Məhkəmə qərarları › İş №1(101)-1123/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1123/2024

30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1123/2024 30.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1989-cu ildə Bakı şəhərind anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətdiyinə görə məhkum olunmasına baxmayaraq, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış, daşımış və göndərmişdir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qərarına əsasən “8 Noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə həmin cəzasının çəkilməmiş hissəsinin 06 ay azaldılmasına və 25 yanvar 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr olan qurudulmuş marixuananı və heroini əldə etmə, saxlama, daşıma və göndərmə barədə şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olan şəxslə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarındakı cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olan şəxs və qeyriləri vasitəsi ilə istintaqa məlum olmayan tarixdə, vaxtda və şəraitdə qanunsuz olaraq satış məqsədi ilə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda ümumilikdə 10190,0 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı, kustar üsulla hazırlanmış külli miqdarda ümumilikdə 5247,3 qram təmiz çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq həmin narkotik vasitələri özünün kirayədə yaşadığı ünvan 2 ünvanında gizlətməklə saxlamış, Təqsirləndirilən şəxs qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 18 iyun 2023-cü il tarixdə saat 21:42də Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 6/4 ünvanın qarşısında saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 2 ünvanına 18 iyun 2023-cü il tarixdə saat 21:44-dən etibarən onun özünün razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı qeyd edilən narkotik vasitələrdən külli miqdarda ümumilikdə 10190,0 qram təmiz çəkidə qurudulmuş marixuana ayrı-ayrılıqda təmiz çəkiləri 5135,0 qram və 5055,0 qram olmaqla 02 ədəd qara rəngli sellofan bağlamalar halında, külli miqdarda ümumilikdə 5247,3 qram təmiz çəkidə heroin isə ayrı-ayrılıqda təmiz çəkiləri 1038,1 qram, 1021,9 qram, 1020,6 qram, 1096,0 qram və 1070,7 qram olmaqla 05 ədəd şəffaf sellofan bağlamalar halında qeyd edilən mənzildə girişdən sol tərəfdə yerləşən otaqdakı stolun altında olan 01 ədəd narıncı rəngli sintetik kisənin içərisindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan nəşədən istifadə edir. Həmin nəşəni sosial şəbəkələrdə tanış olduğu «Baba» adı olan bir iranlı ilə razılaşaraq ona 100 qram nəşə, yəni marixuana üçün 1000 manat pul göndərməyi razılaşaraq ona ilkin olaraq kart vasitəsilə 300 manat göndərmiş, 700 manat pulu isə malı götürdükdən sonra göndərəcəyi barədə razılaşmışlar. İranlının onun telefonuna göndərdiyi konum vasitəsi ilə Babək prospektindən NZS qəsəbəsinə dönən yerdə borunun altından bir sellofan torbanı götürüb idarə etdiyi maşina qoymuşdur. Həmin nəşənin bir hissəsini istifadə etmiş, nəşənin keyfiyyətsiz olduğunu görüb iranlıya bu barədə məlumat verərək pulun qalan hissəsini göndərməkdən imtina etmişdir. Bundan sonra iranlı dəfələrlə onun telefonuna müxtəlif nömrələrlə zəng edərək onunla mübahisə etmiş, onu söymüş, o da öz növbəsində iranlını söymüşdür. Narkotiki əldə etdiyi günün səhərisi, 18 iyun 2023-cü il tarixdə kənd təsərrüfatı məhsullarını əldə etmək üçün Beyləqan rayonunda olmuş, məhsulları əldə etdikdən sonra Bakı şəhərinə qayıtmış, günorta radələrində Ələt qəsəbəsində yolun kənarında olan kafedə çörək yemiş və orada onu Bakı şəhərində saxlayan polis əməkdaşlarından 2-ni görmüşdür. Lakin o zaman onları tanımadığı üçün onlara fikir verməmişdir. Bakıya qayıtdıqda Xətai RPİ- nin 34-cü PB-nin inzibati binasının yanında kirayə götürdüyü evə məhsulları evdə olan 2 