Məhkəmə qərarları › İş №1(101)-1124/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1124/2023

08.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1124/2023 08.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsi, Hakimlər: X11 (sədrlik edən), X8 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi: Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Şahid1 Səftər oğlunun, Təqsirləndirilən şəxs, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Ali təhsilli, fərdi əməklə məşğul olmuş, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 1(004)-371/2023 saylı hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs, qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan külli miqdarda 4,584 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 17 noyabr 2022-ci il tarixdə, Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 15:50-də ünvan 2 ünvanının həyətində saxlanılaraq polis idarəsinə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki gödəkcənin cibindən bir bükümdə təmiz çəkisi 4,584 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, 17 noyabr 2022-ci il tarixdə daima getdiyi və müalicə aldığı 1 saylı şəhər klinik xəstəxanasına (Semaşko) gəlmişdir. Maşından düşdükdən sonra 3-4 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra polis əməkdaşları onu maşına mindirib orada döyməyə başlamışlar. Tutulan zaman üzərində heç bir narkotik vasitə olmamış lakin maşında polis əməkdaşları tərəfindən ona içərisində narkotik vasitə olan bir bağlama verilmiş və oradan da onu polis bölməsinə gətirmişlər. İdarədə polis əməkdaşları bir daha ona fiziki güc tətbiq edərək döymüşlər. Daha sonra onu Nəsimi RPİ-nin MSY-nə aparmışlar. Nəsimi RPİ-nin MSY-də 2 gün qalmış və sonda təzyiqlərə dözməyib Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittihamı qəbul etməyə məcbur olmuşdur. İttihamə qəbul etdikdən və imza atdıqdan sonra onu azad etmişlər. Çıxdıqdan sonra evin açarlarının polis əməkdaşlarında qaldığını müəyyən etmiş və açarı almaq üçün yenidən geri qayıtmışdır. Polis əməkdaşları onun qayıtdığını görmüş və həmin vaxt “bunu kimi buraxıb” deyərək onu yenidən həbs etmişlər. Polis əməkdaşları onu 2 saat saxladıqdan sonra saxta ittihama yenidən imza atdırıb onu azad etmişlər. Onu da qeyd etmək istəyir ki, bu hadisədən bir ay öncə polis əməkdaşları onu tanışının yaşadığı evdən tutub polis bölməsinə aparmışlar. Polis bölməsində onu müəyyən bir vaxt saxladıqdan sonra azad etmişlər lakin bildirmişlər ki, bir ay ərzində onlara yaxınlaşsın. Lakin o, polis əməkdaşlarının niyyətini bildiyi üçün getməmişdir. Sədrlik edənin sualına cavab olaraq izahatında göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən döyülməsi barədə hər hansı hüquq mühafizə orqanlarına şikayət etməmişdir. Sonda Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. Məlum, qərəzsiz mənbədən Nəsimi rayon ərazisində İlham adlı şəxsin narkotik vasitə əldə etmə, saxlama və daşıması ilə bağlı məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması, İlham adlı şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən sonra bilavasitə yaxalanması, narkotik vasitələrin vaxtında aşkar olunmaqla götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirə salınmaz tədbirlər görülməklə aşkar və gizli üsulla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirlməsi məqsədi ilə idarə rəhbərliyinə raportla məruzə olunmuşdur. Əməliyyat-axtarış tədbirlərinin keçirlməsi məqsədi ilə xx.xx.2022-ci il tarixdə qərar tərtib olunmaqla rəhbərlik tərəfindən həmin tədbirin keçirilməsi ilə bağlı əmr imzalanmış, xx.xx.2022-ci il tarixdə saat 15:50 radələrində keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən 1 saylı X13 həyətində saxlanılmaqla Nəsimi RPİ-nin NMB-nə gətirilmiş, idarədə olarkən onun şəxsiyyəti tam dəqiqləşdirilərkən onun xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Nəsimi RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis mayoru Babək Mirzəyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq, mütəxəssis tərəfindən çəkiliş edilməklə üzərində şəxsi axtarış və götürmə aparılmasına başlanılmış və təhqiqatçı Babək Mirzəyev tərəfindən Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddəni, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra ilkin olaraq Təqsirləndirilən şəxs əynindəki tünd göy və ağ naxışları olan idman şalvarının sağ yan cibindən 01 ədəd qırmızı rəngli alışqan, şalvarının sol yan cibindən 4 ədəd 1 manatlıq pul əskinasları, əynində olan qara rəngli idman gödəkçəsinin sol iç qoltuq cibindən isə 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində şəffaf toz halında, kristal şüşə formalı spesifik iyə malik kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmiş, sonra onun üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyaların bir-bir adlarını deməklə təqdim etməsi təklif olunmuş, o, üzərindən aşkar edilən bir ədəd şəffaf sellofan bükümündə içərisində ağ rəngli, kristal şəkilli, spesifik iyi olan maddənin psixotrop maddə olan metamfetamin olduğunu, eyni zamanda üzərindən aşkar edilən mobil telefonun ailəsinə məxsus olduğunu və özü istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddəni haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi soruşulduqda o, psixotrop maddəni xx.xx.2022ci il tarixdə axşam saatlarında adını “Məmməd” olaraq bildiyi, tanımadığı İran İslam Respublikasının vətəndaşı ilə Nəsimi rayonu, “Kubinka” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsin telefonu ilə “Whatsapp” vasitəsi ilə danışıb adını bilmədiyi mağazada ödəmə terminalından onlayn olaraq hesab nömrəsini xatırlamadığı karta 100 manat pul ödəyərək sifarişin çatdırıldığı Bakı şəhəri Nizami rayonu, Qara Qarayev metrosu yaxınlığında svetafor dirəyinin dibində kafel daşının altına qoyulmuş 01 bükümdə olan metamfetamini götürərək öz şəxsi istifadəsi üçün üzərində saxlamaqla gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd şəffaf sellofan bükümündə içərisində ağ rəngli, kristal şəkilli, spesifik iyi olan maddə zərfə qoyularaq, zərfin ağzı zərflər üçün nəzərdə tutulmuş 186 nömrəli möhür ilə möhürlənmiş və iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 da Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermiş və əlavə olaraq göstərmişdir ki, onun tərəfindən Təqsirləndirilən şəxs hər hansı narkotik vasitə və ya psixotrop maddənin verilməsi halı olmamış, Təqsirləndirilən şəxs bildirdikləri özünü müdafiə üçündür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Babək Mirzəyev tərəfindən tərtib olunmuş, həmin bölmənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1, mütəxəssis X9, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy və ağ naxışları olan idman şalvarının sağ yan cibindən 01 ədəd qırmızı rəngli alışqan, şalvarının sol yan cibindən 4 ədəd 1 manatlıq pul əskinasları, əynində olan qara rəngli idman gödəkçəsinin sol iç qoltuq cibindən isə bir ədəd şəffaf sellofana bükülmüş, içərisində şəffaf toz kristal şüşə formalı, toz şəkilli, spesifik iyi olan maddə olduğunu və öz istifadəsi üçün 1 gün əvvəl axşam saatlarında “Məmməd” kimi adını bildiyi İran İslam Respublikasının vətəndaşı ilə “Whatsapp” vasitəsi ilə daşnışıb adını bilmədiyi mağazadan bankomatdan online olaraq kart hesabına 100 manat pul ödəyərək sifarişin çatdırıldığı Bakı şəhəri Nizami rayonu, Q.Qarayev metrosu yaxınlığında svetafor dirəyinin altında kafel daşının altına qoyulmuş yerdən götürərək öz şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini, həmçinin metadon qeydiyyatında olduğunu bildirdi. Aşkar olunmuş 01 ədəd bükümdəki narkotik vasitəyə bənzər maddə bir ədəd zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 186 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Bununla da şəxsi axtarış başa çatdı, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Şəxsi axtarış və götürmə xidməti iş otağında, saat 17:00-da başladı, 17:50-də başa çatdırıldı. Axtarış aparılan zaman “Sony” markalı videokameradan istifadə edilmişdir. - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən CD diskə baxış keçirilmiş və baxış zamanı 17 noyabr 2022-ci il tarixli “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/6631 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №186” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və.s yazılar, imzalar qeyd edilmiş zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 4,584 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin ümumi təmiz çəkisi – 4,584 qr, tədqiqata sərf edildi – 0,01 qr, 4,484 qr. qalıq qalmışdır. - Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X5 “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmuşdur. - “Sübutların qiymətləndirilməsi barədə” 08 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 4,584 qram olan psixotrop maddə mefamfetamin maddi sübut kimi tanınması, aparılmış kimyəvi ekspertizası nəticəsində mefamfetaminin 4,484 qr qram qalığının təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 1054 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2011-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. - Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 15 may 2023-cü il tarixli, 51/2-14758 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi RPİ-nin MSY-nə daxil olarkən üzərində heç bir xəsarət aşkar edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbulediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən metamfetamin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda psixotrop maddə hesab olunur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan külli miqdarda əldə edib saxlaması özü tərəfindən inkar edilsə də, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində 16 noyabr 2022-ci il tarixdə axşam saatlarında adının “Məmməd” bildiyi lakin tanımadığı İran İslam Respublikası vətəndaşı ilə Nəsimi rayonu, Kubinka adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsin telefonu ilə “Whatsapp” vasitəsi ilə danışıb adını bilmədiyi mağazada ödəmə terminalından online olaraq hesab nömrəsini xatırlamadığı karta 100 manat pul ödəyərək sifarişin çatdırıldığı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrosu yaxınlığında işıqfor dirəyinin dibində kafel daşının altına qoyulmuş 01 bükümdə olan metamfetamini götürərək öz şəxsi istifadəsi üçün üzərində saxlamaqla gəzdirdiyini, 17 noyabr 2022-ci il tarixdə saat 15:50 radələrində ünvan 2 ünvanında yerləşən 1 saylı X16 həyətində olan zaman 2 nəfər mülki geyimdə olan şəxsin ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu Bakı şəhəri, Nəsimi RPİ-nə dəvət etdiklərini, həmin vaxt psixotrop maddənin üzərində olmasını, əynində olan qara rəngli idman gödəkçəsinin sol iç qoltuq cibindən bir bükümdə metamfetamini çıxardaraq təqdim etdiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə icraatında verdiyi ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir və onun ibtidai istintaq zamanı verdiyi ifadəsini sübut kimi qəbul edir. Bundan başqa iş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 1(004)-371/2023 saylı, 30 avqust 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1960/2023 saylı, 02 noyabr 2023-cü il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 1(004)-371/2023 saylı, 30 avqust 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli Plenumunun Qərarına əsasən əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. - İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 noyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi və saxlanıldığı Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilməsi qərara alınaraq həmin qərarın surəti Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və bundan sonra Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 17 noyabr 2022-ci il tarixdən 19 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı təqdim edilmiş Bakı şəhər Səhiyyə İdarəsi Klinik Tibbi Mərkəzi, M.A Topşubaşov adına ET X6 2540/201 saylı epikrizi və 2540 saylı aktından və məhkəmə istintaqı zamanı təqdim edilmiş Respublika Diaqnostika Mərkəzinin 18 aprel 2023-cü il tarixli ilkin baxış formasından, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 5592 nömrəli X3 görünür ki, Təqsirləndirilən şəxs ürək zəifliyindən əziyyət çəkir. Səhhətində problemlər olmasını və ürək xəstəliyindən əziyyət çəkməsini, ailəli olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Yasamal rayonu məhkəməsinin xx.xx.2023 tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasını nəzərə almalı, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 30 avqust 2023-cü il tarixdən hesablanmalı, cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicəyə ehtiyac olmadığından ərazi üzrə narkoloji dispanserə qeydiyyata alınmalı, ondan 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ümumilikdə qalıq çəkisi 4,484 qram miqdarında psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq edilməklə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 1(004)-371/2023 saylı, 30 avqust 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs çəkilməsi üçün 03 (il) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 17 noyabr 2022-ci il tarixdən 19 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və sonuncuya çəkilməsi üçün qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 30 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. - İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ümumilikdə qalıq çəkisi 4,484 qr qram miqdarında psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar