Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1125/2025 19.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: X10 oğlunun sədrliyi ilə, Hakimlər: X7 və İmanova Nigar Arzu qızından ibarət tərkibdə, Qafarova - Məmmədova Turan Zakir qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Güvən Vəkil Bürosunun vəkili Müdafiəçi, Mütəxəssis - X5, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi – Qanuni nümayəndə iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, İ qrup gözdən əlil, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 123A ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Belə ki, 1 dekabr 2024-cü il tarixdə, saat 17 radələrində ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində tanışı xx xxxxxxx 1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə sonuncunun təxminən 5-6 il əvvəl onun ailəsi ilə birlikdə yaşadığı evə gəlib arvadı Şahid3 hamam otağında olan zaman otağın qapısını açaraq içəriyə daxil olmaq istəməsi ilə bağlı aralarında yaranan söhbət zamanı meydana gələn sözlü mübahisə nəticəsində həmin hərəkətinə görə cəzalandırmaq və buna görə ondan qisas almaq üçün Zərərçəkmiş şəxs öldürmək qərarına gələrək bu məqsədlə həmin evdən götürərək uzun qolları olan idman paltarının qollarında görünməməsi üçün gizlətdiyi qatlanmayan tipli ümumi uzunluğu 230 mm, tiyəsinin orta xətt boyu uzunluğu 125 mm olan soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış 1 ədəd və tiyəsi dəstəkdən ayrılmış halda dəstəyinin uzunluğu 105 mm, tiyəsinin uzunluğu 180 mm olan soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış 1 ədəd, cəmi 2 ədəd bıçaqla müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirib sonuncuya əzab və iztirab verdiyini dərk edərək xüsusi amansızlıqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib dərəcələrinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid ürəyin qalxan aortasınm və ürəyin sağ qulaqçığının deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan döş qəfəsi nahiyəsinin sol yarısının ön səthinin İ-İİ qabırğalar proyeksiyasının 2 (iki) ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, sol ağciyərin yuxarı payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsi nahiyəsinin sol yarısının ön səthinin İl-İİİ qabırğa proyeksiyasının 4 (dörd) ədəd daxilə nüfiız edən deşilmiş-kəsilmiş yaraları, dərəcələrinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid boyun nahiyəsinin orta 1/3-nin sağ yarısının 1 (bir) ədəd, boyun nahiyəsinin aşağı 1/3-nin sol yarısının 1 (bir) ədəd, bayun nahiyəsinin aşağı 1/3-nin sağ yarısının 3 (üç) ədəd, boyun nahiyəsinin sağ yarısının Ön səthində 1 (bir) ədəd, döş qəfəsi nahiyəsinin sağ yarısının ön səthinin sağ körpücük sümük proyeksiyasında 1 (bir) ədəd, sol körpücük sümük proyeksiyasında 5 (beş) ədəd, döş qəfəsi nahiyəsinin ön səthində, ortada döş sümüyü proyeksiyasında 1 (bir) ədəd, döş qəfəsi nahiyəsinin ön səthinin sol yarısının İ-İİ qabırğa proyeksiyasında 2 (iki) ədəd, döş qəfəsinin sol yarısının ön səthində İİİ-İV qabırğalar proyeksiyasında 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları, sol əlin arxa səthinin birinci barmağının daraq sümüyü proyeksiyasında 2 (iki) ədəd, sol əlin arxa səthinin 2-ci barmağın oynaq falanqa səviyyəsində 1 (bir) ədəd, sol əlin arxa səthinin 3-cü barmağın oynaq falanqa səviyyəsində 1 (bir) ədəd kəsilmiş yaraları xəsarətləri yetirərək sonuncunun ürəyin qalxan aortasmın və ürəyin sağ qulaqçığının deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan döş qəfəsi nahiyəsinin sol yarısının ön səthinin İ-İİ qabırğalar proyeksiyasının 2 (İki) ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, sol ağciyərin yuxarı payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsi nahiyəsinin sol yarısının ön səthinin İİ-İİİ qabırğa proyeksiyasının 4 (dörd) ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaralarından baş vermiş kəskin daxili qanitirmədən ölümünə səbəb olmaqla Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni onu xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Hadisə baş verən ərəfədə Talehin evinə tez-tez getmişdir. Evdə Taleh ilə oturmuşdurlar. Sonra Xanlar gəlmişdir. Xanlar onunla mübahisə etmişdir. Stolun üstündə qutu olmuş, içində bıçaqlar olmuşdur. Böyük bıçaq həmin qutuda olmadığından elə bilmişdir ki, Xanların özündədir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq Xanlar adlı şəxsin həmin evdə olanda 1-2 dəfə onunla mübahisə etiyini, əmisi oğlunun onları ayırdığını, Xanlar ilə qohumluq əlaqələrinin olduğunu, onun bibisi qızının yoldaşı olduğunu və onun ailəsinə qarşı qeyri-etik hərəkət etdiyini, onun həyat yoldaşı hamam otağında olarkən otağın qapısını açdığını, aralarında bir neçə dəfə mübahisə olduqda əmisi oğlunun onları ayırdığını, hadisədən 3-4 gün əvvəl də Xanlar ilə mübahisələrinin olduğunu, hadisə baş verən zaman Taleh adlı şəxsin evində olduğunu, Taleh adlı şəxsin görmə və eşitməsində problem olduğunu, hadisədən əvvəl həmin gün orada bir dəfə sözlü mübahisələrinin olduğunu və onları Taleh adlı şəxs sakitləşdirdiyini, daha sonra Xanların Taleh adlı şəxsin evinə yenidən tək gəldiyini, yenidən mübahisə yaranarkən hadisənin baş verdiyini, o Talehgilə gedərkən Talehin evdə tək olduğunu, Talehə pul verib mağazaya göndərdiyini, onda iki bıçaq olduğunu, o bıçaqları Talehin evindən qutunun içindən götürdüyünü, bıçaqları evinə aparmaq üçün qoluna qoyduğunu, Xanların onun yanında oturub, Talehə və ona söz atdığını, o ayağa qalxan zaman Xanların keçmək üçün yol vermədiyini, mübahisənin həmin anda başladığını, Xanlarda bıçaq olduğunu güman etdiyini və özünü müdafiə etmək üçün onu vurduğunu, zərbələri vurarkən şəxsin bədəninin hansı hissəsinə dəydiyini bilmədiyini, lakin şəxs yıxılarkən vurduğu bıçaqların ona dəydiyinin anladığını, hadisə baş verərkən Talehin Xanların sağ olduğunu sandığını və onunla sadəcə danışdığını bildirmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs həmçinin ruhi-əsəblə bağlı müalicə götürməsədə əsəbi olduğunu, Taleh ilə bir-birlərini uşaqlıqdan tanıdığını, Talehin yanına evə heç kim olmayanda gəldiyini, həmin zaman spirtli içki qəbul etdiyini, mübahisəni Xanların başlatdığını, Taleh getdikdən sonra böyük bıçağın qutuda olmadığını hiss etdiyini, mübahisə zamanı Xanların müqavimət göstərdiyini, Xədicəyə sataşma məsələsinin 5-6 il əvvəl olduğunu bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 göstərdi ki, 75 evakuator xidmətində çalışır. Qardaşım oğlu ona zəng edib qardaşının vurulduğunu bildirmişdir. Qaradağ RPİ-nə getmişlər, orda qardaşının Respublika Xəstəxanasında morqda olduğunu bilmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisənin şahidi olmamış, hadisədən sonra heç kim onun evinə barışığa gəlməmiş, qardaşı ilə Qulu arasındakı ədavətin nədən qaynaqlandığını bilməmiş, qardaşı içki içdiyi üçün ona evinə gəlməyə icazə verməmiş, qardaşının hərəkətlərindən xəbəri olmamış, Təqsirləndirilən şəxs 5-6 il əvvəl arvadı hamam otağında olarkən qardaşının hamama girməyə çalışdığını, o hadisədən sonra etdiyi hərəkətə görə onu cəzalandırmaq üçün hər yerdə qardaşını axtardığını eşitdikdən sonra çətin də olsa Qulu ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirmiş, Təqsirləndirilən şəxs qanuna uyğun cəza təyin edilməsini xahiş etmiş, ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, 5 ildir ki, Təqsirləndirilən şəxsla ayrılmışlar, ayrı yaşayırlar. Uşaqları ilə birlikdə şəhərdə yaşayır, Qulu ilə heç bir əlaqəsi yoxdur. Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Xanları Qulunun bibisinin qızının əri kimi tanımış, Qulunun Xanları öldürməsinin səbəbini bilməmiş, Qulu ilə birlikdə yaşadığı müddətdə o evə çox adamlar gəlmiş, o evdən çox adamlar qovulmuşdur. O adamları qaynanası sağlığında evdən, həyətdən qovmuşdur. Xanlar adında bir adam ona sataşmamışdır. Əgər Xanlar ona sataşmışdısa 5-6 ildir niyə onu tapıb öldürməmişdir. Qapıya gəlib qaynanası tərəfindən qovulan şəxslər hamısı içki içən, çəkənlər olmuşdur. Həyətdə qız uşaqları böyümüş, ona görə qaynanası elə adamları həyətdən, evdən qovmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, hadisənin şahidi olmamış, hadisədən sonra ona məlumat vermişlər. Şahid4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, onunla qohum olmuşlar. Qulu ilə Xanlar arasında münasibətlər soyuq olmuş, Xanlar bir neçə il əvvəl onlara gəlmiş, həmin vaxt Qulunun arvadına sataşdığı üçün Xanları döymüş, Xanları həmin hadisəyə görə döyməyini Qulunun oğlu da görmüş, sataşmanın məzmununun nədən ibarət olduğunu dəqiq bilməmiş, Xanlar Qulunun arvadına sataşanda sərxoş vəziyyətdə olmuş, onu Qulunun oğlu çağırmış və Xanların anasına söz atdığını demiş, Xanlar Xədicəyə söz atanda Qulu evdə olmamış, Xanların Xədicəyə sataşması barədə məlumatı olmamış, həmin hadisə barədə ona Xədicə özü demiş, hamam otağı qardaşıgilin evinin pəncərəsinə yaxın olmuş, Xədicə hamamdan çıxanda Xanlar qapını tutmuş, bundan sonra Xədicə özü oğlunu, qardaşını çağırmış, Şahin çölə çıxanda görmüşdür ki, oğlu çöldədir. Oğlu və Şahin bu hadisənin yaxşı bilmişlər. Eşitdiyinə görə Xədicə hamamdan çıxmaq istəyəndə Xanlar qapını tutmuş, Xanlar həmin vaxt axtarışda olmuş, Xanların ölümü ilə bağlı hadisədə həyətə gələndə Qulu bildirmişdir ki, Xanları öldürüb. O da Quluya demişdir ki, zəng edib polisə məlumat versin, təslim olsun. Qulu Xanları öldürmə səbəbi barədə ona heç nə deməmişdir. Bu illər ərzində Qulu Xanları öldürmək üçün axtarmış, sataşma hadisəsi ilə ölüm hadisəsi arasında təxminən 2-3 il keçmiş, sataşma hadisəsindən sonra Xanlar bir dəfə oğurluq etmək məqsədilə onların evə girmiş, həmin vaxt Qulu onu tutub çölə atmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 130 saylı rəyindən görünür ki, 1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasında aşkar edilmiş xəsarətlər: 1) Kəskin qan itirmə və daxili qanaxma. Ürəyin qalxan aortasının və ürəyin sağ qulaqçığının deşilmiş - kəsilmiş yaraları ilə müşayiət olunan döş qəfəsi nahiyəsinin sol yarısının ön səthinin 1-11 qabırğalar proyeksiyasının iki ədəd daxilə nüfuz edən deşilmiş kəsilmiş yarası. 2) Sol ağciyərin yuxarı payının zədələnməsİ ilə müşayiət olunan döş qəfəsi nahiyəsinin sol yarısının ön səthinin 11-111 qabırğalar proyeksiyasının dörd ədəd daxilə nüfuz edən deşilmiş - kəsilmiş yaralan. 3) Boyun nahiyəsinin orta 1/3-nin sağ yarısının bir ədəd. 4) boyun nahiyəsinin aşağı 1/3- nin sol yarısının bir ədəd. 5) boyun nahiyəsinin aşağı 1/3-nin sağ yarısının üç ədəd. 6) boyun nahiyəsinin sağ yarısının ön səthində bir ədəd. 7) Döş qəfəsi nahiyəsinin sağ yarısının ön səthinin sağ körpücük sümük proyeksiyasında bir ədəd. 8) sol körpücük sümük proyeksiyasında 5 (beş) ədəd. 9) döş qəfəsi nahiyəsinin ön səthində, ortada, döş sümüyü proyeksiyasında bir ədəd. 10) döş qəfəsi nahiyəsinin ön səthinin sol yarısının 1- 11 qabırğa proyeksiyasında iki ədəd, döş qəfəsinin sol yarısının ön səthində 111-İV qabırğalar proyeksiyasında iki ədəd deşilmiş kəsilmiş yaraları. 11) Sol əlin arxa səthinin 1-ci barmağının daraq sümüyü proyeksiyasında İki ədəd, sol əlin arxa səthinin 2-ci barmağın oynaq falanqa səviyyəsində bir ədəd, sol əlin arxa səthinin 3-cü barmağın oynaq falanqa səviyyəsində bir ədəd kəsilmiş yaraları vardır. Qeyd olunan xəsarətlərdən ürəyin qalxan aortasınm və ürəyin sağ qulaqçığmın deşilmiş kəsilmiş yaraları ilə müşayiət olunan döş qəfəsi nahiyəsinin sol yarısının ön səthinin İ-İl qabırğalar proyeksiyasının iki ədəd daxilə nüfuz edən deşilmiş - kəsilmiş yarası, Sol ağciyərin yuxarı payının zədələnməsİ ilə müşayiət olunan döş qəfəsi nahiyəsinin sol yarısının ön səthinin İİ-İİİ qabırğalar proyeksiyasının dörd ədəd daxilə nüfuz edən deşilmiş - kəsilmiş yaraları, Boyun nahiyəsinin orta 1/3-nin sağ yarısının bir ədəd, boyun nahiyəsinin aşağı 1/3-nin sol yarısının bir ədəd, boyun nahiyəsinin aşağı 1/3-nin sağ yarısının üç ədəd, boyun nahiyəsinin sağ yarısının ön səthində bir ədəd, döş qəfəsi nahiyəsinin sağ yarısının ön səthinin sağ körpücük sümük proyeksiyasında bir ədəd, sol körpücük sümük proyeksiyasında 5 (beş) ədəd, döş qəfəsi nahiyəsinin ön səthində, ortada, döş sümüyü proyeksiyasında bir ədəd, döş qəfəsi nahiyəsinin ön səthinin sol yarısının İ-İİ qabırğa proyeksiyasında iki ədəd, döş qəfəsinin sol yarısının ön səthində İİİ- İV qabırğalar proyeksiyasında iki ədəd deşilmiş - kəsilmiş yaraları, Sol əlin arxa səthinin 1ci barmağının daraq sümüyü proyeksiyasında iki ədəd, sol əlin arxa səthinin 2-ci barmağın oynaq falanqa səviyyəsində bir ədəd, sol Əlin arxa səthinin 3-cü barmağın oynaq falanqa səviyyəsində bir ədəd kəsilmiş yaraları deşici - kəsici alət (əşya) ola bilsin ekspertizaya təqdim olunan bıçaqlar və ya ona oxşar bıçaqların təsirindən törənmələri mümkündür. Göstərilən xəsarətlər həyatidirlər, mərhumun ölümündən az əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə törənmələri mümkündür. Göstərilən xəsarətlərdən ürəyin qalxan aortasınm və ürəyin sağ qulaqçığmın deşilmiş - kəsilmiş yaraları ilə müşayiət olunan döş qəfəsi nahiyəsinin sol yarısının ön səthinin İ- İİ qabırğalar proyeksiyasının iki ədəd daxilə nüfuz edən deşilmiş - kəsilmiş yarası, sol ağciyərin yuxarı payının zədələnməsİ ilə müşayiət olunan döş qəfəsi nahiyəsinin sol yarısının ön səthinin İİ-İİİ qabırğalar proyeksiyasının dörd ədəd daxilə nüfuz edən deşilmiş - kəsilmiş yaraları dərəcələrinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın, boyun nahiyəsinin orta 1 /3-nin sağ yarısının bir ədəd, boyun nahiyəsinin aşağı 1/3-nin sol yarısının bir ədəd, boyun nahiyəsinin aşağı 1/3-nin sağ yarısının üç ədəd, boyun nahiyəsinin sağ yarısının ön səthində bir ədəd, döş qəfəsi nahiyəsinin sağ yarısının ön səthinin sağ körpücük sümük proyeksiyasında bir ədəd, sol körpücük sümük proyeksiyasında 5 (beş) ədəd, döş qəfəsi nahiyəsinin ön səthində, ortada, döş sümüyü proyeksiyasında bir ədəd, döş qəfəsi nahiyəsinin ön səthinin sol yarısının 1-11 qabırğa proyeksiyasında iki ədəd, döş qəfəsinin sol yarısının ön səthində İİİ- İV qabırğalar proyeksiyasında iki ədəd deşilmiş - kəsilmiş yaraları, sol əlin arxa səthinin 1ci barmağının daraq sümüyü proyeksiyasında iki ədəd, sol əlin arxa səthinin 2-ci barmağın oynaq falanqa səviyyəsində bir ədəd, sol əlin arxa səthinin 3-cü barmağın oynaq falanqa səviyyəsində bir ədəd kəsilmiş yaraları isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanm əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb ürəyin qalxan aortasmın və ürəyin sağ qulaqçığınm deşilmiş - kəsilmiş yaraları ilə müşayiət olunan döş qəfəsi nahiyəsinin sol yarısının ön səthinin İ-İİ qabırğalar proyeksiyasının iki ədəd daxilə nüfuz edən deşilmiş - kəsilmiş yarası, sol ağciyərin yuxarı payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsi nahiyəsinin sol yarısının ön səthinin İİ-İİİ qabırğalar proyeksiyasının dörd ədəd daxilə nüfuz edən deşilmiş - kəsilmiş yaralan nəticəsində baş vermiş kəskin daxili qanitirmə olmuşdur. Meyitin üzərində aşkar edilmiş ürəyin qalxan aortasmın və ürəyin sağ qulaqçığınm deşilmiş - kəsilmiş yaraları ilə müşayiət olunan döş qəfəsi nahiyəsinin sol yarısının ön səthinin 1-11 qabırğalar proyeksiyasının iki ədəd daxilə nüfuz edən deşilmiş - kəsilmiş yaraları, sol ağciyərin yuxarı payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsi nahiyəsinin sol yarısının ön səthinin 11-111 qabırğalar proyeksiyasının dörd ədəd daxilə nüfuz edən deşilmiş - kəsilmiş yaraların istiqaməti (yara kanalı) öndən arxaya çəp istiqamətli, yuxarıdan - aşağıya olmuşdur. Qeyd olunan yaraların istiqamətini, eləcə də mərhumun bədən səthinin ön səthində aşkar olunmuş xəsarətləri nəzərə alaraq demək olar ki, xəsarət yetirən alət onun bədəninin ön səthinin bir qədər sol yarısına yönəlmiş olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan (xx.xx.2024-cü il tarixdə, saat 19:45-da müayinə olunmuşdur) 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər döş qəfəsinin ön səthində və boyun nahiyəsində yerləşdiyindən həmin xəsarətlər müxtəlif ölçülərdə və istiqamətlərdə olduqlarından xəsarət yetirən şəxsin hadisə zamanı zərərçəkmişlə hansı qarşılıqlı yerləşmələri haqqında dəqiq fikir söyləmək mümkün olmasada xəsarət yetirən şəxs zərbəni yetirən zaman mərhumla üzbəüz vəziyyətdə olması güman etmək olar. Qeyd olunan xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə törənmələri inkar olunmur və mərhumun almış olduğu xəsarətlərin ağırlığını nəzərə alıb demək olar ki, o xəsarət aldıqdan sonra qısa vaxt ərzində yaşaya bilərdi, eləcə də yeriyə və məqsədyönlü hərəkət edə bilməsi mümkündür. Mərhum Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin və hadisə zamanı əynində olan paltarların zədələrinin sayını və yerləşmə yerlərini nəzərə alıb, demək olar ki, hadisə zamanı onun əynində olan paltarlardakı zədələrin bir çoxu sayma və yerləşmə nahiyələrinə görə bir - birinə uyğundur. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 2,8% qatılığında etil spirti aşkar edilmişdir, bu da canlı şəxslərdə güclü dərəcəli alkoqol sərxoşluğu kimi qiymətləndirilir. Narkotik maddələr isə aşkar edilməmişdir. (4166/K saylı, xx.xx.2024-cü il tarixli AKT). (cild 2, iş vərəqə 28-37). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 748 saylı rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət - sağ əlin ovuc səthinin səthi kəsilmiş yarası kəsici - deşici əşya (alət) (ola bilsin bıçaq) təsirindən müayinədən 2-3 gün əvvəl törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. (cild 1, iş vərəqə 211-214) Məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2025-ci il tarixli ll-MTKŞ/2025 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mərhum Zərərçəkmiş şəxs məxsus sviterin ön səthinin yuxarı orta nahiyəsində aşkar edilmiş on üç ədəd deşilmiş-kəsilmiş zədə; köynəyin ön səthinin sol yaxalığında on beş ədəd deşilmiş- kəsilmiş zədə və köynəyin ön səthinin sağ yaxalığında aşkar edilmiş iki ədəd kəsilmiş zədələr ülgücü və küpü olan yastı tiyə tipli, deşicİ-kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Paltarlar üzərində aşkar olunmuş zədələr müxtəlif şəraitdə, o cümlədən qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi, eləcə də, əlbəyaxa olma nəticəsində yarana bilərdilər. Ekspertizaya təqdim olunmuş mərhum Zərərçəkmiş şəxs məxsus gödəkçənin arxa səthinin orta tikişi üzərində aşkar edilmiş bir ədəd cırılma zədəsi, gödəkçənin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim olunmuş mərhum Zərərçəkmiş şəxs məxsus şalvar, tuman, corab və ayaqqabı, şalvarı üzərində əhəmiyyət kəsb edən hər hansı zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus gödəkçənin sol qolun arxa səthində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin təsirindən o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus idman şalvarı üzərində əhəmiyyət kəsb edən hər hansı zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş 1 saylı bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Ekspertizaya təqdim olunmuş 2 saylı bölünmüş vəziyyətdə təqdim olunmuş bıçaq tiyəsi və dəstəyi uyğunlaşdırıldıqda zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. (cild 2, iş vərəqə 38-50). Məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci İl tarixli 13/2025-TBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu ABO sistemi üzrə AB(İV)-dir. Ekspertizaya təqdim olunmuş 02 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus köynək, sviter, şalvar, gödəkçə, trusik üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda A və B antigenləri alındı. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə AB(İV) qruplu bir şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus 01 cüt ayaqqabı, 01 cüt corab, Təqsirləndirilən şəxs məxsus şalvar, gödəkçə üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. (cild 2, iş vərəqə 1-8). Məhkəmə-lifli ekspertizasının 13.02,2025-ci il tarixli 6/176 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş geyim əşyaları üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında qarşılıqlı keçmiş lif mikrohissəcikləri olmadığından geyim əşyalarının qarşılıqlı təmasda olma faktını müəyyən etmək mümkün deyildir. (cild 2, iş vərəqə 15-20). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3820 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosionaliradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığm və sair psixi xəstəlik əlamətləri qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilməklə, adaptivlik, ünsiyyətçillik, özünəməxsus mövqeyə və prinsipə malik olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir, Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi - emosional halında hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti (affekt) keçirməmişdir. (cild 2, iş vərəqə 9-14). Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin otağıdır. (cild 1, iş vərəqə 2-13). xx.xx.2024-cü il tarixli tanınmaya təqdim etmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi zamanı istifadə etdiyi bıçağın tanınmaya təqdim edilməsi istintaq hərəkəti zamanı dəstəyinin qabarıq olması, ölçüsü, tiyəsinin forması əlamətinə görə həmin bıçağı tanıdığını bildirmişdir. (cild 1, iş vərəqə 210-211). Zərərçəkmiş şəxs meyitinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, meyit ekspertizaya təqdim olunan zaman əynindəki paltarlarla birlikdə üzərində görünəcək formada döş qəfəsinin sol yarısından döş boşluğuna keçmiş və fıksə olunmuş (dəlib keçməsi səbəbindən) bir ədəd bıçaqla birlikdə təqdim olunmuşdur. Meyitin əynində aşağıdakı paltarlar vardır: Qara rəngli sintetik parçadan hazırlanmış öndən zəncərbəndü gödəkçə, həmin gödəkçənin qol hissələri və cib hissələri də zəncirbəndlidir, tünd qırmızı və mavi rəngli zolaqları olan yun parçadan hazırlanmış yarımboğaz, uzunqol sviter, mavi və tünd qırmızı rəngli damaları olan köynək, sintetik materialdan hazırlanmış ön hissəsi düyməli uzunqol köynək, belində qara rəngli dəri materialdan kəməri olan tünd göy materialdan hazırlanmış şalvar, tünd qırmızı rəngli tuman, bir cüt qara rəngli corab, bir cüt boz rəngli idman ayaqqabısı. Paltarların geyim tərzi pozulmayıb, köhnədirlər, geyinilmişdir. Paltarlar nəmli və qana bulaşmışdır. Qeyd olunan paltarlardan uzunqol sviterin və köynəyin ön hissəsində çoxsaylı zədə sahələri vardır. Meyit kişi cinsli olub, düzgün bədən quruluşlu, kafi qidalıdır. Boyunun uzunluğu 174 sm-dir. Əllə toxunduqda meyit qismən soyumuşdur. Meyit qacıması çeynəmə əzələlərdə zəif digər yoxlanılan qrup əzələlərdə inkişaf etməmişdir. Meyit ləkələri bədənin arxa və yan səthlərində zəif intensivlikdə olub, qırmızımtıl - bənövşəyi rəngdədir, təzyiq etdikdə rəngi itir və 30 saniyəyə - 1 dəqiqə müddətində bərpa olur. Başın tükləri ağlı-qaralı rəngli olub, uzunluğu 6-8 sm-ə qədərdir və qanla bulaşmışlar. Gözləri açıqdır, buynuz qişa parlaqdır, bəbəklər bərabər genəlmişdir, dairəvi formalıdır, diametri 0,5sm-dir. Ağzı qapalıdır. Dişləri yerində yoxdur, diş yuvaları çapıqla tam dolmuşdur, hamar və paarlaqdır. Dili dişlər arxasında sərbəst yerləşmişdir. Kəllə tağı və üz skelet sümükləri əllədikdə tamdırlar, sınıq krepitasiyası hiss olunmur. Boyunu bədənə mütənasibdir, orta uzunluqda və qalınlıqdadır, meyit qacımasına uyğun az hərəkətlidir. Döş qəfəsi simmetrikdir, sümükləri əllədikdə sınıq hiss olunmur. Ön qarın divarı qabırğa qövsü səviyyəsindədir. Xarici cinsiyyət üzvləri kişi tipində düzgün inkişaf etmişdir. Arxa keçəcək dəliyi qapalıdır, ətraf dərisinin şüavari büküşləri nəzərə çarpandır. Fəqərə sütunu əllədikdə tamdır. Yuxarı və aşağı ətrafları düzgün inkişaf etmişdir, sümükləri əllədikdə tamdır. Meyitin bədən səthində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: 1) Boyun nahiyəsinin orta 1/3-nin sağ yarısının ön səthində l,2x0,5sm ölçüdə, uzunsov formalı, kənarları hamar, bir ucu iti, bir ucu küt olan yara vardır. 2) Boyun nahiyəsinin aşağı 1/3- nin sol yarısının Ön səthində l,0x0,6sm, 3) Boyun nahiyəsinin aşağı 1/3-nin sağ yarısının ön səthində 3 (üç) ədəd bir-birinə yaxın və paralel yerləşmiş 2,0x0,7sm, 2,0x0,7sm, 2,0x0,7sm, 4) Həmin nahiyəyə yaxın sol yarısının ön səthində l,3x0,3sm, 5) Döş qəfəsi nahiyəsinin sağ yarısının ön səthinin sağ körpücük sümük proyeksiyasında l,5x0.3sm, 6).Həmin nahiyəyə yaxın sol körpücük sümük proyeksiyasında 5 (beş) ədəd bir-birinə yaxın və paralel yerləşmiş l,6x0,7sm, l,5x0,5sm, l,5x0,3sm, l,3x0,8sm l,2x0,5sm, 7). Döş qəfəsi nahiyəsinin ön səthində, ortada, döş sümüyü proyeksiyasının qütbü səviyyəsində 2,0x0,5sm, 8). Döş qəfəsi nahiyəsinin ön səthinin sol yarısının 1-11 qabırğa proyeksiyasında 4 (dörd) ədəd bir-birinə yaxın yerləşən 3,2xl,0sm, 2,2xl,0sm, 1,8x1,0, l,5x0,3sm 9). Döş qəfəsinin sol yarısının ön səthində 111-İV qabırğalar proyeksiyasında 6 (altı) ədəd bir-birinə yaxın yerləşən 2,5xl,0sm, 2,5xl,0sm, 2,2x0,8sm, 2,lxl,0sm, 2,0xl,5sm, 2,0x0,5sm ölçülərdə eyni xarakterli və rəngli yaralar vardır. Sol əlin arxa səthinin 1-ci barmağının daraq sümüyü proyeksiyasında 2 (iki) ədəd bir-birinə yaxın yerləşən 1,0x0,2sm və 0,7x0,2sm ölçülərdə, kənarları bir qədər hamar və qırmızı rəngli qansızma yaraları vardır. Sol əlin arxa səthinin 2-ci barmağının oynaq falanqa səviyyəsində 1,3x0,2 sm, sol əlin arxa səthinin 3-cü barmağının oynaq falanqa səviyyəsində 0,8x0,2sm ölçülərdə, eyni xarakterli və rəngli yaralar vardır. Meyitin bədən səthində digər xəsarət aşkar edilmədi. (cild 1, iş vərəqə 17-23). Respublika Narkoloji Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 19/51-951 nömrəli məktubdan görünür ki, 21.11,1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzində narkoloji qeydiyyatda yoxdur. (cild 1, iş vərəqə 236-237). Respublika Psixatriya Xəstəxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli 3-28- 29/2-743/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü, Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi ev 123 A ünvanında qeydiyyatda olmaqla, ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixatriya Xəstəxanasında müalicədə olmayıb. (cild 1, iş vərəqə 245-246). 2 nömrəli X1 daxil olmuş xx.xx.2025-ci il tarixli 1/605 nömrəli məktubdan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün 2 nömrəli X2 müraciət etməyib. (cild 1, iş vərəqə 250-251). X3 sisteminin Məhkumluq məlumatları bölməsinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğunun olması barədə məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqə 155-156). X3 Sistemi Əlillik məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs anadangəlmə gözdən ılilliyi olan şəxs olduğu üçün ona İ dərəcəli əlillik verilmişdir. (cild İ iş vərəqə 43-45) Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, onun barəsində şikayət və tələbi yoxdur, barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan əməl xüsusilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 8-ci bəndində qeyd edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz ifadəsi, cinayət işinin materialları ilə, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə, ekspert rəyləri ilə, habelə iş üzrə toplanmış digər çoxsaylı sübutların məcmusu ilə təkzib olunmur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürdükdən sonra DİN 102 xidmətinə zəng edərək könüllü gəlib təqsirini boynuna almasını, cinayətin açılmasına fəal kömək etməsini və 1-ci qrup gözdən əlil olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını qüvvədə olan Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını və 1-ci qrup gözdən əlil olmasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi və 1-ci qrup gözdən əlil olmasını cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Lakin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna alma təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmalı hal olsa da, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində müddətlə hesablanmalı olmayan ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan təqsirləndirilən şəxsin barəsində könüllü gəlib təqsirini boynuna alma ilə bağlı cəzanı yüngülləşdirən halın tətbiqi istisna təşkil edəcəkdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxs Xosrov Məmmədovun barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyasında isə daha ciddi cəza növü olaraq ömürlük azadlıqdan məhrum etmə nəzərdə tutulmuşdur ki, bu cəzanın son həddini və həmin həddin dörddə üçünü müəyyənləşdirmək elmi və ya praktiki yolla həll olunan məsələ deyildir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 59.1.9 və 60-ci maddələrinin bəzi müddəalarinin şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarının tələblərinə görə xüsusilə ağır cinayət olaraq Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsinin sanksiyasında daha ciddi cəza növü olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulması bu kateqoriyadan olan cinayətləri törətmiş şəxslərin barəsində Azərbaycan Respublikası CMnin 60-cı maddəsinin tətbiqini istisna edir. O cümlədən Azərbaycan Respublikası CM-nin 60.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4cü maddəsi ilə cəza təyin edilərkən təqsirləndirilən şəxsin xüsusilə ağır cinayətdə ittiham olunması, törədilən cinayətin xarakteri və ictimai təhlükəliliyi, həmçinin barəsində müəyyən olunan yüngülləşdirici hallar nəzərə alınmaqla ona müəyyən müddətə, şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, həmin maddəyə əsasən, xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarının ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 01 dekabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 72, 147-150). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 01 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub, Bakı şəhəri Qaradağ rayon prokurorluğunun maddi sübutların saxlanma otağına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd göy rəngli gödəkçə, bir ədəd tünd göy rəngli rəngli şalvar yaxın qohumlarına qaytarılmalı, zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli kurtka, bir ədəd qırmızı-qara rəngli sviter, bir cüt göy-qırmızı rəngli köynək, bir ədəd cins şalvar, bir ədəd trusik, bir cüt ayaqqabı, bir cüt corab, 2 ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfi olan 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 2, iş vərəqə 286). Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Güvən Vəkil Bürosunun vəkili Müdafiəçi 330 (üç yüz otuz) manat məbləğində pul ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 01 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Bakı şəhəri Qaradağ rayon prokurorluğunun maddi sübutların saxlanma otağına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd göy rəngli gödəkçə, bir ədəd tünd göy rəngli rəngli şalvar, zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli kurtka, bir ədəd qırmızı-qara rəngli sviter, bir cüt göy-qırmızı rəngli köynək, bir ədəd cins şalvar, bir ədəd trusik, bir cüt ayaqqabı, bir cüt corab, 2 ədəd bıçaq məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Güvən Vəkil Bürosunun vəkili Müdafiəçi 330 (üç yüz otuz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov Hakimlər: Nigar İmanova Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(101)-1125/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1125/2025
19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver