Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1124/2024 19.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X8 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2003-cü ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən subay, əvvəllər məhkum olunmayan, Gədəbəy rayonu Sonalar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Əmirulla Əliyev küçəsində nömrəsiz fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altna vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o tanışı Zərərçəkmiş şəxs onu iki gün öncə, 09 may 2023-cü il tarixdə mərc oyunu nəticəsində yaranmış pul borcunu ödəməməsi ilə əlaqədar onu döyüb sağlamlığın pozulmasına səbəb olmayan bədən xəsarətlərini yetirilməsi ilə bağlı yaranmış mübahisənin araşdırılması məqsədilə Zərərçəkmiş şəxs dəvəti və təşəbbüsü ilə 11 may 2023-cü il tarixdə saat 19 radələrində ünvan 1 ünvanda yerləşən “Mor-Mor” kafesinin yaxınlığına gəlmiş, Zərərçəkmiş şəxs ona olan borcu ilə bağlı atasına xəbərçilik etdiyinə görə təhqiredidi ifadələr işlədib şəxsiyyətini alçatdığına görə özünü təhqir olunmuş hesab edərkən üzərində olan zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinətlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir zərbə, sonra isə boyun nahiyəsindən bir zərbə vuraraq ona boynun ön səthinin traxeya (nəfəs borusu) boşluğuna keçən bir ədəd; qarının ön divarının sağ yarısından qarın boşluğuna keçən mədənin, böyük piyliyin, nazik bağırsaq və müsariqəsinin zədələnməsinə səbəb olan bir ədəd (cəmi; iki (2) ədəd) deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən dərəcələrinə görə ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlımlığa ağır zərər vurmaya aid olan bədən xəsarətləri yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 1 ildir ki, birgə yaşadıqları qəsəbədən tanıyır. Habil onun yaşadığ evdən bir qədər aralıda, 78 saylı orta məktəbin yaxınlığında yerləşən yataqxanada tək yaşayır. 2023-cü ilin mart ayının ortalarından Habilin yaşadığı evdə arabir pulla 3 kartlı poker oynamışlar. Qumar oyunları nəticəsində o, Habilə hissə hissə olmaqla, ümumilikdə 2000 manata yaxın pul uduzmuşdur. Sonuncu dəfə 09 may 2023-cü ildə axşam saatlarında Habilin evində sonuncu ilə kart oynamışdır. Oyunun sonunda Habilə 925 manat borcum yarandığı üçün oyun üstündə aralarında mübahisə yaranmışdır. Oyunda böyük məbləğdə gediş etdikləri zaman Habil qəflətən əlində olan kartları artıq qalan kartların üstünə (kaloda) ataraq bu oyunu düzgün saymamış, təzədən kartların paylanılmasını və yeni oyuna keçməyi istəmişdir. O, da Habilin hərəkətlərinə əsəbləşərək onun əlində yüksək xal olduğu halda əlindəki kartları hansı səbəbə «koloda» atdığını soruşmuş, əgər Habil kartları “kolod”a atmasa əlində olan xalların hesabına oyunu udaraq borcunu qaytara biləcəyini bildirmişdir. Habil ona bu oyunun düzgün sayılmadığını, kartların yenidən paylanmalı olduğunu demiş, o da Habilin bu sözlərindən əsəbləşərək Habilə olan 925 manat məbləğində olan borcunu verməyəcəyini bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış və Habil ona «kəs səsini küçük!» deyə təhqir etmiş, baş və bədəninə bir neçə dəfə yumruqla vurmuşdur. O, zərbələrin təsirindən yerə yıxılmış və bunun nəticəsində bədəninin sol nahiyəsi hadisə yerində olan stolun küncünə dəyərək əzilmiş, həmçinin sol qolundan xəsarət almışdır. Həmin gün Habilin evindən çıxaraq evinə getmiş, sabahkı gün hadisəni atasına danışmışdır. Atası Habilə zəng etmiş və hər üçü görüşmüşdür. Söhbət zamanı Atası onlara nəsihət vermiş, Habil də atasına hörmətlə davranmışdır. Həmçinin Habil onun atasına eyni məhəllədə yaşadıqlarından Sürətin 925 manat məbləğində olan borcunu bağışlayacağını bildirmişdir. Sürət həmin hadisədən sonra Habili bir daha görməmişdir. 11 may 2023-cü il tarixdə saat 19:00 radələrində «E manat» ödəmə terminalında smart qaz kartına pul yükləmək üçün evdən çıxıb Kamandarın marketinə getmişdir. Smart karta pul yükləyib mağazadan çıxanda Habillə rastlaşmışdır. Habil onu görüb kobud şəkildə «Əəə bura gəl!, aton hardadı? qumarda pulu uduzubsan qaytar, gedib arvad kimi atova şikayətlənirsən» deyib üstünə getmiş, onun ailə üzvlərini təhqir etmişdir. Habilə smart qaz kartını evə qoyub onun yanına qayıdacağını bildirmişdir. Yaşadığı evə gedib qaz kartını mətbəxdə stolun üstünə qoyduqdan sonra, elə şkafın yanında mətbəx bıçağını götürüb Habilin yanına getmişdir. O, mətbəx bıçağını götürməsini Habilin fiziki cəhətdən ondan güclü olması ilə əlaqələndirərək, özünü müdafiə etmək məqsədi ilə götürdüyünü bildirmişdir. Habillə «Mor Mor» kafesinin yaxınlığında görüşmüşdür. Habil ona qumar oynamalarını atasına deməsinin kişi hərəkəti olmadığını bildirərək, onu və ailə üzvlərini təhqir etmişdir. Habil nalayiq sözlər işlətdiyinə görə o, Habilə “kişi söyüş söyməz” demişdir. Habil ona doğru hərəkət edib vurmaq istəyəndə sonuncu üstündə olan mətbəx bıçağını çıxartmış və Habili qorxutmaq üçün bıçağı ona dorğu tutmuşdur. Buna baxmayaraq, Habil vecinə almadan onun üstünə hücum çəkmişdir. O da üstündə olan bıçaqla Habilin qarnının sağ nahiyəsinə bir dəfə zərbə endirmişdir. Habil zərbənin təsirindən əyilərək əlləri ilə qarnını tutmuşdur. O, bu hadisədən sonra əlində bıçaqla hərəkətsiz vəziyyətdə qalmışdır. Habilə vurduğu ilk bıçaq zərbəsinin təsirindən yerə doğru əyiləndə təsadüfən bıçaq ehtiyatsız davranmaqla Habilə 1 dəfə də zərbə vurmuşdur.Hadisə yerinə toplaşan şəxslər onu kənara doğru çəkmişlər. O, Habilin qarnından və boğazından qan gəldiyini görüb özünü itirmişdir. Hadisə yerinə toplaşan şəxslər avtomobillə Habili xəstəxanaya yola salmışlar. O, həyəcanlı olduğu üçün evə qaçıb hadisəni barədə ailə üzvlərinə məlumat vermişdir. Atası, dayısı və nənəsi onu və cinayətin aləti olan mətbəx bıçağını götürüb Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə getmişlər. O, polis əməkdaşlarına könüllü təslim olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olduğunu, həmçinin Zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni zərəçəkmiş şəxs, şahidlərin ifadələri, götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Sürəti birgə yaşadıqları məhəllədən tanıyır, Sürətlə heç bir düşmənçilik və ədavəti yoxdur. Hadisədən 2 gün qabaq Sürətlə birlikdə qumar oynamış və Sürətin onu borcu yaranmışdır. Bu səbəbdən onlar arasında mübahisə baş vermişdir. Hadisə baş verən gün onlar arasında borc üstündə yenidən mübahisə yaranmış və Sabunçu rayonu ərazisində yerləşən “Mor Mor” kafesinin yaxınlığında Təqsirləndirilən şəxs bıçaqla onun qarın boşluğuna 1 dəfə zərbə vurmuş, ikinci bıçaq zərbəsi isə yerə yıxılarkən boğazına dəymişdir. O, Təqsirləndirilən şəxslə barışdığını, heç bir şikayət və tələbinin olmadığını bildirərək Sürət barəsində ədalətli qərar çxarılmasını xahiş etmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmiş və həmin ifadəsini təsdiq etmişdir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı elan edilərək araşdırılmış ibtidadi istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi 31 nömrəli yataqxanada tək yaşayır. Özü fərdi qaydada tikintidə fəhlə işləyir. 09 may 2023-cü il tarixdə yaşadığı evə tanışı Sürəti kart oynamaq üçün dəvət etmişdir. Sürətlə o 3 kartlı poker oyununu pulla oynamışlar. Oyun zamanı Sürətin ona 925 manat məbləğində borcu yaranmışdır. Sürətin ona borcu yarandığı üçün o əsəbləşərək Sürətlə kobut danışmışdır Oyun zamanı o Sürətdən 925 manat olan borcundan çıxmaq üçün 5 manat pul istəmişdir. Sürət isə ona kobut sürətdə «borcum var, oyundan sonra verəcəm» sözlərini demişdir. Bu səbəbdən o da pivə içib bir qədər sərxoş olduğu üçün Sürətə «küçüy özünü yığışdır!» sözləri demişdir. Sürət ilə aralarında mübahisə yaranmış və o fiziki cəhətdən Sürətdən güclü və yaşda ondan böyük olduğu üçün yumruqla Sürətin sinəsindən vurmuş və sonuncu həmin zərbələr nəticəsində yıxılaraq evdə olan stolun küncünə dəyib cüzi xəsarət almışdır. Daha sonra Sürət evdən çıxıb getmişdir. 10 may 2023-cü il tarixdə saat 14 radələrində Sürətin atası Nemət ona zəng vurub görüşə çağırmışdır. O həmin vaxtı razılaşıb Sürətlə və atası Nemətlə birlikdə Sürətin yaşadığı evin yaxınlığında yerləşən kafelərin birində görüşüb çay içmişlər. Nemət onunla hörmətlə davranaraq Sürətin onunla qumar oynadığına görə sonuncunu cəzalandırmışdır. Nemət ondan bu məsələni yoluna qoymasını və Sürətin ona olan 925 manat borcunu silməsini xahiş etmişdir. Nemət atası yaşında olduğuna görə o orada Nemətə hörmət mənasında Sürətin borcunu sildiyini və məsələni bağladığını bildirmişdir. Bunu o qəsdən Nemətə demişdi ki Nemət sakitləşsin və kənara çəkilsin, onunla Sürətin aralarında olan söhbətlərə qarışmasın. Səhərisi günü, 11 may 2023-cü il tarixdə saat 19 radələrində o Sürətin yaşadığı evə tərəf getmiş və sonuncunu «Kamandarın dükanı» adlanan marketin qabağında görüb qumarda uduzmasını atasına şikayətləndiyinə görə və 925 manatı ona qaytarmadığına görə əsəbləşib Sürəti kobut sürətdə yanına çağırmışdır. Sürətə o « Ə bura gəl!, aton hardadı ?» sözlərini demiş və Sürətdən 925 manatı qaytarmasını tələb etmiş və Surətə «arvad kimi atasına xəbərçilik edir, kişi hərəkəti deyil bu» demişdir. Sürət isə qaz kartını evə qoyub gələcəyini bildirib evinə getmiş, o isə Sürəti orada gözləmişdir. Bir neçə dəqiqədən sonra Sürət yanına qayıtmış və piyada Əmirulla Əliyev küçəsində yerləşən «Mor Mor» kafesinin yaxınlığına getmişlər. O Sürətə qumar borcunu qaytarmadığına görə və buna görə atasını üstünə gətirdiyinə görə kişi hərəkətini etmədiyni Surətə bildirmişdir. O, pulu qaytarmayanın ailəsinin payına söyüş söymuşdür. Sürət həmin vaxtı ona pulu qaytarmayacağını dedikdə əsəbləşib Sürətin üstünə gedib sonuncunu vurmaq istədikdə Sürət bıçağı çıxardaraq üstünə doğru yellətməyə başlamışdır. Fiziki cəhətdən Sürətdən güclü olduğu üçün və yaşda böyük olduğuna görə o Sürətin sağ əlindən bıçağı almaq istəmiş, lakin bunu edə bilmədiyinə görə Sürət bıçaqla qarın nahiyəsinə vurmuşdur. O əlləri ilə qarını tutub əyilən zamanı Sürət əlində bıçağı dikinə saxlayıb yuxarı doğru qaldıranda bıçaq boyun hissəsinə dəymişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, oğli Sürət ilə Zərərçəkmiş şəxs arasında qumar oyunu nəticəsində mübahisə yaranmışdır. O, Habilə və oğluna eyni qəsəbədə yaşadıqlarından mübahisə etməmələrini tapşırmışdır. Hadisə baş verən gün Sürət “Azərqaz” smart kartına pul mədaxil etmək üçün evdən çıxmış və bu zaman Sürətlə Habil arasında mübahihsə yaranmışdır. Daha sonra Sürət evə gələrək Habili bıçaqla vurduğunu bildirmişdir. O, Sürəti könüllü surətdə polis bölməsinə aparıb təhvil vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs o əvvəllər tanımamış, Habillə o ilk dəfə 10 may 2023-cü il tarixdə görüşmüşdür. 09 may 2023-cü il tarixdə axşam saatlarında o evə gələndə oğlu Təqsirləndirilən şəxs keyfinin olmadığını və bədən nahiyəsində müxtəlif xəsarətlərinin olmasını görmüşdür. Sürətdən nə baş verdiyini soruşanda Sürət ona Habil adlı tanışına poker oyununda 925 manat məbləğində pulu uduzamsını və həmin borcun üstündə Habilin onu evində döyməsini demişdir. Sürətin qumar oynadığına görə o narazılığını bildirib Sürətə onu Habillə görüşdürməsini bildirmişdir. Sürətdən o Habilin nömrəsini götürüb Habilə zəng vurmuş və 10 may 2023-cü ii tarixdə saat 14 radələrində o Sürətlə birlikdə Habillə görüşə getmişdir. Onlar üçü, yəni o, Sürət və Habil yaşadığları evlərinin yaxınlığında yerləşən kafedə görüşüb çay içmişlər. Orada Habili ilk dəfə idi görmüşdür. Birbirlərinə hörmətlə davranmış, bir ağsaqqal kimi Nemətə Sürətlə qumar oynadıqlarına görə iradlarını bildirmiş və bu məsələni bağlamağlarını xahiş etmişdir. Nemət ona hörmət mənasında Sürətin 925 manat borcunu silməsini və bu məsələni bağlamsdını demiş və sülhlə ayrılmışlar. 11 may 2023-cü il tarixdə axşam saat 21 radələrində o evə gələndə oğlu Sürət evdə olmuş, narahat halda olduğuna görə Sürətdən nə baş verdiyini soruşduqda yenədə Habillə mübahisə etməsini və Habil onu vurmaq istəyəndə o evdən götürdüyü bıçaqla Habili iki dəfə vurmasını demişdir. Mübahisənin harada baş verdiyini Sürətdən soruşanda evlərinin yaxınlığında yerləşən «Mor-Mor» kafesinin yaxınlığında baş verməsini demişdir. Sürət ona bıçağı göstərmiş, həmin bıçaq onların evlərində mətbəxtdə istifadə olunan bıçaq olmuşdur. O Sürəti evdə qoyub özü isə xəstəxanaya getmiş, Sabunçu xəstəxanasında o öyrəndi ki, Habil reanimasiya şöbəsindədir vəziyyəti ağırdır. Bundan sonra o orada olan hadisə ilə bağlı gələn polis əməkdaşlarına Habili bıçaqla vuranın onun oğlu Təqsirləndirilən şəxs olmasını bildirmiş və Sürətə zəng vurub 12-ci polis şöbəsinə gəlməsini demiş və Sürət dərhal evdən çıxıb 12-ci polis şöbəsinə gəlmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. xx.xx.2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət törədərkən ayıq vəziyyətdə olmuşdur. (i.v 5) xx.xx.2023-cü il tarixli götürmə protokolundan görünür ki, Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X10 tərəfindən Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd köynək və 01 (bir) ədəd mayka X7 təsərrüfat bacısı Şölə Rzayevadan təhvil alınmışdır. (i.v 6) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, X7 tibb bacısı Rzayeva Sabunçu RPİnin 12-ci PŞ-nin növbətçi hissəsinə zəng edərək xx.xx.1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs boyun və qarın nahiyələrinin kəsilmiş-deşilmiş yarası barədə məlumat vermişdir. (i.v 7) xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Sabunçu RPİ-nin baş maş müstəntiqi polis mayoru X10 12 may 2023-cü il tarixdə saat 18:00 dəqiqədə Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin inzibati binasında şübhəli şəxs qismində tutmuşdur. (i.v 24) xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (i.v 36) xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v 36) xx.xx.2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim olunan 4 ədəd bıçaqdan “2” rəqəmi ilə işarə olunmuş bıçağı tanıyaraq Təqsirləndirilən şəxs həmin bıçaqla onu 11 may 2023-cü il tarixdə saat 19:00 radələrində ünvan 2 ünvanında yerləşən “Mor Mor” kafesinin yaxınlığında 2 dəfə, qarın və boğaz nahiyəsindən vurmuşdur. Həmin bıçaq Təqsirləndirilən şəxs atası Şahid aşkar edilərək götürülmüşdür. (i.v 75) xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5” X11 1063 saylı canlı şəxsin eksreptizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs boynun ön səthinin traxeya (nəfəs borusu) boşluğuna keçən bir ədəd, qarının ön divarının sağ yarısından qarın boşluğuna keçən mədənin, böyük piyliyin, nazik bağırsaq və müsariqəsinin zədələnməsinə səbəb olan bir ədəd (cəmi; iki (2) ədəd) deşilmiş kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər deşici-kəsici alətin (alətlarin) təsirindəm törənmişdir, bıçaqla yetirilə bilər, törənmə müddəti qəranın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixa uyğun gəlir və dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin yıxılması nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. (i.v 77-79) xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5” X11 1079 saylı canlı şəxsin eksreptizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol bazu nahiyəsinin və döş qəfəsinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilmiş xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir.(i.v 80-81) xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v 82-84) xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə ibtidai istintaq orqanına müraciət edərək Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödədiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. (i.v 85) xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5” X11 382/MTKŞ-2023 saylı məhkəmə-kriminalistik eksreptizası rəyindən görünür ki, təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus uzunqol koftanın yaxalığının sol yarısında bir ədəd və ön səthinin sağ yarısında bir ədəd deşilmiş kəsilmiş zədə, qolsuz maykanın ön səthinin sağ yarısında bir ədəd deşilmiş kəsilmiş zədə var. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Zərərçəkmiş şəxs məxsus paltarların (uzunqol koftanın və qolsuz maykanın) üzərində olan deşilmişkəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. (i.v 99-102) xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5” X11 382/MTKŞ-2023 saylı məhkəmə-bioloji eksreptizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs şəxsdiyyətini təsdiq edən sənəd üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu O (1)-dir. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynək və mayka üzərində insan qanı ləkələri aşkar olundu. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız H antigeni alındı. H antigeni O (1) qrupun əsasını təşkil etdiyindən bu qan ləkələri ABO sistemi üzrə O (1) qruplu şəxsə, həmçinin Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunmuş bıçaq üzərinə qan aşkar olunmadı (i.v 104-107) xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sonuncunun cinayətdə istifadə etdiyi bıçaq və Zərərçəkmiş şəxs məxsus üzərində qan və zədə izləri olan paltarlar (uzunqol kofta və qolsuz mayka) cinayət işi üzrə maddi sübut kimi tanınmış və həmin əşyalar təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs maddi sübutlarla tanış edildikdən sonra saxlanması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (i.v 112-113) Cinayət işinin materiallarına əlavə edilmiş xidməti xasiyətnəmədən görünür ki, Təqsirləndirilən şəxs N nöməli hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçdiyi dövrdə müsbət xarakterizə olunmuşdur. (i.v 135) Cinayət işinin materiallarına əlavə edilmiş Sabunçu rayon İcra Hakimiyyətinin başçısının Sabunçu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi V.H.Hüseynovun imzası ilə təsdiq olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əmirulla Əliyev küçəsində nömrəsiz fərdi evdə yaşadığı müddət ərzində qonşular tərəfindən şikayət daxil olmamışdır. (i.v 198) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərəçəkmişlə barışıq əldə etməsini CM-nin 59.1.12ci, zərəçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini CM-nin 59.1.8-ci, könüllü gəlib təqsirini boynuna almasını CM-nin 59.1.10-cu maddəsinə əsasən, hərbi xidmət dövründə, eləcə də, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayət əməlini törətməsini səmimi etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasının minimum həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Məhkəmə, təqsirləndirilən şəxsə təyin olunacaq cəzanın real çəkilməli olubolmaması məsələsinə gəldikdə isə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə barəsində müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, yəni zərəçəkmişlə barışıq əldə etməsini, könüllü gəlib təqsirini boynuna almasını, hərbi xidmət dövründə, eləcə də, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayət əməlini törətməsini səmimi etiraf etməsini, əvvəllər məhkum olunmamasını, zərəçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini nəzərə alaraq və onun təyin olunacaq cəzanı çəkmədən də islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və təyin ediləcək cəzanın şərti hesab edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd edilən Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə, qanunun yuxarıda qeyd edilən göstərişinə əsasən hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək, tibbi zərurət, təbii fəlakət, istintaq, məhkəmə orqanlarının çağırışları istisna olmaqla Bakı şəhər ərazisinin hüdudlarını tərk etməmək, saat 00:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, həmin orqanın çağırışlarına vaxtında gəlmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Sabunçu RPİ-nin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs həmin cinayətdə istifadə etdiyi bıçaq və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus üzərində qan və zədə izləri olan paltarlar (uzunqol kofta və qolsuz mayka) məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Hazırki iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək, tibbi zərurət, təbii fəlakət, istintaq, məhkəmə orqanlarının çağırışları istisna olmaqla Bakı şəhər ərazisinin hüdudlarını tərk etməmək, saat 00:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, həmin orqanın çağırışlarına vaxtında gəlmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Onun davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Maddi sübut kimi tanınıb Sabunçu Rayon Polis İdarəsində saxlanılan və cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd mətbəx bıçağı, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 (ədəd) uzunqol kofta və 1 (bir) ədəd qolsuz mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-1124/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1124/2024
19.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver