəsində aşkar olunan çapıq toxuması sifətdə assimetriya, mimika və funksiya (çeynəmə) pozğunluğu törətmir, yəni assimetriya və funksiya pozğunluğu qeyd olunmur, zəif nəzərə çarpandır. Vaxt keçdikdə öz gedişi boyu daha az nəzərə çarpan və bərpa olunması səbəbindən sifətin izi silinən xəsarəti kimi qiymətləndirilir. 2.Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətllərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir (İ cild, səh. 45-49). 11.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5-Hüquqi şəxsi ambulator məhkəmə-psixiatrik ekspertizasının 11 dekabr 2024-cü il tarixli, 3636 nömrəli rəyindən görünür ki, İ.Motivləşdirici hissə: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs rekurrent depressiv pozuntu (F33) formasında psixi pozuntu müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar (özünə qapanması, intihar fikirlərinin və cəhdlərinin olması, gecə yuxusunun pozulması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” də “Rekruktiv depressiv pozuntu” diaqnozu qeyd edilməsi) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən bir qədər gərgin olması, əhval ruhiyyəsinin bir qədər enməsi) və s sübut edir. İİ.Yekun hissəsi: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs rekurrent depressiv pozuntu müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən rekurrent depressiv pozuntu hazırda remissiya vəziyyətində olduğundan o, qeyd edilən əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, yoxlanılan şəxs onda aşkar edilən rekurrent depressiv pozuntu diaqnozlu xəstəliklə əlaqədar Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür (İ cild, səh. 127-129). 12.«Baxış keçirilməsi haqqında» 17 iyun 2024-cü il tarixli protokoldan görünür ki, hadisə ünvan 4 ünvanında baş vermişdir (İ cild, səh. 7-9). 13.Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” “X9” X11 Maştağa Xəstəxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 26 may 2025-ci il tarixli məktubdan görünür ki, ünvan 5 ünvanda qeydiyyatda olan 1986-cı il təvəllüdlü Əliyev X6 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 7( 008)-9/2020 saylı qərarına əsasən məcburi ambulator müşahidə və psixiatr müalicəsini Maştağa Xəstəxanasının poliklinika şöbəsinin psixiatrik kabinetində davam etdirir. 14.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik-Hüquqi şəxsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 06 avqust 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə məhkəmə-psixiatrik ekspertizasından keçmiş, şəxs obyektiv müayinə edilmiş, ekspertizaya təqdim edilmiş tibbi sənədlər araşdırılmış və barəsində 3636 saylı rəy verilmişdir. Qərarda qeyd edilən xx.xx.2024-cü il tarixdə törətmiş olduğu cinayət hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmədiyi, onda aşkar edilən rekurrent depressiv pozuntu diaqnozlu xəstəliklə əlaqədar öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CMnin 22.1-ci maddəsinin təsiri altına düşdüyü qeyd edilmişdir. 15.«Axtarışda olan şəxsin tutulması barədə» 02 noyabr 2024-cü il tarixli protokodan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sabunçu rayonu ərazisində saxlanılaraq Xəzər Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilməsi üçün 1-ci Polis Şöbəsinə gətirilmişdir (İ cild, səh. 52). 16.«Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə» 04 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 noyabr 2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 92- 94). 17.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 may 2009-cu il tarixli, 1(101)-540/2009 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 may 2009-cu il tarixli, 1(101)-540/2009 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti əməlini törətdikdən sonra psixi xəstəliyə tutulduğundan barəsində sağalanədək ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilmişdir (İ cild, səh. 113-114, 115- 122). 18.İş materiallarında olan 07 sentyabr 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, 17 iyun 2024-cü il tarixdə həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında baş vermiş münaqişə zamanı Zahidin bıçaqla ona xəsarət yetirdiyini, Zahidlə barışdığından və Zahidin ona yetirdiyi xəsarətə görə bütün xətəxana xərclərini ödədiyindən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, Zahidlə barışdıqlarını, artıq birlikdə yaşayaraq münasibətlərinin yaxşı olduğunu, aralarında heç bir kin-kidurət olmadığını bildirmişdir (İ cild, səh. 44). 19.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il, xx.xx.2011-ci il, xx.xx.2012-ci il, xx.xx.2020-ci il və xx.xx.2023-cü il təvəllüdlü beş uşağı vardır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 20.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 21.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 22.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 23.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 24.Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - qəsdən sağlamlığa ağır zərər vurma olan ictimai təhlükəli əməl hesab olunur və cinayət məsuliyyəti yaradır. 25.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 26.Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 14 oktyabr 2024cü il tarixli, 37-ə/800 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-yoğun bağırsağın zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının daxilə (qarın boşluğuna) nüfuz edən 1 ədəd; sol bazunun 1 ədəd, çiyinin 1 ədəd, kürəyin arxa səthinin daxilə nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yaraları; sifətin sol yarısının 1 ədəd kəsilmiş yarası deşici-kəsici alətin (ola bilsin bıçaq) deşici-kəsici və kəsici təsirindən törənməsi, törənmə müddətlərinin onun “X9” X10 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilməsi, qeyd olunan xəsarətllərdən yoğun bağırsağın zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının daxilə (qarın boşluğuna) nüfuz edən 1 ədəd; sol bazunun 1 ədəd deşilmiş-kəsilmiş yarasının həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya; sol bazunun 1 ədəd, çiyinin 1 ədəd, kürəyin arxa səthinin daxilə nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yaralarının; sifətin sol yarısının 1 ədəd kəsilmiş yarasının istər birlikdə-istərsədə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid olması, Zərərçəkmiş şəxs sifətin sol yarısında-sol almacıq nahiyyəsində aşkar olunan çapıq toxumasının sifətdə assimetriya, mimika və funksiya (çeynəmə) pozğunluğu törətməməsi, yəni assimetriya və funksiya pozğunluğu qeyd olunmaması, zəif nəzərə çarpan olması, vaxt keçdikdə öz gedişi boyu daha az nəzərə çarpan və bərpa olunması səbəbindən sifətin izi silinən xəsarəti kimi qiymətləndirilməsi, hadisə haqqında məlumatlar, qeyd olunan xəsarətllərin xarakterinə və lokalizasiyasına əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi müəyyən edilir və həmin xəsarətlərin zərərçəkmiş şəxsə Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi məhkəmə istintaqı zamanı araşdırılmış subutlarla tam təsdiq olunur. 27.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vuran bədən xəsarəti yetirməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 28.Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 29.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 30.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyə görə təyin edilə bilər. 31.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin Şəxsiyətinə uyğun olmalıdır. 32.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 33.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 34.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü, 59.1.12-ci və 59.1.13-cü maddələrinin tələblərini rəhbər tutaraq, himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. 35.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 36.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 37.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 60-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarının 3-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində qeyd olunan “bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində” müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. 38.Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbi nəzərə alınmalıdır. 39.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 40.Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında əsas cəza tədbiri qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, himayəsində azyaşlı uşaqlarının olması, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmaması, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılması kimi yüngülləşdirici halların məcmusunu, habelə törətdiyi cinayət əməlinə mənfi münasibəti kimi halları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı real surətdə çəkilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi onu və ailəsini ciddi məhrumiyyətlərə düçar edər, eləcə də zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasına dair xahişinin nəzərə alınmaması ilə nəticələnə bilər və faktiki mahiyyətini itirə bilər. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə Təqsirləndirilən şəxs haqqında olan yüngülləşdirici halları nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyinin mümkünlüyünü qeyd edir və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. 41.Belə ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. 42.Həmin Sərəncamın 13-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması məhkəmələrə tövsiyyə olunmuşdur. 43.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 44.Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. 45.Təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmçinin vəzifə qoyulmalı, həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onun üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onun yaşadığı yer üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalıdır. 46.Məhkəmə, Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. 47.Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. 48.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 49.«Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 25-ci bəndinə qeyd olunur ki, «Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir». 50.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 51.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 52.İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 53.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilən 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti başa çatanadək davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Elmin Rüstəmov
3. Vüqar Quliyev