Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1125/2023 18.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X5-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Mərkəz» Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxx 1985-ci ildə Zəngilan rayonu Qaraqulu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işsiz, Zəngilan rayonu Ağbənd kəndində qeydiyyatda olmaqla, əvvəllər Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən yataqxanada yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs başqa mənbədən satış məqsədi ilə külli miqdarda,yəni ümumi təmiz çəkisi 2,994 qram psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində o,06 oktyabr 2022-ci il tarixdə saat 23:10-da Bakı şəhəri Sabunçu rayonu Baybakov küçəsində yerləşən yataqxananın yaxınlığında saxlanılıb ərazi aidiyyəti üzrə 12-ci PŞ-yə aparılıb, xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd üzərində «silver style» yazısı olan boz rəngli qutuda saxladığı 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,439 qram, 0,565 qram, 0,990 qram, ümumi təmiz çəkisi 2,994 qram olan kustar üsulla hazırlanmış küili miqdarda psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutlan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, o, hadisə baş verən gün evdə olmuşdur. Tofiq adlı tanıdığı şəxs onlara gəlmişdir. Tofiqlə birlikdə o, əvvəllər də narkotik vasitə alıb qəbul etmişdir. O, Tofiqlə olan vaxtda dörd-beş polis əməkdaşı onların evinə daxil olmuşlur. Polis əməkdaşları onların həyətində ona və anasına qarşı fiziki təsir göstərmişlər. Bundan əlavə polis əməkdaşları evlərində stolun üstündən atasının pul qabını da götürmüşlər. Daha sonra polis əməkdaşları onu “Komsomolski” adlanan əraziyə aparıb ondan hansısa bir narkotik satanın adını deməyini tələb edib, yalnız həmin adamın adını dedikdən sonra onu buraxacaqlarını dedilər. O da yalnız Etibar adlı şəxsi tanıdığını, onun da artıq polis tərəfindən saxlanıldığını demişdir. Bundan sonra polislər onun onların bu tələbini onun yerinə yetirmədiyi üçün onu Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona şiddətli dərəcədə fiziki təsir göstərib ondan narkotik vasitələrin özünə məxsus olduğunu söyləməyi tələb etmişlər. O, ilk əvvəl razı olmamışdır, lakin artıq ağrılara dözməyib məcbur olub narkotik vasitələri boynuna götürmüşdür. Onun döyüldüyünü və hansı vəziyyətdə olduğunu Sabunçu rayon prokurorluğunda da görmüşlər. Daha sonra onu müvəqqəti saxlama məntəqəsinə aparmışlar. Onun üzərindən və yaşadığı mənzildən heç bir narkotik vasitə çıxmamışdır. Ondan polis şöbəsində şiddətli dərəcədə fiziki təsir göstəriləndən sonra narkotik vasitələrin özünə məxsus olduğunu söyləmək tələb olunmuşdur. İttiham aktındakı telefon yazışmalarında əks olunan mobil nömrə ona aid deyil. Onun telefonundan kimin yazdığını bilmir. Yazışmalarda əks olunan, narkotikin alınmasına dair olan mesajlar həqiqəti əks elətdirir, satışına dair mesajlar həqiqəti əks etdirmir. O, narkotik vasitələri almışdır, lakin satmamışdır. O, narkotik vasitəni 20 manat verib almışdır. O, narkotik vasitələri Etibar adlı şəxsdən şəxsi istifadəsi üçün almışdır. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib ifadələrində uzun müddətdir narkotik vasitə marixuanadan istifadə etdiyini, marixuananı adlarını və anket məlumatlarını bilmədiyi şəxslərdən alıb istifadə etdiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını qeyd edib göstərmişdir ki, 06 oktyabr 2022-ci il tarixdə xatırlamadığı saatlarda Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində olarkən adını və anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün narkotik vasitə marixuana alıb üzərində saxlayıb daşımış, həmin günü axşam saatlarında tanışı Tofiq ilə birlikdə yaşadığı evdə marixuananı istifadə edərkən evə mülki geyimdə bir neçə şəxs gəlib, özlərini polis əməkdaşı kimi təqdim edib, onun psixotrop maddə olan metamfetaminin satışı ilə məşğul olması barədə məlumat əldə etdiklərini deyib, ona və anası Zeynəbə fiziki zor tətbiq edib, evində qanunsuz axtarış keçirib, qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşya və predmet aşkar etməmişdirlər. Bundan sonra həmin şəxslərdən biri anası Zeynəbi əli ilə vurmuş, digərləri ona zor tətbiq etməklə tanışı Tofiq ilə birlikdə gəldikləri markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə əyləşdirib 12-ci PŞ-yə aparmışdırlar. Orada Tofiqi sərbəst buraxmışdırlar, ona isə zor tətbiq edərək döyüb, guya onun 06 oktyabr 2022-ci il tarixdə saat 23:10-da Bakı şəhəri Sabunçu rayonu Baybakov küçəsində yerləşən yataqxananın yaxınlığında saxlayıb 12-ci PŞ-yə aparılıb, xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd üzərində boz rəngli qutuda saxladığı 3 (üç) ədəd bükümdə psixotrop maddə metamfetaminin aşkar edilib götürülməsi barədə tərtib olunmuş sənədlərə imza etməyə məcbur etmişdirlər. Fiziki təzyiqlərə məruz qaldığı üçün onların dediklərini etmiş, yəni həmin məzmunda adından tərtib olunmuş izahata və digər sənədlərə imza etmiş, videoçəkiliş zamanı izahatında qeyd olunanları bildirmişdir. Həqiqətən isə onun üzərindən psixotrop maddə metamfetamin aşkar edilməmiş, o İran İslam Respublikası vətəndaşı «Rasim» adlı şəxsi tanımır. Polis şöbəsində olarkən qorxub hər hansı bir şəxs tərəfindən fiziki təzyiqlərə məruz qalmadığını bildirmişdir. Şahid1 Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Xüsusi ilə X10 baş əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyini, xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanıdığnı bildirib ifadələrində göstərdi ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən yataqxanada yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Sabunçu rayonu ərazisində üzərində gəzdirməsi barədə əmliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupunun yaradılması və təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə razılıq verilməsi ilə bağlı raportla Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru İslam Hümbətova müraciət olundu. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olundu. Əməliyyat qrupuna o və baş idarənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 daxil edilmişlər. Keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 06 oktyabr 2022-ci il tarixdə saat 23:10-da Sabunçu rayonu Baybakov küçəsində yerləşən yataqxananın yaxınlığında saxlanılıb, özlərini və xidməti vəsiqələrini ona təqdim edib, onu polis şöbəsinə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 12-ci PŞyə gətirildi. Təqsirləndirilən şəxs 12-ci PŞ-yə təhvil verilməsi ilə bağlı tərəflərindən raportla DİN-in BNMİ-nin rəhbərliyinə məruzə edilmişdir. Polis şöbəsində xidməti otaqların birində təhqiqatçı Vüsal Həsənquliyev tərəfindən Təqsirləndirilən şəxs şöbəyə gətirilməsinin səbəbləri izah olundu. Orada Zaura hüquqi yardım göstərilməsi üçün dəvət olunmuş Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X6 təqdim olundu. Bundan sonra Zaura şübhəli şəxs qismində hüquq və vəzifələri izah edildi və Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşyanın olub-olmaması soruşuldu. Müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 01 (bir) ədəd «Samsung» markalı mobil telefonu, 125 (bir yüz iyirmi beş) manat pulu, sol yan cibindən 01 ədəd üzərində «silver style» yazısı olan boz rəngli qutunu çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi mobil telefon və pullar ona məxsusdur, boz rəngli qutunun içərisində isə üç ədəd ayrı-ayrlıqda bükümlər var, həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin var, metamfetamini həm özü istifadə etmək, həm də satmaq məqsədi ilə təxminən iki gün öncə Sabunçu rayonu ərazisində İranlı vətəndaşı «Rasim» adlı şəxsdən 100 manata almışdır. O, metamfetamini telefon vasitəsi ilə əlaqə saxladıqda Rasimin bildirdiyi ünvandan gedib götürmüşdür. Rasim adlı şəxsin telefon nömrəsi istifadəsində olan mobil nömrədə qeyd olunmuşdur. İki ay olar ki, psixotrop maddələrin satışı ilə məşğul olur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi, lakin onun üzərindən dövriyyəsi qadağan olunan digər əşya və predmet aşkar edilmədi. Təhqiqatçı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bükümlərə baxış keçirildi, müvafiq qaydada qablaşdırılaraq götürüldü. İş üçün əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs mobil telefonu təhqiqatçı tərəfindən götürüldü, 125 manat pul isə Təqsirləndirilən şəxs qaytarıldı. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olundu və baxışda iştirak etmiş şəxslər tərəfindən imzalandı. İştirakçılar tərəfindən, o cümlədən də, Təqsirləndirilən şəxs qeyd və şikayət daxil olmadı. O və qrupun üzvü Şahid2 Təqsirləndirilən şəxs yaşadığı evə getməmişlər, Zaura və onun anasına hər hansı polis əməkdaşı tərəfindən fiziki və ya psixi təzyiq və təsir göstərilməmişdir. Zaurun bu barəə dedikləri yalandır. Zaur Şahmməmədov saxlanılan zaman onun yanında Tofiq adlı şəxs olmayıb. Heç kim Zaura psixotrop maddəni özünə götürməyi tələb etməyib, Aşkar olunan psixotrop maddə metamfetmin Zaurun özünə məxsusdur. Təqsirləndirilən şəxs məhkəmə zamanı söylədiyi ifadələr öz müdafiəsinə yönəlmiş ifadələrdir. Ona hər hansı psixi və ya fiziki təsir göstərilməmişdir. Ondan kiminsə barəsində məlumat istənilməmişdir. Şahid, Şahid2 Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyini, özünün xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanıdığnı bildirib Şahid1 ilə eyni məzmunlu ifadələr verib onun ifadələrində göstərdiyi halları bir daha təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş «Şəxsi axtarış və götürmə haqqında» protokoldan görünür ki, təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Xüsusi ilə X10 baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1, əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X4 iştirakları ilə hüquq və vəzifələri izah olunduqdan sonra, ona üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyalanın olub-olmaması soruşulmuş, müsbət halda təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefonu, 20, 10 və 5 manatlıq əsginaslarla ümumilikdə 125 manat pulu, şalvarın sol yan cibindən 01 ədəd üzərində «silver style» yazısı olan boz rəngli qutunu çıxarıb təqdim edərək, telefonun üzərində ***-***-**-** nömrəsi olduğunu bildirmiş, daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, təqdim edilmiş əşyalardan başqa üzərindən qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşya və predmetin aşkar edilməmiş və götürülməmiş, 125 manat pul iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmışdır. Daha sonra təhqiqatçı tərəfindən təqdim olunmuş qutunun içərisinə baxış keçirilmiş, qutunun içərisində 03 ədəd sellofan bükümlərin aşkar edilmiş, bükümlərin içərisində olan maddənin tərkibi ilə bağlı suala Təqsirləndirilən şəxs bükümlərin içərisində psixotrop maddə metamfetamin olduğunu, metamfetamini özü istifadə etmək və satışını həyata keçirmək üçün 2 gün əvvəl Sabunçu rayonu ərazisində İran İslam Respublikası vətəndaşı Rasim adlı şəxsdən 100 manata alaraq üzərində saxlayıb daşıdığını, digər ünvanda narkotik vasitə və ya psixotrop maddə saxlamadığını bildirmiş, bükümlərə baxış keçirilərək 01 ədəd mobil telefon ilə birlikdə müvafiq qaydada təhqiqatçı tərəfindən qablaşdırılıb götürülərək, təhqiqatçı tərəfindən göstərilənlər rəsmiləşdirilmiş, şəxsi axtarışda iştirak etmiş şəxslər tərəfindən tərtib olunmuş sənədlərin doğruluğu imzaları ilə təsdiq edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Şahid2 və Şahid1 arasında hazırkı cinayət işinin predmetinin aşkar olunması hallarına dair üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı da zamanı Şahid2 və Şahid1 ifadələrində göstərdikləri halları Təqsirləndirilən şəxs iştirakı ilə təsdiq etmişlər. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Sabunçu rayon məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli 5(008)-740/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 «Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair» 06 oktyabr 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Məhkəmədə elan edilib, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 07 oktyabr 2022-ci il tarixli 6/5771 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N°7» dairəvi möhür əksləri olan, «Təqsirləndirilən şəxs üzərindən aşkar...» sözləri, soyad və imzalar qeyd edilmiş zərfdəki bir ədəd üzərində «silver style»yazısı olan boz rəngli qutuda 03(üç) ədəd bükümdə ayrı- arylıqda təmiz çəkiləri 1,439 qram, 0,565 qram, 0,990 qram, ümumi təmiz çəkisi 2,994 qram olan ağ rəngli kristallik maddələr kustar üsualla hazırlanmış psixotrop maddə metamfetamindır. Təqdim olunmuş 03 (üç) ədəd bükümdə olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Məhkəmədə elan edilib, araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi - 2,994 qram psixotrop maddə metamfetaminin ekspert tədqiqatından sonra qalıbını təşkil edən 2,844 qram metamfetamin maddi sübut kimi tanınb saxlanılması üçün Sabunçu RPİ-in saxlancına təhvil verilmişdir. Məhkəmədə elan edilb araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş keçirilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 17 oktyabr 2022-ci il tarixli 2756 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməmişdir, törətdiyi əməl dövründə və hal-hazırda öz hərəkətlərinin mənasını, faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21- ci və 22-ci maddələrinin təsiri altına düşmür, hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Cinayət işi üzrə təyin edilib keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 17 oktyabr 2022-ci il tarixli 6092 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə kompüter-texniki ekspertizasının 17 noyabr 2022-ci il tarixli 5/1310 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı «Android 9» əməliyyat sistemi ilə təchiz olunmuş «Samsung Galaxy J3» markalı «SM- J330F» modelli «**********70009, **********70007» İmei kodlu mobil smartfon hal- hazırda işiək vəziyyətdədir. Mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, «SMS» mesajlar, audio, foto, video fayllar, «WhatsApp» proqram təminatı vasitəsilə aparılmış audio, foto, video fayllar və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olundu. Mobil smartfonun yaddaşından məlumatların əldə edilməsi üçün «Fiziki məlumatların əldə edilməsi metodu»nun tətbiq edilməsinə baxmayaraq naməlum texniki səbəblərə görə smartfonun yaddaşına yüklənmiş «WhatsApp» proqram təminatı vasitəsi ilə aparılmış çat (yazışma) seansını köçürərək istintaq orqanına təqdim etmək mümkün olmamışdır. Məhkəmədə elan edilib, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə kompüter-texniki ekspertizasının rəyinə əlavə edilmiş yaddaş daşıyıcısına baxış keçirildikdə səs yazılarından Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmasını əks etdirən bir çox danışıqların aparıldığı müəyyən edilməsi aşkar olundu. Məhkəmədə elan olunub araşdırılmış 09 mart 2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış mobil nömrələrlə günün müxtəlif saatlarında, müxtəlif mobil nömrələrlə danışıqların və SMS yazışmalar müəyyən olunmuşdur. İş üzrə əhəmiyyət kəsb edən aşağıdakı yazışmalar aşkar edilmişdir:
1. 24 avqust 2022-ci il saat 16:25;48-də ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə «lsmayyil saat 5 di qaqa pul attmlyam»;
1. 27 avqust 2022-ci il saat 05:08:03-də ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə «Mənəm zaur»;
2. 27 avqust 2022-ci il saat 19:08:08-də ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə «Gör karta 50 gəldi»;
3. 31 avqust 2022-ci il saat 19:56:31-də ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə «Kaptall 67 68 67 71 70 78 08 07»;
4. 01 sentyabr 2022-ci il saat 20:38:41-də ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə «055 *** ** ** konumu buna at»;
5. 02 sentyabr 2022-ci il saat 22:02:11-də ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə «Qaqaw quran haqi son»;
6. 02 sentyabr 2022-ci il saat 22:03:16-da ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə «Əyy biyoxx canın sağ olsun»;
7. 07 sentyabr 2022-ci il saat 22:06.02-də ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə «Qaqaş daş var»;
8. 08 sentyabr 2022-ci il saat 14:45:13-də ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə «Daw var birat lazimd»;
9. 10 sentyabr 2022-ci il saat 17:06:38-də ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə «Yunis pul att gğzdyrəm»;
10. 13 sentyabr 2022-ci il saat 20:52:04-də ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə «Qaqaş ……….. malı yoxdu ata on üçün yığmadım evdəyəm»;
11. 15 sentyabr 2022-ci il saat 14:14:15-də ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə «Birat nese varsa xeb»;
12. 18 sentyabr 2022-ci il saat 20:20:16-da ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə «Birat bidene yari qa»
13. 20 sentyabr 2022-ci il saat 12:10:10-da ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə «Brat daw lazimdi yar»;
14. 26 sentyabr 2022-ci il saat 02:26:18-də ********** saylı mobil nömrədən bill»; 0709404202 saylı mobil nömrəyə «Şil i gəllirsən gə yarıda daşş saxxll onuda götür yox ta özün
15. 27 sentyabr 2022-ci il saat 22:11:27-də ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə «Qaqa cəmi 1 yarı qalıb 60 mant vermirlər aşağı başa düş»;
16. 29 sentyabr 2022-ci il saat 03:05:03-də ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə «2 gündü ağızz bura ilişib gəli çıxxartt burdan»;
17. 03 oktyabr 2022-ci il saat 16:49:04-də ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə «Qaqaş necəsin sən bir şeyy edə bildin yoxsa mən işimi bilim istyənim var»;
18. 08 sentyabr 2022-ci il saat 14:45:12-də ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə «Daw var birat lazimdiye»;
19. 25 sentyabr 2022-ci il saat 01:42:35-də ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə «Brat sobet hel olub amaki gelmeyne gele bilmirem nece eliyek qalsun sehere ya nece?»;
20. 25 sentyabr 2022-ci il saat 01:45:37-də ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə «Ela birat duzdu qardawim inwallah sabah goruwerik gecen xeyre»;
21. 27 sentyabr 2022-ci il saat 22:08:04-də ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə «Qaqa bir bütöv bir yarı daş obşi bir yarım çatıram keçid»;
22. 30 sentyabr 2022-ci il saat 04:05:22-də ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə «Brat men biraz tez gelsem olar sat 7 de orda olsam narahat elemeremki»:
23. 10 avqust 2022-ci il saat 22:28:47-də ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə «Brat neynirsen necesen kamaz zakasun olucey ?»;
24. 12 avqust 2022-ci il saat 21:57:32-də ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə «Birat cab gozduyum senen caliw hen yox dide mene qaqawimsan»;
25. 16 sentyabr 2022-ci il saat 07:25:09-da ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə «Salam brat imkan olsa puluynan bidene yari koku saxla iwden cixanda gelib goturum senen»;
26. 05 avqust 2022-ci il saat 02:48:23-də ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə «Qaqas sallam gör yaxsi ot varsa Alim ya istəyirr kol il dəysikk»;
27. 06 avqust 2022-ci il saat 14:05:23-də ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə «Natik 10 kolla var 25 mantan»;
28. 06 avqust 2022-ci il saat 14:05:49-da ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə «lstyən olsa optavoy xəbbər ett»;
29. 09 sentyabr 2022-ci il saat 23:24:48-də ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə «Qaqqs necəsən 3 kacmazz»;
30. 12 sentyabr 2022-ci il saat 16:57:08-də ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə «……….baxx yallandan dedim işləyirik gəlimədin dima sənə 1 jəffət vaxxt pullu düz qoss el? ver yoxsa nə oicaqin billlesən»;
31. 14 avqust 2022-ci il saat 22:36:38-də ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə «E?sull 1 qram maldan 02 verib mənə getin Ayibdi mənə də yoxx 3 cü dəfədi mali elədə saxliyram 25 gətirib aparasan»;
32. 16 avqust 2022-ci il saat 07:38:54-də ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə «Qaqas sabahin zeyir elə yari qalibb».
Məhkəmədə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyib ifadələrində hadisə baş verən gün evdə oluğunu, Tofiq adlı tanıdığı şəxsin onlarda olduğunu, Tofiqlə birlikdə o, əvvəllər də narkotik vasitə alıb qəbul etdiyini, o, Tofiqlə olan vaxtda dörd-beş polis əməkdaşı onların evinə daxil olub evdə xtarış apardıqlarını, ondan aşkar olunaraq götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 2,994 qram külli miqdarda psixotrop maddənin ona məxsus olmamasını, onun üzərində və evində narkotik vasitə və psixotrop maddə olmadığını, narkotik vasitə marixuanadan istifadə etdiyini, lakin satışı ilə məşğul olmadığını, onun üzərindən çıxması göstərilən miqdarın ona məxsus olmamasını təsdiq edən sübutunun olmasa da ona məxsus olmadığını, onu “Komsomolski” adlanan əraziyə aparıb ondan hansısa bir narkotik satanın adını deməyini tələb edib, yalnız həmin adamın adını dedikdən sonra onu buraxacaqlarını dediklərini, özünün yalnız Etibar adlı şəxsi tanıdığını, onun da artıq polis tərəfindən saxlanıldığını dediyiyni, onların bu tələbini yerinə yetirmədiyi üçün onu Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə apardıqlarını, polis şöbəsində ona şiddətli dərəcədə fiziki təsir göstərib ondan narkotik vasitələrin özünə məxsus olduğunu söyləməyi tələb etdiklərini, özünün əvvəl razı olmajığını, lakin artıq ağrılara dözməyib məcbur olub narkotik vasitələri boynuna götürdüyünü, onun döyüldüyünü və hansı vəziyyətdə olduğunu Sabunçu rayon prokurorluğunda da gördüklərini, ittiham aktındakı telefon yazışmalarında əks olunan mobil nömrə ona aid olmadığını, yazışmalarda əks olunan, narkotikin alınmasına dair olan mesajlar həqiqəti əks elətdirdiyiyni, satışına dair mesajların həqiqəti əks etdirmədyiyni, özünün narkotik vasitələri aldığını, lakin satmadığını, narkotik vasitəni 20 manat verib Etibar adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını göstərdi. mışdır. İfadələrinə başqa əlavəsi yoxdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəmədəki ifadələri araşdırıldı, lakin təsdiqini tapmadı. Çünki, Təqsirləndirilən şəxs bu iiddiaları iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, baxış protokolları və işin faktiki halları ilə təkzib olundu. Onun inkaredici ifadələri əsaslı şübhələrlə müşahidə olundu. Çünki o, ifadələrində göstərmişdir ki, 06 oktyabr 2022-ci il tarixdə xatırlamadığı saatlarda yaşadığı evdə olarkən polis əməkdaşları onun evinə gələrək ona və anasına qarşı fiziki zor tətbiq edib, onu 12-ci PŞ-yə aparıb üzərinə axtarış keçirilərkən üzərindən psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi ilə bağlı həqiqəti əks etdirməyən sənədləşmə tərtib edib, bu barədə videoçəkiliş zamanı deməsini və sənədlərə imza etməsini tələb etmişdirlər. Fiziki zora məruz qaldığından sənədlərə imza edib, videoçəkiliş zamanı psixotrop maddənin ona məxsus olduğunu söyləmişdir. Bu şübhəli məqamları onun xeyrinə məhkəmədə aradan qaldırmaq mümkün olmadı. Çünki onun tutulumasında iştirak edən şəxslər məhkəmədə şahid qismində dindirilərkən onun Sabunçu rayonu, Baybakov küçəsində yerləşən yataqxananın yaxınlığında tutulmasını və onun şəxsi axtarışı aparılakən psixotrop maddənin onun əynindəki şalvarın cibindən aşkar olunub götürüldüyünü göstərdilər. Məhkəmədə də bu şahidlərin ifadələrini təkzib edən sübutlar müəyyən olunmadı. Bundan başqa məhkəmə,qeyd edir ki, istintaqa prosessual rəhəbərliyi həyata keçirən prokurorun təqsirləndirilən şəxsin iddia etdiyi foramada döyülməsini görüb buna prokuror reaksiyası verməməsi ağlabatan deyildir. Təqsirləndirilən şəxs bu ifadələri özü özlüyündə ziddiyyətli olub biri digərini təkzib etdi. Onun bu iddiaları iş üzrə dindirilmiş şahid ifadələri, məhkəmədə araşdırılmış sübütlarla, o, cümlədən də onun özünün ziddiyyətli ifadələri ilə təkzib olundu. Bu səbəbdən də, məhkəmə, onun bu iddialarını təqsirləndirilən şəxsin ifadə verməkdə sərbəst olmaq hüququndan yararlanıb özünün müdafiəsinə yönələn yanlış davranmanın nəticələri kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalması müəyyən edilmədiyindən, onun bu iddialarını həqiqətə uyğun olmayan iddilar kimi qiymətləndirir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən anlaqlı vəziyyətdə qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir və onun əməlini Azərbaycan Respublikası 234.4.3-cü maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada onun cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 145 (altımış beş) manat xərclənməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü “Mərkəz” Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 50 (əlli) saat hüqüqi yardım göstərilməsi və bu səbəbdən də ona 300 (üç yüz) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğləri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, məhkəmə ekspertizasının keçirilməsinə sərf edilmiş 145 (yüz qırx beş) manat vəsaitin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını, lakin onun müdafiəçiyə ödənilən məbləği ödəməkdən azad olunmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİnin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatı zamanı sərf edildikdən sonra qalıq qalmış 2,844 qram metamfetaminin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, şəxsi axtarış keçirilməsi və götürmə zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 ədəd DVD, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD, məhkəmə kompüter-texniki ekspertizasının 17 noyabr 2022-ci İl tarixli 5/1310 nömrəli rəyinə əlavə olunmuş 02 ədəd DVD-R yaddaş daşıyıcılarının cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs 06 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 08 oktyabr 2022-ci il tarixdə o, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs şəxs qismində cəlb edilib, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və hazırkı iş üzrə 04 oktyabr 2023-cü il tarixdə barəsində qətimkan tədbiri qismində həbs seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 14 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə, Təqsirləndirilən şəxs cinayət qanununda nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal müəyyən olunmadı. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və ona qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzası təyin edildiyini nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində həbs qətimkan tədbiri ilə əvəz olunmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işi üzrə təyin edilib keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 17 oktyabr 2022-ci il tarixli 6092 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə,
hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin.
Təqsirləndirilən şəxs 06 oktyabr 2022-ci il tarixdən 08 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı vaxt ona təyin ediləcək cəza müddətinə daxil edilsin və onun tərəfindən çəkilməli olan cəzanın qalan müddəti 5 (beş) il 11 (on bir) ay və 28 (iyirmi səkkiz) gün kimi müəyyən olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 04 oktyabr 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına materialların məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 145 (yüz qırx beş) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Mərkəz” Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Vəkillər X2 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiəçiyə ödənilən məbləğin ödənilməsindən azad olunsun, ondan 145 (yüz qırx beş) manat tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatı zamanı sərf edildikdən sonra qalıq qalmış 2,844 qram metamfetamin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin, şəxsi axtarış keçirilməsi və götürmə zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 ədəd DVD, "xxxx" MMCdən daxil olmuş 01 ədəd CD, məhkəmə kompüter-texniki ekspertizasının 17 noyabr 2022ci İl tarixli 5/1310 nömrəli rəyinə əlavə olunmuş 02 ədəd DVD-R yaddaş daşıyıcıları cinayət işinin materiallarında saxlanılsın Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Novruz Kərimov
Hakimlər: Rasim Sadıxov
Leyla Əsgərova-Məmmədova