Məhkəmə qərarları › İş №1(101)-1123/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1123/2021

19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1123/2021 19.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxxx 1976-cı il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2003 və 2006-ci il təvəllüdlü uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 13.07.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 318.2, 206.3.2, 234.4.1, 234.4.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30.08.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən və qanunvericilikdə nəzərdə tutulmuş qaydada götürülmədən satış məqsədi ilə qanunsuz olaraq «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin»-in İ siyahısına daxil edilən külli miqdarda, ümumi təmiz çəkisi 144,941 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda, ümumi təmiz çəkisi 599,023 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, külli miqdarda, ümumi təmiz çəkisi 1170,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən 4 ədəd narkotik vasitə metadon həblərini və «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilən külli miqdarda, ümumi təmiz çəkisi 856,815 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib həmin narkotik vasitə heroinin 9,843 qramını ayrı-ayrılıqda çəkiləri 1,449 qram, 1,446 qram, 1,509 qram, 1,452 qram, 1,421 qram, 1,148 qram, 1,418 qram olmaqla yeddi ədəd bükümdə qablaşdırıb üzərində, qalan 135,098 qramını ayrıayrılıqda 49,403 qram, 25,548 qram, 59,238 qram, 0,412 qram, 0,497 qram olmaqla beş ədəd bükümdə, qeyd edilən çəkidə narkotik vasitə tiryəki ayrı-ayrılıqda 99,978 qram, 88,817 qram, 100,661 qram, 100,800 qram, 100,705 qram, 100,955 qram, 1,975 qram, 1,895 qram, 1,910 qram, 1,327 qram olmaqla on ədəd bükümdə, qeyd edilən çəkidə narkotik vasitə qurudulmuş marixuananı 985 qram və 185 qram olmaqla iki ədəd bükümdə, qeyd edilən çəkidə 4 metadon həbini bir ədəd bükümdə, qeyd edilən çəkidə psixotrop maddə metamfetamini ayrı-ayrılıqda 330 qram, 280 qram, 28,073 qram, 39,475 qram, 48,041 qram, 46,705 qram, 5,966 qram, 28,380 qram, 48,855 qram, 1,320 qram olmaqla on ədəd bükümdə qablaşdırıb bir ədəd idman çantasında, bir ədəd şəffaf sellofanda və bir ədəd sarı rəngli sellofan torbada olmaqla 23 oktyabr 2020-ci il tarixli 306 nömrəli icarə müqaviləsinə əsasən tanışı X4 istifadəsində olan "xxxx" markalı Az **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində və salonunda saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 05 noyabr 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 11:50-də Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş 93» yaşayış kompleksi 27 saylı binanın qarşısında saxlanılaraq Baş İdarəyə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman onun satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, ümumilikdə 9,843 qram çəkidə narkotik vasitə heroin ayrı-ayrılıqda çəkiləri 1,449 qram, 1,446 qram, 1,509 qram, 1,452 qram, 1,421 qram, 1,148 qram, 1,418 qram olmaqla əynindəki göy rəngli cins materiallı şalvarın ön sağ yan cibindən yeddi ədəd bükümdə aşkar olunaraq götürülmüşdür. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin gün saat 19:00-da ünvan 2 ünvanın qarşısında 23 oktyabr 2020-ci il tarixli 306 nömrəli icarə müqaviləsinə əsasən tanışı X4 istifadəsində olan «Hunday Elantra» markalı Az **- NF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 49,403 qram, 25,548 qram, 59,238 qram, 0,412 qram, 0,497 qram olan beş ədəd bükümdə ümumi təmiz çəkisi 135,098 qram narkotik vasitə heroin, külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 99,978 qram, 88,817 qram, 100,661 qram, 100,800 qram, 100,705 qram, 100,955 qram, 1,975 qram, 1,895 qram, 1,910 qram, 1,327 qram olan on ədəd bükümdə ümumi təmiz çəkisi 599,023 qram narkotik vasitə tiryək, külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 985,0 qram, 185,0 qram olan iki ədəd sellofan paketdə ümumi təmiz çəkisi 1170,0 qram qurudulmuş marixuana, dörd ədəd üzərində «Methadone 40» göstəricisi olan, təsir maddəsinin ümumi miqdarı 0,16 qram narkotik vasitə metadon, külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 5,966 qram, 28,380 qram, 48,855 qram, 1,320 qram, 330,0 qram, 280,0 qram, 28,073 qram, 39,475 qram, 48,041 qram, 46,705 qram olan on ədəd bükümdə ümumi təmiz çəkisi 856,815 qram psixotrop maddə metamfetamin, üzərində heroin izləri olan dörd ədəd elektron tərəzi və bir ədəd şüşə boru avtomobilin yük yerindəki idman çantasından, sarı rəngli sellofan torbadan və salonundakı şəffaf sellofandan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər məhkum olunmuşdur. Belə ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 13.07.2010-cu il tarixli hökmü ilə CM-nin 318.2, 206.3.2, 234.4.1, 234.4.3 və 228.4-cü maddələri ilə 12 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 30.08.2019-cu il tarixli qərarı ilə qalan cəzasını çəkmək üçün Masallıda yerləşən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. Ailəli olduğu üçün vaxtaşırı müəssisənin rəhbərliyi ona ailəsinə baş çəkmək üçün icazə vermişdir. Sonuncu dəfə təxminən 03 noyabr 2020-ci il tarixdə əmisi oğlu İnam Baxşəliyev 2-ci Qarabağ müharibəsində şəhid olduğu və yaşadıqları Cəlilabad rayonun Közbulaq kəndində dəfn olunduğu üçün müəssisə rəhbərliyinin icazəsi ilə dəfndə iştirak etmək üçün doğma kəndinə getmişdir. Növbəti gün, 04 noyabr 2020-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksi ev 27-də yerləşən ailəsinə məxsus 34 saylı mənzilə getmişdir ki, ailəsini də Cəlilabad rayonu Közbulaq kəndinə yasa aparsın. Həmin vaxt 15 yaşlı oğluna ayaqqabı almaq məqsədilə evdən bayıra çıxdıqda «Mersedes» markalı maşın yanında saxlamış, maşından 4-5 nəfər tanımadığı mülki geyimli şəxslər çıxaraq onu tutub heç bir söz demədən, özlərini təqdim etmədən maşina mindirmişlər. Oğlu Ranat isə qorxub evə qaçıb getmişdir. Bundan sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Orada xidməti otaqların birində həmin şəxslər onu döymüşlər, hətta bir barmağını sındırmışlar. Tələbləri o idi ki,o, onlara 100.000 manat versin, pul verdikdən sonra onu azad etsinlər. Onda pul omadığını bildirdikdə onlar tələb etmişlər ki, onun cibinə qoyacaqları 7 büküm heroinin ona məxsus olmasını etiraf etsin. Əks halda həyat yoldaşını və uşaqlarını idarəyə gətirəcəkləri ilə hədələmişlər. Bunun qarşısını almaq üçün məcbur qalmışdır ki, polislərin tələblərini yerinə yetirsin. Bundan sonra həmin bükümləri polis əməkdaşları onun şalvarının ön sağ yan cibinə qoyaraq videçəkiliş aparmaqla üzərinə baxış keçirmişlər. Baxışda müdafiəçi iştirak etsə də polis əməkdaşları tərəfindən hədələndiyi üçün həqiqəti bildirməmiş, üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. Onun üzərində 153 manat pul olduğu halda, baxış protokolunda 101 manat göstərilmişdir. 52 manatını onun yerləşdirildiyi X2 2 polis nəfəri özlərinə götürüb aralarında bölmüşlər. Bundan savayı bildirmək istəyir ki, yaşadığı kompleksin 24-cü binanın qarşısında dayanmış "xxxx" markalı avtomaşına baxış keçirilməsində iştirak etməmiş, həmin maşında guya aşkar olunmuş heroin, tiryək, metamfetamin, metadon, marixuana, bir ədəd şüşə boru və 4 ədəd elektron tərəzi ona məxsus deyildir. Onda olan məlumata görə həmin qanunsuz əşyalar başqa bir şəxsə məxsus olmaqla həmin şəxs məsuliyyətdən kənarlaşdırılaraq ona məxsus əşyaların guya ona, Təqsirləndirilən şəxs məxsus olması sənədləşdirilmişdir. Maşından aşkar olunmuş əşyaların çeşidini və çəkisini cinayət işinin materiallarından bilir. Əgər həmin qanunsuz vasitələr ona məxsus idisə nə üçün polislər maşına onun iştirakı olmadan baxış keçirmişlər. İbtidai istintaq zamanı verdiyi ifadələrini, onun iştirakı ilə tərtib olunmuş protokolların məzmununu təsdiq etmir, hamısı saxtadır. Bildirmək istəyir ki, əvvəlki məhkumluğu ilə razıdır, amma bu ittihamda onun üzərinə qoyulmuş əməllərin heç birini törətməmişdir. Onu saxlayan polisləri tanımır, görsə üzdən tanıya bilər. Onların heç biri ilə şəxsi ədavəti və düşmənçiliyi olmamışdır. Qeyd etmək istəyir ki, Masallıdan Cəlilabada, oradan isə Bakıya tanımadığı yol maşını ilə gəlmişdir. «Hyundai Elantra » markalı avtomaşının sürücüsünün Cəlilabadlı olmasını, kim olmasını bilmir, həmin maşına minməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğulduğu və yaşadığı Cəlilabad rayon sakini kimi tanımışdır. Təqsirləndirilən şəxs cəza çəkdiyini bilirdi. Hadisə haqqında onu deyə bilər ki, 05.11.2020-ci il tarixdə icarəyə götürdüyü "xxxx" markalı AZ99NF 187 dövlət qeydiyyat nişanlı avtomobili ilə Novxanıdan şəhər istiqamətində gəlirdi. Masazır qəsəbəsindən keçəndə təsadüfən yol kənarında əlində idman çantası və sellofan torba olan Qafarı görüb maşını saxlamışdır. Qafarla görüşüb hara getdiyini soruşmuş, sonuncu onunla salamlaşaraq 20 Yanvar istiqamətində getdiyini bildirib onu ora aparmasını xahiş etmişdir. Həmyerli kimi buna etiraz etməmiş və Qafar maşina minmişdir. Bu zaman Qafarın əlində olan idman çantasını avtomobilin baqajına açıb qoymuş, sellofan torbanı isə maşının arxa oturacağına Qafarın özü qoymuşdur. 20 Yanvar istiqamətində getdiyi zaman Qafara zəng gəlmiş və o, telefonla danışdıqdan sonra ondan Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış binalarının yanına getməyi xahiş etmişdir. Həmin binaların həyətinə daxil olduqdan sonra Qafar maşından düşüb qayıdacağını, onu gözləməsini xahiş edərək hansısa binaya tərəf getmişdir. Qafar maşından təxminən 50 metr aralandıqda bir neçə mülki geyimli şəxslərin Qafara yaxınlaşıb onu saxladıqlarını görərək anlamışdır ki, Qafarı saxlayanlar polis əməkdaşlarıdır. Bundan qorxaraq cəld avtomobildən düşüb qaçaraq oradan uzaqlaşmışdır. Bundan sonra o, özü də törətdiyi başqa cinayət əməllərinə görə tutulmuş, Qafarın işi ilə əlaqədar müstəntiqə ifadə verərkən sonuncudan bildmişdir ki, Qafarın maşina qoyduğu idman çantası və sumkada heroin, tiryək, marixuana, metadon və metamfetamin olmuşdur. Qəti olaraq təsdiq edir ki, idman çantası və sellofan torbanı maşina məhz Təqsirləndirilən şəxs qoymuşdur. Həmin sumka və torbada nə olduğunu isə Qafar ona deməmiş, o, həmin sumka və torbanı açmamış, içərisində nə olduğunu görməmişdir. Şahid X4 verdiyi ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs göstərmişdir ki, X4 ifadəsi ilə razı deyildir, o, Fürqan Salmanovu tanımır, 05.11.2020-ci il tarixdə Fürqanın idarə etdiyi taksi maşınına minməmiş, həmin maşına içərisində narkotik vasitə və psixotrop maddə ilə dolu olan idman çantası və torbanı qoymamışdır. X4 onun barəsində belə ifadə verməsinin səbəbini bilmir. İbtidai istintaq zamanı da Fürqan Salmanovun ifadəsinə uyğun ifadə vermiş, lakin həmin ifadəsini təsdiq etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş BMCMİ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, həmkarı Şahid1 daxil olmuş məxfi məlumatdan müəyyən olunmuşdur ki, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, daşıması, saxlaması və satması ilə məşğuldur. Bu məlumat əsasında 05 noyabr 2020-ci il tarixdə saat 11:50-də Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş 93» yaşayış kompleksinin ərazisində «Hyundai Elnatra» markalı maşından enib 10-15 metr aralandıqda onlar ona yaxınlaşaraq özlərini təqdim edib ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onlarla birlikdə idarəyə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən və etiraz etmədən onlarla birlikdə Baş İdarəyə getmiş, orada müvafiq prosessual hərəkətlərin keçirilməsi üçün onlar Təqsirləndirilən şəxs Baş idarənin Təhqiqat qrupunun baş təhqiqatçısı Yusif Yusifova təhvil vermişlər. Bundan sonra Şahid1la birlikdə təhqiqatçının keçirdiyi hərəkətlərdə iştirak etmişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi dəvət olunaraq ona təqdim olunmuş, bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma və satışı ilə məşğul olmasında şübhəli bilindiyi və bununla bağlı videoçəklişdən istifadə edilməklə onun əynindəki paltarın yoxlanılacağı, üstündə olan əşyalara baxış keçiriləcəyi bildirilikdən sonra üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın ön sağ yan cibindən yeddi ədəd bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən açılaraq bükümlərin içərisindən tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik iyli narkotik vasitə olan heroinə bənzər maddələr olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs bükümlərin içərisindəki maddələrin heroin olduğunu təsdiq edib həmin heroini təxminən iki gün əvvəl yaşadığı evin yaxınlığında tanımadığı şəxsdən hər bükümünü 15 manata aldığını, ümumi səkkiz ədəd bükümdə alıb bir bükümünü istifadə edib qalan yeddi bükümü üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin saxlanılmamışdan əvvəl tanışı və həmyerlisi Fürqan adlı şəxsin idarə etdiyi "xxxx" markalı avtomobillə «Qurtuluş-93» yaşayış kompleksinin ərazisinə gəldiyini, Fürqandan ayrılıb yaşadığı evə doğru gedən zaman polislər tərəfindən saxlandıqdan sonra sürücünün avtomobili həmin yerdə qoyub qaçdığını, həmin maşında ona məxsus içərisində narkotik vasitə olan idman çantasının qaldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs izahatında göstərdiyi xüsusatlarla əlaqədar avtomobilə baxış keçirilməsi zərurəti yaranmışdır. Həmin maşının "xxxx" MMC tərəfindən icarəyə verildiyi müəyyən olunduğundan baxışda iştirak etməsi üçün avtomobilin sahibi və MMC-nin əməkdaşı avtomobilin saxlanıldığı yerə dəvət olunmuş, onların iştirakı ilə "xxxx" markalı AZ**-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük yerindən bir ədəd idman çantasında olan bir ədəd şəffaf sellofan bağlamanın içində beş ədəd bükümdə narkotik vasitə olan tiryəkə bənzər maddələr, bir ədəd şəffaf sellofan və bir ədəd sarı rəngli sellofan bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuana, iki ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Həmçinin avtomobilin yük yerində olan bir ədəd sarı rəngli sellofan bağlamaya baxış zamanı içərisində bir ədəd üzərində “50” rəqəmi yazılmış, bir ədəd üzərində “40” rəqəmi yazılmış və üzərində yazısı olmayan bir ədəd sellofan bükümlərdə psixotrop maddə olan metamfetamin, bir ədəd kağız qutuda iki ədəd şəffaf sellofan bükümdə və bir ədəd ağ rəngli salfetə bükülmüş halda psixotrop maddə olan metamfetamin və iki ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Bundan başqa avtomobilin salon hissəsində psixotrop maddə olan metamfetamin istifadəsi üçün nəzərdə tutulmuş qaba bənzər bir ədəd şüşə qab, bir ədəd şəffaf sellofan bağlamanın içərisində dörd ədəd narkotik vasitə olan tiryək, dörd ədəd üzərində metadon yazısı yazılmış həblər, dörd ədəd bükümdə narkotik vasitə olan heroin, beş ədəd bükümdə psixotrop maddə olan metamfetamin və iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Avtomobildən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr ekspertiza tədqiqatına təqdim olunması üçün müvafiq qaydada dörd ədəd sellofan bağlamaya qablaşdırılaraq DİN-nin 6 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman yanında oğlu Rinat və yaxud hər hansı başqa şəxs olmamışdır. Təqsirləndirilən şəxs artıq saxlanıldıqdan sonra məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkdiyi, müalicə olunması üçün hadisədən bir gün əvvəl buraxıldığı müəyyən edilmişdir. Məhkəmə iclasında qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, təqsirlndirilən şəxsi hadisə ilə əlaqədar tanıyır. 05 noyabr 2020-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, daşıması, saxlaması və satması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daha doğrusu həmin məlumatı gizli mənbədən o almışdır. Əməliyyat axtarış fəaliyyəti haqqında qanuna uyğun olaraq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və Baş İdarə rəhbərinin əmri ilə əməliyyat qrupu yaradıldıqdan sonra Təqsirləndirilən şəxs olduğu yerin müəyyənləşdirilməsi istiqamətində dərhal müvafiq tədbirlərə başlanmışdır. Həmin gün, yəni 05 noyabr 2020ci il tarixdə saat 11:50-də Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş 93» yaşayış kompleksi, ev 27 ünvanın qarşısında saxlanılaraq Baş İdarəyə gətirilərək araşdırmanın aparılması üçün Təhqiqat qrupunun baş təhqiqatçısı Yusif Yusifova təqdim edilmiş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi dəvət olunaraq ona təqdim olunmuş, bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma və satışı ilə məşğul olmasında şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəklişdən istifadə edilməklə onun üzərinə və əynindəki paltarına baxış keçiriləcəyi təhqiqatçı tərəfindən izah edilmişdir. Təhqiqatçı ona üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsini təklif etmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın ön sağ yan cibindən yeddi ədəd bükümü masanın üzərinə qoymuş, həmin bükümlər təhqiqatçı tərəfindən bir bir açılaraq bükümlərin içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, o spesifik iyli narkotik vasitə olan heroinə bənzər maddələr aşkar olmuşdur. Təqsirləndirilən şəxs izah etmişdir ki, bükümlərin içərisindəki heroini iki gün əvvəl yaşadığı evin yaxınlığında tanımadığı şəxsdən hər bükümünü 15 manata əldə etmişdir. Hətta Təqsirləndirilən şəxs heç bir təzyiq olmadan özü könüllü olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl tanışı Fürqan adlı şəxslə birlikdə "xxxx" markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı binanın qarşısına gəlmiş, Fürqandan ayrılıb yaşadığı evə doğru gedən zaman polislər tərəfindən saxlandıqdan sonra Fürqan avtomobili saxlandığı yerdə qoyub oradan uzaqlaşmışdır, lakin avtomobilin yük yerində idman çantasını, avtomobilin salonunda isə bir ədəd sellofan torba qalmışdır. İdman çantası və torbada narkotik vasitələr vardır və həmin əşyalar ona məxsusdur. Bundan sonra Təqsirləndirilən şəxs izahatında göstərdiyi xüsusatlarla əlaqədar avtomobilə baxış keçirilməsi zərurəti yaranmış, avtomobil ünvan 3 ünvanının yaxınlığında, «Xəzər» adlı restoranın qarşısında saxlanıldığından əməliyyat qrupunun üzvləri başda o olmaqla avtomobilin olduğu yerə getmişlər. Getməzdən əvvəl avtomobilin "xxxx" MMC tərəfindən icarəyə verildiyi müəyyən olunduğundan baxışda iştirak etməsi üçün avtomobilin sahibi və MMC-nin əməkdaşı avtomobilin saxlanıldığı yerə dəvət olunmuş, onların iştirakı ilə "xxxx" markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin yük yerində olan idman çantasından və salonda olan sellofan torbadan ayrı-ayrı növlərdən olan narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Həmçinin o çantanın və yaxud torbanın içindən elektron tərəzilər də aşkar edilmişdir. Artıq uzun müddət keçdiyi üçün aşkar olunmuş narkotik vasitələrin çəkisini xatırlamır. Xatırladığı odur ki, narkotik vasitələrdən-heroin, tiryək, marixuana, psixotrop maddə olan metamfetamin və metadon həbləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs maşına baxışda iştirak etməmişdir. Bu isə əməliyyat şəraiti ilə bağlı olmuşdur. Belə ki, maşın Təqsirləndirilən şəxs yaşadığı ərazidə olduğu üçün onun ora gətirilməsi müəyyən problemlər yarada bilərdi. Qeyd etmək istəyir ki, istər üzərinə, istərsə də maşına baxış keçirilmə zamanı videoçəkilişdən istifadə olunmuşdur. Qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs saxlanıldığı zaman yanında oğlu və yaxud da başqa şəxs olmamışdır. Artıq istintaq aparılan zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs MTCÇM-də cəza çəkir, bir neçə günlük müalicə olunması üçün xəstəxanaya getməsi üçün buraxılmış, lakin xəstəxaya getmək əvəzinə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs burada məhkəmədə maşından aşkar olunmuş qanunsuz əşyaların guya Fürqana məxsus olması barədə verdiyi ifadələri həqiqətə uyğun deyildir. Belə ki, Qafarın tutulmamışdan qabaq maşında olmasını onlar bilməmişdir, Qafarın özü könüllü olaraq hadisə yerinə Fürqanın maşını ilə gəldiyini, Fürqanın maşından qaçıb getdiyini, maşında isə ona məxsus narkotik vasitələrin idman çantası və sellofan torbada olmasını özü şəxsən bildirmişdir. X13 barəsində olan məlumatda da onun çox sayda narkotik vasitələr daşıması barədə dəqiq məlumat olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır, hadisə günü Təqsirləndirilən şəxs sərnişin kimi hərəkət etdiyi **-NF-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobil ona məxsusdur. O, həmin avtomobili əmisı oğlu X14 məxsus "xxxx" MMC-nin vasitəsi ilə müxtəlif vaxtlarda ayrı-ayrı fiziki şəxslərə icarəyə verilmişdir. 05 noyabr 2020-ci il tarixdə "xxxx" MMC-nin müdürü X20 ona zəng edib polis əməkdaşlarının "xxxx" markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobili Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş 93» yaşayış kompleksində saxladığını və ehtiyyat açarları götürərək avtomobilin saxlanıldığı yerə yaxınlaşmağını bildirmişdir. O da dərhal ehtiyyat açarları götürüb MMC-nin əməkdaşı Şahid4 ilə birlikdə avtomobilin saxlanıldığı yerə getmişdir. Avtomobilin yanına çatdıqda orada olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olaraq saxlanıldığını, sonuncunun izahatı əsasında avtomobilə baxış keçirilməsi zərurəti yarandığını, ona görə də avtomobilə baxış keçirilməsi üçün onları dəvət etdiklərini bildirmişlər. O və Əsgər baxışda iştirak etməyə etiraz etməmiş və bundan sonra videoçəkliş keçirilməklə avtomobilə baxış keçirilməsinə başlanmışdır. Qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs özü baxışda iştirak etməmişdir, yəni ümumiyyətlə orada olmamışdır. O, özündə olan pult vasitəsi ilə avtomobilin qapılarını və yük yerinin kilidlərini açmış, bundan sonra ilk olaraq avtomobilin yük yerinə baxış keçirilmiş, baxış zamanı oradan bir ədəd üzərində «ASİCS» yazısı olan idman çantasında olan bir ədəd sellofan bağlamanın içində beş ədəd bükümdə toz şəkilli, qəhvəyi rəngli maddə, bir ədəd şəffaf sellofan və bir ədəd sarı rəngli sellofana bükülmüş yaşıl rəngli quru bitki kütləsi və iki ədəd elektron tərəzi aşkar olunaraq polis əməkdaşları tərəfindən götürüldü. Daha sonra avtomobilin yük yeri açıldı və orada olan bir ədəd sarı rəngli sellofan bağlamaya baxış zamanı içərisində bir ədəd üzərində «50» rəqəmi yazılmış, bir ədəd üzərində «40» rəqəmi yazılmış və üzərində yazısı olmayan bir ədəd sellofan bükümlərdə, bir ədəd kağız qutuda iki ədəd şəffaf sellofan bükümdə və bir ədəd salfetə bükülmüş halda ağ rəngli, kristal şəkilli, şüşə qırıntılarına oxşar maddələr və sarı, ağ rəngdə iki ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Bundan başqa avtomobilin salon hissəsində bir ədəd şüşə qab, bir ədəd şəffaf sellofan bağlamanın içərisində dörd ədəd tünd qəhvəyi-qara rəngli maddələr, dörd ədəd üzərində metadon yazısı yazılmış həblər, dörd ədəd bükümdə qəhvəyi rəngli, toz şəkilli maddələr, beş ədəd bükümdə yuxarıda qeyd etdiyi ağ rəngli, kristal şəkilli maddələr və iki ədəd tərəzi aşkar edilərək götürülmüşdür. Avtomobildən başqa qanunsuz əşya və ya maddələr aşkar olunmamışdır. Aşkar olunan maddələr polis əməkdaşları tərəfindən elə orada qablaşdırılaraq möhürlənmiş və imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. X19 adı-soyadı olan şəxsi tanıyır. Belə ki, o, "xxxx" MMCnin əməkdaşıdır. Şahid3 məxsus **-NF-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobil icarəyə verilməsi üçün onların MMC-nə verilmiş, onlar da həmin maşını icarə olaraq Fürqan Salmanova vermişlər. 05 noyabr 2020-ci il tarixdə müdürü X20 ona zəng edib polis əməkdaşlarının "xxxx" markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobili Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş 93» yaşayış kompleksində saxladığını və avtomobilin saxlanıldığı yerə yaxınlaşmağını bildirmişdir. O da dərhal həmin nəqliyyat vasitəsinin sahibi Səxavət Aşirovla birlikdə avtomobilin saxlanıldığı yerə getmişlər. Avtomobilin yanına çatdıqda orada olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olaraq saxlanıldığını, sonuncunun izahatı əsasında avtomobilə baxış keçirilməsi zərurəti yarandığını, ona görə də avtomobilə baxış keçirilməsi üçün onları dəvət etdiklərini bildirmişlər. O və Səxavət baxışda iştirak etməyə etiraz etməmiş və bundan sonra videoçəkliş keçirilməklə avtomobilə baxış keçirilməsinə başlanmışdır. Təqsirləndirilən şəxs özü baxışda iştirak etməmişdir, yəni ümumiyyətlə orada olmamışdır. Səxavət özündə olan pult vasitəsi ilə avtomobilin qapılarını və yük yerinin kilidlərini açmış, bundan sonra ilk olaraq avtomobilin yük yerinə baxış keçirilmiş, baxış zamanı oradan bir ədəd üzərində «ASİCS» yazısı olan idman çantasında olan bir ədəd sellofan bağlamanın içində beş ədəd bükümdə toz şəkilli, qəhvəyi rəngli maddə, bir ədəd şəffaf sellofan və bir ədəd sarı rəngli sellofana bükülmüş yaşıl rəngli quru bitki kütləsi və iki ədəd elektron tərəzi aşkar olunaraq polis əməkdaşları tərəfindən götürüldü. Daha sonra avtomobilin yük yeri açıldı və orada olan bir ədəd sarı rəngli sellofan bağlamaya baxış zamanı içərisində bir ədəd üzərində «50» rəqəmi yazılmış, bir ədəd üzərində «40» rəqəmi yazılmış və üzərində yazısı olmayan bir ədəd sellofan bükümlərdə, bir ədəd kağız qutuda iki ədəd şəffaf sellofan bükümdə və bir ədəd salfetə bükülmüş halda ağ rəngli, kristal şəkilli, şüşə qırıntılarına oxşar maddələr və sarı, ağ rəngdə iki ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Bundan başqa avtomobilin salon hissəsində bir ədəd şüşə qab, bir ədəd şəffaf sellofan bağlamanın içərisində dörd ədəd tünd qəhvəyi-qara rəngli maddələr, dörd ədəd üzərində metadon yazısı yazılmış həblər, dörd ədəd bükümdə qəhvəyi rəngli, toz şəkilli maddələr, beş ədəd bükümdə yuxarıda qeyd etdiyi ağ rəngli, kristal şəkilli maddələr və iki ədəd tərəzi aşkar edilərək götürülmüşdür. Avtomobildən başqa qanunsuz əşya və ya maddələr aşkar olunmamışdır. Aşkar olunan maddələr polis əməkdaşları tərəfindən elə orada qablaşdırılaraq möhürlənmiş və imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, onun 17 yaşı var, mağazada işləyir, Təqsirləndirilən şəxs onun doğma atasıdır. Lakin anasının soyadını daşıyır. Atası tutulmamışdan təxminən bir həftə əvvəl evə gəlmişdir. Anası və atası ona atasının başqa yerdə işlədiyini bildirdikləri üçün atasının cəza çəkdiyini bilməmişdir. Bu gün məhkəmədə bunu bilmişdir. Hadisə günü atası ilə evdən ona ayaqqabı almaq üçün çıxmışlar, elə bu vaxt atasını polis əməkdaşları saxlayıb aparmışlar. Atası hətta istintaq təcridxanasında saxlanıldığı dövrdə də anası və onunla əlaqə saxlamış, onun məhkəməyə gəlib ifadə verməsini bildirmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinə ünvanlanan 05.11.2020-ci il tarixli raportdan müəyyən olunur ki, “Qafar” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinə ünvanlanan 05.11.2020-ci il tarixli raportdan müəyyən olunur ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 05.11.2020-ci il tarixdə, saat 11:50-də ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq BMCMİ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şəxsi axtarış və götürmə aparılması haqqında» 05.11.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, 05 noyabr 2020-ci il tarixdə BMCMİ-nin inzibati binasında müdafiəçinin iştirakı ilə videoçəkilişlə həyata keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın ön sağ yan cibindən yeddi ədəd ayrı-ayrı şəffaf sellofana bükülmüş vəziyyətdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini təxminən iki gün əvvəl yaşadığı evin yaxınlığında tanımadığı şəxsdən hər bükümünə 15 manat ödəməklə aldığını, ümumi 08 ədəd bukumdə alıb bir bükümünü istifadə etdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “avtomobilə baxış keçirilməsi haqqında” 05.11.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, 05 noyabr 2020-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş 93» yaşayış kompleksi 24 saylı binanın qarşısında dayanmış "xxxx" markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük yerindən bir ədəd «ASKS» adlı idan çantasından olan 01 ədəd şəffaf sellofan bağlamanın içndə 0,5 ədəd bükümdə narkotik vasitəsi olan tiryəkə bənzər maddələr, 01 ədəd şəffaf sellofan və 01 ədəd sarı rəngli sellofan bükümlərdə narkotik vasitə olan marixuanaya bənzər maddələr, 02 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüş, həmçinin avtomobilin yük yerində olan 01 ədəd sarı rəngli bağlamaya baxış zamanı içərsində 01 ədəd üzərində «50» rəqəmi yazılmış, 01 ədəd üzərində «40» rəqəmi yazılmış və üzərində yazısı olmayan 01 ədəd sellofan bükümlərdə psixotrop maddə olan metamfetaminə bənzər maddələr, 01 ədəd kağız qutuda 02 ədəd şəffaf sellofan bükümdə və 01 ədəd ağ rəngli salfetə bükülmüş halda psixotrop maddə olan metamfetaminə bənzər maddələr və 02 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Bundan başqa avtomobilin salon hissəsində psixotrop maddə olan metamfetamin istifadəsi üçün nəzərdə tutulmuş qaba bənzər bir ədəd şüşə qab, bir ədəd şəffaf sellofan bağlamanın içərisində 04 ədəd narkotik vasitəsi olan tiryəkə bənzər maddələr, 04 ədəd üzərində metadov yazısı yazılmış həblər, 04 ədəd narkotik vasitəsi olan heroinə bənzər maddələr, 05 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddələr və 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» 05.11.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 07.11.2020-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 05 noyabr 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 06 noyabr 2020-ci il tarixli, 6/2411 saylı rəyindən müəyyən olunur ki, tədqiqata üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N 6» dairəvi möhür əksi, yazılar və imzalar qeyd edilmiş bir ədəd zərf, dörd ədəd üzəri yapışqan lentlə bağlanmış sellofan bağlamaların içərisindən: -üzərində «X7 üzərindən aşkar edilmiş maddələr» sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,449 qram, 1,446 qram, 1,509 qram, 1,452 qram, 1,421 qram, 1,148 qram, 1,418 qram ümumi təmiz çəkisi 9,843 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsuila hazırlanmış narkotik vasitə heroindir. -üzərində «**-NF-*** dövlət qeydiyyat nişanlı avtomobildən "xxxx" markalı avtomobildən aşkar olunan maddələr» sözləri qeyd edilmiş bir ədəd üzəri yapışqan lentlə bağlanmış sarı rəngli sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 99,978 qram, 88,817 qram, 100,661 qram, 100,800 qram, 100,705 qram, 100,955 qram ümumi təmiz çəkisi 591,916 qram tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitətiryəkdir, -üzərində «**-NF-*** dövlət qeydiyyat nişanlı avtomobildən Hyundai Elantra markalı avtomobildən aşkar olunan maddələr» sözləri və imzalar qeyd edilmiş bir ədəd ağ rəngli sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 49,403 qram, 25,548 qram, 59,238 qram, 0,412 qram, 0,497 qram ümumi təmiz çəkisi 135,098 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,975 qram, 1,895 qram, 1,910 qram, 1,327 qram ümumi təmiz çəkisi 7,107 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 5,966 qram, 28,380 qram, 48,855 qram, 1,320 qram ümumi təmiz çəkisi 84,521 qram olan ağ rəngli kristalik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. -üzərində «Methadone 40» göstəricisi olan 4 ədəd qəhvəyi rəngli həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,16 (1 ədəd həbdə metadonun təsir maddəsinin miqdarı 0,04) qram təşkil edir. -üzərində «**-NF-*** dövlət qeydiyyat nişanlı avtomobildən "xxxx" markalı avtomobildən aşkar olunan maddələr» sözləri qeyd edilmiş bir ədəd sarı rəngli sellofan bağlamada və içərisindəki bir ədəd qutuda 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 330,0 qram, 280,0 qram, 28,073 qram, 39,475 qram, 48,041 qram, 46,705 qram ümumi təmiz çəkisi 772,294 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Heroin və Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İİ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı İİ) daxildir. 4 ədəd elektron tərəzidə və 1 ədəd şüşə borucuqda narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmamışdır və Təqsirləndirilən şəxs üzərindən və "xxxx" markalı **-NF-*** qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş heroinlər ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. X7 üzərindən aşkar edilmiş heroin ilə "xxxx" markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş heroin ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. "xxxx" markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş 10 ədəd bükümdə olan tiryək xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. "xxxx" markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş 10 ədəd bükümdə psixotrop maddə olan metamfetarnin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir, Tədqiqatdan sonrakı heroinin qalıq çəkisi 9,633 və 134,989 qram, tiryəkin qalıq çəkisi 598,723 qram, metamfetaminin qalıq çəkisi 856,515 qram və metadon həbi 3 ədəd təşkil edir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə -bioloji ekspertizasının 06 noyabr 2020-ci il tarixli, 7/787 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində «**-NF-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobildən aşkar olunmuş maddələr» yazılar və imzalar olan sarı rəngli polietilen bağlamadakı bir ədəd ağ rəngli polietilen torbada təmiz çəkiisi- 985,0 qram və bir ədəd şəffaf sellofan paketdə təmiz çəkisi -185,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi- 1170,0 qramdır. Tədqiqatdan sonrakı qurudulmuş marixuananın qalıq çəkisi 1169,99 qram təşkil edir. Məhkəmədə elan edilib araşdırılmış X8 Tibbi Yoxlamanın 22 fevral 2021-ci il tarixli, 567 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-stifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» 11.03.2021-ci il tarixli qərardan müəyyən olunur ki, üç ədəd kağız paketdə qablaşdırılmış halda tədqiqatdan sonra qalıq çəkiləri 9,633 qram, 134,898 qram narkotik vasitə heroin, 598,723 qram narkotik vasitə tiryək, 856,515 qram psixotrop maddə metamfetamin, 3 ədəd metadon həbi, 1169,99 qram narkotik vasitə qurudulmuş marixuana, bir ədəd şüşə boru, dörd ədəd elektron tərəzi saxlanması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, iki ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış arayış və xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ailəlidir, 2003 və 2006-cı il təvəllüdlü iki uşağı vardır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs oğlunun məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, Hüseyinov X11 rayon mhkəməsinin 08.04.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 318.2, 32.3 və 318.2-ci maddələri ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbacan Respublikası Apellyasiya Məhkəməsinin 11.05.2004-cü il tarixli qərarı ilə cəzası 06 aya endirilmiş, 24.06.2004-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Ağır Cinayətlərə dair İşlər izrə Azərbaycan Respublikası Məhkəməsinin 13 iyul 2010-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.2, 206.3.2, 234.4.1, 234.4.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 30.08.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş və cəzasını 11 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmişdir, cəzasının sonu 24.02.2022-ci il tarixə müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 11 saylı MTCM-nin rəisi Şahin Həsənova ünvanldığı 04.11.2220-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o 04,11.22020-ci il tarixdən səhhəti ilə əlaqədar Cəlilabad rayon xəstəxanasına getməsinə icazə verilməsini xahiş etmiş, həmin ərizənin üzərinə qoyulmuş dərkənardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 04.11.2020-ci il tarixdən müalicə olunmasına icazə verilmişdir. Beləliklə, cinayət işinin mateiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsindən dəfn mərasiminə getmək üçün deyil, Cəlilabad rayon mərkəzi xəstəxanasına getmək üçün icazə almışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 11 saylı MTCM-nin arayışından müəyyən olunur ki, məhkum Təqsirləndirilən şəxs cəzasının əvvəli 24.02.2010-cu il tarix olmaqla cəzasının sonu 24.02.2022-ci il tarixdir. Təqsirləndirilən şəxs 04.11.2020-ci il tarixdə ərizəsi əsasında müayinə və müalicə olunması məqsədilə Cəlilabad rayon Mərkəzi xəstxanasına buraxılmış, 12.11.2020-ci il tarixdə müəssisə əməkdaşları tərəfindən xəstəxanada yoxlanılan zaman məhkum Təqsirləndirilən şəxs orada olmadığı və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək saxlanıldığı müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs hal-hazırda baxdığı iş üzrə saxlanıldığı 05.11.2020ci il tarixdən cəza çəkdiyi iş üzrə cəzasının sonu 24.02.2022-ci il tarix olmaqla cəzasının çəkilməmiş hissəsi 01 (bir) il 03 (üç) ay 19 (on doqquz) gün təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs tanışı X4 istifadəsində olan "xxxx" markalı Az **- NF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən və salonundan külli miqdarda ümumi təmiz çəkisi 135,098 qram narkotik vasitə heroin, külli miqdarda, ümumi təmiz çəkisi 599,023 qram narkotik vasitə tiryək, külli miqdarda ümumi təmiz çəkisi 1170,0 qram qurudulmuş marixuana, dörd ədəd üzərində «Methadone 40» göstəricisi olan, təsir maddəsinin ümumi miqdarı 0,16 qram narkotik vasitə metadon, külli miqdarda ümumi təmiz çəkisi 856,815 qram psixotrop maddə metamfetamin, üzərində heroin izləri olan dörd ədəd elektron tərəzi və bir ədəd şüşə boru avtomobilin yük yerindəki idman çantasından, sarı rəngli sellofan torbadan və salonundakı şəffaf sellofandan aşkar edilməsi epizodu üzrə məheəmə baxışı zamanı ifadə verərkən yaşadığı kompleksin 24-cü binanın qarşısında dayanmış "xxxx" markalı avtomaşına baxış keçirilməsində iştirak etməməsini, həmin maşında guya aşkar olunmuş heroin, metamfetamin, metadon, marixuana, bir ədəd şüşə boru və 4 ədəd elektron tərəzinin ona məxsus olmamasını, polislərin maşına onun iştirakı olmadan baxış keçirilməsini, "xxxx" markalı avtomobilin sürücüsünün Cəlilabadlı olmasını, kim olmasını bilməməsini, həmin maşına minməməsini göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs verdiyi ifadələrə aşağıdakı əsaslara görə tənqidi yanaşır və bu ifadələrin həqiqətə uyğun olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə ifadə vermiş X9 göstərmişdir ki,Təqsirləndirilən şəxs doğulduğu və yaşadığı Cəlilabad rayon sakini kimi tanımış və onun cəza çəkdiyini bilirdi 05.11.2020-ci il tarixdə icarəyə götürdüyü "xxxx" markalı Az **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkər etdikdə Masazır qəsəbəsindən keçəndə təsadüfən yol kənarında əlində idman çantası və sellofan torba olan Təqsirləndirilən şəxs görmüşdür və maşını saxlamışdır. Qafarla görüşüb hara getdiyini soruşmuş, sonuncu onunla salamlaşaraq 20 Yanvar istiqamətində getdiyini bildirib onu ora aparmasını xahiş etmiş, o da həmyerli kimi buna etiraz etməmiş və Qafar əlində olan idman çantasını avtomobilin baqajını açıb qoymuş, sellofan torbanı isə maşının arxa oturacağına Qafarın özü qoymuş, bundan sonra 20 Yanvar istiqamətində getdiyi zaman Qafara zəng gəlmiş və o, telefonla danışdıqdan sonra ondan Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış binalarının yanına getməyi xahiş etmişdir. Həmin binaların həyətinə daxil olduqdan sonra Qafar maşından düşüb qayıdacağını, onu gözləməsini xahiş edərək maşından binaya tərəf 50 metr aralandıqda bir neçə mülki geyimli şəxslərin Qafara yaxınlaşıb onu saxladıqlarını görərək anlamışdır ki, bu şəxslər polis əməkdaşlarıdır. Bundan qorxaraq cəld avtomobildən düşüb qaçaraq oradan uzaqlaşmış, bundan sonra o, özü də törətdiyi başqa cinayət əməllərinə görə tutulmuş, qəti olaraq təsdiq edir ki, idman çantası və sellofan torbanı maşına məhz Təqsirləndirilən şəxs qoymuş, yalnız bu iş üzrə müstəntiqə ifadə verərkən sonuncudan bilmişdir ki, Qafarova məxsus və maşının yük yerinə qoyduğu idman çantası və Qafarovun özünün maşının arxa oturacağına qoyduğu sellofan sumkada heroin, tiryək, marixuana, metadon və metamfetamin olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və İbrahimov İlham Səfər oğlu ifadələrində Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş 93» yaşayış kompleksinin ərazisində "xxxx" markalı maşından enib 10-15 m aralandıqda onlar onu saxlayıb idarəyə getməyi təklif etmələrini göstərmişlər. İdarədə təhqiqatçı müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirdərək sonuncunun üzrindən 7 ədəd bükümlərdə heroinə bənzər maddələr aşkar edilmiş, Təqsirləndirilən şəxs həmçinin saxlanılmamışdan əvvəl tanışı və həmyerlisi Fürqan adlı şəxsin idarə etdiyi "xxxx" markalı avtomobillə yaşadığı əraziyə gəldiyini, maşından düşüb qaçdığını, həmin maşın yük yerində ona məxsus içərisində qanunsuz narkotik vasitələr olan idman çantasının, maşının salonunu arxa oturacağında isə yenə narkotik vasitələr olan və ona məxsus sellofane sumkanın qaldığını göstərmişdir. Təqsirləndirilən şəxs maşına baxışda iştrak etməməsi əməliyyat şəraiti ilə bağlı olmuş, belə ki, maşın Təqsirləndirilən şəxs yaşadığı ərazidə odlduğu üçün Təqsirləndirilən şəxs ora gətirilməsi müəyyən problemlər yarada bilərdi. Qeyd olunan polis əməkdaşları və "xxxx" markalı Az **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarf bağlı olduğu üçün maşının ehtiyat açarı olan maşının sahibi Şahid3 və maşını icarəyə verən Hollywood Cars» MMC-nin əməkdaşı Şahid4 maşının olduğu əraziyə dəvət olunmuş, maşının qapısı Şahid3 gətirdiyi pultla açılmış, həmçinin maşının yük yerinin kilidləri də həmin pultla açılmış və bu şəxslərin iştirakı ilə videoçəkiliş aparılmaqla avtomaşına, idman çantasına və sellofan torbaya baxış keçirilmişdir. Məhkəmədə ifadə vermiş Şahid3 və Şahid4 paolis əməkdaşları Şahid1 və İbrahim İbrahimovun ifadələrinə uyğun ifadələr vermişlər. Məhkəmədə tədqiq edilmiş “avtomobilə baxış keçirilməsi haqqında” 05.11.2020-ci il tarixli protokolun məzmunu da şahidlər Şahid1, Şahid2, Şahid4 və Aşirov Əlinin verdikləri ifadələrini tamamilə təsdiqləmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər izrə Azərbaycan Respublikası Məhkəməsinin 13 iyul 2010-cu il tarixli hökmü ilə təyin edilmiş 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası 24 fevral 2022-ci il tarixdə bitməli olduğu halda, o bu tarixədək yeni cinayət törətmişdir. Cinayət Məcəlləsinin 18.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi mövcuddur və CM-nın 65.2-ci maddəsinə əsasən residivə görə ona təyin oluna bilən cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə nəzərə alır ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun əvvəlki, 13 iyul 2010-cu il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 01 il 03 ay 19 gün hazırki cəzaya birləşdirilməklə Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi şahidlərin ifadələri, üzərinə və avtomob ilə baxış protokolları, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, təqsirləndirilən şəxsin məhkəmədə 05.11.2020-ci iltarixdə saxlanıldığı zaman üzərində 7 büküm heroin olması və avtomobildən aşkar edilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddələri və 4 ədəd elektron tərəzinin ona məxsus olmamasına dair ifadələrinə tənqidi yanaşır. Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi xüsusatlar şahid ifadələri ilə, baxış və götürmə protokolları ilə, ekspertiza rəyləri və iş üzrə toplanmış digər mötəbər sübutlarla tam təkzib olunur və özünümüdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs vəsatəti əsasında dindirilmiş oğlu – X5 ifadəsini məhkəmə həqiqətə uyğın olmayan ifadə kimi qiymətləndirir. Belə ki, Renat Baxşəliyev atası Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində cəza çəkdiyini bilməmiş, atası istintaq təcridxanasında saxlanıldığı dövürdə onunla əlaqə saxlayaraq məhkəməyə gəlib ifadə verməsini bildirmişdir. Həmçinin məhkəmədə ifadə verən şahidlər X9, Şahid1 və Şahid2 05.11.22020-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanıldığı zaman tək olduğunu göstərmişlər. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən narkotik vasitə olan heroinin aşağı həddi 0,15 qramdan artıq miqdarı şəxsi istehlak miqdarından artıq, 2 qramı külli miqdar, tiryəkin aşağı həddi 5 qramdan artıq miqdarı şəxsi istehlak miqdarından artıq, 50 qramı külli miqdar, qurudlmuş marixuananın aşağı həddi 50 qramdan artıq miqdarı şəxsi istehlak miqdarından artıq, 500 qramı külli miqdar, metadonun aşağı həddi 0.02 qramdan artıq miqdarı şəxsi istehlak miqdarından artıq, 1,6 qramı külli miqdar, psixotrop maddə metamfetaminin aşağı həddi 0,15 qramdan artıq miqdarı şəxsi istehlak miqdarından artıq, 2 qramı külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs satış məqsədi ilə əldə etdiyi narkotik vasitə olan heroinin ümumi təmiz şəkisi 144,941 qram, tiryəkin ümumi təmiz şəkisi 599,023 qram, qurudulmuş marixuananın ümumi təmiz şəkisi 1170,0 qram və psixotrop madəd metamfetaminin ümumi təmiz şəkisi 856,815 qram təşkil edir ki, bu növ narkotik vasitələrə və psixotrop maddəyə görə külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviriəsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tiryək alkolidlərini tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində cinayətin residivin olmasını onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs oğluna azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 05 noyabr 2020-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CMnin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş üç ədəd kağız paketdə qablaşdırılmış halda tədqiqatdan sonra çəkiləri 9,633 qram, 134,898 qram narkotik vasitə heroin, 598,723 qram narkotik vasitə tiryək, 856,515 qram psixotrop maddə metamfetamin, 3 ədəd metadon həbi, 1169,99 qram narkotik vasitə qurudulmuş marixuana, bir ədəd şüşə boru, dörd ədəd elektron tərəzi məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 131,46 (yüz otuz bir manat qırx altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün isə 360 AZN (üç yüz altmış manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər izrə Azərbaycan Respublikası Məhkəməsinin 13 iyul 2010-cu il tarixli hökmü ilə təyin olunmuş 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 03 ay 19 gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 noyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş üç ədəd kağız paketdə qablaşdırılmış halda tədqiqatdan sonra çəkiləri 9,633 qram, 134,898 qram narkotik vasitə heroin, 598,723 qram narkotik vasitə tiryək, 856,515 qram psixotrop maddə metamfetamin, 3 ədəd metadon həbi, 1169,99 qram narkotik vasitə qurudulmuş marixuana, bir ədəd şüşə boru, dörd ədəd elektron tərəzi məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 131,46 (yüz otuz bir manat qırx altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 360 AZN (üç yüz altmış manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar