Məhkəmə qərarları › İş №1(101)-1123/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1123/2022

21.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1123/2022 21.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «KREDO» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev keçəsi, ev 3-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və küllü miqdarda psixotrop maddə əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Əli” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Abşeron rayonu, Xırdalan şəhərində naməlum ünvanda yerləşdirdiyi 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 22,245 qram, 54,128 qram və 116,634 qram olmaqla ümumi təmiz çəkisi 193,007 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış eyni tərkibli külli miqdarda narkotik vasitə hesab olunan heroini 24 yanvar 2022-ci il tarixdə, saat 01:01-də həmin yerdən götürüb əldə etməklə üzərində saxlayaraq daşımış, bundan başqa o, təkrarən qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə qabaqcadan əlbir olduğu “Əli” adlı İran İslam Respublikası vətəndaşı ilə arasında əldə olunmuş cinayətkar niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada ünvan 2 ünvanında yerləşən 26 nömrəli poliklinikanın qarşısındakı parkda yerləşdirdiyi 01 ədəd bükümdə təmiz çəkisi 9,973 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamini 28 yanvar 2022-ci il tarixdə saat 20:57-də həmin yerdən götürüb əldə etməklə sonradan «Əli» adlı şəxsin tapşırığına əsasən onun deyəcəyi istintaqa məlum olmayan ayrı-ayrı şəxslərə satıb əldə olunmuş gəlirin bir hissəsini özünə götürmək şərti ilə açıq qəhvəyi karton paketə yerləşdirib saxlamaqla daşımış, 29 yanvar 2022-ci il tarixdə saat 02:15 dəqiqədə Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq RPİ-nin inzibati binasına gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki tünd yaşıl rəngli gödəkçəsinin altındakı açıq göy rəngli idman gödəkçəsinin sol qoltuqaltı hissəsindən qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlamaqla daşıdığı 01 ədəd açıq qəhvəyi rəngli karton paketin içərisində 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 22,245 qram, 54,128 qram və 116,634 qram olmaqla ümumi təmiz çəkisi 193,007 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış eyni tərkibli külli miqdarda narkotik vasitə hesab olunan heroin və 01 ədəd bükümdə təmiz çəkisi 9,973 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin, 4 ədəd açıq-qəhvəyi rəngli kağız paket, 18 ədəd polietilen paket və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2015-ci ildə bel nahiyyəsindən əməliyyat olunmuş, kəskin ağrıları olduğu üçün narkotik vasitələrdən istifadə edirdi. İnstaqramda Əli adlı İİR-sı vətəndaşının «satıram, məndə var» sözlərindən anlamışdır ki, bu şəxs narkotik vasitə təklif edir. Onunla yazışaraq narkotik vasitə istəmişdir. Əli ona bank kartın fotoşəklini göndərmiş, həmin karta pul köçürdükdən sonra narkotiki Bakı şəhərində və ətrafında qoyduğu yerin fotoşəklini göndərməklə narkotiki həmin yerdən götürməsini bildirmişdir. Bu minvalla Əlinin göndərdiyi narkotik vasitələri bir neçə dəfə qəbul edərək istifadə etmişdir. Əli narkotik vasitələri müxtəlif yerlərə qoyurdu, yol nişanını yanına, hansısa məhəllədəki zibil qablarının yanında yerləşdirirdi. Əli ilə bu minvalla narkotik vasitələrin alqı-satqısı 10 dəfədən çox olmuşdur. Sonuncu dəfə 24 yanvar 2022-ci il tarixdə saat 01:01-də Əli “Wats app” sürətli yazışma sosial şəbəkəsi vasitəsi ilə Əli ona təxmini xatırladığı 240-250 qram narkotik vasitə olan heroini göndərdiyini, heroinin Nizami rayonu 8ci km qəsəbəsində ağacın altında gizlətdiyini bildirmişdir. Bundan sonra verilən sifarişə uyğun olaraq narkotik vasitəni həmin yerdən götürüb yaşadığı mənzildə soyuducunun içinə qoymuşdur. Belə ki, həmin narkotikdən 20 qram ona pay çatmalı, qalanını isə o, Əlinin göstərişi