ədəd soyuducuya boşaldan zaman onu polis əməkdaşları saxlamışlar. Hətta bölmənin rəisi özü də gəlmişdir. Polislər 7-8 nəfər olmaqla onu mənzilin girəcəyi qarşısında saxlamış və onu döymüşlər. Hətta bunu bina sakinləri də görmüşlər.Bundan sonra polislər öz maşınlarında olan bağlamaları onun evinə gətirib çəkiliş etməklə həmin bağlamalarda olan 10 kq-a yaxın nəşə və 5 kq-dan artıq olan heroin bağlamalarını çıxararaq onun evindən aşkar edilmiş əşyalar kimi sənədləşdirmişlər. Həmin vaxt evində olan 100 qram marixuanya polislər əhəmiyyət verməmiş, onu sənədləşdirməmişlər. Hətta bölmə rəisi ona demişdir ki, «sən qudurmusan, camaata pul atırsan ». Onu bölmədə başı keçəl olan əməliyyatçı döymüş, boynuna-başına xəsarətlər yetirib, qolunu sındırmışlar. Onu MSY-nə yerləşdirmişlər, orada o, çarpayının üzərində olan bolt və şrupları açaraq udmuşdur. İT-da tibbi müayinədən keçirilən zaman polislərin ona xəsarət yetirdiyi zədələr və boltla şrup aşkar edilərək kitabçaya qeyd edilmişdir. Bildirmək istəyir ki, o, 2019-cu ildən nəşə və psixotrop maddə istifadə etmiş, idmançı olmuş, boksçudur.O, qanunsuz əşya satmamış, yalnız istifadə etmişdir. Ona digər narkotik istifadəçiləri zəng edirdi, bununla bağlı onlarla telefon əlaqəsi olmuşdur. Onun maşınında qanunsuz əşyalar aşkar edilməmiş və maşını qardaşına qaytarılmışdır. Bildirmək istəyir ki, onda yalnız 300 manat karta köçürməklə əldə etdiyi 100 qramdan az qurudulmuş marixuana olmuşdur, qalan qanunsuz əşyalar onun evinə polis əməkdaşları tərəfindən yerləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, 18 iyun 2023-cü il tarixdə ona məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin külli miqdarda qanunsuz dövriyyəsi ilə məşğuldur. Həmin məlumatla əlaqədar rəhbərliyə məlumat verilmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul edilmiş, ondan və həmkarları Şahid2la Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat tədbiri keçirilmişdir. Həmin gün saat 22 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 6/4 ünvanın qarşısında gözləmə mövqeyi seçərək sonuncu həmin ünvana yaxınlaşdığı zaman ona yaxınlaşaraq xidməti vəsiqələri ona göstərməklə özlərini təqdim etmiş, onunla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla onu tanış etməklə bildirmişlər ki, onun narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı ilə əlaqədar üzərində və yaxud yaşayış yerində bu kimi qanunsuz maddələr saxlayırsa məlumat verməsini bildirmişlər. Təqsirləndirilən şəxs da bildirmişdir ki, üzərində heç bir qanunsuz maddə yoxdur, lakin kirayə yaşadığı ünvan 2 ünvanında narkotik vasitə qurudulmuş marixuana və heroin vardır. Təqsirləndirilən şəxs yaşadığı mənzilə dərhal baxış keçirilməsi zərurəti yarandığı üçün Baş İdarənin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Babək Haqverdiyev həmin ünvana çağrılmış, təhqiqatçı tərəfindən müdafiəçi dəvət olunmuş, Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi zərurəti barədə bildirilmiş, sonuncu mənzilə baxış keçirilməsinə heç bir etiraz etməmiş və razı olması barədə yazılı ərizə də təqdim etmişdir. Bundan sonra təhqiqatçının, müdafiəçinin, əməliyyat qrupunun üzvləri və Təqsirləndirilən şəxs özünün iştirakı ilə həmin mənzilə baxış keçirməyə başlamışlar. Belə ki, Təqsirləndirilən şəxs özü həmin ünvanda kirayə qaldığı mənzili, yəni blokun birinci mərtəbəsində sağ tərəfdə yerləşən qapını göstərmişdir. Təqsirləndirilən şəxs razılığı və öz iştirakı ilə həmin mənzilə videoçəkilişlə baxış keçirməyə başlamışlar, birlikdə mənzilə daxil olmuşlar. Mənzilin qapısını öz açarı ilə Təqsirləndirilən şəxs açmışdır. Baş təhqiqatçısı Babək Haqverdiyevin təklifinə əsasən Təqsirləndirilən şəxs mənzildəki otaqda stolun altından bir ədəd narıncı rəngli sintetik kisəni çıxarıb təqdim etmişdir. Həmin kisə təhqiqatçı tərəfindən açıldıqda onun içərisindən yapışqan lentlə bağlanmış iki ədəd qara rəngli sellofan bağlamalar və beş ədəd şəffaf sellofan bağlamalar aşkar olunmuşdur. Həmin bağlamalar açılıb baxıldıqda iki ədəd qara sellofan bağlamaların hər birinin içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi, beş ədəd şəffaf sellofan bağlamaların hər biri açıldıqda isə içərisində narkotik vasitə heroinə bənzər maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs özü həmin maddələrin qurudulmuş marixuana və heroin olduğunu təsdiq edərək bildirmişdir ki, həmin narkotik vasitələri internet vasitəsi ilə sosial şəbəkədə tanış olduğu adını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşından əldə etmiş, iranlının təklifinə əsasən Salyan rayonuna gedərək sonuncunun onun telefonuna atdığı konum vasitəsi ilə bu maddələri şosse yolun kənarından aşkar edərək götürmüş və kirayə yaşadığı mənzilə sonradan həmin İran vətəndaşının ona deyəcəyi müxtəlif ünvanlara aparıb qoymaq məqsədilə gətirmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, bu işi yerinə yetirmək qarşılığında İranlı ona 2000-3000 manat pul qazancı vəd etmişdir. Sonra həmin bağlamalar elə aşkar olunduğu qaydada da həmin kisəyə yığılaraq təhqiqatçı tərəfindən qablaşdırılmaqla götürülmüşdür. Baş təhqiqatçısı Babək Haqverdiyevin təklifinə əsasən Təqsirləndirilən şəxs özünün üzərində olan əşyaları da baxışa təqdim etmiş, onun üzərindən aşkar olunmuş bir ədəd “Samsung” markalı mobil telefon aparatı və şəxsiyyət vəsiqəsi iş üçün əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınaraq götürülmüş, Təqsirləndirilən şəxs təqdim etdiyi həmin mənzilin açarı və cəmi 2373 manat şəxsi pul isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Baxışla bağlı idarədə tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən protokol ucadan oxunduqdan sonra imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən, onun yaşadığı mənzilə baxış keçirilərkən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılarkən, həmin idarədə olarkən ona qarşı heç bir təzyiq, zorakılıq, digər qanunsuz hərəkətlərə yol verilməmiş, onun kirayə yaşadığı mənzilə heç kəs qanunsuz əşya qoymamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, həmkarı Şahid1 18 iyun 2023-cü il tarixdə məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin külli miqdarda qanunsuz dövriyyəsi ilə məşğuldur. Həmin məlumatla əlaqədar yaradılmış əməliyyat qrupuna o da daxil edilmiş və həmin gün saat 22 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 6/4 ünvanın qarşısında gözləmə mövqeyi seçərək sonuncu həmin ünvana yaxınlaşdığı zaman ona yaxınlaşaraq xidməti vəsiqələri ona göstərməklə özlərini təqdim etmiş, onunla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla onu tanış etməklə bildirmişlər ki, onun narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı ilə əlaqədar üzərində və yaxud yaşayış yerində bu kimi qanunsuz maddələr saxlayırsa məlumat verməsini bildirmişlər. Təqsirləndirilən şəxs da bildirmişdir ki, üzərində heç bir qanunsuz maddə yoxdur, lakin kirayə yaşadığı ünvan 2 ünvanında narkotik vasitə qurudulmuş marixuana və heroin vardır. Təqsirləndirilən şəxs yaşadığı mənzilə dərhal baxış keçirilməsi zərurəti yarandığı üçün Baş İdarənin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Babək Haqverdiyev həmin ünvana çağrılmış, təhqiqatçı tərəfindən müdafiəçi dəvət olunmuş, Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi zərurəti barədə bildirilmiş, sonuncu mənzilə baxış keçirilməsinə heç bir etiraz etməmiş və razı olması barədə yazılı ərizə də təqdim etmişdir. Bundan sonra təhqiqatçının, müdafiəçinin, əməliyyat qrupunun üzvləri və Təqsirləndirilən şəxs özünün iştirakı ilə həmin mənzilə baxış keçirməyə başlamışlar. Belə ki, Təqsirləndirilən şəxs özü həmin ünvanda kirayə qaldığı mənzili, yəni blokun birinci mərtəbəsində sağ tərəfdə yerləşən qapını göstərmişdir. Təqsirləndirilən şəxs razılığı və öz iştirakı ilə həmin mənzilə videoçəkilişlə baxış keçirməyə başlamışlar, birlikdə mənzilə daxil olmuşlar. Mənzilin qapısını öz açarı ilə Təqsirləndirilən şəxs açmışdır. Baş təhqiqatçısı Babək Haqverdiyevin təklifinə əsasən Təqsirləndirilən şəxs mənzildəki otaqda stolun altından bir ədəd narıncı rəngli sintetik kisəni çıxarıb təqdim etmişdir. Həmin kisə təhqiqatçı tərəfindən açıldıqda onun içərisindən yapışqan lentlə bağlanmış iki ədəd qara rəngli sellofan bağlamalar və beş ədəd şəffaf sellofan bağlamalar aşkar olunmuşdur. Həmin bağlamalar açılıb baxıldıqda iki ədəd qara sellofan bağlamaların hər birinin içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi, beş ədəd şəffaf sellofan bağlamaların hər biri açıldıqda isə içərisində narkotik vasitə heroinə bənzər maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs özü həmin maddələrin qurudulmuş marixuana və heroin olduğunu təsdiq edərək bildirmişdir ki, həmin narkotik vasitələri internet vasitəsi ilə sosial şəbəkədə tanış olduğu adını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşından əldə etmiş, iranlının təklifinə əsasən Salyan rayonuna gedərək sonuncunun onun telefonuna atdığı konum vasitəsi ilə bu maddələri şosse yolun kənarından aşkar edərək götürmüş və kirayə yaşadığı mənzilə sonradan həmin İran vətəndaşının ona deyəcəyi müxtəlif ünvanlara aparıb qoymaq məqsədilə gətirmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, bu işi yerinə yetirmək qarşılığında İranlı ona 2000-3000 manat pul qazancı vəd etmişdir. Sonra həmin bağlamalar elə aşkar olunduğu qaydada da həmin kisəyə yığılaraq təhqiqatçı tərəfindən qablaşdırılmaqla götürülmüşdür. Baş təhqiqatçısı Babək Haqverdiyevin təklifinə əsasən Təqsirləndirilən şəxs özünün üzərində olan əşyaları da baxışa təqdim etmiş, onun üzərindən aşkar olunmuş bir ədəd “Samsung” markalı mobil telefon aparatı və şəxsiyyət vəsiqəsi iş üçün əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınaraq götürülmüş, Təqsirləndirilən şəxs təqdim etdiyi həmin mənzilin açarı və cəmi 2373 manat şəxsi pul isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Baxışla bağlı idarədə tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən protokol ucadan oxunduqdan sonra imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən, onun yaşadığı mənzilə baxış keçirilərkən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılarkən, həmin idarədə olarkən ona qarşı heç bir təzyiq, zorakılıq, digər qanunsuz hərəkətlərə yol verilməmiş, onun kirayə yaşadığı mənzilə heç kəs qanunsuz əşya qoymamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, həmkarı Şahid1 18 iyun 2023-cü il tarixdə məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin külli miqdarda qanunsuz dövriyyəsi ilə məşğuldur. Həmin məlumatla əlaqədar yaradılmış əməliyyat qrupuna o da daxil edilmiş və həmin gün saat 22 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 6/4 ünvanın qarşısında gözləmə mövqeyi seçərək sonuncu həmin ünvana yaxınlaşdığı zaman ona yaxınlaşaraq xidməti vəsiqələri ona göstərməklə özlərini təqdim etmiş, onunla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla onu tanış etməklə bildirmişlər ki, onun narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı ilə əlaqədar üzərində və yaxud yaşayış yerində bu kimi qanunsuz maddələr saxlayırsa məlumat verməsini bildirmişlər. Təqsirləndirilən şəxs da bildirmişdir ki, üzərində heç bir qanunsuz maddə yoxdur, lakin kirayə yaşadığı ünvan 2 ünvanında narkotik vasitə qurudulmuş marixuana və heroin vardır. Təqsirləndirilən şəxs yaşadığı mənzilə dərhal baxış keçirilməsi zərurəti yarandığı üçün Baş İdarənin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Babək Haqverdiyev həmin ünvana çağrılmış, təhqiqatçı tərəfindən müdafiəçi dəvət olunmuş, Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi zərurəti barədə bildirilmiş, sonuncu mənzilə baxış keçirilməsinə heç bir etiraz etməmiş və razı olması barədə yazılı ərizə də təqdim etmişdir. Bundan sonra təhqiqatçının, müdafiəçinin, əməliyyat qrupunun üzvləri və Təqsirləndirilən şəxs özünün iştirakı ilə həmin mənzilə baxış keçirməyə başlamışlar. Belə ki, Təqsirləndirilən şəxs özü həmin ünvanda kirayə qaldığı mənzili, yəni blokun birinci mərtəbəsində sağ tərəfdə yerləşən qapını göstərmişdir. Təqsirləndirilən şəxs razılığı və öz iştirakı ilə həmin mənzilə videoçəkilişlə baxış keçirməyə başlamışlar, birlikdə mənzilə daxil olmuşlar. Mənzilin qapısını öz açarı ilə Təqsirləndirilən şəxs açmışdır. Baş təhqiqatçısı Babək Haqverdiyevin təklifinə əsasən Təqsirləndirilən şəxs mənzildəki otaqda stolun altından bir ədəd narıncı rəngli sintetik kisəni çıxarıb təqdim etmişdir. Həmin kisə təhqiqatçı tərəfindən açıldıqda onun içərisindən yapışqan lentlə bağlanmış iki ədəd qara rəngli sellofan bağlamalar və beş ədəd şəffaf sellofan bağlamalar aşkar olunmuşdur. Həmin bağlamalar açılıb baxıldıqda iki ədəd qara sellofan bağlamaların hər birinin içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi, beş ədəd şəffaf sellofan bağlamaların hər biri açıldıqda isə içərisində narkotik vasitə heroinə bənzər maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs özü həmin maddələrin qurudulmuş marixuana və heroin olduğunu təsdiq edərək bildirmişdir ki, həmin narkotik vasitələri internet vasitəsi ilə sosial şəbəkədə tanış olduğu adını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşından əldə etmiş, iranlının təklifinə əsasən Salyan rayonuna gedərək sonuncunun onun telefonuna atdığı konum vasitəsi ilə bu maddələri şosse yolun kənarından aşkar edərək götürmüş və kirayə yaşadığı mənzilə sonradan həmin İran vətəndaşının ona deyəcəyi müxtəlif ünvanlara aparıb qoymaq məqsədilə gətirmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, bu işi yerinə yetirmək qarşılığında İranlı ona 2000-3000 manat pul qazancı vəd etmişdir. Sonra həmin bağlamalar elə aşkar olunduğu qaydada da həmin kisəyə yığılaraq təhqiqatçı tərəfindən qablaşdırılmaqla götürülmüşdür. Baş təhqiqatçısı Babək Haqverdiyevin təklifinə əsasən Təqsirləndirilən şəxs özünün üzərində olan əşyaları da baxışa təqdim etmiş, onun üzərindən aşkar olunmuş bir ədəd “Samsung” markalı mobil telefon aparatı və şəxsiyyət vəsiqəsi iş üçün əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınaraq götürülmüş, Təqsirləndirilən şəxs təqdim etdiyi həmin mənzilin açarı və cəmi 2373 manat şəxsi pul isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Baxışla bağlı idarədə tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən protokol ucadan oxunduqdan sonra imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən, onun yaşadığı mənzilə baxış keçirilərkən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılarkən, həmin idarədə olarkən ona qarşı heç bir təzyiq, zorakılıq, digər qanunsuz hərəkətlərə yol verilməmiş, onun kirayə yaşadığı mənzilə heç kəs qanunsuz əşya qoymamışdır. Qeyd etmək istəyir ki, həmin tədbirin rəhbəri Şahid1 olmuş, onunla yanaşı qrupun digər üzvü isə Şahid3 olmuşdur. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış “Ünvana baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 19 iyun 2023-cü il tarixli protokola və ona əlavə edilmiş müvafiq prosesin həyata keçirilməsinə dair yaddaşında videogörüntü olan 01 ədəd DVD diskə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək daşıması və yaşadığı ünvanda saxlaması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 18 iyun 2023-cü il tarixdə saat 21:42-də Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 6/4 ünvanın qarşısında saxlanıldıqdan sonra onun kirayədə yaşadığı ünvan 2 ünvanına 19 iyun 2023-cü il tarixdə saat 00:00-dan 00:35-dək etibarən onun özünün razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı mənzildə girişdən sol tərəfdə yerləşən otaqdakı stolun altında olan 01 ədəd narıncı rəngli sintetik kisənin içərisindən 02 ədəd qara rəngli sellofan bağlamalar halında narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, 05 ədəd şəffaf sellofan bağlamalar halında narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Həmin baxış prosesi zamanı Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi özünə məxsus 01 ədəd “Samsung” markalı mobil telefon aparatı, yaşadığı mənzilə aid 01 ədəd açar, 01 ədəd öz şəxsiyyət vəsiqəsi və 2373 manat şəxsi pul vəsaiti də aşkar olunmuş, aşkar edilənlərdən 2373 manat pul vəsaiti və mənzilə aid açar Təqsirləndirilən şəxs özünə qaytarılmaqla “Samsung” markalı mobil telefon aparatı və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb edəcəyi nəzərə alınmaqla götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 19 iyun 2023-cü il tarixli 6/3408 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi, “Vət. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş....(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan kisədəki 5 (beş) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1038,1 qram, 1021,9 qram, 1020,6 qram, 1096,0 qram və 1070,7 qram – ümumi təmiz çəkisi 5247,3 qram (5 kq 247,3 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-bioloji ekspertizasının 19 iyun 2023-cü il tarixli 7/890 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş 02 ədəd sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 05 ədəd sellofan bağlamada narkotik vasitə heroinə oxşar maddə” yazılar və imzalar olan üzəri skoçla bağlanmış narıncı rəngli sintetik torbada 02 ədəd üzəriləri skoçla bağlanmış qara rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 5135,0 qram və 5055,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi 10190,0 qramdır. Təqsirləndirilən şəxs yaşadığı ünvandan götürülmüş 02 (iki) ədəd qara rəngli sellofan bağlamada olan marixuanalar tərkiblərinə görə eynidir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 25 sentyabr 2023-cü il tarixli 6111 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabioidlərdən və opioidlərdən epizodik istifadə etmə halları olmuşdur. Lakin, halhazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin ekspert rəyinin təsviri hissəsinə əsasən məcburi narkoloji tibbi yoxlama zamanı Təqsirləndirilən şəxs 2018-ci ildə narkotik vasitə olan marixuanadan istifadə etdiyini, ara bir düşəndə narkotik vasitə olan tiryəki daxilə qəbul etməklə istifadə etdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs “şübhəli şəxs qismində tutulması haqqında” 18 iyun 2023-cü il tarixli protokolundan müəyyən olunur ki, o həmin gün 23:20 radələrində şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs ünvanına baxış keçiriləndə, müdafiəçinin iştirakı ilə izahat, şübhəli şəxs və təqsirləndirlən şəxs qismində verdiyi ifadələrində o göstərmişdir ki, yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitə heroin və marixuananı “İnstagram” sosial şəbəkələrində tanış olduğu İİR vətəndaşının göndərdiyi konum vasitəsilə Salyan rayonu ərazisində şossenin kənarından götürüb evinə gətirmiş, İİR vətəndaşın göstərişilə həmin narkotik vasitələri müəyyən yerə qoyacağına görə İİR vətəndaşından 3000 manat pul almalı idi. Məhkəmədə elan edilib araşdırılmış “Ünvana baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 19 iyun 2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs götürülmüş və iş materiallarına əlavə edilmiş ona məxsus 01 ədəd “Samsung Galaxy A10s” markalı mobil telefon aparatının yaddaşında olan məlumatlara istintaq zamanı baxış keçirilmişdir. Baxış zamanı “Samsung Galaxy A10s” markalı mobil telefon aparatının yaddaşında “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində İran İslam Respublikasının mobil operatoruna aid +98 914 *** **** saylı mobil nömrə istifadəçisinin “Eyub Olu” adı altında, +98 936 *** **** saylı mobil nömrə istifadəçisinin “X7” adı altında, +98 933 *** **** saylı mobil nömrə istifadəçisinin “Veli” adı altında, +98 903 *** **** saylı mobil nömrə istifadəçisinin “X9” adı altında, +98 914 *** **** saylı mobil nömrə istifadəçisinin “Veysel Dost” adı altında və +98 937 *** **** saylı mobil nömrə istifadəçisinin “Velinin qardasi” adı altında qeydə alındığı müəyyən edilmişdir. Baxış zamanı həmin mobil telefon aparatının yaddaşında “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində “Eyub Olu” adı altında qeydə alınmış İran İslam Respublikasının mobil operatoruna aid +98 914 *** **** saylı mobil nömrəyə 18 iyun 2023-cü il tarixdə saat 17:56-da zəng edilməsi, +98 914 *** **** saylı mobil nömrədən 18 iyun 2023-cü il tarixdə saat 19:24-də zəng daxil olması, həmçinin +98 914 *** **** saylı mobil nömrədən 18 iyun 2023-cü il tarixdə saat 20:10, saat 20:54, saat 20:55, saat 20:56, saat 20:59, saat 21:00 və saat 21:06 vaxtlarında buraxılmış zənglər edilməsi faktlarına dair məlumatların qeydə alındığı müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** saylı mobil nömrə üzrə telefonla aparılan danışıqların və məlumatların "xxxx" MMC-dən götürülməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli AZF/LGL-15139/23 nömrəli məktubla əldə edilmiş 01 ədəd CD diskdə olan məlumatlara istintaq zamanı baxış keçirilmiş, baxış zamanı ***-***-**-** saylı mobil nömrənin "xxxx" MMC-də Təqsirləndirilən şəxs öz adına qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. Həmçinin, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə istifadəçisi istintaqa məlum olmayan ***- ***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 23:03-də “Piyve aliram xeyaldan eve gedirem gel pati da var” məzmunlu SMS mətninin göndərilməsi faktının qeydə alındığı müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “ünvana baxış keçirilməsi və əşyaların götürülməsi” prosesinə dair yaddaşında videogörüntü olan 01 ədəd DVD disk, ekspertiza tədqiqatından sonrakı qablaşdırılmış halda narkotik vasitələr olan ümumilikdə qalıq 5247,05 qram çəkidə heroin, ümumilikdə qalıq 10189,6 qram çəkidə qurudulmuş marixuana və 01 ədəd “Samsung Galaxy A10s” markalı mobil telefon aparatı iş üzrə maddi sübutlar hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, maddi sübutlardan qablaşdırılmış halda narkotik vasitələr olan ümumilikdə qalıq 5247,05 qram çəkidə heroin və ümumilikdə qalıq 10189,6 qram çəkidə qurudulmuş marixuana, 01 ədəd “Samsung Galaxy A10s” markalı mobil telefon aparatı saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, baxış keçirilməsi və əşyaların götürülməsi prosesinə dair yaddaşında videogörüntü olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan, hökm və qərarın surətlərindən müəyyən olunur ki, o Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 180.2.3-cü maddəsilə 04 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2018-ci ildə Ölkə Prezidentinin əfv sərəncamına əsasən cəzadan azad olunub və onun bu məhkumluğu ödənilmiş hesab olunmalıdır, bundan başqa o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qərarına əsasən “8 Noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə həmin cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış və 25 yanvar 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs məhkum olunduğu əməl, yəni CM-nin 177.2.3-cü maddəsi az ağır cinayətdir. CM-nin 83.3.3-cü maddəsinə əsasən onun cəzasını çəkib qurtardığı gündən baxılan iş üzrə törətdiyi əməlin vaxtınadək iki il keçmədiyi üçün onun əməlində CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi var və CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti bu Məcəllənin Xüsusi hissəsində müəyyən edilmiş daha ciddi cəza növünün son hədinin yarısından az ola bilməz. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə verilmiş əməliyyat tapşırığına alınan xx.xx.2023-cü il tarixli 3-13-6/2-11639/23 nömrəli cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanından aşkar edilərək götürülmüş təmiz çəkisi 10190,0 qram olan narkotik vasitə qurudulmuş marixuananın və təmiz çəkisi 5247,3 qram olan narkotik vasitə heroinin mənbəyinin, həmçinin cinayət işi üzrə əhəmiyyət kəsb edən digər xüsusatların müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş narkotik vasitələrin mənbəyi kimi ifadəsində qeyd etdiyi İran İslam Respublikasının vətəndaşı olan şəxsi müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş narkotik vasitələri kimdən və ya haradan əldə etməsinin, həmçinin cinayət işi üzrə əhəmiyyət kəsb edən digər xüsusatların müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir, müsbət nəticə əldə olunarsa əlavə olaraq məlumat verilməsi təmin ediləcəkdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi X4 22 iyun 2023-cü il tarixli qərarına əsasən əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 18 iyun 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı İT-da tibbi müayinə zamanı heç bir xəsarət aşkar olunmamış, tibbi kartında qeyd olunmuş yemək borusunun yuxarı 1/3/nin aşkar edilmiş metal yad cismi isə onun özü tərəfindən udmaqla qəbul edilmişdir. Təqsirləndirilən şəxs işgəncəyə məruz qalması barədə şikəyətləri təsdiq olunmadığı üçün material üzrə cinayət işinin başlanmasının rədd etmə qərarı çıxarılmış, həmin qərar təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən mübahisələndirilməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi qismən özünün, şahidlərin ifadələri, baxış və götürmə protokolu, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur, o ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Lakin onun əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin xx.xx.2023-cü il tarixdən həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 18 iyul 2023-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Azərbaycan respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan maddi sübutlar – ekspertiza tədqiqatından sonra qalıq qalmış 10189,6 qram qurudulmuş marixuana və 5247,05 qram heroin məhv edilməli, 01 ədəd “Samsung Galaxy A 10S” mobil telefonu təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təqdim edilməsi üçün cəza çəkəcəyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisəinə göndərilməli, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 186 (yüz səksən altı) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «De Fendo» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün isə 600 AZN (altı yüz manat) pul «De Fendo» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 iyun 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Azərbaycan respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan maddi sübutlar ekspertiza tədqiqatından sonra qalıq qalmış 10189,6 qram qurudulmuş marixuana və 5247,05 qram heroin məhv edilsin, 01 ədəd “Samsung Galaxy A 10S” mobil telefonu təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təqdim edilməsi üçün cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisəinə göndərilsin, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 186 (yüz səksən altı) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 600 AZN (altı yüz manat) pul «De Fendo» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar