Məhkəmə qərarları › İş №1(101)-1125/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1125/2022

02.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1125/2022 02.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 11:30-da Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, məhkəmənin iclas katibləri X13 və X5, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X14 və Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə, xx xxxxxxx 1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasınn vətəndaşı, subay, orta təhsili, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 57, mənzil 175-də pasport qeydiyyatında olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə, 18 avqust 1987-ci ildə Ağdaş rayonu, Qoşaqovaq kəndində anadan olmuş, Azərbaycan Respublikasınn vətəndaşı, subay, orta təhsili, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Qoşaqovaq kəndində pasport qeydiyyatında olan və Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 170.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 gəlini Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan «Davud» adlı şəxslə cinayət əlaqəsinə girərək, on səkkiz yaşına çatmış valideyn kimi, xx.xx.2003-cü il tarixində doğulmaqla yetkinlik yaşına çatmayan oğlu Zərərçəkmiş şəxs tərbiyə etmək vəzifəsini daşıyan şəxs olduğu halda narkotik vasitələrin qanunsuz dövriyyəsiylə məşğul olması ilə əlaqədar həbs olunmuş digər övladı X1 azadlığa buraxılacağını vəd verib Zərərçəkmiş şəxs həmin cinayətkar qrupa və ağır cinayətin törədilməsinə cəlb edib, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib, həmin cinayəti həyata keçirilməsi üçün üzərinə düşən öhdəliyə əsasən «Davud» adlı şəxsin “WhatsApp" ani mesajlaşma tətbiqi vasitəsi ilə telefon danışığı zamanı sonuncunun ona bildirdiyi istintaqa məlum olmayan tarixdə və mənbədən külli miqdarda ümumi təmiz çəkisi 691,752 qram narkotik vasitə heroini və külli miqdarda ümumi təmiz çəkisi 29,516 qram psixotrop maddə metamfetamini əldə edib, müvəqqəti yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şüşa şəhərciyində yerləşən nömrəsiz fərdi evə daşıyaraq saxlamış, orada həmin narkotik vasitələri və psixotrop maddələri bükümlərə ayıraraq, istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan «Davud» adlı şəxsin "WhatsApp" ani mesajlaşma tətbiqi vasitəsi ilə ona bildirdiyi ünvanlara çatdırmaq məqsədilə cinayətkar qrupa və ağır cinayətin törədilməsinə cəlb etdiyi yetkinlik yaşına çatmayan oğlu Zərərçəkmiş şəxs vermiş, xx.xx.2021-ci il tarixində saat 22:54-də Azərbaycan Respublikasının DİN-in 102 xidməti mərkəzi zəng sistemindən Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 12-ci Polis şöbəsinə daxil olmuş məlumatın yoxlanılması ilə bağlı şöbənin əməkdaşları tərəfindən həmin gün, saat 23:20-də Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şüşa şəhərciyində yerləşən “Nur market” ərzaq mağazasının yaxınlığında şübhəli olduğuna görə saxlanılaraq Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 12-ci Polis şöbəsinə gətirilib inzibati binada üzərində şəxsi axtarış aparılan zaman Zərərçəkmiş şəxs əlində olan sellofan torbanın içərisindən bir ədəd bükümdə külli miqdarda 26,706 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üç ədəd bükümdə külli miqdarda 86,869 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, yoxlamanın davamı olaraq Zərərçəkmiş şəxs verdiyi məlumat əsasında xx.xx.2021-ci il tarixində saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində saxlanılaraq Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 12-ci Polis şöbəsinə gətirilib inzibati binada üzərində şəxsi axtarış aparılan zaman əlindəki qara rəngli qadın çantasının içərisindən bir ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi, bir ədəd qırmızı rəngli sellofan bükümdə külli miqdarda ümumi təmiz çəkisi 575 qram, bir ədəd ağ rəngli, bir ədəd qara rəngli sellofan bükümlərdə külli miqdarda ümumi təmiz çəkisi 27,542 qram, Zərərçəkmiş şəxs aşkar olunmuş narkotik vasitə heroinlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, iki ədəd ağ sellofan bükümdə külli miqdarda ümumi təmiz çəkisi 2,810 qram Zərərçəkmiş şəxs aşkar olunmuş psixotrop maddə metamfetaminlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmçinin barəsində Bakı şəhəri Sabunçu rayon məhkəməsinin qərarı əsasında seçilmiş həbs qətimkan tədbirinin icrası ilə əlaqədar saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına xx.xx.2021-ci il tarixdə təhvil verildiyi zaman şəxsi əşyası olduğu üçün ona qaytarılmış qadın əl çantasına baxış zamanı oradakı ənlik fırçasının içərisindən 3 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,114 qram, 1,031 qram, 0,196 qram, ümumi təmiz çəkisi 2,341 qram külli miqdarda, Zərərçəkmiş şəxs aşkar olunmuş narkotik vasitə heroinlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qaynanası Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan «Davud» adlı şəxslə cinayət əlaqəsinə girərək, on səkkiz yaşına çatmış şəxs kimi, xx.xx.2003-cü il tarixində doğulmaqla yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsiylə məşğul olması ilə əlaqədar həbs olunmuş həyat yoldaşı X1 azadlığa buraxılacağını vəd verib Zərərçəkmiş şəxs həmin cinayətkar qrupa və ağır cinayətin törədilməsinə cəlb edib, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib, həmin cinayəti həyata keçirilməsi üçün üzərinə düşən öhdəliyə əsasən «Davud» adlı şəxsin “WhatsApp" ani mesajlaşma tətbiqi vasitəsi ilə telefon danışığı zamanı sonuncunun ona bildirdiyi istintaqa məlum olmayan tarixdə və mənbədən külli miqdarda ümumi təmiz çəkisi 691,752 qram narkotik vasitə heroini və külli miqdarda ümumi təmiz çəkisi 29,516 qram psixotrop maddə metamfetamini əldə edib, müvəqqəti yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən nömrəsiz fərdi evə daşıyaraq saxlamış, orada həmin narkotik vasitələri və psixotrop maddələri bükümlərə ayıraraq, istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan «Davud» adlı şəxsin "WhatsApp" ani mesajlaşma tətbiqi vasitəsi ilə ona bildirdiyi ünvanlara çatdırmaq məqsədilə cinayətkar qrupa və ağır cinayətin törədilməsinə cəlb etdiyi yetkinlik yaşına çatmayan oğlu Zərərçəkmiş şəxs vermiş, xx.xx.2021 -ci il tarixində saat 22:54- də Azərbaycan Respublikasının DİN-in 102 xidməti mərkəzi zəng sistemindən Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 12-ci Polis şöbəsinə daxil olmuş məlumatın yoxlanılması ilə bağlı şöbənin əməkdaşları tərəfindən həmin gün, saat 23:20-də Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Nur market" ərzaq mağazasının yaxınlığında şübhəli olduğuna görə saxlanılaraq Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 12-ci Polis şöbəsinə gətirilib inzibati binada üzərində şəxsi axtarış aparılan zaman Zərərçəkmiş şəxs əlində olan sellofan torbanın içərisindən bir ədəd bükümdə külli miqdarda 26,706 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üç ədəd bükümdə külli miqdarda 86,869 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, yoxlamanın davamı olaraq Zərərçəkmiş şəxs verdiyi məlumat əsasında xx.xx.2021-ci il tarixində saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində saxlanılaraq Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 12-ci Polis şöbəsinə gətirilib inzibati binada üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs1 əlindəki qara rəngli qadın çantasının içərisindən bir ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi, bir ədəd qırmızı rəngli sellofan bükümdə külli miqdarda ümumi təmiz çəkisi 575 qram, bir ədəd ağ rəngli, bir ədəd qara rəngli sellofan bükümlərdə külli miqdarda ümumi təmiz çəkisi 27,542 qram, Zərərçəkmiş şəxs aşkar olunmuş narkotik vasitə heroinlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, iki ədəd ağ sellofan bükümdə külli miqdarda ümumi təmiz çəkisi 2,810 qram Zərərçəkmiş şəxs aşkar olunmuş psixotrop maddə metamfetaminlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmçinin Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Sabunçu rayon məhkəməsinin qərarı əsasında seçilmiş həbs qətimkan tədbirinin icrası ilə əlaqədar saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına xx.xx.2021-ci il tarixdə təhvil verildiyi zaman şəxsi əşyası olduğu üçün ona qaytarılmış qadın əl çantasına baxış zamanı oradakı ənlik fırçasının içərisindən 3 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,114 qram, 1,031 qram, 0,196 qram, ümumi təmiz çəkisi 2,341 qram külli miqdarda, Zərərçəkmiş şəxs aşkar olunmuş narkotik vasitə heroinlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamlarda təqsirli bilməyərək göstərmişdir ki, Davud adlı şəxsi tutulmamışdan təxminən 1 ay bundan əvvəl mobil telefonda onunla "WhatsApp" vasitəsilə yazışarkən, tanımışdır. O, ona özünü İran islam Respublikasının vətəndaşı kimi təqdim etmişdir. Heç yerdə onunla rastlaşmamış və görüşməmişdir. Davud adlı şəxslə yazışdıqları müddətdə o bilmişdir ki, böyük oğlu Həzrət Xudaverdiyevin onunla "WhatsApp" vasitəsilə əlaqəsi olmuşdur. Oğlu Həzrət narkotik vasitəni ondan əldə edərək satmışdır. Bu səbəbdən oğlu Həzrət də polis əməkdaşları tərəfindən qanunsuz narkotik vasitə əldə edib, onun satışı ilə məşğul olduğuna görə tutulmuşdur. O, onun oğlu Həzrətini axtardığını biləndə ona telefonda “WhatsApp" vasitəsilə yazıb oğlu Həzrətin tutulduğunu demişdir. Onunla bir müddət əlaqələri kəsilmişdir. O, onların kirayə evdə qaldıqlarını və gündəlik xərclərini ödəyə bilmədiklərini öyrənib, onlara köməklik etmək məqsədilə ona məxsus kart hesabına xırda məbləğli pullar göndərməyə başlamışdır. Belə ki, 30 iyul 2021 -ci il tarixdə təxminən saat 12 radələrində kirayə qaldığı evə baş çəkməyə gəlmişdir. Həmin evdə böyük oğlu Həzrətin qeyri-rəsmi yaşadığı Aygün adlı qadın da onunla birlikdə yaşamışdır. Evə gəldiyi iki gün olmuşdur ki, balaca oğlu Dövlətəlinin evdə olmadığını görmüşdür. Aygündən Dövlətəlinin harada olduğunu soruşmuşdur. Bu zaman Aygün Dövlətəlini qulluğa göndərdiyini, bir azdan gələcəyini bildirmişdir. Bir müddət keçmiş oğlu Dövlətəli gəlməmişdir. Sonra mobil telefonuna zəng gəlmişdir. Zəngə Aygün cavab vermiş və telefon danışığından sonra Aygün oğlu Dövlətəlinin qonşular tərəfindən tutulduğunu bildirmişdir. O, Aygündən oğlu Dövlətəlinin nəyə görə tutulduğunu soruşmuşdur. Aygün isə ona Dövlətəliyə sellofanda narkotik vasitə verərək aparıb harasa qoymasını bildirdiyini demişdir. O, Aygündən Dövlətəlinin sellofanın içərisində nə olduğunu bilib-bilmədiyini soruşmuşdur. Aygün ona Dövlətəlinin sellofanın içərisində nə olduğunu bilmədiyini demişdir. O, Aygünlə birlikdə evlərindən iki məhəllə o tərəfə gedərkən oğlu Dövlətəlinin həmin ərazidə yaşayan şəxslər tərəfindən tutularaq saxlanıldığını görüb oğlu Dövlətəlini qucaqlamışdır. Bu zaman oğlu Dövlətəli ona tutulacağından qorxduğunu və gələcəyinin məhv olacağını bildirmişdir. Bundan sonra polis əməkdaşları oğlu Dövlətəlini polis avtomobilinə doğru aparıb avtomobildə oturtmuşlar, Aygün də Dövlətəlinin yanında olmuşdur. O, orada narkotik vasitə və psixotrop maddələrin ona aid olduğunu boynuna götürdüyü üçün polis əməkdaşları onu saxlayıb kirayə qaldığı evə gətirmişlər. O, qapının ağızında dayanmışdır. Polis əməkdaşları içəri keçmiş, içəridə axtarış edərkən Aygünün yatdığı otaqda olan şkafın gözündən sellofan torbada narkotik vasitə və psixotrop maddəyə oxşar əşyanı tapıb ona göstərmişlər. Sonra polis əməkdaşları şkafın yanında olan qara rəngli əl çantasını götürüb içərisini boşaltmışlar və şkafın gözündən tapdıqları əşyaları çantanın içərisinə yerləşdirmişlər. Ona məxsus həmin çantanı polis əməkdaşları özləri götürərək onunla birlikdə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirmişlər. Polis əməkdaşları şöbənin inzibati binasının otaqlarından birində videoçəkiliş aparmamışdan əvvəl ət çantasını ona vermişlər və tapşırmışlar ki, guya həmin əşyalar onundur. O, da oğlu Dövlətəlinin tutulacağından qorxduğu üçün orada olan həmin narkotik vasitə və psixotrop maddələrin ona məxsus olduğunu bildirmişdir. Əslində isə narkotik vasitələr və psixotrop maddələr onun üzərindən aşkar edilməmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İbtidai stintaq zamanı 03 avqust 2021-ci il tarixdə verdiyi ifadəsi oğlu Dövlətəlini qorumaq məqsədi daşımışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 27 oktyabr 2021-ci il tarixdə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən yuxarıda qeyd olunanan ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Bunu nla belə, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 03 avqust 2021-ci il tarixdə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində göstərmişdir ki, Davud adlı şəxsi təxminən 1 ay bundan əvvəl tanımışdır. Belə ki, böyük oğlu Həzrət təqribən iki ay əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar polis əməkdaşları tərəfindən tutulmuşdur. Oğlu tutulduqdan sonra Davud adlı şəxs oğlunu axtardığı üçün "WhatsApp" vasitəsi ilə onunla danışmış və oğlu Həzrətin tutulduğunu bildirmişdir. Bu zaman Davud təssüfləndiyini bildirmiş və bu danışıqdan sonra onunla əlaqəsi olmamışdır. Sonradan isə Davud yenidən onunla "WhatsApp" vasitəsi ilə onunla əlaqə saxlamış və kirayə qaldıqlarını bilmişdir. Bu səbəbdən onun adına olan kart hesabına xırda məbləğlərdə pullar göndərmişdir. Bir müddət sonra isə Davud ona birlikdə iş görməyi təklif edərək, “malları” ona çatdıracağını, onun dediyi yerə “malları" qoyaraq şəkillərini çəkərək ona göndərəcəyini, bunun müqabilində 200-300 manat pul verəcəyini, həmin pulla vəkil tutaraq Həzrətin həbsdən azad edilməsinə nail ola biləcəklərini bildirmişdir. O, bu məcburiyyətdən Davudla razılaşmalı olmuşdur. 01 avqust 2021 -ci il tarixdə təxminən saat 21 radələrində özünü Davud kimi təqdim edən həmin şəxs "WhatsApp" vasitəsilə mobil telefonuna mesaj yazmış, Binəqədi rayonunda "Karl Marks" deyilən ərazidə zibil qutularının yanında narkotik vasitə qoyduğunu bildirib gedib onu götürməsini tapşırmış və ona "WhatsApp" vasitəsilə narkotik vasitənin qoyulduğu yerin çəkilmiş şəklini göndərmişdir. O, mesajı oxuyan kimi hazırlaşıb evdən çıxıb həmin yerə getmiş və bağlamada olan narkotik vasitə və psixotrop maddəni sözügedən ərazidə zibil qutularının aralığından tapıb götürmüşdür. O, Davuda mesaj yazaraq ona “malı” götürdüyünü bildirmişdir. Daha sonra “malı” kirayə qaldığı evə gətirmişdir. xx.xx.2021-ci il tarixdə təxminən saat 22 radələrində kirayə qaldığı evdə olarkən Davud adlı şəxsin ona dediyi çəkidə “malı” bölüşdürmüş və kiçik oğlu Dövlətəlidən “malı” Davudun ona mesajda qeyd etdiyi əraziyə qoyaraq şəklini çəkib Davuda göndərməsini xahiş etmişdir. Dövlətəli də ondan sellofan torbanın içərisindəki 1 büküm "patı" kimi tanıdığı psixotrop maddə olan metamfetamini və 3 büküm "şüşə" kimi narkotik vasitə heroini alıb evdən çıxmışdır. xx.xx.2021-ci il tarixində saat 03 radələrində oğiu Dövlətəlinin evə gecə gəlməyindən narahat olmağa başlamışdır. Buna görə də kirayə yaşadığı evin yaxınlığında küçəyə çıxmış və onu gözləmişdir. Bu zaman iki nəfər polis əməkdaşı xüsusi geyim formasında ona yaxınlaşmışlar və özlərini təqdim edib ondan şəxsiyyət vəsiqəsini tələb etmişlər. Şəxsiyyət vəsiqəsinin üzərində deyil, evdə olduğundan onu polis əməkdaşlarına təqdim edə bilməmişdir. Polis əməkdaşları onu sorğu-sual etməyə başlamışlar. O, polis əməkdaşlarından yayınmağa çalışsa da, polis əməkdaşları ondan şübhələnmiş və onu Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gəlmişdir. Şöbəyə gəldikdən sonra onu xidməti otaqlardan birinə apararaq orada hüquq və vəzifələrini izah etmişlər, sonra üzərinə videogörüntü ilə baxış keçirilmişdir. Baxış keçirilməmişdən əvvəl ondan üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansısa predmetin və ya əşyanın olub- olmadığını soruşmuşlar və olduğu halda təqdim etməsini təklif etmişlər. O, bu təklifdən sonra üzərində olan qara rəngli əl çantasından bükümlərdə olan narkotik vasitə heroinin və psixotrop maddə olan metamfetaminin olduğunu bildirmiş, həmin “malları” təqdim etmişdir. Aşkar edilən həmin narkotik vasitə və psixotrop maddə tərəzi ilə birlikdə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak digər edən şəxslər həmin protokolu imzalamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı və ibtidai istintaq zamanı 27 oktyabr 2021-ci il tarixdə verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla ağır ittihamdan yayınmaq məqsədi güdür və iş materiallarında olan digər sübutlarla tam təkzib edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 istintaq zamanı müdafiəçinin iştirakı ilə 03 avqust 2021-ci il tarixdə verdiyi ifadə həqiqəti əks etdirir və həmin ifadəni sübut növü kimi qəbul edir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamlarda təqsirli bilməyərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 qaynanası, Zərərçəkmiş şəxs isə qaynıdır. Həyat yoldaşı X3 2021 -ci ilin təqribən may ayında narkotik vasitələri qanunsuz əldə etmə, saxlama, daşıma və satmada şübhəli bilinərək saxlanılmış və barəsində həbs qətimkan tədbiri seçilərək saxlanılması üçün Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Həyat yoldaşı həbs edildikdən sonra iki azyaşlı oğlu, qaynı Dövlətəli və qaynanası Mahirə ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən fərdi evdə yaşamağa davam etmişdir. Həyat yoldaşı həbs edildikdən sonra onun İran İslam Respublikası vətəndaşı "Davud” adlı şəxsdən narkotik vasitə və psixotrop maddə əldə etdiyini öyrənmişdir. Bu səbəbdən Davud adlı şəxsin "watsapp” sosial şəbəkəsindəki nömrəsini tapmış və onunla əlaqə saxlamışdır. Ona etdiyi əməllərə görə həyat yoldaşının həbs edildiyini bildirmiş və ondan uşaqlarını saxlamaq üçün pul köməkliyi etməsini xahiş etmişdir. Lakin Davud adlı şəxs ona narkotik vasitə satmağı təklif edərək qarşılığında pul verəcəyini bildirmişdir. O, Davud adlı şəxsin təklifi ilə razılaşmamış və onunla əlaqəni tam olaraq kəsmişdir. 2021 -ci ilin avqust ayının əvvəllərində ilk əvvəl qaynı Zərərçəkmiş şəxs, daha sonra isə qaynanası Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar Sabunçu RPİ-nin 12- ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılmışlar. Bundan sonra Davud adlı şəxsin həm qaynı Dövlətəli, həm də qaynanası Mahirə ilə əlaqəsinin olduğunu öyrənmişdir. Onlar tutulduğu zaman Dövlətəli ilə birlikdə istifadə etdiyi mobil telefon aparatı polis əməkdaşları tərəfindən götürülmüşdür. Bu səbəbdən yenidən Davud adlı şəxslə əlaqə saxlamış və onun səhvlərinə görə qaynının və qaynanasının tutulduğunu bildirərək mobil telefon göndərməsini xahiş etmişdir. Ancaq Davud hər dəfə bir bəhanə ilə vaxtı uzatmış və ona mobil telefon almamışdır. Bu səbəbdən onunla əlaqəni tam şəkildə kəsmişdir. Daha sonra özünə “Rahat” Supermarketlər şəbəkəsində yeni iş yeri tapmış və orada işləyərək uşaqlarına baxmağa başlamışdır. Buna başqa, Təqsirləndirilən şəxs2 Davud adlı şəxsdən narkotik vasitə və psixotrop maddə almadığını, eyni zamanda onun Bakı şəhərində paylanılmasını təşkil etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, qaynanası Mahirə və qaynı Dövlətəli tutulduqdan sonra onların Davud adlı şəxslə əlaqə yaradaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduqlarını bildiyini, qaynanası Təqsirləndirilən şəxs1 əl çantasının və içərisində olan ənliyin qaynanasına məxsus olduğunu, bu səbəbdən içərisindən aşkar edilmiş maddənin nə olduğunu, kim tərəfindən ora yerləşdirildiyini deyə bilməyəcəyini, qaynanası Təqsirləndirilən şəxs1 məxsus olan "xxxx" ASC-yə məxsus plastik hesab kartından bir neçə dəfə pul çıxardığını, lakin həmin hesabdan çıxardığı pulların təyinatını bilmədiyini, Təqsirləndirilən şəxs1 müdafiəçisi X11 isintaqa təqdim etdiyi CD diskdə olan səsyazılarına ayrı-ayrılıqda qulaq asdığını, səs yazılarında olan qadın səsinin ona, kişi səsinin isə Davud adlı İran İslam Respublikası vətəndaşına məxsus olduğunu, həmin səs yazılarında Davud adlı şəxsdən pul və mobil telefon tələb etdiyini, məqsədinin isə Davud adlı şəxsin gördüyü işlərə görə həyat yoldaşının həbs edilməsinə görə ondan pul almaq olduğunu, Təqsirləndirilən şəxs1 müdafiəçisi X9 isintaqa təqdim etdiyi CD diskdəki “WhatsApp Audio 2021-09-09 at 16.38.05” adlı səs yazısını onun göndərdiyini və həmin səs yazısının ona məxsus olduğunu, Davud adlı şəxsdən istədiyi pulu göndərmədiyi üçün Həzrətin onunla belə işləmədiyini nəzərdə tutaraq belə işləmədiklərini bildirdiyini, Təqsirləndirilən şəxs1 müdafiəçisi X11 isintaqa təqdim etdiyi CD diskdəki “WhatsApp Audio 2021-09-09 at 16.38.11 (1)” adlı səs yazısını onun göndərdiyini və həmin səs yazısının ona məxsus olduğunu, Davud adlı şəxsdən pul istədiyi zaman Davudun ona birlikdə işləməyi təklif etdiyini, lakin ondan pul alaraq heç bir iş görməmək üçün qeyd edilən məzmunda səs yazısını Davud adlı şəxsə göndərdiyini, Təqsirləndirilən şəxs1 müdafiəçisi X11 isintaqa təqdim etdiyi CD diskdəki “WhatsApp Audio 2021-09-09 at 16.38.11” adlı səs yazısındakı səsi Davud adlı şəxsin ona göndərdiyini, Davud adlı şəxsin hər vəchlə onu narkotik vasitələrin və psixotrop maddələrin satışına cəlb etməyə çalışdığını, lakin onun heç bir təklifi ilə razılaşmadığını və narkotik vasitələrin, eyni zamanda psixotrop maddələrin paylanmasını həyata keçirmədiyini, Zərərçəkmiş şəxs məxsus mobil telefon aparatına baxış keçirildiyi zaman Davud adlı şəxsin “watsapp” sosial şəbəkəsindəki profilinə göndərilən səs yazısının ona məxsus olduğunu, lakin səs yazısının məzmunu ilə bağlı heçnə xatırlamadığından fikir bildirə bilmədiyini, qaynanası Təqsirləndirilən şəxs1 harada saxlanılması barədə heç bir məlumatının olmadığını, qaynı Zərərçəkmiş şəxs 01 avqust 2021 -ci il tarixində yaşadığı evdən çıxdığını, Dövlətəlinin gəlmədiyini görən qaynanası Təqsirləndirilən şəxs1 narahat qaldığını və 02 avqust 2021 ci il tarixində, gecə saatlarında Dövlətəlini tapmaq üçün arxası ilə çıxdığını və geri qayıtmadığını, səhəri gün Dövlətəlinin və onun arxası ilə gedən qaynanasının polis əməkdaşları tərəfindən saxlanıldığını, hər ikisindən narkotik vasitə və psixotrop maddə aşkar edildiyini öyrəndiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 12 mart 2022-ci il tarixdə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən yuxarıda qeyd olunanan ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə baxışı və ibtidai istintaq zamanı verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla ağır ittihamdan yayınmaq məqsədi güdür və iş materiallarında olan digər sübutlarla tam təkzib edilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun anasıdır, digər Təqsirləndirilən şəxs2 qardaşının həyat yoldaşıdır. Qardaşı həbs olunduqdan sonra anası onu Aygünün yanına göndərmiş və o Aygünlə bir yerdə qalmışdır. Aygün ona qardaşının dostu olduğunu və ona köməklik edərək qardaşını həbsdən çıxaracağını bildirmişdir. O, məcburiyyət qarşısında qalaraq onun təklifini qəbul etmişdir. Aygün ona narkotik vasitə vermiş və onun dediyi yerə qoymağını, həmin yerin şəklini çəkərək konumu ilə birlikdə dediyi adama atmağını demişdir. O, Aygünün dediklərini etmişdir. Davud adlı şəxs İran vətəndaşı olmuş, o, həmin şəxsi heç vaxt görməmişdir. O narkotik vasitədən heç vaxt istifadə etməmişdir. Sözügedən gün anası qış tədarükü üçün onlara gəlmiş və həmin gün o, qonşular tərəfindən saxlanılmışdır. Sonra Aygün ona zəng etmiş və evə gəlməyini deyəndə, ona tutulduğunu demişdir. Sonra anası gəlmiş, qonşulara onu buraxmalarını demiş və polislər gələrək onu aparmışlar. Polislərin evə baxışı zamanı evdən narkotik vasitə çıxmış və Aygün ilə anasını bölməyə gətirmişlər. Anası bölmədə hər şeyi özünün etdiyini demiş, lakin anası onlarla qalmamışdır. Həmin narkotikin anasına aidiyyatı olmamış, sözügedən narkotiklər Aygünə aid olmuşdur. Anası Aygün və onun tutulmaması üçün hər şeyi öz üzərinə götürmüşdür. Bu yola onu anası deyil, Aygün cəlb etmişdir. Onun bölmədə anasının adını verməsinə səbəb anasının ona heç nəyi öz üzərinə almamasını və Aygünün adını verməməsini, anasının adını verməsi deməsi olmuşdur. Bu səbəbdən o, bölmədə anasının adını vermişdir. Belə ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə 02 avqust 2021-ci il tarixdə şübhəli şəxs və 03 avqust 2021-ci tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində bildirmişdir ki, qardaşı X3 polis əməkdaşları tərəfindən qanunsuz narkotik vasitə əldə edib , onun atışı ilə məşğul olduğuna görə tutulmuşdur. Qardaşı narkotik vasitələri Davud adlı şəxsdən almışdır. Bildiyinə görə Davud adlı şəxs İran İslam Respublikasının vətəndaşıdır. Qardaşı Həzrət tutulduqdan sonra Davud adlı həmin şəxs bir müddət anası Təqsirləndirilən şəxs1 ilə mobil telefonda “WhatsApp” vasitəsilə yazışmağa başlamış, həmin vaxt onun buundan xəbəri olmamışdır. Anası Mahirə onun istifadə etdiyi “ Samsung Galaxy A51” markalı telefonunu əlindən almış və özü itifadə etmişdir. Anası Mahirə hər dəfə telefonla danışan zaman qapını arxadan kilidləmişdir. Bir dəfə anası Təqsirləndirilən şəxs1 Davud adlı şəxsin onlara maddi yardım göstərməsini eşitmişdir. Davud adlı şəxs qardaşı Həzrətin həbsdən azad olunmasına köməklik göstərəcəyinə vəd vermişdir. O, anası Təqsirləndirilən şəxs1 evdən çıxıb getməsini və qayıdarkən əlində görünməyən sellofanda evə nəsə gətirdiyini, otağa daxil olub qapını arxadan kilitlədiyini görmüşdür. 3-4 dəqiqə sonra otaqdan çıxmış və mətbəxə gəlmişdir. Daha sonra anasına yenidən mesaj gəlmiş və sonuncu yataq otağına daxil olaraq gətirdiyi sellofanı çıxarmış və onu yanına çağıraraq həmin sellofanı ona vermiş və harasa aparıb qoymağını daha sonra həmin yerin şəklini çəkib “Whatsap” proqramı vasitəsi ilə dediyi nömrəyə göndərməli olduğunu bildirmişdir. O, hər dəfə sellofanın içərisində nə olduğunu soruşmuş, lakin anası “Sənin nəyinə lazımdır? işin yoxdur, dediyimi et” deyə ona bidirmişdir. O da paketləri anasından götürərək , aparıb Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyinin ərazisində müxtəlif yerlərdə zibil qutularına və ağacların altına tullayıb, mobil telefonla şəklini çəkib “Whatsap” proqramı vasitəsi ilə anası dediyi nömrəyə göndərmiş və evə qayıtmışdır. Bu hal son bir ay ərzində 3-4 dəfə təkrarlanmışdır. Sonuncu dəfə, yəni xx.xx.2021-ci tarixdə təxminən saat 22 radələrində anası Mahirə ona sellofan torbaya bükülmüş içərisində olan 4 ədəd bağlamanı onun əlinə vermiş və onları müxtəlif yerlərə qoyaraq şəkillərini çəkməyini ona bildirmişdir. O, həmin gün təxminən saat 22:30 radələrində evlərindən 150, 200-300 metr aralıda müxtəlif yerlərdə ağacların dibinə qoyaraq geri qayıdacaqmış, lakin həmin ərəfədə məhəllə sakinlərinin ondan şübhələnərək araxası ilə gəldiklərini hiss etmişdir. Buna görə o qaçmağa başlamış və polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları onu saxladıqdan sonra özlərini təqdim etmişlər və özünü təqdim etməsini xahiş etmişlər. O, həyəcanlı şəkildə özünü təqdim etmiş və Zərərçəkmiş şəxs olduğunu bildirmişdir. Bu zaman polis əməkdaşları şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmişlər. Lakin o, polis əməkdaşlarının suallarına dağınıq cavab verdiyi üçün polis əməkdaşları onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Şöbədə şəxsiyyəti müəyyən edilmiş və azyaşlı olduğu üçün Sabunçu Rayon İcra Hakimiyyətindən qanuni nümayəndə dəvət edilmişdir. Qanuni nümayəndə gəldikdən sonra polis əməkdaşları barəsində şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul etmişlər. Daha sonra polis əməkdaşları müdafiəçi dəvət etmişlər və müdafiəçi gəldikdən sonra hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi ilə bağlı qərar qəbul edilmiş və o, qərarla tanış edilmişdir. Qərarla tanış edildikdən sonra ondan vəkilinin iştirakı olmadan şəxsi axtarış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. O, etiraz etməmiş və vəkilinin iştirakı olmadan şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Sonra ona şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi elan edilmiş və bununla bağlı da etirazının olub- olmaması soruşulmuşdur. O, etirazının olmadığını bildirdikdən sonra polis əməkdaşları üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olub-olmamasını soruşmuşlar. Əvvəlcə əlindəki sellofan torbanı təqdim etmiş, polis əməkdaşları torbada olan bükümləri ayrı-ayrılıqda açaraq baxış keçirtmişlər. Baxış keçirildikdən sonra polis əməkdaşlarından aşkar edilmiş maddələrin bir hissəsinin “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin, bir hissəsinin isə “kokos” kimi tanınan narkotik vasitə heroin olduğunu öyrənmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan göy rəngli cins şalvarın sağ cibindən bir ədəd “Xiomi” markalı, bir ədəd “Samsung J4+” markalı və bir ədəd “Nokia” markalı mobil telefon aparatları aşkar edilmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələr, psixotrop maddələr və mobil telefon aparatları qablaşdırılmışdır. Narkotik vasitələr və psixotrop maddələr ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Anası Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirildikdən sonra ona məlum olmuşdur ki, anası X10 vətəndaşı kimi tanıdıqları Davud adlı şəxslə elə buna görə əlaqə saxlamış və narkotik vasitə və psixotrop maddəkərin satışı ilə məşğul olmuşdur. Anası Təqsirləndirilən şəxs1 görüdüyü işlərin müqabilində Davud adlı şəxs anasının adına olan kart hesabına pullar köçürmüş və anasıda həmin pulları kart vasitəsi ilə bankomatdan çıxarmışdır. Bununla belə, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı 04 may 2022-ci il tarixdə zərərçəkmiş şəxs qismində dindirilərkən ifadəsində bildirmişdir ki, böyük qardaşı X3 təqribən 2021-ci ilin may-iyun aylarında polis əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, daşıma və satmada şübhəli bilinərək saxlanılmışdır. O, tutulduqdan sonra saxlanılması üçün Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Qardaşı tutulduqdan sonra o, qardaşının həyat yoldaşı Təqsirləndirilən şəxs2 və onların iki azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən nömrəsiz fərdi evdə yaşamağa davam etmişlər. Anası Təqsirləndirilən şəxs1 isə Ramana qəsəbəsində yerləşən fərdi evdə xadimə işləmiş və həmin evdə qalmışdır. Qardaşı Həzrət tutulduqdan sonra onun həyat yoldaşı X21 Respublikası vətəndaşı Davud adlı şəxslə “watsapp” sosial şəbəkəsində danışaraq əlaqə qurmağa başlamışdır. Aygünlə söhbətlərinin birində o, Davud adlı şəxsin maddi cəhətdən onlara kömək etdiyini, eyni zamanda qardaşı Həzrətin həbsdən azad edilməsi üçün çalışdığını bildirmişdir. Hər dəfə Aygün Davudla danışdığı zaman öz otağına keçmiş və qapını arxadan kilidləyərək danışmışdır, Daha sonra o evdən çıxaraq harasa getmiş və qayıtdığı zaman əlində torba olmuşdur. Aygün evə qayıtdıqdan sonra yenidən öz otağına keçmiş və bir müddət nəsə iş gördükdən sonra otaqdan çıxmışdır. Aygün evə paketlə qayıtdıqdan sonra Davud adlı şəxsdən zəng gəlmişdir. O, Davud adlı şəxslə danışdıqdan sonra öz otağından paketin içərisində ona bağlamalar vermiş və onları Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində müxtəlif yerlərə ataraq onların şəkilini çəkməyi, çəkilmiş şəkilləri isə Davud adlı şəxsin "watsapp” nömrəsinə göndərməyi tapşırmışdır. O, da Aygünün dediklərini edərək torbada olan bağlamaları müxtəlif yerlərə atmış və şəkillərini çəkərək Davud adlı şəxsin “watsapp” nömrəsinə göndərmişdir. Bu hal bir neçə dəfə təkrarlanmış və o, Aygündən bağlamalarda olanların nə olduğunu soruşmuşdur. Lakin Aygün bağlamada olan əşyaların nə olmasının ona aidiyyətinin olmadığını bildirərək tapşırdığı işi görməsini demişdir. O, bundan sonra heç bir sual verməmiş və Aygün hər dəfə bağlama verdikdə onları müxtəlif yerlərə ataraq gəlmişdir. 30 iyul 2021-ci il tarixində, günorta saatlarında anası Təqsirləndirilən şəxs1 onların yaşadığı evə gəlmişdir. O, evə baş çəkməyə gəldiyini bildirərək bir neçə günə gedəcəyini demişdir. 01 avqust 2021-ci il tarixində, saat 22 radələrində evdə olduğu zaman Aygün öz otağına keçmiş və geri qayıdaraq ona bəzəkli torba vermişdir. Torbanın içərisinə baxdığı zaman 04 ədəd bağlama olduğunu görmüşdür. Aygün bağlamaları həmişəki qaydada müxtəlif yerlərə atmağı və şəkillərini çəkərək Davud adlı İran İslam Respublikası vətəndaşına göndərməyi ona tapşırmışdır. O, etiraz etməmiş və torbanı götürərək evdən çıxmışdır. Evdən çıxaraq bağlamaları tullamaq üçün yer axtardığı zaman məhəllədə olan şəxslər onun arxası ilə gəlməyə başlamışdır. Onların arxasınca gəldiklərini görüb o, qaçmağa başlamışdır. Lakin qaça bilməmiş və bu zaman ora gələn polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları onu saxladıqdan sonra özlərini təqdim etmişlər və özünü təqdim etməsini xahiş etmişlər. O, həyəcanlı şəkildə özünü təqdim etmiş və Zərərçəkmiş şəxs olduğunu bildirmişdir. Bu zaman polis əməkdaşları şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmişlər. Lakin o, polis əməkdaşlarının suallarına dağınıq cavab verdiyi üçün polis əməkdaşları onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Şöbədə şəxsiyyəti müəyyən edilmiş və azyaşlı olduğu üçün Sabunçu Rayon İcra Hakimiyyətindən qanuni nümayəndə dəvət edilmişdir. Qanuni nümayəndə gəldikdən sonra polis əməkdaşları barəsində şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul etmişlər. Daha sonra polis əməkdaşları müdafiəçi dəvət etmişlər və müdafiəçi gəldikdən sonra hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi ilə bağlı qərar qəbul edilmiş və o, qərarla tanış edilmişdir. Qərarla tanış edildikdən sonra ondan vəkilinin iştirakı olmadan şəxsi axtarış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. O, etiraz etməmiş və vəkilinin iştirakı olmadan şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Sonra ona şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi elan edilmiş və bununla bağlı da etirazının olub- olmaması soruşulmuşdur. O, etirazının olmadığını bildirdikdən sonra polis əməkdaşları üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olub-olmamasını soruşmuşlar. O, polis əməkdaşlarının sualından sonra Aygünün verdiyi torbada olan bükümlərin qadağan edilmiş maddələr olmasını düşünmüş və onu təqdim etmişdir. Polis əməkdaşları torbada olan bükümləri ayrı-ayrılıqda açaraq baxış keçirtmişlər. Baxış keçirildikdən sonra polis əməkdaşlarından aşkar edilmiş maddələrin bir hissəsinin “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin, bir hissəsinin isə “kokos” kimi tanınan narkotik vasitə heroin olduğunu öyrənmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan göy rəngli cins şalvarın sağ cibindən bir ədəd “Xiomi” markalı, bir ədəd “Samsung J4+” markalı və bir ədəd “Nokia” markalı mobil telefon aparatları aşkar edilmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələr, psixotrop maddələr və mobil telefon aparatları qablaşdırılmışdır. Narkotik vasitələr və psixotrop maddələr ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Bundan başqa bildirmişdir ki, Sabunçu RPİ-nin 12-ci PŞ-də ilkin izahat verdiyi zaman, eyni zamanda Sabunçu RPİ-nin İŞ-də ifadə verdiyi zaman Təqsirləndirilən şəxs2 törətdiyi əməlləri bildirmədiyini, buna səbəb isə həqiqətdə Təqsirləndirilən şəxs2 Davud adlı şəxslə əlaqəsinin olması olduğunu, Aygünün etdiyi hərəkətləri anası Mahirənin adı ilə deməkdə məqsədinin isə Aygünün Davudla əlaqə saxlayaraq onun vasitəsi ilə onları məsuliyyətdən azad edə bilmək olduğunu, sonradan Aygünün onunla və barəsində həbs seçilmiş anası ilə maraqlanmaması səbəbindən istintaqa həqiqəti danışmağı düşündüyünü və hazırda baş vermiş hadisənin həqiqətini bildirdiyini, onun İran İslam Respublikası vətəndaşı Davud adlı şəxslə heç bir əlaqəsinin olmadığını, yalnız Aygünün ona verdiyi bükümləri müəyyən yerlərə ataraq şəkilini çəkərək Davud adlı şəxsə göndərdiyini, bundan başqa onunla heç bir əlaqəsinin olmadığını, Təqsirləndirilən şəxs2 ona bükümləri verdiyi zaman onların içərisində nə olduğunu bildirmədiyini, ondan soruşduqda isə bunun ona aidiyyətinin olmadığını, tapşırdığı işi görməsini dediyini, anası Mahirəyə göndərdiyi səs yazısına qulaq asdığını və həmin səs yazısının ona məxsus olduğunu, lakin səs yazısında nəyi nəzərdə tutduğunu xatırlamadığından heç bir fikir bildirə bilmədiyini, anası Təqsirləndirilən şəxs1 məxsus plastik hesab kartının Təqsirləndirilən şəxs2 istifadəsində olduğunu, həmin kartdan anasının heç bir zaman istifadə etmədiyini, anası Təqsirləndirilən şəxs1 məxsus plastik kartdan bir neçə dəfə pul çıxardığını, lakin həmin pulları Təqsirləndirilən şəxs2 göstərişi ilə kartdan çıxardığını, çıxardığı pulları isə Təqsirləndirilən şəxs2 verdiyini, anası Təqsirləndirilən şəxs1 məxsus "xxxx" ASC-yə məxsus plastik kartdan çıxardığı pulları Davud adlı İran İslam Respublikası vətəndaşının onlara göndərdiyini, Aygünün isə Davudun onlara maddi yardım etmək üçün həmin pulu göndərdiyini dediyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu rayon Pİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, 01 avqust 2021-ci il tarixində əvvəlcədən tərtib edilmiş növbətçilik cədvəlinə uyğun olaraq əməliyyat qrupunda növbədə olduğu zaman, saat 22:54- də X4 Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Nur” marketin yanında narkotik vasitələrin satışı ilə məşğul olan 17 yaşlı şəxsi satdığı narkotik vasitə ilə birlikdə saxladıqlarını bildirmişdir. Dərhal o, bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə məlumatda bildirilən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Nur” marketin yanına getmişlər. Həmin yerə çatdıqları zaman tanımadıqları şəxslərin bir nəfər şəxsi saxladıqlarını, həmin şəxsin əlində torba olduğunu görüb onların yanına yaxınlaşmışlar. Saxlanılan şəxsə özlərini təqdim etmişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. Lakin həmin şəxs onların suallarına dağınıq cavab verdiyini görərək verilmiş məlumatın doğru olduğunu düşünüb onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirmişlər. Şöbədə saxlanılan şəxsin şəxsiyyətinin dəqiqləşdirilməsi ilə bağlı araşdırma aparmışlar və bu zaman onun xx.xx.2003-cü il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi qaydada fəhlə işləyən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 57, mənzil 175-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, yeni tikilidə yaşayan Zərərçəkmiş şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onun gətirilməsi ilə bağlı raport yazaraq Növbətçi Hissəyə təqdim etmişlər. Araşdırma aparan təhqiqatçı, polis baş leytenantı Ülvi Fərhadlı tərəfindən Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmaması nəzərə alınaraq Sabunçu rayon İcra Hakimiyyətindən qanuni nümayəndə dəvət edilmişdir. Qanuni nümayəndə gəldikdən sonra Zərərçəkmiş şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, ona şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçi X8 gəldikdən sonra təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs hüquq və vəzifələri izah edilmiş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Zərərçəkmiş şəxs şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub- olmaması soruşulmuşdur. Zərərçəkmiş şəxs videoçəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra ondan vəkilinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Zərərçəkmiş şəxs şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman Zərərçəkmiş şəxs sol əlində olan sellofan paketi masanın üzərinə qoymuş və torbanın içərisindən bir ədəd şəffaf sellofan büküm və üç ədəd qara rəngli sellofan bükümləri çıxardaraq təqdim etmişdir. Ondan bükümlərdə olan maddələrin nə olduğu soruşulan zaman o, ağ rəngli sellofan bükümdə olan maddənin metamfetamin, qara rəngli sellofan bükümlərdə olan maddələrin isə heroin olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı ondan üzərində başqa hansısa bir əşyanın olub-olmamasını soruşmuşdur. Bu zaman Zərərçəkmiş şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Samsung”, bir ədəd “Nokia” və bir ədəd “Xiaomi” markalı mobil telefon aparatlarını çıxardaraq masanın üzərinə qoymuşdur. Zərərçəkmiş şəxs bükümlərdə olan maddələri haradan, kimdən, neçəyə və hansı məqsədlə aldığını soruşduqda o, maddələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşından onun bildirdiyi yerlərə qoymaq üçün təqribən bir həftə əvvəl Yasamal rayonunda yerləşən qəbiristanlığın yanından götürdüyünü, bunun qarşılığında İran İslam Respublikası vətəndaşının ona gündəlik 200 manat pul verdiyini, anası Təqsirləndirilən şəxs1 da bu işdən xəbərinin olduğunu, anasının narkotik vasitələri və psixotrop maddələri evdə hazırlayaraq ona verdiyini, onun isə bildirilən yerlərə narkotik vasitələri və psixotrop maddələri qoyduğunu bildirmişdir. Zərərçəkmiş şəxs əlində olan torbadan aşkar edilmiş maddə və mobil telefon aparatı təhqiqatçı tərəfindən qablaşdırılmış, daha sonra müvafiq protokol tərtib edilmişdir. Qeyd edilən hərəkətlər edildikdən sonra araşdırmanı aparan təhqiqatçı, polis baş leytenantı Ülvi Fərhadlı Təqsirləndirilən şəxs1 olduğu yerin müəyyən edilərək gətirilməsi ilə bağlı tapşırıq vermişdir. Tapşırıq əsasında əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə 02 avqust 2022-ci il tarixində, saat 03:00 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən nömrəsiz fərdi evin qarşısına getmişlər. Həmin yerə çatdıqları zaman bir nəfər qadının əlində qara rəngli çanta ilə sağa-sola baxa-baxa getdiyini görüb həmin qadına yaxınlaşmışlar. Qadını saxlayaraq özlərini təqdim etmişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. Lakin həmin qadın onların suallarına cavab verməyərək yayınmağa çalışmışdır. Bu zaman onlar həmin qadının qarşısını almışlar və ondan Təqsirləndirilən şəxs1 olub-olmamasını soruşmuşlar. Saxladıqları qadın yenidən onların suallarına cavab verməyərək oradan uzaqlaşmağa çalışmışdır. Onlar həmin şəxsin getməsinin qarşısını alaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirmişlər. Şöbədə müvafiq araşdırma aparılmış və bu zaman həmin şəxsin - xx.xx.1969-cu il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 57, mənzil 175-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, yeni tikilidə yaşayan Təqsirləndirilən şəxs1 olduğunu müəyyən etmişlər. Bununla bağlı da raport yazaraq Növbətçi Hissəyə təqdim etmişlər. Araşdırma aparan təhqiqatçı, polis baş leytenantı Ülvi Fərhadlı tərəfindən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, ona şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçi X11 gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilmiş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs1 şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs1 videoçəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra ondan vəkilinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs1 şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub- olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 sol çiynindən asdığı qara rəngli əl çantasını masanın üzərinə qoymuş və içərisində qanunla saxlanılmasına icazə verilməyən maddələr olduğunu bildirmişdir. X12 tərəfindən çantanın içərisinə baxış keçirilən zaman bir ədəd qırmızı rəngli sellofan torba, bir ədəd yaşıl rəngli elektron tərəzi və bir ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar edilmişdir. Torbaya təhqiqatçı tərəfindən baxış keçirilmiş və içərisində tünd qəhvəyi rəngli maddə olduğu müəyyən edilmişdir. Bundan sonra əl çantasının içərisinə təkrar baxış keçirilmiş və bu zaman çantanın içərisində olan kiçik cibdən bir ədəd qara rəngli, üç ədəd ağ rəngli sellofana bükülmüş maddələr aşkar edilmişdir. Bükümlərə baxış keçirilmiş və bir ədəd ağ, bir ədəd qara rəngli sellofanlarda qəhvəyi rəngli maddələri, iki ədəd ağ rəngli sellofanlarda isə ağ rəngli, kristal şəkilli maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 aşkar edilmiş maddələrin nə olduğu soruşulduğu zaman bir ədəd qırmızı rəngli sellofanda, bir ədəd ağ və bir ədəd qara rəngli sellofanlarda olan maddələrin narkotik vasitə heroin olduğunu, iki ədəd ağ rəngü sellofan bükümlərdə olan maddələrin isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 bükümlərdə olan maddələri haradan, kimdən, neçəyə və hansı məqsədlə aldığını soruşduqda o, maddələri Davud adlı İran İslam Respublikasının vətəndaşından onun bildirdiyi yerlərə qoymaq üçün götürdüyünü, bunun qarşılığında İran İslam Respublikası vətəndaşının ona gündəlik 200-300 manat pul verdiyini, götürdüyü maddələri çantasından aşkar edilmiş tərəzidə çəkərək bükümlərə ayırdığını, daha sonra Davud adlı şəxsin bildirdiyi yerlərə qoyduğunu və şəkilini çəkərək Davud adlı şəxsə atdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 əl çantasından aşkar edilmiş maddə və mobil telefon aparatı təhqiqatçı tərəfindən qablaşdırılmış, daha sonra müvafiq protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu rayon Pİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 Şahid1lə eyni məzmunda ifadə vermişdir. Cinayət işinin materiallarında olan 05 may 2022-ci il tarixli Təqsirləndirilən şəxs1 ilə Şahid2 və Şahid1 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, Şahid2 və Şahid1 yuxarıda göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha demişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı İstintaq Təcridxanasının nəzarətçisi vəzifəsində işləyən Şahid4 ifadəsində bildirmişdir ki, 05 avqust 2021 -ci it tarixdə təxminən saat 12:05 radələrində DİN-nin Sabunçu RPİ-nin müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən Bakı istintaq təcridxanasına təhvil verilmiş həbs olunmuş şəxs Təqsirləndirilən şəxs1 üzərinə və gətirdiyi əl çantasına hal şahidlərinin iştirakı ilə baxış keçirilərkən, əl çantasında olan ənlik firçasının içərisindən 03 (üç) ədəd şəffaf sellofan bükülüdə qəhvəyi rəngli maddə və açıq formada kristal formalı xüsusi iyə malik maddə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 əl çantasında olan ənlik firçasının içərisindən aşkar olunmuş 03 (üç) ədəd şəffaf sellofan bükülüdə qəhvəyi rəngli maddə və açıq formada ağ rəngli kristal formalı xüsusi iyə malik maddənin ona məxsus olduğunu, həbs olunmamışdan əvvəl tapdığını və sonradan onun tərkibini yoxlamaq üçün ənlik fırçasının daxilinə yerləşdirdiyini bildirmişdir. Götürülmüş 03 (üç) ədəd şəffaf sellofan bükülüdə qəhvəyi rəngli maddə və açıq formada ağ rəngli kristal formalı xüsusi iyə malik maddənin tərkibini və çəkisini müəyyən etmək məqsədilə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinə göndərilməsi üçün hal şahidlərinin və həbs olunmuş şəxs Təqsirləndirilən şəxs1 iştirakı ilə qablaşdırılaraq xüsusi paketə qoyulmuş və müəssisənin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmişdir. Protokol tərtib olunmuş, ucadan oxunmuş, hal şahidləri, həbs olunmuş şəxs Təqsirləndirilən şəxs1 və onlar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid3 Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş məhkum Şahid5 ifadəsində göstərmişdir ki, 05 avqust 2021-ci it tarixdə təxminən saat 12:05 radələrində DİN-nin Sabunçu RPİ-nin müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən Bakı istintaq təcridxanasına təhvil verilmiş həbs olunmuş şəxs Təqsirləndirilən şəxs1 üzərinə və gətirdiyi əl çantasına baxış keçirilən zaman hal şahidi qismində dəvət olunmuşdur. Baxış zamanı əl çantasında olan ənlik firçasının içərisindən 03 (üç) ədəd şəffaf sellofan bükülüdə qəhvəyi rəngli maddə və açıq formada kristal formalı xüsusi iyə malik maddə aşkar olunaraq götürülmüşdür. Sonra həbs olunmuş şəxs Təqsirləndirilən şəxs1 bildirmişdir ki, əl çantasında olan ənlik fırçasının içərisindən aşkar olunmuş 03 (üç) ədəd şəffaf sellofan bükülüdə qəhvəyi rəngli maddə və açıq formada ağ rəngli kristal formalı xüsusi iyə malik maddənin ona məxsusdur, həbs olunmamışdan əvvəl tapmış və ənlik fırçasının daxilinə yerləşdirmişdir ki, sonradan onun tərkibini yoxlasın. Götürülmüş 03 (üç) ədəd şəffaf sellofan bükülüdə qəhvəyi rəngli maddə və açıq formada ağ rəngli kristal formalı xüsusi iyə malik maddə onun, digər hal şahidinin və həbs olunmuş şəxs Təqsirləndirilən şəxs1 iştirakı ilə qablaşdırılaraq xüsusi paketə qoyulmuş və möhürlənmişdir. Protokol tərtib olunmuş, ucadan oxunmuş, onun, digər hal şahidi, həbs olunmuş şəxs Təqsirləndirilən şəxs1 və Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı hal şahidi qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Bakı İstintaq Təcridxanasında saxlanılan məhkum Şahid6 Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadə verən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini onlara verilmiş ittihamda təqsirli bilməsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin onlara istinad edilən cinayət əməllərində təqsirli olmaları zərəzçəkmiş şəxsin və sahidlərin ifadələri ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı mötəbər və təkzibedilməz sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3252 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №159” dairəvi möhür əksi olan və “Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş” yazısı və imzalar qeyd edilmiş bir ədəd paketdəki 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 27,542 qram tünd qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir və 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 2,810 qram ağ rəngli kristallik maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №159” dairəvi möhür əksi olan və “Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş” yazısı və imzalar qeyd edilmiş bir ədəd qırmızı rəngli polietilen bükümdə təmiz çəkisi 575 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş heroinin ümumi təmiz çəkisi 602,542 qramdır və həmin heroinlər xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynidirlər. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrimin, metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3255 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 151” dairəvi möhür əksi olan və “Vət. Zərərçəkmiş şəxs üzərindən aşkar edilərək götürülmüş.,.” yazısı və imzalar qeyd edilmiş bir ədəd paketdəki 3 (üç) ədəd bükümdə ümumi təmiz çəkisi 86,869 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 26,706 qram ağ rəngli kristaliik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrimin, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-jn siyahısına (Siyahı İ) daxildirlər. Cinayət işinin materiallarında olan 05 avqust 2021 -ci il tarixli, 6/3325 nömrəli ekspert arayışından görünür ki, tədqiqata təqdim edilmiş, bir ədəd kağız paketdə üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanası Zərflər üçün” dairəvi möhür əksi olan, “...Təqsirləndirilən şəxs1 əl çantasına baxış keçirilən zaman...” sözlər, adlar, soyadlar və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə üç ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,114 qram, 1,031 qram, 0,196 qram, ümumi təmiz çəkisi 2,341 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Bir ədəd təmiz çəkisi 1,157 qram olan ağ rəngli kristal maddə - ammonium sulfatdır. Ammonium sulfat “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarf’-na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılan”-na daxil deyildir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 02 sentyabr 2021-ci il tarixli, 6/3697 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin ’’Tədqiqat Obyekti № 65”-li ştamp əksi olan paketdə üzərində: “Təqsirləndirilən şəxs1 əl çantasına baxış keçirilən zaman...” yazısı olan paketdəki 03 (üç) ədəd bükümdə ümumi təmiz çəkisi 2,291 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Həmin paketdə olan bir ədəd bükümdə təmiz çəkisi 1,057 qram ağ rəngli kristal maddə ammonium sulfatdır. İlkin tədqiqat zamanı heroinin ümumi təmiz çəkisi 2,341 qram olmuşdur (05 avqust 2021-ci il tarixli, 6/3325 saylı eksper arayışı). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”~in siyahısına (Siyahı İ) daxildir. Ammonium sulfat “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları ’na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”-na daxil deyildir. Cinayət işinin materiallarına əlavə edilmiş əlavə məhkəmə-kimyəvi ekspertizasının 03 sentyabr 2021-ci il tarixli, 6/3586 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR ƏN MEM-nin Tədqiqat Obyekti № 59” ştamp əksi olan paketdəki, vət. Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 3 (üç) ədəd bükümdəki heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Cinayət işinin materiallarına əlavə edilmiş əlavə məhkəmə-kimyəvi ekspertizasının 18 mart 2022-ci il tarixli, 6/1414 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti № 59” ştamp əksi olan paketdəki, 02 sentyabr 2021 -ci il tarixli 6/3697 saylı ekspert rəyinə əsasən üzərində vət. “Təqsirləndirilən şəxs1 əl çantasına baxış keçirilən zaman...” yazısı olan zərfdəki 3 (üç) ədəd bükümdə heroinlərin ümumi təmiz çəkisi 2,191 qram, ilkin tədqiqat zamanı isə 5 avqust 2021-ci il tarixli 6/3325 saylı ekspert arayışına əsasən ümumi təmiz çəkisi 2,341 qram olmuşdur. Tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti № 58” və Tədqiqat Obyekti № 59” ştamp əksi olan paketlərdəki: - vət. Təqsirləndirilən şəxs1 üzərindən və əl çantasından aşkar edilərək götürülmüş heroinlər, eyni zamanda Zərərçəkmiş şəxs üzərindən götürülmüş heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Vət. Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 2 (iki) ədəd bükümdəki metamfetamin, vət. Zərərçəkmiş şəxs üzərindən götürülmüş 1 (bir) bükümdə olan metamfetaminlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Cinayət materiallarıa əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021 ci il tarixli, 4292 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Cinayət materiallarıa əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 31 mart 2022-ci il tarixli 1478 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət materiallarıa əlavə edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021 -ci il tarixli, 2685 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 cinayət əməlini törətdiyi zaman hər hansı psixi xəstəliyin əlamətləri qeyd edilməyib. Təqsirləndirilən şəxs1 cinayət əməlini törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 -ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işinin materiallarında olan 03 avqust 2021-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və bu zaman müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 sol çiynindən asdığı qara rəngli çantanı masanın üzərinə qomuş və içərisində qanunla qadağan edilmiş maddələr olduğunu bildirmişdir. Çantaya baxış zamanı içərisindən 01 ədəd qırmızı sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli maddə, çantanın digər cibindən 01 ədəd ağ sellofana və 01 ədəd qara sellofana bükülmüş, tünd qəhvəyi rəngli maddələr, həmçinin 02 ədəd ağ sellofana bükülmüş ağ rəngli, kristal maddələr, 01 ədəd elektron tərəzi və 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin maddələrin nə olduğunu, onu haradan, kimdən və nə məqsədlə əldə etməsi soruşulmuş və Təqsirləndirilən şəxs1 aşkar edilmiş maddələrin bir hissəsinin heroin, bir hissəsinin isə metamfetamin olduğunu, həmin maddələri İran vətəndaşı Davud adlı şəxsin göndərdiyini, maddələri satdıqdan sonra Davudun ona 200-300 manat pul verməli olduğunu bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürmədə iştirak edən polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərində başqa qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş maddə qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan 03 avqust 2021-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs üzərinə şəxsi axtarış keçirilmiş və bu zaman müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxs axtarış və götürmənin aparıldığı şübhəli şəxs Zərərçəkmiş şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Zərərçəkmiş şəxs sol əlində saxladığı sellofan paketin içərisindən 01 ədəd şəffaf sellofan, 03 ədəd qara sellofan bükülüləri, əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd “Xiomi”, 01 ədəd “Samsung” və 01 ədəd “Nokia” markalı mobil telefonları təqdim etmişdir. Bükümlərə baxış keçirilən zaman 01 ədəd şəffaf sellofan bükümün içərisindən ağ rəngli, kristal maddə, 03 ədəd qara rəngli sellofan bükümlərdən isə qəhvəyi rəngli maddə aşkar edilmişdir. Zərərçəkmiş şəxs həmin maddələrin nə olduğunu, onu haradan, kimdən və nə məqsədlə əldə etməsi soruşulmuşdur. Zərərçəkmiş şəxs ağ rəngli kristal maddənin metamfetamin, qəhvəyi rəngli maddələrin isə heroin olduğunu, təxminən bir həftə əvvəl İran vətəndaşından sosial şəbəkə vasitəsi ilə Yasamal rayonunda yerləşən qəbiristanlığın yaxınlığından əldə etdiyini, bir hissəsini satdığını, digər hissəsini satmaq istədiyi zaman saxlanıldığını, maddələri satdıqdan sonra İran vətəndaşının ona təqribən 200 manat pul verməli olduğunu bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürmədə iştirak edən polis əməkdaşları tərəfindən Zərərçəkmiş şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərində başqa qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş maddə qablaşdırtlaraq götürülmüşdür. Cinayət işinin materiallarına olan 29 dekabr 2021-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, CD diskə baxış keçirilən zaman ümumilikdə 68 ədəd səs yazısının olduğu, səs yazılarının 09 sentyabr 2021 -ci il tarixlərinə aid olduğu müəyyən edilmişdir. Səs yazılarına ayrı-ayrılıqda qulaq asılmış və bu zaman səs yazılarının bir nəfər qadın və bir nəfər kişi cinsindən olan şəxslərin arasında aparıldığı, səs yazılarında kişi cinsindən olan şəxsin atdığı səs yazılarından qadının adının Aygün olduğu, qadın cinsindən olan şəxsin atdığı səs yazılarında isə kişinin adının Davud olduğu, kişinin səs yazılarındakı ləhcədən onun İran İslam Respublikası vətəndaşının olduğu müəyyən edilmişdir. Səs-yazılarına qulaq asıldığı zamanı Aygün adlı qadının Davud adlı şəxsdən mütəmadi olaraq mobil telefon aparatı və müəyyən məbləğlərdə pul istəməsi, həmçinin ‘WhatsApp Audio 2021-09-09 at 16.38.05” adlı səs yazısında Aygün adlı qadının səsi göndərdiyi şəxsdən pul istəməsi, lakin pulun göndərilməməsinə görə narazılıq edərək belə işləmədiklərini bildirməsi, “WhatsApp Audio 2021-09-09 at 16.38.11 (1)” adlı səs yazısında isə Aygün adlı qadının səsi göndərdiyi şəxsə hələ heç bir iş görə bilməməsi, qorxulu olduğunu, ayın 02-si bir ay olduğunu, çöldə olduğu üçün gözlərin onun üzərində olduğunu, evdə onun olduğunu, səs yazılarının olduğunu, həmin səs yazılarının onlarda olduğunu, bu səbəbdən bu dəqiqə heç bir iş görə bilmədiyini bildirdiyi, "WhatsApp Audio 2021-09-09 at 16.38.11” adlı səs yazısında kişinin göndərdiyi səsdə “mən sənin fikrivi eliyirəm, deyirəm tez yerbəyer elə, 4-5 günə qədər 3000-lik metadon və “daş-torpaq”, 4 kiloqramda nəşənin oturacağını, həmin şeyləri onun götürərək xeyri götürməsini istədiyini, sonra 5-10 qram qoymuyacağını, ondan başqa iki nəfər paylıyanda olduğunu, 1 kiloqram atdıqda onların gəlib götürüb gedəcəklərini bildirdiyi” müəyyən edilmişdir. Cinayət işinin materiallarına olan 24 yanvar 2022-ci il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs üzərinə şəxsi axtarış keçirildiyi zaman aşkar edilmiş bir ədəd “Samsung” markalı mobil telefon aparatına baxış keçirilən zamanı mobil telefon aparatının işlək vəziyyətdə olduğu, içərisində 077 *** ** ** GSM mobil tefefon nömrəsinin olduğu müəyyən edilmişdir. Mobil telefon aparatının zəng etmək, eyni zamanda sms yazmaq üçün nəzərdə tutulmuş hissəsinə baxış keçirilən zaman cinayət işi üzrə sübutu əhəmiyyət kəsb edəcək heç bir məlumat aşkar edilməmişdir. Bununla belə mobil telefon aparatının “vatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə aparılan danışıqlara baxış keçirilən zaman “Davud” adlı istifadəçi ilə səsli danışıqlar olduğu, eyni zamanda əldə edilmiş narkotik vasitələrin və psixotrop maddələrin tərəzi üzərində, həmçinin müəyyən yerlərə atılmış formada fotoşəkillərin olduğu müəyyən edilmişdir. Səs yazılarına qulaq asıldıqda isə Davud adlı şəxslə Aygün adlı şəxsin arasında səsli yazışmalar olduğu, yazışmalarda Aygünün Davud adlı şəxslə narkotik vasitələrin və psixotrop maddələrin çəkilərə bölünməsi mövzusunda danışdığı müəyyən edilmişdir. Cinayət işinin materiallarına olan 24 yanvar 2022-ci il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirildiyi zaman aşkar edilmiş bir ədəd “Samsung” markalı mobil telefon aparatına baxış keçirilmişdir. Baxş zamanı mobil telefon aparatının işlək vəziyyətdə olduğu, içərisində 070 *** ** ** GSM mobil tefefon nömrəsinin olduğu müəyyən edilmişdir. Mobil telefon aparatının zəng etmək, eyni zamanda sms yazmaq üçün nəzərdə tutulmuş hissəsinə baxış keçirilən zaman cinayət işi üzrə sübutu əhəmiyyət kəsb edəcək heç bir məlumat aşkar edilməmişdir. Bununla belə mobil telefon aparatının “vatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə aparılan danışıqlara baxış keçirilən zaman Dövlətəli adlı istifadəçiyə sms yazaraq onu yaşadığı yerdən götürməyi bildirdiyi, lakin Dövlətəlinin ona səs göndərərək vaxtında xəbər etməsini, əks halda Davudun onlara “mal” göndərdiyini, Aygünlə birlikdə həmin malı paylamağa gedəcəklərini bildirdiyi müəyyən edilmişdir. Cinayət işinin mçateriallarında olan 30 aprel 2022-ci il tarixli CD diskə baxış keçirilıməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 adına "xxxx" ASC-də açılmış depozit kart hesabından müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs tərəfindən bankomatlar vasitəsi ilə pulların çıxarıldığı müəyyən edilmişdir. Məhkəmə baxışı və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmaması, ibtidai istintaq zamanı cinayəti öz üzərinə götürməsinə səbəb oğlu Zərərçəkmiş şəxs qoruması barədə gətirdiyi dəlillər məhkəmə istintaqı zamanı toplanmış sübutlarla - şahidlərin ifadələri, eləcə də iş materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Bundan başqa məhkəmə şahid Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsini, digər möhtəbər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, şahid Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsi Təqsirləndirilən şəxs1 müdafiə etmək xarakteri daşımaqla onun cinayət məsuliyyətindən azad olunması məqsədini güdür. Məhkəmə baxışı və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmaması barədə gətirdiyi dəlillər məhkəmə istintaqı zamanı toplanmış sübutlarla – zərərçəkmş şəxsin və şahidlərin ifadələri, eləcə də iş materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onların əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri və onların həmin əməlləri törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN –nin BƏSİİ-dən alınmış təlabnaməklərdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluqları olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini və qadın olmasını onun cəzasını yünügülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini, himayəsinə iki azyaşlı uşaqlarının olmasını və qadın olmasını onun cəzasını yünügülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailə şəraitlərinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 2344.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 02 avqust 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 2344.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs2 qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 10 mart 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Sabunçu rayon polis idarəsində saxlanılan Zərərçəkmiş şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 86,659 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 26,586 qram olan psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs1 qıının üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 602,182 qram və 2, 011 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 2,670 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Maddi sübut kimi Sabunçu rayon polis idarəsində saxlanılan Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 barəsində şəxsi axtarış keçirildiyi zaman aşkar edilərək götürülmüş iki ədəd “Samsung” markalı mobil telefofon aparatları cinayət işi üzrə sübut əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilməlidir. Cinayət işinin materiallarında olan dörd ədəd CD disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 295, 26 ( iki yüz doxsan beş manat iyirmi altı qəbik) manat olmaqla cəmi 590,52 ( beş yüz doxsan manat əlli iki qəpik ) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxslərə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından müdafiəçilər Müdafiəçi2 üçün 180 (yüz səksən) manat pul və Müdafiəçi1 üçün 180 (yüz səksən) manat pul onların vəkil işlədikləri Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351, 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3–cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 09 (doqquz) il müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 02 avqust 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3–cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 08 (səkkiz) il müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 10 mart 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Sabunçu rayon polis idarəsində saxlanılan Zərərçəkmiş şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 86,659 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 26,586 qram olan psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs1 qıının üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 602,182 qram və 2, 011 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 2,670 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Maddi sübut kimi Sabunçu rayon polis idarəsində saxlanılan Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 barəsində şəxsi axtarış keçirildiyi zaman aşkar edilərək götürülmüş iki ədəd “Samsung” markalı mobil telefofon aparatları cinayət işi üzrə sübut əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilsin. Cinayət işinin materiallarında olan dörd ədəd CD disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 295, 26 ( iki yüz doxsan beş manat iyirmi altı qəbik) manat olmaqla cəmi 590,52 ( beş yüz doxsan manat əlli iki qəpik ) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsi hesabından müdafiəçilər Müdafiəçi2 üçün 180 (yüz səksən) manat pul və Müdafiəçi1 üçün 120 (yüz səksən) manat pul onların vəkil işlədikləri Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar