Məhkəmə qərarları › İş №1(101)-1123/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1123/2025

17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1123/2025 17.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, tərcüməçi X1, X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 16 avqust 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 120.2.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs aşkar surətdə köməksiz vəziyyətdə olan 05 avqust 2023-cü il təvəllüdlü Tolmaçeva (Qocayeva) Mədinə Valeriy qızını qəsdən öldürməklə Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs spirtli içkilərin aludəçisi olmaqla 08 noyabr 2024-cü il tarixdə də orta dərəcəli sərxoş halda istintaqla dəqiq vaxtı müəyyən edilməsi mümkün olmayan, təxminən saat 00 radələrindən saat 07 radələrinədək olan müddət ərzində ünvan 1 ünvanında qeyri-rəsmi ər-arvad münasibətlərində birlikdə yaşadığı Şahid1 ilə nigahdan kənar doğulmuş xx.xx.2023-cü il təvəllüdlü - körpə övladı Tolmaçeva (Qocayeva) Mədinə Valeriy qızı ilə yuxarıda göstərilən ünvanda yatarkən onunla eyni çarpayıda, sol tərəfində olan Mədinə Tolmaçeva (Qocayeva) ağladığına, sakitləşdirməyə çalışsa da, sonuncu ağlamaqda davam etməklə yatmasına mane olduğuna görə əsəbiləşərək, ailə münasibətləri zəminində qisas niyyəti ilə, əməlinin ictimai-təhlükəli olmasını dərk edərək, yəni körpə olduğundan müqavimət göstərməyə imkanı olmadığından aşkar surətdə köməksiz vəziyyətdə olan Mədinə Tolmaçevanın (Qocayevanın) ağır xəsarət alaraq ölə biləcəyini qabaqcadan görüb, belə bir nəticənin baş verməsini şüurlu surətdə istəyərək onun baş nahiyəsini bir neçə dəfə divara qəsdən vuraraq, baş nahiyəsinin geniş səthə malik küt əşyaya - divara dəyməsinin təsirindən törənməyə xarakterik olub, baş beynin yumşaq qişasına, qişası altına, toxumasına və mədəciklərinə qansızmalar ilə müşayiət olunmuş alın və ənsə sümüklərinin basılmış sınıqları, alının sağ yarısının və ənsə nahiyəsinin sol yarısının sıyrıqları, alın nahiyəsində fasiləli, hər iki gözaltı və göz qapaqlarının, hər iki gicgah nahiyələrinin isə tam əhatə olunmuş hematomalarından ibarət, dərəcələrinə görə yetirilən anda ümumilikdə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla azyaşlı Mədinə Tolmaçevaya (Qocayevaya) kəllə sümüklərinin sınıqları və baş beyinə qansızma nəticəsində inkişaf etmiş kəskin beyin ödemi nəticəsində hadisə yerində ölümünə səbəb olmuş xəsarətlər yetirərək körpə yaşlı olduğuna görə onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Mədinə Tolmaçevanı (Qocayevanı) qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, 238-ci korpus, 6 nömrəli evdir. Həmin evin yerləşdiyi həyətə giriş ağ rəngə boyanmış iki taylı dəmir darvazadandır. Həyətə daxil olduqda birmərtəbəli ev görünür. Həyətin hər tərəfində məişət tullantıları, əsasən müxtəlif həcmlərdə boş araq butulkaları vardır. Həyət natəmiz və səliqəsizdir. Evə giriş taxta qapıdandır. Evin otaqları iç-içədir. Qapıdan evə daxil olduqda mətbəx kimi istifadə olunan otaq görünür, otaq səliqəsiz və natəmiz şəraitdədir. Həmin otaqdan digər otağa taxta qapıdan daxil olunur. Həmin otaqdan yataq və qonaq otağı kimi istifadə olunur, otağın uzunluğu 6 metr, eni 5 metrdir. Otaq natəmiz və səliqəsizdir. Otağın sol tərəfində divarda quraşdırılmış rəfin gözlərində, həmçinin masanın altında xeyli sayda içi boş olan araq butulkaları aşkar edildi. Otağın döşəməsi taxtadandır, döşəmənin üzəri qismən kilimlə örtülmüşdür. Otağın sağ küncündə bir ədəd divara bitişik iki nəfərlik, hündürlüyü 0,60 metr olan çarpayı vardır, çarpayının üzəri pərdə ilə örtülmüşdür. Həmçinin çarpayının üzərində yorğan, yastıq və mələfə vardır. Çarpayının baş tərəfdən divarda adyal asılmışdır. Çarpayının sağ tərəfində baş nahiyəsi sağ divardan 0,64 metr, otağın giriş qapısı ilə üzbəüz divardan 0,35 metr məsafədə Tolmaçeva (Qocayeva) Mədinə Valeriy qızının meyiti aşkar edildi. Mədinə Tolmaçevanın (Qocayeva) meyiti sağ çiyni üstündə uzanmış vəziyyətdədir. Digər otağa taxta qapıdan daxil olunur. Həmin otaqdan yataq otağı kimi istifadə olunur, otaq natəmiz və səliqəsizdir. Baxış zamanı hadisə yerindən ünvana gəlmiş 01 ədəd "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 82,01 manat ödəniləcək məbləğ göstərilən qəbzi və borcla bağlı elektrik enerjisinin verilişinin dayandırılması ilə bağlı xəbərdarlıq qəbzi götürülərək cinayət işinə əlavə edilmişdir. (Cild 1, iş vərəqi 5-15)

4. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Meyitə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, meyit açıq və tünd qəhvəyi rəngli yun qalın örtüyə bükülməklə təşrih masası üzərində arxası üstə uzadılmış vəziyyətdə olmuş, açıldıqda aydın olmuşdur ki, meyit əynində yerliyi tünd albalı rəngli, ön hissəsində tünd göy rəngli olmaqla üzərində müxtəlif rəngli şəkillər olan qalın idman köynəyi, analoji rəngli və materialdan hazırlanmış idman şalvarı, bir cüt açıq göy rəngli corablar, yerliyi qırmızı rəngli, ayaq hissələrində müxtəlif işləmələr olan kalqotka, bir ədəd pampers, açıq qəhvəyi rəngli kombinizon, açıq qəhvəyi rəngli mayka kimi geyinilərək köhnəlmiş, zədəsiz paltarlar olmuş, meyit qadın cinsli olmaqla yaşına müvafiq düzgün bədən quruluşlu, orta qidalı olmuşdur. Uzanmış vəziyyətdə boyunun uzunluğu 79 sm, əllə toxunduqda meyitin dərisi istihal, avazımış-boz rəngdə olmuşdur. Meyit qacıması bütün qrup əzələlərində yaxşı inkişaf etmiş, meyit ləkələri gövdənin arxa və yan səthlərində yerləşməklə solğun qırmızımtıl-bənövşəyi rəngdə olmuş, barmaqla təzyiq etdikdə rəngi itmiş və təzyiq kəsildikdən təxminən 50-60 saniyə sonra əvvəlki rənginə bərpa olunmuşdur. Meyitin başı düzgün formada olmuş, başında tükləri qəhvəyimtil-tünd sarı rəngdə olmaqla, seyrək yerləşmiş, 4-5 sm uzunluqda olmuşdur. Əllədikdə kəllə qapağı sümüklərində patoloji hərəkətlilik və krepitasiya müəyyən edilmiş, qulaq seyvanları oval şəkilli olmaqla tam olmuşdur. Xarici qulaq keçəcəkləri azad, ifrazatsız olmuşdur. Üz skeleti sümüklərini, eləcə də burun sümük və qığırdaqlarını əllədikdə patoloji hərəkətlilik və kreptasiya müəyyən edilməmiş, burun dəliklərindən ifrazat olmamışdır. Gözləri qapalı, bəbəklər dairəvi, 03 sm diametrində, qüzehli qişa qəhvəyi rəngli olmuşdur. Ağzı cüzi açıq, dodaqların selikli qişa keçidi avazımış-boz rəngdə olmuş, ağız yarığında ifrazat olmamışdır. Dilin ucu dişlər arasında sıxılmış vəziyyətdə, üst çənədə sağ İ, sol İ və İİ, alt çənədə sağ və sol İ, İİ, İİİ dişləri təbii olmaqla digər dişləri olmamışdır. Boynu gövdəyə müvafiq inkişaf etmiş, nazik, meyit qacıması hesabına hərəkətləri bir qədər məhdud olmuşdur. Döş qəfəsi silindrik formada, simmetrik olmuş, əllədikdə döş qəfəsini təşkil edən sümüklərdə patoloji hərəkətlilik və krepitasiya müəyyən edilməmişdir. Qarının ön divarı qabırğa qövsləri səviyyəsindən bir qədər aşağıda yerləşmiş, əllədikdə az elastik olmuşdur. Xarici cinsiyyət üzvləri qadın tipli, düzgün formalaşmış, hər hansı bir zədələnmə və ya ifrazat qeyd edilməmiş, aralıq tam olmuşdur. Arxa keçəcək dəliyi qapalı, ətraf dərisi zədəsiz, ifrazatsız olmuşdur. Yuxarı və aşağı ətrafları düzgün formalaşmış, sümüklərini əllədikdə deformasiya, patoloji hərəkətlilik və krepitasiya müəyyən edilməmişdir. Meyitdə bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: alının sağ yarısında 1,5x1 sm, ənsə nahiyəsinin sol yarısında 2 ədəd 1x1 sm və 1x0,5sm ölçülərdə, səthləri ətraf dəri səviyyəsindən aşağıda yerləşmiş, qırmızımtıl rəngli kövrək qartmaqlarla örtülü sıyrıqlar vardır. Alın nahiyəsində fasiləli olmaqla, hər iki gözaltı nahiyədə və göz qapaqlarında, hər iki gicgah nahiyələri tam əhatə olunmaqla kəskin şişkinlik fonunda göy rəngli, qırmızımtıl çalarlı əllədikdə maye dalğalanması ilə müşayiət olunmuş hematomalar olmuşdur. Meyitin xarici müayinəsi zamanı bədən səthi üzərində gözlə görünən digər hər hansı bir xəsarət və ya xəsarət izləri müəyyən edilməmişdir. (Cild 1, iş vərəqi 19-21)

5. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, “Baxış keçirmə və götürmə aparılması haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Binəqədi Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin polis nəfəri Şahid4 təqdim etdiyi Təqsirləndirilən şəxs Mixayolviçin 01 ədəd fotoşəklinin götürülməsi aparılmış, Şahid4 həmin fotoşəkli Təqsirləndirilən şəxs onlara qızının ölümü ilə bağlı baş vermiş hadisə barədə məlumat verən zaman çəkməsini bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs həmişə olduğundan fərqli olaraq səliqəli geyimdə olması, yuxudan oyanıb övladını ölmüş vəziyyətdə aşkar etdiyi halda saçının daranmış olması onu şübhələndirdiyindən fotoşəklini çəkmişdir. (Cild 1, iş vərəqi 54-55)

6. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin paltarının götürülməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş köynək və şalvar götürülmüş, Təqsirləndirilən şəxs əynində olmuş və istintaqa təqdim etdiyi paltarların cinayətin törədildiyi vaxt əynində olan paltarlar olmasını bildirmişdir. (Cild 1, iş vərəqi 82-84)

7. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs orta alkoqol sərxoşluq dərəcəsində olmuşdur. (Cild 1, iş vərəqi 87-88)

8. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Şahid1 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzləşdirilmişdir. (Cild 1, iş vərəqi 101-102)

9. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Tədqiqat üçün nümunələrin götürülməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs qan və yanaq epiteli qaşıntısı nümunələri müvafiq qaydada qablaşdırılmaqla Binəqədi rayon prokurorluğunun “Zərflər üçün” möhürü ilə möhürlənib götürülmüşdür. (Cild 1, iş vərəqi 104)

10. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti ünvan 1 ünvanında keçirilmiş, Təqsirləndirilən şəxs həmin ünvanda bildirmişdir ki, yaşadığı evə 82 manat işıq pulu borcu gəlmiş, xx.xx.2024-cü il tarixdə səhər saatlarında araq içmiş, amma sərxoş olmamış, özünü idarə edə bilmişdir. Həmin gün təxminan saat 18:00 radələrində Sevda ona demişdir ki, “gedirəm atamın evinə həm borca pul alım, işıq pulunu ödəyək, həm də uşaq üçün süd gətirim yesin.” O da evdə pul olmadığından razılaşmışdır. Sevda əvvəlcə Mədinəni yedirtmiş, sonra evdən çıxıb getmişdir. O, qonaq otağında yerləşən çarpayını göstərərək, Mədinənin çarpayının sol tərəfində divara yaxın yatmasını bildirmiş, çarpayıda olan yemək qabını göstərərək Sevdanın Mədinəni həmin qabda olan yeməklə yedirtməsini bildirmişdir. Bundan sonra o, bildirmişdir ki, Sevda evdən gedəndən sonra o da araq almaq məqsədi ile Binəqədi “Çentiralni” deyilən yerə getmiş, ərazidəki adını xatırlamadığı balaca dükanlardan birinin yaxınlığında bir nəfər adını bilmədiyi əvvəl bir günlük fəhlə işlədiyi şəxsi təsadüfən görmüş, o da dükandan nəsə almaqda olmuşdur. O, həmin şəxsə 2 manat 50 qəpik pul vermişdir ki, ona da yarım litrlik araq alıb versin, çünki əyin başı pis olmuş, içəri keçməyə utanmış, həmin şəxs da arağı alıb ona vermiş və onlar sağollaşmış, o da evə qayıtmışdır. Evə qayıdanda Mədinə yatmış, o, arağı içdiyi masanı və daha sonra pərdənin arxasında xeyli sayda olan içi boş butulkaların yerləşdiyi rəfi göstərərək arağı içib, butulkanı ora qoymasını bildirmişdir. Bundan sonra o, qonaq otağında çarpayıda Mədinənin sağ tərəfində onun yanında yatmasını bildirmiş, səhər saat təxminən 09 radələrində oyananda Mədinənin sifət nahiyəsinin göyərməsini, ölmüş vəziyyətdə aşkar etməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Mixayolviç və istintaq hərəkətinin digər iştirakçıları ilə birlikdə spirtli içkinin alındığı ticarət obyektinə gedilmiş, Təqsirləndirilən şəxs Mixayolviç həmin mağazadan tanışı tərəfindən 2 manat 50 qəpiyə 0,5 litr araq alınmasını bildirmişdir. Müvafiq istintaq hərəkəti zamanı iş üzrə sübuti əhəmiyyətə malik ola biləcək 01 ədəd uşaq üçün yemək qabı, 01 ədəd mələfə, 01 ədəd yorğan, 01 ədəd pərdə, 03 ədəd yastıq, 01 ədəd Mədinə Tolmaçevaya məxsus papaq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. (Cild 1, iş vərəqi 105-114)

11. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, “Baxış keçirmə və götürmə aparılması haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı ünvan 2 ünvanında yerləşən ərzaq mağazasının müdiri X11 təqdim etdiyi 01 ədəd “Hiwatch” markalı “DV-R” götürülmüşdür. (Cild 1, iş vərəqi 122)

12. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, “Baxış keçirmə və götürmə aparılması haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 238-ci korpus ünvanında yerləşən gözəllik salonunun müdiri X5 təqdim etdiyi 01 ədəd “Hiwatch” markalı “DV-R” götürülmüşdür. (Cild 1, iş vərəqi 124)

13. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqi 125-126)

14. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Qocayeva X9 rayon prokurorluğunda istintaqı aparılan ********* saylı cinayət işi üzrə atası Xaləddin Cəfərovun hüquqi varis qismində tanınmasını xahiş etmiş, qızının ölürülməsi ilə bağlı Təqsirləndirilən şəxs şikayətçi olmuş, döyülməsi ilə bağlı isə sonuncudan şikayətçi olmamışdır. (Cild 1, iş vərəqi 165)

15. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında” qərardan görünür ki, həmin tarixdə X12 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. (Cild 1, iş vərəqi 167)

16. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X13” X22 xx.xx.2024-cü il tarixli, 2318 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər alın nahiyəsinin, sol çiyin qurşağı nahiyəsinin, sağ və sol bazu nahiyələrinin, sol said nahiyəsinin qançırları, sağ dirsək oynağı nahiyəsinin, bel nahiyəsinin, sol baldır nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 4-6 gün əvvəl müxtəlif şəraitlərdə əmələ gələ bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. (Cild 1, iş vərəqi 202-204)

17. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X13” X22 xx.xx.2024-cü il tarixli, 2317 nömrəli ekspert rəyindən görünür ki, Şahid1 bədən səthində aşkar olunmuş xəsarətlər sol çənə bucağı nahiyəsinin, sol bazu oynağı nahiyəsinin, sağ əlin arxa səthinin sıyrıqları, sağ və sol bazu nahiyələrinin, sol əlin arxa səthinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən zərərçəkənin qeyd etdiyi xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Şahid1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər insan bədəninin hissələri (əl, əl barmaqlarının dırnaqları, yumruq və s.) və eləcə də yürütəclə (xodunok) endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər. (Cild 1, iş vərəqi 205-207)

18. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X13” X22 xx.xx.2024-cü il tarixli, 214 nömrəli ekspert rəyindən görünür ki, mərhumə azyaşlı X2 meyitində aşkar edilmiş xəsarətlər baş beynin yumşaq qişasına, qişası altına, toxumasına və mədəciklərinə qansızmalar müşaiyət olunmuş, alın və ənsə sümüklərinin basılmış sınıqları (2 ədəd), alının sağ yarısının və ənsə nahiyəsinin sol yarısının sıyrıqları, alın nahiyəsində fasiləli olmaqla, hər iki gözaltı nahiyənin göz qapaqlarının, hər iki gicgah nahiyələrinin isə tam əhatə olunmuş hematomaları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, həmin xəsarətlər həyati əlamətlərə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqələri vardır, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə (mərhumun ölümündən bir neçə saat əvvəl) geniş səthli bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişlər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhumə azyaşlı X2 meyitində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər onun başının geniş səthə malik küt əşyaya (əşyalara), o cümlədən divara ən azı 2 (iki) dəfə vurulma nəticəsində əmələ gələ bilərdilər. Mərhumə azyaşlı X2 ölümünə səbəb kəllə sümüklərinin sınıqları və baş beyinə qansızma nəticəsində inkişaf etmiş kəskin beyin ödemi olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, M.Təqsirləndirilən şəxsanın ölümü onun meyitinin meyitxanada müayinəsindən 6-8 saat əvvəl baş vermişdir. Mərhumə azyaşlı X2 meyitinin cinsiyyət orqanında və arxa keçəcək nahiyəsində xəsarət aşkar edilməmişdir. (Cild 1, iş vərəqi 208-215)

19. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X13” X22 xx.xx.2024-cü il tarixli, 4136/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenialkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri, salisilatlar va kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. (Cild 1, iş vərəqi 216-219)

20. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 24/1837R nömrəli ekspert rəyindən görünür ki, X8 - 99,99% ehtimalla Təqsirləndirilən şəxs bioloji övladıdır. Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd cins şalvar və 01 (bir) ədəd köynək üzərində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs məxsusdur. Bu obyektlər üzərində Mədinə Tolmaçevaya məxsus bioloji mənşəli materiallar mövcud deyildir. Mədinə Tolmaçevaya məxsus - 01 (bir) cüt qara rəngli corab, 01 (bir) cüt göy rəngli corab, 01 (bir) ədəd qısaqol köynəyin yaxa hissəsi, 01 (bir) ədəd gödəkçə, 01 (bir) ədəd qırmızı rəngli şalvar, 01 (bir) ədəd qırmızı rəngli kalqotka, 01 (bir) ədəd kombinizon (alt paltarı) və 01 (bir) ədəd qırmızı rəngli papaq üzərində müqayisəli tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcuddur və həmin bioloji mənşəli materiallar X4 məxsusdur. Bu obyektlər üzərində Təqsirləndirilən şəxs məxsus bioloji mənşəli materiallar mövcud deyildir. (Cild 1, iş vərəqi 220-227)

21. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 24/1836R nömrəli ekspert rəyindən görünür ki, 01 (bir) ədəd mələfə, 01 (bir) ədəd yorğan və 03 (üç) ədəd yastıq üzərində həm Təqsirləndirilən şəxs və həm də X4 məxsus bioloji mənşəli materiallar mövcuddur. Ekspertizaya təqdim edilmiş digər 01 (bir) ədəd pərdə üzərindən götürülmüş tədqiqat nümunələrindən əldə edilmiş nəticələrə əsasən müəyyən olundu ki, həmin nümunələrin tərkibində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcud deyildir və deqradasiya əlamətləri müşahidə edilir. Bu səbəbdən təqdim edilmiş digər 01 (bir) ədəd pərdə üzərindən götürülmüş tədqiqat nümunələri üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi mümkün olmadı. (Cild 1, iş vərəqi 228-233)

22. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Cinayət işi üzrə əməlin tövsif olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 124.1-ci maddəsindən həmin Məcəllənin 120.2.9-cu maddəsinə tövsif edilmiş və cinayət işinin istintaqı həmin maddə ilə davam etdirilmişdir. (Cild 2, iş vərəqi 1-2)

23. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3/1878 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Mədinə Tolmaçevaya məxsus...” yazı qeydləri olan zərflərdən aşkar edilmiş 01 ədəd gödəkçə, 01 ədəd qısaqol köynək, 01 ədəd şalvar, 01 ədəd kalqotka, 01 ədəd kombinezon (alt paltarı), 01 ədəd papaq, 02 cüt corabın və üzərində “Təqsirləndirilən şəxs məxsus...” yazı qeydləri olan zərflərdən aşkar edilmiş 01 ədəd cins şalvar, 01 ədəd köynəyin səthində trasoloji zədə yoxdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 77 (yetmiş yeddi) manat təşkil edir. (Cild 2, iş vərəqi 3-6)

24. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X22 xx.xx.2024-cü il tarixli, 3379 saylı ekspert rəyindən görünür ki, Şahid1 hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda primitiv şəxsin cizgiləri müəyyən edilir. Şahid1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Şahid1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Şahid1 hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Şahid1 məcburi müalicəyə ehtiyacı yoxdur. Şahid1 məsuliyyətsizlik, primitivlik, səthilik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Şahid1 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik müşahidə olunmur. Şahid1 qeyd edilən hadisə zamanı psixi-emosional halında situasiya ilə əlaqədar həyəcan, gərginlik yarana bilərdi. (Cild 2, iş vərəqi 8-10)

25. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. (Cild 2, iş vərəqi 14-15)

26. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Şahid4 ilə Təqsirləndirilən şəxs üzləşdirilmişdir. (Cild 2, iş vərəqi 50-51)

27. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Şahid5 ilə Təqsirləndirilən şəxs üzləşdirilmişdir. (Cild 2, iş vərəqi 52-53)

28. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/7-13-193/2025 saylı məktubundan görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X8 barəsində “Vətəndaşlıq vəziyyəti aktları” X6 üzrə yoxlama aparılmış, onun doğumu haqqında akt qeyd edilməmişdir. (Cild 2, iş vərəqə 59)

29. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X22 xx.xx.2025-ci il tarixli, xx/xx-1311 saylı məktubundan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs həmin mərkəzdə narkoloji qeydiyyatda olmamışdır. (Cild 2, iş vərəqi 60)

30. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X22 xx.xx.2025-ci il tarixli, 3-28- 29-3-28/2-1157/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 2, iş vərəqi 61)

31. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 2, iş vərəqi 65-66)

32. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 113 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şikayət daxil olmamışdır. (Cild 2, iş vərəqi 68)

33. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X22 xx.xx.2025-ci il tarixli, 216 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs aludəçilik, məsuliyyətsizlik, emosional sabitlik, laqeydlik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik aşkar edilməmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman güclü ruhi həyəcan vəziyyətində, affekt halında olmamışdır. (Cild 2, iş vərəqi 70-72)

34. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə yeni məzmunda ittiham elan edilməsi, azyaşlıxx.xx.2023-cü il təvəllüdlü Mədinə Valeriy qızının soyadı valideynlərinin soyadlarına müvafiq Tolmaçeva (Qocayeva) kimi qəbul edilməsi və prosessual sənədlərdə göstərilməsi qərara alınmış, zərərçəkmiş şəxsin hüquqi varisinin, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri sübut növü kimi qiymətləndirilmiş, 01 ədəd "xxxx" ASC-yə məxsus sərfiyyat qəbzi, 01 ədəd "xxxx" ASC-yə məxsus xəbərdarlıq qəbzi, zərər çəkmiş şəxs Mədinə Tolmaçevaya (Qocayeva) məxsus 01 ədəd idman köynəyi, 01 ədəd idman şalvarı, 02 cüt corab, 01 ədəd kalqotka, 01 ədəd kombinizon, 01 ədəd mayka, 01 ədəd papaq, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd uşaq üçün yemək qabı, 01 ədəd mələfə, 01 ədəd yorğan, 01 ədəd pərdə, 03 ədəd yastıq və 01 ədəd DVR iş üzrə maddi sübut kimi tanınmaqla Bakı şəhəri Binəqədi rayon prokurorluğunun maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 2, iş vərəqi 75-95)

35. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. (Cild 2, iş vərəqi 99-100)

36. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X12 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs qızının qeyri-rəsmi əri kimi tanımış, aralarında ədavət və düşmənçilik olmamışdır. Qızı Şahid1 onun razılığı olmadan Təqsirləndirilən şəxs qoşularaq sonuncu ilə qeyri-rəsmi şəkildə ər-arvad münasibətində olmaqla bir evdə yaşamışdır. Həmin qeyri-rəsmi münasibətdən Mədinə adlı bir qız övladları dünyaya gəlmiş, onun bildiyinə görə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Mədinəni çox istəyərək daima sonuncunun qayğısına qalmışdır. Bir gün polis əməkdaşlarının onlara verdiyi məlumat əsasında gecə saatlarında Təqsirləndirilən şəxs Mədinəni öldürdüyünü eşitmişdir. Zərəçəkmiş şəxsin hüquqi varisi X12 həmçinin bildirmişdir ki, hadisədən əvvəl qızı tez-tez zərərçəkmiş şəxs Mədinəni onlara gətirmişdir. Hadisə günü o, öz evində, qızı Sevda da onun yanında olmuşdur. Hadisə günü polis əməkdaşları onlara hadisə baş verən ünvana getməyə icazə verməmiş, o, morqa gedərək Mədinənin meyitini təhvil almışdır. Hadisənin hansı səbəbə baş verdiyini bilməmiş, hadisənin birbaşa şahidi olmamış, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etmiş, həmin ifadədəki imzalar ona məxsus olmuşdur. O, Təqsirləndirilən şəxs şikayətçidir.

37. Məhkəmədə şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs bacısının qeyri-rəsmi əri kimi tanımış, aralarında ədavət və düşmənçilik olmamışdır. Şahid X14 ifadəsində həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı Şahid1 ilə qeyri-rəsmi şəkildə ər-arvad münasibətində olmaqla bir evdə yaşamışdır. O, hadisəni birbaşa şəkildə görməmiş, hadisənin hansı tarixdə baş verdiyini bilməmişdir. O, bacısı Şahid1 yaşadığı evə heç vaxt getməmiş, bacısının bir qız övladı olmuş, bacısı ona Təqsirləndirilən şəxs qızı Mədinəni divara vuraraq öldürdüyünü demişdir. Hadisə olandan sonra Təqsirləndirilən şəxs görməmiş, sonuncunun yaşadığı evə getməmiş, ölmüş zərərçəkmiş şəxs Mədinə Tolmaçevanın (Qocayevanın) meyitini də görməmişdir. Onun bilməsinə görə Təqsirləndirilən şəxs həmişə ailəsinə yaxşı baxmış, ailəsinin qayğısına qalmışdır. İbtidai istintaqda verdiyi ifadəni təsdiq etmiş, həmin ifadədəki imzalar ona məxsus olmuşdur.

38. Şahid X14 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, o heç yerdə işləməmiş, xəstəliyi ilə əlaqədar yaşadığı evi tərk etməmiş, həmişə evdə olmuşdur. Sevda onun ögey bacısı olmaqla Sevda ilə münasibətləri həmişə yaxşı olmuşdur. Təxminən 3 il əvvəl Sevda Valeriy adlı şəxslə qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamağa başlamış və bu münasibətdən Mədinə adında qızları dünyaya gəlmişdir. Valeriyin bacısı ilə münasibətlərindən dərin məlumatı olmamışdır. Lakin bilmişdir ki, Valeriy mütəmadi spirtli içki qəbul edir. Həmçinin, bacısı ilə Valeryin maddi imkanlarının aşağı olması ona məlum olmuşdur. Sevda evlərində qidalarının olmadığı vaxtlarda Mədinə ilə birlikdə onların yaşadığı evə gəlib bir neçə gün qalmışdır. Bəzi hallarda isə Sevda onlara tək gəlmiş, tək gələndə Sevda onların evində bir gecəlik qalmış, evinə qayındada anası Sevdaya ərzaq qoymuşdur. Sevda onların evinə gələrkən heç vaxt əvvəlcədən zəng edib xəbər verməmiş, həmişə qəfildən gəlmişdir. Sonuncu dəfə 2 həftə əvvəl Sevda Mədinə ilə birlikdə yenə evlərində ərzaq olmaması səbəbindən onlara gəlib onlarla qalmağa başlamış, 1 həftədən sonra Valeriy gələrək evlərinə yemək aldığını bildirərərək Sevdanı dilə tutaraq evlərinə qayıtmasına nail olmuşdur. Sonuncu dəfə Mədinəni həmin vaxt görmüşdür. Həmin vaxt Mədinə sağlam olmuş, 07 noyabr 2024-cü il tarixdə saat 19:00 radələrində Sevda yaşadıqları evə gəlmişdir. Həmin vaxt o, anası ilə evdə, atası isə fermada olmuş, Sevda evlərinə işıq borcu gəlməsini, işıqlarının kəsiləcəyini bildirib, Valeriyin ondan hardan olur olsun 40 manat pul tapmasını tələb etməsini söyləmişdir. Sevda işığın kəsiləcəyindən narahat olmasını, qaranlıqda uşağa baxa bilməyəcəyini demiş, həmçinin Sevda uşağı yedirib çıxmasını, evdə uşağın yeməyinin olmasını, uşağın Valeriyin nəzarətində olmasını bildirmişdir. Anası da Sevdaya pul verəcəklərini sonuncuya bildirmişdir. Saat 22:00 radələrində atası Xaləddin tövlədən evə gəlmiş və onlar birlikdə yemək yemişlər. Sevda da onlarla birlikdə yemək yemiş, daha sonra saat 23 radələrində o, öz otağına keçib orada yatmışdır. 08 noyabr 2024-cü il tarixdə saat 08:00 radələrində yuxudan oyanmış, həmin vaxt Sevda hələ də yatmış, atası anası ilə birlikdə çay içərək tövləyə getmişlər. Saat 09 radələrində Sevda yuxudan oyanmış və mətbəxdə çay içməyə başlamış, bir müddət sonra Sevdanın mobil nömrəsinə zəng gəlmiş, Sevda telefonla danışanda o, başa düşmüşdür ki, zəng edən polislərdir. Polis telefonda Sevdaya Mədinənin xəstələndiyini demiş, tez gəlməsini söyləmişdir. Sevda inanmayıb ağlayaraq polisdən dəqiq məlumat verməsini tələb etmiş, bir qədər sonra polis əməkdaşları yaşadıqları evə gəlib Sevdanı özləri ilə aparmışlar. Saat 11 radələrində anası evə gəlmiş, o anasına bu barədə danışmışdır. Daha sonra ona Mədinənin Valeriy tərəfindən öldürülməsi məlum olmuşdur. Lakin o, Valeriyin nə üçün Mədinəni öldürməsini bilməmişdir.

39. Məhkəmədə şahid qismində dindirilmiş Minazar Kojaeva ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs qızının qeyri-rəsmi əri kimi tanımış, aralarında ədavət və düşmənçilik olmamışdır. Hadisənin baş verdiyi gecə qızı Sevda onların yaşadığı evdə qalmış, səhər açılandan sonra qızının mobil telefonuna zəng gəlmiş və qızı Şahid1 dərhal hadisənin baş verdiyi evə getmiş, ona Sevdanın qızı Mədinənin atası Valeriy tərəfindən öldürülməsi məlum olmuşdur. Cinayət hadisəsi ilə bağlı başqa heç bir məlumatı olmamışdır. Şahid Minazar Kojaeva həmçinin bildirmişdir ki, qızı Sevda tez-tez onlara gəlib-getmiş, həmçinin Sevda tez-tez Mədinəni də onlara gətirmişdir. Polis əməkdaşları onlara zəng edərək Mədinənin atası tərəfindən öldürüldüyünü söyləmiş, Mədinə 1 yaş 2 aylıq olmuş, Sevda bəzən Mədinəni atası Valeriyin yanında qoyub onlara gəlmiş, Sevda həmişə qızı Mədinəyə əri Təqsirləndirilən şəxs özündən yaxşı baxdığını söyləmişdir. O, Mədinənin meyitini görməmiş, ölümündən sonra şəklini görmüşdür. Mədinənin Təqsirləndirilən şəxs tərəfindən hansı səbəbə öldürüldüyünü bilməmiş, Mədinənin meyitinə şəkildə baxdıqda sonuncunun sifətinin gömgöy olmasını görmüşdür. Təqsirləndirilən şəxs Mədinənin başını divara vuraraq sonuncunu öldürməsini eşitmiş, Təqsirləndirilən şəxs tez-tez spirtli içki qəbul edən biri olmuş, spirtli içki qəbul etməsinə baxmayaraq özünü idarə edə bilmişdir. Təqsirləndirilən şəxs həmişə Mədinəyə qarşı xoş münasibət bəsləmişdir. İbtidai istintaqda verdiyi ifadəni təsdiq etmiş, həmin ifadədəki imzalar ona məxsus olmuşdur.

40. Şahid Minazar Kojaeva məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 1992-ci ildə Xaləddin Cəfərovla rəsmi nikaha daxil olmuş, bu nikahdan 1995-ci il təvəllüdlü Elvin və 2006-cı il təvəllüdlü Elgün adlı övladları dünyaya gəlmişdir. Şahid1 həyat yoldaşının ilk evliliyindən olmuş, o, Xaləddinlə evlənərkən Sevdanın 1 yaşı olmuşdur. Sevda onun ögey qızı olmuş, sonuncu ilə münasibəti yaxşı olmuşdur. Xaləddinlə birlikdə heyvandarlıqla məşğul olmuş, texminan 3-4 il əvvəl Sevda Valeriy adlı şəxslə qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamağa başlamış və bu münasibətdən Mədinə adında qızları dünyaya gəlmişdir. Mədine xx.xx.2023-cü il tarixdə Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında dünyaya gəlmiş, Mədinənin heç bir sənədi olmamış, Mədinənin valideynləri heç yerdə işləməmiş, natəmiz şəraitdə yaşamışlar. O, bir dəfə onların evində olub Sevdaya natəmizliklə bağlı iradını bildirmiş, Sevda uşağa baxdığını, Valeriyin sonuncuya heç bir kömək etməməsini, ancaq spritli içki içməsini söyləmişdir. Valeriy spirtli içki aludəçisi olmuş, Valeriy Sevdadan mütəmadi olaraq spirtli içki almasını tələb etmişdir. Sevda araq almadığı vaxtlarda Valeriy Sevdanı döymüşdür. Bu barədə Sevda özü ona dəfələrlə bildirmiş, Sevda ona demişdir ki, Valeriy nə yolla olur olsun ondan spirtli içki almasını tələb etmişdir. Sevda bəzi hallarda evlərində yeməkləri olmadığı üçün övladı Mədinə ilə birlikdə onun yaşadığı evə gəlib bir neçə gün qalmış, sonra isə, Valeriy onların evinə gəlib onlarsız qala bilmədiyini, evə ərzaq almasını deyərək, Sevdanı razı salıb onların evlərinə qayıtmasına nail olmuşdur. Sevda könüllü olaraq uşağı ilə birlikdə Valeriyin yanına qayıtmışdır. Bəzi hallarda isə Sevda Mədinəsiz onların evinə gəlmişdir. Təxminən 3-4 dəfə Sevda onların yaşadığı evə gələrək bir gecəlik qalmışdır. O, tək gəldiyi vaxt onların evində bir gecəlik qalmış, Sevda gələndə o, Sevdagilin evlərində yeməyə ərzaqları olmadığını bilmişdir. O, Sevdadan Mədinəsiz gəlməsinin səbəbini soruşduqda Sevda uşağın yolda soyuqlama ehtimalının olmasını ilə izah etmişdir. Sevda evlərinə qayıdanda o, həmişə imkan daxilində qidalanmaları üçün ərzaq qoymuşdur. Sonuncu dəfə 2 həftə əvvəl Sevda Mədinə ilə birlikdə evlərində ərzaq olmaması səbəbindən onların evinə gələrək qalmağa başlamış, 1 həftədən sonra Valeriy gələrək evlərinə yemək aldığını bildirərərək Sevdanı dilə tutaraq evlərinə qayıtmasına nail olmuşdur. Sonuncu dəfə Mədinəni həmin vaxt görmüş, Mədinə sağlam olmuş, 06 noyabr 2024-cü il tarixdə evdə ərzaq olmadığı üçün axşam saatlarında Sevda tək onlara gəlmişdir. Sevda bir gün onlarda qalmış, o Sevdaya qatıq, süd, çörək, yağ, peçenyə, vermeşil qoyub yola salmışdır. Bundan bir gün sonra xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Sevda yaşadıqları evə gəlmiş, o, Sevdanı görüb təəcüblənmiş və “ay bala səni dünən yola salmışdım, uşağını qoyub yenə niyə gəlmisən” deyə soruşmuşdur. Sevda evlərinə işıq borcu gəlməsini bildirib, Valeriyin ondan hardan olur-olsun 40 manat pul tapmasını tələb etdiyini söyləmişdir. Sevda işığın kəsiləcəyindən narahat olmasını, qaranlıqda uşağa baxa bilməyəcəyini deyib ondan pul istəmiş, o Sevdaya atası gəldikdən sonra 40 manat düzəldib sonuncunu yola salacağını bildirmişdir. Sevda onların evinə gəldikdə oğlu Elgün evdə, Xaləddin isə fermada olmuş, saat 20:00 radələrində o tövləyə gedərək Xaləddinə Sevdanın gəldiyini və işıq pulu üçün 40 manat istədiyini bildirmişdir. Xaləddin düzəldib verəcəyini söyləmiş, onun tövlədə işi tez bitdiyindən saat 21:30 radələrində tövlədən evə qayıtmış və şam yeməyi üçün süfrə hazırlamağa başlamışdır. Saat 22:00 radələrində Xaləddin tövlədən evə gəlmiş və yemək yeməyə başlamışlar. Həmin vaxt Sevda da onlarla yemək yemiş, o, Mədinə ilə maraqlananda Sevda uşağı yedizdirib çıxmasını, evdə uşağın yeməyinin olmasını, uşağın Valeriyin nəzarətində olmasını bildirmişdir. Yeməklərini bitirdikdən sonra təxminən saat 00:00 radələrində Sevda arxa otağa keçərək yatmışdır. Gecə qatıq hazırlamaq üçün Sevdanın yatdığı otağa keçmiş, o təxminən 1 saata işini bitirmiş və otaqdan çıxmış, bu müddət ərzində Sevda yatmış, o, otağına gedərək yatmış və səhər saat 08:00 radələrində oyanmışdır. Oyandıqdan sonra mətbəxdə gecədən hazırladığı qatıqları götürən zaman pərdənin arxasından Sevdanın yatdığını görmüş, Xaləddinlə birlikdə çay içərək tövləyə getmişlər. Saat 11:00 radələrində evə qayıtmış, evə qayıdanda ona məlum olmuşdur ki, polislər Sevdanı aparıb. Daha sonra ona Mədinənin Valeriy tərəfindən öldürülməsi məlum olmuşdur. X18 hansı şəraitdə, nədən öldürməsini bilməmiş, Sevda Valeriyin spirtli içki qəbul etdikdə aqressiv, əsəbi olmasını ona demiş, lakin Valeriyin övladına qarşı nə vaxtsa belə edəcəyi ağlına gəlməmişdir.

41. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin polis nəfəri vəzifəsində xidmət etməklə Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 08 noyabr 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində xidmətdə olan zaman Təqsirləndirilən şəxs ona və onunla birlikdə xidmətdə olan digər polis əməkdaşına yaxınlaşaraq qızının öldüyünü söyləmişdir. Təqsirləndirilən şəxs şəxsən tanımasa da, çox vaxt həmin ərazidə xidmətdə olduğuna görə dolayı yolla Təqsirləndirilən şəxs tüfeyli həyat yaşadığını bilmişdir. O, Təqsirləndirilən şəxslə birlikdə sonuncunun evinə getmiş, evə daxil olan zaman stolun üzərində çoxlu sayda içi boş halda spirtli içki butulkalarının və çarpayıda 2-3 yaşlarında, üz-gözündə xəsarət izləri olan körpə qız uşağının ölü vəziyyətdə yatdığını görmüşdür. Təqsirləndirilən şəxs söylədiklərinə görə içkili halda olduğundan uşaq ağlayan zaman Təqsirləndirilən şəxs uşağın başını 1-2 dəfə divara vurmuş, lakin uşağın ağlamaq səsləri kəsilmədiyinə görə o, yenidən yuxuya getmişdir. Yəni, Təqsirləndirilən şəxs söylədiklərinə görə sonuncu yuxuya gedən zaman körpə hələ də həyatda olmaqla ağlamışdır. Təqsirləndirilən şəxs polis əməkdaşlarına yaxınlaşan zaman üstü-başı tam səliqəli formada olmuş, yəni övladı vəfat etmiş bir ataya görə çox səliqəli geyinmişdir. Şahid4 həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxs onlara içkili halda olduğuna görə uşağa xəsarət yetirdiyini etiraf etmiş, hadisə günü uşağın anası Şahid1 evdə olmamış, uşağın bədəninə toxunmadığından uşağın bədəninin soyuq və ya isti olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs ona yaxınlaşan vaxt hədsiz dərəcədə həyacanlı olmuş, o və xidmətdə olan digər polis əməkdaşı evə yaxınlaşan zaman ətrafda heç kim olmamış, uşağın üzərində xəsarət izləri olmuş, uşağın üzünün sağ tərəfi 90% xəsarətdən ibarət olmuşdur. Onlar təqsirləndirilən şəxsə polis əməkdaşı kimi yetərli şəkildə köməklik göstərərək anlayışlı davranmış, o, evə daxil olan zaman evdə heç kim olmamış, uşaq evdə tək olmuş, onlar evə daxil olan zaman qapı kilidli olmamış, onların yanına gələn zaman Təqsirləndirilən şəxs övladı ölmüş bir ataya görə hədsiz dərəcədə səliqəli olmuş, Təqsirləndirilən şəxs evi bir mərtəbəli balaca həyət evi olmuşdur. İbtidai istintaqda verdiyi ifadəni təsdiq etmiş, həmin ifadədəki imzalar ona məxsus olmuşdur.

42. Məhkəmədə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 2024-cü il tarixdən X15, Binəqədi Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin polis nəfəri vəzifəsində xidmət etməklə Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Mədəniyyət evinin qarşısında PP19 nömrəli postda Şahid4 ilə xidmətdə olmuşdur. Təxminən saat 10:15 radələrində xidmətdə olan zaman sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs həyacanlı şəkildə onlara yaxınlaşaraq özünü Valeriy olaraq təqdim etmiş və yaşadığı evdə övladının öldüyünü bildirmişdir. Onlar dərhal həmin evə getmiş, evə daxil olanda çarpayıda ölmüş qız uşağının olmasını görmüş, uşağın baş nahiyəsində xəsarət izləri, yəni hematoma olmuşdur. Onlar Təqsirləndirilən şəxs hadisə barədə suallar verməyə başlamış, hadisənin necə, kim tərəfindən, hansı şəraitdə törədilməsini soruşmuşlar. Həmin vaxt Valeriy “gecə içkili idim, övladım yanımda yatmışdıq, gecə saatlarında ağladı, yatmağa məni qoymadı, mən də əsəbləşib özümdən asılı olmayaraq bir dəfə başını divara vurdum, lakin o, yenə sakitləşmədi, ağlamağa davam etdi, mən də buna əhəmiyyət verməyərək yatdım, səhər ayılanda isə gördüm ki, ölübdür” demişdir. Onlar Valeriyə başqa sual verməmiş, cinayətin əlamətlərini görüb öz əcəli ilə vəfat etmə olmadığını anlayıb dərhal hadisə yerinin toxunulmazlığını təmin edərək, hadisə barədə rəhbərliyə məlumat vermişlər. Əməliyyat qrupu dərhal ünvana yaxınlaşmış və aidiyyatı orqanlara məlumat verilmişdir.

43. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs qonşusu olaraq tanımış, aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs daima spirtli içki qəbul edən və daima evindən səs-küy gələn biri olmuş, qızlarının söylədiklərinə görə axşam saatlarında Təqsirləndirilən şəxs yaşadığı evdən divara vurulan yumruq səsləri eşidilmişdir. Səhər saatlarında onlara Təqsirləndirilən şəxs azyaşlı uşağını qətlə yetirməsi məlum olmuş, hadisə günü Təqsirləndirilən şəxs evindən söyüş, dava-dalaş səsləri eşitməmişdir. Şahid6 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxslə onun evi yanbayan yerləşmiş, onun Təqsirləndirilən şəxslə heç bir münasibəti olmamış, hadisəni birbaşa görməmiş, hadisənin səhəri günü o işdə olan vaxt uşaqları ona telefonla zəng edərək hadisə haqqında məlumat vermişlər. Hadisə baş verən zaman qızları divara vurulan “tappıltı” səslərini eşitmişlər. Hadisədən əvvəl Təqsirləndirilən şəxs uşağına qarşı etdiyi hər hansı bir zorakılıq halına şahid olmamış, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etmiş, həmin ifadədəki imzalar ona məxsus olmuşdur.

44. Məhkəmədə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 4-5 il əvvəl parkda Valeriy adlı şəxslə tanış olmuş və həmin şəxs onu saxlayacağını vəd edərək evinə dəvət etmişdir. Həmin vaxtdan ər-arvad kimi yaşamağa başlamışlar. Valeriy həmin vaxt fəhlə işləmiş, spirtli içki aludəçisi olmuş, lakin iş vaxtında içməmişdir. xx.xx.2023-cü il tarixdə birgə nikahlarından Mədinə adlı qız övladı dünyaya gəlmişdir. Mədinəyə şəxsiyyət vəsiqəsi düzəltməyə vaxt tapa bilməməsi səbəbindən qızının şəxsiyyət vəsiqəsi olmamışdır. Valeriy Mədinə dünyaya gəldikdən sonra babasili olmasını bəhanə edib işləməmiş, ona “uşağa mən baxaram, sən get, hardan gətirirsən özün bilərsən, işlə, evə pul gətir, mənə araq al” demişdir. Valeriy evdə uşağa baxmış, o isə məcburiyyətdən dilənməyə başlamış, həmçinin yollarda dayanıb tanımadığı müxtəlif adamlara 10-20 manat müqabilində cinsi xidmət göstərmişdir. O, bunu könüllü olaraq etmiş, Valeriy və ya başqa birisi məcbur etməmişdir. İşləyib günün sonunda əldə etdiyi pullara ərzaq, Valeriyə spirtli içki, yəni araq, övladına uşaq yeməyi almışdır. Beləcə, Valeriy mütəmadi olaraq hər gün spirtli içki qəbul etmişdir. Valeriy araq içəndə bəzən aqressiv, əsəbi olmuş, bəzən isə çox sakit olmuşdur. Valeriyə spirtli içki almayacağını deyəndə sonuncu onu döymüşdür. Yumruq zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirmiş, bu barədə o, valideynlərinə heç nə deməmişdir. Hər dəfə də uşağına görə Valeriyni bağışlayıb polisə şikayət etməmişdir. Bəzi vaxtlarda pul qazana bilməmiş, evdə də yemək olmamış, ona görə də övladı Mədinə ilə birlikdə atasının evinə getmişdir. Sonra isə Valeriy gəlib onlarsız qala bilmədiyini deyərək onu razı salıb evinə qayıtmağına nail olmuşdur. O, könüllü olaraq uşağı ilə birlikdə Valeriyin yanına qayıtmışdır. Evdə yemək, əsasən də uşaq yeməyi olmayanda məcbur olub Mədinəsiz təxminən 3-4 dəfə atası evinə gedərək bir gecəlik qalmışdır ki, evə yeməklə qayıtsın. O, hətta çətinlikdən məcbur qalıb uşağa zibil yeşiklərindən topladığı çörəklərdən vermişdir ki, ac qalmasın. Mədinənin yolda soyuqlama ehtimalına görə də bəzən uşağı Valeriyin yanında qoymağa məcbur olmuşdur. Öz evindən atasıgilə gedəndə demək olar ki, hər dəfə piyada getmişdir. Çünki avtobusa verməyə pulu olmamışdır. Valeriy spirtli içki qəbul edən zaman aqressiv, əsəbi olduğu üçün həmişə arağı evə gələndə alıb Valeriyə vermişdir ki, o, olmayanda içib aqressivləşər, birdən uşağa nəsə edər. Valeriy ümumi olaraq Mədinəyə qarşı yaxşı olmuşdur. Lakin bir dəfə sonuncu içkili vəziyyətdə onu döyən zaman yaranmış səs-küydən Mədinə ağlayanda uşağa əsəbləşib uşağın qollarından tutub “ağlama” deyə qışqıranda tez uşağı Valeriydən alıb özünü də itələmişdir. Bu hadisə bir dəfə olduğundan Valeriyin Mədinəyə qarşı belə hərəkətini heç kimə danışmamışdır. 06 noyabr 2024-cü il tarixdə evdə yemək, ərzaq olmadığı üçün axşam saatlarında atasının evinə getmiş, Mədinə Valeriyin yanında qalmışdır. Bir gün atasının evində qalmış, anası ona qatıq, süd, çörək, yağ, peçenyə, vərmeşil qoymuşdur. O, ərzaqları evə gətirmişdir. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Valeriy ona 80 manat işıq borcunun olduğunu, heç olmasa borcun yarısını verməli olduqlarını deyib ondan 40 manat tapmağını tələb etmişdir. Əvvəlcə o, etiraz etmiş, uşağa baxmasını bildirmişdir. Bu zaman Valeriy yumruq zərbələri ilə onun baş və bədən nahiyəsinə 2-3 zərbə endirərək tələbini davam etdirmişdir. Həmin vaxt Valeriy içkili olmamış, ona görə Mədinəyə baxa biləcəyinə əmin olmuş, həm də işığın kəsiləcəyindən narahat olmuş, ona görə də qərara gəlmişdir ki, atasıgilə gedib onlardan pul istəsin. Mədinəni yedizdirmiş, altını dəyişdirib təxminən saat 18:00 radələrində evdən çıxmış və atasıgilə getmişdir. O, evdən çıxanda Valeriy Mədinə ilə oynamışdır. Mədinə sağlam şəkildə olmuşdur. O, atasının evinə çatanda ögey qardaşı Elgün və ögey anası evdə, atası Xaləddin isə fermada olmuşdur. Anası ondan uşağı yenə evdə qoyub niyə tək gəlməsini soruşmuşdur. O, anasına işıq borcu gəlməsini, işığı kəsəcəklərini, Valeriyin onu 40 manat pul dalınca göndərməsini bildirmişdir. Anası “Xaləddinə deyim pul düzəldərik” demişdir. Bir müddət sonra anası fermaya getmişdir. Əvvəlcə anası, təxminən saat 22:00 radələrində atası Xaləddin fermadan evə gəlmiş və birlikdə yemək yemişlər. Həmin gecə atasıgildə qalmışdır. Yeməyini bitirdikdən sonra, təxminən saat 00:00 radələrində arxa otağa keçərək yatmışdır. Səhər, yəni 08 noyabr 2024-cü il tarixdə saat 09 radələrində yuxudan oyanmışdır. Mobil nömrəsinə polis əməkdaşlarından zəng gəlmiş, övladının səhhəti pis olduğuna görə təcili gəlməli olmasını bildirmişlər. O, atasının evində olmağını demişdir. Hiss etmişdir ki, onu aldadırlar, uşağına nəsə olmuşdur. Çünki heç vaxt uşağına görə polislər ona zəng etməmişlər. O, həmin xəbəri alanda atası, anası evdə olmamış, Elgün isə evdə olmuşdur. Daha sonra onun arxasınca polis əməkdaşları gəlmiş, onu izahat vermək üçün bölməyə dəvət etmişlər. Sonradan bilmişdir ki, Valeriy övladına xəsarət yetirərək övladını öldürmüşdür. Valeriyin Mədinəni hansı şəraitdə öldürməsini bilməmiş, o, xx.xx.2024-cü il tarixdə axşam saat 18:00 radələrində Mədinəni sağlam şəkildə heç bir xəsarəti olmadan, yeməyini yedizdirərək evdə qoyub atası evinə getmişdir. O, əmindir ki, Valeriy içkili olmuş, Mədinənin ağlaması Valeriyi narahat etmiş və Mədinəni vurub öldürmüşdür.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

45. Təqsirləndirilən şəxs məhkəmə baxışında Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, səhər yuxudan ayılan vaxt qızı Mədinəni yanında ölü şəkildə tapmışdır. Qızının başına nə gəldiyinə dair heç bir məlumatı olmamış, qızı Mədinənin cansız bədənini yanında gördükdən sonra dərhal qonşunun qapısını döymüş, lakin heç kim qapını açmamış, daha sonra özünü küçəyə atmış və qarşısına polis əməkdaşları çıxmış, həmin polis əməkdaşlarına qızının evdə ölü şəkildə yatdığını söyləmiş və polis əməkdaşları ilə birlikdə evə gəlmişdir. Çoxlu sayda polis əməkdaşları, prokurorluq işçiləri evə gəlməyə başlamış, onu polis avtomobilinin arxa oturacağına əyləşdirərək qolunu bağlamış, daha sonra onu polis bölməsinə apararaq orada şiddətli şəkildə döymüşlər. Gecə ona ağrıkəsici iynə vurub yatızdırmışlar. O, qızı Mədinəni öldürməmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, o, hadisənin baş verdiyi günün tarixini dəqiq xatırlamamış, gecə arvadı Sevda evdə olmamış, Sevda öz atasıgilə getmişdir. O, hadisə günü bir qədər spirtli içki qəbul etmiş, həmin spirtli içkini özü almış, hadisə günü Mədinə evdə yatmış, lakin Mədinənin nəfəs alıb-almadığını bilməmiş, o evdə Mədinə ilə tək olarkən Mədinənin bədənində gözlə görünən heç bir zədə izi olmamış, o, əvvəllər şirkətdə fəhlə kimi işləmiş, lakin son dövrlər səhhətində problem yarandığından işdən çıxmış, həmin gün səhər saatlarında qızı Mədinə ilə oyun oynamış, Mədinənin səhhəti çox yaxşı olmuş, arvadı Sevda Mədinənin yeməyini verərək evdən çıxıb getmiş, Mədinə həmin vaxt sağlam olmuş, hadisə günü spirtli içki qəbul edib yatmışdır. Hadisə günü Mədinə ağlamamış, sonuncunun səsini eşitməmiş, yuxudan oyanandan sonra Mədinənin nəfəsinin gəlmədiyini görmüşdür. İçdiyi spirtli içkini mağazadan almış, lakin hansı məbləğə aldığını xatırlamamış, təxminən 250 qram spirtli içki qəbul etmişdir. Səhər yuxudan oyandıqda Mədinənin öldüyünü görmüş, Mədinəni ölü halda gördükdə nə edəcəyini bilməyərək həyəcanlanmışdır. Hadisə günü o və Mədinə evdə tək olmuş, Sevda hadisə günü evdə olmamış, gecə evə kiminsə girib-girmədiyini bilməmiş, qızı Mədinə divar tərəfdə yatmış, Mədinə yeriməyi bacarmış, təzə-təzə yeriməyə başlamışdır. Divar ilə çarpayı arasında məsafə olmuş, Mədinənin həmin aradan düşərək xəsarət ala bilməsi ehtimalı olmuşdur. O, spirtli içkini hadisə günündən 1 gün əvvəl almış, evdə spirtli içkisi olmuş, Mədinəni evdə tək qoyub evdən çölə çıxmamışdır. Mədinənin çarpayıdan yıxılmaq ehtimalı olmamış, Mədinənin başına nə gəldiyini bilməmiş, Mədinənin divara dəymək ehtimalı olmuş, Mədinə əvvəllər çarpayıdan yıxılmışdır. O, Mədinənin gecə saatlarında yuxudan oyanaraq yemək qabını axtarmağa çalışdıqda çarpayıdan yıxılaraq xəsarət aldığını düşünmüşdür.

Hüquqi məsələlər:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

46. CM-in 120.2.9-cu maddəsinə əsasən təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

47. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

48. Maddə 7.1. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

49. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

50. Maddə 15.5. Bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur

51. Maddə 23. Səbəbindən asılı olmayaraq (alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə nəticəsində) sərxoş halda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad olunmur.

52. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

53. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

54. Maddə 56.1.3. Xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

55. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

56. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.

57. Maddə 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

58. Maddə 28.5. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

59. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

60. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

61. Maddə 125.8. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

62. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

63. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

64. Maddə 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

65. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

66. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

67. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

68. Maddə 347.1. Məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

69. Maddə 351.2. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.

Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında xx.xx.2002-ci il tarixli 3 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı

70. Qərarın 13-cü bəndi. CM-in 120.2.9-cu maddəsi ilə (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) məsuliyyət o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs bunu dərk edir. Məsələn, köməksiz vəziyyətdə olma dedikdə zərərçəkmişin müqavimət göstərə bilməməsinə səbəb olan qocalıq, əlillik, azyaşlı olma, ağır xəstəliyə tutulma, eləcə də özünə qarşı edilən hərəkətlərin ictimai təhlükəli xarakterini dərk etməyə mane olan psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması və s. bu kimi hallar başa düşülür.

71. Qərarın 21-ci bəndi. Qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır.

Əməlin tövsifi və digər hüquqi məsələlər:

72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

73. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

74. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

75. Məhkəmə qeyd edir ki, məhkəməyədək icraat və məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiə hüququ qorunmuş, onun iştirakı ilə keçirilmiş istintaq hərəkətində təqsirləndirilən şəxsin müdafiəçisi şəxsən iştirak etmişdir.

76. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 120.2.9-cu maddəsi ilə düzgün olaraq tövsif edilmişdir.

77. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının müddəalarını da nəzərə alır.

78. Belə ki, CM-in 120.2.9-cu maddəsində təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürməyə görə cinayət məsuliyyəti müəyyən edilir.

79. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş aşağıdakı halları işin obyektiv həlli üçün əhəmiyyətli hesab edir:

80. Belə ki, məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokola əsasən yoxlama zamanı Təqsirləndirilən şəxs orta alkoqol sərxoşluq dərəcəsində olmuşdur.

81. Bundan başqa, cinayət işinin materiallarından müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs Tolmaçeva (Qocayeva) Mədinə Valeriy qızı xx.xx.2023-cü il təvəllüdlü olmaqla, azyaşlıdır və o, yaşına görə aşkar surətdə köməksiz vəziyyətdə şəxsdir.

82. Bundan əlavə, həm təqsirləndirilən şəxs, həm şahidlərin ifadələri əsasında müəyyən olunmuşdur ki, hadisə baş verən vaxt, yəni xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında Təqsirləndirilən şəxs və Tolmaçeva (Qocayeva) Mədinə Valeriy qızından başqa heç kim olmamışdır.

83. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 214 nömrəli ekspert rəyinə əsasən, mərhumə azyaşlı X2 meyitində aşkar edilmiş xəsarətlər həyati əlamətlərə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqələri olmuş və həmin xəsarətlər xx.xx.2024-cü il tarixdə onun başının geniş səthə malik küt əşyaya (əşyalara), o cümlədən divara ən azı 2 (iki) dəfə vurulma nəticəsində əmələ gələ bilərdilər.

84. CPM-in 140.0.1-ci maddəsinə əsasən, Cinayət prosesi gedişində ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri yalnız tibb sahəsində ekspertin rəyinin əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər.

85. Göründüyü kimi, sözügedən ekspert rəyinə görə Təqsirləndirilən şəxs qızızərərçəkmiş şəxs Mədinə Tolmaçevanın yatdığı çarpayıdan yıxıldığını deməsini halını istisna edir, əksinə zərərçəkmiş şəxs M.Təqsirləndirilən şəxsanın ona edilmiş zorakılıqlar nəticəsində bədəni üzərində xəsarət yarandığını göstərir.

86. Bundan əlavə, polis əməkdaşı olan Şahid4 məhkəmədə verdiyi ifadəsində hadisə barədə Təqsirləndirilən şəxs məlumat verərkən, sonuncu alkoqollu içkinin təsiri altında olduğundan uşağının, yəni zərərçəkmiş şəxs Mədinə Tolmaçevanın başını 1-2 dəfə divara vurduğunu soruşmuş, buna səbəb uşağın ağlaması olmuşdur. Şahid5 da məhkəməyədək icraat zamanı verdiyi ifadəsində oxşar məzmunlu ifadə verməklə Şahid4 dediklərini təsdiqləmişdir.

87. Göründüyü kimi, Təqsirləndirilən şəxs hadisədən dərhal sonra baş verənlər barədə dəqiq məlumat vermiş, lakin sonradan o, özünü müdafiə xarakterli mövqe tutub qızına qarşı zorakılıq etmədiyini bildirmişdir.

88. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini düzgün olaraq Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə tövsif etmiş, yəni Təqsirləndirilən şəxs aşkar surətdə köməksiz vəziyyətdə olan qızı Tolmaçeva (Qocayeva) Mədinə Valeriy qızını qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir.

89. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən CM-in 120.2.9-cu maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. CM-in 120.2.9-cu maddəsi nəzərdə tutulmuş cinayət xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir.

90. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, CM-in 120.2.9-cu maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.

91. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.

92. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun qızı Mədinənin başına nə gəldiyinə dair heç bir məlumatı olmaması, Mədinənin nəfəs alıb-almadığını bilməməsi, Mədinənin divara dəymək ehtimalının olması, Mədinənin əvvəllər də çarpayıdan yıxılması, Mədinənin gecə saatlarında yuxudan oyanaraq yemək qabını axtarmağa çalışdıqda çarpayıdan yıxılaraq xəsarət almasını düşünməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla xüsusilə ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün işin faktiki halları ilə təkzib olunan həmin ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur.

93. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, ekspertiza rəylərini və digər sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 120.2.9-cu maddəsi ilə düzgün tövsif edilmişdir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

94. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı davranışını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirilən hal olaraq qiymətləndirir.

95. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.

96. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

97. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar.

98. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayətlər kimi təsnif edilmişdir.

99. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

100. İşdə olan tutma protokolundan və müvafiq məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 08 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən onun barəsində 10 noyabr 2024-cü il tarixdə 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 31 yanvar 2025ci il tarixli, 4(001)-68/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 (bir) ay müddətinə, yəni 08 mart 2025-ci il tarixədək, həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, 4(001)-165/2025 saylı qərarı ilə 28 mart 2025-ci il tarixədək uzadılmış, məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqi 70; 140-142; Cild 2, iş vərəqi 44-47)

101. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 08 noyabr 2024-cü tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir.

102. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

103. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

104. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon prokurorluğunun maddi sübutları saxlama yerində saxlanılan 01 ədəd "xxxx" ASC-yə məxsus sərfiyyat qəbzi, 01 ədəd "xxxx" ASC-yə məxsus xəbərdarlıq qəbzi, zərər çəkmiş şəxs Mədinə Tolmaçevaya (Qocayeva) məxsus 01 ədəd idman köynəyi, 01 ədəd idman şalvarı, 02 cüt corab, 01 ədəd kalqotka, 01 ədəd kombinizon, 01 ədəd mayka, 01 ədəd papaq, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd uşaq üçün yemək qabı, 01 ədəd mələfə, 01 ədəd yorğan, 01 ədəd pərdə, 03 ədəd yastıq məhv edilməli, 01 ədəd “fləşkart” cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd “DV-R” qanuni sahininə qaytarılmalıdır.

105. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

106. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

107. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinsin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu, yəni 08 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 77 (yetmiş yeddi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Bakı şəhəri Binəqədi rayon prokurorluğunun maddi sübutları saxlama yerində saxlanılan 01 ədəd "xxxx" ASC-yə məxsus sərfiyyat qəbzi, 01 ədəd "xxxx" ASC-yə məxsus xəbərdarlıq qəbzi, zərər çəkmiş şəxs Mədinə Tolmaçeyavaya (Qocayeva) məxsus 01 ədəd idman köynəyi, 01 ədəd idman şalvarı, 02 cüt corab, 01 ədəd kalqotka, 01 ədəd kombinizon, 01 ədəd mayka, 01 ədəd papaq, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd uşaq üçün yemək qabı, 01 ədəd mələfə, 01 ədəd yorğan, 01 ədəd pərdə, 03 ədəd yastıq məhv edilsin, 01 ədəd “fləşkart” cinayət işinin materiallarında saxlanılsın və 01 ədəd “DV-R” qanuni sahininə qaytarılsın. İş üzrə mülki iddia, həbs olunmalı və xüsusi müsadirə edilməli digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar