Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1124/2025 11.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X13 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1972-ci ildə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əməklə məşğul olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 1(101)-351/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2023-cü il tarixli, 1(103)-711/2023 saylı qərarı ilə həmin cəzası yüngülləşdirilərək 6 (altı) il 6 (altı) ay müddətə endirilmiş, cəzasını çəkməmiş və cəzadan qanunla müəyyən edilmiş qaydada azad edilməmiş, Siyəzən rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, hazırkı iş üzrə barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 11 iyul 2025-ci il tarixdə, saat 15:50-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına və “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 11 fevral 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda, psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda təkrar əldə edib saxlayaraq daşımışdır.
2. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi - 0,685 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və təsir maddəsinin ümumi miqdarı 0,04 qram, üzərində “Methadone-40” göstəricisi olan konvalyut kəsiyində bir ədəd qəhvəyi rəngli, dairəvi formalı narkotik vasitə metadon həbini əldə edib üzərində saxlamaqla daşımış, 01 noyabr 2022-ci il tarixdə, saat 14 radələrində Siyəzən Rayon Polis Şöbəsinin (bundan sonra mətndə-Siyəzən RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Siyəzən şəhəri H.Əliyev küçəsində saxlanılaraq Siyəzən RPŞ-yə gətirilmiş, RPŞ-nin inzibati binasının həyətində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən üzərində “Umico” sözləri yazılmış plastik kartın üstünə yapışdırılmış vəziyyətdə şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi - 0,685 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən təsir maddəsinin ümumi miqdarı 0,04 qram, üzərində “Methadone-40” göstəricisi olan konvalyut kəsiyində bir ədəd qəhvəyi rəngli, dairəvi formalı narkotik vasitə metadon həbi aşkar edilərək götürülmüşdür.
3. Bundan başqa, o, təkrarən istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi – 5,599 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi - 1,542 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və təsir maddəsinin ümumi miqdarı 0,2 qram, üzərində “Methadone-40” göstəricisi olan beş ədəd qəhvəyi rəngli, “F/M40” göstəricili narkotik vasitə metadon həblərini əldə edib üzərində saxlamaqla daşımış, 10 noyabr 2022-ci il tarixdə, saat 18:50 radələrində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin konvoy taborunun əməkdaşları tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsindən Bakı İstintaq Təcridxanasına gətirilərək, Bakı İstintaq Təcridaxanasının əməkdaşları tərəfindən təcridxanada üzərinə baxış keçirilən zaman əynində olan alt paltarının içəri tərəfində kustar üsulla tikilmiş cibindən on beş ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,344 qram, 0,355 qram, 0,388 qram, 0,403 qram, 0,383 qram, 0,354 qram, 0,378 qram, 0,376 qram, 0,367 qram, 0,372 qram, 0,392 qram, 0,371 qram, 0,378 qram, 0,377 qram və 0,361 qram olmaqla ümumilikdə təmiz çəkisi - 5,599 qram külli miqdarda narkotik vasitə heroin, səkkiz ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,395 qram, 0,391 qram, 0,318 qram, 0,332 qram, 0,027 qram, 0,031 qram, 0,025 qram və 0,023 qram olmaqla ümumilikdə təmiz çəkisi - 1,542 qram şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin və təsir maddəsinin ümumi miqdarı 0,2 qram, üzərində “Methadone-40” göstəricisi olan beş ədəd qəhvəyi rəngli, “F/M40” göstəricili narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:
4. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, müxtəlif xəstəliklərdən, o cümlədən onkoloji xəstəlikdən əziyyət çəkməklə narkotik vasitə istifadəçisidir. Ona elan edilmiş ittihamlarda göstərilən miqdarda və çəkidə narkotik vasitə və psixotrop maddələr özünə məxsusdur. Həmin predmetləri şəxsi istifadəsi üçün əldə etmiş, hər hansı satış məqsədi olmamışdır. Belə ki, 1 noyabr 2022-ci ildə qohumu Şahid7 idarə etdiyi avtomobillə Siyəzən rayonu Yenikənd kəndi istiqamətindən Siyəzən şəhər avtovağzalına doğru gedərkən postda yol patrul xidməti əməkdaşı tərəfindən avtomobil saxlanılmış, sürücü Şahid7 niyə saxlanılması barədə soruşduqda qəfildən orada olan digər polis əməkdaşları avtomobilin qapılarını açıb onları öz avtomobillərinə əyləşdirərək Siyəzən RPŞ-yə aparmışlar. O, Siyəzən RPŞ-də Rövşən adlı rəis müavinindən saxlanılmasının səbəbini soruşduqda sonuncu üzərində narkotik vasitə olmasına dair məlumat daxil olmasını bildirmişdir. Bundan sonra o, üzərində saxladığı narkotik vasitə metadonu, habelə “Umico” kartının arxasındakı tiryəki təqdim edərək narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Müstəntiq tərəfindən həmin predmetlərə baxış keçirilməklə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Üzərindən aşkar edilmiş tiryəki və metadon həbini şəxsi istifadəsi məqsədi ilə əldə edərək saxlamışdır. O, şübhəli şəxs qismində iki gün Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerində saxlanıldıqdan sonra barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad edilmişdir. Həmin dövrdə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan digər cinayət işi üzrə məhkəməyədək icraat zamanı barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçildiyindən məhkəmə iclaslarına gedib-gəlmişdir. 10 noyabr 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində olan həmin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasına gedərkən məhkəmə icraatı zamanı Siyəzən RPŞ-də istintaq olunan digər bir cinayət əməli törətməsi ilə əlaqədar məhkəmə tərəfindən həbs ediləcəyini ehtimal etdiyindən alt paltarının iç tərəfində özünün cib formasında düzəltdiyi yerə narkotik vasitələri və psixotrop maddələri yerləşdirərək həmin predmetləri həbs olunacağı halda saxlanılacağı təcridxanaya keçirə biləcəyini düşünmüşdür. Lakin Bakı İstintaq Təcridxanasına aparıldıqdan sonra orada üzəri yoxlanılarkən alt paltarının içərisindəki cibdə gizlətdiyi narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülməklə sənədləşdirilmişdir. O, təcridxanaya keçirmək istədiyi həmin narkotik vasitə və psixotrop maddələri özünün şəxsi istifadəsi üçün ağrılarını azaltmaq üçün istifadə etməyi düşünmüş, həmin predmetlərdən hər hansı digər şəxsə verməyi və ya satmağı planlaşdırmamışdır. Qeyd edilən narkotik vasitə və psixotrop maddələr ittihamda göstərildiyi kimi çoxsaylı xırda bükümlərə bölünsə də, həmin predmetlərin hamısı alt paltarındakı cibdə bir bükümdə olmuşdur.
5. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, o, serroz və vərəm xəstəliyindən əziyyət çəkir, ağrıları ilə əlaqədar 35 ildir narkotik vasitələri istehlak edir, həmçinin əvvəllər məhkum olunduğu dövrdə də narkotik vasitələri qəbul etməyə davam etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan digər cinayət işi üzrə məhkəmə iclasına gedərkən ağrılarını azalda bilmək məqsədilə əvvəlcədən əldə edərək üzərində saxladığı narkotik vasitələrin hərəsindən az miqdarda sifariş edib bir bükümdə almış, həmin bir bükümlük bağlamanın içərisində çoxsaylı bükümlərin olmasını bilməmişdir. Onun narkotik vasitə və psixotrop maddələri əldə etməkdə satış məqsədi olmamış, həmin predmetləri təcridxanaya özü ilə keçirə biləcəyi halda isə bir həftə ərzində öz şəxsi istifadəsi üçün qəbul edəcəyini düşünmüşdür. O, 2003cü ildən Zığda yerləşən xəstəxanada qeydiyyatdadır. O, üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin hamısından istifadə etmiş, narkotik vasitə metadonun 2-3 ədədini qəbul etdikdən sonra ağrıları azalır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs özünü təqsirli bildiyi əmələ münasibətdə, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddələrin, eləcə də külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar peşmanlıq çəkdiyini, narkomaniya xəstəliyindən əziyyət çəkməklə müalicə olunmaq istədiyini, boğaz nahiyəsində aşkar olunmuş onkoloji şiş xəstəliyindən və digər xəstəliklərdən əziyyət çəkdiyini bildirərək məhkəmədən yaşını və sağlamlıq vəziyyətini nəzərə alaraq əməlinin düzgün tövsif edilməklə özünü təqsirli bildiyi əmələ münasibətdə ona maddələrin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin edilməsini xahiş etdi.
6. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçilərinin iştirakı ilə verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrində ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, əvvəllər qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etdiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 13 yanvar 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 1 il azaldılaraq 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Həbs olunmazdan əvvəl qanunsuz olaraq narkotik vasitə əldə etdiyinə görə Siyəzən RPŞ-nin İstintaq bölməsində barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ibtidai istintaq aparılmışdır. Belə ki, təxminən 25 ilə yaxın müddətdir narkotik vasitə olan heroindən inyeksiya üsulu ilə, tiryək və digər narkotik vasitələrdən isə çəkmə yolu ilə istifadə etmişdir. İstifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi vardır. Bakı şəhərində “Şamaxinka” adlanan ərazidə dispetçer kimi işləmişdir. 31 oktyabr 2022-ci il tarixdə, saat 17 radələrində Bakı şəhərində “Şamaxinka” adlanan ərazidə işdə olarkən “Cabir” adlı İran vətəndaşından 15 manata tiryək, 10 manata isə 2 ədəd “Methadone 40” narkotik tərkibli dərman həbini almışdır. Belə ki, o, “Cabir” adı şəxsdən əvvəllər də iki dəfə müxtəlif vaxtlarda ağrıları olduğu üçün “Metadon” dərman həbləri almışdır. Həmin gün axşam “Methadone 40” dərman həbindən birini istifadə etmiş, üzərində “Umico” yazılmış plastik kartın üzərinə yapışdırdığı narkotik vasitə olan tiryəki və digər bir ədəd dərman həbini isə daha sonra istifadə etmək məqsədilə saxlamışdır. Həmin gün axşam işdən çıxdıqdan sonra Siyəzən rayonu Yenikənd kəndində yerləşən evinə gedib yatmışdır. 1 noyabr 2022-ci il tarixdə səhər yuxudan durduqdan sonra işə getməzdən əvvəl bərk ağrıları olduğu üçün tiryəkdən bir az istifadə etmişdir. Belə ki, o, onkoloji xəstəlikdən, həmçinin vərəm və astma xəstəliyindən də əziyyət çəkir. Qalan tiryək kütləsini isə eyni qaydada plastik kartın üzərinə qoyaraq cibinə yerləşdirmişdir. 1 noyabr 2022-ci il tarixdə Bakı şəhərinə getmək üçün onu Yenikənd kəndindən Siyəzən rayon avtovağzalına aparması barədə qardaşı oğlu Raufdan sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək xahiş etmişdir. Rauf onunla razılaşaraq Siyəzən rayonu Yenikənd kəndinə gəlmiş və onu evdən götürüb Siyəzən rayon avtovağzalına getmək məqsədilə təxminən saat 14 radələrində Raufun idarə etdiyi “Mercedes Benz” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Siyəzən şəhəri H.Əliyev küçəsi ilə hərəkətdə olarkən yol patrul xidmətinin əməkdaşı Raufa avtomobili saxlamaq barədə işarə vermişdir. Rauf avtomobili yolun kənarına çəkib saxlamış, həmin vaxt polis əməkdaşları onlara yaxınlaşıb narkotik vasitələrin saxlanılmasında şübhəli olduqlarını bildirmiş və onları RPŞ-yə dəvət etmişlər. Qardaşı oğlu Şahid7 və o, RPŞ-yə getməyə heç bir etiraz etməmiş və polis əmədkaşları ilə birlikdə Siyəzən RPŞ-yə getməyə razılıq vermişlər. Siyəzən RPŞ-yə aparıldıqdan sonra RPŞ-nin inzibati binasının həyətində qardaşı oğlu Şahid7 və ona hüquq və vəzifələri izah olunmaqla bu barədə bildiriş verilmiş və ona təyin edilmiş müdafiəçi X7 iştirakı təmin edilmişdir. Rauf müdafiəçinin iştirakından imtina etmiş, o isə müdafiəçi Arif Həbibzadənin şəxsi axtarışda iştirak etməsinə etirazı olmadığını bildirməklə üzərinə keçiriləcək şəxsi axtarış zamanı onun iştirak etməsini istəmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Müdafiəçi Arif Həbibzadənin iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman ona qanunla qadağan olunmuş əşyalar varsa onları könüllü təqdim etməsi təklif edilmişdir. O, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd üzərində “Umico” sözləri yazılmış plastik kartın üzərinə yapışdırılmış tiryəki, iki ədəd plastik kartı, ümumilikdə 185 manat pulu, 1 ədəd alışqanı, 1 paçka “Rothmans” markalı siqareti, 1 ədəd açarı, xəstəlik sənədinin surətini təqdim edərək Raufun avtomobilinin üzərinə qoymuş, şifahi sorğu zamanı plastik karta yapışdırdığı kütlənin tiryək olduğunu və dərman həbinin isə narkotik tərkibli metadon həbi olduğunu bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən verilmiş göstərişə əsasən, polis əməkdaşı tərəfindən şəxsi axtarış keçirilməsi davam etdirilmişdir. Şəxsi axtarış zamanı üzərindən başqa heç bir qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Müstəntiq tərəfindən üzərindən aşkar edilmiş iki ədəd plastik kart, ümumilikdə 185 manat pul, 1 ədəd alışqan, 1 paçka “Rothmans” markalı siqaret, 1 ədəd açar və xəstəlik sənədinin surəti iş üçün əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Bundan sonra üzərindən aşkar edilmiş predmetlər ağ rəngli boş zərfin içərisinə yerləşdirilmiş, zərfin üzəri 96 nömrəli möhürlə möhürlənmişdir. Bundan sonra, o və bütün digər iştirakçılar zərfin üzərinə imza etmişlər. Daha sonra qardaşı oğlu Şahid7 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı müstəntiq tərəfindən ona üzərində qanunla qadağan olunmuş əşyalar varsa könüllü təqdim etməsi təklif edilmişdir. Rauf üzərində heç bir qanunla qadağan edilmiş əşya və predmetin olmadığını bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən verilmiş göstərişə əsasən, polis əməkdaşı tərəfindən şəxsi axtarış keçirilməsi davam etdirilmişdir. Şəxsi axtarış zamanı Raufun üzərindən 3 ədəd 20 manatlıq pul əskinası, 2 ədəd 10 manatlıq pul əskinası, 3 ədəd 5 manatlıq pul əskinası və 4 ədəd 1 manatlıq pul əskinası, 1 ədəd göy rəngli alışqan, 1 ədəd kibrit, 1 paçka “Rothmans” markalı siqaret, cib dəsmalı və avtomobil açarı aşkar edilmişdir. Sonra 3 ədəd 20 manatlıq pul əskinası, 2 ədəd 10 manatlıq pul əskinası, 3 ədəd 5 manatlıq pul əskinası və 4 ədəd 1 manatlıq pul əskinası, 1 ədəd göy rəngli alışqan, 1 ədəd kibrit, 1 paçka “Rothmans” markalı siqaret, cib dəsmalı və avtomobil açarı əhəmiyyət kəsb etmədiyindən Raufun özünə qaytarılmışdır. Daha sonra Raufun idarə etdiyi “Mercedes Benz” markalı avtomobilinə sonuncunun icazəsilə müstəntiqin göstərişi əsasında polis əməkdaşı tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Raufun avtomobilindən heç bir qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Bununla da, şəxsi axtarış və avtomobilə baxış yekunlaşdırılmışdır. Bundan başqa, əvvəlki törətdiyi cinayət əməlinə görə 10 noyabr 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə məhkəmə istintaqı aparılmış, həmin məhkəmədən cinayət işi üzrə bir neçə gün əvvəl o, məhkəmə iclasına dəvət edilmişdir. O da fikirləşmişdir ki, barəsində aparılan cinayət işi üzrə bir neçə dəfə məhkəmə iclası aparılıb, artıq bu sonuncu məhkəməsidir, məhkəmənin hakimi tərəfindən tutulacaq, ona görə də istifadəsi üçün narkotik vasitə və psixotrop maddə metamfetamin almaq qərarına gəlmişdir ki, həbs olunduqdan sonra həbsdə saxlanıldığı yerdə istifadə etsin. Belə ki, 10 noyabr 2022-ci il tarixdə təxminən saat 13 radələrində Bakı şəhəri Nəsimi rayonu “Şamaxinka” deyilən ərazidə tanımadığı şəxsdən 300 manata istifadəsi üçün 15 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin, 08 ədəd bükümdə psixotrop maddə metamfetamin və üzərində F/M40” yazısı həkk edilmiş 05 ədəd dərman həbləri almış, aldığı narkotik vasitələri, psixotrop maddələri və dərman həblərini əvvəlcədən əynində olan alt paltarının içəri tərəfində tikdiyi cibin içərisinə qoyaraq saxlamış və Bakı Ağır Cinayətlər Məhkəməsinə getmişdir. Həmin gün Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində istintaqı aparılan cinayət işi üzrə həbs edilmişdir. Məhkəmədə həbs olunduqdan sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin konvoy taborunun əməkdaşları tərəfindən həmin gün, yəni 10 noyabr 2022-ci il tarixdə, təxminən saat 18:50 radələrində Bakı İstintaq Təciridxanasının əməkdaşları tərəfindən üzərinə hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı əynində olan alt paltarının içəri tərəfində əvvəlcədən tikdiyi cibindən 15 ədəd şəffaf sellofan bükümlərdə olan narkotik vasitə heroin, 08 ədəd şəffaf sellofan bükümlərdə olan psixotrop maddə metamfetamin və üzərində F/M40” yazısı həkk edilmiş 05 ədəd dərman həbləri aşkar edilərək götürülmüşdür. Üzərindən aşkar edilmiş bükümlərdə olan maddələr narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və F/M40” dərman həblərini 10 noyabr 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə getməmişdən əvvəl Bakı şəhəri Nəsimi rayonu “Şamaxinka” deyilən ərazidə tanımadığı şəxsdən ümumilikdə 300 manata istifadəsi üçün alaraq özü ilə Bakı İstintaq Təcridxanasına gətirmişdir. Üzərindən aşkar edilmiş, içərisində narkotik vasitə heroin, psixotrop maddə metamfetamin olan bükülülər, eləcə də dərman həbləri baxışda iştirak etmiş şəxslərin iştirakı ilə xüsusi zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Üzərinə keçirilən baxış zamanı Bakı İstintaq Təciridxanasının əməkdaşları tərəfindən ona hər hansı təzyiq və ya fiziki zorakılıq göstərilməmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilməmiş, ifadəsini tam sərbəst formada, heç bir təzyiq olmadan vermişdir. 31 oktyabr 2022-ci il tarixdə, saat 17 radələrində Bakı şəhərində “Şamaxinka” adlanan ərazidə işdə olarkən “Cabir” adlı İran vətəndaşından 15 manata tiryək, 10 manata isə 2 ədəd “Methadone 40” narkotik tərkibli dərman həbini almışdır. Həmin gün axşam “Methadone 40” dərman həbindən birini istifadə etmiş, üzərində “Umico” yazılmış plastik kartın üzərinə yapışdırdığı narkotik vasitə olan tiryək və digər bir ədəd dərman həbini isə daha sonra istifadə etmək məqsədilə saxlamışdır. “Cabir” ona Qobu qəsəbəsində qaldığını bildirmişdir. Cabir “Şamaxinka” adlanan əraziyə tez-tez gəlmiş, sonuncunun narkotik vasitələr satdığını bildiyi üçün bir neçə dəfə ondan dərman həbləri almışdır. Həmin şəxs təxminən 55-60 yaşlarında olmaqla onun mobil nömrəsini və dəqiq ünvanını bilmir. O heç kimə narkotik vasitə satmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitələr şəxsi istifadəsi üçün olmuşdur. Üzərində narkotik vasitə saxlaması barədə nə ailə üzvlərinin, nə Şahid7, nə də digər şəxslərin məlumatı olmamışdır. Bu barədə heç kəsə məlumat verməmişdir. O, üzərindən aşkar olunmuş bükümlərdə olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini bükümlərə özü bölməmiş, bölmədiyi üçün də hər birinin nə qədər çəkisi olmasını bilməmiş, həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan bükümləri Bakı Ağır Cinayətlər Məhkəməsinə getməmişdən əvvəl tanımadığı şəxsdən həmin vəziyyətdə ucuz qiymətə almış, əvvəllər bir neçə dəfə narkotik vasitə qəbul etdiyi üçün ağrıları olmuş, ona görə də həmin narkotik vasitələri və psixotrop maddəni özü ilə saxlanılacağı Bakı İstintaq Təcridxanasına gələcəkdə istifadə etməsi üçün gətirmişdir. Sonuncu dəfə narkotik vasitənin heroin və psixotrop maddə metamfetamindən həbs olunmamışdan əvvəl istifadə etmişdir. Üzərindən aşkar edilən narkotik vasitələri və psixotrop maddələri kiməsə satmaq niyyəti olmamışdır, istifadə etməsi üçün üzərində saxlamışdır. Onun özü uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkir, ona görə də ağrıları olanda narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə etmiş, üzərindən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri də həbsdə olan vaxtlarında ağrıları olarkən istifadə etməsi üçün almışdır (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 139-142, 152-156; 241-244, 297-302;).
7. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
8. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
9. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının rejim nəzarət şöbəsinin nəzarətçisi ədliyyə kiçik giziri Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 10 noyabr 2022-ci il tarixdə, saat 18:50 radələrində xidmətdə olduğu vaxt Ədliyyə Nazirliyi Penitensiar Xidmətin kanvoy taborunun əməkdaşları tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsindən Bakı İstintaq Təcridxanasına gətirilmiş həbs olunmuş şəxs Təqsirləndirilən şəxs üzərinə təcridxana daxilində xüsusi otaqda hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan alt paltarının içəri tərəfində kustar üsulla tikilmiş cibindən 23 ədəd şəffaf sellofan bükümlər və həmin bükümlərdən 15 ədədinin içərisindən qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə, 08 ədədinin içərisindən isə ağ rəngli, kristallik hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə bənzər maddə və üzərində “F/M40” yazısı həkk edilmiş 05 ədəd dərman tabletlər aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs müəssisənin əməliyyat şöbəsinin xidməti otağına dəvət olunmuş və sorğu zamanı Təqsirləndirilən şəxs bükümlərin içərisindən aşkar olunmuş maddələri və üzərində “F/M40” yazısı həkk edilmiş 05 ədəd dərman tabletlərini 10 noyabr 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə getməmişdən əvvəl Bakı şəhəri Nəsimi rayonu “Şamaxinka” deyilən ərazidə tanımadığı şəxsdən ümumilikdə 300 manata istifadəsi üçün aldığını və gələcəkdə istifadə etməsi üçün əynində olan alt paltarının içəri tərəfində özü tərəfindən əvvəlcədən tikdiyi cibin içərisində gizlədərək saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş maddələrin və dərman tabletlərinin psixotrop maddəyə və ya narkotik vasitəyə aid olubolmamasını və çəkisini müəyyən etmək məqsədilə kriminalistik tədqiqat keçirilməsi üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinə göndərilməsi məqsədilə hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakı ilə xüsusi zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Bundan sonra protokol tərtib olunmuş, ucadan oxunmuş, hal şahidləri, iştirakçılar və həbs olunmuş Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Bütün proses zamanı şikayət və təkliflər daxil olmamışdır. Təcridxana ərazisində foto və video çəkiliş aparan qurğulardan, o cümlədən mobil telefondan istifadə qadağan olunduğundan Təqsirləndirilən şəxs üzərində keçirilmiş baxış mobil telefon və sair qurğu vasitəsi ilə videoçəkiliş aparılmaqla qeydə alınmamış, hal şahidləri vasitəsi ilə baxış keçirilmişdir.
10. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının rejim nəzarət şöbəsinin nəzarətçisi ədliyyə baş çavuşu Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının rejim nəzarət şöbəsinin nəzarətçisi ədliyyə kiçik giziri Şahid2 ifadəsi, eləcə də hal şahidləri X8 və X5 izahatları tərəflərin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, Şahid2 həmin ifadəsində, həmçinin hal şahidləri R.M.Məmmədov və R.S.Mehdiyev izahatlarında Şahid3 və Şahid1la oxşar məzmunlu ifadə və izahatlar verərək sonuncuların ifadəsində göstərdiyi xüsusatları özlərinə aid hissələrdə təsdiq etmişlər (Cild 1, i.v.9-11; 33-35;).
12. Məhkəmədə şahid qismində dindirilmiş Siyəzən RPŞ-nin cinayət-axtarışı bölməsinin əməliyyat müvəkkili polis kapitanı Şahid8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Siyəzən rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməsi və üzərində gəzdirməsi, eləcə də Siyəzən şəhərinə gətirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən raport yazılmaqla, əməliyyat İşləri üzrə rəis müavini polis polkovnik-leytenenatı Əhməd Nəcəfov tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuş, RPŞ-nin rəisinin imzası ilə qərar təsdiq edilmiş və onun, eləcə də Siyəzən RPŞ-nin narkotiklərə qarşı mübarizə qrupunun əməliyyat müvəkkili polis leytenantı Şahid4 və Siyəzən RPŞ-nin Dövlət yol polisi bolüyünün yol-patrul xidmətinin inspektoru polis baş serjantı Şahid5 iştirakı ilə təlimatlandırılma keçirilmişdir. Bundan sonra faktla bağlı araşdırma aparılması Siyəzən RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi polis kapitanı X6 həvalə olunmuşdur. 01 noyabr 2022-ci il tarixdə, təxminən saat 14 radələrində Təqsirləndirilən şəxs “Mersedes Benz E 220” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Siyəzən şəhəri H.Əliyev küçəsində hərəkətdə olduğunu görüb həmin avtomobil yol patrul xidmətinin inspektoru Şahid5 tərəfindən saxlanıldıqdan sonra sürücü Şahid7 və sərnişin Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz döviyyəsi ilə məşğul olmasına dair əsaslı şübhə olduğunu bildirərək Rauf Abasovun və Təqsirləndirilən şəxs üzərlərinə şəxsi axtarış, həmçinin “Mersedes Benz E 220” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçiriləcəyi bildirdikdən sonra avtomobil RPŞ-nin inzibati binasının həyətinə gətirilmişdir. Şəxsi axtarış və baxış keçirilməsinə başlamazdan əvvəl Təqsirləndirilən şəxs və X9 hüquq və vəzifələri izah olunaraq, bununla bağlı müvafiq bildiriş təqdim olunmuşdur. Təqsirləndirilən şəxs və Şahid7 tərəfindən həmin bildiriş imzalanmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs müdafiə hüquqları izah olunaraq şəxsi axtarış və baxış zamanı müdafiəçinin iştirakının təmin edilməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış və baxış zamanı müdafiəçi Arif Həbibzadənin iştirak etməsini istədiyini bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və predmetlər varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkçəsinin sağ yan cibindən bir ədəd üzərində “Metadhone 40” sözləri yazılmış dərman konvalyutunda 1 ədəd həbi və bir ədəd üzərində “Umico” sözləri yazılmış plastik kartın üzərinə yapışdırılmış tiryəki, bir ədəd açarı, sol yan cibindən bir ədəd alışqanı, bir qutu “Rotmans” markalı siqareti, əynində olan qara rəngli cins şalvarının sol arxa cibindən iki ədəd plastik kartı, ümumilikdə 185 manat pulu, xəstəlik sənədinin surətini təqdim edərək avtomobilinin üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı plastik karta yapışdırdığı kütlənin tiryək olduğunu və dərman həbinin də narkotik tərkibli olduğunu bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən verilmiş göstərişə əsasən, Şahid4 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Daha sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd plastik kart, ümumilikdə 185 manat pul, 1 ədəd alışqan, 1 paçka “Rothmons” markalı siqaret, 1 ədəd açar, xəstəlik sənədinin sürəti iş üçün əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş predmetlər ağ rəngli boş zərfin içərisinə yerləşdirilmiş, zərfin üzəri 96 nömrəli möhürlə möhürlənmişdir. Daha sonra o və bütün digər iştirakçılar zərfin üzərinə imza etmişlər. Bundan sonra Şahid7 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı müstəntiq tərəfindən ona üzərində qanunla qadağan olunmuş əşyalar varsa könüllü təqdim etməsi təklif edilmişdir. Şahid7 üzərində heç bir qanunla qadağan edilmiş əşya və predmetin olmadığını bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən verilmiş göstəriş əsasında Şahid7 üzərində, eləcə də sonuncunun idarə etdiyi “Mercedes Benz” markalı avtomobilinə onun icazəsilə tərəflərindən baxış keçirilmişdir. Baxış zamanı Şahid7 üzərindən və ona məxsus olan “Mersedes Benz E 220” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilindən qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Baxış zamanı Siyəzən RPŞ-nin dövlət yol polisi bölməsinin yol patrul xidməti inspektoru polis baş serjantı Şahid5 tərəfindən “Nikon” markalı aparatla video çəkiliş edilmişdir. Baxış zamanı iştirakçılar tərəfindən ərizə, şikayət və ya təklif daxil olmamışdır. Daha sonra protokol tərtib olunmuş, ucadan oxunmuş, protokol doğru olduğundan o və bütün digər iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı onun narkotik vasitələri şəxsi istifadəsi məqsədi ilə əldə etməsi, üzərində saxlaması və daşıması ilə bağlı olmuşdur. Əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair hər hansı məlumat əldə edilməmişdir.
13. Məhkəmədə şahid qismində dindirilmiş Siyəzən RPŞ-nin narkotiklərə qarşı mübarizə qrupunun əməliyyat müvəkkili polis leytenantı Şahid4, Siyəzən RPŞ-nin Dövlət yol polisi bölməsinin yol patrul xidmətinin inspektoru polis baş serjantı Şahid5 və Siyəzən RPŞ-nin Növbətçi Hissəsinin məsul növbətçi köməkçisi polis baş serjantı Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu və Şahid8la oxşar məzmunlu ifadələr verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər.
14. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Siyəzən rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayır, narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etmir. İdarə etdiyi “Mercedes Benz” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə ailəsini dolandırmaq məqsədilə taksi fəaliyyəti ilə məşğul olur. Avtomobili sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə edir. 1 noyabr 2022-ci il tarixdə, saat 12:30 radələrində əmisi Təqsirləndirilən şəxs ona mobil telefon vasitəsilə zəng edərək onu Siyəzən rayon avtovağzalına aparmasını xahiş etmiş, o da təxminən 1 saat sonra gedib əmisi Qalibi evindən götürüb Siyəzən şəhər avtovağzalına gətirərkən saat 14 radələrində Siyəzən şəhəri Heydər Əliyev prospektində hərəkətdə olarkən yol patrul xidmətinin əməkdaşı ona avtomobilini saxlaması üçün işarə vermişdir. O, avtomobilini yolun kənarına çəkib saxlamış, həmin vaxt polis əməkdaşları onlara yaxınlaşaraq narkotik vasitələrin saxlanılmasında şübhəli olduqlarını bildirib onları RPŞ-yə gətirmişlər. Siyəzən RPŞ-nin inzibati binasının həyətində əmisi Təqsirləndirilən şəxs və ona hüquq və vəzifələri izah olunduqdan sonra bu barədə bildiriş verilərək müdafiəçi X7 iştirakı təmin edilmişdir. Siyəzən RPŞ-də müdafiəçi Arif Həbibzadənin iştirakı ilə Qalib Abbasovun üzərində şəxsi axtarış keçirilən zaman sonuncuya qanunla qadağan olunmuş əşyaları təqdim elmək təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd üzərində “Metadhone 40” sözləri yazılmış dərman konvolyutunda 1 ədəd həb və bir ədəd üzərində “Umico” sözləri yazılmış plastik kartın üzərinə yapışdırılmış tiryəkə bənzər kütləni, iki ədəd plastik kart, ümumilikdə 185 manat pul, 1 ədəd alışqan, 1 paçka siqaret, 1 ədəd açar, xəstəlik sənədinin surətini təqdim edərək avtomobilin üzərinə qoymuş, habelə plastik karta yapışdırdığı kütlənin tiryək olduğunu və dərman həbinin də narkotik tərkibli olduğunu bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən verilmiş göstərişə əsasən, polis əməkdaşı tərəfindən şəxsi axtarış keçirilməsi davam etdirilmişdir. Şəxsi axtarış zamanı üzərində başqa heç bir qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Müstəntiq tərəfindən üzərindən aşkar edilmiş iki ədəd plastik kart, ümumilikdə 5 manat pul, 1 ədəd alışqan, 1 paçka siqaret, 1 ədəd açar, xəstəlik sənədinin surəti iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş predmet ağ rəngli boş zərfin içərisinə yerləşdirilərək zərfin üzəri 96 nömrəli möhürlə möhürlənmişdir. Bundan sonra o və bütün digər iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Daha sonra onun (Şahid7) da üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı müstəntiq tərəfindən üzərində qanunla qadağan olunmuş əşyalar varsa təqdim etməsi təklif olunmuş, o da üzərində heç bir qanunla qadağan edilmiş əşya və predmetin olmadığını bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən verilmiş göstərişə əsasən, polis əməkdaşı tərəfindən şəxsi axtarış keçirilməsi davam etdirilmiş və şəxsi axtarış zamanı üzərində heç bir qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Üzərindən 3 ədəd 20 manatlıq pul əskinası, 2 ədəd 10 manatlıq pul əskinası, 3 ədəd 5 manatlıq pul əskinası və 4 ədəd 1 manatlıq pul əskinası, 1 ədəd göy rəngli alışqan, 1 ədəd kibrit, 1 paçka “Rotmans” markalı siqaret, cib dəsmalı və avtomobil açarı aşkar edilmişdir. Bundan sonra 3 ədəd 20 manatlıq pul əskinası, 2 ədəd 10 manatlıq pul əskinası, 3 ədəd 5 manatlıq pul əskinası və 4 ədəd 1 manatlıq pul əskinası, 1 ədəd göy rəngli alışqan, 1 ədəd kibrit, 1 paçka “Rotmans” markalı siqaret, cib dəsmalı və avtomobil açarı özünə qaytarılmışdır. Daha sonra idarə etdiyi “Mercedes Benz” markalı avtomobilinə onun icazəsi ilə müstəntiqin göstərişi əsasında polis əməkdaşı tərəfindən baxış keçirilmiş, baxış zamanı avtomobilindən heç bir qanunla qadağan edilmiş əsya və predmet aşkar edilməmişdir. Bununla da şəxsi axtarış və avtomobiliə baxış yekunlaşdırılmışdır. Polis əməkdaşları tərəfindən ona və əmisi Qalib Abbasova qarşı heç bir zor tətbiq edilməmişdir. O heç vaxt narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməmişdir. Onun əmisinin üzərində narkotik vasitələrin olmasından xəbəri olmamışdır. Lakin əmisi Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrdən istifadə etdiyi üçün tutulmuş, bir neçə dəfə müalicə almışdır. Əmisi Qalibin son vaxtlar Bakı şəhərində işləməsi ilə əlaqədar görüşmədikləri üçün onun narkotik vasitələrlə məşğul olmasından xəbəri olmamışdır. O, polis əməkdaşları tərəfindən əmisinə qarşı hər hansı təzyiq və ya təsirin olmasının şahidi olmamışdır.
15. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, ifadəsi və izahatları elan edilməklə tədqiq edilmiş şahidlərin ifadəsi və izahatları ilə, habelə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
16. “Cinayət işi başlanılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 10 noyabr 2022-ci il tarixdə, saat 18:50 radələrində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin kanvoy taborunun əməkdaşları tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsindən Bakı İstintaq Təcridxanasına gətirilən Təqsirləndirilən şəxs üzərinə Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən təcridxanada baxış keçirilən zaman əynindəki alt paltarının içəri tərəfində kustar üsulla tikilmiş cibindən 15 ədəd şəffaf sellofan bükümlərdə olmaqla ümumilikdə təmiz çəkisi - 5,599 qram külli miqdarda narkotik vasitə heroinin, 08 ədəd şəffaf sellofan bükümlərdə olmaqla ümumilikdə təmiz çəkisi - 1,542 qram şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetaminin və “üzərində F/M40” yazısı həkk edilmiş 05 ədəd dərman tabletlərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram olan narkotik vasitə metadonun aşkar edilməsi faktına görə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin (bundan sonra mətndə- Sabunçu RPİ-nin İŞ-nin) müstəntiqi polis kapitanı X4 tərəfindən 9 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).
17. Bakı İstintaq Təcridxanasının əməliyyat şöbəsinin baş inspektoru ədliyyə mayoru X17 tərəfindən tərtib edilmiş 10 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, əvvəlcədən alınmış əməliyyat məlumatları əsasında Penitensiar xidmətin Əməliyyat-Rejim İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində kanvoy taborunun əməkdaşları Bakı Ağır Cinayətlər Məhkəməsindən gətirilərək Bakı İstintaq Təcridxanasına təhvil verilmiş, həmin məhkəmənin 10 noyabr 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmuş Təqsirləndirilən şəxs üzərinə axtarış otağında baxış keçirilmişdir. Protokoldan görünür ki, həmin gün saat 18:50-də həmin təcridxananın axtarış otağına təhkim olunmuş nəzarətçilər ədliyyə kiçik gizirləri Şahid2 və Şahid1, eləcə də ədliyyə baş çavuşu Şahid3, habelə hal şahidləri X8 və X5 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə axtarış otağında baxış keçirilən zaman sonuncunun əyninə geyindiyi alt paltarının içəri tərəfində kustar üsulla tikilmiş cibin içərisindən 15 ədəd şəffaf sellofan bükülünün içərisində olan qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitəyə bənzər maddə, 8 ədəd şəffaf sellofan bükülünün içərisində olan ağ rəngli psixotrop maddəyə oxşar maddə və üzərində M40 sözləri yazılmış 5 ədəd dərman preparatları aşkar olunaraq götürülmüşdür. Faktla əlaqədar olaraq həbs olunmuş şəxs Təqsirləndirilən şəxs müəssisənin əməliyyat şöbəsinin xidməti otağına dəvət olunmuş, sonuncu öz yazılı izahatında 10 noyabr 2022-ci il tarixdə təxminən saat 18:50 radələrində Bakı Ağır Cinayətlər Məhkəməsindən Bakı İstintaq təcridxanasına təhvil verilən zaman təcridxana əməkdaşları tərəfindən xüsusi otaqda hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirilərkən əyninə geyindiyi alt paltarının iç tərəfində kustar üsulla tikilmiş cibin içərisindən aşkar olunmuş predmetlərin özünə məxsus olduğunu qeyd etmiş və narkotik maddələrin aludəçisi olduğuna görə aşkar olunmuş narkotik və psixotrop maddələri əyninə geyindiyi alt paltarının içəri tərəfində əvvəlcədən tikdiyi cibin içərisində sonradan istifadə edə bilməsi üçün gizlətdiyini bildirmişdir. Götürülmüş 15 ədəd şəffaf sellofan bükülünün içərisində olan qəhvəyi rəngli maddənin, 8 ədəd şəffaf sellofan bükülünün içərisində olan ağ rəngli maddənin və üzərində M40 yazılmış 5 ədəd dərman preparatlarının tərkibinin və çəkisinin müəyyən edilməsi üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi məqsədilə hal şahidlərinin və həbs olunmuş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılaraq xüsusi paketə qoyulmuş, müəssisənin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmişdir. Bu barədə saat 19:40-da protokol tərtibi başa çatmış, protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Bütün proses zamanı şikayət və ya təklif daxil olmamışdır (Cild 1, i.v. 7;).
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 11 noyabr 2022-ci il tarixli, 6/6484 nömrəli ekspert arayışından görünür ki, tədqiqata təqdim edilmiş, üzərində PX Bakı İstintaq Təcridxanasına məxsus “Zərflər üçün” möhür əksi, “xx.xx.2022-ci il tarixdə ...Bakı İstintaq Təcridxanasına gətirilmiş həbs olunmuş şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman...” və s. yazılar, imzalar olan zərfdəki 15 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,344 qram, 0,355 qram, 0,388 qram, 0,403 qram, 0,383 qram, 0,354 qram, 0,378 qram, 0,376 qram, 0,367 qram, 0,372 qram, 0,392 qram, 0,371 qram, 0,378 qram, 0,377 qram, 0,361 qram ümumi təmiz çəkiləri - 5,599 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 08 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,395 qram, 0,391 qram, 0,318 qram, 0,332 qram, 0,027 qram, 0,031 qram, 0,025 qram, 0,023 qram ümumi təmiz çəkiləri 1,542 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üzərlərində “F/M40” yazısı həkk edilmiş 05 ədəd dərman tabletlərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram olan narkotik vasitə - metadon müəyyən edildi. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş ’’Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı İ), Metadon Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş ’’Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin” siyahısına (Siyahı İİ), Metamfetamin ’’Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi - 5,599 qram, tədqiqata sərf edildi - 0,15 qram, qalıq- 5,449 qram. Metamfetaminin ümumi təmiz çəkisi - 1,542 qram, tədqiqata sərf edildi - 0,16 qram, qalıq-1,382 qram. Metadon tabletləri - 5 ədəd - tədqiqata sərf edildi - 1 tablet, qalıq - 4 tablet. Aparılmış tədqiqatın dəyərinin 110 (bir yüz on) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 22-26;).
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 27 dekabr 2022-ci il tarixli, 6/7036 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...xx.xx.2022-ci il tarixdə...Bakı İstintaq Təcridxanasına gətirilmiş həbs olunmuş şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman...” sözləri olan bir ədəd zərfdəki 15 ədəd bükümdə ümumi təmiz çəkisi - 5,449 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 08 ədəd bükümdə ümumi təmiz çəkisi - 1,382 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. 4 ədəd üzərilərində “Methadone 40” göstəriciləri olan blister kəsiyində 4 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkiblərində metadonun təsir maddəsinin ümumi miqdarı 0,160 qram təşkil edir. Metamfetaminin ümumi təmiz çəkisi - 1,382 qram, tədqiqata sərf edildi- 0,100 qram, qalıq - 1,282 qram. Heroinin ümumi təmiz çəkisi - 5,449 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq - 5,349 qram. Metadon həblərinin ümumi sayı - 4 ədəd həb, tədqiqata sərf edildi - 1 ədəd həb, qalıq - 3 ədəd həb. Aparılmış tədqiqatın dəyərinin 81 (səksən bir) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 41-47;).
20. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 27 mart 2023-cü il tarixli cavabından, müvafiq hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 1(101)-351/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 5 aprel 2023-cü il tarixli 1(103)-711/2023 saylı qərarı ilə cəzası yüngülləşdirilərək 6 (altı) il 6 (altı) ay müddətə endirilmiş, cəzasını ümumi rejimli cəzaçəkməklə müəsissəsində çəkməklə cəza çəkməsinin başlanğıcı 10 noyabr 2022-ci ildən hesablanmışdır(Cild 1, i.v. 48-70; 177-179;).
21. “Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında” 3 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Canpolad Nağıyev tərəfindən icraata qəbul edilərək ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə sonuncu nömrə altında ibtidai istintaq davam etdirilmişdir (Cild 1, i.v. 71-72;).
22. “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” 2 noyabr 2022-ci il tarixli qərardan görünür ki, 1 noyabr 2022-ci il tarixdə, saat 14 radələrində Siyəzən RPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs və Şahid7 birlikdə sonuncunun idarə etdiyi “Mercedes Benz” markalı **-VB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Siyəzən şəhəri H.Əliyev küçəsi ərazisində saxlanılaraq RPŞ-yə gətirilmiş, həmin şöbənin inzibati binasının həyətində keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən “Methadone 40” göstəricisi olan konvalyut kəsiyində 1 ədəd qəhvəyi rəngli, dairəvi formalı təsir maddəsinin ümumi miqdarı 0,04 qram olan metadon həbi və əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində olan üzərinə “Umico” sözləri yazılmış plastik kartın üzərində yapışdırılmış vəziyyətdə tünd qəhvəyi rəngli, 0,685 qram narkotik vasitə tiryək aşkar olunaraq götürülməsi faktına görə Siyəzən RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi polis baş leytenantı X10 tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v. 74;).
23. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 1 noyabr 2022-ci il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Siyəzən RPŞ-nin Əməliyyat İşləri üzrə rəis müavini polis polkovnik-leytenantı X18 tərəfindən Siyəzən rayonu Dəvəçi kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməsi və üzərində gəzdirməsi, eləcə də Yenikənd kəndindən Siyəzən şəhərinə Şahid7 idarə etdiyi “Mercedes Benz E 220” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobillə gətirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs və Şahid7 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Siyəzən RPŞ-nin rəisi polis polkovniki Xəqani Məmmədov tərəfindən təsdiq edilərək həmin şöbənin İstintaq Bölməsinin müstəntiqi polis kapitanı X14, cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid8, narkotiklərə qarşı mübarizə bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid4 və dövlət yol polisi bölməsinin yol patrul xidməti inspektoru polis baş serjantı X2 ibarət əməliyyat qrupu təşkil edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs və Şahid7 1 noyabr 2022-ci il tarixdə, saat 14 radələrində Siyəzən şəhəri H.Əliyev prospekti ərazisində sonuncunun idarə etdiyi avtomobildə saxlanılaraq birlikdə üzərində şəxsi axtarış keçirilməsi üçün Siyəzən RPŞ-yə gətirilmişdir (Cild 1, i.v. 77-87;).
24. “Şübhəli şəxsi tutma haqqında” 1 noyabr 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Abasov X15 RPŞ-nin İB-nin müstəntiqi polis kapitanı X14 tərəfindən müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X7 iştirakı ilə həmin tarixdə, saat 14:59-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir (Cild 1, i.v. 94; 102;).
25. “Şəxsi axtarış, baxış keçirmə və götürmə haqqında” 1 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 15:04-dən 15:23-dək Siyəzən RPŞ-nin İB-nin müstəntiqi polis kapitanı X14 tərəfindən, həmin şöbənin narkotiklərə qarşı mübarizə qrupunun əməliyyat müvəkkili polis leytenantı Şahid4, cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili polis kapitanı Şahid8 Ayaz oğlu, dövlət yol polisi bölməsinin inspektoru Şahid5 və məsul növbətçi köməkçisi polis baş serjantı Şahid6, eləcə də müdafiəçi X7 iştirakı ilə Siyəzən RPŞ-nin inzibati binasının qarşısında Təqsirləndirilən şəxs və Şahid7 üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa könüllü təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü şəkildə əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd üzərində “M40 Methadone” yazılan narkotik vasitə olan həb, “Umico” plastik kartın üzərində yapışdırılmış narkotik vasitə olan tiryəkə bənzər kütlə, 1 (bir) ədəd 100 manatlıq, 01 (bir) ədəd 50 manatlıq, 01 (bir) ədəd 20 manatlıq, 01 (bir) ədəd 10 manatlıq, 01 (bir) ədəd 5 manatlıq və 40 qəpik olmaqla ümumilikdə 185 manat 40 qırx qəpik pul, 02 (iki) ədəd plastik kart, şəxsiyyətini təsdiq edən sənədin surəti, cib dəsmalı, 01 (bir) qutu siqaret, 01 (bir) ədəd alışqan və açar təqdim etmişdir. Daha sonra müstəntiqin göstərişi əsasında əməliyyat müvəkkili polis leytenantı Şahid4 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən heç bir qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Onun üzərindən aşkar edilmiş ümumilikdə 185 manat 40 qırx qəpik pul, 03(üç) ədəd plastik kart, şəxsiyyətini təsdiq edən sənədin surəti, cib dəsmalı, 01 (bir) qutu siqaret, 01 (bir) ədəd alışqan və açar iş üçün əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmış, 01 (bir) ədəd üzərində “M40 Methadone” yazılan narkotik vasitə olan həb və “Umico” plastik kartın üzərində yapışdırılmış narkotik vasitə olan tiryəkə bənzər kütlə isə ağ rəngli boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri 96 nömrəli möhürlə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və bütün digər iştirakçılar zərfin üzərinə imza etmişlər. Daha sonra şəxsi axtarış zamanı Şahid7 üzərində qanunla qadağan edilmiş hər hansısa bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuş, Şahid7 üzərində heç bir qanunla qadağan olunmuş əşya və predmetin olmadığını bildirmişdir. Bundan sonra müstəntiqin göstərişi əsasında əməliyyat müvəkkili polis leytenantı Şahid4 tərəfindən onun üzərində şəxsi axtarış davam etdirilmiş və şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır. Daha sonra Şahid7 idarə etdiyi avtomobilə baxış keçirilməmişdən əvvəl avtomobilə keçiriləcək baxışa hər hansı etirazının olub-olmaması soruşulmuşdur. Şahid7 etibarnamə ilə idarə etdiyi “Mercedes Benz” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçiriləcək baxışa heç bir etirazının olmadığını qeyd etmişdir. Şahid7 idarə etdiyi “Mercedes Benz” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı onun avtomobilin salonundan və saxlanc yerindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış və baxış zamanı müstəntiq tərəfindən Təqsirləndirilən şəxs və Şahid7 polis əməkdaşları tərəfindən saxlanılan zaman hər hansı təzyiqə məruz qalıb-qalmamaları və aparılan şəxsi axtarışa və baxış keçirilməsinə etirazlarının olub olmaması soruşulduqda sonuncular polis əməkdaşları tərəfindən saxlanılan zaman heç bir təzyiqə məruz qalmadıqlarını və aparılmış şəxsi axtarışa, avtomobilə baxış keçirilməsinə heç bir etirazlarının olmadığını bildirmişdir. Bundan sonra onların üzərlərində aparılmış şəxsi axtarış və Şahid7 idarə etdiyi avtomobilə keçirilmiş baxış yekunlaşdırılmışdır. Protokolda istintaq hərəkəti zamanı Şahid5 tərəfindən “Nikon” markalı aparatla videoçəkiliş aparılması və həmin videoçəkilişin görüntülərinin 1(bir) ədəd “Compakt Diskin” yaddaşına köçürüldükdən sonra protokola əlavə olunacağı qeyd olunmuşdur. Şəxsi axtarış zamanı iştirakçılar tərəfindən ərizə, şikayət, təklif daxil olmamış, protokol iştirakçılar arasında ucadan oxunmuş, doğruluğunu imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 117-119;).
26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 2 noyabr 2022-ci il tarixli, 6/6348 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №96” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri və imzalar qeyd edilmiş zərfdə təmiz çəkisi - 0,685 qram olan tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir, üzərində “Methadone 40” göstəricisi olan konvalyut kəsiyindəki ümumilikdə 01 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər narkotik vasitə- metadondur, təsir maddəsinin ümumi miqdarı 0,04 qram (üzərindəki göstəricilərə əsasən bir həbdə 0,04 qram) təşkil edir. Metadon həbinin sayı - 1 həb, tədqiqata sərf edildi - 1/2 həb, qalıq - 1/2 həb. Tiryəkin təmiz çəkisi - 0,685 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,635 qram. Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş ’’Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş ’’Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin” siyahısına (Siyahı İİ) daxildir. Aparılmış tədqiqatın dəyərinin 55 (əlli beş) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 131-135;).
27. “Şəxsi axtarış, baxış keçirmə və götürmə haqqında” 1 noyabr 2022-ci il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müddəti 19 dəqiqə 15 saniyə olan həmin videoçəkilişin əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq R.M.Zeynalov tərəfindən baxış keçirilməsinə dair 3 noyabr 2022-ci il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntüyə məhkəmədə Təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat və sərbəst şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v.143-144; Cild 2;).
28. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 3 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona hüquq və vəzifələri ətraflı şəkildə izah olunmuşdur (Cild 1, i.v. 145-146;).
29. “Tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında” 1 noyabr 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Abasov X15 RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (Cild 1, i.v. 158-159;).
30. “Maddi sübut kimi tanımaq haqqında” 3 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş “Methadone 40” göstəricisi olan konvalyut kəsiyindəki dərman həbi və 0,685 qram olan tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə tiryək iş üzrə maddi sübut hesab edilərək həmin maddələrin tədqiqata sərf olunaraq istifadə olunması nəzərə alınaraq qalıq qalmış 0,635 qram tiryək və ½ həb “Methadone 40” göstəricisi olan konvalyut kəsiyindəki dərman həbi iş üzrə maddi sübut hesab edilərək Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir (Cild 1, i.v. 160-162;).
31. Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamə və arayışdan, “Azemis” elektron informasiya məhkəmə sistemindən əldə olunmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və ya şifahi ərizə, eləcə də şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs ailə tərkibi arvadı X19, 14 yanvar 1996-cı il təvəllüdlü oğlu Salman Abasov, 2 aprel 2004-cü il təvəllüdlü oğlu Bakir Abasov və 4 iyun 2009-cu il təvəllüdlü oğlu Söhbət Abasovdan ibarətdir (Cild 1, i.v. 190-191; Cild 2;).
32. “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi barədə” 12 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqi polis baş leytenantı Rəhmin Zeynalov tərəfindən ********* saylı cinayət işi ibtidai araşdırmanın davam etdirilməsi və ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə aidiyyəti üzrə Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (Cild 1, i.v. 194-195;).
33. Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin rəisi polis polkovniki Samir Həsənovun 27 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda olan narkotik vasitə və psixotrop maddənin mənbəyini müəyyən etmək mümkün olmamışdır (Cild 1, i.v. 213;).
34. “Maddi sübut kimi tanınma haqqında” 28 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd qablaşdırılmış kağız paketin içərisində on beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,344 qram, 0,355 qram, 0,388 qram, 0,403 qram, 0,383 qram, 0,354 qram, 0,378 qram, 0,376 qram, 0,367 qram, 0,372 qram, 0,392 qram, 0,371 qram, 0,378 qram, 0,377 qram, 0,361 qram ümumi təmiz çəkisi - 5,599 qram narkotik vasitə heroin, 08 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,395 qram, 0,391 qram, 0,318 qram, 0,332 qram, 0,027 qram, 0,031 qram, 0,025 qram, 0,023 qram ümumi təmiz çəkisi 1,542 qram psixotrop maddə metamfetamin, üzərlərində “F/M40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram olan narkotik vasitə metadon maddi sübut hesab olunmuş, heroinlərin ümumilikdə tədqiqata 0,25 qram sərf edilməsi nəzərə alınmaqla 5,349 qram qalığı, metamfetaminlərin ümumilikdə tədqiqata 0,26 qram sərf edilməsi nəzərə alınmaqla 1,282 qram qalığı, metadon həblərinin tədqiqata 02 ədəd sərf edilməsi nəzərə alınmaqla 3 ədədi saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır (Cild 1, i.v. 256-259;).
35. “Cinayət işindən başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata götürülməsi haqqında” 28 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitənin və psixotrop maddənin mənbəyinə dair cinayət işinin materiallarından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmaqla ibtidai istintaqı davam etdirilir (Cild 1, i.v. 261-263;).
36. Siyəzən RPŞ-nin rəisi polis polkovniki Xəqani Məmmədovun 6 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə maddi sübut, yəni ekspertiza tədqiqatlarından sonra qalıq çəkiləri narkotik vasitə ½ metadon həbi və 0,635 qram narkotik vasitə tiryək üzəri möhürlənmiş vəziyyətdə qapalı zərfdə Sabunçu RPİ-yə göndərilmişdir (Cild 1, i.v. 265;).
37. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının” 24 yanvar 2025ci il tarixli, 390 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (Cild 1, i.v. 266-267;).
38. “Sübutların qiymətləndirilməsi haqqında” 10 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1ci maddəsindən həmin Məcəllənin 234.4.2 və 234.4.3-cü maddələrinə tövsif edilməklə ona elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməsi, Təqsirləndirilən şəxs və Şahid7 Siyəzən RPŞ-nin həyətində üzərilərinə keçirilmiş şəxsi axtarış və Şahid7 idarə etdiyi “Mercedes Benz” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə keçirilmiş baxış prosesi zamanı videogörüntüləri əks olunmuş DVD diskin cinayət işi üzrə maddi sübut hesab edilməsi, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə və psixotrop maddənin mənbəyi ilə əlaqədar 28 dekabr 2024-cü il tarixdə cinayət işindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinin ayrıca icraata ayrılaraq icraata qəbul edilməsinin nəzərə alınması qərara alınmışdır (Cild 1, i.v. 261-284;).
39. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cianyət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (Cild 1, i.v. 286-288;).
40. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq C.X.Nağıyev tərəfindən 15 fevral 2025-ci il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 16 fevral 2025-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.318-335;).
41. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 aprel 2025-ci il tarixli, 1(101)-1124/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə həbs qətimkan tədbiri seçilmişdir (Cild 2;).
42. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən 17 aprel 2025-ci il tarixli məktubla daxil olmuş tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs 10 noyabr 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirildikdən sonra ilkin tibbi müayinədən keçirilmişdir. İlkin tibbi müayinə zamanı Təqsirləndirilən şəxs deməsinə görə xroniki “C” virus hepatit xəstəsi olduğunu, 2019-cu il tarixdə “ağ ciyər vərəminə” görə Penitensiar Xidmətin İxtisaslaşmış müalicə müəssisəsində müalicədə olduğunu bildirmişdir. İlkin tibbi müayinə nəticəsində ona “narkomaniya, xroniki “C” virus hepatit, keçirilmiş ağ ciyər vərəmindən sonrakı qalıq əlamətləri” diaqnozları qoyulmuşdur. Sorğu zamanı zədə almadığını bildirmişdir. Bədəninə baxış keçirən zaman yeni xəsarət izi aşkar edilməmişdir. Təcridxanada saxlandığı dövrdə müayinələrə cəlb olunmuş (R-müayinə-xx.xx.2022-ci il tarixli-Sağ ağ ciyərin yuxarı payında zəif fibroz fonda bərkimiş ocaqlı kölgəliklər izlənildi, köklər sərtləşib, qanın ümumi və biokimyəvi analizləri xx.xx.2022-ci il-Norma daxilində olmuşdur, USM-müayinəsindəxx.xx.2022-ci il tarixli – Qalxanvari vəzin sağ payında 12x10 mm, 8x7 mm, sol payında 4x5 mm, 10x8 mm düyünlər izlənildi) və həkim nəzarətinə götürülmüşdür. xx.xx.2023-cü il tarixdə təkrar USM-müayinəsində xx.xx.2022-ci il tarixli müayinə ilə müqayisədə dinamika izlənilməmişdir. xx.xx.2023-cü il tarixdə 13 saylı X26 köçürülmüşdür. 13 saylı X11rkən Təqsirləndirilən şəxs həkim nəzarətində olmuş, xx.xx.2023-cü il tarixdə ambulator müalicə təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 5T əmrinə əsasən müayinə məqsədilə Penitensiar Xidmətin İxtisaslaşmış müalicə müəssisəsinə köçürülmüşdür və “Keçirilmiş ağ ciyər vərəmindən sonrakı qalıq əlamətləri fibroz və bərk ocaqlar şəklində VM(-) neqativ, Xroniki “C” virus hepatiti subklinik mərhələ” diaqnozu ilə xx.xx.2023-cü il tarixədək müalicədə olmuşdur. xx.xx.2024-cü il tarixdə təkrar Bakı İstintaq Təcridxanasına daxil olmuş və təkrar USM-müayinəsinə cəlb olunmuş və onda xx.xx.2022-ci il tarixli müayinə ilə müqayisədə dinamika izlənilməmişdir. Hal-hazırda səhhəti stabildir, həkim nəzarətindədir (Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:
43. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə-CM-in) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
45. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
46. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
47. CM-in 234.4.2 və 234.4.3-cü maddələri təkrarən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir.
48. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir.
49. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs iki epizodda CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ki, o, satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda, psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda təkrar əldə edib saxlayaraq daşımışdır. Halbuki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi birinci epizod üzrə narkotik vasitə metadon həbini və tiryəki məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan hər hansı mötəbər sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir.
50. Məhkəmə, ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı hökmün 38-ci bəndində göstərilmiş qərarda, cinayət qanununun normalarına və vahid məhkəmə təcrübəsinə istinad edərək təqsirləndirilən şəxsin birinci epizod üzrə əməlində “satış məqsədinin” sübuta yetirlməsini göstərməyə çalışsa da, əksinə toplanmış sübutlar və istinad etdiyi normalar, həmçinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsindən irəli gələn izah və tövsiyələr, təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” olmadığını təsdiq edir.
51. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.
52. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin və ya psixotrop maddənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.
53. Halbuki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən birinci epizod üzrə narkotik vasitələri satacağı istehlakçı ilə razılığın əldə edilməsi, narkotik vasitələrin çəkilib çoxsaylı xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir.
54. Bundan başqa, istintaq orqanı hökmün 38-ci bəndində göstərilmiş qərarda təqsirləndirilən şəxsin əməllərinə hüquqi qiymət verərkən Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin bükümlərdə olması, həmçinin təkrar satış məqsədi ilə narkotik vasitəni qanunsuz olaraq əldə etməsi və özünün şəxsi marağından hərəkət etməsinə dair toplanmış sübutlara istinad edərək öz gəldiyi nəticəni əsaslandırmağa çalışsa da, faktiki olaraq təqsirləndirilən şəxsin birinci epizod üzrə əldə edərək üzərində saxlamaqla daşıdığı narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsinə dair hər hansı mövcud olmayan sübutlara istinad edib əsassız qənaətə gəlmişdir.
55. Başqa sözlə, istintaq orqanı təqsirləndirilən şəxsin əməlində birinci epizod üzrə satış məqsədinin olması qənaətinə gələrkən, hər hansı mötəbər sübuta istinad etməmiş, ümumiyyətlə məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla belə bir sübutların olması müəyyən edilməmişdir.
56. Halbuki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı birinci epizod üzrə üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış istintaq hərəkəti aparılarkən üzərindən aşkar edilmiş narkotik vasitələri şəxsi istifadəsi məqsədilə əldə etməsini, həmin narkotik vasitələrdən tiryəkin bir hissəsindən polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl istifadə etdiyini, digər hissəsini isə üzərində saxlayaraq daşıdığını göstərmişdir. İbtidai istintaq orqanının sübut qismində istinad etdiyi birinci epizod üzrə istintaq hərəkətlərinin protokolları, şahid ifadələri (Şahid8, Şahid4, Şahid5, Şahid6 və Şahid7), ekspert rəyləri, maddi sübutlar və digər sənədlərdə də, təqsirləndirilən şəxsin birinci epizod üzrə üzərindən aşkar edilmiş narkotik vasitələri məhz satış məqsədi ilə əldə etməsini təsdiq edən mötəbər heç bir sübut və dəlil yoxdur və həmçinin hər hansı belə bir sübut məhkəmə baxışında da ittiham tərəfindən təqdim edilməmişdir.
57. Əksinə həm iş materiallarındakı sənədlərlə, həm məhkəməyədək icraat, həm də məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş, təqsirləndirilən şəxsin birinci epizod üzrə ətrafında əməliyyat tədbirlərini həyata keçirən və ittiham tərəfinin əsas şahidləri olan polis əməkdaşları Şahid8, Şahid4, Şahid5 və Şahid6 ifadələrindən də göründüyü kimi, 1 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı sonuncunun qanunsuz olaraq narkotik vasitə istifadə etməsi və üzərində gəzdirməsi, eləcə də Yenikənd kəndindən Siyəzən şəhərinə gətirməsi ilə bağlı olmuş, həmin əməliyyat məlumatında onun qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması qeyd olunmamış, eləcə də sonradan da bu barədə hər hansı məlumat əldə edilməmişdir.
58. Məhkəmə, ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, şəxsin üzərində aşkar edilmiş narkotik vasitənin miqdarının yalnız xeyli miqdarda olması, digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir.
59. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
60. Lakin məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və iş materiallarında Təqsirləndirilən şəxs tərəfindən sonuncudan birinci epizod üzrə aşkar edilmiş narkotik vasitələri əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. Bununla da, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş birinci epizod üzrə əməldə satış məqsədinin (CM-in 234.2-ci maddəsinin tərkib əlamətləri) elementləri müəyyən edilmədiyindən ikinci epizod üzrə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayətinə təkrarlıq əlamətindən söhbət gedə bilməz.
61. Beləliklə, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs birinci epizod üzrə əməli CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir.
62. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
63. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).
64. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə məhkəmə istintaqı zamanı sonuncunun əməlində təkrarlıq əlamətinin müəyyən edilməməsi və birinci epizod üzrə narkotik vasitələrin satış məqsədilə əldə edilməsinin təsdiq olunmaması, o cümlədən araşdırılmış sübutların məcmusu ilə onun birinci epizod üzrə əldə edərək üzərində saxlayaraq daşıdığı narkotik vasitələri şəxsi istifadəsi məqsədilə əldə etməsinin müəyyən olunması ilə məhkəmə tərəfindən birinci epizod üzrə əməlinin CM-in 234.1-ci maddəsinə tövsif olunması Təqsirləndirilən şəxs verilən ittihamın ağırlaşdırılmasına deyil, əksinə yüngülləşdirilməsinə yönəldilmişdir.
65. Məhkəmə həmçinin tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, təqsirləndirilən şəxs X12 ikinci epizod üzrə əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir.
66. Beləliklə, yuxarıda qeyd edilənlər nəzərə alınmaqla məhkəmə istintaqı ilə müəyyən olundu ki, Təqsirləndirilən şəxs müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi - 0,685 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və təsir maddəsinin ümumi miqdarı 0,04 qram, üzərində “Methadone-40” göstəricisi olan konvalyut kəsiyində bir ədəd qəhvəyi rəngli, dairəvi formalı narkotik vasitə metadon həbini əldə edib üzərində saxlamaqla daşımış, 01 noyabr 2022-ci il tarixdə, saat 14 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Siyəzən şəhəri H.Əliyev küçəsində saxlanılaraq Siyəzən RPŞ-yə gətirilmiş, RPŞ-nin inzibati binasının həyətində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən üzərində “Umico” sözləri yazılmış plastik kartın üstünə yapışdırılmış vəziyyətdə şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi - 0,685 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən təsir maddəsinin ümumi miqdarı 0,04 qram, üzərində “Methadone-40” göstəricisi olan konvalyut kəsiyində bir ədəd qəhvəyi rəngli, dairəvi formalı narkotik vasitə metadon həbi aşkar edilərək götürülmüşdür.
67. Bundan başqa, o, müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi – 5,599 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi - 1,542 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və təsir maddəsinin ümumi miqdarı 0,2 qram, üzərində “Methadone-40” göstəricisi olan beş ədəd qəhvəyi rəngli, “F/M40” göstəricili narkotik vasitə metadon həblərini əldə edib üzərində saxlamaqla daşımış, 10 noyabr 2022-ci il tarixdə, saat 18:50 radələrində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin konvoy taborunun əməkdaşları tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsindən Bakı İstintaq Təcridxanasına gətirilərək, Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən təcridxanada üzərinə baxış keçirilən zaman əynində olan alt paltarının içəri tərəfində kustar üsulla tikilmiş cibindən on beş ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,344 qram, 0,355 qram, 0,388 qram, 0,403 qram, 0,383 qram, 0,354 qram, 0,378 qram, 0,376 qram, 0,367 qram, 0,372 qram, 0,392 qram, 0,371 qram, 0,378 qram, 0,377 qram və 0,361 qram olmaqla ümumilikdə təmiz çəkisi - 5,599 qram külli miqdarda narkotik vasitə heroin, səkkiz ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,395 qram, 0,391 qram, 0,318 qram, 0,332 qram, 0,027 qram, 0,031 qram, 0,025 qram və 0,023 qram olmaqla ümumilikdə təmiz çəkisi - 1,542 qram şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin və təsir maddəsinin ümumi miqdarı 0,2 qram, üzərində “Methadone-40” göstəricisi olan beş ədəd qəhvəyi rəngli, “F/M40” göstəricili narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür.
68. Məhkəmə bu nəticəyə gələrək yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
69. Belə ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.
70. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Həmin Siyahının 13-cü bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə metadon aralıq məhsulunun şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 1,6 qram müəyyən edilmişdir. Həmin siyahının 19-cu bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə tiryəkin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,5 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 50 qram müəyyən edilmişdir. Həmin Siyahıların İİ siyahısının 67-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir (Qeyd: Qanunun 13 dekabr 2023-cü il tarixədək qüvvədə olan redaksiyası).
71. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 10 noyabr 2022-ci il tarixdə törətdiyi ikinci epizod üzrə əldə edərək saxladığı və daşıdığı ümumilikdə 5,449 qram, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 36 dəfə, külli miqdarından isə təxminən 2,7 dəfə artıq olmaqla çoxsaylı (15 ədəd) xüsusi formada hazırlanmış xırda bükümlərə ayrılması, habelə ümumilikdə 1,382 qram psixotrop maddə psixotrop maddə metamfetaminin miqdarının şəxsi istehlak miqdarından təxminən 9,2 dəfə artıq olmaqla çoxsaylı (8 ədəd) xüsusi formada hazırlanmış xırda bükümlərə ayrılması, həmçinin ümumilikdə 0,16 qram olan 4 ədəd narkotik vasitə metadon həbinin miqdarının şəxsi istehlak miqdarından təxminən 8 dəfə artıq olması, eyni zamanda üzərində saxlayaraq daşıdığı həmin qanunsuz predmetlərin müxtəlif növlərə aid olmaqla hər birinin satış üçün əlverişli vəziyyətdə çoxsaylı kiçik bükümlərə ayırması, həmin dövrdə barəsində məhkəmə icraatı (satış məqsədi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair) davam edərkən həbs ediləcəyini güman edib alt paltarında kustar üsulla cib hazırlayaraq gizlədib istintaq təcridxanasına keçirməyi planlaşdırması ilə bağlı özünün etirafedici ifadələr verməsi və sair hallar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Eyni zamanda məhkəmə bir daha vurğulamağı zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin birinci epizodu üzrə əldə edərək üzərində saxladığı bir ədəd bükümdə təmiz çəkisi 0,685 qram narkotik vasitə tiryək və 0,02 qram olmaqla 1 ədəd narkotik vasitə metadon həbini onun şəxsi istehlak məqsədi ilə əldə edərək üzərində saxlaması müəyyən edilmişdir.
72. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs 10 noyabr 2022-ci il tarixdə təcridxanada üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə etməməsi, həmin narkotik vasitə və psixotrop maddələri məhkəmə iclasından həbs olunacağını güman etdiyindən öz şəxsi istifadəsi məqsədilə alt paltarında kustar üsulla xüsusi cib hazırlayıb orada gizlətməsi ilə bağlı verdiyi ifadələrə tənqidi yanaşaraq həmin ifadələrdə göstərilənlərin işin faktiki halları ilə öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən onun məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4.3-cü maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs çoxsaylı xüsusi bağlamalara bükülmüş narkotik vasitə və psixotrop maddələri təcridxanaya keçirə biləcəyi halda digər məhkumlara verməyəcəyi, eləcə də yalnız özünün istifadə edəcəyi ilə bağlı verdiyi ifadələrə tənqidi yanaşaraq hesab edir ki, istintaq və məhkəmə təcrübəsinə əsasən narkotik vasitə istifadəçiləri arasında formalaşmış “məhkum həmrəyliyinə” əsasən sonuncular arasında hansısa qanunsuz yolla əldə edilərək həbsdə saxlanılan şəxslərin olduğu müəssisələrə keçirilməyə nail olunmuş narkotik vasitə və ya psixotrop maddələrin bölüşülməməsi “məhkum həmrəyliyinə” ziddir. Məhkəmə kollegiyası məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsindən Bakı İstintaq Təcridxanasına gətirildikdən sonra axtarış zamanı alt paltarında xüsusi cib formasında çoxsaylı xırda bükümlərə bükülmüş halda narkotik vasitə və psixotrop maddələrin aşkar edilməsi Təqsirləndirilən şəxs həmin predmetləri satış məqsədi ilə, o cümlədən sair şəxsi maraqla (“məhkum həmrəyliyi”) həmin predmetləri əldə edərək üzərində gizlədib saxlamaqla daşıdığını göstərir. Bu da bir daha həmin ifadələrin məhkəmə tərəfindən Təqsirləndirilən şəxs özünümüdafiə cəhdi kimi qiymətləndirilməli olması nəticəsinə gəlməsinə əsas verir. Belə ki, hökmün 59-cu bəndində göstərilmiş Qanunun 1.0.11-ci maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsi özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya yuxarıda qeyd edilən Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir.
73. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
74. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
75. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
76. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
77. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
78. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərinin CM-in 234.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs CM-in 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır.
79. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə az ağır (CM-in 234.1-ci maddəsi ilə olan ittiham üzrə) və ağır (CM-in 234.4.3-cü maddələri ilə olan ittiham üzrə) cinayətlər kateqoriyasına aid edilir.
80. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
81. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
82. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
83. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
84. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin 53 yaşında olmaqla müxtəlif xəstəliklərdən əziyyət çəkməsini, himayəsində 1(bir) yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış və qeydiyyatda olduğu yerdən müsbət xarakterizə olunmasını, özünü təqsirli bildiyi əmələ münasibətdə peşman olmasını bildirməsini, narkomaniya xəstəliyindən müalicə alaraq sağalmaq istəməsini qeyd etməsini və məhkəmə icraatı zamanı davranışını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
85. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir.
86. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
87. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinin tələbinə görə isə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.
88. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirli bilindiyi hər bir cinayət əməlinə görə ayrı-ayrılıqda cəza təyin edilməli, daha sonra CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna görə ona hazırkı iş üzrə qəti cəza təyin edilməli, bundan sonra isə CM-in 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli hökmü ilə təyin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 5 aprel 2023-cü il tarixli qərarı ilə endirilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı iş üzrə təyin ediləcək qəti cəza ilə qismən toplanılmaqla ona yekun cəza təyin edilməlidir.
89. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
90. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır və ağır cinayətlər kimi təsnif edilmişdir.
91. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
92. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
93. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 1 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 3 noyabr 2022-ci il tarixdə isə azad edilərək barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 1(101)- 1870/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 1(101)-351/2023 saylı hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2023-cü il tarixli, 1(103)-711/2023 saylı qərarı ilə həmin iş üzrə məhkəməyədək icraat zamanı 14 iyun 2022-ci il tarixdən 16 iyun 2022-ci il tarixədək Q.Şahid7 2(iki) gün müddətində həbsdə saxlanıldığı müəyyən edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 aprel 2025-ci il tarixli, 1(101)-1124/2025 saylı qərarı ilə hazırkı iş üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir.
94. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 1 noyabr 2022-ci il tarixdən 3 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2(iki) gün müddət, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 1(101)-351/2023 saylı hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2023-cü il tarixli, 1(103)-711/2023 saylı qərarı ilə müəyyən edilmiş həmin iş üzrə məhkəməyədək icraat zamanı 14 iyun 2022-ci il tarixdən 16 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2(iki) gün müddət, ümumilikdə 4 (dörd) gün müddət ona təyin ediləcək yekun cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir.
95. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı haqqında məsələnin müzakirə edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və ona hazırkı iş üzrə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 noyabr 2022-ci il tarixdən hesablanmalıdır.
96. Məhkəmə hökmün 37-ci bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
97. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.
98. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Sabunçu RPİ-də saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 5,349 qram olan narkotik vasitə heroin, 1,282 qram psixotrop maddə metamfetamin və 3 ədəd narkotik vasitə metadon tabletləri, eləcə də 1/2 həb narkotik vasitə metadon tableti və 0,635 qram narkotik vasitə tiryək məhv edilməli, Təqsirləndirilən şəxs üzərində 1 noyabr 2022-ci il tarixdə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin əks olunduğu 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır.
99. CPM-yə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
100. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 246 (iki yüz qırx altı) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
101. İş üzrə mülki iddia verilməmişdir.
102. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
103. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
104. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5(beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə təyin edilmiş cəzalar qismən toplanılmaqla ona 5(beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 1(101)-351/2023 saylı hökmü ilə təyin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2023-cü il tarixli, 1(103)-711/2023 saylı qərarı ilə endirilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı iş üzrə ona təyin edilmiş 5(beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə 1 noyabr 2022-ci il tarixdən 3 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2(iki) gün müddət, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 1(101)-351/2023 saylı hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2023-cü il tarixli, 1(103)-711/2023 saylı qərarı ilə müəyyən edilmiş həmin iş üzrə məhkəməyədək icraat zamanı 14 iyun 2022-ci il tarixdən 16 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2(iki) gün müddət, ümumilikdə 4 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 6 (altı) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 10 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 5,349 qram olan narkotik vasitə heroin, 1,282 qram psixotrop maddə metamfetamin və 3 ədəd narkotik vasitə metadon tabletləri, həmçinin 1/2 həb narkotik vasitə metadon tableti və 0,635 qram narkotik vasitə tiryək məhv edilsin, 1 (bir) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 246 (iki yüz qırx altı) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.