əsasında sonuncunun bildirdiyi yerlərə «zakladka» etməli, yəni yerləşdirməli idi. 29 yanvar 2022-ci il tarixdə o, yaşadığı binanın blokunda olan zaman polis əməkdaşları tərəfindən saxlanılmış, sonuncular onun qolunu vurub zorla yaşadığı mənzilin qapısını açdırıb mənzilə daxil olmuşlar. Orada ona bildirmişlər ki, narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəlidir. Bundan sonra o özü könüllü olaraq qonaq otağında soyuducuda olan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Həmin torbanın içərisində 03 ədəd ayrıayrı bükümlərdə, ümumilikdə təxmini çəkisi 190-195 qram olan narkotik vasitə heroin, 01 ədəd bükümdə təxmini çəkisi 9-10 qram olan psixotrop maddə metamfetamin, bir ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilmişdir. O, polis idarəsinə aparılmamış, polis idarəsində onun üzərindən heç nə aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs başqa bir şəxsin –X4 barəsində keçirdikləri əməlyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, Kənan Dadaşovda narkotik vasitələr aşkar edilmiş, telefonunda isə Təqsirləndirilən şəxs nömrəsi müəyyən edilmiş və Kənan Dadaşov bildirmişdir ki, narkotikləri Təqsirləndirilən şəxs əldə etmişdir. Bu məlumata əsasən 29 yanvar 2022-ci il tarixdə saat 02:15 radələrində o, və Yasamal Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ünvan 4 ünvanının qarşısında Təqsirləndirilən şəxs müəyyən edərək onu Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinə aparıb təhqiqatçıya təqdim etmişlər. İdarədə təhqiqatçının xidməti otağında videoçəkiliş keçirməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış aparılmazdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində hər hansı qeyri-qanuni nə varsa təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən olan tünd yaşıl rəngli gödəkçənin içərisində açıq göy rəngli idman gödəkçəsinin sol qoltuq altı hissəsindən açıq qəhvəyi rəngli kartonu təqdim etmişdir. Bundan sonra açıq qəhvəyi rəngli karton torbanın içərisinə baxış keçirən zaman torbanın içərisindən 18 ədəd boş şəffaf selofan torba, 4 ədəd açıq qəhvəyi rəngli boş karton torba, 2 ədəd gümüşü rəngli elektron tərəzi, 4 ədəd şəffaf selofonın içərisində olan bükümlər aşkar olunmuşdur. Həmin bükümlərdən şəffaf selofanın içərisindəki ağ rəngli selofana bükülmüş 1 ədəd bükümün ağ rəngli kristal halında olan maddə və digər 3 selofanda isə şəffaf selofana bükülmüş kütlənin içərisində olan maddələrin qəhvəyi rəngli spesifik iyə məxsus olan kütlə olması aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bir ədəd şəffaf rəngli selofanın içərisində psixotrop maddə olan metamfetamin olduğunu, digər 3 ədəd şəffaf selofanın içərisində isə heroin olduğunu, həmin maddələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı Əli adlı şəxsdən satmaq məqsədilə götürdüyünü bildirmişdir. Həmçinin həmin kartonun içərisində 2 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilmişdir. Aşkar olunmuş bütün əşyalar qablaşdırılaraq zərfə qoyulmuş və zərf bütün iştirakçılar tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Həmçinin baxışa dair protokol da Təqsirləndirilən şəxs tərəfindən könüllü və sərbəst şəkildə imzalanmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğun deyil, onlar onun evində axtarış etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Bakı şəhər, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Yasamal RPİ-nin NMB-nin keçirdiyi əməliyyat zamanı X1, ondan narkotik vasitələr aşkar edilmiş, telefonunda isə Təqsirləndirilən şəxs nömrəsi müəyyən edilmiş və Kənan Dadaşov bildirmişdir ki, narkotikləri Təqsirləndirilən şəxs əldə etmişdir. Kənan Dadaşovun bu məlumatına əsasən 29 yanvar 2022-ci il tarixdə saat 02:15 radələrində o, və Yasamal Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili, Şahid1 ünvan 4 ünvanının qarşısında Təqsirləndirilən şəxs müəyyən edərək saxlamış və onu Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinə aparıb təhqiqatçıya təqdim etmişlər. İdarədə təhqiqatçının xidməti otağında videoçəkiliş keçirməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış aparılmazdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində hər hansı qeyri-qanuni nə varsa təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən olan tünd yaşıl rəngli gödəkçənin içərisində açıq göy rəngli idman gödəkçəsinin sol qoltuq altı hissəsindən açıq qəhvəyi rəngli kartonu təqdim etmişdir.Bundan sonra açıq qəhvəyi rəngli karton torbanın içərisinə baxış keçirən zaman torbanın içərisindən 18 ədəd boş şəffaf selofan torba, 4 ədəd açıq qəhvəyi rəngli boş karton torba, 2 ədəd gümüşü rəngli elektron tərəzi, 4 ədəd şəffaf selofonın içərisində olan bükümlər aşkar olunmuşdur. Həmin bükümləri təhqiqatçı açaraq şəffaf selofanın içərisindəki ağ rəngli kristal halında olan psixotrop maddə metamfetaminə oxşar, digər 3 selofanda isə heroinə bənzər qəhvəyi rəngli spesifik iyə məxsus olan kütlə aşkar olunmuşdur. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, bir ədəd şəffaf rəngli selofanın içərisində psixotrop maddə olan metamfetamin, digər 3 ədəd şəffaf selofanın içərisində isə heroin olduğunu, həmin maddələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı Əli adlı şəxsdən satmaq məqsədilə götürdüyünü bildirmişdir. Həmçinin həmin kartonun içərisində 2 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilmişdir. Aşkar olunmuş bütün əşyalar qablaşdırılaraq zərfə qoyulmuş və zərf bütün iştirakçılar tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Həmçinin baxışa dair protokol da Təqsirləndirilən şəxs tərəfindən könüllü və sərbəst şəkildə imzalanmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğun deyil, onlar onun evində axtarış etməmişlər, ona qarşı fiziki və psixi təzyiq göstərməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Yasamal RPİ-nin əməkdaşları tərəfindən saxlanıldığı 29 yanvar 2022ci il tarixdə həmin idarədə görüb tanımışdır. Belə ki, o da Həsən kimi narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar saxlanılmışdır. Hal-hazırda onun barəsində Bakı Ağır Cinayətlər məhkəməsində başqa tərkibdə cinayət işinə baxılır. Qeyd etmək istəyir ki, polis idarəsinə gətirilənədək Təqsirləndirilən şəxs tanımamış, onunla narkotik vasitələrin alqı-satqısı olmamış, həmçinin telefon əlaqələri də olmamışdır. Şahid X4 verdiyi ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs Kənan Dadaşovun ifadəsini təsdiq etmiş, Kənana narkotik vasitə satmadığını, onunla heç bir telefon əlaqəsi olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, Həsənov X6 rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat Yasamal RPİ-nin NMB-nə daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış əməliyyat tədbirinin keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, X4 Bakı şəhəri Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olması barədə daxil olmuş məlumatın yoxlanılması tədbirinin həyata keçirilməsi məqsədi ilə 29 yanvar 2022-ci il tarixdə saat 02:00 radələrindən saat 02:15 radələrədək Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsindən Şahbazi küçəsinə kimi Təqsirləndirilən şəxs ətrafında güdmə və soraqlaşma həyata keçirilmiş və nəticədə Təqsirləndirilən şəxs saxlanılaraq Bakı şəhər Yasamal RPİ-nə gətirilmişdir. Bununla da məhkəmə baxışı zamanı ifadələr vermiş polis əməkdaşları Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs barəsində məlumatı ondan əvvəl saxladıqları Kənan Dadaşovdan əldə etmələri barədə ifadələri təsdiqini tapmış və məhkəmə bu ifadələri həqiqi ifadələr kimi qəbul edir, eyni zamanda Təqsirləndirilən şəxs və digər iş üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqdar təqsirləndirilən şəxs olan hazırki iş üzrə şahid olan Kənan Dadaşovun ifadələrini, onların bir-birini tanımamaları hissəsində hiqiqətə uyğun olmayan hesab edir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən üzərində olan tünd yaşıl rəngli gödəkçənin içərisində açıq göy rəngli idman gödəkçəsinin sol qoltuq altı hissəsindən açıq qəhvəyi rəngli karton paketin içərisində 03 ədəd bükümdə, qəhvəyi rəngli heroinə bənzər narkotik vasitə, bir ədəd bükümdə ağ rəngli kristallik hissəciklərdən ibarət olan psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuş və açıq qəhvəyi rəngli karton torbanın içərisinə baxış keçirən zaman torbanın içərisindən 18 ədəd boş şəffaf selofan torba, 4 ədəd açıq qəhvəyi rəngli boş karton torba, 2 ədəd gümüşü rəngli həssas elektron tərəzi bükümlər aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri sosial şəbəkədə tanış olduğu İİR-sı vətəndaşı “Əli” adlı şəxsdən satmaq məqsədilə götürdüyünü bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri yasamal rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 29 yanvpar 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «CD diskə baxış keçirilməsi haqqında” 29 yanvar 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı üzərində olan tünd yaşıl rəngli gödəkçənin içərisində açıq göy rəngli idman gödəkçəsinin sol qoltuq altı hissəsindən açıq qəhvəyi rəngli kartonu təqdim etdi. Bundan sonra açıq qəhvəyi rəngli karton torbanın içərisinə baxış keçirən zaman torbanın içərisindən 18 ədəd boş şəffaf selofan torba, 4 ədəd açıq qəhvəyi rəngli boş karton torba, 2 ədəd gümüşü rəngli həssas elektron tərəzi,4 ədəd şəffaf selofonın içərisində olan bükümlər aşkar olundu. Həmin bükümlərdən şəffaf selofanın içərisindəki ağ rəngli selofana bükülmüş 1 ədəd bükümün ağ rəngli kristal halında olan maddə və digər 3 selofanda isə şəffaf selofana bükülmüş kütlənin içərisində olan maddələrin qəhvəyi rəngli spesifik iyə məxsus olan kütlə olması aşkar olundu. Təqsirləndirilən şəxs bir ədəd şəffaf rəngli selofanın içərisində ağ rəngli selofana bükülü açıq rəngli maddənin nə olduğunu soruşduqda həmin maddənin psixotrop maddə olan metamfetamen olduğunu və digər 3 ədəd şəffaf selofanın içərisində olan şəffaf selofana bükülmüş kütlələrin isə narkotik maddə olan heroin olduğunu bildirdi.Təqsirləndirilən şəxs həmin maddələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı Əli adlı şəxsdən satmaq məqsədilə götürdüyünü bildirdi. Məhkəmədə elan edilib araşdırılmış «mobil telefona baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd «Xiaomi Redmi 9C» markalı mobil telefon aparatında olan “Whatsapp” tətbiqetməsinə baxış aşağıdakı ismarıclar müəyyən edilmişdir: -24 yanvar 2022-ci il tarixdə saat 00:27-də və 00:32-də «Əli» adlı şəxsin istifadəsində olmuş +**********82 mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********055 mobil nömrəsinə ödəmə çekinin fotşəkilin göndərməsi, saat 00:35 və 00:43də Təqsirləndirilən şəxs «Əli» adlı şəxsə səsli ismarıc göndərməsi, saat 00:45-də «Əli» adlı şəxsin Təqsirləndirilən şəxs «qara salafandadı səsli ismarıc göndərməsi, saat 01:01-də Təqsirləndirilən şəxs «Əli» adlı şəxsə «götürdüm qaqaş məndədi» səsli ismarıc göndərməsi, saat 01:01-də «Əli» adlı şəxsin Təqsirləndirilən şəxs «oldu qardaş oldu» və «nə qədər çəkər evə çatmağın mənə deyərsən yenə zakaz var, ona deyim ki, o vaxtdan sonra orda olsun» səsli ismarıc göndərməsi,saat 01:02–də Təqsirləndirilən şəxs «Yasamala 15 dəqiqəyə çataram» səsli ismarıc göndərməsi, saat 01:03-də «qaqa burda ne qederdir» məzmunlu ismarıc, saat 01:04-də «Əli» adlı şəxsin «150 kola 30 pati» məzmunlu ismarıc,»yaxşı mən də ona deyirəm 40 dəqiqəyə orda olsun» səsli ismarıc, saat 01:04-də Təqsirləndirilən şəxs enla işarəsi göstərməsi, saat 01:09-da «Əli»adlı şəxsin «5 kola 2 pati» məzmunlu ismarıc, «həsən qadanını alım səni çatdın evə, bir bu zakaz var onu qoyaq, haqqısabdır onu sabah gündüz edərik» səsi ismarıc,saatğ 01:41-də Təqsirləndirilən şəxs «Əli» adlı şəxsə «he qanqaş çatdım evə ele onu deyəcəkdim, istəyirsən vide edim bunun video ilə zəng edib dinine bax, mən heç açimıram, sabah bir yerdə çarıq» səsli ismarıc, saat 01:41 də «Əli» adlı şəxsin «digər şəxsin mən inşatçılardayanm qaqa» səsli imarıcı, saat 01:41-də «Təqsirləndirilən şəxs «ale qezenferdi, atıram qaqa atıram» səsli ismarıcı,. Saat 01:42-də «Əli»adlı şəxsin uşaq şəkili ilə gülüş fotoşəkil,saat 01:57-də Təqsirləndirilən şəxs 4 ədəd ünvanların görüntüsünü əks etdirən fotoşəkillər,saat 12:57-də «Əli» adlı şəxsin «salam Həsən necəsən qardaış salamatçılıqdı» səsli ismarıcı, saat 12:59-da Təqsirləndirilən şəxs «salam qara səndə nəvəar nə yox, salamatçılıqdır» səsli ismarıc göndərilmişdir. Bundan başqa baxış zamanı +**********82 mobil nömrəsi ilə +**********055 mobil nömrəsi arasında narkotik vasitələrin satışına dair müxtəlif ünvanların fotoşəkillərinin, ünvanların,səsli və yazılı ismarıcların gördərilməsi müəyyən edildi. Həmçinin 28 yanvar 2022-ci il tarixdə olan yazışmalara baxış zamanı saat 01:29-da «Əli» adlı şəxsin istifadəsində olmuş +**********82 mobil nömrəsindən Həsən Həsnovun istifadəsində olmuş +**********055 mobil nömrəsinə ödəmə çekinin fotşəkili, saat 01:29-da «Həsən qadan alım bu 180 manat çatıb» səsli ismarıc, saat 01:30-da Təqsirləndirilən şəxs «gözdə baxım qaqa» səsli ismarıcı, saat 01:43-də «qaqa bu dəqiqə gəldi bax» səsli ismarıcı, saat 01:44-də «Əli» adlı şəxsin özüş göndərən qız fotoşəkili göndərməsi, saat01:44-də Təqsirləndirilən şəxs «qaqa qulluğundayam zakaz zad olsa qoyaram» səsli ismarıcı, saat 11:31-də «Əli»adlı şəxsin «Həsən Həsən qadan alım sənin bir dənə 120 manat vurulub çek verməyib apparat gör çatıbsa» səsli ismarıc, yeni vaxda «çatıbsa dedənən zakazı deyim bağlayaq qarad» səsli ismarıc, saat 13:17-də Həsənə Həsənovun «he qardaş 120 manat vurub bir dənə» səsli ismarıc, saat 13:23-də «Əli» adlı şəxsin «he qardaş çatıbsa deyrəm 40 dəqiqəyə İnşattçılarda olsun» səsli ismarıc, saat 13:23-də «7 kola 1 pati» məzmunlu ismarıc, Bundan başqa baxış zamanı 29 yanvar 2022-ci il saat 01:20 dəqiqəyədək ++**********82 mobil nömrəsi ilə +**********055 mobil nömrəsi arasında narkotik vasitələrin satışına dair müxtəlif ünvanların fotoşəkillərinin, ünvanların, səsli və yazılı ismarıcların, bank ödəniş çeklərinin gördərilməsi müəyyən edildi. Digər nömrələr arasında müxtəlif məzmunlu ismarıclar olsada istintaq üçün əhəmiyyətli ola biləcək başqa ismarıclar müəyyən edilməmişdir. Bundan sonra mobil telefonun fotoşəkillər olan bölməsinə baxş keçirilən zaman fotoşəkil bölməsində müxtəlif ünvanların fotoşəkilləri müəyyən olundu. Bundan başqa “Whatsapp” tətbiqetməsində xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs adına olan «Kapital Bank»-a məxsus 4169 7385 2879 4385 saylı bank kartından Əli» adlı şəxsin göndərdiyi Murad adlı şəxsə məxsus «Kapital Bank»-a adlı 4169 7385 0280 7500 saylı karta vul vurması, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs «Kapital Bank»-a məxsus bank kartından Əli» adlı şəxsin göndərdiyi 4169 7367 3932 3043 saylı «Kaital Bank»-a məsus bank kartına 250 manat pul vurması, xx.xx.2022-ci il tarixdə saat 01:06-da Təqsirləndirilən şəxs adına olan «Kapital Bank»-a məxsus bank kartından «Əli» adlı şəxsin göndərdiyi «Kapital Bank»-a məxsus 4169 7385 6764 8062 saylı bank kartına 645 manat pul vurması, xx.xx.2022-ci il tarixdə saat 23:50-də Təqsirləndirilən şəxs adına olan «Kapital Bank»-a məxsus bank kartından «Əli» adlı şəxsin göndərdiyi «Unibank»-a məxsus 5243 7544 1817 9287 saylı bank kartına 500 manat vurması,xx.xx.2022-ci il tarixdə saat 21:28də Təqsirləndirilən şəxs adına olan «Kapital Bank»-a məxsus bank kartından «Əli» adlı şəxsin göndərdiyi «Kaptal Bank»-a məxsus 4169 7413 7478 3942 5243 saylı bank kartına 600 manat vurması,xx.xx.2022-ci il tarixdə saat 00:31-də Təqsirləndirilən şəxs adına olan «Kapital Bank»-a məxsus bank kartından «Əli» adlı şəxsin göndərdiyi «Kapital Bank»-a məxsus Eyvara Yaqubovanın adına olan 4169 7413 7478 3942 saylı bank kartına 800 manat vurması,xx.xx.2022-ci il tarixdə saat 00:370-də Təqsirləndirilən şəxs adına olan «Kapital Bank»-a məxsus bank kartından «Əli» adlı şəxsin göndərdiyi «Yelobank»-a məxsus 4098 0944 2035 6279 saylı bank kartına 725 manat vurması,xx.xx.2022-ci il tarixdə saat 01:07-də Təqsirləndirilən şəxs adına olan «Kapital Bank»-a məxsus bank kartından «Əli» adlı şəxsin göndərdiyi Pərviz Əkbərova məxsus «Kapital Bank»-a məxsus 4169 7385 1649 9963 saylı bank kartına 300 manat vurması,2101.2022-ci il tarixdə saat 23:50-də Təqsirləndirilən şəxs adına olan «Azərtürkbank»-a məxsus bank kartından «Əli» adlı şəxsə 465 manat vurması, xx.xx.2022-ci il tarixdə saat 18:13-də Təqsirləndirilən şəxs adına olan «Kapital Bank»-a məxsus bank kartından «Əli» adlı şəxsin göndərdiyi Muxtar Həsənova məxsus «Kapital Bank»-a məxsus 4169 7413 8656 8933 saylı bank kartına 300 manat vurması, xx.xx.2022-ci il tarixdə saat 00:47-də Təqsirləndirilən şəxs adına olan «Kapital Bank»-a məxsus bank kartından «Əli» adlı şəxsin göndərdiyi Pərviz Əkbərova məxsus «Kapital Bank»-a aid 4169 7385 1649 9963 saylı bank kartına 600 manat vurması,xx.xx.2022-ci il tarixdə saat 19:15-də Təqsirləndirilən şəxs adına olan «Kapital Bank»-a məxsus bank kartından «Əli» adlı şəxsin göndərdiyi Pərviz Əkbərova məxsus «Kapital Bank»-a aid 4169 7385 1649 9963 saylı bank kartına 326 manat vurması,xx.xx.2022-ci il tarixdə saat 19:15-də Təqsirləndirilən şəxs adına olan «Kapital Bank»-a məxsus bank kartından «Əli» adlı şəxsin göndərdiyi Pərviz Əkbərova məxsus «Kapital Bank»-a aid 4169 7385 1649 9963 saylı bank kartına 326 manat vurması, xx.xx.2022-ci il tarixdə saat 01:36-da Təqsirləndirilən şəxs adına olan «Kapital Bank»-a məxsus bank kartından «Əli» adlı şəxsin göndərdiyi Pərviz Əkbərova məxsus «Kapital Bank»-a aid 4169 7385 1649 9963 saylı bank kartına 510 manat vurması, xx.xx.2022-ci il tarixdə saat 22:31-da Təqsirləndirilən şəxs adına olan «Azərturkbank»-a məxsus bank kartından «Əli» adlı şəxsin göndərdiyi Fatma Yaqubovaya məxsus «Kapital Bank»-a aid 4169 7413 6970 8217 saylı bank kartına 870 manat vurması,xx.xx.2022-ci il tarixdə saat 22:36-da Təqsirləndirilən şəxs adına olan «Azərturkbank»-a məxsus bank kartından «Əli» adlı şəxsin göndərdiyi Fatma Yaqubovaya məxsus «Kapital Bank»-a aid 4169 7413 6970 8217 saylı bank kartına 870 manat vurması,xx.xx.2022-ci il tarixdə saat 00:49-da Təqsirləndirilən şəxs adına olan «Azərturkbank»-a məxsus bank kartından «Əli» adlı şəxsin göndərdiyi Fatma Yaqubovaya məxsus «Kapital Bank»-a aid 4169 7413 6970 8217 saylı bank kartına 350 manat vurması, xx.xx.2022-ci il tarixdə saat 19:43-da Təqsirləndirilən şəxs adına olan «Kapital Bank»-a məxsus bank kartından «Əli» adlı şəxsin göndərdiyi Pərviz Əkbərova məxsus «Kapital Bank»-a aid 4169 7385 1649 9963 saylı bank kartına 600 manat vurması, xx.xx.2022-ci il tarixdə saat 19:19-da Təqsirləndirilən şəxs adına olan «Azərturkbank»-a məxsus bank kartından «Əli» adlı şəxsin göndərdiyi Səfalı Məmmədova məxsus «Kapital Bank»-a aid 4169 7413 9376 1836 saylı bank kartına 510 manat vurması,xx.xx.2022-ci il tarixdə saat 18:46-da Təqsirləndirilən şəxs adına olan «Azərturkbank»-a məxsus bank kartından «Əli» adlı şəxsin göndərdiyi Səfalı Məmmədova məxsus «Kapital Bank»-a aid 4169 7413 9376 1836 saylı bank kartına 560 manat vurması,xx.xx.2022-ci il tarixdə saat 14:47-də Təqsirləndirilən şəxs adına olan «Azərturkbank»-a məxsus bank kartından «Əli» adlı şəxsin göndərdiyi Şəhriyar Əliyevə məxsus «Kapital Bank»-a aid 4169 7385 6884 4413 saylı bank kartına 380 manat vurması,xx.xx.2022-ci il tarixdə saat 22:10-da Təqsirləndirilən şəxs adına olan «Azərturkbank»-a məxsus bank kartından «Əli» adlı şəxsin göndərdiyi «Yelobank»-a aid 5310 1810 5002 5651 saylı bank kartına 550 manat vurmasına dair “Whatsapp” yazışması müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 29 yanvar 2022-ci il tarixli, 6/579 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs aşkar olunan…» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 9,973 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 22,245 qram, 54,128 qram, 116,634 qram, ümumi təmiz çəkisi 193,007 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixorop maddələri”-in siyahısına (siyahı İİ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2022-ci il tarixli, 6/671 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində «cinayət işi 220090047».. qeydləri olan kağız bərkidilmiş bir ədəd polietilen torbadakı iki ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmalığından bu barədə qoyulmuş sual cavablandırılmadı. 4 ədəd açıqqəhvəyi rəngli kağız paket və 18 ədəd polietilen paketlərdə narkotik vasitə psixotrop maddələrə məxsus izlər aşkar edilmədi. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 314 saylı rəyindən müəıyyən olunur ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı bir Psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman hər hansı (ruhi) psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövündə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə eyhtiyac yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 08 fevral 2022ci il tarixli, 591 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 mart 2022-ci il tarixli, 5/223 saylı rəyindən müəyyən olunur ki, ekspertə təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 10” əməliyyat sistemi ilə təhcizolunmuş “Xiaomi Redmi 9C” markalı “M2006C3MG” modelli “**********65051,**********65069” “ımeı” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. -Tədqiq olunan “Xiaomi Redmi 9C” markalı “M2006C3MG” modelli mobil smartfonun yaddaşında mövcud olan (kontaklar, zənglər, “SMS” mesajlar, foto, video, audio fayllar,“WhatsApp” təminatı vasitəsilə aparılmış foto, audio, video fayllar və sairə) məlumatlar müəyyən olundu. Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Xiaomi Redmi 9C” markalı “M2006C3MG” modelli mobil smartfonun yaddaşından hərhansı bir məlumatın (kontakt, zəng, “SMS” mesaj, foto, audio, video fayllar, “WhatsApp”proqram təminatı, sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadiləsi və sairə) pozulubpozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Təqdim edilmiş “Xiaomi Redmi 9C” markalı “M2006C3MG” modelli mobil smartfonun yaddaşına quraşdırılmış “WhatsApp” proqram təminatı vasitəsi ilə aparılmiş məlumat (çat seansı, çıxan, qəbul olunmuş, buraxılmış səsli və video zənglər, eləcə də “+98 905 418 0882” abonent nömrəsi (“El” adı ilə qeyd edilmiş) ilə aparılmışçat seansı) mübadilələri və “İnstagram” sosial şəbəkəsinə aid “h.hasanov088” adlı istifadəçi profilinin “Direct” bölməsində məlumat (çat seansı, foto fayllar) mübadiləsi müəyyən olundu, lakin rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə qeyd olunan məlumat mübadilələrini köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kompüter-texniki ekspertizasının təqdim etdiyi DVD-R diskə baxış keçirilmiş və baxış zamanı diskdə 01 ədəd 2022-02-25.18- 44-43 və 01 ədəd UFED Xiomi M206C3MG-DS adlı fayl, UFED Xiomi M206C3MG-DS adlı falda “M2006C3MG” modelli mobil smartfonun yaddaşında mövcud olan kontaklar, zənglər, “SMS” mesajlar, foto, video, audio fayllar, “WhatsApp” təminatı vasitəsilə aparılmış foto, audio, video fayllar və sairə, həmçinin WhatsApp proqram təminatı vasitəsi ilə aparılmiş məlumat çat seansı, çıxan, qəbul olunmuş, buraxılmış səsli və video zənglər, eləcə də“+98 905 418 0882” abonent nömrəsi (“El” adı ilə qeyd edilmiş) ilə aparılmış çatseansı) mübadilələri və “İnstagram” sosial şəbəkəsinə aid “h.hasanov088” adlı istifadəçi profilinin “Direct” bölməsində məlumat çat seansı, foto fayllar mübadiləsi müəyyən olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq qalmış 9,923 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 192,917 qram kustar üsulla hazırlanmış narkotikvasitə heroin, iki ədəd elektron tərəzi, 4 ədəd açıq-qəhvəyi rəngli kağız paket və 18 ədəd polietilen paketlər Bakı şəhəri Yasamal RPİ-in maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş 01 ədəd «Xiaomi Redmi 9C» markalı mobil telefon aparatı ayrılmış ********* saylı cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən həmin işdə saxlanılmış, “Azercell» “Bakcell» və "xxxx" MMC-dən götürülmüş DVD və CD disklər cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o əvvəllər məhkum edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış dorğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadələrində «Əli» adlı şəxsdən 193,007 qram heroin və 9,973 qram metamfetamin əldə etməsini, bu narkotik və psixotrop maddələrdən ona şəxsi istifadəsi üçün 20 qram heroin çatmasını göstərmiş, həmçinin Təqsirləndirilən şəxs digər – Kənan Dadaşovun barəsində keçirilmiş tədbir zamanı məlumat əldə edildiyini, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması cinayət işi üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq protokolları və cinayət işində olan digər materiallar tam sübuta yetirmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanuna əsasən heroin növü narkotik maddə 0,15 qramdan şəxsi istehlak miqlarından artıq, 2 qramdan isə külli miqdar hesab edilir. Psixotrop maddə metamfetamin 0,15 qramdan şəxsi istehlak miqlarından artıq, 2 qramdan isə külli miqdardır.Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə hesab olunan heroin çəkisi 193,007 qram və psixotrop maddə metamfetaminin çəksi 9,973 qramdır, yəni hər ikisinin siyahıda göstərilən külli miqdar çəkisindən dəfələrlə çoxdur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asıllıq sindromu-narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 29 yanvar 2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 9,923 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, tədqiqatdan sonra qalıq çəkisi 192,917 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, iki ədəd elektron tərəzi, 4 ədəd açıq-qəhvəyi rəngli kağız paket və 18 ədəd polietilen paketlər məhv edilməli, “Azercell» “Bakcell» və "xxxx" MMC-dən götürülmüş DVD və CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş 01 ədəd «Xiaomi Redmi 9C» markalı mobil telefon aparatı ayrılmış ********* saylı cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən həmin işdə saxlanılması nəzərə alınmalıdır. Narkotik vasitələr və psixotrop maddənin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 241 (iki yüz qırx bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «KREDO» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 240 AZN (iki üz qırx manat) pul «KREDO» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 9,923 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, tədqiqatdan sonra qalıq çəkisi 192,917 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, iki ədəd elektron tərəzi, 4 ədəd açıq-qəhvəyi rəngli kağız paket və 18 ədəd polietilen paketlər məhv edilsin, “Azercell» “Bakcell» və "xxxx" MMC-dən götürülmüş DVD və CD disklər cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitə və psixotrop maddənin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş 01 ədəd «Xiaomi Redmi 9C» markalı mobil telefon aparatı ayrılmış ********* saylı cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən həmin işdə saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 241 (iki yüz qırx bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul «KREDO» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar